Məhkəmə qərarları › İş №1(124)-111/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-111/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-111/2024 19.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, eləcə də təqsirləndirilən şəxslərin iştirakları ilə,

1. xx xxxx 1988-ci ildə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "Azərbaycan Dəmir Yollan” QSC-də maşinist köməkçisi işləyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə,

2. xx xxxxx 1972-ci ildə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şabran şəhəri, İ.Qayıbov küçəsi, ev 42-də qeydiyyatda olmaqla faktiki olaraq Şabran şəhəri Meliorasiya küçəsi nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə ümumi çəkisi 5.973,212 qram olan külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və ümumi çəkisi 161,4 qram olan külli miqdarda narkotik vasitə olan həşişi qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə daşımaqla, orada 01 ədəd sarı rəngli çantanın içərisinə həmin narkotik vasitələrdən qurudulmuş marixuananın 861,6 qram hissəsini 17 ədəd sellofan paketlərə və 69,837 qram hissəsini olan 16 ədəd kibrit qutusuna bölərək qoymaqla, həmçinin 01 ədəd ağ rəngli sintetik torbanın içərisinə 2.475,6 qram, 1.199,3 qram və 1.279,7 qram hissəsini 12 ədəd sellofan paketlərə, 30,2 qram hissəsinin 06 ədəd kibrit qutusuna, 56,975 qram hissəsini isə 75 ədəd kağız büküm olan 1 ədəd sellofan torbaya bölərək qoymaqla, habelə 01 ədəd kürəşəkilli kütlədə 161,4 qram çəkidə narkotik vasitə həşişi və 01 ədəd elektron tərəzini qoymaqla evin inşası tamamlanmamış ikinci mərtəbəsindəki dəhlizin sol tərəfində yerləşən təmirsiz vəziyyətdə olan otaqda gizlədərək saxlamış və 28 oktyabr 2022-ci il tarixdə, saat 13 radələrində, Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı onun yaşadığı evə baxış keçirilən zaman yuxarıda qeyd olunan ayrıayrılıqda qablaşdırılmış ümumilikdə 5.973,212 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 161,4 qram çəkidə külli miqdarda narkotik vasitə həşiş, eləcə də 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə qimən təqsirli bilərək göstərdi ki, evindən aşkar olunmuş narkotik vasitələri 27 oktyabr 2022-ci il tarixdə Şabran şəhəri ərazisində kolluğun arasından tapmış və gətirib yaşadığı evin 2-ci mərtəbəsinə qoyaraq orada gizlətmişdir. Səhərədək narkotik vasitələri polis orqanına təhvil verilməsini düşünmüşdür. 28 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində polis şöbəsinə gedərək narkotik vasitələr haqda məlumat vermək istəmişdir. Lakin özü ilə hansı səbəbə görə narkotik vasitələri götürmədiyini məhkəməyə izah edə bilməmişdir. Daha sonra, o, göstərmişdir ki, yolda olarkən, polis şöbəsinin müavini Şahid4 ona zəng edərək evə gəlməyini demişdir. Evə gəldikdə isə polis əməkdaşlarının evdə olmalarını görmüş və polislər həmin narkotik vasitələri götürmüşdürlər. Ailə üzvlərinin həmin narkotik vasitələrdən məlumatı olmamışdır. Bundan başqa, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərdi ki, o, heç bir vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs1lə onlar yeznə və qayındırlar. Yeznəsi Mahir ittihamda qeyd edilən vaxtı ümumiyyətlə onun evinə gəlməmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri ona verməmiş və bu haqda onun ümumiyyətlə məlumatı olmamışdır. 28 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində polis şöbəsinin müavini Şahid4 ona zəng edib evdə olduqlarını bildirməklə çağırdıqda o, dərhal atası Nizamiyə zəng edərək evə getməsini demişdir. Daha sonra, polis əməkdaşı Şahid1 ona zəng edib olduğu yerini soruşduqda onunla qarşılaşmış və Alışla birlikdə onun maşını ilə evə gəlmişdir. Yolda gələrkən Şahid1 ona təzyiq edərək demişdir ki, evdə olan narkotik vasitələri Təqsirləndirilən şəxs1 gətirib ona verməsini desin, bu halda o, tutulmayacaq, Mahiri isə qolbaq vurmaqla yüngül maddə ilə buraxacaqlar. Buna görə polislərə inanaraq yeznəsi Mahirə qarşı ifadə vermiş və məcbur olub üşləşmədə də ona qarşı ifadə vermişdir. Lakin artıq məhkəməyə aparıldıqda və barəsində həbs qətimkan tədbirinin seçilməsini bildikdə o, həbs məsələsini baxan hakimə polislər tərəfindən aldadıldığını və Təqsirləndirilən şəxs1 onun evindən tapılmış narkotik vasitələrə aidiyyətinin olmadığını demişdir. Mötəbərliyinə əsaslı şübhələr olan Təqsirləndirilən şəxs2 ilkin ifadəsi istisna olunmaqla, ibtidai istintaq zamanı verdiyi digər ifadəsində Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunlu ifadə verməklə Təqsirləndirilən şəxs1lə əlbir olmadığını və sonuncunun ona narkotik vasitə vermədiyini göstərmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qimsində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 28 oktyabr 2022-ci il tarixdə evdə olarkən qayını Təqsirləndirilən şəxs2 yaşadığı evə polis əməkdaşlarının gəldiklərini öyrənmiş və dərhal ora getmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evə çatdıqda polis əməkdaşlarının orada olduqlarını görmüşdür. Polis əməkdaşları onu tanıdıqlarından görən kimi hansı səbəbə gəldiyini soruşmuşlar. Onlara Ruslan qohumu olduğu üçün gəldiyini demişdir. Həmin vaxt polis əməkdaşı Şahid1 “narkotik vasitələr sənə məxsusdur” demişdir. Onlara narkotiklərə aidiyyətinin olmadığını desə də polislər buna əhəmiyyət verməmişlər. Daha sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının təzyiqi nəticəsində ona qarşı ifadə verməklə üzləşmədə də onun üzünə durmuşdur. Ümumiyyətlə o, Təqsirləndirilən şəxs2 evinə tez-tez getməmiş və Ruslana narkotik vasitə verməmişdir. Bundan əlavə o, göstərmişdir ki, Təqsirləndirilən şəxs2 evində aşkar olunan narkotiklərə ümumiyyətlə aidiyyəti olmamış, ona narkotik verməmiş və bu haqda xəbəri belə olmamışdır. Polis əməkdaşı Şahid1 onun serjant vaxtlarından tanımışdır. Həmin vaxt kafedə Alış onu söydüyü üçün aralarında mübahisəsi düşmüş, onlar dalaşmışlar buna görə də Alışla onun arasında daima ədavətli münasibət olmuşdur. Bundan başqa, əvvəl məhkum olunan zaman məhkəmə zalından çıxarkən arvadı ilə sağollaşan zaman polis şöbəsinin rəis müavini Şahid4 gəlib onları qışqıraraq ayırdığına görə onunla da mübahisə düşmüş və əlbəyaxa olmuşlar. Buna görə də Şahid4la da ədavəti olmuşdur. Bununla da hər iki polis əməkdaşı onun tutulmasında maraqlı olmuşlar. Məhkəmə qeyd edir ki, tutulduğu gündən istintaqın sonunadək verdiyi bütün ifadələrdə Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitələrə aidiyyətinin olmamasını, Təqsirləndirilən şəxs2 narkotik vasitə vermədiyini və bu haqda məlumatının olmadığını qeyd etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Şabran rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini Şahid4 ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs2 narkotik vasitələri əldə etməsi və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. 2 avtomobil ilə Təqsirləndirilən şəxs2 yaşadığı evin yerləşdiyi küçəyə getmişlər. Şahid1 Təqsirləndirilən şəxs2 tanıdığından Təqsirləndirilən şəxs2 saxlamaq üçün Şahid1 göstəriş vermişdir. Az sonra Şahid1 Təqsirləndirilən şəxs2 ilə birlikdə onun yaşadığı küçəyə gəlmişlər. Təqsirləndirilən şəxs2 narkotik vasitələri evində saxladığını etiraf etmiş, buna görə müstəntiq və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilmişdir. Həmin evin 2-ci mərtəbəsində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələr barədə soruşduqda, onları 2022ci sentyabr ayında yeznəsi Təqsirləndirilən şəxs1 qoyduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 də oraya gəlmişdir. Daha sonra o, verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs2 saxlanılması əməliyyatına o, rəhbərlik etmişdir. Yaşadığı evdən 6 kq. yaxın marixuana, tərəzi və toxumlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər hansı bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evə onun iştirakı olmadan baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evin qapısını döydükdə, bir xanım qapını açaraq, Təqsirləndirilən şəxs2 evdə olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Şabran rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələri əldə etməsi və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Təqsirləndirilən şəxs2 yaşadığı evin yerləşdiyi küçəyə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 evdə olmamışdır. Onunla əlaqə saxlanıldıqda Ruslan Şabran şəhəri ərazisində olduğunu bildirmişdir. Onu gətirmək üçün getdikdə Təqsirləndirilən şəxs2 yaşadığı küçədən aralıda avtobusdan düşərkən görmüşdür. Daha sonra, onunla birlikdə yaşadığı evə gəlmişlər. Təqsirləndirilən şəxs2 razılığı ilə onun yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitələri yeznəsi Təqsirləndirilən şəxs1 verdiyini demişdir. Daha sonra, verilən suallara cavab olaraq o, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 saxlanılmasına dair əməliyyat qrupuna rəhbərliyi Şahid4 həyata keçirmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış zamanı onun özü də iştirak etmiş, narkotik vasitələri etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Şabran rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs2 barəsində əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Təqsirləndirilən şəxs2 yaşadığı evin yerləşdiyi küçəyə getmişlər. Təqsirləndirilən şəxs2 evdə olmamışdır. Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlanılmış, o, Şabran şəhəri ərazisində olduğunu bildirmişdir. Əməliyyat qrupunun üzvü Şahid1 onu gətirmək üçün getmiş, sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 onun yaşadığı evin həyətyanı sahəsində gözləmişlər. Bundan sonra, RPŞ-nin müavini Şahid4 müstəntiqi də dəvət etmişdir. Təqsirləndirilən şəxs2 razılığı ilə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə onun yaşadığı evə baxış keçirilmişdir. Evin 2-ci mərtəbəsində 2 torba, onların da içərisindən marixuana növündə narkotik vasitələr aşkar olunmuşdur. Aşkar olunmuş marixuana növündə narkotik vasitələrin çəkisi 6 kiloqrama yaxın olmuşdur. Daha sonra, o, verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs2 barədə daxil olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs2 aşkar olunan narkotik vasitələrin Təqsirləndirilən şəxs1 tərəfindən təxminən 1 ay əvvəl oraya qoyulduğunu demişdir. Bundan başqa, o, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələri satış məqsədilə əldə etməsi barədə Təqsirləndirilən şəxs2 ifadəsindən başqa heç bir sübut aşkar edə bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şabran RPŞ-nin sabiq əməkdaşı Şahid3 ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs2 barəsində əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında 28 oktyabr 2022ci ildə Təqsirləndirilən şəxs2 yaşadığı evin yerləşdiyi küçəyə getmişlər. Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs2 narkotik vasitə saxladığını etiraf etmişdir. O, evində marixuana və həşiş növlərində narkotik vasitələri olduğunu bildirdi. Daha sonra, müstəntiq və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilmişdir. Onun yaşadığı evdən 2 ədəd torba, həmin torbaların içərisində marixuana və həşiş növlərində narkotik vasitələr, eləcə də elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələr barədə sual verdikdə, Təqsirləndirilən şəxs2 onları yeznəsi Təqsirləndirilən şəxs1 vediyini bildirmişdi. Daha sonra verilən suallara cavab olaraq o, qeyd etmişdir ki, əməliyyat məlumatı yalnız Təqsirləndirilən şəxs2 barəsində daxil olmuşdur. Təqsirləndirilən şəxs1 barəsində heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Ağaəli oğlu ifadəsində göstərdi ki, hadisə baş verdiyi gün təqribən saat 11:00 radələrində oğlu Təqsirləndirilən şəxs2 ona mobil telefon vasitəsilə zəng edərək, Şabran rayon Polis Şöbəsinin rəis müavininin yaşadıqları evə gəldiyini bildirmişdir. Evə çatdıqda Şabran rayon Polis Şöbəsinin rəis müavini Şahid4 və digər polis əməkdaşları evdə olmuşlar. Həmin vaxt Şahid4 aşağıda olsa da, 2 nəfər polis əməkdaşı yaşadıqları evin 2-ci mərtəbəsində olmuşlar. Ona Təqsirləndirilən şəxs2 barəsində daxil olmuş əməliyyat məlumatı barədə məlumat vermişlər. Daha sonra, Şahid1 ilə Təqsirləndirilən şəxs2 birlikdə gəlmişlər. Birlikdə yaşadıqları evin 2-ci mərtəbəsinə qalxmışlar. Orada Təqsirləndirilən şəxs2 narkotik vasitələrin ona məxsus olduğunu demişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs1 adını qeyd edəcəyi təqdirdə onu sərbəst buraxacaqlarını demişlər. Lakin Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən xəbəri olmamışdır. Daha sonra, Şahid5 narkotik vasitələrin arasında olan kağızlarda yazılmış yazıların onun xətti ilə yazılması barədə ekspert rəyi ilə əlaqədar Şahid5 göstərmişdi ki, o bunu izah edə bilmir. Belə ki, o, yalnız kiril qrafikli əlifba ilə yaza bilir. Bundan başqa, Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə ilə heç bir əlaqəsi olmamışdır. Bütün bunları Şahid1 və Şahid4 adlı polis əməkdaşları səbəb olmuşlar. Belə ki, Şahid4 ilə Təqsirləndirilən şəxs1 arasında ədavət olmuşdur. Buna səbəb isə Təqsirləndirilən şəxs1 ilk dəfə məhkum edildikdə, məhkəmədə həyat yoldaşı ilə söhbət zamanı Şahid4 etdiyi hərəkətə görə Təqsirləndirilən şəxs1 Şahid4 vurması olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 Şahid4 təzyiq göstərərək Təqsirləndirilən şəxs1 adını deməsini tələb etmiş, deyəcəyi halda isə hər ikisinin tutulmayacaqlarını vəd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs2 evinə baxış keçirməklə cinayət işi başlayıb ilkin istintaq hərəkətlərini aparan Şabran RPŞ-nin İstintaq bölməsinin sabiq müstəntiqi Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 yaşadığı evdə narkotik vasitə olması barədə məlumat daxil olduğundan həmin evə baxış keçirilmiş və narkotik vasitə aşkar olunmuşdur. Baxış zamanı oradan yazı nümunələri də aşkar olunmuşdur. Bu yazılar narkotik vasitələrin keyfiyyətinin seçilməsi üçün yazılmışdır. Həmin yazılara dair məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitələri Təqsirləndirilən şəxs1 gətirdiyini demişdir. Bununla belə Təqsirləndirilən şəxs1 barəsində əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş «Baxış keçirilməsi haqqında» 28 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evin inşası tamamlanmamış ikinci mərtəbəsindəki dəhlizin sol tərəfində yerləşən təmirsiz vəziyyətdə olan otaqda 01 ədəd ağ rəngli tutacaqlı sintetik paketin içərisində olan sarı rəngli tutacaqlı sintetik paketdə və 01 ədəd sintetik torbada şox saylı kibrit qutulara, kağız üzlüyə və sellofan paketlərə bükülmüş qablaşdırılmalarda külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və həşiş, eləcə də elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 8-10) «Baxış keçirilməsi haqqında» 28 oktyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, çoxsaylı büküm və qablaşdırmalarda külli miqdarda narkotik vasitələrin aşkar edilərək götürülməsi mübahisə doğurmur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/1240 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 yaşadığı fərdi yaşayış evinin inşası tamamlanmamış ikinci mərtəbəsindən aşkar olunaraq götürülmüş 01 ədəd üzəri skoçla bağlanmış sarı rəngli çantada 17 ədəd sellofan torbalarda ümumi çəkisi 861,6 qram, 01 ədəd sellofan torbada 16 ədəd kibrit qutularında ümumi çəkisi 69,837 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi çəkisi 931,437 qramdır. Təqsirləndirilən şəxs2 yaşadığı fərdi yaşayış evinin inşası tamamlanmamış ikinci mərtəbəsindən aşkar olunaraq götürülmüş 01 ədəd üzəri skoçla bağlanmış ağ rəngli sintetik torbada 12 ədəd sellofan torba və ağ, sarı rəngli çantaların içərisində ümumi çəkiləri 2.475,6 qram, 1.199,3 qram, 1.279,7 qram, 01 ədəd sellofan torbada 06 ədəd kibrit qutularında ümumi çəkisi 30,2 qram, 01 ədəd sellofan torbada 75 ədəd qəhvəyi rəngli kağız bükümlərdə ümumi çəkisi 56,975 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi çəkİsİ 5.041,775 qramdır. Həmin ağ rəngli sintetik torbada 01 ədəd plastik qabın içərisində 09 ədəd kağız bükümlərdə ümumi çəkisi 155,2 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin toxumlarıdır. Tədqiqata təqdim olunmuş təmiz çəkisi 161,4 qram olan kürəşəkilli maddə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşişdir. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzi üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 58-62) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məhkəmə-narkoloji tibbi yoxlamaya dair ekspertizanın 22 dekabr 2022-ci il tarixli, 7760 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, iş vərəqləri 132-134) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Sübutların qiymətləndirilməsi haqqında” 03 fevral 2023-cü il tarixli qərardan görünür ki, iş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5.970,692 qram olan narkotik vasitə qurudulmuş marixuana və 161,38 qram olan narkotik vasitə həşiş saxlanılması üçün Şabran RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. Bundan başqa iş üzrə 01 ədəd elektron tərəzi də götürlmüşdür. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 05 ədəd disk maddi sübut kimi tanınmışdır. Məhkəmə ittihamedici sübutların tədqiqi ilə yanaşı həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlamaq və daşımaq üçün qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda, mənbədən və miqdarda qanunsuz olaraq əldə etdikləri ümumi çəkisi 5.973,212 qram olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və ümumi çəkisi 161,4 qram olan külli miqdarda 1 ədəd kürəşəkilli kütlə tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşişi əldə etdikdən sonra Təqsirləndirilən şəxs2lə birlikdə onları ayrı-ayrı hissələrə bölərək, 17 ədəd sellofan torbalarda ümumi çəkisi 861,6 qram, 16 ədəd kibrit qutularında ümumi çəkisi 69,837 qram təşkil edən hissəsini 01 ədəd sarı rəngli çantanın içərisinə, 12 ədəd sellofan torba və çantaların içində ümumi çəkisi 2.475,6 qram, 1.199,3 qram və 1.279,7 qram, 06 ədəd kibrit qutularında ümumi çəkisi 30,2 qram, 01 ədəd sellofan torbada 75 ədəd kağız bükümdə ümumi çəkisi 56,975 qram təşkil edən hissəsini 01 ədəd ağ rəngli sintetik torbanın içərisinə qoyub həmin bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, habelə ayrılıqda kağız bükümdə qablaşdırıb qeyd olunan ağ rəngli sintetik torbanın içərisinə qoyduqları təmiz çəkisi 161,4 qram təşkil edən 1 ədəd kürəşəkilii kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişi və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə etdikləri 1 ədəd elektron tərəzini cinayətkar məqsədlərinə nail olmaq məqsədilə 25 sentyabr 2022-ci il tarixdə günorta saatlarında ünvan 3 ünvanında saxlamaq üçün atalarında razılaşdırılmış plana uyğun olaraq qohumu Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə qeyd olunan narkotik vasitələri yaşadığı həmin ünvanda yerləşən fərdi yaşayış evinin inşası tamamlanmamış ikinci mərtəbəsindəki dəhlizin sol tərəfində yerləşən təmirsiz vəziyyətdə olan otaqda gizlətmiş, 28 oktyabr 2022-ci il tarixdə, saat 13 radələrində, Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 ünvanındakı evinə keçirilmiş baxış zamanı yuxarıda qeyd olunan ayrı-ayrılıqda qablaşdırılmış ümumilikdə 5.973,212 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 161,4 qram olan külli miqdarda narkotik vasitə həşiş və 01 ədəd elektron tərəzi həmin otağın pəncərəsinin olduğu divardan və onun sol tərəfində yerləşən divardan asılmış sintetik torbalarda aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilməklə qablaşdırılıb götürülmüşdür. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq qeyd edir ki, həmin maddələrin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası vurğulayır ki, istintaq orqanı Təqsirləndirilən şəxs2 istintaqın ilkin mərhələsində verilməklə sonradan ibtidai istintaq zamanı da təkzib olunan və mötəbərliyinə əsaslı şübhələr olan ilkin ifadəsindən başqa Təqsirləndirilən şəxs1 təqsirliliyini təsdiq edən nə birbaşa, nədə ki dolayı olan ümumiyyətlə heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan və ibtidai istintaq orqanı tərəfindən hüquqi qiymət verilməyən əhəmiyyətli sübutlar isə Təqsirləndirilən şəxs1 təqsirsizliyini təsdiq etmişdir. Məhkəmə, istintaq orqanının olmayan sübutlara istinad etməklə yalnız fərziyyələr əsasında Təqsirləndirilən şəxs1 qarşı irəli sürdüyü ittihamla onun ağır cinayətdə təqsirli bilinməsini və ağır cəzaya məhkum edilməsini mümkünsüz hesab etməklə yanaşı qeyd edir ki, Təqsirləndirilən şəxs1 təqsirsizliyi ilə bağlı dəlillər eyni zamanda Təqsirləndirilən şəxs2 də əməlində qabaqcadan əlbirlik kimi tövsifedici əlamətin olmasını istisna edir. İttiham tərəfinin Təqsirləndirilən şəxs1 qarşı irəli sürdüyü bütün ittiham yalnız Təqsirləndirilən şəxs2 istintaqın ilkin mərhələsində verdiyi yarım vərəq ifadənin üzərində qurulmuşdur ki, bu ifadə də Təqsirləndirilən şəxs2 onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılarkən və istintaqın sonrakı mərhələsində təkzib olunmuşdur. (Cild 1, iş vərəqləri 94-99; Cild 2, iş vərəqləri 136-138) Təqsirləndirilən şəxs2 həm qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən, həm istintaqın sonrakı mərhələsində, həm də hazırki məhkəmədə verdiyi ifadələrində göstərmişdir ki, yeznəsi Təqsirləndirilən şəxs1lə ədavətli münasibətlərdə olan Şabran RPŞ-nin vəzifəli şəxslərinin, xüsusilə də RPŞ-nin müavini Şahid4 və CAB-ın rəisi Şahid1 təzyiqi və aldatmaları, yəni Təqsirləndirilən şəxs1 qarşı ifadə verdikdən sonra hər ikisinin buraxılacağına vəd etmələri nəticəsində Təqsirləndirilən şəxs1 qarşı ifadə verməklə ona narkotik vasitələri verməsini demişdir. İş materiallaraında olan Təqsirləndirilən şəxs2 28 oktyabr 2022-ci il tarixdə müstəntiq Şahid6 tərəfindən alınmış izahatın, həmçinin şübhəli şəxs qismində 29 oktyabr 2022-ci il tarixdə müstəntiq Taleh Ağayev tərəfindən alınmış ifadənin və təqsirləndirilən şəxs qismində 30 oktyabr 2022-ci il tarixdə eyni müstəntiq ərəfindən alınmış ifadənin məzmunundan görünür ki, həmin izahat və ifadələr cəmi yarım vərəqdən ibarət olmaqla hər üçünün mətni orfoqrafik və qrammatik səhvlərdə daxil olmaqla tamamilə eynidir. Hətta müstəntiqlər tərəfindən hər üç sənəddə qələmlə düzəliş edilməklə “28 oktyabr” tarixində 8 rəqəmi əl ilə yazılmışdır. (Cild 1, iş vərəqləri 30, 66-67, 85-86) Bir şəxsin müxtəlif tarixlərdə müxtəlif müstəntiqlərə verdiyi ifadənin məzmununun orfoqrafik və qrammatik səhvlərdə daxil olmaqla tamamilə eyni olması bu şəxsin öz iradəsinə uyğun olaraq ifadə verməsinin deyil, müstəntiqlər tərəfindən hər üç halda əvvələcədən yazılmış mətnin kompyuterdə köçürmə üsulu ilə izahat və ifadələrə əlavə edilməklə təqsirləndirilən şəxsə imza etdirmələrinin təzahürüdür. Məhkəmə bir daha Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 qarşı verdiyi ifadəsinin mötəbərliyinə münasibət bildirməklə qeyd edir ki, Təqsirləndirilən şəxs2 yalnız polis şöbəsində olduğu müddət ərzində Təqsirləndirilən şəxs1 qarşı ifadə vermişdir. Bundan dərhal sonra isə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə gətirildikdə o, əvvəlki ifadəsini təsdiq etmədiyini və Təqsirləndirilən şəxs1 ona narkotik vasitə vermədiyi göstərmişdir. Təqsirləndirilən şəxs2 həqiqətən sərbəst şəkildə Təqsirləndirilən şəxs1 qarşı ifadə verdiyi və onu cinayətdə işfa etmək istədiyi halda bu cür ifadələri həm istintaqın sonrakı mərhələsində, həm də iki müxtəlif məhkəmədə verməməsi, əksinə polisdə aldadıldığı və təsirə məruz qalmasını deməsi məhkəmədə haqlı suallar doğurmaqla, həmin ilkin ifadənin mötəbərliyi ilə bağlı əsaslı şübhələrdə yaradır. Bu isə bir daha Təqsirləndirilən şəxs2 istintaqın sonrakı mərhələsində və məhkəmə istintaqı zamanı verdiyi ifadələrin həqiqət olmasından dəlalət edir. Belə ki, həmin ifadələrində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, polis əməkdaşları Təqsirləndirilən şəxs1 qarşı ifadə verdiyi təqdirdə buraxılacağını vəd etmişlər və artıq məhkəmədə barəsində həbs qətimkan tədbirinin seçilməsini gördükdə o, aldadıldığını anlayaraq düzgün ifadə verməyi qərara almışdır. (Cild 1, iş vərəqləri 94-99) Məhkəmə həmçinin diqqətdən qaçıra bilmir ki, istintaqın sonrakı mərhələsində Təqsirləndirilən şəxs2 adından onun müdafiəçisi dəfələrlə istintaq orqanın qarşısında vəsatət qaldırmaqla və şikayətlər verməklə təqsirləndirilən şəxsin yenidən dindirilməsini təmin etməyi xahiş etmişdir. Müstəntiq, sonra isə ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən prokuror isə heç bir əsaslı səbəb olmadan təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.11-ci maddəsində nəzərdə tutulmuş ifadə vermək hüququnu pozmaqla əsasız olaraq müdafiə tərəfinin haqlı vəsatətlərini təmin etmədən onları rədd etmişlər, baxmayaraq ki, təqsirləndirilən şəxsin ilkin verdiyi ifadəsi ilə qətimkan tədbiri seçilərkən hakim qarşısında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur. (Cild 1, iş vərəqləri 130-133; Cild 2, iş vərəqləri 67-78) Bu isə məhkəmədə əsaslı şübhələr yaradır ki, Təqsirləndirilən şəxs1 cinayətə aidiyyətinin olmaması ilə bağlı Təqsirləndirilən şəxs2 ifadə verəcəyini əvvəlcədən bilən istintaq orqanı təqsirləndirilən şəxsin ifadə vermək istəməsi ilə bağlı haqlı vəsatətlərini təmin etməkdən imtina etmişdir. Sonra isə təqsirləndirilən şəxsin əlavə dindirilməsi ilə bağlı vəsatətləri təmin etməyən istintaq orqanı, öz qərarlarına münasibət belə bildirmədən Təqsirləndirilən şəxs2 əlavə dindirilməsini istintaqın yekununda təmin etmiş, bu zaman Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 cinayətə aidiyyətinin olmamasını öz ifadəsində göstərməmişdir. Məhkəmə, eyni zamanda istintaqın ilkin mərhələsində Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 arasında keçirilən üzləşdirmə istintaq hərəkətinində qanunsuz keçirildiyini və bu sübutun mötəbər olmadığını diqqətdən qaçıra bilmir. Belə ki, üzləşdirmə istintaq hərəkətinin aparılması qaydasını tənzimləyən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 235.5-ci maddəsinin tələblərinə əsasən üzləşdirmə iştirakçılarının əvvəlki dindirmələrdə verdikləri ifadələrin səsləndirilməsinə onların üzləşdirmə zamanı ifadə verməsindən və həmin ifadələrin protokola daxil edilməsindən sonra icazə verilir. Lakin üzləşdirmə istintaq hərəkətini özündə əks etdirən videoçəkilişdən görünür ki, istintaq orqanı prosessual qanunvericiliyin bu normasınında tələblərini kobud surətdə pozmuşdur. Belə ki, müstəntiq prosessual normaların tələblərinə zidd olaraq ilkin olaraq Təqsirləndirilən şəxs2 yönəldici sual verməklə “Sən ifadəndə göstərmisən ki, 25 sentyabr 2022-ci il tarixdə narkotik vasitələri Təqsirləndirilən şəxs1 sənə verib ki, evində saxlayasan. Bu ifadəni hazırda Təqsirləndirilən şəxs1 üzünə qarşı deyə biləsənmi?” Məhkəmə həmçinin müstəntiqin kompyüterinin monitorunda üzləşdirmədə tərəflərin ifadələrinin mətninin əvvəlcədən yazılmasını da diqqət qaçıra bilməməklə yanaşı qeyd edir ki, bu videogörüntüdə qeydə alınmış proses həqiqətin müəyyən edilməsi məqsədi ilə keçirilən üzləşdirmə istintaq hərəkətindən daha çox, bir neçə şəxsin kənarda oturub söhbət edərək digər şəxsi (Təqsirləndirilən şəxs1) təqsirkar çıxarılmasına yönələn bir yığıncağa bənzəyir. Müstəntiq təqsirləndirilən şəxslərin hüquq və vəzifələrini izah etmədən, üzləşdirmə istintaq hərəkətinə aid prosessual qanunvericiliyin normalarına riayət etmədən Təqsirləndirilən şəxs1 etmədiyi əməli boynuna almasına nail olmağa çalışmaqla yanaşı, sonuncunun cinayətin törədilməsinə aidiyyətinin olmaması ilə bağlı ifadə və məqamlara gəldikdə videoçəkilişi səbəbsiz olaraq kəsir və sonradan yenidən bərpa edir. Bir üzləşdirmə istintaq hərəkətinə aid videoçəkiliş bir-biri ilə bağlı olmayan 07 müxtəlif hissələrdən ibarətdir. Belə təsəvvür yaranır ki, videogörüntü ittihamla uzlaşmayan hissələrin kəsilməsi üçün 7 hissəyə bölünmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qarşı nə birbaşa, nədə ki, dolayı olan digər sübutlar ümumiyyətlə olmadığı halda, bir şəxsin (Təqsirləndirilən şəxs2) ifadəsinin digər şəxsin (Təqsirləndirilən şəxs1) ifadəsindən üstün tutulması və mötəbərliyinə əsaslı şübhələr olan yalnız bir ifadə əsasında hər hansı bir şəxsin ağır cinayətin törədilməsində təqsirli bilinməsi və ağır cəzaya məhkum edilməsi yolverilməzdir. Məhkəmə həmçinin xüsusi vurğulayır ki, digər sübutlar olmadığı halda yalnız bir şəxsin ifadəsi əsasında digər bir şəxsin məhkum edilməsi təhlükəli istintaq və məhkəmə praktikasının yaranmasına səbəb ola bilər ki, bu da orta əsirlərdə mövcud olan inkvizisiya məhkəməsinin təcrübəsinə bənzəyər. Yanakı sübutlar olmadığı halda bir şəxsin ifadəsi əsasında, digər şəxsin təqsirli bilinməsi çəkişmə və ədalətli məhkəmə araşdırılması prinspilərinə zidd olmaqla yanaşı, gələcəkdə istənilən şəxsə qarşı cəmi bir şəxsin ifadə verməsi onun təqsirli bilinərək cəzalandırılmasına yol açmış olar. İstintaq orqanın Təqsirləndirilən şəxs1lə bağlı gəldiyi nəticənin səhv olması və onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsinin daha bir təzahürü istintaq orqanın özünün topladığı sübutlar və gəldiyi nəticədir. Belə ki, yalnız Təqsirləndirilən şəxs2 mötəbərliyinə əsaslı şübhələr olan ilkin ifadəsinə istinad etməklə istintaqın orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs1 narkotik vasitələri bir ay əvvəl, yəni 25 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 vermiş və sonuncu həmin narkotik vasitələr olan torbalara müdaxilə etmədən onu öz yaşadığı evin yarımtikili olan 2-ci mərtəbəsində saxlamışdır. Lakin narkotik vasitələrin içərisində aşkar edilən narkotik vasitələrin keyfiyyətinə işarə edən kağız parçalarında olan və kiril qrafikrli azərbaycan əlifbası ilə yazılan “1 zəyif”, “zəyif”, ZƏY, “2 ağac”, “yax” və “ort” yazıları ilə bağlı istintaq orqanın özünün apardığı istintaq hərəkətləri, götürdüyü imza və yazı nümunələri və təyin edilmiş məhkəməxətşünaslıq ekspertizanın 17 dekabr 2022-ci il tarixli, 4/1841№li ekspertiza rəyi ilə gəlinmiş nəticə ilə müəyyən edilmişdir ki, həmin yazılar Təqsirləndirilən şəxs2 atası Şahid5 Ağaəli oğlu tərəfindən icra olunmuşdur. Bu mühüm və təkzibedilməz sübut istintaq orqanının Təqsirləndirilən şəxs1 təqsirliyi ilə gəldiyi nəticəni heçə çıxarmaqla yanaşı, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə bağlı verdiyi ifadlərində mötəbər olmadığını bilavasitə təsdiq edir. İstintaq orqanı isə bu məsələyə yalnız sübutların qiymətləndirilməsi haqqında qərarda qiymət verməklə, bilavasitə narkotik vasitələrin qablaşdırılılmasında aşkar olunan yazılarla bağlı Şahid5 Ağaəli oğlunun təqsirliyinin sübuta yetirilməməsi qənaətinə gələrək onun barsində cinayət təqibinin başlanılmasını rədd etmişdir. Məhkəmə isə bununla bağlı cinayət haqqında məlumatın Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.6 və 208.0.5-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini zəruri hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 tutulmasından dərhal sonra onun evində axtarış aparılmış, həmçinin məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adına olan bütün nömrələrə dair danışıqlar cədvəli və “sms” mətnləri götürülərək tədqiq edilmiş, bu zaman narkotik vasitələrlə bağlı hər hansı bir yazışma və ya danışıq müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1lə bağlı əməliyyat orqanının ümumiyyətlə əməliyyat məlumatı olmamışdır, bütün əməliyyat məlumatı Təqsirləndirilən şəxs2lə bağlı olmuşdur. (Cild 1, iş vərəqi 3) Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi barədə özünə qarşı, eləcə də Təqsirləndirilən şəxs1 qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 28 oktyabr 2022-ci il tarixdə alınmış izahatın, 29 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində alınmış ifadənin və 30 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində alınmış ifadənin, eləcə də 30 oktyabr 2022-ci il tarixli üzləşdirmədə dindirmənin, aldatma, təzyiq və təsir altında verilə bilməsinə, bununla da onların mötəbərliyinə və mümkünlüyünə əsaslı şübhələr olduğundan, ittiham tərəfinin sadalanan sübutları hüquqi qüvvəsi olmayan etibarsız sübutlar hesab olunmalıdır. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Məhkəmə həmçinin polis əməkdaşlarının Təqsirləndirilən şəxs1lə bağlı ifadələrinə münasibət bildirməklə qeyd edri ki, bu ifadələr Təqsirləndirilən şəxs2 sözlərinə istinad edir. Təqsirləndirilən şəxs2 tərəfindən isə bu ifadə təkzib olunduğu və polis əməkdaşları tərəfindən tətbiq edilmiş təzyiq və aldatma nəticəsində ifadənin verildiyi ifadə verən şəxs tərəfindən göstərildiyi bir halda, Təqsirləndirilən şəxs1 münasibətdə bu ifadələrin sübut əhəmiyyəti mövcud olmur. Çünki polis əməkdaşları Təqsirləndirilən şəxs1lə bağlı özləri bilavasitə hər hansı bir cinayət əməlinin və hadisəsinin şahidi olmamışlar. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin olunmuş və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticəsinə dair 22 dekabr 2022-ci il tarixli 7765 nömrəli ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əziyyət çəkmir, onun məcburi müalicəyə ehtiyyacı yoxdur. Bunda başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə müəyyən edilən cinayət əməlinin Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olaraq törədilməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmasa da, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün məhkəmədə verdiyi etirafedici ifadəsi, digər ifadələr, məhkəmə-bioloji ekspertizasının rəyi və sair sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 narkotik vasitələri çöllük ərazidən təsadüfən tapması, satış məqsədi ilə əldə edərək evində saxlamaması və polisə təhvil vermək istəməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə bu nəticəyə gələrkən narkotik vasilərin miqdarının çoxluğunu, növ müxtəlifliyini, xırda bükümlərə bölünməsini və elektron tərəzinin mövcud olmasını da nəzərə alır. Məhkəmə yekun qərar, Təqsirləndirilən şəxs2 barəsində - ittiham hökmü, Təqsirləndirilən şəxs1 barəsində isə bəraət hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli 8 №-li qərarının 9cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini tədqiq edib, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməklə Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 isə məhkum olunsa da, məhkumluğu amnistiya aktı ilə götürülmüşdür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə təqsirləndirilən şəxs Mahir Quliuyevi anket məlumatlarında məhkumluğu olmayan şəxs kimi tanıyır. Bundan başqa, elektron məhkəmə informasiya sistemində olan məlumatlardan və işdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşağı vardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 28 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şabran rayon məhkəməsinin 30 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 94-98) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onunla bağlı cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, tutulduğu müddət, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak ilə bağlı məsələlərin müzakirəsi istisna təşkil edəcəkdir. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs1 bəraət verilməsinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi dəlilləri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, ona qarşı elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsə bəraət verilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və həmin Məcəllənin 357.0.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra o, həbsdən azad edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmaqla Şabran RPŞnin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5.970,692 qram olan narkotik vasitə qurudulmuş marixuana və 161,38 qram olan narkotik vasitə həşiş məhv edilməli. Cinayət işinin materiallarına əlavə edilmiş 05 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilməklə əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 199 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 bəraət verildiyindən, iş üzrə mövcud olan məhkəmə xərcləri ona aid edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 28 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 199 (yüz doxsan doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə həmin Məcəllənin 42.1.4-cü maddəsinə görə onun təqsirliliyinin sübüta yetirilməməsi əsası ilə baraət verilsin və o, verilmiş ittiham üzrə tam təqsirsiz hesab olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs1 cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. İş üzrə maddi sübut olub Şabran RPŞ-də saxlanılan 5.970,692 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 161,38 qram çəkidə narkotik vasitə həşiş məhv edilsin. Cinayət işinin materiallarına əlavə edilmiş 05 ədəd disk iş materiallarında saxlanılsın. 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilməklə əvəzsiz olaraq dövlət nəfinə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar