Məhkəmə qərarları › İş №1(124)-113/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-113/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-113/2023 13.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu, Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi: X17, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi5, Müdafiəçi4 və Müdafiəçi2, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsi ev 14, mənzil 1-də qeydiyyatda olmaqla, Saray qəsəbəsi Nazım Hikmət küçəsində qeydiyyatsız yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü, xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri 12-ci mikrorayon, bina 32, mənzil 46-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ünvansız fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 194.1-ci, xx.xx.2000-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron RPİ-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, A.Heydərov küçəsində yerləşən fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü, xx.xx.2002-ci il tarixdə Ağstafa rayonu Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağstafa rayonu, Köçvəlili kəndində qeydiyyatda olmaqla, ünvan 4 ünvanında kirayə yaşamış, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan şəxsi cinayətkar qrupun tərkibində cinayətkar fəaliyyətə cəlb edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxx 2002-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 qazanc əldə etmə barədə vədlər verməklə cinayətkar qrupun tərkibində cinayətkar fəaliyyətə cəlb edərək, Təqsirləndirilən şəxs3, X18 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs9 məxsus Sumqayıt şəhəri «Yaşıl dərə» bağlar massivində yerləşən fərdi yaşayış evinin qonaq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı həyətdən tapdıqları dəmir parçası ilə sındırmaqla pəncərədən evə qanunsuz daxil olaraq, evin qonaq otağından 250 (iki yüz əlli) manat dəyərində 08/2013-cü il tarixdə Koreyada istehsal edilmiş 01 ədəd qara rəngli «LG» markalı 42LN540V model televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs3 və X18 ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, həmin həyətdə saxlanc yeri olan əl damının plastik qapısını açmaqla, əvvəlcədən özləri ilə götürdükləri açarla orada quraşdırılmış 1100 (bir min yüz) manat dəyərində 01 ədəd «Nova» markalı istilik sistemi aparatını sökərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs3 və X18 ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin qonaq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı zor tətbiq etməklə yerindən çıxardıb pəncərədən evə qanunsuz daxil olaraq, qonaq otağından 800 manat dəyərində 01 ədəd «Samsung» markalı televizoru və həmin otaqda olan servantdan 230 manat məbləğində nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1030 (bir min otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışı X18 ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu Saray qəsəbəsi M. Müşviq küçəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini əvvəlcədən özləri ilə götürdükləri mismar çıxardanla açaraq, pəncərədən evə qanunsuz daxil olaraq, yataq otağındakı paltar dolabında olan 3 kiloqramlıq şüşə balonunun içərisindəki 3930 manat məbləğində nağd pulu, 1 kiloqramlıq şüşə balonunun içərisindəki 1 qəpiklərlə 6 manat məbləğində nağd pulu, ümumi dəyəri 3500 manat olan 01 ədəd boyunbağı, 01 ədəd qolbaq, 01 ədəd üzük və 01 cüt sırğalardan ibarət qızıl dəstini, 150 manat dəyərində 01 ədəd «ürək» formalı qızıl kulonu, 480 manat dəyərində 01 ədəd brilyant qaşlı qızıl kişi nişan üzüyünü, 420 manat dəyərində 01 ədəd qızıl qadın nişan üzüyünü, 180 manat dəyərində 01 ədəd qızıl qadın üzüyünü, 220 manat dəyərində 01 ədəd digər qızıl qadın üzüyünü, 150 manat dəyərində 01 ədəd digər qızıl qadın üzüyünü, 125 manat dəyərində 01 cüt qızıl uşaq sırğalarını, 100 manat dəyərində 01 ədəd üzərində “nazlı” sözü yazılmış qızıl uşaq qolbağını, 250 manat dəyərində 01 cüt qırmızı qaşlı qızıl sırğaları, 80 manat dəyərində 01 ədəd qırımızı qaşlı qızıl kulonu, 480 manat dəyərində 01 ədəd qırmızı qaşlı qadın üzüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 10071 (on min yetmiş bir) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxsi cinayətkar qrupun tərkibində cinayətkar fəaliyyətə cəlb edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2019-cu il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan paltar dolabından 500 manat dəyərində 01 ədəd qızıl kişi üzüyünü, ümumi dəyəri 2000 manat olan 01 ədəd kişi üzüyü, 01 ədəd boyunbağı və 01 cüt sırğalardan ibarət qızıl dəstini, həmin otaqda olan balaca şkafın siyirməsindən hər birinin dəyəri 300 manat olmaqla ümumilikdə 900 manat dəyərində 03 ədəd qadın qızıl üzüklərini, 300 manat dəyərində 01 cüt qızıl sırğaları, ümumi dəyəri 700 manat olan 01 ədəd boyunbağı və 01 ədəd qolbaqdan ibarət mirvari dəstini, ümumi dəyəri 300 manat olan 01 ədəd üzük və 01 ədəd qolbağıdan ibarət gümüş dəstini, 100 manat dəyərində kompası və xırda pullarla 100 manat məbləğində nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 4900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində tanışı Təqsirləndirilən şəxs1 ilə görüşən zaman, sonuncu ona xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri «Yaşıl dərə» bağlar massivində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan 08/2013-cü il tarixdə Koreyada istehsal edilmiş 01 ədəd qara rəngli «LG» markalı 42LN540V model televizoru ümumi tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və X18 ilə birlikdə oğurladıqlarını bildirən zaman, onun cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin əmlakı özgəsinə sataraq gəlir əldə etmək niyyəti yaranmış və bu səbəbdən həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 11 radələrində 08/2013-cü il tarixdə Koreyada istehsal edilmiş 01 ədəd qara rəngli «LG» markalı 42LN540V model televizorun cinayət yolu ilə əldə edildiyini bilə-bilə tamah niyyəti ilə həmin televizoru Təqsirləndirilən şəxs1 götürərək aparıb ünvan 6 ünvanında yaşayan Şahid1 110 manat müqabilində satmaqla, cinayət yolu ilə əldə edilmiş əmlakın satışından 20 manat məbləğində gəlir əldə etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxx 2002-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 qazanc əldə etmə barədə vədlər verməklə cinayətkar qrupun tərkibində cinayətkar fəaliyyətə cəlb edərək, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Saray qəsəbəsi Natavan küçəsində yerləşən fərdi yaşayış evinin yataq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı həyətdən tapdıqları dəmir parçası ilə sındırmaqla pəncərədən evə qanunsuz daxil olaraq, evin qonaq otağından 280 manat dəyərində 10/2014-cü il tarixdə Koreyada istehsal edilmiş 01 ədəd qara rəngli «LG» markalı 42LB561V model və yataq otağından 200 manat dəyərində 01 ədəd qara rəngli «Samsung» markalı LE32C550J1W model televizorları, həmin evdə pilləkənin altından 100 manat dəyərində 01 ədəd samovarı, 40 manat dəyərində 01 ədəd elektrik plastik yapışdırıcı ütünü və 80 manat dəyərində 01 ədəd elektrik laqondanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxx 2002-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 qazanc əldə etmə barədə vədlər verməklə cinayətkar qrupun tərkibində cinayətkar fəaliyyətə cəlb edərək, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu Saray qəsəbəsi Natavan küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, həmin həyətdə saxlanc yeri olan əl damının plastik qapısını həyətdən tapdıqları bellə sındırmaqla, əvvəlcədən özləri ilə götürdükləri açarla orada quraşdırılmış 850 manat dəyərində 01 ədəd «Demirdöküm» markalı istilik sistemi aparatını və 50 manat dəyərində 01 ədəd «Demirdöküm» markalı elektrik tənzimləyicisini sökərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 900 (doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxx 2002-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 qazanc əldə etmə barədə vədlər verməklə cinayətkar qrupun tərkibində cinayətkar fəaliyyətə cəlb edərək, Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 7 ünvanında yerləşən ərzaq mağazasının plastik qapısını güc tətbiq etməklə açaraq, saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 1,65 manat olmaqla ümumilikdə 49,5 manat dəyərində 30 ədəd “Want”, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 15 manat dəyərində 05 ədəd “Kent-1”, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 15 manat dəyərində 05 ədəd “Kent-4”, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 12 manat dəyərində 04 ədəd “Kent-8”, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 18 manat dəyərində 06 ədəd “Davidoff Classic”, hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 10 manat dəyərində 05 ədəd “West” markalı siqaretləri, hər birinin dəyəri 1,5 manat olmaqla ümumilikdə 22,5 manat dəyərində 15 ədəd “Supersnickers” markalı şokolad batonlarını və hər birinin dəyəri 0,3 manat olmaqla ümumilikdə 1,8 manat dəyərində 06 ədəd şor qoğallarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 143,8 (yüz qırx üç manat səksən qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2020-ci il tarixdə saat 06:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 7 ünvanında yerləşən ərzaq mağazasının plastik qapısını güc tətbiq etməklə açaraq, saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 0,7 manat olmaqla ümumilikdə 10,5 manat dəyərində 15 ədəd “Full” markalı enerji içkilərini, ümumilikdə 500 manat dəyərində “Azercell”, “Bakcell” və “ Narmobile” markalı ödəmə kartlarını, içərisində 30 manat məbləğində nağd pul olan kağız qutunu, hər birinin dəyəri 1,65 manat olmaqla ümumilikdə 49,5 manat dəyərində 30 ədəd “Want” markalı siqaretləri gizli olaraq talayıb ümumilikdə 590 (beş yüz doxsan) manat məbləğində qarışıq mallarını sellofan torbaya yığaraq, ələ keçirdiyi əmlakı özündə saxlamaq istəmiş, lakin həmin vaxt həmin mağazaya şirniyyat çatdıran Şahid3 gəldiyini gördükdə, sonuncu tərəfindən hadisə yerində yaxalanmasından ehtiyat edib oğurladığı əmlakı mağazada qoyaraq oradan uzaqlaşmaqla, öz iradəsindən asılı olmayan səbəblərdən oğurluq cinayətini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs12 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin divarlarına çəkilmiş hər bir metrinin dəyəri 0,45 manat olmaqla ümumilikdə 990 (doqquz yüz doxsan) manat dəyərində 2200 metr uzunluğunda 4-lük elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs12 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2019-cu il tarixdə saat 01 radələrində X5 məxsus Abşeron rayonu Saray qəsəbəsi yeni yşayış massivində yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində olan qarajından evə qanunsuz daxil olaraq, evin divarlarına çəkilmiş hər bir metrinin dəyəri 0,50 manat olmaqla ümumilikdə 500 (beş yüz) manat dəyərində 1000 metr uzunluğunda 4-lük elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2019-cu il tarixdə saat 21:30 radələrində X3 məxsus Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini əvvəlcədən özü ilə götürdüyü vintaçanla açaraq evə qanunsuz daxil olaraq, evin divarlarına çəkilmiş hər bir metrinin dəyəri 1 manat olmaqla ümumilikdə 150 manat dəyərində 150 metr uzunluğunda 4-lük elektrik naqillərini və həmin evin otağında örtüyə bükülmüş 500 manat dəyərində 01 ədəd «LG» markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş şəxs Mirməhəmməd İmanova ümumilikdə 650 (altı yüz əlli) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu Saray qəsəbəsi R.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsinə dırmaşaraq otağın plastik pəncərəsini sıxıb açmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin ikinci mərtəbəsində yerləşən otaqların birindən 50 manat dəyərində 01 ədəd anten ötürücüsünü və 250 manat dəyərində 01 ədəd «LG» markalı televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və X18 ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs9 məxsus Sumqayıt şəhəri «Yaşıl dərə» bağlar massivində yerləşən fərdi yaşayış evinin qonaq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı həyətdən tapdıqları dəmir parçası ilə sındırmaqla pəncərədən evə qanunsuz daxil olaraq, evin qonaq otağından 250 (iki yüz əlli) manat dəyərində 08/2013-cü il tarixdə Koreyada istehsal edilmiş 01 ədəd qara rəngli «LG» markalı 42LN540V model televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs1 və X18 ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, həmin həyətdə saxlanc yeri olan əl damının plastik qapısını açmaqla, əvvəlcədən özləri ilə götürdükləri açarla orada quraşdırılmış 1100 (bir min yüz) manat dəyərində 01 ədəd «Nova» markalı istilik sistemi aparatını sökərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs1 və X18 ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin qonaq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı zor tətbiq etməklə yerindən çıxardıb pəncərədən evə qanunsuz daxil olaraq, qonaq otağından 800 manat dəyərində 01 ədəd «Samsung» markalı televizoru və həmin otaqda olan servantdan 230 manat məbləğində nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1030 (bir min otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Saray qəsəbəsi Natavan küçəsində yerləşən fərdi yaşayış evinin yataq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı həyətdən tapdıqları dəmir parçası ilə sındırmaqla pəncərədən evə qanunsuz daxil olaraq, evin qonaq otağından 280 manat dəyərində 10/2014-cü il tarixdə Koreyada istehsal edilmiş 01 ədəd qara rəngli «LG» markalı 42LB561V model və yataq otağından 200 manat dəyərində 01 ədəd qara rəngli «Samsung» markalı LE32C550J1W model televizorları, həmin evdə pilləkənin altından 100 manat dəyərində 01 ədəd samovarı, 40 manat dəyərində 01 ədəd elektrik plastik yapışıdırıcı ütünü və 80 manat dəyərində 01 ədəd elektrik laqondanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu Saray qəsəbəsi Natavan küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, həmin həyətdə saxlanc yeri olan əl damının plastik qapısını həyətdən tapdıqları bellə sındırmaqla, əvvəlcədən özləri ilə götürdükləri açarla orada quraşdırılmış 850 manat dəyərində 01 ədəd «Demirdöküm» markalı istilik sistemi aparatını və 50 manat dəyərində 01 ədəd «Demirdöküm» markalı elektrik tənzimləyicisini sökərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 900 (doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 toplanmış istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və X18 ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs9 məxsus Sumqayıt şəhəri «Yaşıl dərə» bağlar massivində yerləşən fərdi yaşayış evinin qonaq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı həyətdən tapdıqları dəmir parçası ilə sındırmaqla pəncərədən evə qanunsuz daxil olaraq, evin qonaq otağından 250 (iki yüz əlli) manat dəyərində 08/2013-cü il tarixdə Koreyada istehsal edilmiş 01 ədəd qara rəngli «LG» markalı 42LN540V model televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Saray qəsəbəsi Natavan küçəsində yerləşən fərdi yaşayış evinin yataq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı həyətdən tapdıqları dəmir parçası ilə sındırmaqla pəncərədən evə qanunsuz daxil olaraq, evin qonaq otağından 280 manat dəyərində 10/2014-cü il tarixdə Koreyada istehsal edilmiş 01 ədəd qara rəngli «LG» markalı 42LB561V model və yataq otağından 200 manat dəyərində 01 ədəd qara rəngli «Samsung» markalı LE32C550J1W model televizorları, həmin evdə pilləkənin altından 100 manat dəyərində 01 ədəd samovarı, 40 manat dəyərində 01 ədəd elektrik plastik yapışıdırıcı ütünü və 80 manat dəyərində 01 ədəd elektrik laqondanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu Saray qəsəbəsi Natavan küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, həmin həyətdə saxlanc yeri olan əl damının plastik qapısını həyətdən tapdıqları bellə sındırmaqla, əvvəlcədən özləri ilə götürdükləri açarla orada quraşdırılmış 850 manat dəyərində 01 ədəd «Demirdöküm» markalı istilik sistemi aparatını və 50 manat dəyərində 01 ədəd «Demirdöküm» markalı elektrik tənzimləyicisini sökərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 900 (doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 8 ünvanında yerləşən ərzaq mağazasının plastik qapısını güc tətbiq etməklə açaraq, saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 1,65 manat olmaqla ümumilikdə 49,5 manat dəyərində 30 ədəd “Want”, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 15 manat dəyərində 05 ədəd “Kent-1”, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 15 manat dəyərində 05 ədəd “Kent-4”, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 12 manat dəyərində 04 ədəd “Kent-8”, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 18 manat dəyərində 06 ədəd “Davidoff Classic”, hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 10 manat dəyərində 05 ədəd “West” markalı siqaretləri, hər birinin dəyəri 1,5 manat olmaqla ümumilikdə 22,5 manat dəyərində 15 ədəd “Supersnickers” markalı şokolad batonlarını və hər birinin dəyəri 0,3 manat olmaqla ümumilikdə 1,8 manat dəyərində 06 ədəd şor qoğallarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 143,8 (yüz qırx üç manat səksən qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, üç qızıl üzük, 3.936 manat pul onun tərəfindən götürülmüş və vurulan zərəri ödəməyə hazır olduğunu demişdir. Digər epizod üzrə, Zərərçəkmiş şəxs9 məxsus Sumqayıt şəhəri «Yaşıl dərə» bağlar massivində yerləşən fərdi yaşayış evindən televizorun oğurlanmasında iştirak etmiş, lakin həmin televizor sahibinə qaytarılmışdır. Həmçinin qeyd etmişdir ki, o, kombi aparatının oğurlanmasında iştirak etmişdir. Bununla yanaşı, o, Zərərçəkmiş şəxs4 yaşadığı evə girməmiş, İsmət və o, həyətdə olmuş, kiminsə gəlib-gəlmədiyinə nəzarət etmişdirlər. O, Təqsirləndirilən şəxs4 Taleh Qəmbərov ilə çayxanada görüşdüyü zaman tanımış, onunla yaxınlığı olmamış, buna görə də o, İsmətin neçə yaşı olduğunu bilməmişdir. Həmçinin onlar İsmətə birlikdə oğurluq etməyi təklif etməmişdirlər. Təqsirləndirilən şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs9 evindən oğurluq əməli törədilməsində iştirak etmiş, həmin zərər çəkmiş şəxsə vurulan ziyan ödənmişdir. Zərərçəkmiş şəxs5 evindən oğurluq edilməsində iştirak etmişdir. Həmin evdən oğurluq edilməsini kimsə təklif etməmişdir. O və Taleh həmin şəxsin evindən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 həmin vaxt həyətdə dayanıb ətrafı müşahidə etmiş, o və Taleh isə içəriyə girmişdir. Onlar Zərərçəkmiş şəxs5 vurulan zərəri hələ ki ödəməmiş, lakin ödəyəcəyikdir. O, Zərərçəkmiş şəxs4 məxsus evdən oğurluq edilməsində iştirak etmiş, belə ki, həmin vaxt Qəmbərov Taleh və Təqsirləndirilən şəxs3 ilə birlikdə olmuşdur. Həmin şəxsin evinə Taleh daxil olmuşdur. Zərərçəkmiş şəxs4 məxsus evdən pul oğurlandığını görməmişdir. Zərərçəkmiş şəxs4 evindən oğurlanan televizoru Taleh satmış və əldə olunan məbləğdən 50 manat ona çatmışdır. Zərərçəkmiş şəxs4 vurulan zərəri ödəməmişdirlər. Zərərçəkmiş şəxs3 10071 manat zərər vurulmamışdır, 3.936 manat ziyan vurulmuşdur. Həmin vaxt mənzilə o və Taleh daxil olmuşdur. O, sadəcə üç ədəd qızıl götürmüş, digər qızıllardan xəbəri olmamışdır. O, İsməti Taleh vasitəsilə tanımışdır. O, Cavidi Saray qəsəbəsi ərazisində görüb tanımış, sadəcə salam-sağolu olmuşdur. O, Təqsirləndirilən şəxs4 neçə yaşı olduğunu, nə işlə məşğul olduğunu bilməmişdir. İsmət də bu barədə ona heç bir söz deməmişdi. Təqsirləndirilən şəxs1 müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, o, İsməti Talehin vasitəsilə çayxanada olarkən tanımışdır. Belə ki, 250 manat dəyərindəki televizorun oğurlanmasından iki gün əvvəl tanımışdır. Taleh onu İsməti dostu olaraq tanış etmişdir. Talehin İsməti haradan tanıdığını bilməmişdir. Taleh ona İsmətin neçə yaşı olduğunu deməmişdir. O, Talehi oxuduğu məktəbdən tanımışdır. Onlar sadəcə gəzərkən evin işığının sönülü olduğunu görüb içəriyə girmişdirlər. Heç kim İsmətə oğurluq etməyi, gəlir olacağını deməmişdir. İsmətin əlaqə nömrəsi onda olmamışdır. Təqsirləndirilən şəxs4 ilə bir epizodda iştirak etmişdir. Oğurlanan televizor sahibinə geri qaytarılmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 170.3, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 194.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, törətmiş olduğu əməllər yadında deyil. Təqsirləndirilən şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır. Zərərçəkmiş şəxs8 evinə daxil olmaqla evdən oğurluq etmişdir. Zərərçəkmiş şəxs2 mənzilindən oğurluq edəndə Cavid orda olmamış, İsmətlə birgə oğurluq etməyə getmişdir. Zərərçəkmiş şəxs6 evindən oğurluq etməmişdir. Zərərçəkmiş şəxs1 mağazasından oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 həmin mağazadan oğurluq edilməsində iştirak etməmişdir. Zərərçəkmiş şəxs1 mağazasından oğurluq etdikdən sonra geri qayıdaraq təkrar oğurluq etməyə cəhd etməmişdir. Təqsirləndirilən şəxs2 müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki,Zərərçəkmiş şəxs8 evindən oğurluq etməyi nəticəsində dəymiş ziyanı ödəyəcəkdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi 04 may 2020-ci il tarixli ifadəsində göstərmişdir ki, ilk dəfə oğurluğu o, xx.xx.2019-cu il tarixdə saat təxminən 19 radələrində sonradan adını bildiyi Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən etmişdir. Həmin evdə kimsənin olmadığına əmin olduqdan sonra, evin həyətinə hasardan aşaraq keçmişdir. Daha sonra evin birinci mərtəbəsində otaqların birinin plastik pəncərəsini açaraq, pəncərədən evə daxil olmuşdur. Evin birinci mərtəbəsində yerləşən otaqları axtarmağa başlamış, lakin otaqlarda dəyərli bir şey tapmadığına görə evin ikinci mərtəbəsinə qalxmışdır. Evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan paltar dolabından qızıl-zinət əşyaların (01 ədəd qızıl kişi üzüyü, 01 ədəd qızıl boynbağı və 01 cüt qızıl sırğalardan ibarət qızıl dəsti) olduğunu görmüşdür. Həmin əşyaları götürüb cibinə qoyduqdan sonra, həmin otaqda olan balaca şkafın siyirməsindən digər qızıl-zinət əşyalarını (03 ədəd qızıl qadın üzükləri, 01 cüt qızıl sırğaları, 01 ədəd boyunbağıdan və 01 ədəd qolbaqdan ibarət mirvari dəsti, 01 ədəd gümüş üzük, gümüş qolbaq,) gördükdən sonra götürüb cibinə qoymuşdur. Bundan başqa həmin siyirmədən 01 ədəd kompas və təxminən 100 manat məbəlğində nəğd pulu da götürüb cibinə qoymuşdur. Daha sonra o, otaqlardan başqa qiymətli bir əşya tapmadığımdan, həmin evi girdiyi pəncərədən tərk etmişdir. Səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə səhər saatlarında oğurladığı qızıl-zinət əşyalarını hamısını bir yerdə (qızıl, gümüş və mirvari) Sumqayıt şəhərində yerləşən «Karvan» ticarət mərkəzinin qarşısında 900 manat məbləğində əvvəllər tanımadığı şəxsə satmışdır. Əşyaları ondan alan şəxsə həmin qızıl-zinət əşyaların özünə məxsus olduğunu bildirmişdir. Oğurladığı 01 ədəd kompası bir neçə nəfərə göstərmiş, lakin həmin əşyaya heç kim pul vermədiyindən, oğurladığı kompası Sumqayıt şəhəri ərazisində xatırlamadığı zibil qutusuna tullamışdır. Oğurluq nəticəsində əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində tanışı Təqsirləndirilən şəxs1 ilə görüşən zaman, sonuncu ona xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri «Yaşıl dərə» bağlar massivində yerləşən fərdi yaşayış evinə daxil olaraq, oradan 01 ədəd «LG» markalı televizoru ümumi tanışları yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və X18 ilə birlikdə oğurladıqlarını bildirmişdir. Həmin vaxt onun həmin televizoru özgəsinə sataraq gəlir əldə etmək niyyəti yaranmış və bu səbəbdən həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 11 radələrində həmin televizoru Təqsirləndirilən şəxs1 götürərək aparıb ünvan 9 ünvanında yaşayan əvvəllər tanıdığı Şahid1 110 manat müqabilində satmışdır. Şahid1 aldığı 110 manat məbləğində puldan o, özünə 20 manat məbləğində pul götürmüş, pulun qalan hissəsini Bəhrama qaytarmışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən «Arayol» kafesi adlanan çay evində əvvəllər tanıdığı Cavid və İsmətlə görüşmüşdür. Orada o, X35 qəsəbəsində oğurluq etməyi təklif etmişdir. Sonuncular onunla razılaşdıqdan sonra birlikdə Abşeron rayonu, Saray qəsəbəsi Natavan küçəsində yerləşən fərdi həyət evlərinin birində yaşayış olmadığını müəyyən etmişlər, sonradan həmin evin Zərərçəkmiş şəxs2 məxsus olduğunu bilmişdir. Onlar həmin həyətə keçmişlər, həyətdə yerləşən iki mərtəbəli evin birinci mərtəbəsində plastik pəncərənin üzərində olan dəmir barmaqlığı Cavid həyətdə tapdığı dəmir parçası ilə sındırmış və İsmət onunla evə daxil olmuşlar. Həmin evin birinci mərtəbəsində yerləşən qonaq otağından 01 ədəd «LG» və yataq otağında olan «Samsung» markalı televizorları götürüb pəncərədə Cavidə vermişlər. Həmin evin ikinci mərtəbəsinə gedən pilləkənin altından 01 ədəd samovar, 01 ədəd plastik yapışdırıcı ütü və 01 ədəd elektrik laqonda görmüşlər. Həmin əşyaları da pəncərədən çıxardıb çölə çıxmışlar. Daha sonra hasardan küçəyə çıxıb, hər üçü oğurladıqları əşyaları aparıb həmin evdən 500 metr aralıda olan yarımtikiliyə qoymuşlar. Bundan sonra elə həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Saray qəsəbəsində evlərin birinin işıqlarını yanmadığını görüb həmin evdən o, İsmətlə Cavidə oğurluq etməyi təklif etmişdir. Sonuncular onunla razılaşdıqdan sonra, ilk öncə İsmətlə o, hasardan aşaraq həyətə keçmişlər, təxminən 5-10 dəqiqədən sonra Cavid onların ardı ilə həyətə keçmişdir. Sonradan o, həmin evin Zərərçəkmiş şəxs6 məxsus olduğunu bilmişdir. Həyətdə bir mərtəbəli fərdi yaşayış evi yerləşirmiş, həmin evin arxa tərəfində, hasarla evin arasında əl damı varmış. Həmin əl damının qapısı plastikdən olmaqla bağlı olmuşdur. Cavid həyətdə olan beli götürüb əl damının qapısını bellə sındırmışdır. Əl damına daxil olduqda orada divara bərkidilmiş vəziyyətdə “Demir döküm” markalı kombi aparatını Cavid əvvəlcədən özü ilə götürdüyü açarla söküb onunla İsmətə vermişdir. Onlar həmin aparatı götürüb hasardan küçəyə keçmişlər. Cavid isə divara bərkidilmiş dəmir qutunun içərisndən elektrik tənzimləyicisini də götürüb hasardan keçmişdir. Həmin oğurladıqları əşyaları da aparıb televizorların olduqları yarımtikiliyə qoymuşlar. Səhəri gün Cavid, oğurladığı Samovarı Saray qəsəbəsində avtomobillə əvvəllər tanımadıqları dəmir yığanlara 20 manat məbləğində satmış və həmin pulu onlar üç yerə bölmüşlər. X42 qəsəbəsində yaşayan Asim adlı şəxsə kombi aparatını və elektrik tənzimləyicisini ikisini birlikdə 200 manata satmış Nurlanla ona adama 60 manat məbləğində pul vermiş özünə isə 80 manat məbləğində pul götürmüşdür. Nurlanla pullarını aldıqdan sonra, oğurladıqları plastik yapışdırıcı ütünü və laqondanı yarımtikilidən götürüb avtomobillə əvvəllər tanımadıqları dəmir yıganlara 30 manata sataraq Nurlanla həmin pulu bölmüşlər. Bundan sonra o, oğurladıqları 02 ədə televizorları Cavid, Asim adlı şəxsə satmaq istəyərkən, Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulduğunu bilmişdir. Bundan sonra 07 fevral 2020-ci il tarixdə saat 06 radələrində Abşeron rayonu Saray qəsəbəsi M.Əzizbəyov küçəsində 1 saylı orta məktəbin yaxınlığında tanışı İsmətlə gəzərək oğurluq etmək niyyətində olmuşlar. Həmin vaxt o, 1 saylı məktəblə üzbəüz yerləşən ərazaq mağazasının bağlı olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Sonradan həmin mağazanın o, Zərərçəkmiş şəxs1 məxsus olduğunu bilmişdir. Bu məqsədlə yanında olan yetkinlik yaşına çatmayan İsmətə həmin mağazanın ətrafında dayanıb nəzarət etməsini özü isə marketə girəcəyini demişdir. İsmət də həmin mağazanın qarşısında yerləşən məktəbə tərəf gedib ətrafa baxmağa başlamışdır. O isə həmin mağazanın plastik qapısının bağlı olduğunu görüb güc verərək həmin qapını açıb mağazaya daxil olmuşdur. Bu vaxt mağazada vitrində olan 30 ədəd “Vant” markalı, 05 ədəd “Kent 1” markalı, 05 ədəd “Kent 4” markalı, 04 ədəd “Kent 8” markalı, 06 ədəd “Davidoff classic” markalı və 05 ədəd “West” markalı siqaretləri mağazadan götürdüyü şəfaff sellofan torbaya yığmış, daha sonra həmin mağazadan 15 ədəd “Super Sinickers” markalı şokaladları və 06 ədəd şor qoğalları da sellofan torbaya qoyub mağazanın qarşı tərəfində onu gözləyən İsmətə vermişdir. İsmətə həmin siqaret və ərzağı yaşadığı evin qarşısına aparmasını özü isə yenidən həmin mağazadan oğurluq edib qayıdacağını İsmətə demişdir. İsmət də həmin sellofan torbaları götürüb getmişdir. Bundan sonra mən həmin vaxt, yəni xx.xx.2020-ci il tarixdə təxminən saat 06:30 radələrinldə yenidən, mağazaya qayıdıb həmin mağazadan 15 ədəd “Full” markalı enerji içkilərini, 500 manat dəyərində “Azərcell”, “Narmobile” və “Bakcell” ödəmə kartlarını və 30 manat nağd pul olan kağız qutunu və 01 ədəd sellofan torbada 03 blok yəni 30 ədəd «Vant-2» markalı siqaretləri oğurlamaq istəyərkən mağazanın qarşısında avtomobilin dayandığını və bir nəfər şəxsin mağazaya daxil olaraq “əmi-əmi” deməsini eşidib həmin oğurlamaq istədiyi əşyaları orada qoyub tez mağazanın arxa qapısını açıb oradan həyətə daxil olub həyətdən də hasardan yola aşaraq yaşadığı evə tərəf qaçmışdır. Daha sonra yaşadığı evin qarşısında İsmət ilə görüşüb oğurluq yolu ilə əldə etdikləri əmlakı iki yerə bölmüşlər. Bundan sonra İsmət çıxıb getmiş, o da payına düşənləri götürüb evə getmişdir. Oğurladığı şokalad və qoğalı yemiş, siqaretləri isə satmayaraq özü üçün istifadə edib çəkmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs kimi verdiyi ilkin ifadəsində Təqsirləndirilən şəxs4 yetkinlik yaşına çatmadığını bildiyini də göstərmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, özünü beş epizod üzrə təqsirli bilir, digər epizodlar üzrə isə heç bir təqsiri olmamışdır. Təqsirləndirilən şəxs3 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, digər üç təqsirləndirilən şəxsi tanımışdır. Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7 məxsus nəyinsə oğurlanması əməlində iştirak etməmiş, o, həmin hissələrdə özünü təqsirli bilməmişdir. O, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və X18 ilə birlikdə Zərərçəkmiş şəxs9 ittiham aktında göstərilənin oğurlamasında iştirak etmişdir. Zərərçəkmiş şəxs9 evindən oğurluq etməyi kimin təklif etdiyini bilməmişdir. O, Təqsirləndirilən şəxs1 və X18 ilə birlikdə Zərərçəkmiş şəxs5 məxsus evdən oğurluq edilməsində iştirak etmişdir. Zərərçəkmiş şəxs5 evindən oğurluq etməyi kimin təklif etdiyini xatırlamamışdır. Oğurlanan əşyaları kimin satdığını, yaxud da pulun necə bölüşdürüldüyünü xatırlamır. O, Təqsirləndirilən şəxs1 və X18 ilə birlikdə Zərərçəkmiş şəxs4 məxsus televizorun oğurlanmasında iştirak etmiş, lakin həmin evdə pul olmamışdır, onlar oradan pul oğurlamamışdırlar. Zərərçəkmiş şəxs4 evindən oğurluq etməyi kimin təklif etdiyini bilməmişdir. O, Zərərçəkmiş şəxs4 evinə girməmiş, çöldə dayanmış, kimin içəriyə girib televizoru götürdüyünü xatırlamamışdır. O, Zərərçəkmiş şəxs2 məxsus əşyaların oğurlanmasında iştirak etmişdir. Zərərçəkmiş şəxs2 evindən oğurluq etməyi kimin təklif etdiyini bilməmişdir. O, Zərərçəkmiş şəxs2 evinə girməmişdir, evin həyətində gözləmişdir. O, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs6 məxsus evdən oğurluq edilməsində iştirak etmişdir. Zərərçəkmiş şəxs6 məxsus istilik sistemini o və Nurlan divardan sökmüşdür. Zərərçəkmiş şəxs6 evindən oğurlanan kombi aparatının necə olduğunu, həmçinin kimə nə qədər məbləğ çatdığını bilməmişdir. Kombi aparatını açarla açmışdırlar. Televizorlar istintaq zamanı sahiblərinə qaytarılmışdır. Təqsirləndirilən şəxs3 müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, “LG” markalı televizorun oğurlanmasında iştirak etmişdir. Oradan oğurluq etmək ilə bağlı təklifi kimin etdiyini bilməmişdir, həmçinin baş vermə tarixini də xatırlamamışdır. Məhz həmin evin yanından keçdikləri üçün oraya girmişdirlər. Qabaqcadan Yaşıl dərəyə getmək ilə bağlı plan qurmamışırlar. O, hər üç təqsirləndirilən şəxsi ayrılıqda tanımışdır. O, həmçinin digərləri İsmətin neçə yaşı olduğunu bilməmişdirlər. Onların necə bir yerə yığışdıqlarını xatırlamamışdır. Təqsirləndirilən şəxs4 tanımış, hansı epizodlarda İsmətlə birlikdə olduğunu dəqiq xatırlamamışdır. Təqsirləndirilən şəxs3 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, digər üç təqsirləndirilən şəxsi tanımağında ona vasitəçilik edən olmamışdır. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi 18 iyun 2020-ci il tarixli ifadəsində maddi vəziyyəti pis olduğuna və özünə iş tapa bilmədiyinə görə, oğurluq etmək qərarına gəlmişdir. Özü Abşeron rayonu, Saray qəsəbəsində yaşadığına görə, oğurluqlarını da adətən elə həmin ərazidə törətmişdir. İlk dəfə oğurluğu xx.xx.2019-cu il tarixdə saat təxminən 22 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən etmişdir. Həmin evdə yaşayış olmadığına görə, evin həyətinə hasardan aşaraq keçmişdir. Daha sonra evin birinci mərtəbəsində otaqların birinin plastik pəncərəsini açaraq, evə daxil olmuşdur. Girdiyi evdə təmir işləri getdiyinə və evdə başqa bir dəyərli əşya olmadığına görə evin divarlarına çəkilmiş elektrik naqilləri oğurlamaq qərarına gəlmişdir. Evin birinci mərətəsində divarlara çəkilmiş elektrik naqilləri əvvəlcədən özü ilə gətirdiyi kəlbətinlə sökərək, 02 ədəd özü ilə gətirdiyi torbalara yığaraq, evə girdiyi yerdən çıxaraq, yaşadığı ünvana getmişdir. Oğurladığı elektrik naqillərini səhəri gün Sumqayıt şəhərində yerləşən daş bazarı deyilən yerdə tanımadığı şəxsə 50 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra, xx.xx.2019-cu il tarixə keçən gecə ailə üzvləri yatdıqdan sonra saat təxminən 01 radələrində evdən çıxıb qəsəbədəki yeni məhəlləyə gedib oradakı tikintisi başa çatmayan evlərdən elektrik naqili oğurlamaq üçün münasib ev axtarmağa başlamışdır. Bu zaman tikintisi başa çatmamış iki mərtəbəli ev onun qiqqətini cəlb etmişdir. Sonradan həmin evin Zərərçəkmiş şəxs11 məxsus olduğunu bilmişdir. O, həmin evə yaxınlaşıb, evin 1-ci mərtəbəsində qaraj kimi nəzərdə tutulmuş qapısı olmayan yerə daxil olub, oradan evin 2-ci mərtəbəsinə çıxmaq mümkün olduğunu hiss edib, yerdə olan dəmir parçasını divara söykəyib evin 2-ci mərtəbəsinə qalxmış və cibindəki alışqanın işığını yandırıb oğurlamaq üçün münasib şeylər axtarmağa başlamışdır. Həmin vaxtı evin otaqlarını gəzmiş, lakin heç nə tapa bilməyib divarlara çəkilmiş elektrik naqilini sökərək bir topa halına salıb, həmin evdən tapdığı boş kisəyə yığıb evə daxil olduğu yerdən çölə çıxaraq oğurladığı elektrik naqillərini qoyduğu kisəni kürəyinə alıb oradan uzaqlaşmışdır. Sonra həmin kisəni oradakı yarımçıq tikililərin olduğu yerdə gizlədib evə getmişdir. Ertəsi günü saat təxminən 10 radələrində həmin yerə gedib gizlətdiyi elektrik naqillərini kisə ilə birlikdə götürüb yaxınlıqdakı boş torpaq sahəsinə aparıb və sonra naqili yandıraraq üz qabığını təmizləyib içərisindəki mis məftili yenidən həmin kisəyə qoyub mərkəzi yola çıxıb taksi ilə Bakı şəhəri 3-cü mikrorayon bazarı adlanan bazara gedib həmin mis məftilləri oradakı metal qəbulu məntəqəsində işləyən tanımadığı şəxsə 22 manata satmışdır. Əldə etdiyi pulu elə həmin günü şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra o, xx.xx.2019-cu il tarixdə saat təxminən 21:30 radələrində Abşeron rayounu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən evlərdən birinin qarşısından keçən zaman, həmin evin işıqlarının yanmadığını görmüşdür. Sonradan həmin evin X3 məxsus olduğunu bilmişdir. Bu zaman evdə heç kimin olmadığını güman edib, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Elə bu səbəbdən evin ön tərəfindəki pəncərəyə yaxınlaşaraq özü ilə götürdüyü vintaçanla pəncərəni sıxıb açmışdır. İçəri daxil olduqdan sonra isə evin təmir olunmuş vəziyyətdə olan dəhlizində və 1 otağında heç bir əşyanın olmadığını görmüşdür. Digər təmirsiz otaqlara baxdıqda isə otaqların birində yerdə əşyaların yığıldığını, həmin əşyaların içərisində isə örtüyə bükülmüş halda 1 ədəd “LG” markalı televizor olduğunu görmüşdür. Bundan sonra təmir olunmamış otaqlarda divarlara çəkilmiş və dəhlizdə yerə qoyulmuş təxminən 100-150 metr elektrik naqilini əridib satmaq məqsədilə götürmüşdür. Sonra isə örtüyün arasına bükülmüş vəziyyətdə olan televizoru da götürüb tələsik evdən çıxıb, həmin yerdən uzaqlaşmışdır. Ertəsi gün o, həmin televizoru Bakı şəhərində yerləşən 3-cü mikrorayon bazarına aparıb tanımadığı şəxsə 150 manata satmışdır. Həmçinin, elektrik naqilini isə bundan 2 gün sonra əridib tanımadığı bir metal yığan şəxsə 8 manata satmışdır. Oğurladığı əşyalardan əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə gecə saat 01 radələrində Abşeron rayonu Saray qəsəbəsi R.Məmmədov küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən etmişdir. Həmin evdə heç kimin olmadığına əmin olduqdan sonra, evin həyətinə hasardan aşaraq keçmişdir. Daha sonra evin ikinci mərtəbəsində yerləşən eyvana dırmaşaraq, oradan da otağın pəncərəsini açıb evə daxil olmuşdur. Həmin otaqda 01 ədəd anten ötürücüsünü və 01 ədəd «LG» markalı televizoru götürüb, otaqdan eyvana çıxmış və özü ilə gətirdiyi kəndirə bağlayıb oğurladığı əşyaları həyətə düşürtmüşdür. Daha sonra həmin əşyaları hasardan küçəyə qoymuş və oradan da əşyaları götürüb evinə getmişdir. Oğurladığı əşyaları səhəri gün aparıb Bakı şəhəri, Sabunçu bazarı deyilən yerdə hamısını birlikdə 100 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra, xx.xx.2020-ci il tarixdə təxminən saat 19 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən «Relax» adlanan kafedə əvvəllər tanıdığı Bəhram, Taleh və İsmət adlı tanışları ilə görüşmüşdür. Kafedə olan zaman Bəhram onlara oğurluq etməyi təklif etmişdir. Həmin vaxt onların maddi vəziyyəti pis olduğuna görə hamısı razılaşmışdır. Daha sonra onlar oradan çıxıb, Sumqayıt şəhərində yerləşən «Yaşıl dərə» bağlar massivinə tərəf getmişdilər. Həmin gün təxminən saat 21 radələrində qarşılarına üzərində tünd qəhvəyi rəngdə naxışları olan ev rast gəlmişdir. Həmin evin işıqlarının yanmadığını görüb evdə kimsənin olmadığı qənaətinə gəlmişdilər. Bundan sonra Bəhramla Taleh ikisi birlikdə evin arxa tərəfindən hasardan tullanaraq, evin həyətinə daxil olmuşdular, onunla İsmət küçədə qalmalı olmuş, kiminsə gəldiyinə nəzarət etməliymişlər. O, hasardan boylanıb həyətə baxmış və Talehin əlində dəmir parçası görmüş, Taleh həmin dəmir parçası ilə evin birinci mərtəbəsində yerləşən plastik pəncərənin üzərində olan dəmir barmaqlığın bir tərəfini yerindən çıxartmışdır. Bundan sonra hər ikisi evin pəncərəsini itələyərək evə daxil olmuşdular. Təxminən 30 dəqiqədən sonra Talehlə Bəhram evdən çıxıb, oğurladıqları 01 ədəd «LG» markalı televizoru hasarın çöl tərəfindən onlara tərəf uzatmışdılar. İsmətlə o, televizoru Bəhramgildən alandan sonra, həmin şəxslər hasardan küçəyə keçmişdilər. Daha sonra oğurladıqları televizoru əllərində aparıb Bəhramın yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evin həyətində tikiliyə qoymuşdular. O, İsmətlə televizoru Bəhramgildən alandan sonra, sonuncular hasardan küçəyə keçmişdilər. Daha sonra oğurladıqları televizoru əllərində aparıb Bəhramın yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evin həyətində tikiliyə qoymuşdular. Növbəti gün ümumi tanışları Nurlan onların yanına gəlmiş və həmin televizorun oğurluq yolu ilə əldə olduğunu billə-bilə həmin televizoru Bəhramdan götürüb Müseyib adlı şəxsə 110 manata satıb, özünə 20 manat götürmüş qalan 90 manat məbləğində pulu onlara vermişdir. Oğurluq yolu ilə əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra, xx.xx.2020-ci il tarixdə 26 yanvar 2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Saray qəsəbəsində Taleh, Bəhram və o görüşərək, Aşıq İmran küçəsində yerləşən fərdi həyət evlərin birində yaşayış olmadığını müəyyən etmişdilər. O, Taleh və Bəhman hasardan həyətə keçmişdilər, həmin həyətdə iki mərtəbəli fərdi yaşayış evi yerləşmişdir, evin arxa tərəfində, hasarla evin arasında əl damı da var idi. Həmin əl damının qapısı plastikdən olmaqla bağlı olmuşdur. Əl damını açıb daxil olduqda, orada divara bərkidilmiş vəziyyətdə “Nova” markalı kombi aparatını özü ilə götürdüyü açarla sökmüşdür, Talehlə Bəhram isə həmin aparatı götürüb hasardan küçəyə keçmişdilər. Bundan sonra oradan üçü də uzaqlaşmışdılar. Hər üçü oğurladığı kombi aparatını Saray qəsəbəsində olan yarım tikiliyə aparıb qoymuşdular. O, səhəri gün, yəni 27 yanvar 2020-ci il tarixdə Saray qəsəbəsində yaşayan əvvəllər tanıdığı Asif adlı şəxsə kombi aparatının olduğunu və 150 manata satmaq istədiyini bildirmişdir. Asimə həmin kombi aparatının özünə məxsus olduğunu bildirmişdir. Asim ona 150 manat pul vermiş və oğurladığı kombi aparatını ondan almışdır. O da həmin pulu 3 yerə bölərək hər birinə 50 manat pul çatmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə saat təxminən 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsində “Arayol” adlanan yerdə yerləşən çay evində olan zaman tanışları Bəhram və Talehi görmüş, onlarla birlikdə çay içən zaman onlara Abşeron rayonu, Saray qəsəbəsində fərdi evlərdən oğurluq etməyi təklif etmişdir. Bəhramla Taleh onunla razılaşdıqdan sonra, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evlərin birində yaşayış olmadığını müəyyən etmişdilər. O, Talehlə hasardan həyətə keçmiş, həyətdə bir mərtəbəli fərdi yaşayış evi yerləşmişdir. Bəhram isə hasarın çöl tərəfində qalıb onları gözləmişdir. Həyətdəki bir mərtəbəli evin pəncərəsinin dəmir barmaqlıqlarını qırmışdılar. Sonra isə həyətdə qalmış, Taleh isə pəncərədən evə daxil olmuşdur. Taleh evi gəzdikdən sonra 01 ədəd «Samsung» markalı qara rəngli televizoru pəncərədən gətirib ona vermişdir. O da həmin televizoru çölə çıxardıb Bəhrama vermiş, sonradan Talehlə birlikdə hasardan tullanaraq çölə çıxmışdılar. Onlar həmin vaxtı *6555 zəng edərək taksi çağırıb televizoru taksiyə yükləyib Sumqayıt şəhərinə yollanmışdılar. Bəhram «Arayol» kafesində onları gözləmiş, onlar da Sumqayıt şəhərinə gedib «Kolxoz» bazarı deyilən yerdə kənarda gözləmiş, Taleh həmin televizoru aparıb tanımadığı şəxsə 100 (yüz) manata satmışdır. Oğurluq etdikdən sonra Talehlə birlikdə çölə çıxan zaman, Taleh üstündən 20 (iyirmi) manat pul çıxardaraq bildirmişdir ki, evdən artıq olaraq 20 manatda pul oğurlamışdır. Həmin pulu onlar 3 nəfərə bölmüş, daha sonra ona məlum olmuşdur ki, Taleh onun xəbəri olmadan evdən 20 manat yox 230 manat məbləğində pul götürmüş, oğurluq yolu ilə əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən «Arayol» kafesi adlanan çay evində əvvəllər tanıdığı Nurlan və İsmətlə görüşmüşdülər. Orada Nurlan, İsmətlə ona Saray qəsəbəsində oğurluq etməyi təklif etmişdir. Onlar razılaşdıqdan sonra Abşeron rayonu, Saray qəsəbəsi Natavan küçəsində yerləşən fərdi həyət evlərinin birində yaşayış olmadığını müəyyən etmişdilər. Onlar həmin həyətə keçmiş, həyətdə yerləşən iki mərtəbəli evin birinci mərtəbəsində plastik pəncərənin üzərində olan dəmir barmaqlığı həyətdə tapdığı dəmir parçası ilə sındırmış və Nurlanla İsmət evə daxil olmuşdular. İsmətlə Nurlan evdən iki ədəd «LG və Samsung» markalı televizorları götürb həmin pəncərədən ona vermişdilər, özləri isə əllərində 01 ədəd samovar, 01 ədəd plastik yapışdırıcı ütü və 01 ədəd elektrik laqonda götürüb çıxmışdılar. Daha sonra hasardan küçəyə çıxıb, hər üçü oğurladığı əşyaları aparıb həmin evdən 500 metr aralıda olan yarımtikiliyə qoymuşdular. Bundan sonra elə həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Saray qəsəbəsində evlərin birinin işıqlarını yanmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdilər. İlk öncə İsmətlə Nurlan hasardan aşaraq həyətə keçmişlər, təxminən 5-10 dəqiqədən sonra onların arxası ilə o, keçmişdir. Həyətdə bir mərtəbəli fərdi yaşayış evi yerləşirdi, həmin evin arxa tərəfində, hasarla evin arasında əl damı vardır. Həmin əl damının qapısı plastikdən olmaqla bağlı olmuşdur. O, həyətdə olan beli götürmüş və əl damının qapısını bellə sındırmışdır. Əl damına daxil olduqda orada divara bərkidilmiş vəziyyətdə “Demir döküm” markalı kombi aparatını özü ilə götürdüyü açarla sökmüşdür. İsmətlə Nurlan aparatı götürüb hasardan küçəyə keçmişdilər. O isə divara bərkidilmiş dəmir qutunun içərisindən elektrik tənzimləyicisini də götürüb hasardan keçmişdir. Həmin oğurladıqları əşyaları da aparıb televizorların olduqları yarımtikiliyə qoymuşdular. Səhəri gün o, oğurladıqları samovarı Saray qəsəbəsində avtomobillə əvvəllər tanımadığı dəmir yığanlara vermişdir. Bundan sonra Saray qəsəbəsində yaşayan Asim adlı şəxsə özündə kombi aparatının və elektrik tənzimləyicisinin olduğunu və ikisini birlikdə 200 manata satmaq istədiyini bildirmişdir. Asimə həmin əşayların özünə məxsus olduğunu bildirmişdir. Asim ona 200 manat pul verdikdən sonra, kombi aparatını və elektrik tənzimləyicisni Asimə vermişdir. Bundan əlavə Asimə evində iki ədəd yəni «LG və Samsung» markalı televizorların da olduğunu, həmin televizorların ikisini 250 manata satmaq istədiyini bildirmişdir. Asim də həmin televizorları ondan ala biləcəyini bildirmişdir. Asimdən aldığı 200 manat pulun 60 manatını Nurlana, 60 manatını isə İsmətə vermişdir. Daha sonra həmin gün, 02 ədəd televizoru Asimin yaşadığı evin həyətinə gətirmişdir, həyətə daxil olub televizorları satmaq istəyən zaman polis əməkdaşları onu tutmuşdular, tutulan zaman oğurluq etdiyini səmimi etiraf etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, cinayəti törədəndə digər təqsirləndirilən şəxslər onun azyaşlı olduğunu bilməmişdirlər. İttiham aktında törətdiyi cinayət əməlləri yazılıb. Hadisələr 3 il bundan əvvəl olduğu üçün hamısı yadında deyil. Oğurluq etdiyi evlərin sahiblərinə dəymiş ziyanı ödəmişdir. İttiham aktında törətdiyi cinayət əməlləri barədə yazılanları təsdiq etmiş, Nurlanla mağazadan bir dəfə oğurluq etdiklərini, ikinci dəfə həmin mağazaya qayıtmadıqlarını demişdir. Təqsirləndirilən şəxs4 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, ziyanın hamısın ödəmiş və zərərçəkmiş şəxslərlə barışmışdır. Təqsirləndirilən şəxs4 müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, Bəhram və Talehlə birgə televizor oğurlamışdır. Hadisələrin tarixi yadında olmamış, lakin ittiham aktında iştirak etdiyi cinayət əməllərini törətdiyini etiraf edir. Bəhramı o, kafedə tanımışdır. Talehi Bəhramdan qabaq tanımışdır. Təqsirləndirilən şəxslərin heç biri onun yaşının az olduğunu bilməmişdirlər. O, 25 yanvardan qabaq bir dəfə polislər tərəfindən tutulmuş, lakin cinayət işi hələ məhkəməyə getməmişdir. Təqsirləndirilən şəxslər onun tutulduğunu bilməmişdir. Ona oğurluq etmək barədə heç kim təklif etməmişdir. Kafedə durub danışanda demişdir ki, oğurluğa gedir, onlar da ona qoşulmuşdurlar, birlikdə oğurluq etməyə getmişdirlər. Onlar onu oğurluq etməyə məcbur etməmiş, ona hədə qorxu gəlməmişdirlər. Bəhrəm onun yaşının az olduğunu bilməmiş, ona hansısa evdən oğurluq etməyi təklif etməmişdir. Təqsirləndirilən şəxs4 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, ilk dəfə Talehi, sonra digər təqsirləndirilən şəxsləri tanımışdır. Yol ilə gedəndə Zərərçəkmiş şəxs9 evini görmüş, evdə heç kimin olmadığını anlamışdır. Həmin vaxt o kafeyə getmiş, kafeyə gedib Nurlangil ilə oturanda onlara oğurluq etməyi təklif etmişdir. Ondan sonra axşamüstü qayıdıb oğurluğu etmişdirlər. Zərərçəkmiş şəxs2 məxsus evi nənəsigilin evinin yanından keçəndə görmüşdür. Gedib uşaqlara xəbər eləmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə gedib oğurluq etmişdir. Zərərçəkmiş şəxs1 məxsus ərzaq mağazasını Təqsirləndirilən şəxs2 ilə birlikdə yol ilə gedəndə görmüşdür. Mağazanın qapısında jalüz olmadığını görüb qapını itələmiş, qapı açılmışdır, içəri keçib oğurluq etmişdir. Zərərçəkmiş şəxs1 tanımamışdır. Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat vaxtı təqsirləndirilən şəxs kimi verdiyi 02 may 2020-ci il tarixli ilkin ifadəsində və 19 iyun 2020-ci il tarixli təkrar ifadəsində, həmçinin Abşeron rayon məhkəməsində verdiyi 19 yanvar 2021-ci il tarixli ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli göstərmişdir ki, maddi vəziyyəti pis olduğuna və özünə iş tapa bilmədiyinə görə, oğurluq etmək qərarına gəlmişdir. Özü əvvəllər Abşeron rayonu, Saray qəsəbəsində kirayə yaşadığına görə, oğurluqlarını da adətən elə həmin ərazidə törədirmiş. O, Abşeron rayonu, Saray qəsəbəsində kirayə yaşadığı vaxtlarda Nurlan, Cavid, Bəhram və Taleh adlı şəxslərlə tanış olmuşdur. Buna görə də tez-tez Saray qəsəbəsinə gəlib gedirmiş. İlk dəfə xx.xx.2020-ci il tarixdə təxminən saat 19 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən «Relax» adlanan kafedə əvvəllər tanıdığı Bəhram, Taleh və Cavid adlı tanışları ilə görüşdür. Kafedə olan zaman Bəhram onlara oğurluq etməyi təklif etmişdir. Həmin zaman onların maddi vəziyyətləri pis olduğuna görə hamılıqla razılaşmışlar. Daha sonra onlar hamısı oradan çıxıb, Sumqayıt şəhərində yerləşən «Yaşıl dərə» bağlar massivinə tərəf getmişlər ki, münasib ev düşərsə oradan oğurluq etsinlər. Həmin gün təxminən saat 21 radələrində sonradan Zərərçəkmiş şəxs9 məxsus olduğunu bildiyi üzərində tünd qəhvəyi rəngdə naxışları olan ev rast gəlmişlər. Həmin evin işıqlarının yanmadığını görüb evdə kimsənin olmadığı qənaətinə gəlmişlər. Bundan sonra Bəhramla Taleh ikisi birlikdə evin arxa tərəfindən hasardan tullanaraq, evin həyətinə daxil olmuşlar, Cavidlə o, küçədə qalmalı olmuşlar, kiminsə gəldiyni gördükdə Talehlə Bəhrama telefon vasitəsi ilə xəbər verməliymişlər. Cavid hasardan boylanıb həyətə baxanda Talehin əlində dəmir parçası gördüyünü və həmin dəmir parçası ilə evin birinci mərtəbəsində yerləşən plastik pəncərənin üzərində olan dəmir barmaqlığın bir tərəfini yerindən çıxartdığını ona demişdir. Bundan sonra hər ikisi evin pəncərəsini itələyərək evə daxil olmuşlar. Təxminən 30 dəqiqədən sonra Talehlə Bəhram evdən çıxıb, oğurladıqları 01 ədəd «LG» markalı televizoru hasarın çöl tərəfindən onalara tərəf uzatmışlar. Cavidlə o, televizoru Bhəramgildən alandan sonra, sonunucular hasardan küçəyə keçmişlər. Dah sonra oğurladıqları televizoru əllərində aparıb Bəhramın yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evin həyətində tikiliyə qoymuşlar. Bəhram orada onlara həmin televizoru satandan sonra pul verəcəyini demişdir. Bundan sonra Cavidlə o, Taleh və Bəhram ilə sağollaşıb evlərinə getmişlər. Səhərisi gün axşam saatlarında Abşeron rayonu Saray qəsəbəsində yolda Bəhram ilə görüşərkən Bəhram ona televizoru 100 manata satdığını deyib payına düşən 25 manat pulu vermişdir. O, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin, Bəhramın həmin televizoru harada və kimə satdığını bilməmiş, həmin oğurluğu etməsini isə onlara Bəhram təklif etmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən «Arayol» kafesi adlanan çay evində əvvəllər tanıdığı Nurlan və Cavidlə görüşmüşlər. X26 Saray qəsəbəsində oğurluq etməyi təklif etmişdir. Onlar sonunucu ilə razılaşdıqdan sonra Abşeron rayonu, Saray qəsəbəsi Natavan küçəsində yerləşən sonradan Zərərçəkmiş şəxs2 məxsus olduğunu bildikləri fərdi həyət evində yaşayış olmadığını müəyyən etmişlər. Onlar həmin həyətə keçmişlər, həyətdə yerləşən iki mərtəbəli evin birinci mərtəbəsində plastik pəncərənin üzərində olan dəmir barmaqlığı Cavid həyətdə tapdığı dəmir parçası ilə sındırmış və Nurlanla o, evə daxil olmuşlar. O, Nurlanla birinci mərtəbənin qonaq otağından 1 ədəd “LG” markalı televizoru və yataq otağından 1 ədəd “Samsung” markalı televizoru götürmüşlər. Həmin televizorları pəncərədən Cavidə vermişlər. Daha sonra evin içərisindəki pilləkənin altındakı saxlanc yerindən 1 ədəd samovar, 1 ədəd plastik boru yapşıdırıcı ütü və 1 ədəd laqondanı da götürüb həyətə çıxarmışlar. Daha sonra hasardan küçəyə çıxıb, hər üçü oğurladıqları əşyaları aparıb həmin evdən 500 metr aralıda olan yarımtikiliyə qoymuşlar. Bundan sonra elə həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Saray qəsəbəsində sonradan Zərərçəkmiş şəxs6 məxsus evin qarşısına gəlib işıqlarının yanmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişlər. İlk öncə o, Nurlanla hasardan aşaraq həyətə keçmişlər, təxminən 5-10 dəqiqədən sonra onların arxası ilə Cavid də həyətə keçmişdir. Həyətdə bir mərtəbəli fərdi yaşayış evi yerləşirmiş, həmin evin arxa tərəfində, hasarla evin arasında əl damı varmış. Həmin əl damının qapısı plastikdən olmaqla bağlı olmuşdur. Cavid həyətdə olan beli götürüb əl damının qapısını bellə sındırmışdır. Əl damına daxil olduqda orada divara bərkidilmiş vəziyyətdə “Demir döküm” markalı kombi aparatını Cavid üzərində olan açarla sökmüşdür. Bu vaxt Nurlanla o, köməkli şəkildə aparatı götürüb hasardan küçəyə keçmişlər. Cavid isə divara bərkidilmiş dəmir qutunun içərisndən elektrik tənzimləyicisini də götürüb hasardan keçmişlər. Həmin oğurladıqları əşyaları da aparıb televizorların oluqları yarımtikiliyə qoymuşlar. Orada həmin televizorları və kombi aparatını Cavid satdıqdan sonra pulu böləcəkmişlər. Səhəri gün Cavid və Nurlan onunla görüşdükdən sonra oğurladıqları samovarı Saray qəsəbəsində avtomobillə əvvəllər tanımadıqları dəmir yığanlara 20 manata satmışdır. Həmin pulu üç yerə bölmüşlər və o, Nurlanla çıxıb getmişlər. Həmin günün səhərisi Saray qəsəbəsində Cavid ilə görüşəndə Cavid kombi və elektrik tənzimləyicisini 200 manata satdığını deyib özünə 80 manat, ona və Nurlana isə 60 manat pul vermişdir. Həmin günü o, Nurlanla yarımtikiliyə gedib orada oğurluq yolu ilə əldə etdikləri laqonda və plastik boru yapşıdırıcı ütünü tanımadıqları avtomobillə metal yığan şəxslərə ümumilikdə 30 manata satmışlar. Pulunu isə Nurlanla yarı-yarıya bölmüşlər, daha sonra Cavidin oğurluq yolu ilə əldə etdikləri televizorları satarkən polis əməkdaşları tərəfindən tutulduğunu eşitmişlər. Bundan sonra 07 fevral 2020-ci il tarixdə saat 06 radələrində o, dostu Təqsirləndirilən şəxs2 ilə Abşeron rayonu, Saray qəsəbəsi, M.Əzizbəyov küçəsində 1 saylı orta məktəbin yaxınlığında gəzərək, Nurlanın təklifi ilə oğurluq etmək niyyətində olmuşlar. Nurlan həmin vaxt 1 saylı məktəblə üzbə-üz yerləşən ərzaq mağazasının bağlı olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Sonradan həmin mağazanın Zərərçəkmiş şəxs1 məxsus olduğunu bilmişdir. Bu məqsədlə ona həmin mağazanın ətrafında dayanıb nəzarət etməyini özü isə marketə girəcəyini demişdir. O, həmin mağazanın qarşısında yerləşən məktəbə tərəf gedib ətrafa baxmağa başlamışdır. Nurlan isə həmin mağazanın plastik qapısının bağlı olduğunu görüb güc verərək həmin qapını açıb mağazaya daxil olmuşlar. Təxminən 5-10 dəqiqə sonra Nurlan əlində sellofan torbalarla onu çağırmışdır. O, tez gəlib həmin torbaları götürüb oradan kənarlaşaraq əvvəlcədən danışdıqları kimi Nurlanın yaşadığı evin qarşısına gəlmişdir. Həmin vaxt sellofan torbaya baxarkən içərisində 30 ədəd “Vant” markalı siqareti, 5 ədəd “Kent 1” markalı siqareti, 5 ədəd “Kent 4” markalı siqareti, 4 ədəd “Kent 8” markalı siqareti, 6 ədəd “Davidoff classic” markalı siqareti və 5 ədəd “West” markalı siqareti, həmçinin, 15 ədəd “Super Sinickers” markalı şokaladı və 6 ədəd şor qoğalının olduğunu görmüşdür. Təxminən 5 dəqiqə sonra Nurlanın onun arxası ilə gəldiyini görüb nə baş verdiyini soruşmuşdur. Nurlan mağazadan yenidən oğurluq etmək istəyərkən, kiminsə gəldiyini görüb qaçdığını demişdir. Daha sonra onlar oğurluq yolu ilə əldə etdikləri siqaretləri iki yerə bölmüşlər, «Snickser» şokaladlarını və şor qoğalını isə birlikdə yemişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, mağazalarından iki dəfə ayrı-ayrı vaxtlarda oğurluq edilmişdir. Mağaza Saray qəsəbəsində yerləşir. Həmin mağazada ərzaq məhsulları satmışdırlar. Mağazanı atası ilə birgə işlətmişdir. Mağazadan siqaret oğurlamışdırlar. İlk dəfə 500, ikinci dəfə 1500 manat dəyərində oğurluq edilmişdir. Sonra 500 manat onlara qaytarılmışdır. Atası da təqsirləndirilən şəxslərə barışıq ərizəsi vermişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur, barışmışdırlar, onlara dəyən ziyan ödənmişdir. Sumqayıt Ağır Cinayətlər məhkəməsinə ünvanlanmış 02 may 2023-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış Müşviq Əzimov təqsirləndirilən şəxslərlə barışdığını, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun evi Saray qəsəbəsində yerləşir. Bağ evi kimi istifadə etmişdir. Ona zəng etmişdirlər ki, evindən oğurluq edildiyi üçün polislər gəlib. Gəlib evə baxanda görmüşdür ki, dəmir barmaqlığı qırıb evin içərisindən 2 ədəd televizor, plastmas ütü, samovar aparmışdılar. Televizorun biri ona qaytarmış, lakin ekranı sınıq olmuşdur. Ümumilikdə ona 1700-1800 manat ziyan dəymişdir. İttihamda isə 700 manat göstərilmişdir. Ona dəymiş ziyan ödənmişdir. Təqsirləndirilən şəxslərlə barışmışdır. Sumqayıt Ağır Cinayətlər məhkəməsinə ünvanlanmış 02 may 2023-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın ödəndiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs3 nümayəndəsi qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun əridir. Evləri 1 mərtəbəli evdir. Hadisə zamanı onlar evdə olmamışdır. Hadisə 2019cu ildə fevralın 6-da saat 20 radələrində olmuşdur. Evin pəncərəsindən daxil olaraq evdən qızıl zinət əşyaları və nağd pul götürmüşdülər. Birinci dəfə evə girib oğurluq edən Talehlə Bəhrəm olmuşdur. İfadələrində demişdirlər ki qızılı və pulu götürən Bəhrəm olub. Bəhrəm sadəcə pulu götürdüyünü demişdir, qızılı götürdüyünü qəbul etməmişdir. 10071 manat dəyərində qızıl zinət əşyaları, 3860 manat nağd pul oğurlanıb, həmin nağd pul anası Seyidxanım Hacəlıyevaya məxsus olmuşdur. Qızıl zinət əşyaları ona məxsus olmuş, nişan üzükləri, qolbaqlar, kompelkt sep, qızlarının qolbağı və sırğalarını, qırmızı qaşlı üzüyünü və s. oğurlamışdırlar. Bunların hamısını ona Saqif almışdır. Ürək formasında üzüyü 180 manata, qızının sırğasını 120 manata almışdır. Qızıl zinət əşyalarından başqa nağd pul da oğurlanmışdır. Qızılların dəyəri 6 min manatdan çoxdur. Hadisəni gecə saat 11-də evə gələndə bilmişdirlər. Həyətin qapısından içəri daxil olanda evin dağınıq olduğunu görmüşdürlər. Evə pəncərədən daxil olmuşdurlar. Taleh demişdir ki qızılları Bəhrəm götürüb. Sumqayıt Ağır Cinayətlər məhkəməsinə ünvanlanmış 02 may 2023-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslərlə barışdığını, şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə Təqsirləndirilən şəxs1 şikayəti və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, onun evindən 3 dəfə oğurluq etmişdirlər. Onun evindən kombi, su matoru, telefon oğurlamışdırlar. Lakin o, istintaqa verdiyi ifadəsində kombinin oğurlandığını demişdir. Kombini 1100 manata almışdır. Şikayətçidir. Dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, hadisə 2 il əvvəl olmuşdur. Qonşu zəng edib evindən oğurluq edildiyini və polis əməkdaşlarının gəldiyini demişdir. Evə gedəndə qapını sındırıb evdən kombi və radiatoru götürdüklərini görmüşdür. Oğurluq olan ev həyət evidir. Ona dəymiş ziyan qismən ödənilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, Abşeron rayonu Saray qəsəbəsində qalır. Həmin evdə yay aylarında qalmışdırlar. Evindən televizor və krosnu oğurlanmışdır. Ümumilikdə 300 manat ziyan dəymişdir. Ona dəymiş ziyan ödənməmişdir, lakin şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslərlə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, hadisə 2019-cu ilin oktyabr ayının 21-də olmuşdur. Evə gedəndə evin balkonun pəncərəsinin açıq olduğunu görmüşdür. Həmin pəncərədən içəri daxil olmuşdur. Evdən bütün qızıl zinət əşyaları götürülmüşdür. Ona təxminən 4900 manat ziyan dəymiş və indiyə qədər ziyan ödənilməmişdir. Lakin təqsirləndirilən şəxslərlə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, onun evindən 250 (iki yüz əlli) manat dəyərində «LG» markalı televizor oğurlanmışdır, lakin həmin televizor sonradan ona geri qaytarılmış, ona dəymiş ziyan ödənilmişdir. O, təqsirləndirilən şəxslərlə barışmış, heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, evi Saray qəsəbəsində yerləşir. Evi yeni tikmişdir. Axşam evin pilləkəninə beton tökmüş, səhər gələndə görmüşdür ki evin pəncərəsini açıb televizor və kabelləri götürüb aparmışdırlar. Ziyan ödənilməmişdir. Ziyan ödədikləri tədqirdə barışar. Ona təxminən 650 manat ziyan dəymişdir. 150 manatlıq kabel və 500 manatlıq televizor oğurlamışdırlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, onun evindən 2019-cu ildə elektrik naqilləri, həmçinin dövlətə məxsus su sayğacı oğurlanmışdır. Ona vurulan ziyan ödənməmişdir. Onun Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və ya tələbim yoxdur, onunla barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərdi ki, evi Abşeron rayonu Saray qəsəbəsi F.Əmirov küçəsində yerləşən bağ evidir. Evdən təmir zamanı elektrik naqilləri oğurlanıb. Zərərçəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, ona təxminən 1000 manata yaxın ziyan dəyib. Kabelin diametrinin nə qədər olduğunu bilmir. Evdən oğurlanana naqilləri mütəxəssislər qiymətləndirib. Evin 2 mərtəbəsinin kabeli idi. Kabel divarın içərisində borularla əhatə edilmiş və divarın üzərinə suvaq çəkilməmişdi. Oğurlanmış kabellər bahalı kabellər olmuş, yenidən kabel almaq üçün 600 manat ödəniş etmişdir. Lakin neçə metr uzunluqda kabel olduğu yadında qalmamışdır. Ona vurulmuş ziyan ödənməmişdir. Vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 12 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, Abşeron rayonu Saray qəsəbəsində kompüter oyun salonu işlədir. Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Saray qəsəbəsində yaşayan və kompüter salonuna gəlib oyun oynayan şəxs kimi tanımışdır. Sonuncu ilə münasibətlərində ədavət və düşmənçilik olmamışdır. 26 yanvar 2020-ci il tarixdə o, kompüter salonunun qarşısında olarkən, Nurlan ona yaxınlaşaraq qohumunda “LG” markalı 107 ekran led televizor olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişdir. O, Nurlana «gətir baxışm əgər yaxşı vəziyyətdə olarsa alaram» sözlərini demişdir. Nurlan ondan aralaşıb getdikdən təxminən 1 saat sonra, onun yaşadığı evin qarşısına gəlmişdir. O, yola çıxanda Nurlanın ona həmin televizoru gətirdiyini görmüşdür. O, həmin televizorun oğurluq olub-olmadığını soruşanda o, Nurlan ona televizorun qohumuna məxsus olduğunu demişdir. Nurlana inandıqdan sonra həmin televizoru Nurlandan 110 manat qarşılığında almışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 14 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Maddi cəhətdən ehtiyacını təmin etmək üçün istifadə olunmuş məişət əşyalarının alqı-satqısı ilə məşğul olurmuş. Təqsirləndirilən şəxs3 təxminən 3 il olarmış ki, kənd sakini kimi tanmışdır. Sonuncu ilə münasibətləri yaxşı olubmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 28 yanvar 2020-ci il tarixdə saat 18 radələrində Cavid sonradan adını bildiyi Bəhram adlı şəxslə onun həyətinə gəlib Bəhramı göstərərək kombi aparatı olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyni bildirmişdir. O, Caviddən həmin kombi aparatının oğurluq olub-olmadığını soruşduqda, Cavid ona “sən öl oğurluq mal olsa gəlib sənə satmaram» sözlərini dediyi üçün Cavidə ininmışdır. Bundan sonra Cavid özü ilə gətirdiyi “Nova” markalı kombi aparatını təqdim etmişlər. O, həmin kombi aparatına baxıb yaxşı vəziyyətdə olduğu üçün həmin aparata 150 manat pul verə biləcəyini demişdir. Cavid də onunla razılaşdığı üçün o, 150 manat pul verib “Nova” markalı kombini Caviddən almışdır. Həmin günün səhərisi “Tap” az elektron portalında həmin “Nova” markalı kombini tanımadığı müştəriyə 180 manata satmışdır. Həmin vaxtdan 4-5 gün sonra, yəni fevral ayının ilk həftəsində Cavid saat 18 radələrində onun evinin qarşısına gəlib özünə məxsus “Demirdöküm” markalı kombi aparatını və elektrik tənzimləyicisini satmaq istədiyini bildirmişdir. O, həmin kombi aparatına baxıb yaxşı vəziyyətdə olduğunu görüb kombi aparatı və elektrik tənzimləyicisinə görə 200 manat pul verəcəyini bildirmişdir. Cavid də pula ehtiyacı olduğu üçün həmin kombini və elektrik tənzimləyicini ona 200 manata satmışdır. Cavid pulu aldıqdan sonra evdə özünə məxsus “LG” və “Samsung” markalı televizorların olduğunu və satmaq istədiyini demişdir. O, Cavidə «gətirərsən baxaram, yaxşı olsa alaram» sözlərini demişdir. Cavid də onunla razılaşıb çıxıb getmişdir. O, həmin gecə Caviddən aldığı “Demirdöküm” markalı kombi aparatını və elektrik tənzimləyicisini “Tap” az elektron satış protalında yerləşdirib tanımadığı müştəriyə 240 manata satmışdır. 06 fevral 2020-ci il tarixdə Cavid onun həyətinə gəlib “LG” və “Samsung” markallı televizorları təqdim etmişdir. O, həmin televizorlara baxdıqdan sonra Caviddən hansı qiymətə satdığını soruşdum. Cavid də ona həmin televizorları 500 manata satdığını demişdir. O, həmin vaxt televizorların birinin elektrik kabelinin olmadığını görüb oğurluq olduğunu başa düşüb, dərhal bu barədə əməliyyət müvvəkkilinə zəng edərək məlumat vermişdir. O, Cavidi söhbətə tutub vaxt apararkən polis əməkdaşları onun həyətinə gəlmişlər. Orada o, televizorları və Cavidi polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt məlum olmuş ki, Cavidin ona satmaq istədiyi televizorlar oğurluq yolu ilə əldə olunmuşdur. O, həmin vaxta qədər Caviddən aldığı əşyaların oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Çünki, Cavid ona həmin əşyaların özünə məxsus olduğunu demişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ərzaq mağazalarına paylamaqla pul qazanıb ailəmi dolandırır. Şirniyyat payladığı mağazalardan biri ünvan 15 ünvanında yerləşir. Həmişə olduğu kimi xx.xx.2020-ci il tarixdə saat 06 radələrində yuxarıda göstərdiyi ünvanda Zərərçəkmiş şəxs1 məxsus mağazaya şirniyyat gətirən zaman, həmin mağazanın qapısını açıq olduğunu görmüş və mağazaya daxil olan zaman içəridə kiminsə olduğunu görüb, Zərərçəkmiş şəxs1 olduğunu başa düşmüşdür. O, Zərərçəkmiş şəxs1 səsləməyə başlamış, lakin sonuncu ona səs vermədiyindən o, içəridə olan şəxsin Vidadi olmadığını düşünmüşdür. Həmin şəxs onu görüb dərhal mağazanın arxa qapısından çölə çıxaraq oradan uzaqlaşmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs1 çağırmış və sonuncu gəldikdən sonra mağazaya baxış keçirərək, mağazadan müxtəlif malların oğurlandığını bildirmişdir. Həmçinin mağazanın içərsinidə arxa qapının yanında yerdə bir ədəd içərisində 15 ədəd “Full” markalı enerji içkilərin, “Azərcell”, “Bakcell” və “ Narmobile” markalı ödəmə kartlarının, içərisində 30 manat məbləğində nağd pul olan kağız qutunun, 30 ədəd “Want” markalı siqaretlər aşkar olunmuşdur. Bundan sonra o, şirniyyatları Zərərçəkmiş şəxs1 təhvil verib həmin yerdən çıxıb getmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi üzrə qiymətləndiriləndirməklə onları sübut kimi qəbul edir. Belə ki, baxış keçirilməsi haqqında 26 yanvar 2020-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Sumqayıt şəhəri Yaşıldərə bağlar massivində yerləşən fərdi evdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26 yanvar 2020-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs9 Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək özünə məxsus Sumqayıt şəhəri «Yaşıl dərə» bağlar massivində yerləşən fərdi yaşayış evinin qonaq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı sındırmaqla pəncərədən evə qanunsuz daxil olaraq, evin qonaq otağından 250 (iki yüz əlli) manat dəyərində 08/2013-cü il tarixdə Koreyada istehsal edilmiş 01 ədəd qara rəngli «LG» markalı 42LN540V model televizoru gizli olaraq talayıb ona həmin məbləğdə maddi ziyan vurulmağı barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İfadənin yerində yoxlanması” haqqında 28 fevral 2020-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanan Təqsirləndirilən şəxs3 polis əməkdaşları ilə birlikdə nəqliyyat vasitəsinə əyləşib Zərərçəkmiş şəxs9 məxsus Sumqayıt şəhəri Yaşıldərə bağlar massivində yerləşən fərdi evin qarşısına gəlmiş, ifadəsində həmin evdən Bəhram, Taleh və ismət adlı şəxslərlə birlikdə oğurluq hadisəsini törətdiyini demişdir. Belə ki, özü və İsmət qapıda gözləmiş, Bəhram və Taleh isə evə daxil olaraq 01 ədəd LG markalı televizoru oğurlamışlar. “İfadənin yerində yoxlanması” haqqında 02 may 2020-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanan Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3lə eyni xüsusatları göstərmiş, Zərərçəkmiş şəxs9 evindən oğurluq etməyi Bəhramın onlara təklif etdiyini bildirmişdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 may 2020-ci il tarixli götürmə barədə protokoldan görünür ki, cinayətin predmeti olan 01 ədəd qara rəngli «LG» markalı, 42LN540V model televizor iş üzrə Şahid1 götürülmüş, Zərərçəkmiş şəxs9 həmin televizorun ona məxsus olduğunu təsdiq etmişdir. Cinayət işi üzrə təyin olunaraq keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/1503 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli 08/2013-cü il tarixdə Koreyada istehsal edilmiş «LG» markalı 42LN540V model televizorun istifadə olunması nəzərə alınmaqla 2020-ci ilin yanvar ayına olan respublikadaxili orta bazar qyiməti 250,00 manatdır. 17 iyun 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs9 01 ədəd “LG” markalı televizoru təhvil almışdır. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 yanvar 2020-ci il tarixli Abşeron rayon polis idarəsinin raportundan görünür ki, Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək ünvan 16 ünvanında yerləşən evindən pəncərənin dəmir barmaqlıqları sındırılmaqla kombi aparatının oğurlanması barədə məlumat vermişdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 yanvar 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 16 ünvanında yerləşən fərdi evdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İfadənin yerində yoxlanılması haqqında” 18 fevral 2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları ilə birlikdə nəqliyyat vasitəsinə əyləşib Abşeron rayon polis idarəsindən Zərərçəkmiş şəxs5 oğurluq hadisəsi baş verən ünvan 16-ə yolu özü göstərməklə gəlmiş, Taleh və Cavidlə birlikdə həmin ünvandan “Nova” markalı kombi aparatını söküb oğurlamışlar. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 yanvar 2020-ci il tarixli Abşeron rayon polis idarəsinin raportundan görünür ki, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Abşeron rayonu Saray qəsəbəsində yerləşən evindən pəncərənin dəmir barmaqlıqları sındırılmaqla 1 ədəd televizor və 230 manat pulunun oğurlanması barədə məlumat vermişdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 yanvar 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi evdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “ifadənin yerində yoxlanması” haqqında 07 fevral 2020-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanan Təqsirləndirilən şəxs3 polis əməkdaşları ilə birlikdə nəqliyyat vasitəsinə əyləşib Abşeron rayon polis idarəsindən Zərərçəkmiş şəxs4 oğurluq hadisəsi baş verən evinə qədər olan yolu izah edərək qeyd olunan ünvana gəlmiş, həmin evdən Bəhram və Taleh adlı şəxslərlə birlikdə 1 ədəd “Samsung” markalı televizor və 20 manat pul oğurladıqlarını, həmin televizoru 100 manata Asim adlı şəxsə satdığını göstərmişdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 fevral 2020-ci il tarixli Abşeron rayon polis idarəsinin raportundan və eyni tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə pəncərərdən daxil olmaqla şkafda saxladığı 5655 manat dəyərində qızıl-zinət əşyası və 5015 manat məbləğində pulunun oğurlanması barədə məlumat vermişdir. Baxış keçirilməsi haqqında 06 fevral 2020-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Abşeron rayonu Saray qəsəbəsi Mikayıl Müşfiq küçəsində yeni məhəllədə yerləşən fərdi evdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 may 2020-ci il tarixli “İfadənin yerində yoxlanması” haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 evindən oğurladığı qızıl-zinyət əşyalarını Sumqayıt şəhəri “Karvan” ticarət mərkəzində Taleh adlı şəxslə birlikdə satıb aralarında böldüklərini bildirmişdir. Abşeron rayon polis idarəsinin raportundan və eyni tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs8 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsindən daxil olmaqla 3000 manat dəyərində qızıl zinət əşyaları oğurlanması barədə məlumat vermişdir. Baxış keçirilməsi haqqında 21 oktyabr 2019-cu il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yerləşən fərdi evdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 fevral 2020-ci il tarixli “ifadənin yerində yoxlanması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları ilə birlikdə yolu izah etməklə oğurluq hadisəsini törətdiyi Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu Saray qəsəbəsi yerləşən yeni tikiliyə gəlmiş, ifadəsinin yerində yoxlanması zamanı evin plastik pəncərəsini açaraq evə daxil olduğunu, evdən qızıl-zinyət əşyaları oğurlayaraq Sumqayıt şəhəri “Karvan” ticarət mərkəzinin qarşısında tanımadığı şəxsə satdığını bildirmişdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 fevral 2020-ci il tarixli Abşeron rayon polis idarəsinin raportundan və eyni tarixli ərizədən görünür ki, Aslanov X22 rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evindən pəncərənin dəmir barmaqlıqlarını sındırıb daxil olmaqla 600 manat dəyərində “Samsung” markalı televizor və 900 manat dəyərində “LG” markalı televizorun oğurlanması barədə məlumat vermişdir. Baxış keçirilməsi haqqında 03 fevral 2020-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yerləşən fərdi evdir. Cinayət işinin materiallarında olan 20 fevral 2020-ci il tarixli “əşyanın götürülməsi və baxış keçirilməsi” barədə protokoldan görünür ki, 2 ədəd “Samsung” və “LG” markalı televizoru Şahid2 götürülmüş, Şahid2 həmin televizorları “Cavid” adlı şəxsin ona satmaq istədiyini demiş, baxışda iştirak edən Zərərçəkmiş şəxs2 həmin televizorların həqiqətən də onun evindən oğurlanan televizorlar olduğunu təsdiq etmişdir. Cinayət işi üzrə təyin olunaraq keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/1503 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli 08/2013-cü il tarixdə Koreyada istehsal edilmiş «LG» markalı 42LN540V model televizorun 2020-ci ilin yanvar ayına olan respublikadaxili orta bazar qyiməti 250,00 manat, 01 ədəd «Samsung» markalı LE32C550J1W model televizorun isə 200, 00 manatdır. 17 iyun 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 01 ədəd “Samsung” və 01 ədəd “LG” markalı televizorları təhvil almışdır. Baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Abşeron rayonu Saray qəsəbəsi Natavan küçəsində yerləşən yeni tikilidir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli Abşeron rayon polis idarəsinə ünvanlanmış ərizədən görünür ki Muradov X27 rayonu Saray qəsəbəsi Natavan küçəsində yerləşən fərdi yaşayış evinin həyətində olan saxlanc yerindən 01 ədəd kombi aparatı və 01 ədəd elektrik redukturunun oğurlanması barədə məlumat vermişdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 may 2020-ci il tarixli “İfadənin yerində yoxlanması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 Abşeron rayon polis idarəsinin qarşısından polis əməkdaşları ilə birlikdə yolu izah etməklə oğurluq hadisəsinin baş verdiyi, Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu Saray qəsəbəsi yerləşən evə gələrək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 18 fevral 2020-ci il tarixli Abşeron rayon polis idarəsinə ünvanlanmış ərizədən görünür ki, Əzimov X14 rayonu, Saray qəsəbəsi M.Ələkbərov küçəsi ev 43 ünvanında yerləşən ərzaq mağazasından 200 manat dəyərində oğurluq olunduğu barədə məlumat vermişdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 18 fevral 2020-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 19 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus ərzaq mağazasıdır. Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması barədə 22 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tanışı İsmətlə 07 fevral 2020-ci il tarixdə saat 06 radələrində Abşeron rayonu Saray qəsəbəsi M.Əzizbəyov küçəsində 1 saylı orta məktəbin yaxınlığında gəzərək oğurluq etmək niyyətində olmuşlar. Həmin vaxt o, 1 saylı məktəblə üzbəüz yerləşən ərazaq mağazasının bağlı olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Sonradan həmin mağazanın o, Zərərçəkmiş şəxs1 məxsus olduğunu bilmişdir. Bu məqsədlə yanında olan İsmətə həmin mağazanın ətrafında dayanıb nəzarət etməsini, özü isə marketə girəcəyini demişdir. İsmət də həmin mağazanın qarşısında yerləşən məktəbə tərəf gedib ətrafa baxmağa başlamışdır. O isə həmin mağazanın plastik qapısının bağlı olduğunu görüb güc verərək həmin qapını açıb mağazaya daxil olmuş və oğurluq hadisəsini törətmişdir. “İfadənin yerində yoxlanması” haqqında 02 may 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, ifadəsi yerində yoxlanan Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs2la eyni xüsusatları göstərmişdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 noyabr 2019-cu il tarixli Abşeron rayon polis idarəsinin raportundan və eyni tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs12 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Abşeron rayonu Saray qəsəbəsi Hüseyn Arif küçəsində yerləşən yeni tikilməkdə olan evindən 1000 manat dəyərində 22 top elektrik kabellərinin oğurlanması barədə məlumat vermişdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 09 noyabr 2019-cu il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Abşeron rayonu, Saray qəsəbəsi Hüseyn Arif küçəsində yeni tikilən iki mərtəbəli evdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 26 noyabr 2019-cu il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Abşeron rayonu, Saray qəsəbəsi R.Məmmədov küçəsində yerləşən fəri yaşayış evidir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 fevral 2020-ci il tarixli “İfadənin yerində yoxlanması” haqqında protokoldan görünür ki, Quliyev X28 rayon polis idarəsinin qarşısından polis əməkdaşları ilə birlikdə yolu izah etməklə oğurluq hadisəsinin baş verdiyi , Zərərçəkmiş şəxs12 məxsus Abşeron rayonu Saray qəsəbəsi yerləşən yeni tikiliyə gəlmiş, həmin ünvandan divara quraşdırılmış elektrik kabellərini çıxardaraq oğurlamışdır. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26 noyabr 2019-cu il tarixli Abşeron rayon polis idarəsinin raportundan və eyni tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Abşeron rayonu Saray qəsəbəsi R.Məmmədov küçəsində yerləşən yeni tikilməkdə olan evindən 1 ədəd LG markalı televizorun və bir ədəd anten ötrücüsünün oğurlanması barədə məlumat vermişdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 11 noyabr 2019-cu il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yerləşən fəri yaşayış evidir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 mart 2020-ci il tarixli “İfadənin yerində yoxlanması” haqqında protokoldan görünür ki, Quliyev X28 rayon polis idarəsinin qarşısından polis əməkdaşları ilə birlikdə yolu izah etməklə oğurluq hadisəsinin baş verdiyi , Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu Saray qəsəbəsi yerləşən yeni tikiliyə gəlmiş, həmin ünvanda evin ikinci mərtəbəsinə dırmaşmaqla evdən 1 ədəd televizoru və bir ədəd anten ötrücüsünü oğurladığını göstərmişdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 noyabr 2019-cu il tarixli Abşeron rayon polis idarəsinin raportundan və eyni tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs10 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yerləşən yeni tikilməkdə olan evindən 1 ədəd 500 manat dəyərindəki “LG” markalı televizoru və evin təmirsiz otaqlarında divarlara çəkilmiş vəziyyətdə olan 150 manat dəyərindəki 150 metr elektrik naqilinin oğurlanması barədə məlumat vermişdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 03 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Saray qəsəbəsi yeni yaşayış massivində yerləşən fəri yaşayış evidir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 may 2020-ci il tarixli “İfadənin yerində yoxlanması” haqqında protokoldan görünür ki, Quliyev X28 rayon polis idarəsinin qarşısından polis əməkdaşları ilə birlikdə yolu izah etməklə oğurluq hadisəsinin baş verdiyi, Zərərçəkmiş şəxs10 məxsus Abşeron rayonu Saray qəsəbəsi yerləşən yeni tikiliyə gəlmiş, həmin ünvanda 1 ədəd LG markalı televizoru və elektrik naqillərini oğurladığını təsdiq etmişdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 noyabr 2019-cu il tarixli Abşeron rayon polis idarəsinin raportundan və eyni tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs11 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yerləşən evinin işıqlandırma sisteminin bütün kabel və şünurlarının sökülüb oğurlanması nəticəsində ümumilikdə ona 500 manat məbləğində ziyanın vurulması barədə məlumat vermişdir. Cinayət işinin mteriallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 may 2020-ci il tarixli “İfadənin yerində yoxlanması” haqqında protokoldan görünür ki, Quliyev X28 rayon polis idarəsinin qarşısından polis əməkdaşları ilə birlikdə yolu izah etməklə oğurluq hadisəsinin baş verdiyi, Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu Saray qəsəbəsi yerləşən yeni tikiliyə gəlmiş, həmin ünvandan elektrik naqillərini oğurladığını göstərmişdir. Cinayət işi üzrə təyin olunaraq keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 976 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs3 üzvi şəxsiyyət pozuntusu aşkar edilir. Bunu anmnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hazırki müayinənin nəticələri (anamnestik məlumatlara görə uşaq vaxtı yıxılaraq başının betona dəyərək başında travma alması, yeniyetmə yaşlarından özünü əsəbi şəxs kimixarakterizə edərək onda əsəbilik, hövsələsizlik olması, əsəbi gərginliklər zamanı özünə səthi xəsarətlər yetirməsi, hərbi çağırış zamanı AR SN-nın 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müayinədən keçərək «Mülayim dərəcədə ifadə olunmuş üzvi nevrozabənzər pozuntu anamnezində travması» diaqnozu ilə hərbi xidmətdən azad edilməsi, hal-hazırda «Baş beyin üzvi xəstəliyi nəticəsində əmələ gələn üzvi şəxsiyyət və davranış pozuntuları» diaqnozu ilə Sumqayıt Psixiatriya Xəstəxansında qeydiyyatda olması, hazırki müayinə zamanı təfəkürünün müxtəsərliyi, əsəbiliyi, emosional qeyri-sabitliyi (və s.) sübut edir. Cinayət işi materiallarının və hal-hazırki müayinənin nəticələrini hərtərəfli təhlili belə nəticəyə gəlməyə əsasverir ki, Təqsirləndirilən şəxs3 ifadəli şəxsiyyət dəyişikləri, ağıl zəifliyi və psixi fəaliyyətin müvəqqəti hesab edilən düşüncə pozuntusu əlamətləri müəyyən olunmadığı üçün o, ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarkterini və ictimai təhlükəliyni dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əmələ görə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Abşeron rayon icra hakimiyyəti başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Saray qəsəbəsi 20 yanvar küçəsi ev 14, mənzil 1-də qeydiyyatda olmaqla Saray qəsəbəsi Nazım Hikmət küçəsində qeydiyyatsız yaşayır, onun barəsində hər hansı bir yazılı və şifahi şikayət daxil olmamışdır. Ailə tərkibi anası X7 və qardaşı X1 ibarətdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Abşeron rayon icra hakimiyyəti başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Saray qəsəbəsi 20 yanvar küçəsi ev 14, mənzil 1-də qeydiyyatda olmaqla Saray qəsəbəsi Nazım Hikmət küçəsində qeydiyyatsız yaşayır, onun barəsində hər hansı bir yazılı və şifahi şikayət daxil olmamışdır. Ailə tərkibi anası X7 və qardaşı X1 ibarətdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Abşeron rayon icra hakimiyyəti başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Saray qəsəbəsi yeni məhəllədə qeydiyyatsız yaşayır, onun barəsində hər hansı bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış müvafiq tələbnamədən görünür ki, əvvəllər məhkum olunmamışdırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Abşeron rayon icra hakimiyyəti başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Saray qəsəbəsi A.Heydərov küçəsində yeni tikilidə qeydiyyatsız yaşayır, onun barəsində hər hansı bir yazılı və şifahi şikayət daxil olmamışdır. Ailə tərkibi babası X21, nənəsi X10 və əmisi X8 ibarətdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər icra hakimiyyəti başçısının 25 dekabr 2012-ci il tarixli, 319 nömrəli sərəncamından görünür ki, Təqsirləndirilən şəxs3 valideyn himayəsindən məhrum olduğundan babası Cəmil Quliyev ona qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ağstafa rayon icra hakimiyyəti başçısının Köçvəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Ağstafa rayon Köçvəlili kəndində qeydiyyatdadır, hal hazırda ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır, onun barəsində nümayəndəliyə şikayət ərizəsi daxil olmamışdır. Ailə üzvləri atası X9, X4 və X2 ibarətdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs4 məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış müvafiq tələbnamədən görünür ki, əvvəllər məhkum olunmamışdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Belə ki, məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə verilmiş ittiham üzrə özlərini təqsirli bilməyib həm ibtidai istintaq orqanında aparılan araşdırmanın sonlarında, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrə tənqidi yanaşaraq hesab edir ki, hər iki təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamış və az ağır cinayətin törədilməsinə cəlb edilmiş Təqsirləndirilən şəxs4 münasibətdə onun yaşını bilməmələri, buna görə də onun yetkinlik yaşına çatmamasının onlara məlum olmaması, həmçinin Təqsirləndirilən şəxs4 onlara törədilmiş oğurluq hadisələrini etməyi təklif etməsi barədə qeyd olunanlar cinayət işinin materialları ilə tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs3 18 iyun 2020-ci il tarixli ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 19 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən «Relax» adlanan kafedə əvvəllər tanıdığı Bəhram, Taleh və İsmət adlı tanışları ilə görüşmüşdür. Kafedə olan zaman Bəhram onlara oğurluq etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs4 19 iyun 2020-ci il tarixli ifadəsində həmin xüsusatı təsdiq edərək xx.xx.2020-ci il tarixdə təxminən saat 19 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən «Relax» adlanan kafedə Bəhram, Taleh və Cavidlə görüşdüklərini, kafedə olan zaman Bəhramın onlara oğurluq etməyi təklif etdiyini göstərmişdir. Həmin gün təxminən saat 21 radələrində Zərərçəkmiş şəxs9 məxsus yaşayış evindən qeyd olunan oğurluq hadisəsini törətmişlər. “İfadənin yerində yoxlanması” haqqında 02 may 2020-ci il tarixli protokoldan da görünür ki, ifadəsi yerində yoxlanan Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs9 evindən oğurluq etməyi Bəhramın onlara təklif etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi 04 may 2020-ci il tarixli ifadəsində “Arayol” adlanan çay evində İsmət və Cavidə oğurluq etməyi təklif etdiyini, hər iki şəxsin də onunla razılaşdığını bildirmiş, həmçinin müstəntiqin ona verdiyi suala cavab olaraq Təqsirləndirilən şəxs4 yetkinlik yaşına çatmayan şəxs olduğunu bildiyini də göstərmişdir. Təqsirləndirilən şəxs3 də 18 iyun 2020-ci il tarixli ifadəsində eyni xüsusatı təsdiq edərək 01 fevral 2020-ci il tarixdə “Arayol” adlanan çay evində məhz Nurlanın ona və İsmətə oğurluq etməyi “təklif” etdiyini göstərmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 da eyni xüsusatı bir daha təsdiq edərək 01 fevral 2020-ci il tarixdə “Arayol” adlanan çay evində Nurlanın ona və Cavidə oğurluq etməyi “təklif” etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs2 özü də 04 may 2020-ci il tarixli ifadəsində 01 fevral 2020-ci il tarix saat 21 radələrində “Arayol” adlanan çay evində X41 qəsəbəsi ərazisində oğurluq etməyi təklif etdiyini, bundan sonra Zərərçəkmiş şəxs2 evindən qeyd olunan oğurluq hadisəsi baş verdiyini bildirmişdir. Həmin gün yenə Saray qəsəbəsində evlərdən birinin işığının yanmadığını görüb yenə Cavid və İsmətə oğurluq etməyi təklif etmiş və onlar razılaşmışdır, daha sonra Zərərçəkmiş şəxs6 evindən qeyd olunan oğurluq hadisəsini törətmişlər. Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsində göstərilir ki, 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etməklə törədilməsi beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunun mənasından göründüyü kimi on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsi, yetkinlik yaşına çatmayanı zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi cinayətkar fəaliyyətə cəlb etmə isə Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə tövsif olunur. Qanunverici əməlin 170.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetkinlik yaşına çatmayanı cinayətkar qrupa cəlb etmənin aldatma, vədlər vermə, hədə-qorxu gəlmə, zor tətbiq etməklə və ya zor tətbiq etmək kimi bir tələb qoymamış, yetkinlik yaşına çatmayanın cinayətkar qrupa yuxarıda sadalanan üsullar olmadan da “cəlb” edilməsi əməlin Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə tövsif edilməsi üçün kifayət etmişdir. Təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdiyi ifadələrdən də göründüyü kimi Azərbaycan Respublikası CMnin 170.3-cü maddəsi ilə ittiham verilmiş epizodlar məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs4 qazanc əldə etmək üçün oğurluq cinayət hadisəsini törətməyi təklif etmiş, bununla da yetkinlik yaşına çatmayanı cinayətkar qrupa cəlb etmişlər. Məhkəmə hesab edir ki, qanunvericinin bu mövqeyi iştirakçılıqla törədilən cinayətlərin təhlükəliliyinin daha yüksək olması ilə şərtlənir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 170.3, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 194.1-ci, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 170.3, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 194.1-ci, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə, Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə verilmiş ittihamda göstərilən hərəkətlərin onlar tərəfindən törədilməməsi barədə hissəsinə münasibət bildirərək göstərir ki, ittiham olunduqları cinayət əməlinin törədilməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yuxarıda istinad olunan məhkəməyədək icraat zamanı verdikləri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri sübut kimi qəbul edir. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ittihamda qeyd edilən bütün əşyaları oğurlamadıqları, yalnız bir qisim əşyaları gizli olaraq talamaları barədə məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək təqsirləndirilən şəxslərin ittiham olunduqlarını cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiələri üçün gətirdikləri dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının” izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Məhkəmə, cinayət hadisəsini törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 münasibətdə hesab edir ki, onun törətmiş olduğu cinayət əməllərinə tənqidi yanaşaraq peşman olması, cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmaması nəzərə alınmaqla təqsirli bilindiyi maddələr ilə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu hissədə məhkəmənin gəldiyi nəticə, həmçinin Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsinin tələblərinə də cavab verir. Belə ki, sözügedən maddədə göstərilir ki, yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Təqsirləndirilən şəxs4 qarşı irəli sürülmüş ititham üzrə cinayətlərin az ağır cinayət kateqoriyasına aid olmasını, eləcə də həmin cinayət əməllərinin zor təbiq edilməklə törədilmədiyini, həmin cinayət əməlləri nəticəsində ağır nəticələr baş vermədiyini və cinayət nəticəsində vurulmuş ziyanın tamamilə ödənməsini məcmu halda nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Eyni zamanda yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası yetkinlik yaşına çatmayanlara 2 (iki) aydan 2 (iki) ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi onun cəzasını yüngülləşdirən haldır, CM-nin 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 cəzasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirən hal və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirən hal və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs4 cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə, cinayəti törədərkən yetkinlik yaşına çatmaması Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 17 fevral 2020-ci il tarixdən 21 mart 2022-ci il tarixədək həbsdə saxlandığı 2 il 1 ay 4 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxalanmalıdır. Təqsirləndirilən şəxs2 27 dekabr 2020-ci il tarixdən 21 mart 2022-ci il tarixədək həbsdə saxlandığı 1 il 2 ay 22 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxalanmalıdır. Təqsirləndirilən şəxs3 tutulduğu 04 fevral 2020-ci il tarixdən 06 fevral 2020-ci il tarixədək olan 3 gün, 07 fevral 2020-ci il tarixdən 08 fevral 2020-ci il tarixədək olan 2 gün, 26 fevral 2020-ci il tarixdən 28 fevral 2020-ci il tarixədək olan 3 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanmalı, cəza çəkmə müddətinin başlanğıcı onun həbsə alındığı 19 oktyabr 2021-ci il tarixdən hesablanmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs4 həbsdə saxlandığı 27 dekabr 2020-ci il tarixdən 01 iyun 2021-ci il tarixədək olan 5 ay 4 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzaya hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs4 həbsdə saxlandığı 5 ay 4 gün müddəti azadlığın məhdudlaşdırılması cəzasının 10 ay 8 gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və o, həmin cəzanı yaşayış yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs4 üzərinə saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, eləcə də təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan 08/2013-cü il tarixdə Koreyada istehsal edilmiş 01 ədəd qara rəngli «LG» markalı 42LN540V model televizor və iş üzrə Şahid2 götürülmüş cinayətin predmetləri olan 10/2014-cü il tarixdə Koreyada istehsal edilmiş 01 ədəd qara rəngli «LG» markalı 42LB561V model və 01 ədəd qara rəngli «Samsung» markalı LE32C550J1W model televizorların sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə olan məhkəmə ekspertizalarının keçirilməsi ilə bağlı mövcud olan 50 manat dəyərində məhkəmə xərci Təqsirləndirilən şəxs1 12 manat 50 qəpik (on iki manat əlli qəpik), Təqsirləndirilən şəxs212 manat 50 qəpik (on iki manat əlli qəpik), Təqsirləndirilən şəxs3 12 manat 50 qəpik (on iki manat əlli qəpik) və Təqsirləndirilən şəxs4 12 manat 50 qəpik (on iki manat əlli qəpik) olmaqla ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346- 347, 349, 350, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı 2 il 1 ay 4 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 5 il 4 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 13 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 194.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-ci maddəsi ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrumetmə cəzasının 1 (bir) gününə bərabər tutulub hesablanmaqla və Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 8 il azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı 1 il 2 ay 27 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 6 il 9 ay 3 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 13 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 həbsdə saxlandığı 2 il 2 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 19 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 həbsdə saxlandığı 5 ay 4 gün müddəti azadlığın məhdudlaşdırılması cəzasının 10 ay 8 gün müddətinə bərabər tutulmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 1 il 1 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Sumqayıt şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 08/2013-cü il tarixdə Koreyada istehsal edilmiş 01 ədəd qara rəngli «LG» markalı 42LN540V model televizor, 10/2014-cü il tarixdə Koreyada istehsal edilmiş 01 ədəd qara rəngli «LG» markalı 42LB561V model televizor və 01 ədəd qara rəngli «Samsung» markalı LE32C550J1W model televizorların sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 12 manat 50 qəpik (on iki manat əlli qəpik), Təqsirləndirilən şəxs212 manat 50 qəpik (on iki manat əlli qəpik), Təqsirləndirilən şəxs3 12 manat 50 qəpik (on iki manat əlli qəpik) və Təqsirləndirilən şəxs4 12 manat 50 qəpik (on iki manat əlli qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar