Məhkəmə qərarları › İş №1(124)-108/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-108/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-108/2023 15.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndələri- Nümayəndə və X3, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi1 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orla təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri 50-ci məhəllədə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxxxx 1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3arəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ( hökmün təsviri əsaslandırıcı hissəsində CM ) 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər sakini, əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək "xxxx" MMC tərəfindən müəyyn edilmiş abunəçilərinə istifadələrində olan mobil nömrələrinin balanslarında olan depozit məbləğlərinin Zərərçəkmiş şəxs ASC-nin bankomatları vasitəsi ilə həftənin 7 (yeddi) günü 24 (iyirmi dörd) saat ərzində qaytarılması xidmətinin fasiləsiz təmin edilməsinə dair adlançəkilən qurumlar arasında bağlanmış 2017-ci il 13 iyul tarixli Sazişin icrası zamanı «bankomatların proqramında yenilənmə prosesininin getməməsi» növündə meydana çıxmış texniki nasazlıq səbəbindən müvafiq mobil nömrələrin balansında olan depozit qalıqlarının bankomatlar vasitəsi ilə nəğd pul şəklində məxaric etdikdən sonra bu depozit qalıqlarının yenidən bərpa olunması prosesi baş verdiyindən, bu fürsətdən yararlanmaq gərarına gəlmiş, öz cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə 2020-ci il fevralın təxminən ortalarından başlayaraq martın 10-dək olan dövr ərzində Təqsirləndirilən şəxs2 ilə birlikdə idarə etdiyi «Vaz 2107» markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə, eləcə də ayrı-ayrılıqda səfər etdikləri respublikanın şimal bölgəsində yerləşən rayonlarında və yaşadıqları Sumqayıt şəhərində quraşdırılmış Zərərçəkmiş şəxs ASC-nin bankomatlarından (ATM-lərdən) nəğd pulları çıxarıb öz şəxsi məqsədləri üçün xərcləmişlər. O cümlədən, özünün adına rəsmiləşdirilmiş ***-***-**-** mobil nömrədən istifadə etməklə: 2020-ci il fevralın 18-dən 24-nə kimi Sumqayıt şəhərində müxtəlif məbləğlərlə 8 dəfəyə ümumilikdə 667 manat, 2020-ci il 27 fevral tarixdə saat 11:31 və 11:34-də Xaçmaz şəhərində 138 manat olmaqla 2 dəfəyə ümumilikdə 276 manat, 2020-ci il 28 fevral tarixdə saat 21:23-də Şabran şəhərində 154 manat, 2020-ci il 04 mart tarixdə saat 16:38-də Xaçmaz şəhərində 209 manat, 2020-ci il 06 mart tarixdə saat 13:01 və 13:28-də Şabran şəhərində 200 manat olmaqla 3 dəfəyə ümumilikdə 600 manat, həmin tarixdə saat 14:31dən saat 15:00-a kimi Quba şəhərində 200 manat olmaqla 7 dəfəyə ümumilikdə 1400 manat, həmin tarixdə saat 16:12-dən saat 22:07-yə kimi Xızı şəhərində 200 manat olmaqla 6 dəfəyə ümumilikdə 1200 manat, həmin tarixdə saat 23:03-dən saat 23:40-a kimi Şabran şəhərində 200 manat olmaqla 15 dəfəyə ümumilikdə 3000 manat, 2020-ci il 07 mart tarixdə saat 22:56-dan saat 23:13-ə kimi Şabran şəhərində 200 manat olmaqla 7 dəfəyə ümumilikdə 1400 manat, həmin tarixdə saat 23:48-dən saat 00:47-yə kimi Xaçmaz şəhərində 200 manat olmaqla 25 dəfəyə ümumilikdə 5000 manat, həmin tarixdə, saat 01:20-dən saat 01:42-yə kimi Quba şəhərində 200 manat olmaqla 20 dəfəyə ümumilikdə, 4000 manat, 2020-ci il 08 mart tarixdə, saat 00:00-dan saat 00:33-ə kimi Xaçmaz şəhərində 200 manat olmaqla 8 dəfəyə ümumilikdə 1600 manat, həmin tarixdə saat 00:53-dən saat 01:40-a kimi Quba şəhərində 200 manat olmaqla 6 dəfəyə ümumilikdə 1200 manat, həmin tarixdə saat 02:26-dan saat 16:49-a kimi Şabran şəhərində 200 manat olmaqla 21 dəfəyə ümumilikdə 4200 manat, həmin tarixdə saat 17:17-dən saat 23:31-rə kimi Xaçmaz şəhərində 200 manat olmaqla 39 dəfəyə ümumilikdə 7800 manat, 2020-ci il 09 mart tarixdə, saat 00:02-dən saat 11:11-rə kimi Şabran şəhərində 200 manat olmaqla 5 dəfəyə ümumilikdə 1000 manat, həmin tarixdə saat ll:47-dən saat 12:52-yə kimi Xaçmaz şəhərində 200 manat olmaqla 30 dəfəyə ümumilikdə 6000 manat, həmin tarixdə saat 17:31-dən saat 17:47-yə kimi Şabran şəhərində 200 manat olmaqla 9 dəfəyə ümumilikdə 1800 manat, həmin tarixdə saat 18:18-dən saat 18:40-a kimi Xaçmaz şəhərində 200 manat olmaqla 16 dəfəyə ümumilikdə 3200 manat, həmin tarixdə saat 19:24- dən saat 21:29-a kimi Şabran şəhərində 200 manat olmaqla 17 dəfəyə ümumilikdə 3400 manat, həmin tarixdə saat 21:58dən saat 22:55-a kimi Xaçmaz şəhərində 200 manat olmaqla 38 dəfəyə ümumilikdə 7600 manat; 2020-ci il 10 mart tarixdə saat 00:30-dan saat 00:39-a kimi Şabran şəhərində 200 manat olmaqla 11 dəfəyə ümumilikdə 2200 manat, özünün adma rəsmiləşdirilmiş ***-***-**- ** daha bir mobil nömrədən istifadə etməklə: 2020-ci il 05 mart tarixdə, saat 21:41-dən saat 21:57-yə kimi Şabran şəhərində 61 manat olmaqla 13 dəfəyə ümumilikdə 793 manat, həmin tarixdə saat 22:31-dən saat 22:38-ə kimi Xaçmaz şəhərində 61 manat olmaqla 4 dəfəyə ümumilikdə 244 manat, əmisi oğlu Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş ***-***-**-** mobil nömrədən istifadə etməklə: 2020-ci il fevralın 21-dən 24-dək Sumqayıt şəhərində 4 dəfəyə ümumilikdə 244 manat, 2020-ci il 27 fevral tarixdə saat 12:30-da Şabran şəhərində 123 manat olmaqla 2 dəfəyə ümumilikdə 246 manat, 2020-ci il 28 fevral tarixdə saat 21:33dən 21:35-ə kimi Şabran şəhərində 123 manat olmaqla 4 dəfəyə ümumilikdə 640 manat, 2020-ci il 04 mart tarixdə saat 21:56-dan 21:57-yə kimi 308 manat olmaqla 2 dəfəyə ümumilikdə 616 manat, 2020-ci il 05 mart tarixdə saat 22:40-dan 22:42-yə kimi Xaçmaz şəhərində 97 manat olmaqla 3 dəfəyə ümumilikdə 291 manat, 2020-ci il 06 mart tarixdə saat 01:39-da Quba şəhərində 97 manat, 2020-ci il 06 mart tarixdə saat 05:57-də Xaçmaz şəhərində 97 manat, cəmi isə 61.174 manat məbləğində nəğd pulları Zərərçəkmiş şəxs ASC-nin adlarıçəkilən şəhərlərində quraşdırılmış bankomatlarından (ATM-lərdən), yəni eyni mənbədən, eyni üsulla çıxarıb öz məqsədləri üçün xərcləmiş, bununla da elektron məlumat daşyıcılardan və informasiya texnalogiyalarından istifadə etməklə özgənin əmlakını külli miqdarda gizli olaraq talayıb vahid niyyəti ilə əhatə olunan oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər sakini, əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək "xxxx" MMC tərəfindən müəyyn edilmiş abunəçilərinə istifadələrində olan mobil nömrələrinin balanslarında olan depozit məbləğlərinin Zərərçəkmiş şəxs ASC-nin bankomatları vasitəsi ilə həftənin 7 (yeddi) günü 24 (iyirmi dörd) saat ərzində qaytarılması xidmətinin fasiləsiz təmin edilməsinə dair adlarıçəkilən qurumlar arasında bağlanmış. 2017-ci il 13 iyul tarixli Sazişin icrası zamanı «bankomatların proqramında yenilənmə prosesininin getməməsi» növündə meydana çıxmış texniki nasazlıq səbəbindən müvafiq mobil nömrələrin balansında olan depozit qalıqlarının bankomatlar vasitəsi ilə nəğd pul şəklində məxaric etdikdən sonra bu depozit qalıqlarının yenidən bərpa olunması prosesi baş verdiyindən, bu fürsətdən yararlanmaq gərarına gəlmiş, öz cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə 2020-ci il fevralın təxminən ortalarından başlayaraq martın 1 O-dək olan dövr ərzində Təqsirləndirilən şəxs1la birlikdə onun idarə etdiyi «Vaz 2107» markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə, eləcə də ayrı-ayrılıqda səfər etdikləri respublikanın şimal bölgəsində yerləşən rayonlarında və yaşadıqları Sumqayıt şəhərində quraşdırılmış Zərərçəkmiş şəxs ASC-nin bankomatlarından (ATM-lərdən) nəğd pullan çıxarıb öz şəxsi məqsədləri üçün xərcləmişlər. O cümlədən, özünün adına rəsmiləşdirilmiş ***-***-**-** mobil nömrədən istifadə etməklə: 2020-ci il fevralın 21-dən 24-dək Sumqayıt şəhərində 4 dəfəyə ümumilikdə 244 manat, 2020-ci il 27 fevral tarixdə saat 12:30-da Şabran şəhərində 123 manat olmaqla 2 dəfəyə ümumilikdə 246 manat, 2020-cİ il 28 fevral tarixdə saat 21:33-dən 21:35-ə kimi Şabran şəhərində 123 manat olmaqla 4 dəfəyə ümumilikdə 640 manat, 2020-ci il 04 mart tarixdə saat 21:56-dan 21:57-yə kimi 308 manat olmaqla 2 dəfəyə ümumilikdə 616 manat, 2020-ci il 05 mart tarixdə saat 22:40-dan 22:42-yə kimi Xaçmaz şəhərində 97 manat olmaqla 3 dəfəyə ümumilikdə 291 manat, 2020-ci il 06 mart tarixdə saat 01:39-da Quba şəhərində 97 manat, 2020-ci il 06 mart tarixdə saat 05:57-də Xaçmaz şəhərində 97 manat, əmisi oğlu Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş ***-***-**-** mobil nömrədən istifadə etməklə: 2020-ci il fevralın 18-dən 24-nə kimi Sumqayıt şəhərində müxtəlif məbləğlərlə 8 dəfəyə ümumilikdə 667 manat, 2020-ci il 27 fevral tarixdə saat 11:31 və 11:34 radələrində Xaçmaz şəhərində 138 manat olpıaqla 2 dəfəyə ümumilikdə 276 manat, 2020-ci il 28 fevral tarixdə saat 21:23-də Şabran şəhərində 154 manat, 2020-ci il 04 mart tarixdə saat 16:38-də Xaçmaz şəhərində 209 manat, 2020-ci il 06 mart tarixdə saat 13:01 və 13:28-də Şabran şəhərində 200 manat olmaqla 3 dəfəyə ümumilikdə 600 manat, həmin tarixdə saat 14:31dən saat 15:00-a kimi Quba şəhərində 200 manat olmaqla 7 dəfəyə ümumilikdə 1400 manat, həmin tarixdə saat 16:12-dən saat 22:07-yə kimi Xızı şəhərində 200 manat olmaqla 6 dəfəyə ümumilikdə 1200 manat, həmin tarixdə saat 23:03-dən saat 23:40-a kimi Şabran şəhərində 200 manat olmaqla 15 dəfəyə ümumilikdə 3000 manat, 2020-ci il 07 mart tarixdə saat 22:56-dan saat 23:13-ə kimi Şabran şəhərində 200 manat olmaqla 7 dəfəyə ümumilikdə 1400 manat, həmin tarixdə saat 23:48-dən saat 00:47-yə kimi Xaçmaz şəhərində 200 manat olmaqla 25 dəfəyə ümumilikdə 5000 manat, həmin tarixdə, saat 01:20-dən saat 01:42-yə kimi Quba şəhərində 200 manat olmaqla 20 dəfəyə ümumilikdə 4000 manat, 2020-ci il 08 mart tarixdə, saat 00:00-dan saat 00:33-ə kimi .Xaçmaz şəhərində 200 manat olmaqla 8 dəfəyə ümumilikdə 1600 manat, həmin tarixdə saat 00:53dən saat 01:40-a kimi Quba şəhərində 200 manat olmaqla 6 dəfəyə ümumilikdə 1200 manat, həmin tarixdə saat 02 Chelan saat 16:49-a kimi Şabran şəhərində 200 manat olmaqla 21 dəfəyə ümumilikdə 4200 manat, həmin tarixdə saat 17:17-dən saat 23:31-rə kimi Xaçmaz şəhərində 200 manat olmaqla 39 dəfəyə ümumilikdə 7800 manat, 2020-ci il 09 mart tarixdə, saat 00:02-dən saat 11:11-rə kimi Şabran şəhərində 200 manat olmaqla 5 dəfəyə ümumilikdə 1000 manat, həmin tarixdə saat ll:47-dən saat 12:52-yə kimi Xaçmaz şəhərində 200 manat olmaqla 30 dəfəyə ümumilikdə 6000 manat, həmin tarixdə saat 17:31dən saat 17:47-yə kimi Şabran şəhərində 200 manat olmaqla 9 dəfəyə ümumilikdə 1800 manat, həmin tarixdə saat 18:18- dən saat 18:40-a kimi Xaçmaz şəhərində 200 manat olmaqla 16 dəfəyə ümumilikdə 3200 manat, həmin tarixdə saat 19:24-dən saat 21:29-a kimi Şabran şəhərində 200 manat olmaqla 17 dəfəyə ümumilikdə 3400 manat, həmin tarixdə saat 21:58-dən saat 22:55-a kimi Xaçmaz şəhərində 200 manat olmaqla 38 dəfəyə ümumilikdə 7600 manat, 2020-ci il 10 mart tarixdə saat 00:30-dan saat 00:39-a kimi Şabran şəhərində 200 manat olmaqla 11 dəfəyə ümumilikdə 2200 manat, əmisi oğlu Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş 050-599- 92-03 daha bir mobil nömrədən istifadə etməklə:. 2020-ci il 05 mart tarixdə, saat 21:41-dən saat 21:57-yə kimi Şabran şəhərində 61 manat olmaqla 13 dəfəyə ümumilikdə 793 manat, həmin tarixdə saat 22:31dən saat 22:38-ə kimi Xaçmaz şəhərində 61 manat olmaqla 4 dəfəyə ümumilikdə 244 manat, cəmi isə 61.174 manat məbləğində nəğd pullan Zərərçəkmiş şəxs ASC-nin adlarıçəkilən şəhərlərində quraşdırılmış bankomatlarından (ATM-lərdən), yəni eyni mənbədən, eyni üsulla çıxarıb öz məqsədləri üçün xərcləmiş, bununla da elektron məlumat daşyıcılardan və informasiya texnalogiyalarından istifadə etməklə özgənin əmlakını külli miqdarda gizli olaraq talayıb vahid niyyəti ilə əhatə olunan oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, internetdə reklamlara baxaraq saytdan pul qazanıb nömrəyə kontur yükləməklə hissə-hissə 200-300 manat yığaraq gedib çıxarmışdır. 1 ay ərzində ümumi 1300 manat pul nömrəsinə daxil olmuşdur. "xxxx" MMC-ə müraciət edib pulu rəsmiləşdirmək istədiyini bildirərək 1300 manat pulu bir ay yarım ərzində hissə-hissə çıxarmışdır. "xxxx" MMC-nin 6 rəqəmli kod verilməsi ilə bağlı xidməti olmuş, onu yazaraq pul çıxarmışdır. Həmin kod birdəfə istifadə etmək üçün nəzərdə tutulmuşdur. O, əlavə pul çıxarmamışdır. Bu xidmət ancaq "xxxx" MMC-ə məxsus nömrələrdə olmuş, 10 faizi tutlmaqla qalanını nağdlaşdırmaq olmuşdur. Öz nömrəsi pul qazandığı üçün fakturalı nömrə olmuşdur. O, Zərərçəkmiş şəxsa məxsus pul vəsaiti çıxarmamışdır. Onların özlərinə də sistem səhvi ola biləcəyini demişdir. Şabranlıdır, ora gedən zaman pulu yolda çıxarmışdır. O, “kart olmayıb, nömrə balansı olub, mənim balansımda 1300 manat ola-ola, necə 50.000-60.000 çıxara bilərəm” deyə qeyd etmişdir. Orxanın günahı yalnız onun bəzən yanında olması olmuşdur, bu məsələdən anlayışı olmamışdır. Orxana 50-100 manat pul vermiş, ona ancaq reklamlara baxmağı demişdir. O, etdiklərinin tam qanuni olduğunu düşünmüşdür. Xaçmazda, Dəvəçidə Sumqaytda pul çıxarmış, Qubada çıxarmamışdır. Orxan o olmadan heç nə etməmiş, heç yerə getməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq Sumqayıt şəhəri Yaşıl-dərə adlanan ərazidə yəni Sumqayıt şəhərinin 50-ci məhəlləsində ailəsi ilə birlikdə yaşayır. Xaçmaz rayon sakini Elmar Nəbiyev onun’ xalası oğludur. Təqsirləndirilən şəxs2 isə onun əmisi oğludur. Famil Höcətov da onun qohumu olsa da onunla küsülüdür, danışmır. 2020- ci ilin əvəllərində internet vasitəsi ilə "xxxx" mobil operator şəbəkəsi ilə Zərərçəkmiş şəxs ASC arasında müqavilə barəsində öyrənmişdir. Belə ki, "xxxx" mobil faktura nömrəsi alaraq internetdən əldə etdiyi konturları yəni balansını Zərərçəkmiş şəxs ASC-nin bankomatlarında nəğdləşdirərək çıxarıb və həmin pulları xərcləmişdir. Bu məqsədlə öz adına ***-***-**-** və ***-***-**-** möbil yəni faktura nömrələri almış və həmin nömrələrdən istifadə etməyə başlamışdır. Həmin zaman Sumqayıt şəhərinin yaxınlığında yerləşən Corat qəsəbəsində Əli adlı şəxsdən «Vaz2107» markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin avtomobil ilə taksi kimi Sumqayıt şəhəri ərazisində işləmişdir. 2020-ci ilin təxminən fevral ayından başlayaraq həmin avtomobil ilə Sumqayıt şəhərindən yerləşən Zərərçəkmiş şəxs ASC-nin bankomatlarında istifadə edib, təxminən 5- 6 dəfə özünə məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrəmdəki depoziti nəğdləşdirərək təxminən ***-**** manat pul çıxarmışdır. Bundan başqa 2020-ci ilin fevral ayının əvvələrindən başlayaraq mart ayının əvvələrinə qədər əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə və bəzən isə özü tək idarə etdiyi avtomobil ilə Şabran və Xaçmaz rayonlarına gedərək yenə də öz mobil nömrələrindən istifadə edib, həmin rayonlar ərazisində quraşdırılmış Zərərçəkmiş şəxs ASC-nin bankomatları vasitəsi ilə təxminən 200- 300 manat pul çıxarmış və həmin pullan da öz ehtiyacları üçün xərcləmişdir. Rayonlara gedib, Zərərçəkmiş şəxs ASC-nin bankomatlarından pul çıxardığı zaman əmisi oğlu Təqsirləndirilən şəxs2 onunla birlikdə olsa da o, özünə məxsus mobil nömrədən istifadə edib, özü üçün pul çıxarmışdır. Təqsirləndirilən şəxs2 hansı mobil nömrələrdən istifadə edib və bankomatlardan hansı məbləğdə pul çıxarmasından heç bir məlumatı olmamışdır. Ümumilikdə Zərərçəkmiş şəxs ASC-nin bankomatlarından istifadə etməklə təxminən 1300- 1500 manat məbləğində pul çıxarıb və həmin pullan öz ehtiyacı üçün xərcləmişdir. (cild 2, iş vərəqə 17-18, 30-32, 160-161) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ona reklamlara baxıb pul qazanmaq barədə Xəqani məlumat vermiş, o da reklama baxıb pul qazanmışdır. Bankomatdan pul çıxarılandan sonra balansda qalması kimi hallar olmamışdır. Pulu ancaq fakturalı nömrələrdən nağdlaşdırmaq olmuşdur. Nömrəni yanvar, fevral aylarında istifadə etmişdir. Təxminən 400-500 manat pul nağdlaşdırmışdır. Pulu Sumqayıtda, Şabranda, Qubada olanda nağdlaşdırmışdır. Sistem səhvi baş vermişdir. Bir yerdə neçə dəfə nağdlaşdırmaqlarını xatırlamamışdır. Qeyd olunan qədər məbləğ nağdlaşdırma etməmişlər. O, rəsmi şəkildə "xxxx" MMC-ə müraciət edib pulu rəsmiləşdirmək istədiyini bildirmişdir . Onlar da onu Zərərçəkmiş şəxsa yönəltmişlər. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq ünvan 5 ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 əmisi oğludur və onunla münasibəti həmişə yaxşı olmuşdur. 2020-ci ilin əvəllərində internet vasitəsi ilə "xxxx" mobil operator şəbəkəsi ilə Zərərçəkmiş şəxs ASC arasında müqavilə barəsində öyrənmişdir. Belə ki, "xxxx" mobil faktura nömrəsi alaraq internetdən əldə etdiyi konturları yəni balansını Zərərçəkmiş şəxs ASC-nin bankomatlarında nəğdləşdirərək çıxarıb və həmin pulları xərcləmək qərarına,gəlmişdir. Bu məqsədlə öz adma ***-***-**-** mobil mobil yəni faktura nömrəsi almış və internetdə proqram sataraq həmin mobil nömrə vasitəsi kontur əldə etmişdir. Əmisi oğlu Təqsirləndirilən şəxs1 öz adına olan mobil nömrələrdən istifadə edərək kontur əldə edib və həmin konturları nəğdləşdirdiyi barədə ona məlumat verdiyi üçün bu barədə kifayət qədər məlumatı olmuşdur. Xəqani özünün idarə etdiyi «Vaz2107» markalı **- NH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şabran və Xaçmaz şəhərlərinə gedib, "xxxx" ASC-yə məxsus ATM-lərdən pulları nəğdləşdirmək istədiyi üçün onunla birlikdə ona məxsus avtomobil ilə getmək istəməsini ona bildirmişdir. Xəqani onunla razılaşdıqdan sonra birlikdə onun idarə etdiyi «Vaz2107» markalı avtomobil ilə Sumqayıt şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM- lərə gedib, 4 dəfəyə müxtəlif məbləğlərdə ümumilikdə təxminən 250 manat nəğd pulu, 28 fevral 2020-ci il tarixdə Şabran şəhərinə gedib, orada yerləşən yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-lərdən 120 manat olmaqla. 4 dəfəyə ümumilikdə təxminən 650 manat nəğd pulu çıxarıb, yaşadıqları Sumqayıt şəhərinə qayıdaraq çıxıb getmişlər. Əldə etdiyi bütün pullan öz ehtiyacları üçün xərcləmişdir. Bundan bir neçə gün sonra yəni 04 mart 2020-ci il tarixdə yenidən əmisi oğlu Xəqani ilə birlikdə ona məxsus avtomobil ilə Şabran şəhərinə gedib və həmin şəhərdə yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-lərdən təxminən 300 manat olmaqla 2 dəfəyə ümumilikdə 600 manat nəğd pulu çıxanb, Sumqayıt şəhərinə qayıtmışlar. Bir gün sonra yəni 05 mart 2020-ci il tarixdə yenidən Xəqani ilə birlikdə ona məxsus avtomobil ilə Xaçmaz şəhərinə gedib, orada yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-lərdən təxminin 100 manat olmaqla 3 dəfəyə ümumilikdə 300 manat nəğd pulu çıxarmışlar. Martın 05-dən 06-na keçən gecə Xaqaninin avtomobili ilə Quba şəhərinə gedərək orada yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən təxminən 100 manat nəğd pulu çıxarmışlar. Quba şəhərindən qayıdarkən səhərə yaxın yəni 06 mart 2020- ci il tarixdə Xaçmaz şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən təxminən 100 manat nəğd pulu çıxarıb, Xəqani ilə birlikdə ona məxsus avtomobil ilə yaşadıqlan Sumqayıt şəhərinə getmişlər. Zərərçəkmiş şəxs ASC-yə məxsus bankomatlardan təxminən 2000 manatdan çox pul çıxarmış və həmin pulların çox hissəsi banka və az hissəsi isə ona məxsus olmuşdur. Törətmiş olduğu cinayət əməlini səmimi olaraq etiraf edib və əməlimdən peşmandır. Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-lərdən pul vəsaiti çıxartdığı zaman əmisi oğlu Təqsirləndirilən şəxs1la birlikdə olmasına baxmayaraq onunla heç bir əlaqəsi olmamışdır. Xəqani öz mobil telefonundan istifadə edib, özü üçün pul çıxarmış və özü isə öz mobil telefonundan istifadə etmişdir.( cild 2, iş vərəqə 94-95, 102-103, 168-169) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərini ibtidai istintaq zamanı tam, məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və və Təqsirləndirilən şəxs2 qanunsuz əməli nəticəsində ümumilikdə Zərərçəkmiş şəxs ASC-yə 61174 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərlə barışmamışlar, onlara qarşı müli iddia irəli sürmüşlər. O, məhkəmədən mülki iddianın təmin olunmasını xahış etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs fraud və dələduzluğa qarşı mübarizə şöbəsinin baş mütəxəsissi işləyən işləyir. 13 iyul 2017-ci ildən Zərərçəkmiş şəxs ASC ilə "xxxx" MMC arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən "xxxx" abonentləri depozit hesablarında olan pulu Zərərçəkmiş şəxs-ın ATM-dən nəğd şəkildə çıxarma imkanına malik olmuşlar. Bununla əlaqədar hər ayın əvvələrində "xxxx" MMC şirkəti ilə üzləşdirmə keçirilirdi. 2020-ci ilin mart ayında Zərərçəkmiş şəxs-ın digər şöbəsində üzləşdirmə keçirilərkən mövcud olan texniki nasazlıq səbəbindən Zərərçəkmiş şəxs ASC-nə məxsus müxtəlif ATM-lərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olan "xxxx" mobil oparetorunun nömrələrində mövcud depozit qalığını qanunsuz olaraq məxaric etmişlər. Həmin şəxslər əməliyyat nəticəsində ümumilikdə Zərərçəkmiş şəxs ASC-yə 61174,000 manat məbləğində maddi ziyan vurmuşlar. O. ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2022-ci ilin qış aylarında işlədiyi Zərərçəkmiş şəxs ASC-nin departamentinə onlarla "xxxx" MMC arasında üzləşmədə fərq olması barədə sorğu gəlmişdir. Hətta, sorğuda bir nömrədən eyni kodla bir neçə dəfə pul çıxarılması ilə bağlı bir neçə nümunə də olmuşdur. Yoxlamadan sonra texniki problemə görə eyni vəsaitin bir neçə dəfə çıxarıla biləcəyi aşkar olunmuşdur. Üzləşmə mart ayında olmuşdur. Zərər Zərərçəkmiş şəxs ASC-ə dəymiş, ona məxsus pullar çıxarılmışdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş ***-***-**-**, ***-***-**-** mobil nömrələrdən istifadə edilməklə xx.xx.2020-ci İl tarixdən xx.xx.2020-ci il tarixə qədər ümumilikdə 60,092 manat məxaric edilmiş, özünə aid 1,149 manat artıq məxaric isə 58,943 manat olmuşdur. Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş ***-***-**-** mobil nömrədən istifadə edilməklə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər ümumilikdə 3,045 manat məxaric edilmiş, özünə aid 814 manat artıq məxaric isə 2,231 manat olmuşdur. ( cild 2, iş vərəqə 172-178) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, bankomatlardan pulu çıxararkən Təqsirləndirilən şəxs1 yanında onun əmisi oğlu Təqsirləndirilən şəxs2 də olmuş və onların birlikdə 100-dən çox fotoşəklilləri vardır. (cild 1, iş vərəqə: səh. 19-23) Protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 08 may 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslərin fotogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk və "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlər maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 1, iş vərəqə 172-178) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. ( cild 1, iş vərəqə 26-27, 156-157) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2013-cü il təvəllüdlü X7 oğlu, xx.xx.2015-ci il təvəllüdlü X8 oğlu və xx.xx.2016-cı il təvəllüdlü X2 adlı üç azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt Bələdiyyəsi 50-ci və 53-cü məhəllə üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmuşlar. ( cild 1, iş vərəqə 34, 116) Məhkəmə, təqsirləndirilən şəxslərin ittihamda qeyd edilən məbləğdə Zərərçəkmiş şəxs ASC-yə məxsus bankomatlardan pul çıxarmamaları barədə məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək təqsirləndirilən şəxslərin ittiham olunduqlarını cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin bankomatlardan pulu çıxararkən birlikdə 100-dən çox fotoşəklillərinin olması, həmçinin kartlarında balans(rəqəm) şəklində vəsaitin olması görsənsə də, bankomatda olan pul vəsaitinin onlara məxsus olmadığını bilərək müxtəlif bankomatlardan müxtəlif məbləğlərdə dəfələrlə pul çıxarmaları təqsirləndirilən şəxslərin məqsədinin özgənin əmlakını külli miqdarda gizli olaraq talamalarının bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının” izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, həmin qərarın 1- ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.4-cü maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddələsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 11 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şabran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Şabran rayon məhkəməsinin 27 dekabr 2021 -ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.( cild 2, iş vərəqə 17-18, 24- 26, 69-72) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69-cu maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 12 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şabran rayon məhkəməsinin 14 mart 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 mart 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 2, iş vərəqə 83-84, 96-98, 111-114) Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan təqsirləndirilən şəxslərin fotogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk və "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlər cinayət işinin materillarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və məhkəmə xərci yoxdur. İş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC (mülki iddiaçı) tərəfindən ümümilikdə 61447,93 (altmış bir min dörd yüz qırx yeddi manat, doxsan üç qəpik) manat məbləğində mülki iddia verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş hüquqi şəxs qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və vurulmuş maddi ziyana görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 61174 ( altmış bir min yüz yetmiş dörd) manat, həmçinin dövlət rüsumuna görə 273,93 ( iki yüz yetmiş üç manat, doxsan üç qəpik), cəmi 61447,93 (altmış bir min dörd yüz qırx yeddi manat, doxsan üç qəpik) manat tutularaq Kapital Bank” ASC-ə (mülki iddiaçıya) ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı məsələləri müzakirə edərək və mövcud sübutların məcmusu əsasında hesab edir ki, iddia təmin edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 30723,97 (otuz min yeddi yüz iyirmi üç manat, doxsan yeddi qəpik) manat tutularaq Zərərçəkmiş şəxs ASC-ə (mülki iddiaçıya) ödənməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 ( altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 11 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 12 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan təqsirləndirilən şəxslərin fotogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk və "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlər cinayət işinin materillarında saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 30723,97 (otuz min yeddi yüz iyirmi üç manat, doxsan yeddi qəpik) manat tutularaq Zərərçəkmiş şəxs ASC-ə (mülki iddiaçıya) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar