Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-108/2025 03.03.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə 26 avqust 1990-cı il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağcabədi rayonu, Pərioğlular ərazi dairəsi, Pərioğlular kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, 28 aprel 2024cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Kaktus” restoranı yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq bir bükümdə külli miqdarda, 2,251 qram çəkidə narkotik vasitə heroini 30 manat müqabilində əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və saxlamış, 29 aprel 2024-cü il tarixdə saat 23 radələrində Abşeron RPİ-nin Cinayət-axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Kristal Abşeron 1” yaşayış kompleksi ərazisində saxlanılaraq idarənin inzibati binasına gətirilib, orada həmin gün saat 23:43-dən 23:55-ə kimi onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümdə 2,251 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, ümumiyyətlə, onun üzərində heroin olmamışdır. 29 aprel saat dörd radələrində Chevrolet markalı ağ rəngli içərisində üç nəfər şəxs olan avtomobil dayanaraq, həmin avtomobildə olan üç nəfərdən biri tanıdığı şəxs ondan hara getdiyini soruşmuşdur. Onu avtomobilə əyləşdirmişlər. Bir nəfər şəxs ön oturacaqda, bir nəfər də arxa oturacaqda əyləşmişdir. Bakı şəhəri, Səməd Vurğun bağının yanında polis əməkdaşları tərəfindən onların atomobili saxlanılmışdır. Həmin yerdə qarşıda yol polisləri üçün nəzərdə tutulan xidməti avtomobil olmuşdur. Həmin şəxs xidməti avtomobilə yaxınlaşmış və avtomobildən düşərək yaxınlaşanda o da avtomobildən düşmüşdür. Mübahisə etmişlər və polis əməkdaşları gəlmişlər. Həmin vaxtı o, təəccüblü vəziyyətdə olmuşdur. Onları 22-ci Polis Bölməsinə aparmışlar. Həmin polis bölməsi Nəsimi rayonunda yerləşmişdir. Onlardan məsələnin nə olduğunu soruşanda ona heç nə deməmişlər. Hardasa saat yarım və ya iki saat orada olmuşdur. 22-ci Polis Bölməsinə daxil olarkən onu qeydiyyata almışlar. Onlara nə olduğu ilə bağlı heç nə deməmişlər. Onun üzərində həmin vaxtı şəxsiyyət vəsiqəsi, metroda istifadə olunan kart, bank kartı və bir-iki manat da pul olmuşdur. Kartının içərisində 54 manat pul olmuşdur. Onlardan buraxılıbburaxılmayacaqlarını soruşduqda ona Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının gələcəklərini bildirmişlər. Bundan sonra, Abşeron rayon Polis İdarəsinin əməkdaşları gəlmişlər. Onun birgə saxlanıldığı şəxsin adı Şahid3 olmuşdur. Şahid3lə onun qoluna qandal vurmuşlar. Onları Prius markalı avtomobilə əyləşdirmişlər. Abşeron rayon Polis İdarəsindən gələn əməkdaşlar polis formasında yox, mülki geyimdə gəlmişlər. Həmin vaxt biri avtomobili idarə etmişdir. Digər şəxs sürücünün yanında əyləşmişdir. Bir nəfər də arxa oturacaqda əyləşmişdir. Abşeron rayon Polis İdarəsinə getmişlər. Abşeron rayon Polis İdarəsində telefonunu əlindən almış və üzərinə baxış keçirmişlər. Onun üzərində heç bir narkotik vasitəsi olmamışdır. Onlar polis idarəsinə çatanda polislərin axşam yığıncağı olmuşdur. Aşağıda onu da, yanındakını da döymüşlər. O, polis əməkdaşlarını taksi gözləməsi ilə bağlı başa salmağa çalışmışdır. Məhkumluğunu yoxlamaq məqsədi ilə adını sistemlərində yoxlamışlar. Ona cinəyatkar olduğunu demişlər. Daha sonra avtomobilin sahibi gəlmişdir. Polislə, deyəsən, dost imiş. Bir yerdə yeyib-içmişlər. Sudef avtomobili qaçırtmışdır. Onlarla birlikdə bir nəfər də olmuşdur. O, həmin şəxsi tanımamışdır. Həmin şəxs qaçıb getmişdir. Ona “səni sabah günorta saat on ikidə narkotiklə bağlı cərimə edərək buraxacağıq” demişlər. Ona məhkəmədə 3 ildən səkkiz ilə cəza təyin olunacağı müəyyən olmuşdur. O, Şahid3 ilə birlikdə olmuşdur. Həmin şəxsi tanımamışdır. O, həmin avtomobildə arxada əyləşəni tanımışdır. O da qaçmışdır. Ondan hara getməyini soruşmuşdur. O da getdiyi yeri demişdir. Ona “gəl avtomobilə min və səni aparım” demişdir. O, həmin vaxt yolda dayanmışdır. Şahid3 ilə sonradan qaçan şəxs avtomobillə gəlmişdir. Onun yanında avtomobili saxlamışlar. Onlara mikrorayona getdiyini deyəndə “avtomobilə əyləş aparaq” demişlər. O, qaçan şəxsin adını bilməmişdir. Həmin şəxsi üzdən tanımışdır. Tanımadığı avtomobilə minmiş və polis onu aparmışdır. Əhmədli metrosunun yaxınlığında avtomobilə minmişdir. Həmin yerdə manatlıq taksi gözləyirmiş. Həmin şəxslər şübhəli hərəkətlər etmişlər. Daha sonra avtomobildən düşə bilməmişdir. Həmin avtomobil öz avtomobili olmamışdır. Avtomobil qaçırılmış avtomobil olmuşdur. Avtomobil qaçırmaq üstündə tutulmuşlar. Ona təhqiramiz sözlər işlətmişlər. Onun əli və qolu bağlı olmuşdur. Onlar çəkiliş videosunu silib yenidən çəkiliş etmişlər. Ona “sən narkotik istifadə edən şəxsə oxşayırsan” demişlər. Onun üzərində mobil telefonu olmuşdur. Abşeron Polis İdarəsinin əməkdaşları onları 22-ci Polis Bölməsindən götürmüşlər. Vəsiqəsini, bank və metro kartını üzərindən götürmüşlər. Əməliyyatçı götürmüşdür. Kartları ona vermişlər. Telefonu növbətçi hissəyə təhvil vermişdir. Qəfil problem olmasın deyə ondan almışlar. Onu Abşerona aparan şəxslər həmin əşyaları ondan almışlar. Özləri baxış keçirmişlər. Abşerona onu gətirən polis əməkdaşlarının adlarını bilməmişdir. Həmin şəxsləri üzdən tanımışdır. Biri İphone markalı mobil telefonu ilə çəkilişi aparan şəxs olmuşdur. Digəri də balaca boy biri olmaqla prius markalı avtomobili idarə edən şəxs olmuşdur. O, Bakı şəhərinə gəldiyi gündən nə Yasamalda, nə də o Kristalda olmuşdur. Bakının digər ərazilərində olmuşdur. İttiham aktında yazılan yerdə olmamışdır. O, əvvəl “Seabreaz”də işləmişdir. Daha sonra kuryer işləmişdir. 22-ci polis bölməsinə gətirildikdən sonra onu zərərçəkmiş şəxsin qarşısına çıxartmışlar. Avtomobili qaçıran şəxs olmadığını zərərçəkmiş şəxs özü demişdir. Həmin vaxtı ona “səni bu formada buraxa bilmərik” demişlər. Ona “səni sabah az miqdarda narkotiklə qeydiyyata alaraq cərimə edib buraxacağıq” demişlər. O, narkotik vasitələrinin istifadəçisi olmamışdır. Avtomobildə onunla birlikdə dörd nəfər olmuşlar. Onları 28 mayda saxlamışlar. Səməd Vurğun bağının yanında saxlamışlar. Oradan onları 22-ci polis bölməsinə aparmışlar. O, Abşeron Polis İdarəsinə gələndə üzərində heç bir iş olmamışdır. Videoçəkiliş zamanı həmin əşyalar üzərindən aşkar olunmamışdır. Videoçəkilişdə bir dənə narkotik aşkar olunmuşdur. O, 29 aprel saat beş radələrində saxlanılmışdır. 22-ci polis bölməsinə aparılmışdır. Daha sonra Abşeron rayon Polis İdarəsinə aparılmışdır. O aparılanda hava qaralmışdır. O, ittihamda göstərilən yerdə olmamışdır. ********** saylı mobil nömrəsindən istifadə etmişdir. Əvvəldən üzərində olmuşdur. Ona şillə vuraraq döymüşlər. Məhkəmədə onun üzərinə narkotiki qoyduqlarını və onun olmadığını demişdir. Şahid3 da onunla birgə Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. İndi harada olmasını bilməmişdir. 22-ci polis bölməsində olarkən əməkdaş dəftəri açmış və ondan ad və soyadını soruşmuşdur. Nəsimi rayonu 22-ci polis bölməsi olmuşdur. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 5-6 ay müddət olar ki, narkotik vasitə olan heroindən istifadə edir. 28 aprel 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Kaktus” restoranı yaxınlığında tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 30 manata bir büküm narkotik vasitə olan heroin almışdır. 29 aprel 2024- cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 1” yaşayış kompleksi ərazisində olan zaman mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, daha sonra isə ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmiş və onu polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu etiraf etmiş, bundan sonra polis əməkdaşları onu Abşeron rayon Polis İdarəsinə gətirmişdir. Polis İdarəsində xidməti otaqların birində video çəkilişlə üzərinə şəxsi axtarış keçirmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə olub olmamasını sorğu etmişlər, varsa təqdim etməsini təklif etmişlər. O, əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş, təqdim etdiyi narkotik vasitə kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar protokolu və zərfi imzalamışdır. O, üzərində gəzdirdiyi narkotik vasitə olan heroini Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Kaktus” restoranı yaxınlığında tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün almış və bu səbəbdən üzərində gəzdirirmiş. 29 aprel 2024-cü il tarixdə üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini 28 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Kaktus” restoranı yaxınlığında tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən 30 manat pul müqabilində almışdır. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aldığı heroini də özü istifadə etmək üçün üzərində saxlamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və psixi, həmçinin hər hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Təxminən mart və ya aprel ayında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektinin yaxınlığında Şahid2 ilə birlikdə şəxsə yaxınlaşmışlar. Əvvəlcə şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Şəxsə yaxınlaşdan sonra özlərini ona təqdim etmişlər. Şəxsi rayon polis idarəsinə dəvət etmişlər. Orada onun üzərinə baxış keçirilmişdir. Həmin vaxtı çəkiliş də olmuşdur. Əməliyyat məlumatı onun özünə daxil olmuş və əməliyyata rəhbərlik etmişdir. Əməliyyat qrupuna Şahid2 da daxil olmuşdur. Şəxsi saxlayarkən ona hər hansı bir təzyiq və təsir olmamışdır. Daxil olmuş məlumatda şəxsin narkotik vasitəsini üzərində gəzdirməsi və ondan istifadə etməsi göstərilmişdir. Məlumat bir neçə gün əvvəl daxil olmuşdur. Şəxsin oralarda olması barədə məlumat daxil olmuşdur. Məlumat daxil olandan sonra raportla rəhbərliyə məlumat verilmişdir. Raport qeydiyyata düşmüşdür. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunla tənzimlənmişdir. Təqsirləndirilən şəxsin telefonunda da yazışmalar olmuşdur. Təqsirləndirilən şəxsin telefonunu təhqiqatçıya təqdim etmişlər. Onlar telefonu təqsirləndirilən şəxsin özündən götürmüşlər. Tutulan günü götürmüşlər. Təqsirləndirilən şəxsin telefonunun markası yadında qalmamışdır. Sensor ekranlı telefon olmuşdur. İşin təhqiqatçısı kim olubsa, telefonu ona təhvil vermişdir. Şəxs saxlanılıb idarəyə gələndən sonra telefon təqsirləndirilən şəxsdən götürülmüşdür. İdarənin içərisinə telefonla girməyə icazə yoxdur. Girişdə götürülmüşdür. Təqsirləndirilən şəxsin üzərində başqa hər hansı bir əşyanın olması yadımda qalmamışdır. İdarənin giriş qapısında şəxslər ancaq telefonları təqdim edir, başqa heç bir əşyalarını təqdim etmirlər. Təqsirləndirilən şəxs özünə məxsus olan mobil telefonu şəxsən ona təqdim etmişdir. O da telefonu şəxsən təhqiqatçıya təqdim etmişdir. Çəkilişdə üzərində telefon olub-olmaması yadında deyildir. Özü maraq üçün telefona baxmamışdır. Telefona təhqiqatçının yanında baxış keçirilmişdir. Təqsirləndirilən şəxsdən narkotik vasitələr istəmişlər. Onlar şəxsin güman etmişlər ki, o, narkotik satan şəxsdir. Təqsirləndirilən şəxs barəsində daxil olan məlumatda istifadə və üzərində gəzdirməsi göstərilmişdir. Günortadan sonra axşam üstü Heydər Əliyev prospektinə getmişlər. Təxminən saat yeddi və ya səkkiz radələri olmuşdur. Hava qaralmışdır. Şəxs avqust ayında deyil, aprel ayında saxlanılmışdır. Şahid2 ilə həmin şəxsə məxsus olan avtomobillə getmişdir. Şəxsi idarəyə dəvət edəndə onlar üçün problem yaratmamışdır. Təqsirləndirilən şəxs tutulana qədər onu polis şöbəsində görməmişdir. Abşeron rayon Polis İdarəsində avtomobil qaçırmaqla bağlı iş olmasını xatırlamamışdır. Şəxsdə heroin növlü narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxsin dediyi kimi onu 22-ci polis bölməsindən təhvil alsaymış, vəsiqəsini təqdim edib təhvil alarmış. Belə bir hal olmamışdır. Şəxs barəsində başqa əməliyyat məlumatı olsun və ya şəxsi daxil olmuş başqa bir əməliyyat məlumatı əsasında saxlamaq deyə bir şey olmamışdır. İstintaqa verdiyi ifadəsini təsdiq edərək, həmin ifadəsinin daha düzgün olduğunu bildirmişdir. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitələri üzərində daşıması və istifadəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə Abşeron RPl-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə onun tərəfindən 29 aprel 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Kristal Abşeron 1” yaşayış kompleksi yaxınlığında olan zaman orada piyada şəkildə dayanan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPl-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirmiş və etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bir büküm qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında Cəlilin təqdim etdiyi şəffaf sellofana bükülmüş toz şəkilli bir büküm heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Cəlil üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitə olan heroini 28 aprel 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Təqsirləndirilən şəxs narkotik vasitə daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da Cəlilin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, təqsirləndirilən şəxsi əməliyyatla bağlı tanımışdır. Şəxsi təxminən aprel ayında saxlamışlar. Məlumat digər əməkdaşa daxil olmuşdur. O, sadəcə əməliyyat qrupunun üzvü olmuşdur. Şəxsi onlar Heydər Əliyev prospektində yerləşən Kristal Abşeronun yaxınlığında saxlamışlar. Şübhəli şəxs qismində idarəyə gətirilmişdir. İdarədə üzərinə baxış çəkilişlə olmuşdur. Müdafiəçi də iştirak etmişdir. Özü narkotik vasitəni təqdim etmişdir. Heroin növlü narkotik vasitəsi olmuşdur. Şəxs saxlanılarkən ona hər hansı bir təzyiq olunmamışdır. Şəxsi Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospektinin yaxınlığında saxlamışlar. Şəxsin digər cinayət törətməsi ilə bağlı məlumat daxil olmamışdır. Şəxs barəsində narkotiklə əlaqədar məlumat daxil olmuşdur. Şəxsi saxladıqları saat yadında qalmamışdır. Şəxsi digər əməkdaşlarla birgə saxlamışlar. Kimin avtomobili ilə getməkləri yadında deyildir. Piyada getməmişlər. Təqsirləndirilən şəxsi şöbəyə gətirənə qədər onun üzərinə baxış keçirməmişlər. Qanuna əsasən təhqiqatçının yanına gətirmişlər. Orada təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. Heroindən başqa üzərindən nələrin aşkar olunması yadımda deyildir. İnzibati binaya daxil olarkən qapıda təqsirləndirilən şəxsin telefonunun alınıb-alınmaması yadında deyildir. O, şəxsən əvvəllər Təqsirləndirilən şəxs Abşeron rayonunun ərazisində görməmişdir. Digər əməkdaşın ona dediyinə əsasən şəxs narkotik satan şəxs olmuşdur. O, şəxsin saxlanılmasında iştirak etmişdir. Avtomobil qaçırılması ilə bağlı məlumatın daxil olmasından onun məlumatı olmamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Onların hər ikisinin avtomobili vardır. Tədbirlərə hər ikisinin də avtomobili ilə getmişlər. Hər hansı bir başqa əməliyyat çərçivəsində şəxsi saxlamamışlar. Şəxsi narkotiklə bağlı saxlamışlar. Şəxsi saxladıqları saatı dəqiq xatırlamamışdır. Şəxsin saxlanıldığı saatı istintaq ifadəsində qeyd etmişdir. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitələri üzərində daşıması və istifadəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron CAŞ- nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 iştirakı ilə sonuncu tərəfindən 29 aprel 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 29 aprel 2024-cü il tarixdə saat 23 radələrində o və əməliyyat qrupunun digər iştirakçısı Şahid1 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Kristal Abşeron 1” yaşayış kompleksi yaxınlığında olan zaman orada piyada şəkildə dayanan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPl-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirmiş və etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bir büküm qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında Cəlilin təqdim etdiyi şəffaf sellofana bükülmüş toz şəkilli bir büküm heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Cəlil üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitə olan heroini 28 aprel 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Təqsirləndirilən şəxs narkotik vasitə daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da Cəlilin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, təqsirləndirilən şəxsi əvvəldən tanımamışdır. Onunla şəxsi tanışlığı olmamışdır. O, Əhmədliyə dostları ilə görüşməyə getmişdir. Geri qayıdanda yanacaqdoldurma məntəqəsinin yanında Təqsirləndirilən şəxs dayanmışdır. Avtomobilə əl etmiş və ondan “şəhərə gedirsənsə məni də ora apara bilərsən mi?” deyə soruşmuşdur. O heç bir problemin olmadığını bildirmişdir. Onun özü dostuna məxsus olan avtomobili idarə etmişdir. Həmin vaxtı o, 28 Maya geri qayıdırmış. Onun öz maşını ustada olduğu üçün dostunun maşınını götürmüş, dostu da avtomobilə münasibətdə axtarış vermişdir. Onunla bağlı qarşıda polislər post qurmuşlar. Təqsirləndirilən şəxs avtomobilə əl edəndə Cəlilə avtomobilə minməsini demişdir. Onunla birgə yol gedəndə 22-ci polis bölməsinin əməkdaşları onları saxlamışlar. Onunla bağlı onların hamısını 22-ci polis bölməsinə aparmış və bir-iki saat orada saxlamışlar. Avtomobildə Orxan, o və Təqsirləndirilən şəxs olmuşdur. Onun dostu ondan şikayət etmişdir. Məhkəmədə onu buraxmış və işinə barışığa əsasən xitam vermişlər. O, avtomobili idarə edəndə polis əməkdaşları ona “dayan” demişlər. Polisə həmin vaxtı tabesizlik göstərməmişdir. Orxan adlı şəxs onun qohumu olmuşdur. Üçü birlikdə Əhmədlidən 28 maya gəlmişlər. 28 mayda onları saxlamışlar. Dördüncü şəxs qaçıb getmiş və həmin şəxsin adı yadında qalmamışdır. Həmin şəxsi Orxanla bir yerdə avtomobil düzəldilən yerdən götürmüşdür. Onun özünün əvvəllər narkotiklə bağlı məhkumluğu olmuşdur. 22-ci polis bölməsində onların üzərinə axtarış aparmışlar. Üzərlərini axtaran şəxslərin kim olduqlarını bilməmişdir. Həmin şəxslər polis əməkdaşları olmuşdur. Onun üzərində heç bir şey olmamışdır. Abşeron RPİ-nin əməkdaşları Onları 22-ci polis bölməsindən götürüb Abşeron rayon Polis İdarəsinə aparan şəxsləri tanımamışdır. Onu avtomobilə mindirəndə iki nəfər olmuşlar. Onları ayrı-ayrı avtomobillərə mindirmişlər. Təqsirləndirilən şəxs ilə eyni avtomobilə minməmişdir. Birinci onu 22-ci polis bölməsindən çıxarmışlar. Qoluna qandal vuraraq “Prius” markalı avtomobilə mindirmişlər. Abşeron rayon Polis İdarəsində o, Təqsirləndirilən şəxs görmüşdür. Onları bir yerdə otağa salmışlar. Hardasa onu otaqda 20 dəqiqə görmüşdür. Ondan sonra onu başqa bir yerə aparmışlar. Hara apardıqlarını bilməmişdir. Abşeron rayon Polis İdarəsinə onları saat neçədə gətirdikləri yadında qalmamışdır. Avtomobildə bir nəfər də əlavə şəxs olmuşdur. Həmin şəxsin kim olduğunu bilməmişdir. Həmin şəxs daha sonra getmiş, yəni polislər saxlayanda qaçmışdır. Onlar Abşeron RPİ-nə gətirildikdən sonra hər üçü MSY-də ayrı-ayrı kameralarda saxlanılmışlar. Daha sonra o, bir də Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında görmüşdür. Əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuşdur. Dostunun avtomobilini Masazırdan götürmüşdür. Nəsimi rayon Polis İdarəsində onların üzərlərini yoxlamışlar. O, şəxsən onun üzərinin yoxlamaqlarının şahidi olmamış, lakin onun üzərini axtardıqları üçün elə güman etmişdir ki, Cəlilin də üzərini yoxlamışlar. Bir kamera otağına hər üçünü də salmışlar. Abşeron rayon Məhkəməsində öz işi ilə bağlı ifadə vermişdir. Orada heç kim ona təzyiq etməmişdir. Rahat və sərbəst şəkildə ifadə vermişdir. Heç kim onu öyrətməmişdir. O, Abşeron rayon Məhkəməsində ifadə verən zaman Təqsirləndirilən şəxs ilə bağlı heç bir şey soruşulmadığına görə onunla bağlı olan hissəni ifadəsində qeyd etməyi unutmuşdur. Təqsirləndirilən şəxslə bağlı ondan bir şey soruşan olmamışdır. Təqsirləndirilən şəxs orada olduğunu demək yadından çıxmışdır. Hal-hazırda məhkəməyə düzgün formada ifadə vermişdir. Məhkəməyə anası ilə gəlmişdir. Məhkəməyə müdafiəçi ilə birlikdə gəlməmişdir. Onu kimsə öyrətməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1990-cı ildə Ağcabədi rayonnda anadan olmuş, Ağcabədi rayonu, Pərioğlular ərazi dairəsi, Pərioğlular kəndində qeydiyyatda olan və Xətai rayonu, Əhmədli qəsəbəsi, Telenof küçəsi nömrəsiz fərdi evdə kirayə yaşayan Əsədov X16 rayonu, Xırdalan şəhərində narkotik maddələri üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1990-cı ildə Ağcabədi rayonnda anadan olmuş, Ağcabədi rayonu, Pərioğlular ərazi dairəsi, Pərioğlular kəndində qeydiyyatda olan və Xətai rayonu, Əhmədli qəsəbəsi, Telenof küçəsi nömrəsiz fərdi evdə kirayə yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1990-cı ildə Ağcabədi rayonnda anadan olmuş, Ağcabədi rayonu, Pərioğlular ərazi dairəsi, Pərioğlular kəndində qeydiyyatda olan və Xətai rayonu, Əhmədli qəsəbəsi, Telenof küçəsi nömrəsiz fərdi evdə kirayə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri üzərində gəzdirməsi, satması və istifadəsi ilə məşğul olmasında şübhəli bilinərək polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Kristal Abşeron 1 yaşayış kompleksi ərazisində saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş və üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması haqqında 29 aprel 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə heroin bükümü götürülmüşdür. 29 aprel 2024-cü il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 29 aprel 2024-cü il tarixdə saat 23:43-də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPl-nin təhqiqatçısı, polis mayoru Rüstəm Atakişiyevin əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən çıxardığı 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroin aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 01 ədəd bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini 28 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 30 manat müqabilində almışdır. Məhkəmə kimyəvi ekspertizasının 30 aprel 2024-cü il tarixli, 3-16- 16/2-6/2376 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər Üçün №56”-li dairəvi möhür əksi, “Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,251 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 2,251 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 2,151 qramdır. Məhkəmə-narkoloji ekspertizasının 18 may 2024-cü il tarixli, 3448 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 08 iyul 2024-cü il tarixli, 1980 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əsədov X12 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 -ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Əsədov X13 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 -ci maddəsi ilə təqsirli bilinib 05 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 4(012)-380/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 29 aprel 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə-tibbi ekspertiza və X9 PHŞ-nin xx.xx.2024 tarixli, 886 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Abşeron Rayon Polis İdarəsindən daxil olmuş “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsi”nə dair kitabdan çıxarışa əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs sağlamlığı ilə bağlı bir problemi və ya şikayəti olmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-951/2024 saylı qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən Şahid3 barəsində aparılan cinayət işinə həmin Məcəllənin 73- 1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhəri, Nəsimi RPİ-nin 22-ci PB tərəfindən Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi verilmiş cavabdan müəyyən olunur ki, Abbaszadə Sedeif, Şahid4 və Təqsirləndirilən şəxs adlı şəxslər xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 22-ci polis şöbəsinə gətirilərək Abşeron RPİ-nin əməkdaşlarına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhəri, Nəsimi RPİ-nin 22-ci PB tərəfindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs xx.xx.2024cü il tarixdə saat 18:20-də Nəsimi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 22-ci polis şöbəsinə gətirilərək həmin tarixdə saat 19:30-da Abşeron RPİ-nin əməkdaşlarına təhvil verilmişdir. Abşeron Rayon Polis İdarəsindən daxil olmuş X10 saxlanılan şəxslərin uçotu kitabından çıxarışa əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:35-də MSY-ə təhvil verilmişdir. Abşeron Rayon Polis İdarəsindən daxil olmuş “gətirilən şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışa əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00 da həmin polis idarəsinə gətirilmişdir. "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokola əsasən iş üçün əhəmiyyətli heç bir halın müəyyən olunmadığı müəyyən olunur. Məhkəmə istintaqı zamanı "xxxx" MMC-dən daxil olmuş disk araşdırılmış və təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixi üçün anten məlumatları müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan, ibtidai istintaq orqanı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə istintaqı zamanı araşdırılmış sübutları müqayisəli şəkildə araşdırıb qiymətləndirməyi zəruri hesab edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd ifadə verərək, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiklərinin həqiqət olduğunu və ifadəsində göstərdiyi halların məhkəmə tərəfindən araşdırılmasını bildirmişdir. Məhkəmə istintaqının nəticəsində müəyyən olunmuşdur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həqiqətəndə özünün bildirdiyi kimi, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində Nəsimi rayonu 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Şahid3, Şahid4la birlikdə saxlanılaraq həmin Polis Bölməsinə gətirilmişdir. Qeyd olunan hal Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsindən təqsirləndirilən şəxsin vəkili Müdafiəçi verilmiş rəsmi cavabdan müəyyən olunur. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsindən məhkəmənin sorğusuna verilmiş cavabdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:20-də Nəsimi RPİ-nin PPXB-nın əməkdaşları tərəfindən saxlanılmış və həmin gün saat 19:30-da Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilmişdir. Bura qədər qeyd olunanlardan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 18:20-dən etibarən Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsinin əməkdaşlarının nəzarətində olmuş, həmin vaxtdan etibarən azadlığı məhdudlaşdırılmış və həmin gün saat 19:30-dan etibarən Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilmiş və həmin vaxtdan məhz onların nəzarətində olmuşdur. Məhkəmə istintaqı zamanı əldə olunaraq tətqiq edilmiş Abşeron Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şahid3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işinə baxılmış, həmin cinayət işi üzrə Şahid4 da onların saxlanılmasında iştirak etdiyindən, şahid qismində dindirilmişdir. Şahid3 barəsində araşdırılan cinayət işi üzrə vermiş olduğu ifadəsində Əsəd Cəlilovun adını çəkməməsini nəzərə alaraq məhkəmə istintaqı zamanı Şahid3 əlavə şahid qismində məhəkəməyə dəvət olunaraq dindirilmiş və qeyd olunan xüsusat məhkəmədə araşdırılmışdır. Şahid3 hazırki iş üzrə məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilərkən təqsirləndirilən Əsəd Cəlilovun onların birlikdə saxlanılmaqları, əvvəlcə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsinə gətirilmələri, ondan sonra Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilmələrini məhkəmə prosesində birbaşa olaraq göstərmiş, dolayısı ilə də təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı nə qədər düzgün ifadə verdiyini, səmimi olduğunu və ifadəsində göstərdiyi halların həqiqəti əks etdirdiyini təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin Abşeron Rayon Polis İdarəsinə gətirildikdən sonra barəsində hansı hərəkətlərin aparılmasını, onun nə vaxt sərbəst buraxıldığını dəqiqləşdirmək üçün həmin Polis İdarəsinə sorğular göndərmişdir. Məhkəmənin sorğusuna əsasən göndərilmiş Abşeron Rayon Polis İdarəsinə “gətirilən şəxslərin qeydiyyatı kitab”ından olan çıxarışdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs sözü gedən polis idarəsinə gətirilməsi yalnız bir dəfə saat 23:00 üçün qeyd olunmuş və gətirilmə səbəbi kimi isə raport göstərilmişdir. Həmin kitabda Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verildiyi saatdan, yəni 19:30-dan əvvələ və sonraya başqa şəxslərin barəsində müəyyən qeydlərin olduğu görünür, lakin təqisrləndirilən Təqsirləndirilən şəxs münasibətdə ancaq saat 23:00 üçün gətirilməsinə dair qeydin olması müəyyən olunur. Yəni gətirilən şəxslərin qeydiyyatı kitabına əsasən müəyyən olunan budur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsindən saat 19:30-da təhvil alındıqdan sonra Abşeron Rayon Polis İdarəsinə gətirilməsi rəsmi olaraq saat 23:00 üçün qeydə alınmış və o, xx.xx.2024-cü il tarixdə X14 təhvil verilmişdir. Qeyd olunanlardan belə nəticəyə gəlinir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-dan həmin gün saat 23:00-dək harada olmasını yalnız onun təhvil verildiyi Abşeron Rayon Polis İdarəsin əməkdaşları bilməlidirlər. Lakin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş əməliyyat müvəkkilləri təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız onun barəsində əməliyyat məlumatı daxil olandan sonra, ilk dəfə onu saxlayarkən gördüklərini bildirmişlər. Məhkəmə qeyd olunan sübutlara əsasən belə qənaətə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-dan etibarən Abşeron Rayon Polis İdarəsin əməkdaşlarının nəzarəti altında olmuş və həmin gün qeyd olunan saatdan etibarən azadlığa buraxılmamışdır. Çünki təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində növbəti rəsmi qeydiyyat xx.xx.2024-cü il tarixə saat 23:00-a təsadüf edir. Həmin qeydiyyatda isə təqsirləndirilən şəxsin gətirilmə səbəbi hazırda araşdırılan cinayət işi üzrə barəsində daxil olmuş əməliyyat məlumatı əsasında verilmiş raportun olması göstərilir. Lakin təqsirləndirilən şəxsin Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsinə gətirilmə səbəbinin hazırki iş üzrə Şahid3 barəsində talama məqsədi olmadan avtomobil qaçırması, avtomobil saxlanılan zaman isə, həmin avtomobildə Təqsirləndirilən şəxs sərnişin qismində olması olmuşdur. Şahid3 isə talama məqsədi olmadan avtomobili Abşeron rayonu ərazisindən qaçırdığı üçün saxnılan şəxslər Abşeron rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilmişdir. Göstərilənlər hazırki iş üzrə Şahid3 barəsində Abşeron rayon məhkəməsi tərəfindən qəbul edilmiş 27.08.24-cü il tarixli qərar əsasən öz təsdiqni tapır. Həmin iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində heç bir təqsirləndirici halın müəyyən edilmədiyi, hətta şahid qismində belə dindirilmədiyi qeyd olunan qərara əsasən müəyyən olunur. Göstərilən faktlara əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30 Abşeron Rayon Polis İdarəsin əməkdaşlarına təhvil verildikdən sonra gətirildiyi Polis İdarəsində qeydiyyata alınmalı və sonrada buraxılmalı idi. Çünki təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Kristal Abşeron 1” yaşayış kompleksi ərazisində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Lakin “gətirilən şəxsləri qeydiyyatı kitabı”nda təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə saat 23:00-dan başqa gətirilməsini və buraxılmasını təsdiq edən heç bir sübut yoxdur. Halbuki həmin gün gətirilən şəxslərin qeydiyyatı kitabından çıxarışdan müəyyən olunur ki, Polis İdarəsinə gətirildikdən sonra görülmüş tədbirlər qrafasında başqa şəxslərin izahatının alınaraq buraxılması barədə qeyd vardır. Lakin təqsirləndirilən şəxsə münasibətdə MSY-yə təhvil verilməsi qeyd olunur. Bundan başqa ittiham tərəfini təmsil edən şahidlərin ifadələri araşdırılarkən əməliyyat müvəkkilərinin ifadələrində ziddiyətlərin olması müəyyən olunur. Şahid1 təqsirləndirilən şəxsi 8-9 radələrində saxladığını bildirsədə ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən Əsəd Cəlilovu saat 23 radələrində saxladığını bildirmişdir. Digər Şahid2 isə ümumiyyətlə təqsirləndirilən şəxsi nə vaxt saxladıqlarını xatırlamamışdır. Halbuki o da ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən Əsəd Cəliovu saat 23 radələrində saxladığını bildirmişdir. Bundan başqa şəxsi axtarış və götürmənin aparıldığı video görüntünün 6-cı dəqiqə 18-ci saniyəsində Təqsirləndirilən şəxs üzərində hər hansı başqa əşyanın olub-olmamasını müəyyən etmək üçün üzərinin axtarıldığı və həmin vaxt video gürüntüdən aşkar şəkildə göründüyü kimi onun üzərində ümumiyyətlə başqa heç bir əşyanın olmadığı müəyyən olunur. Halbuki Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində saxlanılarkən təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində mobil telefonun olduğunu bildirmişdir. Məhkəmə bu hissəyə diqqət edərək bir məsələnidə vurğulayır ki, yuxarıda araşdırılan sübutlara əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılanadək o, bir dəfə Nəsimi rayonu 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanmış, sonra isə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilərək həmin idarəyə gətirilmişdir. Qeyd olunan halları nəzərə alaraq təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və baxış zamanı narkotik vasitədən başqa ümumiyyətlə heç nəyin aşkar olunmamasını məhkəmə kollegiyası məhz onun üzərinə həmin istintaq hərəkəti aparılanadək baxışın keçirilməsi ilə əlaqələndirir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq nəticəsində əldə edilmiş sübutlar məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən araşdırılmış və ibtidai istintaq orqanının təqdim etdiyi sübutlara əsasən cinayət əməlinin törədildiyi vaxt, cinayət əməlinin başa çatdığı yer və cinayət əməlinin törədilməsi mexanizmi öz təsdiqini tapmamışdır. Bundan başqa təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi etirafedici ifadələri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs faktiki olaraq saxlanılmasının cinayət işinin materiallarına əsasən rəsmiləşdirildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 23:35-dən saatlar öncə (Abşeron rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verildiyi vaxtdan hesablasaq 4 saat) baş verməsinə dair gəlinən nəticə, habelə sözügedən zaman kəsiyində onun polis əməkdaşlarının nəzarətində, yəni Abşeron rayon Polis İdarəsində olmaqla heç bir hüququ, hətta ən fundamental hüquq olan müdafiə hüququ təmin olunmadan polis əməkdaşlarından asılı vəziyyətdə, onların ixtiyarında və əhatəsində olması fonunda onun həmin vaxt fiziki təsirə məruz qalması ehtimalı, eyni zamanda şəxsin polis əməkdaşları tərəfindən faktiki saxlanılması ilə onun saxlanılmasının rəsmiləşdirilməsi arasında keçən 4 saatlıq vaxt boşluğu məhkəmə heyətində həm aşkar olunan narkotik vasitə heroinin şəxsin üzərinə qoyulması ilə bağlı, həm də onun tərəfindən etirafedici ifadələr verilməsi üçün ona təsirlərin olunması ilə bağlı əsaslı şübhələr yaratmışdır ki, qeyd edilən səbəbdən məhkəmə sonuncunun vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zamanı qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara tənqidi yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Həmçinin, CPM-in 126.6-cı maddəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs işə mahiyyəti üzrə məhkəmədə baxılarkən polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qeyd etdikləri iş üzrə məhkəmə istintaqının gedişində müəyyən olunan işin obyektiv halları ilə, habelə məhkəmə istintaqı zamanı əlavə şahidin ifadəsi ilə yanaşı, cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla üst-üstə düşərək bir-birini tamamladığından, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhz məhkəmə istintaqı zamanı verdiyi ifadələri əsaslı sayır və ona elan olunan bəraətin əsasına həmin ifadələri qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarında məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir (qərarın 2-ci bəndi). Avropa İnsan Hüquqları Məhkəməsi presedent hüququ yaratdığı bir sıra qərarlarında, o cümlədən “Kobiaşvili Gürcüstana qarşı” işi üzrə 14 mart 2019-cu il tarixdə çıxardığı qərarında da bu qəbildən olan işlər üzrə, yəni müvafiq əməliyyat tədbirinin keçirilməsində məsul olan şəxslərin polis əməkdaşları olduğu cinayət işləri üzrə məhz həmin polis əməkdaşlarının verdiyi ittihamedici ifadələrinə tənqidi yanaşmış, həmin sübutların birmənalı şəkildə əsaslı sübut növü kimi qəbul olunmasının düzgün olmaması ilə bağlı mövqe formalaşdırmışdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda araşdırılmış polis əməkdaşlarının vermiş olduqları ziddiyətli ifadələri, habelə məhkəmə istintaqı zamanı müəyyən olunan halları əsas götürülməklə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinə tənqidi yanaşır və həmin ifadələri əsaslı sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülən ittihamla bağlı cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Həmin qərarda Konvensiyanın 6-cı maddəsinin tələblərinin pozulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X11rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X7rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002-İX) Prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş maddi sübutun (bir ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi - 2,251 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini) onun barəsində olan iş üzrə ittiham hökmünün çıxarılması üçün (şahid ifadələrinin və Təqsirləndirilən şəxs etirafedici ifadəsinin ittihamın əsasını təşkil edən sübut növü kimi qəbul edilməz hesab edilməsindən sonra) yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir və CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir Cinayət işinin materiallarında olan ayrı-ayrı ekspert rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, aşkar olunan kütlənin narkotik vasitə heroin olması ilə bağlı ekspert rəyi həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə vacib əhəmiyyət kəsb edir. Hazırki halda isə sözügedən narkotik vasitənin aşkar olunması prosesi məhkəmə tərəfindən bütünlükdə etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə heroin olmasını təsdiq edən sübut növü rolunu oynayır. Həmçinin digər bir ekspert rəyi, yəni şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi ilə əlaqədar narkoloji ekspertizanın rəyi təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən bir sübut olsa da həmin rəy, şəxsin əməli mötəbər sübutlara əsasən öz təsdiqini tapdığı zaman digər sübutlarla qarşılıqlı şəkildə dəyərləndirilməklə sübut növü kimi qiymətləndirilə bilər. Hazırki vəziyyətdə sözü gedən sübut yalnız təqsirləndirilən şəxsin barəsində olan faktı təsdiq edir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Qanunun 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu səbəbə görə ittiham hökmü təqsirliliyinə heç bir şübhə olmadan qəti və birmənalı surətdə sübut edilmiş olduqda çıxarıla bilər. Təqsirsizlik prezumpsiyasının rəhbər tutulması, şəxsin təqsirliliyinin ona qarşı irəli sürülən ittihama CPM-nin qaydalarına riayət edilməklə məhkəmədə baxılmasının nəticələri ilə əsaslandırılması, şəxsin təqsirliliyinin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandırılması, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi şəxsin təqsirliliyinin sübut edilməsini şərtləndirir (CPM-nin 351.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Bu maddənin İİ hissəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Konstitusiyanın 63-cü maddəsinə əsaslanan CPM-nin 21-ci maddəsinin İ hissəsi təqsirsizlik prezumpsiyasını cinayət mühakimə icraatının əsas prinsip və şərtlərindən biri kimi təsbit etmişdir. 21.2-ci maddədə nəzərdə tutulmuşdur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə həll edilir (CPM-nin 145.3-cü maddəsi). Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin mahiyyəti və tələbi ondan ibarətdir ki, cinayətin sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi). Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə bəraət hökmü şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 125.3.-cü maddəsinə müvafiq olaraq Cinayət- Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsində məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edildiyi halda, məhkəmənin ittiham hökmü çıxarması nəzərdə tutulmuşdur. Məhkəmə şahid ifadələrini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini və Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlara dair formalaşdırılan presedent hüququnu, yuxarıda istinad olunan Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlarda Avropa Konvensiyasının 3-cü və 6-cı maddəsi ilə əlaqədar mövqeyini, eləcə də cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini nəzərə alıb, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, məhkəmə baxışı zamanı təqsirliliyi sübuta yetirilmədiyindən sonuncuya bəraət verilməlidir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsində təqsirli olması sübuta yetirilmədiyindən, onun barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməlidir. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut olub Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarında saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış çəkisi 2,151 qram olan narkotik vasitə olan heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış xx.xx.2024-ci il tarixli «şəxsi axtarış və götürmə» prosesinin köçürüldüyü 1 ədəd DVD diski və “Azərcell Telecom" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 13528 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinin mənası baxımından məhkəmə məsrəfləri məhkəmə tərəfindən yalnız məhkumun üzərinə qoyula bildiyindən, hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs bəraət verildiyindən, o, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dört) manat məhkəmə məsrəflərindən tam şəkildə azad edilməli və həmin məbləğ dövlət büdcəsi vəsaiti hesabından ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 42.2.4, 55.1, 344-347, 349, 350, 352-354, 356, 358, 384 və 385-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut olub Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarında saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış çəkisi 2,151 qram olan narkotik vasitə olan heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış xx.xx.2024-ci il tarixli «şəxsi axtarış və götürmə» prosesinin köçürüldüyü 1 ədəd DVD diski və “Azərcell Telecom" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 13528 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs iş üzrə keçirilmiş məhkəmə ekspertizalarına sərf olunmuş ümumilikdə 114 (yüz on dörd) manat məhkəmə məsrəfindən tam şəkildə azad edilsin və həmin məbləğ dövlət büdcəsi vəsaiti hesabından ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-108/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-108/2025
03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver