Məhkəmə qərarları › İş №1(124)-107/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-107/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-107/2025 11.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və “Kiçikbəyov və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən sözügedən hökm ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 06 ay hissəsi azaldılmış, xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə şəhəri, Koroğlu küçəsi, döngə 5, ev 11 ünvanında qeydiyyatda olmaqla ünvan 1ş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1969-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı, soyuq silah hesab edilən bir ədəd istifadəyə yararlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, eləcə də, əvvəllər qəsdən cinayət törətdiyinə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmək, saxlamaq və daşımaq barədə tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 20,704 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib külli miqdarda 10,279 qram çəkidə olan hissəsini Təqsirləndirilən şəxs1, külli miqdarda 10,425 qram çəkidə olan hissəsini isə Təqsirləndirilən şəxs2 öz üzərilərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 avqust 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 14:05-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 4n Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub həmin gün saat 16:36-da onun üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,697 qram və 5,582 qram olmaqla ümumilikdə külli miqdarda 10,279 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də əynindəki şalvarının sol arxa cibindən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı, soyuq silah hesab edilən bir ədəd istifadəyə yararlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qəsdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmək, saxlamaq və daşımaq barədə tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 20,704 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib külli miqdarda 10,279 qram çəkidə olan hissəsini Təqsirləndirilən şəxs1, külli miqdarda 10,425 qram çəkidə olan hissəsini isə Təqsirləndirilən şəxs2 öz üzərilərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 avqust 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 həmin gün saat 14:05-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 4n Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub həmin gün saat 16:36-da onun üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli şalvarının sol yan cibindən iki ədəd bükümdə ayrıayrılıqda çəkiləri 5,184 qram və 5,241 qram olmaqla ümumilikdə külli miqdarda 10,425 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir: “Tutulmamışdan əvvəl banklarda ev və maşın krediti işləri ilə, yəni lizinqlə məşğul olurdum. Tanışım Təqsirləndirilən şəxs2 mənə zəng etdi, Bakıdan ilkin ödənişi az olan kreditlə ev almaq istədiyini dedi və məndən ev tapa bilib-bilməyəcəyimi soruşdu. Mən tapacağımı bildirdim və ona bildiyim evləri təklif etdim. O mənə problem olmadığını, görüşüb həll edəcəyimizi söylədi. Daha sonra Təqsirləndirilən şəxs2 Bakıya gəldi, onunla görüşdük və həmin evlərə baxmağa getdik. İlkin ödənişi 5000 manat olan bir evi alacağına razılaşdıq. Həmin ev mənim yaxınım olan şəxslərin idi. Bundan sonra, Masazırda “Duzlu göl”ün ətrafında yolda gələrkən başqa bir ev satışı gördük, Təqsirləndirilən şəxs2 həmin evə də baxmaq istədi və biz ora getdik. Orada iki xanımla danışdıq, onlar ev üçün 1200 manat ilkin ödəniş istədilər. İlkin ödəniş daha az olduğu üçün Təqsirləndirilən şəxs2 bu evi almağa maraqlı idi. Bununla yanaşı, digər evlərə də baxdıq və beləcə bir neçə dəfə görüşdük. Avqust ayının 8-i səhər saatlarında Təqsirləndirilən şəxs2la zəngləşib danışdıq və evin ilkin ödənişini etmək üçün saat 10-da Masazırda onun qaldığı “Palma” hotelin həyətində görüşdük. O, iki gün sonraya bilet almışdı və geri qayıdacaqdı. Biz hotelin qarşısında görüşəndə mən bizi tutan şəxslərdən ikisini yolun digər tərəfində marketin qarşısında gördüm, lakin kim olduqlarını bilmirdim. Mən öz evimdən həmin yerə taksiylə gəlmişdim, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Changan” markalı avtomobilə mindik və yola düzəldik. Avtomobilə minəndə marketin qarşısındakı şəxslərin də öz avtomobillərini minib bizim arxamızca gəldiklərini gördüm, içimdə bir şübhə yarandı, lakin Təqsirləndirilən şəxs2 bir problemi olub-olmadığını soruşmağa utandım. 1 km getdikdən sonra Masazır dairəsində Post-patrul xidməti avtomobili bizim avtomobilimizin qarşısına keçib saxladı və Təqsirləndirilən şəxs2 aşağı düşməsini istədi. Həmin vaxt dalımızca düşən şəxslərin də avtomobillərindən düşdüyünü gördüm, onlar gəldilər və bizim üzərimizi yoxlamağa başladılar. Onlar əvvəlcə kim olduqlarını demədilər, biri başıma yumruq vurdu və cibimi yoxladı. Həmin vaxt Təqsirləndirilən şəxs2 məndən 500 metr aralıda dayanmışdı. Üstümüzü yoxladıqdan sonra bizi ayrı-ayrı maşınlara mindirdilər, məndən Təqsirləndirilən şəxs2 yanında niyə olduğumu və nə axtardığımı soruşdular. Mən də Təqsirləndirilən şəxs2 ev məsələsi ilə bağlı gəldiyimi və pul ödəmək üçün getdiyimizi dedim. Onlar nə qədər pul ödəyəcəyimizi soruşdular, mən də 5000 manat ilkin ödəniş edəcəyini, 5 il üçün də 1900 manat ödəyəcəyini söylədim. Onlar avtomobildə mənə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını, Təqsirləndirilən şəxs2 ümumi 200000 manat pul olduğunu söylədilər, mən də evin ümumi qiymətinin 200000 manat olduğunu dedim. Mən onlara həmin idarədə bir qohumumun işlədiyini, onunla dalaşdığıma görə əvvəllər bir dəfə də məni tutdurduğunu və sonra barışdığımıza görə buraxdıqlarını bildirdim. Onlar mənə “narahat olma, sənə aid problem yoxdur, biz tədbir keçiririk, sadəcə Təqsirləndirilən şəxs2 avtomobilinə haradan gəlib mindiyini bilmirik, Təqsirləndirilən şəxs2 çoxdan izləyirik, çalış bizimlə dostluq et, biz sənə kömək edəcəyik” dedilər. Mən də onlara Təqsirləndirilən şəxs2 üçün evi mənim tapdığımı, ona görə görüşdüyümüzü dedim və nə etməli olduğumu soruşdum. Onlar Təqsirləndirilən şəxs2 pul götürməli olduqlarını, başqa variant olmadığını, əgər alınmasa, məni də şərləyəcəklərini söylədilər. Onlara banklarda işləyəndə məhkəmələrdə nümayəndə olduğumu və bu işləri bildiyimi dedim. Yolda gedərkən qabaqda oturan əməkdaşla sözlü mübahisəmiz oldu, hətta söyüş də söydük, həmin şəxs “bardaçok” u açıb balaca, qara bıçaq çıxardı, mənə uzadıb götürməyimi istədi və nə edə biləcəyimi soruşdu. Mənim əlim qabaqdan qandallı idi, ondan məni bezdirməməsini istədim və əks halda həm ona, həm də özümə nəsə edəcəyimi dedim. Avtomobildə mənə yumruq və şillə vurdular, əməkdaşlardan biri bıçağı səhv etmirəmsə, sağ cibimə atdı. Bundan sonra idarəyə getdik, avtomobildən düşən kimi məni döyməyə başladılar və döyədöyə yuxarı qaldırdılar. Həmin vaxt Təqsirləndirilən şəxs2 görmürdüm, ondan xəbərim yox idi. Yuxarıda məni döyməyə davam edirdilər, səbəbini soruşanda isə səsimi kəsməyimi tələb edirdilər. Daha sonra Təqsirləndirilən şəxs2 gətirdilər, əməkdaşlar mənə onlarla razılaşmadığım və avtomobildə mübahisə etdiyim üçün həbs olunacağımı söylədilər. Məni əsas şahid kimi yazılanlardan Anar adlı şəxs döyürdü. Onlar məni bir şərtlə buraxacaqlarını dedilər, o da Təqsirləndirilən şəxs2 avtomobilinə minəndə əyləcin yanında şəffaf bükümdə narkotik vasitə gördüyümü deməyim idi. Mən onların bu təklifi ilə razılaşmadım, belə bir şey edə bilməyəcəyimi, əks halda başıma iş gələcəyini dedim. Onlar məni şərləyəcəklərini söylədilər və yenidən məni döyməyə başladılar. Bundan sonra, rəisləri gəldi, telefonuma baxdığını dedi və poçtda işləyib-işləmədiyimi soruşdu. Mən bunun nə demək olduğunu soruşdum, o da telefonumda çox adamla danışdığımı dedi. Mən həmin şəxslərin müştəri olduğunu, kreditlə bağlı onlarla danışdığımı söylədim. Əməkdaşlar mənə Təqsirləndirilən şəxs2 bura təyyarə ilə gəldiyini, ondan pul almalı olduqlarını, onu qandalla yola salacaqlarını və mənim də sənədlərə imza çəkərək tutulmalı olduğumu dedilər. Məndən Təqsirləndirilən şəxs2 haradan tanıdığımı soruşdular, mən də bir dostum vasitəsilə iş adamı kimi tanıdığımı, müştəri kimi qəbul etdiyimi və aramızda başqa bir əlaqə olmadığını dedim. Mənə Təqsirləndirilən şəxs2 bir həftə və ya bir aya pul alacaqlarını, məni də cibimdəki bıçağa görə rəsmiləşdirəcəklərini və həmin müddət keçdikdən sonra buraxacaqlarını söylədilər. Mən başqa variantım olmadığını görüb məcbur qalaraq bıçaqla razılaşdım. 1-ci gün gəlib belə alınmadığını, rəhbərliyin narkotik vasitənin də qoyulmasını istədiyini dedilər. Mən heç siqaret də çəkmirdim, narkotik vasitə ilə razı olmayıb sadəcə bıçağa görə iş açılmasını istədim və azadlığa buraxıldıqdan sonra da Azərbaycandan gedəcəyimi dedim. Bundan sonra yenə məni döyməyə başladılar, məndən onların təklifi ilə razılaşıb-razılaşmadığımı soruşdular, mən etiraz edəndə şalvarımı aşağı salıb videoya çəkib internetdə paylaşmağı istədilər. 23-25 yaşlı əməkdaşlar gəlib şalvarımdan tutdular, bu zaman mən etiraz edəndə əməkdaş məni sadəcə narkotik vasitə istifadəçisi kimi yazacaqlarını, Təqsirləndirilən şəxs2la bir qrup şəxs kimi də yazmayacaqlarını dedi. Mən başqa variantım olmadığını görüb razılaşdım. Anar adlı şəxs məni başqa bir otağa apardı, otaqda harada yaşadığımı soruşdular, cavab verdikdən sonra məni döyməyə başladılar. Beləcə məni 3-4 otaqda döydülər. Bundan sonra Şahid1 qolumdakı saatımı açmağımı istədi, səbəbini soruşanda demədi, qolumdakı saatı açdılar və üzüyümlə birlikdə götürdülər. O, üzümə yumruq vurdu və sümüklərim qırıldı, üzüm şiş idi, başıma kitab qoyub əliylə vururdu. Belimə diziylə 3 dəfə necə vurmuşdusa, hələ də saxlandığım yerdə çox vaxt uzanıqlı vəziyyətdə qalıram. Bu formada məni döyə-döyə üzərimə 2 balaca bükümü və bıçağı qoydu, onların mənə aid olduğunu deməyimi tələb etdi. Mənə bunu niyə etdiklərini soruşanda onlarla mübahisə etdiyim üçün olduğunu dedilər. Bundan sonra çəkilişə aparacaqlarını dedilər, orada Təqsirləndirilən şəxs2 da şalvarından tutduqlarını, onun “əlinizi çəkin, mənim 5 nəvəm var” və s. dediyini gördüm. Təqsirləndirilən şəxs2 məndən nə olduğunu soruşdu, mən məcbur qalıb imza çəkdiyimi dedim, o da başqa yolu olmadığını söylədi. Onu yaşına görə mənim kimi döyməmişdilər. Əməkdaşlar bizdən çəkilişdə guya ayrı-ayrı yerlərlə getdiyimizi, özümüzü pis hiss etdiyimizi, bir nəfərin bizə yaxınlaşdığını, bizə dərman vermək istədiyini, həmin dərmanın baş ağrımızı kəsəcəyini bildirdiyini, bizim həmin dərmanı götürdüyümüzü, lakin baş ağrımız kəsdiyi üçün dərmanı içmədiyimizi deməyimizi istədilər. Çünki qanımızda narkotik vasitə çıxmamışdı, özlərini sığortalamaq istəyirdilər. Bizə 3-4 dəfə bunları öyrətdilər, məni o qədər döymüşdülər ki, mən ancaq qusurdum. Mənim başımda şiş var idi, çəkilişə başlayırdılar, lakin mən dəfələrlə pis hala düşdüyüm üçün dayanırdılar. Onlar çəkilişi bitirib məni başqa otağa apardılar, bir nəfər şəxs gəldi, mənə “necəsən? nə var, nə yox, Azər? mən səni 2006-cı ildən, Royal Bankda işləyən vaxtdan tanıyıram, qardaşınla da məşq yoldaşıyam” dedi. O, məndən nə baş verdiyini soruşdu, mən də baş verənləri danışdım. Həmin şəxs mənə idarə əməkdaşlarının Təqsirləndirilən şəxs2 pul olduğunu düşündüklərini, Təqsirləndirilən şəxs2 danışdırdığını, lakin onda o qədər pul olmadığını dedi. O, mənə qardaşım və rəhmətlik dayımla dost olduğunu, onların xətrinə mənə kömək edə biləcəyini söylədi, onlarla əməkdaşlıq etməyi təklif etdi və razılaşsam, çəkilişin mənə aid olan hissəsini silib məni buraxacaqlarını dedi. Mən necə əməkdaşlıq edəcəyimizi soruşdum və o mənə “sən lizinqlə məşğul olanda bir nəfər xanımla gəlsə və onların kəbini olmadığını görsən, şəxsiyyət məlumatlarını və şəkillərini mənə göndər, yaxud bir nəfər maşın alsa, lakin şoferin adına rəsmiləşdirsə, həmin şəxsin şəxsiyyət məlumatlarını çəkib mənə göndər” dedi. Mən bunu edə bilməyəcəyimi deyib təkliflə razılaşmadım və ona kömək etmək istəyirsə, onsuz da Təqsirləndirilən şəxs2 pul alınacağını dedim, narkotik vasitəni götürməsini və bıçağın qalmasını istədim. O, mənə həqiqətən kömək etmək istədiyini, lakin bu cür alınmayacağını söylədi. Bundan sonra bizi Bakı İstintaq Təcridxanasına gətirdilər, bizi bura gətirdikləri avtomobildə Təqsirləndirilən şəxs2la danışdıq, o mənə ondan pul istədiklərini, onda pulun olduğunu əməkdaşlara kimin dediyini bilmədiyini dedi, mən də ev üçün danışdığımız iki xanımın dediyini, mənim yaxınım olan adamların demədiyini söylədim. Təqsirləndirilən şəxs2 qohumlarına xəbər verdiyini, pulu yığmağa çalışdığını və pulu verib ikimizi də çıxaracağını dedi. Mən Təqsirləndirilən şəxs2 Azərbaycan Dövlət Konservatoriyasını bitirdiyimi, tutulmamışdan əvvəl İtaliya Konservatoriyasına işləmək üçün dəvət aldığımı və çıxa bilsəm oraya gedəcəyimi dedim. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dayımın yeznəsi Rüfət işləyirdi. Əsl adı Rafətdir. O, idarədə tikinti işi ilə məşğul idi. Təqsirləndirilən şəxs2 bir yol tapacağını söylədi. Bundan sonra, Təqsirləndirilən şəxs2la görüşəndə ondan 100000 manat pul istədiklərini və o qədər pulu verə bilməyəcəyini dedi. O mənə təklif etdi ki, özü pul verib çıxsın, Moskvaya gedib pul tapsın və göndərib məni də çıxarsın. Mən də əvvəlcə razılaşdım, atama və qardaşıma zəng edib söylədim, onlar mənə onsuz da Təqsirləndirilən şəxs2 maşınında tutulduğumu və məni buraxmama ehtimalları olduğunu söylədilər. Mən də Təqsirləndirilən şəxs2la razılaşmadım və biz şikayətlər etməyə başladıq. Daha sonra Təqsirləndirilən şəxs2 mənə dedi ki, əslində ondan pulu buraxmaları üçün deyil, onun əməlini CM-in 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə dəyişmələri üçün istəyiblər. Ondan hərəmiz üçün 30000 manat olmaqla, 60000 manat verməsini istəyiblər, o da məndən pul verə bilib-bilməyəciyimi soruşdu. Mən də həmin pulu bizi 12 il sonra deyil, 5 il sonra buraxmaları üçün istədiklərini söylədim və təkliflə razılaşmadım. Onlar bizi şərləyiblər və həmin şəxsləri bizim işimiz üzrə şahid kimi yazıblar. X15 buraya gəldi, səbrli olmağımı və şikayət etməməyimi istədi, Təqsirləndirilən şəxs2 qohumlarını sıxışdırdıqlarını və pul tapıb gətirəcəklərini dedi. Mən ona məni bir dəfə məhkəmədə aldatdığını və şikayət edəcəyimi bildirdim. Mən polis əməkdaşları ilə üzləşdirilmək istədiyimi dedim, Ramil Məmmədov isə əməkdaşları gətirmədi. Mən bir dəfə özümü asdım, Ramil Məmmədov məni ayrıca avtomobilə mindirdi və rəisinə zəng edib başqa variant olmadığını, mənim özümü asdığımı dedi. O, məni tutan şəxslərlə üzləşdirmək üçün apardı. Üzləşdirmə formal keçirildi. Üzləşdirmədə əməkdaşlardan birindən cibimi yoxlayıb-yoxlamadığını soruşdu, o da yoxlamadığını söylədi. Digər əməkdaş isə yoxladığını söylədi və onlar öz aralarında danışmağa başladılar. Bundan sonra məhkəmə qarşısına çıxarıldıq, məhkəmə mənim səmimiyyətimə inanmışdı, lakin yenə də bizi tutdular.” Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Başıma gələn qanunsuzluqlar barədə barəmdə həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən deyə bilmədim. Çünki mənə nəsə desəm, qayıdanda şalvarımı çıxaracaqlarını söylədilər. Məhkəmədə bütün xəsarətlərim gözlə görünürdü. Məhkəmədə sadəcə müstəntiqin dediklərini düzgün olduğunu söyləmişəm. Hətta, Bakı İstintaq Təcridxanasına gələndə xəsarətlərimi gizlətmək istəyirdim, çünki məni bir həftə sonra buraxacaqlarını demişdilər. Həkim məndən əynimdəki paltarı çıxarmağımı istədi və bədənimdəki xəsarətləri gördü. Əvvəllər CM-in 228.1-ci maddəsi ilə həbs olunanda dayımın nəvəsi mənim evimə gəlib hamam otağında tapançanı qoyub getmişdi. Mən də dayım qızının ailəsinə görə məcbur qalıb həbsimlə razılaşmışdım. Mən “TBC Kredit”də lizinq işi ilə məşğul idim. 2021-ci ildə azad olunduqdan 3 ay sonra “Finoko”da lizinq işinə başladım, müdirim məni çağırıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən zəng gəldiyini və məni qovmağını istədiklərini dedi. Həmin iş yerindən qovuldum, bunu da dayımın yeznəsi etmişdi. Bundan sonra “TBC Kredit”də işləməyə başladım, lakin heç kimə demirdim. Dayımın yeznəsi dayım qızını incitdiyinə görə aramızda mübahisə olmuşdu, o mənim qonşumdur. Dayım və dayım oğlu onu vurmuşdu, mən də mübahisəyə qatılanda deyəsən ona bir şillə vurmuşdum. O mənim dayım oğlunu da tutdurmuşdu, təzəcə azad olunub. Biz Təqsirləndirilən şəxs2la 8 avqust 2023-cü il tarixdə səhər saat 10-da görüşmüşük, 5 dəqiqə söhbət edib avtomobilə minmişik, təxminən 11-in yarısı saxlanılmışıq. Bizi Masazır dairəsində körpüyə çatmamış saxladılar. Biz Post-patrul xidməti avtomobilinə yol verdik, o qarşımıza keçib çəpinə formada qarşımızda saxladı. Əməkdaş avtomobildən düşüb, Təqsirləndirilən şəxs2 avtomobilinin axtarışda olduğunu dedi və aşağı düşməyimizi istədi. Avtomobildən düşəndə otelin qarşısında gördüyüm əməkdaşlar öz avtomobillərindən düşüb bizi tutdular. Bizi saxladıqdan sonra üstümüzü yoxladılar, telefonlarımızı və pulqabılarımızı çıxardılar, bundan sonra bizi idarəyə apardılar. Üstümüzü avtomobildə deyil, çöldə yoxladılar. Təqsirləndirilən şəxs2 öz avtomobilində idarəyə apardılar. İdarədə avtomobildən düşən kimi məni döyməyə başladılar. Avtomobildə mənim əlim qandallı idi. Üstümüzə yoxladıqdan sonra məni avtomobilə mindirdilər, daha sonra əlimə qandal vurdular. İdarəyə girməmişdən əvvəl üstümü yoxlamadılar. İdarəyə daxil olduqdan sonra məni kimin otağına apardıqlarını bilmirəm. İdarədə vəkilin gəlməsi xeyli müddət çəkdi. Məni döymələrinin səbəbi onlara məni bir dəfə də şərlədiklərini və bu dəfə onları tutduracağımı deməyim idi. Onlar idarədə məndən Təqsirləndirilən şəxs2 avtomobilində narkotik vasitə olduğunu deməyimi istəyirdilər, mən razılaşmadığıma görə məni döyürdülər. Mənim üzərimə şəxsi axtarış təxminən 3 dəfə olub. Çünki mən özümdə deyildim və onların mənə öyrətdiklərini unudurdum. Ona görə də, çəkilişi saxlayıb yenidən başlayırdılar. Şəxsi axtarışdan əvvəl vəkillə tək görüşməyimə imkan vermirdilər, vəkil məndən niyə bu vəziyyətdə olduğumu soruşurdu, lakin mən onlar yanımızda olduğu üçün deyə bilmirdim. Ona sadəcə başımla işarə verirdim. Biz tutulanda əməkdaşlara qarşı heç bir müqavimət göstərməmişik. Biz tutulanda Təqsirləndirilən şəxs2 üzərindən sadəcə telefon aşkar olundu, başqa heç nə aşkar olunmadı. Tutulanda heç bir sənədə imza çəkməmişik. Bizə hüquq və vəzifələrimiz izah olunmadı. Bıçağı da Anar mənim üzərimə qoydu və əvvəlcə bıçaqla rəsmiləşdiriləcəyimi dedi. Məndə bıçaq olmayıb.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, onun bir yetkinlik yaşına çatmış övladı vardır. 2021-ci ildə CM-in 228.1-ci maddəsi ilə məhkum edilmişdir. Heç vaxt narkotik vasitə qəbul etməmişdir. 07 avqust 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində olan zaman onun halının pis olduğunu görüb ona yaxınlaşmış və səhhətində narahatçılıqlar olduğunu görən tanımadığı şəxs ona narkotik vasitə təklif etmişdir. Bildirmişdir ki, həmin narkotik vasitə onun halını yaxşılaşdıracaqdır. O, həmin şəxsin təklifini qəbul etmiş və ondan iki bükümdə deməsinə görə narkotik vasitə götürmüşdür. Həmin narkotik vasitənin əldə etməkdə məqsədi şəxsi istifadəsi olmuşdur. Onun müqabilində həmin tanımadığı şəxs ondan heç bir pul istəməmişdir. Əldə etdiyi narkotik vasitəni istifadə etmədən üstündə daşımışdır. Bundan başqa 3-4 ay əvvəl təxminən 15 manata o, dükanların birindən bir ədəd bıçaq alıb onu da üzərində saxlamışdır. 08 avqust 2023-cü il tarixdə o, şəxsi işləri ilə bağlı Masazır qəsəbəsi ərazisində tanışı Təqsirləndirilən şəxs2la görüşmüş, həmin gün Təqsirləndirilən şəxs2 idarə etdiyi **-AX-*** qeydiyyat nişanlı, “Changan” markalı avtomobilin yanında olduqları zaman onlara 5 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onun və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O və Təqsirləndirilən şəxs2 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, üzərində psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları Təqsirləndirilən şəxs2 idarə etdiyi **-AX-*** qeydiyyat nişanlı, "Changan” markalı avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə və bıçaq olduğunu bildirib əynindəki qara rəngli şalvarının sağ yan cibində olan 02 ədəd sellofan bükümü, şalvarının sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, 20 manat pulu və özünə məxsus olan şəxsiyyət vəsiqəsini, şalvarının sol arxa cibindən 01 ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə olduğunu qeyd etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üstümdən aşkar edilmiş 01 ədəd qara rəngli bıçaq da polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Aşkar edilmiş 20 manat pul isə özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sol yan cibində olan 02 ədəd sellofan bükümü və 01 ədəd avtomobil açarını, şalvarının sağ arxa cibində olan 01 ədəd Samsung markalı, 01 ədəd İphone markalı mobil telefonları, şalvarının sağ yan cibində olan 01 ədəd Redmi markalı mobil telefonu və 304 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 03 ədəd mobil telefonlar polis əməkdaşaları tərəfindən götürülmüşdür. Aşkar edilmiş 304 manat pul və avtomobil açarı isə Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Şifahi sorğu zamanı o demişdir ki, aşkar edilmiş maddənin üzərindən saxlanılmasından Məhərrəm Əkbərovun xəbəri və məlumatı olmamışdır. Bundan başqa şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 onun tanışı olduğunu Naxçıvan Muxtar Respublikasında yaşasa da, Abşeron rayonuna ailəsi ilə birlikdə istirahət məqsədi üçün gəldiyini, üstündə olan maddələri xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, eləcə də onun belə məlumatımın olmadığını və avtomobilində narkotik vasitələr, psixotrop maddə və dövriyyəsi qadağan olunmuş əşya və predmet saxlamadığını, avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir (cild 01, iş vər. 116-118). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs1 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq etmirəm. Barəmdə həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman döyüldüyümü deyə bilmədim. Orada müstəntiqin nə deyirsə, düzgün dediyini söylədim. Çünki məhkəmədən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qaytarılacaqdım və mənə məhkəmədə nəsə desəm, idarədə şalvarımı əynimdən çıxaracaqlarını demişdilər. Məhkəmə qərarındakı izahatımı mənə idarədə öyrətmişdilər.” Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir: “Mən özüm Moskvada yaşayırdım, Naxçıvana yasa görə gəlmişdim, qaynanam rəhmətə getmişdi. Naxçıvandan da Azərbaycana gəldim və övladım məktəbi bitirdiyi üçün Bakıda ev almağa qərar verdim. Təqsirləndirilən şəxs1 bankda kredit işi ilə məşğul olduğunu bilirdim, onunla məsləhətləşdim və mənə kömək edib-etməyəcəyini soruşdum. Əslində, Masazırdakı evi maraqlanmışdım və mənə ilkin ödəniş olmadığını demişdilər. Bu mənə xeyir idi. 3-4 dəfə həmin evə getmişdim, sonuncu dəfə də səhər yenə həmin evə getdim, ödənişlə bağlı kağızları götürdüm və Təqsirləndirilən şəxs1la məsləhətləşdim. Qardaşımgildə 2000-3000 manat pulum var idi, düşündüm ki, 1500-2000 manat ödəyim, qalanını aylıq 1000-1500 olmaqla ödəyərəm. Bunun üçün kredit götürməyə gedirdik, yolda Post-patrul xidməti avtomobilinə yol verdim və qarşıma keçib saxladı. Avtomobili mən idarə edirdim, lakin mənə məxsus deyildi. Bacım oğlunun avtomobili idi. Əməkdaşlar gəlib avtomobildən düşməyimizi istədilər, mən nə baş verdiyini soruşdum və lazımdırsa, sənədləri təqdim edə biləyəcəyimi söylədim. Əməkdaş sənədlərin lazım olmadığını dedi və yenə düşməyimizi istədi. Biz avtomobildən düşən kimi mənə yaxınlaşdılar və avtomobilin kredit olub-olmadığını, həmçinin mənə məxsus olub-olmadığını soruşdular, mən də kredit olduğunu və mənə məxsus olmadığını söylədim. Onlar avtomobillə bağlı problem olduğunu və idarəyə gedəcəyimizi dedilər. Mən onlardan kim olduqlarını soruşdum, onlar isə gedəndə biləcəyimi və 1 saata buraxacaqlarını dedilər. Üstümdə başqa nəsə olduğunu soruşdular, mənim də əlimdə çantam, cibimdə telefonum və 300 manata yaxın pulum var idi. Bunları təqdim etdim və üstümü yoxladılar. Bundan sonra məni öz avtomobilimin arxa oturacağına mindirdilər, yanımda bir nəfər, qabaq tərəfdə də bir nəfər oturdu, biri də avtomobili idarə edirdi. Bizi idarəyə apardılar, mənə ancaq avtomobillə bağlı saxlanıldığımı dedilər, heç bir sənəd təqdim etmədilər. Avtomobili aşağıda saxladılar və bizi yuxarıya qaldırdılar. Məndən Azərbaycana niyə gəldiyimi soruşdular, mən də vətənimə gəldiyimi bildirdim. Mən onlara məni avtomobillə bağlı saxladıqlarını dedim, lakin onlar avtomobil deyil, özümlə bağlı saxladıqlarını söylədilər. Məndən Təqsirləndirilən şəxs1 niyə qoşulduğumu soruşdular, mən də Masazırda olan evə görə onunla görüşdüyümü və mənə kömək edəcəyini dedim. Təqsirləndirilən şəxs1 ali savadlı, normal bir insan olduğunu bildirdim. İdarədə məni də biraz vurdular, daha sonra bizi 3-cü mərtəbədə yerləşən bir otağa gətirdilər. Məndən izahatımda kafedə oturduğum zaman başım ağrıdığını, əlimi başıma qoyduğumu, bir nəfərin yaxınlaşdığını, məndən nə baş verdiyini soruşduğunu, ona başımın ağrıdığını dediyimi və onun mənə dərman təklif etdiyini, lakin mənim qəbul etmədiyimi yazmağımı istədilər. Guya, həmin şəxs çıxıb getmiş, dərman stolun üstündən qalmış və mən dərmanı götürmüşəm. Məndən həmin dərmanı hara apardığımı soruşanda isə polisə apardığımı deməyimi istədilər. Mən onlardan bu vəziyyətdə məni niyə tutduqlarını soruşdum, əgər dərmanı həmin şəxsdən götürüb polisə gedirdimsə, həmin şəxsi tutmalı olduqlarını dedim. Onlar mənə çox danışmamağımı söylədilər. Həmin vaxt digər tərəfdən Təqsirləndirilən şəxs1 səsini eşitdim, onu incidirdilər və o çığırırdı. Məni də onun kimi edəcəklərini dedilər və onlar nə deyirsə etməyimi tələb etdilər. Bundan sonra yazdırmağa başladılar, çəkiliş edəcəklərini dedilər və çəkilişdə yazılanları təkrar etməyimizi istədilər. Çəkiliş 4-5 dəfə oldu. Məndən ünvanımı soruşdular, mən də Rusiyada yaşadığım üçün əvvəlcə orada yerləşən ünvanımı dedim. Çəkilişi dayandırıb sinəmə vurdular ki, Naxçıvanda yerləşən ünvanımı deməliyəm. Mənə kiməsə zəng etməyə icazə vermədilər. Mənə onların dediklərini təkrar etməsəm, şalvarımı aşağı salıb çəkəcəklərini və paylaşacaqlarını dedilər. İmza çəkəndən sonra mənə telefon verəcəklərini, vəkilimə, qardaşıma zəng edə biləcəyimi dedilər. Mən də məcbur qalıb razılaşdım. Bir qadın, bir kişi vəkil gətirdilər. Vəkildən qardaşıma zəng etməsini və ya başqa bir şey etməsini istədim. Vəkil isə heç nə edə bilməyəcəyini söylədi.” Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mənim polis əməkdaşları ilə heç bir problemim və ya ədavətim olmayıb. Mən onlardan problemin nə olduğunu soruşdum, onlar isə biləcəyimi söylədilər. İndiyə qədər də polis əməkdaşlarının məni qərəzli şəkildə tutmalarının səbəbini bilmirəm. İttihamda göstərilən tarix düzgündür, bizi avqust ayının 8-i saxlayıblar. Mən Azərbaycana ildə bir-iki dəfə gəlib-gedirdim. Əvvəllər gəlib-gedəndə polislə heç bir problemim olmamışdı. Moskvada pal-paltar alveri ilə məşğul idim. Təqsirləndirilən şəxs1 əvvəldən tanıyırdım. Tutulmamışdan əvvəl 20 gün olardı ki Naxçıvana, 2-3 gün olardı ki Bakıya gəlmişdim. İdarədə mənə fiziki təzyiq göstərdilər. Bununla bağlı şikayət etməmişəm. İbtidai istintaq zamanı polis əməkdaşları ilə üzləşdirilməmişəm. Təqsirləndirilən şəxs1la da üzləşdirilməmişəm. Mən düşünürəm ki, evlərə gedib baxdığım üçün mənim çox pulum olduğunu fikirləşiblər. Tutulduğumuz vaxt polis əməkdaşlarına müqavimət göstərməmişik. Üzərimizdən qanunsuz heç bir əşya aşkar edilməyib. Həmin vaxt heç bir protokola imza çəkməmişik. Avqust ayının 8-i günorta saat 12-14 arası tutulmuşuq. Tutulduqdan sonra bizi müayinəyə heç yerə aparmayıblar. Polis əməkdaşları bizə qeyd olunan çayxanaya getməyi təklif etməyib. Moskvaya qayıtmaq üçün avqust ayının 10-na bilet almışdım. Bileti onlayn almışdım. Əvvəllər Azərbaycana gələndə evlə maraqlanmamışdım. Ev tapmışdım. Ev üçün aylıq 1300-1500 manat verəcəkdim. Rusiyadan gələndə üstümdə 2000-3000 manat pul var idi. Barəmdə həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman danışmağa imkan vermədilər. Polis əməkdaşları məni vuranda üzərimdə göyərti qalmışdı. İstintaq təcridxanasına qəbul olunanda gözlə görünən xəsarətlərim aşkar olunmadı.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, dörd azyaşlı olmayan övladı var, əvvəllər məhkum olunmamışdır. Heç vaxt narkotik vasitə qəbul etməmişdir. 07 avqust 2023-cü il tarixdə Abşeron rayonu ərazisində olan zaman onun halının pis olduğunu görən şəxs ona yaxınlaşaraq ona narkotik vasitə təklif etmişdir. Bildirmişdir ki, həmin narkotik vasitə onun halını yaxşılaşdıracaqdır. O, onun təklifini qəbul etmiş və həmin şəxs ona deməsinə görə iki bükümdə narkotik vasitə vermişdir. Həmin narkotik vasitənin əldə etməkdə məqsədi şəxsi istifadə olmuşdur. Onun müqabilində həmin tanımadığı şəxs ondan heç bir pul istəməmiş və o, ona pul verməmişdir. Əldə etdiyi narkotik vasitəni istifadə etmədən üstündə daşımışdır. 08 avqust 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1la birlikdə idarə etdiyi **-AX-*** qeydiyyat nişanlı, “Changan” markalı avtomobilin yanında olduğu zaman onlara 5 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onların narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Onlar səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərilərində psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları idarə etdiyi 77- AX-608 qeydiyyat nişanlı, “Changan” markalı avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində video çəkilişdən istifadə edilməklə barələrində şəxsi axtarış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs1 üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr və bıçaq olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sağ yan cibində olan 02 ədəd sellofan bükümü, şalvarının sol yan cibində olan 01 ədəd "Samsung” markalı mobil telefonu, 20 manat pulu və özünə məxsus olan şəxsiyyət vəsiqəsini, şalvarının sol arxa cibindən 01 ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş 01 ədəd qara rəngli bıçaq da polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra polis əməkdaşı tərəfindən ona üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində narkotik vasitələr olduğunu bildirib, əynindəki qara rəngli şalvarının sol yan cibindən 02 ədəd sellofan bükümü və 01 ədəd avtomobil açarını, şalvarının sağ arxa cibində olan 01 ədəd “Samsung”, 01 ədəd “İphone” markalı mobil telefonları, şalvarının sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu və 304 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş mobil telefonlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Aşkar edilmiş 304 manat pul və avtomobil açarı isə ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini 07 avqust 2023-cü il tarixsə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, lakin bunun müqabilində pul vermədiyini, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, maddələrin üstündə olmasından heç kimin olmadığını, eləcə də üstündən aşkar edilmiş 01 ədəd bıçağı təxminən 3-4 ay bundan əvvəl təxminən 15 manata aldığını bildirmişdir. Şifahi sorğu zamanı o, Təqsirləndirilən şəxs1 üstündə psixotrop maddə və bıçaq olmasından xəbəri və məlumatı olmadığım bildirmişdir. Daha sonra onun idarə etdiyi **-AX-*** qeydiyyat nişanlı “Changan” markalı avtomobilimə baxış keçirilmiş, lakin hər hansı qansunsuz əşya aşkar edilməmişdir (cild 01, iş vər. 129-131). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs2 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq etmirəm. Həmin ifadəni təzyiq altında vermişəm. 3 ədəd mobil telefon mənim olub. Telefonlar mənə qaytarılıb.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir: “08 avqust 2023-cü il tarixdə baş idarəyə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil oldu. Daxil olan məlumat əsasında əməliyyat qrupu yaradıldı və Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində Təqsirləndirilən şəxs2 məxsus **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobildə şəxsləri saxladıq. Onlara özümüzü təqdim etdik, saxlanılma səbəblərini izah etdik və bizim dəvətimizlə baş idarəyə gətirildilər. Baş idarədə hər iki şəxs vəkillə təmin olundu, videoçəkilişlə üzərilərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildi və şəxslərin üzərindən iki bükümdə metamfetamin aşkar olundu. Sorğu-sual zamanı şəxslər həmin bükümləri bir gün əvvəl tapdıqlarını və şəxsi istifadələri üçün üzərilərində saxladıqlarını bildirdilər. Həmçinin, Təqsirləndirilən şəxs1 üzərindən qara rəngli bıçaq da aşkar olundu. Şəxs həmin bıçağı 15 manata əldə etdiyini bildirdi.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əməliyyat qrupuna mən rəhbərlik edirdim. Əməliyyat qrupuna məndən başqa 4 nəfər daxil idi. Daxil olan əməliyyat məlumatı hər iki şəxsin narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə idi. Şəxslər saxlanılarkən onlara hər hansı təzyiq və təsir göstərilməyib. Əməliyyat məlumatı həmin gün, avqust ayının 8-də daxil olmuşdu. Şəxsləri saxlayanda günorta saat 3-ə işləyirdi. Şəxsləri idarəyə gətirmək təxminən, 30-40 dəqiqə çəkdi. Şəxsləri saxladığımız yerdə çox qalmadıq, özümüzü təqdim etdik, şəxslər özlərini təqdim etdilər və onları idarəyə dəvət edib avtomobillə idarəyə gətirdik. Hər hansı gecikmə olmadı. Şəxsləri Masazırın girişindən 50-60 metr irəlidə yolun sol tərəfində saxlamışıq. X24 Polisi avtomobili deyil, biz saxlamışıq. Avtomobildə deyildilər, obyektlərin yanında dayanmışdılar. Hansı obyekt olması yadımda deyil. Bu işlə bağlı əməliyyat-qeydiyyat işi açmamışıq. Çünki təxirəsalınmaz əməliyyat tədbiri keçirmişik. Daxil olan əməliyyat məlumatında şəxslərin harada olduğu təxmini deyilmişdi, biz də gedib şəxsləri zahiri əlamətlərinə görə tanıyıb yaxınlaşdıq. Şəxsləri əvvəldən tanımırdıq. Portaldan çıxarışımız, şəxslər barəsində hər bir məlumatımız var idi. Şəxslərin hər birinin üzərindən iki bükümdə metamfetamin aşkar olundu. Daxil olan əməliyyat məlumatında bükümlər göstərilməmişdi. Məlumatda narkotik vasitələrin miqdarı ilə bağlı heç nə göstərilməmişdi. Şəxslərin evlərinə baxış keçirilməsinə ehtiyac olmadı. İdarəyə gətirildikdən sonra onları təhqiqatçının otağına təhvil verdik, vəkillər gəldi və üzərilərinə şəxsi axtarış keçirildi. Şəxsləri saxlayan zaman üzərilərinə baxış keçirmədik. Şəxslərin əlqollarını bağlamamışıq. Şəxsləri ayrı-ayrı avtomobillərdə idarəyə gətirdik. Təqsirləndirilən şəxs2 avtomobilini bizim əməkdaş idarə etdi. Təqsirləndirilən şəxs2 öz avtomobili ilə idarəyə gətirildi. İdarəyə daxil olduqdan sonra xüsusi bir gecikmə olmadı, vəkili biraz gözlədik. Həmin müddətdə şəxslərin əl-qolları bağlı deyildi. Şəxsi axtarış zamanı çəkiliş bir dəfə olub. Təqsirləndirilən şəxslərin bir neçə dəfə çəkiliş olması ilə bağlı qeyd etdikləri doğru deyil. Təqsirləndirilən şəxs1 qarşı heç kim, o cümlədən mənim tərəfimdən heç bir təzyiq, təsir olmayıb. Şəxsləri saxlayanda bizə müqavimət göstərmədilər. Şəxsləri saxlayan zaman üzərilərində xəsarət yox idi. Şəxsləri saxlayanda çəkiliş aparılmayıb. Şəxsləri saxladığımız yerdə çəkiliş aparmaq üçün şərait yox idi, qanunla icazə verildiyi üçün onları idarəyə gətirmişik. Şəxslərə yaxınlaşanda üstlərini yoxlamadıq, onlar özlərinə aid pul vəsaitlərini və mobil telefonları təqdim etdilər. Daxil olan əməliyyat məlumatında bıçaqla bağlı məlumat yox idi. Şəxslərin saxlanılmasına bizdən başqa heç kim, o cümlədən X25 əməkdaşları cəlb olunmayıb. Əməliyyat tədbirində şəxsən iştirak etmişəm və əməliyyat tədbirinə rəhbərlik etmişəm. Təqsirləndirilən şəxs1 qarşı tərəfimdən hər hansı fiziki və ya psixi təsir olmayıb. Ondan ona məxsus saat və ya üzük götürülməyib. Şəxsi axtarış zamanı şəxsin üzərində bu cür əşyalar olmayıb və biz götürməmişik. Təqsirləndirilən şəxs1 heç kim əməkdaşlığa cəlb etməyib. Təqsirləndirilən şəxs2 saxladığımız yerdə üzərinə baxış keçirilməyib. Hər iki şəxsin üzərinə eyni vaxtda şəxsi axtarış keçirilib. Əvvəlcə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilib. Şəxslərin bir-birinin üzərində nə olmasından məlumatları yox idi. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Şəxslərin üzərindən aşkar olunanlar kifayət edirdi, onların evlərinə baxış keçirməyə zərurət yaranmadı. Təqsirləndirilən şəxs2 avtomobilinə baxış keçirildi. Heç nə aşkar olunmadı. Əvvəllər məndə şəxslər barəsində əməliyyat məlumatı olmayıb. Şəxslərin üzərində olan narkotik vasitənin miqdarı barədə əvvəlcədən məlumatımız yox idi. Şəxsi axtarışın nə qədər müddət davam etdiyi yadımda deyil. Əvvəlcə şəxslərin üzərinə, daha sonra avtomobilə axtarış keçirilib. Əməliyyat tədbirinə gedəndə mobil telefonum üzərimdə olub. Həmin nömrəni atmışam, nömrə yadımda deyil, hazırda istifadəmdə olan nömrəni az müddətdir istifadə edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir: “Avqust ayının 8-də baş idarəyə Azər və Məhərrəm adlı şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil oldu, həmin məlumatın yoxlanılması məqsədilə mən, Şahid1, Şahid3, Şahid4 və Şahid2 ibarət əməliyyat qrupu yaradıldı. Şəxslərin olduğu yeri müəyyən etdik, təxminən günorta saat 2 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində Təqsirləndirilən şəxs2 məxsus “Changan” markalı avtomobilin yanında dayanmış şəxslərə yaxınlaşdıq. Onlara özümüzü təqdim etdik, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirdik və onları baş idarəyə dəvət etdik. Onlar bizimlə birlikdə baş idarəyə gəldilər, idarədə vəkillərin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxslərin üzərinə şəxsi axtarış keçirildi. İlk öncə onlara üzərilərində hər hansı qanunsuz əşya varsa, təqdim etmələri təklif olundu, əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində olan iki ədəd bükümü, pul, telefon və bir ədəd bıçağı təqdim etdi. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində olan iki ədəd bükümü, pulu və avtomobilin açarını təqdim etdi. Şəxslərin üzərindən çıxan bükümlər psixotrop maddə metamfetaminə bənzər maddələr idi, Təqsirləndirilən şəxs1 həmin bükümləri bir gün əvvəl şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını, bıçağı isə 3-4 ay əvvəl 15 manata aldığını bildirdi. Təqsirləndirilən şəxs2 da üzərindən aşkar olunan bükümləri bir gün əvvəl şəxsi istifadəsi üçün əldə etdiyini qeyd etdi. Bundan sonra Təqsirləndirilən şəxs2 avtomobilinə baxış keçirdik, lakin avtomobilindən hər hansı qanunsuz əşya aşkar olunmadı.” Şahid5 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əməliyyat qrupuna mən və digər 4 şəxs daxil idik. Əməliyyat qrupuna Şahid1 rəhbərlik edirdi. Əməliyyat məlumatı Şahid1 səhv etmirəmsə, həmin gün daxil olmuşdu. Şəxslər saxlanılarkən onlara qarşı heç bir təzyiq, təsir göstərilməyib. Şəxsi axtarışı idarədə xidməti otaqların birində keçirdik. Əvvəlcə şəxslərin üzərinə şəxsi axtarış, daha sonra avtomobilə baxış keçirmişik. Daxil olan əməliyyat məlumatı şəxslərin narkotik vasitə və psixotrop maddə istifadə etmələri ilə bağlı idi. Silahla bağlı əməliyyat məlumatı daxil olmamışdı. Şəxslərin hər ikisi barədə məlumat eyni vaxtda daxil olmuşdu. Şəxslər psixotrop maddələri bir gün əvvəl tanımadıqları şəxsdən şəxsi istifadələri üçün aldıqlarını bildirdilər. Təqsirləndirilən şəxs1 pul ödəmədiyini, sadəcə götürdüyünü və pulunu daha sonra ödəyəcəyini bildirdi. Səhv etmirəmsə, Təqsirləndirilən şəxs2 da pul ödəməmişdi. Əməliyyat tədbirinə gedəndə kimi saxlayacağımızı öncədən bilirdik. Portaldan çıxarışlar etmişdik, şəxslərin zahiri əlamətlərini bilirdik. Yəqin ki, portaldan çıxarışlar cinayət işinin materiallarına əlavə olunub. Təqsirləndirilən şəxs1 saxlayanda üzərində gözlə görünən xəsarət yox idi, ürəyi bulanmırdı, başı ağrımırdı. Şəxsləri saxladığımız yer Masazır dairəsinə çatmamış, 40-50 km məsafədə yerləşirdi. X24 Polisi əməkdaşları deyil, biz saxlamışıq. Şəxslər avtomobili özləri saxlamışdılar. Saxladığımız yerdə obyekt olubolmadığını xatırlamıram. Şəxsləri saxladıqdan sonra onları idarəyə gətirmək üçün avtomobilə mindirməyimiz arasında müddət 5 dəqiqə olar. Şəxsləri günorta saat 2 radələrində saxlamışıq. Biz özümüzü təqdim etdikdən sonra şəxslərdən də ad, soyadlarını soruşduq. Şəxsləri saxlayanda onların üzərini yoxlamadıq. Şəxslər bizə müqavimət göstərmədilər. Onların əl-qollarını bağlamadıq. Şəxslər üzərilərindən və ya avtomobildən nəsə atmağa cəhd etmədilər. Mən, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs2 avtomobilində idarəyə gəlmişik. İdarəyə gəlməyimiz təxminən, 40-45 dəqiqə çəkdi. İdarəyə gəldikdən sonra təhqiqatçının otağına getdik. Yəqin ki, həmin vaxt iş materiallarında qeyd olunan təhqiqatçı növbədə olub deyə onun otağına getmişik. Şəxslərin gətirilməsi barədə raport Şahid1 tərəfindən tərtib olunub. Təhqiqatçının otağında vəkilləri gözlədik. Vəkillərin nə qədər müddətə gəldiyi yadımda deyil, təxminən 1.5-2 saat çəkdi. Şəxsi axtarış zamanı çəkiliş bir dəfə olub. Çəkilişdən sonra da protokol tərtib olunmadı. Şəxslərin evinə baxış keçirməmişik, üzərilərindən çıxanlar kifayət edirdi. Bizə narkotik vasitə və psixotrop maddələrin miqdarı barədə məlumat verilməmişdi. Şəxslərin hərəsindən iki büküm aşkar olundu. Şəxsi axtarış başa çatdıqdan sonra avtomobilə baxış keçirildi. Avtomobildən heç nə aşkar olunmadı. Şəxslərin bir-birilərinin üzərində olan psixotrop maddələrdən xəbərləri yox idi. Mən əməliyyat tədbirində iştirak etmişəm. Şəxslərə qarşı heç bir fiziki, psixi təzyiq göstərilməyib. Mənim şəxslərin üzərinə şəxsi axtarış keçirmək ixtiyarım yoxdur. Şəxslərin üzərinə üst yoxlaması etməmişik. Şəxslərin saxlanılmasında yalnız biz iştirak etmişik. Başqa heç bir polis əməkdaşı tədbirdə iştirak etməyib. Post-patrul xidməti əməkdaşlarından kömək istəməmişik. Təqsirləndirilən şəxs1 qeyd etdiyi hal olmayıb, yəni bizə heç kim onun şalvarını aşağı çəkməyimiz üçün göstəriş verməyib. Şəxslər saxlanılan zaman videoçəkilişə zərurət olmadı, gətirib idarədə çəkiliş etmişik. Şəxslər barədə keçirilən əməliyyat tədbirinin davamı ilə bağlı heç bir nəticə əldə etməmişik. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Həmin vaxt üzərimdə telefon olub. Mobil nömrəm ***-***-**-** idi. Avtomobilə baxış keçirildikdən sonra şəxsləri X16 təhvil vermişik.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir: “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdu, bu barədə idarə rəisinə məruzə olundu və əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupuna mən, Şahid1, Şahid3, Şahid5 və Şahid4 daxil idik, əməliyyat qrupuna Şahid1 rəhbərlik edirdi. 08 avqust 2023-cü il tarixdə şəxsləri Abşeron rayonu, Masazır qəsəbəsində Təqsirləndirilən şəxs2 məxsus “Changan” markalı avtomobilin yanında saxladıq, özümüzü təqdim etdik və onları baş idarəyə dəvət etdik. Şəxslər heç bir etiraz etmədən bizimlə idarəyə gəldilər, avtomobil də gətirildi. İdarədə təhqiqatçı və vəkillərin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxslərin üzərinə şəxsi axtarış keçirildi, şəxslər üzərilərində psixotrop maddə metamfetamin olduğunu bildirdilər və təqdim etdilər, Təqsirləndirilən şəxs1 üzərində bıçaq da var idi, onu da təqdim etdi. Şəxslərin üzərilərindən çıxan pullar özlərinə qaytarıldı, bükümlər isə qablaşdırılaraq ekspertizaya təqdim olundu. Daha sonra Təqsirləndirilən şəxs2 məxsus avtomobilə baxış keçirildi, lakin qanunsuz heç nə aşkar olunmadı.” Şahid2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Şəxsləri Abşeron rayonu, Masazır qəsəbəsində avtomobilin yanında saxladıq. Avtomobil hərəkətdə deyildi. Şəxslərin ifadələrində qeyd etdikləri hallar-onlar avtomobillə hərəkətdə olan zaman onları saxlamağımız və təzyiq nəticəsində etirafedici ifadə vermələri kimi hallar olmayıb. Şəxsləri Masazır dairəsinə yaxın yerdə saxlamışıq. Şəxslər barəsində bir əməliyyat məlumatı daxil olmuşdu. Şəxsləri saxladığımız küçə dəqiq yadımda deyil. Şəxsləri saxlayanda təxminən günorta saat 2-3 radələri olardı. Şəxslərin yanında başqa heç kim yox idi. Şəxsləri saxladıqdan sonra baş idarəyə apardıq. Şəxsləri saxlamağımızla onları idarəyə aparmağımız arasında 40-45 dəqiqə müddət olardı. İdarəyə daxil olduqdan sonra təhqiqatçı vəkilləri dəvət etdi. İdarədə çəkiliş bir dəfə keçirilib. Şəxslərin nəyisə səv deməsi və buna görə, yenidən çəkiliş aparılması halı olmayıb. Şəxslər psixotrop maddələri şəxsi istifadələri məqsədilə əldə etdiklərini dedilər. Şəxslərin evlərinə baxış keçirmədik, buna zərurət görmədik. Əməliyyat qrupuna mən, Şahid1, Şahid3, Şahid5 və Şahid4 daxil idik. Qrupa Şahid1 rəhbərlik edirdi. Əməliyyat tədbirində Post-patrul Xidməti əməkdaşları iştirak etməyib. Əməliyyat tədbirinə bizdən başqa heç kim cəlb olunmayıb. Şəxslər avtomobilin içində deyil, çölündə idilər. Avtomobil Masazır dairəsinə yaxın yolun kənarında dayanmışdı.Əvvəlcə əməliyyat qrupunun rəhbəri Şahid1 şəxslərin hər ikisinə özünü təqdim etdi. Avtomobil Təqsirləndirilən şəxs2 məxsus və “Changan” markalı idi. Həmin avtomobili idarəyə mən gətirmişəm. Şahid1 şəxslərin saxlanılmasında iştirak edib. Şəxslərə özümüzü təqdim etməyimiz 5-6 dəqiqə çəkərdi. Şəxslərin qollarına qandal vurmadıq. Əməkdaşların hansı avtomobillərdə getdiklərini dəqiq xatırlamıram. “Changan” markalı avtomobildə mənimlə birlikdə kimlərin olduğunu xatırlamıram. Digər avtomobil öz şəxsi avtomobilimiz deyildi, xidməti avtomobil idi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrı avtomobillərdə apardıq. Səhv etmirəmsə, Təqsirləndirilən şəxs2 “Changan” markalı avtomobildə idi. İdarəyə çatdıqdan sonra şəxslərin üzərinə axtarışın nə qədər müddət çəkdiyi dəqiq yadımda deyil. Avtomobilə baxış təxminən 20-25 dəqiqə çəkdi. Şəxslərin üstlərini yoxlamadıq. Şəxslər üstlərindən nə isə atmağa cəhd etmədilər. Şəxslər saxlanılanda üzərilərində gözlə görünən xəsarət yox idi. İdarədə onlara heç kim xəsarət yetirməyib.Vəkillər gələnə qədər şəxslər idarədə xidməti otaqların birində saxlanılıblar. Şəxslərin üzərilərindən metamfetamindən başqa pul da aşkar olunub, həmçinin Təqsirləndirilən şəxs1 üzərindən bıçaq aşkar olunub. Hər iki şəxsin üzərindən aşkar olunan metamfetaminlər iki bükümdə idi. Təqsirləndirilən şəxs1 saxlanılarkən videoya çəkilməyib və həmin video “Tiktok” sosial şəbəkəsində paylaşılmayıb. Əməliyyat tədbirində şəxsən iştirak etmişəm. Həmin vaxt telefonumda olan nömrəni xatırlamıram. Həmin vaxt telefon üzərimdə olub. Təqsirləndirilən şəxs1 2021-ci il tarixdə tutulmasından xəbərim olmayıb, mən idarədə 2022-ci ildə işə başlamışam. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Saxlanılarkən və idarədə şəxslərə qarşı hər hansı təzyiq, təsir olmayıb. Şəxslərin üzərinə bir çəkilişlə axtarış keçirmişik. Çəkilişdə 5 nəfər iştirak etmişik. Təqsirləndirilən şəxslər avtomobilə baxışda da iştirak ediblər. Şahid1 şəxslərin şəxsiyyəti ilə bağlı, yəni ictimai təhlükəli olmaları barədə bizə məlumat verməmişdi. Portaldan çıxarışlar etmişdik deyə şəxslərin zahiri əlamətləri bizə məlum idi.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir: “08 avqust 2023-cü il tarixdə baş idarəyə Azər və Məhərrəm adlı şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil oldu. Həmin tarixdə şəxslərin olduğu yer kimi ehtimal olunan Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinə getdik və zahiri əlamətlərinə görə həmin şəxsləri müyyən etdik, yaxınlaşdıq və özümüzü təqdim etdik. Şəxsləri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış edib onları baş idarəyə dəvət etdik. İdarədə vəkillərin iştirakı ilə şəxslərin üzərinə axtarış keçirildi, Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa, könüllü təqdim etməsi təklif olundu və şəxs üzərində olan iki ədəd bükümdə metamfetaminə bənzər maddəni və bıçağı təqdim etdi. Daha sonra, eyni qaydada Təqsirləndirilən şəxs2 üzərində olan iki ədəd bükümdə metamfetaminə bənzər maddəni könüllü surətdə təqdim etdi. Təqsirləndirilən şəxs1 aşkar olunan psixotrop maddəni bir gün əvvəl tanımadığı şəxsdən əldə etdiyini və heç kimə satmadığını qeyd etdi. Aşkar olunan bıçağı isə 3-4 ay əvvəl pul müqabilində aldığını, heç kimə vermədiyini və istifadə etmədiyini bildirdi. Daha sonra Təqsirləndirilən şəxs2 Naxçıvanda yaşadığını, Təqsirləndirilən şəxs1la tanış olduğunu və Azərbaycana istirahət məqsədilə gəldiyini, psixotrop maddəni isə tanımadığı şəxsdən aldığını qeyd etdi.” Şahid3 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əməliyyat qrupuna mən, Şahid5, Şahid2, Şahid4 və Şahid1 daxil idi. Qrupa rəhbərliyi Şahid1 edirdi. Şəxsləri avtomobilin yanında saxlamışıq. Həmin avtomobil Təqsirləndirilən şəxs2 məxsus idi və idarəyə gətirilib özünün razılığı ilə baxış da keçirildi. Lakin, qanunsuz heç bir əşya və predmet aşkar olunmadı. Şəxsləri hərəkətdə olan zaman saxlamamışıq. Şəxslərə qarşı təzyiq, təsir göstərilməyib. Şəxslər qaçmağa cəhd etməyiblər. Şəxsləri günorta saat 2-3 radələrində saxlamışıq. Şəxsləri saxlayan zaman onların üzərinə baxış keçirmədik. Daxil olan əməliyyat məlumatında bıçaqla bağlı məlumat yox idi. Bu iş üzrə “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərarla tanış olmuşam. Şəxslərin üstünün yoxlanılmasına zərurət olmadı. Əməliyyat məlumatı bizim idarəyə daxil olduğu üçün şəxsləri saxlayandan sonra yaxınlıqdakı polis idarəsi və ya polis bölmələrinə deyil, baş idarəyə gətirmişik. Şəxsləri saxladıqdan sonra idarəyə aparmağımız təxminən, 1-1.5 saat çəkib. Şəxsləri “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərarla tanış etmişik. İdarəyə daxil olduqdan sonra müdafiəçilər dəvət olundu, müdafiəçilərin nə qədər müddət gəlməsi dəqiq yadımda deyil. Heç bir xüsusi ləngimə olmayıb. Şəxsi axtarış zamanı çəkiliş bir dəfə olub. Hər iki şəxsin çəkilişi birlikdə olub. Şəxslərə təzyiq, təsir göstərilməyib. Şəxslərin üzərində gözlə görünən xəsarətlər olubolmamasını xatırlamıram. İdarəyə qayıdanda mən, Şahid5, Şahid2 və Təqsirləndirilən şəxs2 özü ona məxsus avtomobildə olmuşuq. Digər avtomobil xidməti avtomobil idi. İdarəyə gedəndə şəxslərin əllərini bağlamamışdıq. Əvvəlcə Təqsirləndirilən şəxs1, daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarışlardan sonra avtomobilə baxış keçirildi. Şəxslərin saxlandığı yerə gələndə orada bizdən başqa heç bir polis əməkdaşı olmayıb. Mən Təqsirləndirilən şəxs1 tutulduğu videonu “Tiktok” sosial şəbəkəsinə yerləşdirməmişəm. Təqsirləndirilən şəxs1 saxladıqdan sonra psixotrop maddəni boynuna almasa onun şalvarını aşağı çəkəcəyimizi deməmişik. Şəxsləri saxladıqdan sonra üzərilərindən aşkar olunan psixotrop maddələrin mənbəyi ilə bağlı əməliyyat tədbiri keçirməmişik, çünki şəxslər özləri həmin maddələri tanımadıqları şəxsdən aldıqlarını bildirmişdilər. Daxil olan əməliyyat məlumatı narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı idi. Şəxslərin evlərinə baxış keçirməyə zərurət olmadı. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Şəxslərə qarşı heç bir təzyiq, təsir olmayıb. Şahid1 əməliyyat tədbirində iştirak edib. Həmin vaxt üzərimdə mobil telefon olub. Mobil nömrəm ***-***-**-** olub.” Məhkəmə istintaqı zamanı iştirak etməyən Şahid4 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da digər şahidlərlə eyni məzmunlu ifadə verərək onların göstərmiş olduğu xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “Azər” və “Məhərrəm” adlı şəxslərin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üstlərində gəzdirmələri və daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında müəyyən edilmişdir ki, “Azər” adlı şəxs xx.xx.1982-ci ildə ünvan 7 ünvanında qeydiyyatda olmaqla, ünvan 8iki yaşayan Təqsirləndirilən şəxs1, “Məhərrəm” adlı şəxs xx.xx.1969-cu ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs2dur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə haqqında” qərardan görünür ki, xx.xx.1982-ci ildə ünvan 7 ünvanında qeydiyyatda olmaqla, ünvan 8iki yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1969-cu ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs2 cinayət əməllərini ifşa etmək məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1982-ci ildə ünvan 7 ünvanında qeydiyyatda olmaqla, ünvan 8iki yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1969-cu ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs2 olduqları yer müəyyən edilərək həmin günü saat 14:05-də ünvan 11 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2 idarə etdiyi **-AX-*** qeydiyyat nişanlı, “Changan” markalı avtomobilin yanında olduqları zaman saxlanılmışlar. Saxlanılarkən üstlərində şəxsi axtarış, eləcə də avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la bağlı prosessual hərəkətlərin aparılmasından ötrü onlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının müşayiəti altında saxlanıldıqları yerdən Təqsirləndirilən şəxs2 idarə etdiyi **-AX-*** qeydiyyat nişanlı, “Changan” qeydiyyat nişanlı avtomobillə baş idarəyə gətirilmişlər (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 15:11-də müdafiəçinin iştirakı ilə CM-in 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, 25). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 16:01-də müdafiəçinin iştirakı ilə CM-in 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, 41). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 16:36-dən saat 17:08dək polis əməkdaşlarının və müdafiəçilərin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr və bıçaq olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sağ yan cibində olan 02 ədəd sellofan bükümü, şalvarının sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, 20 manat pulu və özünə məxsus olan şəxsiyyət vəsiqəsini, şalvarının sol arxa cibindən 01 ədəd bıçağa oxşar dəmir predmeti çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə olduğunu qeyd etmiş, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş 01 ədəd qara rəngli bıçağa oxşar dəmir predmet də cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd "Samsung" markalı mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, aşkar edilmiş 20 manat pul isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sol yan cibində olan 02 ədəd sellofan bükümü və 01 ədəd avtomobil açarını, şalvarının sağ arxa cibində olan 01 ədəd “Samsung” markalı, 01 ədəd “İphone” markalı mobil telefonları, şalvarının sağ yan cibində olan 01 ədəd “Redmi” markalı mobil telefonu və 304 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmiş, aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “Samsung" markalı, 01 ədəd “İphone” markalı və 01 ədəd “Redmi markalı” mobil telefonlar götürülmüş, aşkar edilmiş 304 manat pul və avtomobil açarı isə Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri 07 avqust 2023-cü il tarixdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, lakin bunun müqabilində pul vermədiyini, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, maddələrin üstündə olmasından heç kimin, eləcə də Təqsirləndirilən şəxs2 məlumatının olmadığını, eləcə də üstündən aşkar edilmiş 01 ədəd bıçağa oxşar dəmir predmeti təxminən 3-4 ay bundan əvvəl təxminən 15 manata aldığını hər hansı məqsəd üçün istifadə etmədiyini, heç kimə vermədiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 birlikdə saxlanıldığı Təqsirləndirilən şəxs1 tanışı olduğunu Naxçıvan Muxtar Respublikasında yaşasa da, Abşeron rayonuna ailəsi ilə birlikdə istirahət məqsədi üçün gəldiyini, üstündə olan maddələri xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, eləcə də Təqsirləndirilən şəxs1 belə məlumatının olmadığını və avtomobilində narkotik vasitələr, psixotrop maddə və dövriyyəsi qadağan olunmuş əşya və predmet saxlamadığını, avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir (cild 01,iş vər 44-46). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 18:07-dən saat 18:11-dək polis əməkdaşlarının, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 və müdafiəçisinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 idarə etdiyi "Changan" markalı, **-AX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Məhərərm Ələkbərova idarə etdiyi "Changan" markalı, **-AX-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Məhərərm Ələkbərov idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, avtomobili açaraq baxışa təqdim etmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxışın əks olunduğu video görüntü DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01,iş vər 49-51). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4239 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: ’’...Təqsirləndirilən şəxs1 üzərindən....” sözləri yazılmış zərfdə iki ədəd bükümdə ayrıayrılıqda çəkiləri 4,697 qram və 5,582 qram olmaqla ümumilikdə təmiz çəkisi 10,279 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. "...Təqsirləndirilən şəxs2 üzərindən....” sözləri yazılmış zərfdə iki ədəd bükümdə ayrıayrılıqda çəkiləri 5,184 qram və 5,241 qram olmaqla ümumilikdə külli miqdarda 10,425 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (cild 01,iş vər 72-75). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Qəbz”dən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi "Changan" markalı, **-AX-*** qeydiyyat nişanlı avtomobil sahibi X9 təhvil verilmişdir (cild 01, iş vər. 82). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(005)-1349/2023 nömrəli “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərarından görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, Şahid1 tərəfindən qəbul edilmiş və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuna uyğun hesab edilmişdir (cild 01,iş vər 182-184). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə məlumat yoxlama zamanı öz təsdiqini tapmadığından, CM-in 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 02, iş vər 84-88). Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 5975 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixostimulyatorlardan istifadə etmə halları olub, lakin hazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 89- 90). Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 5974 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixostimulyatorlardan istifadə etmə halları olub, lakin hazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 91- 92). Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1260 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində onun təyinatını dəyişdirilən hər hansı əlavə və dəyişiklik edilməmişdir, istifadəyə yararlıdır (cild 02, iş vər. 93-96). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş və onlara həmin maddələrlə yenidən ittiham elan olunmuş, hazırki cinayət işindən külli miqdarda psixotrop maddələrin mənbə xüsusatına görə material ayrılması qərara alınmışdır (cild 01, iş vər 97- 102). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-3504/2024 saylı məktub və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə istintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinələrdən keçirilmiş və adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı qarının ön səthində 0,5-1 sm, 1-2 sm, sol kürəkaltı nahiyədə 2-3 sm ölçüdə sarı-yaşımtıl rəngli qançırlar, sol saidin distal hissəsinin ön və arxa səthində 0,5-1 sm ölçüdə sıyrılmış üzəri ölçüdə sıyrılmış üzəri qərtməkli yaralar, sağ almacıq nahiyəsində və sol budun ön-içəri səthində yumşaq toxumaların əziyi müşahidə olunmuşdur (cild 02, iş vər 236-241). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(005)- 70/2024 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qanunsuz hesab edilmiş və ləğv edilmiş, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(005)- 246/2024 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı bir daha qanunsuz hesab edilmiş və ləğv edilmiş, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilən xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə məlumat yoxlama zamanı öz təsdiqini tapmadığından, CM-in 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin (CPM) 12.1-ci maddəsinin müddəalarında göstərilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Habelə, həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Eyni zamanda, həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ibtidai araşdırma dövründə, yəni ibtidai araşdırmanın ilkin dövründən istintaqın tamamlanmasına qədər olan dövr ərzində toplanılan və yekunda təqsirləndirilən şəxs barəsində müəyyən bir ittihamın irəli sürülməsi üçün əsas rolunu oynayan sübutlar mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmamalı, həm də bir-biri ilə sıx bağlı olmaqla biri digərini tamamlamalıdır ki, irəli sürülən ittihamın əsasını təşkil edən həmin sübutlar məhkəmə istintaqının yekununda etibarlı sübut kimi özünü doğruldaraq təqsirləndirilən şəxsə elan olunan ittihamın təsdiq olunmasında əsaslı rol oynasın və təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması üçün zəmin yaratsın. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar isə o zaman mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmaz və cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər ki, onlar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmuş olsun və bu Məcəllənin tələblərinə uyğun təqdim edilməklə yoxlanılmış olsun. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, bir-biri ilə müqayisəsli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və yekunda bütün sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 qarşı isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə hər iki şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən, onlara CM-in sözügedən maddələri ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası hazırki iş üzrə mövcud materialları araşdırıb qeyd edir ki, cinayət işinin materiallarında olmaqla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 qarşı isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən və ittiham aktında öz əksini tapmış sübutlar – cinayət işi başlamamışdan qabaq əməliyyataxtarış fəaliyyətinin subyekti tərəfindən həyata keçirilən tədbir nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs1 üzərindən maddi sübutun (2 büküm psixotrop maddə metamfetamin və 1 ədəd soyuq silah hesab edilən ov bıçağı), o cümlədən Təqsirləndirilən şəxs2 üzərindən maddi sübutun (2 büküm psixotrop maddə metamfetamin) aşkar olunduğu xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokol, habelə məhkəmə fiziki-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli 3-16-16/2- 6/4239 saylı rəyi, məhkəmə ballistik ekspertizanın xx.xx.2023-cü il tarixli 3-16-16/2-3/1260 saylı rəyi, hər iki təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə iş üzrə təqsirləndirilən şəxs qismində verdikləri etirafedici ifadələri, polis əməkdaşları olan Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 iş üzrə şahid ifadələridir. Hazırki iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 qarşı CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 qarşı isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə topladığı sübutların özəyini, yəni yuxarıda qeyd edildiyi kimi bir-biri ilə sıx bağlı olan sübutlar zəncirinin ilk halqasını xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokol təşkil etmiş, həmin prosessual hərəkət iş üzrə əhəmiyyətli dəlil sayılan maddi sübutun (Təqsirləndirilən şəxs1 üzərindən 2 büküm psixotrop maddə metamfetamin və 1 ədəd soyuq silah hesab edilən ov bıçağı, o cümlədən Təqsirləndirilən şəxs2 üzərindən 2 büküm psixotrop maddə metamfetaminin) aşkarlanmasına şərait yaratmış, ibtidai araşdırmanın sonrakı mərhələsində əldə olunan sübutlar isə (ekspert rəyləri, şahid ifadələr və s.) həmin sübutun ətrafında birləşməklə və onu tamamlamaqla yekunda hər iki şəxs barəsində sözügedən ittihamın irəli sürülməsi üçün zəmin rolunu oynayan sübutlar zəncirini formalaşdırmışdır. Cinayət işinin materiallarından (müvafiq protokoldan) görünür ki, sözügedən xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılarkən həmin prosesual hərəkətin icrasında polis əməkdaşları, şübhəli şəxslər və müdafiəçilər iştirak etmiş, şəxsi axtarış video çəkilişlə həyata keçirildiyindən, hal şahidlərinin iştirakı təmin edilməmişdir. Şəxsi axtarış bitdikdən sonra şəxsi axtarışın Sony markalı videokameradan istifadə olunmaqla lentə alındığı və qeydə alınan video görüntülərin də ibtidai istintaqın yekununda CD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunduğu göstərilsə də, məhkəmə istintaqı zamanı iş materiallarına əlavə olunan həmin CD diskdə mövcud olan video görüntülər yarımçıq olduğundan faktiki olaraq görüntülərə baxış keçirmək və maddi sübutların aşkar olunması anını tədqiq etmək mümkün olmamış, həmçinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən verilən məlumatdan (xx.xx.2025-ci il tarixli, 3- 13-6/2-6194/2025 saylı məktub) belə müəyyən olunmuşdur ki, həmin görüntülər çəkilişin həyata keçirildiyi qurğudan silindiyindən, onun bərpa olunması mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 246.1-ci maddəsində göstərilmişdir ki, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədlər, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürülə bilər. Həmin Məcəllənin 246.2-ci maddəsinə əsasən isə məhkəmənin qərarı alınmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə, təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə və axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda aparıla bilər. Eyni zamanda, həmin Məcəllənin 246.3-cü maddəsinsə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Habelə, həmin Məcəllənin 247.3-cü maddəsində göstərilmişdir ki, axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Yuxarıda sadalanan normaların təhlilindən görünür ki, şəxsi axtarış bir qayda olaraq məhkəmə qərarı ilə keçirilə bilər. Məhkəmə qərarı olmadan şəxsi axtarışın keçirilməsinə yalnız yuxarıda sadalanan müstəsna hallarda yol verilir ki, həmin bu müstəsna hallarda şəxsi axtarış keçirilərkən isə video çəkilişin aparılması zəruridir. Əgər video çəkiliş həyata keçirilmirsə, onda eyni cinsdən olan ən azı iki hal şahidinin iştirakı məcburidir. Qanunvericiliyin bu prosessual hərəkətin keçirilməsinə bu dərəcədə incəliklə, həssaslıqla yanaşmasının, həmçinin riayət edilməsinin məcburiliyi nəzərdə tutulmuş prosedur müəyyən etməsinin səbəbi ondan ibarətdir ki, əməliyyat axtarış orqanının və ya ibtidai istintaq orqanının əməkdaşlarının həyata keçirdiyi məhz bu prosessual hərəkət nəticəsində cinayət prosessual təqibə məruz qalmış şəxsin fundamental hüquqlarından olan şəxsiyyətin toxunulmazlığı hüququnun dövlət tərəfindən verilən və qorunan təminatı pozulmuş olur. Ona görə də, cinayət prosessual qanunvericilik bir tərəfdən əməliyyat axtarış orqanının və ya ibtidai istintaq orqanının əməkdaşları tərəfindən istənilən halda, istənilən şəraitdə öz mülahizələrinə görə istədikləri kimi hərəkət etməklə həmin hüququn pozulmasına şərait yaradan hallara yol verməsinin qarşısını almaq üçün, digər tərəfdən də həmin hərəkətin keçirilməsində neytral şəxslərin (yəni heç bir tərəfə aid olmayan, işlə əlaqəsi olmayan hal şahidlərinin) iştirakına və ya video çəkilişin olmasına zəmin yaratmaqla gələcəkdə həmin prosessual hərəkətin həyata keçirilməsi nəticəsində əldə olunan sübutun mötəbərliyini şübhə altına almamaq üçün belə bir qaydanın zəruriliyini nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən maddi sübutların aşkarlanması prosesini əks etdirən xx.xx.2023-cü il tarixli müvafiq protokol o zaman hüquqi əhəmiyyət kəsb edə, həmin protokolda qeyd olunanlar isə o zaman həqiqəti əks etdirən obyektiv sübut növü kimi qəbul edilə bilərdi ki, protokolda göstərilənlərlə iş materiallarına əlavə edilmiş video görüntü eyniyyət təşkil etsin və üst-üstə düşmüş olsun. Hazırki halda isə iş materialarında belə bir video görüntü mövcud deyildir. Odur ki, hazırki halda xx.xx.2023-cü il tarixdə hər iki təqsirləndirilən şəxsin üzərinə keçirilən şəxsi axtarış zamanı hal şahidlərinin (yəni işdə heç bir marağı olmayan şəxslərin) iştirakının təmin edilməməsi, o cümlədən şəxsi axtarışın əks olunduğu video görüntülərin cinayət işinin materiallarında mövcud olmaması, eyni zamanda həmin görüntülərin sonradan təmin edilməməsi ilə riayət edilməsinin məcburiliyi nəzərdə tutulmuş prosedurun pozulması nəticəsində həmin vaxt həyata keçirilən hərəkətlərin ardıcıllığının, yəni maddi sübutların (psixotrop maddə metamfetaminin, soyuq silah hesab edilən ov bıçağının) aşkar olunmasının, onun qablaşdırılmasının və digər halların, bir sözlə sözügedən protokolda əks olunanların həqiqətə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamış, yəni orada göstərilənlərin həqiqiliyi şübhə altına düşmüşdür ki, belə olan halda məhkəmə kollegiyası müşavirə otağında həmin sübutun mötəbərliyi ilə bağlı məsələni müzakirə edərək sözgedən sübutun CPM-in 125-ci maddəsinə əsasən yolverilməz olması qənaətinə gəlmiş və onu sübutlar siyahısından xaric etmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, təqsirləndirilən şəxslərin hər biri də qəti olaraq məhkəmə istintaqında onların üzərində heç bir psixotrop maddənin olmadığını (Təqsirləndirilən şəxs1 isə həmçinin soyuq silah hesab edilən ov bıçağının olmadığını) bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər iki şəxs barəsində irəli sürülən ittihamın əsasını təşkil edən yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış edən video görüntünün mövcud olmaması, bu qəbildən olan işlər üzrə mövcud digər sübutlar tədqiq edilmədən şəxslər barəsində bəraət hökmünün çıxarılmasına kifayət etsə də, məhkəmə kollegiyası digər sübutlara da qiymət verməyi və ibtidai istintaq zamanı yol verilmiş digər kobud pozuntuları da qeyd etməyi zəruri sayır. İlk növbədə iş materiallarında yer alan sübutlardan təqsirləndirilən şəxslərin ibtidai araşdırmanın ilkin dövründə verdikləri etirafedici ifadələrinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslər ilkin olaraq törədilən cinayəti etiraf etsələr də, (vurğulanmalıdır ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqın sonrakı mərhələsində ifadə verərkən özünü təqsirli bilməmişdir), hər iki şəxs həm ibtidai istintaqın son mərhələsində özlərini təqsirli bilməyərək ifadə verməkdən və ümumiyyətlə müvafiq protokolları imzalamaqdan imtina etmiş, həm də məhkəmə istintaqı zamanı üzərilərindən aşkar olunan psixotrop maddə metamfetaminin onlara məxsus olmadığını (Təqsirləndirilən şəxs1 həmçinin soyuq silah hesab edilən ov bıçağının ona məxsus olmadığını) və polis əməkdaşları tərəfindən onlara edilən hədə-qorxu nəticəsində (Təqsirləndirilən şəxs1 isə fiziki təsirə, işgəncəyə məruz qaldığını bildirib) məcbur qalıb etirafedici ifadə verdiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı hər iki təqsirləndirilən şəxs (xüsusən də Təqsirləndirilən şəxs1) məhkəməyədək icraat dövründə polis əməkdaşları tərəfindən pis rəftara məruz qalması ilə bağlı məsələ qaldırdığından, məhkəmə kollegiyası onların ibtidai araşdırmanın ilkin dövründə verdikləri etirafedici ifadənin etibarlılığı ilə bağlı məsələni daha dərindən araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyanın 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. “İnsan hüquqlarının və X7 Haqqında” Avropa Konvensiyası Azərbaycan Respublikasının tərəfdar çıxdığı və bu səbəbdən Konstitusiyanın 12, 148, 151-ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq surətdə tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilədir. Həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. Qeyd olunan normalar konkret işlərə baxılması zamanı insan hüquq və azadlıqlarına dair məsələlərlə əlaqədar milli hüquq normalarını təfsir edərkən məhkəmələrdən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyini nəzərə almağı tələb etdiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da bunu ədalət mühakiməsinin həyata keçirilməsi üzrə məhkəmə fəaliyyətinin mühüm aspekti kimi görür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X7 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarında məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir (qərarın 2-ci bəndi). Təqsirləndirilən şəxslərə qarşı CM-in müvafiq maddələri ilə irəli sürülən ittihamla bağlı cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 3 və 6-cı maddələrinin pozuntularını müəyyən edərək göstərmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V). Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X4rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərərçəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Həmçinin məhkəmə qeyd etmişdir ki, “polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin şöbədən azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87ci bənd). Məhkəmə əlavə olaraq göstərmişdir ki, “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009). Beləliklə, mövcud sübutları qiymətləndirən məhkəmə göstərmişdir ki, ərizəçinin pis rəftara məruz qoyulması ölkə məhkəmələrinin qərarları ilə açıq şəkildə etiraf edilmişdir. Məhkəmə bu qərarlardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas görmür. Məhkəmə bununla bağlı hesab edir ki, ərizəçi 2005-ci il 17 mart tarixində pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilmişdir. Xüsusilə, 2005-ci il 20 mart tarixli məhkəmə-tibb ekspertizasının rəyi onun boyun nahiyəsində ağır küt predmetlə yetirilmiş oval formalı qançırın olduğunu və bunun yetirilmə vaxtının 2005-ci il 17 mart tarixinə uyğun gəldiyini təsdiq etmişdir. Məhkəmə sözügedən xəsarətin ərizəçini polis şöbəsinə salan zaman yetirildiyi ilə bağlı hökumətin arqumentini qəbul edə bilməz. Əslində məhkəmə-tibb ekspertizasının rəyində açıq şəkildə göstərilmişdir ki, xəsarət “çəkmə” nəticəsində deyil, ağır küt predmet vasitəsilə yetirilmişdir. Hər bir halda məhkəmə ərizəçi qaçmağa səy göstərdiyi üçün ona qarşı güc tətbiqinin əsaslı olduğu və həddini aşmadığı ilə bağlı hökumətin arqumentini qəbul edə bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizəçinin həbsi və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda qaçmağa səy göstərdiyi və ya həbs zamanı polisə müqavimət göstərdiyi ilə bağlı hər hansı qeyd yoxdur. Bundan əlavə, ərizəçinin polisə qarşı zor işlətdiyi və ya həbsi zamanı, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, ərizəçiyə yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, barəsində şikayət verilmiş pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Beləliklə də Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Həmçinin həmin qərarda Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı da qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Eyni zamanda həmin qərarda Konvensiyanın 6-cı maddəsinin tələblərinin pozulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X13rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X11rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002-İX) Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008). Qeyd edilən işin konkret hallarına gəlincə məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq (bax: yuxarıda qeyd edilmiş “Bıkov” işi, 90-cı bənd və “Lisica Xorvatiyaya qarşı” (Lisica v. Croatia, no. 20100/06, §§ 51-54, 25 February 2010) qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 2005-ci il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab etmişdir ki, yuxarıdakı mülahizələr məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilməsi müəyyən edilmişdir. İttiham aktında istinad olunan sübutlara ayrı-ayrılıqda qiymət verən və Konvensiyanın 6-cı maddəsinin müddəlarına ibtidai araşdırma dövründə də əməl olunması ilə bağlı, habelə ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs1 ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs1 bədənində xəsarətlərin olması ilk dəfə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Bakı İstintaq Təcridxanasına təhvil verildikdən sonra həmin tarixdə Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində keçirilən həkim müayinəsi zamanı aşkar olunmuş, şəxs həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmiş, həmin faktlar aktlaşdırılmış, şəxsin izahatı alınmış və bu barədə müvafiq qurumlara xüsusi məlumat verilmişdir. Bu hallar iş materiallarına əlavə olunmuş sənədlərlə təsdiqini tapır və mübahisə doğurmur. Yuxarıda istinad olunan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə çıxardığı qərarında da qeyd olunmuşdur ki, “polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin şöbədən azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır”. Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir. Cinayət işinin materiallarından görünür ki, hər iki təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra müvafiq Baş İdarəyə gətirilmiş, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, təqsirləndirilən şəxs qismində cəlb olunmuş, daha sonra barələrində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılmış, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçildikdən sonra xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişlər. Göründüyü kimi, şəxslər saxlanıldıqları xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək polisin nəzarəti altında olmuş, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti Saxlama Yerində saxlanılmışlar. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 saxlanılan zaman səhhətində heç bir problem olmamış, bədənində hər hansı xəsarət olmamış, nə saxlanılarkən və polis idarəsinə gətirilərkən, nə də polis idarəsində olarkən qaçmağa çalışmamış, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Belə ki, nə sonuncunun saxlanılaraq polis idarəsinə gətirilməsi barədə baş idarənin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli raportda bu barədə heç bir məlumat əks etdirilməmiş, o cümlədən iş üzrə şahidlər olan polis əməkdaşları ifadələrində də belə bir halın baş verdiyini qeyd etməmiş, həmçinin Təqsirləndirilən şəxs1 polisə qarşı zor işlətdiyi və ya tutulan zaman, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Avropa Məhkəməsi öz qərarlarında müəyyən etdiyi presedent hüququnda belə məqamlarda ibtidai istintaqı aparan orqandan asılı olmayan müstəqil qurum tərəfindən səmərəli rəsmi araşdırmanın aparılmasını, dövlət orqanlarının daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərilməsini və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalarını, hadisə ilə bağlı sübutların toplanmasını, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımların atılmasının vacib olduğunu göstərməsinə baxmayaraq, Nərimanov rayon prokurorluğunda qəbul olunan xx.xx.2025-ci il tarixli qərardan (qeyd olunmalıdır ki, buna qədər qeyd olunan xüsusatların araşdırılması ilə bağlı xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərarlar qəbul olunmuş və həmin qərarlar məhkəmə nəzarəti qaydasında işə baxan Nərimanov rayon məhkəməsi tərəfindən ləğv edilmişdir) görünür ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən təzyiqə, işgəncə məruz qalması ilə bağlı xüsuatlar üzrə prokurorluq orqanlarında ətraflı araşdırma aparılmamış, istintaq təcridxanasına qəbul edilən zaman bədəni üzərində aşkar edilən xəsarətlərlə bağlı məhkəmə tibbi ekspertizası təyin edilsə də və həmin rəylə şəxsin bədəni üzərində saxlandığı zamana uyğun gələn dərəcəsi təyin edilməyən xəsarətlərin əmələ gəldiyi bariz müəyyən olunsa da, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra polis idarəsinin X16 yerləşdirilərkən onun saxlama yerinə qəbul edilməsi barədə tərtib olunan sənəddə həmin vaxt sonuncunun üzərində xəsarətlərin olub-olmaması ilə bağlı hər hansısa qeydin olub-olmadığını müəyyən etmək üçün müvafiq sənədlər götürülərək araşdırılmamış, Təqsirləndirilən şəxs1 X16 qəbul edən həmin yerin rəisi çağırılaraq izahatı alınmamış və nəticədə yalnız Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları əsas götürülməklə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs1 saxlanıldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək polisin nəzarəti altında olması, saxlanıldığı zaman, həmçinin saxlanıldıqdan sonrakı müddət ərzində onun bədənində hər hansı xəsarətlərin olmasına dair müvafiq sənədlərdə qeydin olmaması, habelə nə saxlanılarkən və polis idarəsinə gətirilərkən, nə də polis idarəsində olarkən qaçmağa çalışması, polis əməkdaşlarına heç bir müqavimət göstərməməsi müqabilində Təqsirləndirilən şəxs1 Bakı İstintaq Təcridxanasına təhvil verildikdən sonra onun bədənində aşkar xəsarətlərin müəyyən olunması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək polis idarəsində olduğu müddətdə pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələr yaranmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı araşdırdığı bütün hallara və sübutlara ayrı-ayrılıqda qiymət verən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın ilkin mərhələsində fiziki təsirə, pis rəftara məruz qalması ilə bağlı qənaətə gəlir və gəldiyi nəticəni də onunla izah edir ki, əvvəla Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saxlanıldıqdan sonra Baş İdarəyə gətirilmiş və həmin vaxt şəxsdə heç bir xəsarət olmamış, şəxs qaçmağa və ya müqavimət göstərməyə səy göstərməmiş, onun barəsində güc tətbiq etmə ilə bağlı tədbirlərin tətbiq edilməsi üçün əsas olmamış və onun səhhəti normal vəziyyətdə olmuşdur. Əks halı təsdiq edən hər hansı bir məlumat iş materiallarına əlavə edilməmişdir. Belə olan halda, artıq xx.xx.2023-cü il tarixdən etibarən polis şöbəsində olan və həmin müddət ərzində polis əməkdaşlarının nəzarəti altında olan Təqsirləndirilən şəxs1 bədənində xx.xx.2023-cü il tarixdə çoxsaylı bədən xəsarətlərinin aşkar olması onun fiziki təsirə, pis rəftara məruz qalması ilə bağlı qənaətə gəlməyə əsas verir. Şəxsin sözügedən xəsarətləri özünə yetirməsi ehtimalı ilə bağlı isə qeyd olunmalıdır ki, şəxsin həmin xəsarətləri özünə yetirməsi ehtimalı həm də ona görə mümkün deyil ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra sözügedən Baş İdarənin MSY-də saxlanılmışdır. Ölkə ərazisində olan bütün polis idarələrində fəaliyyət göstərən MSY-lərdə video müşahidə kameraları quraşdırılmışdır. Əgər belə bir hal vermiş olsaydı, yəqin ki, bu hal MSY-də quraşdırılan video müşahidə kameralarına düşər, ən azından belə bir halın baş verməsi orada fəaliyyət göstərən polis əməkdaşları tərəfindən sənədləşdirilərdi. Cinayət işinin materiallarında isə belə bir halın baş verməsini əks etdirən hər hansı bir sənədləşdirmə mövcud deyildir. Belə olan halda, məhkəmə kollegiyası bütün bu hallara, o cümlədən iş materiallarında olan sübutlara, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə əsaslanaraq Təqsirləndirilən şəxs1 məhz ibtidai araşdırmanın ilkin mərhələsində fiziki təsirə və təzyiqə, pis rəftara məruz qalması ilə bağlı nəticəyə gəlir. “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında həmçinin göstərilmişdir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İbtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs1 təsir və təzyiqlərə məruz qalması ilə bağlı gəlinən qənaətə əsaslanan məhkəmə kollegiyası, eyni zamanda Təqsirləndirilən şəxs2 da eyni məkanda fiziki təsirə olmasa da, psixi təsirə məruz qalma ehtimalını əsaslı sayaraq bununla əlaqədar hər iki təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdikləri etirafedici ifadələrində göstərdikləri xüsusatlara şübhə ilə yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib onlara qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 126.6-cı maddəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər barəsində xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokol tərtib olunanadək əməliyyat axtarış tədbirini həyata keçirən orqanın əməkdaşlarının hərəkətlərinə diqqət yetirməyi də zəruri saymışdır. Sözügedən mərhələnin məhkəmə istintaqı zamanı ətraflı araşdırılması iş üzrə obyektiv həqiqətin müəyyən olunmasında son dərəcə vacib rol oynamışdır. Belə ki, cinayət işinin materiallarında olan və iş üzrə sənədləşmənin aparıldığı rəsmi məlumatlardan (raport, qərar, protokol və s.) görünür ki, xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.1982-ci ildə ünvan 7 ünvanında qeydiyyatda olmaqla, ünvan 8iki yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1969-cu ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs2 olduqları yer müəyyən edilərək həmin günü saat 14:05-də ünvan 11 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2 idarə etdiyi **-AX-*** qeydiyyat nişanlı, “Changan” markalı avtomobilin yanında olduqları zaman saxlanılmışlar və saxlanılarkən üstlərində şəxsi axtarış, eləcə də avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la bağlı prosessual hərəkətlərin aparılmasından ötrü onlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının müşayiəti altında saxlanıldıqları yerdən Təqsirləndirilən şəxs2 idarə etdiyi **-AX-*** qeydiyyat nişanlı, “Changan” qeydiyyat nişanlı avtomobillə baş idarəyə gətirilmişlər. Daha sonra Baş İdarədə üzərilərinə baxış keçirilmiş və üzərilərindən iş üzrə maddi sübut qismində tanınan kütlələr (psixotrop maddə metamfetamin), o cümlədən soyuq silah olan ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan rəsmi sənədlərdə hər iki təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılma vaxtı kimi, yəni azadlıqlarının faktiki məhdudlaşdırıldığı vaxt kimi, habelə şübhəli şəxs kimi faktiki tutulduğu vaxt kimi xx.xx.2023-cü il saat 14:05 göstərilsə də, məhkəmə istintaqı ilə əslində onların azadlığının faktiki məhdudlaşdırılmasının, yəni polis əməkdaşları tərəfindən saxlanmasının hazırki iş üzrə rəsmi sənədlərdə göstərilənlərdən ən azı 1-2 saat saat öncə olduğu müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda xx.xx.2023-cü il tarixdə saat 11-12 radələrində saxlanıldığını və Baş İdarəyə gətirildiyini, saxlanılmasından 2-3 saat keçdikdən sonra müdafiəçi ilə təmin olunduğunu, o müddət ərzində polis idarəsində psixi və fiziki təsirə məruz qaldıqlarını və məcbur qalıb onlara aid olmayan psixotrop maddəni üzərilərnə götürdüklərini, əslində isə saxlanılan zaman üzərilərində heç bir psixotrop maddə olmadığını bildirmişdir. Həmçinin, təqsirləndirilən şəxslərin qeyd etdikləri ibtidai istintaq orqanı tərəfindən cinayət işinin materiallarına əlavə olunmaqla məhkəmə istintaqı zamanı tədqiq edilən Azercell Telekom MMC və Bakcell MMC tərəfindən verilmiş təqsirləndirilən şəxslərin istifadəsində olan mobil nömrə ilə bağlı məlumatlar araşdırılarkən öz təsdiqini tapmışdır. Belə ki, sözügedən məlumatlardan müəyyən olunmuşdur ki, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrələri xx.xx.2023-cü il tarixdə saat 14:01-də artıq ünvan 12 ünvanında qeydə alınmışdır. Sözügedən ünvan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının yerləşdiyi ünvanla demək olar ki, eyni ünvanı əhatə edir. Belə ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binası Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi ilə Yahya Bakuvi küçəsinin kəsişməsində yerləşir. Beləliklə məhkəmə istintaqı ilə gəlinən nəticə və müəyyən olunan hal ondan ibarət olmuşdur ki, hər iki təqsirləndirilən şəxs heç də xx.xx.2023-cü il tarixdə saat 14:05-də deyil, həmin tarixdə məhz həmin saatdan bir neçə saat daha əvvəl polis əməkdaşları tərəfindən saxlanılmış, yəni faktiki olaraq tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 147.1-ci maddəsinə əsasən cinayət prosesində tutulma yalnız cinayəti törətməkdə şübhəli olan şəxsə, ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma tətbiq oluna bilər. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən isə tutulma şəxsin cinayət törətməsinə şübhə yarandıqda, bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda tətbiq edilir. Habelə həmin Məcəllənin 147.4-cü maddəsində göstərilmişdir ki, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 153.1-ci maddəsində isə göstərilmişdir ki, cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Habelə həmin Məcəllənin 153.2-ci maddəsində tutulmuş şəxsin malik olduğu hüquqlar, həmçinin tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşlarının vəzifələri sadalanmış və göstərilmişdir ki, tutulmadan dərhal sonra şəxsə tutulmanın əsasları bildirilməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməli, tutulmuş şəxs təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirilməli, tutulma faktı qeydə alınmalı, protokollaşdırılmalı və o, tutulma protokolu ilə tanış edilməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməli, bununla yanaşı tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək, şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq, tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq və s. hüquqları təmin edilməlidir. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı nəticəsində polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə məhz tutulmanın rəsmiləşdirildiyi 14:05-dən ən azı bir saat əvvəl saxlanılması, yəni azadlığının faktiki məhdudlaşdırılması müəyyən olunsa da, cinayət işinin materiallarından göründüyü kimi, onların şübhəli şəxs qismində tutulması xx.xx.2023-cü il tarixdə saat 15:11 və 16:11-də rəsmiləşdirilmiş, protokolda həmin tarixdə saat 14:05-də faktiki saxlanılmaları qeyd edilməklə azadlığının faktiki məhdudlaşdırıldığı vaxt olaraq məhz 14:05 götürülmüş, yəni onların şübhəli şəxs kimi sözügedən saatdan tutulması qəbul edilmişdir (cild 01, iş vər. 25, 41). Bütün bunları ümumiləşdirdikdə məhkəmə heyəti tərəfindən məhkəmə istintaqı zamanı gəlinən qənaət ondan ibarət olmuşdur ki, hər iki təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən məhz xx.xx.2023-cü il tarixdə saat 14:05-dən ən azı bir saat öncə saxlanılmaqla həmin saatdan etibarən şübhəli şəxs statusunda olmuş, buna baxmayaraq həmin tarixdə saat 14:05-də faktiki tutulması rəsmiləşdirilsə də, hər iki şəxs həmin tarixdə saat 15-16 radələrinədək qanunla onlara tanınan fundamental hüquqlardan istifadə edə bilməmiş, onlara belə bir şərait yaradılmamış, yəni müdafiəçinin yardımından istifadə etmək hüquqları onlara izah edilməmiş, müdafiəçi ilə təmin olunmaq və s. hüquqları təmin edilməmiş, habelə təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının X16 təhvil verilməmiş, tutulma faktı qeydə alınmamış, protokollaşdırılmamışdır. Məhkəmə istintaqı ilə bütün bu sadalanan halların müəyyən olunması, yəni təqsirləndirilən şəxslərin faktiki olaraq xx.xx.2023-cü il tarixdə rəsmiləşdirmə saatı olan 14:05-dən ən azı bir saat öncə saxlanılması, həmin faktın baş verməsi ilə onun qeydiyyata alınmaqla rəsmiləşdirilənədək, faktiki müdafiə hüququ təmin edilənədək olan 2-3 saatlıq vaxt boşluğunun mövcudluğu və həmin müddət ərzində ona qanunla tanınan heç bir hüququnun realizə edilməsinə imkan yaradılmaması məhkəmə kollegiyasında hər iki şəxsə qarşı irəli sürülən ittihamın əsası qismində çıxış edən və onların barəsində hazırki cinayət təqibinin başlanmasına səbəb olmaqla mövcud sübutlar zəncirinin əsas halqasını təşkil edən psixotrop maddənin (o cümlədən soyuq silah hesab ediən ov bıçağının) aşkar olunması prosesinin etibarlığına dair ciddi şübhələr yaratmışdır. Belə ki, yuxarıda istinad olunan “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi müvafiq qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, təqsirləndirilən şəxslərin üzərində axtarışın onların saxlanılmasından dərhal sonra həyata keçirilmədiyi mübahisə doğurmur. Bu axtarış onların saxlanıldığı vaxt deyil, saxlanılmasından ən azı 2-3 saat sonra aparılmışdır. Qeyd edilməlidir ki, hazırkı halda hər iki şəxsin saxlanılması ilə onların üzərinə şəxsi axtarışın keçirilməsi arasındakı təxminən 2-3 saatlıq vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı məhkəmə heyətində haqlı şübhələr yaratmışdır. Belə ki, bu vaxt ərzində hər iki şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olmaqla tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə şəxsi axtarışın hər iki şəxsin saxlanılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırda qüvvədə olan xx.xx.2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Plenum qərarında da tövsiyyə olunmuşdur ki, bu qəbildən olan cinayət işləri üzrə istənilən şübhəli şəxsin saxlanılmasından birbaşa sonra onun üzərinə baxışın həyata keçirilməsi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Beləliklə, məhkəmə kollegiyası hər iki təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən faktiki olaraq xx.xx.2023-cü il tarixdə ən azı faktiki rəsmiləşdirmədən bir saat öncə saxlanılmasını və üzərilərinə şəxsi axtarış keçirilənədək keçən müddət ərzində, yəni 2-3 saat ərzində polis nəzarətində qalmalarını, saxlanılan şəxslərdən Təqsirləndirilən şəxs1 faktiki olaraq pis rəftara məruz qalmasını əsas götürərək, həmçinin hər iki şəxsin üzərində aşkar olunmuş maddi sübutların (psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən ov bıçağının) onların barəsində ittiham hökmünün çıxarılması üçün yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər hər iki təqsirləndirilən şəxsə qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. İş üzrə mövcud olan və ittiham tərəfinin istinad etdiyi digər sübutlara, o cümlədən polis əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadələrdə hər iki təqsirləndirilən şəxsin əleyhinə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, əvvəla həmin şahidlər ittiham tərəfin şahidləridir və müvafiq əməliyyat tədbirinin keçirilməsində iştirak edən polis əməkdaşları olmaqla işin nəticəsində birbaşa maraqlı olan şəxslərdir. Onların maraqlı olması xüsusilə təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmalarını, sözügedən psixotrop maddələrin və soyuq silah hesab edilən ov bıçağının onlara məxsus olmaması və təsir nəticəsində etirafedici ifadələr vermələrini iddia etdiyini nəzərə alaraq daha aydın təzahür edir. Digər tərəfdən, həmin polis əməkdaşlarının şahid ifadələri (həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr) iş materialları və məhkəmə istintaqı zamanı əldə olunaraq tədqiq olunmuş sübutlarla (iş materialları ilə, o cümlədən müvafiq mobil operatorlardan götürülmüş məlumatlar və s.) üst-üstə düşməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi presedent hüququ yaratdığı bir sıra qərarlarında, o cümlədən “Kobiaşvili Gürcüstana qarşı” işi üzrə 14 mart 2019-cu il tarixdə çıxardığı qərarında da bu qəbildən olan işlər üzrə, yəni müvafiq əməliyyat tədbirinin keçirilməsində məsul olan şəxslərin polis əməkdaşları olduğu cinayət işləri üzrə məhz həmin polis əməkdaşlarının verdiyi ittihamedici ifadələrinə bu formada tənqidi yanaşmış, həmin sübutların birmənalı şəkildə əsaslı sübut növü kimi qəbul olunmasının düzgün olmaması ilə bağlı mövqe formalaşdırmışdır. Odur ki, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, habelə məhkəmə istintaqı zamanı müəyyən olunan hallar əsas götürülməklə sözügedən polis əməkdaşlarının ifadələrinə tənqidi yanaşır və həmin ifadələri əsaslı sübut növü kimi qəbul etmir. Cinayət işinin materiallarında olan ayrı-ayrı ekspert rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, aşkar olunan kütlələrin psixotrop maddə metamfetamin, bıçağın isə soyuq silah hesab edilən ov bıçağı olması ilə bağlı ekspert rəyi həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə əhəmiyyət kəsb edir. Hazırki halda isə sözügedən maddi sübutların aşkar olunması prosesi məhkəmə tərəfindən etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin psixotrop maddə, bıçağın isə soyuq silah hesab edilən ov bıçağı olmasını təsdiq edən sübut növü rolunu oynayır. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın qanuni sayılması ilə bağlı Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 65.1 və 65.2.4.-cü maddələrinin tələbinə əsasən həmin qərar məhkəmə üçün preyudisial əhəmiyyət daşımır. Belə ki, əvvəla məhkəmə nəzarətini həyata keçirən məhkəmə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın qanuniliyini yoxlamış, həmin şəraitdə qəbul olunan qərarın labüdlüyünə qiymət vermiş, tədbirin keçirilməsinin, yəni prosessual hərəkətin qanuniliyini yoxlamamışdır. Digər tərəfdən məhkəmə nəzarətini həyata keçirən məhkəmə həmin materiala baxarkən məhdud sayda sübutlar əsasında yalnız keçirilən prosedurun qanuniliyini yoxlamışdır ki, həmin qərar sonradan mahiyyəti üzrə işə baxan məhkəmə üçün şəxsin təqsirliliyinin müəyyən edilməsi baxımından əvvəlcədən heç bir preyudisial qüvvəyə malik olmamaqla məhkəmənin həmin halları yenidən yoxlayıb qiymətləndirməsinə maneə deyildir. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələri üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onlar barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüquqları tanınmalı və onlara izah edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və onlar dərhal saxlandıqları istintaq təcridxanasından həbsdən azad edilməlidir. Cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 20,504 qram metamfetamin və 01 ədəd soyuq silah hesab edilən bıçaq hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 129 AZN (bir yüz iyirmi doqquz manat) təşkil edən ekspertiza xərcini ayrı-ayrılıqda 64,50 AZN (altmış dörd manat, əlli qəpik) olmaqla məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal saxlanıldığı istintaq təcridxanasından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal saxlanıldığı istintaq təcridxanasından həbsdən azad edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 20,504 qram metamfetamin və 01 ədəd soyuq silah hesab edilən bıçaq hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 129 AZN (bir yüz iyirmi doqquz manat) təşkil edən ekspertiza xərcini ayrı-ayrılıqda 64,50 AZN (altmış dörd manat, əlli qəpik) olmaqla məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilsinlər və həmin pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar