Məhkəmə qərarları › İş №1(124)-115/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-115/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-115/2024 29.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx.xx.1990-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, xx.xx.2022- ci İl tarixli qərarla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1964-cü ildə Cəlilabad rayonu, Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3amış, xx.xx.2022ci il tarixli qərarla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 234.4.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə istifadəsində olan “Samsung Galaxy A03s” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı 19 oktyabr 2022-ci il tarixdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satiş məqsədi ilə, külli miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1200 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda, üzərində “Methadone 40” yazısı olan dərman konvalyutunda 9 ədəd, təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram narkotik vasitə metadon həblərini Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin yaxınlığında, divarın dibində gizlətməklə yerləşdirərək həmin bükümün və yerin fotoşəkillərini Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Samsung Galaxy A03s” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, sonuncu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının göndərdiyi külli miqdarda narkotik vasitə heroini və 9 ədəd metadon həblərini satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmək üçün Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq həmin külli miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1200 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda, üzərində “Methadone 40” yazısı olan dərman konvalyutunda 9 ədəd, təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram narkotik vasitə metadon həblərini birlikdə əldə etmək barədə razılığa gəldikdən sonra həmin ünvana getmək üçün Bakı şəhəri, Nizami rayonu ərazisindən onların cinayətkar niyyətindən məlumatsız taksi fəaliyyəti ilə məşğul olan Şahid1 Ağaş oğluna məxsus “VAZ-21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək birlikdə qeyd olunan Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin yanına getmiş, yolda olarkən Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 məxsus mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatı vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayaraq narkotik vasitələrin həmin ünvanda yerləşdirilməsi barədə söhbətlər aparmış, 20 oktyabr 2022-ci il tarixdə, saat 00:03 radələrində həmin ünvana çatdıqdan sonra aralarında olan qabaqcadan razılaşdırılmış rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs1 isə avtomobildən düşərək qeyd olunan çəkidə narkotik vasitə olan heroini və metadon həblərini gizlədilmiş yerdən götürərək əldə edib daşımaqla üzərində saxlamış, həmin tarixdə, saat 00:05 radələrində Sumqayıt ŞPİ-in CAŞ-ın əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu saxlanılarkən Təqsirləndirilən şəxs2 və Şahid1 polis əməkdalarından yayınaraq hadisə yerindən sonuncuya məxsus avtomobillə qaçmış, lakin Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ-yə gətirilmiş, orada sonuncunun üzərində şəxsi axtarış aparılarkən sağ əlində saxlamış olduğu həmin bir ədəd bükümdə təmiz çəkisi 1200 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 9 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram olan narkotik vasitə metadon həbləri ondan aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Sumqayıta 10 ədəd metadon dərmanı götürmək üçün gəlmişdir. O, saat 10-11 arası tutularaq idarəyə gətirilmiş və bu zaman məhkəməyə sübut qismində təqdim edilən və onun telefonunda aşkar edilən şəkil, ünvan və s. həmin zaman telefonda olmamış və onun telefonuna sonradan hansısa yolla ona göndərilmişdir. Həmçinin onun 01 kq narkotik vasitədən məlumatı olmamış və bunu ərizədə də göstərmişdir. Narkotik vasitənin müxtəlif növlərindən istifadə etsə də onun aludəçisi olmamışdır. İİR vətəndaşının onda nömrəsi olmamış və narkotik vasitə sifariş etməmişdir. Uşaqlığından tanıdığı Təqsirləndirilən şəxs2lə narkotik vasitə ilə bağlı arasında hər hansı razılaşma olmamışdır. İttiham aktında qeyd olunan nömrə ilə yazışması olmamışdır. 10 ədəd metodon göndərmək üçün ona “vatsap” vasitəsilə göndərilən ünvana getmişdir. Həmin ünvanı göndərən əlaqə nömrəsi ona başqa heç nə göndərməmiş və o da öz növbəsində həmin nömrəyə səsli mesaj göndərməmişdir. Həmin əlaqə nömrəsini o Təqsirləndirilən şəxs2 istəmişdir. Həmin nömrənin sahibinin kim olduğunu bilməmiş və Təqsirləndirilən şəxs2 də həmin nömrəni internet vasitəsilə tapdığını bildirmişdir. O, narkotik vasitənin əvəzində onun kartına pul göndərmişdir. Polis idarəsinə gətirilərkən üzərində narkotik vasitə olmadığını, oradan ümumiyyətlə heçnə götürmədiyini, aşkarlanan 1200 qram narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Saxlanılan zaman 6-7 nəfər mülki formada polis əməkdaşı olmuş və onu ora gətirən sürücü oradan getmişdir. Həmin polis əməkdaşları onu döymüş və ona təzyiq etmişlər. Bununla bağlı bədənində xəsarətlər olsa da üzündə heç bir xəsarət olmamışdır. İbtidai istintaq zamanı təzyiq altında ifadə vermiş və həmin ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2010-cu ildən narkotik vasitələr və psixotrop maddələrdən istifadə edir. 2010-cu ildən Şahid1 və atası Təqsirləndirilən şəxs2 tanımış, onlarla kiminsə vasitəsi ilə tanış olmuş, lakin yadında deyil. Məhəbbətdən bir neçə dəfə öz qəbulu üçün narkotik vasitələr və psixotrop maddələr əldə etmişdir. 19 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində Məhəbbətin telefonuna zəng vurub ondan Maarifi soruşmuş. Məhəbbət isə Maarifin evdə olmadığını bildirmişdir. O, da Məhəbbətin evinə getmiş və sonuncunun İranlı Rasim adlı şəxslə narkotik vasitələrlə bağlı danışdığını görüb Məhəbbətə demişdir ki, İranlının nömrəsini ona versin telefonuna yazsın, Məhəbbət də nömrəni ona vermiş və o həmin nömrəni telefonunda qeyd etmişdir. Məhəbbət ona demişdir ki, İranlı Rasim ona demişdir ki, metadon həbləri göndərərək Sumqayıt şəhərində qoydurmuşdur. X5 Sumqayıt şəhərində qoydurduğu metadon həblərinin konumunu, yəni olduğu yeri ona göndərmişdirdi. O, Məhəbbətdən metadon əldə etmək üçün sonuncuya 50 manat pul vermişdir. Sonra Məhəbbətlə birlikdə evdən aşağı düşmüşlər. Məhəbbət evə qayıtmış, o isə küçədə gözləmiş və həmin vaxt Maariflə rastlaşmışdır. Maarifə onu və atası Məhəbbəti Sumqayıt şəhərinə aparmasını demiş, Maarif də buna etiraz etməmişdir. Onlar birlikdə Məhəbbətin yaşadığı evə qayıtmışlar. Maarif evə girmiş, o isə aşağıda gözləmişdir. Maarif evdən əlində torbalar və atası Məhəbbətlə birlikdə geri qayıtmışdır. O, İranlı Rasimlə danışmamışdır. Rasim sadəcə narkotik vasitənin qoyulduğu yerin fotoşəklini ona göndərmişdir. O, elə bilmişdir ki, həmin bağlamada metadon həbləridir. Onun Rasimin 1 kiloqram narkotik vasitə heroin göndərməsindən məlumatı olmamış, bu barədə ona heç kim heçnə deməmişdir. O, Maarif və Məhəbbətlə birlikdə Sumqayıt şəhərinə yola düşdükdən sonra Maarifin onların metadon həbləri götürməyə getməsindən xəbərinin olub-olmadığını bilməmişdir. İranlıdan metadon əldə etmək barədə yalnız Məhəbbətlə danışmışdır. Maarifdən onları taksi sürücüsü kimi 25 manat müqabilində Sumqayıt şəhərinə aparmasını istəmişdir. Onlar Sumqayıt şəhərində yerləşən Bravo arketin yaxınlığında çatdıqdan sonra o, avtomobildən düşüb Rasimin ona göndərdiyi fotoşəkil əsasında həmin yeri tapıb tünd yaşıl, qaramtıl rəngli sellofan bağlamanı götürüb avtomobilə yaxınlaşarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb saxlamışlar, Maarif və Məhəbbət isə oradan qaçıb getmişlər. Əvvəllər istintaqa vermiş olduğu ifadələrini qismən təsdiq etmiş, hazırda vermiş olduğu ifadəsi həqiqətə uyğundur və hazırki ifadəsini tam olaraq təsdiq etmişdir. Bundan başqa əlavə ifadəsində göstərmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə saat 00:05 radələrində Sumqayıt şəhərində yerləşən Bravo marketin yaxınlığında çatdıqdan sonra o, avtomobildən düşüb Rasimin ona göndərdiyi fotoşəkil əsasında həmin yeri tapmışdır. Bağlamanı gördükdə isə həmin bğlamada metadon həbinin ola biləcəyindən şübhə edib bağlamanı götürməmək qərarına gəlmiş və geri qayıtmışdır. Maarifin avtomobilinə çatanda isə polis əməkdaşları ona yaxınlaşaraq saxlamışlar, Maarif və Məhəbbət isə oradan qaçıb getmişlər. Bundan sonra onu saxlayan polis əməkdaşları həmin bağlamanı da götürüb onu Sumqayıt şəhər polis idarəsinə gətirmişlər. Orada otaqların birində onu döyərək fiziki və psixoloji təsir göstərdikdən sonra həmin bağlamanı və bir listdə olan 9 ədəd metadon həblərini qarşısına qoyub həmin bağlamanı və metadon həblərini əlinə götürməsini və şəxsi axtarış zamanı özünə məxsus olmasını deməsini bildirmişlər. O, da qorxduğundan həmin polis əməkdaşlarının dediyi kimi edərək metadon həblərini və tünd yaşıl rəngli bağlamanı əlində saxlamışdır. Bundan sonra başqa bir otaqda müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, həmin bağlamanı və metadon həblərini təqdim etmiş, lakin yenədə bağlamanın içərisindəkinin nə olduğunu bilmədiyini qeyd etmişdir. Bir ədəd bağlamada olan narkotik vasitə heroin ona məxsus olmamış, o, ümumiyyətlə həmin bağlamanı “Bravo” marketin arxasında əlinə götürməmişdir. O, saxlanıldıqdan sonra onu saxlayan polis əməkdaşları tərəfindən döyülərək fiziki və psixoloji təsirlərə məruz qaldığından qorxduğuna görə əvvəlki ifadələrində həmin heroini və metadon həblərini götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Elə düşünmüşdür ki, buna görə onu həbs etməzlər, lakin həbs olunduğundan və ona elan edilmiş ittihamın mahiyyətini dərk etdiyindən hazırki ifadəsində həqiqəti bildirmişdir. O, saxlanılan zaman, üzərində şəxsi axtarış aparılan zaman, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci təqsirlləndirilən şəxs qismində ifadə verən zaman və üzləşdirmə istintaq hərəkəti zamanı onu saxlayan polis əməkdaşlarından qorxduğundan fərqli ifadələr vermişdir. 9 ədəd metadon həblərini əldə etmək üçün Təqsirləndirilən şəxs2la razılaşmışdır. (cild 1, iş vərəqə 77-79, 230-233; cild 2, 6-8, 72-75, 119-122) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 19 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 zəng edib onların evdə olub-olmadığını soruşmuşdur. Xanların onun oğlunun dostu olduğunu və onlara gəlib-gedən adam olduğunu və həmin zəngdən sonra onlara gələrək metadon lazım olduğunu bildirmişdir. O da öz növbəsində özünə də metodon lazım olduğunu bildirmişdir. Sonra İranlının əlaqə nömrəsini Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 iranlı ilə yazışmış və iranlı ona metodon üçün Sumqayıta getməli olduğunu demişdir. O, Təqsirləndirilən şəxs1 və oğlu ilə birgə Sumqayıta nəvələrini görmək üçün getmişdir. Sumqayıta çatanda Təqsirləndirilən şəxs1 2 dəqiqəlik işi olduğunu bildirərək getmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 5-6 nəfər polis əməkdaşı tərəfindən tutulmuşdur. Həmin vaxtı üzərlərində narkotik vasitə olmamışdır.. O narkotik vasitə heroini iyləyərək istifadə etmişdir. Xanların iranlı ilə öz telefonuyla danışmış və narkotik vasitəni Sumqayıtdan götürmək barədə razılaşmışdır. Xanlarla ədavətinin olmadığını və onunla heç vaxt narkotik vasitə istifadə etmədiyini bildirmişdir. O, üzərində narkotik vasitə olmasını etiraf etmədiyini, narkotik vasitədən xəbərinin olmadığını, vəkillə təmin olunsalar da vəkilin gəlmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6-7 aydır ki, narkotik vasitələrdən heroin istifadə etmişdir, heroin olmayanda metadon həbləri qəbul etmişdir. 19 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı evdə olarkən əvvəllər tanıdığı İran vətəndaşı özünü ona Ramin kimi təqdim edən şəxs ona vatsapla zəng edib demişdir ki, 3 list, yəni 30 ədəd metadon həbləri var, yerini deyəcək, gedib götürər, o da Raminə razılıq vermişdir. Həmin ərəfələrdə Xanlar istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək oğlu Maarifi soruşmuş, o da Maarifin onun evində olmadığını bildirmişdir. Xanlar isə onun evinə gəldiyini söyləmişdir. Bir neçə dəqiqə sonra Xanlar onun yaşadığı evə gəlmişdir. Həmin vaxt evdə heç kim olmamışdır. Xanlar evdə olarkən iranlı Ramin təkrar ona zəng edib Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində, Bravo marketin yaxınlığında təxminən 30 ədəd narkotik vasitə metadon həbləri qoydurduğunu, gedib oradan götürməsini, ona hara desə həmin yerə qoymasını, özü üçün də qəbul etmək üçün metadon həbləri götürməsini demişdir. O, da Raminlə razılaşmışdır. Həmin vaxt İranlı ona narkotik vasitə metadon həblərini qoydurduğu yerin konumunu və ünvanını göndərmişdir. Sonra Xanlar bilmişdir ki, o iranlı ilə narkotik vasitələrlə bağlı danışır, iranlı Raminin nömrəsini ondan istəmiş, o da nömrəni Xanlara vermiş, sonuncu nömrəni telefonuna yazmış və ona demişdir ki, “gedib İranlının dediyi yerdən metadon həblərini götürəcəyəm, sən mənimlə gəlmə, mən özüm gedərəm”. O, da Xanlarla razılaşmış və iranlının göndərdiyi konumu və ünvanı Xanlara vatsapla göndərmişdir. Sonra o, Xanlarla birlikdə evdən çıxmışdır. Onlar Nizami rayonu, Xudafərinin restoranının yaxınlığında yerləşən Araz marketə çatmağa az qalmış o geri, evə qayıtmışdır. O, əvvəlcədən oğlu Maarifə zəng edib demişdir ki, sonuncunun yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evində olmamış, uşaqlarını da çoxdandır görməmiş, evə gedəndə onu da aparmasını, həm evi, həm də uşaqlarını görə biləcəyini bildirmişdir. Həmin vaxtdan bir neçə dəqiqə sonra görmüşdür ki, Maarif qapını açıb evə daxil olmuş, o Maariflə birlikdə evdə olan sumkaları götürüb aşağı düşmüş və görmüşdür ki, Xanlar da aşağıdadır. Maarif ona demişdir ki, Xanlar ondan 25 manat müqabilində onu Sumqayıt şəhərinə aparmağı xahiş etmiş, orada türmə yoldaşı ilə görüşüb evinin kirayə pulunu alacağım, ona da də 25 manat yol pulu verəcəyini söyləmişdir. O, da Maarifə və Xanlara heç bir söz deməmiş, fikirləşmişdir ki, Xanlar onlar Abşeron yoluna yaxınlaşanda yolda özü düşüb gedər narkotik vasitə metadon həblərini götürməyə, o da Maariflə birlikdə sonuncunun Abşeron rayonundakı evinə gedər. Belə ki, onlar Maarifin istifadəsində olan Vaz 2107 markalı, 33BD813 dövlət qeydiyyat nişanlı avtomobilinə oturub yola düşmüşlər. O arxa oturacaqda, Xanlar isə qabaq oturacaqda oturmuş, Maarif də avtomobili idarə etmişdir. O, Xanlarla qabaqcadan razılaşmışdır ki, həmin götürəcəyi metadon həblərini iranlıya atacaqlar, buna baxmayaraq iranlı ona demişdir ki, hara desə orada qoyar, bunun müqabilində öz qəbulu üçün metadon həbləri götürər. Onlar yolla gedərkən Xanlar ona demişdir ki, o Maariflə danışmış, onu Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki Bravo marketin yaxınlığına aparacaqdır. X11 narkotik vasitə metadon həbləri götürmək üçün Sumqayıt şəhərinə gedəcəyindən məlumatı olmamışdır. Maarif avtomobili idarə edərkən avtomobilin yan pəncərəsi açıq olmuş və o Maariflə Xanların söhbət etmələrindən istifadə edib Xanların telefonu ilə iranlı Raminə narkotik vasitə metadon həblərini götürməsi ilə bağlı səs göndərmiş və danışmışdır. Avtomobillə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Bravo marketə yaxınlaşmışlar, orada məhəlləyə daxil olmuşlar. Xanlar avtomobili saxlamasını, türmə yoldaşının evinə giri çıxacağını demiş, Maarif də saxlamışdır. Xanlar avomobildən düşüb onlardan aralanmışdır. O, artıq Xanları görə bilməmişdir. Bir neçə dəqiqə sonra, yəni 20 oktyabr 2022-ci il tarixə keçən gecə, saat 00:05 radələrində Xanlar avtomobilə yaxınlaşarkən görmüşdür ki, mülki geyimdə olan şəxslər sonuncunu saxlamışlar. O, həmin şəxslərin polis əməkdaşları olduqlarını bilməmiş, elə bilmişdir ki, Xanlar kimlərləsə dalaşır, həmin vaxt sonuncunun əlində də heç nə görməmiş, elə başa düşmüşdür ki, Xanlar götürdüyü metadon həblərini üzərində gizlətmişdir. Həmin vaxt Maarif bunu görüb avtomobili idarə edərək oradan uzaqlaşmış və onlar Bakı şəhəri, Nizami rayonuna getmişlər, Marif onu evində düşürtmüş, avtomobili də binanın qarşısında saxlamış, özü isə taksi ilə Abşeron rayonu, Hökməli qəsəbəsindəki evinə getmişdir. Xanlar Maariflə narkotik vasitələrlə bağlı heç nə danışmamış, sonuncu Maarifə ümumiyyətlə pul verməmişdir. Maarifin Xanları Sumqayıt şəhərinə aparıb-gətirmək üçün taksi pulu 25 manat verəcəyinə söz vermiş, lakin pul verməmişdir. Maarif Xanlarla həmin gün telefonla danışmamış, o sonuncu ilə danışmışdır. O, Xanların narkotik vasitə metadon həbləri götürmək üçün Sumqayıt şəhərinə getdiyini bilmiş, lakin Xanların 1 kiloqramdan çox narkotik vasitə heroin götürəcəyindən məlumatım olmamışdır. İranlı Raminlə narkotik vasitə heroinlə bağlı heç nə danışmamış, yalnız metadon həbləri ilə bağlı danışmışdır. O, Xanların ifadəsi ilə tanış olduqdan sonra bilmişdir ki, iranlı Ramin 1 kiloqramdan çox narkotik vasitə heroin göndərmişdir. İranlı Ramin ona narkotik vasitə metadon həblərinin qoyulduğu yerin fotoşəkilini göndərməmiş, ona sadəcə ünvan və konum göndərmiş, o da Xanlara göndərmişdir. İranlı Ramin narkotik vasitənin qoyulduğu yerin fotoşəkili Xanlara göndərmiş, Xanlar həmin fotoşəkili ona göstərmiş, o fotoşəkildə qara böyük büküm olmasından bilmişdir ki, İranlı Ramin onun üçün metadonla yanaşı heroin də göndərmiş, lakin bu barədə ona heç nə deməmişdir. Təqsirləndirilən şəxs1 ondan kənarda İranlı Raminlə danışmamış, bütün danışıqlar onun yanında olmuşdur. Oğlu Maarifin bundan məlumatı olmamış, Xanlar oğlu Maarifə demişdir ki, Sumqayıt şəhərində türmə yoldaşı var, kirayə pulunu verməlidir, həmin türmə yoldaşından pul alacaqdır. Xanlar yolda da həmin sözləri demişdir. ( cild 1, iş vərəqə 205-208; cild 2 iş vərəqəsi 133-136) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 19 oktyabr 2022-ci il tarixdə icraatına Təqsirləndirilən şəxs1 narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 19 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixə keçən gecə, təxminən saat 00 radələrində Təqsirləndirilən şəxs1 “Bravo” marketin yaxınlığında piyada hərəkətdə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs1 müşahidə edən zaman sonuncunun “Bravo” marketin yaxınlığında dayanmış “VAZ- 2107” markalı avtomobilə yaxınlaşdığını görəndə tez Təqsirləndirilən şəxs1 yaxınlaşmışlar və həmin vaxt avtomobil həmin yerdən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Həmin yerdə müvafiq sənədləşmənin aparılması mümkün olmadığından və kənar müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparmamışlar və onu bu məqsədlə Sumqayıt ŞPİ-уə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 də onlara etiraz etməyərək onlarla birlikdə Sumqayıt şəhər polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 əlində saxladığı bağlamanı, bir list həbləri masanın üzərinə qoymuş, sonra isə əynində olan şalvarının cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, bir ədəd “Leobank” kartını çıxararaq təqdim etmişdir. Bir listdəki həblərə baxış keçirilən zaman listin üzərinə “Methadone 40” yazısı yazılması və listə bir ədəd həbin olmadığı, 9 ədəd həbin olduğu müəyyən olunmuşdur. Bağlamanın içərisinə baxıldıqda içərisində tozşəkilli, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən başqa qanunla qadağan olunmuş maddə və ya əşya aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, aşkar olunmuş 9 ədəd həb metadon həbidir, həmin həbləri şəxsi istifadəsi üçün əldə etmişdir, bir ədəd bağlamadakı maddənin isə nə olduğunu bilmir, bədənində ağrılar olduğundan 19 oktyabr 2022-ci il tarixdə Maarif adlı şəxsdən metadon həbləri almaq istəmiş, sonuncu da ona tanışının onun üçün bağlama və metadon həbləri göndərdiyini, həmin bağlamanı və həbləri götürdükləri halda metadon həblərini ona verəcəyini demiş, sonra axşam saatlarında Maariflə birlikdə Sumqayıt şəhəri, Şərq Bazarı adlanan ərazidə yerləşən “Bravo” marketin yaxınlığına gəlmişlər və marketin yaxınlığında ağacın dibindən həmin bağlamanı, 9 ədəd metadon həblərini götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 aşkar olunmuş bir ədəd bağlamadakı maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs1 məxsus bir ədəd şəxsiyyət vəsiqəsi, “Leobank” kartı və 50 manatlıq pul əskinası onun Özünə qaytarılmış, bir ədəd mobil telefon isə təhqiqatçı tərəfindən götürlümüşdür. Digər Təqsirləndirilən şəxs2 isə hadisə yerindən qaçmış, 28 oktyabr 2022-ci il tarixdə saxlanılmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları Şahid3 və Şahid4 Şahid2lə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, qaynatasına məxsus VAZ-2107 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə əsasən Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında dayanıb taksi fəaliyyəti ilə məşğul olur. Hazırda narkotik vasitə və psixotrop maddələrin heç bir növündən qəbul etmir. Əvvəllər qurudulmuş marixuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanımış, onunla əvvəllər Cəlilabad rayonuda, eyni küçə olan O.Eynullayev küçəsində yaşamışlar və eyni məktəbdə oxumuşlar. 19 oktyabr 2022-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr ərazisində Xudafərin restoranının yaxınlığında yol ilə piyada gedərkən təsadüf nəticəsində Təqsirləndirilən şəxs1lə rastlaşmışdır. Xanlar ondan bekar olub-olmamadığını soruşmuş, o da sonuncuya tələsdiyini, evə getməli olduğunu bildirmişdir. Xanlar da demişdir ki, “onsuzda taksi işləyirsən, taksi tutunca sənə 25 manat pul verim məni Sumqayıt şəhərinə aparıb-gətir, orada türmə yoldaşımla görüşməliyəm, ev kirayəmin vaxtıdır, pul alım qayıdaq”. O, Xanlara demişdir ki, onsuz da Abşeron rayonuna yaşadığı evə getməlidir, atası Məhəbbəti də evinə aparmalıdır, evində heç vaxtı olmamışdır. Atası Məhəbbət bundan əvvəl ona zəng edib demişdir ki, “sənin uşaqlarını çoxdandı görmürəm, həm də Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadığın evdə olmamışam, evə getsən birlikdə, məni də apararsan, evi də, uşaqlarını da görərəm”. Belə olmuşdur ki, o Xanları aparmağı qərara almışdır. Xanlar avtomobildə qabaq oturacaqda oturmuşdur. Avtomobili idarə edərək ünvan 5 ünvanında yaşayan atası Məhəbbətin dalıyca gedib sonuncunun mənzilinə qalxmışdır. Xanlar avtomobildə oturmuşdur. O, evə qalxıb evdən uşaqlar üçün aldığı yemək və şirniyyatları götürüb atası ilə birlikdə avtomobilə oturmuşlar. Atası avtomobilin arxa oturacağında oturmuşdur. Onlar Sumqayıt şəhərinə yola düşmüşlər. Xanlar yolda telefonla danışmış, o da sonuncuya hara gedəcəkləri yolu tanımadığını, ona yolu göstərməsini demişdir. Xanlar da telefonuna baxaraq ona yolu göstərmişdir. Onlar Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Bravo marketə yaxınlaşmış və məhəlləyə daxil olmuşlar. Xanlar demişdir ki, “avtomobili saxla, türmə yoldaşımın evinə girim çıxıram”. Xanlar onlardan aralaşmışdır. O, artıq Xanları görməmişdir. Bir neçə dəqiqə sonra, yəni 20 oktyabr 2022-ci il tarixə keçən gecə, saat 00:05 radələrində Xanlar avtomobilə yaxınlaşarkən görmüşdür ki, mülki geyimdə olan şəxslər sonuncunu saxlamışlar. Həmin şəxslərin polis əməkdaşları olduğunu bilməmiş, elə bilmişdir ki, Xanlar kimlərləsə dalaşır, həmin vaxt sonuncunun əlində də heç nə görməmişdir. Bunu görüb Xanların onun üçün problem yaradacağından qorxmuş və avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Bakı şəhəri, Nizami rayonuna getmiş, atasını evdə düşürtmüş, avtomobili də atasının evinin qarşısında saxlamışdır, özü isə taksi ilə Abşeron rayonu, Hökməli qəsəbəsindəki evinə getmişdir. Həmin gündən 2-3 gün sonra Xanları televizorda gördükdən sonra başa düşmüşdür ki, sonuncu narkotik vasitə götürməkdən ötrü onu və atasını Sumqayıt şəhərinə aparmış, Xanları saxlayan şəxslər də polis əməkdaşları olmuşlar. Xanlar ona ümumiyyətlə pul verməmişdir. Xanlar ona Sumqayıt şəhərinə aparıbgətirmək üçün taksi pulu 25 manat verəcəyinə söz vermiş, lakin belə olmuşdur ki, Xanları gətirə bilməmiş və yol sonuncu pulunu verməmişdir. O, həmin gün Xanlarla telefonla danışmamışdır. Xanların narkotik vasitə götürmək üçün Sumqayıt şəhərinə getdiyini bilməmiş, Xanlar onu aldadaraq demişdir ki, Sumqayıt şəhərində türmə yoldaşı ilə görüşməlidir, ev kirayəsinin pulunun vaxtıdır, həmin şəxsdən pul alacaqdır, o da buna görə Xanları aparmış, qayıdanda da Xanları Bakı şəhəri, Şamaxinka deyilən yerdə düşürüb oradan atası ilə birlikdə Abşeron rayonu Hökməli qəsəbəsindəki yaşadığı evə getməli olmuşdur. Ümumiyyətlə heç bir iranlı tanımamış, yolda Xanlara iranlı barədə heç nə deməmiş, Ramin adlı şəxs barədə də sonuncuya heç nə deməmiş, belə bir şəxsi ümumiyyətlə tanımamışdır. Yolda da Xanlar kiminləsə telefonda danışmış, lakin kiminlə danışdığını bilməmişdir. O, narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olmamış, Xanlara da heç vaxtı narkotik vasitə verməmişdir. Avtomobildə də atasının Xanların telefonu ilə kiminləsə danışmasını görməmiş və eşitməmişdir, özü də Xanların telefonu ilə heç kimlə danışmamışdır. Atası Məhəbbətin də narkotik vasitə metadon həbləri əldə etməkdən ötrü İran vətəndaşı Raminlə vatsapda danışmasından, Təqsirləndirilən şəxs1lə birlikdə Sumqayıt şəhərinə metadon həbləri götürməkdən ötrü getməsindən heç bir məlumatım olmamışdır. ( cild 1, iş vərəqə 114-118) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2022-ci il tarixli “əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1990-cı ildə Cəlilabad rayonunda anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələri saxlaması, satması və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin CAŞ-nə əməliyyat məlumatı daxil olmuşdur.(İ cild, iş vərəqə 04) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, həmin diskə daxil olduqda içərisində “2022 i020 005612” kimi qeyd olunmuş video faylın olması müəyyən olundu. Həmin video görüntüyə baxdıqda müəyyən edilir ki, təhqiqatçı Elnur Feyzullayev özünü təqdim edərək vətəndaşa da özünü təqdim etməsini bildirir. Sonuncu özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxdlanıldığını izah edir və polis əməkdaşlarına özlərini təqdim etmələrini bildirir. Onlar da özlərini təqdim edirlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X6 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış apanlmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs1 sol əlində saxlamış olduğu üzəri yapışqan lentlə bağlanmış tünd yaşıl rəngli bükülünü, bir list həbləri və şalvarının sağ arxa cibindən bir ədəd mobil telefonu, şəxsiyyət vəsiqəsini, Leobank kartını və 50 manatlıq pul əskinasını təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılır, lakin onun üzərindən başqa əşya və ya maddə aşkar olunmur. Bir list həblərə baxış keçirildikdə üzərində “Metadon 40” yazısı olması və listə olan həblərdən birinin olmadığı, 9 ədəd həb olduğu müəyyən olunur. Tünd yaşıl rəngli bağlama açıldıqda içərisində qəhvəyi rəngli, toz halında olan maddə olması müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunan 9 ədəd metadon həblərini xəstəliyi ilə əlaqədar qəbul etmək üçün əldə etdiyini, bir ədəd yaşıl rəngli bağlamanın isə içərisində nə olduğunu bilmədiyini, xx.xx.2022-ci il tarixdə ağrıları olduğuna görə tanışı Maarif adlı şəxsdən metadon həbləri almaq istədiyini, Maarifin ona metadona həblərini verə biləcəyini, həmçinin ona da bir tanışının bağlama verdiyini, həmin bağlamanı birlikdə gedib götürmələrini bildirməsini, daha sonra axşam saatlarında Maariflə birlikdə sonuncunun idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, Şərq Bazarı adlanan ərazidə yerləşən Bravo marketin yaxınlığında olan ağacın dibindən həmin bağlamanı götürdüyünü, bu zaman mülki geyimli şəxslərin ona yaxınaşaraq polis əməkdaşları olduqlarını bildirdiklərini, həmin vaxt Maarif adlı tanışının idarə etdiyi avtomobillə oradan uzaqlaşdığını, özünün də narkotik vasitə qəbul etdiyini bildirmişdir. Bunan sonra aşkar olunmuş bir ədəd bükümdə olan qəhvəyi rəngli toz halında maddə elektron tərəziyə qoyulub çəkilən zaman çəkisinin 1,280 kiloqram olduğu müəyyən olunur. Aşkar olunmuş bir ədəd bükümdə olan maddə və 9 ədəd metadon həbləri ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd Leobank kartı və 50 manat pul özünə qaytarılır. Sonda isə çəkiliş dayandırılır. (Cild 1, iş vərəqləri 27-29, 234) Şəxsi axtarışın keçirilməsi haqqında protokolda və ona əlavə edilmiş diskdə qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 məxsus “'Samsung” markalı mobil telefona Sumqayıt ŞPİ-də xidməti otağında baxış keçirilmişdir. Həmin telefon “Samsung Galaxy A03s” markalı olmaqla qara rəngli mobil telefondur. Mobil telefonun menyusundan “Qalereya” adlanan hissəsinə daxil olduqda orada Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş bir ədəd bağlamadakı narkotik vasitə olan heroin bağlamasına bənzər bağlamanın fotoşəklinin olması, “kontaktlar” hissəsinə daxil olduqda isə “Rsmin Ddddddd” adı ilə qeyd olunmuş +98-***-***-**-** saylı İran İslam Respublikasının kodu ilə olan mobil telefon nömrəsinin, “Mahal” adı ilə qeyd olunmuş +98-***-***-**-** saylı İran İslam Respublikasının kodu ilə olan mobil telefon nömrəsinin olması müəyyən olundu. Mobil telefonun “Whatsapp” tətbiqinə daxil olduqda tətbiq vasitəsi ilə Təqsirləndirilən şəxs1 +98-930-17481-00 saylı İran İslam Respublikasının kodu ilə olan mobil telefon nömrəsi vasitəsi ilə bir nəfər kişi cinsli şəxsin səs yazılan göndərməsi müəyyən olundu. Həmin səs yazıları dinlənilən zaman 2 dəqiqə 5 saniyə müddətində davam edən faylda həmin şəxsin “qadan alım atıram, 180 manat da vur, görüm indi atdırıram, götürərsən, götürə bilməsən sabah 20 qram qoyduraram, 30 qram qoyduraram götürərsən” deməsi müəyyən olundu. Bundan başqa “Rsmin Ddddddd” adı ilə qeyd olunmuş şəxslə Təqsirləndirilən şəxs1 arasında olan “Whatsapp” mesajlarına baxış keçirildikdə “Rsmin Ddddddd” adı ilə qeyd olunmuş şəxsin Təqsirləndirilən şəxs1 bir ədəd bükümdə təmiz çəkisi 1200 qram olan narkotik vasitə heroinin qoyulduğu yerin, yəni Sumqayıt şəhərində yerləşən “Bravo” marketin ünvanının və narkotik vasitənin şəklinin göndərməsi müəyyən olundu. Bundan başqa “Mahal” adı ilə qeyd olunmuş şəxslə Təqsirləndirilən şəxs1 arasında olan “Whatsapp” mesajlarına baxış keçirildikdə sonuncunun “Mahal” adı ilə qeyd olunmuş şəxsə 55 saniyə müddətində davam edən səs yazısı göndərməsi və Təqsirləndirilən şəxs1 həmin səs yazısında “sənin canmçun o, günkün elə yarısı çöpə çıxdı, yarısı havaya getdi, bax belə, mənə elə gəlir ki, bizim aramızda pul söhbəti yoxduda hələki. Bir 10-12 dənə təmiz, çöpsüz zadsız belə atdır indi 50-60 manat görüm uşaqlardan kimdən götürüb atıram sənə. Yəni düzgün çəki olsun ki, qaqa məndə onu aparım 12-13 manata verim təzədən sənə pul atım başına dönərəm, sən öl o, formada heç cür alınmır, heç bir qutu şey çıxmadı, ikimizin canı elə özüm çəkdim, uşaqlarla, özüm yavaş-yavaş hərəkət eliyəcəm, öz pulum, halal pulum, 60 manat verim, 10-12 dənə tulla, sabah günorta çağı qalanın vuraram sənə 30-40 manat nə eləsə” bildirməsi müəyyən olunmuşdur.(cild 1, iş vərəqi 99-105) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6096 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün 124” dairəvi möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs1” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1200 qram (1 kq 200 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutdakı 9 (doqquz) ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatıdır və 9 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,36 qramdır (üzərində qeyd olunmuş göstəricisinə əsasən 1 həbdə 0,04 qram metadon olmaqla). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildirlər.( cild 1, iş vərəqə 41-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6339 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndiə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 2, iş vərəqə 83- 84) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 440 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 85-86) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1633 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1200 qram narkotik vasitə heroin, 9 ədəd narkotik vasitə olan metadon həbləri və 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 1199,8 qram olan narkotik vasitə heroin və 8 ədəd narkotik vasitə olan metadon həbləri saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. ( cild 2, iş vərəqə 153-178) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs1 barəsində verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs İbayev X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. ( cild 2, iş vərəqə 16-17, 18-27) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs2 barəsində verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Qurbanov X3 rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (cild 2, iş vərəqə 28-29, 30-34) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Cəlilabad rayon İHB-nin Göytəpə şəhəri İƏD üzrə nümayəndəlikdən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.( cild 2, iş vərəqə 143) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Cəlilabad rayon İHB-nin Göytəpə şəhəri İƏD üzrə nümayəndəlikdən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Göytəpə şəhəri ərazisində yaşadığı müddətərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.( cild 2, iş vərəqə 148) Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, onlar, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törətmişdir. Dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onların əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlar, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X9 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə etməkdə satış məqsədlərinin olmaması və polis əməkdaşları tərəfindən onlara təzyiq olunması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməlini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxslərdən aşkar olunan narkotik vasitənin külli miqdarda olması, Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrədə narkotik vasitə satışını ehtiva edən sms yazışmaların mövcudluğu təqsirləndirilən şəxslərin məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Xanalr İbayev və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59 -cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmə müddətinin başlanğıcı 20 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə 10, 19, 66-67, 92-93) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.3-ci maddəsinə müvafiq olaraq o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmə müddətinin başlanğıcı 28 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə 193-194, 196-197, 223-224) İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində narkomaniyadan profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1199,8 qram olan narkotik vasitə heroin və 8 ədəd narkotik vasitə olan metadon həbləri məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 (əlli yeddi) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 10 ( on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1199,8 qram olan narkotik vasitə heroin və 8 ədəd narkotik vasitə olan metadon həbləri məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bər birindən ayrı-ayrılıqda 57 (əlli yeddi) manat məbləğində tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar