Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-118/2025 08.08.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1964-cü il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 yüksək vəzifədə işləyən tanışları vasitəsilə ayrı-ayrı şəxsləri həbsdən azad etdirmək kimi imkanının olmasına inandıraraq, sonuncuya Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.4, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ögey bacısı X2 Ali Məhkəmənin vəzifəli şəxlərinin vasitəsi ilə həbsdən azad etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, etibarından sui-istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 20 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisində 42.000 manat, 29 oktyabr 2022-ci il tarixdə həmin notariat ofisində 8000 manat, 19 dekabr 2022-ci il tarixdə 4 saylı notariat ofisinin yanında 30.000 manat pulunu alaraq, ələ keçirib öz məqsədlərinə xərcləyərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 ümumilikdə külli miqdarda, yəni 80.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri 9- cu mikrorayonda yerləşən 22 saylı tam orta məktəbin yaxınlığındakı ərazidə özünə məxsus 37 sot torpaq sahəsinin olmasına dair həqiqətə uyğun olmayan məlumatlar verib inandıraraq, həmin torpaq sahəsini Zərərçəkmiş şəxs2 adına sənədləşdirəcəyinə dair yalan vəd verərək aldadıb, etibarından sui-istifadə etməklə sonuncudan 2023-cii ilin yanvar ayının əvvəllərində Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Sumqayıt Plaza”da olan ofisdə 56000 manat pul alaraq ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 külli miqdarda, yəni 56000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 22 saylı tam orta məktəbin yaxınlığındakı ərazidə özünə məxsus 37 sot torpaq sahəsinin olmasına dair həqiqətə uyğun olmayan məlumatlar verib inandıraraq, həmin torpaq sahəsini Zərərçəkmiş şəxs1 satacağına dair yalan vəd verərək aldadıb, etibarından sui- istifadə etməklə sonuncudan 22 yanvar 2024-cii il tarixdə Sumqayıt şəhəri 3-cii mikrorayon ərazisində yerləşən 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki ofisdə həmin dövrün Azərbaycan manatı məzənnəsi ilə 204.000 (iki yüz dörd min) manat təşkil edən 120.000 (yüz iyirmi min) X5 dolları pulunu alaraq ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 külli miqdarda, yəni 204.000 (iki yüz dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, hazırkı cinayət işi ilə heç bir əlaqəsi olmamışdır. Belə ki, bu işin başında Zərərçəkmiş şəxs2 dayandığını, 629.000 (altı yüz iyirmi doqquz min) manat ona həmin torpaqdan ziyan dəydiyini, yəni onun pulunu mənimsədiklərini, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid6 dələduz olduqlarını, bu işdə zərər çəkmiş şəxsin özü olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2la onu Elməddin adlı vasitəçi tanış etmiş, Ələkbərlə tanış olub oturub söhbət etmişdirlər. Mərhum Mirheydər kişi onun yanına gəlib 9-cu mikrorayonda 17 sot torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin əllərindən çıxacağını, buna görə də özəlləşdirmək lazım olduğunu, onun da əlində pul varsa, qoşulub kömək etməsini bildirmişdir. Mirheydər kişi görüşə həmin vaxt iş üzrə şahidlərdən Şahid2lə gəlmiş, o da bu söhbətdən sonra qeyd olunan torpaq sahəsini özəlləşdirmək üçün axtarışa başlamış, Ələkbər özünü iş adamı kimi təqdim etmiş, Zakir Fərəcovla yaxın olduğunu, bu işi 1 günə həll edəcəyini qeyd etmişdir. Ələkbər danışdıqdan sonra hər şeyi həll etdiyini və hazır olduğunu qeyd etmişdir. O, Ələkbərdən nə qədər məbləğ olduğunu soruşmuş, Ələkbər isə 100.000 manat olduğunu bildirmiş, o isə Ələkbərə hələ hazır olmadığını, bu yaxınlarda ona pul gələcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 gecə saat 01 radələrində ona Novxanıya gedib Əli Nağıyevin qardaşı Cəlil Nağıyevlə görüşmələrini demiş, o da Ələkbərin dediyi ilə razılaşıb Novxanıya getmişdir. Ələkbər onun etibarından sui-istifadə etmiş, hər gün onu tələsdirərək başçının gözlədiyini, sənədləri həll etməli olduğunu bildirmişdir. Onun alacağı pul olmuş, belə ki, tanışı Xurşudla Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən ortaq yerlərini satdıqlarını və qeyd olunan yer Xurşudun oğlunun adına olduğuna görə Xurşud ona zəng edib “Yaşar” restoranının yanında görüşmələrini, orada ona düşən payı verəcəyini bildirmişdir. Həmin vaxt saat təxminən 19-20 radələlərində Ələkbər də onun yanında olmuş, o, Ələkbərlə birlikdə Xurşudun dediyi yerə getmiş, orada 3 nəfər — Xurşud, sabiq polis-polkovniki Məzahir Əliyev və məşhur iş adamı Əbdülrəhman olmuşdur. Onların yanında 76.000 (yetmiş altı min) manatı akt ilə Ələkbərə vermiş, Ələkbərin özünün də imzası olmuşdur. Ertəsi gün sübh tezdən 24.000 (iyirmi dörd min) manat olmaqla, ümumilikdə, 100.000 (yüz min) manat məbləğində pulu Ələkbərə vermiş, gedib İcra Hacimiyyətinin yanında gözləmişdir. Ələkbər İcranın binasına daxil olduqdan 40 dəqiqə sonra gülə-gülə gəlib məsələni danışdığını, hər şeyin hazır olduğunu demiş, bundan sonra da 2 ay bu proses belə davam etmiş, bu gün-sabah həll olunacağı vədi verilmişdir. Bir gün Ələkbər onun yanında telefonla danışdıqda ondan kiminlə danışdığını soruşmuş, o isə İcra Hakimiyyətinin başçısı ilə danışdığını bildirmişdir. Ələkbər başçının onu çağırdığını deyərək getmiş, qayıdanda isə 100.000 (yüz min) manat da pul lazım olduğunu və birdəfəlik çıxarışı filan da həll edəcəyini bildirmişdir. O, Ələkbərə Mirəşrəf adında iş adamı bir nəfər yaxını olduğunu, Mirəşrəfin Moskvada yaşadığını, ona deyəcəyini, əgər razılaşsa, onlara köməklik edəcəyini bildirmiş, daha sonra o, Mirəşrəflə danışmış və o da razılaşmışdır. Mirəşrəf bir gün ərzində Azərbaycan Respublikasına gəlmiş, Ələkbərlə birlikdə onu qarşılamış, birlikdə bu məsələni danışıb razılaşmışdırlar. Mirəşrəf ertəsi gün 100.000 (yüz min) manat məbləğində pulu Ələkbərə verməsi üçün ona vermişdir. Beləliklə, bir neçə ay keçmiş, lakin Ələkbərdən bir xəbər çıxmamışdır. Sonradan Ələkbərin İcra hakimiyyətinin başçısının yanına getmədiyi, iş üzrə şahidlərdən Şahid6 İsa oğlunun yanına getdiyi, bələdiyyənin o torpağa aidiyyəti olmadığı və Şahid2 oranı qanunsuz işlətməsi məlum olmuşdur. Bələdiyyədən olan məsul şəxs onlara həmin torpaq sahəsinin bələdiyyəyə aidiyyəti olmadığına görə, dövlət torpağı olduğunu bildirmişdir. Şahid2 17 sot yarım torpaq sahəsini müqavilə ilə işlətmiş və bələdiyyə torpağı olmadığına görə müqaviləyə xitam verilmişdir. 200.000 (iki yüz min) manat məbləğində pul bu şəkildə batmışdır. Bir müddətdən sonra Ələkbər onları Şahid6lə tanış etməsini təklif etmişdir. O, Akif müəllimi qiyabi olaraq tanısa da, şəxsi tanışlığı olmamışdır. Ələkbər onu Şahid6lə görüşdürmüş, Akif müəllim özü pulu Zakir Fərəcova verdiyini bildirmiş, onlarla iş birliyi qurmasını, hər ay 2.000 manat məbləğində pul alacağını təklif etmiş, Sumqayıt şəhəri Çerkassi küçəsində ev tikdirdiklərini, onlara həmin yerə direktor təyin etmək üçün dürüst adam lazım olduğunu bildirmiş, o da Akif müəllimlə razılaşmış və nəticədə direktor təyin edilmişdir. Həmçinin Şahid6 bu yaxınlarda sənədləri də həll edəcəklərini bildirmişdir. O, Şahid6 İsa oğlunun Sumqayıt şəhər İcra hakimiyyətinin başçısının müavini olduğunu qeyd etmişdir. Akif müəllimin dediyinə görə oğlu Yusif Quliyev notariusda onunla müqavilə bağlamışdır. 1 il ərzində Şahid6 onunla bərabər olmuş, o, ”Zərin Məkan” MMC-yə direktor təyin edilmiş, təsisçi Yusif Quliyev olmuş, Şahid6 və Ələkbərin sevgilisi orada payçı olmuşdur. O, hər ay almalı olduğu 2.000 manat məbləğində pulu ala bilməmiş, maşın almaq istəmiş, Ələkbər ona tanışı olan bir qadında “Lexus” markalı avtomobil olduğunu və onu satdığını bildirmiş, sonrada o, “Lexus” markalı avtomobili həmin qadından 21.000 (iyirmi bir min) dollara almışdır. Şahid6lə işlədikdən bir müddət sonra iş üzrə şahid indi təqaüddə olan Şahid5la uzun müddət əlaqələri olmuş, Rasim ondan kiminlə iş gördüyünü soruşmuş, bekar olduğunu bildirmiş, o da hər şeyi Rasimə danışmış, Rasim də onu Şahid6lə görüşdürməsini xahiş etmişdir. O, görüşlə bağlı məsələni Şahid6 bildirdikdə vaxtı olmadığını, Rasimi Ələkbərlə görüşdürməsini bildirmişdir. Şahid5 yaxşı pulu olan bir müştəri olduğunu, obyekt almaq istədiyini, ona köməklik etməsini demiş, onu Ələkbərgillə tanış edib iş birliyi qurmaq qarşılığında ona da hörmət etmələrini təklif etmiş və o, Rasimlə razılaşmışdır. O, bununla bağlı məsələni Şahid6lə məsləhətləşmiş, Akif ona narahat olmamasını və pulu götürməsini bildirmişdir. Şahid7la onun xalası Zərərçəkmiş şəxs3 meydana gələrək onlara qeyri-yaşayış sahəsi lazım olduğunu bildirmiş, o, bununla bağlı Şahid6 demiş, Akif isə hələ portalda olmadıqları üçün yaza bilməyəcəklərini, lakin elə-belə pulu götürmək istəyirsə, götürməsini, onsuz da armatura filan pul vermək lazım olduğunu demişdir. O da bundan sonra Şahid7 və onun xalası Zərərçəkmiş şəxs3 ilə razılaşmış, onlar 42.000 (qırx iki min) manat pulu notariusda vermiş, daha sonra isə 8.000 (səkkiz min) manat pulu da bir vermişdirlər. O, bütün məbləği Şahid6 vermişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ona 50.000 (əlli min) manat məbləğində pul vermiş, qarşılığında isə Yeganəyə 200 kvadratlıq yer verməli olmuşdur. Onlarda portal bağlı olmuş, sadəcə olaraq nüfuzdan istifadə edib evlərin yerini qazdırmış və torpağın hələ şəhərsalmada olduğunu deyərək aldatmışdırlar. Bundan bir müddət sonra Rasim yanına gələrək təcili Akiflə görüşmək istəmiş və onunla işi olduğunu bildirmiş, o isə Rasimə onu yalnız Ələkbərlə görüşdürə biləcəyini demişdir. Daha sonra Rasimlə Ələkbəri təkbətək buraxmış, onlar söhbət etmiş, lakin nədən söhbət etdiklərini bilməmişdir. 2 gündən sonra Akif ona Ələkbərlə təcili rayona getməsini, yaxşı xeyirləri olduqları bir məsələ olduğunu və Ələkbərə kömək etməsini bildirmişdir. O, Akifdən nə məsələ olduğunu soruşduqda, Akif rayona gedib orada öyrənəcəyini qeyd etmişdir. Ertəsi gün o, Ələkbərlə rayona getmiş, səhər saat 11-12 radələrində Ələkbər ona tüfəngi götürməsini və çıxıb gəzəcəklərini demişdir. Sərhəd həmin rayona çox yaxın olmuş, Ələkbər onu bir az sorğu-sual etmiş, o, əvvəlcə, Ələkbərin məqsədini başa düşməmişdir. Axşam gəlib Ələkbər ona ikisinin arasında qalmalı bir məsələ olduğunu, həmin məsələdə köməklik etməsini demişdir. O, nə məsələ olduğunu soruşduqda Ələkbər ona Akif müəllimin nüfuzunun böyük olduğunu, ona görə icazə alacağını, 2 nəfər dindar adamı ona qoşacaqlarını və həmin dindarların sakitliklə onun yanında İran tərəfə keçəcəklərini, özünün isə geri gələcəyini və bütün bunlara görə rəisdən icazə alınacaığını bildirmişdir. Guya həmin 2 nəfər dindarın onun yanında ovçu kimi gedərək oradan da sakit yolla keçəcəklərini, sərhəd filan olmadığı üçün çıxıb gələcəklərini qeyd etmişdir. O, Ələkbərə ora gedə bilməyəcəyini bildirmiş, onun narazılığından sonra Ələkbər onunla səhərə kimi danışmamış, ertəsi gün Ələkbər ona Lerik rayonuna getmələrini bildirmiş, o, birinci dəfə idi ki, Lerik rayonuna getmişdir. Lerikdən 35 kilometrlik məsafədə dağlarla Amburdərə kənd adlanan ərazidə Ələkbər 1 nəfərlə görüşərək təxminən, yarım saat-1 saat söhbət etmiş, o da kənarda dayanmışdır. Ələkbər kefsiz şəkildə geri gəlmiş, eyni zamanda Lerik rayonunda bir nəfər hərbi komissarlıq işçisi ilə də görüşmüşdür. Yola düşdükdən sonra Ələkbər yolda onunla danışmamış, Sumqayıt şəhərinə gəldikdə isə Akif nə üçün Ələkbərin dediyini eləmədiyini soruşmuş, o isə bu işlərin onluq olmadığını Akifə bildirmişdir. Həmin gündən təqribən 1 həftə keçdikdən sonra əmək müfəttişliyindən ona məktub gəlmiş, məktubda işə götürmək istədikləri Aftandili portal bağlı olduğu üçün işə götürməyə icazə olmadığı qeyd olunmuşdur. Aftandil Ələkbərin tələbə yoldaşı olmuşdur. Onun da cəriməsi 25.000 manat olmuşdur. Ələkbər bu məsələ ilə bağlı demişdir ki, o, mühasibə deyərək işə götürmüşdür, əlavə nəsə bilmir. O, belə münaqişlərdən yenə də heç nə anlamamışdır. O, gəlninin əlində 80.000 (səksən min) manat məbləğində pul olduğunu, həmin pula ev alacaqlarını, həmin 80.000 (səksən min) manat məbləğində pulu da Ələkbərə verdiyini bildirmişdir. Belə ki, Şahid7la onun xalası pullarını geri istəmiş, o, bunu Ələkbərə bildirdikdə Ələkbər pulu armatura verdiklərini, yalnız gedib nə qədər istəyirsə gedib armatur götürə biləcəyini, başqa cür qaytara bilməyəcəklərini və onların adını çəkməməsini bildirmişdir. O, Tahirlə armaturun üstünə getmiş, lakin sonradan ona armaturu götürsə, tutulacağı barədə xəbər gəlmiş, ona görə bu iş yarımçıq qalmışdır. Artıq pis vəziyyətdə qalmış, Tahir ona hədə qorxu gəlmiş, buna görə də o, maşınını 42.000 (qırx iki min) manata satmış və Tahirin pulunu vermişdir. Tahir özü də dəfələrlə ona pulun kimdə olduğunu bildiyini demişdir. Onlar pulu istəyəndən sonra Tahir anasının tutulduğunu, pulu geri qaytarmaqlarını demiş, Ələkbərgildən pulu istəyəndə Akif ona bu məsələni də həll edəcəyini bildirmişdir. Akif ona Ələkbərlə gedib Şüvəlanda 1 nəfərlə görüşməsini bildirmiş, ondan həmin nəfərin kim olduğunu soruşduqda isə həmin şəxsin Altay müəllim olduğunu bildirmişdir. Ələkbər onunla 2 dəfə Şüvəlana getmişdir. Şüvəlana getdikdə o, maşında oturmuş, Ələkbər ona Ali Məhkəmənin sədrinin qardaşı ilə görüşməyə getdiyini bildirmişdir. Sonradan Tahir heç nəyin həll olmaması barədə məlumat vermişdir. O, sonradan artıq hər şeyin əvvəlcədən planlandığını anlamış, Tahir və Yeganənin pulunu tam şəkildə özü ödəmiş, buna görə də Ələkbər ona maddi ziyan vurmuşdur. Ələkbərlə Tural birgə iş görmüş, müstəntiq hədəqorxu gələrək onun ifadəsini düzgün almamışdır. Onun tanışı Aytən adlı diş həkimi ondan işlərini nə etdiklərini soruşmuş, o da hələ qaldığını və bir nəticəsi olmadığını bildirmişdir. Aytən bir nəfər tanışı vasitəsilə pulunu almasını təklif etmiş, o da razılaşmışdır. Aytən onu Şahid10la tanış etmiş, Məhəmməd özünü “Mamed” kimi təqdim etmiş və hər şeyi öz üzərinə götürərək işi həll edəcəyini bildirmiş, lakin əvvəlcədən 60.000 (altmış min) manat məbləğində pul istəmişdir. Həmin gün Tural adlı tanışından 20.000 (iyirmi min) manat məbləğində, Maqsud adlı tanışından 15.000 (on beş min) manat məbləğində, Sərxan adlı tanışından isə 15.000 (on beş min) manat məbləğində pulu borc almış, qalan 10.000 (on min) manat məbləğində pulu isə Aytən həkim özü ona vermişdir. Məhəmməd ofisə gəlib Ələkbərlə danışmış, Ələkbər buna etiraz etmiş, daha sonra isə Məhəmməd Ələkbərlə işlərinin alınmayacağını, Zakir Fərəcovla özünün şəxsən danışaraq işini həll edəcəyini, lakin əlavə olaraq 100.000 (yüz min) manat məbləğində pul verməli olduğunu bildirmiş, o da razılaşaraq həmin pulu digər tanışlardan borc istəyərək Məhəmmədə vermiş, Məhəmməd isə onun qarşılığında bir neçə sənəd vermişdir. Həmin torpaq kommunaltəssərrüfat birliyinin balansında olmuş, Məhəmmədin bacısı oğlu Hüseynin yanına getdikdə o, əlavə olaraq 20.000 (iyirmi min) manat məbləğində pulu ödəniş etməli olduğunu bildirmişdir. Yenidən 20.000 (iyirmi min) manat məbləğində pulu əldə etmək üçün rayonda yaşayan Alim adlı qardaşından borc olaraq istəmiş, Alim də öz mal-heyvanını satıb, pulu ona göndərmişdir. O, həmin sənədlər üçün ümumilikdə 180.000 manat məbləğində pul vermişdir. Həmin ərazinin baş planı onun özündə olmuşdur. Məhəmməd sonradan müştəri tapdığını, həmin yeri satmağı təklif etmişdir. O, həmin sahənin geologiyasını, topoqrafiyasını, digər lazımi şeylərini etdirmiş, təkcə özəlləşdirməsi qalmışdır. Məhəmməd onun yanına Şührətlə gəlmiş, onlar danışmış və 500.000 (beş yüz min) manata razılaşmışdırlar. Daha sonra isə Zərərçəkmiş şəxs1 gəlmiş və alıcının Tural olduğu məlum olmuşdur. Tural ona Azər adlı vəkili olduğunu, qanuni cəhətdən Azərin ona köməklik edəcəklərini bildirmişdir. O da Turala Azərin onun dostu olduğunu bildirmiş, daha sonra Azərin yanına getmiş, Tural Azərlə danışdıqdan sonra aralarında müqavilə bağlanmışdır. Tural həmin sahənin əvəzində 4 ədəd ev və pul verməli olmuşdur. Turalla bu məsələni razılaşandan sonra Məhəmməd imkan varsa, bu işi onun öhdəliyinə buraxmasını, əmlakdan sənədlərini geri çəkməsini, hər kvadrata 50 manat olmaqla, 40 sot üçün 200.000 manat məbləğində pul etdiyini bildirmişdir. Məhəmməd ondan gizlin Turalın adına sənəd alaraq əmlaka vermişdir. Sonradan həmin torpağın Turalın adına keçməsini bilmişdir. Ofisdə olarkən qəflətən Şührət, Tural və Məhəmməd içəri girmiş, özləri ilə pul gətirmişdirlər. O da Məhəmmədgilə hələ pul lazım olmadığını, müqavilə imzalamalarını, sonra da pulu verməsini bildirmiş, Məhəmməd həmin vaxt 40.000 manat məbləğində pulun özünə çatacağını demişdir. Məhəmmədin oğlu da həmin vaxtı onun şəklini çəkmişdir. Məhəmməd həmin vaxt 40.000 manat məbləğində pul götürmüş, o isə israrla əvvəlcə müqaviləni imzalamalarını, ondan sonra isə pulu götürəcəyini demişdir. Daha sonra isə bu söz-söhbətdən sonra Akif və Ələkbərdən Korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət etmiş, oradan isə iş aidiyyəti üzrə Sumqayıt şəhərinə göndərilmiş, Zərərçəkmiş şəxs2 2 gün MSY-də saxlanılmışdır. Ələkbərin kimə pul verməsi ilə bağlı səs yazıları onda olmuş, onun ofisinin bir açarı da Ələkbərdə olmuş, bütün bu problemlərdən sonra Ələkbər ofisdən onun 2 telefonunu və lazımi sənədlərini götürmüşdür. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, onu Zərərçəkmiş şəxs3 ilə Şahid5 tanış etmiş və Yeganənin əlində yaxşı məbləğdə pul olduğunu, yer götürmək istədiyini, ona köməklik lazım olduğunu demişdir. Yeganəyə verilməli olan sahə 200 kvadratlıq obyekt olmuş, lakin həmin obyektlə bağlı heç bir sənədləşmə filan aparılmamışdır. O, həmin məbləğdən ona heç nə çatmadığını, bütün pulları aparıb Akifgilə verdiyini, Yeganə xanımla heç bir ədavəti və düşmənçiliyi olmadığını, hamısının ona qarşı əlbir olaraq bütün hər şeyi ona yüklədiklərini bildirmişdir. Yaxın adamı olan Vidadi adlı taksi sürücüsü 100.000 (yüz min) manat məbləğində pulu Bakıdan Mirəşrəfin qardaşı Mirsəfərdən götürüb gətirmişdir. O, 100.000 (yüz min) manat məbləğində pulu Sumqayıt şəhəri, 4-cü mikrorayonda Məhəmmədə sayıb verdiyini, Mirəşrəfdən iki dəfə 100.000 (yüz min) manat məbləğində pul aldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsinin suallarına cavab olaraq Zərərçəkmiş şəxs1 ona pul vermədiyini və ittiham aktında qeyd olunan ifadələrin ona aid olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2023cü ilin sentyabr ayında Tehranə adlı xanımın vasitəsi ilə tanımışdır. Tehranə makler fəaliyəti ilə məşğul olur. Həmin vaxt Sumqayıt şəhəri 9-cu mikrorayon 22 nömrəli məktəbin yaxınlığında yerləşən 37.27 sot torpaq sahəsini almaq üçün Tural onunla əlaqə saxlamışdır. Onlar Tehranənin vasitəsi ilə Tural ilə görüşməmişlər. Bundan bir müddət sonra yəni, 2024-cü ilin yanvar ayında Tural ilə görüşmüşdür. Belə ki, Tural ilə həmin vaxt Tehranənin yox, Şahid10 vasitəsi ilə görüşmüşdür. Belə ki, o, həmin vaxt həmin torpaq sahəsini satmaq istəmiş və Məhəmməd də müştəri tapa biləcəyini demişdir. Məhəmməd tanışı Şöhrətin vasitəsi ilə Turalı tapmışdır. Tural, Şöhrət, Məhəmməd və o, ünvan 2 ünvanının yanında olan çayxanada görüşmüşlər. Onların danışıqlarına əsasən Tural ilə həmin torpaq sahəsini 1 milyon 500 min manata razılaşmışlar. Belə ki, Tural Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən binadan 500.000 manat dəyərində ev verməli, ilkin olaraq 200.000 manat ödəməli, qalan 800.000 manat özəlləşməyə çəkilən xərc çıxılandan sonra verilməli olmuşdur. X10 ankoloji xəstəlikdən əziyyət çəkmişdir. Buna görə Turala bildirmişdir ki, ona 200.000 manat versin, daha sonra sənədləşmə məsələsinə başlayarlar. xx.xx.2024-cü il tarixində Sumqayıt şəhəri 3-cü mirkorayon ev 4/2, mənzil 2-də yerləşən ofisində 204.000 manat pulu stolun üzərinə qoymuşdur. Tural həmin pulu 120.000 ABŞ dolları kimi qoymuşdur. Həmin vaxt orada Məhəmməd, Şöhrət, dostu Tofiq və Şöhrətin oğlu olmuşdur. Həmin puldan 40.000 manatını Məhəmməd makler pulu kimi götürmüşdür. Bundan təxminən 3 gün sonra Ceyhun həmin ofisdə ondan 75.000 manat pul götürmüşdür. Belə ki, onun Ceyhuna pul verməkdə məqsədi o olmuşdur ki, Ceyhunun həmin ərazidə 1 otaqlı evi olmuş, həmin yerdən çıxması üçün o, Ceyhuna həmin pulu vermişdir. Bundan başqa Şöhrətə 61.000 manatı xx.xx.2024-cü il tarixində öz oğlunun iştirakı ilə vermişdir. Belə ki, Şöhrət həmin vaxt makler kimi ondan həmin pulu istəmiş və Turalın da bu barədə məlumatı olmuşdur. Bundan başqa o, Tural ona pul verməmişdən öncə xx.xx.2024-cü il tarixində Oruca 64.000 manat pul vermişdir. Məqsədi ondan ibarət olmuşdur ki, Oruc həmin torpaq sahəsinin halallığını versin. Bundan sonra Tural ona demişdir ki, ərazini çəpərləsin və bundan sonra təhvil alacaq. xx.xx.2024-cü il tarixində o, fəhlələr gətirib ərazini çəpərləmiş və Turala zəng edərək ərazini təhvil götürməsini demişdir. Bundan sonra bir neçə şəxs əraziyə gələrək oradan çıxmağını demişlər. Həmin vaxt binalardan da camaat tökülmüş və onun üzərinə gələrək yerin ona aidiyyəti olmadığını demişlər. Həmin vaxt o, oradan aralaşmışdır. Bir neçə gün sonra Tural ilə əlaqə saxlayıb pulunu istəmiş, ancaq sonuncu ona heçnə verməyəcəyini demişdir. O da bundan sonra Sumqayıt şəhər polis idarəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində həmin torpaq sahəsinin dövlətə məxsus olduğunu, Zərərçəkmiş şəxs2 yalan ifadə verdiyini, sonuncudan torpaq sahəsini onun adına keçirməyi üçün 56.000 manat pul almadığını, əksinə Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Yaşar” restoranında 100.000 manat pulu həmin torpaq sahəsini adma keçirməsi üçün verdiyini, Yeganənin 50.000 manat pulu notarius vasitəsi ilə Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən "xxxx" MMC-nin tikdiyi binadan 200 kvadrat ölçüdə qeyri yaşayış sahəsi almaq üçün ona beh verdiyini, təxminən 1 ay sonra Yeganənin qeyri yaşayış sahəsini istəmədiyindən pulu qaytardığını, özünə məxsus 2007-ci il buraxılışlı “Lexux 470” markalı, 99-CV- 410 nömrəli avtomobili sonuncunun bacısı oğlunun adına keçirtdiyini, həmin avtomobili 42.000 manata hesabladığını, bundan sonra əlbəbəl də 8000 manat pul verdiyini, Yeganəyə borcunun olmadığını, səs yazısında Tahirə pulun Ələkbərdə olduğunu bildirdiyini, Yeganənin ilk öncə qeyri yaşayış sahəsi almaq üçün ona pul verdiyini, daha sonra Ələkbərin həmin pulu ondan alıb Yeganənin bacısının işini həll edəcəyini dediyini, Şahid6 yalan ifadə verdiyini, Şahid9 yalan ifadə verdiyini, Şahid4 yalan ifadə verdiyini, ona qarşı nəyə görə yalan ifadə vermələri barədə heç nə deyə bilmədiyini, Şahid5 yalan ifadə verdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. 26 fevral 2024-cü il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun atası Şakir Hüseynov əvvəllər bina tikintisi ilə məşğul olmuş, sonra isə müəyyən səbəblərdən həbs olmuş, daha sonra isə ölmüşdür. Onların Sumqayıt şəhərində yarımçıq qalmış tikililəri olmuş, atası öldükdən sonra hüquqi vərəsəlik əldə etmiş və qanunla nəzərdə tutulmuş qaydada bütün yükləri öz üzərinə götürmüşdür. Həmin ərəfədə cənab prezidentin fərmanı olmuş, buna görə də yarımçıq qalmış binaları təhvil-təslim etmiş, həmin binalar hal-hazırda vətəndaşların sərəncamında və istifadəsində olmuşdur. Müəyyən müddət ərzində o, Sumqayıt şəhərində rəhbər şəxsləri də tanımış, atasının işlərini davam etdirmək qərarına gəlmiş və o, yeni qaydalara uyğun olaraq bina tikmək üçün Sumqayıt şəhərində torpaq sahəsi axtarmışdır. Onun əvvəlki qonşusu olan Şührət rəhbər şəxslərin yaxın qohumu olan Məhəmməd adlı bir nəfərin olduğunu və ona kömək edəcəyini bildirmişdir. Sonradan o, Məhəmmədi “Mamed” adı ilə tanımışdır. O, Məhəmmədlə gedib görüşmüş və onu Mirqəriblə tanış edərək Mirqəribə məxsus olan, Sumqayıt şəhəri 9-cu mikrorayon 22 saylı məktəbin həyətyanı ərazisində 1 hektar torpaq sahəsi olduğunu bildirmişdirlər. O, razılaşmış, həmin əraziyə baxdıqdan sonra bəyənmişdir. Onun şərikləri əgər həmin sahənin çıxarışı varsa, təyinatı da yaşayış tipli torpaqdırsa, danışıb götürməsini və çoxmərtəbəli yaşayış binaları tikmələrini bildirmişdirlər. Mirqəribdən oranın çıxarışını istəyəndə o, paket sənəd hazırladığını, çıxarış məsələsini həll edəcəyini bildirmiş, Mirqərib rəhbər şəxslərin adını çox çəkmiş, ona görə də ona inanmış və işlərinin beləcə asanlaşacağını fikirləşmişdir. Mirqərib həmin 1 hektar sahədə olan ərazinin yarısını ona 1.500.000 manata satacağını bildirmiş, o da Mirqəriblə razılaşmışdır. Sənədləri istəyəndə isə müxtəlif bəhanələr gətirmiş, məsələ uzanaraq bu yerlərə qədər gəlib çıxmışdır. Onlar həmin yeri artıq bəyənmiş, sənədləri ondan tələb edəndə əvvəlcə əmlakın sənədlərini göstərmiş, həmin əmlakın sənədlərində əmlaka məxsus bölgü planı, koordinatlar və s. olmuşdur. Bu sənədləri Mirqərib çıxarış adı ilə göstərmiş, lakin həmin sənədlərin çıxarış olmadığını ona bildirmişdir. Mirqərib ona prosesin belə olduğunu və mənzil-təsərüffatdan alacağı məktubla bu məsələnin həll olunacağını bildirmiş və artıq il sonunda Mirqərib onun etimadını qazanmış, ona qarşı tam güvəni yaranmağa başlamış, ümumilikdə Mirqəribə 204.000 manat məbləğində pul vermişdir. Binanın altında sağ tərəfdə Mirqəribin ofisi olmuş, Məhəmməd və tanışı Şührətin iştirakı ilə 120.000 ABŞ dollarını ödəyərək digər torpaqları necə edəcəklərini soruşmuş, Mirqərib isə ona hər şeyin yaxşı olacağını və məsələləri həll edəcəyini bildirmişdir. Təxminən fevral ayının əvvəllərində Mirqərib onu təhvil-təslim etmək üçün çağırmış, həmin vaxt o, nümayəndlərini Mirqəribin yanına göndərmişdir. Sonradan orada söz-söhbət olduğunu, ən yaxşısı, elə özünün gəlməsini bildirmişdirlər. O, həmin yerə getmiş, orada video çəkiliş də etmişdir. Camaat oranın əraziləri olduğunu və həmin ərazidə bina tikməyə qoymacaqlarını bildirmişdirlər. Həmin vaxtdan sonra aldandığını başa düşmüş, orada olan insanlardan üzr istəyərək Mirqəribin ofisinə getmiş və pulunu ondan geri tələb etmişdir. Mirqərib isə onun və Şührətin barəsində şantaj xarakterli hərəkətlər etmişdir. Zərərçəkmiş şəxs1 40.000 manat məbləğində pulun özünə çatmadığını, lakin qısa müddət ərzində pulun geri qaytarılacağını, bununla bağlı məsələni Məhəmməd müəllimlə danışıb razılaşdığını, həmin pulu Mirqəribdən geri istəmədiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq Mirqəribə 120.000 ABŞ dolları mələğində pulu birdəfəyə verdiyini, təqsirləndirilən şəxsin ona dəymiş olan maddi ziyandan heç nə ödəmədiyini, sonradan qanuni surətdə müraciət edərək həmin torpağı sənədləşdirdiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, Mirqərib həmin yerin özünə məxsus olduğunu demiş, o, aldandığını sonradan bilmişdir. O, əvvəlcədən təqsirləndirilən şəxslə həmin pulun kimə paylanacağı barədə razılıq vermədiyini, Mirqəribin hər dəfə sənədləri təqdim etməmək üçün müxtəlif bəhanələr gətirdiyini, sonradan bir sənəd təqdim etdiyini bildirmişdir. Həmin sənədi digər şəriklərinə göstərdikdə onlar həmin sənədə 1 manat da düşmədiyini demişdirlər. Mirqərib ona 2017-ci ilin, 2018-ci ilin bələdiyyə sənədlərini, 2023-cü ildə ödədiyi dövlət qəzblərini göstərmiş, buna gör də ona inanmışdır. O, əvvəlcədən Mirqərib xəbərdarlıq etmiş, onu aldadacağı təqdirdə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. İbtidai istintaq zamanı iş materiallarının bir hissəsi isə tanış olmuş, Təqsirləndirilən şəxs 120.000 ABŞ dolları məbləğində pulun verilməsi ilə bağlı sübut olaraq Şührətin çəkdiyi fotoşəkillərin olduğunu qeyd etmişdir. Hal-hazırkı cinayət işi ilə bağlı olaraq mülki iddia ilə məhkəməyə müraciət etmiş, Şahid10 verilən 40.000 manat və Şahid2 verilən 64.000 manatla bağlı heç bir iddia və tələbinin olmadığını, həmin məbləği ödənilmiş kimi qəbul etdiyini, 100.000 (yüz min) manatı isə təqsirləndirilən şəxsdən geri tələb etdiyini bildirmişdir. Ceyhun Mirqəribin çağırışı əsasında onu bir neçə dəfə təhdid etdiyini, ona görə də Ceyhunla bağlı epizodu qiymətləndirməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin suallarına cavab olaraq ona pulu öz ofisində verdiyini, Şahid2 sonradan tanıdığını və pulun qarşılığında heç nə təhvil almadığını bildirmişdir. 07 mart 2024-cü il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, onu Mirqəriblə Biləsuvar rayonundan olan Hacı Aydın adlı şəxs tanış etmişdir. Hacı Aydın ona zəng edərək tikinti işi ilə məşğul olduğu üçün əgər torpaq sahəsi lazımdırsa, Mirqəriblə əlaqə saxlamasını bildirmiş, nəticədə Mirqəriblə tanışlıqları yaranmışdır. O, təqsirləndirilən şəxslə 2022-ci ilin oktyabr ayından tanış olduqlarını, onunla bir neçə torpaq sahələrinə baxmağa getdiklərini bildirmişdir. Əvvəlcə Sumqayıt Şəhər İcra Hakimiyyətinin yanında olan 45 sot sahəsi olan torpaq sahəsinə baxmış, Mirqərib həmin torpaq sahəsinə kiminləsə bərabər şərik olduqlarını bildirmiş, sonradan heç bir şərikliyinin olmaması məlum olmuşdur. Daha sonra isə onunla bərabər Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən sahəyə baxmış, Mirqərib həmin sahənin ona məxsus olduğunu bildirmiş, həmin torpaq sahəsinin sənədlərini tələb etdikdə isə sənədləri verəcəyini vəd etmişdir. Mirqərib ona müqavilələri təqdim etmiş, həmin müqavilələr bələdiyyə müqaviləsi olmaqla, 2019-cu ilə qədər olan vaxta aid olmuşdur. O, bununla bağlı bələdiyyəyə gedərək maraqlanmış və orada həmin icarə müqaviləsində Təqsirləndirilən şəxsla bağlı heç nə olmadığı, həmin sahənin Oruc adlı şəxsin adına olduğu deyilmişdir. Bunu öyrəndikdən sonra Oruc adlı şəxslə görüşmüş, Orucun bələdiyyədə əvvəllər gözətçi kimi işlədiyi və əvvəldən həmin sahənin müqavilə əsasında onun adına olduğu məlum olmuşdur. O, seyidlərə hörməti olduğunu, Mirqəribin seyid olduğunu deməsinin bu məsələlərdə onun gözünü bağladığını, bundan sonra onunla münasibətlərinin yaxşıya doğru getdiyini bildirmişdir. Onun şirkəti olmuş, orada torpaq sahəsi götürmüş, Mirqəribi həmin yerə direktor təyin etmiş, onlar həmin ərazidə müəyyən işlər də görmüşdürlər. Yanvar ayında o, Mirqəribə 56.000 manat məbləğində pul vermiş, Mirqərib torpaq sahəsinin qiymətini 700.000 manat məbləğinə təklif etmişdir. O, bir müddətdən sonra Mirqəribdən şübhələnməyə başlamışdır. Çünki o, ərazidə olmadığı müddətdə ora bir neçə nəfər problemli şəxslər gəlib getmiş, buna görə də Mirqəribi danlamış, bundan sonra Mirqəribi həmin yerdən qovmuşdur. Bu sözsöhbətdən sonra Mirqərib dəfələrlə şantaj xarakterli hərəkətlər etmiş, pulu tələb etdikdə isə pulu geri qaytarmamışdır. Mirqəribin ondan pul alması və geri qaytarmaması barədə səs qeydini də məhkəməyə təqdim etdiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq 56.000 manat məbləğində pulu torpaq sahəsinin sənədləşdirilməsi üçün verdiyini bildirmişdir. Torpaq sahəsinə icarə sənədləri almaq lazım olmuş, lakin sonradan sənədlərin tam şəkildə Mirqəribə aid olmaması məlum olmuşdur. Əvvəlcədən Mirqərib bu işdə Oruc adlı şəxslə bağlı heç nə olmadığını bildirmişdir. Sonradan isə bu məsələnin qarışıqlığı ortaya çıxmış, buna görə başının ağrıyacağını bildiyi üçün lazımı sənədləri geri qaytarararq Mirqəribdən ona verdiyi pulu geri tələb etmişdir. Bu zaman isə Mirqərib ona hədə-qorxu gəlmiş, sonradan isə Mirqəribin həmin torpaq sahəsini başqa bir nəfərə də satdığı məlum olmuşdur. Həmin şəxs də rəhmətə getmiş, burada başqa borc söhbətləri də ortaya çıxmışdır. O, dəymiş olan maddi ziyan ödənilmədiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 müdafiəçinin suallarına cavab olaraq Sumqayıt şəhəri, 9-cu mikrorayonda olan torpaq sahəsinə görə Mirqəribə pul verdiyini, 56.000 manat məbləğində pulu torpaq sahəsinin sənədləşdirilməsi üçün əlbəəl nağd formasında təqsirləndirilən şəxsə verdiyini, həmin vaxt yanında şahid olduğunu, qarşılığında isə təqsirləndirilən şəxsin həmin torpaq sahəsini özəlləşdirib sənədləri ona verməli olduğunu bildirmişdir. O, əvvəllər Mirqəribi tanımamış, onları Hacı Aydın adlı bir nəfər tanış etmişdir. Əvvəlcə Mirqərib sənədləşdirmə işini davam etdirmək üçün pulu avans olaraq almışdır. Həmin torpaq sahəsi 22 sot olmuş, torpaq sahəsinin Mirqəribə aid olmadığını isə sonradan bilmişdir. O, Orucla danışdıqdan sonra həmin torpaq sahəsini özəlləşdirməyin mümkün olduğunu bilmiş, həmin ərəfədə Orucla Mirqəribin arasında anlaşılmazlıq da olmuşdur. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq Zərərçəkmiş şəxs2 56.000 manat məbləğində pul almadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Mirqərib yaxın bir adamın həmin torpağı özəlləşdirib sənədləri təhvil verəcəyi barədə ona vəd vermişdir. O, bəzi yerlərdə bələdiyyə balansında olan torpaq sahələrinin özəlləşdirilməsinin mümkün olduğunu qeyd etmişdir. Mirqəriblə olan razılaşmaya əsasən əvvəlcə özəlləşdirmə onun adına olmalı idi, lakin sonradan o, etiraz edərək geri çəkilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında tanımışdır. Belə ki, onu Hacı Aydına görə tanımış, Aydın isə onun dostu olmuşdur. Mirqərib həmin vaxt ona zəng edərək Sumqayıt şəhəri ərazisində makler olduğunu və torpaqlar olduğunu demişdir. Daha sonra Mirqəriblə Sumqayıt şəhərində görüşmüşlər. Mirqərib ona müxtəlif torpaqlar göstərib tikinti aparıla biləcəyini demişdir. Sonra onların yaxşı münasibətləri yaranmağa başlamış, buna görə də o, Mirqəribi özünə məxsus tikinti işləri ilə məşğul olduğu "xxxx" MMC-nin direktoru təyin etmişdir. xx.xx.2022-ci il tarixində əmək müqaviləsi bağlanmış, həmin vaxt Mirqərib MMCyə aid avtomobilləri idarə edərək Sumqayıt şəhəri, Çerkassi küçəsində gedən tikintilərə nəzarət etmişdir. Təxminən 1 ay sonra Mirqərib onu Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 22 saylı tam orta məktəbin yaxınlığında olan əraziyə aparıb orada ona məxsus 37 sot torpaq sahəsinin olduğunu bildirmiş, sonra həmin torpağa baxmışlar. O, həmin torpağı bəyənmiş və tikinti işlərini apara biləcəyini demişdir. Həmin vaxt Mirqərib torpağın ona məxsus olduğunu demiş, ancaq heç bir sənəd göstərməmişdir. Mirqərib həmin torpağı 700.000 ona sata biləcəyini demiş, ilkin sənədləşmə işlərinin aparılması üçün 2023-cii ilin yanvar ayının əvvəllərində o, Mirqəribə Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Sumqayıt Plaza”da olan ofislərində Mirqəribə 56.000 manat pul vermiş, Mirqərib tezliklə sənədləşmə işlərini aparacağını, daha sonra isə torpağı ada keçirəndən sonra qalan pulu ondan alacağını demiş, o da razılaşmışdır. O, Mirqəribə inandığından həmin torpaq sahəsində geoloji rəy, yəni torpağın qurunt sularının müəyyən edilməsi məqsədi ilə quyu qazdırmışdır. Bundan başqa o, həmin əraziyə çəpər çəkmiş və oraya mühafizə qoyaraq pul vermişdir. Həmin işlərdə Vüqar adlı işçisi iştirak etmişdir. Bir müddət sonra ofisdə olan zaman bir neçə nəfər şəxs ofisə gəlib Mirqəribi axtarmış, o nə məsələ olduğunu soruşan zaman onlar Mirqəribin onları aldatdıqlarını demişlər. Birisi məhkəmə işini həll etməsi üçün, digəri isə digər məsələyə görə Mirəqibə pul verdiklərini demişlər. O, Mirqəribdən nə baş verdiyini soruşan zaman Mirqərib yalan dediklərini bildirmişdir. O isə Mirqəribin belə hərəkətlərini görüb həmin torpaq sahəsinin həqiqətən də Mirqəribə məxsus olduğunu dəqiqləşdirmək üçün Sumqayıt şəhər bələdiyyəsinə getmiş, orada müəyyən olunmuşdur ki, həmin torpaq sahəsini Mirqəribə heç bir aidiyyəti yoxdur. Bundan sonra o, Mirqəribdən pulunu tələb etmiş, ancaq Mirqərib onun pulunu qaytarmamışdır. 2023-cii ilin fevral ayında Mirqəribin işinə xitam vermişdir. Bir müddət sonra bilmişdir ki, Mirqəribin ona göstərdiyi torpaq sahəsi Mirqəribə məxsus olmamış, yalandan özünə məxsus olduğunu deyib ona məxsus 56.000 manat pulu ələ keçirmiş, Mirqəribdən həmin pulu istəyən zaman pulu qaytarmamışdır. Son zamanlar xəbər tutmuşdur ki, Mirqərib həmin yeri Zərərçəkmiş şəxs1 göstərib sonuncudan 204.000 manat pul almışdır. Zərərçəkmiş şəxs2 əlavə ifadəsində məhkəmə işi ilə bağlı heç kimdən pul almadığını, Təqsirləndirilən şəxs onun adını yalandan hallandırdığını, belə ki, Tahir və qohumu Yeganənin onun ofisinə bir dəfə gələrək Mirqəribi axtardıqlarını, həmin vaxt Mirqəribin Yeganədən 80.000 manat pul alaraq bacısını məhkəmədə olan işini həll edəcəyini bildirdiyini öyrəndiyini, həmin vaxt Mirqəribə irad bildirib şəxslərin pullarını qaytarmasını dediyini bildirmişdir. 10 oktyabr 2023-cü il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun bacısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin məhkəmə iclası xx.xx.2022-ci il tarixdə olmuşdur. Həmin ərəfələrdə onlara məlumat verilmişdir ki, bacısının ögey oğlunun dostunun tanıdığı bir nəfərlə iş görmək mümkündür. Beləcə, onlar Təqsirləndirilən şəxs tanımağa başlamışdırlar. Təqsirləndirilən şəxs əvvəlcə 110.000 manat məbləğində pul istəmiş, lakin Mirqəribə o qədər məbləğdə pulun olmadığını bildirmişdir. Mirqərib ona qeyd olunan məbləği hissə-hissə ödəməyi təklif etmiş və razılaşmışdırlar. O, təqsirləndirilən şəxslə razılaşaraq həmin məbləği 100.000 manata salmış, həmin məbləğin 50.000 manatını nağd şəkildə ona notarius vasitəsilə xx.xx.2022ci il tarixdə 42.000 manat, xx.xx.2022-ci il tarixdə isə 8.000 manat olmaqla vermişdir. xx.xx.2022-ci il tarixdə bacısı barəsində gedən iş üzrə apellyasiya məhkəməsində məhkəmə iclası keçirilməli olmuş, xx.xx.2022-ci il tarixdə Mirqərib onun bacısı oğluna zəng edərək 30.000 manat məbləğində pulun hakimə çatmalı olduğunu bildirmişdir. Bacısının oğlu bununla bağlı məsələni ona bildirdikdə işdə olduğu üçün həmin gün pulu verə bilməmiş, Mirqəribə xx.xx.2022-ci il tarixində notariusa gəlməsini, orada 30.000 manat məbləğində pulu verəcəyini demiş, lakin Mirqərib onunla razılaşmamış və artıq ertəsi günün gec olduğunu bildirmişdir. Bundan sonra isə həmin günün axşamı o, əri və rəfiqəsi ilə birlikdə Mirqəribin evinin yanındakı ofisdə görüşərək həmin məbləğdə pulu təqsirləndirilən şəxsə vermişdir. Mirqərib isə onlara vəd etdiyi heç bir məsələni həll etməmiş, bu məsələdən sonra Mirqəribdən ona verdikləri 80.000 manat məbləğində pulu geri tələb etdikdə əvvəlcə Mirqərib gizlənmiş və daha sonra isə onlara hədə-qorxu gəlməyə başlamışdır. Sonra isə Mirqərib əlbəəl 8.000 manat məbləğində pulu və “Lexus” markalı avtomobili onlara vermiş və onlar da həmin avtomobili 22.000 manat məbləğində satmışdırlar. Lakin 50.000 manat pulu isə geri qaytarmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Mirqərib onlara əvvəlcə düzgün audit yoxlanılması aparılmadığını demiş, onun bacısı da audit yoxlanılması olanda xəstə olmuş və həmin vaxtı orada olmamışdır. Mirqərib onlara əvvəlcə düzgün audit yoxlanılmasının keçirilməsi vədini vermiş və onlar Mirqəribin dediklərinə inanmışdırlar. Təqsirləndirilən şəxs Ali Məhkəmənin sədrinin onun yaxın adamı olduğunu, onunla iş gördüyünü və onun köməklik edəcəyini bildirmişdir. O, 30.000 manat pulu Mirqəribə əlbəəl vermiş, təqsirləndirilən şəxsə razılaşdıqları məbləği vermək üçün öz evini satmış, Maştağada olan evini girov qoymuşdur. O, 50.000 manat məbləğində pulu Mirqəribin geri qaytarmadığını və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 müdafiəçinin suallarına cavab olaraq Sumqayıt şəhərinə tez-tez gəlmədiyini, hal-hazırda Bakı şəhərində yaşadığını, həmin ərəfələrdə ev almaq fikri olmadığını, ümumiyyətlə Sumqayıt şəhərində ev almaq kimi bir niyyətinin olmadığını, doğulandan Bakı şəhərinin mərkəzində yaşadığını və Mirqəribin ailəsi barədə heç nə bilmədiyini qeyd etmişdir. Pulun notarial qaydada təsdiq olunması barədə təklifi Mirqərib vermişdir. O, Mirqəribə pulu məhkəmədə audit yoxlanılmasını təmin etmək üçün verdiyini, düzgün audit yoxlanılması nəticəsində hər şeyin onun bacısının xeyrinə həll oluna biləcəyi qeyd etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsin suallarına cavab olaraq pulu əlbəəl verəcəyini, lakin notarial qaydada təsdiq olunması barədə təklifi təqsirləndirilən şəxsin özünün verdiyini bilidirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəmə tərkibinin suallarına cavab olaraq bacısının məhkəmə istintaqı zamanı müqaviləli vəkilinin olduğunu, bacısı barəsində olan cinayət işi üzrə bütün məhkəmə iclaslarında gedib iştirak etdiyini bildirmişdir. Mirqərib bununla bağlı məsələni heç kimə bildirməməyi tapşırmışdır. Bacısının vəkilinə də bununla bağlı heç nə deməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ögey bacısı X4 xx.xx.2022-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.4, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra onlar həmin hökmdən apellyasiya şikayəti vermişlər. Həmin ərəfədə bacısı Tamillanın ögey oğlu Əhəd anasını həbsdən azad etdirmək üçün müxtəlif yollar fikirləşmişdir. Həmin vaxt söhbət zamanı Əhəd Sumqayıt şəhərində Mirqərib adlı şəxs olduğunu, həmin şəxsin müxtəlif işləri həll etdiyini demişdir. Bundan sonra 15 oktyabr 2022-ci il tarixində Mirqəribin yaşadığı 4 saylı notarius ofisinin yanında olan beşmərtəbəli binanın həyətində görüşmüşlər. Belə ki, Mirqərib həmin notariusun yanında olan 5 mərtəbəli binada yaşamışdır. Görüşən zaman Mirqəribə bacısının tutulması barədə məlumat vermiş və işin Bakı Apellyasiya Məhkəməsində olduğunu demişdir. Mirqərib yaxşı əlaqələrinin olduğunu Ali Məhkəmənin sədrinin vasitəsi ilə bacısının işini həll edəcəyini demişdir. Həmin işə görə Mirqərib ondan 110.000 manat pul istəmişdir. Həmin vaxt onun yanında bacısı oğlanları Şahid7 və Azər Əliyev olmuşlar. Onlar danışaraq 100.000 manata razılaşmışlar. Həmin vaxt ilkin olaraq pulun yarısını, qalan yarısını isə bacısı azad olunandan sonra verəcəyini demişdir. Mirqərib də onlarla razılaşmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixində Mirəqib bacısı oğlu Tahirə zəng edərək pulu gətirməsini demişdir. xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri 4 saylı notariat ofisinə gəlmişdir. Mirqəribə 42.000 manat pul vermiş və bu rəsmiləşdirilmişdir. Mirqərib özü notarius vasitəsi ilə pulun verilməsini demişdir. Onlar da notarius vasitəsi ilə kredit müqaviləsi bağlamışlar. Bundan sonra xx.xx.2022-ci il tarixində yenidən eyni notariusda Mirqəribə 8.000 manat pul vermiş və bunu kredit müqaviləsi kimi rəsmiləşdirmişlər. Bacısının məhkəməsi xx.xx.2022-ci il tarixində olmalı olmuşdur. Mirqərib həmin vaxta qədər işi həll edəcəyini, bacısı Tamillanın azad olunacağını demişdir. xx.xx.2022-ci il tarixində Mirqərib bacısı oğlu Tahirə zəng edərək təcili hakimə 30.000 manat pul verəcəyini demişdir. Həmin gün saat 17 radələrində o, rəfiqəsi Dilşadla bir yerdə Sumqayıt şəhərinə gəlmişlər və Mirqəribin yaşadığı 4 saylı notariat ofisinin yanında ona 30.000 manat pulu vermişdir. Mirqərib səhər məhkəmə olacağını, tezdən pulu hakimə verəcəyini demişdir. Səhəri gün onlar məhkəməyə getmişlər və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə qalmışdır. Bundan sonra onlar Mirqəribə nə məsələ olduğunu demişlər, sonuncu isə Ali məhkəməyə verməklərini, orada həll edəcəyini demişdir. Onlar həmin vaxt Mirqəribin onları aldatdığını bilmiş və pulu geri tələb etmişlər. Onlar dəfələrlə Mirqəribin ofisinə gəlmişlər və müdiri ilə söhbət etmişlər. Ancaq Mirqərib onların qarşılarına çıxmamışdır. Mirqəribin müdiri Mirqəribi işdən çıxaracağını demiş və yanlarında sonuncuya zəng edərək camaatın pulu istədiyini demişdir. Həmin vaxt Tələt adlı şəxs Mirqəribin dostu kimi özünü təqdim etmiş və sonuncuya məsələni demişlər. Tələt isə Mirqəribdən pulu alacağını demişdir. Bir müddət sonra Mirqərib özünə məxsus avtomobili bacısı oğlu Əhədə baş etibarnamə ilə vermiş, daha sonra isə 8000 manat pul vermişdir. Bununla da Mirqərib ondan aldığı 80.000 manat puldan 30.000 manat qaytarmışdır. Mirqərib özü həmin avtomobili 22.000 manat hesablamışdır. Daha sonra Mirqərib qalan pul üçün tikintidə olan armaturları götürməklərini, satıb pulundan çıxmaqlarını demişdir. Buna görə də bacısı oğlu Tahiri hansısa tikintiyə çağırmış, həmin vaxt armaturları göstərmiş, bacısı oğlu da həmin armaturları videoya çəkmişdir. Onlar isə razılaşmamış və pulu qaytarmasını demişlər, sonradan pulu qaytarmadığına görə şikayət etmişlər. Araşdırma zamanı Mirqərib 30.000 manat pul almadığını və onun ev məsələsinə görə pul verdiyini bilmişdir. O, 30.000 manat pulu Mirqəribə verən zaman bacısı Tamillaya məxsus Maştağa qəsəbəsində yerləşən evi Respublika Banka girov qoymuşdur. Sonradan həmin pulu banka qaytarmış və evi girovdan çıxarmışdır. Həmin sənədləri də təqdim edə bilər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, iki qonşusunun — Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs aralarında alqı-satqı etmələri üçün vasitəçilik etdiyini, özünün də həmin söhbətlərdə iştirak etdiyini bildirmişdir. Belə ki, Mirqərib Turaldan torpaq sahəsinə görə 120.000 ABŞ dolları məbləğində pul almışdır. O, həmin torpaq sahəsinə getdiyini, Mirqəribin həmin torpaq sahəsinin özünə aid olduğunu dediyini bildirmişdir. Mirqərib sənədləri bir müddət sonra hazır edib verəcəyini demişdir. O, özünə bu məsələdə pul çatmadığını, Məhəmmədə 40.000 manat məbləğində pul çatdığını, çıxarışda 1 ha torpaq sahəsi qeyd olunduğunu bildirmişdir. O, Şahid3 35.000 manat məbləğində pul verildiyini, həmin pulu Zərərçəkmiş şəxs1 ona verdiyini, Ceyhuna ev alınmalı olduğunu, həmin vaxt Mirqəribin də orada olduğunu, bu söhbətlərdə özünün də iştirak etdiyini qeyd etmişdir. Mirqərib 120.000 ABŞ dollarını onun yanında götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, o, X6 ağanın vasitəsilə tanımış, Hacı Mirheydər ağa ilə ailəvi dost olmuşdurlar. Hacı Mirheydər ağa ərazini bina tikən birinə verməyi məsləhət görmüş, o isə elə bir tanışının olmamasını bildirmişdir. Bu zaman X8 adlı tanışı olduğunu, onun bu işə köməklik edə biləcəyini demiş və o da Mirheydərlə razılaşmışdır. Daha sonra Mirqəribin ofisinə gedərək onunla danışmışdırlar. Lakin bir müddət sonra Hacı xəstələnərək ölmüşdür. O, Mirqəriblə tez-tez əlaqə saxlayaraq işin hansı yerdə qaldığı ilə maraqlanmış, Mirqərib də narahat olmamasını, hər şeyin yolunda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 tez-tez adını çəkmiş, lakin onları heç vaxt üzbəüz görüşdürməmişdir. Ələkbərin nömrəsini vermiş, yalnız telefon vasitəsilə danışmışdırlar. Bir müddətdən sonra isə Ələkbərlə görüşmüş, Ələkbər gəlib əraziyə baxmış və oranı götürəcəyini bildirmişdir. Ona həmin ərazini sənədləşdirə bilmək üçün həmin ərazidən imtina etməsi barədə ərizə yazmasını bildirmiş, o da razılaşmışdır. Hər şey yolunda gedərkən Ələkbər sonradan zəng edib işlərin alınmadığını demiş, buna görə də bir az Ələkbərdən incik qalmışdır. Mirqərib sonradan Ələkbəri onun yanında pisləmişdir. Daha sonra Mirəşrəf haqqında söhbət getmiş və onun Rusiyada Azərbaycan Respublikasının adını ucaldan bir nəfər olduğunu öyrənmişdir. Mirəşrəf vaxtı ilə yaxşı yerlərdə işləmiş, lakin hazırda təqaüddə olmuşdur. Sonradan isə həmin ərazini Mirəşrəfin aldığı ona deyilmiş və ona pulunun verilməsi müxtəlif bəhanələrlə gecikdirilmişdir. Bu hadisələrdən bir müddət keçdikdən sonra o, prokurorluğa çağırılmış, nə baş verdiyini soruşduqda isə Hacı Ələkbərin onu prokurorluğa verməsi barədə məlumat almışdır. Bunu öyrəndikdən sonra prokurorluğa getmiş, müstəntiq onu bu məsələlərlə bağlı sorğu sual etmiş və o, hər şeyi olduğu kimi danışmışdır. Daha sonra müstəntiq ondan Təqsirləndirilən şəxs Hacı Ələkbərə 300.000 manat məbləğində pul verməsindən xəbəri olub-olmamasını soruşmuş, o da bu məsələni eşitdiyini, lakin öz gözü ilə görmədiyini bildirmişdir. Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində Təqsirləndirilən şəxs onunla müstəntiqin yanında düzgün danışmaması ilə bağlı mübahisə etmişdir. Daha sonra Hacı Ələkbərlə birlikdə notariusa getmiş və qayda-qanunla lazımi sənədləri Ələkbərin özünə geri qaytarmışdır. Şahid2 müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs ona 3 dəfə — ilk dəfə 30.000 manat, 2 gündən sonra 4.000 manat, həmin həftənin içində Ədalətin iştirakı ilə yenidən 30.000 manat məbləğində pul verdiyini bildirmişdir. Mirqərib həmin pulu Şahid3 verməyini istəmiş, o da razılaşmışdır. İlk öncə qeyd olunan məbləğin 30.000 manatını Ədalətin iştirakı ilə Ceyhuna vermiş, daha sonra isə 35.000 manat məbləğində pul onun və Ədalətin iştirakı ilə Ceyhuna verilmiş, Ceyhun da həmin məbləğdə olan pulu götürmüşdür. Təqsirləndirilən şəxs ona ümumilikdə, 64.000 manat məbləğində pul vermiş, həmin məbləğin 34.000 manatı ona çatmışdır. Mirqərib pulu ona verəndə şərik obyekti olduğunu, obyektin satışından ona 50.000 manat məbləğində pul çatdığını demişdir. Həmin 50.000 manatdan 30.000 manatını banka borcu olan yetim birinə verməsini tapşırmış, o isə təqsirləndirilən şəxsə bu pulun həmin adama az olduğunu bildirmiş, Mirqərib də sabah gəlməsini və yenə pul verəcəyini bildirmişdir. O, ertəsi gün təqsirləndirilən şəxsin yanına getdikdə Mirqərib ona 4.000 manat məbləğində pul vermişdir. Sözügedən binanın isə Mirqəribin dediyinə görə, Mirəşrəf adlı şəxs tikəcəyini qeyd etmişdir. Şahid2 təqsirləndirilən şəxsin suallarına cavab olaraq 64.000 manat məbləğində pulun hamısının ona çatmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Mirqəribi əvvəlcədən tanımamış, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 22 saylı məktəbin arxasında parkın yaxınlığında yaşamış, 24 ildir ki, orada məskunlaşmışdır. Şahid2 həmin yerin söküləcəyini və yerində çox mərtəbəli bina tikiləcəyini, onların isə ev ilə təmin olunacaqlarını demişdir. Bundan sonra isə Mirqərib həmin yerə gəlmiş, özünü çox nüfuzlu bir şəxs olaraq təqdim etmişdir. O, Mirqəribgilin ofisinə çağırılmış və ona 1 otaqlı ev verilməsi ilə bağlı müqavilə imzalamışdırlar. Bundan sonra isə polisə çağırılmış, orada həmin şirkətin ləğv olunduğu üçün onda olan kağızı notariusda ləğv etdirib gətirməsi bildirilmiş, o da onların dediklərini etmişdir. Zərərçəkmiş şəxs1 şəxsən tanımamış, hər şeyə vasitəçiliyi Mirqərib etmiş, bütün bu proseslər təxminən 8-9 ay çəkmişdir. Bir gün axşam saatlarında Şahid2 zəng edib harada olduğunu soruşmuş, o da gözətçi işlədiyi Sumqayıt şəhəri, 22 saylı orta məktəbdə olduğunu demişdir. Oruc onunla görüşmək istədiyini bildirmiş, görüşdükdə Orucla birlikdə Ədalət adlı şəxs də gəlmişdir. Oruc ona işlərin düzəlib yoluna düşdüyünü və 30.000 manat məbləğində pul verəcəklərini bildirmiş, əvvəlcə Orucla razılaşmamış, geri qalan pulu verəcəklərini bildirdikdən sonra isə həmin pulu götürərək onlarla razılaşmışdır. Daha sonra isə Mirqəribin ofisində Şührət adlı şəxs ona 35.000 manat məbləğində pul vermişdir. O, həmin pulları aldığı anın video çəkilişi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Hacı Ələkbəri yanvar ayında ofisdə pul götürən zaman görmüş, Ələkbər Mirqəribdən torpaq sahəsini aldığını bildirmiş, həmin torpaq sahəsinin darvazalanması, geoloji rəyin alınması, eskiz rəyinin çəkilməsi və s. isə ona tapşırılmışdır. Daha sonra Ələkbər həmin ərazinin Mirqəribin olmadığını, görüləsi işləri saxlamağını bildirmişdir. O, Ələkbərin Mirqəribə nağd formada 56 000 (əlli altı min) manat məbləğində pul verdiyini və həmin anın şahidi olduğunu qeyd etmişdir. O, həmin əraziyə hər ay 500 (beş yüz) manat məbləğinə icarəyə götürülmüş konteyner qoyulduğunu, 12 ay müddətində özünün adına icarədə olduqdan sonra həmin konteynerlərə görə 6 000 (altı min) manat məbləğində olmaqla, Yardımlı rayon məhkəməsində çəkilmiş xərclərlə birlikdə ümumilikdə 7.800 (yeddi min səkkiz yüz) manat məbləğində pul hesablanmışdır. Əvvəl həmin ərazinin Mirqəribin olduğunu bilmiş və orada tikinti işləri planlamışdırlar. O, barəsində prokurorluqda heç bir cinayət işi olmadığını və təqsirləndirilən şəxsin qızından hər hansı bir məbləğdə pul almadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid5 ifadəsində halhazırda təqaüddə olduğunu, əvvəllər polis orqanlarında müxtəlif vəzifələrdə çalışdığını, xidməti vəzifəsi ilə əlaqədar olaraq tez-tez Sumqayıt şəhərinə gəldiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs dost kimi tanımış, barəsində heç vaxt pis nəsə eşitməmişdir. 2023-cü il tarixdə Əhəd adında bir şəxs ona yaxınlaşıb anasını ya da analığını həbsxanadan qurtarmaq məqsədilə apellyasiya şikayətinin yazılması üçün yaxşı bir vəkil axtardığını demiş, o da Mirqəribin yaxşı vəkil tanışları olduğunu bildirmişdir. Daha sonra Mirqərib və Əhəd özləri görüşmüş, aralarında nə baş verdiyi barədə onun heç bir məlumatı olmamışdır. Onun bildiyinə görə Əhədgil Mirqəribə bu məsələ ilə bağlı pul vermiş, sonradan Mirqərib o pulu həmin şəxslərə geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid7 ifadəsində bildirmişdir ki, onun anası tutulmuş, ögey qardaşı əli hər yana çatan bir vəkil olduğunu və onun bu işləri yoluna qoya biləcəyini demişdir. Onlar sonradan telefon danışığı edərək Mirqəriblə görüşmüş, təqsirləndirilən şəxs əvvəlcə sənədlərə baxmaq istəmiş, daha sonra sənədlərə uyğun cavab verəcəyini bildirmişdir. Bir neçə gündən sonra təqsirləndirilən şəxs onları Sumqayıt şəhərinə dəvət etmiş və 110.000 manat məbləğində pul istədiklərini, lakin prosesi başlamaq üçün 50.000 manat məbləğində pul vermələrini, sonrası barədə məlumat verəcəyini demişdir. Buna görə də onun xalası Yeganə 50.000 manat məbləğində pulu notarial qaydada Mirqəribə vermişdir. Anasının birinci məhkəmə prosesi başlamış, ikinci məhkəmə prosesində isə Mirqərib hakimə 30.000 manat pul verməli olduğunu, narahat olmamalarını, işləri yoluna qoyacağını bildirmişdir. O, həmin vaxt işdə olduğu üçün gedə bilməmiş, xalası Yeganə ilə əlaqə saxlayıb görüşmüş, daha sonra pulu aparıb Mirqəribə vermişdirlər. Lakin bu dəfə pul notarial qaydada verilməmişdir. Anasının məhkəməsindən sonra hökm qanuni qüvvəyə minmiş, Mirqərib onlara vəd verdiyi heç bir sözünü tutmamış, o, bundan sonra təqsirləndirilən şəxsə zəng etsə də, Mirqərib zənglərə cavab verməmiş, sonradan təqsirləndirilən şəxs özü dəfələrlə zəng edib ona qarşı müxtəlif hədə-qorxu gəlməyə başlamışdır. Mirqərib daha sonra “Lexus” markalı avtomobilini onun qardaşına vermiş, sonradan isə 8.000 manat məbləğində pul da geri qaytarılmışdır. Həmin pulun 6.000 manat məbləğini Mirqərib ofisində vermiş, geri qalanını isə onun kartına göndərmişdir. Şahid7 dövlət ittihamçısının suallarına cavab olaraq anasının həmin problemlər olan vaxtı da, indi də həbsdə olduğunu bildirmişdir. Mirqərib onun yanında müəyyən insanların adını çəkmişdir, hansı ki o, hal-hazırda həmin şəxslərin adlarını çəkməyə ehtiyat edir. Mirqərib həmin şəxslərin adını çəkərək onu arxayın etdiyi üçün təqsirləndirilən şəxsə inanmışdır. Şahid7 müdafiəçinin suallarına cavab olaraq ögey qardaşının yaxın bir dostunun atası ilə Mirqəribin çox yaxın dost olduğunu, onların vasitəsilə tanış olduqlarını, lakin həmin şəxsin adını xatırlamadığını bildirmişdir. Onun Sumqayıt şəhərindən ev almaq kimi niyyəti olmamış və Bakı şəhərində yaşamışdır. Xalasının bu işlərdən xəbəri olmuş, pul verilməmişdən əvvəl xalası Sumqayıt şəhərindən heç bir əraziyə, obyektə baxmamışdır. O, pulun verilməsində iştirak etdiyini, əvvəlcə 42.000 manat, 1 həftə sonra isə 8.000 manat məbləğində pulun verildiyini bildirmişdir. Onlar ehtiyat tədbiri görmək məqsədi ilə pulu notarial qaydada vermişdirlər. Əvvəlcə o, Mirqəqriblə təklikdə olan zaman pulun notarial qaydada verilməsini təklif etmiş, lakin sonradan xalasının yanında isə təqsirləndirilən şəsx özü təklif edərək onun demək istədiyi fikri qabaqlamışdır. Təqsirləndirilən şəxs 30.000 manat məbləğində pulu geri qaytarmış, lakin 50.000 manat məbləğində pulu geri ödəməmişdir. Mirqərib 30.000 manat məbləğində olan pulun əvəzinə “Lexus” markalı avtomobilini və 8.000 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs 8.000 manatı geri qaytaranda onun dilindən yazılı iltizam almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid8 ifadəsində Yeganə xanımın bacısı Tamilla xanımgilin evində uzun illər boyunca işlədiyini, bir gün Yeganə xanımla birlikdə Mirqəribə pul vermək üçün getdiklərini bildirmişdir. Mirqərib gəlib onların olduğu maşına əyləşmiş və Yeganə xanım maşında 30.000 (otuz min) manat məbləğində pulu sayaraq hal-hazırda həbsdə olan Tamilla xanımın məhkəməsində yaxşı nəticə əldə etmək məqsədilə Mirqəribə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid9 ifadəsində 20 yaşından bəri Mirqəribi tanıdığını, Sumqayıt şəhərində olarkən Mirqərib ona zəng edərək yas mərasimi ilə bağlı Cəlilabadda olduğunu, bir neçə nəfərlə pul problemlərinin yarandığını bildirmiş və ondan həmin şəxslərlə görüşməsini xahiş etmişdir. O, əvvəldən tanımadığı 3 nəfər kişi və 1 nəfər qadınla “Sülh” plazada görüşmüş, həmin şəxslərə Mirqəribin hal-hazırda Cəlilabadda olduğunu, geri döndüyü zaman həmin şəxslərlə görüşəcəyini demiş və onlarla razılaşaraq getmişdir. O, Mirqəribin həmin şəxslərə 50 000 (əlli min) manat məbləğində borcunun olduğunu və həmin borcu ödəmək üçün təqsirləndirilən şəxsin özünə məxsus “Lexus” markalı avtomobilini onlara verdiyini və hələ də borcunun qaldığını bildirmişdir. Daha sonra Mirqərib onun yanında Tahir adlı şəxsə pul vermiş, eşitdiyinə görə həmin şəxslər “Lexus” markalı avtomobili öz adlarına keçirərək satmışdırlar. Bildiyinə görə Mirqərib həmin şəxslərin tanışının həbsxanadan çıxarılması ilə bağlı məsləni həll etmək üçün onlardan pul almışdır. O, hadisənin geri qalan hissəsindən xəbəri olmadığını bildirmişdir. Şahid9 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 20-30 ildir ki, tanıyır. Aralarında yaxşı münasibət olmuşdur. 2024-cii ilin mart ayında xəbər tutmuşdur ki, Təqsirləndirilən şəxs həbs olmuşdur. Təxminən bir il yarım bundan öncə Mirqərib ona zəng edərək Cəlilabad rayonunda olduğunu, Sülh plazada bir neçə nəfər şəxslə görüşməyini xahiş etmişdir. Mirqərib həmin şəxslərdən vaxt istəməyini ona bildirmişdir. Daha sonra o, Sülh plazaya getmiş və orada bir nəfər qadını və 3-4 nəfər kişi cinsli şəxslərin olduğunu görmüşdür. Həmin şəxsləri daha öncə tanımadığını, onlarla görüşüb Mirqəribin vaxt istədiyini bildirdiyini, həmin şəxslər bu zaman həbsdə olan tanışlarını azad etdirilməsi üçün Mirqəribə pul verdiklərini ancaq işin həll olmadığını dediklərini, o isə həmin şəxslərdən xahiş etmişdir ki, biraz vaxt versinlər və Mirqərib götürdüyü pulu geri qaytaracaq, bir müddət ümumi söhbət etmişlər və həmin şəxslər getmişlər. Mirqəribin aldığı pulu Ələkbərə verməsi barədə ona heç bir şey demədiyini, onun Ələkbərlə bu barədə heç bir söhbəti olmadığını və heç kimə pul qaytarması üçün vaxt vermədiyini, Mirqəribin Tahirlə danışığında onun barəsində belə bir ifadələr işlətməsi barədə heç birşey deyə bilməyəcəyini, konkret məbləğ barədə məlumatı olmadığını, ancaq bildiyi qədərilə Mirqəribin pula görə Lexus markalı avtomobilini və hansısa məbləğdə pulu nəğd qaytardığını bildirmişdir. Sülh Plazada olan görüşdən sonra Şahid7 onunla əlaqə saxlayaraq Mirqəribin pulu vermədiyini demiş, o isə hadisədən məlumatının olmadığını, ancaq vaxt vermələri üçün xahiş etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid11 ifadəsində əmlakçı kimi fəaliyyət göstərdiyini, qeyd olunan ərazini Zərərçəkmiş şəxs1 özünün göstərdiyini, təqsirləndirilən şəxs onun vəfat etmiş ərinin tanışı olduğunu bildirmişdir. Əri ona Mirqəribdə satılıq torpaq sahəsi olduğunu demiş, o da Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsi barədə məlumat vermiş və Turalı aparıb həmin torpaq sahəsini göstərmişdir. Tural oranı bəyənsə də qiymət barədə razılığa gələ bilməmişdirlər. Bu hadisədən 1 il sonra Zərərçəkmiş şəxs1 zəng edərək həmin torpaq sahəsinin satılıb-satılmadığını soruşmuş, o da öyrənmək üçün Şahid2lə əlaqə saxlamışdır. Şahid2 təqsirləndirilən şəxslə birlikdə bələdiyyədə olduqlarını, halallaşdıqlarını bildirmişdir. O, daha sonra Mirqəriblə əlaqə saxlamış, təqsirləndirilən şəxs ona torpaq sahəsinin hələ də satılmadığını, sənədləşmə işlərinin getdiyini, lakin qiymətin dəyişdiyini demişdir. O, Turala zəng edib bu barədə məlumat vermiş, Tural ondan qiyməti soruşduqda isə hal-hazırda dəqiq qiymət xatırlamasa da, torpaq sahəsinin 2 000 000 (iki milyon) və ya 3 000 000 (üç milyon) manat olduğunu bildirmiş, Tural isə bu qiymətin baha olduğunu demişdir. Daha sonra isə Tural və Mirqərib öz aralarında bu barədə danışmışdırlar. O, özünün bu işdə əmlakçı rolu oynadığını, torpaq sahəsinin satılacağı təqdirdə özünə 150 000 (yüz əlli min) manat məbləğində pul çatacağını bildirmişdir. Mirqərib ona zəhmət haqqının çatacağını və Turalla öz işini görəcəyini demişdir. Təxminən yanvar, fevral ayında sənədlərin hazır olduğu deyilmiş, təqsirləndirilən şəxs onu bu məsələdən kənarlaşdırdıqlarını, artıq torpaq sahəsinin başqa sahibi olduğunu bildirmişdir. O, Mirqəribə razılaşmanın belə olmadığını bildirdikdə təqsirləndirilən şəxs ona zəhmət haqqının çatacağını demişdir. Daha sonra o, həmin sahədə təqsirləndirilən şəxs və fəhlələri tərəfindən hasar çəkildiyini öyrənmiş və bundan sonra Mirqəriblə aralarında mübahisə yaranmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Şahid12 ifadəsində Zərərçəkmiş şəxs1 aid epizodla bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs heç bir dələduzluq etməmiş, Tural özü əvvəlcədən Mirqəribin həmin torpağa aid heç bir sənədi olmadığını bilmişdir. O, Mirqəribin oğlunun vəkili olmuş və Sumqayıt Apellyasiya Məhkəməsində bəraət qazanmışdır. Mirqərib ona bir torpaq sahəsinin sənədləşməsinin özündən asılı olduğunu və bununla bağlı bir nəfərlə razılaşdığını, həmin şəxsin pul verəcəyini bildirmiş, həmin şəxsin kim olduğunu soruşduqda, Mirqərib həmin şəxsin Zərərçəkmiş şəxs1 olduğunu qeyd etmişdir. O, bir neçə işdə Turalın vəkili olduğu üçün onu da tanımış, hər ikisini öz otağına dəvət etmiş və Mirqəriblə Tural arasında müqavilə bağlanmışdır. O, Turalın əvvəlcədən torpağın sənədləri olmadığını bildiyini, həmin torpaq sahəsinin təxminən 1.200.000 manat dəyərində olduğunu, razılaşmaya əsasən Turalın həmin məbləğin bir qismini nağd şəkildə, qalan hissəsini isə daşınmaz əmlakla verəcəyini bildirmişdir. Əvvəllər təqsirləndirilən şəxslə teztez görüşmək mümkün olmamış, sonradan görüşdükdə isə Mirqərib Turalın pulu vermək istəmədiyini və onun tərəfindən aldadıldığını demişdir. Tural 220.000 manat pulu vermiş, lakin ona çatmalı olan qalan məbləği ödəməmişdir. Mirqərib ona bu işdə olduğu üçün qalan pulun ödənilməsi ilə bağlı Turalla danışmasını demiş, o isə cavabında məsələni özlərinin həll etməsini bildirmişdir. Mirqərib sonradan ona müraciət edərək, şikayət ərizəsi yazmasını istəmiş, o da yazmayacağını, ümumiyyətlə Mirqəribə şikayət ərizəsi yazmağı məsləhət görmədiyini bildirmişdir. Lakin təqsirləndirilən şəxs onun sözünü dinləməyərək başqa bir vəkilə ərizə yazdırmış, problemli hadisələr də bundan sonra baş vermişdir. Sonradan Mirqərib ona Ələkbərlə iş görmək istədiklərini, böyük bina tikəcəklərini, lazım olsa, onu da həmin yerin hüquqşünası təyin edəcəklərini və s. demiş, o da Mirqəribə təyin olunduğu direktorluqdan çıxamsını, əks halda başının ağrıyacağını bildirmişdir. Təqsirləndirilən şəxs bu məsələdə onun sözünə qulaq asmış və həmin vəzifədən azad olunması ilə bağlı ondan hüquqi məsləhətlər almışdır. Paşa adlı bir nəfərdə Mirqəribin 80.000 manat məbləğində pulu qalmış, çoxsaylı şikayət ərizələri yazılmış, sonradan isə təqsirləndirilən şəxsin Paşadan 80.000 manat aldığı ona məlum olmuşdur. Lakin bu barədə Mirqərib əvvəlcədən heç nə demədiyi üçün o, şikayət ərizəsi yazmamışdır. Şahid12 verilmiş suallara cavab olaraq 220.000 manat məbləğində pul alınan zaman orada olmadığını, Mirqəribin dələduzluq etmədiyini və Turalı aldatmaq fikri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs bu məsələlərlə bağlı olaraq ondan hüquqi məsləhətlər almış, baş verən hadisələrdən sonra Mirqəriblə bir müddət əlaqə saxlamamış, təqsirləndirilən şəxsə Zərərçəkmiş şəxs1 ziyan gəlməyəcəyini demişdir. Onda olan məlumata əsasən həmin torpaq sahəsi Mirqəribin istifadəsinə verilmiş, sonradan əmlakkomitəsinin pulu ödəniləcəyi halda torpaq sahəsinin təqsirləndirilən şəxsin mülkiyyətinə keçəcəyini bildirmişdir. Şahid6 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Yahya oğlunu təxminən 2 ildir ki, Sumqayıt şəhər sakini kimi tanıyır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini kimi vətəndaşların qəbulu zamanı Təqsirləndirilən şəxs qəbul etmiş, ancaq hazırda hansı məsələ ilə bağlı onun qəbulunda olduğunu xatırlamır. Şahid7 adlı şəxsi ümumiyyətlə tanımır. Mirqəribin nə barədə söhbət etdiyindən məlumatı yoxdur. Təqsirləndirilən şəxsla aralarında sonuncunun göstərdiyi qaydada söhbət olmadığını qeyd etmiş, ola bilsin Mirqərib onun adını çəkərək qarşısındakı şəxsi nəyəsə inandırmağa çalışmışdır. Şahid10 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cii ildə tanımış, söhbət əsnasında sonuncu ona 9-cu mikrorayon, 20 nömrəli məktəbin yaxınlığında 1 hektar torpaq sahəsinin olduğunu və satmaq istədiyini demiş, o isə müştəri olarsa, məlumat verəcəyini demişdir. Şahid1 Quba rayonunda qonşu kimi tanıyır, sonuncu ilə söhbət edən zaman Tural adlı dostunun bina tikmək üçün Sumqayıt şəhərində torpaq axtardığını demiş, o isə Mirqərib adlı şəxsin satdığını demişdir. Bundan sonra Mirqərib Şührət, Tural və o Sumqayıt şəhərində görüşmüşlər. Mirqərib torpaq sahəsini Turala göstərmiş. Tural bəyənmiş, Mirqərib həmin yerin özünə məxsus olduğunu və 1.500.000 manata satacağını demiş, Tural da razılaşmışdır. İlkin sənədləşmə üçün Tural, 2024-cii ilin yanvar ayında 120.000 ABŞ dolları, yəni 204.000 manat pulu Mirqəribə vermiş, sonuncu qalan pulu torpağı Turalın adına keçirəndən sonra alacağını demişdir. Bundan sonra Mirqərib makler pulu kimi ona 40.000 manat vermiş, bir müddət sonra həmin torpağın Mirqəribə heç bir aidiyyatının olmadığını bilmişdir. Tural və Mirqəribin mübahisələrini görən zaman o, Turalın 40.000 manatını qaytarmış, daha sonra Mirqəribin barəsində cinayət işinin başlandığını və həbs olduğunu bilmişdir. Şahid10 həmçini ifadəsində Mirqəribin ona həmin torpaq sahəsinin özünə məxsus olduğunu və Turalın adına keçirəcəyini dediyini bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs həbsdə olan bacısı Tamilla Əliyevanı azadlığa çıxarmaq adı ilə aldadaraq 80.000 (səksən min) manat məbləğində pulu ələ keçirib onu aldadaraq dələduzluq etməsi barədə ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri, 9-cu mkr/n, 22 saylı tam orta məktəbin yaxınlığında yerləşən 37 sot torpaq sahəsinin sənədləşmə işlərinin aparılması üçün Təqsirləndirilən şəxs 120.000 (yüz iyirmi min) ABŞ dollarını ələ keçirib onu aldadaraq dələduzluq etməsi barədə ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, 9-cu mkr/n, 22 saylı tam orta məktəbin yaxınlığında yerləşən 37 sot torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün Təqsirləndirilən şəxs 56.000 (əlli altı min) manat məbləğində pulu ələ keçirib onu aldadaraq dələduzluq etməsi barədə ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Şahid2 tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, 24 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Ədalət Piriyevin iştirakı ilə Şahid2 30.000 manat məbləğində pul vermiş, həmin tarixdən əvvəl 34.000 manat məbləğində pul verilmiş, 136.000 manat məbləğində pul isə ödənilməmişdir. Həmin qəbz Şahid2, Ədalət Piriyev və Təqsirləndirilən şəxs öz imzaları ilə təsdiqlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən notarial təsdiqli xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrdən görünür ki, Zərərçəkmiş şəxs3 müvafiq olaraq 42.000 (qırx iki min) manat və 8.000 (səkkiz min) manat məbləğində pulu Təqsirləndirilən şəxs borc vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 21 may 2024-cü il tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid7 təqdim etdiyi diskə baxış keçirilən zaman səs yazısı və video görüntü aşkar olunmuşdur. Səs yazısında Təqsirləndirilən şəxs Şahid7la danışığı əks olunmuş, həmin danışıqda 1 nömrə ilə Şahid7 səsi, 2 nömrə ilə isə Təqsirləndirilən şəxs səsi şərti işarələrlə işarələnmişdir.
1. adam qalır belə çox piz vəziyyətdə, ikiniz də ordaydız, oturmuşduz da yanbayan və mən sənə sual verdim
2. mən onu satmaq istəmədim
1. a nətər satmaq, burda satmaq deyile, burda insan taleyi həll olunur, burda camaatı bəlaya salır 2.o məni aldatdı ki, bes belə getdik Məştağada, X11 Məhkəmənin sədrinin qardaşı ilə görüşdük, belə şeylər elə bir məni reallığa gətirdi ki, bu belədi. Mənim öz adamım var idi, mən çaşdım onun sözünə, gəldi də o, adamı tanıyıram, Ramiz Mehdiyev deyirem e o, Ali Məhkəmənin sədri onunla görüşdük elədik, pulu saydım verdim, dedim insan taleyidi də baxın ehtiyatlı olun burda səhv buraxmaq olmaz, apellyasiyadan mənə dedilər qoy məhkəmə qalsın, çünki burda söz söhbət olur, görüşmüşük orda da görüşmüşük. Amma pul bundadı, pul bundadı 1 nun adı nədi?
2. Ələkbər
1. O, sənin müdirindir, sən onun müdirisən? Mən baş açmıram.
2. yox o, təsisçi idi, mən direktor idim, o, məndən üstündü, amma yer Şahid6di. Birinci dəfə də məni əsəbiləşdirdi, yadındadı mən hüzürdə idim, dedi bu nə məsələdi, mən ona demişdim ki, camaata cavab ver, məni üz-göz eləmə, özün açıqla, telefonda qayıdıb deyir ki, nə məsələdi, sənlə sərt danışdımee, həmin söhbətdi. Həqiqət budur, Allaha and olsun belədir, vermişəm deyirəm ki, pulu qaytar
1. sən ona o, pulu vermişdin, yanında iş görməyə, ya nəsə
2. yox ey elə məhkəməyə görə, bilirsən nə dilinə dil çatdırmalıdı, bilirsən mənə nə deyir, Tələtin yanında, Tələt də vaxt qoyub ona ki, pulu qaytar. Deyir ki, mən sənə demişdim ki, camaata at mənə pul gətir? dedim ə sən nə qırmızı adamsan, mən camaata atmışam? Belə hər nədi mən bunu gətirmişəm ki, işi həll elə, mən neçə dəfə süfrə arxasında demişəm ki, bu qan pulu, bu türmə puludu, buna görə adamı doğrayarlar, bax bu pulu qaytar, nə qədər gec deyil, birdən ali məhkəməni dedilər istəmirik bu pul qayıtmalıdı, Tələtin yanında mənə deyir ki, mən demişdim ki, camaata at pul gətir mənə ver? Bilirsən ağılnan hərəkət etmək lazımdı ki, hirsli başda ağıl olmur, ikimizidə basacaqlar içəri, belə vəziyyət budu brat, mən ona deyirəm ki, armaturu ver də, armaturu nisyə götürməmisən? Qardaşınındı da ver istəyən də var, uje öz qiymətinə istəyən var, nə yardan doyur, nə şeydən doyur. Deyir hə verirəm qardaşıma deyim, ha ha ha heçnə. Bilirsən belə manevrələr edir də.
1. indi qulaq as mənə e mən indi gəlsəm Suqmayıta gedək oturaq bunu da çağıraq gəlsin otursun söhbəti edək, sən onun üzünə denən, oturaq söhbətimizi edək ki, nə məsələdi,
2. o bu gün Binədədi, mən Akifi çağırmışam. Akif gəlsin görüşək, Akifin yanından da sənə zəng edəcəm, birinci gün hardasa görüşə bilərik, qoy görək bəlkə elə pul çıxartdı ortaya, ona vaxt qoyub, Tələt vaxt qoyub ki, pulu çıxart ortaya, mən də gəldim, ərizəmi yazmışam ki, işdən məni azad elə, o, çox başqa işlər də görüb, belə ki, ev hələ təməli qoyulmamış, ev satıb 35-37 dənə, peçat möhür də onda mənə vermir, deyir sənə etibar etmirəm, hansı ki, məndə olmalıdı peçat, indi pul sahibləri gəlir ki, pulu qaytar, mən tez bunu burdan qırım, armaturdan zaddan görüm hardan verir, indi Akifnən də görüşəndən sənə deyəcəm.
1. sən o, həcinin nömrəsini bir dənə ver 2.yox tələsmə, səbirli ol, çünki ortada Tələt ağsaqqalıq edir, pozular e, söhbət pozular, qoy qurtaraq onla, indi mən ondan bir dənə qəbz alacam, çünki bütün olaylara özün cavabdehsən, səhər kimsə şikayət edəndən mən məsuliyət daşımayım, deyib hə yazacam, qoy Akif gəlsin, səbirli ol, iş pozular, Tələt onu necə lazımdı sıxıb, mən ona axırıncı sözümü dedim, dedim ki, Tahir gələcək deyəcəm ki, pul bundadı, gah boğazın tutur, gah başın tutur, mən iş görürdüm də, məni kişi bilib kimisə mənim üstümə göndərdi. Mən nə bilim bu şərəfsizdi? Özdə mənnən bir süfrədə oturan adamdı, bir dənə də dostumuz var Mirzə 150.000 də ona atıb, mən Akifə demişəm ki, mənim vəziyyətim yaxşı deyil, elə olsun ki, burda qan düşməsin, Akif indi onu başa salacaq ki, tez seyidlə qurtar, səninlə də danışdıracam Akifi, qoy bir dəqiqə adboy vermə də doğrudan burda calaşdıra bilmərəm e, şeydi votsappda calaşdıra bilmirəm.
1. nöş calaşdıra bilmirsən ki,
2. bilər eşidər, biraz küsər edər, ona görə 1.nöş küsür ee burda day küsməli, uje yeri yoxdue, burda açıq söhbət gedir, bu həqiqət onsuz da üzə çıxmalıdı da
2. mən indi Akif müəllimnən görüşüm sənlə danışdıracaq, gün ərzində o, gələcək bəlkədə gəlib, qoy görüm saat neçədə gələcək,
1. sənnən səs-soraq çıxmır, nigaran qoyursan məni qalmışam belə
2. dayan səsini çıxartma qoy uşağın telefonu ilə zəng edim, səsini çıxartma Diskdə olan video görüntüdə Şahid7 armaturları göstərib “aramaturlar budu, armaturların üzərində bax belə bir yazı olduğunu, müxtəlif ölçülərdə olduğunu, armaturların “X12”-ə məxsusdur” deyilir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 15 iyun 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 16 iyun 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 17 iyun 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 iyun 2024-cü il tarixli, 9/3664/2024 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən təyinatı üzrə yararlı vəziyyətdə 2006-cı il buraxılışlı «Lexus LX470 minik» markalı avtomobilin 2022 və 2023-cü illər üzrə orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: - 2022-ci il üzrə - 37000 manat; - 2023-cü il üzrə - 35000 manat. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Sumqayıt şəhər məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus Lexus LX 470 markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin və ünvan 3 üzərində olan ½ hissədə mülkiyyət payının üzərinə həbs qoyulmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 18 saylı mənzil kommunal sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs barəsində 18 saylı mənzil kommunal sahəsinə yazılı və şifahi heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Miryəhya oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2, 311.3.3, 308.2, 313-cü maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin cəza 02 il şərti sınaq müddəti ilə əvəz edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasını tamamilə çəkib qurtarmışdır. Hazırda Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsindən alınmış sorğuya cavabdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən 02 il müddətə rəsmi kommersiya fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzası 02 il sınaq müddəti ilə müəyyən edilməklə şərti hesab edilmiş Təqsirləndirilən şəxs Miryəhya oğlu hökmlə təyin olunmuş əsas və əlavə cəzaları çəkib qurtardığı üçün barəsində olan şəxsi iş xx.xx.2015-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə — Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etməməsi, əksinə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid6 ona qarşı dələduzluq edərək əmlak ziyanı vurması, özünün zərər çəkmiş şəxs olmasə barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Odur ki, qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla təsnifata görə müvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda-təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Məhkəmə cinayət qanunvericiliyinin həmin maddələrini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsiləndirilən şəxsin məhkəməyədək icraat dövründə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ziyanın ödənilməsi məqsədilə verdiyi 2006-cı il buraxılışlı «Lexus LX470 minik» markalı nəqliyyat vasitəsinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə 2023-cü il üçün orta bazar qiyməti 35.000 manat müəyyən edilir. İş üzrə zərər çəkmiş şəxs Tura Hüseynov məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, həmçinin, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs verdiyi 204.000 manat məbləğində pulun Məhəmməd Fəəcova verilən 40.000 manatını və Şahid2 verilən 64.000 manatını özünə ödənilmiş kimi qəbul etməklə, bu barədə heç bir iddia və tələbinin olmadığını bildirmiş, qalan 100.000 manat hissənin ödənilməsi üçün isə mülki iddia vermişdir. Məhkəmə zərər çəkmiş şəxsin mövqeyini nəzərə alaraq belə hesab edir ki, Zərərçəkmiş şəxs1 vurulan ziyan kimi təqsirləndirilən şəxsə verilən ittihamdan 104.000 manat hissə qismən ödənilmiş kimi qəbul edilməklə cəza təyini zamanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona dəymiş maddi ziyanın əvəzi olaraq 100.000 (yüz min) manat, mənəvi ziyana görə 5.000 (beş min) manat və 499 (dörd yüz doxsan doqquz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 105.499 (yüz beş min dörd yüz doxsan doqquz) manat məbləğində pul vəsaitinin hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutulması barədə ərizə vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərər çəkmiş şəxs (mülki iddiaçı) qanunun tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və vurulmuş maddi və mənəvi ziyana görə təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi və mənəvi ziyan qismində cəmi 105.499 (yüz beş min dörd yüz doxsan doqquz) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı məsələləri müzakirə edərək və mövcud sübutların məcmusu əsasında hesab edir ki, mülki iddia qismən təmin edilməli, maddi ziyan qismində 100.000 (yüz min) manat məbləğində mülki iddia və 499 (dörd yüz doxsan doqquz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 100.499 (yüz min dörd yüz doxsan doqquz) manat məbləğində təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2015-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-188, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 08 mart 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 100.000 manat (yüz min) manat məbləğində mülki iddia və 499 (dörd yüz doxsan doqquz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 100.499 (yüz min dörd yüz doxsan doqquz) manat məbləğində pul tutularaq zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.