Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-11/2024 06.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: “Şimal” vəkil bürosunun vəkili Müdafiəçi1 və “Femida” vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx.xx.1965-ci il tarixdə Quba rayonu Qımıl- Qışlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Quba rayonu, Qımıl-Qışlaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci xx.xx.1975-ci il tarixdə Xaçmaz rayonu Alıc- Qışlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Alıc- Qışlaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi Təqsirləndirilən şəxs2 09 dekabr 2018-ci ildə, saat 20 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21214 minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili Xaçmaz-Quba yolu ilə Quba istiqamətində 60 km\saat sürətlə hərəkət etdirərkən həmin yolun Xaçmaz rayonu, Armudpadar kəndi ərazisindən keçən 3-cü kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni sürücü yol hərəkət üçün təhlükəsiz şərait yaratmalı, öz hərəktləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və ehtiyatsızlıqdan həmin vaxt yolun hərəkət hissəsində yarım oturaq (çöməlmiş) vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ona başın sol yan arxa tərəfində olan dərialtı qansızmalar, sol alın və ənsə nahiyəsinin yumuşaq toxumalarının daxili səthinin geniş qansızması, sol almacıq nahiyəsinin sıyrığı, beyinciyə nöqtəvari qansızmalar, baş beyinə ocaqlı qansızma, kəllətəpə (tağı) sümüyünün xətti sınıqları, sol körpücük sümüyünün sınığı, sol said sümüklərinin aşağı 1\3-nin sınıqları, sol əlin arxa səthinin, sağ said orta 1\3-nin ön və yan səthlərinin, sağ dirsəyin arxa səthinin və sağ mil-bilək nahiyəsinin arxa səthinin sıyrıqları kimi xəsarətlər yetirməklə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi, Təqsirləndirilən şəxs1 nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan 09 dekabr 2018-ci ildə, saat 20 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan özünə məxsus, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan QAZ-2757AO yük markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili Xaçmaz-Quba yolu ilə Quba istiqamətində 60 km\saat sürətlə hərəkət etdirərkən həmin yolun Xaçmaz rayonu, Armudpadar kəndi ərazisindən keçən 3-cü kilometrliyində göstərilən Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni sürücü yol hərəkət üçün təhlükəsiz şərait yaratmalı, öz hərəktləri və hərəkətsizliyi ilə digər hərəkət iştrakçılarına və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və ehtiyatsızlıqdan həmin vaxt eyni istiqamətdə hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-21214 minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə vurularaq yolun hərəkət hissəsində uzanıqlı vəziyyətdə qalmış piyada Zərərçəkmiş şəxs üstündən keçməklə Zərərçəkmiş şəxs ənsə nahiyəsinin əzilmiş çapılmış yarası və həmin səviyyədə ənsə sümüyünün qəlpəli sınığı, ənsə sümüyünün təpə sümüyünə istiqamətlənən iki ədəd xətti sınıqları, sərt beyin qişasının ənsə payının cırılması, sol arxa kəllə çuxurunun xətti sınıqları, beyin mədəciklərdə hemorragik maye, beyin mədəciklərinə qansızma, alının sağ yarsının sıyrığı, kəllə sümüklərinin qəlpəli sınığı, döş qəfəsinin yastılaşması, qabırğaların iki tərəfli çox saylı sınıqları ( sağ İİ,İİİ,İV,V, Vİ, Vİİ, sol İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların sınıqları) gövdənin aşağı şöbəsinin sol yan səthinin, sağ yarsının, sağ kürəkaltı nahiyəsinin sıyrıqları, qarın boşluğunda 700,0 ml.duru və laxta qan, dalağın cırılmış yaraları, sol böyrək nahiyəsinin qansızması, sol said sümüklərinin aşağı 1\3-nin sınıqları, sol əlin arxa səthinin, sağ saidin orta 1\3-nin, ön və yan səthlərinin, sağ dirsəyin arxa səthinin, sağ mil bilək nahiyəsinin arxa səthinin sıyrıqları, sağ bud və sağ baldır sümüklərinin orta 1\3-nin, sol baldır sümüklərinin aşağı 1\3-nin sınıqları, sol budun aşağı 1\3-nin ön səthinin, sağ dizin yan səthinin, sağ baldırın orta 1\3-nin ön səthinin sıyrıqları ilə müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, bundan sonra Təqsirləndirilən şəxs1 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən zərərçəkənə ilk tibbi yardım göstərilməli olduğu halda bunu etməyərək hadisə yerindən qaçmış, bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, 09 dekabr 2018-ci il tarixdə axşam radələrində hadisə yerinə çatanda hava qaranlıq idi. Çiskin-dumanlı hava olmuşdur. Qarşıdan gələn avtomobillərin işıqları da görməni məhdudlaşdırmışdır. Hadisə yerinə çatmağa üç-beş metr qalmış önündəkinin insan olduğunu bilmiş, yoxsa o vaxta kimi qarşıdakının insan olmasını göstərəcək hansısa əlamət olmamışdır. Qarşıdakının adam olduğunu bildikdən sonra var gücü ilə əyləcə basaraq avtomobili bacardığı qədəri ilə yolun soluna qaçırmışdır. Ona görə yolun sağına qaçıra bilməmişdir ki, sağ tərəfdə iki ya da üç nəfər adam olmuşdur. Onlara xəsarət yetirməkdən qorxduğu üçün avtomobili yolun soluna qaçırmışdır. Yolun solunda başqa bir avtomobillə toqquşacağı halda özünün xəsarət almağına razı olmuş, təki kənardakı adamlara heç nə olmasın. Yolun sol tərəfinə çıxan zaman avtomobili saxlamışdır. Daha sonra avtomobildə olan ailə üzvlərini nəzərə alaraq avtomobilini yoldan kənara çıxartmışdır. Avtomobildən düşmüşdürlər. Qabaqda o, arxasında da arvadı mərhuma tərəf gələndə kənardan qışqırmışdırlar ki, ona məxsus mobil nömrə ilə zəng edib hadisə barədə məlumat versin, qeydiyyata öz nömrəsi düşsün. Əlini telefona atmaq istədikdə telefonun üzərində olmadığını müəyyən etmişdir. Yenidən avtomobilin yanına qayıtmışdır. Avtomobildə bir xeyli mobil telefonunu axtarmışdır. Telefon tapılmış, telefonu götürüb gələn zaman “qazel”-in keçdiyini görmüşdür. Onlar qayıdanda mərhum yolun sağ hərəkət istiqamətində, yolun ortasında uzanıqlı vəziyyətdə olmuşdur. Hər iki tərəfdən də xeyli adam yığılmışdır. Telefonların işığından da bilinirdi ki, telefonla hadisəni çəkirlər. Onlar ora gəlib çatmamış “qazel” markalı avtomobil gəlib keçmişdir. Təqsirləndirilən şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, zərər çəkmiş şəxsi avtomobilinin sağ hissəsi ilə vurmuşdur. Mərhum yolun ortasında dizlərini, əllərini və alnını yerə qoyaraq “səcdə” vəziyyətində dayanmışdır. Hadisədən sonra sağ tərəfdə də, sol tərəfdə də çox sayda insanlar olmuş və əllərində mobil telefonlarının işığını yandırıb nəyisə çəkmişdirlər. Ona görə “qazel” markalı avtomobil keçəndə o tam olaraq oraya yaxınlaşa bilməmişdir. “Qazel” markalı avtomobil mərhumun üzərindən keçmişdir. Həmin avtomobil keçən zaman zərər çəkmiş şəxs bir neçə dəfə sürüklənmişdir. “Qazel” markalı avtomobil keçib getmişdir. “Qazel” markalı avtomobilin sürücüsünü şöbədə görmüşdür. Ona orada kimsə “Qazel” markalı avtomobilin dövlət qeydiyyat nişanını demişdir. Nömrəni deyən insanın Elçin olub-olmadığını bilməmişdir. Xeyli sonradan bilmişdir ki, dövlət qeydiyyat nişanını ona söyləyən şəxs avtoyuma məntəqəsində işləmiş, hadisə ilə bağlı zəng etməyi də o, ona bildirmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, hadisə zamanı avtomobilində arvadı, gəlini və iki azyaşlı nəvəsi olmuşdur. O, mobil telefonu götürüb hadisə yerinə gəldikdə ona bir nəfər demişdir ki, “artıq zəng etmişəm”. “Qazel” markalı avtomobil gələndə insanlar avtomobilin önünə qaçıb onu saxlamamışdırlar, amma insanlar qışqırıb hay-haray, əl etmişdirlər. “Qazel” markalı avtomobil çox da sürəti olmamışdır. Hadisə yerinə çatmamışdan əvvəl sürəti 60 km/saat olmuşdur. Hadisə yerinə haradasa 20-25 metr qalmış qarşısında maneə olduğunu görmüşdür. Düşünmüşdür ki, o, da digər avtomobillərin sürücüsü kimi həmin maneənin sağından və ya solundan keçsin. Yalnız obyektə üç-beş metr qalmış qarşıdakının insan olduğunu müəyyən etmişdir. O vaxta qədər qarşıdakının insan olmasını bilmək heç cür mümkün olmamışdır. Qarşıdakı maneəni ilk gördüyü anda əlbəttə ki, ilk olaraq ayağını qazdan çəkmiş, əyləcə basmağa hazırlaşmışdır. Mərhuma təxminən beş metr qalmış sürət həddinin neçə olmasını bilməmiş, baxmamışdır. Sadəcə olaraq avtomobilin sürətini azaldıb mərhumdan qaçırmağa çalışmışdır. Mərhuma yaxınlaşan zaman sonuncuda hansısa tərpəniş olmamışdır. Mərhumun arxaya çıxmış ayaqlarından bilmişdir ki, qarşısındakı maneə əslində adamdır. İnsanlar mərhumu yoldan kənara çıxaran zaman görməmişdir. Bəlkə də zərər çəkmiş şəxsi yoldan çıxarmağa cəhd etmişdirlər. “Qazel” markalı avtomobil keçdikdən sonra zərər çəkmiş şəxsi görmüşdür. Həmin vaxt mərhum nəfəs almışdır. Başının altından bir az qan axmışdır. Əl tutan qədər yerdə qan olmuşdur. Üzüyuxarı dayanmışdır, üzündə hər hansı xəsarət izi olmamışdır. “Qazel” markalı avtomobil keçib getdikdən sonra kiminsə həmin avtomobilin arxasınca getməsini bilməmişdir. Dövlət qeydiyyatını ona deyən şəxs bildirmişdir ki, “uşaqlar gediblər”. Sonra demişdirlər ki, qeyd olunan avtomobil burada dayanıb, ot bağlamaları olan traktorun arxasındadır. “Qazel” markalı avtomobili deyilən yerdə görmüşdür. O, avtomobili görmüşdürsə, konkret olaraq Zəkini görməmişdir. Zəkini şöbədə görmüşdür. “Qazel” markalı avtomobil mərhumun üzərindən keçdikdən sonra sonuncu hələ də yaşamışdır. Mərhum sağ olmasaydı, tibbi yardıma zəng etməyini bildirməzdirlər. Texniki baxımdan hadisənin qarşısını almaq mümkün deyildir. Hadisənin qarşısını almaq üçün tədbir kimi ayağını qazdan götürmüş, əyləcin üzərinə qoymuşdur. Zərər çəkmiş şəxsə üç-beş metr qalmış qarşıdakı maneənin insan olduğunu bilmişdir. Bundan sonra əyləcə basaraq avtomobili bacardığı qədərilə qaçırmışdır. Hadisənin olmaması üçün bacardığı bütün tədbirləri görmüşdür. Təqsirləndirilən şəxs2 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, hadisəni törədəndən sonra mərhumun başına hər iki tərəfdən səkkiz-on, bəlkə də on beş nəfər yığılmışdırlar. Hadisə zamanı zərər çəkmiş şəxs uzanmamışdır, “səcdə” vəziyyətində olmuşdur. O, mərhumu vurduqdan sonra o, uzanıqlı halda olmuşdur. Avtomobilindən düşüb zərər çəkmiş şəxsə tərəf getsə də, mobil telefonunu götürmək üçün geri qayıtdığından həmin vaxt sonuncunu görə bilməmişdir. Telefon söhbətini eşidib arxaya qayıtmış, tam olaraq mərhumun yanına çata bilməmişdir. Telefonumu götürüb gələndə “Qazel” markalı avtomobil zərər çəkmiş şəxsin üzərindən keçmişdir. Hadisə zamanı “Qazel” markalı avtomobilin sürət həddini bilməmişdir. “Qazel” markalı avtomobil keçərkən mərhumun bir neçə dəfə yolun üzərində dövrə vuraraq fırlandığını, “yumalanıb” getdiyini görmüşdür. Zərər çəkmiş şəxsin yolun üzərində neçə dəfə dövr etdiyini dəqiq deyə bilməmişdir. Hər təkərin altında təxminən iki-üç dəfə dövr etmişdir. İnsanların arasında mərhumun “diyirləndiyini” görmüşdür. Hava qaranlıq olsa da, insanların əlində mobil telefonlar olmuş və telefonların işiğını yandırmışdırlar. Telefon işıqları olduğundan “Qazel” markalı avtomobil hadisə törədən zaman hadisə yeri işıqlı olmuşdur. İnsanlar mobil telefonları ilə hadisəni kameraya çəkmişdirlər. Ondan sonra, mərhumun üzərindən bir avtomobil keçib, iki avtomobil yox. Hadisədən səkkiz-doqquz gün sonra yenidən hadisə yerinə getmişdir. Maraqlanmaq istəmişdir ki, hadisə günü zəng edən, avtomobilin nömrəsini kim demişdir. Avtoyuma məntəqəsinə yaxınlaşmış və bir neçə gün bundan qabaq belə bir hadisənin baş verdiyini bildirərək hadisəni görüb-görmədiyini soruşmuşdur. Hadisəni görən şəxsin adı Elçin olmuşdur. Elçin məhkəmə istintaqı zamanı ifadə verərkən “Qazel” markalı avtomobilin dövlət qeydiyyat nişanını görmədiyini bildirsə də, ona “Qazel” markalı avtomobilin dövlət qeydiyyat nişanını söyləmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, avtomobili ilə zərər çəkmiş şəxsi vurduqdan dərhal sonra hərəkətləri bundan ibarət olmuşdur ki, əvvəl yolun sol hissəsində dayanmışdır. Avtomobildə gəlini və nəvələrinin olmasını nəzərə alıb idarə etdiyi avtomobili yolun kənarına çəkmişdir. Dərhal da avtomobildən düşüb mərhuma tərəf qaçmağa başlamışdır ki, zərər çəkmiş şəxsi taksiyə və s. qoyaraq xəstəxanaya aparsın. Mərhumu ona görə xəstəxanaya apara bilməmişdir ki, kənardan ona doğru qışqıraraq zəng etməyini bildirmişdirlər. O, avtomobili ilə zərər çəkmiş şəxsi vuran zaman sonuncu hərəkət etməmişdir, bayaq bildirdiyi kimi yolun ortasında dayanmışdır. O, mərhumun üzərindən keçməmiş, sürətini azaldıb bacardığı qədərilə avtomobili qaçırmışdır. Vaxtında qaçırmasaydı, mərhumun üzərindən keçmiş olacaqdır. Amma üzərindən keçməmişdir. Zərər çəkmiş şəxsi də xəstəxanaya aparmaq kimi niyəti olmuşdur. Onun avtomobili ancaq zərər çəkmiş şəxsin omba hissəsinə dəymişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, dekabrın doqquzu axşam radələri, yağışlı-dumanlı hava olmuşdur. Haradasa saat yeddi radələrində evdən çıxmışdır. Saat səkkizin yarısı üçün hadisə yerinə çatmışdır. Zərər çəkmiş şəxs yolun istiqamətində yerdə uzanmış vəziyyətdə olmuşdur. 15-20 metr qalmış sükanı sağa qaçırmışdır. Sol təkərləri zərər çəkmiş şəxsin baldırlarını tutmuşdur. Həmin vaxt ondan da haradsa 10 metr qabaqda “Prado” markalı avtomobil və traktor olmuşdur. Onun idarə etdiyi avtomobillə manevr edərək avtomobili traktorun qarşısında saxlamışdır. Bundan sonra digər avtomobillər işıqlarını onun üçün yandırıb-söndürmüşdürlər. O, da avtomobili kənara çəkib saxlamışdır. “Niva” markalı avtomobil də onunla üzbəüzdə təxminən beş metr qarşıda olmuşdur. O, hadisəni törətdiyi yolun solunda dayanmış, o da, sağında, traktorun qabağında dayanmışdır. Burada qaçmaq, vurmaq və s. kimi məsələlər olmamış, sadəcə olaraq zərər çəkmiş şəxsin qıçlarının üzərindən idarə etdiyi avtomobillə keçmişdir. Avtomobili çox yaxşı idarə edən olmuşdur. Hadisə zamanı yer yan tərəfdəki obyektlərlə əlaqədar şirəli olmuş, şirəni yumamışdırlar, yağış da yağmışdır. Bu səbəbdən o, ani olaraq avtomobili dərhal saxlamamışdır. Təqsirləndirilən şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, hadisə zamanı avtomobilində Şahid3 olmuşdur. O, təxminən 50-60 km/saat sürətlə hərəkət etmişdir. İdarə etdiyi avtomobil saatda 60-dan yuxarı getmişdir. Qəza zamanı sürücülük vəsiqəsi olmamışdır. Mərhumu ona təxminən iyirmi metr qalmış telefon işıqlarından görmüş və ayağını qazdan götürmüdür. Fikirləşmişdir ki, anidən əyləcə basıb avtomobili saxlamağa çalışmasın, digər tərəfdə çox sayda insanlar olduğu üçün avtomobili sağa doğru qaçırmışdır. Elə bilmişdir ki, qəzasız keçmiş, amma təkərlər baldırın üzərindən keçmişdir. Hadisə vaxtı yol işıqlı deyil, zil qaranlıq olmuşdur. Mərhum yolun ortasında olmuş, az-maz qan ləkələri görünürdü. Avtomobilindən düşüb camaatın arasına gəlmişdir. Zərər çəkmiş şəxsi məndən əvvəl vurub yerdə uzanacaq vəziyyətə salan Abdulla olmuşdur. Hadisədən sonra kimsə onun arxası ilə gələrəkonu çağırmamışdır. Şahid5 burada görmüş, hadisədən əvvəl tanımamışdır. Onda ümumiyyətlə sürücülük vəsiqəsi olmamışdır. Təqsirləndirilən şəxs1 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, yol-nqəliyyat hadisəsi baş verdikdən sonra aşağı düşmüşdür. Orada Elvin adlı tanışı olmuşdur. O, ona mərhumun qıçlarını sındırdığını bildirmişdir. Elvindən yerdəki şəxsin nəbzini yoxlamasını xahiş etmişdir. Elvin mərhumun nəbzinə əl atmış və ona demişdir ki, bu, bəlkə də “Niva” markalı avtomobil vurmamışdan qabaq ölmüşdür. Başından qan az axmışdır. Qan bir az axıb dayanmışdır. Hadisə yerində kamera olmamışdır. Onun da iki şahidi olmuşdur. Fakt, hadisədən sonra on beş-iyirmi saniyəni görən məhəllə uşaqları olmuşdur. Onlar da Abdullanın uzaq qohumu çıxmışdırlar, şahidlikdən imtina etmişdirlər. Bildiyi qədəri ilə, “Mercedes” markalı avtomobil “Niva” markalı avtomobilin arxasında olmuş, sonuncu mərhumu vurandan sonra “Mercedes” markalı avtomobil də meyitin üzərinə çıxmışdır. Hadisə yerində o, Elçini görməmiş, görsə də, yadında qalmamışdır. Orada olan şəxslərdən qonşu kənddə yaşayan Elvinlə Ramin yadındadır. İbtidai istintaq zamanı “Mercedes” markalı avtomobil haqqında da məlumat vermişdir. Özləri tənbəlliklərindən gəlib kameralara baxmamamışdırlar. Təqsirləndirilən şəxs1 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, hadisə günü yol nəqliyyat hadisəsindən qabaq “Niva” markalı avtomobili görməmişdir. Xaçmaz dairəsindən üzü Qubaya tərəf gələn zaman “Niva” markalı avtomobili görməmişdir. Şəmi demişdir ki, onlar dairəni dönəndə “Niva” markalı avtomobil onları keçmişdir. On dəqiqə ərzində aptekə gedib dərman preparatlarını alıb arxaya qayıtmışdır. Mərhum gedəndə sərxoş olmuş, əlində şüşə də olmuşdur. Zərər çəkmiş şəxslə arasında iyirmi metr məsafə olmuşdur. Yol da şirəli olmuş, təzə də yağış yağmış, hava dumanlı olmuşdur. Hadisə yerinə çatana yaxın telefon işıqlarını görmüşdür. On-on beş nəfərin telefon işığı olmuş, ilk öncə elə bilmişdir ki, nəsə yolun solunda hadisə olmuşdur. Ancaq adamlar yolu açmış, meyit də yolun ortasında oturmuşdur. Zərər çəkmiş şəxsə yaxınlaşdıqda qarşısına çıxıb onu saxlayan, əl edən olmamışdır. Həmin anda da əyləcə basıb avtomobili saxlaya bilməmiş, “qazel”-in əyləci ağır olmuşdur. Əyləcə anidən basmış olsa idi, camaatı vura bilərdi. Abdullanı düşüb gələndən sonra görmüşdür. Ondan bir dəqiqə qabaq Şəmi gəlmişdir. Şəmi gəlib, sonra da o gəlmişdir. Hadisə yerində tanıdığı əsas qonşu kənddən olan “Elvin” və “Ramin” adlı tanışları olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, hadisənin şahidi olmamışdır. Hadisə baş verdikdən sonra hadisədən xəbər tutmuşdur. Təqsirləndirilən şəxslərlə barışmış və onlar barəsində hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, hadisə günü Xaçmaz rayonundan Quba rayonuna gedərkən hava çiskinli və qaranlıq olmuş, bir anda çaxnaşma olmuşdur. Abdulla tormaz verib avtomobili saxlamış və nəyəsə toxunduğunu söyləmişdir. O, gəlininə avtomobildə oturmasını söyləmiş və Abdulla ilə birlikdə avtomobildən düşmüşlər. Bir nəfər ona “Dayı, tibbi yardıma zəng elə” demiş, Abdullanın telefonu üzərində olmadığı üçün telefonu götürmək üçün avtomobilə qayıtmışlar. Geri qayıtdıqda isə xəsarət yetirdikləri şəxsin qazel markalı avtomobil tərəfindən vurulması nəticəsində irəlidə üzü üstə vəziyyətdə olduğunu görmüşlər. Daha sonra polis əməkdaşları gələrək Abdullanı aparmışlar Şahid1 dövlət ittihamçısının suallarına cavab olaraq göstərmişdir ki, avtomobildə özündən başqa Abdulla, gəlini və nəvələri olmuşdur. Abdulla ona nəyəsə toxunduğunu demiş, o bunu hiss etmiş, həmin vaxt çaxnaşma olmuşdur. Avtomobildən düşdükləri vaxt zərər çəkəni görməmiş, çünki onun olduğu yerə gedənə qədər oradakı bir nəfər TTY-a zəng etməklərini söyləmiş və onlar da geri qayıtmışlar. O, qazel markalı avtomobilin zərər çəkən şəxsi vurğunu görmüş, zərər çəkən şəxs 7-8 metr sürüklənmişdir. Qazel markalı avtomobil Xaçmaz rayonundan Quba rayonu istiqamətində getmiş, o, zərər çəkən şəxsi vurduqdan sonra dayanmadan getmişdir. Abdulla zərər çəkəni vurduqdan sonra onu görməmişlər, lakin orada olan bir nəfər “Dayı, yaralıdı, TTY zəng elə” demişdir. Moykada işləyən bir nəfər onlara “Mən yaralını kənara çəkmək istədim, amma qazel gəldiyi üçün çəkə bilmədim” demişdir. Zərər çəkən şəxsi vurduqları yer qaranlıq, zərər çəkənin daha sonradan qazel tərəfindən sürükləndiyi yer isə işıqlı olmuşdur. Şahid1 müdafi Müdafiəçi1 suallarına cavab olaraq avtomobildən düşüb 1-2 addım irəlilədikdən sonra bir nəfər şəxsin onlara TTY yardıma zəng etməyini, özlərinin zəng etməyinin daha yaxşı olacağını demişdir. Şahid1 Müdafiəçi2 suallarına cavab olaraq hadisə 09 dekabr tarixində baş vermiş, həmin vaxt hava çiskinli, yağışlı və qaranlıq olmuşdur. Gəlini və uşaqlar arxada oturmuş, qabaq oturacaqda kimsə oturmamışdır. Abdulla tormoz vermiş, avtomobili sol tərəfə çıxartmışdır. Abdulla TTY-a zəng etmək üçün telefonunu götürmək məqsədilə avtomobilə geri qayıtmış, hadisə yerində olan bir nəfər Abdullaya “Sənin TTY-a zəng etməyin daha yaxşıdır” demişdir. Hadisə yerində nə qədər insan olduğunu xatırlamadığını, ilk əvvəl təxminən 5-10 nəfərə yaxın adam olmuş, daha sonra isə xeyli insan oraya yığışmışdır. İnsanlar Xaçmazdan gələn istiqamətdə, yolun solunda yığışmış, hadisə yerinə yığışan şəxsləri əvvəldən tanımamışdır. Şahid1 məhkəmə tərkibinin suallarına cavab olaraq Abdullanın tormoz verdikdən sonra taqqıltı səsi gəldiyini, həmin vaxt zərər çəkən şəxsin qışqırmasını eşitmədiyini, Abdulla avtomobil ilə zərər çəkən şəxsi vurduqdan sonra onu görmədiyini, qazel vurduqdan sonra zərər çəkən şəxsin üzüüstə, ağzından qan axan vəziyyətdə olduğunu gördüyünü bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, hadisə günü, təxminən saat 19-20 radələrində qayınanası, qayınatası və iki azyaşlı uşağı ilə birlikdə Xaçmaz rayonundan Quba rayonu istiqamətində getmiş, bir anda qayınatası tormaz verib avtomobili sola çəkmişdir. Qayınata və qayınanası avtomobildən düşmüş, özü isə uşaqları tək qoymamaq üçün avtomobildən düşməmişdir. Daha sonra qayınatası telefonunu götürmək üçün avtomobilə qayıtdığında bir nəfəri vurduğunu demiş, ardınca isə qazel markalı avtomobilin zərər çəkəni vuraraq qabağa sürüklədiyini görmüşdür. Şahid2 dövlət ittihamçısının suallarına cavab olaraq göstərmişdir ki, qazelin zərər çəkəni vurduğunu görmüşdür. Qayınatası bir nəfəri vurduğunu desə də o, heç nə görməmiş, qazel keçdikdən sonra zərər çəkən ortalığa sürüklənmişdir. Şahid2 Təqsirləndirilən şəxs1 və onun Müdafiəçi1 suallarına cavab olaraq hadisə anından sonra avtomobildən düşmədiyini, amma pəncərədən baxdığını, qazelin vurmasından sonra zərər çəkəni gördüyünü, qayınatası zərər çəkəni vurduqda onun sağ olduğunu, zərər çəkənin yolun sağ tərəfində olduğunu, qazel vurduqdan sonra isə zərər çəkənin yolun ortasına sürükləndiyini bildirmişdir. Şahid2 Müdafiəçi2 suallarına cavab olaraq hadisə təxminən saat 19-20 radələrində olduğunu, havanın qaranlıq olduğunu, uşaqları Quba rayonundakı çöpçüyə aparırdıqlarını, qayınatasının avtomobili idarə etdiyini, özünün uşaqlar və qayınanası ilə birlikdə arxada oturduğunu, qayınatasının tormoz verdikdən sonra avtomobildən düşdüyünü, qayınatasının bir nəfəri vurduğunu, TTY-ə zəng etdiyini söyləmişdir. Qayınatası avtomobili Quba istiqamətində saxlamış, o da avtomobilin yan pəncərələrindən ətrafa baxmış, Ətrafdakı adamlar hərəkətin dayanması üçün fit çalmışlar. Hadisə yerində sol tərəfdə moyka olmuş, digər tərəf isə qaranlıq olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, hadisə günü sərnişin apararkən qəza hadisəsinin baş verdiyini görüb avtomobili saxlamış, ətrafdakılara mərhumu kənara çəkməyi söyləmiş, lakin ona ekspert gələcəyini bildirmişlər. Onlara şəxsin artıq öldüyünü demiş, bundan 2-3 dəqiqə sonra Zəkinin idarə etdiyi qazel markalı avtomobil gəlib mərhumun ayaqlarının üzərindən keçmişdir. Şahid4 dövlət ittihamçısının suallarına cavab olaraq qazelin şəxsin üzərindən keçdiyini gördüyünü, həmin vaxt şəxsin artıq öldüyünü, istintaq zamanı baş verənləri olduğu kimi danışdığını, müstəntiqin ona “Sən də daha da Zəkinin işini çətinləşdirirsən, sənə nə deyirəmsə onu yaz” dediyini, Zəkinin hadisə yerindən 25-30 metr keçdikdən sonra geri qayıtdığını bildirmişdir. Şahid4 Müdafiəçi2 suallarına cavab olaraq hadisə nin axşam saatlarında baş verdiyini, havanın çiskinli və qaranlıq olduğunu, hadisədən sonra ətrafda olan 7-8 nəfərə zərər çəkənin öldüyünü söylədiyini, Niva markalı avtomobilin yolun sağında saxladığını, mərhumun başının yolun ortası tərəfə, ayaqlarının isə yolun qırağı istiqamətində olduğunu bildirmiş, hadisə vaxtı ondan şahid ola biləcəyi barədə soruşulmuş, daha sonra Zəki ona zəng edərək polis şöbəsinə gəlməyini söyləmiş, hadisədən 4-5 gün sonra polis şöbəsinə getmişdir. Şahid4 Müdafiəçi1 suallarına cavab olaraq hadisə vaxtı zərər çəkənin artıq öldüyünü, onu kənara çəkmək lazım olduğunu söylədiyini bildirmişdir. Şahid4 məhkəmə tərkibinin suallarına cavab olaraq hadisə yerində olan şəxslərin avtomobilin gəldiyini görüb kənara çəkildiklərini, hadisə yerinə ekspertin gələcəyini söyləyib mərhumu kənara çəkmədiklərini söyləmişdir. Şahid4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 09 dekabr 2018-ci il tarixdə təxminən saat 21-00 radələrində özünə məxsus «Vaz-2107 » markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonundan Xaçmaz şəhərinə gələrkən Xaçmaz-Quba yolunun Xaçmaz rayonu Armudpadar kəndi ərazisində yolda çoxlu adamlar toplaşdığını görüb avtomobili sağa çəkib saxlamışdır. Avtomobildən düşüb ora toplanan adamlara yaxınlaşan zaman yolun hərəkət hissəsində uzanıqlı vəziyyətdə bir kişini görmüşdür. Oradakı tanımadığı adamlardan nə baş verdiyini soruşduqda ona həmin şəxsi «Niva» markalı avtomobilin vurduğunu və sonra üzərindən «Qazel» markalı avtomobilin keçdiyini bildirmişlər. «Vaz 21214» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtoyuma sexinin qarşısında dayandığını görmüşdür. «Qazel» yük markalı avtomobilinin isə adam üzərindən keçdikdən sonra hadisə yerindən getdiyini, lakin vətəndaşlar tərəfindən arxasınca getdikdən sonra geri qayıtdığını eşitmişdir. O hadisə yerində bir az dayanmış, sonra oradan getmişdir. O yolda uzanıqlı vəziyyətğdə gördüyü şəxsi nə «Niva» markalı avtomobil vuran zaman, nə də ki, «Qazel» markalı avtomobil üzərindən keçən zaman göbrməmişdir, yəni həmin hadisələrin şahidi olmamışdır. Əvvəl istintaqa verdiyi ifadəsini oxumadan imzaladığı üçün həmin ifadəsi düzgün deyildir. Şahid4 elan edilmiş ifadəsi ilə əlaqədar məhkəmə tərkibinin suallarına cavab olaraq hazırda həqiqətə uyğun ifadə verdiyini, hər iki hadisə nəticəsində meyitin olduğu yerdə qaldığını, yerinin dəyişmədiyini, mərhumun baş hissəsinin qan olduğunu, yerdə də qan olduğunu bildirir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, hadisə Quba rayonu istiqamətində gedərkən adamların toplaşdığını və yerdə meyit olduğunu görmüş, 20-30 metr qabaqda avtomobili saxlamış, avtomobildən düşmüşdür. Zərər çəkən şəxsi Niva markalı avtomobilin vurduğunu və həmin avtomobilin sürücüsünün köməklik etmədiyini, zərər çəkənin götürülməsinə də imkan vermədiyini söylədi. Daha sonra TTY hadisə yerinə gələrək zərər çəkəni götürərək getmişdir. Şahid3 dövlət ittihamçısının suallarına cavab olaraq qabaqda Niva markalı avtomobilin getdiyini, onlardan daha sürətli hərəkət etdiyini, Zəkinin zərər çəkənin ayaqlarının üzərindən keçdiyini, zərər çəkənin arxası üstə uzandığını, Zəkinin zərər çəkənin ayaqlarının üzərindən keçib 25-30 metr getdikdən sonra avtomobili saxladığını və istintaq zamanı bir dəfə ifadə verdiyini bildirmişdir. Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 09 dekabr 2018-ci il tarixdə saat təxminən 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 idarə etdiyi QAZ-2757AO yük markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə Xaçmaz-Quba yolu ilə Quba istiqamətində sərnişin kimi gedərkən onların avtomobilindən təxminən 200 metr qabaqda «Niva» markalı avtomobil eyni istiqamətdə getmişdir. «Niva» markalı avtomobil sürətini artırıb onlardan uzaqlaşmışdır. Bir az keçmiş həmin yolun Xaçmaz rayonu, Armudpadar kəndi ərazisindən keçən hissəsində yolun hərəkət hissəsində adamların toplaşdığını və bir şəxsin əlini qaldırıb avtomobili saxlamaq və yolun kənarına çəkmək işarəsi verdiyini görmüşlər. Bunu görən Zəki avtomobilin sürətini azaltmışdır. Adamlar yolun içərisindən çəkildikdən sonra yolun hərəkət hissəsində uzanıqlı vəziyyətdə olan adamı görmüşlər. Zəki avtomobili sağa çəkməsinə baxmayaraq avtomobilin sol təkərləri həmin yerdə uzanıqlı vəziyyətdə olan adamın üzərindən keçmişdir. Zəki avtomobili hadisə yerində saxlamamış, təxminən 100- 150 metr qabağa gedib saxlamışdır. Həmin vaxt o Zəkinin avtomobilindən düşərək hadisə yerinə qayıtmış, lakin Zəki avtomobili sürüb oradan uzaqlaşmışdır, Zəkinin hara getməsini bilməmişdir. Hadisə yerində ona məlum olmuşdur ki, Zəkinin avtomobili ilə üzərindən kesdiyi adamı ondan xeyli qabaqda gedən «Niva» markalı avtomobil vurub yerə yıxmışdır. Həmin «Niva» markalı avtomobilin yaxınlıqdakı avtoyuma sexinin qarşısında dayandığını görmüşdür. Hadisə yerində ona məlum olmuşdur ki, Zəkinin üzərindən avtomobillə keçdiyi şəxs ölmüşdür. O, «Niva» markalı avtomobilin piyadanı vurduğunu görməmişdir. «Niva» markalı avtomobil onlardan qabaqda gedərkən və onların avtomobilindən uzaqlaşdıqdan sonra o yolda uzanmış vəziyyətdə olan şəxsi görən ana kimi təxminən 2-3 dəqiqə vaxt keçmiş və ya keçməmişdir. Əvvəl istintaqa verdiyi ifadəsini Zəkinin sözləri əsasında bildirmişdir. Şahid3 elan edilmiş ifadəsi ilə əlaqədar Dövlət ittihamçısının suallarına cavab olaraq müstəntiqə Zəkinin zərər çəkmiş şəxsin ayaqlarının üzərindən keçdiyini söyləməsinə baxmayaraq o, ona dediklərini yazmağı bildirirdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid5 göstərmişdir ki, hadisə onun çalışdığı yerin yaxınlığında baş vermiş, belə ki, təxminən saat 21 radələrində, hava çiskinli olan zaman səslər eşitmiş, 18-20 metr qabaqda bir nəfəri görmüş, həmin şəxs özünü itirmiş vəziyyətdə ona yaxınlaşmışdır. O, qabaqdan gələn qazelə işarə edərək qəza olduğunu bildirmək istəmiş, lakin həmin maşın ona diqqət yetirməyərək keçib getmişdir. Ardınca o, avtomobili də götürüb qazelin arxasınca düşmüşdür. O, qazelin qarşısına keçib saxlamış və avtomobildən düşmüşdür. O, qazelin sürücüsünə “Sən bilmədin nəyin üzərindən keçdin, yardım edərdin ən azırdan” demiş, daha sonra hadisə yerinə qayıtmış və adamların oraya yığışdığını görmüşdür. İstintaq zamanı isə onu adını sonradan bildiyi Təqsirləndirilən şəxs1la üzləşdirmiş, lakin avtomobilini saxladığı şəxsin Zəki olmadığını bildirmişdir. Şahid5 dövlət ittihamçısının suallarına cavab olaraq hadisənin təxminən saat 7-9 radələrində baş verdiyini, Niva markalı avtomobildə bir kişi, iki qadın və uşaqların olduğunu, tormoz səsini eşitdiyini, zərər çəkən şəxsə yaxınlaşdığını, amma onun sağ olmadığını göstərmişdir. O, 25-30 metr qabaq zərər çəkən şəxsin qabağına keçmiş, qazelin saxlaması üçün çalışmış, lakin sürücü “marqatlayaraq” zərər çəkmiş şəxsin ayaqlarının üzərindən keçərək getmişdir. Arxasınca düşdüyü qazelin içərisində bir kişi, iki qadın olmuş, həmin kişi ona xəstəxanada xəstəsi olduğunu demişdir. Şahid5 Müdafiəçi1 suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 Xaçmaz rayon polis şöbəsində gördüyünü, qazelin qeydiyyat nömrəsini görmədiyini, lakin rənginin ağ olduğunu bildirir. Şahid5 Müdafiəçi2 suallarına cavab olaraq qazel markalı avtomobilin saxlamağı üçün onun arxasınca getdiyini, siqnal verir, əl ilə işarəsi etdiyini bildirmiş, qazel təxminən 50-70 km/saat sürətlə getmiş, təqib etdiyi avtomobili saxladıqdan sonra geri qayıtmış və Təqsirləndirilən şəxs2 TTY-a zəng etməsini söyləmiş, o, özünü xeyli itirmişdir. Çalışdığı yerdən hadisə yerinə getməyi bir dəqiqə çəkmiş, zərər çəkmiş şəxs yolun ortasında olmuş, Xaçmazdan Qubaya gedən yol istiqamətində zərər çəkmiş şəxsin ayaqları sol tərəfdə olmuş, xəsarət alan şəxsin ölüb-ölmədiyinə əmin olmamışdır. O, qazeli yuyulması üçün gətirilən Mercedes markalı avtomobil ilə təqib etmiş, 70-80 km/saat sürətlə qazelin qarşısına keçmiş, bu zaman həmin sürücü avtomobili saxlamışdır. Qazel markalı avtomobili saxlamağa çalışdığı zaman özünü qorumaq üçün kənara çəkilmişdir. Təqib etdiyi avtomobilin sürücüsünü görmüş, o, Təqsirləndirilən şəxs1 hündür, arıq kişi olmuş,həmin şəxs ona zərər çəkəni görmədiyini demiş, Quba istiqamətinə getmiş, o isə hadisə yerinə qayıtmışdır. Hadisə yerinə qayıtdıqda ətrafdakılar qazelin orada olduğunu, saxladığını demişdirlər. Müstəntiq Sahil müəllim onu tələsdirdiyindən ibtidai istintaq zamanı yazılan ifadələrini oxumamış, daha sonra ifadə verdiyi müstəntiq isə Sahil müəllimə verdiyi ifadəni təsdiq edib-etmədiyimi soruşmuşdur. O, zərər çəkmiş şəxsi kənara çəkmək istəmiş, lakin qanı görüb qorxdu üçün Abdullaya TTY-a zəng etməsini söyləmiş, bu zaman qabaqdan gələn qazelin “marqatladığını” görüb zərər çəkmiş şəxsin qabağına, yolun ortasına keçmiş, lakin həmin sürücü sürətini azaltmadan gəldiyi üçün o sola çəkilmiş, həmin qazeli idarə edən şəxs zərər çəkmiş şəxsin ayaqlarının üzərindən keçib getmişdir. Şahid5 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Abdullanı əvvəldən tanımamış, Niva markalı avtomobil ilə baş verən qəza nəticəsində zərər çəkmiş şəxsin ağzından və alnından qan axmış, yerdə bir miqdarda qan yığılmış, yerdə şüşə qırıntıları olmuşdur. Xəsarətalan şəxsin içki alüdəçisi olduğu, marketdən içki alıb getdiyi söylənmişdir. Qazelin zərər çəkmiş şəxsin ayaqlarının üzərindən keçdiyini görmüş, qazel Xaçmazdan Quba istiqamətində gəlmiş, zərər çəkmiş şəxsin baş hissəsi qazelin gəldiyi istiqamətə tərs istiqamətdə, ayaqları isə qazelin gəldiyi istiqamətdə olmuşdur. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlərin olduğundan ibtidai istintaq zamanı verdiyi 28 fevral 2019-cu il tarixli ifadəsi cinayət prosesi iştirakçılarına elan olunmuşdur. Şahid5 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 09 dekabr 2018-ci ildə axşam təxminən saat 19- 20 radələrində Xaçmaz rayonu Armudpadar kəndi ərazisində yolun kənarında yerləşən avtoyuma sexində işdə olmuşdur. Həmin gün yaxın qohumunun övladının ad günü olduğu üçün səhər-səhər həyat yoldaşı Aysel Sultanovanı onun qardaşı ilə birlikdə Armudpadar kəndində yaşayan qohumu evinə qoymuş və özüdə işlərini tez qurtarıb ad gününə gedecəyini planlaşdırmışdır. Lakin iş çox olduğundan vaxtında ad gününə gedə bilməmiş, avtoyuma sexində olmuşdur. İşdə olarkən arvadı Ayselin öz qardaşı Elnurla birlikdə avtoyuma sexinə tərəf gəldiklərini görmüşdür. Onlar gəlib avtoyuma sexinə çatan vaxt Niva markalı avtomobil səndələyə-səndələyə gəlib avtoyuma sexninin qarşısında dayanmışdır. Hiss etmişdir ki, «Niva» markalı avtomobil yolda adam vurmuşdur. Yoldaşı Aysel avtomobildən düşməmiş o, hadisə yerinə qaçmışdır. Hadisə yerində bir nəfər kişinin bir əlini asvaltın üstünə qoyub ayağa qalxmaq istədiyini, həmin şəxsin əlinin altında şüşə qırıntılarının olduğunu və onun əlinin kəsildiyini görmüşdür. Şüşə qırıntılarını təmizləyərək onu qaldırıb yolun kənarına çəkmək istədikdə 80-100 metr aralıdan «Qazel» markalı avtomobilin işıqlarını yandırıb-söndürərək sürətlə gəldiyini görmüş və yolun ortasında olan adamı yerə qoyaraq «Qazel» markalı avtomobilin qarşısına keçərək əli ilə işarə edərək və fit çalaraq həmin avtomobilin sürücüsünə avtomobili sağa çəkməsini göstərmişdir. Həmin «Qazel» markalı avtomobil onun işarələrinə əhəmiyyət vermədən onun üstünə sürmüş və o özünü qorumaq üçün yolun kənarına atmışdır. Bu zaman «Qazel» markalı avtomobil yolun ortasında xəsarət almış şəxsin üzərindən keçmiş və həmin şəxs 4-5 dəfə «Qazel» markalı avtomobilin təkərlərinin altında fırlanmış və «Qazel» markalı avtomobilin sürücüsü avtomobili hadisə yerində saxlamayaraq hadisə yerindən qaçmışdır. Onun həyat yoldaşı Aysel və qardaşı Elnur da onun arxasınca hadisə yerinə gələrkən «Qazel» markalı avtomobilin xəsarət almış şəxsin üzərindən keçməsini görmüşlər. Bu zaman həyat yoldaşı Aysel hadisəni görüb həyacanlanmış və avtomobilə oturmuşdur. O Elnur və Aysellə birlikdə «Qazel» markalı avtomobilin arxasınca getmişdir. Bir müddət sonra Ağ Yazı kəndi istiqamətində «Qazel» markalı avtomobili görmüş və avtomobili nə qədər sürətləndirsədə «Qazel» markalı avtomobilin sürücüsü avtomobili saxlamamış və hətda onu kənara sıxışdırmışdır. Hadisə yerindən təxminən 3 km. uzaqlıqda «Sonalı-Göl» Restoranının yanında avtomobili 140-150 km. sürətlə sürərək yolu geri qayıdıb «Qazel» markalı avtomobilin qarşısında saxladıqdan sonra «Qazel» markalı avtomobilin sürücüsü avtomobili saxlamaq məcburiyyətində qalmış və «Qazel» markalı avtomobilin sürücüsü düşüb avtomobilin qarşısına keçərək və ona “nə çətinlik var? demiş, və avtomobilin dövlət qeydiyyat nişanın götürülməsinə maneçilik törəmişdir. O, da «Qazel» markalı avtomobilin sürücüsünə “insanın bir vicdanı olar, sən bilmədin nəyin üstündən keçdin? Az qala mənim də üstümdən keçmişdin” demişdir və ondan avtomobili nə üçün hadisə yerində saxlamadığını soruşmuşdur. Sürücü isə avtomobilində ağır xəstənin olduğunu və onu xəstəxandan çıxardığını demişdir. O sürücünü kənara çəkib avtomobilin dövlət qeydiyyat nişanını götürmüş və hadisə yerinə qayıtmışdır. Hadisə yerinə qayıtdıqdan sonra orada olarakən VAZ-21214 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 DYP əməkdaşları tərəfindən sorğu-sual edildiyini və traktorun arxasında «Qazel» markalı avtomobilin dayandığını görmüşdür. Şahid5 elan olunmuş ifadəsi ilə əlaqədar olaraq dövlət ittihamçısının suallarına cavab olaraq qazelin zərər çəkmiş şəxsin ayalarının üzərindən keçməsini gördüyünü, zərər çəkmiş şəxsin qazelin altında fırlanmadığını göstərmişdir. Həmçinin ibtidai istintaq zamanı ona zor tətbiq edilməmiş, müstəntiq Sahil müəllim ona qazel markalı avtomobili idarə edən sürücünü tanıyıb-tanımayacağımı soruşmuş, o tanıyacağını bildirmiş, Təqsirləndirilən şəxs1 polis şöbəsinə gətirildiyi zaman təqib etdiyi avtomobilin sürücüsünün həmin şəxs olmadığını demişdir. Zərər çəkmiş şəxsin qazelin altında fırlanması, avtomobildə arvadı və qayınının olması ilə əlaqədar istintaqda qeyd edilənlər doğru deyildir. Şahid5 elan olunmuş ifadəsi ilə əlaqədar ona verilən suallara cavab olaraq ilk yoldaşından 2004-cü ildə boşandığını, hadisə ərəfəsində isə Şahid7 ilə evli olduğunu, Şahid6 arvadı Şahid7 qardaşı olduğunu, Elnur və Sevincin hadisə zamanı avtomobildə olmadıqlarını, Şahid7 ibtidai istintaq zamanı ifadə vermədiyini, Elnurun isə hadisə ərəfəsində Xaçmaz rayonunda olmadığını, Biləsuvar rayonunda yaşadığını bildirmiş, zərər çəkmiş şəxsin ayaqlarının üzərindən keçən avtomobili təqib etdiyini, lakin həmin avtomobili səhv saldığını, zərər çəkmiş şəxsin üzərindən keçən qazelin rənginin göy, təqib etdiyi qazelin isə ağ rəngdə olduğunu, təqibdən sonra hadisə yerinə qayıtdığı zaman göy rəngli qazelin orada olduğunu, təqib etdiyi avtomobilin nömrəsini hadisədən sonra xatırlamadığını, özünün olduğu Mercedes markalı avtomobil ilə hadisə yeri arasında təxminən 22 metr məsafə olduğunu, təqib etdiyi qazelin zərər çəkmiş şəxsin üzərindən keçən avtomobil olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X6 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt o, Xaçmaz rayon polis şöbəsində müstəntiq kimi işləmişdir. Baş vermiş hadisə ilə laqədar olaraq Şahid6 dindirmiş, Şahid6 onun yanında olmuşdur. O, bir qadın və iki kişinin dindirilməsini həyata keçirmişdir. Dövlət ittihamçısının suallarına şahid X6 bildirmişdir ki, hadisəni görənlər barədə vəsatəti Niva markalı avtomobili sürən şəxs, yəni Təqsirləndirilən şəxs2 vəkili vermiş, şahid qismində dindirdiyi Şahid6 məlumatları portaldan yoxlanılmış, lakin hal hazırda onun yaşını xatırlamır. Onun yanına avtoyuma yerində işləyən şəxs, onun arvadı və yeznəsi ifadə verməyə gəlmiş, avtoyuma yerində işləyən şəxsin yeznəsi həmin ərəfədə Xaçmaz rayonuna qonaq gəlmişdir. Şahid X6 Müdafiəçi1 suallarına cavab olaraq X3 və Zəkini kənd sakini kimi tanıdığını, Abdullanı tanımadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid6 bu hadisə ilə bağlı heç bir məlumatının olmadığını, heç bir yol nəqliyyat hadisəsinin şahidi olmadığını bildirmişdir. Şahid6 dövlət ittihamçısının suallarına cavab olaraq Şahid5 onun yeznəsi olduğunu, bacısı Şahid7 Elçin ilə onların razılığı olmadan evləndiyi üçün Elçin ilə heç bir əlaqələrinin olmadığını, Elçingilə heç bir zaman qonaq getmədiyini, heç bir istintaq orqanında ifadə vermədiyini bildirir. Şahid6 oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə hazırda məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi 19 mart 2019-cu il tarixli ifadəsini cinayət prosesi iştirakçılarına elan olunur. Şahid6 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid6 ifadəsində göstərmişdir ki, 08 dekabr 2018-ci il tarixdə Xaçmaz şəhəri Qələbə küçəsində yaşayan yeznəsi Şahid5 yaşadığı ünvana qonaq gəlmişlər. Həmin gün Elçinin evində qalmışlar, səhəri gün, yəni 09 dekabr 2018-ci il tarixdə saat 12 radələrində Xaçmaz rayonu Arzu kəndində yaşayan Elçinin əmisinin evinə qonaq getmişlər. Elçin də həmin axşam işdən sonra əmisi evinə gəlməli idi. Həmin gün, təxminən saat 19-20 radələrində Elçin evə gec gəldiyi üçün ona zəng etmiş, Elçin telefona cavab vermədiyi üçün narahat olduqalı üçün bacısı Sevinc, atası Sakitlə birlikdə «Vaz 2106» markalı avtomobillə Elçinin işlədiyi avtoyuma məntəqəsinə getmişlər. Onlar Elçinin işlədiyi avtoyuma məntəqəsinin qarşısına çatan kimi avtomobildən yerə düşmüş, bu zaman Elçinin avtoyuma məntəqəsinin qarşısından yola tərəf qaçdığını görmüş və Elçinin yolun hərəkət hissəsində uzanmış vəziyyətdə olan kişinin qolundan tutub qaldırmaq istədiyini, həmin vaxt Xaçmaz şəhəri tərəfdən «Qazel» markalı avtomobilin sürətlə gəldiyini görmüşdür. Elçin «Qazel» markalı avtomobilin sürücüsünə avtomobili saxlamaq üçün əli ilə işarə vermiş, lakin «Qazel» markalı avtomobil sürətlə gəldiyi üçün Elçin kənara çəkilmişdir. «Qazel» markalı avtomobil yerdə sağ və uzanmış vəziyyətdə olan adamın üzərindən keçmişdir. Həmin adam «Qazel» markalı avtomobilin təkərlərinin altında bir neçə dəfə fırlanmış və sürütlənmişdir. «Qazel» markalı avtomobili sürücüsü hadisə yerində saxlamadan hadisə yerindən uzaqlaşmışdır. Bu zaman Elçin qışqıraraq ona avtomobilə oturimasını və «Qazel» markalı avtomobilin arxasınca getməsini bildirmişdir. Bundan sonra, onlar avtomobillə «Qazel» markalı avtomobilin arxasınca getmişlər. «Qazel» markalı avtomobili Xaçmaz rayonu Ağyazı kəndi ərazisində görüb ona çatmağa cəhd göstərdikcə «Qazel» markalı avtomobilin sürücüsü avtomobilin sürətini bir qədərdə artırmışdır. Elçin «Qazel» markalı avtomobilin sürücüsünə avtomobili saxlmasına əli ilə işarə vermişdir. «Qazel» markalı avtomobilin qarşısına keçdikdən sonra həmin avtomobilin sürücüsü avtomobili kənara çəkib saxlamış və sürücü avtomobildən yerə düşmüşdür. «Qazel» markalı avtomobilin sürücüsü avtomobildə sudurğası olan xəstəsi olduğunu və onu xəstəxanadan çıxarıb evə aparıb düşürdükdən sonra qayıdacağını biildirmişdir. Elçin «Qazel» markalı avtomobilin sürücüsünə bildirdi ki,hadisə yerinə qayıdıb-qayıtmayacağın sənin öz vicdanına qalıb, ancaq sən hadisə yerinə qaıydana oxşamırsan, qayıdan olsaydın elə avtomobli hadisə yerində saxlayardın. Elçin «Qazel» markalı avtomobilin dövlət qeydiyyat nişanını götürdükdən sonra hadisə yerinə qayıtmışlar. Elçin hadisə yerində düşmüş, onlar isə Elçinin yaşadığı ünvana getmişlər. Şahid6 müdafiə tərəfinin suallarına cavab olaraq ünvan 4 ünvanında qeydiyyatda olduğunu, lakin 11 ildir ki, Bakı şəhərində yaşadığını, hadisə ərəfəsində adında hər hansı avtomobilin qeydiyyatda olub-olmadığını xatırlamadığını, Xaçmaz rayonunda cəmi bir dəfə - bacısı yeni evləndikdən sonra olduğunu, həmin tarixi xatırlamadığını, istifadəsində ********** və ********** mobil nömrələr olduğunu, 10 ildən çoxdur ki, bu nömrələrdən istifadə etdiyini, baş verən hadisədən xəbərinin olmadığını, elan edilən ifadəni vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid7 ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımadığını, indiyə kimi yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı haradasa ifadə vermədiyini bildirmişdir. 2019-cu ildə Xaçmazda Şahid5lə evli olduğunu, 2015-ci ildə acıq edərək evdən getdiyini, 2015-ci ildən Elçindən ayrı Xaçmazda başqa bir yerdə yaşadığını, 2019-cu ildə Xaçmaz rayonu ərazisində olmadığını bildirmişdir. Əri Elçinlə çox münaqişələri olduğundan acıq edərək evdən çıxmış, evdən çıxanda yalnız paltarlarını, bir də canını götürüb çıxmış, şəxsiyyət vəsiqəsi, nikah sənədi və s. hamısı evdə qalmışdır. Əri Elçin çox dələduz insandır, pula görə hər cinayət törədər. Özü heç bir hadisənin şahidi olmamış, heç bir yerdə ifadə verməmiş, heç yerə imza etməmişdir. İbtidai istintaq zamanı yalandan onun adından ifadə yazılıb, altından da vəsiqə vurulub ki, guya özü və qardaşı Elnur orada şahid olmuşdur. Amma əslində bunların heç biri olmamışdır. Hazırda araşdırılan hadisədən də heç bir xəbəri yoxdur. Şahid7 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz rayonunda əri X5 ilə birlikdə yaşayır. 2018-ci ilin dekabr ayının 09-da bizim Çaxçaxlı kəndində ad gününə getmək istədiyikləri yaxın qohumları olmuşdur. Yoldaşı Elçin onu qardaşı Elnurla birlikdə aparıb həmin qohumlarıgilə qoymuşdurlar. Sonra Elçin bildirmişdir ki, o, da işlərini qurtarıb tez bir zamanda ad gününə gələcəkdir. Lakin həmin gün Elçin işdən gec çıxmış və o bundan narahat olaraq qardaşı Elnurla onu görməyə getmişdir. Elçinin işlədiyi moykaya çatan zaman onlar maşında olarkən Quba tərəfdən Niva markalı maşının səndələyə-səndələyə Elçinin işlədiyi moykanın yanında saxladığını görmüşdürlər. Bu zaman Elçinin hadisə yerinə tərəf qaçdığının şahidi olmuşdur. Onlar da maşından düşərək Elçinin qaçdığı tərəfə baxmışdırlar. Elçin yolda olan şəxsi qaldırmağa çalışmışdır. Bu vaxtı uzaqdan Qazel markalı avtomobil sürətlə gələrək həmin adamın üstündən keçmiş və həmin şəxsi bir neçə dəfə tapdalamışdır. Bundan əvvəl Elçin Qazelin qarşısında qışqırmış və onun sağa tərəf sürməsini tələb etmişdir. Şahid7 dövlət ittihamçısının suallarına cavab olaraq latın qrafikalı əlifba ilə oxumağı bacarmadığını, üçüncü sinifə kimi oxuduğunu, hazırda da yaza və oxuya bilmədiyini göstərmiş, “Aysel” adlı şəxsi tanımadığını bildirmişdir. Şahid7 məhkəmə tərkibinin suallarına cavab olaraq ibtidai istintaq zamanı alınmış ifadədəki imzanın ona məxus olmadığını bildirir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X3 ona verilən suallara cavab olaraq Şahid5lə nə zaman evləndiyini xatırlamadığını bildirmişdir. Çünki oğlu dünyaya gələndə nikahları olmamış, oğlu dünyaya gələndən sonra Qaradağ rayonunda nikaha daxil olmuş, həmin vaxt Elçin cəzaçəkmə müəssisəsində olmuşdur. Şahid5 adam bıçaqlamağa görə cəza çəkmiş, evlənməmişdən əvvəl də oğurluğa görə dörd il cəza çəkmişdir. Nikah dövründə də bir neçə dəfə cinayət törətmişdir. Hal-hazırda da Elçin cəza çəkməkdədir. Azadlıqda olan vaxt isə Elçin həmişə axtarışda olmuşdur. 2018-ci ilin iyul ayında boşanmış, boşandıqdan sonra onunla əlaqəsi olmamışdır. Demək olar ki, Elçin həmişə axtarışda olmuş, axtarışda olduğu üçün heç vaxt üzdə olmamışdır. Onun hansısa iş üzrə şahid olmasına inanmır. Hadisə barədə mən təzəcə eşitmiş, əvvəllər məlumatı olmamışdır. Şahid X3 müdafiə tərəfinin suallarına cavab olaraq bu işlə bağlı şahid qismində heç vaxt ifadə vermədiyini, Elçinin hadisənin baş verdiyi ərazidə ola bilməyəcəyini, çünki həmin vaxt Şahid5 işlədiyi “moyka” da oğurluq etdiyi, alimenti ödəmədiyi üçün çox ciddi şəkildə axtarıldığını, həmçinin narkotik vasitə istifadə etsə də buna görə məhkum olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş ekspert Allahverdiyev Ceyhun ifadəsində göstərmişdir ki, meyitin tibbi ekspertizasını o aparmamış, ilkin olaraq meyitin ekspertizası Qusarda keçirilmişdir. Meyitin üzərində həmin vaxt paltarların, digər əşyaların və ya maddi sübutların olması həmin ekspertiza zamanı müəyyən edilə bilərdi. Ona cinayət işi materialları təqdim olunmuş, cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertiza rəyinin təsviri və nəticə hissəsi, eləcə də şahid qismində dindirilmiş şəxslərin ifadələri və ona yaxın tibbi sənədlərlə (hansı ki bu işdə tibbi sənəd də yoxdur) bağlı, yəni belə olan halda ekspertizanın komissyon qaydada aparılması onlara həvalə olunmuşdur. Tərtibat aparılarkən həqiqətən də cinayət işində olan xüsusatları tədqiqat hissəsində təsvir olunur. Yəni ki şahid qismində kim dindirilib və nə ifadə veriblər. Burada nəticəyə gəlinmək üçün çox da həmin ifadələrdən istifadə olunmur. Ekspertiza qarşısına sual qoyulur ki, hansı xəsarətlər vardır. Onlar da insan orqanizminə uyğun olaraq qruplaşdırma, yəni A qrup, B qrup, C qrup, D qrup xəstələr. Qruplar bədənin yuxarı hissəsindən başlayaraq aşağı hisəssinə kimi olan hissələri əhatə edir. Deməli, meyitin üzərində olan xəsarətlərin xarakteri, həcmi, hansı hissələrdə yerləşməsi, açıq qəlpəli olması, qabırğaların bir və ya bir neçə sayda olması qiymətləndirilir. Sonda bu nəticəyə gəlinir ki, bəli, döş qəfəsinin yastılaşması, qabırğaların sınması ilə bağlı döş qəfəsindəki yastılaşma şəxsin üzərindən minik avtomobilinin keçməsindən çox “qazel” və ya ona oxşar digər avtomobil, yaxud da iri həcmli təkərləri olan cip avtomobillərdən yaranmış ola bilər. Həmçinin meyitdə olan xəsarətlərin xarakterinə, yerləşməsinə və həcminə görə hadisənin baş vermə şəraitini qurmaq, meyitdə olan xəsarətlərdən başlayıb hadisəyə gedib çıxmaq mümkündür. Ona görə də burada xüsusi başqa bir metod yoxdur ki, ölçülər ölçüm, fiziki və kimyəvi tədqiqatlar aparım və s. Burada məsələ ancaq ilkin ekspert rəyində olan, meyitdə aşkar edilmiş xəsarətlərin xarakteri, ölçüləri, onların istiqaməti, yerdəyişmələri və ona uyğun olaraq ilkin avtomaşına uyğun hansı ilkin zərbə olmasını aydınlaşdırmaqdır. Burada iki növ maşın “Niva” markalı avtomobil və “qazel” markalı avtomaşın. Təkərin keçib getməsi nəticəsində bədənin üzərindən, yastılaşma yaranırsa, qabırğaların çoxsaylı sınıqlarının olmasına, eləcə də həmin trayektoriyada bədənində daxili üzvlərin cırılması həyat üçün təhlükəli, yəni həyatla uzlaşmayan xəsarətlər yaratmasına dəlalət edir. Bu səbəbdən də onun ölümə səbəb olması onun təkrar travmatizmi hansı avtomaşın yaxud da hansı küt predmetlə törətmişdirsə o halda təkrar travmatizmi ölümə səbəb kimi qiymətləndirmişəm. Bu da rəyin obyektivliyini göstərir. Şahid Allahverdiyev Ceyhun müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, “Qazel” markalı avtomobil şəxsin üzərindən keçdikdə şəxsin on beş qabırğası sına bilər. Mərhumun kəllə-beyin travmasından ölməsini rəydə inkar etməmişdir. Ətrafların üzərindən təkərlərin keçməsi zamanı şəxsin ölü və ya diri olmasına baxmaq lazımdır. Şahid Allahverdiyev Ceyhun məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, meyittin üzərindən keçən zaman digər xəsarət yaranır, qan sızmalar olmur. Üzərindən avtomobil keçən meyitin bədənindəki xəsarətlərin müəyyən edilməsində şəxsin ölmə vaxtının mühüm əhəmiyyəti vardır. Çünki ilkin zərbədən sonra zərər çəkmiş şəxsin yaşama qabiliyyəti olmuşdur. Şəxsin ölümündən beş saniyə keçsə də, hər orqan ölüm vəziyyətində olmur. Ölüm hadisəsi beyində başqa cür reaksiya verir, toxumalar sistemi başqa cür reaksiya verir, sümük sistemi başqa cür. İlkin rəyə baxmışdır. Bədəndəki sınıqlar bamper sınığı deyil, ilkin zərbə sınığı deyildir. Şəxsin üzərindən keçilib. İnsan olanların şokundan da hadisə yerində ölə bilər. Burada qeyd edilib ki, “qazel” markalı avtomobil vuranda çapalama, silkələnmə olmuşdur. Yəni ki hərəkətlə gələn avtomaşın vurmuşdur. Gəlib saxlayıb dayanmış vəziyyətdə, sonradan hərəkət edib üstündən keçən başqa bir xəsarət yaradır, ancaq sürətləndirilmiş travmalar başqa cür xəsarət yaradır. Yəni belə ölümlərə gətirib çıxarır. Bu hadisədə sürətləndirilmişdir, sürətlə gələn avtomaşının zərbəsidir. “Qazel” markalı avtomobil vurmasaydı, zərər çəkmiş şəxsin yaşayıbyaşamayacağını deyə bilmir. Mərhumun başında sonrada qəlpəli sınıqlar yaranmışdır. Bu xəsarət də birinci zərbədən yaranmamış, ikinci zərbədən yaranmışdır. Başda olan travmalar, yəni təkrar travmatizm ikinci zərbədən sonra yaranmışdır. Rəydə qeyd olunan xəsarətləri meyitin ilkin tibbi ekspertizasına əsasən yazmışdırlar. Rəydə qeyd olunan xəsarətlər meyitin daxili və xarici müayinəsi zamanı aşkar olunmuş xəsarətlərdir. Ona iki avtomobil təqdim edilmişdir. Biri yük avtomobili, digəri minik avtomobili. Hansı xəsarət hansı avtomobildən baş verdiyini öndan soruşmuşdurlar. O. Da meyitə görə bunu ayıra bilit. Ekspertiza rəylərinin 6.8.9-cu bəndində də qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs “Niva” markalı avtomaşının yetirilən ilkin zərbəsindən keçən dəqiqələrlə ölçülən qısa müddət sonra “Qazel” markalı avtomaşının sol aparıcı (ön) təkərinin köndələn-çəp istiqamətdə zərər çəkənin hər iki baldır nahiyəsindən keçməsi, avtomobil hissələrinin təsir zərbəsindən başın və gövdənin fırlanması, sürünməsi, sıxılması və ilkin vəziyyətini dəyişmiş sağ bud və gövdə üzərindən sol arxa qoşa təkərin keçib getməsi nəticəsində kəllə sümüklərinin qəlpəli sınığı (Sizin qeyd etdiyiniz) yaranmışdır. Kəllə sümüklərinin qəlpəli sınığı xəsarətini yük avtomobilinin törətməsi ehtimalı çoxdur. Çünki şəxsin üzərindən yük avtomobilinin keçib getməsi nəticəsində həm kəllə sümüklərindən yenidən travmatizm yaradır, ilkin travmaların həcmi artır. İlkin zərbədən sonra baş vermiş xəsarətlərin həcmi ikinci travmatizmdə daha çox artıb. “Qazel” markalı avtomobil zərər çəkmiş şəxsin üzərindən keçdiyini deməmişdir. O, müayinə nəticələrinə əsasən, “Qazel” markalı avtomobilin meyitinin üzərindən keçdiyini meyitin müayinəsinin nəticələrinə əsasən bildirmişdir, şahid ifadələrinə istinadən yox. Hətta bayaq dövlət ittihamçısı sual vermişdir ki, təkər izləri və s. o, heç sənədlərdə də görməmiş, ancaq buna baxmayaraq yastılaşma çoxsaylı qabırğaların sınıqlarıdır, həm də panel formada sınıqlar bir zərbədən yaranmışdır. Təkrar zərbə lazım olmuşdur. Daxili üzvlərin cırılması var, bir zərbədən daxili üzvlərin cırılması mümkün deyildir. “Təkrar” dedikdə nəzərdə tutmuşdur ki, birinci “Niva” markalı avtomobil daha əvvəl zərbə vurubsa, ondan sonra gələn təkrar zərbə endirmiş olur. Burada birbaşa səbəbli əlaqə ikincidir. Dolayısı yolla əlaqəsi var. Heç kim inkar edə bilməz ki, ilkin zərbənin əlaqəsi yoxdur. Kəllə-beyin travması da dedikləri kimi alıb, digər xəsarətləri aldıqdan sonra onun həcmini artıran təkrar travmatizm olmasaydı, şəxsin sağ qalma ehtimalı daha çox olardı. Hər iki avtomobil şəxsə ağır xəsarət yetirmişdir. İkinci zərbəylə təkrar travmatizm olmuş, şəxsin ölümünə nöqtə qoymuşdur. Birinci zərbə olmasaydı, ikinci zərbədən də öləcəkdir. İkinci zərbəni alanda mərhum sağ olmuşdur. Orada ki əsas sıyrıqlar, xəsarətlər yazılıb ekspert tərəfindən, sürünmə avtomobilin arxasına şəxsi alıb sürüyüb aparması deyil. Sürtünmə, sıyrıq, zərbədən sonra dəyən obyektin sonradan atılıb yerdə sürtünməsi, onu biz nəzərdə tutmuşdurlar. Bunu nəyisə sürümə kimi nəzərəalmaqlarını məhkəmə tərkibindən xahiş etmişdir. Bədənində bu qədər pal-paltar olan şəxsin said sümüklərinin sınıqları, körpücük sümüklərinin sınıqları, sınıq nahiyələrindən sümüklərin xaricə çıxarılması, açıq sınıq, bunların əmələ gəlməsini burada görmək mümkündür. Şahid Allahverdiyev Ceyhun müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, “Qazel” markalı avtomobilin mərhumun sırf qıç nahiyəsinin üzərindən keçməsi ilə sonuncu kəllə-beyin travması almışdır. Çünki canlı insanın hərəkətləri, emosiyası var. Açılıbbükülməsi var, canlı insan bədəninin elastikliyi var. Yəni şəxs artıq o reaksiyanı verməlidir. Avtomobil başın üzərindən keçməmişdir. Əksinə, bədənin üzərindən keçdiyi halda, insanın başı istər-istəməz önə doğru qalxır, aşağı düşür. Əgər vaxtilə, avtomobilin alt hissəsi ekspertiza edilsəydi, müəyyən dəlillər tapıla bilinərdi. Şahid Allahverdiyev Ceyhun müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, “Niva” markalı avtomobilin törətdiyi ilkin zərbə toxunan zərbədir. Bir var birbaşa lokal zərbə, bir də vardır toxunub keçən zərbə. Buna bağlı olaraq xəsarətlərin əmələ gəlmə mexanizmi dəyişir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 dekabr 2018-ci il tarixli raportdan görünür ki, 09 dekabr 2018-ci il tarixdə saat təxminən 20 radələrində Xaçmaz-Quba yolunun 3-cü kilometrliyinin Xaçmaz rayonu, Armudpadar kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisəsi yerinə baxış keçirilməsi haqqında 09 dekabr 2018-ci il tarixli protokolda, ona əlavə edilmiş sxemdə və fotoşəkillərdə hadisənin baş yerdiyi ərazinin təsviri, hadisə baş verən zaman təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin hərəkət istiqaməti və iş üzrə əhəmiyyət kəsb edən digər detallar öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş avtomobilə baxış keçirilməsi haqqında 10 dekabr 2018-ci il tarixli protokolundan görünür ki, baxış keçirilən avtomobil QAZ 2757 markalı, **-BD-*** dövlət qeydiyyat markalı avtomobildir. Avtomobilin kuza hissəsi yaşıl rəngdədir. Arxa yük yeri hissəsi boz rəngli dəmir materialdan olmaqla, yan tərəfləri taxta ilə bərkidilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 27 mart 2019-cu il tarixli protokolundan görünür ki, baxış keçirilən yer Xaçmaz-Quba yolunun 3-cü kilometrliyinin Xaçmaz rayonu, Armudpadar kəndi ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar hadisə baş verən yerin yaxınlığındakı yolun sağ tərəfində yerləşən “Əfqan” market mağazasıdır. Mağazanın müdiri kameraların Xaçmaz-Quba yolunda hərəkət edən avtomobilləri çəkmədiyini bildirmişdir. Bundan başqa hadisə baş verən yerin yaxınlığında yolun sol tərəfində avtoyuma məntəqəsinin və maşın təmiri sexinin qarşısında iki ədəd nəzarət müşahidə kameraları müəyyən olundu. Həmin kameralarının yaddaş qurğularına baxış keçirilərkən yaddaş qurğusunun olmadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs2 ayıqdır, sərxoşluq vəziyyəti yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş BDYPİnin Qeydiyyat İmtahan İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli, 016-76269-1222 saylı məktubdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) «BC» kateqoryalı, BD seryalı 604744 nömrəli sürücülük vəsiqəsi verilmiş, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş BDYPİnin Qeydiyyat İmtahan İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli, 016-76546-1222 saylı məktubdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) «BC» kateqoryalı, AF seryalı 302744 nömrəli sürücülük vəsiqəsi verilmiş, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 313/MEŞ saylı xx.xx.2022-ci il tarixli xəsarətlərin əmələ gəlmə mexanizimlərinin və ölümün konkret səbəbinin təyini ilə əlaqədar əlavə komissiyon məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı qrup xəsarətlər aşkar edilmişdir: a) ənsə nahiyəsinin əzilmiş çapılmış yarası və həmin səviyyədə ənsə sümüyünün qəlpəli sınığı, ənsə sümüyünün təpə sümüyünə istiqamətlənən iki ədəd xətti sınıqları, sərt beyin qişasının ənsə payının cırılması, sol arxa kəllə çuxurunun xətti sınıqları, beyin mədəciklərdə hemorragik maye, beyinciyə nöqtəvari qansızmalar, sol alın və ənsə nahiyəsinin yumşaq toxumalarının daxili səthinin geniş qansızması, alının sağ yarsının və sol almacıq nahiyəsinin sıyrıqları. b) döş qəfəsinin yastılaşması, qabırğaların iki tərəfli çox saylı sınıqları (sağ İİ,İİİ,İV,V, Vİ, Vİİ, sol İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların sınıqları) sol körpücük sümüyünün sınığı, gövdənin aşağı şöbəsinin sol yan səthinin, sağ yarsının, sağ kürəkaltı nahiyəsinin sıyrıqları, qarın boşluğunda 700,0 ml.duru və laxta qan, dalağın cırılmış yaraları, sol böyrək nahiyəsinin qansızması. c) sol said sümüklərinin aşağı 1\3-nin sınıqları, sol əlin arxa səthinin, sağ saidin orta 1\3-nin, ön və yan səthlərinin, sağ dirsəyin arxa səthinin, sağ mil bilək nahiyəsinin arxa səthinin sıyrıqları. d) sağ bud və sağ baldır sümüklərinin orta 1\3-nin, sol baldır sümüklərinin aşağı 1\3-nin sınıqları, sol budun aşağı 1\3-nin ön səthinin, sağ dizin yan səthinin, sağ baldırın orta 1\3nin ön səthinin sıyrıqları. 2. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər həyati olub bərk küt əşya təsirindən əmələ gəlmişlər, törənmə müddətləri xx.xx.2018-ci il tarixə uyğun gəlir, YNH nəticəsində yarana bilərdilər. 3.4.5.Cinayət işinin materiallarında olan məlumatlara əsasən hərəkətdə olan Niva avtomobilinin qabaq buferinin sağ qanadının deformasiyaya uğramış hissəsinin yer səthindən hündürlüyünü nəzərə alaraq demək olar ki, oturaq və ya yarımoturaq vəziyyətdə olan piyadanın sol yan tərəfinə yetirilən zərbəsinin gücü ilə mütənasib olan baş və gövdənin sol tərəfində ilkin zərbə yerində lokal xəsarətlərin yaranması və zərbədən sonra kənara atılan piyadanın ətraflarında olan sıyrıqlar əmələ gələ bilərdi. Bu xəsarətlərə başın sol yan arxa tərəfində olan dərialtı qansızmalar, kəllə tağı sümüyünün xətti sınıqları, baş beyinə ocaqlı qansızma (histoloji müayinədə baş beyin maddəsində xırda ocaqlı qansızmalar) sol said sümüklərinin sınıqları, sol körpücük sümüyünün sınığı aid olmaqla dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığı ağır zərərvurmanın əlamətlərinə malikdirlər. 6.8.9.Zərərçəkmiş şəxs Niva markalı avtomobilin yetirilən ilkin zərbəsindən keçən dəqiqələrlə ölçülən qısa müddət sonra Qazel markalı avtomobilin sol aparıcı ön təkərinin köndələn-çəp istiqamətdə zərərçəkənin hər iki baldır nahiyyəsindən keçməsi, avtomobil hissələrinin təsir zərbəsindən başın və gövdənin fırlanması, sürünməsi, sıxılması və ilkin vəziyyətini dəyişmiş sağ bud və gövdə üzərindən sol arxa qoşa təkərin keçib getməsi nəticəsində kəllə sümüklərinin qəlpəli sınığı, qabırğaların çoxsaylı sınıqları, döş qəfəsinin yastılaşması, daxili üzvülərin zədələnməsinə (dalağın cırılması, daxili qanitirmə, sol böyrək nahiyyəsinin qansızması) xəsarətlərin yaranma mərhələsindən asılı olaraq baş verə bilərdi. Bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və ölümlə bilavasitə səbəbli əlaqələri vardır. 7.X1 almış olduğu xəsarətlərin xarakterini, kombinə olunmasını nəzərə alaraq demək olar ki, zərbədən sonra zərərçəkmişə yetirilən təkrar travmatizim qısa müddət ərzində onun ölümünə səbəb ola bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 14 fevral 2019-cu il tarixli 3169 nömrəli rəyindən görünür ki, «Vaz 21214» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətləprində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddəinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 08 noyabr 2019-cu il tarixli 26327 nömrəli rəyindən görünür ki, «Qaz 2757AO» markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətləprində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddəinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs1 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətləprində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və zərərçəkmişə yardım etmədən hadisə yerindən getdiyi üçün 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işi üzrə QAZ-2757AO yük markalı, ** BD *** dövlət qeydiyyat nişanlı, VAZ-21214 minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış sahibinə qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Quba RİHBnın Hacıhüseynli kənd İƏD-üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailəsi ilə birgə Quba rayonu, Qımıl-Qışlaq kəndində yaşayır və yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayonu İHB-nın Aşağı Zeyid kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailəsi ilə birgə Xaçmaz rayonu, Alıc-Qışlaq kəndində yaşayır və yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış tələbnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 iyun 2022-ci il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs qızı X2 onun hüquqi varisi qismində tanınmışdır. X2 9 avqust 2022-cü il tarixli notarial qaydada təqsdiq edilmiş ərizəsində Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını, onlara dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını bildirmişdir. X2 məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs1 ilə barışdıqlarını, onlara dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxar. Məhkəmə, məhkəmə istintaqı zamanı şahidi kimi dindirilmiş Şahid5, Şahid7 və Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadələri əsas tutaraq Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, Şahid7 və Şahid6 adına tərtib edilmiş dindirmə protokollarını sübutların siyahısından çıxarılmasını məqsədə müvafiq hesab edir. Belə ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid5 məhkəmə istintaqı zamanı hadisə barədə verdiyi məlumatlar ziddiyyət təşkil etdiyindən həmin ifadələrdə əks olunan məlumatların mötəbərliyi məhkəmədə şübhə yaratmış, iş üzrə digər şahidlər dindirildikdən və sənədlər tədqiq edildikdən sonra da həmin şübhələr aradan qalxmadığından məhkəmə Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadələrin həqiqəti əks etdirməməsinə qənaət gətirərək onun ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut kimi qəbul edir. Digər tərəfdən Şahid6 adına tərtib edilmiş cinayət işinin 1-ci cildinin 142-ci vərəqində əks olunan “Şahidin dindirilməsi protokolu”nda əks olunan məlumatların ona aid olmaması, Şahid6 hadisəni görməməsi və bu barədə heç bir hüquq mühafizə orqanında ifadə verməməsi barədə dediklərini əsas götürərək həmin protokolu da mötəbərliyi və mənsubiyyəti şübhəli olan sübut kimi sübutların siyahısından xaric edir. Həmçinin, Şahid7 adına tərtib edilmiş cinayət işinin 1-ci cildinin 142-ci vərəqində əks olunan “Şahidin dindirilməsi protokolu”nda əks olunan məlumatların ona aid olsa da hadisəni görməməsi və bu barədə heç bir hüquq mühafizə orqanında ifadə verməməsi barədə dediklərini əsas götürərək həmin protokolu da mötəbərliyi və mənsubiyyəti şübhəli olan sübut kimi sübutların siyahısından xaric edir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol- nəqliyyat hadisəsinin baş verməsində zərər çəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 ehtiyatsızlıqdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyası həddində azadllığın məhdudlaşdırılması növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar təyin edilməlidir. Təqsirləndirilən şəxs1 ehtiyatsızlıqdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə, həmin Məcəllənin 264-cü maddəsi ilə isə müddətin keçməsi ilə bağlı cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxsin hüquqi varis ilə barışıq əldə etməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxsin hüquqi varis ilə barışıq əldə etməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 28 fevral 2019-cu il tarixdə tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və o, həmin cəzanı yaşayış yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs2 üzərinə saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası hökm qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməlidir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 20 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında olduğu müddət ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 təyin edilməli olan cəzanın məntəqə tipli cəza çəkmə müəssisəsində çəkilməli olmasına münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə cinayət işi üzrə toplanmış materialları araşdıraraq, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddi normanın ümumilikdə məzmununu nəzərə alaraq onun barəsində əlavə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış QAZ-2757AO yük markalı, ** BD *** dövlət qeydiyyat nişanlı, VAZ-21214 minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillərin ibtidai istintaq mərhələsində qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə müəyyən edilmiş 140 (yüz qırx) manat məbləğində ekspertiza xərcinin 70 (yetmiş) manat məbləğində hissəsinin Təqsirləndirilən şəxs2, 70 (yetmiş) manat məbləğində hissəsinin isə Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Quba rayon Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəiıəsin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında olduğu 1 (bir) il 7 (yeddi) ay 16 (on altı) gün müddət ona təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 4 (dörd) ay 14 (on dörd) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və bu cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəsissəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış QAZ-2757AO yük markalı, ** BD *** dövlət qeydiyyat nişanlı, VAZ-21214 minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillərin ibtidai istintaq mərhələsində qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. iş üzrə müəyyən edilmiş 140 (yüz qırx) manat məbləğində ekspertiza xərcinin 70 (yetmiş) manat məbləğində hissəsinin Təqsirləndirilən şəxs2, 70 (yetmiş) manat məbləğində hissəsinin isə Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-11/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-11/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver