Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-108/2024 15.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxx 1996-cı ildə Azərbaycan, Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs borclarının yaranması ilə əlaqədar düşdüyü çətin maddi vəziyyətdən çıxmaq üçün yüngül həyat tərzi keçirən, yəni fahişəliklə məşğul olan qadınların hər hansı birinin pulunu quldurluq yolu ilə ələ keçirmək qərarına gəlib xx.xx.2022-ci il tarixdə gecə saat 23 radələrində Abşeron rayonunda yerləşən, “Masazır” dairəsi kimi tanınan əraziyə gəlib, orada pul qarşılığında intim xidmətlər göstərmək niyyəti ilə dayanıb müştəri gözləyən 22.11,1990-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır kəndində müvəqqəti yaşayan Zərərçəkmiş şəxs əlində müxtəlif əskinaslarda pul məbləği olmasını görüb, sonuncunun qeyd olunan yolla daha çox pul qazanacağını ehtimal edib bir müddət gözləyərək xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs yaxınlaşıb 80 AZN müqabilində intim münasibətə daxil olmaq barədə razılığa gəldikdən sonra sonuncu ilə birgə gecə saat 02 radələrində ünvan 3 ünvanında yerləşən, “Göyçə hotel” kimi tanınan mehmanxanaya gəlib, Zərərçəkmiş şəxs ilə mehmanxananın "1” nömrəli kabinetinin içərisindəki girişlə üzbəüz otağa daxil olub orada sonuncu ilə təxminən 30 dəqiqə müddətində cinsi əlaqədə olduqdan sonra gecə saat 03 radələrində Zərərçəkmiş şəxs onunla aralarında razılaşdırdığı 80 AZN pul məbləğini ondan istəməsinin ardından o, əvvəlcədən planlaşdırdığı kimi Zərərçəkmiş şəxs üzərində olan nağd pulun ona verilməsini tələb etdikdə, sonuncunun buna etiraz etməsindən dərhal sonra öz cinayətkar niyyətini həyata keçirmək üçün, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq edib bu zaman sonuncunu qəsdən öldürmək məqsədi ilə hər iki əli ilə zərərçəkmişin boğaz nahiyəsindən tutub bir neçə dəqiqə bərk sıxmaqla nəfəs yollarını qapadıb boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiyadan ölümünə səbəb olan boynun sağ yan, ön və sol yan səthlərində qançırlar, dilin ucunun əzilmiş yarası, boynun, qida borusunun və traxeya ətrafı yumşaq toxumalara qansızmalar kimi canlı şəxslərdə insan həyatı üçün təhlükəli olan, mexaniki asfiksiyaya səbəb olduğundan dərəcələrinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib, Zərərçəkmiş şəxs xırıltı səslərinin kəsilərək ölməsinə əmin olduqdan sonra o, zərərçəkmiş şəxsin hadisə zamanı əynində olmuş göy cins şalvarının sağ yan cibindən müxtəlif əskinaslarda, ümumilikdə, 150 AZN pulu götürüb ələ keçirməklə quldurluqla əlaqədar qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 120.2.11-ci maddəsi ilə təqsirli, CM-in 181.3.3-cü maddəsi ilə təqsirsiz bilərək ifadəsində göstərdi ki, hadisə baş verdiyi tarixədək Bakı şəhəri, Kürdəxanı qəsəbəsi ərazisində kirayə əsasında yaşayırdı. Hadisə baş verdiyi gün narkotik vasitə qəbul etmişdi. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Xırdalan dairəsi” adlanan əraziyə getmişdir. Adını sonradan bildiyi Zərərçəkmiş şəxs orada görmüşdür. Onunla cinsi əlaqədə olmaq istəmiş və bu barədə danışıqlar apararaq, 80 manat müqabilində razılaşmışlar. Bundan sonra “Göyçə” adlı mehmanxanaya getmişlər. Həmin mehmanxanada Turanə Cavadovla cinsi əlaqədə olmuşlar. Zərərçəkmiş şəxs zarafatyana onun ünvanına nalayiq ifadələr səsləndirmişdir. Bir müddət sonra onun ailəsi barəsində nalayiq ifadələr səsləndirməyə başlamışdır. Bundan əsəbləşərək, onunla mübahisə etmişdir. Onun boğazından tutaraq, boğmuşdur. Daha sonra Zərərçəkmiş şəxs öldüyünü görmüşdür. Onu hamam otağına aparmış və hadisə yerindən qaçmaq qərarına gəlmişdir. Otaqdan çıxdıqda, otağın qarşısındakı salonda otaqlardan birinin boşalmasını gözləyən bir qadınla kişini gördüm. Qadına bu otağa daxil olmamalarını, otaqdan istifadə müddətini səhərədək uzatdığını və mağazaya gedib yenidən geri qayıdacağını bildirmişdir. Eyni zamanda həmin qadından yaxınlarda mağazanın olub-olmaması barədə soruşmuşdur. Eyni sualı qarşısına çıxan ofisianta da vermişdir. Bundan sonra hadisə yerindən qaçmışdır. Hadisə ilə əlaqədar əvvəlcə onun qardaşını da saxlamışdılar. Qardaşı və ailə üzvləri narkotik vasitə istifadə etdiyini bilmirdilər. Bu barədə onların bilməsini istəmirdi, çünki utanırdı. Bu səbəbdən məhkəməyədək icraat zamanı ifadə verərəkən zərərçəkmiş şəxsi onun pullarını ələ keçirmək məqsədi ilə öldürdüyünü bildirmişdir. O, zərərçəkmiş şəxs ilə 80 manat müqabilində cinsi əlaqədə olmağı razılaşmış, həmin məbləği zərərçəkmiş şəxsə verməmişdir. Zərərçəkmiş şəxs ilə razılaşdıqları 80 manat məbləğində pulu mehmanxanadan çıxarkən verəcəkdi.Onun 150 manat məbləğində pulunu götürməmişdir. Çünki, Zərərçəkmiş şəxs ümumiyyətlə pulu yox idi. Hadisə baş verdiyi vaxt üzərində 190 manat məbləğində pul var idi. Mehmanxananın otağından istifadə üçün ödəniş 10 manat məbləğində idi. Mehmanxanada işləyən ofisianta 100 manatlıq əskinaz təqdim etmişdir. Lakin, onun qaytarmaq üçün 90 manatı yox idi. Belə olan halda pulu xırdalamaq lazım gəlmişdir. Pulu xırdalamaq üçün onu Zərərçəkmiş şəxs vermişdir. Hətta, ofisiant ona pulu həmin qadına verməməyini, ona etibar etməməyini və s. bildirmişdi. Zərərçəkmiş şəxs pulu xırdalayıb gətirmişdir. Lakin, həmin puldan onunla razılaşdığı 80 manat məbləğində pulu götürməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə özünü tam təqsirli bilərək göstərmişdir ki, şəxsi evlərdə günəmuzd fəhlə işləmiş, tutulana qədər isə Kürdəxanı qəsəbəsində 20 gün idi ki, malyar işləri görmüşdür. Əvvəllər Bakının müxtəlif yerlərində kirayə yaşasa da, xx.xx.2022-ci il tarixdə Kürdəxanı qəsəbəsində Rauf adlı şəxsin evində qalmağa başlamışdır. Sonuncu ilə əvvəllər evində iş gördüyü Fuad adlı şəxs vasitəsilə tanış olmuş, belə ki, Fuad ona Rauf adlı şəxsin evində də usta işləri görməyini təklif etmiş, o da sonuncu ilə görüşmüşdür. Aralarındakı razılıq bundan ibarət olmuş ki, o, Raufun Kürdəxanı qəsəbəsində yaşadığı evin həyətində yerləşən zəif təmirli evi təmir edəcəkmiş, sonrakı mərhələdə qiyməti danışacaqmış. Onun Bakıda daimi yaşayış yeri olmadığı üçün daha rahat iş görsün deyə Raufun da icazəsi ilə həmin zəif təmirli evdə qalmağa başlamışdır. Rauf ona “Evin kommunal xərcləri üçün hər ay 100 AZN mənə verərsən və həmin evdə qalarsan" demişdir. Əlavə olaraq bir yerdə fəhlə kimi işlədiyi, adı yadından çıxan şəxsə 150 AZN borcu da olmuşdur. Bundan başqa dolanışığı zəif, maddi vəziyyəti aşağı olmuş, evdən də maddi dəstək ala bilməmişdir. Bu səbəbdən ağlında yalnız hansısa yollar olursa olsun, pul əldə etmək fikri olmuşdur. Bunun üçün Abşeron rayonu, Masazır kəndində yerləşən “dairə"də dayanıb yüngül həyat tərzi keçirən qadınların hər hansı birindən pul əldə etmək qərarına gəlmişdir. Belə ki, həmin qadınlar daim intim münasibətə daxil olduqları üçün onlarda həmişə pul olmuş və həm onların hər hansı biri ilə cinsi əlaqədə olmaq, həm də pulunu ələ keçirmək istəmişdir. Bir neçə il bacısı Ayşəngildə, yəni Masazırda qaldığı üçün ərazini müəyyən qədər tanımış, gecələr Masazır və Xırdalan dairəsində yüngül həyat tərzi keçirən qadınların dayandığını bilmişdir. xx.xx.2022-ci il tarixdə qeyd etdiyi kimi pul əldə etmək məqsədilə axşam saat 8 radələrində Kürdəxanı qəsəbəsində müvəqqəti qaldığı evdən çıxmış, “Koroğlu” metrostansiya gəlmiş, orada metroya minib “20 Yanvar” metrostansiyasında düşmüşdür. Daha sonra “525” nömrəli avtobusla “Şamaxinka” dairəsi adlanan ərazidən “Masazır” dairəsi istiqamətinə gəlmiş, həmin zaman gecə saat 11 radələri olmuşdur. Artıq həmin ərazidə 3-4 nəfər yüngül həyat tərzi keçirən qadın dayanmış, eyni zamanda öldürdüyü qadın da onlar içərisində olmuşdur. Öldürdüyü qadının adını əvvəlcə bilməmiş, sonradan polis əməkdaşları tərəfindən saxlanılanda mərhumun adının Zərərçəkmiş şəxs olmasını öyrənmişdir. Mərhum Zərərçəkmiş şəxs adlı şəxsi hadisə baş verən günə qədər tanımamış, sonuncunu yalnız hadisə günü görmüş və yalnız o zaman əlaqəsi olmuşdur. Həmin şəxslə əvvəllər hər hansı ünsiyyəti və münasibəti olmamış, o cümlədən intim münasibətə də girməmişdir. Hadisə zamanı həmin qızlara yaxın gəldikdə öldürdüyü qız, yəni Zərərçəkmiş şəxs əlində pul saydığını görmüş, həmin qızın əlindəki pulun dəqiq məbləğini bilməmişdir. Sonuncunun bundan sonra da kimləsə pul qarşılığında intim münasibətdə olacağını fikirləşmiş və “Qoy pulu bir az da çoxalsın, əlavə qazandığı pulları da götürərərəm” deyə düşünmüşdür. Bu məqsədlə 2 saat gözləmiş, həmin ərəfədə əraziyə yaxın yerləşən, adını bilmədiyi dönərxanada dönər yemiş, daha sonra yaxınlıqdakı çayxanada çay içmişdir. Arabir çıxıb həmin dairəni müşahidə etmiş, həmin qız artıq 1-2 dəfə başqa-başqa kişilərlə birgə getmiş, sonra yenidən həmin əraziyə qayıtmışdır. xx.xx.2022-ci il gecə saat 01 radələrində artıq həmin qızın gün ərzində bu işdən xeyli pul qazandığını düşünüb sonuncunun pullarını ələ keçirməsini qərarlaşdırmışdır. Beləcə, həmin qıza yaxınlaşmış, sonuncudan hansı qiymət qarşılığında intim münasibətə girdiyini soruşmuş, sonuncu "1 saatlıq 80 AZN” deyə cavab vermiş, o da bununla razılaşmışdır. Yaxınlıqda yerləşdiyi üçün "Göyçə hotel” adlı mehmanxanaya getmək barədə aralarında razılıq əldə olunmuşdur. Nəqliyyat vasitəsi olmadığı üçün qız özü taksi çağırmış, bir neçə dəqiqə sonra sifariş etdiyi taksi gəlmiş, taksi sürücüsünü əvvəllər görməmiş və tanımamışdır. Həmin maşına əyləşmiş, həmin mehmanxanaya çatmış, ö və mərhum qız maşından düşmüşdür. Həmin zaman gecə təxminən 02:00 olmuş, bəlkə də həmin saatdan daha gec imiş. Həmin qız hotelin işçisi olan tanımadığı şəxsə yaxınlaşmış, danışığın məzmununu eşitməmiş, lakin bir az söhbətdən sonra qız hotelin işçisinə 10 AZN pul vermiş və sürücü də getmişdir, işçi onlara hotelin "1" nömrəli kabinetindəki girişlə üzbəüz otağı vermiş və hər ikisi otağa daxil olmuşdur. Həmin hotelə əvvəllər 1-2 dəfə gecələmək məqsədilə getmiş, lakin həmin kabinetdə olmamışdır. Həmin kabinetdə başqa otaq da olmuş, lakin onlar kabinetə daxil olduqda digər otaq boş olmuşdur. Mərhum qızla otağa daxil olduqdan sonra qapını bağlamış, həmin qızla bir qədər sevişdikdən sonra hər ikisi paltarları çıxarmışdır. Qız hamama girmiş, təxminən 3-5 dəqiqə ərzində yuyunmuş, sonra onun yanına gəlmişdir. Daha sonra o, mərhum qızla otaqdakı çarpayıda uzanılı vəziyyətdə yarım saata yaxın cinsi əlaqədə olmuşdur. Cinsi əlaqə zamanı prezervativdən istifadə etməmiş, cinsi əlaqə bitdikdən sonra spermanı səhv etmirsə, yerə, yaxud hamama boşaltmışdır. Cinsi əlaqədən sonra qız ondan 80 AZN-i istəmiş, o isə üzərində pul olmadığını bildirib qərarlaşdırdığı kimi əksinə qızdan üzərində olan bütün pulları verməsini istəmiş, qız isə qəti surətdə ona pul verməyəcəyini bildirmişdir. O isə artıq həmin qızın ona pul verməyəcəyini və bir qədər də israr etsə, artıq qışqır-bağır salacağını görüb sonuncunu boğaraq huşunun özündən getməsini və üzərindəki pulları ələ keçirməyi istəmişdir. Həmin zaman artıq gecə 03 radələri olarmış. Bunun üçün ilk öncə həmin qızı çarpayıda hər 2 əli ilə boğmağa başlamış, həmin zaman, əllərinin baş barmağı ilə sonuncunun boğazını, qırtlaq nahiyəsini bərk sıxmışdır. Qız həmin zaman xırıldamış, lakin hələ nəfəs almışdır. Həmin zaman qız ona müqavimət göstərə bilməmiş, lakin əl və ayaqları ilə çabalamış, ayaqlarını divara tərəf vurmuşdur. Bir anlıq həmin qızın huşu özündən getmiş, lakin bir neçə saniyə sonra sonuncu yenidən nəfəs almağa başlamışdır. Bu dəfə artıq sonuncunun nəfəs almaması, yəni ölməsi üçün boğazını yenə də eyni nahiyədən daha bərk sıxmağa başlamış, xırıltı səsləri belə çıxmaması üçün digər əli ilə qızın ağzını örtmüş, bu səbəbdən mərhum köməyə heç kimi çağıra bilməmişdir. Təxminən 2-3 dəqiqə müddətində əlləri qızın boğazında olmuş və sıxmağa davam etmişdir. 2-3 dəqiqənin sonunda qızın xırıltısı kəsilmiş və ölmüşdür. Həmin zaman qızın ağız nahiyəsindən azacıq qan gəlməyə başlamışdır. Artıq qızın öldüyünə əmin olduqdan sonra sonuncunu lüt vəziyyətdə hamama aparmış, həmin zaman qızın sinə nahiyəsində məmədan olmuşdur. Hamama aparmaqda məqsədi qapını açan şəxsin qızın meyitini ilk başda görməməsi, yalnız hamama girəndə görə bilməsi və beləcə, onun vaxt qazanması olmuşdur. Qızın meyitini hamamda döşəmə kafel üzərinə uzatdıqdan sonra yenidən çarpayı olan otağa qayıtmışdır. Hadisə zamanı qızın üzərində cins şalvar və uzunqol çəhrayı köynək olmuş, lakin həmin paltarları qız çıxarmış, həmçinin qız üzərində qara əl çantası gəzdirmişdir. Əvvəlcə həmin əl çantasının içinə baxmış, lakin orada pul görməmişdir. Çantanın içində yalnız günəbaxan tumu, sovurma konfet və bəzi kosmetik ləvazimatlar olmuş, qızın üzərində mobil telefon da olmamışdır. Daha sonra sonuncunun paltarlarındakı cibləri yoxlamış, cins şalvarın sağ yan cibindən 150 AZN pul çıxarmış və pulu götürmüşdür. 150 AZN pul 5 ədəd 20, 2 ədəd 10 və sayını xatırlamadığı 5 və 1 AZNlik əskinaslar formasında olmuş, həmin pulu götürüb cibinə qoymuşdur. Daha sonra otaqdan çölə çıxmış və qapını bağlamışdır. Kabinetdə yerləşən ümumi zaldakı masada tanımadığı 1 qız və 1 oğlan olmuş, onlar deyəsən kabinetdə hansısa otağın boşalmasını gözləmişlər. Həmin qızla oğlana "Olduğum otağa girməyin, 1 saat da artıq qalacam” demişdir. Bunu həmin qızla oğlanın birdən içəri girməsi və həmin mənzərəni görməsinə görə demişdir. Sonra isə onlardan siqaret almaq üçün dükan yeri soruşmuş, onlar da ona hotelin yaxınlığında dükan olduğunu demişlər. Daha sonra hotelin həyətinə çıxmış, həyətdə hotelin işçisini görmüş və sonuncudan siqaret almaq üçün yer soruşmuşdur. İşçi ona hotelin yaxınlığında yerləşən dükanın yerini göstərmiş, o da siqaret alıb geri qayıdacağını demişdir. Çölə çıxdıqdan sonra “Masazır dairəsi” istiqamətinə, yəni hotelin girişindən sol tərəfə məhəllələrin arası ilə qaçmış, qaçmaqda məqsədi oradan uzaqlaşmaq və taksi tapıb Kürdəxanıya qayıtmaq olmuşdur. Həyəcanlı olduğu üçün məhəllə arası qaça-qaça təxminən 20-25 dəqiqə sonra yenidən hotel istiqamətinə təsadüfi şəkildə qayıtmışdır. Artıq polis maşınının hotelin ətrafında olduğunu görmüş, qızın meyitinin aşkar olunduğunu düşünüb bu dəfə başqa istiqamətə məhəllələr arası qaçaraq oradan uzaqlaşmışdır. Saat təxminən 5 radələrində bacısı Ayşəngilin Masazırda yerləşən evinə tərəf gəlmiş, qapını yeznəsi Rövşən açmış və niyə bu saatda evə gəldiyini soruşmuşdur. O, baş vermiş hadisə barəsində məlumat vermədən Rövşən və Ayşənə dostları ilə yeyib-içmək məclisində olduğunu və məclisdən gec çıxdığını, maşın tapa bilmədiyi üçün evə qayıda bilmədiyini və bura gəldiyini demişdir. Həmin evdə təxminən 1 saat müddətində uzanmış, saat 6 olan kimi evdən çıxmış və artıq evə getmək üçün nəqliyyat vasitəsi tapa biləcəyini düşünmüşdür. Daha sonra “Masazır” dairəsi istiqamətinə çıxıb orada “Toyota Prius" markalı, lakin dövlət qeydiyyat nişanını xatırlamadığı maşınla 1 AZN verməklə "20 Yanvar" dairəsinə getmişdir. Ordan da markasını və qeydiyyat nişanını bilmədiyi maşına əyləşib 1 AZN verməklə “Koroğlu" metrostansiyası istiqamətində düşmüşdür. Ordan da tanımadığı taksi sürücüsünə 1 AZN verməklə Kürdəxanı qəsəbəsində kirayə yaşadığı ünvana getmiş, səhər təxminən 8 radələrində evə çatmış, üzərindəki paltarları çıxarmış, bir neçə dəqiqə hamamda yuyunmuş, sonra da yatmışdır. Biraz yatdıqdan sonra oyanıb günorta radələrində, götürdüyü puldan 100 AZN-i ev sahibi Raufa vermiş, qalan 50 AZN pulun 49 AZN-i taksi, yemək, siqaret və su xərclərinə sərf etmiş və götürdüyü puldan cəmi 1 AZN pulu qalmışdır. Səhəri günü, yəni xx.xx.2022-ci il tarixdə bütün güri evdə olmuş, əvvəlcə polis orqanlarına gedərək təslim olmaq istəmiş, lakin televizor kanallarına baxdıqda həmin qızın ölümü ilə bağlı heç bir xəbər verilmədiyini görüb rahatlaşmışdır. Təxminən günorta saat 2 radələrində Abşeron rayon polis idarəsi əməkdaşları qapını döymüş və onun ad, soyadını soruşduqdan sonra Zərərçəkmiş şəxs adlı şəxsin ölümü ilə əlaqəli olub-olmadığı barəsində suallar vermişlər. Artıq polislərin nəyə görə gəldiyini başa düşüb elə oradaca polislərə mərhum qızı boğaraq öldürdüyünü etiraf etmişdir. Törətdiyi əməldən peşman olmuşdur. (Cild 1, iş vərəqləri 103-108, Cild 2, iş vərəqləri 60-64). Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, hadisənin birbaşa şahidi olmamışdır. O, həyat yoldaşı və nəvələri ilə birlikdə Yevlax şəhərində yaşayır. Qızı Zərərçəkmiş şəxs Bakıda işləyir, uşaqlarını görmək üçün arabir Yevlax şəhərinə gəlirdi. Hadisə barədə onun baş verdiyi tarixdən 2 gün sonra məlumatı olmuşdur. Bu barədə müstəntiq ona zəng edərək, məlumat vermişdir. Təqsirləndirilən şəxslə aralarında barışıq yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Xırdalan dairəsi” adlanan ərazidə dayanmış, həmin vaxt o, yaşadığı evin açarını itirmiş və eyni zamanda sərxoş vəziyyətdə olmuşdur. Bu zaman sərxoş vəziyyətdə olan bir şəxs havanın soyuq olduğunu, bu havada soyuqda qalmamağı üçün onunla getməyini, gecəni bir mehmanxanada qalmağını, narahat olmamağını və s. bildirmişdir. O da onun bu təklifi ilə razılaşmışdır. Onlar “Göyçə” adlı mehmanxanaya getmişlər. Orada o spirtli içki qəbul etməyə davam etmişdir. Bu zaman otaqların birindən adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs çıxdı və ona otağa daxil olmamağını bildirərək, ondan yaxınlıqdakı mağazanın ünvanını soruşmuşdur. O, ona mağazanın ünvanını bildirmişdir. Lakin, o getdikdən 20-25 dəqiqə keçdikdən sonra geri qayıtmamışdır. O da otaqdan da səs gəlməməsini nəzərə alaraq, içəridə olan qadının hamam otağında dəm qazından zəhərlənə biləcəyi ehtimalını düşünərək, Təqsirləndirilən şəxs çıxdığı otağa daxil olmuşdur. Əvvəlcə otaqda heç kimi görməyib hamam otağına daxil olmuş və orada bir qadının yerdə uzandığını görmüşdür. Bundan sonra o qışqırmağa başlamış və hadisə yerinə həmin mehmanxananın ofisiant və administratoru gəlmişdir. Hadisə 31 oktyabr 2022-ci il tarixdə səhərə yaxın saatlarda “Göyçə” adlı mehmanxanada baş vermişdir. O, otağa daxil olduqda masanın üzərində sadəcə qadın çantası görmüşdür. Çox güman ki, bu çanta zərərçəkmiş şəxsə məxsus idi. Masanın üzərində və ya çantanın içərisində pul görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, “Göyçə” adlı mehmanxanada ofisiant vəzifəsində işləyir. Hadisə baş verdiyi vaxt da həmin vəzifədə işləyirdi. Adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mehmanxanaya gələrək ondan istirahət etmək üçün otaq istəmişlər. Bunun üçün ona 10 manat məbləğində ödəniş edilmişdir. Lakin, ödəniş konkret Təqsirləndirilən şəxs yaxud da Zərərçəkmiş şəxs tərəfindən edildiyini xatırlamır. Bir müddət sonra onlara təqdim etdiyi otaqdan başqa xanımın qışqırıq səslərini eşidərək oraya yaxınlaşmışdır. Otağa daxil olduqda hamam otağında Zərərçəkmiş şəxs uzanılı vəziyyətdə olduğunu görmüşdür. Otağa daxil olarkən masanın üzərində yaxud başqa bir yerdə hər hansı məbləğdə pul görməmişdir. Təqsirləndirilən şəxs ona yadında qaldığı qədərilə 2 ədəd 5 manat əskinaz olmaqla, ümumilikdə 10 manat məbləğində ödəniş etmişdir. O, Təqsirləndirilən şəxs pulu xırdalamaq üçün Zərərçəkmiş şəxs verdiyi üçün ona etibar etməməsini, pulunu oğurlayıb qaça biləcəyini və s. deməmişdir. Ümumiyyətlə, pul xırdalamaq məsələsini xatırlamır. Ola bilər ki, Təqsirləndirilən şəxs pulunu Zərərçəkmiş şəxs pulu ona təqdim edənədək xırdalamış olsun. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mehmanxanaya gəldikdə, onlardan şəxsiyyətini təsdiq edən sənədlər tələb edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, hadisənin birbaşa şahidi olmamışdır. Hadisə baş verdiyi tarixdə Təqsirləndirilən şəxs onun həyat yoldaşı, eyni zamanda onun bacısı Şahid3 ilə birgə yaşadığı evə gəlmişdi. Bu zaman o, dostları ilə qonaqlıqdan gəldiyini, saatın gec olması səbəbindən evə getməyərək, onlara gəldiyini bildirmişdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət barədə heç bir söhbət etməmişdi. Sadəcə onun həyəcanlı olduğunu hiss etmiş və ayaqqabılarının palçıq olduğunu görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində yerləşən mehmanxanaların birində tanımadığı qadını öldürməsi barədə eşitmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, kiçik sahibkarlıqla məşğuldur, Təqsirləndirilən şəxs sonuncu tutulmamışdan 5 gün əvvəl tanımışdır. Belə ki, iş fəaliyyəti zamanı tanış olduğu və hazırda da münasibəti olan Fuad adlı şəxs Kürdəxanı qəsəbəsində yerləşən evini yenicə təmir etdirmiş, xarici görünüş baxımından təmir ona xoş gəldiyi üçün Fuaddan evi kimin təmir etməsini soruşmuşdur. Çünki o, özü də həyətindəki digər evi təmir etdirmək istəmiş, hazırda Kürdəxanı qəsəbəsində yaşadığı evin həyətində ona məxsus zəif təmirli başqa bir ev də olmuşdur. Fuad ona “Rəsul adlı cavan oğlan mənim evimi təmir edib, yaxşı əl qabiliyyəti var” demiş, o da Fuaddan Rəsul adlı şəxslə əlaqəyə keçib onunla görüşdürməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Fuad Rəsulu onun evinə gətirmiş, Rəsula həyətindəki zəif təmirli evi göstərmiş və necə təmir edəcəyi barəsində suallar vermişdir. Rəsul ona “Bir neçə gündən sonra başlayaram, birinci betonu sökmək lazımdır, ondan sonra daha dəqiq söz deyərəm” söyləmişdir. Rəsulla danışıq zamanı təmirin müddəti və xidmət haqqı barəsində heç bir müzakirə aparmamışdır. Rəsul ona “Mən Masazır qəsəbəsində yaşayıram, hər dəfə bura gəlibgetmək mənim üçün çətindir, nəqliyyat vasitəm də yoxdur, əgər imkan versəniz, elə təmir edəcəyim evdə qalaram” demişdir. O da Rəsula bununla bağlı razılıq vermiş, lakin ona “Evin kommunal xərclərini özün qarşılayarsan, bunun üçün də mənə aylıq 100 AZN pul verərsən” demişdir. Rəsul ona hazırda 100 AZN pulunun olmadığını, alacağı pullar olduğunu, yalnız 4-5 gündən sonra ona 100 AZN verəcəyini bildirmiş, o da bununla razılaşmış, Rəsul elə həmin vaxtdan etibarən onun zəif təmirli evində qalmışdır. Yəni Rəsul onun evində kirayə qalmamış, ona məxsus zəif təmirli evdə pulsuz qalmaq üçün Rəsulla razılığa gəlmiş, sadəcə olaraq kommunal xərclərin ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Rəsul ona 5 ədəd 20 AZN-lik əskinaslar formasında, ümumilikdə, 100 AZN pul vermiş, pul kommunal xərclərə görə verilmişdir. Sonradan o, evdə olmayanda xəbər verilmiş ki, Abşeron rayon polis idarəsi əməkdaşları Rəsulu yüngül həyat tərzi keçirən qadını Abşeron rayonu ərazisində öldürdüyünə görə saxlamışlar. Rəsul ona adam öldürməsi barədə məlumat verməmiş, Rəsulun həmin 100 AZN pulu hardan əldə etdiyini bilməmiş, Rəsul ona bu barədə heç nə deməmişdir. (Cild 1, iş vərəqləri 127- 131) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir ki, 2017-ci ilin avqustunda Quba rayonu, ikinci Nügədi kənd sakini Şahid6la ailə həyatı qurmuş, birgə nikahdan 2 övladı dünyaya gəlmişdir. Onun 3 qardaşı otmuş, Rəsul kiçik qardaşı olmuş, Rəsul hərbi xidmətdən qayıtdıqdan sonra digər qardaşı Fərid kimi fərdi əməklə məşğul olmuşdur. Bunun üçün Rəsul gah Qubada işləmiş, gah da işə görə Bakıya getmişdir. Yəni son 7-8 il idi ki, Rəsul mütəmadi olaraq işlə bağlı Bakıya getmiş, müxtəlif yerlərdə kirayə qalmış, işi yekunlaşdıqda Qubaya qayıtmışdır. Rəsul məlum hadisədən təxminən 10 gün qabaq Qubadan Bakıya gəlmiş, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində kirayə yaşamış, elə orada da usta işləri görmüşdür. Rəsul sakit təbiətli biri olmuş, heç kimlə dava-dalaş edən, ədavət və münaqişəsi olan biri olmamışdır. O, xx.xx.2022-ci il tarixdə gecə 11 radəiərində öz evində yatmış, xx.xx.2022-ci il tarixdə səhər 5-6 radələrində qapı döyülmüşdür. Həmin zaman evdə hamı yatmış, o və Rövşən ayağa durub qapını açmışdır. Qapını döyən Rəsul olmuş, Rəsuldan niyə gec saatlarda evə gəldiyini soruşduqda sonuncu “Dostlarımla yeyibiçmək məclisində olmuşam, məclis gec yekunlaşdığı üçün Kürdəxanıya getməyə maşın tapa bilmədim, ona görə bura gəldim” demiş, o da Rəsulu evə dəvət etmişdir. Ümumiyyətlə, Rəsul onun evinə, adətən, günorta və ya axşam radələrində gəlib ziyarət etmiş, yalnız 1 dəfə işi ilə əlaqədar onun evinə gec gəlmişdir. Rəsul üçün çay hazırlamış, Rəsul həmin zaman onlarla xüsusi heç bir söhbət etməmişdir. Səhər saat 6-7 radələrində Rövşən namaz qıldıqdan sonra evdən çıxmış və işə doğru getmişdir. Həmin zaman Rəsul evdə olmuş, Rəsulla bundan sonra, demək olar ki, hər hansı söhbəti olmamışdır. Sonuncu təxminən yarım saat müddətində onun evində istirahət etmiş, sonra Kürdəxanı qəsəbəsinə qayıdacağını bildirib evdən çıxmışdır. 1 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə günorta saat 3-4 radələrində qardaşı Fərid ona zəng edərək Rəsulun polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. X6 rayonu, Masazır kəndində yerləşən hotellərin birində yüngül həyat tərzi keçirən qadını öldürdüyünü öyrənmişdir. Rəsulun törətdiyi qətl hadisəsinin təfərrüatları barədə məlumatı olmamış, öldürülən şəxsi də tanımamışdır. Rəsula ailədən heç bir maddi dəstək gəlməmiş, çünki atası və digər qardaşı özlərini gücbəla ilə dolandırmış, yəni Rəsul da öz dolanışığını özü təmin etmiş və çətinliklə çörək pulu qazanmışdır. Rəsul ona və Rövşənə adam öldürməsi barədə məlumat verməmiş və bunu hiss etdirməmişdir. Rəsulun bədəninin görünən nahiyələrində və üzərindəki paltarlarda şübhəli izlər, o cümlədən qanabənzər ləkələr görməmişdir. Lakin Rəsul evə gələrkən təngnəfəs və bir qədər həyəcanlı olmuşdur. (Cild 2, iş vərəqləri 32-36) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 digər Şahid5 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 74-77) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış xx.xx.2022-ci il tarixdə gecə radələrində başlanmış, baxış keçirilən yer ünvan 3 ünvanında yerləşən, “Göyçə hotel” kimi tanınan mehmanxana olmuşdur. Hadisə yeri “Masazır" dairəsi adlanan yerdən təxminən 1-2 km məsafədə, Masazır kəndinin içərisinə doğru getdikdə sağ tərəfdə yerləşmişdir. Baxış zamanı mehmanxananın həyət qapısı açıq vəziyyətdə olmuş və həyətdə Abşeron RPİ-nə aid xidməti maşın da daxil olmaqla bir neçə nəqliyyat vasitəsi dayanmışdır. Mehmanxananın həyətinə giriş tərəfdə işçilər üçün ayrılmış, habelə çay və yemək hazırlanması üçün nəzərdə tutulmuş otaqlar, həyətə girişdən solda və qarşı tərəfdə qaraj, həyətə girişlə üzbəüz isə mehmanxana otaqları yerləşmişdir. Mehmanxana 2 mərtəbəlidir, 30-40 otağa malikdir, otaqların yarısı yuxarı, yarısı aşağı mərtəbədədir. Mehmanxanadakı otaqların bəziləri kabinetlərin içərisində yerləşmiş, yəni 1 kabinet daxilində 2 otaq olmuşdur. Həmin otaqlar daha dar və şəraiti orta olmuşdur. Digər otaqlar isə təkli otaqlardır və həmin otaqlar daha geniş və yaxşı şəraitə malikdir. Daha sonra hadisə baş verən otağa doğru hərəkət edilmiş, həmin otaq mehmanxada “1” nömrəli kabinetin içərisində yerləşmişdir. Kabinet həyətə girişdən bir qədər solda olmuşdur. Kabinetin girişi qəhvəyi rəngli plasmas qapıdan olmuş, baxış zamanı kabinet açıq vəziyyətdə olmuşdur. Kabinetin girişində 01 ədəd zal və 02 ədəd otaq olmuş, otaqlara keçid həmin zaldan olmuşdur. Kabinetin girişi ilə üzbəüz otağın qapısı baxış zamanı açıq vəziyyətdə olmuş, həmin otağın qapısı ağ plasmas materialdan olmuşdur. Otağın çölündə olarkən belə həmin otaqda çarpayı üzərində qadın cinsli meyit müşahidə olunmuşdur. Həmin otağın girişindən solda çarpayı yerləşmiş, çarpayı üzərində yanakı uzanmış, ayaqları divara tərəf olan vəziyyətdə qadın cinsli meyit aşkar olunmuşdur. Meyitin saçı dağınıqdır, ağzı açıqdır, burun nahiyəsindən və ağzından köpük və qan çıxmışdır. Meyit baxış zamanı çılpaqdır, yalnız məmədan üzərində olmuşdur. Çarpayının ümumi nizamı pozulmuş vəziyyətdə olmuşdur. Çarpayı üzərindəki döşəklər və üzlüyü dağınıq formada olmuş, çarpayı üzərində meyitə məxsus olması və hadisə zamanı üzərində daşıması ehtimal edilən qara retuz, mavi tuman, çəhrayı uzunqol üst geyimi, qəhvəyi kalqotka, göy cins şalvar, döşək üzünün altında isə qara əl çantası aşkar edilmişdir. Otağm girişindən sağda isə 01 ədəd taxta stul var olmuş, həmin stulun altında 01 ədəd qara-qırmızı-ağ rəngli idman ayaqqabısı aşkar edilmişdir. Stulun üzərində isə 01 ədəd ikiqat güzgü, 01 ədəd boş siqaret qutusu, 01 ədəd siqaret dolu külqabı, 01 ədəd boş “Bizon” markalı enerji içkisi və 01 ədəd yaş salfet olmuşdur. Çarpayı olan otaqdan hamam otağına da çıxış olmuş, baxış zamanı həmin otağın qapısı da açıq vəziyyətdə olmuşdur. Hamam otağında duş qəbul etmək üçün yer, əlüzyuyan və tualet olmuşdur. Hamam otağının döşəməsi və divarları kafeldən olmuş, döşəmədə kafel üzərində sanki sürüməyə xarakterik izlər görünmüşdür. Baxış iştirakçıları Şahid5 və Polad Lətifov bildirmiş ki, həmin qızla yanındakı oğlan mehmanxanaya daxil olduqdan 30-40 dəqiqə sonra oğlan dükana gedibqayıdacağını bildirmiş, bundan bir neçə dəqiqə sonra zaldakı digər otaqda olan qadın qışqırmış, tez həmin otağa doğru getmiş və hadisə baş verən otağın hamamında həmin qadının meyitini aşkar etmiş, ikisi birlikdə mərhum qadını sürüyüb qaldıraraq çarpayıya qoymuş, polis və həkimlərə məlumat vermiş, lakin mərhumun yanındakı oğlan geri qayıtmamışdır. Onların deməsinə görə, hamamda aşkar edərkən meyitin ağız və burnundan köpük gəlmiş, beləcə mərhumun yanındakı oğlandan şübhələnmişlər. Baxış iştirakçıları baxış zamanı meyiti aşkar etdiyi vəziyyəti və şəraiti göstərmişlər. Baxış zamanı kabinetin digər otağında iş üçün əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Baxış zamanı meyit aşkar olunan otaqda çarpayı üzərində mərhumun hadisə zamanı üzərində daşıması ehtimal edilən 01 ədəd qara retuz, 01 ədəd mavi tuman, 01 ədəd çəhrayı uzunqol üst geyimi, 01 ədəd qəhvəyi kapron corab, 01 ədəd göy cins şalvar və 01 ədəd qara əl çantası, habelə otaqdakı stulun altında 01 ədəd qara-qırmızı-ağ rəngli idman ayaqqabısı götürülmüşdür. (Cild 1, iş vərəqləri 04-15) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, qadın cinsli meyitin əynində açıq-qəhvəyi rəngli, sintetik materialdan olan məmədan olmuş, meyit düzgün bədən quruluşlu, kafi qidalı, boyunun uzunluğu 150 sm olmuşdur. Meyitin bədən səthini əllə yoxladıqda soyumuş, dəri örtüyü solğun ölü rəngində olmuşdur. Meyitin arxa səthində barmaqla təzyiq etdikdə itən və 1-2 dəqiqə müddətində bərpa olunan göyümtül-bənövşeyi rəngli intensiv meyit ləkələri olmuşdur. Meyitin bədən səthində aşağıdakı xəsarətlər aşkar edimişdir: 1. Boynun yuxarı 1/3-nin sağ yan səthində oval formalı, 3 x 2 sm ölçüdə, ön və sol yan səthində isə uzunsov formalı 5,5 x 1,5 sm ölçüdə qırmızımtıl-çəhrayımtıl rəngli qançırlar. Meyitə baxış zamanı meyitin üzərindəki açıq-qəhvəyi rəngli məmədan, 01 cüt sırğa, 01 ədəd bilərzik və boyun nahiyəsindəki 01 ədəd bijuteriya götürülmüşdür. (Cild 1, iş vərəqləri 18-24) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “zərərçəkmiş şəxsin paltarlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində ağ-çəhrayı rəngli uzunqol düyməsiz köynək, qara retuz, göy cins şalvar, qəhvəyi rəngli kapron corab, mavi rəngli tuman, ağ-qara-qırmızı rəngli idman ayaqqabısı və açıq-qəhvəyi rəngli məmədan olmuşdur. Köynək - ağ-çəhrayı rəngli, üfüqi zolaqlıdır, uzunqoldur, boyunluqludur. Digər paltarlar üzərində zədələr və qanabənzər ləkələr aşkar edilməsə də, məmədan üzərində tünd qonur-qəhvəyimtil rəngli ləkələr müşahidə olunmuşdur. Habelə məmədan üzərində sağ tayın daxili səthinin ortasında 25 x 20 mm ölçülü dartılmaya xarakterik zədə aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 78-85) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “təqsirləndirilən şəxsin paltarlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara gödəkçə, 01 ədəd ağ sviter, 01 ədəd qara cins şalvar və 01 ədəd boz tuman götürülmüşdür. Üzərində zədələr və qanabənzər ləkələr aşkar edilməmişdir. Cild 1, iş vərəqləri 119-122) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Əşyalara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olan çanta və içərisindəki əşyalara baxış keçirilmiş, pul və qiymətli əşyalar aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 66-67) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “götürmə aparılması haqqında” videoçəkilişlə həyata keçirilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, götürmə aparılmamışdan qabaq Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək hadisə zamanı üzərindəki paltarları və zərərçəkmiş şəxsin üzərindən götürdüyü 01 AZN pulu təqdim etmək istədiyini bildirmiş, bununla bağlı götürmə haqqında qərar qəbul edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs 01 ədəd qara gödəkçə, 01 ədəd ağ sviter, 01 ədəd qara cins şalvar, 01 ədəd boz tuman və 01 AZN pulu könüllü təqdim etmiş, Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxsm öldürərkən, yəni hadisə zamanı həmin paltarların üzərində olduğunu, 01 AZN pulun isə Zərərçəkmiş şəxsm öldürdükdən sonra onun cins şalvarından götürdüyü 150 AZN puldan geri qalanı olduğunu, belə ki, 100 AZN pulu ev sahibinə verdiyini, 49 AZN pulu xərclədiyini və yalnız 01 AZ.N pul qaldığını bildirmişdir. 01 ədəd qara gödəkçə, 01 ədəd ağ sviter, 01 ədəd qara cins şalvar, 01 ədəd boz tuman və A26391968 seriya nömrəli 01 AZN pul müvafiq qaydada götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkətindən qabaq Şahid2 Təqsirləndirilən şəxs ona hadisədən sonra verdiyi 100 AZN pulu könüllü təqdim etmə haqqında ərizə ilə müraciət etmiş və həmin pulun götürülməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Şahid2 cibindən 5 ədəd 20 AZN-lik əskinaslar şəklində olan 100 AZN pulu təqdim edərək masaya qoymuş və bildirmiş ki, bu pullar Təqsirləndirilən şəxs ona verdiyi pullar olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşadığı evin kommunal xərcləri ilə bağlı 5 ədəd 20 AZN-lik əskinaslar şəklində olan həmin 100 AZN pulu vermiş, sonradan Təqsirləndirilən şəxs həmin pulu öldürdüyü şəxsdən götürdüyünü bilmişdir. 20 AZN-lik əskinaslar 3-ü ən yeni tədavüldə buraxılan əskinaslar olmuşdur. Həmin 20 AZN-lik əskinaslarm seriya nömrələri A58205888, A36146329, A86149902, digər 2 ədəd 20 AZN-lik əskinaslarm seriya nömrələri isə A82708413 və A98089835 olmuş, həmin pullar üzərində hər hansı zədə və digər kənar təsir aşkar edilməmişdir. Həmin pul əskinasları müvafiq qaydada götürülmüşdür. (Cild 1, iş vərəqləri 132-136) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 167 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər - boynun sağ yan, ön və sol yan səthlərində qançırlar, dilin ucunun əzilmiş yarası, boynun, qida borusunun və traxeya ətrafı yumşaq toxumalara qansızmalar aşkar edilmişdir. Meyitin məhkəmə-tibbi müayinəsi zamanı ümumi asfektik əlamətlər, geniş yayılmış dəridaxili qansızmalarla müşahidə olunan tünd qırmızımtıl-göyümtül rəngli meyit ləkələri, gözün konyuktivasında nöqtəvari qansızmalar, ağciyərlərin kəskin emfizeması, viseral plevra altında nöqtəvari qansızmalar (Taryde ləkələri), daxili orqanların kəskin venoz doluqanlılığı, ürəyin sağ yarışının sol yarısına nisbətən doluqanlılığı, qanın tünd və quru olması aşkar edilmişdir. Xəsarətlər həyatidir, mərhumun ölümündən az əvvəl küt əşya (əşyaların) təsirindən törənmişdir və dərəcələrinə görə mexaniki asfiksiyaya səbəb olduğundan həyat üçün təhlükəli olan sağlamlığa ağir zərərvurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb - boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. İlkin meyit əlamətlərinə görə demək olar ki, Zərərçəkmiş şəxs ölümü meyitxananada müayinəsi keçirilən vaxtdan (xx.xx.2022-ci il, saat 11:00) 6-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun uzanmış vəziyyətdə boyun nahiyəsinin digər şəxsin əli ilə öndən-arxaya doğru sıxılması nəticəsində əmələ gələ bilərmiş. Məhkəmətibbi-bioloji tədqiqat nəticəsində Zərərçəkmiş şəxs uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan tampon və yaxmalarda spermatozoidlər aşkar olunmamışdır.Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 217- 224) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi-bioloji ekspertizasının 24.11 2022-ci il tarixli, 717/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus büstqalter (məmədan) üzərində insan qanı qarışmış ağız suyu ləkələri aşkar olunmuşdur. Bu ləkələrin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda "A" və “H” antigenləri alınmışdır. Bu ləkələrin Abeta(H)/ll/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus olması inkar edilməmişdir. Zərərçəkmiş şəxs tumanı üzərindəki ləkədə spermatozoidlər və qan aşkar edilməmişdir. Tədqiq olunan mələfə (döşək üzü), Zərərçəkmiş şəxs məxsus kofta, şalvar, kapron kalqotka, retuz üzərində ağız suyu, qan və spermaya şübhəli ləkələr, Təqsirləndirilən şəxs məxsus şalvar, tuman, sviter üzərində isə qana şübhəli ləkələr aşkar edilməmişdir. Maddi sübutlar üzərində digər növ ifrazatların olması inkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 572-MTKŞ/2022 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus büstqalterin (məmədan) sağ tayının daxili səthinin orta hissəsində küt yaranma mexanizminə malik olan və büstqalterin həmin nahiyəsinin hər hansı bir əşyaya ilişib cırılması nəticəsində əmələ gəlməyə xarakterik 01 ədəd cırılma zədəsi aşkar edilmişdir. Mərhum Zərərçəkmiş şəxs məxsus digər paltarlar və Təqsirləndirilən şəxs məxsus paltarlar üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 232-238) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3500 saylı rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə nəticə hissəsinə əsasən, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman hər hansı psixi xəstəlik, xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozuntusu və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əmə! törədilərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də sonuncu ittiham olunan əməl barəsində anlaqlt hesab edilməlidir. Hazırda onda hər hansı psixi xəstəlik aşkar edilmir və o, öz hərəkətlərinin xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməlləri CM-nin 21.1, 21.3 və 22.1 -ci maddələrinin təsir altına düşməmiş, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırda istintaq və prosessual hərəkətlərdə iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Rəyin Məhkəmə-psixoloji ekspertizası üzrə nəticə hissəsinə əsasən, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğun olmuş, kobudluq, konfliktə və mübahisəyə meyllilik, inadkarlıq, eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi xarakterik xüsusiyyətlərə malik olmuşdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əməli törədərkən psixi-emosional vəziyyətində əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Həmin zaman davranışının psixoloji motivini tamah niyyəti təşkil etmişdir. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 2, iş vərəqləri 38-41) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 2, iş vərəqləri 30-31) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 15-ci bəndində verilən izaha əsasən təqsirkarın əməli Azərbaycan Respublikası CM-nin 120.2.11-ci maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin 150 manat məbləğində pulunu götürmədiyi, Zərərçəkmiş şəxs ümumiyyətlə pulu olmadığı ilə bağlı ifadəsində göstərdiyi xüsusatları onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 03 noyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 115-118) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlib təslim olduğu və faktiki azadlığının məhdudlaşdırıldığı 01 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan 01 ədəd ağ-çəhrayı rəngli uzunqol düyməsiz köynək, 01 ədəd qara retuz, 01 ədəd göy cins şalvar, 01 ədəd qəhvəyi rəngli kapron corab, 01 ədəd mavi rəngli tuman, 01 ədəd ağ-qara-qırmızı rəngli idman ayaqqabısı və 01 ədəd açıq qəhvəyi rəngli məmədan, 01 ədəd qara gödəkçə, 01 ədəd qara cins şalvar, 01 ədəd ağ uzunqol boğazlı sviter və 01 ədəd boz rəngli tuman; ağ-qırmızı rəngli 01 ədəd döşək üzü (mələfə) məhv edilməli, təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək götürülmüş, A26391968 seriya nömrəli 01 AZN və Şahid2 tərəfindən təqdim edilərək götürülmüş, A58205888, A36146329, A86149902, A82708413 və A98089835 seriya nömrəli 5 ədəd 20 AZN-lik əskinaslar şəklində 100 AZN pul, yəni ümumilikdə 101 AZN pul zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalıdır. 03 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş materiallarından görünür ki, iş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan 01 ədəd ağçəhrayı rəngli köynək, 01 ədəd retuz, 01 ədəd göy cins şalvar, 01 ədəd kapron corab, 01 ədəd mavi rəngli tuman, 01 ədəd idman ayaqqabısı, 01 ədəd büstqalter və 01 ədəd döşək üzü məhv edilsin, 01 ədəd qara gödəkçə, 01 ədəd qara cins şalvar, 01 ədəd ağ uzunqol boğazlı sviter və 01 ədəd boz rəngli tuman Təqsirləndirilən şəxs qaytarılsın, A26391968 seriya nömrəli 01 AZN və A58205888, A36146329, A86149902, A82708413 və A98089835 seriya nömrəli 5 ədəd 20 AZN-lik əskinaslar (cəmi 101 AZN məbləğində pul) zərərçəkmiş şəxsin hüquqi varisi X3 verilsin. 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-108/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-108/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver