Məhkəmə qərarları › İş №1(124)-114/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-114/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-114/2022 21.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbyacan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azyaşlı zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi- Qanuni nümayəndə1, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin vəkili Nümayəndə, xx xxx 1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, xaçmaz rayonu, Palçıqoba kəndində qeydiyyatla olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs toplanmış kifayət qədər sübutlar məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 iyun 2021-ci il tarixdə, saat 19 radələrində sərxoş halda yaşadığı Xaçmaz rayonu, Palçıqoba kənd orta məktəbinin meydançasında olduğu zaman orada qoyun otaran, on dörd yaşına çatmadığını aşkar surətdə bildiyi xx xxxxxx 2010-cu il təvəllüdlü həmkəndlisi Zərərçəkmiş şəxs azyaşlı olması ilə əlaqədar ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmadığından, yəni köməksiz vəziyyətindən istifadə etməklə belini masaj etməsi adı ilə aldadıb yaxınlıqdakı kollarla əhatələnmiş əraziyə apararaq həmin yerdə uzandıqdan sonra alçaq niyyətlə öz cinsiyyət orqanını çıxarıb Zərərçəkmiş şəxs cinsiyyət orqanına əli ilə toxunmasına məcbur etmiş, sonra da öz əli ilə sonuncunun boynundan tutaraq boyun nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə cinsiyyət orqanını Murad Murodovun ağzına salaraq və üzünə sürtərək sonuncunun sifət nahiyəsinə boşalmaqla zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadə verməkdən imtina etmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmədə tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər qonşusu kimi tanımışdır. Muradla və valideynləri olan Qanuni nümayəndə1 və Şahid1 ilə əvvəllər hər hansı bir düşmənçilik ədavət olmamışdır. xx.xx.2021-ci il tarixdə günorta saat təxminən 12 radələrində yaşadığı evdən çıxaraq saat 15 radələrinə kimi yaşadığı kəndin ərazisində olmuşdur. Həmin saatdan sonra kəndlərində olan Elçinin mağazasından 2.5 litrlik “Jiqlovski” markalı piyvə almışdır. Həmin piyvəni götürərək piyada şəkildə Xaçmaz rayonu Qusarçay kəndinə çatmamış yolun sağından 20 metr məsafədə yerləşən bulaqda çimərək həmin piyvənin hamısını tək içmişdir. Saat təxminən 18-19 radələrində oradan ayrılaraq tanımadığı taksi ilə öz yaşadığı Palçıqoba kəndində yerləşən meydançaya gəlmişdir. O həmin meydançaya çatdığı zaman orada həmkəndlisi 10 yaşında olmasını bildiyi Zərərçəkmiş şəxs da var idi. Murad orada qoyun otarırmış. O meydançanın kənarında velosiped sürən həmkəndlisi Elçinin oğlu Turandan velosipedini istəmişdir. Turan ondan hara getdiyini soruşmuşdur. O kənddəki mağazaya dedikdə Turan velosipedini ona vermişdir. O Turanın velosipedi ilə mağazaya getmişdir və oradan Şüşə butulkada yarım litrlik Xırdalan piyvəsi almış və yenidən meydançaya gəlmişdir. O aldığı velosipedi Elçinin oğluna geri qaytarmışdır. Bundan sonra Zərərçəkmiş şəxs yanına çağırmış və onunla işinin olduğunu bildirmişdir. Murad onun sözündən sonra yanına gəlmişdir. Həmin zaman digər uşaqlar onlardan kənarda olmuşlar. O Muradı meydançanın arxasına kolluq ərazinin yanına aparmışdır. Lakin həmin kolluq əraziyə keçmək üçün arxı keçmək lazım olduğundan o özü arxın üzərindən həmin yerə keçmişdir. O Muradın həmin arxı keçə bilməyəcəyini düşünmüş və ayağını arxa qoyaraq da iki əli ilə Muradın qoltuqlarının altından tutaraq kolluq hissəyə keçirtmişdir. O həmin yerdə olan kardonun üzərində özü uzanmışdır. O uzandıqdan sonra öz şalvarını açmış və cinsiyyət orqanını çıxararaq Muradın əlini öz cinsiyyət orqanının üzərinə qoydurmuşdur. Həmin zaman onun cinsiyyət orqanı tam ereksiya vəziyyətində olmuşdur. Bu zaman Murad ağlamağa başlamışdır. O Muradın ağladığını görmüş və Muradı eyni üsulla arxın digər tərəfinə keçirtmişdir. Bundan sonra özü geri qayıdaraq orada təxminən 30 dəqiqə uzanmışdır. Daha sonra o meydançadan çıxaraq kəndin içərisində həmkəndlisi Mübarizin mağazasının yanına gəlmişdir. Bu zaman Zərərçəkmiş şəxs atası olan Rövşən mağazanın yanına gəlmişdir. Rövşən ona oğlu Murada qarşı nalayiq hərəkətlər etdiyini demiş və onun üzərinə hücum çəkmişdir. O Rövşənə qarşılıq vermiş və həmin zaman kənarda olan şəxslər onları ayırmışlar. Bundan sonra o yaşadığı evə getmişdir. Həmin zaman Rövşənin arvadı yəni Muradın anası Şahid1 onların evdən çıxırmış. Murad da Sevincin yanında imiş. Şahid1 onun üzərinə tüpürmüşdür. Sevinc onu polisə şikayət edəcəyini bildirmişdir. O isə Sevincə heç bir cavab verməmişdir. Bundan sonra yaşadığı evə girmişdir. Evdə ailə üzüvləri qardaşı X12 və anası X9 ondan Murada qarşı nalayiq hərəkət edib etmədiyini soruşmuşlar. O isə belə bir hərəkət etmədiyini bildirmişdir. Daha sonra polislərin onu gəlib aparacağını düşünərək yaşadığı evdən çıxaraq kəndlərinin ərazisində yerləşən fındıq sahələrinə getmişdir. O orada torpağın üzərində səhərə kimi yatmışdır. Onun bədənində hər hasnı bir xəsarət olmamışdır. Onu və Rövşəni ayıran şəxsləri içkili olması səbəbindən xatırlamır. O Muradı həmin kolluqa keçirdərək öz cinsiyyət orqanını Muradın əlinə qoymuşdur. Lakin Muradın ağladığını görüb Muradı arxdan geriyə keçirdmişdir. O içkili olduğundan digər uşaqların onları görüb-görməməsini, özünün Muraın üzünə və ağzına boşalıb boşalmamasını bilmir. Həmin zaman içkili olduğumdan bunları xatırlaya bilmir. O Şahid2 yalandan atasının onu çağırmasını, o Muradı kolluğa keçirdikdən sonra Ənvərin Muradı çağırması zamanı Ənvərə getməsini, Muradın sonra gələcəyini dediyini xatırlamır. Həmin gün mənim əynində qırmızı rəngli damalı uzunqollu düyməli köynək və cins göy şalvar var olmuşdur. Muradın əynindəkilərinə isə fikir verməmişdir. (iş vərəqi 80, 88-98, 187-198) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Zəkəriyyə onun qolundan tutaraq onu kolluqların arasında olan boşluq tərəfə aparmışdır. Zəkəriyyə yerə uzanmışdır. O isə ayaq üstə dayanmışdır. Sonra Zəkəriyyə qarnını açmış və onun qarnını ovmasını demişdir. O Zəkəriyyədən qorxduğu üçün qarnını biraz əli ilə ovxalamışdır. Sonra Zəkəriyyə şalvarını çəkərək cinsiyyət orqanını çıxartmış və məcburi şəkildə cinsiyyət orqanını onun əlinə qoymuşdur. O həmin zaman ağlamağa başlamış və oradan getmək istəmişdir. Lakin Zəkəriyyə getməyinə icazə verməmişdir. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən dinirilərkən düzgün ifadə vermişdir. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonu Palçıqoba kənd orta məktəbində 4-cü sinif şagirdidir. Təqsirləndirilən şəxs qonşuları kimi tanımışdır. Zəkəriyyə ilə aralarında əvvəllər hər-hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. O bəzi zamanlarda ailələrinə məxsus olan qoyunları kənd ərazisində otarır. xx.xx.2021-ci il tarixdə 19-20 radələrində yenidən qoyunları kəndin meydançasında otarmağa aparmışdır. O meydançada olduğu zaman meydançaya həmkəndlisi olan Şahid2 gəlmişdir. Ənvər ona yaxınlaşmış və onlar bir qədər oynamışlar. Həmin zaman meydançada Təqsirləndirilən şəxs da olmuşdur. Zəkəriyyə Ənvərdən kimin oğlu olmasını soruşmuşdur. Ənvər Zaurun oğlu olduğunu bildirdikdə isə Ənvərə atsının Ənvəri kənddə yerləşən Muradın mağazasında gözlədiyini bildirmişdir. Ənvər isə atasının evdə olduğunu demişdir. Lakin Zəkəriyyə bir neçə dəfə eyni sözü Ənvərə demişdir. Ənvər həmin zaman Zəkəriyyənin sözünə inanaraq meydançadan mağazaya getmişdir. Bu zaman meydançada o və Zəkəriyyə tək qalmışlar. Zəkəriyyə ona yaxınlaşaraq özündə olan içkini ona təklif etmişdir. O Zəkəriyyəyə istəmədiyini bildirsə də Zəkəriyyə təkid etmişdir. Bundan sonra Zəkəriyyə onun neçənci sinifdə oxuduğunu soruşmuşdur. O Zəkəriyyəyə 5-ci sinifə keçəcəyini bildirmişdir. Bu zaman Zəkəriyyə ona kolluq tərəfə getmələrini bildirmişdir. O Zəkəriyyənin onunla söhbət edəcəyini düşünərək getmişdir. Onlar ilk öncə arxın üzərinə qoyulan taxtanın köməkliyi ilə meydançanın arxasına keçmişlər. Daha sonra isə Zəkəriyyə onun qolundan tutaraq onu kolluqların arasında olan boşluq tərəfə aparmışdır. Həmin hissəyə keçmək üçün arxın üzərindən tullanmaq lazımdır. O həmin zaman artıq həyəcanlı olmuşdur. Zəkəriyyə onun qollarının altından tutaraq arxın digər tərəfinə keçirtmişdir. Zəkəriyyə özü orada yerə uzanmışdır. O isə ayaq üstə olmuşdur. Bu anda Ənvər meydançanın arxasına gəlmişdir. Ənvər onu səsləyərək oyun oynamağa çağırmışdır. O Ənvərə baxaraq cavab vermək istədikdə Zəkəriyyə onun cavab verməyinə imkan vermədən Ənvərə onun daha sonradan gələcəyini bildirmişdir. Zəkəriyyə Ənvərə oradan getməsini tapşırmışdır. Bir az sonra Ənvər Zəkəriyyənin sözü ilə oradan getmişdir. Ənvər oradan getdikdən sonra Zəkəriyyə qarnını açaraq ona qarnını ovmasını demişdir. O Zəkəriyyədən qorxduğundan qarnını biraz əli ilə ovxalamışdır. Bu zaman Zəkəriyyə şalvarını çəkərək cinsiyyət orqanını çıxartmış və məcburi şəkildə cinsiyyət orqanını onun əlinə qoymuşdur. O həmin zaman ağlamağa başlamış və oradan getmək istəmişdir. Lakin Zəkəriyyə onun boynundan əli ilə tutaraq cinsiyyət orqanını onun üzünə dodaqlarına sürtmüşdür. Zəkəriyyə bunu təxminən 1-2 dəqiqə davam etdirmişdir. Bundan sonra onun cinsiyyət orqanından ağ rəngli maddə çıxmış və onun üzünə tökülmüşdür. Bundan sonra Zəkəriyyə onun boynunu buraxmışdır. O həmin zaman ağlayır və oradan çıxmaq istəyirmiş. Zəkəriyyə bir neçə saniyə sonra ayağını arxa qoyaraq onu arxın digər tərəfinə qoymuşdur. Bu zaman o Zəkəriyyənin əlindən çıxmış və qaçaraq yaxınlıqdakı arxa getmişdir. Arxda əl üzünü yumuşdur. Zəkəriyyə isə həmin kolluqlarda qalmışdır. O meydançaya getmişdir. Bu zaman meydançada Şahid2 və digər kəndliləri X10 olmuşdur. Ənvərgil ondan orada nə etdiklərini soruşduqda o Zəkəriyyənin məni kolluğa apardığını, orada zorla tutduğunu bildirmişdir. Daha sonra isə utandığından sadəcə Zəkəriyyənin ona qarnını ovxalatdırdığını bildirmişdir. Həmin zaman meydançanın kənarından Tovuz müəllimənin nəvəsi Paşa kimi tanıdığı Şahid3 keçirmiş. Ənvərgil Ziyanı meydançaya çağırmışlar. Ziya onların yanına gəlmişdir. Ənvərgil Ziyaya orada Zəkəriyyənin uzandığını dedikdən sonra onlar üçü meydançanın arxasından kolluq tərəfə baxmağa getmişlər. O həmin zaman utandığından meydançadan kənarda dayanmışdır. Biraz sonra onlar geri qayıtmışlar. Paşa yəni Ziya Zəkəriyyənin kolluqda uzanaraq yatdığını, telefonuna baxaraq yenidən uzandığını bildirmişdir. Biraz sonra Zəkəriyyə onların yanına gəlmişdir. Zəkəriyyə gəldikdən sonra Turanın velosipedini ondan almışdır. Turan ondan velosipedini istəyərək Zəkəriyyəyə atasına bu barədə deyəcəyini bildirmişdir. Bu zaman Zəkəriyyə Turana “atandan qorxum yoxdu” demişdir. Lakin Turan evlərinə getmək üçün oradan bir qədər uzaqlaşdıqda Zəkəriyyə Turana gəl velosipedini götür deyə bildirmişdir. Daha sonra Zəkəriyyə oradan getmişdir. Ənvər ona demişdir ki, atana bunu deyək. Lakin o onlara demişdir ki, özüm deyərəm. Bir qədər sonra atası gələrək qoyunları ondan təhfil almışdır. O utandığından atasına heç bir şey deyə bilməmişdir. Lakin evə getdikdən sonra bu barədə anasına demişdir. Bundan sonra anası onunla birlikdə Zəkəriyyəgilin yaşadığı evə yollanmışdır. Zəkəriyyənin anasına bu barədə dedikdə Zəkəriyyənin anası onun anasına yalvarmışdır ki, şikayət etməsin. Anası Sevinc isə şikayət edəcəyini deyərək Zəkəriyyəgilin evindən çıxmışdır. Bu zaman Zəkəriyyə küçə ilə gəlirmiş. X3 nə üçün bu hərəkəti etdiyini dedikdə Zəkəriyyə heç nə demədən gülümsəmişdir. Bu zaman anası Zəkəriyyəyə tüpürmüşdür. Bundan sonra onlar evlərinə geri qayıtmışlar. Anası həmçinin atasına zəng edərək bu barədə demişdir. O Zəkəriyyə onu apardığı zaman elə fikirləşmişdir ki oturub sohbət edəcəklər. Lakin Zəkəriyyə həmin hərəkətləri etməyə başladıqda o qorxmuşdur. Buna görə o qışqırmamışdır. Zəkəriyyə onun boynundan tutaraq ondan uzaqlaşmağına imkan verməmişdir. O həmin hərəkətləri etdiyi zaman o ağlayırmış. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur, Təqsirləndirilən şəxs isə qonşularıdır. xx.xx.2021-ci il tarixdə yoldaşı Şahid1 mobil telefonuna zəng edib bildirdi ki, Təqsirləndirilən şəxs oğlu Murada qarşı seksual hərəkətlər edib, yəni zorla Muradı qoyun otardığı meydançanın arxasındakı kolluğa aparıb, öz cinsiyyət orqanını oğlunun ağzına soxub, spermasını oğlunun üzünə, ağzına boşaldıb. O arvadının dediklərini eşidəndə çox əsəbləşmişdir. Mübarizin mağazasının yaxınlığında Zəkəriyyənin tək turba üzərində oturduğunu görmüş. Zəkəriyyəyə yaxınlaşmış və oğluna nə etdiyini soruşmuşdur. Zəkəriyyə isə heç nə etmədiyini demişdir. O isə oğlunun dediklərini Zəkəriyyəyə demişdir. Zəkəriyyə inkar etmiş və ona qarşı nalayiq söz işlətmişdir. O həmin anda əsəblərini cilovlaya bilməmiş və Zəkəriyyənin yaxasından tutmuşdur. Onlar əlbəyaxa olmuşlar. Lakin Zəkəriyyə fiziki cəhətdən ondan üstün olduğuna görə Zəkəriyyəyə bir şey edə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur, Təqsirləndirilən şəxs isə qonşularıdır. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində oğlu qoyunları otarmaq üçün aparmışdır. Bundan təxminən 1 saat sonra geri qayıtmışdır. Həmin zaman o oğlunun üzünün bir hissəsi palçıq içərisində, digər hissəsində isə qatı maye olduğunu görmüşdür. Oğlu ona yaxınlaşıb “atama deməyə qorxuram” demiş, daha sonra Zəkəriyyənin öz cinsiyyət orqanını məcburi olaraq ağzına saldığını demişdir. Başa düşmüşdür ki, oğlunun üzündəki spermadır. Oğlu ona demişdir ki, Zəkəriyyə oğluna heç kimə bu barədə deməməyi tapşırıb və özünün də heç kimə deməyəcəyini bildirmişdir. Həmçinin oğlunu qorxudaraq əgər kiməsə desə başına başqa oyun da açacağını bildirmişdir. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Xaçmaz rayonu Palçıqoba kənd orta məktəbində 6-cı sinif şagirdidir. Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır. Həmçinin o Muradla eyni məktəbdə oxuyur. Təqsirləndirilən şəxs da həmçinin həmkənlisi kimi tanıyır. Onlarla aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. xx.xx.2021-ci il tarixdə axşamtərəfi saatlarında yaşadığı Palçıqoba kəndindəki meydançaya getmişdir. O meydançada Zəkəriyyənin olmasını görmüşdür, Zəkəriyyənin yanında tanımadığı bir nəfər şəxs olmuşdur. Murad isə həmin meydançada onlardan kənarda imiş. Murad quyunları otarırmış. O meydançaya çatdığı zaman Zəkəriyyənin yanında olan adam oradan uzaqlaşmışdır. Zəkəriyyə ondan kimin oğlu olduğunu, Zaurun oğlu olub-olmadığını soruşmuşdur. O bəli dedikdə Zəkəriyyə ona atasının onu kənddə yerləşən Muradın mağazasının yaxınlığında gözlədiyini bildirmişdir. O isə Zəkəriyyəyə atasının evdə olduğunu demiş və onlar Muradla birlikdə meydançada bir qədər güləşmişlər. Zəkəriyyə bir qədər sonra yenidən onu çağırmışdır. O Muradın yanına getmiş və bu zaman Zəkəriyyə yenidən ona atasının onu çağırdığını bildirmişdir. Bundan sonra o Zəkəriyyənin sözünə inanmış və velosipedi ilə mağazanın yanına getmişdir. Lakin mağazada heç kimin olmadığını görmüşdür. O yenidən meydançaya geri qayıtmışdır. Lakin Meydançada heç kimin olmadığını görmüşdür. O Muradı səsləmiş və həmin zaman Muradın səsinin meydançanın yaxınlığında olan kolluqdan gəldiyini eşitmişdir. Həmin kolluğa yaxınlaşmaq üçün ilk öncə kiçik arxın üzərindən keçmək lazımdır. O arxın digər tərəfinə keçərək Muradın səsi gələn yerə yəni kolluğa getdiyi zaman Muradın ayaq üstə arxın digər tərəfində kollarla əhatələnmiş hissədə olduğunu görmüş lakin daha da yaxınlaşmadığından həmin yeri tam görə bilməmişdir. O Murada gəlməsini dediyi zaman Murad ona cavab verməmişdir, lakin Zəkəriyyə ona getməyini Muradın daha sonra gələcəyini demişdir. Mən həmin zaman bilmişdir ki, Zəkəriyyə də onunla birlikdə oradadır. O bundan sonra oradan uzaqlaşaraq yaxınlıqdakı məktəb tərəfə getmişdir. Məktəbin həyətində həmkənliləri olan X5 və X4 velosipedlə orada olduqlarını görmüşdür. O onlara Zəkəriyyənin Muradı tutduğunu bildirmişdir. Bir qədər sonra Yusif başqa kənd uşaqlarına qoşularaq oradan uzaqlaşmışdır. Onlar Turanla birlikdə olmuşlar. Bir qədər sonra Murad onların yanına gəlmişdir. Murad onların yanına gəldiyi zaman ağlayırmış. Onlar Muraddan nə baş verdiyini soruşduqları zaman Murad onlara Zəkəriyyənin özünü masaj etdirdiyini bildirmiş və danışa bilməyərək yenidən ağlamışdır. Turan və o Zəkəriyyənin Muradla birlikdə olduğu kolluğa baxmağa getmişlər ki, Zəkəriyyəyə baxsınlar. Həmin zaman Zəkəriyyənin orada olmasını görmüşlər və yenidən geri qayıtmışlar. Bundan bir qədər sonra kənd uşaqları arasında Paşa kimi tanıdıqları Şahid3 meydançanın kənarından keçmişdir. O və Turan Ziyanı yanlarına çağırmışdır. Ziya onların yanına gələrək nə baş verdiyini onlardan soruşmuşdur. X7 kolluğun yanında görməsini istədiklərindən Ziyaya yalandan pullarının kolluğun yanına düşdüyünü, həmin yerdə olan inəklərdən qorxduqlarını bildirərək Ziyadan həmin pulu oradan götürməsini istəmişlər. Ziya həmin zaman dedikləri yerə getmiş lakin çox getmədən geri qayıtmış və pulun olmadığını demişdir. Onlar həmin zaman Ziyaya onunla zarafat etdiklərini, Zəkəriyyənin orada olan kolluqda uzandığını, Ziyanın Zəkəriyyəni görməsi üçün pulu orada düşdüyünü yalandan dediklərini bildirmişlər. Onlar həmçinin Zəkəriyyənin Muradı tutduğunu Ziyaya demişlər. Onlar bundan sonra üçləri Zəkəriyyəyə baxmaq üçün oraya getmişlər. O və Turan Zəkəriyyəni görüb dayanmışlar. Lakin Ziya bir qədər də irəliyə getmiş və orada bir qədər dayanmışdır. Daha sonra geri qayıtmış və onlara Zəkəriyyənin orada uzandığını telefona baxdığını və daha sonra yenidən uzandığını bildirmişdir. Bir az sonra Zəkəriyyə onların yanına gələrək Turanın velosipedini almışdır. Turan Zəkəriyyə gəldiyi zaman Zəkəriyyəyə “buna bax Muradı tutub onu ağladıb” kimi sözlər demişdir. Turan ondan və Ziyadan velosipedi Zəkəriyyədən almalarını istəmişdir. Həmin zaman onlar Zəkəriyyəyə velosipedi verməsini demişlər. Zəkəriyyə Turanın velosipedini geri qaytarmış və oradan uzaqlaşmışdır. Onlar Murada atasına Zəkəriyyənin Muradı tutmasını deyəcəklərini bildirdikdə Murad özünün atasına deyəcəyini onlara demişdir. O Zəkəriyyə ilə Muradın kolluqda olduqlarını görsə də Zəkəriyyənin Murada nə etməsini bilməmişdir. Murad ağladığı üçün də Zəkəriyyənin nə etməsini onlara deyə bilməmişdir. Biz Murad bizim yanımıza gəldiyi zaman əlini üzünü arxda yuduğunu hiss etmişdik. (iş vərəqi 133) Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış, ibtidai istintaq zamanı verdiyi ifadəsində digər Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 373 nömrəli rəyinə əsasən 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət boyun nahiyəsinin qançırı bərk küt əşya təsirindən törənməklə yetirilmə müddəti, qərarda qeyd olunduğu kimi, xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs zöhrəvi xəstəlik və immun çatışmazlığı sendromu aşkar olunmamışdır. (iş vərəqi 80-87) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 636 nömrəli rəyinə əsasən 2010-cu il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətinə maneəçilik törədən xarici cinsiyyət üzüvləri nahiyyəsində mexaniki maneələr, anadan gəlmə qüsurlar, onların inkişafı, xəstəliklər və xəsarətlər nəticəsində törənmiş çapıqlar və digər dəyişikliklər aşkar edilmədi, yəni o, cinsi əlaqədə olma qabiliyyətinə malikdir. (iş vərəqi 157) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1390 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq əlamətləri aşkar olunmayıb. Buna görə də ona qarşı törədilən əməl barəsində düzgün izahat və ya ifadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Müayinə gedişatında ünsiyyətcil, emosianal, fəal olduğu müşahidə olunur. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs əqli inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Azyaşlı olması ilə əlaqədar ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs baş vermiş hadisə zamanı psixi emosianal vəziyyətində qorxu, həyəcan yarana bilərdi. Hazırda psixi-emosional vəziyyətində hadisə ilə əlaqədar hər hansı dəyişiklik müəyyən edilmir. (cild 1, iş vərəqə 30) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Komisyon kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının xx.xx.2021ci il tarixli, 2304 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən olunmayıb. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayəti törədərkən anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs X1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Qərarın təsviri hissəsində qeyd edilən cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs emosional oyanıq vəziyyətində olmuş, həmin halın yaranması, alkoqol sərxoşluğu fonunda cinsi tələbatını ödəmək istəyi ilə sərtləşmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. ( cild 1, iş vərəqə 150-163) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Məhkəmə lifli ekspertizasının xx.xx.2021-ci il tarixli 6/3923 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şortikin səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlir. (iş vərəqə 173-186) Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Azərbaycan Respublikası CM-nin 18 və 83-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs sonuncu cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. (iş vərəqə 111-121) İş materiallarına əlavə edilmiş Xaçmaz RİHB-nın Çinartala kənd İƏD nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Çərkəz oğlu özünə qapanıq, tüfeyli həyat tərzi keçirən şəxsdir. Kənd camaatı tərəfindən barəsində kənd sakinlərinə qarşı qeyri-etik hərəkətlər etməsindən və kənd sakinlərinə məxsus evlərdən oğurluq etməsi şübhələrinin olması ilə əlaqədar dəfələrlə nümayəndəliyə şifahi mənfi məlumat və şikayətlər daxil olmuşdur. Xasiyyəti qeyri-müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 163) Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Çərkəz oğlu özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cinayəti alçaq niyyətlərlə törətməsi cəzasını ağırlaşdıran haldır. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 16:30-da Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli 16:00-dan hesablanmışdır. Xaçmaz rayon məhkəməsinin hakimi X6 tərəfindən qəbul edilmiş 09 iyul 2021-ci il tarixli qərarla 08 iyul 2021-ci il tarixdən 08 noyabr 2021-ci il tarixədək 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(iş vərəqə 56-70, 88-110) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkir. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkmələrinin başlanğıcı 08 iyul 2021-ci il tarixdən hesablanmalı, hər biri barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CMnin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həbs qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş 02 ədəd köynək, 01 ədəd şalvar və 01 ədəd şortik məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 154.16 (yüz əlli dörd manat, on altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Xaçmaz RPŞnin saxlanc yerinə təhvil verilmiş 02 ədəd köynək, 01 ədəd şalvar və 01 ədəd şortik məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 154.16 (yüz əlli dörd manat, on altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar