Məhkəmə qərarları › İş №1(124)-107/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-107/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-107/2024 27.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərər çəkmiş şəxsin hüquqi varisi: X1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, 04 sentyabr 1997-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmiş, Lənkəran şəhəri, V.Tereşkova küçəsi, ev 3/2-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi Quşçuluq massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.3-cü maddələri ilə, xx xxxxx 1990-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Lənkəran şəhəri, Səttarxan küçəsi, ev 76-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, ev 3, mənzil 362-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətdiyinə görə Bakı şəhər Nərimanov rayon məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, tanışı Zərərçəkmiş şəxs ona satdığı mobil telefona görə əvvəlcədən razılaşdıqları 35 manat məbləğində pul əvəzinə 3 ədəd bir manatlıq əskinasda tədavüldə olan pul vahidi, habelə 1 ədəd 20, 1 ədəd 10 manatlıq pul əskinasına bənzər (saqqız məhsulunun içindən çıxan) kağız parçasını ona 35 manat pul əvəzinə verməsinə, bundan sonra ondan gizlənməsinə görə qəzəblənib onu cəzalandırmaq istəmiş, 21 yanvar 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs görüb bu barədə ona məlumat verən tanışı Təqsirləndirilən şəxs1 onu söhbətə başını qatmağı xahiş edib, sonuncunun dediyi Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində “Uğur” marketin yaxınlığına gələrək Təqsirləndirilən şəxs1 tanışı olan istintaqla müəyyən edilməyən Şəmi adlı şəxslə bir qrup şəxs halında, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib özünü ətrafda olan başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaqla başqa şəxsin sağlamlığı üçün təhlükəli olan əməl törətdiyini dərk edib bunun həmin şəxsin sağlamlığına ağır zərər vuracağını qabaqcadan görüb belə zərərin vurulmasını arzu etməklə psixi-emosional halında yaranmış hirslilik fonunda Şəmi adlı şəxsin idarə etdiyi “Kia Rio” markalı avtomobilin arxa oturacağında əyləşmiş Zərərçəkmiş şəxs qarşı ümumi niyyətdən kənara çıxan hərəkət kimi üzərində gəzdirdiyi və istintaqla əldə edilməsi mümkün olmayan silah qismində istifadə etdiyi bıçaqla bir dəfə zərbə vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “qarın nahiyəsinin sağ yarısının periton boşluğuna nüfuz edərək qalxan çənbər bağırsağı yaralayan, daxili qanaxma törədən bir ədəd deşilmişkəsilmiş yarası” xəsarətini yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən onun sağlamlığına ağır zərər vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şəmi adlı şəxslə bir qrup halında olmaqla öz hərəkətlərini davam etdirərək ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib özünü ətrafda olan başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq ağır dərəcəli bədən xəsarəti aldıqdan sonra avtomobildən çıxmağa müvəffəq olan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vuraraq ona qarşı zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 yetirdiyi ağır zərər, yəni xəsarətlə səbəbli əlaqəsi olan qaraciyərin piy və parenxitamoz zülal distrofiyası, ürək əzələsinin və böyrəklərin parenximatoz zülal distrofiyası, sol böyrəyin atrofiyası, Hepatit C, bel-oma və bədən nahiyələrinin yataq yaraları ilə müşayiət olunan qarın nahiyəsinin ön səthinin daxilə nüfuz edərək qalxan çənbər bağırsağın zədələnməsi və daxili qanaxma ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar aparılmış əməliyyatdan sonra inkişaf edən yayılmış irinli peritonit nəticəsində törəyən orqanizmin ümumi intoksikasiyası səbəbindən 29 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs1 tanışları Zərərçəkmiş şəxs satdığı mobil telefona görə 35 manat məbləğində pul əvəzinə 3 ədəd bir manatlıq əskinazda tədavüldə olan pul vahidi, habelə 1 ədəd 20, 1 ədəd 10 manatlıq pul əskinazına bənzər (saqqız məhsulunun içindən çıxan) kağız parçasını ona 35 manat pul əvəzinə verməsinə və gizlənməsinə görə Təqsirləndirilən şəxs2 ilə aralarında narazılığın olması barədə məlumatı olduğu üçün 21 yanvar 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində “Uğur” marketin yaxınlığında olması barədə məlumat verib Cavid Qurbanovun xahişi ilə Zərərçəkmiş şəxs söhbətə tutub saxlamaqla orada Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs münasibətlərinə aydınlıq gətirmələrinə şərait yaratmışdır. Bundan sonra o, Cavid Qurbanov və istintaqa məlum olmayan Şəmi adlı şəxslə bir qrup şəxs halında olmaqla həmin gün saat 19 radələrində qeyd olunan “Uğur” marketin yaxınlığında Təqsirləndirilən şəxs2 ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq psixi-emosional halında yaranmış hirslilik fonunda Şəmi adlı şəxsin idarə etdiyi “Kia Rio” markalı avtomobilin arxa oturacağında əyləşmiş tanışı Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi və istintaqla əldə edilməsi mümkün olmayan bıçaqla bir dəfə zərbə vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “qarın nahiyəsinin sağ yarısının periton boşluğuna nüfuz edərək qalxan çənbər bağırsağı yaralayan, daxili qanaxma törədən bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarətini yetirməklə xuliqanlıq niyyətilə qəsdən onun sağlamlığına ağır zərər vurmasından sonra avtomobildən çıxmağa müvəffəq olan Zərərçəkmiş şəxs qarşı xuliqanlıq hərəkətlərini davam etdirən Təqsirləndirilən şəxs2 və Şəmi adlı şəxslə bir qrup şəxs halında olmaqla ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib özünü ətrafda olan başqa şəxslərin və zərərçəkmişin şəxsiyyətinin fövqündə qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vuraraq ona qarşı zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, hadisənin tarixi yadında qalmamışdır. Telefon satmaq istəmişdir. Qış vaxtı idi. Zərər çəkmiş şəxs ondan telefon götürməyə gəlmişdir. O, telefonu 50 (əlli) manata satdığını bildirmişdir. Telefonu Zərərçəkmiş şəxs vermiş, o da ona bir az pul vermişdir. O, da həmin vaxt Xırdalanda “VAZ”ın dairəsindəki xəstəxanaya getməli olmuşdur. Xəstəxananın qabağına gəlmiş, taksiyə pul vermək istəyən zaman üstdə üç ədəd bir manatlığın, içərisində isə saxta on manatlığın və saxta iyirmi manatlığın olduğunu müəyyən etmişdir. On manatlıq və iyirmi manatlıq əskinaslar saqqızdan çıxan etibarsız əskinaslar idi. Bundan sonra Zərərçəkmiş şəxs zəng vurmuşdur. O, telefonunu söndürmüşdür. “Whatsapp” proqramından mesaj yazmış, onu bloka atmışdır. Daha sonra ortaq tanışları ilə əlaqə saxlayan zaman onların da zənglərini cavabsız qoymuşdur. Bundan sonra ittihamçının elan etdiyi kimi olmamışdır. Evə gedəndə Muradı təsadüfən avtomobilin içərisində görmüşdür. Sağ qapını açmaq istəmiş, görmüşdür ki, qapı bağlıdır. Yan tərəfdən fırlanıb qapını açmışdır. Avtomobildə Sərdar adlı şəxs olmuş, onu avtomobildən düşürmüşdür. Bundan sonra oturub Muraddan ona qarşı nə səbəbə bu cür hərəkət etdiyini soruşmuşdur. Söhbət əsnasında Murad qapını açmış, o, da ona xəsarət yetirmişdir. O, Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra sonuncu avtomobildən qalxıb çıxıb getmişdir. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, əvvəllər zərər çəkmiş şəxsi tanımamışdır. O, heç kimdən zəng edib xahiş etməmişdir ki, zərər çəkmiş şəxsi avtomobildə saxlasınlar. O, ortaq tanışları İlhama demişdir ki, Muradı çağırsın görüşək. Əyləşdikləri avtomobil Şəminin avtomobili idi. Ruslan avtomobildə qabaq oturacaqda əyləşmişdir. Ruslan Muradın ona telefon əvəzində saxta pul verməsindən məlumatlı olub olmadığını dəqiq bilməmişdir. Bıçaq həmişə onun üstündə olmuşdur. 6 saylı cəza çəkmə müəssisəsində düşmənləri olduğu üçün həmişə üzərində bıçaq gəzdirmişdir. Avtomobildə söhbət edən zaman Zərərçəkmiş şəxs qaçmağa çalışmış, o, da ona bıçaqla xəsarət yetirmişdir. Avtomobilin içərisində təpik vurmaq çətin olduğu üçün zərər çəkmiş şəxsə bıçaqla xəsarət yetirmişdir. Pula görə deyil, aldatmağı xoşuna gəlmədiyi üçün bıçağa əl atmışdır. Mərhum heç bıçağı hiss etməmişdir. Zərər çəkmiş şəxs qaçmaq istəyəndə bıçaqla vurmuş, o da hiss etməyib qaçıb getmişdir. Ruslanla Şəmi mərhuma təpik vurmaqlarını görməmişdir. Vurandan sonra Murad qaçmışdır. Törətmiş olduğu əməldən peşmandır. Müdafiəçi1 suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə elan edilmiş ittiham bildiyi qədərilə hadisə ictimai yerdə baş verdikdə verilir. O, zərər çəkmiş şəxsi avtomobildə vurmuşdur. Əgər avtomobil ictimai yer sayılırsa, o, avtomobildə xəsarət yetirmişdir. Ola bilər ki, Şəmigilə zəng edib baş verənlər barədə məlumat vermiş, onlar Muradı tanıyır. Ancaq aralarında “saxla, gəlirəm” mövzulu söhbət olmamışdır. Murada bıçaqla xəsarət yetirməyini təsdiq edir. Əsəblərinə hakim ola bilməmiş, xəsarət yetirmişdir. Zərər çəkmiş şəxs Muradı saxlayıb döymək barədə əvvəldən aralarında hər hansı razılaşma olmamışdır. O, heç kimi davaya cəlb etməmişdir. İttihamda qeyd edildiyi kimi, şəxsiyyətini kiminsə şəxsiyyətindən üstün tutmamışdır. Onun Muraddan incidiyini İlham bilmişdir. Murad avtomobildən çıxanda bıçaqla zərbə endirmişdir. Hadisə zamanı üzərində olan bıçaq elə də balaca deyildir. Üzərindəki bıçaq “Kolumbiya” firmasının bıçağı idi. Bıçaqla xəsarət yetirmişdir. X9 xəsarət yetirməsini görməmişdir. Hadisə zamanı ətrafda onlardan başqa adam olmamışdır. Müdafiəçi2 suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, cinayət törətmək barədə əvvəldən Ruslanla danışmamışdır. Hadisə zamanı Ruslan ikisinin arasında qalmışdır. Ruslan ortaq tanış idi. Təqsirləndirilən şəxs1 mərhumu boğaz nahiyəsindən sıxdığını görməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Cavidin danışdıqları ilə o da razıdır. Hadisə anidən baş vermişdir. Şəmiylə işə gedirdi. Yolda Muradı görmüşdürlər. Murad özü əli ilə işarə edərək onları saxlatmışdır. Zərərçəkmiş şəxs onları əvvəldən tanımış, avtomobilə əyləşmiş, Cavidlə arasındakı məsələ barədə onlara heç nə danışmamışdır. Maşını hansı tərəfə sürmək lazım olduğunu Murad özü demiş, Cavidi də keçəndə görmüşdürlər. Yəni, günah hər ikisində olub. Hadisənin çox hissəsini unutmuş, yadında deyil. Yadında qalan Cavidin danışdıqlarıdır. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Cavidi Lənkəranda məktəb illərindən tanımışdır. Zərər çəkmiş şəxsi də təxminən 6-7 ay idi ki, tanımışdır. İşi ilə bağlı mərhum ona yaxınlaşan zaman onunla tanış olmuşdur. Özü kombi-santexnik ustasıdır. Şəmini də orta məktəb illərindən tanımışdır. Cavid onunla eyni məktəbdə oxumamış, sadəcə olaraq məktəb illərindən tanımış, təxminən on iki il olar. Mərhum Şəminin avtomobilinə əyləşməmişdən qabaq Cavid onlara Muradın ona saxta pul verməsi haqqında heç nə deməmişdir. Şəmi həmçinin taksi sürücüsü kimi işləmiş, Xırdalanda “BazarStore”-nin qabağından adam götürüb 20 Yanvara aparırdı. Muradı görmüş, yanında da dostu var idi. Dostunu birinci dəfə idi ki, Muradın yanında görmüşdürlər. Muradgil avtomobilə əyləşəndə saat təxminən 2-3 radələri olardı. Avtomobili elə “BazarStore”-nin qabağında saxlamışdırlar. Cavidi yolüstü görmüşdürlər. Muradın Cavidə saxta pul verməsini, düzü, elə hadisə günü bilmişdirlər. Ondan qabaq da bir-iki adam var idi, onlardan eşitmişdirlər. O, hazırkı ifadə də Muradın saxta pul verməsini Caviddən deyil, başqa adamlardan eşitmişdir. Mərhumla arasındakı narazıçılıq barədə Cavidə zəng edib bu barədə soruşmaq deyəndə ki, Cavid “whatsapp”-da səs atmışdır. X13 görüb-görmədiyini soruşmuş, o, da ona Muradı görmədiyini bildirmişdir. Səsdə Cavidin tam olaraq nə dediyini hazırda xatırlamamışdır. Zərər çəkmiş şəxs avtomobilə əyləşdikdən sonra hara getməli olduqlarını özü deyərək əyani şəkildə göstərmişdir. Yolu Murad özü göstərmişdir. 20 Yanvara getmişdirlər. Muraddan hara getdiyini soruşduqda, bekarçılıqdırsa, bir qədər avtomobildə oturmağı, həmçinin kombi olduğunu, həmin kombini uzun müddətdir satmaq istədiyini demişdir. Cavid ona zəng edərək mərhumu avtomobildə saxlamağını tapşırmamış, Cavidin Şəmiyə zəng etməsini də eşitməmişdir. Avtomobili Quşçuluq massivində, “120”-nin axırında, market tərəfdə saxlamışdır. Zərər çəkmiş şəxs Şəmiyə pul verməmişdir. Şəmi Muradı boş yerə gəzdirir deyəndə ki, tanıdığı üçün onu dediyi ünvana aparmışdır. Avtomobili saxlamış, Cavidi keçədə görmüşdürlər. Onların avtomobili saxlamaqları və Cavidin yanlarına gəlməyi tam təsadüf idi. Cavid gəldikdən sonra aralarında söz-söhbət olmuşdur. Muraddan niyə onu bloka atdığını avtomobildə soruşmuşdur. O da bu barədə sonra danışacağını bildirmişdir. O, da aralarında söz-söhbət olmadığını, niyə onu bloka atdığını bir daha soruşmuşdur. Mərhum nə səbəbə onu bloka atdığını bildirməmişdir, səbəbini sonra deyəcəyini qeyd etmişdir. Cavid gəldikdən sonra onlar özü aşağı düşmüşdürlər. Onlar heç dava olacağını bilməmişdirlər. Avtomobildən düşməyi heç kim təklif etməmiş, onlra özləri aşağı düşmüşdürlər. Siqaret çəkmək üçün avtomobildən düşmüşdür. Cavid gəlib avtomobildə arxaya əyləşəndə sonuncunun Muradla arasındakı mübahisədən xəbəri yox idi. Cavid gəldikdən sonra bir qədər sözləşmişdirlər. Avtomobildən düşdükdən sonra onlarla avtomobil arasında təxminən üç-beş metr məsafə olmuşdur. Avtomobildən aşağı düşdükdən sonra qapının açarla bağlanmasını bilməmişdir. Avtomobilin qapısı xarab idi. Avtomobilin pəncərələri aşağı deyildir. Pultda problem var idi, qapılar və s. hərdən ilişirdi. Rəhmətlik avtomobildən aşağı düşdükdən sonra özü nalayiq təhqiredici ifadələr işlətdi. Mərhum avtomobildən düşdükdən sonra ona yaxın getmişdir. Murad ona da qarşı nalayiq təhqiredici ifadələr işlətmişdir. Zərər çəkmiş şəxs ümumilikdə hamıya qarşı nalayiq təhqiredici ifadə işlətmişdir. Cavidlə arasındakı söz-söhbətdən sonra avtomobildən düşəndə Murad söyüş söymüşdür. Mərhum nalayiq təhqiredici ifadə işlədərək üstünə tərəf getmişdir. Üstünə gedəndə ona yaxınlaşıb sözünü demək istəmişdir. Həmin vaxt Şəminin nə etdiyini bilməmişdir. Zərər çəkmiş şəxs avtomobildən düşdükdən sonra Sərdar sözügedən şəxsi götürüb getmişdir. Sərdar Muradın dostu, kirvəsi idi. Sərdar da avtomobildə əyləşmişdir. Hamısı avtomobildən düşmüşdür deyə, Sərdar da avtomobildən düşmüşdür. Təkcə Murad özü avtomobildə qalmışdır. O da ki, özü avtomobildən aşağı düşməmişdir. Avtomobildən düşməklə bağlı Cavid onlara heç nə deməmişdir. Muradı vurmamışdır. Muradın başını qolunun arasına salmış, ancaq boğmamışdır. Nalayiq təhqiredici ifadə işlətdiyi üçün başını qolunun arasına salmışdır. Hadisəyə qədər Cavid ona zəng edib deməmişdir ki, Muradı saxlayın, gəlir. Yəni Cavid ona zəng etməmişdir. Müdafiəçi2 suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, hadisəyə qədər cinayət barədə digər təqsirləndirilən şəxslərlə aralarında razılaşma olmamışdır. O, zərər çəkmiş şəxsin boğazını sıxmamışdır. Sadəcə olaraq mərhum ağır təhqiredici ifadə işlətmişdir. Üstünə getmək istəmiş, qanı görmüş, bundan sonra dayanmışdır. Murad onlara qarşı nalayiq təhqiredici ifadə işlətmişdir. Müdafiəçi1 suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, birlikdə döyməklə bağlı Cavidlə aralarında razılaşma olmamışdır. Murad avtomobilə “BazarStore”nin qabağında minmişdir. Avtomobili də özü saxlatmışdır. Muradın avtomobilə əyləşməsindən hadisəyə kimi iyirmi-iyirmi beş dəqiqə vaxt keçmişdir. Cavidə Muradın yanlarında olması barədə məlumat verməmişdirlər. Onlar avtomobildə olan zaman Cavidlə təsadüfən üzləşərkən sonuncunun həmin vaxt hara getdiyini bilməmişdir. Onlar səbəbini düşünmədən avtomobildən aşağı düşmüşdürlər. Onlar dava olacağını heç bilməmişdirlər. Cavid zərər çəkmiş şəxsə xəsarət yetirdikdən sonra onlar ona əllə, ayaqla və s. xəsarət yetirməmişdirlər. Dostuyla getmiş, onlardan aralaşmışdır. Hadisə zamanı özünü göstərmək kimi niyyəti olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hadisədən təxminən 6-7 ay əvvəl tanımış, aralarında normal münasibətlər olmuş, sonradan isə Murad onun yaşadığı binada yaşayan bacısının evinə tez-tez gəlib getmiş və hər dəfə Muradı görəndə salam verib hal-əhval tutmuşdur. Şəmi isə həmkəndlisi olmuş, belə ki, Şəmi ilə Lənkəran şəhərində 2 nömrəli məktəbdə oxumuş, aralarında normal münasibətlər olmuş, Təqsirləndirilən şəxs2 ilə isə bir yerdə hərbi xidmət keçmişlər. Özü kombi təmiri ilə məşğul olaraq dolanışığını təmin etmiş, hadisədən təxminən 4-5 ay əvvəl kombi ustası kimi Abşeron rayonu Xırdalan şəhəri, «Uğur» marketin yaxınlığında yerləşən həyət evinə çağırılmış, oraya gedəndə ev sahibinin bir yerdə hərbi xidmətdə olduğu Cavidin olduğunu görmüş, bundan sonra bir-birləri ilə əlaqə saxlamağa başlamışlar. Bildiyi qədər Cavid narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmuş, həmçinin Muradın da narkotik vasitələrdən istifadə etməsi barədə xəbəri olmuşdur. Hadisədən təxminən 5 gün əvvəl Murad istifadə etmək üçün Caviddən narkotik vasitə almaq məqsədilə görüşmüş, bildiyinə görə Murad Caviddən 35-40 manat miqdarında narkotik vasitə almış, lakin Murad saqqızın içərisində olan pulu 3 manata bükərək həqiqi pul kimi Cavidə 40 manat əvəzinə vermiş, Cavid isə həmin pulu açdıqda həqiqi olaraq 3 manat pul, digər pulların isə saqqızdan çıxan yalançı pul olduğunu görmüşdür. Cavid Murad tərəfindən aldadıldığını bildikdən sonra telefonla Murada səs atmış, həmin X13 küçə söyüşləri ilə təhqir etmişdir. Cavid ondan və Şəmidən Muradı harada görsələr xəbər vermələrini və yanına gətirmələrini xahiş etmişdir. 21 yanvar 2022-ci il tarixdə saat 14 radələrində Şəminin idarə etdiyi “Kia Rio” markalı göy rəngli avtomobillə Xırdalan şəhəri «AAAF» park yaşayış kompleksində ərazidən üzü Bakı istiqamətində hərəkətdə olarkən Xırdalan şəhəri ərazisində “Bazar Store” marketin yaxınlığında Muradın bir nəfər cavan oğlanla dayandığını görmüş, bu zaman Murad əli ilə onları dostuna göstərərək “bu adamlar mənim tanışlarımdır” deyə bildirmişdir. Şəmi avtomobili saxlamış, bu zaman avtomobildən düşməmiş Şəmi telefonla Cavidi yığaraq “Murad Xırdalanda Bazar Store marketin qarşısındadı, hardasansa dur bura gəl” deyə məlumat vermiş, Cavid isə Şəmiyə “onu maşına mindirin, başını qatın mən gəlirəm” cavabını vermişdir. Bundan sonra maşınla Murada yaxınlaşıb salamlaşdıqdan sonra hara getdiyini soruşmuş, Murad isə evə getdiyini bildirmiş, Murada “gəl otur maşına səni evinə aparaq” dedikdən sonra Murad və yanındakı tanışı avtomobildə arxa oturacaqda əyləşmişlər. Murad arxa sol tərəfdə, tanışı isə arxa sağ tərəfdə oturmuş, Murad yolda hansı istiqamətə getmələrini göstərmişdir. Yolda Şəmidən marketdən siqaret almaq üçün maşını saxlamasını xahiş edib maşından düşüb bir qədər aralananda Cavid zəng vuraraq harada olduğunu soruşmuş, o, da Cavidə «Uğur» marketin yaxınlığında olduqlarını bildirmişdir. «Uğur» marketin yaxınlığında maşının içərisində oturub söhbət edərkən Cavid dostunun idarə etdiyi qırmızı rəngli “Ravon” markalı avtomobillə gəlib Şəminin idarə etdiyi avtomobilin yanında saxlamış, həmin vaxt Cavidin gəldiyi avtomobildə tanışı Fidan adlı qız da olmuşdur. Murad Cavidin gəldiyini görüb Şəmiyə "maşını nə üçün saxlamısan, sür getsin, mənim Cavidlə problemim var” deyə bildirmiş, o və Şəmi Murada “gözlə görək səninlə Cavid arasında nə probleminiz var, həmin problemi öz aranızda həll edin” cavabını vermişlər. Cavid Şəminin avtomobilinin arxa sağ qapısını açanda Muradın tanışı arxa qapıdan düşüb kənarda dayanmış, o da Şəmi ilə birgə maşından yerə düşmüşdür. Həmin vaxt Cavidin əlində bıçaq olmuş, Cavid də arxa sağ qapıdan başını içəri salıb Murada bıçaq zərbələri atmış, Murad isə arxa sol qapını açıb çıxmaq istəmişdir. Həmin vaxt maşının qapıları kilidləndiyi üçün Murad arxa sol qapıdan çıxa bilməmiş, lakin Murad birtəhər qapını açıb çölə çıxmışdır. Bu zaman Muradın ayağı ilişdiyindən yerə yıxılmış, həmin vaxt Şəmi Murada yaxınlaşıb yerdə Muradı təpikləməyə başlamış, təpik zərbələrindən sonra Murad "siz görərsiniz, mən sizin başınıza nə oyun açacam” deyə qışqırmışdır. Bu söz ona toxunduğu üçün yaxınlaşıb Muradın başını qoltuğunun arasına alıb sıxıb 5-6 saniyə saxlamış və sonra buraxıb Muraddan aralaşmışdır. Murad üst-başını təmizləməyə başlamış, həmin vaxtı Cavid Murada "soxmuşam sənə xəbərin yoxdur” sözlərini demiş, bundan sonra Murad dostu ilə oradan çıxıb getmişdir. Daha sonra Cavidi Xırdalan şəhərində yerləşən köhnə bazar adlanan yerdə düşürmüş və Şəmidən ayrılaraq yaşadığı evə getmiş, həmin gün saat 19-20 radələrində mobil telefonuna Azər Şahverdiyev zəng etmiş, Azəri əvvəllər tanımamış, telefonda danışan zaman o, Muradın qardaşı olduğunu, qardaşının bıçaqla vurulduğunu və Şəmi ilə birgə həmin hadisədə iştirak etdiklərini söyləmişdir. Azərə qardaşı Muradı bıçaqla Cavidin vurduğunu söyləmiş, Azərdən adını polislərin yanında çəkməməsini xahiş etmiş, çünki bıçaqla Muradı vurmamışdır. Azər artıq Cavidin nömrəsini bildiyindən Cavidə zəng etmiş, lakin nə danışmalarını bilməmişdir. Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirmişdir ki, Cavidin bıçaqla Muradı vurmasını görməsə də, Cavidin Muradı maşının içərisində bıçaqla vurduğunu düşünmüş, çünki Murad maşından düşüb yerə yıxılanda halı özündə olmamış, həmin vaxt Cavid bıçağı qatlayıb cibinə qoymuşdur. Hadisə zamanı Cavidin Muradın pulqabısını götürməsinin şahidi olmamışdır. Məhkəmə tərkibinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərdi ki, ona tanımadığı mobil nömrədən zəng gəlmiş və Muradın bıçaqlanması barədə ona məlumat verilmişdir. Həmin şəxsdən kim olduğunu soruşduqda, Muradın dostu olduğunu qeyd etdi. Harada bıçaqlandığını soruşduqda isə, qardaşının Xırdalanda bıçaqlandığını bildirdi. Həmin şəxsə qardaşını avtomobilə qoyub şəhərə gətirməsini tapşırdıqda, o, Muradı Xırdalanda təzə xəstəxanaya apardığını söyləmişdir. Telefondakı şəxslə razılaşaraq qeyd olunan xəstəxanaya gələcəyini söyləmişdir. O, işdən çıxıb elə xəstəxanaya gələndə yenidən bayaq danışdığı şəxs ona zəng edərək qardaşını Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirdiyini demişdir. Murad haradasa altmış beş gün müalicə olunmuş, yanvarın 20-də vurulmuş, martın 29-da da ölmüşdür. Həmin ərəfədə üç dəfə əməliyyat olunmuşdur. Birinci əməliyyatdan sonra elə həkim yazdı ki, evə gedin, bağırsağı bayırda idi. Həkim dedi ki, bir ay ərzində Murad bir balaca özünə gəlsin, bağırsağı yenidən yerinə tikiləcək. Ancaq bağırsaqda çürümələr oldu. Hətta üçüncü əməliyyatdan sonra təxminən bir ay reanimasiyada qaldı. Təzyiqi düzəlmirdi deyə, aparatda qalırdı. Arada yanına girib onunla danışsa da, aparatda idi. Qalxa bilmirdi, başı gicəllənirdi. Hər iki təqsirləndirilən şəxslə barışmış, şikayət və tələbi yoxdur. Rəhmətlik birinci əməliyyatdan sonra təxminən bir ay evdə qalmışdır. Xəsarət aldıqdan sonra ilk olaraq xəstəxanaya gedib, həmin gün əməliyyat olunub. Təxminən bir həftə xəstəxanada qalıb. Daha sonra həkim onu evə yazdı. Həkim dedi ki, kisəsini vaxtı-vaxtında dəyişmək şərtilə təxminən bir ay ev şəraitində müalicə olunacaq. Bir aydan sonra gələcək, bağırsağı yerinə tikiləcək. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, hadisə günü o da, hadisə yerində olmuşdur. İlk öncə Cavidlə Murad arasında sözlü mübahisə olmuşdur. Onu o biri şəxs qırağa çəkib aparmışdır. Bundan sonra gəlib görmüşdür ki, mərhum yerdə uzanıb. Hadisənin bilavasitə şahidi olmamışdır. Mərhumla marketin qabağında olmuşdur. Həmin vaxt taksi sifariş etmişdir. Taksi gözləyən zaman tanımadığı şəxs avtomobili saxlamış, mərhumla söhbət etmişdirlər. Zərər çəkmiş şəxslə söhbət edən şəxsin idarə etdiyi avtomobilin markası yadında deyildir. Avtomobildə iki nəfər şəxs olmuşdur. Hazırkı təqsirləndirilən şəxsləri tanımır. Avtomobildə olmuş şəxsləri də xatırlamamışdır. Cavid gəldikdən sonra sonuncu Muradla bir qədər sözlü mübahisə etmişdir. Daha sonra onu çəkib aparmışdırlar ki, onların işinə qarışmasın. Bir nəfər kök oğlan var idi. Onu o, qırağa çəkmişdir. Hadisə yerində bir nəfər də var idi. Daha həmin şəxsin hazırda təqsirləndirilən Ruslan olub-olmadığı yadında deyildir. Avtomobilin içərisində dava düşməsini görməmişdir. Cavidin mərhuma bıçaqla xəsarət yetirməsini görməmişdir. Şahid məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 21 yanvar 2022-ci il tarixdə saat 17 radələrində yaxın dostu Muradla birlikdə Xırdalan şəhərində bazardan çıxaraq “AAAF Park” yaşayış kompleksinin qabağına gəlmiş və həmin vaxt Murad Masazır qəsəbəsindəki evinə getmək üçün taksi sifariş etmişdir. Bu zaman sonradan tanıdığı Şəmi adlı şəxs idarə etdiyi “Kia“ markalı avtomobili yanlarında saxlamış, avtomobilə çağırıb Muradla salamlaşmış, həmin vaxt Şəminin yanında qabaq sağ oturacaqda adını sonradan bildiyi Ruslan adlı şəxsin olduğunu görmüşdür. Ruslan və Şəmi Murada avtomobilə əyləşməyini və Muradın gedəcəyi yerə apara biləcəklərini bildirmiş, Murad arxa sol, o isə arxa sağ tərəfdə əyləşmişdir. Şəmi avtomobili sürməyə başlamış, avtomobil bir qədər Masazır istiqamətində hərəkətdə olduqdan sonra Xırdalan şəhəri ərazisində yerləşən “119” adlanan ərazidə avtomobili saxlamış, həmin vaxt Ruslan ev ilə danışmaq bəhanəsi ilə maşından düşmüş, bir qədər aralanıb telefonla danışmağa başlamış və təxminən 2 dəqiqədən sonra geri qayıdaraq avtomobilə əyləşmişdir. Bundan sonra Şəmi avtomobili Quşçuluq yaşayış massivi istiqamətində sürmüş, massiv ərazisində “Uğur” marketin yaxınlığında Şəmi avtomobili saxlamış və Ruslan yenidən düşərək telefonla danışmış, təxminən 2-3 dəqiqədən sonra qırmızı rəngli “Ravon” markalı avtomobil əyləşdiyi tərəfdə, yəni Şəminin avtomobilinin sol yan tərəfində yarım metr aralı məsafədə saxlamış, həmin avtomobildə sərnişin kimi əyləşən sonradan adının Cavid olduğunu bildiyi şəxs avtomobildən düşərək avtomobilin arxa sağ tərəfinə yaxınlaşıb arxa sağ qapını açmaq istəmişdir. Bu vaxt Murad Şəmiyə “sür maşını, mənim Cavidlə problemim var” deyəndə Şəmi ona “düş problemini həll elə” deyə cavab vermişdir. Cavid onun oturduğu tərəfdən qapını açandan sonra o, avtomobildən çıxmış, bu zaman Cavid həmin qapıdan başını içəri salıb əlində olan iri həcmli bıçağı 3-4 dəfə Murada tərəf ataraq Muradı vurmaq istəmişdir. Murad isə özünü təpik ataraq qorumağa və avtomobildən düşməyə çalışmış, bunu görüb sakitləşməsi üçün Cavidi arxadan qucaqlamış, bu zaman Cavid “sən çəkil kənarda dur, sənlik bir şey yoxdur” deyə bildirmişdir. Şəminin Murad əyləşən, yəni arxa sol qapının açılmaması üçün əli ilə tutduğunu görmüş, Murad da güc-bəla ilə qapını açıb avtomobildən yerə düşmüşdür. Həmin vaxt Şəmi yumruqla Muradın sağ qolundan vurmuş və Murad yerə yıxılmışdır. Murad yıxıldıqdan sonra Cavid, Şəmi və Ruslan təpik zərbələri ilə Muradın bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamış, Murad isə əlləri ilə üzünü tutaraq özünü müdafiə etməyə çalışmış, təxminən 1-2 dəqiqədən sonra Cavid, Şəmi və Ruslan Muradı vurmağı dayandırmışdır. Bu zaman Murad ayağa qalxmış, Cavid isə əlində bıçaq tutub ona “sənə bir dəfə soxdum və mənə olan borcunu götürdüm” ifadəsini işlətmiş, Murad sağ əlini sağ qarın nahiyəsinə vurduqda həmin nahiyədən qan axdığını görmüşdür. Bu zaman o, Muradın yaralandığını görüb yoldan keçən taksi avtomobili ilə onu Xırdalan şəhərinə xəstəxanaya gətirmiş, Muradın vəziyyəti ağır olduğu üçün oradan 1 saylı Kliniki Xəstəxanaya aparılmışdır. Şahid əlavə olaraq bildirmişdir ki, hadisə zamanı Cavid adlı şəxs ona hər bir bıçaq zərbəsi vurmamış, Muradı bıçaqla Cavid vurmuş, həmçinin Cavid, Şəmi və Ruslan yerdə Murada təpiklə zərbələr endirmiş, Şəmi də Muradın sağ qolundan yumruqla vurmuşdur. Hadisə Xırdalan şəhər “Uğur” market yaxınlığında baş vermiş, orada Cavid, Şəmi, Ruslandan başqa “Ravon” markalı avtomobilin sürücüsü də olmuşdur. Bundan başqa hadisənin səbəbi barədə məlumatı olmamışdır. Həmçinin əvvəlki ifadəsində Cavidin Muradı vurmasından sonra bir əlində bıçaq, o biri əlində pul qabını tutduğu qeyd edilsə də, əslində Muradın pul qabısının olub-olmamasından xəbəri olmamış, hadisə zamanı və hadisədən sonra Cavidin onun pul qabısını götürdüyünü görməmişdir. Məhkəmə tərkibinin suallarına cavab olaraq Şahid bildirmişdir ki, ibtidai isitntaq zamanı elan olunmuş ifadədəki xüsusatları bildirməmişdir. Müstəntiq ondan Muradın dedikləri ilə razı olub-olmadığını soruşmuş, o, da Muradın söylədikləri ilə razı olduğunu qeyd etmişdir. Muradın yanında olsa da, Cavidin Muradı vurmasını görməmişdir. Muradın vurulmasını o, görməmişdir. O, təkcə bıçağı əlində görmüşdür. O, ifadəsində döymək və s. deməmişdir. Zərər çəkmiş şəxsi xəstəxanaya o aparmışdır. Yolda olarkən Murad onu “Cavid” adlı şəxsin vurduğunu bildirdi. Ona dedilər ki, “düş, sənlik deyil”. O, da buna görə avtomobildən düşmüşdür. O, hadisə yerində Muradın döyülməsini, qolundan tutulmasını və s. görməmişdir. Bıçağı görsə də, vurmağını görməmişdir. Mərhuma təpik vurulmasını görməmişdir. O, Murada yaxılaşanda artıq o, yerdə idi, qan var idi. Murada yaxınlaşan kimi kiminsə ona təpik vurmasını görməmişdir. O, bıçaq üçün “irihəcmli”-dir deyə ifadə işlətməmişdir. Bıçağı uzaqdan görmüşdür. Çöldə olanda bıçağı əlində saxlamışdır. Murad da avtomobildə idi, heç aşağı düşməmişdir. Muradın bıçaqla vurulmasını görməmişdir. Muradın dediyinə əsasən Cavidin onu vurduğunu bildirmişdir. Caviddən başqa oradakı digər şəxslərin Muradı vurmasını görməmişdir. Ruslanı əvvəllər tanımamışdır. Ruslanın kiməsə xəsarət yetirməsini görməmişdir. Hadisə zamanı ətrafda onlardan başqa adam olmamışdır. O, ətrafda adam görməmişdir. Avtomobildən düşdükdən sonra küçənin tinində dayanmışdır. Hətta bir dəfə gəlib bıçağı almaq istəyəndə onu bir də qırağa çəkmişdirlər. İkinci dəfə baxmışdır ki, artıq yerdə uzanmışdır. Onda qaçmış, taksi çağırmışdır. O, avtomobildə olan zaman onu eşitmişdir ki, Şəmi “düş, həll elə” demişdir. Şəmi avtomobildən düşmüşdür, yerdə idi. O, avtomobildən düşmüşdür, ancaq Murad avtomobildə qalmışdır. Muradın avtomobildən düşməsini görməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 21 yanvar 2022-ci il tarilxi raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhər Respublika Kliniki Xəstəxanasından Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan xx.xx.1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqla bədən nahiyəsindən xəsarət alması barədə Abşeron RPİ-nin növbətçi hissəsinə məlumat daxil olmuşdur. Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “ təqdim edilmiş paltarlara baxış keçirilməsi haqqında” 21 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxsnun əynində olmuş bir ədəd boz rəngli köynək, bir ədəd qara rəngli gödəkçə, bir ədəd zoğalı rəngli gödəkçə götürülmüşdür. Cinayət işini materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında” 28 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivindəki “Uğur” marketin yaxınlığında baş vermişdir. 25 yanvar 2022-ci il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, kirvəsi və yaxın dostu olan Sərdarla birlikdə Xırdalan şəhəri ərazisində yerləşən bazardan çıxaraq «AAAF Park» yaşayış kompleksinin qabağına gəlmiş, həmin vaxt o, Masazır qəsəbəsindəki yaşadığı evə getmək üçün taksi sifariş etmiş, bu zaman əvvəllər tanıdığı Şəmi idarə etdiyi “Kia” markalı avtomobili onun yanında saxlamış, həmin vaxt Şəminin yanında qabaq sağ oturacaqda əmisi oğlu kimi bildiyi Ruslan da olmuş, onlar ona avtomobilə əyləşməsini və onu gedəcəyi yerə qədər aparacaqlarını bildirmişlər. O və kirvəsi Sərdar avtomobilin arxa qapısını açaraq o, arxa sol tərəfdə, Sərdar isə arxa sağ oturacaqda əyləşmiş, Masazır istiqamətində hərəkətdə olduqdan sonra Xırdalan şəhərində “119” adlanan ərazidə Şəmi avtomobili saxlamış, bu vaxt Ruslan ev ilə danışmaq bəhanəsi ilə maşından düşüb onlardan bir qədər aralanıb telefonla danışmağa başlamış, təxminən 2 dəqiqədən sonra Ruslan geri qayıdıb avtomobildə qabaq sağ oturacaqda əyləşmiş və Şəmi avtomobili Quşçuluq yaşayış massivi istiqamətində idarə etməyə başlamışdır. Quşçuluq yaşayış massivi ərazisində «Uğur» marketin yaxınlığında Şəmi avtomobili saxlamış və Ruslan yenidən avtomobildən düşərək telefonla danışmağa başlamış, təxminən 2-3 dəqiqədən sonra qırmızı rəngli “Ravon” markalı avtomobil onun əyləşdiyi tərəfdə, yəni onların avtomobilinin düz sol yan tərəfində saxlamış və əvvəllər tanıdığı Lənkəran şəhərindən olan Təqsirləndirilən şəxs2 avtomobildən düşərək onun əyləşdiyi avtomobilin arxa sağ tərəfinə yaxınlaşıb arxa sağ qapını açmışdır. Həmin vaxt arxa sağ oturacaqda əyləşən kirvəsi Sərdar yerə düşmüş, Cavid həmin qapıdan başını içəri salıb əlində olan iri həcmli bıçağı üç-dörd dəfə ona tərəf atıb vurmaq istəmiş, o, da özünü həmin bıçaq zərbələrindən ayağı ilə özünü müdafiə etmək və arxa sol qapını açıb oradan çıxmaq istəmiş, lakin Şəmi onun əyləşdiyi tərəfdə, yəni arxa sol qapını əli ilə tutub qapını açmasına imkan verməmiş, lakin o, çətinliklə də olsa arxa sol qapını açıb yerə düşmüş, bu vaxt Şəmi yumruqla onun sağ qolundan vurmuş və zərbədən o, yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra Cavid, Şəmi və Ruslan təpik zərbələri ilə onu yerdə bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamış, təpik zərbələri üzünə dəyməsin deyə o, əlləri ilə üzünü örtmüşdür. Təxminən 1-2 dəqiqədən sonra onlar onu vurmağı dayandırmış, bu zaman o, ayağa qalxdıqda Cavid bir əlində onun pul qabını, digər əlində isə bıçaq tutaraq «sənə bıçaqla bir dəfə soxdum və mənə olan borcunu götürdüm» ifadəsini işlətmişdir. Əvvəlcə o, heç nə hiss etməmiş, daha sonra əlini sağ qarın nahiyəsinə vurduqda həmin nahiyədən qan axdığını görmüş, kirvəsi Sərdar onu yoldan keçən taksi avtomobil ilə Xırdalan şəhər xəstəxanasına gətirmişdir. Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 10 fevral 2022-ci il tarixli 83/2022-MTRŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu B(İİİ)-dir. Təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək, gödəkçə, su keçirməyən gödəkçə üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrupu ABO sistemi üzrə təyin edildikdə yalnız B antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə B(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi kriminalistik ekspertizasının 14 fevral 2022-ci il tarixli 63-MTKŞ/2022 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz gödəkçənin arxa səthində sağda bir ədəd dəlib-keçən zədə, uzunqol gödəkçənin arxa səthində sağda bir ədəd kənarı kəsilmiş zədə vardır. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki bıçağın tiyəsinin təsirindən törənmişdir. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində zədə və zədə izləri aşkar olunmadı. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz gödəkçənin arxa səthində sağda bir ədəd dəlib-keçən zədə, uzunqol gödəkçənin arxa səthində sağda bir ədəd kənarı kəsilmiş zədə qrup daxilində morfoloji əlamətləri arasında oxşarlıq aşkar edildi. Bu hal da güman etməyə əsas verir ki, zədələrin eyni alətlə yetirilməsi inkar olunmur. Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 25 fevral 2022-ci il tarixli 321 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş qarın nahiyəsinin sağ yarısının periton boşluğuna nüfuz edərək qalxan çənbər bağırsağı yaralayan, daxili qanaxma törədən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti iti deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 21 yanvar 2022-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işini materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 29 mart 2022-ci il tarixli 40 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində “qarın nahiyəsinin sağ yarısının daxilə nüfuz edərək qalxan çənbər bağırsağı zədələyən və daxili qanaxma ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası (3x2 sm ölçüdə - 283811 saylı xəstəlik tarixinə əsasən) xəsarəti həyatidir, ölümlə səbəbli əlaqəlidir, qərarın təsviri hissəsində 21 yanvar 2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünə səbəb – qaraciyərin piy və parenxitamoz zülal distrofiyası, ürək əzələsinin və böyrəklərin parenximatoz zülal distrofiyası, sol böyrəyin atrofiyası, Hepatit C, bel-oma və badan nahiyələrinin yataq yaraları ilə müşayiət olunan qarın nahiyəsinin ön səthinin daxilə nüfuz edərək qalxan çənbər bağırsağın zədələnməsi və daxili qanaxma ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar aparılmış əməliyyatdan sonra inkişaf edən yayılmış irinli peritonit nəticəsində törəyən orqanizmin ümumi intoksikasiyası olmuşdur. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (müayinə 29 mart 2022-ci il tarixdə saat 13:30) 5-8 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş deşilmiş-kəsilmiş yara qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşicikəsici təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilkilamin qrupuna aid olan metamfetamin, pirazolon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işini materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunan komisyon-məhkəmə tibbi ekspertizasının 23 dekabr 2022-ci il tarixli 734/KEŞ saylı rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: Zərərçəkmiş şəxs ölümünə səbəb - qaraciyərin piy və parenximatoz zülal distrofiyası, ürək əzələsinin və böyrəklərin parenximatoz zülal distrofiyası, sol böyrəyin atrofiyası, Hepatit C, bel-oma və daban nahiyələrinin yataq yaraları ilə müşayiət olunan qarın nahiyəsinin ön səthinin daxilə nüfuz edərək qalxan çənbər bağırsağın zədələnməsi və daxili qanaxma ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar aparılmış əməliyyatdan sonra inkişaf edən yayılmış irinli peritonit nəticəsində törəyən orqanizmin ümumi İntoksikasİyası olmuş, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasına səbəbli əlaqə olmamışdır. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onda aşkar olunan qarın nahiyəsinin sağ yarısının daxilə nüfuz edərək qalxan çənbər bağırsağı zədələyən və daxili qanaxma ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası həyatidir, ölümlə səbəbli əlaqəlidir, qərarın təsviri hissəsində 21 yanvar 2022-ci il tarixdə əmələ gələ bilərdi. Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasinin 06 iyul 2022-ci il tarixli 1774 sayli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur, o, qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, onun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixiemosional halında hirslilik yaranmış və cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan 25 iyul 2022-ci il tarixli “Əməlin tövsif edilməsi və toplanmış sübutların qiymətləndiriləməsi haqqında” qərardan görünür ki, mərhum Zərərçəkmiş şəxs məxsus 1 ədəd qolsuz gödəkçə, 1 ədəd uzunqol gödəkçə və 1 ədəd köynək iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış və Abşeron rayon prokurorluğun maddi sübutların saxlanc otağında saxlanılır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, 29 mart 2021-ci il tarixdə Bakı şəhər Nərimanov rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran rayon İcra və Probasiya Şöbəsindən alınmış məlumatdan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı Lənkəran rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmamış və 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Həmçinin məhkum Təqsirləndirilən şəxs2 həmin hökm üzrə əlavə cəza kimi təyin edilmiş 01 il 11 ay 18 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası məhkumun həbsdə olmadığı müddətə hesablanaraq onun barəsində həbs qətimkan tədbiri seçilənədək çəkilməmiş 01 il 02 ay 08 gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası qalmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron Rayon İcra Hakimiyyəti 4 №li MTİİTS-dən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsində qeydiyyatsız yaşamışdır. Yaşadığı müddət ərzində onun haqqında 4-Saylı MTİİTS-nə heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Abşeron, Xırdalan-7” Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 3 Saylı kooperativ binanın 362 saylı mənzilində ail üzvləri ilə bərabər qeydiyyatsız yaşamışdır. Təqsirləndirilən şəxs1 qeyd olunan ünvanda yaşadığı müddətdə barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 uşaqları X4 xx.xx.2015-ci il, X2 xx.xx.2013-cü il təvəllüdlü olmaqla azyaşlıdırlar. Məhkəmə, məhkəmə istintaqı müddətində sübutları tətqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələbini rəhbər tutub belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham çərçivəsində cəzalandırılmalı, Təqsirləndirilən şəxs1 cəzanın məqsədlərinə nail olmaq baxımından elan edilmiş ittiham çərçivəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. + Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının CM-in 126.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlər – az ağır, CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlər isə ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikasının CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlər – az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdikləri ifadədə öz müdafiələri üçün gətirdikləri dəlilləri onların təyin ediləcək cəzadan yayınmaq və ya həmin cəzanı yüngülləşdirilməsinə yönələn cəhdləri kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfində verilmiş notarial qaydada təsdiq edilmiş ərizə ilə müəyyən edilmişdir ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Ona qarşı heç bir şikayəti və iddiası yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfində verilmiş ərizə ilə müəyyən edilmişdir ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs2 valideynləri tərəfindən ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı uşaqlarının olmasıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 126.3 və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs2 tutulduğu 30 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 08 aprel 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 06 aprel 2022-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron Rayon Prokurorluğun maddi sübutların saxlanc otağında saxlanılan, mərhum Zərərçəkmiş şəxs məxsus 1 ədəd qolsuz gödəkçə, 1 ədəd uzunqol gödəkçə və 1 ədəd köynək məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddəsinə əsasən hazırki hökmlə, ona Nərimanov rayon məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 01 (bir) il 2 (iki) ay 8 (səkkiz) gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmək əlavə cəzası tam birləşdirilmək, 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 01 (bir) il 2 (iki) ay 8 (səkkiz) gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 30 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 06 aprel 2022-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək həbsdə saxlandığı 3 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 27 fevral 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğunun maddi sübut otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus 1 ədəd qolsuz gödəkçə, 1 ədəd uzunqol gödəkçə və 1 ədəd köynək zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar