Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-117/2023 21.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1976-cı ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, orta təhsilli, evli, Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 145-də qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş-93» yaşayış kompleksi, bina 34, mənzil 1-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan heroini, tiryəki və qurudulmuş marixuananı əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 19.565,225 qram təmiz çəkidə narkotik vasitə heroini, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış ümumilikdə 6.810 qram təmiz çəkidə narkotik vasitə tiryəki və çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 715,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq həmin narkotik vasitələrdən heroinin 50,225 qram təmiz çəkidə olan hissəsini öz üzərində, qalan narkotik vasitələri isə Şahid2 yaşadığı və ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Quşçuluq massivində yerləşən fərdi yaşayış evinin zirzəmi otağında Şahid2 və onun ailə üzvlərinin xəbəri və məlumatı olmadan gizlədərək saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdə saat 16:15-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Quşçuluq massivi ərazisində saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edildikdən sonra orada onun üzərində həmin gün saat 18:00-dan etibarən şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən narkotik vasitə heroinin bir hissəsi olan 50,225 qram təmiz çəkidə heroin Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qalan hissələrini gizlətdiyi yer barədə verdiyi məlumat üzrə onun öz iştirakı ilə Şahid2 yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Quşçuluq massivində yerləşən fərdi yaşayış evinin zirzəmi otağına sonuncunun razılığı və iştirakı ilə həmin gün saat 20:00-dan etibarən keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitələrin qalan hissələri olan ümumilikdə 19.515 qram təmiz çəkidə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 2.065 qram, 2.050 qram, 1.020 qram, 2.065 qram, 2.050 qram, 2.070 qram, 2.050 qram, 2.060 qram, 2.065 qram və 2.020 qram olmaqla 10 ədəd sellofan bağlamalarda üzərində heroinin izləri olan, arxasında “3000g x 0.1g” yazısı olan 01 ədəd gümüşi rəngli elektron tərəzi və 01 ədəd qaşıqla birlikdə 01 ədəd çantanın içərisindən, ümumilikdə 6.810 qram təmiz çəkidə tiryək ayrı-ayrılıqda təmiz çəkiləri 985 qram, 990 qram, 980 qram, 870 qram, 970 qram, 990 qram və 1.025 qram olmaqla 07 ədəd sellofan bağlamalarda 01 ədəd sellofan torbanın içərisindən, 715,0 qram təmiz çəkidə qurudulmuş marixuana isə 01 ədəd qara rəngli polietilen torbada aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, bu yaşınadək nə siqaret, nə də narkotik vasitə istifadəçisi olmamışdır. Ümumiyyətlə, alkoqollu içki də içməmişdir. Övladlarından biri 2020-ci ilin sentyabr ayının 27-də başlanan “44 günlük Vətən müharibəsi” zamanı itkin düşmüşdü. 5 gün müddətində oğlumdan xəbər ala bilməmişlər. Həmin günlər dəhşətli dərəcədə qorxu, həyəcan, stress keçirirdiyinə görə həmin dövrdə alkoqollu içki içməyə başlamışdır. Bir gün gecə saat 03:00 radələrində qardaşı oğlu Vasif Cavadov zəng edərək. Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinin zibilxanasında zibil qutusunun yanına çanta qoyduğunu və həmin çantanı götürməyini bildirmişdir. Qeyd olunan ünvana gedərək, çantanı götürmüşdür. Çantanı açanda içərisində bükümlərin olduğunu görmüşdür. Həmin bükümlərin narkotik vasitə olduğunu başa düşmüşdür. Çantanı Şahid2 evinə gətirib həmin evin zirzəmisində gizlətmək istəmişdir. Həmin evdə əvvəllər usta kimi işlədiyindən zirzəminin boş olduğunu bilirdi. Çantanın içindən özü üçün də 1 büküm narkotik vasitə götürmüşdür. Ümumiyyətlə, bükümün içərisindəki narkotik vasitənin növünü bilmirdi, sadəcə maraq üçün götürmüşdü. Çantanı evin zirzəmisinə gizlətmişdir. Elə həmin gün də polis əməkdaşları onu tutmuşlar. Vasif Cavadovun narkotik vasitələri kimdən əldə etdiyi barədə məlumatlı deyil. Polis əməkdaşları tərəfindən tutulduqda üzərində təxminən 50 qram miqdarında narkotik vasitə aşkar edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 21 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 21 oktyabr 2021-ci il tarixdə təxminən 16:00-17:00 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Quşçuluq yaşayış massivi ərazisində Təqsirləndirilən şəxs bənzəyən şəxsi görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim edərək, onun Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Onu barəsində daxil olmuş əməliyyat məlumatı barəsində xəbərdar edərək, AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan heroinə oxşar narkotik vasitəni təqdim etmişdir. Bu barədə soruşduqda həmin narkotik vasitəni Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinin zibilxanasından götürdüyü çantanın içərisindən əldə etdiyini bildirmişdir. Həmin çantanı da gizlətdiyi ünvanı demişdir. Qeyd edilən ünvanda yerləşən evin zirzəmisinə də, müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə baxış keçirilmiş, içərisində bükümlər olan çanta aşkarlanmışdır.Təqsirləndirilən şəxs saxlanılması əməliyyatı zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 21 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 21 oktyabr 2021-ci il tarixdə təxminən 16:00- 17:00 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Quşçuluq yaşayış massivi ərazisində Təqsirləndirilən şəxs bənzəyən şəxsi görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim edərək, onun Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Onu barəsində daxil olmuş əməliyyat məlumatı barəsində xəbərdar edərək, AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan heroinə oxşar narkotik vasitəni təqdim etmişdir. Bu barədə soruşduqda həmin narkotik vasitəni Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksinin zibilxanasından götürdüyü çantanın içərisindən əldə etdiyini bildirmişdir. Həmin çantanı da gizlətdiyi ünvanı demişdir. Qeyd edilən ünvanda yerləşən evin zirzəmisinə də, müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə baxış keçirilmiş, içərisində bükümlər olan çanta aşkarlanmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində, eləcə də onun üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin Təqsirləndirilən şəxs öz iştirakı ilə onun narkotik vasitələri gizlətdiyi Mehdiabad qəsəbəsində yerləşən, Şahid2 məxsus fərdi evin zirzəmisinə baxış keçirilməsi proseslərində iştirak etmişdir. Belə ki, 21 oktyabr 2021-ci il tarixdə işlədiyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə əslən ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş-93» yaşayış kompleksi, bina 34, mənzil 1-də kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Özü həmin məlumatı dərhal rəhbərliyə məruzə edəndən sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik də ona həvalə olunmuşdur. Bundan sonra elə həmin gün, yəni 21 oktyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar orta yaşlı kişini onun olduğu yer barədə əvvəldən aldıqları məlumata əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsi Quşçuluq yaşayış massivi ərazisində saat 16:15-də piyada hərəkət etdiyi zaman müəyyən edib saxlamışlar. Həmin şəxsi saxlayaraq xidməti vəsiqələri göstərməklə özlərini ona təqdim etmişlər, sorğu sual zamanı həmin şəxs də onların təklifinə əsasən öz anket məlumatlarını söyləyib Təqsirləndirilən şəxs olduğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etməklə ona izah etmişlər ki, onun külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları var, əgər üzərində bu kimi qanunsuz maddələr varsa məlumat versin. Həmin vaxt Təqsirləndirilən şəxs özü səmimi şəkildə bildirmişdir ki, hazırda öz üzərində «kokos» kimi tanınan bir qədər narkotik vasitə heroin var. Ona görə də vaxt itirmədən Təqsirləndirilən şəxs dərhal özləri ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Orada Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edilib təqdim olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs və onun müdafiəçisi tanış edilmiş, sonra xidməti otaqda onların və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərindəki əşyaları, həmçinin hər hansı qanunsuz saxlanılan əşya, predmet, maddə varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da həmin vaxt əynindəki boz rəngli cins şalvarının sol yan cibindən özünün bir ədəd “Redmi” markalı mobil telefonunu, içində öz şəxsiyyət vəsiqəsi və bir ədəd “Unibank»a məxsus plastik bank kartı olan pul qabını, şalvarının sağ yan cibindəki 40 manat pulunu və içərisində şübhəli maddə olan bir ədəd şəffaf sellofan bükümü, həmçinin əynindəki göy rəngli uzunqol qış gödəkcəsinin sağ üst döş cibində olan 6 manat pulunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində özləri tərəfindən də axtarış aparılmış, lakin başqa heç nə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş cəmi 46 manat pul onun öz şəxsi pulu olduğundan Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin sellofan büküm açılıb baxış keçirildikdə onun içərisində narkotik vasitə heroinə bənzər kəskin iyli maddə aşkar edilmişdir. Həmin büküm elektron tərəzi üzərinə qoyularaq çəkisi müəyyənləşdirilmiş, sonra isə həmin büküm içindəki maddə ilə birlikdə götürülüb kağız zərfə qoyularaq möhürlənmişdir. Həmçinin, iş üzrə əhəmiyyət kəsb edəcəyindən Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və plastik bank kartı da götürülmüşdür. Sorğu sual zamanı Təqsirləndirilən şəxs səmimi şəkildə bildirmişdir ki, sellofan bükümdə olan maddə «kokos» adı ilə tanınan narkotik vasitə heroindir, lakin özü narkotik istifadə etmir. Həmçinin bildirmişdir ki, narkotik vasitəni özü keçən gün gecə saat 3-4 radələrində öz qardaşı qızı İlahənin sözü ilə gedib Masazır qəsəbəsi, «Qurtuluş-93» yaşayış kompleksinin yanındakı zibilxanadan götürmüşdür, həmin narkotik maddənin qalan hissələrini isə özü ilə aparıb Mehdiabad qəsəbəsində yaşayan tanıdığı Bəxtiyar adlı şəxsə məxsus, özünün əvvəllər usta işlədiyi fərdi evin həyətinə hasardan keçirərək evin zirzəmisində gizlətmişdir, üzərindən aşkar edilmiş narkotik vasitə heroini də həmin yerdə gizlətdiyi narkotikin üzərindən maraq üçün götürmüşdür, lakin istifadə etmir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, özü bildiyinə görə həmin narkotik vasitə İlahənin qardaşı, yəni öz mərhum qardaşının oğlu Vasifə məxsus narkotikdir, narkotik maddəni aparıb evinin zirzəmisində gizlətməsi barədə isə Bəxtiyar adlı şəxsin xəbəri yoxdur, narkotikin qalan hissəsini gizlətdiyi həmin yeri də, yəni Mehdiabad qəsəbəsindəki sözügedən evi göstərə bilər. Bundan sonra şəxsi axtarış və götürmə prosesi başa çatdırılaraq videoçəkiliş dayandırılmış, həmin prosesə və aşkar olunanlara dair təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, özü və digər iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs qeyd etdiyi kimi, onun narkotik maddənin qalan hissəsini gizlətdiyi Bəxtiyar adlı şəxsə məxsus, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən evin zirzəmisinə baxış keçirilməsi zərurəti yarandığından bu barədə qəbul edilmiş qərara əsasən Təqsirləndirilən şəxs və onun müdafiəçisi ilə birlikdə həmin ünvana getmişlər. Qeyd edilən fərdi ev Mehdiabad qəsəbəsi Quşçuluq massivində yerləşmişdir. Təqsirləndirilən şəxs qeyd edilən evi işarə verib bildirəndən sonra özləri ev sahibini səsləyib çağırmış, məlum olmuşdur ki, həmin evin məxsus olduğu və orada yaşayan şəxs Təqsirləndirilən şəxs adını çəkdiyi Bəxtiyar adlı şəxs deyil, Bəxtiyarın qardaşı Şahid2dur. Belə ki, ev sahibi Şahid2 onların çağırışı ilə evdən çıxıb onları qarşılamış, özünü təqdim edərək bildirmişdir ki, Bəxtiyar özünün qardaşıdır, lakin həmin evdə yaşamır, evdə özü yaşayır. Hətta Şahid2 Təqsirləndirilən şəxs da görərək tanımış və əvvəllər Seymurun həmin evdə tikinti-təmir işləri gördüyünü də təsdiq etmişdir. Aydın görünmüşdür ki, Zaurun Təqsirləndirilən şəxs hansı hadisə törətməsindən ümumiyyətlə xəbəri və məlumatı yoxdur. Özləri həmin vaxt Şahid2 hadisə barədə qısaca məlumat vermiş, Təqsirləndirilən şəxs orada özü bir daha səmimi şəkildə bildirmişdir ki, narkotik maddə olan bağlamaları keçən gecə saatlarında özü ilə həmin evin hasarından həyətinə keçirdikdən sonra evin altındakı zirzəmi otağına aparıb orada qoymuşdur, bu barədə Zaurun və ya Bəxtiyarın ümumiyyətlə xəbəri yoxdur, evin Bəxtiyara məxsus olmasını zənn etmişdir, özü həmin evdə əvvəllər usta kimi işləmişdir. Şahid2 da təəccülənib qalmışdır. Özləri evin zirzəmisinə baxış keçirilməli olduğunu bildirmiş, ev sahibi Şahid2 da baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirib icazə vermiş və onları içəriyə dəvət etmiş, evin həyətinə keçmişlər. Bu proses də videoçəkilişlə həyata keçirilmişdir. Özləri həyət evininin zirzəmisinə baxış keçirməyə başlamış, Təqsirləndirilən şəxs özü zirzəmidə narkotik maddələr olan çanta və torbaları gizlətdiyi yeri onlara göstərib təqdim etmişdir. İçərisində narkotik maddələr olan bir ədəd çantanı və iki ədəd sellofan torbaları zirzəmidən götürüb rahat şəkildə baxış keçirilməsi üçün evin həyətinə çıxartmış, zirzəmiyə əlavə olaraq da baxış keçirilmiş, iş üzrə başqa heç nə aşkar olunmamışdır. Bundan sonra evin həyətində əvvəlcə bir sellofan torbanın içərisinə baxış keçirməyə başlamışlar, torbanın içərisindən hər birində narkotik vasitə tiryəkə bənzər maddələr olan 7 ədəd sellofan bağlamalar aşkar olunmuşdur. Həmin sellofan bağlamalar hər biri içindəki tiryəkə bənzər maddələrlə birgə elektron tərəzidə çəkilmiş, sonra isə elə aşkar olunduqları sellofan torbaya qoyulub qablaşdırılaraq götürülmüşdür. Sonra idman çantasına da baxış keçirilmiş, həmin çantanın içindən 10 ədəd sellofan bağlamalarda hər birində narkotik vasitə heroinə bənzər maddələr, eləcə də bir ədəd elektron tərəzi və bir ədəd qaşıq aşkar edilmişdir. Həmin heroinə bənzər maddələr olan bağlamalar da elektron tərəzidə çəkilmiş, həmin bağlamaları, elektron tərəzini və qaşığı elə aşkar olunduğu çantaya qoyub qablaşdıraraq götürmüşlər. Digər sellofan torbaya da baxış keçirildikdə onun içində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuş və olduğu kimi elektron tərəzidə çəkisi müəyyən edilməklə qablaşdırılaraq götürülmüşdür. Ev sahibi Şahid2 bütün bünları görüb təəccüblənmiş və həmin maddələrin zirzəmidə olmasından xəbəri olmadığını bir daha bildirmişdir. Bundan sonra baxış prosesi yekunlaşdırılaraq videoçəkiliş dayandırılmış, sənədləşmə işi ilə əlaqədar özləri Təqsirləndirilən şəxs və onun müdafiəçisi ilə, həmçinin ev sahibi Şahid2la birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişlər, baxış prosesində aşkar olunanlarla bağlı təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, özü və digər iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiqləmişlər. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib aparılarkən, eləcə də üzərində şəxsi axtarış və ya evə baxış prosesləri zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq, zorakılıq, digər qanunsuz hərəkətlər edilməmişdir. (Cild 1, iş vərəqləri 126-131) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Mehdiabad qəsəbəsi Quşçuluq massivində yerləşən özünə məxsus nömrəsiz fərdi evdə arvadı X2 və üç azyaşlı uşaqları Aysu, Ayan və Yusiflə birlikdə yaşayır. Qızı Aysunun 11 yaşı, qızı Ayanın 8 yaşı, oğlu Yusifin isə 2 yaşı var. Özü rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada öz idarə etdiyi «Xəzər» markalı, **-PJ-*** qeydiyyat nömrəli avtomobillə Mehdiabad qəsəbəsində taksi sürücülüyü ilə məşğul olur, hərdən iş tapanda tikinti-inşaat işlərində fəhləlik etməklə də məşğul olur, bu yolla özünü və ailəsini dolandırır. Atası Alim və anası Dilarə hər ikisi ölmüşdür, ailədə özündən başqa Bəxtiyar adlı bir qardaşı var. Qardaşı Bəxtiyar evlidir, iki azyaşlı uşaqları var, heç yerdə işləmir, iş tapanda tikinti-inşaat işlərində, yaxud restoranlarda fəhləlik etməklə məşğul olur. Əslən Salyan rayonundan olan Təqsirləndirilən şəxs özü təxminən 3-4 il qabaq hazırda öz yaşadığı evdə usta işlədiyi vaxtdan tanımış, belə ki, Seymur əvvəllər onun həmin evində bir müddət evin yan divarlarına suvaq vurmuş, yəni suvağçı işləmişdir. Seymurla özünün tanışlığı yalnız belə olmuşdur, onunla özünün başqa heç bir şəxsi münasibəti, yoldaşlığı olmamışdır. Evinin təmir işini görüb qurtarandan sonra Seymurun zəhmət haqqı pulunu da verib yola salmış, həmin vaxtdan sonra Seymurla heç bir alış-verişi, münasibəti olmamışdır. Seymuru evində usta işləməsi ilə bağlı öz qardaşı Bəxtiyar da tanıyır, həmin dövrdə qardaşı Bəxtiyar da oraya tez-tez gəlib getmiş, bəzən də həmin evdə qalmışdır. 21 oktyabr 2021-ci il tarixdə saat təxminən 20 radələrində özü Mehdiabad qəsəbəsi Quşçuluq massivində öz yaşadığı həmin evdə olarkən həyət darvazasından kimlərinsə onu səsləyib çağırdığını eşitdiyi üçün evdən çıxmış və darvazanı açıb çölə çıxanda görmüşdür ki, çöldə darvazanın qabağında bir neçə nəfər var. Seymur da onların yanında olmuşdur. Həmin şəxslər özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşları ona bildirmişlər ki, Seymur tərəfindən onun evinin zirzəmisinə narkotik maddələr qoyulduğu barədə məlumat olduğu üçün evin zirzəmisinə baxış keçirilməsi zərurəti yaranmışdır. Özü əvvəlcə heç nə başa düşməmiş, nə baş verdiyindən də xəbəri olmamışdır. Seymur özü həmin vaxt polislərin dediyini təsdiq edib ona bildirmişdir ki, özü keçən gecə onun evinin həyətinə daş hasardan keçərək içində narkotik maddələr olan torbaları evin zirzəmisinə qoyub gizlətmişdir. Bunu deyərək Seymur öz hərəkətinə görə ondan üzr istəyərək həmçinin demişdir ki, evdə qardaşı Bəxtiyarın yaşadığını zənn etmişdir. Özü isə Seymura demişdir ki, qardaşı Bəxtiyar bu evdə yox, özünün ailəsi ilə başqa ünvanda yaşayır. Özü polis əməkdaşlarına bildirmişdir ki, nə özünün, nə ailə üzvlərinin bu məsələ barədə heç nədən xəbəri yoxdur və evə, həyətə və evin zirzəmisinə baxış keçirilməsinə heç bir etirazı olmadığını polislərə bildirib icazə vermişdir. Polis əməkdaşları onun icazə və dəvəti ilə Seymurla birlikdə evin həyətinə keçmişlər, sonra videoçəkiliş aparılmaqla evin zirzəmisinə baxış keçirilməyə başlanmışdır. Seymur özü polis əməkdaşlarına evin zirzəmi yerini və orada narkotik maddələri gizlətdiyi yeri göstərmişdir. Evinin zirzəmi otağı evin eyvan hissəsinin altında yerləşir, kiçik sahəlidir, hündürlüyü də azdır, yəni içəri əyilərək girmək mümkündür. Zirzəminin dəmir qapısı olsa da bağlanmır, yəni daima açıq qalırdı. Seymurun göstərdiyinə əsasən polis əməkdaşları zirzəmidən bir ədəd çantanı və iki ədəd sellofan torbaları götürüb rahat şəkildə baxış keçirilməsi üçün həyətə çıxartmışlar, zirzəmiyə özləri də baxış keçirmişlər, başqa heç nə aşkar olunmamışdır. Elə özünün də iştirakı ilə polis əməkdaşları evin həyətində əvvəlcə bir sellofan torbanın içərisinə baxış keçirməyə başlamışlar, torbanın içərisindən 7 ədəd sellofan bağlamalarda, özlərinin deməsinə görə hər birində narkotik maddə tiryəkə oxşar maddə aşkar etmişlər. Həmin sellofan bağlamalar hər biri içindəki tiryəklə birgə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, sonra isə elə aşkar olunduqları sellofan torbaya qoyulub qablaşdırılaraq götürülmüşdür. Sonra idman çantasına da baxış keçirilməyə başlanmış, həmin çantanın içindən də 10 ədəd sellofan bağlamalarda deyilənə görə hər birində narkotik maddə heroinə oxşar maddələr, eləcə də bir ədəd elektron tərəzi və bir ədəd qaşıq aşkar edilmişdir. Polis əməkdaşları həmin heroin bağlamalarını da olduğu kimi elektron tərəzidə çəkmişlər, həmin bağlamaları, elektron tərəzini və qaşığı elə aşkar olunduğu çantaya qoyub qablaşdıraraq götürmüşlər. Polis əməkdaşları digər sellofan torbaya da baxış keçirib onun içindən demələrinə görə narkotik maddə qurudulmuş marixuananı aşkar etmişlər, onu da elektron tərəzidə çəkib çəkisini müəyyən etməklə qablaşdıraraq götürmüşlər. Özü bütün bünları görüb təəccüblənmiş və həmin maddələrin zirzəmidə olmasından xəbəri olmadığını bir daha polis əməkdaşlarına bildirmişdir. Seymur özü də orada danışıb bildirmişdir ki, həmin maddələri özü gətirib onun evinin zirzəmisinə qoymuş, onları Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksindəki hansısa zibilxana yerindən götürmüşdür. Bundan sonra polis əməkdaşları rəsmiləşmə aparılması üçün onu da özləri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər, həmin proseslə bağlı orada polis əməkdaşı tərəfindən protokol yazılaraq oxunmuş, özü də doğruluğunu imza ilə təsdiq etmişdir. Şahid2 həmin ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs həmin narkotik maddələr olan çanta və torbaları onun yaşadığı evin zirzəmisində yerləşdirib gizlətməsindən nə özünün, nə də qardaşı Bəxtiyarın ümumiyyətlə xəbəri olmamışdır. Seymur özü də bu barədə onlara heç bir məlumat verməmişdir. Hətta məlumat versəydi belə, yaxud özünün bundan hər hansı şəkildə xəbəri olsaydı özü dərhal polis orqanına xəbər verərdi. Özü bunu yalnız polis əməkdaşları Seymurla birlikdə onun evinə gəlib baxış keçirərkən bilmişdir. Bu hadisə barədə hətta özü sonradan qardaşı Bəxtiyara da zəng edib deyəndə Bəxtiyar da Seymurun nə üçün belə bir hərəkət etməsindən təəccüblənmişdir. Nə özünün, nə də Bəxtiyarın Seymurla heç vaxt ədavət və düşmənçiliyi, qərəzli münasibəti olmamışdır. Seymur əvvəllər təxminən 3-4 il qabaq onun evində usta işləmiş, işini qurtarıb gedəndən sonra isə özünün Seymurla heç bir əlaqəsi olmamışdır. (Cild 1, iş vərəqləri 194-198) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 32-34) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi və götürmə haqqında” 21 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qalan hissələrini gizlətdiyi yer barədə verdiyi məlumat üzrə onun öz iştirakı ilə Şahid2 yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Quşçuluq massivində yerləşən fərdi yaşayış evinin zirzəmi otağına sonuncunun razılığı və iştirakı ilə həmin gün saat 20:00-dan etibarən keçirilmiş baxış zamanı 01 ədəd çantanın içərisindən 10 ədəd sellofan bağlamalarda 01 ədəd elektron tərəzi və 01 ədəd qaşıqla birlikdə narkotik vasitə heroinə bənzər maddələr, 01 ədəd sellofan torbanın içərisindən 07 ədəd sellofan bağlamalarda narkotik vasitə tiryəkə bənzər maddələr və 01 ədəd qara rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. (Cild 1, iş vərəqləri 41-43) “Şəxsi axtarış və götürmə aparılması haqqında”, o cümlədən “baxış keçirilməsi və götürmə haqqında” 21 oktyabr 2021-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD” formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 35,44) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 6/4703 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 50,225 qram qəhvəyi tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində : “...şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvanda gizlətdiyi narkotik vasitə...” yazısı və imzalar olan çantada və polietilen bağlamadakı : 10 (on) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2065 qram, 2050 qram, 1020 qram, 2065 qram, 2050 qram, 2070 qram, 2050 qram, 2060 qram, 2065 qram və 2020 qram – ümumi təmiz çəkisi 19515 qram (19 kq 515 qr) qəhvəyi tozşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 7 (yeddi) ədəd şəffaf polietilen bükümdə, onlardan 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 985 qram, 990 qram, 980 qram, 870 qram, 970 qram, 990 qram – tünd qəhvəyi rəngli bərk konsistensiyalı və 1 ədəd bükümdə təmiz çəkisi 1025 qram qəhvəyi rəngli yumşaq konsistensiyalı, ümumi təmiz çəkisi 6810 qram (6 kq 810 qr) qətranabənzər spesifik iyli maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. 6 ədəd bükümdə bərk konsistensiyalı tiryək xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir, 1 ədəd bükümdə isə yumşaq konsistensiyalı tiryək xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə onlardan fərqlidir. 1 ədəd arxasında “3000g x 0.1g” yazısı olan gümüşi rəngli elektron tərəzinin və 1 ədəd qaşığın üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs üzərindən və ünvandan aşkar edilərək götürülmüş heroinlərin ümumi təmiz çəkisi 19565,225 qramdır (19 kq 565,225 qr) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 51-58) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 7/1084 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Cavadovun...” yazısı və imzalar olan sarı rəngli sellofan bağlamadakı 01 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 715,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 60-63) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 159 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 233-234) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 143) Cinayət işi materiallarında olan “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi” haqqında 23 may 2022-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır.(Cild 1, iş vərəqləri 326-328) Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 20 may 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 19514,7 qram və 50,125 qram çəkilərdə narkotik vasitə heroinlər, 6809,65 qram çəkidə narkotik vasitə tiryək və 714,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, üzərində heroinin izləri olan “3000g x 0.1g” yazılı 01 ədəd gümüşü rəngli elektron tərəzi və 01 ədəd qaşıq maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. 02 ədəd disk iş maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 293-308) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram, narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram, narkotik vasitə tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 50 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı, daşıdığı narkotik vasitə heroinin, marixuananın və tiryəkin həmin narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddindən, həmçinin külli miqdar daxil olmaqla aşağı həddindən xüsusilə böyük həcmdə olub artıq olması, eləcə də təqsirləndirilən şəxsin özünün narkomaniya xəstəliyindən əziyyət çəkməməsi onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, yəni təsadüfən narkotik vasitələri götürdüyünü, onun narkotik vasitələrə aidiyyətinin olmadığını və narkotik vasitələrin satışı ilə məşğul olmadığını, bununla bağlı gətirdiyi dəlilləri və irəli sürdüyü iddiaları özünü müdafiə xarakterli kimi qiymətləndirib, hesab edir ki, bu dəlillər və iddialar işin hallarına uyğun olmamaqla yanaşı iş üzrə digər obyektiv sübutlarla təkzib olunur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu normasının tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, onun bir övladının Vətən müharibəsi zamanı gedən döyüşlərdə iştirak etməsi, “Laçının azad olunmasına görə” medal ilə təltif edilməsi, digər övladının isə əlil olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 23 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra, həmin məhkəmənin 17 fevral 2022-ci il və 17 may 2022-ci il tarixli qərarları ilə təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 108-113, 249-253, 287-292) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 19.564,825 qram çəkidə narkotik vasitə heroin, 6.809,65 qram çəkidə narkotik vasitə tiryək və 714,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd qaşıq məhv edilməlidir. 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 192 manat 82 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 19.564,825 qram çəkidə narkotik vasitə heroin, 6.809,65 qram çəkidə narkotik vasitə tiryək, 714,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd qaşıq məhv edilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. 02 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 192 manat 82 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-117/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-117/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver