Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-109/2023 25.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1963-cü il tarixdə Lənkəran rayonu, Narbağı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Narbağı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs övladı X13 ilə əvvəlcədən cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub, bir qrup şəxs halında, Emin Ramazanovun təxminən 2019-cu ildən sevgi münasibətində olduğu, müxtəlif vaxtlarda evinə gedərək birgə yaşadığı X21 qarşı, sonuncu ilə rəsmi nikah münasibətində olan və son bir neçə ildə faktiki olaraq ailə münasibətləri pozulduğundan birgə yaşamayan əri Şahid1 birgə yaşadıqları dövrdə və sonradan laqeyd münasibət göstərməsi, incitməsi, əziyyət verməsi, şəxsiyyətini əsassız ittihamlarla aşağılaması, ağır xəstəliyə tutulduqda isə qayğısına qalmaması və müalicəsinə köməklik etməməsi, arvadının yaranmış borclarını ödəməkdə maddi yardım göstərməməsi barədə hər ikisinin gəldikləri qənaətə əsaslanaraq, Şahid1 qisas alıb qəsdən öldürmək və sonuncunun yaxın qohumları ilə birgə yaşadığı evi yandırmaq qərarına gəlib, bu məqsədlə oğlu Emin Ramazanovla razılaşdırdıqları cinayət əməllərini törətmək və sonradan ifşa olunmaqdan yayınmaq üçün tədbirlər görərək özləri ilə əvvəlcədən hazırladıqları içərisinə təxminən 3 litr tez alışan neft məhsulu olan dizel yanacağı doldurulmuş plastik qab, alışqan və cinayət əməllərini törətdikdən sonra geyimlərində qala biləcək qan və cinayətin digər izlərinin görünməməsi, habelə müşahidə kameraları vasitəsilə aşkarlanmamaları üçün cinayət əməllərini törətdikdən sonra dəyişəcəkləri əlavə üst geyim paltarları, eləcə də, cinayət zamanı istifadə edəcəkləri deşici-kəsici xassəyə malik alət (alətlər) götürərək, eyni zamanda ifşa edilə bilməmələri üçün, yəni istifadələrində olan mobil nömrələrin hadisə yerinə yaxın anten dairəsində aşkarlanmamast məqsədilə mobil telefonlarını özləri ilə götürməyib, yaşadıqları evdə qoymaqla, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində kirayədə yaşadıqları evdən birlikdə çıxdıqdan sonra əvvəlcə piyada “Xocahəsən dairəsi” deyilən yerə, oradan isə Şahid11 idarə etdiyi **-PE-*** dövlət qeydiyyat nişanlı “Ravon Nexia RS 3 SX” markalı taksi kimi fəaliyyət göstərən avtomobillə X43 yaxınlığına gəlib, avtomobildən düşüb piyada Şahid1 anası və qardaşları ilə birgə yaşadığı Abşeron rayonu Qobu qəsəbəsi, Sonaxanım Salmanova küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığına gəlmiş, ev sakinlərindən birinin evdə olduğunu görüb, həmin şəxsin Şahid1 və ya sonuncunun yaxın qohumu olduğunu güman edərək, bu şəxsi Şahid1 qisas almaq üçün öldürmək və evi yandırmaq qərarını daha da, qətiləşdirib, əvvəlcə evin arxa divarına bərkidilmiş elektrik sayğacından evin elektrik təchizatını dayandırdıqdan sonra yaxınlaşaraq həyətin giriş darvazasını əli ilə döymüş, bu vaxt evdə olan Şahid1 kiçik qardaşı X22 darvazanı açdıqda o, oğlu Şahid4la birlikdə dərhal həyətə daxil olub Emin Ramazanovla hərəkətlərini uzlaşdıraraq hər ikisi müstəsna qəddarlıq nümayiş etdirib özləri ilə gətirdikləri deşici-kəsici xassəyə malik alətlə (bıçaqla) evin həyətində giriş darvazasının qarşısında Ülfət Höccətovun həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi döş qəfəsi nahiyəsindən ardıcıl çoxsaylı - 17 zərbə vurmaqla, Ülfət Höccətova ürək kisəsinin, hər iki ağciyərin və qaraciyərin yaralanmaları və sol tərəfli Vİİ qabırğanın kəsilməsi ilə müşayiət olunan və həyatı üçün təhlükəli, kəsin qanitirmədən ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin ön səthinin sol yarısında döşyanı xətt üzrə Vİİ qabırğa səviyyəsində yerləşən sol tərəfli Vİİ qabırğanı kəsən 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısında, sol orta körpücük xətti üzrə İİİ-İV qabırğaarası sahədə yerləşən 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısında, sol orta körpücük xətti üzrə ll-lll qabırğarası sahədə yerləşən 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısında, sol döşyanı xətt üzrə ll-lll qabırğarası sahədə yerləşən 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısında sol döşyanı xətt üzrə l-ll qabırğarası sahədə yerləşən 2 ədəd, döş qəfəsinin ön səthinin sağ yarısında, sağ döşyanı xətt üzrə ll-lll qabırğarası sahədə yerləşən 1 ədəd, sağ onurğayam xətt üzrə İX-X qabırğarası sahədə yerləşən 1 ədəd olmaqla daxilə nüfuz edən 10 ədəd deşilmiş-kəsilmiş yaraları və sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin ön səthinin 7 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları kimi xəsarətlər yetirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Ülfət Höccətovu xüsusi amansızlıqla qəsdən öldürmüş, daha sonra hərəkətlərini davam etdirərək cinayətin İzlərini itirmək üçün Emin Ramazanovla birlikdə Ülfət Höccətovun meyitini olduğu yerdən götürüb, həyətdən evə gətirərək girişdən sol tərəfdə yerləşən yaşayış otağına daşıyıb, otağın giriş qapısına paralel yerləşən divara oturaq vəziyyətdə söykədikdən sonra, özləri ilə gətirdikləri dizel yanacağını meyitin üzərinə, onun olduğu otağa və evin dəhlizinə tökərək alışqanla Ü.Höccətovun meyitini, əşyaları ilə birlikdə yaşadığı evi yandıraraq, özgənin əmlakını qəsdən yandırmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs şəxsə 50143 manat məbləğində, yəni külli miqdarda ziyan vurub əmlakı qəsdən məhv etdikdən sonra, özləri ilə gətirdikləri geyimlərdən İstifadə edib tanınmamalan üçün geyimlərini dəyişərək oğlu Emin Ramazanovla birlikdə oradan uzaqlaşmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid4 onun oğludur. O jurnalist işləmiş, özü isə Lənkəranda taksi sürücüsü kimi işləmişdir. Şəms və anası Gülnarəni Lənkərana gələndə maşınla qarşılamışdır. Astarada dedikləri ünvana aparmışdır. Emillə birgə onların evində iki dəfə olmuşdur. Onların evində çay içib sonra çıxıb getmişdir. Sonra qonşular orda onun şəklini çəkmişlər. Onun arvadı asma xəstəsi idi. O, sağalmadığı üçün Bakı şəhəri Xocəsən qəsəbəsində ev tutub yaşamağa başlamışlar. Bir gün 20 Yanvar dairəsində taksilər duran yerdə bir nəfər şəxs ondan adını soruşmuş, sonra Lənkəranda Yaşar adlı şəxsi tanıyıb tanımadığını soruşmuşdur. Tanıdığını deyəndə onu söymüşdür. Niyə söydüyünü soruşanda Yaşarın evinə gedib gəldiyi üçün söydüyünü demişdir. Onlar orada dalaşmış, onları aralamışlar, sonra həmin şəxsi, yəni Ülfəti izləyib Qobu qəsəbəsində olan evini tapmışdır. 1 ay 20 gün Qobu qəsəbəsində Ülfətin olduğu evin yaxınlığına gedib gəlmiş, onunla tək olanda söhbət etmək istəmişdir. Lakin o tək olmurdu. Bir gün tevdə tək olanda evinə getmiş, onunla söhbət etmək istəmiş, o yenə də söyüş söymüş, o da onu öldürmüşdür. Neçə bıçaq zərbəsi vurduğunu xatırlamamışdır. Özü ilə benzin aparmamışdır. Ülfəti həyətdə öldürüb evin içərisinə aparmışdır. Evi sonradan yandırmışdır. O, hadisəni törədəndə Emin onun yanında yox idi. Eminin Şəmslə münasibəti olduğun əvvəllər bilməmiş, sonradan öyrənmişdir. Emin evli idi, o Bakıda yaşayırdı. Yaşar isə Şəmsin əmisidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Narbağı kəndində özünə məxsus evdə arvadı Şahid9 ilə birlikdə yaşayır, özü qapı ustasıdır. Rəsmiyyə ilə nikahlarından iki oğlu, bir qızı var. X55 şəhərində yaşayır, ailəlidir. Böyük oğlu Emin Ramazanov 1987-ci ildə anadan olub, əvvəllər jurnalist kimi fəaliyyət göstərsə də, hazırda harada olmasında, nə iş görməsində xəbəri yoxdur. Kiçik oğlu Elsevər 1990-cı ildə anadan olub, Elsevərində hazırda harada olmasını bilmir. Ülfət Höcəttovu qismən tanımışdır, sonuncunun Qobu qəsəbəsində anası və iki qardaşı ilə birlikdə yaşadığını bilir. Ülfətin böyük qardaşı Ceyhunun arvadı Şəmsi tanıyır. Şəmsin Ceyhundan ayrı yaşadığı bilir. Böyük oğlu Emin bir neçə ildir ki, Bakı şəhərində yaşayır, lakin sonuncunun konkret hansı ünvanda qalmasını bilmir. Bildiyi qədər Emin Şəmslə Bakı şəhərində tanış olmuşdur. 2020-ci ilin aprel-may aylarında o, özünə məxsus **-BJ-*** dövtət qeydiyyat nişanlı “Vaz 21043” markalı avtomobillə oğlu Emini, Şəmsi və sonuncunun anası X17 rayonundakı evinə aparmışdır. Orada çay içib, bir qədər söhbət etdikdən sonra o, Lənkərana qayıtmış, oğlu Emin isə orada qalmışdır. Sonradan bir neçə dəfə olmuşdur ki, Emin çağırdığı üçün o, Gülnarəgilə getmiş, hətta kiçik oğlu Elsevəri də, özü ilə aparmışdır. Eminin onu çağırmaqda məqsədi ondan pul və ərzaq götürmək olmuşdur. Oğlu Emin bu barədə ona əvvəlcə heç bir söz deməsə də, o, hiss etmişdir ki, Emin Şəmsə birlikdə yaşayır və cinsi əlaqədə olur. Sonradan Emin ona X25 rayonundakı evində görüşüb cinsi əlaqədə olduqlarını demişdir. Gülnarəgilə getdiyi vaxtlar bir neçə dəfə olmuşdur ki, evə sonuncunun qohumları gəlmiş və Gülnarə onunla Emini qohumlarına quyu qazan kimi təqdim etmiş və qohumlarına onların həyətlərində su quyusu qazdıqlarını demişdir. O, Şəmsin Zirədəki evindədə cəmi bir dəfə 2020-ci ilin yay aylarında olmuşdur. Həmin vaxt Emin orada olmamış, evdə yalnız Gülnarə və Şəmsin az yaşlı oğlu olmuşdur. Həmin vaxt o, Şəmsgilə oğlu Elsevərlə birlikdə getmişdir. Elsevərlə Şəms arasında heç bir münasibət olmamışdır. 2021-ci ilin may ayının sonlarında 20 Yanvar metrostansiyasının yaxınlığında olduğu vaxt bir nəfər şəxsin “Cahangir” deyə onun adını çəkdiyini eşidib, sonuncuya baxdıqda həmin şəxsin onun ünvanına nalayiq sözlər işlədə- işlədə yaxınlaşdığını görmüşdür. Həmin şəxs ona Eminin Şəmslə niyə görüşdüyü deyib, onu nalayiq sözlərlə təhqir etmişdir. Həmin şəxs ona adının Ülfət olduğunu deyib, onu söyməkdə davam etsə də, o, ətrafda insanların çox olması səbəbilə həmin vaxt sonuncuya heçnə etməmiş, sadəcə onu söydüyü üçün iradını bildirmişdir. Bir qədər sonra Ülfət oradan uzaqlaşmış və o da, sonuncunun arxasınca getmişdir. Ülfət dövlət qeydiyyat nömrəsini və markasını xatırlamadığı manatlıq taksiyə minmiş və o da, başqa bir taksiyə minib, avtomobili Ülfətin mindiyi taksinin arxasınca sürdürmüşdür. “Qobu qəsəbəsi” yazılmış arkadan bir qədər getmişdir ki, Ülfətin olduğu taksi saxlamış və Ülfət taksidən düşmüşdür. Ülfətin düşdüyü yerdən təxminən 200 metr keçdikdən sonra o da, olduğu taksidən düşüb, Ülfətin arxasınca yoluna davam etmişdir. O, həmin vaxt, Ülfətin yaşadığı evin konkret harada yerləşməsini bildikdən sonra, yaşadığı evə qayıtmışdır. Sonradan bir neçə dəfə taksi ilə və ya avtobusla Qobu qəsəbəsinə gedib Ülfəti izləmiş, öyrənməyə çalışmışdır ki, evə giribçıxan kimlərdir. Onun məqsədi Ülfət evdə tək olduğu vaxt sonuncuya yaxınlaşıb, onun ünvanına nalayiq sözlər işlətdiyi üçün üzr istəməsini tələb etmək, üzr istəməyəcəyi təqdirdə isə sonuncunu öldürmək olmuşdur. Ona görə də, Ülfətin yaşadığı evin yaxınlığına hər dəfə getdikdə özü ilə bıçaq götürmüşdür. Sonuncu dəfə Ülfətin yaşadığı evin yaxınlığında hadisədən təxminən 3-4 gün əvvəl getmişdir. Lakin getdiyi bütün vaxtlarda Ülfət evdə tək olmamışdır. 2021-ci ilin yanvar ayından xx.xx.2021-ci il tarixədək Xocahəsən qəsəbəsində arvadı və kiçik oğlu Elsevərlə birlikdə kirayədə yaşamışdır. Bakıya gəlməkdə məqsədi arvadını səhhəti ilə əlaqədar tez-tez həkimə aparması olmuşdur. 2021-ci ilin may ayında arvadı özü istədiyi üçün sonuncunu Lənkəran rayonuna qaytarmışdır. xx.xx.2021-ci il tarixdə saat 05 radələrində kiçik oğlu Elsevər işə getmişdir. Saat 06 radələrində evdə tək olduğu vaxt böyük oğlu Emin onun Xocahəsən qəsəbəsində kirayə qaldığı evə gəlmişdir. Həmin vaxt o, X57n onu söyməsi barədə məlumat verib, bıçaq götürüb Ülfətin yaşadığı evə gedəcəyini və sonuncuya ondan üzr istəməsi üçün hədə-qorxu gələcəyini, əks təqdirdə Ülfəti öldürəcəyini demişdir. Həmin vaxt Emin ona, onunla birlikdə gedəcəyini bildirmişdir. Ülfətin yaşadığı evə getmək üçün xx.xx.2021-ci il tarixdə saat 20-21 radələrində Eminlə birlikdə Xocahəsən qəsəbəsindəki yaşadığı evdən çıxmışdır. Evdən çıxarkən özü ilə mətbəxdə istifadə etdikləri bıçaqlardan birini götürmüş və bıçağı qara rəngli sellafon torbaya bükmüşdür. Piyada gələrkən Xocahəsəndə yük maşınlarının dayandığı işıqforun yaxınlığında yerdə tünd rəngli plastmas qabda dizel yanacağı olduğunu görüb, onuda özü ilə götürmüşdür. Daha sonra Eminlə birlikdə “Murad” şadlıq evinin yaxınlığında manatlıq taksiyə minib, Qobu qəsəbəsinə getmişdir. “Qəsəbənin girişinə çatmamış taksidən düşüb, oğlu Eminlə birlikdə Ülfətgilin evi istiqamətində piyada yoluna davam etmişdir. O, Ülfətgilin evinə gedən cığırla evə giriş qapısınadək getsə də, oğlu Emin çığıra girməmiş arxada, yolun kənarında onu gözləmişdir. Təxminən 30-40 dəqiqə evin ətrafında izlədikdən sonra Ülfətin evdə tək olmasından əmin olmuşdur. Belə ki, o, həyətə giriş darvazasının yaxınlığından baxdıqda evin pəncərəsindən Ülfətin evdə olduğunu görmüş və evə başqa girib çıxan olmadığı üçün sonuncunun evdə tək olmasından əmin olmuşdur. Bundan sonra yaxınlaşıb həyətə giriş darvazasını döymüş və Ülfət isə bir neçə saniyə sonra “kimdir” deyə soruşduqda o, talışca “gəl də bura” deyə cavab vermiş və Ülfət həyətə giriş darvazasının qapısını açmışdır. Ülfət onu qapının ağzında görüb diksinmiş və o, sonuncudan 20 Yanvar metrostansiyası tərəfdə ünvanına işlədiyi nalayiq sözlərə görə üzr istəməsini tələb etsə də, Ülfət ona “nə üzr” deyərək onu yenidən nalayiq sözlərlə təhqir etmişdir. Həmin vaxt Ülfət evin həyətində qapının qarşısında, o, isə çöldə qapının qarşısında dayanmışdır. Bu vaxt o, bir neçə addım atıb həyətə daxil olmuş və sağ əlindəki bıçaqla Ülfətin qarnından bir dəfə zərbə vurmuşdur. Həmin vaxt bıçaq sellafon torbaya bükülü olduğu üçün Ülfətə bıçaqla ilk zərbəni sellafon qarışıq vurmuşdur. Birinci zərbədən sonra Ülfət bir qədər aşağıya doğru əyilmiş, qaçmaq istəsə də, o, buna imkan verməyib, sol əli ilə Ülfətin sağ çiynindən tutub sinəsindən bir neçə bıçaq zərbəsi daha vurmuşdur. Daha sonra o, Ülfətin ölmədiyini görüb bir neçə bıçaq zərbəsi daha vurmuş və Ülfət zərbələrin təsirindən həyətə giriş darvazasının qarşısında arxasıüstə yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra o, Ülfətin hərəkətsiz olduğunu görüb, öldüyünü düşünmüş və buna görə də, sonuncuya bıçaqla daha zərbə vurmamışdır. O, Ülfətə konkret neçə bıçaq zərbəsi vurmasını, zərbələrin sonuncunun hansı nahiyyələrindən dəyməsini xatırlamır. Xatrıladığı ilk zərbəni Ülfətin qarnından, sonradan isə sinəsindən vurmasıdır. Ülfəti bıçaq laya rkən qanı həyətin giriş hissəsində darvazanın qarşısına tökülmüşdür. Bundan sonra Ülfətin öldüyünə əmin olub, ayaqlarından tutaraq meyitini sürüyüb yaşadığı evin girişinə gətirmiş, orada bir qədər fasilə vermişdir. Bu vaxt Ülfətin qanı bir qədər evə giriş qapısının qarşısına tökülmüşdür. Daha sonra Ülfətin meyitini sürüyərək pilləkənlərdən qaldırıb evin dəhlizinə salmış və sürüyə-sürüyə aparıb, dəhlizdən girişdə soldan birinci otağa arxası üstə uzatmışdır. Evin dəhlizi və meyiti apardığı otaq qan olmuşdur. Ülfətin yaşadığı ev üç yaşayış otağı, bir hamam otağı və bir mətbəxdən və bir dəhlizdən ibarət olmuş, yaşayış otaqlarından ikisi girişlə üzbəüz, yanaşı yerləşmişdir. Daha sonra, əynindəki şalvarın və ayaqqabının üzərinə Ülfətin qanı töküldüyü üçün, onları evin hamam otağında su ilə təmizləmişdir. Ülfətin qanına bulaşdığından bıçağı da, hamam otağında yumuşdur. Hadisə vaxtı əynindəki qara rəngli köynəyin qolu cırıldığından həmin köynəyi soyunub, özü ilə gətirdiyi başqa bir köynək geyinmişdir. Bundan sonra içərisində dizel yanacağı olan qabı götürüb dizel yanacağını Ülfətin meyitinin üzərinə, meyitin olduğu otağa və evin dəhlizi boyunca töküb və özü ilə gətirdiyi alışqanla evə od vurub yandırmış və evin giriş qapısını örtərək dərhal oradan uzaqlaşmışdır. Evdən çıxıb yola çatdıqda oğlu Eminin yolun kənarında onu gözlədiyini görmüşdür. X57 öldürdüyünü və evi yandırdığını demiş, bu vaxt Emin əlləri ilə başını tutub ona "bizi bədbəxt elədin” deyə cavab vermişdir. Daha sonra hər ikisi piyada qəsəbənin girişinə tərəf gəlmişlər. Oradan isə taksiyə minərək Sulutəpə dairəsinə qədər getmişlər. Orada taksidən düşərək əlində olan torbaları, yəni selofan torbalarda olan bıçağı və köynəyini Sulutəpə dairəsinin yaxınlığında yolun kənarına atmışdır. Bundan sonra Eminlə birlikdə yenidən taksiyə əyləşib kirayə qaldığı evə gəlmişdir. Evdə olduğum vaxt hadisəni törədən zaman əynində olmuş boz rəngli klasik şalvarın üzərində olan qan ləkələrini yumuşdur. Hadisə barəsində kiçik oğlu Elsevərə məlumat vermişdir. Emin həmin gecəni onun Xocahəsən qəsəbəsində kirayədə yaşadığı evdə qalmış və xx.xx.2021-ci İl tarixdə saat 06-07 radələrində çıxıb getmişdir. xx.xx.2021-ci il tarixdə saat 18-19 radələrində qaldığı evi ev sahibinə təhvil verib, taksi ilə 20 Yanvara, oradan isə rayonlar arası taksi ilə Lənkərana getmişdir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında Lənkəranda yaşayan dayısı oğlu Əliheydər onun istifadəsində olan mobil nömrəyə zəng edib polis tərəfindən axtarıldığını, səhəri gün Lənkəran RPl-nə getməli olduğumu bildirmişdir. O, xx.xx.2021-ci il tarixdə səhər saatlarında Lənkəran RPİ-nə getmiş və Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları onu tutmuşlar. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, Ülfət Höccətovun yaşadığı evə gedərkən özü ilə dizel yanacağı və bıçaq götürməkdə məqsədi onu nalayiq sözlərlə söydüyü üçün sonuncudan üzr istəməsini tələb etmək, üzr istəmədikdə isə Ü.Höccətovu bıçaqlayaraq öldürmək və bundan sonra sonuncunun meyitini və yaşadığı evi yandırmaq olmuşdur. O, Ü.Höccətova bıçaqla ilk zərbəni vurduqdan sonra sonuncu “əəəə” deyə qışqırsa da. O, bıçaq zərbələri vurmaqda davam etmiş və zərbələrdən sonra Ülfətin səsi kəsilmişdir. Ülfət ona müqavimət göstərmək istəsə də, o, buna imkan verməmişdir, çünki o, sonuncuya bıçaq zərbələrini ardıcıl və qısa zaman kəsiyində vurmuşdur. O, Ülfətə bıçaqla zərbələr vurarkən sonuncu ona əl atmış və əynindəki köynəyin sağ qolunu cırmışdır. Hadisə vaxtı o, heç bir xəsarət almamış, Ülfət tərəfindən ona heç bir xəsarət yetirilməmişdir. Ülfət Höccətovun yaşadığı evə gedərkən o, özü ilə bıçaq, dizel yanacağı və alışqan götürmüşdür. Həmçinin o və oğlu özləri ilə hadisədən sonra dəyişmək üçün hərəsi bir ədəd köynək götürmüşlər. Onların hərəsini ayrı-ayrı sellofan torbaya qoyub, yekunda hamısını daha böyük sellofan torbaya qoymuşdur. Oğlu Emin gətirdikləri özünə məxsus köynəyi Qobu qəsəbəsində olduqları vaxt onun əlindəki sellofan torbadan götürmüşdür. Hadisə vaxtı Ülfətin əynində boz rəngli qısaqol köynək, tünd rəngli cins şalvar və rəngini xatırlamadığı çəkələk olmuşdur. O, Ülfəti əynindəki köynəklə və şalvarla birlikdə yandırmışdır. Həmçinin hadisə vaxtı onun əynində boz-mavi rəngli kostyum şalvarı, ön hissəsi düyməli qara rəngli uzunqol köynək, qara rəngli bir cüt ayaqqabı və tünd göy rəngli bir cüt corab olmuşdur. Hadisədən sonra kamera görüntülərinə düşməmək üçün sonradan dəyişmək məqsədilə hadisə yerinə gedərkən özü ilə ağ-qara rəngli zolaqlı köynək götürmüşdür. Hadisə vaxtı əynindəki qara rəngli köynək cırıldığından evi yandırmamışdan əvvəl köynəyini dəyişib, özü ilə gətirdiyi köynəyi geyinmişdir. Hadisə vaxtı əynində olmuş şalvar, corab, ayaqqabı, mayka və trusik hazırda əynindədir. Hadisə vaxtı Ülfətin qanı şalvarına sıçradığından hadisədən sonra şalvarı yumuşdur. Hadisə vaxtı əynində olan qara köynək də qana batmışdır və köynəyi hamam otağında yuyub özü ilə götürmüşdür. Ülfətgilin evindən özü ilə üç ədəd sellofan torba götürmüşdür ki, onlarında birinin içərisinə bıçağı, digərinə isə köynəyini əynindən çıxartdığı qara rəngli köynəyi qoymuşdur. Üçüncü sellofan torba isə daha böyük idi və həmin torbaya Ülfətgildən götürdüyü içərisində su olan 2 ədəd butulkanı qoymuşdur. Həmçinin böyük sellofan torbaya bıçaq və köynəyi olan sellofanları da, qoymuşdur. Bıçaq Ülfətin qanına batdığından bıçağı Ülfətgilin evinin hamamında su ilə yumuşdur. Dizel yanacağınının plastmas qabını isə Ülfətin meyitini qoyduğu otağa atmış və qab yanğın zamanı çox güman ki yanıb ərimişdir. Hadisədən sonra evə qayıdarkən, cinayəti törətdiyi bıçağı və hadisə vaxtı əynində olmuş qara rəngli köynəyi Sulutəpə qəsəbəsində zibillik olan yerə tullamışdır. Hadisə vaxtı oğlu Emin Ramazanovun əynində tünd rəngli cins şalvar, qara rəngli qısaqol köynək, tünd göy rəngli idman (beysbol) papağı olmuşdur Eminin köynəyinin ön hissəsi şəkilli, yazılı imiş O, hadisəni törədib qayıdarkən Eminin əynindəki köynəyi dəyişdiyini görmüşdür. Emin əynini dəyişib ağ rəngli zolaqlı qısaqol köynək geyinmişdir. Emin əynindən çıxartdığı köynəyi əvvəlcə qarnına qoyub, əynindəki köynəyin altında gizlətsə də, sonradan onun əlindəki sellofan torbaya qoymuşdur. O, bıçağı və qara rəngli köynəyini tullayarkən Emin öz köynəyini sellafon torbadan götürmüşdür. Onun və Eminin köynəklərini dəyişməkdə məqsədləri cinayətin izini itirmək, kamera görüntülərindən yayınmaq olmuşdur. Cinayətin aləti olan bıçaq kirayə qaldığı evdə olmuş, özü almışdır, mətbəx bıçağıdır, dəstəyi qəhvəyi rəngli taxta materialdan olmaqla, uzunluğu təxminən 20¬25 sm olmuşdur. O, Ülfət Höccətovu öldürdüyünü, sonuncunun meyitini və yaşadığı evi yandırdığını yalnız böyük oğlu Eminə və kiçik oğlu Elsevərə demişdir. Hadisə vaxtı onun və oğlu Eminin üzərində mobil telefon olmamışdır. Hadisə vaxtı Eminin üzərində bıçaq olmamış, sonuncunun hadisənin törədilməsində təqsiri yoxdur. (Cild 1, iş vərəqləri 250-258, Cild 2, iş vərəqləri 53-56, 212-215) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 istintaq zamanı verdiyi ifadəsini təqsdiq etdiyini bilirmişdir. Onun ifadələrinə əsasən mərhum Ülfət Höccətov onun oğlu olmuşdur. Ürfət onunla və digər oğurlları Ceyhun və Elnurla birlikdə Qobu qəsəbəsindəki evlərində yaşamışdır. Əri Cümşüdlə 2009-cu ildə boşanmış, 2006-cı ildən ayrı yaşayırlar. Cümşüd 2006-cı ildən Məlahət adlı qadında birlikdə yaşayır, onlar hazırda Xocahəsən qəsəbəsində kirayədə qalırlar. Ceyhun 2016-cı ildə onun əmisi oğlu Maisin qızı Şəmslə ailə qurmuşdur. Ceyhunla Şəms birlikdə yaşadıqları müddətdə Zirə qəsəbəsində yaşamışlar. Mərhum oğlu Ülfət hər gün saat təxminən 06:30-da işə getmək üçün evdən çıxmış, saat təxminən 19-20 radələrində evə qayıtmışdır. Yeganə mağazanı tez bağlayan vaxtlarda Ülfət də evə tez gəlmişdir. Bəzi vaxtlar isə Ülfət müştəriyə sifariş çatdırdığı üçün evə gec gəlmişdir. Belə olan halda qabaqcadan ona məlumat vermişdir. Ülfət sağlığında 600 manat maaş almış və hər ay ona ərzaq almaq üçün pul verirmiş. Ülfətin dostu, oturub-durduğu, görüşüb harasa getdiyi bir dostu olmamışdır. xx.xx.2021-ci il tarixdə X26 rayonundakı restoranlardan birində toyları olacaqmış. Ona görə də, xx.xx.2021-ci il tarixdə o, taksi ilə Astara rayonuna getmişdir. Əslində Ülfət də onunla birlikdə getməli olsa da, Yeganə xanım icazə vermədiyi üçün gedə bilməmişdir. xx.xx.2021- ci il tarixdə günün ikinci yarısında Cümşüd, Elnur, Rafizə Astara rayonuna gəlmişlər. Ceyhun və Ülfət isə xx.xx.2021-ci il tarixdə səhər saatlarında gələcəklərmiş. xx.xx.2021-ci il tarixdə gecə saatlarında Qobu qəsəbəsində yaşayan qonşuları Rasim ona zəng edib, yaşadıqları evdə yanğın baş verdiyini bildirmişdir. Telefon danışığı zamanı o, yanğınsöndürən maşının sirena səsini də eşitmişdir. O, Rasimə oğlu Ülfətin evdə ola biləcəyini demiş, Rasim isə ona evin tamamilə yandığını, içəri keçməyin mümkün olmadığını bildirmişdir. Həmin vaxt onun halı pisləşmiş, zəngi sonlandırdıqdan sonra Elnura zəng etmiş, Elnur zəngə cavab verməmişdir. Sonra isə Ceyhuna zəng edib evlərinin yandığını, Ülfətin içəridə ola biləcəyini bildirmişdir. Bundan sonra ərinə məlumat vermiş və baldızı oğlu Talehin avtomaşını ilə yola çıxmışlar. Evlərinə çatdıqda evin tamamilə yandığını görmüş, həmin vaxt oğlu Ülfətin yanmış meyiti evdən çıxarılmışdır. Təranə Şahverdiyeva ifadəsində həmçinin göstərmişdir ki, Oğlu Ceyhunun qayınanasının Sərək kəndində, qardaşı Zamanın qonşuluğunda evləri vardır. 2020-ci il tarixdə qardaşı Zaman ona Gülnarənin Sərəkdəki evinə tanımadığı kişi və oğlunun gəldiyini, həmin şəxslərin bir müddət Gülnarəgildə qaldığını, həmin müddətdə Şəmsində orada olduğunu bildirmişdir. Zaman həmin şəxslərdən nə üçün gəldiklərini soruşduqda, onlar Zamana həyətdə su quyusu qazdıqlarını bildirmişlər. Zaman həmin şəxslərin həyətdə su quyusu qazdıqlarını görmüşdür. Lakin Zaman həmin şəxslərdən şübhələnmişdir, çünki onlar bir neçə metr quyu qazdıqdan sonra, həmin yeri buraxıb başqa yerdə quyu qazmağa başlamışlar. Həyətdə bir neçə yerdə yarımçıq quyu qazmışdılar. Qardaşı ona bu barədə dedikdən sonra o, oğlu Ceyhuna bu barədə məlumat vermiş və Ceyhun ona “Şəms mənə lazım deyil, nə istəyir eləsin” deyə cavab vermişdir. Sonradan Cahangir tutulduqdan sonra əmisi oğlu Yaşarın arvadı Sevanə ona Cahangirin 2020-ci ildə Gülnarəgilin həyətində quyu qazmağa gələn şəxslərdən biri olduğunu bildirmişdir. Onun fikrincə Cahangir və oğlu Gülnarəgildə qaldıqları müddətdə Cahangir Gülnarə ilə, oğlu isə Şəmslə cinsi əlaqədə olmuşdur. X56 və onun övladları Eminlə Elsevəri, nədə ki, onlar Ülfəti tanımamışlar. X27 Şəmslə cinsi əlaqədə olmasından xəbəri olmamışdır. Ülfət ümumiyyətlə Cahangiri tanımamış, heç vaxt Cahangiri görməmiş, sonuncunu heç vaxt söyməmişdir. O, hadisədən sonra bilmişdir ki, X33 arasında sevgi münasibəti olmuşdur. Emin və atası X48 qəsəbəsindəki evinə gəlib-getmiş, hətta bir neçə gün orada qalmışlar. Şəms bir qadından 30.000 manatlıq qızıl zinət əşyaları almış və onları başqa bir qadına baha qiymətə nisyə satmışdır. Lakin qızılları satdığı qadın pulunu Şəmsə vermədiyi üçün, Şəms qızılları aldığı qadına borclanmişdir. Bunu oğlu Ceyhun sonradan bilmişdir. Bundan sonra Şəmslə Ceyhun arasında münasibətlər pozulmuş və rəsmi qaydada boşanmasalar da, ayrı yaşamağa başlamışlar. Həmçinin Şəms xərçəng xəstəliyinə tutulmuş və xəstəliyi ağırlaşdıqca hərəkət etmək, rahat danışmaq qabiliyyətini itirmişdir. Məhz elə həmin xəstəlikdən də, Şəms vəfat etmişdir. Ceyhunun xəstə ola-ola Şəmsdən ayrılması, Şəmsin müalicəsinə köməklik göstərməməsi və Şəmsin borclarını ödəməkdə köməklik etməməsi, Şəmsin sevgilisi Emini və sonuncunun atası Cahangiri qıcıqlandırmışdır, buna görə də, Emin və atası Cahangir Ceyhundan, onların ailəsindən qisas almaq üçün belə bir cinayət törətmişlər. Cahangir və oğlu Emin hadisənin baş verdiyi gün onların evdə olmadığını əvvəlcədən bilmişlər. Eminlə Cahangirə hadisə gün onların evdə olmayacaqlarını Şəms demişdir. Yaşadıqları evidə məhz X45 göstərmişdir. Oğlunun qətlində və yaşadıqları evin yandırılmasında Şəmsində əli olmuşdur. Eminlə Cahangiri cinayət törətməyə Şəms təhrik etmiş, onlar üçü cinayəti birlikdə törətmişlər. Emin və Cahangir həmin vaxt evdə yalnız Ceyhunun olacağını düşünmüşlər. Çünki Ceyhun gecə növbəsi işlədiyindən, rayona səhəri gün gedəcəkmiş. Emin və atası Cahangir Ceyhundan və onların ailəsindən qisas almaq məqsədilə, oğlu Ceyhunu öldürmək və yaşadıqları evi yandırmaq üçün ora getmiş, həmin vaxt evdə Ceyhun deyil, Ülfət olduğu üçün Ülfəti öldümüşlər. Bəlkə də, onlar Ülfəti Ceyhun zənn etmişlər. Bəlkə də, Ülfətin Ceyhun olmadığını bilmişlər. X40madığını bilsəymişlər belə, yenədə Ülfəti öldürəcəkmişlər. X34 məqsədi onlara ziyanlıq etmək, dərt yaşatmaq olmuşdur. Cahangir cinayət əməlini tək deyil, oğlu Eminlə birlikdə törətmişdir. Çünki Cahangir qoca kişidir, buna görə də, cinayəti tək törədə bilməz. Həm də, onlardan qisas almaq istəyən əsas şəxs Emin olmuşdur. Çünki məhz Emin Şəmslə sevgi münasibəti yaşamışdır. T.Şahverdiyeva ifadəsinə əlavə olaraq göstərmişdir ki, yandırılan ev oğlu Zərərçəkmiş şəxs adına olmuş, tikilməsinə və təmirinə ümumilikdə 47000 manat pul xərcləmişlər. Həmçinin evdə digər dəyərli əşyalarda məhv olmuşdur. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci il iyulun 9-da Abşeron rayonu, Qobu qəsəbəsində baş verən hadisədə öldürülən şəxs Höccətov Ülfət onun qardaşıdır. Hadisənin baş verdiyi evdə 2018-ci ilin avqust ayından yaşayırlar. Həmin evdə o, qardaşları Ülfət, Ceyhun və anası Təranə ilə birgə yaşamışlar. Atası Cümşüd 2009-cu ildə anasından boşanaraq Məlahət adlı qadınla Xocahəsəndə yaşayırdı. O, 29 mart 2021-ci il tarixdə Rafızə Lüftiyeva ilə evlənsə də pandemiya ilə əlaqədar toyları olmamışdır. Bu səbəbdən 2021-ci il iyulun 10da Astara rayonunda toyları olacaqdı. Anası Təranə 08 iyulda, o, Rafizə və atası isə 09 iyulda Astara rayonuna getmişlər. Ceyhun və Ülfət isə 10 iyulda gələcəkdilər. 09 iyulda saat 23 radələrində əmisi Valehgildə olanda Rafizə zəng edərək Qobudakı evdə yanğın olduğunu dediyi üçün onlar dərhal maşına minib Qobu qəsəbəsinə gəlmişlər. Yolda olarkən dəfələrlə Ülfətə zəng etsələr də onun telefonuna zəng çatmamışdır. Evə çatanda Ülfətin qətlə yetirildiyini öyrənmişlər. Qardaşı öldürüldükdən sonra evlə birlikdə yandırılmışdı. Yandırılan ev onun adına idi. Həmin ev 4 otaqlı orta təmirli təxminən 50 min manat dəyərində idi. Hadisə nəticəsində onlara 50 min manat ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə 2021-ci ilin iyul ayının 9-da olmuşdur. O, hadisə olanda işdə olmuşdur. Ona zəng edərək hadisə barədə məlumat vermişlər. O, evə gedib çatanda ev yanırdı, evi söndürdükdən sonra qapıda qan ləkəsi tapmışlar. Sonra qardaşı Ülfətin yanmış cəsədini evdən çıxartmışlar. Şəms onun arvadı olmuş, onun Emin Ramazanovla olan münasibətindən xəbəri olmamış, o, Şəmsdən ayrılmışdır. Emini 3 il əvvəl bir məclisdə görmüş, lakin başqa vaxt onu görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, mərhum Ülfət Höccətov onun oğludur. Ülfətin anası Təranə Şahverdiyeva ilə 1988-ci ildə ailə qurmuşlar, birgə nikahdan 3 övladları var. 2009-cu ildə Təranə ilə məhkəmə qaydasında boşanmışlar, sonra Şahid3 ilə ər-arvad kimi yaşamağa başlamışdır. Həmin münasibətdən Aysun adlı bir qızı var. Ceyhun gecə növbəsində işlədiyindən gecələr işdə olur, gündüzlər evə gəlirdi. Elnur 2021-ci ilin mart ayında Rafizə ilə ailə həyatı qurmuşdu. Lakin pandemiyaya görə toyları olmadığı üçün iyulun 10-da Astarada onların toyu olacaqdı. Ceyhun 2016-cı ildə Təranənin əmisi oğlu Mayisin qızı Şəmslə ailə qurmuş və bir oğlan övladı var. Lakin 2 ildir ki, Ceyhunla Şəms ayrı yaşayırdılar. İyulun 9-da Rafizə və Elnurla birlikdə Astara rayonuna getmişlər. Təranə isə iyulun 8-də Astara rayonuna getmişdi. İyulun 9-da saat 23 radələrində Elnura zəng edib Qobu qəsəbəsindəki evin yandığını demişlər. O, Elnur və Təranə Qobu qəsəbəsinə gəlmişlər. Yolda dəfələrlə Ülfətə zəng etsələr də onun mobil telefonuna zəng çatmırdı. Saat 03 radələrində Qobu qəsəbəsinə çatmışlar, hadisə yerinə çatanda Ülfətin öldürüldüyünü və evin yandırıldığını öyrənmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Əsgər qızı ifadəsində göstərdi ki, Cümşüdlə 2007-ci ildə Bakı şəhərində yerləşən Yaşıl Bazarda tanış olmuşlar. 2007-2008ci illərdən Cümşüdlə ar-arvad kimi yaşamağa başlamışlar. Onların Aysun adlı qızları var. Elnur 2021-ci ilin mart ayında Rafizə ilə ailə həyatı qurmuşdu. Lakin pandemiyaya görə toyları olmadığı üçün iyulun 10-da Astarada onların toyu olacaqdı. Ceyhun 2016-cı ildə Təranənin əmisi oğlu Mayisin qızı Şəmslə ailə qurmuş və bir oğlan övladı var. Lakin 2 ildir ki, Ceyhunla Şəms ayrı yaşayırdılar. Təxminən 2 il əvvəl Mayısla Cümşüd arasında mübahisə olmuşdur. Mübahisənin səbəbi Mayisin Ceyhunun arvadı Şəmsi icazəsiz Astara rayonuna aparması idi. Həmin gündən sonra Ceyhungilin ailəsində problemlər yaranmış və onlar ayrı yaşamağa başlamışlar. 09 iyul, saat 15-16 radələrində Cümşüd, Elnur və Rafizə yol avtomobili ilə Astara rayonuna getdilər. Orada Elnur və Rafizənin toyu olacaqdı. Həmin gün axşam saatlarında Cümşüd zəng edərək rayona çatdığını bildirmişdir. Təxminən 23:30 radələrində Cümşüd zəng edərək Elnurun evinin yandığını və Ülfətə zəng çatmadığını demişdir. Bundan sonra o və qızı Aysun Ülfətə zəng etməyə başlamışlar, lakin onun telefonuna zəng çatmamışdır. Gecə saat 03-04 radələrində Cümşüd zəng edərək yüksək səslə evin yanaraq kül olduğunu, Ülfətin öldüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun bibisi nəvəsidir. Onun hadisədən xəbəri yoxdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə elan olunaraq tədqiq olunan Şahid4 ifadəsində göstərmişdir ki, bir ildən artıqdır ki, Bakı şəhərində müxtəlif yerlərdə kirayədə qalıb, ofisant, fəhlə işləmişdir. Hazırda meyvəli bazarında arabaçı-fəhlə işləyir. Təqsirləndirilən şəxs onun atasıdır. Atası və anası Lənkəran rayonu, Narbağı kənd sakinləridir. Bacısı Günel ailəlidir, ailəsi ilə birlikdə Lənkəran şəhərində yaşayır, əri gəmidə işlədiyindən, 5-6 ay işdə, 5-6 ay evdə olur. X41 da, ailəlidir, lakin təxminən 1 ildir ki, rəsmi boşanmasa da, ailəsindən ayrı yaşayır. Eminin arvadı Könül və qızı Emilya Lənkəran rayonunun, Seyidəkəran kəndində ata evində yaşayırlar. Bildiyi qədər, təxminən 1 ildir ki, Emin arvad-uşağının yanına gəlib-getmir. 2021-ci ilin yanvar ayında atası və anası Bakı şəhəri, Xocahəsən qəsəbəsində kirayədə yaşamağa başlamışlar. Bakı şəhərinə gəlməkdə məqsədləri anası Rəsmiyyəni əziyyət çəkdiyi astma xəstəliyi ilə əlaqədar həkim yanına müalicəyə aparmaq olmuşdur. O, 2021ci ilin yanvar ayından iyul ayının 10-dək valideynləri ilə birlikdə Xocahəsən qəsəbəsində kirayədə yaşamışdır. Böyük qardaşı Emin isə onlarla yaşamamışdır. Qardaşı Emin jurnalist işləmişdir, sonuncu dindar, vergili biridir, “əllərində şəfa var1’. Hətta onun bir yeri ağrıdığı zaman Emin həmin yerə əli ilə toxunar, ağrı dərhal keçərmiş. X50 peyğəmbər hesab edir. Hətta Rvo kəndində yaşayan mərhum axund Natiq 2020-ci ilin avqustsentyabr ayında onlarda olduğu vaxt «Qurani Kərim» açaraq Eminin adi insan olmadığını, imam övladı olduğunu, imam kimi biri olduğunu bildirmişdir. O, atası və anası Eminin vergili biri olduğuna inanırlar. O, özü də namaz qılır. Emin əslən Astara rayonundan olan Şəms adlı qadınla münasibətdədir. Şəms xərçəng xəstəliyindən əziyyət çəkir, vəziyyəti ağırdır. Şəmslə Eminin harada tanış olmalarını bilməsə də, onlar arasında 1 ildən artıqdır ki, davam edən sevgi münasibəti olmuşdur. Şəms mərhum Ülfət Höccətovun böyük qardaşı Ceyhunun arvadı olmuş, lakin Ceyhunla Şəms bir neçə ildir ki, ayrı yaşayırlar. Qardaşı Emin ona, Ceyhun və anasının Şəmsə daimi əziyyət verdiklərini, incitdiklərini, bundan sonra Şəmsin xəstəlik tapdığını, bu səbəbdən Şəmsin Ceyhuna və anasına nifrət bəslədiyini demişdir. Şəms anası Gülnarə və azyaşlı oğlu ilə birlikdə Bakı şəhəri, Zirə qəsəbəsində yaşayır. Şəmsin atası Mayıs, qardaşları Ruslan və Rufan Rusiya Federasiyasında yaşayırlar. O, Şəmsin Zirə qəsəbəsindəki evində cəmi bir dəfə, təxminən 2020-ci ilin sentyabr ayında olmuş, həmin vaxt atasını Cahangir də onunla birlikdə olmuşdur. Həmin ərəfədə atası ilə birlikdə Bakı şəhərinə gəlməli olduqlarından və qalası yerləri olmadığından Şəmsgilə getmişlər. O, həmçinin 2020-ci ilin yay aylarında bir dəfə atası Cahangirlə birlikdə Gülnarənin Astara rayonundaki evinə getmiş, həmin vaxt onlar Gülnarəgilə bulaq suyu və bir miqdarda ərzaq alıb aparmışar. Həmin vaxt Gülnarə evdə olsa da, Şəms evdə olmamış, Emin də orada olmamışdır. Həmin gün orada qalmamışlar, Lənkəran rayonundakı evlərinə qayıtmışlar. X28 Şəmsin münasibətindən, onların Şəmsgilə gedib-gəlmələrindən məlumatı olmamışdır. Təxminən 4-5 ay əvvəl atası Cahangirlə qardaşı Eminin öz aralarındakı danışıqlarından hiss etmişdir ki, Ceyhun və anası Şəmsi incitdikləri üçün Şəmsin Rusiya Federasiyasında yaşayan qardaşı Ruslan və atası Mayıs Ceyhungildən qisas almaq istəyir. Qardaşı ilə atası arasındakı söhbətlərdən anlamışdır ki, X51 Ceyhungildən qisas almaq, Ceyhunu öldürməklə bağlı tapşırıq vermişdir. Ruslan və Mayıs atası Cahangiri və qardaşı Emini cinayət əməlini törətməyə təhrik etmişlər. Atası və qardaşı ona bu barədə heç bir söz deməsələr də, o, onların danışıqlarından bunu hiss etmişdir. O, atasının və qardaşının Ruslan və ya Mayısla əlaqə saxlamalarının birbaşa şahidi olmamışdır. O, özü Mayısı və Ruslanı heç vaxt görməmiş, onlarla heç vaxt əlaqə saxlamamışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 04-05 radələrinə işə getmək üçün, Xocahəsən qəsəbəsində kirayə qaldıqları evdən çıxmış, evdən çıxarkən atası Cahangir və qardaşı Emin evdə olmuşdur. Anası isə təxminən 10-15 gün olardı ki, Lənkəran rayonuna qayıtmışdır. Saat təxminən 00-01 radələrində evə qayıtmış, həmin vaxt atası və qardaşı evdə olmuşlar və hər ikisi oyaq olmuşdur. Yorğun olduğu üçün onlarla heç bir söhbət etmədən sadəcə salamlaşıb yatmışdır. xx.xx.2021-ci il tarixdə saat 05 radələrində işə getmək üçün evdən çıxmışdır. Həmin vaxt atası və qardaşı yatmışdır. Saat 13 radələrində, iş olmadığından və nahar etmək üçün evə qayıtmış, evə gəldikdə atası və qardaşı da, evdə olmuşdur. Həmin vaxt Emin və atası gərgin, bir qədər narahat halda olmuşdur. O, onlardan nə baş verdiyini soruşduqda, atası Cahangir ona Eminlə birlikdə Ceyhungilə getdiklərini, qapını döydüklərini, qapını bir nəfərin açdığım və qapını açan kimi Eminlə birlikdə həmin şəxsi qapının ağzında bıçaqladıqlarını, daha sonra birlikdə meyiti evə apardıqlarını, həm meyitin üzərinə, həm də evə dizel tökərək meyiti və evi əşyaları ilə birlikdə yandırdıqlarını demişdir. Atası həmin vaxt ad çəkməmiş və ona kimi öldürdüklərini deməmişdir. Onun fikrincə atası Ceyhunu öldürdüklərini düşünmüşdür. Sonradan onlara məlum olmuşdur ki, öldürdükləri şəxs Ceyhun deyil, qardaşı Ülfətdir. Atası ona bıçağı və dizeli haradan almaları barədə heç bir söz deməmişdir. Atası Cahangir gah törətdiyi əməldən peşman olduğunu, gah da ki, yaxşı etdiyini bildirmişdir. Qardaşı Emindən bu barədə soruşduqda isə sonuncu “xanıma əziyyət verdikləri üçün ölməliydi, ona görə də, öldürdük” deyə cavab vermişdir. Xanım dedikdə Emin Şəmsi nəzərdə tutmuşdur. Emin həmçinin ona həmin şəxsi, yəni Ülfəti bıçaqla əvvəlcə atası Cahangirin vurduğunu, daha sonra atası ilə birlikdə özünün də Ülfəti bıçaqladığını, bundan sonra isə meyiti evə aparıb yandırdıqlarını bildirmişdir. Emin isə törətdiyi əməldən peşman olmamışdır. Emin də ona yanacağı və bıçağı haradan əldə etmələri barədə bir söz deməmişdir. Bundan sonra onlar Xocahəsən qəsəbəsində ev tapmışlar və əşylarını ora aparmışlar, atası və Eminlə birlikdə bir günü 5 manata olmaqla orada qalmışlar. xx.xx.2021- ci il tarixdə saat 04-05 radələrində atası Cahangirlə birlikdə evdən çıxmış və atasını yola çıxardıb yoldan keçən taksi ilə 20 Yanvar metrostansiyasına yola salmışdır ki, oradan Lənkəran rayonuna getsin, özü isə işə getmişdir. Atası əksər əşyalarını özü ilə aparsa da, bir dəst yorğan-döşək, iki ədəd bahş, qab-qacaq həmin gündəlik evdə qalmışdır, özü həmin gündəlik evdə təxminən 5-6 gün qalmış, lakin orada uzun müddət qalmaq istəmədiyindən və meyvəli bazarında işləyən tanışları birlikdə qalmağı təklif etdiyindən o, gündəlik evdən çıxmışdır. Emin isə tutulacağından qorxduğundan onunla birlikdə qalmaq istəmirdi və başqa ev tapmaq istəyirdi. Bir neçə gündən sonra Eminlə birlikdə Xocahəsən qəsəbəsində başqa bir ev tapmış və Emin həmin evdə qalmağa başlamışdır. Emin əşylarını yəni ədyalını, yastığını, qab-qacağını, paltarlarını onun qaldığı gündəlik evdən yeni tutduğu evə aparmışdır. Qurban bayramı ilə əlaqədar 17 iyul 2021-ci il tarixdə Lənkəran rayonuna getmişdir. Emin kirayə evə köçdükdən hazırkı günə kimi onu görməmişdir, telefonla əlaqə saxlamamışdır. Gündəlik evdəki əşyalarını götürmək üçün o, 22 iyul 2021-ci il tarixdə Bakı şəhərinə getmişdir. Həmin gün müəyyən qədər ərzaq alıb saat təxminən 12-13 radələrində Eminin Xocahəsən qəsəbəsindəki kirayədə qaldığı evə getmiş, qapını döyüb Emini səsləsə də, qapını açan olmamışdır. Bir qədər sonra ev sahibi çölə çıxıb ona Eminin bir gün əvvəl axşamüstü evdən çıxdığını bildirmişdir. O, ev sahibindən Eminin evdən niyə çıxdığını soruşduqda, sonuncu ona Eminin onlara arvadı xəstə olduğundan getməli olduğunu deyib, evdən çıxdığını bildirmişdir. Həmin gün o, Lənkəran rayonuna qayıtmışdır. Şahid4 ifadəsində həmçinin göstərmişdir ki, X41la o qədər də yaxın olmamış, Emin hər zaman öz işləri ilə məşğul olmuş, uzun müddət birbirini görməmiş, Emin çox vaxt onlardan ayrı yaşamışdır. O, Ülfət Höccətovu, Şahid1 və onların ailə üzvlərini tanımamış, onları heç vaxt görməmişdir. Atası Cahangir də, Ceyhunu, Ülfəti və onların ailə üzvlərini tanımamış, Ceyhunu, Ülfəti, ailə üzvlərini heç vaxt görməmişdir. Eminin isə, onları tanıyıb-tanımaması barədə məlumatı yoxdur. X52 Şahmuradovu, həmçinin onun övladları Ruslan və Rufanı tanımamış, onları heç vaxt görməmişdir. Qardaşı Emin isə Şəmslə münasibəti olduğuna görə onları tanımışdır. O, atasının və qardaşının sonradan adının Ülfət olduğunu bildiyi şəxsi öldürmələrini və evi yandırmalarını hadisədən bir gün sonra bilmiş, qardaşı və atası törətdikləri cinayət əməllərini ona etiraf etmişlər. Anası və bacısı isə bu barədə yalnız atası həbs edildikdən sonra bilmişlər. Atası və qardaşının tutulmamaları üçün o, onların törətdikləri cinayətlər barədə heç kimə heçnə deməmiş və bu barədə polisə məlumat verməmişdir. Qardaşı Eminin hazırda harada olmasını bilmir. Emini sonuncu dəfə təxminən 15 gün əvvəl yeni evə köçərkən görmüş, bildiyi qədər, Emin təxminən 7 aydır ki, mobil telefon istifadə etmir. X20 və X29 Ülfət Höccətovun yaşadığı evə getməkdə məqsədləri Şəmsi incitdiyi üçün Ceyhunu öldürmək olmuş, lakin evdə yalnız Ülfət olduğundan onu öldürmüşlər. Ailəsi ilə birikdə Xocahəsən qəsəbəsində kirayədə qaldığı evdə 2 bıçaq olmuşdur. Onlardan biri qəhvəyi rəngli taxta dəstəkli mətbəx bıçağı olmuş, digəri isə daha kiçik ölçülü dəstəyi plastmasdan qırmızı dəstəkli yağ bıçağı olmuşdur. Həmin bıçaqları o, sonradan Lənkəran rayonuna aparmışdır. Lənkəran rayonu Narbağı kəndindəki evində axtarış zamanı götürülmüş və ona təqdim olunmuş bıçaqlardan qəhvəyi dəstəkli, dəstəyinin qutracaq hissəsi bir qədər qaralmış bıçaq Xocahəsən qəsəbəsində kirayədə qaldığı evdə istifadə etdikləri bıçaqlardan biridir. Atası və qardaşı cinayətin aləti olan bıçaqları hadisəsən sonra hara qoymaları barədə ona bir söz deməmiş, onların cinayəti hansı bıçaqlarla törətdiklərini o bilməmişdir. Atası ona 2021-ci ilin may ayında və hadisə vaxtı Ülfətin onu nalayiq ifadələrlə təhqir etməsi, Ülfəti məhz onu təhqir etdiyinə görə öldürməsi ilə bağlı heç bir söz deməmişdir. Ülfət onun atasını tanımamış, atasını heç vaxt görməmişdir. Yalnız qardaşı Emin ona “xanıma əziyyət verdikləri üçün ölməliydi, ona görə də, öldürdük" deyə bildirmişdlir. Onun fikrincə atası ilə qardaşı Ceyhunu öldürmək üçün həmin evə getmişlər və ola bilsin ki, Ülfəti Ceyhun bilib öldürmüşlər. Çünki Emin və atası Cahangir Ülfəti tanımamış, sonuncunu heç vaxt görməmişlər. O, atası ilə qardaşının hadisədən əvvəl nə vaxtsa Ülfət barədə söhbət etmələrini eşitməmişdir. Çox güman ki, atası və qardaşına Ülfətin yaşadığı evi kimsə göstərmişdir. Çünki atası və qardaşı Ülfətgilin evini özləri tapa bilməzdilər. Onun atası və qardaşının xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs Astara rayonunda toyu olacağını, sonuncunun ailə üzvlərinin bir gün əvvəldən Astara gedəcəklərini əvvəlcədən bilib-bilmələri barədə məlumatı yoxdur. Şahid4 istintaqa verdiyi əlavə ifadələrində göstərmişdir ki, 2020-ci ilin təxminən may ayında Şəmsgilin Sərək kəndindəki evlərində təxminən 2-3 gün qalmış, həmin vaxt Emin də orada olmuş və onlar həyətdə qazıntı işləri apararaq qızıl axtarmışlar. Həmin vaxt atası Cahangirdə ora gəlmişdir. Həyətdə bir neçə yerdə qazıntı işləri aparsalar da, qızıl tapa bilməmişlər. Ola bilsin ki, Emin həmin evdə daha uzun müddət qalmışdır. Qazıntı işləri aparmalarına səbəb Şəmsin yuxusunda həyətlərində qızıl basdırıldığını görməsi olmuşdur. Lakin o, Sərək kəndindəki evdə 1 ay yarım qalmamışdır. Bundan sonra onlar birbaşa Şəmsgilin Zirə qəsəbəsində yerləşən evlərinə getmişlər və bir neçə gün orada qalmışlar. Hətta Zirə qəsəbəsində qaldıqları müddətdə Şəmsgilə bir nəfər qonşuluqda yaşayan qadın gəlmiş və qardaşı Emin əlləri ilə həmin qadını müalicə etmişdir. X29 hazırda harada olmasını bilmir. Eminlə elə də yaxın münasibəti olmadığından o, sonuncunun Bakı şəhərində dostu, tanışı yaxın münasibətdə olduğu şəxslərin olub-olmamasını bilmir. Emin əvvəllər «Real» qəzetində jurnalist işləmişdir. O, Eminin jurnalist tanışlarından heç birini tanımır. Qardaşı Emin ********** saylı mobil nömrəni istifadə etmiş, Eminin həmin nömrəsinə sonuncu dəfə təxminən 8-9 ay əvvəl zəng edərək sonuncu ilə danışmışdır. Lakin hazırda Eminin hansı nömrəni istifadə etməsini bilmir. Şahid8 tanıyır, sonuncu Şəmsin qohumudur. Şahid8 də hadisədən əvvəl onun kimi meyvəli bazarında arabaçı işləmişdir. Meyvəli bazarında işlədikləri müddətdə Şahid8 ona yaxınlaşıb, Şəmsin qohumu olduğunu bildirib, qardaşı Eminlə Şəmsin aralarında sevgi münasibətinin olub-olmadığını soruşmuş, o, isə qardaşı üçün problem ola biləcəyindən ehtiyat edib, sonuncuya Şəmslə qardaşı arasında heç bir münasibətin olmadığını bildirmişdir. Ola bilsin ki, Şahid8 Şəmslə qardaşının sevgi münasibətindən xəbəri olmuşdur. (Cild 2, iş vərəqləri 131-138, 195-198, Cild 5, iş vərəqləri 34-36) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid11 ifadəsində göstərmişdir ki, «Ravon Nexia RS 3 SX» markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur, şirkətə məxsus həmin avtomobili müqavilə əsasında idarə edir. xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində növbəti müştərini düşürtdükdən sonra avtomobillə Xocahəsən qəsəbəsində “Xocahəsən dairəsi” deyilən yer istiqamətində hərəkətdə olarkən təxminən 60 yaşlarında şəxs avtomobili dayandırması üçün ona əli ilə işarə etmiş, həmin şəxsin yanında təxminən 30 yaşlarında bir nəfər də olmuşdur. O, avtomobili saxladıqdan sonra əli ilə işarə edən şəxs yaxınlaşaraq ona “Qobu qəsəbəsinə, bazardan bir qədər yuxarı gedəcəyik, bizi neçiyə apararsan” demiş, o isə 6 manata apara biləcəyini bildirmişdir. Daha sonra həmin şəxs yaşca daha cavan olan şəxsə tərəf getmiş, bir neçə saniyə sonra yenidən ona yaxınlaşıb “hər gün bu yolu 5 manata gedirik, fəhlə adamam, 5 manata apaarasan?” deyə soruşmuş, o isə razılaşmışdır. Həmin şəxslər arxa qapıdan avtomobilə əyləşmişlər və o, avtomobili sürməyə başlamışdır. Qobu qəsəbəsindəki bazarı bir qədər keçdikdən sonra yaşlı şəxs ondan bir qədər də irəli sürməsini istəmiş, üzərində Qobu qəsəbəsi yazılmış arkanı bir qədər keçdikdən sonra Qobu PB-nə çatmamış avtomobili saxlamasını istəmişdir. O, avtomobili saxlamış, yaşlı kişi 5 manatı ona verdikdən sonra, həm yaşlı şəxs həm də, digəri avtomobildən düşmüşlər. Avtomobildən düşərkən o, həmin şəxslərə “mənə bazar demişdin amma Qobunun axırına qədər sürdürdün” deyə iradını da bildirmişdir. Lakin onlar heç bir cavab verməyib avtomobildən düşmüşlər, o isə avtomobili sürüb 3 mikrorayonda yerləşən dayanacaq yerinə qayıtmışdır. Şahid11 ifadəsində həmçinin göstərmişdir ki, idarə etdiyi avtomobilə müştəri qismində minmiş həmin iki şəxsdən biri təxminən 60 yaşlarında, saçı seyrək, ağarmış, bığı və saqqalı olmayan, üzü qırxılmış, boyu təxminən 160-165, çəkisi isə təxminən 65-70 kq olan şəxs olmuşdur. Həmin şəxsin əynində bozumtul qısaqol üç düymə köynək olmuş, şalvarının nə rəngdə olmasına İsə fikir verməmişdir. Digər şəxs isə təxminən 30 yaşlarında, boyu təxminən 175-180 sm olan şəxs olmuşdur. Həmin şəxsin üzü dağınıq, qalın saqqallı, bığlı, saçının rəngi isə qara olmuş, əynində qara rəngli qısaqol köynək olmuşdur. Avtomobilə minərkən həmin şəxslərin əlində hər hansı bir əşyanın olubolmamasına isə fikir verməmişdir. Həmin şəxslər avtomobilə əyləşdikdən sonra yolboyu öz aralarında və onunla danışmamış, bir kəlmə belə kəsməmişlər. Həmçinin yol boyu həmin şəxslərin mobil telefonlarına zəng gəlməmiş, onlar da heç kimə zəng etməmişlər. Yaşlı kişi onunla qiymət danışarkən ləhcə ilə danışmışdır. (Cild 1, i/v 146-153) Məhkməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadəsində qızı göstərmişdir ki, qızı Şəms Höccətova və 5 yaşlı nəvəsi Nicatla birlikdə Zirə qəsəbəsində yaşayır. Qızı Şəms xərçəng xəstəsidir, yatalaqdır. Şəms Şahid1la təxminən 5 il əvvəl ailə həyatı qurmuş və həmin nikahdan Nicat adlı övladları olmuşdur. Şəms və Ceyhun ailə qurduqdan sonra Şəmsin Zirə qəsəbəsindəki evində yaşamağa başlamışlar. Hazırda həmin evdə o, qızı və nəvəsi yaşayır. Təxminən 1-2 il əvvəl o, qızı Şəmslə birlikdə, Şəmsin adını xatırlamadığı tanışından 30000 manatlıq qızıl-zinət əşyaları götürmüşlər ki, üzərinə pul qoyub satsınlar. Lakin qızılı satdıqları həmyerlisi Samirə qızılın pulunu ödəməyərək onlara qarşı dələduzluq etmişdir. Bunu Şəmsin əri Ceyhun bildikdən sonra Şəmslə Ceyhun arasında münasibətlər pozulmuş və həmin vaxtdan boşanmasalar da, ayrı yaşamağa başlamışlar. Şəms Ceyhuna 30000 manatlıq qızıl götürdüklərini deməmişdir. Ceyhun onların az məbləğdə qızıl götürdüklərini zənn etmişdir. Əri Mayis və övladları X35 yaşayırlar. Ərinin orada başqa bir arvadı da var. Ceyhunun atası Cümşüdün onlarla münasibətləri əvvəl yaxşı olmuşdur. xx.xx.2021-ci il tarixdə Ceyhun Şəmsə zəng edib ağlayaraq yaşadıqları evin yandığını bildirmişdir. Bir qədər sonra Ceyhun yenidən zəng edib ağlayaraq Ülfətin evdə yanaraq öldüyü bildirmişdir. Ülfət sakittəbiətli, mehriban, ailəcanlı, heç kimlə işi olmayan biri olmuş, daim qardaşı Ceyhuna maddi dəstək olmuşdur. (Cild 1, i/v 130-133) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, 1984-cü ildə onlar ailə həyatı qurmuş və bu nikahdan iki oğlu bir qızı anadan olmuşdur. Hazırda Lənkəran rayonu, Narbağı kəndində yaşayır. 2020-ci ilin dekabr ayından əri Cahangir və kiçik oğlu Elsevərlə birlikdə Bakı şəhəri, Xocahəsən qəsəbəsində kirayə yaşamışlar. Əri Bakı şəhərində fəhləlik etmiş, oğlu isə bazarda arabaçı işləmişdir. xx.xx.2021-ci il tarixdə əri Cahangir Narbağı kəndindəki evlərindən polis əməkdaşları tərəfindən aparılmışdır. O, yalnız sonradan bilmişdir ki, əri Cahangir cinayət törətmişdir. (Cild 2, i/v 95-98) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid7 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Zirə qəsəbəsində yaşayır. Təxminən 10 ildir ki, Zirə qəsəbəsindəki parniklərin birində fəhlə işləyir, saat 08-də işə gedir, saat 18-də evə qayıdır. Şahid5 onun bacısıdır, Şəms Höccətova isə bacısı qızıdır. Şəms Şahid1la evli olsa da, bir neçə ildir ki, ayrı yaşayırlar. Gülnarə və Şəms Zirə qəsəbəsində yaşasalar da, evləri arasında xeyli məsafə olduğundan o, ayda uzağı 2-3 dəfə Gülnarəgilə gedir. Gülnarə və Şəms maddi imkanları olmadığından mobil telefon işlətmirlər. O, 2021-ci ilin iyul ayında Şahid1 qardaşı Ülfət Höccətovun öldürüldüyünü və yaşadıqları evin yandırıldığını eşitmişdir. Şahid7 ifadəsində həmçinin göstərmişdir ki, o, Emin Ramazanovu cəmi bir dəfə 2020-ci ildə Şəmsgildə görmüş, Şəms və Gülnarə ona Eminin «əllərində şəfa olduğunu», əlləri ilə zob xəstəliyini sağaltdığını demişlər. O da, zob xəstəliyindən əziyyət çəkdiyindən Emin həmin vaxt əlini onun boğazına cəmi bir dəfə sürtməklə onu sağaltmışdır. Həmin vaxtdan sonra Emini görməmişdir, hazırda harada olduğunu bilmir. Eminlə Şəms və Gülnarə arasında hansı münasibətin olmasından, onların Emini haradan tanımalarından məlumatı yoxdur. O, Eminin atası Cahangiri və digər ailə üzvlərini tanımır, onları heç vaxt görməmişdir. Şahid8 onun xalası Rəfiqənin oğludur. Şahid8 sonuncu dəfə təxminən 2 əvvəl görmüş, Şahid8 hazırda harada olmasını bilmir. Şahid8 istifadəsində hansı mobil nömrənin olduğunu bilmir, sonuncu ilə mobil telefon vasitəsi ilə sonuncu dəfə 2020-ci ildə danışmış, 2021-ci il ərzində Şahid8lə mobil telefon vasitəsilə əlaqə saxlamamışdır. O, heç vaxt Emin Ramazanovla mobil telefon vasitəsilə danışmamış, Eminin mobil nömrəsini bilmir, sonuncu heç vaxt onun istifadəsində olan mobil nömrəyə zəng etməmişdir. Ülfət Höccətovun qətlə yetirilməsindən təxminən 10 gün sonra Gülnarənin mobil telefonu qırıldığı üçün bəzi vaxtlar Şəms onun telefonu ilə zəng edərək Ceyhunla danışmış, başqa heç kimə zəng etməmişdir. 10-11 iyul 2021-ci il tarixlərdə isə o, telefonunu Şəmsə və ya Gülnarəyə verməmişdir, çünki həmin vaxt Şəmslə Gülnarənin telefonu işlək vəziyyətdə olmuşdur. Şəms və Gülnarə ikisinə bir mobil telefon, bir mobil nömrə işlətmişlər. İstintaqla onun adına və istifadəsində olan ********** saylı mobil nömrə ilə Şahid8 adına olsa da, X9 istifadəsində olmuş ********** saylı mobil nömrə arasında hadisədən bir gün sonra danışıqlar aparılması müəyyən edilsə də, o, Emin Ramazanova heç vaxt zəng etməmiş, həmçinin sonuncuda ona zəng etməmişdir. Həmçinin yaranmış bu ziddiyəti izah edə bilmir.(Cild 4, i/v 221-224) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid8 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayır. X23 xalasının nəvəsidir. Şəmsi sonuncu dəfə tarixini dəqiq xatırlamasa da, 2021-ci ilin yay aylarında sonuncu onun yaşadığı evə gəldiyi vaxt görmüşdür. Həmin vaxt Şəmsin yanında tanımadığı, əvvəllər görmədiyi bir oğlan olmuşdur. Həmin vaxt o, Şəmsdən özü ilə gətirdiyi şəxsin kim olduğunu soruşmamış, Şəmsgil yalnız həyətdə oturub çay içmişlər və bir-iki saatdan sonra çıxıb getmişlər. Həmin gündən sonra Şəmsi və həmin oğlanı görməmişdir. Sonradan o, Şəmsin anası Gülnarəyə zəng edib Şəmsin bir nəfər tanımadığı oğlanla onlara gəldiyini deyib, həmin şəxsin kim olduğunu soruşmuşdur. Gülnarə isə həmin şəxsin adının Emin olduğunu, Şəmsin dostu olduğunu bildirmişdir. X58 arasında olan münasibətdən məlumatı olmamışdır. Sonradan o, sosial şəbəkədə Ceyhunun qardaşı Ülfətin öldürüldüyünü, yaşadığı evin yandırıldığını və cinayəti törədənlərdən birinin Eminin atası Cahangir olduğunu öyrənmişdir. Cahangiri o, əvvəllər bir dəfə meyvəli bazarında Elsevərin yanında görmüş, Elsevər Cahangiri onunla tanış edib, atası olduğunu bildirmişdir. Sonradan Cahangiri görməmişdir. Eminin qardaşı Elsevər onunla birlikdə Sədərək ticarət mərkəzindəki meyvəli bazarında arabaçı işləmiş, Elsevərlə bir neçə dəfə bazarda çay içmişlər. Elsevəri sonuncu dəfə 2021-ci ilin yaz aylarında görmüşdür. Həmin vaxtdan sonra o, meyvəli bazaranndakı işindən çıxmışdır. Şahid8 ifadəsində həmçinin göstərmişdir ki, onun istifadəsində ********** saylı mobil nömrə var. Həmin mobil nömrəni 1 ildən çoxdur ki, istifadə edir, nömrəni Xocahəsən qəsəbəsindəki nömrə satılan mağazadan 5 manata almış, aldığı vaxtdan yalnız özü istifadə etmişdir, nömrə öz adınadır. ********** saylı mobil nömrə də onun adınadır və anası Rəfiqənin istifadəsindədir. Həmin nömrəni təxminən 7-8 ay əvvəl almışdır. ********** saylı mobil nömrə onun adınadır və həmin nömrəni bacanağı Məcnun istifadə edir. Məcnun Zirə qəsəbəsində yaşayır və orada olan istixanaların birində işləyir. ********** saylı mobil nömrə də onun adınadır və əvvəllər həmin nömrəni arvadı istifadə etmişdir. Təxminən 5-6 aydır ki, həmin nömrə istifadə olunmur. **********, **********, **********, ********** sayh mobil nömrələr barədə isə məlumatı yoxdur, həmin mobil nömrələri o, almamış, istifadə etməmişdir. Həmin nömrələrin onun adına olmasından məlumatı olmamışdır. ********** saylı mobil nömrənin onun adına olmasından məlumatı yoxdur. Ola bilsin ki, ********** saylı mobil nömrəni Emin Ramazanov istifadə etmişdir. ********** saylı mobil nömrəni kimin aldığını bilmir, onun istifadəsində heç vaxt belə bir mobil nömrə olmamışdır, o, heç vaxt belə bir mobil nömrə almamış, nömrənin onun adına olmasından məlumatı yoxdur. Onun adına olan ********** saylı mobil nömrənin hadisənin baş verdiyi xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il saat 22 radələrinədək aktiv olmamasından məlumatı yoxdur. ********** sayh mobil nömrəni kimin almasını bilmir, onun istifadəsində heç vaxt belə bir mobil nömrə olmamışdır. O, heç vaxt belə bir mobil nömrə almamışdır. Nömrənin onun adına olması barədə hər hansı fikri yoxdur. Onun adına olan mobil nömrənin Emin Ramazanov tərəfindən istifadə olunması barədə heç bir fikri yoxdur, Şahid4 və Şəms Höccətovanın onun adına olan mobil nömrələri necə əldə etmələri və istifadə etmələri barədə heç bir fikri yoxdur. O, heç vaxt öz adına mobil nömrə alıb və ya öz adına olan mobil nömrəni istifadə etmək üçün Emin Ramazanova, Şəms Höccətovaya və Şahid4 verməmişdir. Emin Ramazanovu yalnız bir dəfə görmüş, hazırda sonuncunun harada olmasından məlumatsızdır. Xalası qızı Gülnarəgilə sonuncu dəfə Şəmsin öldüyü gün getmiş, ondan əvvəl isə Gülnarəgildə təxminən 2-3 il əvvəl olmuşdur. Digər xalası qızı Aynurəgildə isə sonuncu dəfə təxminən 2-3 il əvvəl olmuşdur. (Cild 5, i/v 37-42) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid10 ifadəsində göstərmişdir ki, mərhum Ülfət Höccətov onun əmisinin nəvəsidir. 2021-ci ilin iyul ayının 9-dan 10-na keçən gecə yaşadığı evdə olduğu vaxt Astara rayonu, Sərək kəndində yaşayan X30 onun istifadəsində olan mobil nömrəyə zəng edib Ülfətgilin yaşadığı evin yandırıldığını, Ülfətin də evdə yandığını bildirmişdir. Səhərisi gün Ülfətin böyük qardaşı Ceyhun Yaşara hadisə vaxtı Ülfətin qətlə yetirildiyini və hadisəni törətmiş şəxslərin Ülfətin meyitini və evi yandırdıqlarını bildirmişdir. Şahid10 ifadəsinə əlavə olaraq göstərmişdir ki, o, Cahangir Ramazanhnı və onun övladlarını tanımır, onları heç vaxt görməmişdir. Qardaşı Mayısın arvadından, Cahangir və oğlunun Gülnarənin Astara rayonundakı evində usta kimi işləyib, su quyusu qazdıqlarını eşitmişdir. X30 Astara rayonu, Sərək kəndində yaşayır, vərəm xəstəsidir, özünü çətinliklə idarə edir. Bildiyi qədər, 2 il əvvəl Şəms atası Mayısla birlikdə Astara rayonuna getdiyinə görə Cümşüd Yaşara zəng edərək «sən vərəmsən, hacan ölərsən» deyə bildirməklə sonuncunu alçalmışdır. Həmin vaxtdan sonra Yaşarla Cümşüd küsülüdür. X31 2019-cu ildə Rusiya Federasiyasına getmiş, hazırda da oradadır. Mayisin oğulları Ruslan və Rufan hər ikisi subaydır, uzun illərdir Rusiya Federasiyasının Sverlovsk şəhərində yaşayırlar, sonuncu dəfə təxminən 4-5 il əvvəl Azərbaycan Respublikasına gəlmişlər. Onun Təqsirləndirilən şəxs, övladları Emin və Elsevərin mərhum Ülfət Höccətovu tanıyıbtanımamalan barədə məlumatı yoxdur. O, ailə üzvləri, qardaşları Mayıs, Yaşar və onların övladları heç vaxt Ülfətin yaşadığı evdə olmamışlar, həmin evin harada yerləşdiyini bilməmişlər. X36 Şəmslə cinsi əlaqədə olmasından xəbərdar olması, Təqsirləndirilən şəxs nalayiq ifadələrlə təhqir etməsi və sair barədə Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri yalandır. Ülfət Cahangiri tanımamış, sonuncunu heç vaxt görməmiş, təhqir etməmişdir. Ülfət ümumiyyətlə nalayiq ifadələr işlədən biri olmamışdır, tərbiyəli biri olmuşdur. Çox güman ki, Ülfətin yaşadığı evi Cahangirə kimsə əvvəldən göstərmişdir. (Cild 2, i/v 149-152) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid12 ifadəsində göstərmişdir ki, Ülfət Höccətovu tanıyır, Ülfətgilin evi onun yaşadığı evin yaxınlığında yerləşir. Ülfəti sakit, heç kimlə işi olmayan biri kimi tanımış, hadisədən sonra Ülfətin Sədərək bazarında işlədiyini öyrənmişdir. Ülfətin qardaşlarından birini də, tanıyır, sonuncununda da Sədərək ticarət mərkəzində işlədiyini bilir, bir neçə dəfə Sədərək bazarında görmüşdür. Ülfətin anasını və böyük qardaşını isə heç vaxt görməmişdir. Ülfətgili ilə qonşu olsa da, aralarında gediş-gəliş olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 22-23 aralığında yaşadığı evdə yatdığı vaxt arvadı onu oyadıb, Ülfətgilin evi istiqamətində tappıltı səslərinin gəldiyini demiş, o, yatağından durub həyətə çıxdıqda, Ülfətgilin evindən tüstü çıxdığını görmüşdür. Bundan sonra yola çıxmış və Ülfətgilin evinin yandığını görüb, əvvəlcə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə, daha sonra isə Azərbaycan Respublikası FHN-nin 112 xidmətinə zəng etmişdir. Bir qədər sonra hadisə yerinə yanğınsöndürənlər gəlib yanan evi söndürmüşlər. Şahid12 ifadəsinə əlavə olaraq göstərmişdir ki, Cahangir Ramazanımı, onun övladları Emini və Elsevəri tanımamış, kim olduqlarını bilməmiş, onları heç vaxt Ülfət Höccətovun yaşadığı evin ətrafında və ya Qobu qəsəbəsində görməmişdir. Cinayət əməlini törədənlərdən birinin adının Cahangir olduğunu sonuncu tutulduqdan sonra bilmişdir. Hadisə vaxtı Ülfət Höccətovun yaşadığı evin yaxınlığında çoxlu sayda adam toplaşmışdır. (Cild 2, i/v 191- 194) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid13 ifadəsində göstərmişdir ki, “Sədərək” ticarət mərkəzində “Şirniyyat" bazarı 17-ci sırada yerləşən 59-cu mağazanın sahibəsidir, həmin mağazada cehizlik qab-qacaq satır. 2009-cu ildən həmin mağazanı işlədir. Ülfət Höccətovu təxminən 5 ildir ki, tanıyır, sonuncu əvvəllər Sədərək ticarət mərkəzində arabaçı işləmişdir. Arabaçı işlədiyi müddətdə dəfələrlə olmuşdur ki, Ülfət onun göstərişi əsasında mağazada olan malları bazarda hansısa mağazaya və bazar daxilində hansısa bir yerə aparmışdır. Əri rəhmətə getdikdən sonra o, tək işləməyə başlamışdır. Ülfəti sakittəbiətli, tərbiyəli biri kimi tanıdığından təxminən 2 il əvvəl öz mağazasında işə götürmüşdür. Ülfətə hər ay 500-600 manat arası maaş vermişdir. Ülfət xarakter baxımından sakit təbiətli, heç kimlə işi olmayan, bir qədər özünə qapanıq biri idi. O, Ülftə etibar etmiş, sonuncunu tanıdığı müddətdə və onunla işlədiyi müddətdə hansısa bir pis hərəkətini görməmiş, bu barədə eşitməmişdir. Ona görə də, Ülfətə həmişə etibar etmişdir. xx.xx.2021- ci il tarixdə saat təxminən 10 radələrində işə getmişdir. Ticarət mərkəzinə çatdıqda Ülfətə zəng edib gəldiyini bildirmiş və sonuncu dayanacağa gəlib, avtomobilini parklamağa ona kömək etmişdir. Daha sonra birlikdə mağazaya getmişlər. Həmin gün həm o, övladını həkimə aparmalı olduğundan, həm də Ülfət toya gedəcəyindən işdən saat 16 radələrində çıxmışlar. Saat təxminən 16:20-də Ülfət onu dayanacaqdan yola salmışdır. Təxminən bir həftə əvvəlcədən Ülfət ona xx.xx.2021-ci il tarixdə Astara rayonunda qardaşının toy məclisi olacağını demiş və ondan icazə istəmişdir. O, isə Ülfətə xx.xx.2021-ci il tarixə və xx.xx.2021-ci il saat 12:00-dək icazə vermişdir. xx.xx.2021-ci il tarixdə saat 16:20-də Ülfət onu yola saldıqdan sonra toya geyinmək üçün özünə paltar alacaqmış. Çünki Ülfət xx.xx.2021-ci İl tarixdə ondan pul istəmiş və o, sonuncuya iyun ayının maaşından qalıq qalan 100 manatı vermişdir. xx.xx.2021-ci il tarixdə Ülfət ondan yenə pul istəmiş və o, sonuncuya iyul ayının maaşından 250 manat vermiş və əlavə olaraq da, özündən 50 manat vermişdir. Ayın 8 və 9-u Ülfətə ümumilikdə 400 manat pul vermişdir. Ülfətin özü ona demişdir ki, onu yola saldıqdan sonra, toyda geyinməsi üçün özünə köynək və ayaqqabı alacaq və bir başa yaşadığı evə gedib, ailə üzvləri ilə rayona yollanacaqdır. xx.xx.2021-ci il tarixdə səhər saat 9 olmamış, bazarda qab-qacaq satan Azər onun istifadəsində olan mobil nömrəyə zəng edib, ona Ülfətin bıçaqlandığını demişdir. Sonradan o, Ülfətin öldürüldüyünü bilmişdir. (Cild 1, i/v 109-113) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid14 ifadəsində göstərmişdir ki, təxminən 5 aydır ki, Şamaxinka deyilən yerdə "064” adlı kafedə qabyuyan-ofisiant işləyir. Günə 10-15 manat pul qazanır. Hər gün saat 10:00-dan 23:00-dək bəzi vaxtlar isə daha gec vaxtadək işdə olur. Ülfət Höccətovu təxminən bir ay əvvəl tanımışdır. Belə ki, həmin vaxt Ülfət işlədiyi kafeyə gəlmiş və o, sonuncuya ofisiant kimi qulluq etmişdir. Həmin vaxt Ülfət kafeyə tək gəlmişdir. Həmin vaxt Ülfətin ləhcəsindən talış olduğunu hiss etmiş və sonuncu ona əslən Astara rayonundan olduğunu demişdir. Həmin vaxt Ülfət ya çay, yada ki, pivə içmişdir. Aralarında olan söhbət zamanı Ülfət ona “Sədərək” ticarət O, Ülfətə qızının nişanlı olduğunu, tezliklə ərə gedəcəyini deyib, satdığı qabların qiymətini soruşduqda, sonuncu baha olduğunu, təxminən 300-500 manat olduğunu demişdir. Söhbət zamanı Ülfət ona mənə ucuz qablarda satdığını, ucuz qablar olduqda ona xəbər edəcəyini deyib, mobil nömrəsini istəmiş və bir-birilərinə mobil nömrələrini vermişlər. Həmin vaxtdan sonra Ülfəti işlədiyi kafedə görməmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində işdə olduğu vaxt istifadəsində olan mobil nömrəyə tanımadığı mobil nömrədən zəng gəlmişdir. Zəngə cavab verdikdə, zəng edən ona “qab satan oğlan" olduğunu demiş və o, sonuncunun Ülfət olduğunu bilmişdir. Onlar hal-əhval tutduqdan sonra Ülfət ondan kafedə olub- olmadığını soruşmuş, o, isə kafedə olduğunu bildirdik də, sonuncu çay içmək üçün kafeyə gələcəyini demişdir. Daha sonra Ülfət ondan “orada bir şey mir şey var?” deyə soruşmuşdur. Həmin vaxt o, bilmişdir ki, Ülfət kafedə işləyən digər qızları nəzərdə tutur. O, Ülfətə yoxdur deyə cavab verdik də, sonuncu “yoxdursa niyə gəlim ki, ora” demiş və onlar sağollaşmışlar. Ülfət həmin gün kafeyə gəlməmişdir. O, Ülfəti cəmi bir dəfə görmüş və sonuncu ilə cəmi bir dəfə xx.xx.2021-ci il tarixdə mobil telefonla danışmışdır. (Cild 1, i/v 81-83, 154-156) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadəsində göstərmişdir ki, Zirə qəsəbəsində qızı Şəms Höccətova və 5 yaşlı nəvəsi Nicatla birlikdə yaşayır. Qızı Şəms xərçəng xəstəsidir, yatalaqdır. O, əri Ceyhunla təxminən 1-2 ildir ki, ayrı yaşayır. 09 iyul 2021-ci il tarixdə Ceyhun Şəmsə zəng edib ağlayaraq yaşadıqları evin yandığını bildirmişdir. Bir qədər sonra Ceyhun zəng edib Ülfətin evdə yanaraq öldüyünü bildirmişdir. Ülfət sakit, mehriban biri olmuşdur. (Cild 1, i/v 130-132) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid10 ifadəsində göstərmişdir ki, Ülfət Höccətov onun əmisi nəvəsidir. İyul ayının 9-dan 10-na keçən gecə yaşadığı evdə yatdığı vaxt Astara rayonu, Sərək kəndində yaşayan X30 zəng edib Ülfətgilin yaşadığı evin yandığını, Ülfətin də həmin vaxt evdə olduğunu bildirmişdir. (Cild 2, iş vərəqləri 149-152) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid12 ifadəsində göstərmişdir ki, o, Ülfət Höccətovu sakit, heç kimlə işi olmayan biri kimi tanımışdır. O, 09 iyul 2021-ci il tarixdə saat 22-23 radələrində yaşadığı evdə yatdığı vaxt arvadı onu oyadıb Ülfətgilin evi istiqamətində tappıltı səsləri gəldiyini demişdir. O, yerindən durub həyətə çıxdıqda Ülfətgilin evindən tüstü çıxdığını görmüşdür. Bundan sonra o, yola çıxmış, əvvəlcə DİN-in 102 xidmətinə, daha sonra isə FHN-in 112 xidmətinə zəng etmişdir. Bir qədər sonra yanğınsöndürənlər gəlib yanan evi söndürmüşlər. (Cild 2, i/v 191-194) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Abşeron rayonu, Qobu qəsəbəsi Sonaxanım Salmanova küçəsində X11 ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evidir. Evin həyətinə giriş zoğalı rəngli ikitaylı dəmir darvazadandır. Həyətə giriş darvazasından sağda fərdi yaşayış evi yerləşir. Ev tamamilə yanmış vəziyyətdədir, bir qədər əvvəl yanğın söndürülmüşdür, ona görə də, baxdıqda görünür ki, evin divarlarına, həyətə su vurulmuşdur. Giriş darvazasının qarşısında, evin həyətində darvazadan 2 sm məsafədə yerdə qanabənzər ləkələr vardır. Evin həyəti torpaqdır, islanmış vəziyyətdədir. Ev həyətə girişdən sağda yerləşir, kürsülü olmaqla, bir mərtəbəlidir, mişardaşından inşa edilmişdir, damı isə mövcud deyildir. Evə giriş ön tərəfdən olmaqla, zoğalı rəngli dəmir qapıdandır. Evin giriş qapısı seyf tiplidir, üzərində sınma əlamətləri vardır, öyrənildikdə məlum oldu ki, qapının kilid hissəsi hadisə yerinə ilkin gəlmiş polis əməkdaşları tərəfindən sındırılmışdır. Ev bir dəhliz, üç otaq, bir mətbəx və bir hamam- tualet otağından ibarətdir. Evin tavanı, otaqların döşəməsi, otaqlarda olan əşyalar yanaraq tamamilə yarasız hala düşmüşdür. Evin giriş qapısının qarısında, 1,5 metr məsafədə torpaq üzərində qanabənzər ləkələr vardır. Evin həyəti su ilə islanmış vəziyyətdə olsa da, yerdə hər hansı bir sürtmə, sürümə izi aşkar edilməmişdir. Yanğın söndürüldükdən sonra Ülfət Höccətovun meyiti yaşadığı evdən çıxarılmışdır. Meyit evə girişdən sol tərəfdəki yaşayış otağında aşkar edilmişdir. Hadisə yerinin baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcəyindən X11 yaşadığı evin həyətinə giriş darvazasının qarşısından üzərində qanabənzər ləkələr olan üzəri boz rəngli, içərisi narıncı-qara rəngli, alt hissəsi ağ rəngli bir cüt başmaq, üzərində qanabənzər ləkələr olan kafel hissəsi, həmin yerdən pambıqla hopdurmaqla götürülmüş bir ədəd qanabənzər nümunə və evə giriş qapısının qarşısındakı qanabənzər gölməçədən torpaq nümunəsi proses iştirakçıları və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. (Cild 1, i/v 4-17) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan X4 meyitinin xarici müayinəsi zamanı müəyyən edilmişdir ki, meyitin döş qəfəsinin ön səthinin yuxarı hissəsi, qismən döş sümüyü və xəncərvari çıxıntı nahiyəsinin dəri yumşaq toxumaları istisna olunmaqla bütün bədən səthinin dəri örtüyü yanıb kömürləşmişdir. Yanmış dəri və dərialtı yumşaq toxumalar, eləcə də əzələlər və hissəvi sümük toxuması qaramtıl rəngdədirlər, əllə toxunduqda ovxalanıb tökülürlər. Yanıq nəticəsində meyitin sifət quruluşu tanınmaz hala düşmüşdür. Başın yumşaq toxumaları tamamilə yanmışdır, kəllə tağı sümüklərindən alın və gicgah sümüklərinin bir hissəsinin və təpə sümüklərinin yoxluğu müşahidə olunur. Açıq qalmış kəllə boşluğunda termiki təsirə məruz qalmış, formasını dəyişmiş və qurumuş halda, bozumtul- qaramtıl rəngdə, toxunduqda ovxalanan, dağılmış vəziyyətdə bir hissəsinin yoxluğu ilə müşayiət olunan baş beyinin qalığı vardır. Gözlər göz yuvasında yoxdur, tamamilə yanmışdır. Üz skleti sümükləri əllədikdə tamdır. Görünən dişləri təbiidir. Boyunun bütün səthləri eyni formada fəqərələrə qədər yanıb kömürləşmişdir. Döş qəfəsinin sağ və sol yan səthləri, arxa səthi, qarnın ön və yan səthləri, bel nahiyəsinin dəri və dərialtı yumşaq toxumasının yanaraq kömürləşməsi müşahidə edilir. Həmin nahiyələrdə bəzi hissələrdə qabırğalar və onurğa sütununun bel fəqərələri yanmış və qaralmış şəkildədir, əllədikdə ovxalanıb tökülürlər. Qarın nahiyəsindən bir qədər yanmış bağırsaq ilgəkləri bayın çıxmışdır. Sağ yuxarı ətrafın sağ bazu nahiyəsinin aşağı 1/3-dən, sol yuxarı ətrafın sol bazu nahiyəsinin yuxarı 1/3-dən, sağ aşağı ətrafın sağ baldır nahiyəsinin orta 1/3-dən, sol aşağı ətrafın sol baldır nahiyəsinin aşağı 1/3-dən yoxluğu müşahidə olunur. Yoxluğu müşahidə olunan nahiyələrə baxdıqda sümük toxumalarının kömürləşməsi görünür, əllə toxunduqda ovxalanıb tökülürlər. Aşağı ətraflar bud-çanaq oynağı nahiyəsindən başlayaraq dəri tamamilə yanmış, əzələlər və sümüklər hissəvi kömürləşmişdir. Xarici cinsiyyət üzvləri kişi cinsinə mənsubdur, hissəvi yanaraq kömürləşmişdir. (Cild 1, i/v 18-27) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan hadisə yerinə ekspertin iştirakı ilə keçirilmiş əlavə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Abşeron rayonu, Qobu qəsəbəsi Sonaxanım Salmanova küçəsində X11 ailə üzvləri ilə birlikdə yaşadığı, qardaşı Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Fərdi yaşayış evi Qobu qəsəbəsindən Qobu kəndi istiqamətində asfalt yoldan solda 75 metr məsafədə yerləşir. E. Höccətova məxsus evə ətrafdakı evlər arasından keçən çığır yolla gedilir. Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətin ətrafı - ön, sol və sağ tərəfi mişardaşından hörülmüş divarla bağlanmışdır. Evin arxa divarına, yerdən 1,5 metr hündürlükdə içərisində işıq sayğacı olan metal qutu bərkidilmişdir. Evin həyətinə giriş zoğalı rəngli ikitaylı dəmir darvazadandır. Həyətə giriş darvazasından sağda fərdi yaşayış evi yerləşir. Ev həyətə girişdən sağ tərəfdə yerləşir, kürsüdü olmaqla, bir mərtəbəlidir, mişardaşından inşa edilmişdir, damı isə hazırda mövcud deyildir. Belə ki, dam hissə yanğın zamanı tamamilə yanmış, yerində müxtəlif sahələrdə damın taxta konstruksiyalarının kömürləşmiş franqmentləri qalmışdır. Evə giriş ön tərəfdən olmaqla, zoğalı rəngli dəmir qapıdandır. Evin giriş qapısı seyf tiplidir, üzərində sınma əlamətləri vardır. Belə ki, qapının kilidi sındırılmış vəziyyətdədir. Qapının üzərində eləcə də, termiki təsir izləri, həmçinin evin içərisinə doğru bir qədər deformasiya izləri olması müəyyən edilir, öyrənildikdə məlum oldu ki, qapının kilid hissəsi hadisə yerinə ilkin gəlmiş polis əməkdaşları tərəfindən sındırılmışdır. Ev bir dəhliz, üç yaşayış otağı, bir mətbəx və bir hamam-tualet otağından ibarətdir. Evə daxil olduqda dəhliz yerləşir, dəhlizin giriş qapısına yaxın olan hissəsində taxta konstruksiyalardan hazırlanmış pilləkən davamlı termiki təsirdən tamamilə yanaraq bitmişdir, pilləkən hissədən dəhlizin sonuna doğru uzaqlaşdıqca kömürləşmiş vəziyyətdə döşəmənin taxta atmaları qalmışdır. Dəhlizə girişdən sağ tərəfdə sayca birinci otaq hamam-ayaqyolu otağıdır, onunla yanaşı sayca ikinci otaq mətbəxdir, dəhlizə girişdən üzbəüz yanaşı iki yaşayış otağı vardır və dəhlizə girişdən irəlidə sol tərəfdə üçüncü yaşayış otağı yerləşir. Yanğın izlərinin nisbi analizi ilə müəyyən edildi ki, dərin termiki təsir izləri və dağılmalar qeyd olunan dəhlizdəki pilləkənin yerləşdiyi sahədə yaranmışdır, digəri isə dəhlizə girişdən irəlidə sol tərəfdə yerləşən otağın daxilində demək olarki giriş qapısına yaxın zonada yaranmışdır. Hər iki sadalan zonalarda döşəmənin taxta konstruksiyaları tamamilə yanaraq kömürləşmiş qalıqları kürsü hissəsyə tökülmüşdür. Qeyd olunan otağa girişdə dərin dağılmalar yaranmış zonadan sol tərəfə uzaqlaşdıqca döşəmənin kömürləşmiş vəziyyətdə taxta atmaları qalmışdır. Həmin otağın qapı və pəncərələri tamamilə yanmışdır. Tavan hissəsində bir neçə kömürləşmiş taxta atmalar qalmışdır. Həmin otaqda dərin termiki dağılmalar yaranmış zonada, yəni giriş qapısına yaxın sahədə kürsü hissədə X11 meyiti aşkar edilmişdir. Evin digər otaqlarında yəni qeyd edilən dəhlizə girişdən yanaşı yerləşən otaqlarda eləcə də, mətbəxdə və hamam otağında döşəmə hissələrdə geniş şəkildə dağılmalar yaranmamışdır, döşəmə hissələrə yanğından sonrakt qalıqların töküldüyü müşahidə edilir. Yuxarıda göstərilən hər iki dərin termiki dağılmalar yaranmış zonalar, yəni dəhlizdə çöl qapısının qarşısında pilləkən yerləşdiyi sahə ilə dəhlizə girişdən İrəlidə sol tərəfdə yerləşən otağın daxilində, giriş qapısına yaxın sahədə döşəmə səviyyəsində yaranmış zonanın bir-birinə müstəqil və əlaqəsiz xarakter daşıdığı görünür. Hər iki odlaq zonalarında hər hansı istilik ixrac edə bilən texniki qurğu, eləcə də, yanğını şərtləndirə bilən amillər aşkar edilməmişdir. Baxış zamanı həmçinin evin həyətinə girişdən bir qədər sol tərəfdə irəlidə toyuq-cücə saxlanan yerin yaxınlığında bir neçə taxta konstruksiyalarının eləcə də, konservləşdirilmiş balonların yanmış qalıqları aşkar edildi. Qeyd olunan hissə də, müstəqil, yəni əlaqəsiz mənbə zonası kimi qiymətləndirilir. Bundan başqa baxış zamanı evin yerləşdiyi küçədə digər üzbəüz yerləşən fərdi yaşayış evinin hasarı olmayan həyətindəki tikildən içərisində yanacaq olan plastik butulka aşkar olundu. Butulka açıldıqda içərisindən orqonaliptik benzinə xarakterik iyin gəldiyi hiss olunur. Hadisə yerinin baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcəyindən X11 yaşadığı evin giriş qapısının (dəmir seyf qapı) cəftə, kilid (zamok), cəftə və kilidin dilinin keçdiyi yuva hissəsi kəsilərək, habelə qapının qarşısında yerdə aşkar olunan qapının tuta cağı və kilidin iç hissəsi, eləcə də, evin həyətində yanmış vəziyyətdə olan paltaryuyan maşının içərisində aşkar olunmuş dəstəyi olmayan yanmış vəziyyətdə bıçaq, evin dəhlizinə girişdə pilləkənin yerləşdiyi sahədə kürsü hissədən, dəhlizə girişdən pilləkəndən sonrakı hissədə döşəmənin taxta konstruksiyalarından, dəhlizə girişdən irəlidə sol tərəfdə yerləşən otağın daxilində girişə yaxın zonada kürsü hissədən - meyitin aşkar olunduğu hissədən, evin mətbəxinin döşəməsinin taxta konstruksiyalarından və dəhlizə girişdən irəlidə sol tərəfdə yerləşən otağın daxilində girişə yaxın zonada kürsü hissədən - meyitin aşkar olunduğu hissədən döşəmənin taxta konstruksiyalarından yanğından sonrakı qalıq nümunələri, habelə yanacaq olan plastik butulka qablaşdınlaraq götürülmüşdür. (Cild 1, i/v 34-51) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Tanınmaya təqdim etmə haqqında” 10 avqust 2021-ci il tarixli protokoldan görünür ki, X11 fotoşəkli qardaşları Şahid1 və Zərərçəkmiş şəxs fotoşəkilləri ilə birlikdə Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş və Təqsirləndirilən şəxs Ülfət Höccətovu tanıyaraq, hadisə vaxtı üz-üzə gəldiklərini, sonuncunun sifətinin yadında qaldığını, buna görə də, fotoşəkillərə baxdıqda Ü.Höccətovu tanıdığını bildirmişdir. (Cild 1, i/v 210-211) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azercell” mobil operatorundan daxil olmuş telefon danışıqlarını əks etdirən diskə baxış keçirilməsi haqqında 18 avqust 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 16:31 və 20:22-də, xx.xx.2021-ci il tarixdə saat 00:05-də ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrəyə zənglər olunmuş və iki nömrə arasında müvafiq olaraq 77, 38 və 78 saniyə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə ilə 2020-ci il ərzində X18 istifadəsində olmuş ********** saylı mobil nömrə arasında bir neçə dəfə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə 2021-ci il ərzində Abşeron rayonu Qobu qəsəbəsi ərazisində aktiv olmamışdır. Hadisənin baş verdiyi gün yəni xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə saat 16:31-də Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, saat 20:22-də Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, hadisədən sonra isə xx.xx.2021-ci il tarixdə saat 00:05-də Binəqədi rayonu, Xocahəsən qəsəbəsi ərazisində aktiv olmuş, yəni həmin nömrə ilə danışıq aparılmışdır. Həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə xx.xx.2021-ci İl tarixdən xx.xx.2021-ci tarixədək yalnız Lənkəran rayonu ərazisində aktiv olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində 2021-ci ilin may ayının sonlarında Ülfət Höccətov ilə 20 Yanvar metrostansiyasının yaxınlığında qarşılaşdığını göstərsə də, diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə ümumiyyətlə 2021-ci ilin may ayı ərzində 20 Yanvar metrostansiyası yaxınlığında, həmin metrostansiyanın ətrafının daxil olduğu Nəsimi və Yasamal rayonlarında aktiv olmamış, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının sonlarında Lənkəran rayonunda olmuş, Bakı şəhərində olmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci tarixədək yalnız Lənkəran rayonu ərazisində aktiv olmuşdur. Cahangir Həsən oğlunun istifadəsində olmuş ********** saylı mobil nömrə həmçinin 2021-ci il ərzində müxtəlif vaxtlarda Xəzər rayonu, Zirə qəsəbəsində aktiv olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə 2021-ci il ərzində ümumiyyətlə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində aktiv olmamışdır. Təqsirləndirilən şəxs isə istintaqa verdiyi İfadəsində əvəllər bir neçə dəfə Abşeron rayonu, Qobu qəsəbəsində, Ülfət Höccətovun yaşadığı evin qarşısına, yaxınlığına gəldiyini göstərmişdir. (Cild 3, i/v 12-16) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Azerfon” mobil operatorundan daxil olmuş telefon danışıqlarını əks etdirən diskə baxış keçirilməsi haqqında 19 avqust 2021-ci il tarixli protokoldan görünür ki, X18 adına və istifadəsində olmuş ********** saylı mobil nömrədən X9 istifadəsində olmuş **********, ********** və ********** saylı mobil nömrələrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə “Ürəyim hardasan sən”, “Sənin üçün çox darıxmışam ömrüm sən mənim canımsan ürəyimsən səsini eşitmək istiyirem ömrüm sənin üçün dəlilər kimi sevirəm ürəyim”, “ ömrüm səni dəli kimi sevirəm mən ölərəm sənsiz”, “Səni sevirəm ömrüm gecen xeyrə qalsın “Salam ömrüm hər vaxtın xeyir olsun evdən çıxanda sənə yazaram səni sevirəm ömrüm”, “Seni sevirem om” kimi sevgi xarakterli mesajlar yazılmışdır. X18 istifadəsində olmuş ********** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdən etibarən mesaj yazılmamışdır.X3 istifadəsində olmuş ********** saylı mobil nömrəyə X9 istifadəsində olmuş ********** saylı mobil nömrədən xx.xx.2020-ci İl tarixdən xx.xx.2021-ci il tarixədək “Salam! Aqibetin xeyir olsun gozumun nuru. Senden otru cox darixiram”, “Yaxsiyam sen necesen? Nicatimiz necedir? Anan necedir? ”, “Op nicati evezime. Mamayada salam de. Seher calis tez gel. ”, “Sen menim goren gozlerimsen omrum”, “Sabahin xeyir gunun xos, menali, sevincli, ruzulu, uğurlu olsun cennet ciceyim, gozumun nuru. Sen menim nefesimsen”, “Uzunboğaz batinkami getiresen mumkunse omrum. Ereb kitabini ve balaca sumkanida unutma omrum”, “Salam! Necesen? Bundan sonra harada qalacaqsansa evvelceden icaze almaqini meslehet gorurem. Cunki, sen geden kimi elsevere dedim ki, geceni gelmiyecek. Elede oldu. Opdum gecen xeyre qalsin omrum. Helelik həyatimin menası. Mamana salam soyle”, “Unutma hec vaxt men senin hayat yoldasinam. Neceki sen menim anamsan, atamsan, qardasimsan, bacimsan, qizimsan eyni ile sende meni ozune qarsi ele bilmeyini isteyirem. Aramizda olan duzgunluyu bir omurboyu qorumaqini sene meslehet gorurem. Saat necede gelersen omrum Seni sevmisem sevirem severem her zaman Tamam hec vaxt solmayan etirli, teravetli omur ciceyim, goylerdenyere enen meleyim. Seni deliler kimi sevirem. Unutma Calis axtar tap ev sabah omrum”, "Seni deliler kimi sevirem. Seni hayatda herseye qisqaniram. Men olsemde bele unutma sene olan sevgim olmezdir ebedidir. İmza.,. Seni seven, seni qisqanan mavi gozlu oğlan bir sozle senin delin. Opdum senin heryerinden”, “Ay menim qelbi temiz, mehriban, semimi, xos xasiyyetli hayat yoldasim her Acilan sabahin sene sevinc, sadliq, ugur, menali anlar getirsin. Tezlikle sağlam olaraq canindaki agrilardan Allah seni qurtarsin. Amin! Amin! Amin!!! seni sevirem. Senin ucun cox darixiram meleyim. Bu mavi gozlu oğlan Senin delindir unutma hec vaxt”, “Salam meleyim. Eger imkan olsa vzv veresen danisaq. Opdum seni omrum”, “Sen menim dunyamsan. Mene heckim deye bilmez seni sevmiyim”, “Salam həyatimin menasi. Gunun uğurlu olsun. Allah sene sefa versinamin allah. seni sevirem meleyim. opdum heryerinden”, “Namaz qilib uca Rebbimizden senin ucun çoxlu dualar ederek canivinsagiigi ucun sefalar istedim. İnşallah merhemetli uca ALLAH Oz merhemetini, lutfunu, mehribanligini, sefaetini senin uzerinden esirgemez. Amin! Amin! Amin!!! Seni opub bagrima basiram. Sen menim gorengozlerim, dusunen beynim, cirpinan ureyim, danisan dilim, aldigim nefesimsen. seni sevirem meleyim”, “Seni sevirem omrum” kimi mesajlar yazılmışdır. Bundan başqa X18 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə X9 istifadəsində olmuş ********** saylı mobil nömrə arasında hadisənin baş verdiyi gün, yəni 09 iyul 2021-ci il tarixdə saat 03:21də, 04:46-da, 06:20-də, 09:14-də, 09:34-də, 14:12-də,. 15:05-də, 15:35-də, 15:38-də, 18:30- də, 22:49-də, 23:22-də, 23:32-də, 23:43-də, 23:51-də, habelə 10 iyul 2021-ci saat 00:18-də, 00:46-da, 10:07-də, 13:27-də, 15:26-da, 16:29-da, 16:41-də, 18:05-də danışıq aparılmışdır, həmin mobil nömrələr arasında sonuncu danışıq 10 iyul 2021-ci il tarixdə saat 18:05-də olmuşdur. Bundan əlavə X18 adına və istifadəsində olmuş ********** saylı mobil nömrə ilə 2020 və 2021-ci il ərzində X10 adına və istifadəsində olmuş ********** saylı və Şahid4 adına və istifadəsində olmuş **********, **********, ********** saylı mobil nömrələrlə dəfələrlə danışıq aparılmışdır. Bundan savayı X18 adına və istifadəsində olmuş ********** saylı mobil nömrə 09-10 iyul 2021-ci il tarixdə, yaşadığı Xəzər rayonu Zirə qəsəbəsində aktiv olmuşdur. Diskə baxış zamanı həmçinin müəyyən edilmişdir ki, X9 istifadəsində **********, ********** və ********** saylı mobil nömrələr olmuş, o, həmin mobil nömrələrlə qardaşı Şahid4 və Şəms Höccətova ilə əlaqə saxlamışdır. Həmin mobil nömrələr Emin Ramazanovun istifadəsində olsa da, Astara rayonu, Kakalos kənd sakini Şahid8 adına qeydiyyatdan keçirilmişdir. (Cild 3, i/v 27-42) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Azercell” mobil operatorundan daxil olmuş telefon danışıqlarını əks etdirən diskə baxış keçirilməsi haqqında 07 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, 24-25 fevral 2020-ci il tarixdə X18 istifadəsində olan ********** saylı mobil nömrədən X9 istifadəsində olan ********** saylı mobil nömrəyə - “Salam ömrüm niye cavab vermirsən menə senin üçün çox darıxmışam", “Ömrüm ölürəm senin üçün”, “Emin niye cavab vermirsen”, “ömrüm yaz bilim", “Üreyim partıyır Emin", “Eminim yalvarıram mene cavab ver", “Ömrüm seni çox sevirem” “ömrüm niye cavab vermirsen mənə mən neynəmişəm sənə”, “Ömrüm üreyim partıyır axı cavab yazda”, “Eminim cavab verde niye məni öldürürrsen", “Bir kelme yaz xaış edirem ömrüm", “Ne desen qebulumdu ömrüm sesini eşidim”, “Yalvarıram cavab ver”, “Seni and verirem Emilyanın canına mənə cavab ver ömrüm ölürem men daha”, “ömrüm səni görməy istiyirem gəl səni görümdə", “Həyayımın mənası səni çox sevirəm”, “Mən sənsiz yaşıya bilmərəm Emin ölürem senin üçün”,"Eminim Allaha and olsun Emilyanın nicatın canına and olsun ölürem mənə cavab ver”, “Ömrüm səni dəli kimi sevirem”, “Ay ömrüm bir kelmə yaz salamatsan mən axı ölürem burda”, “ömrüm cavab yaz xaış edirem saat neçe olur olsun mənə yaz ömrüm üreyim partıyır”, “Eminim cavab ver mənə qorban olum”, “ömrüm evide satışa qoymuşam xaiş edirem mənə cavab ver sen istiyen yere köçüb qalaram” və s. məzmunlu mesajlar yazılmışdır. Bundan başqa X9 istifadəsində olan ********** saylı mobil nömrədən X18 istifadəsində olan ********** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 17:24-də və 17:29-da zəng olunmuş və onlıar arasında müvafiq olaraq 242 saniyə və 96 saniyə danışıq aparılmışdır. (Cild 3, i/v 141- 149) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Bakcell” mobil operatorundan daxil olmuş telefon danışıqlarını əks etdirən diskə baxış keçirilməsi haqqında 24 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, X9 adına və istifadəsində olmuş ********** saylı mobil nömrəyə X54 adına və qızının istifadəsində olmuş **********, ********** və ********** saylı mobil nömrələrdən 2020-ci il ərzində müxtəlif vaxtlarda “Salam sabahın xeyir ürəyim incitmə məni qorban olum mən sənsiz yaşa ya bilmərəm eminm Emin səni sevirəm ürəyim, Ömrüm cavab ver qorban olum”, “ömrüm səni dəli kimi sevirəm mən ölərəm sənsiz”, “Həyatım mənə əzab vermə dəli oluram mən səni çox sevirəm ürəyim ca vab ver zəngimə”, “danışmaqda mənə çox görmə ürəyim mən Sənsiz ölərəm”, “ömrüm blokdan çıxart məni ölürəm həyatım havalanmisam mənə işgəncə vermə danismaqi mənə çox görmə ürəyim yalvarıram sənə”, “Bəs sən mənim neyimsen ürəyim sevgilim deyilsən”, “Nicatın Emilyanın canına and olsun ömrüm hamıya ağız açmışam pul üçün İndi bir nəfər var demişəm kartımı verim heç olmasa 2000 min versin mənə", “ömrüm şifanerimi satdım 150m tezə aldıqım telidə sataram evdəki əşy alanda evidə satıqa qoymuşam evi tez almazlar deyə əşyaları satıram”, “Ömüm əlimdən nə gəlir edərəm sənin üçün”, “Bax indi senə pul lazımdı mən heçnə edə bilmirəm", “ömrüm deli oluram səndən ötrü", “ömrüm olar görmürkü 2000 mini tapa bilmirik səndən 10 min istiyilər canımda sənə qorbandı vallah evi 15 minə belə istəsələr verərəm” və digər sevgi xarakterli mesajlar yazılmışdır. Protokoldan həmçinin görünür ki, başqa şəxslərə məxsus mobil nömrələrdən də, Emin Ramazanovun istifadəsində olmuş ********** saylı mobil nömrəyə sevgi və pul borcunun tələbi, verdiyi pulun geri tələb edilməsi ilə bağlı mesajlar yazılmışdır. Bundan başqa protokoldan görünür ki, X9 adına və istifadəsində olmuş ********** saylı mobil nömrədən X54 adına və qızının istifadəsində olmuş **********, ********** və ********** saylı mobil nömrələrə 2020-ci il ərzində müxtəlif vaxtlarda “Men gor yazdim ki, meni axtarma? Ozunden olmuyan sozu cixardirsane vallah.Sen menim ucun cox deyerlisen.Sen menim keçmişimi xatirladirsan.Sen yazanda sevinirem”. “Keçmişimi zorla unutmusdum.sen yeniden o kecmis hislerimi, duygularimi qelbimde oynatdin.Men bunu demek isteyirem.men senin sekillerine baxaraq teselli tapiram”, “Anladim seni.İnsan sevdiyi ile xosbaxt olmazmi?Seni dusunmesem olmur”, “Men ise omur boyu senin qulunam.Cunki kecmisimsen”, “Mene bunu etme xais edirem. Onsuzdə deli kimiyem. Mene yazmamaqla o İdurmekmi isteyirsen? Mene yaz xais edirem. Yalvariram sene nolar”, “Cix sen men Elseveri oturum gelirem 28 de goryserik opdum”, “Sen meni seversen yox sev meni menim ol omrumu verim senden otru. Seni deliler kimi sevirem unutma! Bu sirr olaraq menimlemezara gedecek. seni sevirem hayatim", “Sensiz cox darixiram.deliler kimiyem seni goren gunden”, “Seni sevirem omrum deyer ver sene olan sevgime saat nece olur olsun imkan eden kimi xeber et zeng edim danisaq "ME LEY İM" bu soz bizim acar sozumuz olsun. Sen menim olmaqin ucun her addimi ataram. Opdum”, “Seni qacirdaram bu qeder. Sen ozun dunen dedin meni sevdiyini. Unutma ki menim basim conub artiq heckimi tanimiram bu gunden ve heckimde vecime deyil. Se ne olan sevgimi subut ederem sene. Emin ol buna milyon faiz derem. Bunu ozun istedin ozun etdin. Bu yaxinlarda qacirdaram seni sene soz verirem.”, “Men burdayam.omrum. kecen defe meni gozlediyin terefde. Kimlesen hayatimin menasi?”, “Seni deli kimi sevirem meleyim", “Səni sevirəm. Özündən mugayyat ol hayatim. omrumun mənasi canim nef esim.opdum seni bagrima basiram.imza səni dəli kimi sevən Emin”, “Sənsiz ölürəm. Dəl kimiyəm səndən ötrü hayatim. ömrüm nəfəsim canim”, “Yatanda telini sesde qoy zeng ederem omrum cvb verersen hayatimi. Menasi. Opurem seni her yerinden meleyim. Seni deli kimi sevirem omrum. Sensiz olerem hayatim” və s. sevgi xarakterli mesajlar yazılmışdır. (Cild 3, i/v 231-280) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Azerfon” mobil operatorundan daxil olmuş telefon danışıqlarını əks etdirən diskə baxış keçirilməsi haqqında 29 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, X9 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə X18 adına və istifadəsində olmuş ********** saylı mobil nömrə arasında 2020 və 2021-ci il ərzində mütəmadi olaraq danışıq aparılmış, Emin Ramazanovun istifadəsində olmuş ********** saylı mobil nömrə Şahid8 adına qeydiyyatdadır. Həmin mobil nömrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə aktiv olmuşdur. Belə ki, X9 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə X18 adına və istifadəsində olmuş ********** saylı mobil nömrə arasında hadisədən sonra xx.xx.2021-ci il tarixdə saat 22:49, 23:22, 23:32, 23:43, 23:51-də və xx.xx.2021-ci il tarixdə saat 00:03-də, 00:18-də, 00:46-da, 10:07- də, 13:27-də, 15:26-da, 16:29-da, 16:41-də, 18:05-də danışıq aparılmışdır. X9 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə Şahid4 adına olan ********** saylı mobil nömrə arasında xx.xx.2021- ci il tarixdə saat 06:07-də 53 saniyə, saat 07:16-da 28 saniyə və saat 08:06-da 24 saniyə danışıq aparılmışdır. Zənglər Şahid4 adına olan ********** saylı mobil nömrədən olunmuşdur. Həmçinin müəyyən olundu ki, X9 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə Şahid4 adına olan ********** saylı mobil nömrə arasında xx.xx.2021- ci il tarixdə saat 10:19-da 276 saniyə danışıq aparılmışdır Zəng Şahid4 adına olan ********** saylı mobil nömrədən olunmuşdur. X14 istifadəsində olan ********** saylı mobil nömrədən X9 istifadəsində olmuş ********** saylı mobil nömrəyə 2020 və 2021-ci illərdə müxtəlif günlərdə sevgi mesajları yazılmışdır. Sonuncu mesaj ********** saylı mobil nömrənin aktiv olduğu sonucu gün olan xx.xx.2021-ci İl tarixdə yazılmışdır.Baxış zamanı müəyyən edilmişdir ki, ********** saylı mobil nömrdən X9 istifadəsində olmuş ********** saylı mobil nömrəyə 2021-ci il ərzində müxtəlif günlərdə sevgi mesajlar yazılmışdır. ********** və ********** saylı mobil nömrələrin hər ikisi Şahid8 adına qeydiyyatdadır. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, ********** saylı mobil nömrədən X14 istifadəsində olan ********** saylı mobil nömrəyə 2020 və2021-ci illərdə müxtəlif günlərdə “Yaxsiyam sen necesen? Nicatimiz necedir? Anan necedir?”, “Sen menim goren gozlerimsen omrum. Hayatim parnikede gedesen. Gelməmis bax meslehet gorulse get. Sen menim dunyamsan. Allah qorusun seni mələyim”, “Tamam hec vaxt solmayan etirli, teravetli omur ciceyim, göylərdən yere enen meleyim. Seni deliler kimi sevirem. Unutma” və s. kimi sevgi mesajları yazılmışdır. Sonuncu mesaj ********** saylı mobil nömrənin aktiv olduğu sonucu gün olan xx.xx.2021-ci il tarixdə X14 istifadəsində olan ********** saylı mobil nömrəyə yazılmışdır. X1 istifadəsində olmuş ********** saylı mobil nömrədən Şahid8 adına olan ********** saylı mobil nömrəyə 2021-ci il ərzində müxtəlif vaxtlarda sevgi, 2020-ci ildə isə “Salam. Necesiz? Birce Anaya deyin bunlari anada heckime demesin bu ”, Konule demeyin bu barede”, "Unutmayin butun bunlar bas verertezlikle. ALLAH gösterib mene”, “Salam! Necesiz? Ağsaqqala de 40 dan sonra artiq uzunu evveller qirxdigi kimi qirxa biler. Eger qirxmaq istemese birazda ela lap yaxsi” kimi mesajlar yazılmışdır. Mesajların məzmunundan görünür ki, ********** saylı mobil nömrə 2020-ci ildə Şahid4, 2021-ci ildə isə Şəms Höccətovanın istifadəsində olmuşdur. Müəyyən edilmişdir ki, ********** və ********** saylı mobil nömrələrin hər İkisi Şahid8 adına qeydiyyatdadır. (Cild 4, i/v 114-163) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə tibbi ekspertizasının 27 iyul 2021-ci il tarixli 1602 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. (cild 2, i/v 52) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Məhkəmə tibbi ekspertizasının 07 avqust 2021-ci il tarixli 75 nömrəli rəyində göstərilmişdir ki, X11 meyitinin bədəni üzərində kəskin termiki dəyişikliklər fonunda aşağıdakı xəsarətlər aşkar edilmişdir - döş qəfəsinin ön səthinin sol sarsında döşyanı xətt üzrə Vİİ qabırğa səviyyəsində yerləşən sol tərəfli Vİİ qabırğanı kəsən 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sol yarsında, sol orta körpücük xətti üzrə lll-İV qabırğaarası sahədə yerləşən 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sol yarsında, sol orta körpücük xətti üzrə ll-lll qabırğaarası sahədə yerləşən 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sol sarsında, sol döşyanı xətt üzrə ll-lll qabırğarası sahədə yerləşən 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sol sarsında sol döşyanı xətt üzrə l-ll qabırğaarası sahədə yerləşən 2 (iki) ədəd, döş qəfəsinin ön səthinin sağ yarsında, sağ döşyanı xətt üzrə ll-lll qabırğaarası sahədə yerləşən 1 (bir) ədəd, sağ onurğayam xətt üzrə İX-X qabırğaarası sahədə yerləşən 1 ədəd daxilə nüfuz edən cəmi 10 (on) ədəd olmaqla deşilmiş-kəsilmiş yaraları; döş qəfəsinin ön səthinin 7 (yeddi) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları. Bu xəsarətlərin travması həyatiliyin əlamtlərinə malik olub, ölümündən bir qədər əvvəl iti ucu, bir tərəfi iti, digəri küt olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) və ya əşyanın (əşyaların) təsirindən törənmişdir. Dərəcəsinə görə - kəskin qanitirmə ilə müşayiət olunan ürək kisəsinin, hər iki ağ ciyərin və qaraciyərin yaralanmaları; döş qəfəsinin ön səthinin sol yarsında döşyanı xətt üzrə Vİİ qabırğa səviyyəsində yerləşən sol tərəfli Vİİ qabırğanı kəsən 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sol yarısında, sol orta körpücük xətti üzrə lll- İV qabırğaarası sahədə yerləşən 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sol yarsında, sol orta körpücük xətti üzrə ll-lll qabırğarası sahədə yerləşən 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sol yarsında, sol döşyanı xətt üzrə ll-lll qabırğaarası sahədə yerləşən 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sol yarsında sol döşyanı xətt üzrə l-ll qabırğaarası sahədə yerləşən 2 (iki) ədəd, döş qəfəsinin ön səthinin sağ yarısında, sağ döşyanı xətt üzrə ll-lll qabırğaarası sahədə yerləşən 1 (bir) ədəd, sağ onurğayan xətt üzrə İX-X qabırğaarası sahədə yerləşən 1 (bir) ədəd daxilə nüfuz edən cəmi 10 ədəd olmaqla deşilmiş-kəsilmiş yaraları - həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər, mərhum Ü.Şahid1 ölümü ilə birbaşa səbəbili əlaqəlidir. Döş qəfəsinin ön səthinin 7 (yeddi) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralan həm ayrı-ayrılıqda, həm də ümumilikdə canlı şəxslərdə qeyd olunduğu kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmanın əlamətlərinə malikdirlər. X4 ölümünə səbəb - ürək kisəsinin, hər iki ağciyərin və qaraciyərin yaralanmaları və sol tərəfli Vİİ qabırğanın kəsilməsi ilə müşayiət olunan bədənin çoxsaylı deşilmiş-kəsilmiş yaraları, kəskin qanitirmə olmuşdur. Ülfət Höccətovun meyiti yanaraq kömürləşdiyi üçün ölümün müddətini dəqiq təyin etmək mümkün deyildir, lakin meyitdə olan xəsarətlərin xarakterinə və ümumi dəyişikliklərə əsasən ölümün qərarda qeyd olunan vaxtda, yəni xx.xx.2021-ci il tarixdə baş verməsi inkar olunmur. X11 meyitindən götürülmüş qanda və əzələ parçasında məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (Cild 2, i/v 200-206) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə tibbi-bioloji ekspertizasının 27 iyul 2021-ci il tarixli 507/2021-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, zərərçəkmiş X11 ABO sistemi üzrə qan qrupu- Balfa(H)/lll-dür. Ekspertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş 01 ədəd kafel qırığı, 01 cüt boz rəngli rezin başmaq, 01 ədəd pambıq tampon və torpaq nümunəsi üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda «B» və «H» antigenləri alındı. Bu qan ləkələri Balfa(H)/lll/ qruplu şəxsə, o cümlədən X15 məxsus ola bilər. (Cild 2, i/v 181-188) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə tibbi-kriminalistik ekspertizasının 15 sentyabr 2021-ci il tarixli 378/2021- MTKŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus bir cüt corab, bir cüt ayaqqabı, bir ədəd mayka, bir ədəd köynək, bir ədəd şalvar və bir ədəd tuman üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. (Cild 4, i/v 20-22) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə tibbi-bioloji ekspertizasının 23 avqust 2021-ci il tarixli 541/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus bir cüt corab, bir cüt ayaqqabı, bir ədəd mayka, bir ədəd köynək, bir ədəd kostyum şalvarı və bir ədəd tuman üzərində olan ləkələrdə və maddə hissəciklərində qan aşkar olunmamışdır. (Cild 4, i/v 24-30) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə tibbi-bioloji ekspertizasının 30 avqust 2021-ci il tarixli 559/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Narbağı kəndində yerləşən yaşadığı evdə axtarış və götürmə istintaq hərəkəti aparılarkən götürülmüş bıçaqlardan 3, 8 və 11 nömrələrlə işarələnmiş bıçaqlar üzərində olan ləkələrdə qan aşkar olunmamış, 1, 2, 5, 7, 9, 10 və 12 nömrə ilə işarələnmiş bıçaqlar üzərində isə qana şübhəli ləkə aşkar olunmamışdır. Həmin rəydən həmçinin görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Narbağı kəndində yerləşən yaşadığı evdə axtarış və götürmə istintaq hərəkəti aparılarkən götürülmüş bıçaqlardan 4 və 6 nömrələrlə işarələnmiş bıçaqlar üzərində zəif qan aşkar edilmiş, lakin bu ləkələrdən hazırlanmış məhlullarda zülal aşkar olunmadığı üçün qanın növünü təyin etmək mümkün olmamışdır. (Cild 4, i/v 32-37) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan hadisə yerinə əlavə baxış zamanı X11 yaşadığı evin giriş qapısının (dəmir seyf qapı) cəftə, kilid (zamok), cəftə və kilidin dilinin keçdiyi yuva hissəsi kəsilərək, habelə qapının qarşısında yerdə aşkar olunan qapının tutacağı və kilidin iç hissəsi götürülərək, iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilmişdir. Məhkəmə-trasoloji ekspertizasının 13 avqust 2021-ci il tarixli 3/1291 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən qapının, qıfılın və bir ədəd qapı dəstəyinin üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik əzilmə və batıq zədələridir. Həmin zədələr təqdim edilən dəmir parçası ilə əmələ gəlməsi istisna edilmir. Tədqiqata təqdim edilmiş silindrik mexanizmin daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Lakin silindrik mexanizmin üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik zədələr vardır. Silindrik mexanizmin üzərində olan zədələrin yerləşmə sahəsinə, forma və istiqamətinə əsasən onlar bərk predmetin təsiri nəticəsində yarana bilər. Həmin zədələr təqdim edilən dəmir parçası ilə əmələ gəlməsi istisna edilmir. Həmin rəydə həmçinin göstərilmişdir ki, “Dəmir seyf qapının ekspertizaya təqdim edilmiş hissələrində olan zədələrə əsasən qapının içəridən cəftə ilə yoxsa kilidlə (zamokla) bağlı olubolmamasının müəyyən edilməsi mümkündürmü? Əgər mümkündürsə dəmir seyf qapının ekspertizaya təqdim edilmiş hissələrində olan zədələrə əsasən qapı içəridən cəftə ilə yoxsa kilidlə (zamokla) bağlanmışdır” sualı qıfıl və silindrik mexanizm yarasız vəziyyətdə olduğu üçün cavablandırılması mümkün deyildir. (Cild 4, i/v 39-42) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan hadisə yerinə əlavə baxış zamanı X11 yaşadığı evdən yanğından sonrakı qalıq nümunələri və həmin evlə üzbəüz yerləşən yarımtikilidə aşkar olunmuş içərisində yanacaq olan plastik butulka götürülərək, iş üzrə məhkəmə-kimyəvi ekspertizası təyin edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 26 avqust 2021-ci il tarixli 6/3102 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərilərində “dəhlizə girişdə pilləkənin yerləşdiyi sahədə kürsü hissədən götürülmüş yanğından sonrakı qalıq nümunələri (1 nömrə ilə işarələnmişdir)”, “dəhlizə girişdən pilləkəndən sonrakı hissədə döşəmənin taxta konstruksiyalarından götürülmüş yanğından sonrakı qalıq nümunələri (2 nömrə ilə işarələnmişdir)”, “dəhlizə girişdən irəlidə sol tərəfdə yerləşən otağın daxilində girişə yaxın zonada kürsü hissədən-meyitin aşkar olunduğu hissədən götürülmüş yanğından sonrakı qalıq nümunələri (3 nömrə ilə işarələnmişdir)", “evin mətbəxinin döşəməsinin taxta konstruksiyalarından götürülmüş yanğından sonrakı qalıq nümunələri (4 nömrə ilə İşarələnmişdir)”, “dəhlizə girişdən irəlidə sol tərəfdə yerləşən otağın daxilində girişə yaxın zonada kürsü hissədən -meyitin aşkar olunduğu hissədən döşəmənin taxta konstruksiyalarından götürülmüş yanğından sonrakı qalıq nümunələri (5 nömrə ilə işarələnmişdir)” mətnli yazıları olan polietilen paketlərdə qablaşdırılmış kömür -kül nümunəsinin (Obyekt №1), yarıyanmış taxta hissələrinin (Obyekt №2), kömürləşmiş sümük qalıqlarının və kömür nümunələrinin (Obyekt №3), yanmış taxta nümunəsinin (Obyekt №4), yarıyanmış taxta hissələrinin (Obyekt №5) üzərilərində neft məhsullarına məxsus izlər yoxdur. Tədqiqata təqdim olunmuş plastik butulkada olan neft məhsulu qoxulu sarımtıl- çəhrayı rəngli maye kimyəvi tərkibinə görə tez alışan neft məhsulubenzindir. (Cild 4, i/v 44-47) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 10 sentyabr 2021-ci il tarixli 10/3511 nömrəli rəyində göstərilmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Sonaxanım Salmanova küçəsində Şahid2 məxsus fərdi yaşayış evində yanğın izlərinin nisbi xarakterinə və yaranma mexanizminə görə müəyyən edilmişdir ki, yanğının mənbəyi üç hissədə, onlardan ikisi evin daxilində olmaqla, yəni biri evin dəhlizinin giriş hissəsində pilləkən yerləşən zonada döşəmə səviyyəsində, ikincisi evin dəhlizinə girişdən irəlidə sol tərəfdə yerləşən yaşayış otağının daxilində, otağın girişinə yaxın sahədə döşəmə səviyyəsində, üçüncü isə evin həyətində toyuq-cücə saxlanılan yerin yaxınlığında taxta konstruksiyaların və konservləşdirilmiş balonların saxlandığı sahədə olmuşdur. Yanğın neft məhsulundan odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən üç hissədə, yəni evin daxilində iki, həyətdə isə bir hissədə müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması nəticəsində baş vermişdir. (Cild 4, i/v 49-53) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 08 dekabr 2021-ci il tarixli 4961 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 5, i/v 2-3) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 06 dekabr 2021-ci il tarixli 2902 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal- hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəydə həmçinin göstərilmişdir ki, Təqsirləndirilən şəxs inadkarlıq, eqosentrizm, kinlilik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, öz maraqlarını üstün tutmaq, situasiyanı öz xeyrinə yönəltmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əqliintellektual imkanlarına görə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional vəziyyətində qəzəb yaranmışdır. Həmin halın xüsusiyyətləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 5, i/v 5-9) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə tikinti-texniki ekspertizasının 18 yanvar 2022-ci il tarixli 10/5494 nömrəli rəyində göstərilmişdir ki, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi zamanı dəymiş ziyanın aradan qaldırılması üçün, fərdi yaşayış evində aparılmalı müxtəlif növ tikinti-təmir və yenidən quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğu olaraq 1,0 kv.m sahəyə təqribən 300,0 manat dəyərində vəsaitin sərf olunacağını nəzərə alaraq fərdi yaşayış evində yanğın nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 21690 manat məbləğində müəyyən edilir. (Cild 5, i/v 11-14) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 dekabr 2021-ci il tarixli 9/8236 nömrəli rəyindən görünür ki, baş vermis hadisə nəticəsində X4 yaşadığı evdə yanaraq məhv olmuş əşyaların orta bazar qiyməti 22323 manat müəyyən edilmişdir. (Cild 5, i/v 16-22) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsdən daxil olmuş 05 avqust 2021-ci il tarixli 6567 nömrəli məktubdan görünür ki, X22 həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 2, i/v 190) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsdən daxil olmuş 13 avqust 2021-ci il tarixli 6828 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 3, i/v 86) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş 13 avqust 2021-ci il tarixli 499 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsdən daxil olmuş 21 avqust 2021 ci il tarixli xx/xx-9110 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır, qeydiyyatda yoxdur. (Cild 3, iş vərəq 112) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Astara rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsdən daxil olmuş 23 avqust 2021-ci il tarixli 1938 nömrəli məktubdan görünür ki, X7 RMX PHŞ-in poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji və onkoloji kabinetlərində dispenser qeydiyyatında durmur. (Cild 3, i/v 115) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Abşeron RPİ-nin Qobu PB-dən daxil olmuş 04 oktyabr 2021-ci il tarixli 345-9377-1221 nömrəli məktubdan görünür ki, X22 ilə ailə üzvləri, habelə qonşuluqda yaşayan şəxslər arasında əvvəllər hər hansı bir ədavət, düşməkçilik olmamışdır. (Cild 4, i/v 88-89) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 07 may 2022-ci il tarixli qərardan görünür ki, X11 yaşadığı evin həyətinə giriş darvazasının qarşısından götürülmüş üzərində qanabənzər ləkələr olan üzəri boz rəngli, içərisi narıncıqara rəngli, alt hissəsi ağ rəngli bir cüt başmaq (çəkələk), üzərində qanabənzər ləkələr olan kafel hissəsi, pambıqla hopturmaqla götürülmüş 1 ədəd qanabənzər nümunə, evə giriş qapısının qarşısındakı qanabənzər gölməçədən götürülmüş torpaq nümunəsi, hadisə yerinə əlavə baxış zamanı kəsilərək götürülmüş X11 yaşadığı evin giriş qapısının (dəmir seyf qapı) cəftə, kilid (zamok), cəftə və kilidin dilinin keçdiyi yuva hissəsi habelə qapının qarşısında yerdən götürülmüş qapının tutacağı və kilidin iç hissəsi, eləcə də, evin həyətində yanmış vəziyyətdə olan paltaryuyan maşının içərisindən götürülmüş dəstəyi olmayan yanmış vəziyyətdə bıçaq, evin dəhlizinə girişdə pilləkənin yerləşdiyi sahədə kürsü hissədən, dəhlizə girişdən pilləkəndən sonrakı hissədə döşəmənin taxta konstruksiyalarından, dəhlizə girişdən irəlidə sol tərəfdə yerləşən otağın daxilində girişə yaxın zonada kürsü hissədən - meyitin aşkar olunduğu hissədən, evin mətbəxinin döşəməsinin taxta konstruksiyalarından və dəhlizə girişdən irəlidə sol tərəfdə yerləşən otağın daxilində girişə yaxın döşəmənin taxta konstruksiyalarından götürülmüş yanğından sonrakı qalıq nümunələri, evin yerləşdiyi küçədə digər üzbəüz yerləşən fərdi yaşayış evinin hasarı olmayan həyətindəki tikildən götürülmüş içərisində yanacaq olan plastik butulka, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş paltarlar - qara rəngli bir cüt ayaqqabı, içəri bel hissəsində “BOCRAN” yazılı etiket olan, ön hissəsi zəncirbəndlə bağlanan boz-mavi rəngli zolaqlı kostyum şalvarı, bel hissəsində “short XXL” yazılı etiket olan, ön hissəsi bir qədər cırılmış boz rəngli dama-dama trusik, ağ rəngli qolsuz mayka, tünd göy rəngli bir cüt corab, habelə şübhəli şəxs qismində dindirilərkən əynində olan ön hissəsi düyməli ağ rəngli uzunqol köynək, ümumilikdə 12 ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınaraq Abşeron rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir. “Azercell”, “Azerfon” və “Bakcell” mobil operatorlarından təqdim olunmuş disklər maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 5, iş vərəqləri 130-180) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 186.2.1 və 186.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. O, bu əməlləri qəsdən törətmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlləri başa çatmış cinayət olmaqla təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməli başa çatmış cinayət olmaqla təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikası 120.2.1, 120.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər başa çatmış cinayətlər olmaqla təsnifata görə müvafiq olaraq az ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 186.2.1 və 186.2.2-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 5, i/v 133-134) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ağırlıq dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü və 56.2-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə qəti cəzanın bir hissəsi həbsxanada və qalan hissəsi isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 21 iyul 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 2, iş vərəqləri 6-9, Cild 4, 216-220) Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan bir cüt başmaq, kafel hissəsi, pambıqla hopturmaqla götürülmüş 1 ədəd qanabənzər nümunə, torpaq nümunəsi, cəftə, kilid, cəftə və kilidin dilinin keçdiyi yuva hissəsi, qapının tutacağı, kilidin iç hissəsi, yanmış vəziyyətdə bıçaq, yanğından sonrakı qalıq nümunələri, plastik butulka, hadisə vaxtı Təqsirləndirilən şəxs məxsus bir cüt ayaqqabı, şalvarı, trusik, mayka, bir cüt corab, uzunqol köynək və ümumilikdə 12 ədəd bıçaq məhv edilməlidir. İş materiallarında olan “Azercell”, “Azerfon” və “Bakcell” mobil operatorlarından təqdim olunmuş disklər iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 446 (dörd yüz qırx altı) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasının 02 (iki) il hissəsini həbsxanada, 17 (on yeddi) il hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 446 (dörd yüz qırx altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan bir cüt başmaq, kafel hissəsi, pambıqla hopturmaqla götürülmüş 1 ədəd qanabənzər nümunə, torpaq nümunəsi, cəftə, kilid, cəftə və kilidin dilinin keçdiyi yuva hissəsi, qapının tutacağı, kilidin iç hissəsi, yanmış vəziyyətdə bıçaq, yanğından sonrakı qalıq nümunələri, plastik butulka, hadisə vaxtı Təqsirləndirilən şəxs məxsus bir cüt ayaqqabı, şalvarı, trusik, mayka, bir cüt corab, uzunqol köynək və ümumilikdə 12 ədəd bıçaq məhv edilsin, iş materiallarında olan mobil operatorlarından götürülmüş disklər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-109/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-109/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver