Məhkəmə qərarları › İş №1(124)-113/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-113/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-113/2025 23.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X9 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X11, Müdafiəçi – Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X4, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 2006-cı il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə, saat 21 radələrində Quba şəhəri, Meydan adlanan ərazidə yerləşən parkın içərisində əvvəllər tanımadığı Quba şəhər sakini Zərərçəkmiş şəxs xoşagəlməz zarafat etməsi, mübahisənin gedişində söyüb təhqir etməsini bəhanə edib özünü ətrafdakılara qarşı qoyaraq cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozub, özünü cəmiyyətdəki şəxslərin fövqündə qoyaraq ətrafdakı şəxslərin yanında, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, xuliqanlıq niyyəti ilə mübahisənin gedişində parkın yaxınlığında yerləşən yaşadığı evə gedib yataq otağında olan, qatlanan cib bıçağını götürərək açıq şəkildə əynində olan şalvarın cibinə qoyub yenidən mübahisə yerinə qayıdaraq həmin bıçaqla Zərərçəkmiş şəxs qarın boşluğuna qəsdən bir dəfə zərbə vurub sonuncuya müvafiq olaraq qarının ön divarında göbəkdən solda və yuxarıda qarın boşluğuna nüfuz edərək yoğun bağırsağın və piyliyin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası olmaqla yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, daha sonra öz qərəzli hərəkətlərini davam etdirib həmin cib bıçağı ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən, döş qəfəsindən və sol ayağından qəsdən vuraraq sonuncuya başında sol təpə nahiyəsində kəsilmiş yara, döş qəfəsinin sol tərəfində arxada daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yara, sol budun orta 1/3-nin arxa səthində deşilmiş-kəsilmiş yara olmaqla sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba şəhəri, Meydan adlanan ərazidə yerləşən parkın içərisində restoranda yemək yemiş, daha sonra mağazaya getmək qərarına gəlmişdir. Mağazaya gedən zaman Zərərçəkmiş şəxsla qarşılaşmışdır. Əvvəllər onun Ayazla münasibəti olmamış, onu tanımamışdır. O, siqaret istəmişdir. Ayaz isə onda siqaret olmadığını bildirmişdir. Daha sonra Ayaz yenidən ona “səninlə məzələnirdim, əslində siqaretim var” deyə bildirmişdir. O da əsəbləşərək Ayaza “mən səninlə tanışam ki, sən mənimlə məzələnirsən” deyə bildirmişdir. Daha sonra Ayaz ona hədə-qorxu gəlmiş və nalayiq ifadələr işlətmişdir. O, Ayazın onu təhqir etməsinə dözə bilməmiş və özünü Ayazdan müdafiə etmək məqsədi ilə üzərində olan bıçaqla Ayazın qarın nahiyəsinə 1 ədəd bıçaq zərbəsi yetirmişdir. Daha sonra Ayaz ona yumruq atmış və o, yenidən özünü müdafiə məqsədi ilə Ayazın qolunun altına və baş nahiyəsinə, ona təpik atan zaman isə ayaq nahiyyəsinə xəsarət yetirmişdir. Zərbələrdən sonra onların hər ikisi yerə yıxılmış, bir müddət sonra o, ayağa qalxaraq evə getmişdir. Daha sonra o, könüllü şəkildə polisə təslim olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, yaxınlaşan zaman Ayazgil 3-4 nəfər olmuşlar. O, Ayazın yanında olan şəxsləri tanıyırmış, amma onlarla münasibəti olmamışdır. O, birinci Ayazdan siqaret istəmiş və Ayaz onda siqaret olmadığını bildirdikdən sonra Orxandan siqaret istəmişdir. Hadisə gününə kimi Ayazla heç bir münasibəti olmamışdır. Ayaz onun ünvanına nalayiq söyüşlər söymüşdür. Hadisə zamanı onlar Ayazın yanındakı şəxslərdən bir az aralaşmışlar. Parkda əlavə başqa şəxslər olmamışdır. Hadisə vaxtı bıçaq onun üzərində olmuşdur. O, restoranda işlədiyi üçün nəyisə doğramaq məqsədi ilə üzərində bıçaq gəzdirirmiş. İbtidai istintaq zamanı cinayət törətdiyi bıçağı təqdim etmişdir. O, birinci Ayazın qarın nahiyəsindən bıçaq zərbəsi vurmuşdur. O, zərərçəkmiş şəxslə barışmışdır. O, 9-cu sinifə kimi məktəbə getmiş, daha sonra ofisiant kimi işləməyə başlamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni xatırlayır. Onun qardaşı da həmin parkda olmuş, o, Ayazgilə yaxınlaşdıqdan sonra qardaşı oradan uzaqlaşmışdır. O, hadisə yerindən getmiş və daha sonra yenidən hadisə yerinə qayıtmışdır. Onların arasında mübahisə yarandıqdan sonra o, evə getmiş və evdən bıçağı götürərək yenidən hadisə yerinə qayıtmışdır. İkinci dəfə hadisə yerinə qayıdan zaman qardaşı ondan hara getdiyini soruşmuş o, isə narahat olmamamsını bildirmişdir. Ayaz onu həm vurmuş, həm də söymüşdür. Ətrafdakı şəxslər Ayazın onu söyməsini və vurmasını görmüşlər. Onların evi ilə hadisə baş verən yer arasında qısa məsafə var. Birinci mübahisə ilə ikinci mübahisə arasında 15 dəqiqə vaxt olmuşdur. İkinci mübahisənin nə qədər davam etdiyini xatırlamır, amma uzun müddət çəkməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən ona qarşı heç bir təzyiq və təsir olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Ayaz onun üzərinə gəldiyi üçün ona əlavə zərbələr yetirmişdir. Hadisədən sonra o, dayısının yanına getmək istəmiş, amma qardaşının nömrəsi ilə polis əməkdaşları ona zəng etmiş və ondan harada olduğunu soruşmuşlar. O, restoranda olduğunu və təslim olmağa gedəcəyini bildirmişdir. Polis əməkdaşları ona olduğu yerdə qalmasını bildirmiş və restorana gələrək onu götürüb polis şöbəsinə aparmışlar. Səhv etmirsə ona Vüsal adlı polis əməkdaşı zəng etmişdir. Polis idarəsində olan zaman onun barəsində rəsmiləşdirmə aparılmışdır. Onun valideynləri ilə münasibəti yaxşıdır. O, cinayət hadisəsi baş verən gün tutulmamışdan əvvəl atasına zəng edib olanları bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, dostu Alekslə birlikdə parka getmişlər. Onlar çayxanaya getmək istəmiş, amma parkda oturub dondurma yedikdən sonra getmək qərarına gəlmişlər. Onun dostu Aleksin Orxangillə yaxşı münasibətləri olmuşdur. Aleks Orxangilin yanına getmək istədiyini bildirmiş və onlar getmişlər. Onlar birlikdə oturub söhbət edən zaman Kənan gəlmiş və onlardan siqaret istəmişdir. O, Kənana onda siqaret olmadığını bildirmiş, Kənan ondan nə dediyini soruşduqda o, zarafat etdiyini bildirmişdir. Daha sonra Kənanın qardaşı Cəmil onun üzərinə gəlmiş və onu Meydanın başına aparmışdır. O, Cəmilə qardaşı ilə söhbət etdiyini, onun qarışmamasını bidirmişdir. O, Kənanı vurmamış və söyməmişdir. O, Cəmillə söhbət edən zaman Kənan hadisə yerindən uzaqlaşmışdır. Daha sonra Kənan yenidən parka gəlmiş və onu kənara çəkmişdir. Həmin vaxt Kənanın bir dostu da gəlmiş, Kənandan nə isə problem olub-olmadığını soruşmuşdur. O həmin şəxsə baxan zaman Kənan qışqırmış və bıçaqla onun qarın nahiyəsinə zərbə yetirmişdir. O, bıçaq zərbəsindən sonra arxaya getmiş, daha sonra Kənan onun başından tutub aşağı əymiş və ona yenidən xəsarətlər yetirmişdir. Kənan birinci dəfə onun qarın nahiyyəsinə, sonra isə sol kürək, baş və ayaq nahiyələrinə xəsarət yetirmişdir. O, özünü qorumaq məqsədi ilə Kənana təpiklər vurmuşdur. O, əynindəki köynəklə qarın nahiyəsini bağlamağa çalışmışdır. Uşaqlar Kənangili tutmuşdur. O, həmin vaxt sadəcə bir dəfə söyüş söymüşdür. Daha sonra o, taksiyə minmiş və Alekslə birlikdə xəstəxanaya getmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, birinci dəfə görüşən zaman o, Kənana söyüş söyməmiş, ikinci dəfə isə bıçaqla xəsarət yetirdikdən sonra bir dəfə söyüş söymüşdür. Kənan zərbələrin hamısını ard-arda vurmuşdur. Kənan ikinci dəfə ona yaxınlaşana kimi 6 dəqiqə vaxt keçmiş, həmin müddətdə o, Cəmillə söhbət etmiş, Kənanın hara getdiyini bilməmişdir. Mübahisə vaxtı ərazidə çox uşaq olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs onun xəstəxana xərclərini çəkmişdir. Ondan şikayətçi deyildir, ona qarşı heç bir tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü Kənan ona zəng etmiş və onlar Meydan adlanan parkda görüşmüşlər. Həmin vaxt onlarla birlikdə Nihad da orada olmuşdur. Onlar yemək sifariş verdikdən sonra kimsə Kənanı çağırmış və Kənan çölə çıxmış, Nihad da onun arxasınca çölə çıxmışdır. Bir müddət keçdikdən sonra Kənangil qayıtmış, amma daha sonra yenə də Kənanı çölə çağırmışlar. 3-cü dəfə Kənanı çağırdıqdan sonra o da çölə çıxmış, amma Nihad içəridə oturmuşdur. O, çölə çıxan zaman Ayazla Kənanın mübahisə etdiyini görmüşdür. Ayaz onun sinif yoldaşı olmuş və o, Ayazı kənara çəkərək onun xətrinə çıxıb getməsini bildirmişdir. Daha sonra Ayazla Kənan kənara çəkilmiş və Kənan bıçaqla Ayazı vurmuşdur. O, Kənanı arxadan tutmuş və həmin vaxt Ayaz təpiklə Kənanı vurmuş, Kənan yerə yıxılmışdır. Həmin vaxt Nihad gəlmiş və Ayazı tutmuşdur. Daha sonra Ayaz yenidən Kənanın üzərinə gəlmiş və onlar biraz dalaşmışlar. O, Ayazı tutub kənara-otluqların üzərinə çəkmiş, həmin vaxt Ayaz vəziyətinin pis olduğunu, onu buraxmasını söyləmişdir. O, Ayazı buraxmış və Ayaz çıxıb getmişdir. O, Kənanla sağollaşmış və taksiyə minərək hadisə yerindən uzaqlaşmışdır. O, daha sonradan mübahisənin nə üstündə baş verdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, hadisə parkın ərazisində baş vermişdir. Hadisə yerində hansı şəxslərin olduğunu dəqiq xatırlamır. Mübahisənin səbəbi barədə nə Ayazla, nə də Kənanla danışmışdır. Aşağı tərəfə Ayazla Kənan özləri getmişlər. Onlar durduqları yerdə 5-6 nəfər şəxs olmuşdur. Hadisə vaxtı hava ala qaranlıq olmuşdur. O, çölə çıxdıqdan sonra Kənanla Ayaz arasında təxminən 5 dəqiqə mübahisə olmuşdur. Onlardan əlavə 2-3 nəfər kənar şəxs də olmuşdur. Mübahisəni dayandırmaq üçün o, Ayazı tutmuşdur. Ayazın yanındakı dostu Ayazı hadisə yerindən uzaqlaşdırmışdır. Onlar restoranda bir dilim çörək yedikdən sonra Kənan çölə çıxmışdır. Həmin vaxt süfrədə spirtli içki olmamışdır. Həmin restoranda spirtli içki satılmırmış. İbtidai istintaq zamanı ona qarşı heç bir təzyiq və təsir olunmamışdır. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs iki ilə yaxın müddətdir ki, tanımış, aralarında dostluq münasibətləri olmuş, heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Həmin vaxt o Quba şəhərində yerləşən Şahdağ idman klubuna getmiş və Kənan da həmin idman klubuna gəlib gedən zaman tanış olmuşlar. 17 aprel 2024-cü il tarixdə saat 18 radələrində Kənan və digər otaq tanışları Nihad və Məhəmmədəli ilə birlikdə Quba şəhəri Meydan adlanan ərazidə görüşmüşlər. Onu görüşməyə Kənan dəvət etmişdir. Təxminən saat 20 radələrində Quba şəhəri, Meydan adlanan əraziyə gəlmiş və orada olan parkın içərisində yerləşən “Mahir fast food” adlı kafedə əyləşib yemək yemişlər. Bir qədər sonra Kənan onlara çölə çıxıb gələcəyini demiş, onlar isə kafedə qalmışlar. Təxminən 5 dəqiqə sonra Nihad da Kənanın arxasınca çölə çıxmışdır. 10- 15 dəqiqə keçməsinə baxmayaraq, nə Kənan, nə də Nihad kafeyə geri qayıtmadığından o və Məhəmmədəli də çölə çıxmışlar. Kafedən bir qədər irəlidə, park oturacağının yaxınlığında Ayazla Kənanın mübahisə etdiyini görmüşlər. O, Məhəmmədəli ilə mübahisə yerinə yaxınlaşmış, orada həmçinin Kənanın qardaşı Cəmil, həmçinin Quba şəhər sakinləri olan Orxan, Aleks və Əli adlı şəxslər də olmuşdur. O, Ayazı uzun illərdir ki, tanımış, Ayaz onunla 8 il eyni məktəbdə oxumuş, sinif yoldaşı olmuşlar, sonradan o təhsil aldığı məktəbi dəyişmişdir. Ayazla münasibəti olduğundan Ayaza yaxınlaşıb mübahisəyə son qoymasını, çıxıb getməsini xahiş etmişdir. Ayaz ona Kənanın qardaşı Cəmillə söhbət etdikdən sonra çıxıb gedəcəyini bildirmişdir. Ayaz Cəmillə mübahisə yerindən bir qədər kənarlaşıb qıraqda söhbət etməyə başlamışlar. Həmin vaxt Kənan oradan uzaqlaşıb parkın yaxınlığında yerləşən yaşadığı evə getmişdir. O da Məhəmmədəli və Nihadla birlikdə parkın kafe tərəfdən olan giriş qapısının yaxınlığında dayanmışdır. Kənan bir qədər sonra yenidən parka qayıdıb gəlmişdir. Ayaza tərəf yaxınlaşmış, Ayaz Cəmillə söhbət etmiş, Kənan Ayazı qolundan tutub parkın aşağı hissəsinə doğru aparmışdır. Kənanın araxasınca əvvəlcə Nihad getmişdir. Daha sonra o da Məhəmmədəli ilə birlikdə Kənanla Ayazın ardınca getmişdir. Ayazla Kənan arasında yenidən mübhisə baş vermişdir. Bu zaman Kənan cibində olan bıçağı anidən çıxarıb Ayazın qarın boşluğundan bir dəfə zərbə endirmişdir. Ayaz bıçaq zərbəsi aldıqdan sonra bir qədər arxaya çəkilmiş, əli ilə qarın nahiyəsinə toxunduqda qanadığını görmüşdür. Ayaz Kənanın bıçaqla vurmasından qəzəblənib Kənanı nalayiq ifadələrlə təhqir etmiş və Kənanın üzərinə gələrək təpiklə vurmaq istədikdə Kənan yenidən bıçaqla Ayaza zərbələr endirmişdir. Həmin vaxt Ayaz da Kənanın sifət nahiyyəsindən təpik zərbəsi endirmişdir. Kənan zərbənin təsirindən yerə yıxılmışdır. O, həmin anda Kənana yaxınlaşıb yerdən qaldırmışdır. Nihadla Məhəmmədəli də Ayazı otluğun üzərinə tərəf aparmışlar. Ayaz tanışı Aleksin köməkliyi ilə qarnını tutub məscidə doğru qaçaraq getmişdir. Kənan da parkın yan giriş qapısından çıxıb yaşadığı ev istiqamətində hərəkət etmişdir. Bundan sonra o, əyləşdiyi kafeyə gedib oradan çantasını götürmüş və yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs parkda əyləşən Ayaz Həşimova yaxınlaşıb siqaret istəmiş, bu zaman Ayazın Kənanla zarafat etməsi Kənanın xoşuna gəlmədiyindən aralarında mübahisə yaranmış, həmin mübahisənin davamında Kənan Ayazı bıçaqla vuraraq xəsarət yetirmişdir. Hadisə zamanı Kənan Ayazı əlində olan bıçaqla bir neçə dəfə bədəninin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirmişdir. Həmçinin Ayaz da Kənanı təpiklə sifət nahiyyəsindən bir dəfə vurmuşdur. Hadisə 17 aprel 2024-cü il tarixdə, saat 21 radələrində Quba şəhəri Meydan adlanan ərazidə yerləşən parkın içində başlamış və orada başa çatmış, təxminən 15-20 dəqiqə müddətində davam etmişdir(cild 01, iş vər. 100-103). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, sonradan bıçaqlanma hadisəsinin baş verdiyini bilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə günü o, Elmir və Kənan yemək yemək üçün restorana getmişlər. Daha sonra Kənanı çölə çağırmışlar. Kənanla birlikdə o da çölə çıxmışdır. Daha sonra onlar restorana qayıtmış, yemək yeməyə başlamış və yenidən Kənanı çölə çağırmışlar. Onlar yemək yeyən zaman yenə də Kənanı çağırmışlar və Kənan Elmirlə birlikdə çölə çıxmışdır. O, 15 dəqiqə gözləmiş və Kənangilin gəlmədiyini görüb ofisiantı çağırmış, telefonların süfrədə qaldığını və onun çölə çıxıb gələcəyini bildirmişdir. 15 dəqiqə içində Kənanla Ayaz mübahisə etmişlər. O, həmin vaxt içəridə olduğu üçün mübahisəni görməmiş, çölə çıxan zaman Kənanı tutduqlarını görmüşdür. O, Ayazı arxa tərəfə çəkmiş və əlinə baxan zaman əlinin qan olduğunu görmüşdür. Daha sonra mübahisənin səbəbini öyrənmişdir. Kənanı birinci və ikinci dəfə çölə çağıran şəxs Kənanın tanışı olmuş, amma 3cü dəfə çağıran şəxsi tanımamışdır. Mübahisə olan yerlə restoran arasında böyük məsafə var. İbtidai istintaq zamanı verdiyi ifadəni xatırlamır. İbtidai istintaq zamanı da hadisəni olduğu kimi danışmışdır. İbtidai istintaq zamanı ona qarşı heç bir təzyiq və tsir olunmamışdır. Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir (cild 01, iş vər. 117-119). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, o, Ayazın Kənanı təpiklə vurmasını görmüşdür. O, əlinin qan olduğnu gördükdən sonra bıçaqlanma baş verdiyi anlamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Kənanla Ayazın dalaşdığını görmüş, amma bıçaqlanma hadisəsi baş verən zaman hadisə yerində olmamışdır. Kənanla Ayazın dalaşma səbəbini bilməmişdir. O, Ayazı kənara çəkmiş və onlar danışıb barışmışlar. Daha sonra o, Kənanın hadisə yerində olmadığını görmüş və evə doğru getmişdir. O, yolda qardaşı Kənanla qarşılaşmış və ondan haraya getdiyini soruşmuş, Kənan isə Meydana - uşaqların yanına getdiyini bildirmişdir. O, Ayazla söhbətin bağlandığını və söhbəti yenidən açmamasını bildirmişdir. O, ibtidai istintaq zamanı da eyni məzmunlu ifadə vermişdir. O, Kənandan mübahisənin səbəbini soruşmamışdır. Ayazdan mübahisənin səbəbini soruşan zaman Ayaz siqaret üstündə mübahisə yarandığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Şahid3 4 ilə yaxın müddətdir ki, tanıyır, qonşusudur. Həmçinin Təqsirləndirilən şəxs da qiyabi olaraq tanımış, Kənanla Quba şəhəri, Meydan adlanan ərazidə bir neçə dəfə rastlaşmış, başqa münasibətim olmamış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 17 aprel 2024-cü il tarixdə, saat 20 radələrində Ayazla birlikdə çay içmək üçün Quba şəhəri, Meydan adlanan əraziyə getmişlər. Yolda marketə girib özlərinə dondurma almışlar və yeyə- yeyə Meydan adlanan əraziyə çatmışlar. Əllərində dondurma olduğundan kafeyə girməyin ayıb olduğunu düşünüb parkda oturacaqda əyləşmişlər. Həmin vaxt onlardan bir qədər aralıda, boks aparatının yanında yerləşən oturacaqda da digər tanışları Orxan, Firudin və Kənanın qardaşı Cəmilin əyləşib söhbət edirmişlər. O Ayaza onların yanına getməyi təklif etmişdir. Ayazla o, oraya gedib tanışları ilə salamlaşıb söhbət etməyə başlamışlar. Bu zaman Kənan parkın içərisində yerləşən “Mahir fast food” adlı kafenin olduğu tərəfdən onların olduğu yerə tərəf gəlmişdir. Kənan ümumi hamıya səslənib salamlaşaraq siqaret istəmişdir. Ayaz bu zaman Kənana siqareti olmadığını demişdir. Yanlarında olan şəxslərdən biri Kənana çıxarıb siqaret vermişdir. Həmin vaxt Ayaz Kənana “siqaretim var idi, səninlə məzələnirdim” demişdir. Kənan da Ayaza “mən sənin üçün məzəyəm bəyəm, sən mənimlə məzələnirsən” demiş və Ayazın üzərinə getmişdir. Ayazla Kənanın arasında söz mübahisəsi baş vermişdir. Bu zaman Kənanın qardaşı Cəmil də mübahisəyə qoşulub söhbəti aydınlaşdırmağa çalışmışdır. Cəmil Ayazı qolundan tutub kənara çəkmiş və qardaşı Kənan ilə zarafatı olduğunu bildirmişdir. Təxminən 15-20 dəqiqə orada Cəmillə Ayaz söhbətləşib aralarında olan incikliyi yoluna qoyub yenidən onların yanına qayıtmışlar. Həmin vaxt Kənan park ərazisindən çıxıb evlərinə tərəf getmişdir. Cəmil də Kənanın ardınca evə getmişdir. Bu zaman Kənan evdən çıxıb parka tərəf qayıtdıqda yolda Cəmil Kənanı saxlamış və Kənandan cibində nə olduğunu soruşmuşdur. Kənan da öz ata və anasının canına and içib heçnə olmadığını demişdir. Bundan sonra Cəmil Kənanı buraxmış və evinə getmişdir. Kənan yenidən parka gəlib Ayaza yaxınlaşıb, qolundan tutub “gəl biraz kənara, səninlə işim var” deyə bildirmişdir. Ayaz Kənanla birlikdə parkın aşağı hissəsinə doğru yol ilə hərəkət edə-edə getməyə başlamışdır. Bir qədər getdikdən sonra Ayazla Kənan karuselin yaxınlığında dayanmışdır. O Ayazla Kənandan təxminən 20-25 metr aralıda dayanmışdır. Kənan bir anda cibindən bıçağı çıxarıb Ayazı qarın boşluğundan vurmuşdur. Bu zaman Ayaz arxaya doğru çəkilmişdir. Yaxınlıqda olan Kənanın dostları qaçaraq onlara yaxınlaşıb aralaşdırmağa çalışmışlar. Ayaz Kənanın üstünə gedib Kənanı vurmaq istədikdə, Kənan yenə Ayaza bir neçə bıçaq zərbələri endirmişdir. Həmçinin Ayaz da Kənanı təpiklə sifətindən vurmuşdur. Kənan zərbənin təsirindən yerə yıxılmışdır. O, yaxınlıqda olsa da, Kənanın əlində bıçaq olmasından ehtiyat edib aralarına girməmişdir. Ayaz otluğa tərəf keçmiş və onu çağırmış, Kənanın ünvanına söyüş söyərək bıçaqla vurduğunu demişdir. Ayaza yaxınlaşmış və qanaxmasının qarşısını almaq üçün əlində olan köynəyi qarın boşluğundakı yaranın üzərinə tutmuşdur. Ayaza kömək edib onu taksiyə tərəf aparmışdır. Ayazla birlikdə taksiyə əyləşib xəstəxanaya getmişdir. Təqsirləndirilən şəxs parkda əyləşən Zərərçəkmiş şəxs yaxınlaşıb siqaret istəmiş, bu zaman Ayazın Kənanla zarafat etməsi Kənanın xoşuna gəlmədiyindən aralarında mübahisə yaranmış, həmin mübahisənin davamında Kənan Ayazı bıçaqla vuraraq xəsarət yetirmişdir. Hadisə zamanı Kənan Ayazı əlində olan bıçaqla bir neçə dəfə bədəninin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirmişdir. Həmçinin Ayaz da Kənanı təpiklə sifət nahiyyəsindən bir dəfə vurmuşdur. Hadisə 17 aprel 2024-cü il tarixdə, saat 21 radələrində Quba şəhəri Meydan adlanan ərazidə yerləşən parkın içində başlamış və orada başa çatmış, təxminən 15-20 dəqiqə müddətində davam etmişdir (cild 01, iş vər. 109-111). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 22:45-də Quba RDM-nin feldşeri Həybətov Quba Rayon Polis X5 zəng edərək, Quba rayon Tüləkəran kənd sakini xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqlanaraq “qarın boşluğuna nufuz edən deşilmiş yarası, başın və sol baldırın kəsilmiş deşilmiş yarası” diaqnozu ilə RDM-nə daxil olması barədə məlumat vermişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Baxış aparılması haqqında” protokoldan görünür ki, Quba Rayon Polis X5 daxil olmuş məlumata əsasən Zərərçəkmiş şəxs bıçaqlanaraq xəsarət alması faktına görə Quba şəhəri, Meydan adlanan ərazidə yerləşən parkda hadisə yerinə baxış keçirilmişdir. Hadisə Quba şəhəri, Heydər Əliyev prospektində avtomobil yolunun sağ kənarında yerləşən Meydan ərazisindəki parkda baş vermişdir. Parkın kənarları 4 tərəfdən asfalt avtomobil yolları ilə əhatə olunmuşdur. Parka daxil olmaq üçün əsas və 3 əlavə giriş qapısı mövcuddur. Parkın daxilində "Mahir fast food" adlı kafe, uşaq əyləncə qurğuları, karusellər, sakinlərin əyləşməsi üçün taxta oturacaqlar mövcuddur. Axşam və gecə saatlarında parkın işıqlandırılması üçün işıq dirəkləri quraşdırılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri əyani formada göstərməsi təklif edilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs, parkın İçərisində xəsarət yetirdiyi Zərərçəkmiş şəxs taxta oturacağın yanında dayandığı yeri göstərmişdir. Həmin oturacağa yaxınlaşıb siqaret istədikdən sonra aralarında söz mübahisəsi baş verməsini, daha sonra yaşadığı evə gedib özünə məxsus cib bıçağını götürdükdən sonra həmin yerə qayıdıb Zərərçəkmiş şəxs qolundan tutub kənara çəkərək söhbət edə-edə parkın aşağı hissəsinə doğru apardığı və Zərərçəkmiş şəxs bıçaqla zərbə endirdiyi yeri, sonra isə bıçaqla xəsarət yetirdikdən sonra Zərərçəkmiş şəxs otların üzərində olduğu yeri əyani olaraq göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs mübahisə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd qatlanan cib bıçağını da çıxarıb təqdim etmişdir. Həmin bıçağın həm tutacaq yeri, həm də kəsici hissəsi qara rəngli dəmir materialdandır. Bundan başqa təqdim edilmiş bıçağın dəmir kəsici hissəsinin üzərində qan ləkələrinin də olması müəyyən edilmişdir. Müvafiq foto şəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 05-16). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Götürmə haqqında” protokoldan görünür ki, X7 təcili tibbi yardım şöbəsinin tibb bacısı X12 təqdim edilən zərərçəkimş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli, üzərində ‘Tema Vodka” yazısı olan qısaqol yay köynəyi, bir ədəd qara rəngli, kapuşonlu, hər işi qolunda “DSQUARED2” yazısı olan idman gödəkçəsi və bir ədəd göy rəngli cins şalvar götürülmüşdür (cild 01, iş vər. 42-45). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 aprel 2024-cü il tarixli, 272 nömrəli rəyindən görünür ki. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - başında sol təpə nahiyəsində kəsilmiş yara kəsici əşyanın, döş qəfəsinin sol tərəfində daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yara, qarının ön divarında göbəkdən solda və yuxarıda qarın boşluğuna nüfuz edərək yoğun bağırsağın və piyliyin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara, sol budun orta 1/3-nin arxa səthində deşilmişkəsilmiş yara deşici-kəsici əşyanın (əşyaların), təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 17 aprel 2024-cü il tarixdə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni bıçaqla vurulma nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə başın sol təpə nahiyəsində bir yerdə, döş qəfəsinin sol tərəfində arxada bir yerdə döş boşluğuna nüfuz etməyən yara və sol budun orta 1/3-nin arxa səthində bir yerdə olan yaralar istər hər biri ayrı-ayrılıqda, istərsə də birlikdə dərəcəsinə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya, qarının ön divarında göbəkdən yuxarıda və solda bi yerdə qarın boşluğuna nüfuz edərək yoğun bağırsağın və piyliyin zədələnmsi ilə nəticələnən deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlıqda ağır zərər vurmaya aidddir (cild 01, iş vər. 46-48). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 aprel 2024-cü il tarixli, 276 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - alt dodağın selikli qişasında azilmiş yara və sag dirsəkdə sıyrıq küt əşyanın (əşyaların) sol əlin çeçələ barmağının arxa səthində səthi kəsilmiş yara kəsici əşyanın təsirindən törəməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 17 aprel 2024-cü il tarixə uyğun gəhbu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələbilər və istər ayrı-ayrılıqda, istərsə də birlikdə sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir (cild 01, iş vər. 49-50). Cinayət işinin materiallarına əlavə olunan notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Qanuni nümayəndə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 01, iş vər. 112). Cinayət işinin materiallarında olan komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 20 may 2024-cü il tarixli 1427 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onlarə idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci məddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, kobudluq və s. kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmir. O, danışdıqlarını düzgün qavramaq qabiliyyətinə malikdir. Onda başqa şəxslərin təsiri altında hərəkət etməyə və ya danışmağa meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qeyd olunan hadisə zamanı psixi-emosional halında hirslilik yaranmışdır (cild 01, iş vər. 122-124). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il “Ərizə”dən görünür ki, Zaidov X18 Rayon Polis X6 ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Quba şəhəri Meydan adlanan ərazidə Zərərçəkmiş şəxs ilə aralarında baş verən mübahisə zamanı onu bıçaqla vurub xəsarət yetirmişdir. Həmçinin, Ayaz da təpiklə onun sifət nahiyəsindən vurub xəsarət yetirmişdir. Buna baxmayaraq Zərərçəkmiş şəxs heç bir şikayət, tələb və iddiası yoxdur (cild 01, iş vər. 132). Cinayət işinin materiallarında olan kompleks məhkəmə-trasoloji, ballistik və bioloji ekspertizasının 21 iyun 2024-cü il tarixli, 231/2024-MTKŞ nömrəli rəyindən görünür ki, - Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman gödəkçəsinin ön səthinin sol yaxalığında bir ədəd, idman gödəkçənin arxa səthinin sol nahiyəsində üç ədəd; şalvarın sol ayağının arxa səthində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. (cild 01, iş vər. 139-144). Cinayət işinin materiallarında olan kompleks məhkəmə-trasoloji, ballistik və bioloji ekspertizasının 22 iyun 2024-cü il tarixli, 340/2024-MTBŞ nömrəli rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/ll/. Şəxsiyyəti təsdiq edən portal axtarış vərəqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək, gödəkcə, şalvar və bıçağın üzərində olan maddə ləkələrində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni və həmçinin əksər ləkələrdə beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/ll/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 01, iş vər. 146-149). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Həmin cinayət əməlinin xuliqanlıq niyyəti ilə törədilməsi CM-nin 126.2.4-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Şəxsin CM-nin 126.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün vacibdir ki, cinayətin məhz xuliqanlıq niyyəti ilə törədilməsi təsdiq olunsun. Xuliqanlıq niyyəti təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində qəsdən cinayət əməli törətmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə törədilən cinayət əməli kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Bu qəbildən olan cinaytlərin törədilməsində motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməli törətməzdən əvvəlki, həmin cinayətin törədiməsi prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, motiv (xuliqanlıq motivi) bu qəbildən olan cinayət əməllərini nəzərdə tutan maddələrdə cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Odur ki, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Eləcə də, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, 2 ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CMin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən 3 davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Hazırkı iş üzrə müdafiə və ittiham tərəfinin məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə cinayət işinin materiallarında yer alan sübutları, o cümlədən hadisə yerində olan şəxslərin göstərdiklərini qarşılıqlı şəkildə araşdıran məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə, saat 21 radələrində Quba şəhəri, Meydan adlanan ərazidə yerləşən parkın içərisində əvvəllər tanımadığı Quba şəhər sakini Zərərçəkmiş şəxs xoşagəlməz zarafat etməsi, mübahisənin gedişində söyüb təhqir etməsini bəhanə edib özünü ətrafdakılara qarşı qoyaraq cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozub, özünü cəmiyyətdəki şəxslərin fövqündə qoyaraq ətrafdakı şəxslərin yanında, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, xuliqanlıq niyyəti ilə mübahisənin gedişində parkın yaxınlığında yerləşən yaşadığı evə gedib yataq otağında olan, qatlanan cib bıçağını götürərək açıq şəkildə əynində olan şalvarın cibinə qoyub yenidən mübahisə yerinə qayıdaraq həmin bıçaqla Zərərçəkmiş şəxs qarın boşluğuna qəsdən bir dəfə zərbə vurub sonuncuya müvafiq olaraq qarının ön divarında göbəkdən solda və yuxarıda qarın boşluğuna nüfuz edərək yoğun bağırsağın və piyliyin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası olmaqla yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, daha sonra öz qərəzli hərəkətlərini davam etdirib həmin cib bıçağı ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən, döş qəfəsindən və sol ayağından qəsdən vuraraq sonuncuya başında sol təpə nahiyəsində kəsilmiş yara, döş qəfəsinin sol tərəfində arxada daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yara, sol budun orta 1/3-nin arxa səthində deşilmiş-kəsilmiş yara olmaqla sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən xuliqanlıq cinayətini törətmişdir (cinayət işində olan məhkəmə tibbi ekspertizasının rəyləri ilə ictimai təhlükəli əməllə zərərçəkmiş şəxsə yetirilən xəsarətlər arasında olan səbəbli əlaqə müəyyən edilmişdir). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin təqsirli bilindiyi müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Müdafiə tərəfin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə, yəni zərərçəkmiş şəxsə bıçaqla xəsarət yertirərkən özünü müdafiə etməsi ilə, yəni zəruri müdafiə həddini aşmaqla qeyd olunan cinayət əməlini törətməsi ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası iş materialını əsas tutaraq həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və onunla razılaşmır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Onun barəsində yaşadığı yer üzrə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 114-115). “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Cinayət işinin materiallarına əlavə olunan notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Qanuni nümayəndə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 01, iş vər. 112). Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünün polis əməkdaşlarına könüllü şəkildə xəbər verdiyini və bundan sonra polislərin gəlib onu polis şöbəsinə apardığını, cinayət aləti olan bıçağı da könüllü şəkildə təqdim etdiyini bildirdiyindən, bu məsələ məhkəmə istintaqı zamanı araşdırılmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonrakı hərəkətlərini araşdıraraq belə qənaətə gəlir ki, onun cinayət törətdikdən sonra könüllü olaraq polis əməkdaşlarına xəbər verib özünü və cinayətin alətini hüquq mühafizə orqanlarına təhvil verməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən Quba Rayon Polis Şöbəsinin əməkdaşı X17 ifadəsində göstərmişdir ki, 17 aprel 202-cü il tarixdə onlar hadisə barədə məlumat aldıqdan sonra təqsirləndirilən şəxsin yaşadığı evə getmişlər. Həmin vaxt təqsirləndirilən şəxs evdə olmamışdır. Şəxsin mobil telefon nömrəsinə zəng etmişlər və şəxs zəngə cavab vermişdir. O, Kənana özünü təqdim edərək harada olduğunu soruşmuşdur. Kənan cavabında ”cinayət hadisəsi törətmişəm və şöbəyə gedirəm” deyə bildirmişdir. O, Kənana olduğu yerdə dayanmasını bildirmişdir. O, Kənanın olduğu yerə getmiş və onu şöbəyə apararaq müstəntiqə təhvil vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin“könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Həmçinin, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olub-olmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Könüllü gəlib təqsirini boynuna almış şəxs cinayət mühakimə icraatının sonrakı mərhələlərində təqsirini inkar etdiyi halda da könüllü gəlib təqsirini boynuna alma Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözügedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət hadisəsi törətdikdən sonrakı hərəkətləri araşdırıldıqda müəyyən edilmişdir ki, o, könüllü şəkildə heç bir təsir altında olmadan özünü polis əməkdaşına təslim etmiş və hadisə barədə onlara ətraflı məlumat vermiş, həmçinin cinayət alətini polis əməkdaşlarına təqdim edərək baş vermiş hadisə ilə bağlı istintaqın gedişinə fəal köməklik etmişdir. Bu halı onun özünün məhkəmə istintaqı zamanı göstərdikləri təsdiq edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hadisə baş verəndən dərhal sonra hadisə yerindən ayrılsa da, hüquq mühafizə oranlarından gizlənməmiş, özünü polis əməkdaşlarına təslim edərək cinayət hadisəsi törətdiyi bıçağı da polis əməkdaşlarına təqdim etmiş, cinayətin üstünün açılmasına fəal köməklik etmiş və baş vermiş hadisə barədə ətraflı məlumat vermişdir. Belə olan halda Təqsirləndirilən şəxs cinayət hadisəsindən sonrakı hərəkətləri könüllü gəlmə kimi qəbul edilməli və bu hal cəzanı yüngülləşdirən hal kimi hökmdə öz əksini tapmalıdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət törədilən zaman yetkinlik yaşına çatmayan şəxs olmasını, cinayət törətdikdən sonrakı hərəkətlərini, yəni könüllü olaraq hüquq mühafizə orqanlarına gəlib təqsirini boynuna almasını və cinayət aləti olan bıçağı onlara təqdim etməklə cinayətin açılmasına fəal köməklik etməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin xəstəxana xərclərini çəkməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 120). CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə tərkibi ilk növbədə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, ona hazırki halda məhz azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Məhkəmə kollegiyası bu qənaətə gələrkən təqsirləndirilən şəxsin cinayət törədilərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, o cümlədən hazırda zərərçəkmiş şəxslə barışmasını, habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alır, lakin eyni vaxtda qeyd edir ki, bu cinayət hadisəsinin baş verməsinin əsas səbəbkarı və təşəbbüskarı məhz təqsirləndirilən şəxsin özü olmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hazırki iş üzrə sadalanan hallar, yəni təqsirləndirilən şəxsin özünü digər şəxslərdən üstün görməsi, adi mübahisə gedişində zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməsi həm törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinin, həm də təqsirləndirilən şəxsin özünün şəxsiyyətinin kifayət qədər təhlükəli olduğunu göstərir. Qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, məhz bu halda Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkərsə islah oluna və gələcəkdə cəmiyyətə məhz islah olunmuş formada dönə bilər. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin olunancaq azadlıqdan məhrum etmə növündə cəzanın həddi onun təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində deyil, daha az həddə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, xüsusən də təqsirləndirilən şəxsin yaşını əsas götürərək, həmçinin “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun sözügedən qərarında sadalananları və Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməsini, təyin olunan həmin cəzaların da qismən toplanılmaqla cinayətlərin məcmusu ilə qəti cəza təyin olunmasını qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 31, 86-91). Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs törədilən zaman yetkinlik yaşına çatmayan şəxs olsa da, hazırda o, yetkinlik yaşına çatdığından, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Quba Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd cib bıçağı və Zərərçəkmiş şəxs məxsus, istintaq zamanı götürülmüş bir ədəd qara rəngli, üzərində “Tema Vodka” yazısı olan qısa qol yay köynəyi, bir ədəd qara rəngli, kapuşonlu, hər iki qolunda “DSQUARED2” yazısı olan idman gödəkçəsi və bir ədəd göy rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (ay) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Quba Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd cib bıçağı və Zərərçəkmiş şəxs məxsus, istintaq zamanı götürülmüş bir ədəd qara rəngli, üzərində “Tema Vodka” yazısı olan qısa qol yay köynəyi, bir ədəd qara rəngli, kapuşonlu, hər iki qolunda “DSQUARED2” yazısı olan idman gödəkçəsi və bir ədəd göy rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar