Məhkəmə qərarları › İş №1(124)-118/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-118/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-118/2023 11.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Tərcüməçi- X3, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri, X6 qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində ünvan 2 binanın yanında yerləşən Zərərçəkmiş şəxs məxsus '‘Dalğa” marketə, həmin marketin arxa tərəfində divara mismarlarla bərkidilmiş nəfəsliyin mismarları əvvəlcədən üzərində gəzdirdiyi mismaraçanla açıb yumruqla nəfəsliyi vuraraq nəfəsliyi marketin içərisinə saldıqdan sonra nəfəslikdən marketin sanitar qovşağından qanunsuz daxil olub marketin içərisinə daxil olaraq oradan bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 48 manat 10 qəpik təşkil edən 13 ədəd “Davidoff boz nazik”, bir ədədinin dəyiri 2 manat 60 qəpik olan ümumi dəyəri 52 manat təşkil edən 20 ədəd “Rothmans mentor, bir ədədinin dəyiri 3 manat 50 qəpik olan ümumi dəyəri 59 manat 50 qəpik təşkil edən 17 ədəd “Vinston compact”, bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 25 manat 90 qəpik təşkil edən 7 ədəd “Davidoff sarı rəngli nazik”, bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 7 manat 40 qəpik təşkil edən 2 ədəd “Davidoff ağ nazik”, bir ədədinin dəyiri 2 manat 60 qəpik olan ümumi dəyəri 26 manat təşkil edən 10 ədəd “Pall Mail”, bir ədədinin dəyiri 2 manat 10 qəpik olan ümumi dəyəri 25 manat 20 qəpik təşkil edən 12 ədəd "VegasBox", bir ədədinin dəyiri 2 manat 10 qəpik olan ümumi dəyəri 191 manat 10 qəpik təşkil edən 91 ədəd "Magna", bir ədədinin dəyiri 2 manat 60 qəpik olan ümumi dəyəri 85 manat 80 qəpik təşkil edən 33 ədəd “Rothmans compact”, bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 44 manat 40 qəpik təşkil edən 12 ədəd “Kent 1”, bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 62 manat 90 qəpik təşkil edən 17 ədəd "Kent 4 slim”, bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 33 manat 30 qəpik təşkil edən 9 ədəd “Kent 8”, bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 51 manat 80 qəpik təşkil edən 14 ədəd “Kent 4”, bir ədədinin dəyiri 3 manat 90 qəpik olan ümumi dəyəri 156 manat təşkil edən 40 ədəd “Sobranie”, bir ədədinin dəyiri 3 manat 50 qəpik olan ümumi dəyəri 108 manat 50 qəpik təşkil edən 31 ədəd “Vinston boz nazik”, bir ədədinin dəyiri 1 manat 90 qəpik olan ümumi dəyəri 38 manat təşkil edən 20 ədəd “Arqo Blue”, bir ədədinin dəyiri 2 manat 60 qəpik olan ümumi dəyəri 39 manat təşkil edən 15 ədəd “Vinchester compact”, bir ədədinin dəyiri 2 manat 60 qəpik olan ümumi dəyəri 26 manat təşkil edən 10 ədəd “Vest”, bir ədədinin dəyiri 2 manat 10 qəpik olan ümumi dəyəri 42 manat təşkil edən 20 ədəd “Viceroy silver”, bir ədədinin dəyiri 2 manat 60 qəpik olan ümumi dəyəri 85 manat 80 qəpik təşkil edən 33 ədəd “Vinchester silver nazik”, bir ədədinin dəyiri 2 manat 90 qəpik olan ümumi dəyəri 49 manat 30 qəpik təşkil edən 17 ədəd "LD nazik”, bir ədədinin dəyiri 2 manat 90 qəpik olan ümumi dəyəri 75 manat 40 qəpik təşkil edən 26 ədəd “LD compact”, bir ədədinin dəyiri 3 manat 50 qəpik olan ümumi dəyəri 49 manat təşkil edən 14 ədəd “Vinston XS compact”, bir ədədinin dəyiri 3 manat 50 qəpik olan ümumi dəyəri 21 manat edən 6 ədəd “Vinston” markalı ümumi dəyəri 1.403 manat 40 qəpik təşkil edən siqaretləri və kassadan isə 500 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1.903,40 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, şəxsiyyəti istintaqa məlum olmayan Ramil adlı şəxsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 6,588 qram çəkidə narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,368 qram psixotrop maddə metamfetamini, xx.xx.2021-ci il tarixdə istintaqa məlum olmayan Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrostansiya yaxınlığında əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 29 dekabr 2021-ci il tarixdə saat 14:00-da Sumqayıt şəhəri, 17-ci Mikrorayon, Koroğlu prospekti ilə M.Əsədov küçəsinin kəsişməsində yerləşən “Qayalı” marketin qarşısında saxlanılaraq Baş İdarəyə gətirilib həmin tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol qolunda olan cibindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı ümumi təmiz çəkisi külli miqdarda - 6,588 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin bir ədəd bükümdə və təmiz çəkisi - 0,368 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, üzərində narkotik vasitə olmuşdur, lakin o, satışla məşğul olmamışdır. Oğurluq hadisəsini səmimi olaraq etiraf etmiş, Mingəçevirdə mağazadan oğurluq edərək siqaretləri götürdüyünü, ziyanı ödəmək istədiyini, lakin pulunun olmadığını bildirmişdir. Narkotik vasitəni Nərimanov rayonundan almışdır. Polis əməkdaşları Sumqayıt şəhərində “Bəyaz Saray” şadlıq sarayının yanında onu saxlamış və bölməyə aparmışdır. Üstündə narkotik vasitə olan həm metamfetamin, həm də heroin olmuşdur. Həmin narkotik vasitələrin qramını 30 manata almışdır. O, ibtiai istintaqa verdiyi ifadəni təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərinə əmisi Camalın yaşadığı evə qonaq getmişdir. Əmisi Camal arvadı ilə birlikdə yaşayır. X7 şəhəri, Naxçıvan küçəsində, Azdress zavodunun yaxınlığında ünvansız fərdi yaşayış evində yaşayır. O, qonaq qaldığı müddətdə bir qədər qaldıqdan sonra maddi durumu yaxşı olmadığı üçün Mingəçevir şəhəri, Naxçıvan küçəsi, C.Əliyev küçələrini gəzərək oğurluq etmək üçün market axtarmışdır. xx.xx.2021-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhəri, Dalğa marketin qarşısından keçən zaman marketin qapısının dəmir barmaqlıqların və marketin arxa tərəfində isə nəfəslik olduğunu görmüşdür. Bundan sonra o, Dalğa marketdən siqaret və pul oğurlamaq niyyətinə düşmüşdür. Həmçinin bildirmişdir ki, o, əmisi Camalın yaşadığı evə gedən zaman yolüstü kanalın yaxınlığında olan su motorlarının yanında yerdə mismar açan olduğunu görmüş və marketə daxil olmaq üçün həmin mismar açanın ona lazım olacağını bilmişdir. xx.xx.2021-ci il tarixdə saat 01 radələrində əvvəlcədən özü ilə götürdüyü mismar açan ilə Dalğa market bağlandıqdan sonra marketə daxil olmaq məqsədi ilə Dalğa marketin qarşısına gəlmişdir. Həmçinin bildirmişdir ki. o, marketə girən zaman üzünün görünməməsi üçün özünə məxsus qış papağını taxmış və üzünün görsənməsini əngəlləmişdir. Saat 01 radələrində o, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra marketin arxa tərəfində olan nəfəsliyin bərkidilmiş mismarlarını açmışdır. Daha sonra isə nəfəsliyi əli ilə vuraraq mağazanın içərisinə salmışdır. Bundan sonra başında papaqla içəri daxil olmuşdur. Marketə daxil olduqdan sonra marketin içərisinə baxmışdır. Marketə daxil olan zaman onun niyyəti əvvəlcədən pul və siqaret aparmaq olmuşdur. Kassanı açdıqda kassada 260 manat pul olduğunu görmüş və həmin pulu kassadan götürmüşdür. Daha sonra isə marketdə olan göy nazik, ağ nazik “Sobranie” markalı, "Kent 1” markalı, "Kent 4” markalı, "Kent 8” markal və "Magna" markalı siqaret paketlərini marketdə olan sellafon torbaya yığmışdır. Bundan sonra o, marketə daxil olduğu nəfəslikdən çıxmışdır. Daha sonra sellafon torbaya yığdığı siqaret paketlərini əmisi Camalın yaşadığı evə gedən yolda olan kolların arasında gizlətmişdir. Gecəni əmisi Camalın yaşadığı evdə qalmışdır. Səhər saat 10 radələrində əmisi Camalla sağollaşıb evdən çıxmışdır. Evdən çıxdıqdan sonra o, əvvəlcədən kolların arasında gizlətdiyi siqaret paketləri olan torbanı özü ilə götürmüş və Mingəçevir şəhəri, Naxçıvan küçəsində tanımadığı ağ rəngli Vaz markalı avtomobilə əyləşib Mingəçevir şəhəri avtovağzalına getmişdir. Taksinin pulunu ödədikdən sonra avtovağzaldan Bakı şəhərinə gedən tanımadığı taksiyə əyləşmiş və 60 manat Bakı şəhərinə getmək üçün taksi sürücüsünə vermişdir. Avtomobildə ondan başqa heç kim olmamışdır. Bakı şəhərinə gəldikdən sonra Mingəçevir şəhərində yerləşən Dalğa marketdən oğurladığı siqaret paketlərindən Bakı şəhərində Nəsimi rayonunda xatırlamadığı kiosk a "Kent 8" markalı siqaretləri 200 manat satmışdır. Qalan siqaretləri isə Bakı şəhər ərazisində tanımadığı şəxslərə əlbəəl satmışdır. Ümumilikdə Mingəçevir şəhərində Dalğa marketdən oğurladığı siqaretləri 850 manat pul müqabilində satmışdır. Həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəlcədən tanımamış və onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Ona marketə daxil olmaq üçün heç kim kömək etməmiş və bu barədə heç kimin məlumatı olmamışdır. Bildirmişdir ki, o təxminən Zərərçəkmiş şəxs dediyi qədər siqaret paketlərini oğurlasada həmin siqaret paketlərini dəyərindən aşağı qiymətə satmışdır. Lakin o marketdən 500 manat deyil, 260 manat pul oğurlamışdır. Bundan başqa, bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə həbsdən azad olunduqdan sonra narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Həmin maddələri Bakı şəhərində tanımadığı şəxslərdən ayrı-ayrı yerlərdən alıb istifadə etmişdir. O, metamfetaminin tüstüsünü buruna çəkməklə və heroini iyləmək yolu ilə istifadə etmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində Nərimanov metrostansiyası yaxınlığında olan zaman təsadüfən Ramin adlı şəxslə tanış olmuşdur. Onunla söhbət zamanı özündə narkotik vasitə və psixotrop maddə həmçinin dərman preparatları olduğunu bildirmiş və ona sata biləcəyini demişdir. O da həmin şəxsdən heroin və metamfetamin istəmişdir. Həmin şəxs onu kənara çəkmiş və 2 ədəd bükümü ona verərək içərisində istədiyi maddələrdən olduğunu bildirmişdir. O da 02 ədəd bükümü ondan alıb onların qiymətini soruşmuşdur. Həmin şəxs iki ədəd bükümü ümumilikdə 80 manata satdığını demişdir. O da 80 manat çıxarıb ona vermiş və oradan uzaqlaşmışdır. Bundan sonra o, həmin maddələri əynində olan gödəkcənin sol qolunda olan cibinə qoymuşdur. Bundan sonra o, Sumqayıt şəhərinə yola düşmüşdür. Ora çatan zaman axşam saatlarında metamfetamindən bir qədər istifadə etmişdir. xx.xx.2021-ci il tarixdə saat 14:00-da Sumqayıt şəhəri, 17-ci Mikrorayonda "Qayalı" marketin qarşısında olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuşlar. O da özünü təqdim edərək Rüstəm Al irin olduğunu demişdir. Bu zaman həmin şəxslər özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin və psixotrop maddələrin üzərində saxlamağı və satışı ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək onu BMCMİ-nə dəvət etmişlər. Həmin vaxt bir daha tutulmamaq üçün oradan qaçmaq istədikdə yıxılmış, sifət nahiyyəsindən və dizindən xəsarət almışdır. Buna baxmayaraq polis əməkdaşları onu saxlamışlar və ifşa olduğunu bilib BMCMİ-nə gəlmişdir. BMCMİ-nə gələndən sonra onu təhqiqatçının xidməti iş otağına aparmışlar. Xidməti iş otağında olan zaman təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahını ona təqdim etmişdir. O da siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demişdir. Bundan sonra təhqiqatçı vəkil Nizami Həsənov və tərcüməçi Musa Abbasov dəvət edilmişdir. Vəkil və tərcüməçi gəldikdən sonra təhqiqatçı ondan vəkilə və tərcüməçiyə etirazının olub-olmadığım soruşmuş, o da etirazının olmadığını bildirmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. O da buna etiraz etmədən razılaşmışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış. Şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməyini xahiş etmişdir. O da üzərində psixotrop maddə '"şüşə” və narkotik vasitə olan "heroin” olduğunu demişdir. Bu zaman əynində olan qara rəngli gödəkcənin sol qolunda olan cibdən 02 ədəd bükümü, mobil telefonunu və pukmu təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən hər hansı əşya aşkar olunmamışdır. Sorğu zamanı həmin maddələri xx.xx.2021-ci il tarixdə Nərimanov melrostansiyasmın yaxınlığında tanımadığı Ramin adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan sonra üzərində olan xəsarətlə bağlı suallar verilmiş və bu zaman o, polis əməkdaşları ona yaxınlaşan zaman qaçmaq istədiyini və həmin vaxt yıxılaraq xəsarət aldığını bildirmişdir. Bundan sonra həmin bükümlər qablaşdırılaraq götürülmüşdür. Həmçinin mobil telefonu da götürülmüşdür. Bundan sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara da həmin videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə o da həmin protokola imza etmişdir. Əlavə olaraq bildirmiş ki, o üzərindən aşkar edilmiş bükümlərdəki psixotrop maddəni və narkotik vasitəni satmaq məqsədi ilə əldə etməmişdimr. O onları şəxsi istifadəsi üçün almışdır. O üzərindən aşkar edilmiş narkotik vasitəni Nərimanov metrostansiyasmın yaxınlığında Ramin adlı şəxsdən şəxsi istifadəsi üçün 80 manata almışdır. Həmin vaxt onların yanlarında başqa şəxslər olmamışdır. Ramin adlı şəxs təxminən 30-35 yaşlarında, orta boylu, orta bədən quruluşlu, saqqallı və başında qara rəngli idman papağı olan şəxs imiş. Onu birinci dəfə orada görmüşdür və anket məlumatlarını, həmçinin mobil telefonunu bilmirmiş. Lakin Ramin adlı şəxsi görsə tanıyarmış. Bundan əvvəl isə həmin maddələri Bakı şəhərində ayrı-ayn yerlərdən ayrı-ayrı şəxslərdən alıb istifadə edirmiş. Həmin şəxslərin anket məlumatlarını da dəqiq bilmədiyi üçün qeyd edə bilmirmiş. O heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. O həmin maddələri şəxsi istifadəsi üçün almışdır. xx.xx.2021-ci il tarixdə aldığı metamfetamİndən bir dəfə istifadə etmişdir. O üzərindən aşkar edilmiş narkotik vasitələri 2 ədəd bükümdə almışdır, yəni üzərindən aşkar edilən formada olmuşdur. O saxlanılan zaman tutulmaqdan qorxduğu üçün oradan qaçmaq istəmiş və həmin vaxt yıxılmışdır. Bununla bağlı heç kimdən şikayəti və tələbi yoxmuş. Onun mobil telefonu vardır və ***-***-**-** saylı mobil nömrə istifadə etmişdir. Polis əməkdaşları tərəfindən tutularkən və ya üzərinə şəxsi axtarış aparılarkən ona fiziki, psixi təsir göstərilməmişdir. Polis əməkdaşlarına qarşı hər hansi bir şikayəti, tələbi yoxdur. ( cild 1, iş vərəqə 192-195) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş teleqramdan görünür ki, o, təqsirləndirilən şəxslə barışmamış, ona qarşı şikayəti və tələbi vardır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, o, ünvan 2 binanın yaxınlığında yerləşən Dalğa marketin sahibidir. Ona məxsus marketdə gündəlik qida məhsulları, tütün və müxtəlif içki növləri satılır. O, hər gün səhər saat 07 radələrində mağazanı açıb fəaliyyətə başlayır. Marketdə ondan başqa 2 nəfər satıcı da işləyir. Hər gün axşam saat 23-24 radələrində o, marketi özü bağlayıb evə gedir. Marketin giriş qapısında dəmir barmaqlıqlar vardır. Marketin daxilində və xaricində video müşahidə kameraları yerləşdirilmiş və marketin daxilində olan monitor vasitəsi ilə həmin görünütülərə baxmaq mümkündür. Bildirmişdir ki, xx.xx.2021 -ci il tarixdə saat 24 radələrində o, marketi özü bağlayıb marketdən çıxıb getmişdir. xx.xx.2021-ci il tarixdə o, marketin qapısını açıb içəri girən zaman kassanın yanında olan siqaret vitrinində siqaretlərin yerində olmadığını görmüş, dərhal kassaya baxdıqda orada olan 500 manatın yerində olmadığını görmüşdür. O, kassanın yanında sağda yerləşən sanuzel otağında olan nəfəsliyin pəncərəsinin sındırıldığını və naməlum şəxsin həmin nəfəslikdən mağazaya daxil olduğunu başa düşmüşdür. Bundan dərhal sonra o, DİN 102 xidmətinə müraciət etmişdir. Hadisə yerinə dərhal polis əməkdaşları gəlmişlər. Hadisə yerinə baxışdan sonra ona məxsus mağazadan təxminən 3 gün əvvəl tütün firmasından aldığı 1.500 manat dəyərində 13 qutu “Davidoff1 boz nazik, 20 qutu “Rothmans” mentol, 17 qutu Vinston compact, 7 qutu “Davidoff” sarı rəngli nazik, 2 qutu “Davidoff’ ağ nazik, 10 qutu “Pall Mail”, 12 qutu “VegasBox”, 91 qutu “Magna”, 33 qutu “Rothmans” compact, 12 qutu “Kent 1”, 17 qutu “Kent 4” slim, 9 qutu “Kent 8”, 14 qutu “Kent 4”, 40 qutu”Sobranie”, 31 qutu Vinston boz nazik, 20 qutu”Arqo Blue”. 15 qutu “Vinchester” compact. 10 qutu Vest. 20 qutu “Viceroy” silver, 33 qutu “Vinchester” silver nazik, 17 qutu “LD” nazik, 26 qutu "LD” compact, 14 qutu "Vinston XS” compact, 6 qutu "Vinston” blue markalı siqaretləri siqaretlərin və 500 manat pulun oğurlanması müəyyən edilmişdir. ( cild 2, iş vərəqə 81-82) Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 29 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Elə həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhərində olması barədə məlumat daxil olmuş və onlar saat 14 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən "Qayalı" marketin qarşısında xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim edərək BMCMİ-nin əməkdaşları olduqlarını deyib onun adını və soyadını soruşmuşlar. Bu zaman həmin şəxs oradan qaçıb uzaqlaşmaq istəmiş və yıxılmışdır. Onlar dərhal onu saxlayıb anket məlumatlarını soruşduqda o, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs onlarla birlikdə BMCMİ-nin inzibati binasına gəlmişdir. İdarədə videoçəkiliş aparılmaqla vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan gödəkcənin cibindən 02 ədəd bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükümlər açıldıqda onların içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş maddələri Nərimanov Metrostansiyasının yaxınlığından adını "Ramin" kimi bildiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzündə olan xəsarətlər barədə sual verdikdə o, polis əməkdaşları tərəfindən saxlanılan zaman oradan qaçmaq istədiyini və nəticədə yıxılaraq xəsarət aldığını bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid polis əməkdaşları DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili Şahid2 və Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncular məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. (Cild 1, iş vərəqləri 136-141) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi üzrə qiymətləndiriləndirməklə onları sübut kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 29 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Mingəçevir şəhəri, X6 qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, vərəqə 4-5 ) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli görünür ki, xx.xx.2021-ci il tarixdə 14:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci Mikrorayon, Koroğlu prospekti ilə M.Əsədov küçəsinin kəsişməsində yerləşən "Qayalı" marketin qarşısında yaxınlığında saxlanılaraq adı çəkilən İdarəyə dəvət edilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə saxlaması, qəbul etməsi və satışı ilə məşğul olmasında şübhəli olması ehtimal edildiyindən onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə mən raportla məruzə etdim. Həmin raportun icrası İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin XMİÜ baş təhqiqatçısı Mirata Seyidova həvalə edilmişdir. Orada təhqiqatçı ilkin olaraq mütəxəssis dəvət etdikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etdi. Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən onun hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirdi. Bundan sonra Yusif Allahverdiyev və Partnyorları Vəkil Bürosunun vəkillərindən Nizami Həsənov dəvət edildi və Təqsirləndirilən şəxs təqdim olunaraq həmin vəkilə və mütəxəssis qismində təyin olunmuş Musa Abbasova etirazının olub-olmaması soruşuldu. Bu zaman Təqsirləndirilən şəxs vəkilə və mütəxəssisə etiraz etmədiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın video çəkilişlə aparılacağını bildirdi. Təqsirləndirilən şəxs etiraz etmədi. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etdi. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan qara rəngli gödəkcənin sol qolunda olan cibindən 02 ədəd bükümü, mobil telefonu və pulu çıxarıb təqdim etdi. Həmin bükümlər açıldıqda onların içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş maddələri xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Nərimanov Metrostansiyasımn yaxınlığından adını "Ramin" kimi bildiyi şəxsdən şəxsi istifadəsi üçün aldığım, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirdi. Həmçinin mobil telefonun və pulun özünə aid olduğunu qeyd etdi. Həmçinin təhqiqatçı Təqsirləndirilən şəxs üzündə olan xəsarətlər barədə sual verdikdə həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman oradan qaçmaq istədiyini və nəticədə yıxılaraq xəsarət aldığını bildirdi. Aşkar edilmiş pul Təqsirləndirilən şəxs özünə geri qaytarılsa da, mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürüldü. Bundan sonra həmin bükümlər qablaşdırılaraq götürüldü. Daha sonra bu barədə protokol tərtib edilərək ucadan oxundu, heç bir əlavə və şikayət daxil olmadı. Həmin protokol iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalandı. (cild 1, iş vərəqlər 43-45) Şəxsi axtarış və götürmə aparılması haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nin İstintaq bölməsinin müstəntiqi polis baş leytenantı X2 tərəfindən şahid qismində dindirmə protokoluna əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı 1 ədəd diski «HP» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 01 ədəd 20211202_134216 yazılmış video fayl olduğu müəyyən edilmişdir. Həmin video layla baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Mamukayiçin xx.xx.2021- ci il tarixdə Mingəçevir ŞPŞ-nin İstintaq bölməsinin müstəntiqi polis baş leytenantı X2 tərəfindən şahid qismində dindirilən zaman tərtib edilmiş 3140 qeydiyyat nömrəli dindirmə protokolunda qeyd edilmiş şəxsin ifadəsi öz əksini eyni ilə tapmışdır. ( cild 2, iş vərəqə 131) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27,10.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, C.Əliyev küçəsində yerləşən Dalğa marketdən qanunsuz daxil olması üzrə görüntülərin qeydə alındığı 01 ədəd CD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər əynində qara rəngli gödəkçə və qara rəngli şalvar, üzünü isə parça ilə bağlamış və əllərində qara rəngli əlcək olan, 30-35 yaşlarında kişi hadisənin baş verdiyi “Dalğa” marketin ətrafında və içərisində hərəkət edir.Həmin şəxs marketin daxilində kassada olan pulları və marketin içərisində müxtəlif çeşid siqaretləri sellofana yığır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs diskdə görünən şəxsin o özü olduğunu, 27 oktyabr 2021-ci il tarixdə təxminən saat 01 radələrində ünvan 2 ünvanda yerləşən “Dalğa” marketə oğurluq etmək məqsədi ilə daxil olaraq oğurluq etdiyini, diskdə olan görüntülərin də oğurluq etdiyi martketin ətrafı və içərisi olduğunu bildirmişdir. ( cild 2, iş vərəqə 142) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 dekabr 2021-ci il tarixli 6/5663 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 6,588 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,368 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd:-heroinin ümumi çəkisi - 6,588 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq 6,538 qramdır. Metamfetaminin ümumi çəkisi - 0,368 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq 0,318 qramdır. ( cild 2, iş vərəqə 101-104) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/272 saylı rəyində qeyd edilmişdir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 48 manat 10 qəpik təşkil edən 13 ədəd “Davidoff boz nazik”, bir ədədinin dəyiri 2 manat 60 qəpik olan ümumi dəyəri 52 manat təşkil edən 20 ədəd "Rothmans mentol”, bir ədədinin dəyiri 3 manat 50 qəpik olan ümumi dəyəri 59 manat 50 qəpik təşkil edən 17 ədəd “Vinston compact”, bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 25 manat 90 qəpik təşkil edən 7 ədəd "Davidoff sarı rəngli nazik”, bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 7 manat 40 qəpik təşkil edən 2 ədəd "Davidoff ağ nazik”, bir ədədinin dəyiri 2 manat 60 qəpik olan ümumi dəyəri 26 manat təşkil edən 10 ədəd "Pall Mail”, bir ədədinin dəyiri 2 manat 10 qəpik olan ümumi dəyəri 25 manat 20 qəpik təşkil edən 12 ədəd "VegasBox”, bir ədədinin dəyiri 2 manat 10 qəpik olan ümumi dəyəri 191 manat 10 qəpik təşkil edən 91 ədəd "Magna”, bir ədədinin dəyiri 2 manat 60 qəpik olan ümumi dəyəri 85 manat 80 qəpik təşkil edən 33 ədəd "Rothmans compact”, bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 44 manat 40 qəpik təşkil edən 12 ədəd "Kent 1”, bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 62 manat 90 qəpik təşkil edən 17 ədəd "Kent 4 slim”, bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 33 manat 30 qəpik təşkil edən 9 ədəd "Kent 8”. bir ədədinin dəyiri 3 manat 70 qəpik olan ümumi dəyəri 51 manat 80 qəpik təşkil edən 14 ədəd "Kent 4”, bir ədədinin dəyiri 3 manat 90 qəpik olan ümumi dəyəri 156 manat təşkil edən 40 ədəd "Sobranie”, bir ədədinin dəyiri 3 manat 50 qəpik olan ümumi dəyəri 108 manat 50 qəpik təşkil edən 31 ədəd "Vinston boz nazik”, bir ədədinin dəyiri 1 manat 90 qəpik olan ümumi dəyəri 38 manat təşkil edən 20 ədəd "Arqo Blue”, bir ədədinin dəyiri 2 manat 60 qəpik olan ümumi dəyəri 39 manat təşkil edən 15 ədəd "Vinchester compact”, bir ədədinin dəyiri 2 manat 60 qəpik olan ümumi dəyəri 26 manat təşkil edən 10 ədəd "Vest”, bir ədədinin dəyiri 2 manat 10 qəpik olan ümumi dəyəri 42 manat təşkil edən 20 ədəd "Viceroy silver”, bir ədədinin dəyiri 2 manat 60 qəpik olan ümumi dəyəri 85 manat 80 qəpik təşkil edən 33 ədəd "Vinchester silver nazik”, bir ədədinin dəyiri 2 manat 90 qəpik olan ümumi dəyəri 49 manat 30 qəpik təşkil edən 17 ədəd "LD nazik”, bir ədədinin dəyiri 2 manat 90 qəpik olan ümumi dəyəri 75 manat 40 qəpik təşkil edən 26 ədəd "LD compact”, bir ədədinin dəyiri 3 manat 50 qəpik olan ümumi dəyəri 49 manat təşkil edən 14 ədəd "Vinston XS compact”, bir ədədinin dəyiri 3 manat 50 qəpik olan ümumi dəyəri 21 manat edən 6 ədəd "Vinston” markalı siqaretlərin 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1403,40 manat müəyyən edilir. (Cild 2, iş vərəq: 101-104) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X9 tərəfindən verilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 968 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı ALİRİN RÜSTƏM MAMUKAYEVİÇDƏ OPİOİDLƏRİN qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks təsiri yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( cild 1, iş vərəqə: 217-218) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-psixiatrik ekspertiza mərkəzi" X9ndən verilmiş xx.xx.2022-ci il tarixli 463 saylı ekspert rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, ondan onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dəırk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına rmalik olmuşdur. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbiriərinin tətbiqinə ehtiyac yoxdur.( cild 1, iş vərəqə 219-220) Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalıq çəkisi 6,538 qram heroin və 0,318 qram metamfetamin saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. 03 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. ( cild 1, iş vərəqə 150-165) Cinayət işinin materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamələrdən görünür ki, o, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasnı CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 2 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. ( cild 1, iş vərəqə 148-150, 199-213) Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddə əldə etməkdə satış məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin və psixotrop maddənin külli miqdarda və müxtəlif növlərdə olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitə və psixotrop maddə satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına, CM-nin 177.2.3-cü maddəsi ilə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «metamfetamin» psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasnı CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 2 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasnı CM-in 18.1-ci maddəsində qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin bu məcəllənin 83.3.3-cü maddəsində qeyd edilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş şəxslər hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra yenidən qəsdən cinayət törətməklə cinayətin residivini yaratması onun cəzasını ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirin seçilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 29 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 24; 115-119) Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci il tarixdən 04 dekabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş – ümumi qalıq çəkisi 6,538 qram heroin və 0,318 qram metamfetamin məhv edilməli, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 (səksən iki) qəpik ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona CM-nin 177.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 07 il (yeddi il) 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci il tarixdən 04 dekabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 07 il 05 ay 28 gün (yeddi il beş ay iyirmi səkkiz gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş – ümumi qalıq çəkisi 6,538 qram heroin və 0,318 qram metamfetamin məhv edilməli, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar