Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-107/2023 03.07.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi- X3, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə təxminən saat 09 radələrində evində olan mətbəx bıçağını itilətmək məqsədilə yaşadığı binanın yaxınlığındakı çəkməçi dükanına gəlmiş, bıçağı təxminən 5-10 dəqiqə ərzində itilətdikdən sonra əlindəki ağ rəngli sellofan torbanın içərisinə qoyaraq üzərində daşımış, ardınca siqaret almaq üçün yaxınlıqdakı ünvan 2 ünvanlarının ortasında yerləşən köşkə yaxınlaşan zaman xx.xx.1977-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs Vəliəddin oğlunun ona tərs-tərs baxmasından narahat olmasını bəhanə edərək, təhqir edə-edə Zərərçəkmiş şəxs yaxınlaşmış və yaxınlaşan kimi ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla tiyəsi 146,4mm, dəstəyi isə 116mm olmaqla ümumi uzunluğu 262.4mm olan soyuq silah hesab edilməyən mətbəx bıçağını əlində saxladığı torbadan çıxararaq Zərərçəkmiş şəxs sinə nahiyəsindən bir dəfə vurmaqla döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası, ürəyin sol qulaqcığını deşilmiş-kəsilmiş yarası ilə müşahidə olunan dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək baş vermiş kəskin daxili qanitirmə nəticəsində sonuncunu xuliqanlıq niyyətilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məhəllədə səs-küy yaratdığına görə ona yaxınlaşıb etirazını bildirmiş, aralarında mübahisə yaranmış, o, Nazimə məhəllədən çıxıb getməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 09 radələrində evdəki mətbəx bıçağını itiləmək məqsədilə götürüb məhəllədəki çayxananın yanında yerləşən çəkməçi dükanına getmiş, bıçağı itilədib siqaret almaq üçün köşkə yaxınlaşmış, bu zaman Nazimlə qarşılaşmışdır. Bir gün əvvəl olanlara görə aralarında mübahisə yaranmış, o, bıçağı çıxartmamış, bıçaq sellofon torbanın içində olmuşdur. O, qurşaqdan aşağı hissəyə vurmaq istəmiş, Nazim arxaya çəkildiyinə görə bıçaq onun sinəsinə dəymişdir. Onun Nazimlə heç bir ədavəti olmamış, onu öldürmək niyyəti olmamışdır. Nazimi üzdən tanımış, münasibəti olmamışdır. Hadisədən sonra 1-ci PB-nə gedib təslim olmuşdur. Təqsirləndirilən şəxs son sözündə isə əməlindən peşman olmadığını, sadəcə olaraq Zərərçəkmiş şəxs “həyatda peşman vəziyyətdə görmədiyi üçün peşman olduğunu” bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs Vəliyyədin oğlunu üzdən tanısa da münasibətləri olmamış, aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamış, xx.xx.2022-ci il tarixdə təxminən saat 16-17 radələrində Zərərçəkmiş şəxs onların məhəlləsində yaşayan adını bilmədiyi bir nəfər oğlanla mübahisə etdiyini görüb onları ayırmış və Zərərçəkmiş şəxs məhəllələrində səs-küy yaratdığına görə məzəmmət etmiş, bu zaman Zərərçəkmiş şəxs onu təhqir etməyə başlamış, bunun qarşılığında o da Nazimi təhqir etmiş, bu minvalla aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı Nazimə məhəllələrindən çıxıb getməyi əks təqdirdə onu yumruqla vuracağını bildirmiş, Nazim isə vura bilməyəcəyini deyərək yenidən onu təhqir edə-edə məhəllələrindən uzaqlaşıb getmiş, Nazim getdikdən sonra o da evinə yollanmış, xx.xx.2022-ci il tarixdə təxminən saat 09 radələrində evdəki mətbəx bıçağını itiləmək məqsədilə bıçağı götürüb məhəllələrindəki çayxananın yanındakı çəkməçi dükanına gəlmiş, Məzahir adlı usta təxminən 5 dəqiqə ərzində bıçağı itiləyib ona qaytarmış, ardınca o, evə qalxmamışdan əvvəl siqaret almaq üçün binalarının qarşısındakı yolu keçib köşkə yaxınlaşmış, köşkün yanına gəldikdə Zərərçəkmiş şəxs öz məhəlləsindən çıxdığını görmüş, Nazimi gördükdə dünən aralarında baş vermiş mübahisə yadına düşmüş və Nazimə tərs-tərs baxmağa başlamış, Nazim ondan nə üçün tərs-tərs baxdığını soruşmuş, o isə Nazimə yaxşı elədiyini bildirmiş, bundan sonra Nazim onu təhqir edərək ona doğru gəlməyə başlamış, Nazim onu təhqir etdiyindən o, da Nazimə doğru yerimiş və onlar 1-ci bina ilə 2-ci binanın arasındakı yerdə yaxalaşmış, 1-ci Nazim onu yumruqla vurmağa cəhd etsə də o, Nazimin yumruğundan yayına bilmiş və dərhal sağ yumruğuyla Nazimin sifət nahiyəsindən vurmuş, onun yumruğu da Nazimin sifətinə dəyməyərək sürtmüş, ardınca Nazimin arxa hissəsindən vuraraq cəzalandırmaq istədiyindən o, əlindəki torbadan bir qədər əvvəl itilətdirdiyi mətbəx bıçağını çıxartmış, Nazim onun əlində bıçağı görüb bir qədər duruxmuş, o bıçaqla Nazimin arxa hissəsindən vurmaq istədikdə Nazim əyilərək özünü müdafiə etməyə cəhd göstərmiş və buna görə də bıçaq Nazimin sinə nahiyəsindən dəymiş, Nazimi bıçaqla vurduqdan sonra Nazimə “adamın varyoxunu belə eliyirlər” demiş, Nazim bıçaq zərbəsindən sonra dalaşdıqları yerdən məhəlləsinə doğru bir neçə addım atıb yaxınlıqdakı blokun qarşısında yerə yıxılmış, o, Nazim yerə yıxıldıqdan sonra öldüyünü güman edib 1-ci polis bölməsinə gedərək təslim olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində Zərərçəkmiş şəxsla mübahisə edən zaman onu öldürmək niyyəti olmamış, yalnız bıçaqla arxa nahiyəsinə vuraraq cəzalandırmaq istəmiş, lakin Zərərçəkmiş şəxs müqavimət göstərdiyindən bıçaq Nazimin sinə nahiyəsinə dəymiş, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxsla münaqişələri təxminən 3-4 dəqiqə çəkmiş, yaxınlıqda tanımadığı insanlar olsa da, həmin vaxt onları heç kəs ayırmamış, ətraflarına insanlar toplaşmamış, Zərərçəkmiş şəxsla münaqişə elədikləri və Zərərçəkmiş şəxs bıçaqla vurduğu vaxt hər ikisi üzbəüz dayanmış, Hadisə vaxtı onun əynində göy idman dəsti, qara-boz rəngli poliver və başında qara rəngli papaq olmuş, Nazimin isə əynində xatırladığı qədərilə göy rəngli cins şalvar və qara rəngli “balonka” gödəkçə olmuş, hadisə vaxtı Zərərçəkmiş şəxs onu yumruqla vurmağa cəhd etsə də, o Nazimin yumruğundan yayma bilmiş, bıçağı itilətmək üçün həyətə düşən zaman işinin qısa çəkəcəyini güman etdiyindən mobil telefonunu evdə qoymuşdur.( cild 1, iş vərəqə 77-80, 245-248) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi tanımır, hadisənin şahidi olmamışdır. Nazim onun əri olmuş, fəhləlik edərək pul qazanmış, özü ilə Mahiri də evlərə işləməyə apardığını eşitmişdir. Nazim ölümündən 1 gün qabaq çox narahat olmuş, ondan narahatçılığının səbəbini soruşduqda 12 mikrorayonda bir nəfərin ona 35 manata yaxın borcu olduğunu və o şəxsi axtardığını bildirmişdir. Ölümündən 1-2 gün qabaq Nazimin əli şişmiş, və o, Nazimin kimisə döydüyünü bilmişdir. Təqsirləndirilən şəxs “Nazim gəldi, bizim həyətə söyüş söydü” deməklə yalan danışmışdır. Hadisə günü təxminən saat 12-nin yarısı bacısı ona zəng edərək Nazimin bıçaqlandığını bildirmişdir. Təqsirləndirilən şəxsdən düz danışmasını tələb etmiş, onun bıçağı lezva kimi itilətdirdiyini, yoldaşını yaşadığı binanın önündə öldürərəkən həmin zərbədən yaşamayacağını təxmin etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs ilə aralarında barışıq yoxdur, ondan şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə günü səhər Nazim anasına “beş dəqiqəyə qayıdıram” deyərək aşağı düşmüş, saat 10 radələrində o Nazimin dalaşdığını eşitmiş, o biri oğlunu göndərdikdə Nazimin bıçaqlandığını bilmişdir. Başqa heç nədən məlumatı yoxdur, heç nə eşitməmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə baş verən gün evə Gəncədən qonaq gəlmiş, Nazimin qapıdan çıxdığını görmüş, hara getdiyini soruşanda həyətə düşüb gələcəyini bildirmiş, lakin xəbəri gəlmişdir. Onlar evdən aşağı düşənə qədər təcili yardım gəlmiş, oğlunun adını səsləmiş, lakin Nazim başını qaldıra bilməmişdir. Mahiri tanımamış, amma Nazimdən onu özü ilə evlərə usta kimi işləmək üçün apardığını, anasının xəstə olduğunu, 17-ci mikrorayonda yaşadığını və uşağının olduğunu eşitmişdir. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun doğma oğlu olmaqla münasibətləri hər zaman yaxşı olmuş, Zərərçəkmiş şəxs arvadı Zəminə Məmmədova ilə birlikdə onlarla yaşamış, xx.xx.2022-ci il tarixdə təxminən saat 09 radələrində Zərərçəkmiş şəxs binanın yanında yerləşən ət mağazasından bazarlıq etmək üçün evdən çıxmış, təxminən 10-15 dəqiqə sonra ət alaraq evə qayıtmış, evə qayıdıb əti çəkdikdən sonra Nazim işinin olduğunu və 5 dəqiqəyə qayıdacağını bildirmiş, Nazim evdən çıxıb getdikdən təxminən 10 dəqiqə sonra binanın həyətindən Əziz adlı qonşuları onları səsləyərək Nazimin yıxıldığını bildirmiş, əri Şahid1 bunu eşitdikdən sonra yataq otağında yatan digər oğlu Natiq Məmmədovu yuxudan oyadıb həyətə düşməsini bildirmiş, Natiq yuxudan durub onunla birlikdə həyətə düşmüş, onlar həyətə düşdükdə Nazim artıq X15 avtomobilinə qoyulmuş, o həyətdə olarkən qonşulardan Nazimin bıçaqlandığını öyrənmiş, bundan sonra digər oğlu Natiq X15ın avtomobili ilə Nazimi xəstəxanaya aparmış, lakin yolda olarkən artıq Nazim rəhmətə getmişdir.Bundan başqa Şahid2 ifadəsində göstərmişdir ki, hadisə vaxtı Nazimin kim tərəfindən bıçaqlanmasmı bilməsələr də, sonradan qonşulardan Nazimi Təqsirləndirilən şəxs bıçaqladığını eşitmiş, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs əvvəllər tanışlıqları olmamış, əgər tanışlıqları olsaydı onun bu barədə məlumatı olarmış, o, isə Mahirin adını heç vaxt eşitməmiş, hadisədən bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə olub-olmaması barədə hər hansı bir məlumatı olmamış, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs evdən ikinci dəfə çıxarkən ona və ya atası Şahid1 heç nə deməmiş, sadəcə olaraq 5 dəqiqəlik işinin olduğunu bildirmiş, Nazim əvvəllər də tez-tez 5 dəqiqəlik işinin olduğunu deyib evdən çıxmış və hər zaman da 5 dəqiqədən sonra evə qayıtmış, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs evdən çıxarkən əynində tünd göy rəngli köynək, göy rəngli cins şalvar və qara rəngli gödəkçə olmuş, Nazim heç vaxt mayka geyinməmişdir.(cild 1, iş vərəqə 125-129) Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Vəliəddin oğlu onun qonşusudur. Hadisə günü səhər saatlarında həyətə düşmüş və binanın 7-ci blokunun qarşısında xeyli insan toplaşdığını görmüş, həmin yerə gəldikdə Zərərçəkmiş şəxs yerdə uzandığını və sinə nahiyəsinin qan içində olduğunu görmüşdür. O, Nazimin atası Vəliəddini səsləmiş, onun səsinə Vəliəddinin arvadı Qalina eyvana çıxıb nə baş verdiyini soruşduqda ona Nazimin yıxıldığını və gəlib baxmasını demişdir. Bir qədər sonra isə X15 gələrək Nazimi xəstəxanaya aparmışdır. Daha sonradan o, Nazimin Mahir adlı şəxs tərəfindən bıçaqlandığını öyrənmişdir. Hadisədən bir gün əvvəl Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə olub-olmaması barədə hər hansı bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ərzaq mağazası işlədir, Zərərçəkmiş şəxs qonşu kimi tanımışdır. Hadisə günü təxminən saat 09 radələrində Nazim onun işlədiyi mağazaya gələrək pul xırdalamış, mağazadan çıxdıqdan bir qədər sonra mağazanın yanında yerləşən ət dükanında qəssab işləyən Sənan onu səsləyərək Nazimin vurulduğunu bildirmiş, o, cəld çölə çıxdıqda Zərərçəkmiş şəxs binanın blokunun qarşısında yerdə uzandığını, sinəsinin qan içində olduğunu görmüşdür. X13 zəng vurmuş və təxminən 5-10 dəqiqə sonra həkimlər hadisə yerinə gələrək Nazimi avtomobilə qoyub xəstəxanaya aparmışdır. Nazimi yerdə uzanıqlı vəziyyətdə görərəkən Nazimin yanında və ya ətrafında heç kəs olmamış, hadisə vaxtı Nazimin kim tərəfindən bıçaqlanmasmı bilməsə də, sonradan qonşulardan Mahir adlı şəxs tərəfindən bıçaqlandığını eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Sumqayıt şəhər 17-ci mikrorayon ərazisində çəkməçi kimi işləyir. Təqsirləndirilən şəxs məhəllə sakini kimi tanımışdır. 09 fevral 2022-ci il tarixdə Mahir onun dükanına gələrək bıçaq itiləməyini xahiş etmişdir. Həmin bıçağı itilətdikdən sonra dükandan getmişdir. Sonradan Mahirin bir nəfəri bıçaqlayıb öldürdüyünü eşitmişdir. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, ünvan 3 ünvanında yerləşən yaşayış binası ilə üzbəüz ət məmulatları mağazasında qəssab işləyir. Zərərçəkmiş şəxs Vəliəddin oğlunu məhəllə sakini kimi tanımaqla münasibətləri hər zaman normal olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 09 radələrində mağazada olarkən Zərərçəkmiş şəxs qohumu ilə mağazaya gəlmiş, lakin Nazim mağazaya daxil olmamış, adını bilmədiyi qohumu mağazadan ət aldıqdan sonra Nazimlə birlikdə oradan uzaqlaşmış, təxminən 5-10 dəqiqə sonra Nazim yenidən onun işlədiyi mağazanın yanında yerləşən ərzaq mağazasına gəlmiş, həmin vaxt o, da özünə şirniyyat almaq üçün ərzaq mağazasında olmuş, Nazim mağazada işləyən Akif adlı şəxsdə pul xırdalayıb çölə çıxmış, o, da şirniyyat alıb öz mağazasına getmiş, mağazasına keçən kimi Nazimin çöldən zarıltı səsini eşitmiş və dərhal çölə boylandıqda sonradan adının Mahir olduğunu bildiyi şəxsin Nazimin sinə nahiyəsindən bıçağı çıxartdığını görmüş, Zərərçəkmiş şəxs bir neçə addım atıb 1- ci binanın 7-ci blokunun qarşısında yerə yıxılmış, Mahir həmin vaxt Nazimə “səni arxandan vuracaqdım ama fikrimi dəyişdim”, demiş və ona ağır söyüşlər söyərək oradan uzaqlaşmışdır. Bundan sonra o, ərzaq dükanında işləyən Akifi səsləmiş, Akif çölə çıxıb Nazimin yanına yaxınlaşmış, Akif X13 zəng vurduqdan təxminən 10-15 dəqiqə sonra həkimlər gəlib Nazimi xəstəxanaya aparmışdır. Daha sonra Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 17-ci mikrorayonda yaşayan Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmış, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs əvvəllər tanışlıqlarının olması barədə məlumatı olmamış, Hadisədən bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə olub-olmaması barədə hər hansı bir məlumatı olmamış, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ət mağazasına gələrkən əynində tünd göy rəngli köynək, göy rəngli cins şalvar və qara rəngli gödəkçə olmuşdur. (cild 1, iş vərəqə 142-145) Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun doğma oğlu olmaqla münasibətləri hər zaman yaxşı olmuş, Təqsirləndirilən şəxs arvadı İnci Həsənova və 5 yaşlı qızı Nuray. Həsənova ilə birlikdə onunla yaşamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 09 radələrində Təqsirləndirilən şəxs, qızı Nuray Həsənova və o, evdə olmuş, gəlini İnci Həsənova isə işə getmiş, səhər təxminən saat 09 radələrində Mahir siqaret almaq üçün həyətə düşmək istədiyindən, o, Mahirdən evdəki bıçağı itilətməyini xahiş etmiş, Mahir mətbəxdə olan xatırlamadığı bıçaqlardan birini götürərək, ağ rəngli torbaya qoyub, evlərinin yanında çəkməçi işləyən Məzahir ustanın yanına aparmış, təxminən 1 saat sonra digər oğlu Nəsimi Həsənov evə gələrək, Mahirin küçədə sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsi bıçaqladığını demişdir. Daha sonra Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs əvvəllər tanışlıqları olmamış, əgər tanışlıqları olsaydı onun bu barədə məlumatı olarmış, o, isə Mahirin adını heç vaxt eşitməmiş, hadisədən bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə olub-olmaması barədə hər hansı bir məlumatı olmamış, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs evdən çıxarkən əynində göy rəngli idman dəsti olmuş, Təqsirləndirilən şəxs hər zaman evdə və məhəllədə olduğundan, heç vaxt mobil telefon işlətməmişdir.(cild 1, iş vərəqə 153-155) Şahid8 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqında elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən 1 və 2 saylı binaların arasında yerləşən köşkdə satıcı işləyir. Həmin dükanı o, hər səhər saat 09-da açır və saat 21-də bağlayır. Dükanda ondan başqa heç kəs işləmir. Zərərçəkmiş şəxs Vəliəddin oğlu və Təqsirləndirilən şəxs tanımır. xx.xx.2022-ci il tarixdə də hər zamankı kimi saat 09-da dükana gələrək işləməyə başlamış, həmin gün nə Təqsirləndirilən şəxs, nə də ki, Zərərçəkmiş şəxs görməmiş və dalaşmaqlarının şahidi olmamışdır. (cild 1. İş vərəqə 191-193) Məhkəmədə əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, 17-ci mikrorayon ərazisində sahə ustası işləyir. Mahiri 1990-cı ildən, Nazimi isə son 2-3 ildir ki, tanımışdır. Mahirgilində domlarına o baxmış, hadisədən bir gün əvvəl saat 4-5 radələrində o, rəhmətə gedən şəxslə Mahiri görmüş, Mahir ona “get burdan, bura gəlmə” demişdir. Həmin vaxt o, Mahirə “ qırağa çəkil, lazım deyil, savaşacaqsınız, keç get” demiş, Mahir çıxıb getmişdir. Səhəri gün belə bir hadisə baş verdiyini bilmişdir. Nazim məhləyə narkotik vasitə gətirmiş, blokda uşaqlarla istifadə etmişdir.Bununla bağlı dəfələrlə hüquq mühafizə orqanlarına şikayət etmiş, kimə şikayət etdiklərini deyə bilməmişdir. Hadisə ilə bağlı ona müraciət olmadığı üçün ifadə verməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, onlar işdə olarkən evin yanından keçmiş, bu zaman Mahirin ölən adamla nəsə sözləşdiyini görmüş, bu zaman Mahirə “dəymə, qoy çıxsın getsin” demişlər. O, həmçinin Nazimin məhləyə gələrək söyüş söydüyünü, ona-buna sataşdığını və onu dəfələrlə blokdan qovduğunu bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1 ünvanında yerləşən yaşayış binasının həyətidir. Binanın həyəti asfaltlanmış, yalnız girişlərin önündə əkilən ağaclar üçün asfaltdan beton pİlitələr vasitəsi ilə ayrılmış kiçik torpaq sahələri müşahidə olunur. Həyətə ev 1 və ev 2 qeydiyyatlı binaların arasında olan asfalt yol vasitəsi ilə daxil olunur. Binaların yola baxan kənarları narıncı və sarı rəngli boyalarla rənglənmişdir. Yolun sağındakı binada yerləşən mənzillərin çöl fasadı açıq mavi rənglə boyanmışdır. Həyətə girişi təmin edən yol sağ və sol istiqamətə ayrılır, üzbəüzdə isə bitişik şəkildə tikilmiş iki ədəd ticarət obyekti müşahidə olunur. Yolun iki istiqamətə ayrıldığı yerdə mərkəzdə qana bənzər ləkələr nəzərə çarpır. Həmin qanabənzər ləkələr damcıvarı şəkildə olmaqla 90sm uzunluğunda 1 nömrəli bina istiqamətində uzanır. Həmin ləkələr 3 rəqəmi ilə nömrələndi. Yolun sağa ayrılan istiqamətində sağda 1 nömrəli binanı yoldan ayıran beton pilitədən 1 metr, 3 nömrəli qanabənzər ləkələrdən 6,8m aralıda qana bənzər ləkələr müşahidə olunur. Həmin qanabənzər ləkələr damcıvarı şəkildə olmaqla l,5m uzunluğunda 1 nömrəli binanın 7-ci bloku istiqamətində uzanır. Həmin qanabənzər ləkələr 2 nömrəsi ilə işarələndi. Yolun sağa ayrılan istiqamətində sağda binanın yeddinci girişi müşahidə olunur. Həmin giriş beton pilitələrdən düzəlmiş və qırmızı rəngli boyayla boyanmışdır. Bina girişinin sol üst hissəsində 26 rəqəmi qeyd olunmuşdur. Yolun həmin girişə istiqamətlənən hissəsində girişlə üzbəüz 6,4 metr, 2 nömrəli qanabənzər ləkələrdən 5,9 metr məsafədə qana bənzər ləkələr müşahidə olunur. (cild 1, iş vərəqə 4-9) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş xx.xx.2022-ci il tarixli meyitə baxış protokolundan görünür ki, təşrih stolu üzərində arxası üstə kişi meyiti uzadılmışdır. Meyitin əynində göy rəngli gödəkçə, göy rəngli köynək, mavi rəngli cins şalvar, qara rəngli kəmək, bir cüt qara rəngli idman ayaqqabısı, qara rəngli idman şalvarı, boz rəngli kişi tumanı, 1 cüt qara rəngli corablar.Köynəyin ön səthinin sol yarısında yuxarı sərbəst kənarından 9sm aşağıda, sol qolluq tikişindən 21,5sm içəridə, 2x0,4sm ölçüdə, kənarları hamar zədə vardır. Digər paltarlarda zədə aşkar edilmədi. Meyit düzgün bədən quruluşlu olub, kafi qidalıdır, boyu 177sm-dir. Meyit əllə toxunduqda ilıqdır. Meyit qacıması əllə barmaqlarında və çeynəmə əzələlərində zəif inkişaf etmişdir, yoxlanılan digər əzələ qruplarında inkişaf etməmişdir. Meyit ləkəsi bədənin arxa və yan səthini əhatə etməklə zəif intensivlikli qırmızımtıl-göyümtül rəngdə olub, barmaqla təzyiq etdikdə itir və 15-20 saniyədən sonra əvvəlki rəngini bərpa edir. Baş tükləri (saçları) qaradır, seyrək ağarıb, uzunluğu 2-3sm-ə qədərdir. Ağzı yarımaçıqdır, dişləri tamdır, təbiidir. Dili ağız boşluğunda sərbəst yerləşmişdir. Gözləri qapalıdır, bəbəklər bərabər genəlmişdir, diametri 0,5sm-dir, güzehli qişa qəhvəyi rəngdədir. Burun sümük və qığırdaqları, eləcə də üz-skelet sümüklərini əllədikdə tamdır, gözülə görünən patoloji dəyişiklik yoxdur. Xarici qulaq keçəcəkləri və burun dəlikləri sərbəst keçirici olub, ifrazat yoxdur. Boynu bədənə müvafiqdir, adi hərəkətlidir. Döş qəfəsi silindrikdir, əllədikdə sümükləri tamdır, simmetrikdir, qarnı qabırğa qövsləri səviyyəsində yerləşmişdir, əllədikdə yumşaqdır. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün inkişaf etmişdir. Xəstəlik və zədə əlamətləri yoxdur. Arxa dəlik ətrafı təmiz və zədəsizdir. Meyitin bədəni üzərində aşağıdakı xəsarət vardır: döş qəfəsinin ön səthinin sol yarısında 2,8x1 sm ölçüdə, kənarları hamar, mənfəzi açıq yara vardır. Meyitin bədəni üzərində digər xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 10-13) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş məhkəmə “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini hadisə yerində göstərməklə ətraflı təsvir etməsi təklif olundu. Saat 10:17-də videoçəkiliş dayandırılmaqla istintaq hərəkətinin iştirakçıları ilə birlikdə nəqliyyat vasitəsilə hadisə yerinə gedildi. Saat 10:50-də istintaq hərəkətininin iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi yerə - ünvan 4 ünvanında yerləşən yaşayış binasının yanına gəlindi. Təqsirləndirilən şəxs iş üzrə ifadəsində göstərdiklərini hadisə yerində göstərməsi təklif olundu. Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 16-17 radələrində Zərərçəkmiş şəxs onların məhəlləsi tərəfdə adını bilmədiyi bir nəfər oğlanla mübahisə etdiyini görüb onları ayırmış və Zərərçəkmiş şəxs məhəllələrində səs-küy yaratdığına görə məzəmmət etmiş, bu zaman Zərərçəkmiş şəxs onu təhqir etməyə başlamış, bunun qarşılığında o, da Zərərçəkmiş şəxs təhqir etmiş, bu minvalla aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı Nazimə məhəllədən çıxıb getməyi əks təqdirdə yumruqla vuracağını bildirmiş, Nazim isə vura bilməyəcəyini deyərək yenidən onu təhqir edə-edə məhəllədən uzaqlaşıb getmişdir. Nazim getdikdən sonra o, da evinə yollanmışdır. Ardınca Təqsirləndirilən şəxs həmin binanın yanında yerləşən Məzahir adlı ustanın işlədiyi çəkməçi dükanını göstərib bildirdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 9 radələrində evdəki mətbəx bıçağını itiləmək məqsədilə bıçağı götürüb ağ rəngli torbaya qoyaraq məhəllələrindəki çayxananın yanında yerləşən çəkməçi dükanına gəlmiş, Məzahir adlı usta təxminən 5 dəqiqə ərzində bıçağı itiləyib ona qaytarmışdır.Bundan sonra Təqsirləndirilən şəxs çəkməçi dükanı ilə üzbəüz yolu göstərərək bildirdi ki, bıçağı itilətdirdikdən sonra o, evə qalxmamışdan əvvəl siqaret almaq üçün həmin yolu keçib 17-ci mikrorayon ərazisində 1-ci və 2-ci binanın arasında yerləşən köşkə yaxınlaşdı. İstintaq hərəkətinə davam etmək üçün iştirakçılar ilə birlikdə video çəkilişi dayandırmadan 17-ci mikrorayon ərazisində 1 və 2 nömrəli binanın arasındakı yola gəlindi. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirdi ki, köşkün yanma gəldikdə Zərərçəkmiş şəxs öz məhəlləsindən çıxdığını görmüş, Nazimi gördükdə dünən aralarında baş vermiş söhbət yadına düşmüş və Nazimə tərs-tərs baxmağa başlamış, Nazim ondan nə üçün tərs-tərs baxdığını soruşmuş, o, isə Nazimə yaxşı elədiyini bildirmiş, bundan sonra Nazim onu təhqir edərək ona doğru gəlməyə başlamış, Nazim onu təhqir etdiyindən o, da Nazimə doğru yerimiş və onlar 1-ci bina ilə 2-ci binanın arasındakı yerdə yaxalaşmış, ilk öncə Nazim onu yumruqla vurmağa cəhd etsə də. o, Nazimin yumruğundan yayına bilmiş və dərhal sağ yumruğu ilə Nazimin sifət nahiyəsindən vurmuş, onun yumruğu da Nazimin sifətinə dəyməmiş, ardınca Nazimin arxa hissəsindən vuraraq cəzalandırmaq istədiyindən o, əlindəki torbadan bir qədər əvvəl itilətdirdiyi mətbəx bıçağını çıxartmış, Nazim onun əlində bıçağı görüb bir qədər duruxmuş, o, bıçaqla Nazimin arxa hissəsindən vurmaq istədikdə Nazim əyilərək özünü müdafiə etməyə cəhd göstərdiyindən bıçaq Nazimin sinə nahiyəsindən dəymiş, o, Nazimi bıçaqla vurduqdan sonra Nazimə “adamın varyoxunu belə eliyirlər” demiş, Nazim bıçaq zərbəsindən sonra dalaşdıqları yerdən məhəlləsinə doğru bir neçə addım atıb yaxınlıqdakı blokun qarşısında yerə yıxılmış, Nazim yerə yıxıldıqdan sonra o, Nazimin öldüyünü güman edib 1-ci polis bölməsinə gedərək təslim olmuşdur. (cild 1, iş vərəqə 92-95) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş xx.xx.2022-ci il tarixli əşyanın tanınması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Vəliəddin oğlunu öldürərkən istifadə etdiyi tiyəsi 146,4mm, dəstəyi isə 116mm olmaqla ümumi uzunluğu 262,4mm olan, tiyənin sol səthi üzərində “X9” yazıları, ulduz və aypara təsvirləri həkk olunmuş, dəstəyi tünd qəhvəyi rəngli taxta materialdan olan bıçağı 4 rəqəmi ilə, digər 3 ədəd oxşar formada olan bıçaqları isə müvafiq olaraq 1,2 və 3 rəqəmi ilə nömrələnmiş vəziyyətdə tanınma üçün Təqsirləndirilən şəxs təqdim etdim. Təqsirləndirilən şəxs qeyd olunan bıçaqlara diqqətlə nəzər saldı və əli ilə 4 rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək Zərərçəkmiş şəxs həmin bıçaq ilə sinə nahiyyəsindən vuraraq öldürdüyünü, bıçağı həmişə ev işlərinə istifadə etdiyindən, ölçüsünə, formasına və rənginə görə tanıdığını bildirdi. (cild 1, iş vərəqə 227-228) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 202 saylı rəyində göstərilmişdir ki, 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibb ekspertizası zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. (cild 1, iş vərəqə 88-91) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmətibb ekspertizasının şöbəsinin xx.xx.2022-ci il tarixli, 16 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Vəliəddin oğlunun meyiti üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Ürəyin sol qulaqcığının deşilmiş-kəsilmiş yarası. Döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş- kəsilmiş yarası. ( Yara kanalının ümumi uzunluğu 8,0-8,5sm-dir, istiqaməti öndən- arxaya, soldan-sağa, bir qədər aşağıdanyuxarıya doğrudur). Qeyd olunan xəsarət həyatidir, deşici-kəsici alətin, ola bilsin ki, maddi sübut kimi ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən törənmişdir, törənmə müddəti onun ölümündən az əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs Vəliəddin oğlunun ölümünə səbəb ürəyin sol mədəciyinin deşilmiş-kəsilmiş yarası nəticəsində baş vermiş kəskin daxili qanitirmə olmuşdur. İlkin meyit əlamətlərini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs Vəliəddin oğlunun ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-ci il, saat 1 l:00-da) 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs Vəliəddin oğlunun bədənində aşkar olunmuş xəsarətin xarakterinə əsasən, yəni ürəyin sol mədəciyinin zədələnməsi baş verdiyindən onun ölümü qısa zaman kəsiyində ( bir neçə dəqiqə ərzində) baş vermişdir. Zərərçəkmiş şəxs Vəliəddin oğlunun bədən səthində aşkar edilmiş xəsarətin xarakterinə, lokalizasiyasına və yara kanalının istiqamətinə əsasən demək olar ki, hadisə baş verən zaman xəsarət yetirənlə xəsarət alan müxtəlif vəziyyətlərdə olmaqla, ayaqüstə üzbəüz vəziyyətdə ola bilərdilər. Zərərçəkmiş şəxs Vəliəddin oğlunun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər ( həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. (cild 1, iş vərəqə 161-167) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 6/1492 saylı materialların məhkəmə ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs Pərvin oğluna və Zərərçəkmiş şəxs Vəliəddin oğluna məxsus olduğu qeyd edilən heyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs Vəliəddin oğluna məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Zərərçəkmiş şəxs Vəliəddin oğluna məxsus olduğu qeyd edilən'geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Zərərçəkmiş şəxs Vəliəddin oğluna məxsus olduğu qeyd edilən sağ və sol əl barmaqlarının dırnaq kəsintiləri üzərində kənar lif mikrohissəcikləri və həmçinin Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. (cild 1, iş vərəqə 171-175) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 1601 saylı komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Üzvi emosional-labil pozuntu aşkar olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən üzvi emosional-labil pozuntu o darəcədə ifadə olunmayıb ki, baş verən hadisə zamanı öz hərəkətlərinin faktiki xarakterini və icitami təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Buna görə də Təqsirləndirilən şəxs anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası Cm-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bu iş üzrə ifadə vermək iqtidarındadı, yəni öz psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs koqnitiv imkanlarının nisbətən zəiflədiyi, çevik olmadığı müəyyən edilsə də, ümumilikdə əqli imkanlarının normaya uyğun olması aşkar olunur. Kobudluq, qıcığa qarşı həssaslıq, emosional labillik, hərəkət və davranışı üzərində İradi tənzimləmənin çatışmazlığı, hövsələsizlik, konfliktə və emosional reaksiyalara meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxsxx.xx.2022-ci il tarixdə cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hisrlilik, qəzəb yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxscinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəbləri onda müəyyən edilən Üzvi emosional-labil pozuntu ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (cild 1, iş vərəqə 206-211) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 9/392 saylı məhkəmə-tibbi biologiya ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs Vəliəddin oğlunun ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(İT).- Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: AB(İV).Zərərçəkmiş şəxs məxsus köynək, cins şalvar, gödəkçə, bir cüt idman ayaqqabısı, Təqsirləndirilən şəxs məxsus idman şalvarı, idman gödəkçəsi, bir ədəd bıçağın tiyəsi və 03 ədəd kosmetik pambıq tamponlar üzərində unsan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqi edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Zərərçəkmiş şəxs Vəliəddin oğluna məxsus oluna bilər.N.V. Məmmədova məxsus bir ədəd kəmər və bir ədəd bıçağın dəstəyinin üzərində qana şübhəli ləkələr aşkar olunmadı.Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddəti, qanın canlı insanın, yoxsa meyitin qanından əmələ gəlməsi barədə fikir söyləmək mümkün olmadı. (cild 1, iş vərəqə 212-219) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq xx.xx.2022-ci il tarixli, 714/4 saylı kompleks məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs Vəliəddin oğluna məxsus köynəyin ön səthinin solunda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi İtilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tiplideşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs Vəliəddin oğluna məxsus köynəyin ön səthində solda aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun döş qəfəsinin ön səthinin sol yarısında olan eyni xarakterli xəsarətlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlir. Zərərçəkmiş şəxs Vəliəddin oğluna məxsus şalvarda, gödəkçədə və bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Təqsirləndirilən şəxs məxsus idman gödəkçəsində və idman şalvarında əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş maddi sübutların məhkəmə-bioloji tədqiqatı zamanı aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: Zərərçəkmiş şəxs Vəliəddin oğluna məxsus uzunqol köynəyin ön səthinin əsasən sol yuxarı-orta hissəsində və qismən sağ yarısında yuxarıda və gödəkçənin daxildən astarının orta hissəsində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə statik və ya az dinamik kontaktı nəticəsində, sonra isə fiziki-kapillyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs Vəliəddin oğluna məxsus cins şalvarın sağ və sol ayaq hissəsində, təxminən orta hissəsində və sağ ayaq hissəsininön aşağı nahiyyəsində aşkar edilmiş qan ləkələri qan mənbəyindən ola bilsin ki, səthə hündürlükdən səthə, əsasən bucaq altında düşən damcıları nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs Vəliəddin oğluna məxsus idman ayaqqabısının hər iki tayının üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə az dinamik kontaktı nəticəsində əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs məxsus idman şalvarının hər iki ayağının Ön səthində və idman gödəkçəsinin ön səthində solda aşkar edilmiş kiçik ölçülü qan ləkələri çox güman ki, sıçrama xarakterli olub, qan mənbəyinə kinetik enerji impulsu verməsi nəticəsində əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs məxsus gödəkçənin ön sağ aşağı hissəsində və sol qolunun manjeti üzərində olan bir qrup qan ləkələri qan mənbəyi ilə az dinamik kontaktı nəticəsində əmələ gələ bilərdi. Ekspetizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (cild 1, iş vərəqə 220-226) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli könüllü təqdim etmə və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə gələrək, Zərərçəkmiş şəxs Vəliəddin oğlunu bıçaqla vurduğunu bildirmiş və 01 ədəd bıçağı könüllü olaraq polis bölməsinə təqdim etmişdir. (cild 1, iş vərəqə 106) Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Vəliəddin oğlunun hadisə vaxtı əynində olmuş 01 ədəd göy rəngli gödəkçə, 01 ədəd göy rəngli köynək, 01 ədəd mavi rəngli cins şalvar, 01 ədəd qara rəngli kəmər, bir cüt qara rəngli idman ayaqqabısı, 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd boz rəngli kişi tumanı, İ cüt qara rəngli corab, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd göy rəngli kapüşonlu, sinə hissəsində “Porshe” yazısı yazılmış idman gödəkçəsi, 01 ədəd göy rəngli sağ və sol ayaq hissələrində “porshe” yazısı yazılmış idman şalvarı və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etmiş olduğu tiyəsi 146,4mm, dəstəyi isə 116mm olmaqla ümumi uzunluğu 262,4mm olan, tiyənin sol səthi üzərində “X9” yazıları, ulduz və aypara təsvirləri həkk olunmuş mətbəx bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir. ( cild 1, i/v. 59-60) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 29,120.1 və 228.4-cü maddələrilə təqsirləndirilərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmişdir. (cild 1, iş vərəqə 150-152) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 11 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır.(cild 1, iş vərəqə 134) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X10 adlı azyaşlı övladı vardır. ( cild 1, iş vərəqə156) Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Vəliəddin oğlunu xuliqanlıq niyyəti ilə öldürməməsi, ümumiyyətlə öldürmək niyyətinin olmaması barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı binaya gələrək özünün şəxsiyyətini zərərçəkmişin və ətrafdaki şəxslərin fövgündə qoyaraq istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirib, insanlar arasında bərqərar olmuş birqəraryaşayış və əxlaq normalarını kobud surətdə pozaraq sonuncunun üzərinə hücum edib, istintaqla müəyyən edilməyən mənbədən qanunsuz olaraq əldə olunub üzərində qəzdirdiyi zavod üsulu ilə hazırlanmış süngi bıçaqla vurması təqsirləndirilən şəxsin məqsədinin məhz zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə öldürmək niyyətinin olmasının bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə, həmçinin əlavə şahid qismində dindirilmiş X2 və X5 məhkəmədə verdikləri ifadələrində göstərdikləri hallara, yəni Nazimin məhləyə narkotik vasitə gətirməsi, blokda uşaqlarla istifadə etməsi, Mahirin bu məsələ bağlı olaraq onunla 01 (bir) gün qabaq mübahisə etməsi ilə bağlı xüsusatlara tənqidi yanaşır və hesab edir ki, onlar təqsirləndirlən şəxs və zərərçəkmiş şəxsin şəxsiyyəti haqqında az məlumatlıdırlar, hətta X11 məhkəmədə ifadə verərkən zərərçəkmiş şəxsin adını bele düzgün qeyd etməmişdir. Bu səbəbdən məhkəmə onların verdiyi ifadələri sübut kimi qiymətləndirmir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması, hadisədən sonra könüllü Sumqayıt ŞPİ-nə gəlib təqsirini boynuna alması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.1.10-cu maddələrinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablanmışdır. ( İ cild , iş vərəqə 44, 86-87) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan – zərəəçəkmiş şəxs Zərərçəkmiş şəxs Vəliəddin oğlunun hadisə vaxtı əynində olmuş 01 ədəd göy rəngli gödəkçə, 01 ədəd göy rəngli köynək, 01 ədəd mavi rəngli cins şalvar, 01 ədəd qara rəngli kəmər, bir cüt qara rəngli idman ayaqqabısı, 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd boz rəngli kişi tumanı, İ cüt qara rəngli corab, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd göy rəngli kapüşonlu, sinə hissəsində “Porshe” yazısı yazılmış idman gödəkçəsi, 01 ədəd göy rəngli sağ və sol ayaq hissələrində “porshe” yazısı yazılmış idman şalvarı və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etmiş olduğu tiyəsi 146,4mm, dəstəyi isə 116mm olmaqla ümumi uzunluğu 262,4mm olan, tiyənin sol səthi üzərində “X9” yazıları, ulduz və aypara təsvirləri həkk olunmuş mətbəx bıçağı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən ümümilikdə 15.135 (on beş min yüz otuz beş) manat məbləğində mülki iddia verilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs maddi zərər qismində 5.000 ( beş min) manat, mənəvi zərər qismində 10.000 (on min) manat və 135 (yüz otuz beş) manat məbləğində isə ödənilmiş dövlət rüsumu, ümümilikdə 15.135 (on beş min yüz otuz beş) manat tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı məsələləri müzakirə edərək və mövcud sübutların məcmusu əsasında hesab edir ki, iddia qismən təmin edilməli, maddi zərər qismində 5000 (beş min) manat, mənəvi zərər qismində 5.000 (beş min) manat və 135 (yüz otuz beş) manat məbləğində isə ödənilmiş dövlət rüsumu, ümumilikdə 10.135 ( on min yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutularaq X4 ödənməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 17 (on yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məəhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 09 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs Vəliəddin oğlunun hadisə vaxtı əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd köynək, 01 ədəd cins şalvar, 01 ədəd kəmər, bir cüt ayaqqabı, 01 ədəd idman şalvarı, 01 ədəd tuman, İ cüt corab, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd idman gödəkçəsi, 01 ədəd idman şalvarı və 01 (bir) ədəd mətbəx bıçağı məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 154 (yüz əlli dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Zərərçəkmiş şəxsin hüquqi varisi (müki iddiaçı) tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, 10.135 ( on min yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutularaq X4 ödənilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-107/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-107/2023
03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver