Məhkəmə qərarları › İş №1(124)-113/2021

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-113/2021

29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-113/2021 29.12.2021 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), X6 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 4 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx xxxxxx 1992-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi taksi fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Müşfiq küçəsi, ev 56C ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 05.12.2020-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi açılıb-bağlanan bıçaqla Zərərçəkmiş şəxs qəsdən bir dəfə vuraraq döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edərək, sol ağciyəri yaralayan, pnevmahematoraks (döş boşluğuna qanın və havanın toplanması) törədən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunmaqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs təqsirli olartaq ittiham olunduğu əməli təqsirli olaraq törətməsi məhkəmə isitintaqı zamanı tədiq edilmiş sübutlarla, o cümlədən özünün qismən etirafedici ifadəsi, zərər çəmiş şəxsin ifadəsi, ekspert rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edərək göstərmişdir ki, onun yaşadığı evin yaxınlığında yaşayan Şahid1 oğlu ilə təxminən 10 ilə yaxındır dostluq etmişdir. 05 dekabr 2020-ci il tarixdə İsmayılgilə getmək istəmiş, bunun üçün İsmayılın istifadəsində olan mobil telefona zəng vurmuş, lakin sonuncu ona cavab verməmişdir. Həmin gün saat 19 radələrində İsmayılın yaşadığı evə getmiş, həyətlərinə daxil olanda İsmayılı görmüşdür. Orada olan şəxslərlə salamlaşıb, onda qalmış şəxsiyyət vəsiqəsini istəyib qapının qarşısına çıxmışdır. Az sonra İsmayıl şəxsiyyət vəsiqəsini gətirib ona vermiş və bu zaman o, İsmayıldan zənginə cavab verməməsinin səbəbini soruşmuşdur. Buna cavab olaraq İsmayıl yatdığını demiş və müxtəlif bəhanələr gətirmişdir. Bu zaman onların arasında mübahisə yaranmış və onlar yaxalaşmışlar. Elə bu anda oraya İsmayılın qardaşı Coşqun gəlmiş və İsmayılla Coşqun onun üstünə gəlib sifət nahiyyəsinə yumruq və təpiklə vuraraq onu yerə yıxmışlar. Bu zaman Coşqun onu bıçaqla vurmuş və o, özünü qorumaq məqsədi ilə cibində olan bıçağı çıxarıb havaya zərbə atmış bıçaq zərbəsi Coşquna dəymişdir. O, sonuncunu bilərəkdən vurmamışdır. Hadisə nəticəsində Coşqun ona 3 bıçaq xəsarəti yetirmişdir. Hazırda o törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsin yerində yoxlanmasına dair protokolundan görünür ki, ifadələrinin yerində yoxlanması zamanı o, oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 10 ilə yaxındır ki, tanıyır, onunla yaxşı münasibətdə olmuş, əvəllər düşmənçiliyi və ya ədavəti olmamışdır. O, 05 dekabr 2020-ci il tarixdə saat 19 radələrində qardaşı Şahid1lə Təqsirləndirilən şəxs mübahisə etdiklərini eşidib bayıra çıxmış mübahisənin səbəbini soruşduqda isə Seymur ona sərt cavab vermişdir. Buna görə onlar əlbəyaxa olmuşlar və hadiəsnin təsadüfi axarı zəminində ittihamda göstərilən hadisə baş vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ilə yaxındır ki, tanıyır, onunla yaxşı münasibətdə olmuş, əvəllər düşmənçiliyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs onun yaşadığı evin yaxınlığında yaşayır, Seymur onunla və qardaşı İsmayılla yaxşı münasibətdə olub, onunla heç vaxt mübahisə etməmişlər, Seymur tez-tez onun yaşadığı evə gəlib-getmişdir. O, 05 dekabr 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evin həyətinə çıxmış, həmin vaxt qardaşı Şahid1 Təqsirləndirilən şəxsla sözlə mübahisə etydiyini görmüş, lakin nə barədə mübahisə etməkləri yadında qalmamış, o, onlara yaxınlaşıb nə baş verdiyini soruşmuş, Seymur dəqiq yadında deyil nəsə ona demiş və onunla əlbəyaxa olmuş, qardaşı İsmayıl onları ayırmağa çalışmış, həmin vaxt o, Seymurun sağ əlində kiçik ölçülü bıçağın olduğunu görmüş, o, bir anlıq özünü pis hiss etmiş və özündən getmiş, ayılanda xəstəxanada olmuşdur. Onu reanimasiyaya salmışlar və əməliyyat olunduqdan sonra onu palataya yerləşdirmişlər. Mübahisə zamanı onu Seymur ağ ciyər nahiyəsindən bıçaqlayıb, hazırda da müalicə olunur, lakin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Mübahisə baş verən gün Təqsirləndirilən şəxs onlara qardaşı İsmayıldan öz şəxsiyyət vəsiqəsini almağa gəlmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə yaxşı münasibətdə olmuş, heç vaxt düşmənçiliyi və ədavəti olmamış, mübahisə zamanı o və qardaşı Seymura heç bir xəsarət yetirməmişlər, mübahisə zamanı ətrafda heç kim olmamış, mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Hava qaranlıq olduğu üçün bıçağı görməmiş, əlamətləri barədə heç nə deyə bilmir. Ozal, Cəlal və Orxan mübahisə baş verən zaman orada olmamışlar, o və qardaşı İsmayıl mübahisə zamanı Seymuru yumruq və təpiklə vurmamışlar, həmçinin ona bıçaq xəsarəti yetirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu zərər çəkmiş şəxsin ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmiş və əlavə olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kürək nahiyyəsinə bıçaqla zərbə endirdiyinin və qaçıb getdiyinin şahidi olduğunu qeyd edib, məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şahid1 oğlunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ilə yaxındır ki, tanıyır, onunla yaxşı münasibətdə olmuşdur. Təqsirləndirilən şəxs tez-tez onlara gəlib getmişdir 05 dekabr 2020-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş, o və qardaşı Zərərçəkmiş şəxs da həyətdə olmuş, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onun şəxsiyyət vəsiqəsini gətirib versin, o da evə gedib onun şəxsiyyət vəsiqəsini götürüb vermişdir. Bundan sonra onlar həyətdə söhbət etmişlər, həmin vaxt Seymur ona demiş ki, niyə boynu yoğunlarla oturub durursan, o da ona demiş ki, niyə belə deyirsən aralarında sözlə mübahisə yaranmış, həmin vaxt qardaşı Coşqun araya keçmiş Seymur bıçaqla qardaşı Coşqunun kürək nahiyəsindən bıçaqla vurub qaçıb getmişdir. O, Seymurun dalınca qaçmış, lakin yer palçıq olduğu üçün yerə yıxılmış və geri qayıdıb qardaşıma kömək etmək üçün dostu Ozala zəng vurub köməyə çağırmış, bir neçə dəqiqə sonra yaşadığı evin həyətinə dostları Ozal, Orxan və Cəlal gəlmişlər. Onlar köməklik edib qardaşını 5 saylı şəhər klinik xəstəxanasına aparmışlar. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə yaxşı münasibətdə olmuş, heç vaxt düşmənçiliyi və ədavəti olmamış, mübahisə zamanı o və qardaşı Coşqun Seymura heç bir xəsarət yetirməmiş, mübahisə zamanı ətrafda heç kim olmamış, mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, hava qaranlıq olduğu üçün bıçağı görməmiş, əlamətləri barədə heç nə deyə bilmir. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5 ilə yaxındır ki, tanıyır, onunla sinif yoldaşı Zərərçəkmiş şəxs vasitəsilə tanış olmuşdur. Seymur Əliyevlə düşmənçiliyi və ya ədavəti olmamışdır. 05.12.2020-ci il tarixdə saat 19-20 radələrində tanışı Orxanla birlikdə avtomobilini təmir etdirmək üçün Abşeron rayonu Fatmai kəndində avtomobil ustası işləyən Cəlalın yaşadığı evin həyətində olmuş, Cəlal ona məxsus «BMW-530» markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin əyləcini təmir etmiş, həmin vaxt Cəlalın istifadəsində olan ***-***-**-** saylı mobil telefona İsmayıl zəng vurub demişdir ki, qardaşı Coşqunu bıçaqlayıblar və gəlib onlara köməklik etsinlər. Bundan sonra Cəlal dərhal avtomobilinin təkərini üstünə bağlamış və o, avtomobili işə salmış, Cəlal və Orxanla Coşqunun yaşadığı ünvana gəlmişlər. Onlar oraya çatanda Coşqun yaşadıqları evin həyətində yerdə uzanıq vəziyyətdə olmuş, onlar Seymura köməkilk edib özünə məxsus avtomobilə əyləşdirmiş və 5 saylı xəstəxanaya aparmışlar. Orada həkimlər Coşqunu reanimasiyaya yerləşdirmişlər. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 20 ilə yaxındır ki, tanıyır, bir məktəbdə oxumuşlar. Zərərçəkmiş şəxs təxminən 4-5 ilə yaxındır ki, tanıyır, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. 05.12.2020-ci il tarixdə saat 19-20 radələrində tanışı Orxan və Ozal işlədiyi sexə gəlmişlər. Ozal demişdir ki, ona mənə məxsus «BMW-530» markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin əyləcini təmir etsin, o, avtomobilin təkərini açmış, təmir zamanı istifadəsində olan ***-***-**-** saylı mobil telefona İsmayıl zəng vurub demişdir ki, qardaşı Coşqunu bıçaqlayıblar və onlar gəlib onlara köməklik etsinlər. Bundan sonra o, dərhal avtomobilinin təkərini üstünə bağlamış, Ozal avtomobili işə salmış və onlar Coşqunun yaşadığı ünvana getmişlər. Onlar oraya çatanda Coşqun yaşadıqları evin həyətində yerdə uzanlı vəziyyətdə olmuş, onlar ona köməkilk edib Ozala məxsus avtomobilə əyləşdirmiş və 5 saylı xəstəxanaya aparmışlar. Orada həkimlər Coşqunu reanimasiyaya yerləşdirmişlər. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şahid X5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən görünür ki, o, şahidlər Şahid4 və Şahid2 ifadələrinə uyğun ifadə vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya” Publik Hüquqi şəxsin 29.06.2021-ci il tarixli 1375 saylı rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edərək,sol ağciyəriyaralayan, pnevmahematoraks (döş boşluğuna qanın və havanın toplanması) törədən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları iti deşici-kəsici alətin (əşyanın) təsirindən törənmişdir, 05.12.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya” Publik Hüquqi şəxsin 09.12.2020-ci il tarixli 2568 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində sağ gicgah nahiyyəsinin dərialtı hemotomaları – bərk küt əşya(əşyaların) təsirindən törənmişdir, sol dirsək oynağı nahiyyəsinin bayır səthinin 1 ədəd, bel nahiyyəsinin sol yarısının 1 ədəd və sol budun arxa 1/3-nin arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları – iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, zərər çəkənin dediyi, eləcə də, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 05.12.2021-ci il tarixdə dava-dalaş zamanı yumruq və bıçaq zərbələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə sağ gicgah nahiyyəsinin dərialtı hemotomaları sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir, sol dirsək oynağı nahiyyəsinin bayır səthinin 1 ədəd, bel nahiyyəsinin sol yarısının 1 ədəd və sol budun arxa 1/3-nin arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları dərəcələrinə görə ümumilikdə, eləcə də, ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs məhkmə-tibbi müayinəsi zamanı bədəniüzərində aşkar olunmuş deşilmiş-kəsilmiş(bıçaq) yaraları müxtlif ölçülərdə (3.,0X0,9sm, 1,4X0,7sm) olması fərqli bıçaqların təsirindən törənməsinə şübhə doğurur. Bu məsələnin həlli üçün Təqsirləndirilən şəxs hadisə anında əynində olmuş paltarların xüsusi kriminalistik müayinəsinin keçirilməsi əhəmiyyət kəsb edə bilər. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbycan Respublikası Ədliyyə Naszirliyinin məhkəmə trasoloji ekspertizasının 22 yanvar 2021-ci il tarixli 3/2184 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş alt şalvarının üzərində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi göstərilməklə təsvir edilən zədələr vardır. Alt şalvarının səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan alətin (məs:bıçaq və ya bənzər xassəli alətin) təsirindən yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Alt şalvarının material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 09.12.2020-ci il tarixli 2568 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş alt şalvarının səthində olan zədələr müqayiə edildi və müəyyən oldu ki, yerləşən xəsarətlər ilə təqdim edilmiş alt şalvarının səthində olan zədələr yerləşmə sahəsi və sayına görə nisbi uyğunluq təşkil edir, yəni zədə və xəsarət nisbətən üst-üstə düşür. Tədqiqata təqdim edilmiş paltonun və vodalaskanın üzərində trasoloji zədə yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin məhkəmə-ambulator-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 29 iyul 2021-ci il tarixli 1393 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hadisəni törədərkən etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman güclü ruhi həyəcan, fizioloji affekt vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin komisyon məhkəmə-ambulatorpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 07 sentyabr 2021-ci il tarixli 2059 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi hərkətləri qavramaq və anlamaq qabiliyyətində olmuşdur. Ələs0gərov Seymur Elçin oğlu şüur və dərketməsinə təsir göstərə biləcək psixi-emosional halda olmamış, emosional vəziyətindən asılı olaraq öz hərəkətlərini qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs baş vermiş hadisə ilə bağlı özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət hadisəsini törədən zaman fizoloji affekt vəziyyətində olmamışdır. İş materiallarından göörünür ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bıçağın tapılması məqsədilə görülmüş tədbirlər nəticə verməmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. İş materiallarında olan qərarlardan görünür ki, şübhəli şəxs qsimində 09 dekabr 2020-ci il tarixdən tutulmuş Təqsirləndirilən şəxs hazl-hazıradək davamlı olaraq həbsdə saxlanılır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək öz müdafiəsi üçün dəlillər gətirərək göstərmişdir ki, Şahid1lə mübahisəsinin nəticəsi olaraq sonuncu qardaşı Zərərçəkmiş şəxslə birlikdə onu vurub yıxdıqdan sonra Coşqun onu bıçaqla vurmuş və o, özünü qorumaq məqsədi ilə cibində olan bıçağı çıxarıb havaya zərbə atmış bıçaq zərbəsi Coşquna dəymişdir. Lakin istər işin müəyyən edilmiş halları istərsə də, şahid və zərər çəkmiş şəxsləri ifadələrindən də, göründüyü kimi, Təqsirləndirilən şəxs Şahid1lə mübahisəsi zamanı onları aralamağa gəlmiş Zərərçəkmiş şəxs bıçaqla ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni cinayət əməlini zəruri müdafiə həddinə aşmaqla və ya ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma ilə törədilməsi zərərçəkmiş şəxsin və şahid ifadələri ilə, həmçinin istintaq zamanı toplanmış sübutlarlarla öz təsdiqini tapmamışdır. Beləliklə, CPM-nin 318.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham çərçivəsində məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin CMnin 126.1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin səmimi peşmançılığını, zərərçəkmiş şəxsin onunla barışması və ondan şikayət və tələbinin olmamasını, onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını təyin etməyi, CM-nin 70-ci maddəsini tətbiq etməklə həmin cəzanı şərti tətbiq etməyi və sınaq müddəti təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə mövcud olan cəzanı yüngülləşdirən halları tədqiq edərək bu nəticəyə gəlir ki, təyin edilmiş cəzanı real çəkmədən də, təqsirləndirilən şəxsin islah olunması mümkündür. Məhkəmə hesab edir ki, məhz təqsirləndirilən şəxsin şəxsiyyəti, zərərçəkmiş şəxslə real olaraq barışıq əldə etməsi onun törətdiyi əməldən peşman olmasına, həmçinin real olaraq təyin olunmuş cəzanı çəkmədən islah oluna biləcəyinə dəlalət edir ki, buna görə də, CM-nin 70-ci maddəsini tətbiq etməklə ona cəzanın şərti tətbiq edilməsi və sınaq müddəti təyin olunması məqsədə uyğundur. Məhkəmə bu qənaətə gələrkən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında göstərilmiş tövsiyyələri də, nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərinə nəzarəti yaşadığı yer üzrə icra qurumu həyata keçirməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Məhkəmə məsrəfləri ilə əlaqədar məhkəmə hesab edir ki, ekspertiza xərci olan 77 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 01 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad olunsun. Məhkəmə məsrəfləri olaraq 77 (yetmiş yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədirlik edən İmza Rəşad Əliyev Hakim İmza Hafiz Əliyev Hakim İmza Fəhmin Hümbətov Əsli ilə düzdür, Sədrlik edən hakim Rəşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar