Məhkəmə qərarları › İş №1(124)-110/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-110/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-110/2025 15.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X8 Nizami oğlunun sədrliyi, X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri Yasamal rayonu X11 küçəsi dalan 13 ev 5 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşamış, hazırda hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1994-cü il tarixdə Astara rayonun Siyətük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Astara rayonun Siyətük kəndində qeydiyyatda olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(009)-343/2024 nömrəli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməklə hazırda Astara rayonun Siyətük kəndində yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və İran İslam Respublikasının ərazisində yaşayan Rza adlı şəxs və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə külli miqdarda narkotik vasitə sayılan heroini və külli miqdarda psixotrop maddə sayılan metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamışlar. Belə ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə İran İslam Respublikasının ərazisində yaşayan Rza adlı şəxslə 2024-cü ilin yanvar ayında cinayət əlaqəsinə girərək sonuncunun Azərbaycan Respublikasına satış məqsədilə gətirdiyi külli miqdarda narkotik vasitə sayılan heroini və külli miqdarda psixotrop maddə sayılan metamfetamini maddi maraq müqabilində Bakı şəhərində “whatsapp” mobil tətbiqi ilə ünvan məlumatlarını bildirdiyi yerlərdən qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədilə Bakı şəhəri və Abşeron rayonu ərazisində deyəcəyi yerlərə daşıyaraq gizlədilməsi barədə əvvəlcədən razılığa gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Rza adlı şəxsin tapşırığı ilə 2024-cü ilin may ayında külli miqdarda narkotik vasitə sayılan heroini və külli miqdarda psixotrop maddə sayılan metamfetamini Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində gizlədildiyi yerdən qanunsuz olaraq əldə edib yaşadıqları ünvan 4 ünvanına daşıyaraq saxlamışlar. 22 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları ünvan 2na keçirilmiş baxış zamanı külli miqdarda, yəni ümumi çəkisi 10 qram təşkil edən psixotrop maddə sayılan metamfetamin, külli miqdarda, yəni ümumi çəkisi 8,90 qram təşkil edən narkotik vasitə sayılan heroin və narkotik vasitələrin çəkisinin müəyyən edilməsində istifadə olunmuş 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs2 ilə birlikdə Masazırda yaşamışlar. O, Nicatın işinə qarışmamışdır. Onun özü də narkotik vasitələrdən istifadə etmişdir. Bilmədiyi üçün istifadə etmişdir. Arıqlamaq məqsədi ilə narkotik vasitələrdən istifadə etmişdir. Nicatla birlikdə istifadə etmişdir. Onların evlərinə yerləşdirilən narkotik vasitələr onlara aid olmamışdır. Həmin narkotik vasitələrində onların əl izləri olmamışdır. O, narkotik vasitələrdən istifadə etməyinə görə çox peşmandır. Bir övladı var və ona baxır. Üç ildir ki, Təqsirləndirilən şəxs2 tanıyır. Tanışları vasitəsi ilə narkotik vasitəni əldə etmişlər. Həmin tanışın adı İsa olmuşdur. İranlının nömrəsini də onlara İsa vermişdir. İranlının adı, Samirə olmuş, Rza adlı şəxs Samirə adlı xanımın yoldaşı olmuşdur. Onlar narkotiki istifadə etmək məqsədi ilə almışlar. Bir dəfə Nicatla birlikdə getmiş və onda narkotiki konuma qoymuşlar. Bir dəfə getmişlər. Masazır ərazisinə qoymuşlar. Bunun qarşılığında 50 manat pul alacaqmışlar. 100 qramlıq marixuana olmuşdur. O, özünü təqsirli bilmir. Onlar tutulan gün evlərinə baxış keçirilmişdir. Evdən heç bir şey çıxmamışdır. Bir gün qaldıqdan sonra axtarış olmuşdur. Narkotiki özü qoymuş kimi siyirtməni açmış və narkotiki götürmüşdür. İfadə verərkən onlara təzyiq göstərməmişlər. ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Telefonda iranlı tərəfindən göndərilən konumlar olmuşdur. Özü istifadə məqsədi ilə göndərmişdir. Gec-gec müddətə olsa da nömrəsinə narkotikin konumunu göndərmişdir. Gün ərzində nə qədər miqdarda narkotik istifadə etdiklərini bilməmişdir. Az miqdarda istifadə etmişlər. Ayda bir ya da iki dəfə metamfetamin istifadə etmişlər. Həmin fotoşəkillər il ərzində yığılmışdır. Saxlanılandan sonra narkotik vasitə istifadə etməmişdir. Himayəsində bir övladı vardır. İfadə verən zaman onu bir az hədələmiş, Təqsirləndirilən şəxs2 isə döymüşlər. Əməlindən çox peşmandır. Narkotikin satışı cəmi bir dəfə olmuşdur. Həmin halda da 100 qram olmuşdur. Onları pulla şirnikləndirmiş, birinci dəfə onlara 50 manat pul vermişdir. Sonradan onları aldatmışdır. O, ifadə verəndə ona təzyiq olunmamış, sərbəst şəkildə ifadə vermişdir. İstintaq zamanı ona nə demişlərsə, onu da yazmışdır. Evdən çıxan narkotik vasitəsinin onlara məxsus olduğunu deyəndə onlara məxsus olmadığını demişdir. Cavabında “sizin evdən çıxıbsa sizə məxsusdur” demişlər. Ona görə də bu ifadəni ona yazdırmışlar. Şahid1 evə baxış zamanı iştirak etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilərək göstərmişdir ki, o, 1994-cü il 5 yanvar tarixində Astara rayonu Siyətük kəndində doğulmuşdur. 2011-ci ildə Səddam Bünyadzadə adlı həmkəndlisi ilə ailə həyatı qurmuş, onunla bir müddət Beyləqan rayonunda yaşamışdır. 2015-ci ildə Səddam Bünyadzadə ilə rəsmi qaydada boşanmışdır. Həmin evlilikdən Səfa Bünyadzadə adlı oğlu vardır. 2015- 2018-ci illərdə Astara rayonunun Siyətük kəndində fərdi təsərrüfatla məşğul olmuşdur. 2018ci ildən Bakı şəhərində müxtəlif kafe və restoranlarda ofisiant kimi fəaliyyət göstərmişdir. 2020-ci ildə Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən "Şeyx" gecə klubunda administrator kimi işləməyə başlamış, orada işlədiyi müddətdə klubda ofisiant işləyən Təqsirləndirilən şəxs2 ilə tanış olmuş, birlikdə ev tutaraq qeyri-rəsmi ər-arvad kimi yaşamış, birlikdə müntəzəm olaraq el arasında “patı” kimi adlanan psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs2 2021-ci ildə Nərimanov yaxınlığında “Streç” klubunda işləməyə başlamışdır. Həmin vaxt kluba turistləri bələdçi kimi gətirən X7 ilə Təqsirləndirilən şəxs2la birlikdə tanış olmuş, Təqsirləndirilən şəxs2 onun yanında İsa Quluzadədən narkotik vasitə təşkil edə bilibbilməyəcəyini maraqlanmışdır. Yaranmış isti münasibət nəticəsində X16 Süleymanova İranda olan Samirə adlı qadının “Whatsapp” nömrəsini verərək sonuncudan narkotik vasitələr əldə edə biləcəklərini demişdir. Təqsirləndirilən şəxs2 Samirə adlı şəxslə ilə müntəzəm olaraq əlaqə saxlamış, sonuncunun tapşırığı ilə Bakı şəhərində müxtəlif ünvanlardan narkotik vasitələr əldə etmişdir. İran İslam Respublikasının ərazisində yaşayan Samirə adlı şəxsi heç vaxt görməmiş və video zəng vasitəsilə onunla əlaqə saxlamamışlar. Həmçinin özü də Təqsirləndirilən şəxs2la birlikdə narkotik vasitələri Bakı şəhərində gizlədildikləri müxtəlif yerlərdən əldə etmişdir. Belə ki, Samirə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə narkotik vasitənin qoyulduğu yerin fotoşəklini göndərmişdir. Bundan bir müddət sonra Samirə adlı şəxs telefonunu söndürəcəyini, narkotik vasitə lazım olduğu halda əri Rza adlı İranda yaşayan şəxslə əlaqə saxlamaqlarını tapşıraraq sonuncunun əlaqə nömrəsini onlara göndərmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs2la eyni mobil telefondan istifadə etmiş, birlikdə dəfələrlə Rza adlı şəxsdən eyni qaydada narkotik vasitələr əldə etmiş, narkotik vasitənin pulunu M10 adlanan mobil tətbiq vasitəsi ilə ödəyərək sonuncunun “Whatsapp” mobil tətbiqi ilə ünvan koordinatlarını göndərdiyi yerlərdən narkotik vasitələri əldə etmişlər. Daha sonra Rza adlı şəxs Təqsirləndirilən şəxs2 və ona kuryer rolunda işləməyi təklif edərək narkotik vasitələri İrandan Azərbaycana göndərəcəyini, onların isə satışda iştirak edərək narkotik vasitələri Rza adlı şəxsin dediyi yerlərə çatdırmalı olduqlarını bildirmişdir. Bunun qarşılığnda Rza onlara həm pul, həm də narkotik vasitə verəcəyinə dair vəd vermişdir. Maddi vəziyyətlərinin pis olduğuna, həmçinin özlərinin də narkotik vasitələrdən istifadə etdiklərinə görə Təqsirləndirilən şəxs2la birlikdə Rzanın təklifi ilə razılaşmışlar. Bundan sonra Rza adlı şəxs müntəzəm olaraq Bakı şəhərinin müxtəlif yerlərindən, bəzən Masazır qəsəbəsi və Xırdalan şəhəri ərazisindən narkotik vasitələr sayılan heroini və marixuananı, eləcə də psixotrop maddə metamfetamini götürərək müxtəlif ünvanlara qoymağı tapşırmışdır. Həmin narkotik vasitələrin içində 200-300 manat pul vəsaiti və onların istifadəsi üçün əlavə olaraq narkotik vasitə olmuşdur. Rza 100 qram metamfetamin göndərdikdə zəhmət haqqı kimi əlavə üstünə 20 qram metamfetamin, həmçinin 200-300 manat pul vəsaiti qoymuşdur. Sonuncu dəfə 2024-cü ilin may ayının təxminən 20-si Rza “Whatsapp” sosial şəbəkəsi üzərindən əlaqə yaradaraq Pirşağı qəsəbəsində dəmir yolunun yaxınlığından narkotik vasitə heroin və psixotrop maddə metamfetamini götürməyi tapşırmışdır. O, Təqsirləndirilən şəxs2la birlikdə taksi ilə Rzanın “Whatsapp” sosial şəbəkə tətbiqi ilə göndərdiyi ünvana gedərək oradan sözügedən heroini və metamfetamini gizlədildiyi yerdən əldə edərək birgə yaşadıqları ünvan 6 ünvanına aparmışlar. Orada heroini və metamfetamini tərəzidə çəkərək təxmini çəkilərinin ayrı-ayrılıqda 100 qram olduğunu görmüşlər. Daha sonra Rza adlı şəxsin tapşırığı ilə həmin narkotik vasitələri evdə tərəzi ilə çəkib bölərək sonuncunun tapşırdığı təxminən 7-8 ünvana çatdırmışlar. 22 iyun 2024-cü il tarixdə yaşadıqları evdən aşkar olunan 8.90 qram narkotik vasitə heroin və 10 qram psixotrop maddə metamfetamin Rza adlı şəxsin göndərdiyi həmin narkotik vasitə və psixotrop maddənin qalıq hissələridir. Evdə aşkar olunan elektron tərəzini isə narkotik vasitələri çəkmək üçün Təqsirləndirilən şəxs2 almışdır. Evdə aşkar olunan kolba vasitəsi ilə psixotrop maddə metamfetamindən istifadə etmişlər. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, onlar evdə olan zaman basqın olunmuşdur. Evlərinə basqın edənlər onun başına torba keçirməklə bilmədiyi bir yerə aparmışlar. İki gün onu həmin yerdə saxlamışlar. Onu döymüşlər. Narkotikin harada olduğunu soruşmuşlar. O da narkotikin olmadığını bildirmişdir. Onun bədəni göyərmişdir. İki gün sonra onu evlərinə aparmışlar. Avtomobili evlərinin qarşısında saxlamışlar. Onun başından torbanı evlərinin qarşısında çıxarmışlar. Evlərinə girmişdir. Ona “bizi yormayın və narkotikin harada olduğunu bizə deyin” demişlər. 20 nəfər birlikdə onun evinə tökülüşmüşlər. Onlara “əgər məndə narkotik vasitə olsa idi elə birinci gün siz gələndə mən həmin narkotik vasitəsini sizə təqdim edərdim” demişdir. Evində narkotik vasitələrin olmadığını onlara dəfələrlə demişdir. Onun evində şkafın siyirtmələrindən, guya narkotik vasitəni aşkar etmişlər. Həmin şkafda Aydanın və onun əl-barmaq izləri olmamışdır. Balaca bir kütləni aşkar etmişlər. Ona aşkar etdiklərini ekspertizaya göndərəcəklərini demişlər. Onlara “iki gündür ki, mənim evimdə qalmısız və mən özüm bilmədiyim bir yerdəyəm” demişdir. Ona “çox danışma və biz bilirik nə edirik” demişlər. Onu daha sonra DTX-ya aparmışlar. O, DTX-da olarkən müstəntiq ona “narahat olma yaxşı olacaqdır” demişdir. İki ay DTX-da qalmışdır. Həmin iki ay onun həbs müddəti olmuşdur. İşinə məhkəmədə baxılacağını demişlər. İş materiallarında onun izahatları vardır. İttiham aktında yazılanların ona aidiyyatı yoxdur. İttiham aktında onun iranlı ilə dəfələrlə danışması, onun üçün konuma narkotik və pul qoyması düzgün deyil. Təqsirləndirilən şəxs1ı üç ildən çoxdur ki, tanıyır. Onlar bir yerdə kirayədə, Masazırda yaşamışlar. Dəqiq ünvanı xatırlamır. İttihamda göstərilən ünvanda kirayədə yaşamışlar. Ayın on səkkizi evlərinə basqın edilmişdir. Ayın 20-si onu DTX-ya vermişlər. Aydanla birlikdə yaşayandan narkotik vasitələrindən istifadə etmişdir. Aydanla birlikdə istifadə etmişlər. Metamfetamindən istifadə etmişlər. Əlaqə saxladığı şəxslərdən metamfetamin əldə etmişlər. Narkotik vasitələri iranlıdan əldə etmişlər. Rza adlı şəxsi tutulmamışdan üç və ya dörd ay əvvəl tanımışdır. Onunla şəxsi münasibətləri olmamışdır. O, ofisant olaraq işləmış və yorğunçuluq olan vaxtı istifadə etmək məqsədi ilə bir qram götürmüşdür. O, indiyə qədər 9-10 qramlıq narkotiki bir yerdə görməmişdir. Təqsirləndirilən şəxs1 Rza adlı şəxsi onun vasitəsi ilə tanımışdır. İstifadəsində olan “Samsung” markalı mobil telefonda ***-**-** saylı nömrə olmuşdur. Həmin nömrə özünün istifadəsində olmuş və həmin nömrədən Aydan ancaq ailəsi ilə danışanda istifadə etmişdir. Həmin nömrə vasitəsi ilə Rza adlı şəxsdən narkotik sifariş etmişdir. Özü ofisant işlədiyinə görə telefon çox zaman onun üzərində olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində ayrı bir nömrə olmamışdır. Onun telefonunda narkotik vasitələri sifariş verməyi ilə əlaqədar olan smslər qalmışdır. O, ümumiyyətlə, Aydanın belə işlərə baş qoşmasına icazə verməmişdir. Lazım olanda özü əlaqə saxlamışdır. Narkotik heç bir yerdə tapılmamışdır. İşinə görə arada bir narkotik lazım olmuşdur. İranlı ona belə bir işin olduğunu demişdir. O, həmin vaxtı xəstə olmuşdur. Ona 100 qramlıq narkotiki konumlara atması üçün göndərmişdir. O da həmin narkotiki götürmüş və iranlıya da yalan olan konumları göndərmişdir. Heç birini düzgün konuma göndərməmişdir. Həmin narkotiki özünə götürdüyünə görə iranlı ilə aralarında dava olmuşdur. Həmin konuma Təqsirləndirilən şəxs1 ilə birlikdə getmişdir. İbtidai istintaq zamanı ona hədə-qorxu gəldikləri üçün özünü təqsirli bilməyə məcbur olmuşdur. İfadəni özü yazmamış, lakin imza çəkmişdir. Onu hansısa idarəyə aparmış və otaqdan içəriyə girən kimi döyməyə başlamışlar. Onun xəsarətləri vardır. Təcridxanaya daxil olarkən onun xəsarətləri qeydiyyata alınmamışdır. Təcridxanaya daxil olarkən xəsarət aldığını demişdir. Təcridxanaya daxil olmamışdan əvvəl iki ay DTX-da qalmışdır. Həmin müddət ərzində xəsarətləri sağalmışdır. O, 20 gündən bir narkotik istifadə etmişdir. O, bir dəfə götürəndə ona 20 gün bəs etmişdir. 3 ildir ki, Təqsirləndirilən şəxs1 ilə qeyri-rəsmi nikah münasibətində olmuş, imkansız olduğu üçün onunla evlənə bilməmişdir. İstintaqda verdiyi ifadəni qəbul etməmişdir. Hal şahidlərinin iştirakı ilə onların evlərinə baxmışlar. Onlar evdə olmayanda basqın etmişlər. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilərək göstərmişdir ki, o, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, orta təhsillidir, subaydır. Qeyri-rəsmi nikah münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 4 ünvanında yaşamışdır. Özü və qeyri-rəsmi nikah münasibətində olduğu Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olmuşlar. İşlədiyi “Stage Baku” adlı klubda tanış olduğu X4 mobil telefon nömrəsini bildirdiyi İran İslam Respublikasında yaşayan Samirə adlı şəxsdən narkotik vasitəni almışdır. Samirə adlı şəxs razılaşdıqları miqdarda narkotik vasitəni Bakı şəhəri və Abşeron rayonunda müxtəlif yerlərə qoyaraq həmin yerin ünvan məlumatlarını Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A9” markalı mobil telefonun “Whatsapp” nömrəsinə göndərmiş, o, Təqsirləndirilən şəxs1 ilə birlikdə taksi ilə həmin ünvanlara gedərək narkotik vasitələri gizlədildiyi yerdən əldə etdikdən sonra başqa taksi vasitəsi ilə geri yaşadıqları ünvana aparmışlar. İran İslam Respublikasının ərazisində yaşayan Samirə adlı şəxsi heç vaxt görməmiş və video zəng vasitəsilə onunla əlaqə saxlamamışlar. Əldə etdikləri narkotik vasitəyə görə pul vəsaitini Təqsirləndirilən şəxs1 “Samsung Galaxy A9” markalı mobil telefonunda açdığı sonuncuya məxsus birbank hesabı ilə onlara göndərilmiş “M10” hesabına ödəmişlər. Onun mobil telefonu olmadığından ikisi də Təqsirləndirilən şəxs1 mobil telefonundan istifadə etmişlər. Daha sonra Samirə adlı şəxs ona bir müddət telefonunu söndürəcəyini bildirərək həyat yoldaşı Rza adlı İran vətəndaşı ilə əlaqə saxlamaqlarını tövsiyyə etmişdir. Rza adlı şəxs ilə əlaqə saxlayaraq sonuncudan şəxsi istifadəsi üçün bir neçə dəfə narkotik vasitə sayılan heroin və psixotrop maddə sayılan metamfetamin almışdır. İran İslam Respublikasının ərazisində yaşayan Rza adlı şəxsi mobil telefonda “Whatsapp” mobil tətbiqi üzərindən video zəng vasitəsilə danışan zaman görmüş, sonuncu uzunsaçlı, təxminən 30-36 yaşında, əzələli bədən quruluşlu, qaraşın rəngli şəxs kimi görmüşdür. Rza adlı şəxs ona digər şəxslərə satış etmək üçün kuryerlik təklif etmiş və o, ev kirayəsinin ödənişində yaranmış çətinliklər səbəbindən Rza adlı şəxsin təklifi ilə razılaşmışdır. Sonuncu ilə əldə olunmuş razılığa əsasən İran İslam Respublikasından qaçaqmalçılıq yolu göndərilmiş narkotik vasitələri o və Təqsirləndirilən şəxs1 gizlədildiyi yerlərdən birlikdə əldə edib satışını təşkil etməli olmuşlar. Bundan sonra Rza adlı şəxs bir neçə dəfə hər biri 100 qram və ya digər çəkidə olan narkotik vasitələr heroini, marixuananı, psixotrop maddə metamfetamini, və 300, ya da 200 manat məbləğində pul vəsaiti ilə birlikdə göndərmiş, o da həmin narkotik vasitələri və psixotrop maddəni ona “Whatsapp” mobil tətbiqi vasitəsilə sonuncunun bildirdiyi ünvanlardan götürərək Abşeron rayonu ərazisində dediyi yerlərə qoyub ünvan məlumatlarını Rza adlı şəxsə “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərmişdir. Sonuncu dəfə 2024-cü ilin may ayının təxminən 20-si Rza adlı şəxs onunla “Whatsapp” mobil tətbiqi ilə əlaqə saxladığı zaman Pirşağı qəsəbəsi ərazisində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə göndərdiyi hər biri 100 qram olmaqla 2 bükümdə narkotik vasitə heroinin və psoxotrop maddə metamfetaminin, eləcə də 300 manat pul vəsaitinin yerləşdirildiyini və ondan həmin narkotik vasitə və psixotrop maddəni götürərək Abşeron rayonunda müxtəlif ünvanlara çatdırmağını tapşırmışdır. O da göndərilmiş ünvan məlumatlarındakı əraziyə Təqsirləndirilən şəxs1 ilə birlikdə gedərək narkotik vasitələri oradan götürərək ünvan 10 ünvanında yerləşən mənzilə gətirmişlər. Rza adlı şəxsin tapşırığı ilə 100 qram heroini və 100 qram metamfetamini ayrı-ayrı qramlara elektron tərəzi vasitəsilə bölərək Masazır qəsəbəsində müxtəlif ünvanlara aparıb yerləşdirmişlər. İlk paketi Masazır qəsəbəsində yerləşən "Sabah" stadionunun yaxınlığına yerləşdirmiş, məkanın koordinatını Rza adlı şəxsə “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərmişdir. Eləcə də Masazır qəsəbəsində yerləşdirdiyi digər paketlərin ünvan məlumatlarını da Rza adlı şəxsə “Whatsapp” mobil tətbiqi ilə göndərmişdir. Rza adlı şəxs ona paylamağı üçün narkotik vasitə göndərdikdə pul ilə yanaşı əlavə olaraq 10-30 qram arası narkotik vasitəni pay göndərmişdir. 22 iyun 2024-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ünvan 2nda yaşadığı mənzilə keçirilmiş baxış zamanı aşkar edilmiş, narkotik vasitələr olan ümumi çəkisi 10,0 qram metamfetamin və ümumi çəkisi 8,9 qram heroin Rza adlı şəxsin ona xidmət haqqı olaraq verdiyi narkotik vasitələrin qalıqları olmuşdur. Elektron tərəzini isə Rza adlı şəxslə tanış olduqdan sonra Bakı şəhərində xatırlamadığı mağazadan almış, payladığı narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə etmişdir. “Samsung Galaxy A9” markalı mobil telefon isə Təqsirləndirilən şəxs1 məxsus olmuş, özünün mobil telefonu olmadığından həmin mobil telefon birgə istifadələrində olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsləri hadisə ilə bağlı görmüşdür. O, evə baxış zamanı hal şahidi qismində iştirak etmişdir. Evə baxış zamanı iştirak edən zaman evdən tərəzi, şüşəyə oxşayan maddə və ağ rəngli bükümün içərisindən maddə tapılmışdır. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları da evə baxışda iştirak etmişlər. Evə baxış zamanı təqsirləndirilən şəxslər iştirak etmişlər. O, Masazır bələdiyyəsində işləyir. Təqsirləndirilən şəxs1 hadisə vaxtı görmüşdür. Saatın neçə olması onun yadında qalmamışdır. Gündüz saatları olmuşdur. Həmin vaxtı ərazidən keçəndə onu evə baxışa dəvət etmişlər. Kiməsə qarşı zor tətbiq olunmasının şahidi olmamışdır. Evdən bir ədəd balaca tərəzi, şüşəyə oxşayan maddə və ağ rəngli büküm aşkar olunmuşdur. Aşkar olunan maddənin nə olduğunu bilməmişdir. Üzərindən bir müddət keçdiyinə görə narkotik vasitənin tam olaraq haradan aşkar olunması onun yadında qalmamışdır. Narkotik vasitə evin içərisində aşkar olunmuşdur. Evə baxış zamanı təqsirləndirilən şəxslərə verilən suallar onun yadında qalmamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 22 iyun 2024-cü il tarixdə saat təxminən 15:20 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Azadlıq küçəsində iş yoldaşı Şahid2la birlikdə hərəkət edərkən 1 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmiş, yaxınlıqda yerləşən mənzildə keçiriləcək baxış zamanı hal şahidi kimi iştirak etməklərini təklif etmişdir. Onlar etiraz etmədən həmin DTX əməkdaşı ilə birlikdə Masazır qəsəbəsi Azadlıq küçəsində yerləşən mənzilə getmişlər. Həmin mənzildə başqa şəxslər, o cümlədən ev sahibləri olan Nicat və Aydan adlı şəxslər olmuşlar. DTX əməkdaşları ona və digər hal şahidinə hüquq və vəzifələrini izah etmişlər, daha sonra əməliyyat-axtarış təbirlərinin keçirilməsi haqqında qərarı elan etmişlər. Ev sahibləri qərara etiraz etmədiklərini bildirmiş, daha sonra baxış başlanmışdır. Baxış aparılan mənzil 8 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşmiş, 1 yataq otağı, 1 qonaq otağı, 1 sanitar qovşaq və 1 eyvandan ibarət olmuşdur. Baxış zamanı evin qonaq otağının girişinin sol tərəfindən divana söykənmiş qəhvəyi rəngli tumbanın alt rəfinin arxasında qara rəngli sellofan torbaya bükülmüş qara və gümüşü rəngli üzərində heç bir qeyd olmayan elektron tərəzi, 1 ədəd sınıq vəziyyətdə olan şüşə boru, polietilen torbaya bükülmüş, qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddə və başqa polietilen torbada ağ kristal rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Daha sonra həmin maddələr götürülmüş elektron tərəzi ilə çəkilmişdir. Qəhvəyi rəngli maddənin çəkisinin təxminən 10 qram, ağ rəngli maddənin çəkisinin isə təxminən 8.9 qram olması müəyyən edilmişdir. Həmçinin qonaq otağında masanın üzərində “Samsung Galaxy A9” markalı mobil telefon və Nicat adlı şəxsə aid sınmış vəziyyətdə olan şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Bundan başqa mənzilin digər otaqlarından hər hansı əlavə əşya aşkar edilməmişdir. Baxış zamanı aşkar edilərək götürülmüş qeyd edilən əşyalar qablaşdırılaraq möhürlənmiş, onlar həmin qablaşmaları imzalamışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsləri hadisə ilə bağlı tanımışdır. Evə baxış zamanı evdən tərəzi və bir neçə qram narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Tərəzi ilə çəkmişlər. Qablaşdırılmış və zərfin üzəri onun tərəfindən də imzalanmışdır. Mənzilə onlar sonradan gəlmişlər. Birinci tanımadığı Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları gəlmişlər. Onu mənzilə dəvət edən şəxslər özlərini təqdim etmişlər. Evə baxış zamanı təqsirləndirilən şəxslər iştirak etmişlər. Onlar evə dəvət olunanda evin qapısı açıq olmuşdur. Evə baxışda iştirak edəndə hardasa günorta radələri olmuşdur. O, bələdiyyədə işləyir. Tədbirin olduğunu və onunla bağlı mənzilə yaxınlaşmalı olduqlarını bildirmişlər. İstintaq zamanı olduğu kimi ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, ünvan 11 ünvanında birgə yaşayan xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3435 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş 1 №-li zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 8,85 qram olan (0,05 qram maddə ekspert tədqiqatının aparılmasına sərf edilmişdir) olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 2 №-li zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 9,95 qram olan (0,05 qram maddə ekspert tədqiqatının aparılmasına sərf edilmişdir) olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 3 №-li zərfdə 1 ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisi müəyyən etmək və müqayisəli tədqiqat aparılması mükün deyildir. 4 №-li zərfdə 1 ədəd sınmış şüşə kolbacıqda psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün çəkisi müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. 02 iyul 2024-cü il tarixli № 1928 nömrəli Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Tibbi sənədlərə əsasən anamnezində keçirilmiş “Nevrasteniya” diaqnozu qeyd edilmişdir. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırda psixiatrik müayinənin nəticələri və sairə sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal- hazıradək olan dövr ərzində xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 cinayəti törətdiyi an öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 ona istinad edilən əməlləri törədərkən hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. 02 iyul 2024-cü il tarixli № 1929 nömrəli Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırda psixiatrik müayinənin nəticələri və s. sübut edir. Beləki Təqsirləndirilən şəxs1 əvvəllər psxiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 halhazıradək olan dövr ərzində xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayəti törətdiyi an öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 ona istinad edilən əməlləri törədərkən hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. 02 iyul 2024-cü il tarixli 4517 nömrəli Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 02 iyul 2024-cü il tarixli 4518 nömrəli Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Baxış keçirilməsi barədə 22 iyun 2024-cü il tarixli protokoldan görünür ki, 22 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə yaşadıqları ünvan 2na keçirilmiş baxış zamanı ümumi çəkisi 8.9 qram təşkil edən narkotik vasitə sayılan heroin, ümumi çəkisi 10 qram təşkil edən psixotrop maddə sayılan metamfetamin, 1 ədəd qırılmış kimyəvi şüşə boru, narkotik vasitə və psixotrop maddənin çəkisinin müəyyən edilməsində istifadə olunmuş 1 ədəd elektron tərəzi, 01 ədəd “Samsung Galaxy A9” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Diskə baxış keçirilməsi barədə 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, +**********16 mobil telefon nömrəsi Təqsirləndirilən şəxs2, +**********23 mobil telefon nömrəsi isə Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirmişdir. +**********23 mobil telefon nömrəsinin istifadəçisi xx/xx/2023-cü il tarixdə saat 17:40:17-də +**********87 mobil telefon nömrəsinin istifadəçisinə “araz salam ayandi men tema isdyrem kola 20 vam tansn goturum” məzmunlu mesaj yazmışdır, həmçinin +**********36 nömrəli mobil telefon istifadəçisi **********23 mobil telefon nömrəsinin istifadəçisinə xx/xx/2024-cü il tarixdə saat 10:22:43-də, “mani yux” məzmunlu mesaj göndərmişdir. İş üçün əhəmiyyət kəsb edə biləcək digər məlumat aşkar edilməmişdir. +**********16 mobil telefon nömrəsi ilə aparılmış sms yazışmalarında iş üçün əhəmiyyət kəsb edə biləcək məlumat aşkar edilməmişdir. Mobil telefon nömrələri ilə bağlı anten məlumatlarında iş üçün əhəmiyyət kəsb edə biləcək məlumat aşkar edilməmişdir. +**********16 mobil telefon nömrəsi ilə aparılmış telefon danışıqlarında iş üçün əhəmiyyət kəsb edə biləcək məlumat aşkar edilməmişdir. +**********36 nömrəli mobil telefon istifadəçisi ilə +**********23 mobil telefon nömrəsinin istifadəçisi arasında xx/xx/2024-cü il tarixdə saat 10:22:45-də mobil telefon danışığı olmuşdur. İş üçün əhəmiyyət kəsb edə biləcək digər məlumat aşkar edilmədi. «Samsung Galaxy A9» markalı mobil telefona baxış keçirilməsi haqqında 30 iyun 2024-cü il tarixli protokoldan görünür ki, mobil telefonda narkotik vasitənin qablaşdırıldığı 17 ədəd bükümün birlikdə çəkilmiş fotoşəkili, qara sellofanda olan narkotik vasitənin qablaşdırıldığı digər bükümlərin fotoşəkilləri, bəzi bükümlərin elektron tərəzidə çəkilərkən fotoşəkili, Sabunçu rayonu Pirşağı qəsəbəsindən narkotik vasitə götürmək üçün “Bolt” mobil tətbiqində verilmiş sifarişin yol xəritəsinin fotoşəkili, narkotik vasitə və psixotrop maddələrin qoyulduğu yerlərin ünvan məlumatlarının əks olunduğu fotoşəkillər, “Whatsapp” mobil tətbiqində status kimi paylaşılmış “Hazr ot Pati var” sözləri yazılmış fotoşəkil, “İnstagram” sosial şəbəkəsində qeydiyyatdan keçmiş @pati_kola_ot_m404 adlı səhifənin mobil telefonla çəkilmiş ekran qeydinin fotoşəkili müəyyən edilmişdir. Həmçinin iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə istifadələrində olmuş +**********23 mobil telefon nömrəsi quraşdırılmış «Samsung Galaxy A9» markalı mobil telefonun “Whatsapp” sosial şəbəkə tətbiqi vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının ərazisində olan Rza adlı şəxsin istifadəsindəki +**********95 telefon nömrəsi ilə külli miqdarda narkotik vasitənin və psixotrop maddənin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə bağlı əlaqə saxladıqları müəyyən edilmişdir. DTX Əməliyyat texniki baş idarəsinin mütəxəssisləri tərəfindən verilmiş 22 iyun 2024cü il tarixli 7 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə yaşadıqları ünvan 2ndan aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 8,9 qram (səkkiz tam onda doqquz) qalıq çəkisi 8,85 (səkkiz tam yüzdə səksən beş) qram olan qəhvəyi rəngli nəm maddə kustar üsulla hazırlanmış narkotik vasitə sayılan heroin, ümumi təmiz çəkisi 10,00 (on tam) qram, qalıq çəkisi 9,95 (doqquz tam yüzdə doxsan beş) qram ağ kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, qırılmış kimyəvi şüşə boruda psixotrop metamfetamin maddəsinin izləri vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X10 daxil olmuş xx.xx.2024-cü il tarixli 3-39-9/1-2103/24 saylı məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 daxil olmuş xx.xx.2024-cü il tarixli 3-39-9/1-2170/24 saylı məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə xx.xx.2015, xx.xx.2015, xx.xx.2015xx.xx.2015-ci il tarixlərdə göstərilən xəstəxanada müalicədə olmuş, Təqsirləndirilən şəxs1 göstərilən xəstəxanada müalicədə olmamışdır. xx.xx.2024-cü il tarixli, 5(009)-4001/2024 saylı Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində istintaq olunan ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar Təqsirləndirilən şəxs2 istifadəsində olmuş **********, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** mobil telefon nömrələrinin abonentləri ilə bağlanmış müqavilələrin surəti, həmin nömrələrlə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hərəkət marşrutu (antenalar) göstərilməklə aparılmış danışıqlar və «SMS» yazışmaları barədə məlumatların elektron variantda "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, 5(009)-4002/2024 saylı Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində istintaq olunan ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar olaraq +**********30, +**********36, +**********73, +**********50, +**********35, +**********95, +**********70 telefon nömrələri ilə Azərbaycan Respublikasının mobil və şəhər operatorları arasında xx.xx.2023-ci il tarixdən xx.xx.2024-cü il tarixədək aparılmış danışıqlar, ”SMS" yazışmaları və digər statistik məlumatlar elektron variantda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AZİNTELECOM” MMC-dən götürülməsi qərara alınmışdır. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(006)-112/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 180.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2013-cü il təvəllüdlü X5 adında bir azyaşlı övladı vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 22 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Səbail rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 4(009)-320/2024 nömrəli qərarından müəyyən olunur ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində əvvəli 22 iyun 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 4(009)-343/2024 nömrəli qərarından müəyyən olunur ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri onun səhhəti ilə əlaqədar ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 22 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Səbail rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 4(009)-319/2024 nömrəli qərarından müəyyən olunur ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində əvvəli 22 iyun 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Dövlət Təhlükəsizlik Xidmətinə Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında küllü miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi,daşınması və saxlanılması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxslər saxlanılmışlar, bundan sonra evə baxış keçirilmiş və götürmə aparılmış və orada da narkotik vasitə heroinə bənzər kütlə və psixotrop maddə metanfetamin aşkar olunaraq götürülmüş, bundan sonra həmin maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları evə baxış keçirilməsi və götürmə aparılması zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər özlərini onlara elan edilmiş ittiham üzrə təqsirli bilməsələrdə məhkəmədə sərbəst ifadə verərkən İran vətəndaşı ilə narkotik qarşılığında razılaşaraq, sonuncunun bildirdiyi məkanlar 2-3 dəfə narkotik qoyduqlarını etiraf etmişlər. Həmçinin ibtidai istintaq orqanı tərəfindən əldə edilmiş smslər, telefon zənglərinə dair məlumatlar və məkanlara yönləndirmə ilə əlaqədar göstərilənlər onu deməyə əsas verir ki, təqsirləndirilən şəxslər narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmuşlar. Bundan başqa təqsirləndirilən şəxslərdə aşkar edilmiş nakotik vasitələrin növ müxtəlifliyini, əldə edilmiş narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından artıq olması və narkotik vasitələri realizə etmək üçün tərəzinin olması bir daha təqsirləndirilən şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə ilə məşğul olduqlarını sübut edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı özlərini onlara elan edilmiş ittihamlar üzrə təqsirli bilməmələri ilə bağlı verdikləri ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onların bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdikləri ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini təqsirli bilmələrinə dair ibtidai araşdırma zamanı vermiş olduqları ifadələrini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilmələri onların özlərinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onların törətdikləri əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən kimi hal onun himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq onlara təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 22 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Səbail rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 4(009)-320/2024 nömrəli qərarından müəyyən olunur ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində əvvəli 22 iyun 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhər Səbail rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 4(009)-343/2024 nömrəli qərarından müəyyən olunur ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri onun səhhəti ilə əlaqədar ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 22 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Səbail rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 4(009)-319/2024 nömrəli qərarından müəyyən olunur ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində əvvəli 22 iyun 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını çəkmələrinin əvvəli 22 iyun 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin məhkəmədə xidmət aparan polis əməkdaşlarına təhvil verilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onlar yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Məhkəmə ekspertizalarına sərf olunmuş 65 (altımış beş) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 32,50 (otuz iki manat, əlli qəpik) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə yaşadıqları ünvan 2ndan aşkar olunaraq maddi sübut kimi tanınıb, saxlanılması üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkisi 8,8 qram olan heroin, tədqiqatdan sonra qalıq çəkisi 9,9 qram olan metamfetamin, üzərində narkotik vasitə - heroin izləri olan 1 ədəd elektron tərəzi, üzərində psixotrop maddə - metamfetamin izi olan 1 ədəd sınmış şüşə kolbacıq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə istifadələrində olmuş 01 ədəd «Samsung Galaxy A9» markalı mobil telefon və ona quraşdırılmış +**********23 nömrəli sim-kart Təqsirləndirilən şəxs1 məxsus olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra sonuncunun yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin məhkəmədə xidmət aparan polis əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 65 (altımış beş) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 32,50 (otuz iki manat, əlli qəpik) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə yaşadıqları ünvan 2ndan aşkar olunaraq maddi sübut kimi tanınıb, saxlanılması üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkisi 8,8 qram olan heroin, tədqiqatdan sonra qalıq çəkisi 9,9 qram olan metamfetamin, üzərində narkotik vasitə - heroin izləri olan 1 ədəd elektron tərəzi, üzərində psixotrop maddə - metamfetamin izi olan 1 ədəd sınmış şüşə kolbacıq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə istifadələrində olmuş 01 ədəd «Samsung Galaxy A9» markalı mobil telefon və ona quraşdırılmış +**********23 nömrəli sim-kart hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar