Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-110/2022 28.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, xx.xx.1964-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən və götürülməyən, orta təhsilli, subay, Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 47/11, mənzil 1-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə həmin cəzadan 09 ay 26 gün vaxtından əvvəl şərti azad edilməklə xx.xx.2016-cı ildə cəzasını çəkib qurtarmasına, həmçinin Xaçmaz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin cəzadan 02 ay 11 gün vaxtından əvvəl şərti azad edilməklə cəzasını çəkib qurtarmasına baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd verməklə köməklik göstərmə, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girmiş, bu məqsədlə Təqsirləndirilən şəxs aralarındakı cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan üzvü İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxsin qeyriləri vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla qanunsuz keçirib satışını təşkil etməklə birgə qazanc əldə etmək məqsədi ilə ona göndərdiyi və istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə Sumqayıt şəhəri ərazisində naməlum şəxs vasitəsi ilə ona çatdırdığı kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 19246,294 qram təmiz çəkidə narkotik vasitə heroini naməlum tarixdə, vaxtda və şəraitdə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib daşıyaraq həmin narkotik vasitə heroinin bir hissəsini öz üzərində, qalan hissələrini isə faktiki yaşadığı özünə məxsus, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən nömrəsiz fərdi evində gizlədərək saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə saat 15:15-də Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yaşadığı fərdi evin yaxınlığında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edildikdən sonra orada Təqsirləndirilən şəxs üzərində həmin gün saat 16:50-dən etibarən şəxsi axtarış və götürmə aparılarkən həmin narkotik vasitə heroinin bir hissəsi olan külli miqdarda 46,294 qram təmiz çəkidə narkotik vasitə heroin onun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd bükümdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən nömrəsiz fərdi evə 01 may 2021-ci il tarixdə saat 18:15-dən etibarən onun öz razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitə heroinin qalan hissəsi olan külli miqdarda ümumilikdə 19200 qram təmiz çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 1080 qram, 1730 qram, 1825 qram, 1770 qram, 1830 qram, 2515 qram, 1620 qram, 1700 qram, 1890 qram, 1455 qram və 1785 qram təşkil edən 11 ədəd bağlamalarda olmaqla səthində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi ilə birlikdə Təqsirləndirilən şəxs evində girişdən sol tərəfdə yerləşən qonaq otağındakı çarpayının alt hissəsində gizlədib saxladığı və çıxarıb təqdim etdiyi 01 ədəd qara rəngli üzərində “Puma” yazısı olan idman çantasının içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddət narkotik vasitələrdən istifadə etmişdir. Günə təxminən 2 qraq narkotik vasitə istifadə etmişdir. 01 may 2021-ci il tarixdə Quba rayonundan gələndə 50 qram narkotik vasitə götürmüş, Ceyranbatanda kirayədə qaldığı evə gələndə qapıda onu tutmuşlar. Onu evə salaraq evi axtarmışlar, lakin heçnə tapmamışlar. Həmin saat 10-11 radələrində onu şöbəyə aparmışlar. Sonra saat 15:30-da onu evə çəkilişə gətirmişlər. Əllərindəki çantanı gözünün qarşısında çarpayının altına atmışlar. 1-2 dəfə etiraz eləmiş, ona psixi təzyiq göstərmişlər. Bundan sonra məcbur olub, polis əməkdaşlarının dediyi kimi hərəkət etmişdir. İttihamda qeyd edilən miqdarda onun evində narkotik vasitə olmamışdır. Onun üzərində yalnız 50 qram heroin olmuşdur. Həmin narkotiki öz istifadəsi üçün əldə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. . Məndə onların dediyi kimi ifadə verməyə məcbur oldum. Məhəmməd adlı şəxsi tanımamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yerləşən özünə məxsus nömrəsiz evdə tək yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, əvvəllər 5-6 dəfə məhkum olunmuş, sonuncu dəfə 2020-ci ildə Cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Azadlığa çıxandan sonra özünə heç bir iş tapa bilməmişdir. Əvvəllər 2005-ci ildə X4 ilə qeyri-rəsmi ailə həyatı qurmuş, rəsmi nikahı olmamışdır. Bu evlilikdən Süleyman adlı bir oğlu var, lakin uzun illərdir ki, həyat yoldaşı və oğlu ondan ayrı yaşayırlar. Özü arasıra narkotik vasitə marixuana çəkib qəbul edir. Təxminən 2 ay qabaq özü mobil telefonda Vatsap proqramı vasitəsi ilə İran İslam Respublikası vətəndaşı olan Məhəmməd adlı şəxslə tanış olmuşdur. Məhəmmədlə Vatsap proqramı vasitəsi ilə əvvəllər bir neçə dəfə videogörüntü ilə telefon danışıqları da olmuş, lakin onunla üzbəüz görüşü olmamışdır. Həmin danışıqlarının birində Məhəmməd ona bildirmişdir ki, Sumqayıt şəhərində bir yerə öz adamları vasitəsi ilə təxminən 20 kiloqram çəkidə narkotik vasitə heroin qoydurmuşdur və ona təklif etmişdir ki, həmin heroin olan çantanı gedib götürsün, müvəqqəti özündə saxlasın, həmin bağlamaya onun üçün xərclik pul da qoymuş və özünün dediyi vaxtlarda həmin heroini kimlərinsə gəlib götürməsi üçün hissə-hissə müxtəlif yerlərə aparıb qoysun. İranlı Məhəmməd ona təklif etmişdir ki, bu işin müqabilində ona 10.000 manat pul göndərəcəkdir. Özü isə maddi cəhətdən çətinlik içində yaşadığı üçün İranlı Məhəmmədin bu təklifi ilə razılaşmışdır. Təxminən 15-20 gün qabaq Məhəmmədin ona dediyi istiqamətdə gedib onun əvvəldən Sumqayıt şəhərində köhnə “Dalğa” qonaq evi adlanan yerin yanında, diqqət cəlb etməyən bir yerə qoydurduğu içində narkotik vasitə heroin bağlamaları olan qara rəngli çantanı həmin yerdən götürüb özü ilə Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yerləşən yaşadığı evə gətirib qoymuşdur. Həmin çantada bir neçə bağlama heroin olmuşdur. Çantanı yaşadığı evdə qonaq otağındakı çarpayının alt hissəsində gizlədib saxlamış, Məhəmməd ona bildirmişdir ki, lazım olan vaxtda özü ona xəbər edəcək, özü da Məhəmmədin sözü ilə həmin heroindən hissə-hissə götürüb hansısa ünvanlara aparıb qoyacaqdı. Lakin bir neçə gün sonra özü İranlı Məhəmmədlə əlaqəni kəsmək qərarına gəlmiş, ona görə Məhəmmədlə danışıq apardığı öz mobil telefonunu və mobil nömrəsini də sındırıb tullamışdır ki, Məhəmməd onu tapa bilməsin. Fikirləşmişdir ki, həmin narkotik vasitə heroini heç Məhəmməd olmadan da özü bildiyi yerlərə aparıb qoyar, yaxud kimlərəsə satar. 01 may 2021-ci il tarixdə saat təxminən 15 radələrində özü Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində öz evinin yaxınlığında küçədə olarkən ona tərəf mülki geyimli beş nəfər şəxs yaxınlaşıb onu saxlamış, özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona bildirmişlər ki, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə özlərində məlumat var, əməliyyat axtarış tədbiri keçirilir. Polislər onu özləri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib aparmış, orada onun üçün vəkil də dəvət edib təqdim etmişlər, sonra videoçəkiliş etməklə özünün üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Polis əməkdaşları ona təklif etmişlər ki, üzərində qanunsuz saxladığı əşya, predmet varsa təqdim etsin, özü də əynindəki qara rəngli gödəkçənin sağ yan cibində əvvəldən saxladığı, içində heroin olan bükümü çıxarıb onlara təqdim etmişdir. Cibində olan həmin bükümdəki heroin yaşadığı evdə saxladığı, İranlı Məhəmməd tərəfindən göndərilmiş həmin heroinin bir hissəsi olmuş, yəni əvvəldən özü bir qədər ayırıb bükümdə cibinə qoymuşdur. Polis əməkdaşları həmin bükümü açıb heroini aşkar etmiş, elektron tərəzidə çəkdikdən sonra götürüb qablaşdırmışlar. Həmçinin üzərində şəxsi axtarış aparılmış, üzərində olan özünə məxsus ev açarını və 57 manat şəxsi pulunu da təqdim etmişdir. Lakin evin açarı və pulu əhəmiyyət kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Polis əməkdaşlarının sorğu sualına əsasən özü həmin narkotik vasitə heroini İranlı Məhəmmədin göndərməsi ilə əldə etdiyini hazırki ifadəsində göstərdiyi kimi onlara da danışıb bildirmiş və həmçinin özü onlara bildirmişdir ki, yaşadığı evdə də narkotik vasitə heroin vardır. Polis əməkdaşları onun Ceyranbatanda yaşadığı evə də baxış keçirməli olduqlarını bildirmiş, özü də baxış keçirilməsinə heç bir etiraz etmədən könüllü razılıq vermişdir. Bundan sonra polis əməkdaşları və vəkillə birgə özünün yaşadığı Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yerləşən evinə getmişlər. Orada da özü polis əməkdaşlarının videoçəkiliş aparmaqla keçirdikləri baxış prosesində evdə qonaq otağındakı çarpayının alt hissəsində saxladığı, içərisində heroin bağlamaları və bir ədəd də elektron tərəzi olan qara rəngli “Puma” idman çantasını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin çantanın içində 11 ədəd butulka formasında bağlama qabların hər birinin içində heroin olmuş və polis əməkdaşları çantaya baxış keçirərək həmin 11 ədəd bağlamada olan heroinləri və bir ədəd elektron tərəzini aşkar etmişlər, heroin bağlamalarının hər birini elektron tərəzidə də çəkib çəkilərini müəyyən etmişlər, sonra isə aşkar edilmiş həmin çantada olan heroin bağlamalarını və eletron tərəzini götürüb qablaşdırmışlar. Ümumilikdə təxminən 20 kiloqram çəkidə heroin olmuşdur. Polislər onun evinə özləri də baxış keçirmiş, lakin başqa qanunsuz heç nə aşkar olunmamışdır. Özü həmin narkotik maddəni İranlı Məhəmmədin göndərməsi üzrə əldə etdiyini onlara olduğu kimi danışmışdır. Aşkar olunanlarla bağlı polis əməkdaşları tərəfindən tərtib edilmiş protokollar da tam doğrudur, özü də həmin protokolları öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, özünün istifadəsində bir çox mobil nömrələr olmuşdur, hazırda həmin nömrələrin heç birini xatırlamır. X6 proqramı ilə danışdığı mobil telefonunu və mobil nömrəsini də sındırıb tullamış, özündə yoxdur, həmin mobil nömrə də yadında deyil. Həmin narkotik vasitə olan heroini sonradan hansı ünvana yerləşdirməyi, kimlərə verməyi və həmin ünvanlardan kimlərin gəlib götürməsi barədə İranlı Məhəmməd, nə də onun hər hansı adamı ona bu barədə hələlik heç nə deməmişdir. Özü yalnız Məhəmmədi tanıyır, ondan başqa heç kimi tanımamışdır. Məhəmməd ona söz vermişdir ki, həmin heroini onun dediyi ayrı-ayrı yerlərə aparıb qoymağı müqabilində ona 10.000 manat pul göndərəcəkdir, lakin kimin gəlib götürəcəyini ona deməmiş, nə də pulu göndərməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib aparılarkən özünə qarşı heç bir təzyiq, zorakılıq edilməmişdir. Özü Məhəmmədlə iki ay qabaq telefonda tanış olmuş, onunla bağlı ətraflı heç bir məlumatı yoxdur, bilir ki, iranlıdır. Mobil nömrəsini və əlamətlərini də hazırda xatırlamır. Məhəmmədin həmin narkotik vasitə heroini Sumqayıta necə, hansı yolla, kimlərin vasitəsi ilə və haradan göndərdiyini özü dəqiq bilmir, bu barədə məlumatı yoxdur. İçində narkotik vasitə heroin bağlamaları olan həmin çantanı yaşadığı evə daşıyıb gətirərkən özü tək olmuş, həmin vaxt yanında heç kim olmamışdır. Həmin heroin bağlamaları və elektron tərəzi olan çantanı Sumqayıtda «Dalğa» qonaq evinin yaxınlığında qoyulmuş yerdən özü tək götürüb tanımadığı taksi maşını ilə Ceyranbatana öz evinə aparmışdır. Özü ara-sıra narkotik vasitə marixuana çəkib qəbul edir. Heç vaxt ruhi-psixi xəstəlikdən müalicə almamış və belə xəstəliklərdən də əziyyət çəkmir. Həmin narkotik vasitə heroini Ceyranbatan qəsəbəsində yaşadığı evə aparıb saxladıqdan sonra həmin heroindən heç kimə verməmiş, nə satmamış, nə də harasa aparıb qoymamış, sadəcə evində çantada saxlamışdır. (cild 1, iş vərəqə 84-89) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 01 may 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 47/11, mənzil 1-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz şəkildə satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması, Sumqayıt şəhəri ərazisində bu kimi maddələrin qanunsuz dövriyyəsini həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olmuş həmin məlumata əsasən Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün dərhal əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilməklə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 01 may 2021-ci il tarixdə özləri tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində özü və əməliyyat qrupunun digər üzvləri həmin gün saat 15:15-də xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar orta yaşlı kişini Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yaşadığı evin yaxınlığında müəyyən edib onu saxlamışlar. Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə hərəkəti aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin maddə olan büküm elektron tərəzi üzərinə qoyulub çəkilərək çəkisi də müəyyənləşdirilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən, əynindəki qara şalvarının sol yan cibindən bir ədəd açar, 57 manat şəxsi pulu da aşkar edilmişdir, başqa qanunsuz əşya və predmet aşkar olunmamışdır. Aşkar olunmuş, içində heroinə bənzər maddə olan həmin büküm götürülüb zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, bir ədəd açarı və 57 manat şəxsi pulu əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs özü səmimi şəkildə bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə heroindir, özünə məxsusdur, həmin heroini təxminən 2 ay qabaq tanış olduğu İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı hansısa şəxsin sözü ilə 10 gün qabaq Sumqayıt şəhərində əvvəlcədən qoyulmuş bir yerdən götürmüşdür, həmin narkotik vasitəni Sumqayıt şəhərində müxtəlif ünvanlara qoyub yerləri barədə Məhəmmədə məlumat vermək fikrində olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, bu işi görmək müqabilində İranlı Məhəmməd ona 10.000 manat pul göndərəcəyini vəd etmişdir. Həmçinin, sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Ceyranbatan qəsəbəsində yaşadığı fərdi evində də narkotik vasitə saxlamaqdadır, onu təqdim edə bilər və evinə baxış keçirilməsinə də heç bir etirazı yoxdur. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı fərdi evə də baxış keçirilməsi zərurəti olduğundan onun öz razılığı əsasında özünün və müdafiəçisinin iştirakları ilə baxış keçirilməsi üçün həmin gün Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən nömrəsiz fərdi evə getmişlər, həmin gün Təqsirləndirilən şəxs elan edilərək ona təklif edilmişdir ki, evində qanunsuz saxladığı narkotik və psixotrop maddələr varsa özü göstərib təqdim etsin. Təqsirləndirilən şəxs da bu təklifə əsasən evdə girişdən sol tərəfdə yerləşən qonaq otağında olan çarpayısının alt hissəsindən bir ədəd qara rəngli, üzərində «Puma» yazısı olan idman çantasını çıxarıb baxışa təqdim etmişdir. Həmin çanta açılıb baxıldıqda onun içərisindən 11 (on bir) ədəd bağlamalarda hər birinin içində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər maddələr və bir ədəd də elektron tərəzi aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş, içində narkotik vasitə heroinə bənzər maddələr olan həmin bağlamalar aşkarlandığı vəziyyətdə də yerindəcə elektron tərəziyə qoyulub çəkilmiş və hər bir bağlamanın çəkisi müəyyənləşdirilmişdir. Sonra isə aşkar olunmuş həmin maddələr olan bağlamalar və elektron tərəzi götürülərək qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs sorğu sual zamanı bir daha bildirmişdir ki, həmin bağlamalarda olan maddələr narkotik vasitə heroindir, həmin heroini ona yuxarıda qeyd etdiyi kimi tanışı İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxs göndərmişdir, yəni İranlı Məhəmməd hansısa şəxs vasitəsi ilə həmin bağlamaları Sumqayıt şəhərində əvvəlcədən təyin etdiyi bir yerə qoydurmuş, özü də sonra Məhəmmədin sözü ilə onu həmin yerdən götürüb daşıyaraq evində saxlamışdır, həmin narkotik vasitə heroini Sumqayıt şəhərində müxtəlif ünvanlara qoyub yerləri barədə Məhəmmədə məlumat vermək fikrində olmuşdur, bu işinin qarşılığında tanışı Məhəmməd ona 10.000 manat pul göndərəcəyinə söz vermişdir. Axtarış və götürmə, eləcə də yaşadığı evinə baxış keçirmə prosesləri zamanı Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq, təsir, təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadələri alınmış polis əməkdaşları ilə oxşar məzmunlu ifadə verərək onları göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, iş vərəqə 114-118) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 may 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəinə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarı ilə DİN-nin BNMİ-nin baş XMİÜ əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 24 may 2021-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 7-8, 171) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəxsi axtarış və götürmə aparılması haqqında, həmçinin evə baxış keçirilməsi və götürmə haqqında 01 may 2021-ci il tarixli protokollara və onlara əlavə edilmiş müvafiq proseslərin həyata keçirilməsinə dair videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disklərə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə saat 15:15-də Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yaşadığı fərdi evin yaxınlığında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edildikdən sonra orada onun üzərində həmin gün saat 16:50-dən etibarən şəxsi axtarış və götürmə aparılarkən onun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd bükümdə təxmini çəkisi 51,17 qram olan narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən nömrəsiz fərdi evə 01 may 2021-ci il tarixdə saat 18:15-dən etibarən onun öz iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs evində girişdən sol tərəfdə yerləşən qonaq otağındakı çarpayının alt hissəsində gizlədib saxladığı və çıxarıb təqdim etdiyi 01 ədəd qara rəngli üzərində “Puma” yazısı olan idman çantasının içərisindən 11 ədəd bağlamalarda narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 30-33,36-39) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 may 2021-ci il tarixli 6/1759 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı...” sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 46,294 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. “...Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı...” sözləri yazılmış kağız yapışdırılmış bir ədəd qara rəngli çantadakı 11 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1080 qram, 1730 qram, 1825 qram, 1770 qram, 1830 qram, 2515 qram, 1620 qram, 1700 qram, 1890 qram, 1455 qram və 1785 qram – ümumi təmiz çəkisi 19200 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Kağız paketdəki və qara rəngli çantadakı heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub ümumi təmiz çəkisi 19246,294 qram təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Həmin ekspert rəyinə əsasən ekspertiza tədqiqatına sərf edildikdən sonra kağız paketdə 46,194 qram, çantada isə ümumilikdə 19199,89 qram təmiz qalıq çəkilərdə heroin qalmışdır. (cild 1, iş vərəqə 56- 62) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3032 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji tibbi yoxlama zamanı özünün narkotik vasitə marixuanadan və psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. (cild 1, iş vərəqə 223- 224) Ekspertiza tədqiqatından sonrakı qalıq 46,194 qram və ümumilikdə qalıq 19199,89 qram çəkilərdə narkotik vasitə heroinlər, səthində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi, şəxsi axtarış və götürmə aparılması, evə baxış keçirilməsi və götürmə proseslərinin həyata keçirilməsinə dair 01 may 2021-ci il tarixli protokollara əlavə edilmiş yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklər iş üzrə maddi sübütlar hesab edilmişdir. Maddi sübutlardan şəxsi axtarış və götürmə aparılması, evə baxış keçirilməsi və götürmə proseslərinin həyata keçirilməsinə dair 01 may 2021-ci il tarixli protokollara əlavə edilmiş yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılır, ekspertiza tədqiqatından sonrakı qalıq 46,194 qram və ümumilikdə qalıq 19199,89 qram çəkilərdə narkotik vasitə heroinlər, səthində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi isə təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (cild 1, iş vərəq 33, 39, 105, 279, 103-104, 233- 242) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Avtomatlaşdırılmış məlumat-axtarış sistemində qeydə alınmış sərhədkeçməsinə dair məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədindən İran İslam Respublikası istiqamətində Biləsuvar sərhəd nəzarət məntəqəsindən xx.xx.2018-ci il tarixdə saat 17:47-də çıxışına və Astara sərhəd nəzarət məntəqəsindən xx.xx.2018-ci il tarixdə saat 13:13-də əks istiqamətdə girişinə, İran İslam Respublikası istiqamətində Biləsuvar sərhəd nəzarət məntəqəsindən xx.xx.2018-ci il tarixdə saat 15:07-də çıxışına və Biləsuvar sərhəd nəzarət məntəqəsindən xx.xx.2018-ci il tarixdə saat 21:14-də əks istiqamətdə girişinə, İran İslam Respublikası istiqamətində Biləsuvar sərhəd nəzarət məntəqəsindən xx.xx.2019-cu il tarixdə saat 19:19-da çıxışına və Biləsuvar sərhəd nəzarət məntəqəsindən xx.xx.2019-cu il tarixdə saat 14:46-da əks istiqamətdə girişinə dair sərhədkeçmə məlumatlarının qeydə alındığı müəyyən edilmişdir. (cild 1, iş vərəq 225-231) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə həmin cəzadan 09 ay 26 gün vaxtından əvvəl şərti azad edilməklə xx.xx.2016-cı ildə cəzasını çəkib qurtarmış, həmçinin Xaçmaz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin cəzadan 02 ay 11 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2 və 83.3.4-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin əməllərində cinayətlərin təhlükəli residiv vardır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmaması, həmin narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitələrin və psixotrop maddənin külli miqdarda olması, onların miqdarı və növ üzrə qablaşdırılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş tam etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə səhv, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri isə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini bilavasitə törətməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin icrasında bilavasitə iştirak etməsi barədə cinayət işinin materiallarında mötəbər sübutlar olmadığından o, köməkçi qismində iştirakçısı hesab edilməli və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsindən 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər, CM-nin 206.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X8 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndinə əsasən qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01 may 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 21, 100-102) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub DİN-nin BMCMİ-də saxlanılan –Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 46,194 qram və ümumilikdə qalıq 19199,89 qram çəkilərdə narkotik vasitə heroinlər, səthində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi məhv edilməli, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 15 il 6 ay (on beş il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 01 may 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut DİN-nin BMCMİ-də saxlanılan – qalıq çəkisi 46,194 qram və ümumilikdə qalıq 19199,89 qram çəkilərdə narkotik vasitə heroinlər, 01 ədəd elektron tərəzi məhv edilsin, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-110/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-110/2022
28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver