Məhkəmə qərarları › İş №1(124)-118/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-118/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-118/2024 04.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1974-cü ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, Abşeron rayonu, Digah qəsəbəsi 1-ci Neftçi küçəsi ev 23-də qeydiyyatda olmaqla Abşeron rayonu, Digah qəsəbəsi Hüseyn Rəhmanov küçəsi ev 1-də yaşamış,barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirmək qərarına gələrək 2022-ci ilin əvvəllərində əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli toxumları əldə edib, 2022-ci ilin aprel ayında yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhmanov küçəsində yerləşən 1 nömrəli fərdi yaşayış evinin həyətində əkərək, müntəzəm olaraq suvarmaqla, dibini yumuşaltlamqla aqrotexniki qaydada qulluq edib qanunsuz olaraq 97 ədəd tərkibində nartotik maddələr olan çətənə (kannabis) kolu bitkilərini külli miqdarda yetişdirib kultivasiya etmiş, 18 iyul 2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşlarının Abşeron rayonu, Digah qəsəbəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı onun yaşadığı qeyd edilən evin həyətyani sahəsinə həmin günü saat 23:15-dən 18 iyul 2022-ci il tarixdə saat 00:45-dək baxış keçirilərkən oradan sonuncuya məxsus qanunsuz olaraq kultivasiya edilməklə əkilib- yetişdirilmiş 30 ədədi 90 santimetr, 67 ədədi isə 2 metr 60 santimetr uzunluqda olmaqla, ümumilikdə 97 (doxsan yeddi) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 92.495,0 qram olan külli miqdarda narkotik tərkibli çətənə (kannabis) kolu bitkisi aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş özünü elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, Abşeron rayonu, Digah qəsəbəsində yaşadığı evin həyətində olarkən polis əməkdaşları onu çölə çağırmışlar. Çölə çıxdıqdan sonra polis əməkdaşları yaşadığı evin həyətində narkotik tərkibli çətənə kolları əkib becərilməsindən şüphələndiklərini, buna görə də yaşadığı evin həyətinə baxış keçirmək istədiklərini bildirmişlər. O, buna heç bir etiraz etməmişdir. Polis əməkdaşları yaşadığı evin həyətindən 97 ədəd çətənə kollarının olduğunu aşkar etmişlər. Həmin çətənə kollarını o əkmişdir. Polis əməkdaşları 18 iyul 2022-ci il tarixdə yaşadığım evə baxış keçirmiş və narkotik tərkibli bitkiləri aşkar etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 18 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhimov küçəsində yerləşən fərdi evinin həyətində narkotik tərkibli çətənə bitkisi əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmış və baxışda iştirak etmək üçün aqronom mütəxəssis ilə birlikdə 18 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı fərdi evin qarşısına getmişlər. Təqsirləndirilən şəxs onun yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı bildirdikdə evin həyətyanı sahəsinə polis əməkdaşlarının baxış keçirməsinə etiraz etməmişdir. Evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan 97 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşı Şahid5 ifadəsində göstərdi ki, 18 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhimov küçəsində yerləşən fərdi evinin həyətində narkotik tərkibli çətənə bitkisi əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmış və baxışda iştirak etmək üçün aqronom mütəxəssis ilə birlikdə 18 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı fərdi evin qarşısına getmişlər. Təqsirləndirilən şəxs onun yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı bildirdikdə evin həyətyanı sahəsinə polis əməkdaşlarının baxış keçirməsinə etiraz etməmişdir. Evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan 97 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanılması əməliyyatında onunla yanaşı Şahid1, Şahid3, Şahid4, aqronom mütəxəssis və təhqiqatçı da iştirak etmiş, müdafiəçinin iştirakı təmin edilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Bildirmişdir ki, 18 iyul 2022- ci il tarixdə Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhimov küçəsində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması, satması və yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhimov küçəsində yerləşən fərdi evinin həyətində narkotik tərkibli çətənə bitkisi əkib becərməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra ondan, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X2, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkilləri polis mayoru Şahid4, polis kapitanı Şahid3 və Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin sahə rəisi polis kapitanı Şahid5 Muğdət oğlundan ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və əməliyyat qrupuna Abşeron rayonu, Xırdalan şəhəri, “Baltika-Bakf’MMC-də bağban vəzifəsində işləyən Şahid2 İsrəfıl oğlu mütəxəssis kimi dəvət olunmuşdur. Onlar bir yerdə 18 iyul 2022-ci il tarixdə saat 23 radələrində əməliyyat tədbirləri keçirməyə başlayaraq Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhimov küçəsində yerləşən fərdi evin qarşısına gəlmişlər. Həmin evin həyətinə daxil olduqda evin sahibi 45-50 yaşlarında olan kişi onların qarşısına çıxmışdır. Onlar ev sahibi olan Abşeron rayonu. Digah qəsəbəsi, Hüseyn Rəhimov küçəsində yerləşən fərdi evdə Təqsirləndirilən şəxs onun yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı bildirdikdə ev sahibi Təqsirləndirilən şəxs ona məxsus olan evin həyətyanı sahəsinə polis əməkdaşlarının baxış keçirməsinə etirazı olmadığını bildirmişdir. Sonra onlar Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsinə keçirməyə başlamazdan əvvəl Təqsirləndirilən şəxs təhqiqatçının qərarı ilə Xırdalan şəhər Vəkil Bürosundan təyin olunmuş vəkil X5 təqdim olunaraq Təqsirləndirilən şəxs tərəflərindən hüquq və vəzifələri izah olunmuş sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik vasitələrin qanunsuz olaraq əkilib becərilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddə varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilə onun yaşadığı evinin arxa tərəfində yerləşən həyətyanı sahəsinə baxış keçirilən zaman eyvanın sağ tərəfində olan hasarla üz-bəüz 30 ədədi 90 santimetr, 67 ədədi isə 2 metr 60 santimetr uzunluqda olmaqla ümumilikdə 97 ədəd çətənə kolları müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “baxış keçirilən ev onun yaşadığı evdir, yaşadığı evinin eyvanın sağ tərəfində olan hasarla üz-bəüz 30 ədədi 90 santimetr, 67 ədədi isə 2 metr 60 santimetr uzunluqda olmaqla ümumilikdə 97 ədəd kol çətənə kollarıdır”. Bildirmişdir ki, “həmin çətənə kollarının toxumlarını 2022-ci ilin əvvələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində toydan çıxıb evinə gedərkən yerdən tapmış, narkotik vasitə istifadəçisi olduğuna görə həmin toxumların çətənə toxumları olduğunu bildiyi üçün həmin toxumları götürərək saxlamış, 2022-ci ilin aprel ayında özü istifadə etmək üçün yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhimov küçəsində yerləşən fərdi evinin həyətyanı sahəsində yaşadığı evinin eyvanınmn sağ tərəfində olan hasarla üz-bəüz yerdə çətənə toxumlarını əkib, aqrotexniki qaydada qulluq etmişdir. Onun narkotik vasitə qəbul etməsindən, çətənə bitkisi kolları əkməsindən ailə üzvlərinin xəbəri olmamışdır”. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş 97 ədəd çətənə kolları cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 2 ədəd şəffaf rəngli selofan kisəyə, 11 ədəd ağ rəngli kisələrə qoyularaq qablaşdırılmış, sonra isə Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilmişdir. Bunanula bağlı protokol tərtib olunmuş, ptorokol və zərflə onlar Təqsirləndirilən şəxs və mütəxəssis tərəfindən imzalanmışdır. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. (Cild 1, iş vərəqləri 96-99) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, ev 2. mənzi 32-də yaşayır. 1977-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı İnstitutunun meyvə tərəvəz üzümçülük fakültəsini bitirmiş, alim aqranom ixtisası almışdır. 2000-ci il tarixdən bu günə kimi "xxxx" MMC-də bağban vəzifəsində işləyir. 18 iyul 2022-ci i! tarixdə saat 23 radələrində Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən aşkar olunmuş yerə yəni Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhimov küçəsində yerləşən fərdi evin həyətyanı sahəsinə baxış keçirməyə dəvət etmişlər. Həmin evin həyətinə daxil olduqda evin sahibi olan bir nəfər 45-50 yaşlarında olan kişi onların qarşısına çıxmışdır. Polis əməkdaşları ev sahibi olan Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı bildirdikdə ev sahibi yaşadığı evinin həyətyanı sahəsinə polis əməkdaşlarının baxış keçirməsinə etirazı olmadığını bildirmişdir. Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirməyə başlamazdan əvvəl Təqsirləndirilən şəxs təhqiqatçının qərarı ilə Xırdalan şəhər Vəkil Bürosundan təyin olunmuş vəkil X5 təqdim olunaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik vasitələrin qanunsuz olaraq əkilib becərilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddə varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilə onun yaşadığı evinin arxa tərəfində yerləşən həyətyanı sahəsinə baxış keçirilən zaman eyvanın sağ tərəfində olan hasarla üz-bəüz 30 ədədi 90 santimetr, 67 ədədi isə 2 metr 60 santimetr uzunluqda olmaqla ümumilikdə 97 ədəd çətənə kollan aşkar olunmuşdur. O, həmin kollara baxaraq müəyyən etmişdir ki, həmin kollara mütamadi su verilərək aqrotexniki qaydada qulluq olunmuşdur. Bir mütəxəssis kimi deyə bilmişdir ki, həmin bitki kollara narkotik tərkibli bitki növlərinə aiddir. (Cild 1, iş vərəqləri 89-90) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 digər şahidlər Şahid3 və Şahid5 Muğdət oğlu ilə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 156-159) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış və götürmə aparılması” haqqında 18 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhimov küçəsində yerləşən fərdi evinin həyətyanı sahəsinə baxış keçirilən zaman eyvanın sağ tərəfində olan hasarla üzbəüz 30 ədədi 90 santimetr, 67 ədədi isə 2 metr 60 santimetr olmaqla ümumilikdə 97 ədəd çətənə kollan aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 39-41) “Baxış və götürmə aparılması” haqqında 18 iyul 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış, həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, hadisə yerinə baxış keçirilməsi zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 126-129) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 19 iyul 2022-ci il tarixli 7/785 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində üzərində şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində “Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş....” yazılan 11 ədəd sintetik torbada və 2 ədəd şəffaf bağlamada 97 ədəd yaş vəziyyətdə ümumi çəkisi 92495.“ qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkiləridir. Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə(kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. (Cild 1, iş vərəqləri 48-51) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 14 noyabr 2022-ci il tarixli 6797 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 130-131) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli, 68 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilməklə yanaşı o, anlaqlıdır, Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 186-188) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 92491,12 qram çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin saxlanv anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 193-201) Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsassən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Kərimov X4 rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsindən daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş sayılır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra həmin məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 80-83, 172-180) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertizadan sonra qalıq qalmış 97 ədəd ümumi çəkisi 92.491,12 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 88 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 88 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertizadan sonra qalıq qalmış ümumi təmiz çəkisi 92.491,12 qram olan 97 ədəd (doxsan yeddi) narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar