Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-117/2024 28.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, Xaçmaz rayonu Yalama kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə, saat 24 radələrində yaşadığı Xaçmaz rayonu Yalama kəndi Xətai küçəsində yerləşən evinə internetdən istifadə edərək qohumlarıyla sosial şəbəkə vasitəsi ilə danışmaq üçün qonaq gəlmiş həmkəndlisi Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə telefonla qohumları ilə yüksək səslə danışaraq onun evində nalayiq söyüşlər söyməsinə görə iradını bildirdikdən sonra, sonuncu onun bu iradına məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdiyinə görə o Zərərçəkmiş şəxs onun evindən çıxıb getməsini tələb etməsinə baxmayaraq sonuncu yenə də onun bu sözlərinə əhəmiyyət verməyərək mübahisə yaradıb evdən çıxıb getməmiş, bu zaman Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsində yemək yedikləri otaqda olan masanın üstündən götürdüyü soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə bir dəfə qəsdən sonuncunun sol tərəf döş qəfəsi nahiyəsindən vurub zərərçəkmiş şəxsə döş qəfəsinin sol tərəfində döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara kimi insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Tarıkuliyeviç həmkəndlisidir və onlar uzun illərdir bir-birini tanıyırlar. Onunla münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamış, hazırda da yoxdur. 06 oktyabr 2022-ci il tarixdə həmkəndliləri Mustanba, Şalbuz və Bəxtiyar Mursalovla birlikdə həyətində sanitar qovşaq üçün quyu qazmışlar. Təxminən saat 19 radələrində oturub yemək yemiş və spirtli içki içmişlər. Həmin vaxt qonşusu Bəxtiyar Tarkuliyev ona evində olan Wi-Fi internet xəttindən istifadə etmək üçün onun evinə gəlmiş, həmin vaxt Mustanba və Bəxtiyar Mursalov çıxıb getmişlər. Evdə o, Şalbuz və Bəxtiyar Tarkuliyev qalmışdır. Bəxtiyar Tarkuliyev sərxoş vəziyyətdə internetlə qohumları ilə yüksək səslə söyüş söyərək danışmağa başlamış, o Bəxtiyara söyüş söyməməsini bildirmiş, Bəxtiyar yenə də söyüş söymüşdür. Bundan o, Bəxtiyara evindən çıxıb getməsini demiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Bəxtiyar onu da nalayiq söyüşlərlə söyməyə başlamışdır. Həmin vaxt saat 24 radələri olmuş, içkili olduğundan Bəxtiyarın bu hərəkəti onu bərk əsəbləşdirmiş və özündən asılı olmadan masanın üstündən çörək doğradığı bıçağı götürüb onunla bir dəfə Bəxtiyarın sol yan tərəfindən vurmuşdur. Onun zərbəsindən sonra Bəxtiyar heç bir müqavimət göstərmədən qışqıraraq yerə oturmuş və onun qışqıraraq yerə oturduğunu görəndə bıçaqla vurduğu zərbənin güclü olduğunu hiss etmişdir. Buna görə də dərhal Bəxtiyarın köynəyini çıxarıb bıçaqla vurduğu yerə baxmış və həmin yerdən qan gəldiyini görmüşdür. Daha sonra qonşuların köməyi ilə Bəxtiyarı xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərdi ki, o tək yaşayır, anası və atası vəfat etmiş, həyatda yalnız bir yaşlı xalası vardır. Başqa heç kimi yoxdur. Zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda tək yaşayır və hazırda rəsmi olaraq heç yerdə işləmir. Lakin buna baxmayaraq fərdi qaydada fəhləlik edərək çörək pulu qazanır və özünü dolandırır. Zərərçəkmiş şəxs Tarıkuliyeviç həmkəndlisidir və onlar uzun illərdir bir-birini tanıyırlar. Onunla münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamış, hazırda da yoxdur. Hətta arada Bəxtiyar onun evinə gəlmiş və onunla birlikdə qalmışdır. 06 oktyabr 2022-ci il tarixdə təxminən saat 19 radələrində həmkəndlisi Şahid1 ilə birlikdə evdə oturub çörək yeydikləri zaman Zərərçəkmiş şəxs onun telefonuna zəng etmiş və harada olduğunu soruşmuşdur. Evdə olduğunu deyəndə Bəxtiyar ona evində olan Wi-Fi internet xəttindən istifadə etmək üçün gələcəyini bildirmiş, o, etiraz etməmiş və telefon danışığından bir neçə dəqiqə sonra Bəxtiyar onun evinə gəlmişdir. Qeyd olunduğu kimi həmin vaxt evdə Şalbuzla birlikdə çörək yediyindən Bəxtiyara da oturub onlarla birlikdə çörək yeməsini təklif etmiş və Bəxtiyar etiraz etməyib onlarla bir masa arxasında oturmuşdur. Həmin vaxt Bəxtiyar içkili vəziyyətdə olmuş, lakin onun harada və kiminlə birlikdə spirtli içki qəbul etdiyini bilməmişdir. Bəxtiyar onlarla birlikdə çörək yeməsə də, Şalbuzla birlikdə spirtli içki qəbul etmiş, o, özü isə spirtli içki içməmişdir. Bəxtiyarın telefonuna özünə məxsus Wi-Fi-nin kodunü yazıb ona vermiş və o, kiminləsə əlaqə saxlayıb yazışmağa, bir qədər sonra isə ünvansız nalayiq söyüşlər işlətməyə başlamışdır. Bununla bağlı əvvəlcə Bəxtiyara öz iradını bildirmiş və söyüş söyməməsini demişdir. Lakin Bəxtiyar ona əhəmiyyət verməyib söyüşlərini davam etdirəndə ondan evindən çıxıb getməsini xahiş etmiş, bundan sonra Bəxtiyar onun ünvanına xoşagəlməz ifadələr işlətməyə başlamış və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Həmin vaxt artıq saat 24 radələri olmuş və o, Bəxtiyardan evindən çıxıb getməsini tələb edəndə Bəxtiyar sözlərinə məhəl qoymamış və əksinə onun ünvanına xoşagəlməz ifadələr işlətməkdə davam etmişdir. Bəxtiyarın bu hərəkəti onu bərk əsəbləşdirmiş və özündən ash olmadan masanın üstündən çörək doğradığı bıçağı götürüb onunla bir dəfə Bəxtiyarın sol yan tərəfindən vurmuşdur. Onun zərbəsindən sonra Bəxtiyar heç bir müqavimət göstərmədən qışqıraraq yerə oturmuş və onun qışqıraraq yerə oturduğunu görəndə bıçaqla vurduğu zərbənin güclü olduğunu hiss etmişdir. Buna görə də dərhal Bəxtiyarın köynəyini çıxarıb bıçaqla vurduğu yerə baxmış və həmin yerdən qan gəldiyini görmüşdür. Bundan sonra evdən pambıq və yod götürüb Bəxtiyarın bədənindəki xəsarət olan hissənin qanını kəsməyə çalışmış, lakin qanı saxlaya bilmədiyini görən Bəxtiyar özü ona həmkəndliləri Cavanşirə zəng etməsini və gəlib onu xəstəxanaya aparmasını demişdir. O, dərhal Cavanşirə zəng edib evinə çağırmış, onun telefon zəngindən az müddət sonra Cavanşir gəlmiş, o, Bəxtiyarın vəziyyətini görəndə Zakir adlı kənd həkiminə zəng edərək hadisə barədə məlumat vermiş və ondan kömək istəmişdir. Zakir həkim Cavanşirə kənddə olmadığını bildirib hadisə barədə polisə məlumat verməsini və Bəxtiyarı Xaçmaz MRX-na çatdırmasını demişdir. Bundan sonra o, özü Cavanşirlə birlikdə Bəxtiyarı Cavanşirə məxsus avtomobillə Xaçmaz MRX-na gətirmiş və həkimlər Bəxtiyarı müayinə edəndən sonra onu təcili olaraq əməliyyata götürmüşlər. Daha sonra o, xəstəxanaya gəlmiş polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmiş və törətdiyi hadisə barədə izahat vermişdir. Bəxtiyarı bıçaqla vurmaqda başqa heç bir məqsədi olmamış, sadəcə olaraq onun ünvanına xoşagəlməz ifadələr işlətməsindən əsəbləşmiş və özündən ash olmadan masanın üstündən götürdüyü bıçaqla onu bir dəfə vurmuşdur. Onun Bəxtiyarı öldürmək niyyəti olmamışdır. Belə ki, həmin vaxt onun Bəxtiyara bıçaqla daha bir neçə zərbə endirə və onu öldürə bilmək imkanı olmuş, lakin o, bunu etməmiş, əksinə əvvəlcə özü ona yardım göstərməyə çalışmış, sonra isə Cavanşirlə birlikdə onu xəstəxanaya çatdırmışdır. O, həmçinin göstərmişdir ki, hadisə zamanı evdə Zərərçəkmiş şəxslə ondan başqa digər həmkəndliləri Şahid1 olmuş, lakin Şalbuz onların mübahisəsinə müdaxilə etməmiş, onunla Bəxtiyar arasında heç bir söz-söhbət və ya mübahisə olmamış, əksinə o, bıçaqla Bəxtiyarı vuranda Şalbuz dərhal yaxınlaşıb onları sakitləşdirmişdir. Bıçaqla vuranda Bəxtiyar ona heç bir müqavimət göstərməmiş və aralarında dalaşma olmamış, hadisə evin içərisində ani olaraq baş verdiyindən təxminən 4-5 dəqiqə çəkmiş, onun bıçaqla Bəxtiyarı vurduğunu həmin vaxt evdə olan həmkəndliləri Şahid1 başqa heç kim görməmişdir. (cild İ,141-143 -cü vərəqələrdə) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir və onlar təxminən 20 ilə yaxındır ki, bir-birini tanıyır, həmçinin Sandranın da onun kimi tək yaşadığını bilir. Onunla münasibəti yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamış, hazırda da yoxdur. 06 oktyabr 2022-ci il tarixdə təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs zəng edib harada olduğunu soruşmuş, o, evdə olduğunu deyəndə onun evinə gəlmək və orada olan Wi-Fi-dən istifadə etməklə internet vasitəsi ilə telefonuna göndərilmiş mesajları oxumaq istədiyini bildirmişdir. Sandra etiraz etməmiş və bundan sonra o, Sandranın yaşadığı evə getmişdir. Həmin vaxt Sandra evdə həmkəndliləri Şahid1 ilə birlikdə oturub çörək yediklərindən Sandra və Şalbuz ona onlarla birlikdə oturub çörək yeməyi təklif etmişlər. O, Sandranın evinə gəlməmişdəm əvvəl özü çörək yeyib spirtli içki qəbul etdiyindən onlarla bir masa arxasında otursa da, çörək yeməmiş və masa arxasında oturub Wi-Fi vasitəsi ilə telefonuna gələn mesajlara baxarkən özündən asılı olmadan ünvansız nalayiq söyüşlər işlətməyə başlamışdır. Bu zaman Sandra qəflətən oturduğu stuldan qalxmış və evindən çıxıb getməsini tələb etməyə başlamışdır. İçkili vəziyyətdə olduğundan Sandranın bu hərəkəti ona pis təsir etmiş və ondan evindən çıxıb getməyi tələb etməsinin səbəbini soruşanda aralarında mübahisə baş vermişdir. Həmin vaxt artıq saat 24 radələri olmuş, mübahisə zamanı Sandra gözlənilmədən stolun üstündən bıçaq götürmüş və bir dəfə onun sol qol nahiyəsinin altından vurmuşdur. Yanlarında olan Şalbuz dərhal qalxıb onları sakitləşdirmiş, bundan sonra Sandra və Şalbuz onun köynəyini çıxarıb bədəninə baxanda xəsarət aldığı hissədən qan gəldiyini görmüş və ona köməklik göstərməyə başlamışlar. O, özü Sandraya həyətində işlədiyi həmkəndliləri Cavanşirə zəng edib çağırmasını demiş və Sandranın telefon zəngindən bir neçə dəqiqə sonra Cavanşir ora gəlmişdir. Cavanşir onun vəziyyətinin pisləşdiyini görüb Zakir adlı kənd həkiminə zəng edərək hadisə barədə məlumat vermiş və ondan kömək istəmişdir. Zakir həkim Cavanşirə hadisə barədə polisə məlumat verməsini və onu Xaçmaz MRX-na çatdırmasını demişdir. Bundan sonra Sandra və Cavanşir onu Cavanşirə məxsus avtomobillə Xaçmaz MRX-na gətirmiş, xəstəxanaya gələndən sonra halı pisləşdiyindən orada nələr baş verdiyini bilməmiş, bir qədər sonra ayılıb özünə gələndə Sandranın onu vurduğu zərbənin daxilə nüfuz etdiyini və buna görə də həkimlər tərəfindən əməliyyat olunduğunu bilmişdir. Sandra Şalbuzla birlikdə ona yardım göstərmiş və hətta sonradan Cavanşirlə birlikdə onu Xaçmaz MRX-na gətirmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərdi ki, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona yüngül cəza təyin edilməsinə etirazı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Xaçmaz rayonu Yalama kənd sakinləri Təqsirləndirilən şəxs təxminən on il, Zərərçəkmiş şəxs isə təxminən beş il olar ki, tanıyır. Onların hər ikisi ilə münasibəti yaxşıdır, aralarında ədavət və düşmənçilik olmamış, əksinə o, həm Təqsirləndirilən şəxslə, həm də Zərərçəkmiş şəxslə yoldaşlıq etmişdir. 06 oktyabr 2022-ci il tarixdə Yalama kəndində Təqsirləndirilən şəxslə görüşəndə o, ona yaşadığı evin həyətində sanitar qovşaq üçün quyu qazmaq istədiyini demiş və bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. O, etiraz etməmiş və Sandranın yaşadığı evə getmişdir. Sandra ondan başqa bu işdə ona köməklik göstərmək üçün həmkəndliləri Şahid2 və X4 da çağırmışdır. Onlar həmin gün təxminən saat 19 radələrinə kimi Təqsirləndirilən şəxslə birlikdə onun yaşadığı evin həyətində sanitar qovşağı üçün quyu qazımış və onun ətrafını bağlamışlar. İşlərini görüb qurtarandan sonra Təqsirləndirilən şəxs çörək yemək üçün onları evə dəvət etmiş, onlar Təqsirləndirilən şəxslə birlikdə evin ikinci mərtəbəsinə qalxmış və birlikdə çörək yeməyə başlamışlar. Təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs məxsus evin ikinci mərtəbəsində oturub çörək yedikləri zaman Zərərçəkmiş şəxs ora gəlmiş, Sandra Bəxtiyara da oturub onlarla birlikdə çörək yeməyi təklif etmişdir. O, etiraz etməmiş və onlarla bir masa arxasında oturmuşdur. Həmin vaxt Bəxtiyar içkili vəziyyətdə olmuş, lakin onun harada və kiminlə içməsindən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs gələndən sonra Şahid2 və Bəxtiyar Mursalov durub çıxıb getmiş, onlar gedəndən sonra Bəxtiyar, Sandra və o, birlikdə çörək yemişlər. Həmin vaxt masanın üstündə yarımçıq araq şüşəsi olduğundan Bəxtiyar həmin araqdan süzüb içmiş, Sandra və o, isə onunla birlikdə araq içməmişlər. Bundan sonra Bəxtiyar telefonla kiminləsə əlaqə saxlayıb yazışmağa, bir qədər sonra isə ünvansız nalayiq söyüşlər işlətməyə başlamış, Sandra bununla bağlı ona öz iradını bildirmiş və söyüş söyməməsini demişdir. Lakin Bəxtiyar ona əhəmiyyət verməyib söyüşlərini davam etdirmiş və buna görə də Sandra ondan çıxıb getməsini xahiş etmişdir. Bundan sonra Bəxtiyar Sandranın ünvanına nalayiq söyüşlər söyməyə başlamış və bu səbəbdən onlar arasında mübahisə yaranmışdır. Həmin vaxt artıq saat 24 radələri olmuş, Sandra Bəxtiyardan çıxıb getməsini tələb etsə də, Bəxtiyar onun sözlərinə məhəl qoymayıb evin ikinci mərtəbəsində çörək yedikləri otağın qapısının ağzında Sandra ilə mübahisə etmiş və söyüş söyməkdə davam etmişdir. O, evinə getmək üçün pilləkənin yuxarı hissəsinə çıxan zaman Sandranın əlində bıçaq olduğunu görmüş, lakin onun həmin bıçağı nə vaxt və dəqiq olaraq haradan götürdüyünü bilməmiş, buna baxmayaraq bıçağı əlindən almaq üçün dərhal ona yaxınlaşmışdır. Lakin onun olduğu yerlə Sandragil arasında təxminən 4 metr məsafə olduğundan o, onlara çatana kimi Sandra əlindəki bıçaqla bir dəfə Bəxtiyarı vurmuş və Bəxtiyar qışqıraraq aşağı oturmuşdur. Sandranın bıçaqla Bəxtiyarı vurduğunu görəndə bərk həyəcanlanmış və qorxudan geri qayıdıb aşağı düşmüş, onun arxasınca Sandra ilə Bəxtiyar da aşağı düşmüş və pilləkənin aşağı hissəsində Sandra Bəxtiyara yardım göstərməyə başlamışdır. Həmin vaxt o, özü küçəyə çıxmış və küçə qapısının qarşısında olduğu zaman Şahid2 ona yaxınlaşmışdır. Mustanba həyəcanlı olduğunu görüb nə baş verdiyini soruşanda ona Sandra ilə Bəxtiyar arasında mübahisə baş verdiyini və Sandranın bıçaqla Bəxtiyarı vurduğunu demişdir. Bunu eşidən Mustanba tez Sandranın həyətinə keçmiş və bundan sonra o, orada dayanmayıb çıxıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 06 oktyabr 2022-ci il tarixdə nahar fasiləsi ərəfəsində Təqsirləndirilən şəxs onu evinə çağırmış və həyətində sanitar qovşağı üçün quyu qazımaqda ona köməklik göstərməsini xahiş etmişdir. O, etiraz etməyib Sandra ilə birlikdə onun evinin həyətində işləmiş, hətta həmin vaxt Xaçmaz rayonu Xanoba kənd sakini Şahid1, həmçinin Yalama kəndində yaşayan X5 da yanlarına gələrək onlara kömək etməyə başlamış, Şahid1 və Bəxtiyar Mursalovun da kömək məqsədi ilə Sandra tərəfindən dəvət edildiklərini orada bilmişdir. Hava qaralana yaxın işlərini görüb qurtarmış, bundan sonra Sandra ilə Şalbuz çörək yemək üçün evə keçmiş və həmin vaxt Zərərçəkmiş şəxs də içkili vəziyyətdə Sandranın evinə gəlmişdir. O, onlarla çörək yeməyə oturmayıb çıxıb getmiş, ondan sonra Bəxtiyar Mursalovun da orada dayanmadığını və evlərinə getdiyini bilmişdir. Bir-iki saatdan sonra, yəni təxminən saat 23 radələrində Sandranın evinə qayıdanda Şahid1 həyəcanlı vəziyyətdə küçə qapısının qarşısında olduğunu görmüş, ondan nə baş verdiyini soruşanda o, evdə Sandra ilə Bəxtiyar arasında mübahisə baş verdiyini və Sandranın bıçaqla Bəxtiyarı vurduğunu demişdir. Bundan sonra o, həyətə daxil olmuş və Bəxtiyarın xəsarət almış vəziyyətdə həyətdə, qapının yanında dayandığını, Sandranın isə onun yarasını bağlamaqla ona yardım göstərdiyini görmüşdür. Bəxtiyar ondan onu Qusar rayonuna, bacısıgilə aparmasını xahiş etmiş, lakin o, Bəxtiyara etirazını bildirmiş və ona Xaçmaz MRX-na getməsini təklif etmişdir. Bundan sonra Bəxtiyar öz telefonu ilə həmkəndliləri Cavanşirin telefon nömrəsini yığmış və gəlib onu xəstəxanaya aparmasını xahiş etmişdir. Bir neçə dəqiqədən sonra Cavanşir ora gəlmiş və Sandra ilə birlikdə onlar Bəxtiyarı götürüb xəstəxanaya aparmışlar. Sandranın bıçaqla Bəxtiyara yetirdiyi xəsarətin ağır olduğunu və buna görə onun əməliyyat edildiyini sonradan bilmiş, həmçinin Təqsirləndirilən şəxs də Bəxtiyarı bıçaqla vurduğunu etiraf etdiyindən Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığı ona məlum olmuşdur. Lakin şəxsən özü hadisəni görməmiş, hadisənin səbəbini, necə və hansı şəraitdə baş verdiyini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 06 oktyabr 2022-ci il tarixdə saat 24 radələrində Bəxtiyar tanımadığı telefon nömrəsindən ona zəng etmiş və Təqsirləndirilən şəxs evinə çağırmışdır. Ondan nə baş verdiyini soruşanda o, tanımadığı şəxslər tərəfindən küçədə bıçaqla vurulduğunu və həmin vaxt Sandranın gəlib ona kömək etdiyini demişdir. O, dərhal özünə məxsus «Niva Şevrolet» markalı avtomobillə Təqsirləndirilən şəxs evinin qarşısına gəlmiş və bundan bir-iki dəqiqə sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ikisi birlikdə onun avtomobilinə yaxınlaşmış, Bəxtiyar arxa oturacaqda uzanmış, Sandra isə qabaq sərnişin yerində əyləşmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs xəsarət almış vəziyyətdə olmaqla həm də içkili vəziyyətdə olduğundan arxa oturacaqda mürgüləmiş, yanında əyləşmiş Təqsirləndirilən şəxs isə hadisə ilə bağlı heç nə danışmamışdır. Bundan sonra o, dərhal Yalama PB-nə zəng edib hadisə barədə məlumat vermiş və avtomobili sürüb bölmənin qarşısında saxlamışdır. Hadisə barədə polis bölməsinə məlumat verəndən sonra polis əməkdaşları ona X13 avtomobilinin gəlməsini gözləməməyi demiş və ondan Zərərçəkmiş şəxs Xaçmaz MRX-na çatdırmasını xahiş etmişlər. Bundan sonra o, Bəxtiyarı Xaçmaz MRX-na çatdırmış və polis əməkdaşları da onların arxasınca xəstəxanaya gəlmişdir. Xəstəxanada o, Bəxtiyardan nə baş verdiyini və kim tərəfindən bıçaqla vurulduğunu soruşanda Bəxtiyar onu vuran şəxsi tanımadığını bildirmişdir. Xaçmaz RPŞnə dəvət olunandan sonra Zərərçəkmiş şəxs bıçaqla xəsarətin həmkəndliləri Təqsirləndirilən şəxs tərəfindən yetirildiyi ona məlum olmuş, lakin şəxsən özü hadisənin səbəbini bilməmiş, hadisənin necə və hansı şəraitdə baş verməsini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 06 oktyabr 2022-ci il tarixdə nahar fasiləsi ərəfəsində Təqsirləndirilən şəxs onu evinə çağırıb həyətində sanitar qovşağı üçün quyu qazımaqda ona köməklik göstərməsini xahiş etdiyindən ora getmiş və Sandra ondan başqa Xaçmaz rayonu Xanoba kəndindən olan Şahid1 da kömək məqsədi ilə həyətinə dəvət etmişdir. O, Şalbuz və Sandra ilə birlikdə həyətdə işlədikləri zaman digər həmkəndliləri Şahid2 da kömək üçün ora gəlmiş və Mustanbanın da kömək üçün Sandra tərəfindən dəvət edildiyini orada bilmişdir. Hava qaralana yaxın onlar işlərini görüb qurtarmış, işi görüb qurtarandan sonra saat təxminən 19 radələrində Sandra çörək yemək üçün onları evə dəvət etmişdir. O, Şalbuz və Sandra ilə birlikdə çörək yemək üçün evin ikinci mərtəbəsinə qalxmış, lakin Mustanba yemək yeməyəcəyini deyib çıxıb getmişdir. Sandra, Şalbuz və o, evin ikinci mərtəbəsində yemək yedikləri zaman Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə ora gəlmişdir. Onun harada və kiminlə spirtli içki qəbul etdiyini bilməmişdir. Zərərçəkmiş şəxs gələndə o, artıq yeməyini yeyib qurtardığından və həm də onun içkili vəziyyətdə olduğunu görüb masadan qalxmış və Sandragillə sağollaşıb öz evinə çıxıb getmişdir. Gecə o, Sandranın evindən çıxıb öz evinə gedəndən sonra Zərərçəkmiş şəxslə Sandra arasında mübahisə baş verdiyi və Sandranın bıçaqla Bəxtiyarı vuraraq ona xəsarət yetirdiyi ona məlum olmuşdur. Hadisənin necə və hansı şəraitdə baş verməsi barədə heç bir məlumatı yoxdur. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində bildirmişdir ki, 1992-ci ildən Xaçmaz rayonu Yalama kənd tibb məntəqəsində həkim-terapevt vəzifəsində işləyir. X2 və Təqsirləndirilən şəxs Yalama kənd sakinləri kimi tanıyır. Zərərçəkmiş şəxs həddindən artıq spirtli içkiyə meylli olduğunu, Təqsirləndirilən şəxs isə sakit adam olduğunu bilir. 06 oktyabr 2022-ci il tarixdə gecə saatlarında həmkəndlisi Şahid3 ona zəng edərək harada olduğunu soruşmuş, həmin gün qohumlarına baş çəkmək üçün Qusar rayonu Sələh-oba kəndinə getdiyindən o, Cavanşirə Qusar rayonunda olduğunu demişdir. Bundan sonra Cavanşir ona bıçaq xəsarəti almış bir şəxsə baxmaq lazım olduğunu deyəndə o, Cavanşirə hadisə barədə polisə və X13a zəng edib məlumat vermək lazım olduğunu bildirmişdir. Narahat olduğuna görə telefon danışığından bir neçə dəqiqə sonra özü Cavanşirə zəng edərək bununla bağlı maraqlanmış, cavabında Cavanşir ona hadisə barədə polisə məlumat verdiyini və həmdə xəsarət almış şəxsi Xaçmaz MRX-na çatdırdığını demişdir. Xəsarət almış şəxsin Zərərçəkmiş şəxs olduğunu və xəsarətin ona aralarında yaranmış mübahisə zamanı bıçaqla Təqsirləndirilən şəxs tərəfindən yetirildiyini səhəri gün bilmiş, lakin şəxsən özünün həmin hadisə barədə heç bir məlumatı olmamışdır.(İ cild iş vərəqə 105) Məhkəmə, iş üzrə məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 09 oktyabr 2022-ci il tarixli “ Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Xaçmaz rayonu, Yalama kəndi, Ş.İ.Xətai küçəsində yerləşən yaşayış evidir.(Cild 1, iş vərəqləri 37-41) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə - tibb ekspertizasının verdiyi xx.xx.2022-ci il tarixli, 561 saylı rəydən görünür ki, məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsasən 1968-ci il təvəllüdlü X1 bədəni üzərində - döş qəfəsinin sol tərəfində döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara deşici- kəsici alətin (bıçağın) təsirindən törənməklə, yetirilmə müddəti 07 oktyabr 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət olmuşdur. (Cild 1, iş vərəqə 42) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 noyabr 2022-ci il tarixli, 3064 nömrəli rəyinə əsasən cinayət işi materiallarından və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. ( cild 1, iş vərəqə 123-125) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasının 07 yanvar 2023-cü il tarixli, 13 nömrəli rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqliintellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünə məxsus mövqeyə malikdir. Emosional- iradi sferasında, fərdipsixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı dəyişiklik aşkar olunmur. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törədərkən qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyətində, fizioloji affekt halında olmamışdır. ( cild 1, iş vərəqə 151-153) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-balistik ekspertizasının 22 noyabr 2022-ci il tarixli, 3/1555 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, üzərində təyinatım dəyişdirən əlavə və dəyişiklik edilməmişdir - soyuq silah hesab edilmir. (Cild 1, iş vərəqləri 110-112) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqələri 94-95) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Yalama kənd İnzibati Ərazi Dairəsindən alınmış xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs Xaçmaz rayonu Yalama kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır və müsbət xarakterizə olunur. Yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə heç bir yazılı şıkayət ərizəsi daxil olmamışdır. (Cild 1, iş vərəqə 148-150) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə baş vermiş hadisə zamanı istifadə etdiyi 01 (bir) ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı 08 dekabr 2022-ci il tarixdə iş üzrə maddi sübut hesab edilmiş və 01 (bir) ədəd kağız zərfə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (cild 1, iş vərəqə 121) Təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı məsələlərinin təhlilindən öncə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına istinad edərək qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İstintaq orqanının Təqsirləndirilən şəxsa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə verdiyi ittihama əsasən o, 06 oktyabr 2022-ci il tarixdə, saat 24 radələrində yaşadığı Xaçmaz rayonu Yalama kəndi Xətai küçəsində yerləşən evinə qonaq gəlmiş həmkəndlisi Zərərçəkmiş şəxs, cüzi səbəb olan - onun ünvanına xoşagəlməz ifadələr işlətməsini bəhanə edərək özünü ətrafdakılardan üstün qoymaqla aralarında yaranmış mübahisə zamanı xuliqanlıq niyyəti ilə evin ikinci mərtəbəsində yemək yedikləri otaqda olan masanın üstündən götürdüyü soyuq silah hesab edilməyən təsərrüfat- məişət təyinatlı mətbəx bıçağı ilə bİr dəfə qəsdən sonuncunun sol tərəf döş qəfəsi nahiyəsindən vurub zərərçəkmiş şəxsə döş qəfəsinin sol tərəfində döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara kimi insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurulması cinayətini törətməsinə dair ona verilmiş ittiham ibtidai istintaqın təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilmir, təqsirləndirilən şəxsin əməli səhv olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs ifadələrində göstərmişlər ki, hadisə təqsirləndirilən şəxsin evində baş vermiş, zərərçəkmiş şəxs öz arzusu ilə həmin evə gəlmiş, mübahisə zərərçəkmiş şəxs tərəfindən nalayiq sözlər işlədilməsi nəticəsində başlanmış, təqsirləndirilən şəxs əvvəlcə sözlə ona evindən getməsini bildirmiş, buna məhəl qoymayan zərərçəkmiş öz hərəkətlərini davam etdirmiş və nəticədə mübahisə yaramış hadisə baş vermişdir. Məhkəmə qeyd edir ki, məhkəmədə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxs, o cümlədən iş üzrə dindirilmiş şahidlərin verdikləri ifadələrdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə vurmasına dəlalət edən məqamlar yoxdur. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri də ayrı-ayrılıqda və ya məcmu halında təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi qənaətinə gəlməyə əsas vermir. İş materialları və məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında münaqişə məhz sonuncunun zərərçəkmiş şəxsin nalayiq ifadələr söyməsi səbəbindən başlanmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qəsdən sağlamlığa ağır xəsarət yetirmə əməlinin motivinin xuliqanlıq niyyəti olması öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarından da görünür ki, hazırkı cinayət işi ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə başlanılmış, 10 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin ibtidai istintaqın sonrakı mərhələsində - 14 dekabr 2022-ci il tarixli qərarla yetərli hesab olunacaq mötəbər sübutlar əldə olunmadan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə tövsif edilsə də, ümumiyyətlə əsaslandırılmamışdır. Beləliklə, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, şəxsi münasibətlər zəminində törənmişdir. Ona görə də məhkəmə, işin göstərilən hallarını nəzərə alaraq təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab edir. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik, laqeydlik, habelə öz şəxsi egoizmi nümayiş etdirir. Həmin antisosial motivlər onun əməlinin əsas hərəkətverici qüvvə kimi çıxış edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir. Xuliqanlıq motivi CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da digər motivlər təqsirkarın cinayət əməlinin əsas səbəbi kimi deyil, xuliqanlıq niyyətini pərdələyən faktor kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və s.) təqsirkarın niyyətini formalaşdırırsa, bu zəmində törədilən sağlamlığa ağır zərər vurma cinayəti CM-in 126.2.4cü maddəsi ilə tövsif edilə bilməz. Dalaşma və ya münaqişə zəminində qəsdən sağlamlığa ağır zərər vurmanın xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmadan fərqləndirilməsi iki istiqamətdə həyata keçirilir. Əgər dalaşma və ya münaqişənin təşəbbüskarı zərərçəkmiş şəxsdirsə və dalaşmaya onun əxlaqa və hüquqa zidd davranışı səbəb olmuşdursa, təqsirkarın həmin şəxsin sağlamlığına ağır zərər vurması CM-in 126.2.4-cü maddəsi ilə deyil, 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Əgər münaqişə və ya dalaşma təqsirkarın cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik göstərməsi ilə müşayiət olunan əxlaqa və ya hüquqa zidd davranışı ilə başlamışdırsa, təqsirkar zərərçəkmiş şəxsi öz təşəbbüsü ilə münaqişəyə çəkmişdirsə, onun əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma kimi tövsif edilməlidir. Cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, zərərçəkmiş və təqsirləndirilən şəxs hadisədən əvvəl biri-birini tanımış, hadisə günü onların arasında mübahisə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin evində qohumu ilə danışarkən nalayiq söyüşlər söyməsi, təqsirləndirilən şəxs tərəfindən evindən çıxıb getməsi tələbinin icra etməməsi ilə əlaqədar başlanmışdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 1(102)-1698/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkumla Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə və sonrakı dalaşma gedişində sağlamlığa zərər vurma şəxsi münasibətlər zəminində zərərçəkən şəxsin təşəbbüsü ilə başlanıb davam etmiş, sonradan isə ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri Məhkum əməlinin hüquqi tövsifini müəyyən edərkən səhvə yol verib onun əməlini düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif etmişlər. Nəticə etibarilə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda şərh olunanlara əsasən Məhkum əməli Azərbaycan Respublikası 126.2.4-cü maddəsindən eyni Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmin qərardan görünür ki, Ali Məhkəmə eyni xarakterli iş üzrə məhkumun zərərçəkmiş şəxslə barışıq əldə etməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi, eyni zamanda əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyası həddində 4 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibi vardır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X11rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsi, eləcə də zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8 və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 oktyabr 2022-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Xaçmaz RPŞ-da saxlanılan maddi sübut kimi tanınmış 01 bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdə 74 manat (yetmiş dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 08 oktyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Xaçmaz RPŞ-da saxlanılan 1 ədəd bıçaq məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 74 manat (yetmiş dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-117/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-117/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver