Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-117/2022 07.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızıdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1989-cu ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay (himayəsində 01 azyaşlı övladı var), orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Biləsuvar şəhəri, M.B.Qasımov küçəsi ev 4-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri 4-cü mikrorayon ev 28/4, mənzil 35-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Cəbrayıl adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında sonuncunun göndərdiyi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 09 bükümdə ümumi təmiz çəkisi 13,351 qram narkotik vasitə heroini, 03 bükümdə ümumi təmiz çəkisi 0,505 qram psixotrop maddə olan metamfetamini və 06 bükümdə olan narkotik vasitə olan qurudulmaş marixuananı xx.xx.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Zabrat qəsəbəsində əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 12:55-də yaşadığı Sumqayıt şəhəri, 4-cü mikrorayon, 24/8 saylı binanın həyətində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən üzərində olan qara rəngli dəriyə bənzər materialdan tikilmiş kişi çantasının içərisindən siqaret kağızının sellofanına bükülmüş 09 bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,436 qram, 10,951 qram, 0,417 qram, 0,113 qram, 0,084 qram, 0,108 qram, 0,070 qram, 0,084 qram, 0,088 qram ümumi təmiz çəkisi 13,351 qram kustar üsulla hazırlanmış eynitərkibli narkotik vasitə olan heroin, 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,158 qram, 0,174 qram, 0,173 qram ümumi təmiz çəkisi 0,505 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, həmin çantada olan sarı rəngli qutunun içərisindən ağ kağıza bükülmüş 06 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,094 qram, 0,031 qram, 0,174 qram, 0,252 qram, 0,209 qram, 0,075 qram ümumi təmiz çəkisi 0,835 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasiətə olan heroinin izləri olduğu 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunaraq, götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o təxminən beş ildir ki, narkotik vasitə istifadəçisidir, narkotik vasitə olan heroin, marixuana, psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmuşdur. Həmin narkotik vasitəni tanışı olan “Aysel” adlı şəxsdən almışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində aşkar olunmuş elektron tərəzi ona məxsus olmamış, evində qaldığı şəxsə məxsus olmuşdur. Fərid Mansurzadə adlı şəxsi tanıyır. İran vətəndaşı narkotik vasitəni ona istifadə etməsi üçün vermişdir. Onun narkotik vasitə satmaq məqsədi olmamışdır. Cəbrayıl adlı şəxsin adını istintaq zamanı eşitmiş, bundan əvvəl həmin şəxsi tanımamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, narkotik vasitələrdən istifadə edir. İran İslam Respublikasının vətəndaşı Cəbrayıl adlı şəxslə təxminən 1 ildir ki, «instaqram» sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş, onunla danışarkən narkotik vasitə göndərə biləcəyini ona demiş, o da razılaşmışdır. Cəbrayıl ona zəng edib narkotik vasitənin atdığı yeri demiş, o da gedib götürərək istifadə etmişdir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında o Cəbrayılla telefonla danışarkən, o onun üçün «mal» göndərdiyini, gedib onu Bakı şəhəri, Zabrat qəsəbəsi ərazisindən götürməsini bildirmiş, o da həmin gün axşam saatlarında evdən çıxaraq Bakı şəhəri Zabrat qəsəbəsinə gedərək orada mərkəzi yolun kənarında olan yol nişanının altına atılmış bağlamanı götürüb yenidən Sumqayıt şəhərinə evinə gəlmişdir. Cəbrayıl ona heroin, metamfetamin və mariuxana göndərmişdir. xx.xx.2021-ci il tarixdə saat 12:50 radələrində Sumqayıt şəhəri 4-cü mikrorayonda yaşadığı binanın həyətində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Ondan özünü təqdim etməyi xahiş edildikdə, o da özünü təqdim etmişdir. Daha sonra ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olunduğu üçün saxlanıldığı izah edilərək, müvafiq şərait olmadığı üçün sənədləşdirməni aparmaq və üzərinə şəxsi axtarış keçirmək üçün Sumqayıt ŞPİ-nin 3-cüi PB-yə dəvət etmişlər. O da etiraz etməyərək onlarla birlikdə həmin bölməyə gətirilmişdir. Orada xidməti otaqların birində ona narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanıldığını, üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona hüquqlarının müdafiəsi üçün təqdim olunmuş vəkilinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş, bu barədə bildiriş verilmişdir. O da üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməsinə, eləcə də ona təqdim olunmuş vəkilə etirazının olmadığını demişdir. Daha sonra üzərində qanunsuz saxladığı əşyaları təqdim etmək təklif olunmuşdur. O əlində olan qırmızı rəngli dəriyə bənzər materialdan tikilmiş kiçik çantanı onlara təqdim etmişdir. Çantanın içsərisində olan qara rəngli, ağ rəngli zərli naxışları olan pul qabını açdıqda orada saxladığı 01 manat pul, boz rəngli dırnaq lakı, sarı rəngli plastik kütlədən hazırlanmış oval formada kiçik qab, 01 qutu Rothmans markalı siqareti, üzərində Turbo sözü yazılmış saqqız, 01 ədəd boz rəngli kiçik ölçülü tərəzi, siqaret kağızının sellofanına bükülmüş üç ədəd bükümlər, sarı rəngli qutunu açdıqda içərisindən siqaret kağızından hazırlanmış 09 büküm aşkar olunmuşdur. Həmin bükümlərin 3 ədədində metamfetamin, 06 ədədində marixuana aşkar olunmuşdur. Siqaret kağızının sellofanında olan digər bükümlərdə də heroin müəyyən edilmişdir. Ondan həmin bükümlərdə nə olması, onları haradan əldə etməyim soruşulduqda, o da bildirmişdir ki, 09 bükümdə olan heroindir, 06 bükümdə marixuana, 03 bükümdə isə metamfetmindir, onları xx.xx.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Zabrat qəsəbəsinə gedərək orada mərkəzi yolun kənarından yol nişanının altından götürmüş, həmin narkotik vasitələri ona «intstaqram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı Cəbrayıl adlı şəxs pulsuz olaraq pay göndəribdir, onlardan özü istifadə edəcəkdi, tərəzidən də onların çəkisini çəkməkdən ötrü üstündə gəzdirmişdir. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Ondan götürülmüş digər əşyalar isə ona qaytarılmışdır. Ona narkotik vasitə olan heroini, marixuanan və psixotrop maddə olan metamfetamini göndərən şəxsin adı Cəbrayıl olmuş, başqa anket məlumatlarını bilməmiş, narkotik vasitələri həmişə Bakı şəhərində müxtəlif yerlərdə yol kənarlarına, adamların az olduğu yerə atmış, özü də gedib götürmüşdür. Sonuncu dəfə narkotikləri qeyd etdiyi kimi Bakı şəhəri Zabrat qəsəbəsi ərazisində yolun kənarından götürmüş, həmin narkotik vasitələrin hamısı ona məxsus olmaqla, onların hamısından özü istifadə edəcəydi, kiməsə satmaq fikri olmamışdır. Onun istifadəsində ***- ***-**-** mobil telefon nömrəsi olmuş, Cəbrayıl adlı şəxsin mobil telefon nömrəsini xatırlamamışdır. Üzərindən aşkar olunmuş 01 ədəd elektron tərəzini də sözügedən ayrıayrı bükümlərdə olan narkotik vasitə olan heroini, marixuananı və psixotrop maddə olan metamfetaminin çəkisini müəyyən etməkdən ötrü üstündə gəzdirmişdir. O hüquqlarını bilmiş, saxlanılarkən ona qarşı heç kim tərəfindən heç bir psixi və ya fiziki zor tətbiq edilməmiş, təsir və təziq göstərilməmiş və heç bir hüququ pozulmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Aynur adlı şəxsin üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, satması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 12:55-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirilmişdir. Həmin vaxt ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuş, o da əlində olan qırmızı rəngli dəriyə bənzər materialdan tikilmiş kiçik çantanı onlara təqdim etmişdir. Çantanın içsərisində olan qara rəngli, ağ rəngli zərli naxışları olan pul qabını açdıqda oradan 01 manat pul, boz rəngli dırnaq lakı, sarı rəngli plastik kütlədən hazırlanmış oval formada kiçik qab, 01 qutu Rothmans markalı siqareti, üzərində Turbo sözü yazılmış saqqız, 01 ədəd boz rəngli kiçik ölçülü tərəzi, siqaret kağızının sellofanına bükülmüş üç ədəd bükümlər aşkar olunmuşdur. Sarı rəngli qutunu açdıqda içərisindən siqaret kağızından hazırlanmış 09 büküm aşkar olunmuşdur. Həmin bükümlərin 3 ədədində metamfetamin, 06 ədədində marixuana, siqaret kağızının sellofanında olan digər bükümlərdə də heroin müəyyən edilmişdir. Şifahi sorğu zamanı narkotik vasitəni İran vətəndaşı “Cəbrayıl” adlı şəxsdən almışdır. Təqsirləndirilən şəxs qarşı təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmiş və saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Aynur adlı şəxsin üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, satması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 12:55-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl bölmənin təhqiqatçısı, polis kapitanı Hikmət Rzayev özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Daha sonra onlar da özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı Hikmət Rzayev ona daxil olmuş əməliyyat məlumatına əsasən üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlaması, satması və istifadə etdiyi üçün saxlanılıb bölməyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil Rəmzi Nəbiyevi təqdim edib, saxlanılarkən hər hansı bir təzyiqə və qanunsuzluğa məruz qalıb–qalmaması, vəkilə və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşduqda, Təqsirləndirilən şəxs bildirişlə tanış olaraq, heç bir etirazanın olmadığını bildirmişdir. Həmin vaxt ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da əlində olan qırmızı rəngli dəriyə bənzər materialdan tikilmiş kiçik çantanı onlara təqdim etmişdir. Çantanın içsərisində olan qara rəngli, ağ rəngli zərli naxışları olan pul qabını açdıqda oradan 01 manat pul, boz rəngli dırnaq lakı, sarı rəngli plastik kütlədən hazırlanmış oval formada kiçik qab, 01 qutu Rothmans markalı siqareti, üzərində Turbo sözü yazılmış saqqız, 01 ədəd boz rəngli kiçik ölçülü tərəzi, siqaret kağızının sellofanına bükülmüş üç ədəd bükümlər aşkar olunmuşdur. Sarı rəngli qutunu açdıqda içərisindən siqaret kağızından hazırlanmış 09 büküm aşkar olunmuşdur. Həmin bükümlərin 3 ədədində metamfetamin, 06 ədədində marixuana, siqaret kağızının sellofanında olan digər bükümlərdə də heroin müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olması, onları haradan əldə etməsi soruşulduqda, o da bildirmişdir ki, 09 bükümdə olan heroindir, 06 bükümdə marixuana, 03 bükümdə isə metamfetmindir, onları xx.xx.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Zabrat qəsəbəsinə gedərək orada mərkəzi yolun kənarından yol nişanının altından götürüb, həmin narkotik vasitələri ona internetin «İntstaqram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı Cəbrayıl adlı şəxs pay olaraq pulsuz göndərib, onlardan özü istifadə edəcəkdi, tərəzidən də onların çəkisini çəkməkdən ötrü üstündə gəzdirirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs götürülmüş digər əşyalar, yəni 01 manat pul, boz rəngli dırnaq lakı, sarı rəngli plastik kütlədən hazırlanmış oval formada kiçik qab, 01 qutu Rothmans markalı siqareti, üzərində Turbo sözü yazılmış saqqız onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs qarşı təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən o, heç bir müqavimət göstərməmişdir. (cild 1, iş vərəqə 113-114) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 may 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1989-cu ildə Biləsuvar şəhərində anadan olmuş, Biləsuvar şəhəri, M.B.Qasımov küçəsi ev 4-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri 4-cü mikrorayon ev 28/4, mənzil 35-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə Sumqayıt Pİ-nin CAŞ-na daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işi materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin hakimi Rövşən Xəlilovun 17 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 xx.xx.2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 2, iş vərəqə 46) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Aynur adlı şəxsin üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, satması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 12:55-də Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə xidməti otaqların birində inspektorkriminalist tərəfindən videokamera işə salınaraq şəxsi axtarış keçirilməzdən əvvəl bölmənin təhqiqatçısı, polis kapitanı Hikmət Rzayev özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Bundan sonra təhqiqatçı X6 Kərimovaya daxil olmuş əməliyyat məlumatına əsasən üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlaması, satması və istifadə etdiyi üçün saxlanılıb bölməyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil Rəmzi Nəbiyevi təqdim edib, saxlanılarkən hər hansı bir təzyiqə və qanunsuzluğa məruz qalıb–qalmaması, vəkilə və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşduqda, Təqsirləndirilən şəxs bildirişlə tanış olaraq, heç bir etirazanın olmadığını bildirir. Həmin vaxt ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. O da əlində olan qırmızı rəngli dəriyə bənzər materialdan tikilmiş kiçik çantanı onlara təqdim edir. Çantanın içsərisində olan qara rəngli, ağ rəngli zərli naxışları olan pul qabını açdıqda oradan 01 manat pul, boz rəngli dırnaq lakı, sarı rəngli plastik kütlədən hazırlanmış oval formada kiçik qab, 01 qutu Rothmans markalı siqareti, üzərində Turbo sözü yazılmış saqqız, 01 ədəd boz rəngli kiçik ölçülü tərəzi, siqaret kağızının sellofanına bükülmüş üç ədəd bükümlər aşkar olunur. Sarı rəngli qutunu açdıqda içərisindən siqaret kağızından hazırlanmış 09 büküm, həmin bükümlərin 3 ədədində metamfetamin, 06 ədədində marixuana aşkar olunur. Siqaret kağızının sellofanında olan digər bükümlərdə də heroin müəyyən edilir. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olması, onları haradan əldə etməsi soruşulduqda, o da bildirir ki, 09 bükümdə olan heroindir, 06 bükümdə marixuana, 03 bükümdə isə metamfetmindir, onları xx.xx.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Zabrat qəsəbəsinə gedərək orada mərkəzi yolun kənarından yol nişanının altından götürüb, həmin narkotik vasitələri ona internetin «İnstaqram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı Cəbrayıl adlı şəxs pay olaraq pulsuz göndərib, onlardan özü istifadə edəcəkdi, tərəzidən də onların çəkisini çəkməkdən ötrü üstündə gəzdirirdi. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin tərəzidə çəkilərək, zərfdə qablaşdırılır. Daha sonra videoçəkiliş dayandırılır. Şəxsi axtarışın keçirilməsini əks etdirən videogörüntü diskə köçürülmüş və həmin disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. ( cild 1 iş vərəqə 23-24, 102-104 ) Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş Məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 7/426 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən…» yazıları olan kağız paketdəki 06 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,094 qram, 0,031 qram, 0,174 qram, 0,252 qram, 0,209 qram, 0,075 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 0,835 qram. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. (cild 1, iş vərəqə 43-46) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəməkimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixdə 6/1824 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış 1 №-li zərfdəki 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,436 qram, 10,951 qram, 0,417 qram, 0,113 qram, 0,084 qram, 0,108 qram, 0,070 qram, 0,084 qram, 0,088 qram ümumi təmiz çəkisi 13,351 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,158 qram, 0,174 qram, 0,173 qram ümumi təmiz çəkisi 0,505 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. (cild 1, iş vərəqə 35-42 ) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2778 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə157-158) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş əlavə məhkəməkimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixdə 7/836-6/3702 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş…» sözləri yazılmış kağız paketdəki bir ədəd arxasında «200gx0,01g» yazısı olan gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Tərəzinin üzərində heroin iz şəklində olduğu üçün, vət.Təqsirləndirilən şəxs götürülmüş heroinlə (06 may 2021-ci il tarixli 6/1814 saylı ekspert rəyi) eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. (cild 1, iş vərəqə 159-162) Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırıması cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardığı üçün Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli 2912 saylı məktubuna əsasən qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən o məhkumluğu olmayan, məhkumluğu ödənilmiş hesab olunur. (cild 2, iş vərəqə 107-108, 132-143 ) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X4 adlı bir övladı vardır. ( cild 2, iş vərəqə 182) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda və şəxsi istifadə miqdarından dəfələrlə çox olması, o cümlədən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması, elektron tərəzini üzərində gəzdirməsi Təqsirləndirilən şəxs məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «metamfetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar 0,15 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, istintaq zamanı xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutularaq, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuş və Sumqayıt şəhər məhkəməsi tərəfindən barəsində xx.xx.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır ( cild 1, iş vərəqə 19, 54-77) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 may 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən X2 opidodlərin birgə qəbulu və pxisotrop maddə olan metamfetaminindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan – tədqiqatdan sonra qalıq qalmış tədqiqatdan sonra qalıq qalmış 13,261 qram narkotik vasitə olan heroin, 0,445 qram psixotrop maddə metamfetamin, 0,715 qram qurudulmuş marixuana və 01 ədəd tərəzi məhv edilməli, 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 300,64 (üç yüz manat altmış dörd qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan 13,261 qram narkotik vasitə olan heroin, 0,445 qram psixotrop maddə metamfetamin, 0,715 qram qurudulmuş marixuana və 01 ədəd tərəzi məhv edilsin, 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 300, 64 (üç yüz manat altmış dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-117/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-117/2022
07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver