Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-114/2025 03.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 (sədrlik edən), X20 və X10 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X18, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X8 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X25, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, İmişli rayonu, Yalavac kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən fərdi evdə kirayədə yaşamış, hazırki iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.2000-ci il tarixdə İmişli rayonu, Yalavac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli rayonu, Yalavac kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən fərdi evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1981-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 03 ay 26 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddətinin sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmədən yenidən cinayət əməli törətdiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Rəhimov küçəsi, döngə 6, ev 4-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digər şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlamaqla daşıma barədə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 29 noyabr 2023-cü il tarixdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmək qərarına gələrək, Təqsirləndirilən şəxs3 idarə etdiyi **-PL-*** dövlət qeydiyyat nişanlı, Chevrolet Nexia markalı avtomobillə Bakı şəhərindən Quba rayonuna gəlib həmin gün saat 15 radələrində Quba-Bakı avtomobil yolunun Birinci Nügədi, 5-ci məhəlləsinə gedən yolda, narkotik vasitənin olduğu yerin yaxınlığında avtomobili saxladıqdan sonra, satış məqsədi ilə əldə etmək qərarına gəldikləri bir ədəd qara rəngli idman çantasının içərisində təmiz çəkisi 6950 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb gətirməsi məqsədilə Təqsirləndirilən şəxs1 həmin narkotik vasitənin qoyulduğu yerin məkanının və iki ədəd fotoşəklininin olduğu qardaşı Orxan Əsədullayavə məxsus mobil telefonunu götürərək digər şəxs ilə birlikdə avtomobildən düşüb həmin narkotik vasitə marixuananın olduğu yerə yaxınlaşaraq digər şəxsin həmin çantanın üzərində olan budaqları götürməsindən sonra çantanı əlinə alıb avtomobilə doğru gələrkən, həmin gün saat 15 radələrində narkotik vasitənin olduğu yerin yaxınlığında, küçədə saxlanılıb üzərlərində şəxsi axtarış aparılan zaman həmin bir ədəd qara rəngli idman çantasının içərisində qara rəngli polietilen torbada təmiz çəkisi 6950 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunan ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Quba rayonuna gəzmək məqsədi ilə getmişdir. Qız orada çanta olduğunu və onu götürməsini bildirmişdir. O, narkotik arxasınca Quba rayonuna getdiyindən xəbərsiz olmuşdur. O, hamilə olmuş və uşağını qorumaq məqsədi ilə cinayəti boynuna almışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonunda yaşayır. Quba rayonuna o, Orxan, Sadiq və Nailya getmişlər. Orxan onun qardaşıdır. Onlar gecə Qubada qalmayacaq, gəzib qayıdacaqlarmış. O, Beşbarmaq ziyarətgahına getmək üçün Quba rayonuna getmişdir. O, həmin ərəfədə narkotik vasitələrdən istifadə etməmişdir. O, əvvəllər 5-6 ay narkotik vasitə olan marixuanadan istifadə etmişdir. O, Sadiqi tanımırmış, Sadiq taksi sürücüsü kimi gəlmişdir. Qardaşı Nailyanı istədiyi üçün, Sadiq isə taksi sürücüsü olduğu üçün onlarla gəlmişlər. Qardaşının narkotik vasitə olan marixuanadan istifadə etməsindən məlumatı olmuşdur. Sadiqi tanımadığı üçün onun narkotik vasitə istifadə edib-etmədiyini bilməmişdir. Çantanı haradan götürəcəklərini bilməmiş, götürdükləri yeri tanımamışdır. Həmin yer ağaclıq olmuş, Nailya evdəkilərin həmin çantaya pal-paltar qoyduqlarını bildirmişdir. Onun əvvəllər məhkumluğu olmuşdur. Onun barəsində hazırda başqa məhkəmədə cinayət işi yoxdur. Onlar çantanı götürüb avtomobilə minən zaman polis əməkdaşları onları saxlamışdır. O çantanın içində nə olduğundan xəbərsiz olmuş, polis əməkdaşları çantanı açan zaman çantadan narkotik vasitə olan marixuana çıxmışdır. Onlar saxlanılan zaman saat gündüz 2-3 radələri olmuşdur. Polis əməkdaşları onları vurmuş, o, yerə yıxılmış və məcbur qalaraq narkotik vasitəni boynuna almışdır. Hazırda Nailyanın harada olduğundan xəbərsizdir. Qubaya gedən zaman yolun istiqamətlərini Orxan söyləmişdir, çünki yerin məlumatları onun telefonunda olmuşdur. İbtidai istintaq zamanı qorxduğu üçün cinayəti boynuna almışdır. O, döyülməsi ilə bağlı heç bir yerə şikayət etməmişdir. Onun üzərində xəsarət izi qalmış, onu təpiklə vurmuşlar. İstintaq təcridxanasına qəbul olunan zaman onu müayinə etməmişlər. O, 3-4 ay sonra xəstəxanaya getmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman qorxduğu üçün hakimə həqiqəti danışa bilməmişdir. İbtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, el arasında patı kimi tanınan psixotrop maddə metanfetamindən falqaya dolduraraq çəkmək üsulu ilə qəbul edir. X3 təxminən iki ildir ki, tanıyır, rəfiqəsidir. Nailya Xırdalan şəhərində dırnaq ustası kimi işləmiş, o da Nailyanın yanına müştəri kimi gəlib-getdiyi zaman tanış olmuşdur. Nailya onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş, həmçinin o da Nailyanın narkotik vasitə istifadəçisi olduğunu bilmiş, onlar birlikdə dəfələrlə narkotik vasitə istifadə etmişlər. Nailya əslən Türkmənistan vətəndaşıdır, sənəddə adı Nailya olsa da, O Nailyanı Leyla kimi tanımış və hər kəs Leyla adı ilə müraciət etmişdir. Nailya onun doğma qardaşı Orxanın sevgilisi olmuşdur. Aralarında münasibət yarandıqdan sonra Nailya da onların yaşadığı evdə qalmışdır. Həmçinin tutulmamışdan bir aydan artıq müddətdir ki, Sadiq adlı şəxsi tanımışdır. Sadiq, taksi fəaliyyəti ilə məşğul olmuş, həmçinin Sadiqin ortancıl bacısı Lamiyənin sevgilisi olmuşdur. 28 noyabr 2023-cü il tarixdə qardaşı Orxanın mobil telefonuna zəng gəlmiş, Orxan telefonla danışarkən Nailya və o da evdə olmuş və Orxanın telefonla danımasını eşitmişlər. Zəng edən şəxs Orxana Quba rayonunda ona məxsus narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni götürüb Bakı şəhərinə gətirməyi, özünün istifadəsi üçün də üzərindən bir qədər götürməyi təklif etmişdir. O və Nailya də Orxanla getmək istədiklərini, Quba rayonunda gəzməyə getməyi, həmçinin götürəcəyi narkotik vasitədən də birlikdə istifadə etməyi demişlər, Orxan da razılaşmışdır. Daha sonra onlar etibarlı şəxs kimi Sadiqə güvəndikləri üçün Sadiqlə birlikdə getməyi qərara almışlar. Orxan zəng edib Quba rayonuna sabah, yəni 29 noyabr 2023-cü il tarixdə getmək lazım olduğunu, oradan narkotik vasitə marixuana götürəcəklərini Sadiqə demişdir. Sadiq də razılaşmışdır. 29 noyabr 2023-cü il tarixdə Sadiq idarə etdiyi avtomobillə onları gəlib yaşadıqları evdən götürmüşdür. Orxan avtomobildə öndə, o və Nailya isə arxada əyləşmişlər. Narkotik vasitənin olduğu yerin məkanı Orxana vatsap ani mesajlaşma mübadilə sistemindən atılmış, həmçinin yerləşdirildiyi ərazinin iki ədəd fotoşəkli də göndərilmişdir. Qeyd olunan tarixdə təxminən saat 15 radələrində Quba rayona gəlmişlər. Orxan getdikləri yeri Sadiqə izah etmişdir. Sadiq idarə etdiyi avtomobili Bakı-Quba avtomobil yolunun kənarında yerləşən “Qafqaz oil” yanacaq doldurma məntəqəsdinin yanından sola tərəf sürmüş və daşlı yol ilə təxminən 300-400 metr gəldikdən sonra narkotik vasitənin olduğu məkanın yaxınlığında dayanmışlar. Əvvəlcə Orxan özü avtomobildən düşüb narkotik vasitəni götürmək istəmişdir. Lakin Orxan tərəddüd etdiyindən, o, Orxanın telefonunu götürmüş, Nailya ilə birlikdə avtomobildən düşmüş, telefonda xəritə ilə narkotik vasitənin olduğu yerə doğru hərəkət etməyə başlamış, Nailya da onun ardınca gəlmişdir. Onlar çantanın qoyulduğu həmin yerə getmişlər. Çantanın üstü ağac budaqları ilə örtülmüş, Nailya həmin budaqları çantanın üzərindən götürmüş, çantanın ağzı skoçla bağlanmış, o da budaqların altındakı içərisində narkotik vasitə olan çantanı əlini uzadaraq yerdən götürmüşdür. Hər ikisi birlikdə avtomobilə yaxınlaşdıqda mülki formada olan şəxslər onlara yaxınlaşmışlar və polis olduqlarını elan edərək onları saxlamışlar. Bu vaxt Sadiq avtomobili sürərək oradan uzaqlaşmışdır. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞnə məlumat verərək digər polis əməkdaşları və müdafiəçi dəvət edəcəklərini bildirmişlər. Onlar çağırdıqları polis əməkdaşları və müdafiəçi gələnə kimi onun hərəkətlərini nəzarətdə saxlamışlar. Digər polis əməkdaşları gəldikdən sonra müdafiəçinin iştirakı ilə videokəçilişdən istifadə edilməklə saxlanıldığı həmin yerdə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunan nə varsa hamısını təqdim etməsi təklif olunmuşdur. O əynindəki şalvarın cibindən çıxararaq Sadiqə məxsus olan “Honor” markalı mobil telefonu, Winchester siqareti və göy rəngli sadə qolbağı təqdim etmişdir. Bu vaxt əlində olan qara rəngli çantaya baxış keçirilən zaman içərisində sellofan torba olduğu məlum olmuşdur. Sellofan torba açılan zaman orada yaşıl rəngli, spesifik iyə malik marixuanaya bənzər kütlələr olduğu polis əməkdaşlarına məlum olmuşdur. Sorğu zamanı o həmin narkotik vasitəni Sadiqin göstərişi əsasında götürməyə gəldiyini, qarşılığında sonuncunun ona və rəfiqəsi Nailyaya psixotrop maddə metamfetamin, eləcə də çantada olan narkotik vasitədən pay verəcəyini, əvvəlcədən Sadiqin həmin çantada ona 1 kiloqram, Nailyaya isə 40 kiloqram narkotik vasitə olduğunu dediyini bildirmişdir. Buna səbəb Orxan qardaşı olması, həmçinin əvvəlcə Nailyanın sorğu sual zamanı Orxanın adını çəkməməsi olmuşdur. Hazırda ifadəsində qeyd etdikləri doğrudur. Narkotik vasitəni qardaşı Orxan danışıb təşkil etmiş, o və Nailya Orxandan xahiş etdiklərinə görə onlara psixotrop maddə metamfetamin, eləcə də çantada olan narkotik vasitədən pay verəcəyini bildirmişdir. Sadiqin narkotik vasitə götürmək üçün gəlmələrindən məlumatı olmuş, götürəcəkləri narkotik vasitədən Sadiqə də çatacaqdı. Bundan başqa üzərindən qanunla qadağan edilən heçnə aşkar edilməmişdir. Aşkar edilmiş sellofan torbada olan bükülü birlikdə elektron tərəzi vasitəsi ilə ölçülmüş və çəkisinin 8.160 kiloqram olduğu məlum olmuşdur. Daha sonra həmin bükülü çanta ilə birlikdə qablaşdırılmış və üzərinə zərf vurularaq götürülmüşdür. O və müdafiəçisi qablaşdırılmış zərfin üzərinə imza edərək tamlığını təsdiq etmişlər. Video çəkiliş başa çatdıqdan sonra üzərində aparılan şəxsi axtarış ilə bağlı protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün imza edərək doğruluğunu təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman özünü X5 təqdim etmişdir. Ona ailə üzvləri və tanışları Pərvanə kimi müraciət etmişdir. Bundan əlavə o İmişli rayonunda axtarışdadır. Bu səbəbdən adını və ata adını bilərəkdən səhv demişdir. Həqiqətdə o Təqsirləndirilən şəxs1dır. O narkotik vasitələrin satışı ilə məşğul olmur, sadəcə özü istifadə edir. Onu polis əməkdaşları saxlayarkən ona hər hansı bir fiziki və psixoloji təsir göstərməmişlər, həmin vaxt müdafiəçisi də yanında olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 bildirmişdir ki, içərisində narkotik vasitə qurudulmuş marixuana olan çantanı yerdən götürüb avtomobilə doğru qayıdarkən çanta Nailənin əlində olmamış, onunla birlikdə çantanı daşımamışdır. Sadəcə çantanın üzərindəki budaqları Nailə götürmüşdür (cild 1, iş vərəqi 108-111; cild 2, iş vərəqi 121-124, 215-218; cild 3, iş vərəqi 202-205). Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Qubaya 7 kiloqram narkotik vasitə arxasınca getməmişdir. Ona 100 qram marixuana və 2-3 qram heroin götürəcəyini bildirmişlər. Ona fərqli bir ünvan söyləmişlər. Narkotik vasitəni götürməsi üçün 3 gün ona zəng edib narhat etmişlər. Onun xanımlarla birlikdə Quba rayonuna getməkdə məqsədi heç kimin ondan şübhələnməməsi olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, narkotik vasitəni götürəcəyi yeri ona sosial şəbəkədə tanış olduğu iranlı şəxs bildirmişdir. O, 2022-ci ildən bəri narkotik vasitələrdən istifadə etmişdir. Nailyanı 9 aydır ki, tanımışdır. Nailya ilə o sevgili olmuş və birlikdə yaşamışlar. Bacısı Əsmər onlarla birlikdə yaşamamış, həmçinin onun narkotik vasitə istifadə etdiyini bilməmişdir. O, Nailyanın narkotik vasitə istifadə etdiyini bilirməmişdir. Həmin çantanın şəklini ona “Yusif” adlı şəxs göndərmişdir. Nailya düşüb çantanı götürəcəyini bildirdiyi üçün bacısı ilə Nailya düşərək çantanı götürmüşlər. O, həmin narkotik vasitə üçün ödəniş etməmişdir. Narkotik vasitə olmayan zaman ona təklif etdikləri üçün narkotik vasitəni götürməyə getmişdir. Əvvəllər də həmin şəxsdən pul müqabilində narkotik vasitə almışdır. Əvvəllər o, narkotik vasitəni Bakı şəhərindən götürmüşdür. Sadiq onun Quba rayonuna narkotik vasitə arxasınca getdiyindən xəbərsiz olmuşdur. O, Sadiqi 20-30 gündür ki tanımışdır. O, Sadiqin narkotik vasitə istifadəçisi olub-olmadığını bilməmiş, Sadiqlə birlikdə narkotik vasitə qəbul etməmişdir. O, narkotik vasitə arxasınca tək getmək istəmiş, amma Nailya da onunla getmək istədiyini bildirdikdən sonra Nailya və bacısı da onunla gəlmişdir. Nailya onun narkotik vasitə götürməyə getdiyini bilmişdir. Nailyadan başqa heç kim onun narkotik vasitə götürməyə getdiyindən xəbərdar olmamışdır. O, narkotik vasitə götürməyə getdiyini bacısı Əsmərə bildirməmişdir. Sadiq taksi sürücüsü kimi onlarla getmişdir. Getdikləri avtomobil Sadiqə məxsus olmuşdur. O, yanacaq pulunu vermiş və Sadiq onları Quba rayonuna aparmışdır. O, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmək istəmişdir. O, polis əməkdaşlarının bacısı və Nailyaya hədə-qorxu gəldiklərini, təzyiq göstərdiklərini görməmişdir. Polis əməkdaşları bacısıgili saxlayan zaman o, qadın olduqları üçün polis əməkdaşlarının bacısıgili buraxacaqlarını düşünmüş və Sadiqlə birlikdə hadisə yerindən uzaqlaşmışlar. Səhəri gün polis əməkdaşları onları evdə tutmuşlar. Polis əməkdaşları ona fiziki təsir göstərmişlər. O, polis əməkdaşları tərəfindən döyüldüyünü heç kimə deməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman hakimə günahsız olduğunu bildirə bilməmişdir. O, döyülmə nəticəsində xəsarət almış, amma istintaq təcridxanasına qəbul edən zaman üzərində xəsarətlər olmamışdır. İnsanlar ondan şübhələnməsin deyə Nailyaya narkotik vasitəni götürməyi təklif etmişdir. Bacısını və Sadiqin narkotik vasitədən xəbərləri olmadığı üçün onlar avtomobildə yol gedən zaman Nailya ilə mesajlaşmışdır. Əsmərin özü Nailya ilə birlikdə çantanı götürməyə getmək istəmişdir. İbtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs2 ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, el arasında patı kimi tanınan psixotrop maddə metanfetamindən falqaya dolduraraq çəkmək üsulu ilə qəbul edir, həmçinin ara-sıra narkotik vasitə heroin və marixuanadan da istifadə etmişdir. Təqsirləndirilən şəxs1 onun doğma bacısıdır, onunla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. X3 təxminən iki ildir ki, tanıyır, Nailya onun sevgilisidir. Nailya Xırdalan şəhərində dırnaq ustası kimi işləmiş, bacısı Əsmər də Nailyanın yanına müştəri kimi getmiş, bundan sonra Nailya ilə münasibəti yaranmışdır. Nailya əslən Türkmənistan vətəndaşıdır, Nailya onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş, həmçinin o da Nailya narkotik vasitə istifadəçisi olduğunu bilmiş, onlar birlikdə dəfələrlə narkotik vasitə istifadə etmişlər. Həmçinin bacısı Əsmər də narkotik vasitə istifadəçisidir, Əsmərə ailə arasında, həmçinin tanışları Aysel adı ilə çağırmışdır. Təxminən bir aya yaxın müddətdir ki, Təqsirləndirilən şəxs3 ilə tanış olmuşdur. Sadiq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Ortancıl bacısı Əfsanə vasitəsilə Sadiqi tanımış və o da bir neçə dəfə həmin taksidən istifadə etmiş və beləcə münasibətləri yaranmışdır. O narkotik vasitə istifadəçisi olduğundan bir neçə dəfə əslən iran vətəndaşı olan Yusif adlı şəxsdən özü istifadə etmək üçün narkotik vasitə qurudulmuş marixuana almışdır. O narkotik vasitəni onlayn qaydada sifariş etdikdən sonra Yusif narkotik vasitəni harasa qoymaqla götürərək əldə etmiş, heç vaxt üz-üzə görüşməmiş, pulu isə ona göndərdiyi bank kartlarına yükləmişdir. 27 noyabr 2023-cü il tarixdə Yusif ona iran nömrəsindən istifdəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib Quba rayonunda Yusifə məxsus psixotrop maddə metamfetamin, narkotik vasitə heroin və marixuana olduğunu, həmin psixotrop maddə və narkotik vasitələri götürüb Bakı şəhərinə gətirib bir yerə qoymasını, özünün istifadəsi üçün də üzərindən bir qədər götürməyi təklif etmişdir. İlk öncə o Yusiflə razılaşmamış, lakin növbəti gün yenə Yusif onu yığmış, o da narkotik istifadə etmək istədiyindən, həmçinin pulu olmadığı üçün Yusiflə razılaşmışdır. Həmin vaxt o evdə olmuş, həmçinin Əsmər və Nailya da evdə olduğundan söhbətdən məlumatları olmuşdur. Qızlar da onunla gəlmək istədiklərini, Quba rayonunda gəzməyə getməyi, həmçinin götürəcəyi narkotik vasitə və psixotrop maddədən də birlikdə istifadə etməyi demişlər, o də razılaşmışdır. Daha sonra o bu barədə Sadiqə güvəndiyi üçün zəng edib Quba rayonuna sabah, yəni 29 noyabr 2023cü il tarixdə getmək lazım olduğunu, oradan psixotrop maddə metamfetamin, narkotik vasitə heroin və marixuana götürəcəklərini bildirmişdir. Sadiq də onunla razılaşmışdır. 29 noyabr 2023-cü il tarixdə Sadiq idarə etdiyi avtomobillə onları gəlib yaşadıqları evdən götürmüşdür. O avtomobildə öndə, Əsmər və Nailya isə arxada əyləşmişlər. Yusif ona narkotik vasitənin olduğu yerin məkanını vatsap ani mesajlaşma mübadilə sistemindən atmış, həmçinin yerləşdirildiyi ərazinin iki ədəd fotoşəklini də göndərmişdir. Qeyd olunan tarixdə təxminən saat 15 radələrində Quba rayona gəlmişlər. O getdiyi yeri Sadiqə izah etmişdir. Məkan üzrə mobil telefonda elektron xəritədə işarələnmiş yer üzrə Sadiq idarə etdiyi avtomobili Bakı-Quba avtomobil yolunun kənarında yerləşən “Qafqaz oil” yanacaq doldurma məntəqəsinin yanından sola tərəf sürmüş və daşlı yol ilə təxminən 300-400 metr gəldikdən sonra qeyd olunan yerin yaxınlığında dayanmışlar. Əvvəlcə o özü avtomobildən düşüb narkotik vasitə götürmək istəmişdir. Lakin biraz tərəddüd etmiş, bundan sonra Əsmər və Nailya özlərini irəli verib avtomobildən düşmüşlər. Əsmər onun telefonunu götürüb xəritə ilə narkotik vasitənin olduğu yerə doğru hərəkət etməyə başlamış, Nailya də Əsmərin ardınca getmişdir. Hər ikisi ara yolla bir qədər getmişlər. Həmin vaxt mülki formada olan şəxslər qızlara yaxınlaşmış və saxlamışlar. Sadiq də həmin şəxslərin polis olduğunu anlamış, dərhal avtomobili hərəkətə gətirib oradan uzaqlaşmışlar. Yolda olarkən Quba rayonunun çıxışında polis postu olduğunu görüb Sadiq avtomobili ara yollarla Şabran rayonuna sürmüşdür. Sadiq avtomobillə Şabran şəhərinə çatdıqda avtomobildə nasazlıq yaranmış, buna görə də, avtomobili adını bilmədiyi kafenin önündə saxlayıb oradan başqa taksiyə əyləşib birlikdə Bakı şəhərinə qayıtmışlar. O nə Əsməri, nə Nailyanı, nə də Sadiqi məcburən Quba rayonuna gətirməmiş, hər üçünə narkotik vasitə əldə etmək məqsədilə Quba rayonuna getdiyini məlumat vermişdir. O özü Nailyaya və Əsmərə narkotik vasitə və psixotrop maddə pay verəcəyini bildirmiş, Əsmərdə olan mobil telefon ona məxsusdur. O narkotik vasitələrin satışı ilə məşğul olmamış, sadəcə özü istifadə etmiş, Nailya Kurbanberdievanı öz adı ilə tanımış, Nailyaya Leyla deyildiyini eşitməmiş, lakin bacısı Əsmərə öz aralarında Aysel adı ilə müraciət etmişlər. Təqsirləndirilən şəxs3 da narkotik vasitə götürməyə gəlmələrindən məlumatı olmuşdur. Həmçinin onu və qızları Quba rayonuna aparıb-gətirməyinə görə Sadiqin avtomobilinə 30 manat benzin vurmuş, həmçinin 50 manat da əlavə imkan olsa verəcəyini demişdir. Yusif ona konkret olaraq hansı miqdarda narkotik vasitə və psixotrop maddə olduğunu deməmişdir, sadəcə həmin narkotik vasitə və psixotrop maddənin üzərindən özləri üçün 2-3 qram psixotrop maddə metamfetamin, az miqdarda da marixuana və kola götürəcəkdirlər (cild 1, iş vərəqi 196- 199; cild 2, iş vərəqi 230-234; cild 3, iş vərəqi 153-156, 159-160). Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günündən bir gün əvvəl Orxan ona zəng edən zaman o, avtomobilinin xarab olduğunu və rayona gedə bilməyəcəyini bildirmişdir. Hadisə günü saat 12 radələrində o, işdə olan zaman Orxan ona zəng edərək yol xərcini ödəyəcəyini və Quba rayonuna getməli olduqlarını bildirmişdir. O, Orxana xərci ödəyirsə gedə biləcəyini söyləmiş və onlar Qubaya getmişlər. Qubada olan zaman Əsmər və Nailya avtomobildən düşmüş və onlar polis əməkdaşlarının qadınları tutduğunu görmüşlər. Orxan ona avtomobili hərəkətə salmasını bildirmiş və onlar hadisə yerindən uzaqlaşmışlar. Şahdağda olan zaman avtomobil xarab olmuş və onlar avtomobili orada qoyaraq Bakıya gəlmişlər. 20 yanvar ərazisində olan zaman o, Orxandan məsələnin nə olduğunu soruşmuş və Orxan ona Quba rayonuna narkotik vasitə üçün getdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, əvvəllər narkotik vasitə olan marixuana istifadə etmiş, amma 6-7 ildir ki, narkotik vasitə istifadə etməyi dayandırmışdır. O, Orxanın Mahirə adlı digər bacısını tanımışdır. Orxan Quba rayonunda işi olduğunu bildirmişdir. Qadınlar avtomobildən düşən zaman o bunun səbəbini soruşmamışdır. O, əvvəllər oğurluq cinayətində təqsirləndirilərək məhkum olunmuşdur. O, rəsmi şəkildə taksi fəlaliyyəti ilə məşğul olur. O, “Yango” şirkətində çalışır. Orxan Quba rayonuna getmək üçün ona 30 manat pul vermiş və 50 manat da verəcəyini bildirmişdir. Onların Qubaya çatmamış sağa dönməsi göstərişini Orxan vermişdir. Qubaya gedən zaman yol boyu heç kim narkotik barədə söhbət açmamışdır. Əsmərin üzərindən aşkar olunmuş “Honor” markalı telefon ona məxsus olmamış, onun telefonu öz üzərində olmuşdur. Onun telefonu “Samung” markalı mobil telefondur. Həmin telefonu yoxladıqdan sonra özünə qaytarmışlar. Həmin telefonda olan mobil nömrəni xatırlamır. Qadınları polisin saxlamasını onlar görmüşlər. Onlar arasında 500-600 metr məsafə olmuşdur. Orxan ona avtomobili sürməsini söylədiyi üçün o avtomobili sürüb oradan uzaqlaşmışdır. O, Orxanın narkotik arxasınca Qubaya getdiyini Bakıda öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 29 noyabr 2023-cü il tarixdə Əsmər və Leyla adlı iki nəfər şəxsin narkotik vasitələrin istifadəsi, üzərlərində gəzdirmələri və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar tərəfindən əməliyyat qrupu yaradılmış və həmin şəxslər Bakı-Quba yolunun 1-ci Nügədi ərazisində, 5-ci məhəlləyə gedən yolda hərəkət edərkən həmin iki şəxs əlində çanta ilə onların qarşısına çıxmışlar. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmək istəyən zaman şəxslər qaçaraq biraz onlardan uzaqlaşmışlar. Həmin vaxt kənarda bir avtomobil də dayanmışdır. Qadınların həmin avtomobillə oraya gəldikləri məlum olmuşdur. Onlar həmin avtomobilə yaxınlaşmaq istəyən zaman avtomobil hərəkətə keçərək oradan uzaqlaşmışdır. Dərhal hadisə yerində təhqiqatçı və vəkilin iştirakı ilə videoçəkilişlə çantaya baxış keçirilmiş və çantadan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxslərdən həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda onlar bir nəfər oğlanın göndərdiyini bildirmişlər. Sonradan müəyyən olunmuşdur ki, narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından əldə etmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxslərə qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Əməliyyat qrupuna 4 nəfər şəxs daxil olmuşlar. Nailə Türkmənistan Respublikasının vətəndaşıdır. Əməliyyat tədbirinin davamı olaraq sonradan digər iki nəfər şəxsi də saxlamışlar. Daxil olmuş əməliyyat məlumatı Əsmər və Nailə adlı şəxslər barəsində olmuşdur. Orxan və Sadiq barəsində onda əməliyyat məlumatı olmamışdır. Onlar qadınları saxladıqdan sonra Əsmər Sadiq adlı təqsirləndirilən şəxsin onu çanta götürməyə göndərdiyini bildirmişdir. Həmin xanımın üzərində qardaşı Orxana məxsus telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxslərin üzərinə hadisə yerində baxış keçirilmiş, təhqiqatçı və müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxslər onlara qarşı müqavimət göstərməmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 hər biri ayrı-ayrılıqda Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs olan X6 məhkəmə istintaqı zamanı dindirilmiş və şəxs öz ifadəsində göstərmişdir ki, onun Orxanla münasibəti olmuşdur. Onlar Quba rayonuna gəzməyə getmişlər. Daha sonra onlar Əsmərlə avtomobildən düşməli olmuşlar. Əsmər çantanı götürmüş və daha sonra onlar polis əməkdaşları tərəfindən saxlanılmışlar. Onun çantada narkotik vasitə olmasından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Qubaya Təqsirləndirilən şəxs3 avtomobili ilə getmişlər. O, həmin şəxsi əvvəldən tanımışdır. Orxanla bir il imiş ki münasibətləri var imiş. Əsməri isə Orxanın bacısı kimi tanımışdır. O, Orxanla birlikdə Binəqədi rayonunda yaşamışdır. Avtomobildə 4 nəfər şəxs olmuşlar. Onlar Bakıdan səhər saatlarında çıxmış, günorta saatlarında Qubaya çatmışlar. Onlar Qubaya gəzmək adi ilə getmişlər. Əsmərlə o avtomobildən düşmüş, o tualetə getmək məqsədi ilə Əsmərin arxasınca getmiş və daha sonra Əsmərin çanta götürdüyünü görmüşdür. Daha sonra Əsmər qaçmağa balşamış, o, Əsmərin arxasınca qaçan zaman polis əməkdaşları onları saxlamışlar. Hava almaq məqsədi ilə avtomobili saxlamışlar. O, əvvəllər narkotik vasitə olan marixuana istifadə etmişdir. O, Orxanla birlikdə narkotik vasitə istifadə etməmişdir. Orxan ola bilsin ki, onun narkotik vasitə istifadə etdiyini bilmişdir. Orxanın narkotik vasitə istifafə etməsindən onun xəbəri olmamışdır. Əsmərin narkotik vasitə istifadə edib-etməməsindən xəbəri olmamışdır. O, həmin vaxt Əsmərdən çantanın içərisində nə olduğunu soruşa bilməmişdir. Polis əməkdaşları onu və Əsməri saxlamış, Orxan və Sadiq hadisə yerindən uzaqlaşmışlar. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. O, ibtidai istinaq zamanı məcbur qalaraq narkotik vasitənin Sadiqə məxsus olduğunu bildirmişdir. Qubaya getmək təklifi Orxandan gəlmişdir. Onlar Qubaya çatmamış sola dönmüşlər və həmin göstərişləri Orxan vermişdir. Əsmər ayaqyoluna getmək məqsədi ilə avtomobildən düşmələrini söyləmişdir. O, təzyiq altında olduğu üçün ibtidai istintaq zamanı yalan ifadə vermişdir. Onun barəsində cinayət işi gedir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, Türkmənistan Respublikasında doğulmuş, 15 yaşı olanadək orada yaşamış, 2006-cı ildən isə anası Rəna ilə birlikdə Azərbaycan Respublikasında, Bakı şəhərində yaşayan xalası Sevilin yanına gələrək orada yaşamağa başlamışdır. Anası Rəna 03 ay sonra Türkmənistan Respublikasına geri qayıtmış, o isə rəsmi qeydiyyata durmadan ölkədə qalmışdır. Onun məqsədi burada təhsil almaq olmuş, lakin əvvəlcə səhhətində problemlər yaranmış, sonra isə müxtəlif yerlərdə işləməyə başladığından təhsil ala bilməmişdir. Orta məktəbə Türkmənistan Respublikasında getsə də, uzun müddətdir ki, Azərbaycanda yaşadığından sərbəst şəkildə yazmağı və oxumağı bilmiş, Azərbaycan dilini tam başa düşmüşdür. Təxminən 7 il öncə anası Rəna Türkmənistan Respublikasında olan evlərini satıb Azərbaycana gəlmiş, hazırda qeyd etdiyi ünvanda yerləşən evi almış və həmin vaxtdan anası ilə birlikdə orada yaşayır. Narkotik vasitə istifadəçisidir. Təxminən 2 ildir ki, el arasında patı kimi tanınan psixotrop maddə metanfetamindən falqaya dolduraraq çəkmək üsulu ilə qəbul etmiş, həmçinin düşdükcə narkotik vasitə qurudulmuş marixuana da siqaretə doldurmaqla çəkmişdir. Təqsirləndirilən şəxs1 təxminən iki ildir ki, tanıyır, rəfiqəsidir. Əsmər ilə Xırdalan şəhərində dırnaq ustası kimi işlədiyi zaman tanış olmuş, Əsmər onun yanına müştəri kimi gəlib-getmişdir. Əsmər onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş, həmçinin o da Əsmərin narkotik vasitə istifadəçisi olduğunu bilmiş, onlar birlikdə dəfələrlə narkotik vasitə istifadə etmişlər. Əsməri tanıdıqdan sonra Əsmərin qardaşı Orxan ilə münasibəti yaranmış, bir müddət sonra isə sevgili olmuşlar və Orxanın yaşadığı evdə birlikdə qalmışdır. Tutulmamışdan iki ay əvvəl, yəni 2023-cü ilin sentyabr ayının sonlarında Sadiq adlı taksi sürücüsü ilə tanış olmuşdur. Sadiqin də narkotik vasitə istifadəçisi olduğunu eşitmiş, Sadiqi Əsmər vasitəsilə tanımış, belə ki, Sadiqlə Əsmərin bacısı Lamiyənin arasında sevgi münasibəti olmuş, onun Sadiqlə şəxsi münasibətləri olmamışdır. Lakin bir dəfə, dəqiq xatırlamadığı tarixdə Sadiqlə tanış olduqdan sonra Bakı şəhəri, Binəqədi rayonu ərazisində, Sadiqin avtomoblində o və Əsmər Sadiqlə birlikdə narkotik vasitə marixuana qəbul etmişlər, marixuananı ona çəkmək üçün Sadiq pay kimi vermişdir. 28 noyabr 2023-cü il tarixdə Orxan və Əsmərlə evdə olarkən Orxanın mobil telefonuna zəng gəlmiş, Orxanın telefonla danımasını eşitmişlər. Zəng edən şəxs Quba rayonunda ona məxsus narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni götürüb Bakı şəhərinə gətirməyi, özünün istifadəsi üçün də üzərindən bir qədər götürməyi təklif etmişdir. O və Əsmər də Orxanla getmək istədiyini, Quba rayonunda gəzməyə getməyi, həmçinin götürəcəyi narkotik vasitədən də birlikdə istifadə etməyi demişlər, Orxan da razılaşmışdır. Daha sonra onlar etibarlı şəxs kimi Sadiqə güvəndikləri üçün Sadiqlə birlikdə getməyi qərara almışlar. Orxan zəng edib Quba rayonuna sabah, yəni 29 noyabr 2023-cü il tarixdə getmək lazım olduğunu, oradan narkotik vasitə marixuana götürəcəklərini Sadiqə demişdir. Sadiq də razılaşmışdır. 29 noyabr 2023-cü il tarixdə Sadiq idarə etdiyi ağ rəngli, DAEWOO Gentra markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə onu, Əsməri və Orxanı gəlib yaşadıqları evdən götürmüşdür. Orxan avtomobildə öndə, o və Əsmər isə arxada əyləşmişlər. Narkotik vasitənin olduğu yerin məkanı Orxana vatsap ani mesajlaşma mübadilə sistemindən atılmış, həmçinin yerləşdirildiyi ərazinin iki ədəd fotoşəkli də göndərilmişdir. Qeyd olunan tarixdə, təxminən saat 15 radələrində Quba rayona gəlmişlər. Orxan getdikləri yeri Sadiqə izah etmişdir. Sadiq idarə etdiyi avtomobili Bakı-Quba avtomobil yolunun kənarında yerləşən “Qafqaz oil” yanacaq doldurma məntəqəsdinin yanından sola tərəf sürmüş və daşlı yol ilə təxminən 300-400 metr gəldikdən sonra narkotik vasitənin olduğu məkanın yaxınlığında dayanmışlar. Əvvəlcə Orxan özü avtomobildən düşüb narkotik vasitəni götürmək istəmişdir. Lakin Orxan tərəddüd etdiyindən, Əsmər Orxanın telefonunu götürmüş, o da Əsmərlə birlikdə avtomobildən düşmüş, Orxanın telefonunda xəritə ilə narkotik vasitənin olduğu yerə doğru hərəkət etməyə başlamışlar. O və Əsmər çantanın qoyulduğu həmin yerə getmişlər. Çantanın üstü ağac budaqları ilə örtülmüş, o həmin budaqları çantanın üzərindən götürmüş, çantanın ağzı skoçla bağlanmış, Əsmər də həmin narkotik vasitə olan çantanı yerdən götürmüşdür. Hər ikisi birlikdə avtomobilə yaxınlaşdıqda mülki formada olan şəxslər onlara yaxınlaşmışlar və polis olduqlarını elan edərək onu və Əsməri saxlamışlar. Bu vaxt Sadiq avtomobili sürərək oradan uzaqlaşmışdır. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-nə məlumat verərək digər polis əməkdaşları və müdafiəçi dəvət edəcəklərini bildirmişlər. Onlar çağırdıqları polis əməkdaşları və müdafiəçi gələnə kimi onun hərəkətlərini nəzarətdə saxlamışlar. Digər polis əməkdaşları gəldikdən sonra müdafiəçinin iştirakı ilə videokəçilişdən istifadə edilməklə saxlanıldığı həmin yerdə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazadan əvvəl ona üzərində qanunla qadağan olunan nə varsa hamısını təqdim etməsi təklif olunmuşdur. O əynindəki nəm salfetkanı, güzgünü, ətir qabını və alışqanı təqdim etmişdir. Daha sonra onlar götürdüyü qara rəngli çantanı polis əməkdaşlarına təqdim etmiş, çantaya baxış keçirilən zaman içərisində sellofan torba olduğu məlum olmuşdur. Sellofan torba açılan zaman orada yaşıl rəngli, spesifik iyə malik marixuanaya bənzər kütlələr olduğu polis əməkdaşlarına məlum olmuşdur. Sorğu zamanı o həmin narkotik vasitəni Sadiqin göstərişi əsasında götürməyə gəldiyini, qarşılığında sonuncunun ona və rəfiqəsi Əsmərə psixotrop maddə metamfetamin, eləcə də çantada olan narkotik vasitədən pay verəcəyini, Sadiqin ona həmin çantada 40 kiloqram narkotik vasitə olduğunu dediyini bildirmişdir. Lakin həqiqətdə onlara həmin götürəcəyi çantanın içərisində olan narkotik vasitə marixuana və psixotrop maddə metamfetamindən Orxan pay verəcəkdi. O, həmin vaxt Orxanla sevgili olduğundan adını çəkmək istəməmiş, buna görə də Sadiqin pay verəcəyini demişdir. Sadiqin narkotik vasitə götürmək üçün gəlmələrindən məlumatı olmuş, götürəcəkləri narkotik vasitədən Sadiqə də çatacaqdı. Bundan başqa üzərindən qanunla qadağan edilən heçnə aşkar edilməmişdir. Aşkar edilmiş sellofan torbada olan bükülü birlikdə elektron tərəzi vasitəsi ilə ölçülmüş və çəkisinin 8.160 kiloqram olduğu məlum olmuşdur. Daha sonra həmin bükülü çanta ilə birlikdə qablaşdırılmış və üzərinə zərf vurularaq götürülmüşdür. O və müdafiəçisi qablaşdırılmış zərfin üzərinə imza edərək tamlığını təsdiq etmişlər. Video çəkiliş başa çatdıqdan sonra üzərində aparılan şəxsi axtarış ilə bağlı protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün imza edərək doğruluğunu təsdiq etmişlər. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman adının Leyla olduğunu bildirmişdir. O həmin vaxt həyəcanlı olduğundan və hər kəsi onu elə çağırdığından adının Leyla olduğunu demiş, lakin onun rəsmi olaraq sənəd üzrə adı Nailyadır. O Azərbaycana gələrkən pasportu olmuş, sonradan o şəxsiyyətini təsdiq edən bütün sənədlərini itirmişdir. Aşkar olunmuş həmin narkotik vasitəni o Sadiqin göstərişinə əsasən rəfiqəsi Əsmərlə birlikdə götürmüş, Sadiq ona və Əsmərə bunun qarşılığında psixotrop maddə metamfetamin, eləcə də çantada olan narkotik vasitədən pay verəcəyini bildirmişdir. O narkotik vasitələrin satışı ilə məşğul olmur, sadəcə özü istifadə edir. Onu polis əməkdaşları saxlayarkən ona hər hansı bir fiziki və psixoloji təsir göstərməmişlər, həmin vaxt müdafiəçisi də yanında olmuşdur. Ad, soyad və ata adı doğum haqqında şəhadətnamədə olduğu kimi, yəni X4r (cild 1, iş vərəqi 92-95, 240-243; cild 2, iş vərəqi 188-191, 192-193). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, o, Qubaya getmək məqsədlərini əvvəldən bilməmiş, təzyiq altında olduğu üçün ibtidai istintaq zamanı yalan ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid X26 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, qeyd edilən ünvanda anası Zəminə, oğlu Radim və qızı Nailya ilə birlikdə yaşamışdır. X1 ilə 1989-cu ildə Türkmənistan Respublikası, Türkmənbaşı şəhərində ailə həyatı qurmuşdur. Onların birgə nikahından 19 oktyabr 1991-ci il tarixdə X6 dünyaya gəlmişdir. 2001-ci ildə əri Saparmamed ilə aralarında münasibətlər pisləşdiyindən boşanmışlar. O, Türkmənbaşı şəhərində zavodda xadimə işləyərək qızı Nailyaya və onunla birlikdə yaşayan anası Zəminəyə baxmışdır. 2006-cı ildə o maddi imkanı zəif olduğundan Azərbaycan Respublikasında yaşayan bacısı Sevilin yanına gedib birdəfəlik Azərbaycan Respublikasına köçmək istəmişdir. Bu məqsədlə o qızı Nailyanı da götürüb Azərbaycan Respublikasına gəmi vasitəsilə gəlmişdir. Həmin vaxt həm onun, həm də Nailyanın Türkmənistan pasportu olmuşdur və həmin pasport əsasında Azərbaycan Respublikasına keçmişlər. Azərbaycana keçdikdən sonra orada yalnız 3 ay qalmaq icazəsi verilmişirdir. 3 aydan sonra Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi almalı olmuşdur. Lakin o, Türkmənbaşı şəhərində olan anası xəstələndiyindən geri qayıtmaq məcburiyyətində qalmışdır. Qızı Nailyanı isə bacısı Sevilin yanında qoymuşdur. O, Türkmənbaşı şəhərinə geri qayıtmış, orada olan evini satıb, anasını da götürərək Azərbaycan Respublikasına qayıtmağı və burada ev alıb qızı və anası ilə birlikdə yaşamaq istəmişdir. Lakin o Türkmənbaşı şəhərinə qayıtdıqdan sonra satmalı olduğu evin sənədlərində problem yarandığından evi tez sata bilməmişdir. Həmçinin Türkmənistan Respublikasında başqa şəxslə ailə həyatı qurduğundan artıq Azərbaycana qayıtmağı alınmamışdır. Bir müddət sonra isə o ikinci həyat yoldaşından da ayrılmışdır. Təxminən 7 il öncə o Türkmənistan Respublikasında olan evi satıb anası ilə birlikdə Azərbaycana gəlmiş, hazırda qeyd etdiyi ünvanda yerləşən evi almışlar və həmin vaxtdan orada yaşayırlar. Nailya Xırdalan şəhərində dırnaq ustası işləmişdir. Nailya Türkmənistan pasportunu itirdiyindən o Nailyaya Azərbaycanda yaşamaq hüququ verən icazə sənədi ala bilməmişdir. Belə ki, əvvəlcə o, Nailyanın Türkmənistan Respublikasından pasportunu bərpa etdirməli olmuş, daha sonra Azərbaycanda yaşamaq üçün icazə sənədi alınacaqdı. Lakin onun maddi durumu aşağı olduğundan, bu işləri görmək də xərc tələb etdiyindən sənədlərini düzəldə bilməmişlər. Bununla belə, Nailyanın doğum haqqında şəhadətnaməsi olmuşdur. Onun Nailyanın narkotik vasitə istifadə etməsindən məlumatı olmamışdır. Nailya son iki ildə yaşadıqları evə az-az gəlmiş, ona rəfiqəsi gildə qaldığını bildirmişdir. Polis tərəfindən tutulduqdan sonra ona Nailyanın narkotik istifadəçisi olan şəxslərlə münasibət qurması və özünün də istifadə etməsi məlum olmuşdur. Bundan sonra o Nailyanı yenidən öz yaşadığı evə gətirib yanında saxlamışdır. Həmin vaxtdan hər zaman onun nəzarətində olmuşdur. Hazırda qızı Nailya Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə şəxsiyyətini təsdiq edən digər sənədləri əldə etmək üçün müraciət etmişdir (cild 2, iş vərəqi 164-165). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Quba Rayon Polis Şöbəsinə xx.xx.1995-ci il təvəllüdlü, İmişli rayonu Yalavac kəndində qeydiyyatda olan və Binəqədi rayonunda yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1991-ci il təvəllüdlü, Türkmənistan Respublikasında qeydiyyatda olan və Abşeron rayonu, Bəhlulzadə 120-də yaşayan X16 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, daşıması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin şəxslər Bakı-Quba avtomobil yolunun 1-ci Nügədi 5-ci məhəlləyə gedən yolda saxlanılmışlar (cild 1, iş vərəqi 02). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və X21 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi barədə” protokollardan görünür ki, həmin tarixdə müdafiəçinin də iştirakı ilə video çəkilişlə Leyla Qurbanovanın üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın ciblərində bir ədəd nəm salfetka, bir ədəd güzgü, bir ədəd ətir və bir ədəd alışdırıcı aşkar edilmişdir. Həmçinin, həmin tarixdə müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan şalvarın ciblərində bir ədəd “Honor" markalı mobil telefon, bir ədəd "Vinchester" siqareti və göy rəngli qolbaq (sadə) aşkar edilmişdir. Geyimlərdən və bədənindən qanunla qadağan edilən hər hansı əşya və ya predmet, eləcə də narkotik vasitə aşkar olunmamışdır. Daha sonra Qarşılarında saxladıqları qara rəngli çanatanın içərisində sellafon torbaya bükülmüş kütlə aşkar olunmuşdur. Həmin sellafon torba açıldıqda içərisində yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzi ilə kəçilən zaman 8.160 kiloqram olduğu məlum olmuşdur. Aşkar edilərək götürülmüş kütlə ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılmış, şəxsi axtarışın əks olunduğu video çəkiliş CD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 29, 54). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 30 noyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1634 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Abşeron rayon sakinləri Qurbanova... Əsədullayeva..." yazıları və imzalar olan qara rəngli sintetik çantadakı 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi - 6950,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 01, iş vər. 63-64). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli 3- 16-17/40/2-1134/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı onda hamiləliyə xas əlamətlər müşahidə olunmuşdur. Bu səbəbdən ətraflı müayinələrə cəlb olunmuşdur. Müayinələr nəticəsində onun hamilə olması məlum olmuşdur (cild 02, iş vər 89). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024cü il tarixli 511 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 eyni zamanda bir neçə narkotik vasitə və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər 98-99). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024cü il tarixli 512 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər 100-101). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs1 istintaqa vermiş olduğunu ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 02, iş vər 124-126). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024cü il tarixli 360 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.3-cü bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs1 hamilə olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər 138-139). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-20- 04/2-967 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Bakı istintaq Təcridxanasından “33-34 həftəlik hamiləlik” diaqnozu ilə müalicə müəssisəsinə köçürülmüşdür. O, kilinik, laborator, instrumental müayinələrdən keçirilmiş, “36-37 həftəlik hamiləlik” diaqnozu müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs1 doğuş sancıları başladığı vaxt doğuşa yardım məqsədi ilə 3 saylı doğum evinə köçürülməsi nəzərdə tutulmuşdur (cild 03, iş vər. 125). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hazırki cinayət işindən X6 barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işinin ayrılması qərara alınmışdır (cild 03, iş vər. 193-195). İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Quba Rayon Polis Şöbəsinə xx.xx.1995-ci il təvəllüdlü, İmişli rayonu Yalavac kəndində qeydiyyatda olan və Binəqədi rayonunda yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1991-ci il təvəllüdlü, Türkmənistan Respublikasında qeydiyyatda olan və Abşeron rayonu, Bəhlulzadə 120-də yaşayan X21 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etmələri, daşımaları və üzərlərində saxlamaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, həmin şəxslər Bakı-Quba avtomobil yolunun 1-ci Nügədi 5-ci məhəlləyə gedən yolda saxlanılmış, müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərilərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı külli miqdarda narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və X2 üzərilərinə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmələri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, ekspert rəyləri, üzləşdirmə istintaq hərəkətinin protokollu, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxslər tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə həm şübhəli şəxs qismində saxlanılarkən və üzərilərnə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onların hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçiləri yanlarında olmuş, lakin nə döyülmələri, təsir və təzyiqə məruz qalmaları barədə, nə də narkotik vasitə dalınca getməmələri barədə, nə də ki az miqdarda narkotik vasitə dalınca getmələri barədə müdafiəçilərinə heç bir söz deməmiş, etirazlarını bildirməmiş, bundan əlavə barələrində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmiş, etirafedici ifadələr vermişlər. Təqsirləndirilən şəxslər bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişlər ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Digər Təqsirləndirilən şəxs3 ümumiyyətlə özünü təqsirli bilməməsi, Quba rayonuna gedərkən narkotik dalınca getdiyini bilməməsi barədə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələrə də tənqidi yanaşır və qeyd edir ki, iş üzrə digər təqsirləndirilən şəxslər, habelə Nailya Kurbanberdiyeva ibtidai istintaq zamanı onu ifşaedən ifadələr vermiş, onun da hər bir şeydən məlumatlı olduğunu, Quba rayonuna məhz narkotik vasitə götürmək üçün getdiklərini bildiyini göstərmiş, Təqsirləndirilən şəxs3 da bilərək, məqsədli şəkildə narkotik vasitə əldə etmək üçün Quba rayonuna narkotik vasitə qoyulan yerə getdiyini təsdiq etmişlər. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə, Təqsirləndirilən şəxs3 isə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə narkotik vasitənin necə və hansı yolla əldə olunması, həmin yerə qoyulması, onlar arasında danışıqların aparılması, rolların bölüşdürülməsi və s. barədə verdikləri ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, onlara elan olunan ittihamın əsasında məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Bundan əlavə, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı məsələyə münasibətdə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı onda hamiləliyə xas əlamətlər müşahidə olunmuşdur. Bu səbəbdən ətraflı müayinələrə cəlb olunmuşdur. Müayinələr nəticəsində onun hamilə olması məlum olmuşdur. Müayinə zamanı onda döyülməyə xarakterik heç bir xəsarət aşkar olunmamışdır. Həmçinin, məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı dindirilən X2 verdiyi ifadəyə də tənqidi yanaşaraq qeyd edir ki, sözügedən şəxs təqsirləndirilən şəxslərlə yaxın münasibətdə olan şəxsdir və onun özü barəsində hazırki cinayət işindən ayrıca cinayət işi ayrılmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, həmin şəxsin məhkəmə istintaqı zamanı həm özünü müdafiə edən formada, həm də təqsirləndirilən şəxslərin xeyrinə ifadə verməsi anlaşılandır. Ona görə də, məhkəmə kollegiyası həmin şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəyə də tənqidi yanaşır və onu əsaslı sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Rəhimov küçəsi, döngə 6, ev 4-də qeydiyyatdadır. Yaşayın yeri üzrə müsbət səciyyələndirilir (cild 02 iş vər. 133-134). Təqsirləndirilən şəxs3 CM-nin 59-cu maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 03 ay 26 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddətinin sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmədən yenidən cinayət əməli törətdiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 02, iş vər. 13-14). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin təhlükəli residivi müəyyən edilir. Belə ki, CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə şəxsin əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum oluduğu cinayət əməli ağır cinayət sayıldığından və CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzasını çəkib qurtardıqdan sonra 06 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs3 isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halın olmamasını, həmçinin əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda şəxsin əvvəllər də azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini, məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətməsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitənin kütləsinin çoxluğunu, habelə 65.2-ci maddəsinin müddəalarını nəzərə alaraq, cəzanın məqsədinin təmin edilməsi üçün Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinin üçdə ikisindən az olmayan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin əvvəlki məhkumlarına diqqət yetirdikdə görünür ki, o, daha əvvəl ağır cinayət əməli törətməkdə təqsirli bilinərək məhkum olunmuş, lakin təqsirləndirilən şəxs bundan nəticə çıxarmamış, sonradan yenidən qəsdən ağır cinayət əməli törətmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 İmişli rayonu, Yalavac kəndində qeydiyyatdadır. Yaşayın yeri üzrə müsbət səciyyələndirilir (cild 02 iş vər. 155-156). İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X30 adlı bir azyaşlı uşağı var. Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması isə CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, qadın olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 02, iş vər. 11). Cinayət işinin materiallarına əlavə olunan “İmişli rayon İcra və Probasiya Şöbəsi”nin xx.xx.2025-cü il tarixli, 182881 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə şöbədə qeydiyyata düşmüş, lakin şöbəyə gəlmədiyi üçün barəsində axtarış işi açılmışdır. Təqsirləndirilən şəxs1 10 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Odur ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halın olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə əvvəllər qəsdən törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına münasibətdə daha yüngül cəza təyin edilməsindən nəticə çıxarmayaraq daha ağır cinayət əməli törətməsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitənin kütləsinin çoxluğunu nəzərə almaqla Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir və məhkəmə kollegiyası hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki hökm üzrə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi cinayət qanununun müddəalarına əsasən iki günün bir günə bərabər götürülməklə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilib hökmlərin məcmusu üzrə toplamaqla Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 İmişli rayonu, Yalavac kəndində qeydiyyatdadır. Yaşayın yeri üzrə müsbət səciyyələndirilir (cild 02 iş vər. 157-158). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, X15 əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 12). Təqsirləndirilən şəxs X12 əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirə hallar, habelə CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası X12 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitənin kütləsinin çoxluğunu nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Quba Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər. 45-46, 117-121). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Quba Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər. 150, 215-220). Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən X31 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Quba Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər. 169, 221-225). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 qıznın südəmər uşağı olan ana olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Quba Rayon Polis Şöbəsində saxlanılan 6949,8 qram narkotik vasitə qurudulmuş marixuana hazırki cinayət işindən ayrılmış X6 barəsində olan ********* nömrəli cinayət işinə əlavə edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalı, habelə hökm qanuni qüvvəsini aldıqdan sonra 01 ədəd “Honor” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. İş üzrə 78 AZN (yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ayrı-ayrılıqda 26 AZN (iyirmi altı manat) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin olunmuş 10 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir hesabı ilə hesablanmaqla 05 (beş) 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədiləsində təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədiləsində təqsirli bilinsin və 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Quba Rayon Polis Şöbəsində saxlanılan 6949,8 qram narkotik vasitə qurudulmuş marixuana hazırki cinayət işindən ayrılmış X6 barəsində olan ********* nömrəli cinayət işinə əlavə edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın, habelə hökm qanuni qüvvəsini aldıqdan sonra 01 ədəd “Honor” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə 78 AZN (yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ayrı-ayrılıqda 26 AZN (iyirmi altı manat) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-114/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-114/2025
03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver