Məhkəmə qərarları › İş №1(124)-111/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-111/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-111/2023 09.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, dövlət ittihamçısı – müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və təqsirləndirilən şəxslərin özlərinin iştirakları ilə,

1. xx xxxx 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının, Babək rayonu, Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikasının, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə,

2. 10 avqust 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3ında kirayə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və telefon vasitəsi ilə tanış olub əlaqə saxladığı istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Mehdi (Rza) adlı şəxsin satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi külli miqdarda narkotik vasitələrin 3.000 manat pul müqabilində ayrı-ayrı yerlərə qoymaqla Azərbaycan Respublikasının ərazisində narkotik vasitə satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə Mehdi (Rza) adlı şəxsin istintaqa məlum olmayan şəxsin vasitəsi ilə 07 iyul 2021-ci il tarixdə göndərdiyi, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Bakı Mühəndislik Universitetinin yaxınlığındakı əraziyə qoyulmuş, 09 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda 275 qram, 370 qram, 405 qram, 190 qram, 390 qram, 305 qram, 250 qram, 345 qram və 1.370 qram olmaqla ümumi çəkisi 3.900 qram olan külli miqdarda narkotik vasitə heroini, bir ədəd bağlamada çəkisi 310 qram külli miqdarda narkotik vasitə tiryəki, bir ədəd 9x19 mm. kalibrli "77744" nömrəli, atəşə yararlı yivli odlu döyüş silahını, onun komplekt hissəsi ilə olan içərisində zavod üsulu ilə istehsal edilmiş 16 ədəd 9x19 mm. kalibrli, yivli odlu döyüş silahlarında istifadə edilməsi üçün yararlı döyüş sursatı patronlar olan iki ədəd darağı həmin tarixdə adı çəkilən ərazidən götürüb qanunsuz əldə etməklə, cinayətkar məqsəd üçün kirayə etdiyi ünvan 4 ünvanında yerləşən mənzilə daşıyaraq qanunsuz saxlamışdır. Daha sonra, Rəfail Zeynalov 10 iyul 2021-ci il tarixdə saat 10 radələrində İran İslam Respublikasının vətəndaşı Mehdi (Rza) adlı şəxsin göstərişi ilə özündə satış üçün saxladığı həmin külli miqdarda yəni, 1.370 qram narkotik vasitə olan heroini Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Koroğlu küçəsi, 42 saylı evin qarşısında qrupun digər üzvü Təqsirləndirilən şəxs2 verməklə satmış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 kirayə etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsi ev 21 mənzil 29-da saxlanılaraq video görüntü ilə həmin mənzilə keçirilmiş baxış zamanı qonaq otağında olan şkafın siyirməsindən 8 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda çəkiləri 275 qram, 370 qram, 405 qram, 190 qram, 390 qram, 305 qram, 250 qram və 345 qram olmaqla ümumi çəkisi 2.530 qram olan külli miqdarda narkotik vasitə olan heroin, 01 ədəd bağlamada təmiz çəkisi 310 qram olan külli miqdarda narkotik vasitə tiryək, bir ədəd 9x19 mm kalibrli "77744" nömrəli, atəşə yararlı yivli odlu döyüş silahı, onun komponent hissəsi ilə olan içərisində zavod üsulu ilə istehsal edilmiş 16 ədəd 9x19 mm kalibrli, yivli odlu döyüş silahlarında istifadə edilməsi üçün yararlı döyüş sursatı patronlar olan iki ədəd daraq aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 telefon vasitəsi ilə tanış olub əlaqə saxladığı istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Rza (Mehdi) adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun salış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi külli miqdarda narkotik vasitələri və psixotrop maddələri hər həftə ona 1.000 manat pul göndəriləcəyi müqabilində ayrı-ayrı yerlərdə qoymaqla Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 06 iyul 2021-ci il tarixdə saat 17 radələrində bir qrup şəxs halında Rza (Mehdi) adlı şəxsin istintaqa məlum olmayan şəxsin vasitəsi ilə göndərdiyi külli miqdarda 700 qram çəkidə narkotik vasitə heroini və 1,626 qram çəkidə ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Bakı şəhəri, Nəsimi rayonu, «Şamaxinka» adlanan ərazidə alaraq qanunsuz əldə edib satış məqsədi ilə kirayə etdiyi Xətai rayonu, X.Məmmədov küçəsi, ev 23, mənzil 12-yə daşıyıb, Rza (Mehdi) adlı İran İslam Respublikasının vətəndaşının göstərişi ilə 07 iyul 2021-ci il tarixdə qabaqcadan əldə edilmiş ümumi razılıq əsasında həmin narkotik vasitə heroinin 644,561 qramını gün ərzində iki dəfə olmaqla ayrı-ayrı saatlarda daşıyıb Bakı şəhərində "xxxx" ASC-nin Həzi Aslanov filialının yaxınlığında olan zibil yeşiklərinin yanına qoymaqla satmış, 55 qramını kirayə etdiyi Xətai rayonu, X.Məmmədov küçəsi, ev 23, mənzil 12-də, 0,439 qramını isə üzərində saxlamışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2, 11 iyul 2021-ci il tarixdə, saat 00:00 radələrində Bakı şəhəri, Xətai rayonu. X.Məmmədov küçəsində, 23 saylı binanın yaxınlığında saxlanılaraq, Xətai RPİ-nin 36-cı polis bölməsinə aparılmış, orada həmin gün saat 00:35-dən 01:00-a kimi videogörüntü ilə şəxsi axtarışı keçirilən zaman əynində olan tünd rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş, 0,439 qram çəkidə olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 01:30-dan 02:00 kimi onun kirayə etdiyi ünvan 3ına keçirilən baxış zamanı mənzilin qonaq otağında 1,626 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamletamin, 01 ədəd bükümdə təmiz çəkisi 55 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhərindən içərisində narkotik vasitə və silah olan çantanı götürüb Təqsirləndirilən şəxs1 yaşadığı ünvan yaxın olduğu üçün oraya gətirmişdir. Daha sonra, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki mənzilə getmişdir. Elməddin Paşayev adlı polis əməkdaşı onu saxlamışdır. Həmin vaxt üzərində 50 qram miqdarında narkotik vasitə olmuşdur. Daha sonra əməliyyat tədbirləri Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis bölməsinin əməkdaşları tərəfindən davam etdirilmişdir. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Təqsirləndirilən şəxs1 kirayə əsasında yaşadığı mənzildən aşkar edilmiş içərisində narkotik vasitələr və silah olan çantanı həmin mənzilə o qoymuşdur, Təqsirləndirilən şəxs1 həmin çanta ilə əlaqəsi olmamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən kirayə əsasında yaşadığı mənzildə polis əməkdaşları onu tutmuşlar. Yaşadığı ünvanlarda da narkotik vasitə olmuş və aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, ifadəsində göstərmişdir ki, təxminən bir aya yaxındır ki, psixotrop maddə hesab edilən metamfetamindən istifadə edir. Belə ki, sosial şəbəkələrdə psixotrop maddə satan şəxləri tapır və onların bank hesabına pul köçürərək onlardan psixotrop maddə alıb istifadə edir. Təxminən tutulmazdan bir həftə bundan əvvəl “İnstagram” sosial şəbəkəsində psixotrop maddə almaq üçün baxan zaman həmin sosial şəbəkə vasitəsilə “Rza" adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, sonuncu İran İslam Respublikasında yaşadığını, istədiyi qədər narkotik vasitə və psixotrop maddə göndərəcəyini bildirmiş və həmin narkotik vasitə və psixotrop maddədən həm özü istiafədə edə biləcəyini, həm də sata biləcəyini demişdir. Rza ilə söhbət zamanı sonuncunun dediyi narkotik vasitələri satdığı təqdirdə, ona hər həftə 1000 manat pul da verəcəyini bildirmiş, onun maddi cəhətdən sıxıntıları olduğu üçün razılaşmışdır. Yaşadığı evdə narkotik vasitə saxlaya bilməyəcəyi üçün hal-hazırda kirayə yaşadığı Xətai rayonu, X.Məmmədov küçəsi ev 23, mənzil 12 ünvanını kirayələşmiş, fikirləşmişdir ki, narkotik vasitələri həmin ünvana gətirər və həmin ünvandan Rzanın dediyi ünvanlara aparar. İlk dəfə xx.xx.2021-ci il tarixdə Rza onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Vatsapp" sosial şəbəkəsi vasitəsilə zəng etmiş və ona 700 qram narkotik vasitə olan heroin göndərəcəyini demişdir. Həmin narkotik vasitələri özündə saxlamalı və Rzanın dediyi ünvanlara aparmalı olmuş, o, Rza ilə razılaşmış, həmin günü saat təxminən 17 radələrində Rzanın ona əvvəlcədən dediyi ünvana, yəni “20 Yanvar” metroslansiyasının yaxınlığında “Şamaxinka” deyilən ərazidə tanımadığı şəxsdən götürmüş, həmin şəxsi birinci dəfə görmüşdür ki, həmin şəxsin heç bir anket məlumatlarını bilmir. Tanımadığı şəxs “Xəzər” markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobil ilə onun yanına gəlmiş və sellofana bükülmüş bükülünü ona vermiş, o, həmin bükülünü götürərək oradan uzaqlaşmış və Rzaya narkotik vasitənin onda olduğunu telefon vasitəsilə bildirmişdir. Həmin narkotik vasitəni yoldan taksiyə əyləşərək kirayə yaşadığı Xətai rayonu, X.Məmmədov küçəsi ev 23, mənzil 12 ünvanına gətirmiş və evdə saxlamışdır. xx.xx.2021-ci il tarixdə Rza yenidən onunla əlaqə saxlamış və həmin narkotik vasitədən təxminən 300 qramdan bir az artığını aparıb bir ünvana qoymağı və narkotik vasitəni həmin ünvana qoyduqdan sonra ünvanı ona bildirərək oradan çıxıb getməyi bilirmişdir. O, narkotik vasitəni çəkmək üçün yaşadığı ünvana tərəzi də almış, sonra kirayə yaşadığı mənzildən çıxaraq yaxınlıqda ünvanı axtarmağa başlamış, “Həzi Aslanov” metrostansiyası istiqamətində gəzərək gəlmiş, metronun aşağı hissəsində "xxxx"ın Həzi Aslanov filialının yaxınlığında zibil yeşikləri diqqətini çəkmiş və narkotik vasitəni oraya qoymağı qərarlaşmışdır. O, qeyd etdiyi zibil yeşiklərinin yanına gəlmiş və üzərində gətirdiyi narkotik vasitəni həmin zibil yeşiklərinin yanına qoyaraq oradan uzaqlaşmışdır. Rza ilə əlaqə saxlayaraq narkotik vasitəni qoyduğu yeri ona demiş və sağollaşmışdır. Təxminən bir neçə saat sonra Rza yenidən onunla əlaqə saxlamış və qalan narkotik vasitədən yenə 300 qramdan bir az artığını həmin ünvana aparmağı və eyni qaydada eyni yerə qoymağı istəmiş, o, yaşadığı məzilə gedərək oradan narkotik vasitənin qeyd olunan hissəsini götürmüş və eyni qaydada "xxxx"ın Həzi Aslanov filialının yaxınlığında olan zibil yeşiklərinin yanına yerə qoyaraq oradan uzaqlaşmışdır. Onda həmin 700 qram narkotik vasitədən təxminən 50 qram qalmış, həmin narkotik vasitəni kirayə yaşadığı məzildə saxlamışdır. xx.xx.2021-ci il tarixdə Rza yenidən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona zəng etmiş və Abşeron rayonu, Xırdalan qəsəbəsinə getməyini, orada bir nəfərin ona 1 kiloqram 500 qram narkotik vasitə verəcəyini demiş, o həmin narkotik vasitəni qeyd olunan şəxsdən götürərək yaşadığı ünvana gətirməli və Rzanın zəngini gözləməli, Rzanın dediyi vaxtlarda müxtəlif ünvanlara apararaq orada yerə qoyaraq uzaqlaşmalı olmuşdur. O, Rza ilə razılaşmış və təxminən saat 10 radələrində Rzanın dediyi ünvan, Abşeron rayonu, Xırdalan qəsəbəsi, keçmiş Qafqaz Universiteti tərəfə getmiş, Qafqaz Universitetinə çaldıqdan sonra Rza ilə əlaqə saxlamış və qeyd olunan ünvanda olduğunu bildirmişdir. Rza Qafqaz Universitetinin aşağı istiqamətinə getməyi və universitetdən sonrakı binanın yanında bir nəfərin onu gözlədiyini demiş, o Rzanın dediyi istiqamətdə getmiş, yaxınlıqda olan binanın yanında bir nəfərin əlində sellofanla gözlədiyini görmüş, o həmin şəxsə yaxınlaşmış, məhz həmin şəxsə yaxınlaşmasının səbəbi ətrafda digər şəxslərin olmaması, yalnız onun olması olmuşdur. O, həmin şəxsə yaxınlaşaraq «salam» verdikdən sonra həmin şəxs əlində olan sellofan paketi ona verərək çıxıb getmiş, o da həmin ərazidən uzaqlaşaraq taksi ilə qeydiyyatda olduğu valideynlərinə məxsus ünvan 7 ünvanına gəlmiş, o ailəsinin yaşadığı mənzilə gələrək bir az dincəlib yemək yedikdən sonra həmin narkotik vasitəni kirayə yaşadığı ünvana aparmalı olmuş, lakin sonradan fikrini dəyişərək narkotik vasitəni ailəsinin yaşadığı ünvanda, dəhlizdən mətbəxə gedən tavana bərkidilmiş dolabin içərisinə qoymuş və oradan çıxaraq kirayə yaşadığı ünvana gəlmişdir. Həmin vaxtı üzərində təxminən yarım qram narkotik vasitə olan heroin olmuş, həmin heroini kirayədə saxladığı təxminən 50 qram qalan heroinin üzərindən götürüb bükərək üzərində saxlamış ki, tanışlardan istəyən olsa satsın. Axşam saatlarında təxminən 00:00 radələrində kirayə yaşadığı ünvanın yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq narkotik vasitənin istifadəsində, satışında və daşınmasında şübhəli olduğu üçün onlarla birlikdə Xətai RPİ-nin 36-cı PB-nə getməyi bildirmiş, o başqa çıxış yolu olmadığım dərk etdiyi üçün, səs-küy salmadan polis əməkdaşları ilə birlikdə qeyd olunan şöbəyə, polis əməkdaşlarının təklifi əsasında və onların müşaiyəti ilə həmin şöbənin otaqlarından birinə getmişdir. Bundan sonra ərizəsi əsasında ona hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş, polis əməkdaşlarından biri ona videoçəkiliş ilə üzərində şəxsi axtarış aparacaqlarını bildirmiş, sonra ona üzərindəki əşyaları çıxarıb stolıın üstünə qoymağı təklif edildikdə, o artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyi üçün və başqa çıxış yolu görmədiyi üçün, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibimdən sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümü çıxarıb əlində saxlayaraq polis əməkdaşının təklifi əsasında masanın üzərinə qoymuşdur. Həmin vaxt bükiimtin içərisində nə olduğu soruşulduqda, o səmimi olaraq həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmiş, daha sonra polis əməkdaşları ondan əlavə olaraq onda narkotik vasitə olub olmadığını və üzərində olan narkotik vasitəni haradan əldə etdiyini soruşan zaman sonunculara baş vermiş hadisələri lək-tək danışmış və onlara həmin kirayə yaşadığı, həm də ailəsinin yaşadığıünvanda narkotik vasitənin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə kirayə yaşadığı ünvan 8 ünvandan ifadəsində qeyd etdiyi təxminən 50 qrama yaxın narkotik vasitə olan heroin və bir qramdan artıq metamfetamini, narkotik vasitələri çəkdiyi tərəzini təqdim etmiş, bundan sonra polis əməkdaşları ilə birlikdə ünvan 7 ünvanına getmiş və orada ona məxsus dolabın içərisində gizlətdiyi təxminən 1 kiloqram 500 qram narkotik vasitə olan heroini onlara təqdim etmiş və sorğu zamanı həmin narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsilə əldə etdiyini etiraf etmişdir. (Cild 5, iş vərəqləri 110- 113) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Xırdalan şəhərində kirayə əsasında yaşadığı mənzilə içərisində narkotik vasitə və silah olan çantanı gətirib qoymuş və növbəti gün götürəcəyini bildirmişdir. Övladının müddətli həqiqi hərbi xidməti başa vurub gəlməsi ilə əlaqədar çoxlu sayda qonaqlar gəlib-gedirdi. Həmin mənzili qonaqları qarşılamaq üçün bir aylıq müddətə kirayə götürmüşdür. 11 iyul 2021-ci il tarixdə polis əməkdaşları yaşadığı mənzilə daxil olmuş və həmin çantanı götürmüşlər. Çantanın içərisinə baxış keçirilmiş, içərisindən heroin və tiryək növlərdə narkotik vasitələr, eyni zamanda silah aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələr təqribən 8-9 bükümdə olmuşdur. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən görünür ki, o, narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olmamışdır. Yaşadığı Naxçıvandan tez-tez İrana getmiş və bu zaman İranda “Mehdi” adlı şəxslə tanış olumuş, Mehdiylə dostluq münasibəti yaranmış, hər ikisi bir-birinin mobil nömrələrini götürmüşlər. Mehdi ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə danışmış, təxminən 6 ay əvvəl Mehdi ilə danışıqlarının birində ona narkotik vasitə satmağı, kuryer kimi işləməyi təklif etmişdir. Mehdi ona bildirmişdir ki, hər narkotik vasitə satışından ona 3.000 manat pul verəcəkdir. Onun da maddi vəziyyəti pis olduğundan, pula ehtiyacı olduğu üçün razılaşmış və təxminən əvvəl Mehdi ona zəng etmiş və İmişli rayonuna getməyi demiş, bildirmişdir ki, İmişli rayonuna gedərək orada adını xatırlamadığı kəndin girişində kəndin adı yazılan yol nişanının altında narkotik vasitə olduğunu və həmin narkotik vasitəni Bakı şəhərinə aparmağı, 20 Yanvar metrostansiyasının yaxınlığına çatanda isə yaxınlıqda bir ünvanda yerə qoyaraq narkotik vasitəni bəlli bir yerə qoyaraq qoyduğu yerin şəklini çəkərək ona göndərməli olmuş, o, Mehdi ilə razılaşmışdır. Kirayə götürdüyü “KİA Optima” markalı avtomobillə xatırlamadığı gün yaşadığı evdən çıxaraq İmişli rayonuna getmiş, İmişli rayonunda xatırlamadığı kəndin adı yazılan yol nişanının altında bağlama olduğunu görmüş, avtomobili saxlayaraq həmin bağlamanı götürmüş, bağlamanı açan zaman içərisində skoçla bağlanmış bağlama və dərman həbləri olduğunu görmüş, Mehdi ona həmin bağlamanın içərisində narkotik vasitə heroin olduğunu demiş, lakin bağlamanın içərisində əlavə olaraq metadon həblərinin olduğunu deməmişdir. Bağlamam avtomobilin arxa yük hissəsində gizlədərək Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə çatdıqdan sonra 20 Yanvar metrostansiyasının yaxınlığında “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında avtomobili saxlamış, avtomobildən düşərək yük hissəsində içərisində narkotik vasitə və dərman həbləri olan bağlamanı yerə qoymuş və bağlamanı qoyduğu yerin şəklini çəkərək Mehdiyə göndərərək oradan uzaqlaşmışdır. Təxminən bir həftə ərzində Mehdi onun özünə məxsus “Birkart” plastik karlına hissə hissə 3.000 manat pul göndərmiş, bu kimi hallar 5 dəfə təkrarlanmışdır. O, hər dəfə İmişli rayonuna gedərək oradan içərisində narkotik olan bağlamanı götürərək Bakı şəhərinə gətirirmiş, Bakı şəhərində 20 yanvar metrostansiyasının yaxınlığında insanların az olduğu yerlərdə bağlamanı yerə ataraq həmin yerin çəklini çəkib Mehdiyə göndərmişdir. O, narkotik vasitəni saxlamaq üçün Xırdalan şəhəri, H.Əliyev küçəsi ev 21 mənzil 29 ünvanında kirayə ev tutmuş və Mehdinin göndərdiyi narkotik vasitələri hərdən orada saxlamış, sonuncu dəfə xx.xx.2021 -ci il tarixdə Mehdi ona zəng elmiş və ona narkotik vasitə göndərdiyini demiş, Mehdi ona bildirmişdir ki, onun narkotik vasitə gətirən kuryerdən bir neçəsi tutulub deyə bu dəfə narkotik vasitəni tanımadığı şəxs Xırdalan şəhəri, Bakı mühəndislik universitetinin yaxınlığına gətirəcək və onun həmin narkotik vasitəni oradan götürməsini istəmişdir, Mehdi əlavə olaraq qeyd etmişdir ki, bağlamanın içərisində narkotik vasitədən əlavə silah da olacaq, həmin narkotik vasitəni və silahı ondan götürəcəklər. O, da razılaşdığı üçün saat təxminən 21 radələrində yaşadığı evdən çıxaraq qeyd olunan ünvana getmiş, o, Bakı Mühəndislik universitetinin yanında olan ağacların altında bağlamanı görmiiş və həmin bağlamanı götürmüş, bağlamani kirayə yaşadığı evə aparmış və orada saxlamışdır. Bağlamam evdə olan tərəzi ilə çəkən zaman bağlamanın 1 kiloqram 500 qram olduğunu görmüş və içərisində narkotik vasitə olan heroin olmuşdur. Mehdi həmin bağlamanı saxlamağı bildirmiş, xx.xx.2021-ci il tarixdə təxminən saat 10 radələrində Mehdi ona zəng etmiş və bir nəfərin gəlib həmin bağlamada olan narkotik vasitəni ondan götürəcəyini demiş. Mehdi ona həyətə düşməyi və bağlamanı həmin şəxsə verməyi istəmiş, o da həyətə düşüb yaşadığı ünvanın yaxınlığında Mehdinin göndərəcəyi şəxsi gözləməyə başlamış, bir neçə dəqiqədən sonra sonradan adının Hüseyn olduğunu bildiyi şəxs ona yaxınlaşmış və görüşmüşlər. Sonra əlində saxladığı içərisində 1 kloqram 500 qram olan narkotik vasitəni Hüseynə vermiş və oradan uzaqlaşıb yaşadığı ünvana getmişdir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında qapının döyüldüyünü eşitmiş, qapını açan zaman bir neçə polis əməkdaşının qapıda olduğunu görmüş, polis əməkdaşları onun yaşadığı evə baxış keçirmək üçün icazə istəmiş, o icazə verdikdən sonra polis əməkdaşları mənzilə daxil olmuşlar. Mənzilə hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuş, polis əməkdaşları vəkilin iştirakı ilə evə baxış keçirməyə başlamış, ona evdə dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet olub olmadığı soruşulmuş, o, isə qonaq otağında olan şkafın siyirməsini açaraq orada olan narkotik vasitə heroini, tiryəki və markasını bilmədiyi silahı və silaha məxsus iki ədəd darağı polis əməkdaşlarına təqdim etmiş, sonra bu barədə protokol tərtib olunmuş, evə baxışdan sonra polis bölməsinə gedən zaman pilləkənlərdən düşdükdə ehtiyatsızlıqdan ayağı burxularaq yıxılmış və sol ayağından xəsarət almışdır, bu hadisədə polis əməkdaşlarının heç bir təqsiri olmamışdır. (Cild 5, iş vərəqləri 136-138) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 Cəliloviç ifadəsində göstərdi ki, təqribən 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs1 narkotik vasitələr və odlu silah saxlaması, gəzdirməsi və qanunsuz realizə edilməsi, dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilin qarşısında saxlanılmışdır. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən qanunsuz vasitələr aşkar edilməmişdir. Sorğu zamanı yaşadığı mənzildə narkotik vasitə olduğunu bildirmişdir. Mənzilə baxış keçirilməsi barədə soruşduqda buna etiraz etməmiş və bu barədə ərizə təqdim etmişdir. Mənzilə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda narkotik vasitələr saxlaması barədə soruşulmuş, saxladığı halda onları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 qonaq otağında yerləşən mebeldən qara rəngli kisəni çıxararaq təqdim etmişdir. Həmin kisənin içərisində silah, patronlar, elektron tərəzi və narkotik vasitələr aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, təqribən 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs1 narkotik vasitələr saxlaması, gəzdirməsi, dövriyyəsi ilə məşğul olması və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilin qarşısında saxlanılmışdır. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən qanunsuz vasitələr aşkar edilməmişdir. Sorğu zamanı yaşadığı mənzildə narkotik vasitə olduğunu bildirmişdir. Mənzilə baxış keçirilməsi barədə soruşduqda buna etiraz etməmiş və bu barədə ərizə təqdim etmişdir. Mənzilə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda qanunsuz vasitələr saxlaması barədə soruşulmuş, saxladığı halda onları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 qonaq otağında yerləşən mebeldən qara rəngli kisəni çıxararaq təqdim etmişdir. Həmin kisənin içərisində silah, patronlar, elektron tərəzi və narkotik vasitələr aşkar edilmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs1 hər hansı fiziki təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində çalışmış Şahid5 ifadəsində göstərdi ki, 11 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, gəzdirməsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən yaşadığı evin yanında saxlanılmış, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis bölməsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 öz mənzilində və kirayə əsasında yaşadığı mənzildə də narkotik vasitələr saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 onun qeyd etdiyi mənzillərə baxış keçirilməsi təklif edilmiş, sonuncu buna etiraz etməmişdir. Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən mənzillərə baxış keçirilmişdir. Qeyd edilən ünvanların hər birindən narkotik vasitələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən mənzildən aşkar edilən narkotik vasitələri Gənclik metrostansiyası yaxınlığında əldə etdiyini bildirmişdir.Təqsirləndirilən şəxs2 onun saxlanılması və mənzillərə baxış keçirilməsi zamanı hər hansı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs2 barəsində daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna Şahid3 rəhbərlik edirdi. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, gəzdirməsi və dövriyyəsi ilə məşğul olması barədə Xətai rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və satışında şübhəli olduğu üçün xx.xx.2021 -ci il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılılmış və Xətai rayon Pİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 10 iyul 2021 -ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı X2 00:00 radələrində yaşadığı Xətai rayonu, Xudu Məmmədov küçəsi, 23 saylı binanın yanında saxlanıldı və üzərində şübhəli olduğu üçün şəxsi axtarış aparılması məqsədi ilə Xətai RPİnin 36-cı PB-ııə gətirilmiş, PB-də həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasilə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üstündə narkotik vasilə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşuldu və əgər vardırsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs2 əynində olan tünd rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd selofon bükülünü təqdim etdi, onun təqdini etdiyi bükülü açıldıqda içərisində tünd rəngli spesifik iyə malik narkotik vasitəyə oxşar kiitlə aşkar edildi, sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin kütlənin narkotik vasitə olduğunu bildirmiş və tanımadığı şəxsdən pul vəsaiti miqdarında özü istifadə etməsi üçün əldə edərək saxlamasını bildirmiş, həmçinin göstərmişdir ki, qeydiyyatda olduğu ünvanda və kirayə yaşadığı ünvanlarda da narkotik vasitələr vardır. Bundan sonra onun üzərində tərəfimizdən şəxsi axtarış keçirilmiş və hər hansı qanunla saxlanılması qadağan olunmuş əşya aşkar edilməmişdir. Sonra aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə paketə qoyularaq götürülmüş və qablaşdırılıb möhürlənmiş, bundan sonra bu barədə protokol tərtib edilmişdri. Tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı və kirayə tutuduğu evinə baxış keçirilməsinə etirazının olmadığını bildirdiyi üçün bununla bağlı onun ərizəsi alınmış və mənzillərə baxış keçirilməsi prosesi aparılmışdır. ünvan 10 ünvana baxış zamanı Təqsirləndirilən şəxs2 mənzilində olması ehtimal edilən narkotik vasitələrin, dövriyyəsi və yaxud saxlanılması qanunla qadağan edilmiş əşyaların olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 ümumi otaqdakı masanın üzərində olan sellofanı göstərmiş, onun içərisindən bir büküm və bir ədəd sellofon torba çıxararaq onların içində narkotik vasitə olduğunu bildirmiş, təqdim edilmiş bükülə və bağlamaya baxdıqda onların içərisində narkotik vasitəyə oxşar kütlələrin olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş kütlələr tərəzidə çəkilərək paketə qoyularaq götürüldü və qablaşdırılıb möhürlənmiş, sonra bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmiş, daha sonra ünvan 11 ünvana baxış zamanı Təqsirləndirilən şəxs2 mənzilində olması ehtimal edilən narkotik vasitələrin, dövriyyəsi və yaxud saxlanılması qanunla qadağan edilmiş əşyaların olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 sanitar qovşağın qarşısından keçən dəhlizin üzərində quraşdırılmış saxlanc yerində saxladığı bir ədəd sellofan torbanı çıxararaq göstərmiş və onun içərisində narkotik vasitə olduğunu bildirmiş, sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəyə oxşar kütləni Gənclik metrostansiyasmın yaxınlığındakı ərazidə tanımadığı şəxsdən pul vəsaiti hesabına aldığını bildirmiş, təqdim edilmiş bükülə və bağlamaya baxdıqda onların içərisində narkotik vasitəyə oxşar kütlələrin olduğu müəyyən edilmiş, bundan sonra aşkar edilmiş kütlə tərəzidə çəkilərək paketə qoyularaq götürülmüş və qablaşdırılıb möhürlənmiş, bundan sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. (cild 4, iş vərəqləri 50-52) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Xətai rayon Pİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (cild 4, iş vərəqləri 44-46) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirildikdə hər hansı qanunla saxlanılması qadağan olunmuş əşya aşkar edilməmişdir. Sorğu zamanı X3 narkotik vasitənin yaşadığı evində olduğunu bildirmiş və evinə baxış keçirilməsinə etiraz etmədiyini demişdir. (Cild 1, iş vərəqləri 45-47) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi zamanı özü əynindəki tünd rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülüdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 29-31) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirmə və götürmə haqqında” 11 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanına baxış keçirilmiş, baxış zamanı mənzilin qonaq otağında olan şkafın siyirməsindən qara poletilen kisəni çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş, həmin kisənin içərisində müxtəlif ölçülərdə 8 ədəd sellofan bükümlərə bükülmüş və bir ədəd qara rəngli selolon kisəciyə qoyulmuş narkotik vasitə heroinə və tiryəkə bənzər maddələr, 2 ədəd ağ rəngli elektron tərəzi və bir ədəd üzərində 77744 USA sözləri yazılmış sandıqçası üzərində olmayan bir ədəd qara rəngli tapança və 2 ədəd həmin silaha aid hər birinin içərisində 8 ədəd, ümumilikdə 16 ədəd patron olan sandıqça silaha aid qabda aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 48-50) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 11 iyul 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 10 ünvana baxış zamanı Təqsirləndirilən şəxs2 mənzilində olması ehtimal edilən narkotik vasitələrin, dövriyyəsi və yaxud saxlanılması qanunla qadağan edilmiş əşyaların olubolmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 ümumi otaqdakı masanın üzərində olan sellofonu göstərmiş, onun içərisindən bir büküm və bir ədəd sellofon torba çıxararaq onların içində narkotik vasitə olduğunu bildirmiş, təqdim edilmiş bükümə və bağlamaya baxdıqda onların içərisində narkotik vasitəyə oxşar kütlələrin olduğu müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 33-35) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 11 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu ünvan 11 ünvana baxış zamanı Təqsirləndirilən şəxs2 mənzilində olması ehtimal edilən narkotik vasitələrin, dövriyyəsi və yaxud saxlanılması qanunla qadağan edilmiş əşyaların olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 sanitar qovşağın qarşısından keçən dəhlizin üzərində quraşdırılmış saxlanc yerində saxladığı içərisində narkotik vasitəyə oxşar maddə olan bir ədəd sellofon torbanı çıxararaq təqdim etmişdir. (Cild 1, iş vərəqləri 36-38) “Şəxsi axtarış və götürmə” haqqında və “Baxış və götürmə aparılması haqqında” protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 05 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin şəxsi axtarışı və mənzilə baxış zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/2801 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində «....(imza)X3..» sözlər və imzalar olan bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli selofon bağlamadakı 8 ədəd sellofon bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 275 qram, 370 qram, 405 qram, 190 qram, 390 qram, 305 qram, 250 qram və 345 qram, ümumi təmiz çəkisi 2.530 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd selofon bağlamada təmiz çəkisi 310,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. (cild 1, iş vərəqləri 56-60) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2021-ci il tarixli 3/1233, 3/1238 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah, 9x19 kalibrli "77744" №-li tapançadır, yivli odlu döyüş sursatıdır, saz vəziyyətdədir, istifadəyə (atəşə) yararlıdır, silah lüləsinin patronluğa yiv vasitəsi ilə birləşdirilməsi halı silahın ilkin təyinatının qaz və ya səs tapançası olması ehtimalını yaradır, lakin xüsusi ədəbiyyatda göstərilən nümunə və üzərində silahın konkret modeli haqqında məlumat olmadığından silahın hansı modelə aid olmasını müəyyən etmək mümkün olmadı, hazırkı vəziyyətdə silahın lüləsinin daxilində zavod şəraitində hazırlanmış yivlərin olmasına əsasən o yivli odlu döyüş silahı hesab edilir. Tədqiqata təqdim edilmiş 16 ədəd patron zavod üsulu ilə istehsal edilmiş 9x19mm kalibrli olmaqla həmin kalibirə malik "GLOCK 17", "GLOCK 19". "Zəfə K", "Mətin", "Paradellıım", "Mauzer", "Valter P.38", 1935-ci il modelli "Brovninq". "Colt Commander" və digər konstruksiyalı tapançalarda, "STEN Mkl". "Sterlinq L2A3", "Berqmann MP34-1", "Erma", "Schmeisser JR 18-1", "MP-38", "MP-40", "UZİ" markalı tapança-pelemyotlaıda, "LUGER P08" (PARABELLUM) konstruksiyalı və s yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş patronlardır - döyüş sursatıdır. Tədqiqata təqdim edilmiş 9x19 mm kalibrli "77744" №-li silahın lülə kanalında atəş əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahdan atəş açılmışdır. (cild 1, iş vərəqləri 140-143) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/2778 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 3 ədəd kağız paketdə və bir ədəd sellofon paketdə təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №151" dairəvi möhür əksi olan, "Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş" sözləri, soyad və imzalar qeyd edilmiş birp ədəd kağız paketi açdıqda içərisində bir ədəd kağız bükümdə təmiz çəkisi 0,439 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №151" dairəvi möhür əksi olan "Təqsirləndirilən şəxs2nım yaşadığı Xətai rayonu...." sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketi açdıqda içərisində 1 ədəd sellofon bükümdə təmiz çəkisi 1,626 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər 1 ədəd sellofon bükümdə təmiz çəkisi 55 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №7" dairəvi möhür əksi olan bir ədəd bağlamada bir ədəd sellofon bükümdə təmiz çəkisi 1370,0 qram olan tünd qəhvəyi rəngli maddə kustür üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş təmiz çəkisi 0,439 qram və təmiz çəkisi 55 qram olan heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyavi tərkib komponentlərinə görə bir-biri ilə eyni olub təmiz çəkisi 1370 qram olan heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidir. Bir ədəd eletron tərəzidə narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini və Təqsirləndirilən şəxs2 Əziz oğlunun üzərindən və yaşadığı mənzildən aşkar edilmiş heroin ilə müqayisəsini müəyyən etmək mümkün olmadı. (cild 2, iş vərəqləri 45-50) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X8 alınmış xx.xx.2021-ci il tarixli, 2811 nömrəli rəylə müəyyən edilmişdir ki, cinayət işi materiallarından hal-hazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhliikəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Araşdırma materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı eldiyi hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. (cild 3, iş vərəqləri 178-181) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X8 alınmış xx.xx.2021-ci il tarixli, 2903 nömrəli rəylə müəyyən edilmişdir ki, cinayət işi materiallarından hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında nəticəyə gəlinmişdir ki. Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 Əgdər oğlu törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 faktiki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur. Əqliintellektual imkanlarına görə öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Hadisə zamanı şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi emosional vəziyyətdə olmamışdır. (cild 1, iş vərəqləri 182-185) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/5531 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin "Tədqiqat Obyekti №67"-di ştamp əksi olan paketdəki vət.Təqsirləndirilən şəxs2 Əgdər oğlunun qeydiyyatda olduğu ünvan 12 ünvanına baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd bükümdə olan heroin və üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin "Tədqiqat Obyekti №58"-di ştamp əksi olan paketdəki vət.Təqsirləndirilən şəxs1 kirayə yaşadığı ünvan 4 ünvanına keçirilmiş baxış zamanı mənzilin qonaq otağında olan şkafın siyirtməsindən aşkar edilərək götürülmüş 8 ədəd bağlamada olan heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs2 götürülmüş hcroiniıı təmiz çəkisi 11 iyul 2021-ci il tarixli 6/2778 saylı, Təqsirləndirilən şəxs1 götürülmüş heroinlərin ayrıayrılıqda və ümumi təmiz çəkisi 12 iyul 2021 -ci il tarixli 6/2801 saylı ekspert rəylərində göstərilmişdir. (cild 3, iş vərəqləri 222-227) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021 -ci il tarixli «3166» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqləri 30-31) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021 -ci il tarixli «3164» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqləri 33-34) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” ekspert tədqiqatından qalıq qalmış 2.529,6 qram, 1.425,289 qram heroin, 309,95 qram tiryək və 1,676 qram metamfetamin, 9x19 kalibrli "77744” №-li tapança, içərisində 10 ədəd patron olan iki ədəd daraq maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş, iş materiallarında olan disklər maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 4, iş vərəqləri 63-80) Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ və İİ siyahılarının müvafiq olaraq 5 və 67-ci bəndinlərində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram, narkotik vasitə tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 50 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əldə edərək saxladığı və daşıdığı narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından, həmçinin narkotik vasitə heroin və tiryəkin külli miqdardan da dəfələrlə artıq olması onların məqsədinin satışla bağlı olduğunun aşkar göstəricisidir. Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadərində özlərinin və biri-digərinin müdafiəsi ilə bağlı göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməlilərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməllərini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrini işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadələri daha səmimi ifadələr və mötəbər sübutlar kimi qəbul olunmalıdır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1, 234.4.3-cü maddələrindən başqa 206.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə yanaşı 206.3.1, 206.3.2-ci maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, onlar külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin barələrində həmin maddələr ilə aparılan cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1, 234.4.3-cü, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1, 234.4.3-cü, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, törətdikləri cinayət əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1-ci və 61.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 116) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Probasiya Xidməti Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş 11 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Xətai rayon məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzadan 02 il 05 ay 26 gün müddət çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nİn 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir.(cild 2, iş vərəqə 108-109) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətlərin residivi zamanı nəzərə alınmadığından, məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmadığını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutataraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub birləşdirilməklə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər 11 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Xətai rayon məhkəməsinin 12 iyul 2021-ci il və 13 iyul 2021-ci il tarixli qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Daha sonra Abşeron rayon məhkəməsinin 08 noyabr 2021-ci il tarixli qərarları ilə təqsirləndirilən şəxslərin həbsdə saxlama müddəti uzadılmışdır. Həmin məhkəmənin 20 yanvar 2022-ci il tarixli qərarları ilə yenidən təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 111-115, Cild 2, iş vərəqləri 89-93, Cild 3, iş vərəqləri 51-60, Cild 4, iş vərəqləri 20-29) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı təqsirləndirilən şəxslərin barələrində 11 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur, onların məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər barələrində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutlar saxlanılması anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2.529,36 qram və 1.369,95 qram olmaqla ümumilikdə 3.899,28 qram çəkidə narkotik vasitə heroin, 309,95 qram çəkidə narkotik vasitə tiryək və 1,576 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, 9x19 kalibrli "77744” №-li tapança, içərisində 16 ədəd patron olan iki ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş materiallarında olan 4 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən törətdikləri cinayət əməllərinə müvafiq olaraq keçirilmiş ekspertiza tədqiqatlarına görə Təqsirləndirilən şəxs1 309 manat 26 qəpik, Təqsirləndirilən şəxs2 89 manat 50 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Təqsirləndirilən şəxslərin müdafiəçilər ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 qəti olaraq 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 11 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə aparılan cinayət təqibinə xitam verilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş və 02 il 05 ay 26 gün hissədə çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 11 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 309 manat 26 qəpik, Təqsirləndirilən şəxs2 89 manat 50 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutlar saxlanılması anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2.529,36 qram və 1.369,95 qram olmaqla ümumilikdə 3.899,28 qram çəkidə narkotik vasitə heroin, 309,95 qram çəkidə narkotik vasitə tiryək və 1,576 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 9x19 kalibrli "77744” №-li tapança, içərisində 16 ədəd patron olan iki ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş materiallarında olan 4 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar