Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-112/2022 14.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Nmaiq oğlu, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosu Müdafiəçi2 Museyib oğlu və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil X7, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, məhkumluğu olmamış, evli, işləməyən, orta təhsilli, Bakı şəhəri, Yasamal rayonu N.Nərimanov meydanı, ev 31/33, giriş 3, mənzil 36-da qeydiyyatda olmaqla yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1987-ci ildə Abşeron rayonunda anadan olmuş, məhkumluğu olmamış, evli, 2 uşaq atası, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək satış məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İ siyahısı ilə müəyyən edilmiş 1 ədəd göy rəngli sellofan torbanın içərisində olan 1 ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 200,235 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroini 11 iyul 2021-ci il tarixdə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Qarabağ” adlanan kinoteatrın yaxınlığına istintaqa məlum olmayan “Bəhman” adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs1 tərəfindən qoydurulduqdan sonra həmin tarixdə, saat 18:45 radələrində qeyd olunan yerə gedib, sonuncu ilə aralarında olan razılaşmaya əsasən qanunsuz olaraq külli miqdarda olan həmin çəkidə narkotik vasitə heroini onlara məlum olan yerdən götürüb əldə edərək əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə qoyub üzərində daşıyaraq saxlamış, 11 iyul 2021-ci il tarixdə saat 18:45-də Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Qarabağ” adlanan kinoteatrın yaxınlığında saxlanılıb 1-ci polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd göy rəngli sellofan torbanın içərisində olan 1 ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 200,235 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək satış məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İ siyahısı ilə müəyyən edilmiş 1 ədəd göy rəngli sellofan torbanın içərisində olan 1 ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 200,235 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroini 11 iyul 2021-ci il tarixdə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Qarabağ” adlanan kinoteatrın yaxınlığına istintaqa məlum olmayan “Bəhman” adlı şəxsin vasitəsi ilə qoydurduqdan sonra həmin tarixdə, saat 18:45 radələrində Təqsirləndirilən şəxs2 ilə qeyd olunan yerə gedib, sonuncu ilə aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda olan həmin çəkidə narkotik vasitə heroini onlara məlum olan yerdən götürüb əldə edərək əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə qoyub üzərində daşıyaraq saxlamış, 11 iyul 2021-ci il tarixdə saat 18:45-də Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Qarabağ” adlanan kinoteatrın yaxınlığında saxlanılıb 1-ci polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd göy rəngli sellofan torbanın içərisində olan 1 ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 200,235 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, X6 qəsəbəsindən tanıyır. Qonşuluqdan münasibətləri yaranmışdır. Onun birinci dərəcəli yaxın qohumu yoxdur. Mirdadaş Seyidov və o narkotik vasitə istifadəçisidir. Narkotik vasitəni daha ucuza əldə etmək istəmişlər və 9 qram metamfetamin dalınca getmişlər və polis əməkdaşları tərəfindən saxlanılmışdır. Mirdadaşın mobil telefon danışığı olmuşdur. Ora metamfetamin qoyan adamla danışıq olmuşdur ki, 9 qram metamfetamin qoyacaq və ona pul ödəniləcək. Mirdadaşın telefonunda olan yazışmalarda onların 9 qram üçün 2 nəfər getmələri müəyyən edilib, həmin 9 qramın 5 qramı Mirdadaşın, 4 qramı isə onun olmuşdur. Onlar 200 qram heroin götürməyə getməmişlər. O narkotik vasitəni sistematik olaraq istifadə etməmişdir, polis əməkdaşları tərəfindən saxlanılmadan öncə tez-tez istifadə etmişdir. “X11” otelin meneceri olmuşdur, 500-600 manat maaş almışdır. Bir gündə nə qədər olmuşsa, o qədər narkotik vasitə istifadə etmişdir. Narkotik vasitənin pulunu, 100 manatı Mirdadaş online şəkildə ödəmişdir. 9 qram götürmək üçün maşından düşmüş, maşından aralanmış lakin narkotik vasitəni götürmədən, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Narkotik vasitə əldə etmək üçün orada olduğu doğrudur, lakin narkotik vasitə 200 qram olmamışdır. 200 qram narkotik vasitə götürmək niyyətləri olmamışdır. Video çəkiliş zamanı təzyiq altında olduğundan narkotik vasitənin onun olduğunu demişdir. Videoçəkilişdə təzyiq altında 204 qramı etiraf etmişdir. Polis əməkdaşları tərəfindən təzyiqə və işgəncəyə məruz qalmışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər bir neçə dəfə narkotik vasitə olan heroin qəbul etmiş, lakin artıq təxminən 1 aya yaxındır ki, heç bir narkotik vasitə istifadə etməmişdir. Özü mobil telefon istifadə etməmiş, ona görə də mobil telefon nömrəsi olmamışdır. Mirdadaşla adlı şəxsi təxminən bir həftədir ki, tanımış, onunla münasibəti normal olmuş, aralarında heç bir ədavət düşmənçilik olmamışdır. Mirdadaş Bakı şəhəri Binədəqi rayonu Hökməli qəsəbəsində yaşamış, sonuncunun onun qaynatasıgilin Hökməli qəsəbəsində hal-hazırda tikdirdiyi evin yanında evi vardır. İşsiz olduğu üçün həmin tikilən evdə də özü fəhlə kimi işləyib kömək etmişdir. Mirdadaşla da həmin ərəfədə tanış olmuş, belə ki, tikdirdikləri evdə su işıq olmadığı üçün o, Mirdadaşdan xahiş edib su, işıqdan istifadə etmişdir. Mirdadaşla tanış olandan sonra onun narkotik vasitə qəbul etdiyini öyrənmiş, eyni zamanda o, da Mirdadaşa əvvəllər narkotik vasitə olan heroin istifadə etdiyini demişdir. O, Mirdadaşın soyad və ata adını bilməmiş, eyni zamanda onun mobil nömrəsini də bilməmişdir. Xatırladığı qədəri ilə Mirdadaşın “Khazar” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. xx.xx.2021-ci il tarixdə təxminən saat 17-18 radələrində qaynatasının Hökməlidə tikinti gedən evində işləyərkən Mirdadaş onun yanına gəlmiş və ona Sumqayıt şəhərinə getmək lazım olduğunu demişdir. O, da Mirdadaşdan Sumqayıt şəhərinə nə səbəbə getmək lazım olduğunu soruşmuş, Mirdadaş da ona bildirmişdir ki, Sumqayıt şəhərində əmanət qoymuşlar, gedib onu götürmək lazımdır. Mirdadaş əmanət dedikdə o, sonuncunun narkotik vasitə dediyini bilmişdir. O, ilk öncə getmək istəməmiş, lakin Mirdadaş ona tikintidə kömək etdiyi üçün, yəni, ondan pulsuz su işıq istifadə etdiyi üçün razılaşmışdır. Onlar birlikdə Mirdadaşa məxsus “Khazar” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhərinə yola düşmüşlər. Mirdadaş yolda “Whatsapp” proqramı vasitəsi ilə xatırladığı qədəri ilə Bəhman adlı şəxslə əlaqə saxlamış, həmin şəxs Mirdadaşa narkotik vasitəni olan heroini qoyduqları yeri izah etmişlər. Mirdadaş da həmin şəxsə həmin yeri gedib tapacağını demişdir. Onlar Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində olarkən Mirdadaş avtomobili saxlamış, yolun kənarında dayanan markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı “TİR” yük maşınını göstərib onun yanında olan yol işarəsinin yanında olan içərisində narkotik vasitə heroin olan 1 ədəd göy rəngli klyok olduğunu demiş və ondan gedib həmin narkotik vasitəni götürməsini xahiş etmişdir. O, da razılaşmış və təxminən saat 18:45-də deyilən yerdən həmin klyoku götürüb cibinə qoymuşdur. O, avtomobilə tərəf yaxınlaşanda polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin satışı ilə məşğul olmaqda, üzərində gəzdirməkdə və daşınmasında şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər. Polis əməkdaşları ona üzərində şəxsi axtarış keçirilməsi üçün polis bölməsinə getmək lazım olduğunu demişlər. O, da polis bölməsinə getməyə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə getmişdir. Polis bölməsində ona üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini demişlər. Ona polis bölməsində dövlət hesabına vəkil təyin olunmuş, hüquqlarının müdafiə edilməsi üçün Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili X5 təqdim olunmuş, o da hüquqlarımın həmin vəkil tərəfindən müdafiə edilməsinə etiraz etməmişdir. Polis əməkdaşları hüquq və vəzifələri ilə bağlı bildirişi ona təqdim etmişlər, o hüquq və vəzifələri ilə tanış olduqdan sonra polis əməkdaşlarına etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşları ona üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmamasını, əgər vardırsa, həmin əşyanı təqdim etməsini təklif etmişlər. O, da əynində olan qara rəngli idman şalvarın sağ yan cibinə qoyduğu 1 ədəd göy rəngli sellofan torbanı təqdim etmiş, həmin sellofan torbada 1 ədəd şəffaf rəngli sellofan bükümün olduğu müəyyən edilmişdir. Həmin sellofan büküm açılmış, həmin sellofan bükümün içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, aşkar olunan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində Mirdadaş adlı şəxsin sözü ilə ona vermək üçün götürdüyünü bildirmişdir. Şəxsi axtarış zamanı müdafiəçi ona saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı bir zor tətbiq olunub olunmadığını soruşmuş, o da heç bir zor tətbiq olunmadığını demişdir. Həmin vaxt üzərindən aşkar olunmuş narkotik vasitə heroin tərəziyə qoyulub çəkilmiş və çəkisinin şəffaf rəngli salofan paketlə birlikdə 204,0 qram olduğu aşkar olunmuşdur. Daha sonra videoçəkiliş dayandırılmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heorin ekspertizaya göndərilməsi üçün qablaşdırılıb götürülmüş, üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o da həmin protokolla tanış olduqdan sonra digər iştirakçılar kimi protokolu öz imzası ilə təsdiqləmişdir. Ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. Mirdadaşın narkotik alqı-satqısı ilə məşğul olub olmadığını bilməmiş, birinci dəfə idi ki, Mirdadaşla belə iş dalınca getmişdir. Mirdadaşın Sumqayıt şəhərinə narkotik vasitə olan heroin götürmək üçün gəldiyini bilmiş və Mirdadaş ondan xahiş edəndə orada narkotik vasitə olan heroin olduğunu bilmişdir. Narkotik vasitə olan heroinin əvəzində Mirdadaşdan nə pul nə də ki, başqa maraq kəsb edən əşya almamış, lakin Mirdadaş ona istifadə etmək üçün əvvəllərdə 1-2 dəfə narkotik vasitə verdiyi üçün, o bilmişdir ki, Mirdadaş yenə də götürdüyü narkotik vasitədən ona də verəcəkdir. Bu səbəbdən düşüb qeyd olunan yerdən narkotik vasitəni götürmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişlər. (iş vərəqə 257-260) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmiş və polis əməkdaşla rı tərəfindən saxlanılan zaman orada 9 qram metamfetamin əldə etmək üçün olduqlarını bildirmişdir. Onun telefonunda həmin anrkotik vasitənin ödənişi olan 100 manatı onlayn şəkildə ödəməsi barədə çekin qəbzinin və 9 qram narkotik vasitənin şəkli olmuşdur. Təqsirləndirilən şəxs2 maşından düşmədən onu polis əməkdaşları saxlamışlar. O maşından qaçmışdır. Polis əməkdaşları tərəfindən 19 iyul tarixdə gecə saatlarında 12-1 radələrində da Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında, maşın bazarının yanında saxlanılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir ay əvvəl Təqsirləndirilən şəxs2 tanımışdır. Elşad və o birlikdə narkotik vasitə istifadə etmişlər. Narkotik vasitəni götürməyə o və Elşad onun avtomobili ilə getmişlər. Bəhmən adlı şəxsdən elə birinci dəfə tutulanda narkotik vasitə almışdır. Ondan əvvəl narkotik vasitəni kənddən, təsadüfi şəxslərdən almışdır. Elşadın tutulduğunu görəndə qorxub qaçmışdır. Bəhmən adlı şəxslə olan yazışmalar, şəkillər onun telefonunda qalmışdır. Onlar 9 qram narkotik vasitəni götürmək üçün getsələrdə, götürə bilməmişlər. O özünü narkotik vasitə istifadə etdiyi üçün təqsirli bilir. Bəhmən adlı şəxsi real həyatda tanımır. Təqsirləndirilən şəxs2 təzyiq göstərdiklərinə görə o 200 qram narkotik vasitə olduğunu demiş və həmin sənədlərə qol çəkmişdir. O da polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan marixuana qəbul etmişdir. Təxminən 5-6 aydır ki, psixotrop maddə olan şüşə kimi tanıdığı metamfetamin istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs2 təxminən 2-3 həftədir ki, tanımışdır. Belə ki, Elşad Hökməli qəsəbəsində onun yaşadığı evin qonşuluğunda torpaq alıb ev tikdirmiş, Elşad orada bir nəfər qadınla yaşamışdır. Elşad həmin qadınla Hökməli qəsəbəsinə təxminən 1 aydır ki, köçmüş, evin içərisini təmir edərək həmin ünvanda yaşamışdır. Elşadla təxminən o, tutulmamışdan 10 gün qabaq tanış olmuşdur. Belə ki, Elşad təmir vaxtı onun həyətindən su və işıqdan istifadə etmişdir. Elşadla tanış olduqdan sonra aralarında münasibət yaranmış və o Elşadın şüşə çəkdiyini öyrənmişdir. Elşad da onun şüşə çəkdiyini bilmişdir. O, Elşada 10 gün ərzində 2 dəfə pay olaraq çəkmək üçün şüşə, yəni psixotrop maddə olan metamfetamin vermiş, əvəzində ondan heç nə almamışdır. Elşadla münasibəti yaxşı olmuş, aralarında heç bir ədavət düşmənçiliyi olmamışdır. O, çəkdiyi şüşəni, yəni psixotrop maddə olan metamfetamini İnstagram sosial şəbəkədə tanış olduğu, adını “Bəhman” kimi bildiyi şəxsdən almışdır. O, Bəhmanla instaqramda tanış olduqdan sonra onun narkotik vasitə və psixotrop maddə satdığını öyrənmişdir. Bəhman psixotrop maddəni qramını ucuz yəni, 15 manata satdığı üçün o, Bəhmanın “Whatsapp” nömrəsini götürmüşdür. Bəhmanın “Whatsapp” nömrəsini əzbər xatırlamamış, sonuncunun nömrəsi onun mobil telefonunda olmuşdur. Onun Samsung A40 markalı mobil telefonu olmuş, ***-***-**-** nömrə istifadə etmişdir. Eyni zamanda əzbərdən xatırlamadığı X3 telefon kodu ilə başladığı 3 ədəd “Whatsapp” nömrəsi vardır. O, Bəhmanı tanımamışdan əvvəl çəkdiyi şüşənin qramını xatırlamadığı şəxslərdən 50 manata almışdır. Bəhmanla təxminən 2 ay əvvəl tanış olmuş və ondan cəmi 2 dəfə psixotrop maddə olan metamfetamin sifariş edib almışdır. Bəhman psixotrop maddəni qoyduğu yeri çəkib ona atmış, o isə Bəhmanın xatırlamadığı bank hesabına pul vurduqdan sonra həmin ünvandan malı götürüb özü üçün istifadə etmişdir. Birinci dəfə sifariş etdiyi metamfetamini təxminən 2021-ci ilin may ayının sonlarında Bakı şəhəri Xocahəsən qəsəbəsindən götürmüş və Bəhmandan 100 manata 7 qram, yəni 7 bükümdə olan metamfetamini yolun kənarından götürüb həmin şüşəni təxminən 1 ay yarım istifadə etmişdir. Çəkməyə şüşəsi qutardığı üçün xx.xx.2021-ci il tarixdə saat 12-13 radələrində Bəhmanla yenə “Whatsapp” nömrəsi ilə əlaqəyə keçmiş, sonuncudan yenə 100 manat dəyərində 7 qram metamfetamin istəmişdir. Bəhman ona hesab nöməsi göndərmiş, o da Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən xatırlamadığı dükanda olan “Milliön” ödəmə terminalından Bəhmanın göndərdiyi hesab nömrəsinə 100 manat pul vurmuşdur. Bəhman da ona Sumqayıt şəhərinə Qarabağ kinoteatrının yanında 9 qram mütamfetamin qoyduğunu demiş və həmin yerin şəklini ona atmışdır. O, da təxminən saat 15-16 radələrində idarə etdiyi Khazar marakalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərinə gələrkən Bəhman onun “Whatsapp” nömrəsinə zəng edib ondan qara rəngli “Mercedes” markalı avtomobillə psixotrop maddəni götürüb götürmədiyini soruşmuş, o da Bəhmana “Mercedes” markalı avtomobillə olmadığını demişdir. Bəhman isə ona psixotrop maddəni kiminsə qara rəngli “Mercedes” markalı avtomobillə götürdüyünü demişdir. O, da bu səbəbdən geri qayıtmış və yaşadığı ünvana gəlmiş, yaşadığı küçədə olarkən Bəhman yenə ona zəng edib malı Sumqayıta qoydurduğunu, Sumqayıta getməsini, orada malın yerini deyəcəyini demişdir. O, da küçədə olarkən Təqsirləndirilən şəxs2 görmüş, ondan bekar olub olmadığını soruşmuş, özünün Sumqayıt şəhərinə getdiyini demiş və Elşada onunla birlikdə getməyi təklif etmişdir. Elşad da onunla getməyə razılaşmışdır. Elşad ondan yolda olarkən Sumqayıta nə səbəbə getdiyimi soruşmuş, o da Elşada Sumqayıta şüşə götürmək üçün getdiyini və şüşədən ona da çəkmək üçün verəcəyini demişdir. Elşad da onunla razılaşmışdır. O, Sumqayıt şəhərinə gedərkən “Whatsapp” nömrəsi ilə Elşadın yanında Bəhmanla danışmış, narkotik vasitəni hara qoyduğunu soruşmuşdur. O, yolda olarkən Bəhman ona psixotrop maddənin qoyulduğu yerin şəklini çəkib atmış və malın Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində Qarabağ kinoteatrının yanında olduğunu demişdir. O. həmin ünvana gəlmiş, orada Elşad ona demişdir ki, “sən avtomobildə otur, özüm düşüb malı götürüb gələcəm”. O, da telefonda malın qoyulduğu yerin şəklini Elşada göstərmişdir. Bəhman malı kinoteatrın yanında dayanmış markasını xatırlamadığı “TİR” yük maşının arxasında olan lövhənin yanına daşın altına qoyduğunu demişdir. Elşad təxminən saat 18:40 radələrində avtomobildən düşüb malı götürməyə getmiş. Elşad avtomobilin arxası tərəfə getdiyi üçün onu görməmişdir. Lakin o, avtomobili malın qoyulduğu yerdən təxminən 10 metr aralıda saxlamışdır. O, avtomobildə oturub Elşadı gözləyəndə, Elşad düşəndən bir neçə dəqiqə sonra Elşadın getdiyi tərəfə bir neçə nəfər şəxsin getdiyini görmüş və həmin şəxslərin polis əməkdaşları olduğundan şübhələnmiş, ona görə də orada qalmayıb avtomobili ilə oradan uzaqlaşmışdır. Elşadın polis əməkdaşları tərəfindən tutulduğunu görəndən sora telefonuna format verib yaddaşında olan bütün məlumatları silmişdir. Ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddə alqı-satqısı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Bəhman adlı şəxslə “Whatsapp” nömrəsi ilə əlaqə saxlamış, ondan 200,235 qram heroin sifariş etməmiş, ondan 100 manata 7 qram psixotrop maddə olan metamfetamin sifariş etmiş, Bəhman isə ona 7 qram əvəzinə 9 qram metamfetamin qoyduğunu demişdir. Elşadın götürdüyü yerdə 200,235 qram heroin sifariş etməmiş, Bəhmanla telefonla danışarkən onunla heroin barədə heçnə danışmamış, Bəhmanla danışarkən malı hara qoyduğunu soruşmuş, konkret olaraq götürəcəyi malın növü barədə ad çəkməmişdir. Eyni zamanda Elşadla Sumqayıt şəhərinə gələrkən ona şüşə dalınca getdiyini demişdir. Təqsirləndirilən şəxs2 üzərində öncədən 200,235 qram narkotik vasitə olan külli miqdarda heroin olub olmadığını dəqiq bilməmiş, lakin düşünmüşdür ki, Təqsirləndirilən şəxs2 üzərində öncədən 200,235 qram narkotik vasitə olan külli miqdarda heroin olmamışdır. Güman etmişdir ki, Bəhman sifarişi düzgün qoymamış, ya da ki, Bəhmanın dediyi qara rəngli Mercedes dörd göz markalı avtomobil onun sifarişini götürmüş, o, da onun sifarişinin arxasınca getmişdir. Elşad da səhvən həmin sifarişi götürmüşdür. Təqsirləndirilən şəxs2 götürəcəyi psixotrop maddə olan metamfetamindən istifadə etmək üçün verəcəyini demişdir. Lakin Elşada onun əvəzinə düşüb malı götürməyi üçün pul təklif etməmiş, Elşad özü ona demişdir ki, düşüb malı götürüb gələcəkdir. Bəhmanın telefon nömrəsini əzbərdən xatırlamamış, həmin nömrə telefonunda olmuş, lakin Elşad tutulandan sonra telefonuna format verib onun yaddaşında olan bütün məlumatları, eləcədə telefon nömrələrini silmişdir. (iş vərəqə 243-246) Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 11 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə narkotik vasitələri əldə etmələri, satışı ilə məşğul olmaları və daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, 1-ci PB-nin sahə rəisləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs2 ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Qarabağ” adlanan kinotetrın ətrafı əməliyyat müşahidəsinə götürülmüşdür. Saat 18:45 radələrində Təqsirləndirilən şəxs2 həmin kinoteatrın yaxınlığında yerləşən lövhənin yanında olduğunu görmüşlər. Sonra isə Təqsirləndirilən şəxs2 yaxınlaşaraq özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək onu 1-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 isə onlara etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində kriminalist və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd göy rəngli sellofan torbanı çıxaraq təqdim etmişdir. Həmin torbaya baxıldıqda içərisində şəffaf sellofan bükülü olduğu müəyyən olunmuşdur. Bükülü açıldqıda isə içərisində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin maddəni haradan əldə etdiyi soruşulduqda sonuncu həmin maddəni Mirdadaş adlı tanışının istəyi ilə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində saxlanılmazdan əvvəl götürdüyünü bildirmişdir. Bundan sonra həmin maddə elektron tərəzidə çəkilərək çəkisinin 204 qram olması müəyyən olunmuşdur. Sonra isə həmin maddə qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, həmin protokola və qablaşdırmanın üzərinə imza etmişlər. Mirdadaş adlı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğunu müəyyən etmişlər. Aparılmış əməliyyataxtarış tədbirləri zamanı xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin istintaq şöbəsinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdikdən bir müddət sonra Sumqayıt ŞPİ-də olduğu zaman ona məlumat vermişlər ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacadır və ona həmin tədbirdə iştirak etməsi bildirilmişdir. Bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş əşya və ya maddə olubolmaması soruşulmuş və ona təklif olunmuşdur ki, əgər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs1 isə üzərində qanunla qadağan olunmuş əşya və ya maddə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 üzərində bir ədəd göy rəngli “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhərində “Qarabağ” kinoteatrının yaxınlığında narkotik vasitə gəzdirməkdə şübhəli bilərək Təqsirləndirilən şəxs2 saxlamışlar. Onu saxlayan vaxt Mirdadaş qaçmışdır, onun arxası ilə gedib Mirdadaşı tutub gətirmişlər. Elşad demişdir ki, narkotik vasitə ona məxsus deyil, Mirdadaşa məxsusdur. Mirdadaş isə əksinə narkotik vasitənin Elşada məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı aşkar olunmuş narkotik vasitəyə bənzər maddə ekspertizaya göndərilmişdir və onun narkotik vasitə heroin olduğu məlum olmuşdur. Əməliyyat məlumatı Mikayıl adlı əməkdaşa daxil olmuşdur. Şəxslər hadisə zamanı bir yerdə olmuşlar, Elşadı tutmuş, Mirdadaş isə qaçmış, Sonradan Mirdadaşı tutmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi Şahid3 Şahid2la oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyul 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Mirdadaş adlı şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs yaradaraq Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmaları, üzərilərində gəzdirmələri barədə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər məhkəməsinin hakimi Elçin Məmmədov tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli, 5(060)-371/2021 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar və həmin qərarla bağlı aparılan prosessual hərəkətlər insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanuni hesab edilmişdir. (iş vərəqə 4, 83) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Şəxsi axtarış keçirilməsi” barədə xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “CD” diskdən görünür ki, təhqiqatçı X1 özünü təqdim edərək vətəndaşa özünü təqdim etməyini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs2 və 1994-cü il təvəllüdlü olduğunu deyir. Ondan harada yaşadığı soruşulduqda Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti ev 36-da yaşadığını və qeydiyyatda olduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs2 müraciət edərək polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində narkotik vasitələrin daşınması və gəzdirilməsində şübhəli olaraq saxlanıldığını bildirir, sonra isə polis əməkdaşlarını müraciət edərək özlərini təqdim etmələrini deyir. Polis əməkdaşları da özlərini təqdim edirlər. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri barədə bildiriş təqdim olunur. Sonra isə təhqiqatçı tərəfindən onun hüquqlarının Sumqayıt regional vəkil bürosunun vəkili X5 tərəfindən müdafiə ediləcəyini deyərək vəkili ona təqdim edir. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs2 onunla konfidensial görüş keçirib-keçirmək istəmədiyi soruşulduqda sonuncu istəmədiyini bildirir. Sonra isə müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadə edib-etmədiyi, istifadə edirsə hansı müddətdən etibarən narkotik vasitə istifadə etdiyi soruşulur. Təqsirləndirilən şəxs2 isə Mirdadaş adlı tanışının ona onunla birlikdə Sumqayıt şəhərinə getməyi təklif etdiyini, Mirdadaş adlı şəxsin avtomobili ilə onunla birlikdə Sumqayıt şəhərinə gəldiyini, narkotik vasitənin gizlədildiyi yerə çatdıqda sonuncunun ona işarə edərək bir yeri göstərdiyini və orada sellofan torbada əmanət olduğunu və həmin əmanəti götürüb gətirməsini istəməsini, bundan sonra onun həmin yerdə narkotik vasitə olduğunu bilməsini, Mirdadaş adlı şəxsin istəyi ilə avtomobildən düşərək narkotik vasitəni gizlədildiyi yerdən götürməsini, bundan sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdi. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs2 həmin şəxsi neçə müddətdir tanıdığı soruşulduqda, sonuncu Mirdadaş adlı şəxsi bir həftədir tanıdığını, əvvəlcədən Mirdadaşın narkotik vasitə götürmək üçün Sumqayıt şəhərinə gəldiyini bilmədiyini bildirdi. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs2 saxlanılarkən ona qarşı hər-hansı təziq və ya işgəncə olub-olmadığını soruşulduqda, sonuncu saxlanılan zaman ona qarşı təziq olmadığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılacağı bildirilir və ondan bununla bağlı etirazının olub-olmadığı soruşulur, sonuncu isə etirazının olmadığını bildirir. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 təklif olunur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd göy rəngli, üzərində yazıları olan sellofan torbanı çıxararaq təqdim edir. Həmin torbaya baxış keçirildikdə içərisində şəffaf sellofan bükülü olduğu müəyyən olunur. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs2 soruşulur ki, ona həmin bağlamanı götürməyi həmin şəxs demişdirmi, bağlamanı həmin yerə qoyan şəxsi görübmü. Sonuncu isə bağlamanı həmin yerə qoyan şəxsi görmədiyini, Mirdadaş adlı şəxslə Sumqayıt şəhərinə gələn zaman onun yolda kiminləsə danışdığını və danışdığı şəxsin narkotik vasitəni həmin yerə qoyduğunu bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 həmin şəxsin ona köməklik edəcəyi təqdirdə nəsə təklif edibetmədiyi soruşulur, Təqsirləndirilən şəxs2 isə Mirdadaş adlı şəxsin bununla bağlı ona heçnə təklif etmədiyini bildirir. Təhqiqatçı tərəfindən şəffaf sellofan bükülü açıldıqda içərisində qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə olan heroinə bənzər maddə olması görünür. Həmin maddə sellofan torba ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkildikdə çəkisinin 204 qram olması görünür. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 məlumat verilərək bildirilir ki, həmin maddə qablaşdırılaraq məhkəmə ekspertiza mərkəzinə göndəriləcək. Eləcədə Təqsirləndirilən şəxs2 bununla bağlı etirazının olub-olmadığı soruşulduqda, sonuncu etirazının olmadığını deyir. Bundan sonra çəkiliş dayandırılır. (iş vərəqə 25-26, 160-162) Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/2792 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №125” dairəvi möhür əksləri olan bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 200,235 qram olan qəhvəyi rəngli madə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 32- 36) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3473 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən periodik istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 209-210) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3593 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 211-212) İş materiallarına əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İƏDÜ nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə şifahi və ya yazılı şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 193) Cinayət işinin materiallarına əlavə edilmiş 02 avqust 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki,Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən fiziki zora və işgəncəyə məruz qalması öz təsdiqini tapmadığından 02 avqust 2021-ci il tarixdə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitənin olmaması, üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədlərinin olmaması, narkotik vasitənin miqdarı barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxsləri öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda və şəxsi istifadə miqdarından dəfələrlə çox olması təqsirləndirilən şəxslərin məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğulardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar (iş vərəqə 176-177, 178-179) Himayəsində azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması CM-in 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzanı yüngülləşdirən hallardır. Əvvəllər məhkum olunmaması CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxslərin əməllərində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və Sumqayıt şəhər məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 17, 53-54, 74-75) Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2021-ci il tarixli qərarımla Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və Sumqayıt şəhər məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 100-101, 126-127, 149-152) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş 200,135 qram narkotik vasitə olan heroin məhv edilməli, 1 ədəd DVD-R disk cinayət işi materiallrında saxlanılsın. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli 11 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli 19 iyul 2021-ci il tarixdən hesablansın, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan – 200,135 qram narkotik vasitə olan məhv edilsin, 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-112/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-112/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver