Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-112/2025 23.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X15 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X17, Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 02 oktyabır 2002-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 19, mənzil 37-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 177.2.1, 177.2.2, 177.2.3-1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 fevral 2023-cü il tarixdə saat 13-14 radələrində sevgilisi X6 yaşadığı ünvan 1 ünvanında olduğu zaman sonuncunun anası X5 mobil telefonundan əvvəlcədən şifrəsini bildiyi "Leobank" mobil tətbiqinə daxil olaraq, 4098-8544-6856-3265 nömrəli "Leobank" bank kartından özünün istifadəsində olan 4098- 5844-6841-3057 nömrəli "Leobank" bank kartına 400 manat pul köçürüb, informasiya texnologiyalarından istifadə etməklə zərərçəkmiş şəxs X12ma məxsus 400 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girib aralarında olan razılığa əsasən Əziz Atayev 05 avqust 2023-cü il tarixdə saat 21:55 radələrində X5 yaşadığı ünvan 1 ünvanında olduğu zaman sonuncudan "İnstagram" sosial şəbəkəsinə girmək adı ilə aldığı mobil telefonundan əvvəlcədən şifrəsini bildiyi "Leobank" mobil tətbiqinə daxil olaraq, 4098-8544-6856-3265 nömrəli "Leobank" bank kartından 4098-5844-6841-3057 nömrəli "Leobank" bank kartına 500 manat pul köçürüb, informasiya texnologiyalarından istifadə etməklə zərərçəkmiş şəxs X12ma məxsus 500 manat pulu gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,958 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 29 sentyabr 2023-cü il tarixdə saat 16:20 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq, ünvan 3ən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,958 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, oğurluq etməsi ilə bağlı ittihamı qəbul edir. Bir gün o, kafedə oturan zaman polis əməkdaşları gəlmiş və ona yaxınlaşaraq İlkin adlı şəxsin o olubolmadığını soruşmuşlar. O, İlkin adlı şəxs olduğunu bildirdikdən sonra polis əməkdaşları onun qoluna qandal vurmuş və polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona ya narkotik vasitə, ya da silahla bağlı cinayəti öz üzərinə götürməli olduğunu bildirmişlər. Əvvəlcə o, heç bir sənədə imza çəkməmiş, sonda məcbur qalaraq narkotik cinayətini boynuna almışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, tutulduğu günə kimi narkotik vasitə olan heroin istifadə etmiş, metamfetamin istifadə etməmişdir. Saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman hakimə həqiqəti söyləməmiş, amma Bakı Ağır Cinayətlər Məhkəməsində həqiqəti danışmışdır. Avtomobildə olan zaman ona polis əməkdaşları tətəfindən təzyiqlər olunmuşdur. O, dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. O, narkotikin ona məxsus olmadığını müdafiəçisinə bildirmişdir. O, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı prokurorluğa şikayət etmiş, prokurorluq əməkdaşları məsələni araşdırmış, amma son nəticədən onun xəbəri olmamışdır. Onu saxlayan polis əməkdaşını əvvəldən tanımamış, ona qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. O, çəkiliş zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirməmişdir. Qorxduğu üçün ibtidai istintaq zamanı məhkəmədə narkotik vasitənin ona məxsus olmadığını bildirməmişdir. İstintaq təcridxanasına qəbul edilən zaman onun qolunda və ayağında xəsarət izləri olmuş və bunu bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni xatırlayır və həmin ifadəsində narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs həmin ifadəsində ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1 və 234.1-1-ci maddələrilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitənin və psixotrop maddənin müxtəlif növlərindən istifadə edir. 28 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsində olduğu zaman bir nəfər şəxs yaxınlaşaraq ondan siqaret istəmişdir. Bundan sonra isə onunla söhbət etməyə başlamışlar. Söhbət zamanı həmin şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və istəyərsə onun üçün də narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. O da narkotik vasitə heroin istifadə etmək niyyətində olduğu üçün ondan 50 manatlıq narkotik vasitə heroin istəmişdir. Həmin şəxs isə ona bir bükümdə narkotik vasitə heroin vermişdir. Daha sonra isə pulu ondan alıb uzaqlaşmışdır. O da həmin heroini cibinə qoymuşdur ki, təklikdə istifadə edər. Narkotik vasitə alması barədə heç kimin məlumatı olmayıbdır. Eyni zamanda narkotik vasitə aldığı şəxsin adını və anket məlumatlarını bilmir. Lakin 30-35 yaşlarında qarabəniz arıq bir kişi olduğunu bilir. 29 sentyabr 2023-cü il tarixdə saat 16:20-də ünvan 2 ünvanın yaxınlığında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş və bundan sonra polis əməkdaşları onun külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getmişdir. Baş İdarədə o, hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz hər hansısa əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən bir ədəd "Fly" markalı mobil telefonu və iki manat pulu, həmin şalvarının sağ yan cibindən isə 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Şifahi sorğu zamanı o, üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata aldığını, əvvəllər narkotik vasitədən istifadə etdiyini, aldığı maddəni öz şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Eyni zamanda şəxsi axtarış zamanı üstündən aşkar edilmiş 01 ədəd "Fly" markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Üstündən aşkar edilmiş 2 manat pul özünə qaytarılmışdır (cild 01, iş vər. 74-76). İfadəsi elan olunub tədqiq edildikdən sonra ona ünvanlanan suallara cavab olaraq təqsirləndirilən şəxs həmin ifadəni qəbul etməmiş, belə bir ifadə vermədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, İlkini qızının istədiyi oğlan kimi tanımışdır. Birinci dəfə İlkin onun kart hesabından öz kart hesabına 400 manat yönəlmişdir. İkinci dəfə isə İlkinin dostu Əziz onun kart hesabından 500 manat pulu İlkinin kartına göndərmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, İlkin zərərin ödənilməsi ilə bağlı ona 1000 manat pul vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İbtidai istintaq zamanı ona qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 29 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhərində saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. İdarədə olan zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən 1 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, İlkin barədə daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. Əməliyyat qrupuna Şahid2 və Şahid3 daxil olmuşlar. Saxlanılan zaman təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir olunmamışdır. Şəxsi Sumqayıt şəhərində saxlamışlar, amma şəxsin saxlanıldığı küçəni xatırlamır. Şəxsin kafedə oturması ilə bağlı məlumatı yoxdur. Onlar saxlayan zaman şəxs tək olmuşdur. Polis avtomobilində şəxsə qarşı heç bir təzyiq olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuşdur. Həmin şəxs barəsində əvvəllər onda əməliyyat məlumatı olmamışdır. Daxil olmuş məlumat əsasında təxirə salınmaz əməliyyat tədbirləri keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş X26 ifadəsində göstərmişdir ki, o, İlkinlə birlikdə Zərərçəkmiş şəxs evinə girmiş və Zərərçəkmiş şəxs məxsus kart hesabından 500 manat pulu İlkinin kart hesabına köçürmüşlər. Zərərçəkmiş şəxs İlkinin istədiyi qızın anası olmuşdur. Həmin oğurluq planını İlkinlə planlaşdırmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, həmin məsələ ilə bağlı onu polis idarəsinə çağırmışlar. O, əvvəllər narkotik vasitələrdən istifadə etmiş, amma hazırda istifadə etmir və müalicə alır. Özü könüllü şəkildə müalicə alır. İbtidai istintaq zamanı da eyni məzmunlu ifadə vermiş və həmin ifadəni təsdiq edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “İlkin” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul alması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Müəyyən edilmişdir ki, “İlkin” adlı şəxs xx.xx.2002-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, 29 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.2002-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 16:20-də ünvan 2 ünvanın yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın arxa sol cibindən 01 ədəd “Fly” markalı mobil telefon və 02 manat pul, sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 27-28). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi eskpertizasının 30 sentyabr 2023-cü il tarixli, 3- 16-16/2-6/5132 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №6" möhür əksi və "Təqsirləndirilən şəxs..." və s. soyadlar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,958 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 40-44). Cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirlərinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Fariz Vəliyev tərəfindən təsdiq edilmiş 29 sentyabr 2023-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir (cild 01, iş vər. 112-114). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd "FLY" markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir (cild 01, iş vər. 119). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X32 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6078 nömrəli məktubdan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Elşin oğlu BŞNM-də qeydiyyatda yoxdur (cild 01, iş vər. 125). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 02 X14 Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1/5623 saylı məktubdan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü il təvəllüdlü Təqsirləndirilən şəxs son 6 ildə Bakı şəhəri 2 nömrəli X4 stasionar müalicə üçün müraciət etmişdir (cild 01, iş vər. 133). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X32 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xx/xx-13308 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanda qeydiyyatda olan, xx.xx.2002ci il təvəllüdlü Kərimov X19 Nazirliyinin Baş Klinik Hospitalının göndərişinə əsasən xx.xx.2022ci il tarixdə mərkəzdə stasionar müayinəyə qəbul olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Hərbi Həkim Komissiyasına təqdim olunub. xx.xx.2022-ci il tarixdən mərkəzdən evə buraxılmışdır (cild 01, iş vər. 139). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X32 xx.xx.2023-cü il tarixli 19031 nömrəli məktubdan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü, Sumqayıt şəhəri, 18 mkr, d 39-37 ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2019-xx.xx.2019-cu il tarixdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müayinədə, xx.xx.2020- xx.xx.2020-ci il, xx.xx.2021xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə xəstəxanada gündüz stasionarı şöbəsində ambulator müayinədə olub. Diaqnoz: "Hal-hazırda psixi xəstəlik aşkar edilmir" (cild 01, iş vər. 155). Cinayət işinin materiallarında olan “Cinyət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında”xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və CM-in 234.4.3-cü maddəsilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Cinayət işi üzrə istintaq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.4.3-cü maddələri ilə vahid cinayət işi kimi ********* nömrə altında istintaq davam etdirilmişdir (cild 01, iş vər. 156-160). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə DİN “102 xidməti”ndən daxil olmuş məlumatda Zərərçəkmiş şəxs yaşadığı evdə olan oğlunun dostları tərəfindən əl çantasından 1500 AZN pul bank kartı (kartından 500 AZN çəkilib) və 1 ədəd qızıl sepin oğurlanması və ondan danışmaq üçün adı ilə SamsungA10 markalı mobil telefonu alıb uzaqlaşması barədə bildirmişdir (cild 01, iş vər. 187). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Zərərçəkmiş şəxs Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam satlarında oğlunun dostları Əziz və onun dostu onlara gəlmiş, onlar getdikdən sonra sumkasında olan 1500 manat pulun və 1 ədəd qızıl sepin olmadığını görmüşdür, Həmçinin, həmin vaxt Əziz onun telefonunu danışmaq məqsədi ilə almış və telefonu qaytarmayıb özü ilə aparmışdır. Pulunun və qızıl sepinin oğurlanmasında Əziz və onun dostundan şübhələnmişdir (cild 01, iş vər. 188). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Abşeron rayon, St Sumqayıt qəsəbəsi, məcburi köçkünlər şəhərciyində yerləşən bina evidir. Həmin ev çox mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Zərərçəkmiş şəxs evlərində olan oğlunun dostu Əziz adlı şəxsin 1500 manat pulunu və 01 ədəd qızıl boyunbağısını oğurlamasını bildirmişdi. Baxış üçün əhəmiyyət kəsb edən heç bir sübut növü aşkar edilməmişdir. Müvafiq foto şəkillər çəkilməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 190-192). Cinayət işinin materiallarında olan “Leobank” qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 21:55-də Zərərçəkmiş şəxs məxsus kart hesabından 409858****3057 nömrəli kart hesabına 500.00 manat pul köçürülmüşdür (cild 01, iş vər. 201). Cinayət işinin materiallarında olan “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.3-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə CM-in 177.2.1 və 177.2.3-1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və ********* nömrəsi saxlanılmaqla ibtidai istintaq davam etdirilmişdir. ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.1 və 177.2.3-1-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir (cild 01, iş vər. 230-231). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında”protokoldan görünür ki, baxış keçirilən yer Abşeron rayon, St Sumqayıt qəsəbəsi? məcburi köçkünlər şəhərciyində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evdir. Həmin evin giriş qapısı bir laylı dəmir materialındandır. Həmin qapıdan içəridə dəhliz yerləşir. Dəhlizin baş tərəfindən yataq otağı, sol tərəfdə isə qonaq otağı vardır. Həmin otaqda Zərərçəkmiş şəxs Samsung markal mobil telefonda olan xx.xx.2023-cü il tarixdə saat 13:48 dəqiqədə İlkin adlı şəxsin hesabına onun hesabından 400 manat pul köçürülməsi, üzərində Leobank yazısı olan göy rəngli möhür və "xxxx" HB ASC X25 sözləri yazılmış qəbzi təqdim etmişdir. Baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən baqşa sübut növü aşkar edilməmişdir (cild 01, iş vər. 238-243). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə aparmaq haqqında” protokoldan görünür ki, istintaq zamanı ifadələri arasında ziddiyətlər olduğundan zərərçəkmiş şəxs X7 ilə təqsirləndirilən şəxs X26 biri-birilərilə üzləşdirilmiş və üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha biri- birilərinin üzünə qarşı təsdiq etmişlər (cild 02, iş vər. 89-91). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 30 sentyabr 2023-cü il tarixli 6214 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 181-182). Cinayət işinin materiallarında olan 29 dekabr 2023- cü il tarixli 3635 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs olunun hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməlləri törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövürdə o, öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir (cild 02, iş vər. 184-185). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs X26 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus 1500 manat nağd pulu və bir ədəd 200 manat dəyərində qızıl boyunbağını oğurlaması xüsusatı üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni əldə etdiyi şəxsin müəyyən edilməsi məqsədilə, hazırki cinayət işindən zəruri istintaq sənədlərinin kserosurətləri çıxarılmaqla, naməlum şəxs barəsində CM-in 234.4.3-cü maddəsilə cinayət işi ayrılması barədə qərar qəbul edilmişdir. ********* nömrəli cinayət işindən Sumqayıt ŞPİ-dən daxil olmuş ********* nömrəli cinayət işi üzrə X13, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs, ********* nömrəli cinayət işi üzrə X8, ********* nömrəli cinayət işi üzrə X9 qarşı və ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən baş vermiş oğurluq faktları üzrə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrilə ayrıca cinayət işi ayrılması barədə qərar qəbul edilmişdir. ********* nömrəli cinayət işindən ayrılmalı olan iş üzrə X18 Təqsirləndirilən şəxs ilə bir qrup şəxs tərəfindən 05 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs bank kartından pul oğurlamaları faktı üzrə X18 əməlinə hüquqi qiymət veriləcək olması nəzərə alınmışdır (cild 02, iş vər. 211-228). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş məhkumun tibbi kitabçanından çıxarışdan görünür ki, 30 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs Bakı istintaq Təcridxanasına aparılmış və şəxsin üzərinə baxış keçirilmişdir. Şəxs həbs almadan əvvəl xəsarət almadığını bildirmişdir. Baxış zamanı qarnın ön sol səthində, sol saidin ön səthində çapıqlar müəyyən edilmişdir. Sağ qolda da çapıq törəmələr müəyyən edilmişdir. Döyülmə xarakterli hər hansı başqa bir xəsarət müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “İlkin” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul alması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. “İlkin” adlı şəxsin xx.xx.2002-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərar alınmış, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 16:20-də ünvan 2 ünvanın yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, saxlanıldığı yerdən Baş İdarəyə gətirilmiş, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış nəticəsində onun üzərindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddə ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik maddə heroin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət sayılır və həmin əməli törətməkdə təqsirli bilinən şəxs üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Habelə, CM-in 177.2.1, 177.2.2, 177.2.3-1-ci maddəsinə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən edilən təzyiqlər nəticəsinə məcbur qalıb ona aid olmayan narkotik vasitə heroinlə bağlı etirafedici ifadələr verməsinə dair bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də sözügedən kütlənin ona aid olmaması barədə heç bir söz deməmişdir ki, məhkəmə bu halın müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Bundan əlavə, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı məsələyə münasibətdə qeyd olunmalıdır ki, məhkəmə istintaqı zamanı Bakı İstintaq Təcridxanasından şəxsə məxsus tibbi kartoçkadan çıxarışlar götürülmüş və həmin sənədlərdə də Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında müayinədən keçən zaman üzərində döyülməyə xarakterik hər hansı bir xəsarət aşkar edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin əldə olunması və üzərində daşıması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayəti və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsə CM-in 177.2.1, 177.2.2, 177.2.3-1-ci maddələri ilə elan olunan ittiham üzrə) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 123-124). CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində (təqsirləndirilən şəxsə CM-in 177.2.1, 177.2.2, 177.2.3-1-ci maddələri ilə elan olunan ittiham üzrə) cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə ondan aşkar olunan narkotik vasitənin çəkisini nəzərə almaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, eyni zamanda həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 02, iş vər. 30). Cinayət işinin materiallarında olan “Qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Abşeron Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən dərhal azad olunmuşdur (cild 02, iş vər. 75-76). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ikinci dəfə həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 19). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 87-91). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla ona təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, cəzaçəkməsinin əvvəli isə xx.xx.2023-cü il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Nərimanov Rayon Polis İdarəsində saxlanılan 5,858 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD diksin cinayət işinin matriallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 110 AZN (yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanaraq çıxılmaqla üzərində 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nərimanov Rayon Polis İdarəsində saxlanılan 5,858 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD diskin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın. İş üzrə 110 AZN (yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-112/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-112/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver