Məhkəmə qərarları › İş №1(124)-119/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-119/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-119/2023 07.07.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin nümayəndəsi - “Şimal” vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu Kültəpə kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi ev 9 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Üzümçü küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə hal hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4, 150.1, 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zor tətbiq etməklə və onu öldürməklə hədələməklə zorlamış, zor tətbiq etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, habelə qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs 18 sentyabr 2021-ci il tarixdə “Rent A Car” 211” MMC ilə bağlanmış icarə müqaviləsi əsasında idarə etdiyi “Hyundai Sonata minik” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 20 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesi ilə hərəkətdə olarkən Xırdalan şəhər qəbiristanlığının yanından keçib yaşadığı evə getmək istəyərkən ərazidə olan sahibsiz itlərin olması səbəbindən hərəkətini dayandırıb gözləyən 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs tək olduğunu görüb idarə etdiyi nəqliyyat vasitəsini onun yanına sürüb saxlamış, Zərərçəkmiş şəxs itlərdən qorxub dayandığını başa düşüb, onu nəqliyyat vasitəsilə ərazidən keçirə biləcəyini təklif etmiş, sonuncunun təkrarən həmin təklifi rədd etməsindən sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olub havanın qaranlıq olmasından və ətrafda heç kimin olmamasından istifadə edib, zərərçəkmiş şəxsi nəqliyyat vasitəsinə mindirib öz cinsi ehtirasını zor tərtbiq etməklə həyata keçirmək qərarəna gəlmiş, bu məqsədlə əlini nəqliyyat vasitəsinin sükanına vuraraq “sənə demirəm gəl otur” deyərək öz cinayətkar niyyətinin icrasına başlayıb, avtomobildən düşüb Zərərçəkmiş şəxs başından tutaraq avtomobilin arxa oturacağına itələməkdən ibarət zor tətbiq etmiş, həmin vaxt qapını örtərkən sonuncunun sağ ayağı qapının arasında qalaraq sağ bazunun qançırı xəsarəti almış, sonuncunun sağ ayağında olan ayaqqabı isə nəqliyyat vasitsəinin qapısının arasında qalması nəticəsində yaranmış fiziki qüvvənin təsirindən sökülərək qopmuş, Zərərçəkmiş şəxs onun zorakı hərəkətlərinə etiraz etməsinə baxmayaraq “kəs səsini, mən sənə kömək edirəm, bunun qarşılığın verməlisən” deyib nəqliyyat vasitəsinin qapılarını mərkəzi kiliddən bağlayıb qəbiristanlığın ərazisinə sürüb, yolda “bura qəbiristanlıqdır, yaxşı qız burada durmaz, sənin kimilərin mən çox görmüşəm” deyib yüngül həyat tərzi keçirtməkdə ittiham edərək şəxsiyyətini aşağılayan ifadələr işlətməklə onu təhqir etmiş, zərər çəkmiş şəxsin getdikləri istiqamətin onun evinin yolu olmaması, onu düşürməsi üçün etdiyi yalvarışlara məhəl qoymayaraq qəbirstanlığın içərisində irəliyə yolun olmadığı yerdə nəqliyyat vasitəsini saxlayıb zərər çəkmiş şəxsə qabağa keçib cinsi ehtirasını təmin etmək üçün ona “kömək etməsi”ni, əks təqdirdə onu buraxmayacağını bildirib, cinsi ehtirasını ödəmək üçün öz cinsi orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna yeritmək məqsədilə onu qabaq oturacağa otuzdurmaq niyyəti ilə avtomobili saxladıqda sonuncu ona qarşı yönələn zorakı əməllərdən yaxa qurtarmaq üçün nəqliyyat vasitəsindən düşüb qaçmaq məqsədilə onunla razılaşdığını bildirdikdən sonra onun arxa oturacaqdan düşüb ön oturacağa keçməsi üçün nəqliyyat vasitəsinin qapılarını mərkəzi kiliddən açmış, bu zaman zərər çəkən maşından düşərək qəbiristanlığın içərisinə doğru qaçmış, əlində olan telefonla “whatsapp” proqramı vasitəsilə bacısı Şahid2 zəng vuraraq telefonu cibinə qoymuş, Təqsirləndirilən şəxs öz niyyətinə çatmaq üçün onun arxasınca qaçaraq, saçından tutaraq nalayiq ifadələrlə təhqir edib yenidən nəqliyyat vasitəsinin sağ arxa qapısından içəri itələyib özü də onun yanında əyləşərək ondan “canını qurtara bilməyəcəyini” deyib zərəçəkmiş şəxsin iradəsini zor tətbiq etməklə qırmaq üçün onun saçını yolmuş, üz və baş nahiyələrinə sillə ilə vurmuş, olduqları yerin kimsəsiz yer olduğunun, onun iradəsinə uyğun hərəkət etməyəcəyi təqdirdə onu öldürüb qəbiristanlığa atacağını və meyitini heç kimin tapmayacağını bəyan edib öldürməklə hədələyib psixi təsir göstərərək onun iradəsini qırmağa nail olub sol əli ilə belini qucaqlayıb, sağ əli ilə saçını, boynunu sığallayıb, üz, boyun və boğazından öpüb sağ əlini sinəsinə salıb döşlərinə toxunmuş, təxminən 10-12 dəqiqə müddətində seksual xarakterli zorakılıq hərəkətlərini edib, həmin hərəkətləri davam etdirərək Zərərçəkmiş şəxs boğazından sıxaraq boğmuş, əlini boğazından çəkdikdən sonra zərərçəkmiş şəxsin əynindəki şalvarın ön hissəsini açıb aşağı çəkməyə çalışmış, onun yalvarışlarına, qışqırmasına və ağlamasına məhəl qoymayaraq yenidən nalayiq ifadələrlə təhqir edib istədiyi formada dayanmağı tələb edib şalvarını aşağı çəkib üzü üstə çevirmiş, başından vurub çiyinlərindən aşağı basmqla fiziki zor tətbiq etməklə müqavimətini bir daha qırıb onu halsız və müqavimət göstərə bilməyəcək vəziyyətə gətirdikdən sonra başını nəqliyyat vasitəsinin arxa sol qapısına dirəyib özünə uyğun vəziyyətə gətirdikən sonra zərərçəkmiş şəxsin şalvarını biraz da aşağı çəkib alt paltarını dizinə qədər endirib fiziki zor tətbiq etməklə müqavimətini bir daha qırıb onu halsız və müqavimət göstərə bilməyəcək vəziyyətə gətirdikdən sonra Zərərçəkmiş şəxs arxa sağrı nahiyəsini özünə tərəf çevirib şalvarını və alt geyimini dizinə qədər aşağı salıb öz gərginləşmiş cinsi orqanını zərərçəkmişin anus dəliyinə zorla yeridərək qeyri-təbii yolla cinsi ehtirasını ödəməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan bir müddət, yəni təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs vahid niyyətlə, yəni öz cinsi ehtirasını təmin etmək üçün avtomobilin salonunda Zərərçəkmiş şəxs sinəsindən itələyib onu arxası üstə oturacağa uzadıb müqavimət göstərə və qalxa bilməməsi üçün sinəsindən basaraq sol çiynindən bir dəfə yumruqla möhkəm zərbə vurmaqla bir daha onun müqavimətini qırıb özü üçün zərərsiz hala gətirmiş, həm özünün, həm də onun şalvarını və alt geyimini aşağı çəkərək özü onun üzərinə doğru yıxılıb gərginləşmiş cinsi orqanını onun uşaqlıq yoluna daxil edib zərərçəkmişə qarşı zor tətbiq etməklə dərəcəsinə görə sağlamlığa zərər vurmayan “sol budunda, sağ bazusunda qançır və boyunun sağ yan səthində, sağ çiyin qurşağında sıyrıqlar” kimi xəsarətlər yetirməklə, habelə onu öldürməklə hədələməklə zorlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi ilə 2,950 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan heroini əldə edərək icarə əsasında idarə etdiyi “Hyundai Sonata” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 21 sentyabr 2021-ci il tarixdə saat 00 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsində saxlanılaraq rayon polis idarəsinə gətirildikdən sonra həmin avtomobilə baxış keçirilən zaman arxa oturacağın alt hissəsindən qeyd olunan 01 ədəd şəffaf polietilen bükümdə, ümumi çəkisi 2,950 qram olan 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda zavod üsulu ilə hazırlanmış, ümumi uzunluğu 220 mm, tiyəsinin uzunluğu 95 mm olan, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən 01 ədəd ov bıçağını qanunsuz əldə edib idarə etdiyi həmin avtomobildə gəzdirmiş, 21 sentyabr 2021-ci il tarixdə 00 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsində saxlanılaraq rayon polis idarəsinə gətirildikdən sonra idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin ön hissəsindən sürətlər qutusunun yanından həmin bıçaq, habelə üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində bildirmişdir ki, 19 sentyabr 2021-ci tarixində qardaşının dostu Əfqan adlı şəxslə birlikdə olmuş, avtomobil ilə Sumqayıt şəhərinə gedib Masazırın dairəsi deyilən yerdən keçərkən Əfqan tanış bir şəxslə görüşəcəyini, 5 dəqiqəyə qayıdacağını demiş, Əfqan avtomobildən düşdükdən sonra o, avtomobili 10 metr arxaya sürmüşdür. Orada olarkən bir nəfər qadın divarın kənarı ilə təlaşlı şəkildə gəldiyini görmüşdür. Bu zaman o, səkidə dayanmış, həmin şəxsi elə vəziyyətdə görüb nə isə lazım olub-olmadığını soruşmuşdur. O, itlərin yanından keçə bilmədiyini söyləmiş, ona itlərin yanından keçməyə kömək etməyi təklif etmiş, o, avtomobilin sağ arxa tərəfinin qapısını açıb avtomobilə əyləşmişdir. Ona hara gedəcəyini soruşmuş, o, isə “Kənd Xırdalan”a gedəcəyini demişdir. O, həmin yeri tanımadığı üçün qadın ona içəri tərəfə getməyi söyləmişdir. Həmin yerlərdə it olmadığını görüb həmin qadından “nə məsələ” olduğunu soruşmuş, “Bilmirəm sən burda niyə durmusan” demiş, həmin qadın isə ona ailəsinin dindar olduğunu demişdir. O, da həmin qadına onu qapılarının girəcəyinə qədər aparacağını söyləmiş, həmin vaxt qadın ona “Saxla, mən burada düşəcəm” demişdir. Avtomobili saxladıqda isə o, qaçıb getmiş, yolu eyni olduğu üçün onun arxasınca avtomobili sürmüş, onun arxasınca isə ağ rəngli “Hyundai” markalı avtomobil gəlmişdir. Daha sonra kəndin içərisindən çıxıb öz yolu ilə getmişdir. Belə ki, Masazır dairəsindən çıxıb Xocasənə, 20 Yanvara, Əcəmiyə, Ayna Sultanovaya və oradan da Mehdiabad qəsəbəsinə getmiş, Mehdiabad qəsəbəsində avtomobilini saxlamışdır. Bu zaman bir nəfər avtomobilin şüşəsini döydüb ona avtomobilin təkərinin buraxdığını söyləmiş, daha sonra avtomobilin qarşısına üç polis əməkdaşı gəlmiş, ilk başda onların polis olduqlarını anlamamışdır. Həmin şəxslərdən biri onun telefonunu əlindən almış, digər isə qollarını qandallayıb avtomobilə salmışdır. Video-çəkililş ilə avtomobildən tərəzi, büküm və bıçaq aşkar edilmiş, lakin bir tək bıçaq ona məxsus olmuşdur. Polis bölməsinə girərkən həmin qadını, yəni Zəminəni ailəsi ilə birlikdə orada görmüşdür. Gecə saat 03 radələrində isə vəkil polis bölməsinə gəlmişdir. O, narkotik vasitə istifadəçisi olmadığını, həmçinin narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq öz avtomobili xarab olduğu üçün hadisədən bir gün əvvəl hadisə günü idarə etdiyi avtomobili icarəyə götürdüyünü, taksi sürücüsü kimi çalışmadığını, Zərərçəkmiş şəxs əvvəllər tanımadığını, Zərərçəkmiş şəxs hadisə günü 19-21 radələrində gördüyünü, onun avtomobilin sağ arxa tərəfində oturduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ona küçədə itlərin olmasını söyləməsinə baxmayaraq orada itlərin olmadığını, ona evinin qapısının girəcəyində düşərəcəyini söylədikdə o qışqıraraq avtomobili saxlamağını deyib düşdüyünü, hadisə günü Zərərçəkmiş şəxs əynində göy rəngdə paltar olduğunu, Zərərçəkmiş şəxs ilə söhbətinin təxminən 10 dəqiqə çəkdiyini bildirmişdir. O, itlərin olmadığını görüb Zəminəyə “Burada it yoxdu, əgər görüşmək məqsədilə yolda dayanmısansa mən istəmirəm” demiş, bu zaman Zəminə ona “Mən qız uşağıyam, atam axunddur” demişdir. Təqsirləndirilən şəxs hadisə günü Zərərçəkmiş şəxs ilə aralarında heç bir fiziki təmas olmadığını, aşkar edilən bıçaqlardan birinin ona məxsus olduğunu, həmin bıçağı həmişə üzərində gəzdirdiyini bildirmişdir. Narkotik vasitə istifadəçisi olmadığını, istifadə etdiyi mobil nömrə ilə narkotik vasitənin alqı-satqısı ilə bağlı danışıq aparmadığını demişdir. Həmçinin hadisədən sonra Zəminənin onun qardaşı ilə danışıqları olmuş, Zəminə onun qardaşından pul istəmişdir. Ailəsi Zəminənin ailəsi ilə görüşmüş, görüşün səbəbi Zəminəgilin nə üçün belə etdiyini müəyyən etmək olmuşdur. Zəminənin ailəsi onun ailəsindən 100.000 manat pul istəmiş, lakin bu pulu vermək üçün səbəb olmadığını dediyini bildirmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin suallarına cavab olaraq kəndin içərisində avtomobili yüksək sürətlə onun üzərinə sürmədiyini, kəndin içərisində olarkən avtomobildən düşmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin nümayəndəsinin suallarına cavab olaraq zərər çəkmiş şəxsin bədənində izlər olub-olmamasına baxmadığını, Zəminənin yaşadığı ev qəbiristanlığın yanında olduğu üçün oraya getdiyini, Zəminənin onun avtomobilimdən düşdükdən sonra ağ avtomobili idarə edən şəxslə danışdığını gördüyünü demişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq 20-30 metr getdikdən sonra arxası ilə avtomobil gəldiyini gördüyünü, həmin avtomobilin qeydiyyat nömrəsini xatırlamadığını, polis əməkdaşları onu tutan zaman qollarını qandalladıqlarını, onu başqa avtomobilə əyləşdirib, onun avtomobilini isə başqa polis əməkdaşının sürdüyünü, axşam saat 11-12 radələrində polis bölməsinə gətirildiyini, üzərində və avtomobilində narkotik vasitə olmadığını, müstəntiqin onu aldadaraq narkotik vasitədən istifadə etdiyini söyləyəcəyi halda Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cərimə olunacağını söylədiyini, ona görə də ibtidai istintaq zamanı narkotik vasitədən istifadə etdiyini və nəqliyyat vasitəsindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiqi edilmiş ibtiadai istintaq zamanı verdiyi ilkin ifadəsində göstərmişdir ki, 19 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində şəxsi işlərini görmək üçün Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “211” rentacardan 50 manat pul müqabilində “Hyundai Sonata” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Həmin avtomobillə ilkin olaraq Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayan dostu Elşəngilə getmiş və həmin gecəni orada qalmış, 20 sentyabr 2021-ci il tarixdə təxminən saat 14 radələrində yuxudan ayılıb öz şəxsi işlərinin üçün şəhərə getməyi planlaşdırmış, həmin vaxt Elşən də onunla getmək istədiyini bildirmişdir. Bundan sonra Elşən əlində elektron tərəzi ilə onun avtomobilinə əyləşmiş və onlar hərəkət etmək istəyən zaman Elşənin evinə usta gəldiyini görmüşlər. Bundan sonra Elşən avtomobildən düşsə də, tərəzi avtomobildə qalmış, o, da Elşəni gözləməyib çıxıb getmişdir. Dostu Raufla görüşüb ondan pul almaq üçün Saray qəsəbəsinə getmiş, lakin görüşə bilmədiyi üçün oradan Bakı-Sumqayıt şossesi ilə Bakı şəhəri Memar Əcəmi metrostansiyasının yaxınlığına Elşənin işlətdiyi Lombarda getmək və ondan pul alıb avtomobilin icarə haqqını ödəmək istəmiş, lakin Elşən işdə olmadığını və çıxıb getdiyini dediyinə görə Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində çayxana işlədən qardaşı Kənanın yanına gedib ondan avtomobilin icarə haqqını ödəmək üçün 50 manat pul almaq istəmiş, həmin obyektin qarşısında olan zaman polis əməkdaşları onu avtomobilin içərisində saxlamış və Abşeron RPİ-nə gətirmişlər. Abşeron RPİ-də ona dövlət hesabına vəkil təyin olunmuş, vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və avtomobilə baxış keçirilmiş, bu zaman avtomobildən Elşənin səhər avtomobildə unutduğu tərəzi və arxa oturacağın alt hissəsindən şəffaf rəngli sellofana bükülmüş narkotik vasitəyə oxşar maddə və 2 ədəd cib bıçağı aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə ona məxsus olmamış, onun orada olmasından xəbərsiz olmuş, tərəzi isə qızıl-alışı və satışı ilə məşğul olan dostu Elşənə məxsus olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi sonuncu ifadəsində isə 20 sentyabr 2021-ci il tarixdə təxminən saat 18 radələrində Saray qəsəbəsi ərazisinə gedib işlərini qurtardıqdan sonra Sumqayıt-Bakı şosesi ilə hərəkətdə olduğu zaman Abşeron rayonu, Xırdalan qəbiristanlığının kənarında bir nəfər tanımadığı qızın yolun kənarında dəmirlərə qısılıb dayandığını görüb avtomobili geriyə sürüb həmin qızın yanında saxlayaraq ondan köməyə ehtiyac olub-olmadığını soruşmuş, qız da ona qarşıda itlərin olduğunu, itlərin hürdüyünü və itlərdən qorxduğu üçün evə gedə bilmədiyini demişdir. Qıza onu itlərin yanından keçirdib yola sala biləcəyini təklif edib harada yaşadığını soruşmuş, qız da ona yaxında qaldığını bildirərək avtomobilin arxa qapısını açıb əyləşmişdir. Avtomobili döndərib evinə gedən yolun istiqamətini soruşanda qız kəndin içinə doğru getməli olduqlarını bildirdikdən sonra onun dediyi yolla getsə də, qız yolun həmin yol olmadığını demiş, bundan sonra ətrafda itlərin olmadığını görüb qıza itlərin olmadığı və ona “sən burda görüşmək məqsədi ilə dayanırsan?” deyə sual vermiş, buna cavab olaraq o, “mən qız uşağıyam, görüşmürəm” deyə bildirmiş, ona “narahat olma, mən səni aparıb evinizin qapısında düşürəcəm” deyəndə qız “yox, lazım deyil” deyib avtomobili saxlamağı istəmiş, o da avtomobili saxladıqdan sonra sonra qız düşərək getmişdir. Həmin qızı, yəni Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onu zorla avtomobilə əyləşdirməmiş və ona qarşı hər hansı bir zorakılığa yol verməmiş, hər-hansı bədən nahiyəsini öpməmiş, əllə toxunmamış, onun bədən səthinə hər hansı bir xəsarət yetirməmişdir. Həmin vaxt onun əynində qara rəngli cins şalvar və göy rəngli parça materialdan olan qolsuz köynək, Zəminənin əynində isə ağ rəngli cins şalvar və ağ rəngli köynək olmuş, Zəminənin əynində tünd yaşıl rəngli geyim olmamışdır. Həmçinin göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi avtomobildən aşkar edilmiş üzərində heroin tozları olan tərəzi onun özünə məxsus olmuş, həmin tərəzini özü narkotik vasitə istifadə etdiyi zaman ölçüb miqdarını bilmişdir. Əvvəlki ifadəsində avtomobildən aşkar edilərək götürülmüş üzərində heroin tozları olan tərəzinin dostu Elşən adlı şəxsə məxsus olduğunu, şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroinin isə kimə məxsus olduğunu bilmədiyini və ümumiyyətlə orada olmasından xəbəri olmadığını bildirsə də, sonradan həmin avtomobildən aşkar edilmiş narkotik vasitənin və tərəzinin özünə məxsus olduğunu, Elşən adlı şəxsin isə real həyatda mövcud olmadığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Narkotik vasitələrin satışı ilə ittiham ediləcəyindən qorxduğu üçün əvvəllər verdiyi ifadədə aşkar edilmiş narkotik vasitəsnin özünə məxsus olmamasını demişdir. Hazırda isə səmimi ifadə verərək bildirir ki, avtomobildən aşkar olunan bir büküm narkotik vasitə, üzərində heroin izləri olan tərəzi, aşkar olunmuş bıçaqlardan biri ona məxsus olmuşdur. Ona məxsus olan cib bıçağı açılıb qatlanan olmaqla qəhvəyi rəngdə olmuş, digər ağ rəngli bıçaq isə ona məxsus olmamış, avtomobili icarə götürdüyü zaman avtomobildə bıçağın olmasını bilməmişdir. Həmin bıçağı ancaq Abşeron RPİ-nin ərazisində avtomobilə baxış keçirilən zaman görmüş və baxışda müdafiəçisi də iştirak etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20 sentyabr 2021-ci il tarixdə saat 19:00– da işdən çıxdıqdan sonra işlədiyi yerin qarşısında təxminən 10 dəqiqə gözlədikdən sonra 7A saylı avtobusa minərək işlədiyi yerdən 3-cü mikrorayona gəlmiş, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında avtobusdan düşmüş, bir az irəlilədikdən sonra Xırdalan şəhərinə gedən 525 saylı avtobusa minmişdir. Avtobusdan düşdüyü yerdə çox vaxt küçə itləri olmuş, itlərdən qorxduğu üçün bir neçə dəfə həmin ərazidən keçən qadınların köməyi ilə ordan keçib getmişdir. Hadisə günü də evə doğru irəliləyən zaman qarşısın it çıxmış, ona tərəf hürmüş, o da həmin ərazidən keçmək üçün kiminsə ordan keçməsini gözləmişdir. Həmin vaxt qara rəngli bir avtomobil qəbiristanlığın qapısına tərəf getmiş, sonra isə onun yanına gələrək saxlamışdır. Avtomobili idarə edən Təqsirləndirilən şəxs pəncərəni aşağı endirərək ona “burda niyə dayanmısan, itlərdən qorxursan?” deyə soruşmuş, o da itlərdən qorxduğunu demişdir. Daha sonra avtomobili ona daha yaxın məsafəyə sürərərk “mən sənə kömək edə bilərəm, gəl səni aparım, narahat olma” demişdir. O, ehtiyac olmadığını, həmin ərazidən keçən şəxslərdən biri ilə ordan keçib gedəcəyini bildirməsinə baxmayaraq Təqsirləndirilən şəxs “İnsanlıq ölməyib ki, gəl aparım” deyərək təkid etmişdir. Zərərçəkmiş şəxs ona israrla avtomobilə minmək istəmədiyini bildirmiş, bu vaxt Təqsirləndirilən şəxs əlini avtomobilin sükanına vuraraq “sənə demirəm gəl otur?” demişdir. Zərərçəkmiş şəxs onun səs tonu və hərəkətlərindən narahatlıq keçirmiş, arxaya dönüb getmək istəyərkən həmin şəxs avtomobildən düşərək onun saçından tutub avtomobilin arxa qapısını açaraq onu içəri itələmiş, qapını örtəndə onun ayağı qapının arasında qalmışdır. Təqsirləndirilən şəxs özü də sükan arxasına əyləşib, nəqliyyat vasitələrinin qapısını mərkəzi kiliddən bağlayıb maşını sürməyə başlamışdır. Bu vaxt o qışqıraraq onu hara apardığını, həmin yolun onların evinin yolu olmadığını demiş, Təqsirləndirilən şəxs də ona kömək etdiyini, köməyin bir qarşılığı olmalı olduğunu demiş, Zəminə Əliyeva onu nəqliyyat vasitəsindən düşürməyi, ona nə istəsə verəcəyini demişdir. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini qəbiristanlığın açıq olan qapısından içəri sürmüş, yol boyu onu düşürməsi üçün yalvararmış, Təqsirləndirilən şəxs ona “sən yaxşı qız olsaydın gecə vaxtı burda dayanmazdın” demiş, o namaz qıldığını, atasının da məsciddə işlədiyini, pis qız olmadığını söyləmiş, Elvin ona “zarıma” deyərək nalayiq ifadələrlə təhqir etmiş, sonra ona “səni onsuz da buraxmayacam, mənim vəziyyətim pisdi, mənə kömək etməlisən” deyərək nəqliyyat vasitəsini artıq irəliyə yol olmayan bir yerdə saxlayıb, ona “keç qabağa, mənə kömək etməlisən. Səni buraxmayacam, dediyimi elə buraxım” demişdir. O da “yaxşı, qapını aç, keçim qabağa” demişdir. Qapı açılan zaman avtomobildən düşərək qaçmış, tez bacısına zəng vuraraq telefonu cibinə qoymuş, Elvin onun arxasınca qaçaraq ona çatmış, saçından tutaraq nalayiq ifadələrlə təhqir edə-edə yenidən avtomobilə oturtmuş, özü də onun yanında əyləşmişdir. Həmin vaxt onu döyərək nalayiq ifadələrlə təhqir etməyə davam etmiş, ona “sən özünü nə hesab edirsən?, məndən canını qurtara biləcəyini düşünürsən?” demişdir. Sonra onun saçını sığallamış, əli ilə bədəninin üst və alt tərəflərinə toxunaraq qəfildən onu boğmağa başlamış, həmin boğulma vəziyyəti 2-3 dəqiqə çəkmişdir. Daha sonra onu avtomobilin pəncərəsi tərəfə çevirib onun istədiyi kimi dayanması üçün vurmağa başlamış, əynindəki şalvarı aşağıya çəkib özü də soyunaraq onun boynunu aşağıya doğru basaraq onunla arxa tərəfdən cinsi əlaqədə olmuşdur. Daha sonra Elvin öz cinsiyyət orqanını onun ağzına yeritməyə çalışmış, lakin o müqavimət göstərərək həmin hərəkəti etməyinə mane olmuşdur. Daha sonra Elvin ona “Səndən xoşum gəldi, istəyirəm ki, səninlə münasibətim olsun, mən bilirəm ki, sən qız uşağı deyilsən. Mən sənin kimi mələk sifətində çox qız görmüşəm, özlərini mələk kimi aparırlar” demiş, onu arxadan itələyərək arxası üstə avtomobilin üzərinə uzatmış, həmin vaxt yumruqla onun çiynindən zərbə vurmuşdur. Zərbənin təsirindən ona müqavimət göstərə bilməmiş, Elvin onun üzərinə uzanaraq onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxt ondan maye axıb-axmadığını bilməmiş, lakin onun bədənindən qan axmışdır. Bundan sonra Elvin ona “Sən məni zibilə saldın” demiş, sonra “mən sənə neynədim ki?, heç nə olmadı, bu barədə heç kimə bir söz demə, yoxsa sənin üçün başqa cür olacaq” demişdir. Daha sonra avtomobili qəbiristanlığın darvazasının yanında saxlayıb ona düşüb getməsini demiş, o düşmək istəyərkən qapıların bağlı olduğunu görüb qapını açmasını söyləmiş, Elvin ona qapının açıq olduğunu demiş, o yenidən qapının bağlı olduğunu dedikdə Elvin onun boynunun arxasından sillə ilə vuraraq “sənə deyirəm qapı açıqdı da” demiş, sonra qapının bağlı olduğunu görüb açmış, o maşından düşərək getmiş, bir dəfə arxaya çönüb baxmış, bu vaxt Elvinin maşını sürətlə onun üstünə sürdüyünü görüb evlərin olduğu tərəfə qaçmış, bu vaxt içərisində iki nəfər şəxs olan ağ rəngli avtomobil ona yaxınlaşıb, “o maşın sizin arxanızca gəlirdi, nə isə lazımdırmı” deyə soruşmuş, avtomobildə olan digər şəxs isə yanındakına “Heç nə lazım deyil, sür gedək” demiş və həmin avtomobil getdikdən sonra anasıgil onun yanına çatmışdır. Zərərçəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, avtomobildən düşdükdən sonra geriyə baxdığı zaman avtomobilin qeydiyyat nömrəsinə baxıb yadında saxlamışdır. Həmçinin ailəsindən, qonşulardan, ictimai qınaqdan, atasının təqsirləndirilən şəxsə, onun ailə üzvlərinə nəsə etməsindən qorxduğu, heç kimin onun şəxsiyyətini alçatması, bu qədər aciz vəziyyətə düşdüyünü bilməsini istəmədiyi üçün ailə üzvlərinə baş verənləri natamam danışmış, həmin şəxsin onu sadəcə öpərək bədəninin müxtəlif nahiyələrini sığalladığını demiş, Elvinin onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmasını deməmiş, hadisə vaxtı əynində olan alt paltarı və şalvar qana bulaşdığından evə gəldikdən sonra ailə üzvləri görməsin deyə onları dəyişib, alt paltarını atmış, şalvarını isə dəfələrlə yumuşdur. Daha sonra ailə üzvləri ilə birlikdə polis bölməsinə getmişdir. Zərərçəkmiş şəxs müdafiə tərəfinin suallarına cavab olaraq hadisə zamanı üzərində qara rəngli klassik şalvar, yaşıl rəngli köynək və çəhrayı rəngdə ayaqqabı olduğunu, anasının ona paltarları polisə təqdim etməli olduğunu, alt paltarı və şalvarı qana bulaşdığı üçün anasının həmin paltarları görüb vəziyyəti başa düşəcəyi, hadisəni öyrəndikdən sonra atası, qardaşı, dayısı və digərlərinə deməsindən qorxduğu üçün alt paltarını dəyişərək atdığını, şalvarı isə hadisədən sonra dəfələrlə yuduğunu, ona görə də hadisə zamanı əynində olan alt paltarı və şalvarının polisə təqdim edilmədiyini, əynində olan köynəyin isə polisə təqdim edildiyini bildirmiş, anasının ona polisə getməli olduqlarını, gecə saat 03 radələrində anasının onun paltarlarını toplayaraq polis idarəsinə təqdim etdiyini demişdir. Hadisədən müəyyən vaxt keçdikdən sonra fikri dəyişmiş, həqiqəti danışmalı olduğunu başa düşüb istintaq orqanına baş verənləri olduğu kimi danışmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə günü Zəminəyə zəng edib harada olduğunu soruşmuş, o isə tıxacda olduğunu söyləmişdir. Zəminəyə “Çatanda xəbər elə, çıxaq qabağına” demişdir. Aradan bir müddət keçdikdən sonra Zəminədən zəng gəlmiş, həmin vaxt Zəminə kiməsə “Vurma məni, öldürmə” demiş, o, dərhal 102 xidmətinə zəng edib qızının söylədiklərini onlara bildirmiş, lakin həmin vaxt özünü çox itirmişdir. Daha sonra o, digər qızı ilə birlikdə qaçaraq qəbiristanlıq tərəfə getmiş və bu zaman Zəminəni yerdə yıxılmış vəziyyətdə görüb qışqırmağa başlamışdır. Onun əlindən tutmuş, bu vaxt Zəminə ona qışqırmamağı, evə getməyi demiş, nə baş verdiyini soruşduqda Zəminə heç nə olmadığını söyləmişdir. Lakin o, qızının başına hadisə gəldiyini hiss etmiş, Zəminə özünü öldürmək istədiyini söylədikdə o, polisə getməli olduqlarını söyləmiş və onlar birlikdə polisə getmişlər. Şahid1 dövlət ittihamçısının suallarına cavab olaraq Zəminənin adətən saat 21-22 radələrində işdən qayıtdığını, əvvəlcə özünün ona zəng etdiyini, təxminən 20 dəqiqə sonra Zəminə özü digər qızı Şahnaza zəng edərək kiməsə “vurma məni, öldürmə” dediyini, buna görə də dərhal 102 xidmətinə zəng vurduqlarını bildirdi. Həmçinin yaşadıqları evin qəbirstanlığa yaxın olduğunu, Zəminəni qəbiristanlıq tərəfdə yıxılmış vəziyyətdə görüb qışqırmağa başladığını, Zəminədən nə baş verdiyini soruşanda onun heç nə olmadığını söylədiyini, daha sonra evə getdiklərini, evdə Zəminənin dərhal hamama girdiyini, qızından nə baş verdiyini soruşduqda əvvəlcə heç nə olmadığını söylədiyini, daha sonra “Məni qorxudurlar, qorxuram” və “Bakirəliyini zorla pozdular” dediyini bildirmişdir. Həmçinin, təqsirləndirilən şəxsin anasının bir dəfə ona zəng vurub ona “Mən baş verənləri bilirəm, mənim oğlum bu hadisəni törədib, gəl bu məsələni dostluqla həll edək” dediyini, ona qızının pis vəziyyətdə olduğunu söylədiyini və ondan 100.000 manat pul istəmədiyini, bu barədə deyilənlərin şər və böhtan olduğunu bildirdi. Şahid1 ona verilən suala cavab olaraq ekspertiza idarəsinə qızı ilə birlikdə getdiyini, Təqsirləndirilən şəxs ailəsinin dəfələrlə ona zəng edib oğlu və qızı ilə hədələyib, hədəqorxu gələrək “Qanı qan ilə yumayaq, su ilə yuyaq, barışıq elan edək” dediklərini, o da qızının özünü öldürmək həddində olduğunu söylədiyini bildirmişdir. Şahid1 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs anası ona dəfələrlə zəng edərək zorla onunla görüşmüş, oğlunun tutulduğu halda çıxandan sonra qızını öldürəcəyi ilə hədələmişdir. Buna görə də qorxduqları üçün əvvəlcə barışıq ərizəsi, Elvinin ailəsi isə onları narahat etməyəcəkləri barədə ərizə vermiş, lakin sonradan fikirləri dəyişdiyi üçün ərizəsini geri götürmüşdür. Şahid1 həmçinin suala cavab olaraq hadisə günü qızının üzərində olan paltarları hadisədən sonra evdə görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 bildirmişdir ki, hadisə günü anası ilə birlikdə evdə olarkən əvvəlcə anası bacısına zəng edib harda olduğunu soruşmuş, bacısı yolda olduğunu, evə gəldiyini demiş, anası evə yaxınlaşdığı vaxt xəbər verməsini, çıxıb onu qarşılayacaqlarını söyləmişdir. Bundan bir müddət sonra Zəminə “WhatsApp” proqramı vasitəsilə ona zəng etmiş, o, telefonda kiminsə bacısını təhqir etdiyini, bacısının kiməsə “Vurma məni” deməsini eşidib dərhal anasına xəbər vermiş, anası da 102 xidmətinə zəng etmişdir. Daha sonra onlar evdən çıxıb qəbiristanlıq tərəfə getmiş, bu zaman zibilxananın yanında Zəminəni görüb ona kömək edərək evə gətirmişlər. O, Zəminənin boynunda izlər olduğunu görmüşdür. Daha sonra polisə məlumat verildiyi üçün polis bölməsindən Zəminəyə zəng gəmiş və ərizə verilməli olduğu deyilmişdir. Bacısı polis bölməsinə getmək istəməmiş, lakin anası təkid etdiyi üçün polis bölməsinə getmişlər. Şahid2 dövlət ittihamçısının suallarına cavab olaraq anasının 102 xidmətinə öz mobil nömrəsi ilə zəng etdiyini, 102 xidmətinə zəng etdikdən sonra evdən çıxdıqlarını və zibilxananın yanında Zəminəni çox halsız vəziyyətdə tapdıqlarını, Zəminədən nə baş verdiyini soruşduqda o, heç nə olmadığını, onun boyun nahiyəsində və ayaq tərəfində izlər görüdüyünü, ayağının avtomobildə əzildiyini söylədiyini göstərmişdir. Zəminə polis bölməsində ərizə verərkən o, çöldə gözləmiş, ekspertiza idarəsinə isə bacısı ilə birlikdə getmişdir. Zəminə ikinci dəfə ekspertiza idarəsinə gedəndə ona təcavüz edildiyini demiş, həmin vaxta qədər ona və ailə üzvlərinə bu barədə heç nə deməmişdir. Zəminə ona hadisənin hansı şəriatdə, necə baş verdiyini danışmamış, o, da pis olmaması üçün bu barədə ondan heç nə soruşmamışdır. Şahid2 həmçinin Şahid6 Təqsirləndirilən şəxs anası olduğunu, onun anası Kübrəyə zəng edərək şikayəti geri çəkməyi tələb etdiyini, bir dəfə anası Kübrə və bacısı Zəminə ilə birlikdə Şahid6 ilə görüşdüklərini, görüş zamanı Tahirənin oğlunun törətdiyi əməli etiraf etdiyini və onları hədələyərək şikayəti geri götürmələrini tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, hadisə günü oğlu Təqsirləndirilən şəxs evə gəlməmiş, onlara polis bölməsindən zəng gəldikdən sonra onlar polis bölməsinə getmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs əlaqə nömrəsini taparaq onunla telefon vasitəsilə danışmış, Zərərçəkmiş şəxs onu görüşə çağırmış, onlar görüşüb tanış olmuş, Zəminə ona “Narahat olmayın, heç nə baş verməyib, biz ekspertizaya getmişik və mən ekspertə heç nə olmadığını, məni yoxlamamasını, mənim tərtəmiz olduğumu dedim” deyə söyləmişdir. Bundan sonra Zəminə onu yenidən görüşə çağırmış, o, Xırdalan şəhəri, Heydər Əliyev parkına getmiş, Zəminəni nə qədər gözləsə də o gəlməmiş, sonradan zəng edərək gəlməyəcəyini bildirmişdir. Sonra Zəminə yenidən ona zəng edərək onu Xırdalan şəhəri, Heydər Əliyev parkına təkrar çağırmış, həmin yerə Zəminə özü yox, onun anası və bacısı gəlmişdir. Onlar kafedə əyləşərək çay içmiş, onlar ona şikayətçi olmadıqlarını, Zəminəyə heç nə olmadığını, onun sadəcə olaraq qorxduğu üçün psixologiyasının pozulduğunu söyləmişlər. O, Zəminəni həkimə apardıqları halda bütün xərclərini ödəyəcəyini bildirmiş, onlar isə “Sənin həkim xərcini ödəməyin lazım deyil, bizə 100.000 ver, biz şikayətimizi geri götürək” demişlər. O, isə kasıb olduğunu, kirayə evdə yaşadığını, o qədər pulu olmadığını söyləmiş, onlar “100 000 yoxundursa 50.000 ver” demiş, o da çıxıb evinə getmişdir. Bundan sonra Zəminə ona yenidən zəng edərək “100.000 söhbətini ortalığa çıxartmamağı, anasının bilməyərək belə bir təklif irəli sürdüyünü demiş, həmçinin Zəminənin anası da ona zəng edib bu söhbəti açmamağı bildirmişdir. Onlar onu çox təhqir etmiş, lakin sonda “Biz barışırıq, bizim zərərimiz ödənilsin, notarial sənəd verək” demişlər. Onlar birlikdə notarius idrəsinə getmiş, Zəminənin şikayətçi olmaması ilə bağlı sənəd əldə etmişlər. Zəminə ona “Mən şikayətçi deyiləm, bu, şərdir, mən o sözləri istintaq zamanı deməmişəm” demişdir. Onlar barışıq əldə etdikdən sonra ailə böyükləri ilə birlikdə Zəminəgilə gəlmək istədiyini bildirmiş, lakin Zəminə ona“Əgər bu hadisəni məhəllədən, qohumlardan birisi bilsə sənin oğlunun həbsdən çıxmasına qoymayacam” deyə söyləmişdir. Şahid məhkəmə tərkibinin suallarına cavab olaraq Zəminənin ona notarial qaydada təsdiq edilmiş barışıq ərizəsi verdiyini, lakin bu söhbətin qonşuları, qohumları tərəfindən eşidilməməsi barədə tənbehlədiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində növbətiçi hissədən daxil olan məlumata əsasən bir nəfər şəxsin Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verərək markasını xatırlamadığı avtomobil sürücüsü tərəfindən ona qarşı seksual xarakterli hərəkətlər olduğunu bildirmişdir. Əməliyyat qrupu ilə birlikdə həmin əməli törətmiş şəxsin tutulması istiqamətində tədbirlər keçirtməyə başlanmış, avtomobilin markası və nömrəsini müəyyən edildikdən sonra avtomobilin Mehdiabad ərazisində olduğu müəyyən edilmiş, həmin avtomobili və onu idarə edən şəxsi Abşeron rayon polis idarəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə, həmçinin avtomobilinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs avtomobilinin arxa oturacağından narkotik vasitə, bununla yanaşı bıçaqlar aşkar edilmiş və video-çəkiliş vasitəsilə rəsmiləşdirilmişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq aşkar edilən narkotik vasitənin heroin olduğunu, lakin çəkisini xatırlamadığını, həmçinin Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etdikdə onun avtomobilinin hərəkət halında olmadığını, avtomobili Mehdiabad ərazisində saxladığını, saxlanılan zaman Təqsirləndirilən şəxs avtomobilinin içərisində olduğunu, özünün həm Təqsirləndirilən şəxs saxlanılmasında, həm də üzərinə və avtomobilinə baxış keçirilməsində iştirak etdiyini bildirmişdir. Şahid müdafiəçinin suallarına cavab olaraq məlumatın təxminən axşam saat 20-21 radələrində onlara bildirildiyini, Təqsirləndirilən şəxs olduğu yerə Şahid5 ilə birlikdə getdiklərini, təqsirləndirilən şəxsin üzərinə və avtomobilinə baxış keçirməyə ixtiyarı olmadığı üçün onu növbətçi hissəyə təhvil verib daha sonradan vəkilin iştirakı ilə baxış keçirildiyini, Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinə öz avtomobili ilə gəldiyini, həmin avtomobili Elvinin özünün idarə etdiyini, Təqsirləndirilən şəxs avtomobili sürərkən onun sağında oturduğunu, Elmirin isə öz avtomobilini idarə etdiyini bildirmişdir. Abşeron rayon polis idarəsinə təxminən saat 22-23 radələrində gəlmiş, növbətçi hissəyə daxil olarkən Elvinin üzərini yoxlamamışdır. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi ilə bağlı şübhələr yaranmış, baş vermiş hadisənin narkotik vasitənin təsiri altında törədilə biləcəyi ehtimal olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 2021-ci ilin sentyabr ayında Abşeron rayon polis idarəsinə Zəminə adlı şəxs 102 xidmətinə zəng edərək evə gedən zaman Xırdalan şəhərində olan qəbirsanlıqda qara rəngli avtomobili idarə edən şəxsin onu zorla avtomobilə əyləşdirib onunla cinsi əlaqədə olmaq istəməsi barədə məlumat verməsi barədə məlumat daxil olmuşdur. Hadisənin baş verdiyi ərazi onun xidməti ərazisi olduğu üçün o, bu barədə Şahid4 məlumat vermiş, keçirilən tədbirlər nəticəsində Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edilib Abşeron rayon polis idarəsinə gətirilmişdir. Orada olarkən Təqsirləndirilən şəxs üzərində və avtomobildə axtarış keçirilmiş, üzərindən qanunsuz heç nə aşkar edilməmiş, lakin avtomobilin arxa oturacağının altından heroinə bənzər maddə, sürətlər qutusunun yanından bir ədəd elektron tərəzi, bir ədəd bıçaq, avtomobilin ön hissəsində yerləşən qoltuq altındakı saxlanc yerindən isə daha bir ədəd bıçaq vəkilin iştirakı ilə, həmçinin video-çəkiliş müşayiətində aşkar edilmişdir. Şahid5 Eldar oğlu dövlət ittihamçısının suallarına cavab olaraq təqsirləndirilən şəxsi Mehdiabad qəsəbəsində saxladıqlarını, Şahid4 Təqsirləndirilən şəxs ilə bir avtomobildə, özü isə şəxsi avtomobilində onların arxasınca növbətçi hissəyə gəldiklərini, Təqsirləndirilən şəxs şübhəli hərəkətləri ilə bağlı olaraq onun üzərinə və avtomobilinə baxış keçirmək üçün raport ilə rəhbərliyə müraciət etdiklərini, belə ki, Təqsirləndirilən şəxs hərəkətlərinin onun narkotik vasitə istifadə etməsi ilə bağlı şübhələr yaratdığını bildirmişdir. Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-də direktor vəzifəsində işləyir. Şirkət minik avtomobillərin icarə verilməsi ilə məşğul olmuş, vətəndaşlarla həm günlük, həm də uzun müddətli müqavilələr bağlamışlar. Şirkətə məxsus avtomobillərdən başqa fərdi şəxslərə məxsus avtomobillər də icarəyə verilmiş, hər bir sənəd qanun çərçivəsində həll olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, o, bir müştəri kimi şirkətə müraciət edərək günlük avtomobil icarə götürmək istədiyini bildirmiş, o, Azərbaycan Respublikasında bir-iki gün qalacağını və ona görə avtomobilə ehtiyacı olduğunu, özünün Rusiya Federasiyasında yük avtomobillinin sürücüsü olduğunu bildirmişdir. Sürücülük vəsiqəsinə baxanda həmin vəsiqənin Rusiya Federasiyası tərəfindən verildiyini görüb ona inanmış və Təqsirləndirilən şəxs ilk dəfə 2021ci ilin avqust ayında şirkətdən avtomobil icarəyə götürmüşdür. 18 sentyabr 2021-ci il tarixdə saat 19:30-da onunla müqavilə bağlandıqdan sonra qara rəngli “Hyundai Sonata” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs təhvil verilmiş, o, bir günlük 70 (yetmiş) manat pul ödəniş etdikdən sonra avtomobili ilə ofisi tərk etmişdir. 20 sentyabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları zəng edərək “Hyundai Sonata” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin şirkətə məxsus olub-olmadığını və hazırda harada olması barədə sorğu-sual etmiş, şirkətə məxsus avtomobillərin hamısına “GPS” izləmə cıhazı quraşdırıldığından avtomobillərin harada olduğu müəyyən edilmiş, həmin avtomobilin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində olması barədə polis əməkdaşlarına məlumat verilmişdir. Həmin gecə saat 00 radələrində artıq avtomobilin sürücüsü Təqsirləndirilən şəxs saxlanıldığını və avtomobilin Abşeron RPİ-nin qorunan dayanacağında olduğunu öyrənmişdir. 22 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində həmin avtomobil polis əməkdaşları tərəfindən onlara təhvil verilmiş, avtomobilə baxış keçirilən zaman avtomobilə aid olmayan əşyalar yəni, bir ədəd çəhrayı rəngli əl güzgüsü, bir ədəd mobil telefon üçün nəzərdə tutulmuş naqil, qara rəngli əl çantası və mobil telefon qulaqcığını aşkar etmiş, Təqsirləndirilən şəxs atası və qardaşı polis idarəsinin qarşısında olduqlarından onları çağırıb həmin əşyaları onlara vermişdir. Həmçinin polis idarəsində olduğu zaman avtomobilə baxış keçirilən zaman narkotik vasitə olan heroin, elektron tərəzi və iki ədəd bıçaq aşkar edilərək götürüldüyünü öyrənmiş, bundan əlavə onun adını bilmədiyi qız uşağını zorladığını da polis əməkdaşlarından eşitmişdir. Şirkətdə avtomobil müştəriyə təhvil verilərkən və geri alınarkən tam və ətraflı baxış keçirilmiş, avtomobillərin içəriləri boş olmuş, hətta avtomobillərin qeydiyyat şəhadətnamələrin surətləri verilmiş, Təqsirləndirilən şəxs icarə əsasında sürdüyü “Hyundai Sonata” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilmiş narkotik vasitə, elektron tərəzi və iki ədəd bıçaq şirkətə aid olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən xx.xx.2021-ci il tarixli, HK1/7670 nömrəli raportdan görünür ki, xx.xx.2021-ci il tarix saat 21:51-də 102 xidmətindən Abşeron RPİ-ə daxil olan məlumata əsasən Xırdalan şəhəri 20 yanvar küçəsində yaşayan Şahid2 (055) *** ** ** mobil nömrəsindən 102 xidmətinə zəng vuraraq bacısı Zərərçəkmiş şəxs telefonla onunla əlaqə saxlayaraq taksidə olması və taksi sürücüsünün onu qaçırmasını bildirməsi barədə məlumat vermişdir. Eyni tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Abşeron RPİ-ə ərizə ilə müraciət edərək 20 sentyabr 2021-ci il tarixdə təxminən saat 21:50 radələrində işdən evə qayıdan zaman markasını xatırlamadığı qara rəngli **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Abşeron rayonu Xırdalan şəhəri ərazisində onun saçından tutaraq zorla avtomobilə əyləşdirməsi və avtomobildə onu döyüb xəsarət yetirərək cinsi əlaqədə olmağa məcbur etməsi barədə bildirmiş, həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. 21 sentyabr 2021-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə cinayət işi başlanmış və Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən xx.xx.2021ci il tarixli, 128-75969 nömrəli raportdan görünür ki, xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Kültəpə kəndində doğulmuş Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi ev 9 ünvanında qeydiyyatda olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilindiyindən üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yaranmış, onun idarə etdiyi “Hundai Sonata” markalı, ** ZY *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş müqavilənin surətindən görünür ki, “Rent A Car” 211” MMC ilə Təqsirləndirilən şəxs arasında 18 sentyabr 2021ci il tarixdə avtomobilin icarə müqaviləsi bağlanılmış və “Hyundai Sonata minik” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs 1 günü 60 manat müqabilində icarəyə verilmiş, avtomobil həmin tarixdə saat 19:30-da onun tərəfindən təhvil alınmışdır. xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar, eyni tarix və məzmunlu protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan tədbirin video görüntüsünü əks etdirən CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021ci il tarixli «Baxış keçirilməsi haqqında» protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan tədbirin video görüntüsünü əks etdirən eyni CD diskdə olan ikinci fayl məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Hundai Sonata” markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən aşkar edilmə ardıcıllığı ilə bir ədəd qatlanan tipli, qəhvəyi rəngli dəstəyi olan bıçaq, “Samsung” markalı telefon, bir ədəd dəstəyi naxışlı olan bıçaq, bir ədəd elektron tərəzi, arxa oturacağın alt hissəsindən isə bir ədəd sellofan bükümdə olan narkotik vasitə olan heroin aşkar edilərək götürülür. Təqsirləndirilən şəxs bıçaqların ona məxsus olmadığını, maşında qaldığını, narkotik vasitənin də həmçinin ona məxsus olmadığını, kimə məxsus olduğunu bilmədiyini, elektron tərəzinin zərərgər olan dostuna məxsus olduğunu bildirir. Nəqliyyat vasitəsindən aşkar edilən iki ədəd bıçaq, bir ədəd elektron tərəzi, bir ədəd telefon və bir ədəd narkotik vasitə heroin qablaşdırılaraq götürülür. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 21 sentyabr 2021-ci il tarixli 6/4185 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “AR DİN Zərflər üçün №56” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən .....” və s. sözlər, imza olan 02 ədəd zərfdən birində 01 ədəd bükümdə təmiz çəkisi 2,950 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, digər zərfdəki 01 ədəd qara korpuslu elektron tərəzinin üzərində heroin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eynilik üzrə tədqiqatın aparılması mümkün deyildir. Heorin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (siyahı 1) daxildir. Təqsirləndirilən şəxs ilkin ittiham Azərbaycan Respublikası CM-nin 150.1 və 234.4.3-cü maddəsi ilə verilməklə 22 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Eyni tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokol və ona əlavə edilmiş fotocədvəldən aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Bakı-Sumqayıt şossesinin kənarında dayandığı yeri, onu idarə etdiyi nəqliyyat vasitəsinə əyləşdirdiyi yeri, daha sonra “Xırdalan qəbirstanlığı”nın içərisinə doğru hərəkət etdiyi istiqaməti və nəqliyyat vasitəsini qəbirstanlığın içərisində sağladığı yerləri qeyd edərək göstərir. Məhkəmə-ballistik (soyuq silah) ekspertizasının 25 oktyabr 2021-ci il tarixli 3/1739 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan xüsusi təyinatlı (köməkçi məqsədlərlə istifadə edilmək üçün nəzərdə tutulmuş) ov bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Lifli materialların məhkəmə ekspertizasının 29 oktyabr 2021-ci il tarixli 6/4641 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif hissəciklərinin arasında Zərərçəkmiş şəxs köynəyinin üzərindən aşkar edilmiş göy rəngli poliamid kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə, Təqsirləndirilən şəxs köynəyinin üzərindən aşkar edilmiş tünd yaşıl rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs köynəyinin tərkib liflərinə uyğun gəlirlər. Məhkəmə trasoloji ekspertizasının 16 noyabr 2021-ci il tarixli 3/1755 saylı rəyindən görünür ki, təqdiqata təqdim edilmiş geyim əşyalarından Zərərçəkmiş şəxs məxsus ayaqqabının sağ tayı üzərində olan zədə fiziki qüvvənin təsirindən yarana bilən sökülmə, qopma zədəsidir. Ambulator-məhkəmə narkoloji ekspertizasının 06 dekabr 2021-ci il tarixli 4906 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 13 dekabr 2021-ci il tarixli 2977 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onalrı idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur, hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükə törətməsi müəyyən edilmir. Təqsirləndirilən şəxs əqli-intellektual inkişafı normaya uyğundur, gerilik əlamətləri müşahidə edilmədi. Həmçinin koqnitiv-mnestik (diqqət, yaddaş, qavrama) prosesləri normaya uyğun olduğundan, o, törətdiyi əməl dövründə baş verən hadisələri düzgün qavramaq, təsvir etmək və bu barədə düzgün məlumat vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarındadır. Məhkəmə-tibbi ekspertizasının 21 sentyabr 2021-ci il tarixli 513 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onda aşkar edilmiş “sol budunda, sağ bazusunda qançır və boyunun sağ yan səthində, sağ çiyin qurşağında sıyrıqlar” xəsarətləri bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs cinsi müayinədən imtina etdiyi üçün onun təbii və qeyri-təbii yolla cinsi əlaqədə olubolmamasını müəyyən etmək mümkün olmadı. Əlavə məhkəmə-tibbi ekspertizasının 14 dekabr 2021-ci il tarixli 658 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsi pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi qalmırsa müddət haqqında fikir söyləmək mümkün deyil. Cinayət işi 10 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 150.1-ci maddələrindən həmin məcəllənin 234.4.3, 150.1, 149.1 və 228.4-cü maddələrinə tövsif edilmişdir. Əlavə məhkəmə-tibbi ekspertizasının 30 mart 2022-ci il tarixli 361 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı sol budunda, sağ bazusunda qançır və boyunun sağ yan səthində, sağ çiyin qurşağında sıyrıqlar müəyyən edilmiş, bu xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən tarixə uyğun gəlmiş və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir. Göstərilən xəsarətlərin xarakter, yerləşmə nahiyələrini nəzərə alaraq özü özünə yetirilməsi az inandırıcıdır. Qeyd edilən xəsarətlər müxtəlif şəraitdə, o cümlədən fiziki güc tətbiq etməklə cinsi əlaqə zamanı da yarana bilərlər. Zərərçəkmiş şəxs qızlıq pərdəsi pozulmuşdur, pozulma müddəti müayinədən 2 hətfədən artıqdır, USM və ginekoloq müayinəsinə əsasən Zərərçəkmiş şəxs doğum keçirməmiş və onda hamiləliyin pozulması əlamətini təyin etmək mümkün deyil. 25 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 149.2.4, 150.1 və 228.4-cü maddələri ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş 05 mart 2022-ci il tarixli məktubla xx.xx.2021-ci il tarixdə 055 *** ** ** nömrəli telefondan DİN-in “102” xidmətinə daxil olan zəngin audioyazısının surəti istintaq orqanına təqdim edilmişdir. Təqdim edilmiş disk əsasında məhkəmə-fonoskopik ekspertizası təyin edilmiş, müvafiq ekspertizanın 25 aprel 2022-ci il tarixli 4/451 saylı rəyindən görünür ki, təqdim olunmuş 1 ədəd DVD diskdə olan mübahisəli fonoqramdakı əsas fon üzrə danışıqlarda 3 nəfər qadın cinsinə məxsus şəxs iştirak etmişdir. Həmin fonoqramdakı danışıqlarda iştirak edən “Q2” və “Q3” diktorlarının danışıq anında emosional və psixofizioloji vəziyyətlərində nisbi ekstremallıq müşahidə olunur. Həmin diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu aşağıdakı kimidir: (çoxnöqtələrlə - müəyyən olunmayan söz və ifadələr; Q1, Q2 və s. – qadın cinsinə məxsus səslə danışan diktorlar; /// işarəsi ilə yarımçıq qalmış söz və ifadələr; mötərizədə isə ekspertlərə məxsus kommentariyalar verilmişdir) Q1- 102 polis xidməti Məmmədli buyurun /// Q2 – Alo alo mənim bacımı... taksi taksi aparır da ... kia... Q1 – alo, alo, xanım səsiniz gəlmir /// Q2 – ay xanım eşidirsiz ? Q1 – alo Q2 – alo Q1 – bəli Q2 – xanım, bacımı biri aparır, bilmirəm taksidədi başqa yerə aparır. Xahiş eləyirəm bacım da qorxur/// Q1- necə yəni bacınızı biri aparıb ? Q2 – bilmirəm, ağlayır, xahiş eləyirəm, səsi burdadı/// Q1- xanım telefonu yaxın tutun, zəhmət olasa özünüzü/// xanım telefonu yaxın tutun, səsiniz gəlmir Q3- ay xanım, bizim uşağı, qızı aparırlar. Vatsapnan zəng eləyib, kimsə aparır, ağlayır, qışqırır, kömək eləyin deyir o da kömək/// Q1- xanım özünüzü təqdim edin Q3- X2. Ay xanım qurban olum/// Q1- Əsgərova Qənimət ? Q2 – telefonla şey eləyə bilərsiz, bir dənə əlaqə saxlaya bilərsiz ? aparırlar Q1- ay xanım zəhmət olmasa biriniz sakit danışın, mən sizin müraciətinizi başa düşmürəm Q2- eşidirsiz məni ? Q1 - Əsgərova Qənimətsiz siz ? Q2- bacım işdən çıxır. Taksiynən gəlməlidi Q1 – xanım telefonu yaxın tutun. Səsiniz qətiyyən gəlmir. Bacınıza nə olub ? Q2- eşidirsiz ? eşidirsiz indi ? Q1 – bəli, yaxın tutun və sakit şəkildə danışın. Q2- mənim bacım elə bil ki işdən çıxıb və taksiyə minib. Həmin adam taksi başqa yerə aparır. Zəng eləyib, özü xəbəri yoxdu ki eşitməsin həmin adam Q1 – haradı, ünvanı deyin, xanım ünvanı deyin Q2 – ünvanı bilmirəm, harasa aparır, bilmirəm/// Q1- bəs biz hara yönləndirək müraciətinizi ? Q2 – nömrəni verək, siz bir nömrəynən tapın da Q1 – xanım, bizim elə sistemimiz yoxdu. Müraciətinizi hara yönləndirək ? Q2 – xahiş eləyirəm nəsə olanda... biz necə eləyək ?/// Q1 – siz harda yaşayırsız xanım ? Q2- biz Xırdalanda Q1- Xırdalanda harda ? Q2- Xırdalanda 20 yanvar küçəsi, qəbiristanlığın yanı tərəfdə, qəbiristanlıq tərəfdə Q1- bacınızın adın deyin Q2- Zərərçəkmiş şəxs. Nə olar, çox xahiş eləyirəm, kömək eləyin də Q1- Zəminə ? Q2 – Zərərçəkmiş şəxs Q1- siz öz adınızı da deyin xanım Q2 – Şahid2. Çox şahiş eləyirəm, nə olar tez eləyin Q1 - Şahid2 kim qızı ? Q2- Vüqar qızı. Çox xahiş eləyirəm xanım, nə olar tez eləyin Q1 – bacınızın iş yerin bilmirsiz, xanım ? Q2- bilirəm, şey “Omid” yeri, “Omid”də Q1- Necə ? Q2- “Omid” iş yeridi. Dərnəgül tərəfdən gəlir, ordan Xırdalana gəlir, taksiynən gəlir. Həmin taksi onu başqa yerə aparır. Q1- başa düşdüm e, iş yerinin qabağında minib taksiyə ? Q2- yəqin ki, çünki o iş yerindən çıxıb gəlir həmişə evə Q1- “Omid” dediniz ? Omid/// oldu, xanım, alo/// Q2- bəli Q1- xanım eşidirsiz məni ? Q3-bəli, bəli Q1- qızınız harda işləyir sizin ? Q3- “Omid”də işləyir, işdən gəlir Q1- “Omid” nədi, “Omid” harda yeləşir ? Q2 – nömrəsi **-ZY-*** Q1- xanım Q3- deyir nömrəsi 10 100, 10 Z nömrəsi/// Q1- xanım bir dəqiqə sakitləşin zəhmət olmasa. Bu “Omid” harda yerləşir ? Q3 – ay bacı, hardasan indi? Hardasan ? hardasan ? hardasan sən, hardasan ? (qışqırıq səsləri eşidilir) Q1- alo, xanım “Omid” harda yerləşir? Çox xahiş edirəm ünvanı deyin, yönləndirək müraciətinizi Q3 – ay sənə qurban olum, indi qız burdadı Q1- alo Q3- ay bacı təcavüz eləyirlər ey qıza Q1- xanım, ünvanı demirsiz axı siz mənə Q3- ünvanı nə deyim, burda qəbiristanlıqda eləyirlər, bu qəbiristanlıqda, Xırdalan qəbiristanlığında Q1- oldu xanım, təşəkkür eləyirəm zənginiz üçün, sağ olun, yönləndiririk Q3- tez polis göndərin, qurban olum Q1- oldu xanım, yönləndiririk, sağ olun Q3- tez eləyin dana, qurban olum. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş, özündə Təqsirləndirilən şəxs istifadəsində olan (070) *** ** ** saylı mobil nömrəyə gələn və həmin nömrədən gedən mesajları əks etdirən diskdə olan iki fayl məhkəmə istintaqı zamanı tədqiq edilmiş, həmin fayllarda narkotik vasitələrin satışını ehtiva edən çoxsaylı mesaj mətnləri müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan qeyd edilən nömrəyə aşağıdakı məzmunlu mesajlar gəlmişdir: xx-xx-2021-ci il tarixdə **********48 nömrəsindən (070) *** ** ** nömrəsinə “50m pulum var ozumde uwaqlarin mekdeb senetine gore rayona getmliyem 3 4 gun qalacam senalla 2 k alinar? senol ozum olum dunenen olurem birde malik **** emelli partadir menede lazimdi ama nom verim bawqa qiz eliyle tutaq” xx-xx-2021-ci il tarixdə (070) *** ** ** nömrəsinə “Nc nc nolarki adamin iwi duwer adama o ****** gore gedebilmedim bacim agzinageleni yazib bu xarabada bawqa kimese elim catmir bir uwaqidi onda yoxdu onagore pul verirdiki gotrem ozude agrdan cixa oda pulnu qaytardim ****** evdeyem gor heresinen yari gotur gece necede olsa pulnu catram senol vezyet pisdi” xx-xx-2021-ci il tarixdə **********31 nömrəsindən (070) *** ** ** nömrəsinə “Qaqaş yene hemenki temadan. 1 cüt 2 tek qliyent var qacıb gedecek, seherden üçü zeng ediblər bu nedi qaytaruruq kakoni........” (070) *** ** ** nömrəsi **********31 nömrəsinə cavab olaraq “Basqa yerden goturmusem yeqin ona gore duzeler” **********31 nömrəsindən (070) *** ** ** nömrəsinə “Nece olacaq ki söz verem ki tezesini yerinə verib deyişəcək axşama 20,00-a kimi xx-xx-2021-ci il tarixdə **********48 nömrəsindən (070) *** ** ** nömrəsinə “Elvin bu istemedi k mendedi nece edim?” xx-xx-2021 ci il tarixdə (070) *** ** ** nömrəsi **********48 nömrəsinə cavab olaraq “******* kimi isdemedi” xx-xx-2021-ci il tarixdə (070) *** ** ** nömrəsi **********48 nömrəsinə “A sey bu 50 denen onan deyil yaxsidandi ye sey yoxladim cicek kimidi” xx-xx-2021-ci il tarixdə **********48 nömrəsindən (070) *** ** ** nömrəsinə “Sen hardasan onan prob gotrum eleolsa biri var 50 de gotrur.” xx-xx-2021-ci il tarixdə (070) *** ** ** nömrəsindən: İki dene rucka al birde kola camahat meni gozduyir karta pul vurmaq lazimdi xx-xx-2021 ci il tarixdə (070) *** ** ** nömrəsindən **********62 nömrəsinə **********169631 ceferov anar xx-xx-2021 ci il tarixdə (070) *** ** ** nömrəsindən **********685818 nagiyev elnur kapital bang xx-xx-2021 **********48 nömrəsindən (070) *** ** ** nömrəsinə: “On deqe xarabadayam k durur iki p qalmwdi verdim 70 m var k verim birdene yuz olur” xx-xx-2021 (070) *** ** ** nömrəsindən: Bu saatda kimise yigmaq istemirem mawinlasan yari k 5 6 m ver mene gunortaya kimi onuda cekdiklermde pulnu vercem veziyet indi dogrdan pisdi senol xx-xx-2021 (070) *** ** ** nömrəsindən: “1 Bir karobka atom hazirla gerem goturem” xx-xx-2021 (070) *** ** ** nömrəsindən “Sen agin cixardma dedemin zavodu yoxdu bildin” Həmçinin qeyd olunan diskdə olan digər fayllar məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olan (070) *** ** ** nömrəsi xx.xx.2021-ci il tarixdə saat 20:02:16-dan saat 21:40:16-dək Abşeron rayonu Xırdalan şəhəri ərazisindən şəbəkəyə qoşulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Maddi sübut kimi tanıma haqqında” 11 oktyabr 2021-ci il tarixli qərara əsasən narkotik vasitə olan təmiz çəkisi 2,950 qram heroin və 01 ədəd elektron tərəzi maddi sübut qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Maddi sübut kimi tanıma haqqında” 03 dekabr 2021-ci il tarixli qərarla 2 ədəd bıçaq iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 24 may 2022-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs məxsus 1 ədəd köynək, Təqsirləndirilən şəxs məxsus 1 ədəd köynək, Zərərçəkmiş şəxs məxsus ayaqqabının sağ tayı maddi sübut qismində tanınmış və prokurorluğun maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisədən sonra evə daxil olan kimi hamam otağına keçdiyini, paltarlarını dəyişdiyini, hadisə nəticəsində bəkarəti pozulduğu üçün əynində olan alt paltarı və şalvarının qana bulaşdığı, hadisənin onda yaratdığı emosional vəziyyətin təsiri altında xəbər tutacaqları təqdirdə ailə üzvlərinin də başqa bir cinayət hadisəsinin iştirakçısı və ya qurbanına çevriləcəyindən ehtiyat edərək, həmçinin baş verənlərin hər hansı şəkildə bilinməsi nəticəsində ictimai qınağa məruz qalmasından qorxaraq əynində olan şalvarı dəfələrlə yumuş, alt paltarını isə atmış, ibtidai istintaq orqanına verdiyi paltarların içərisində yalnız yaşıl rəngli köynək və ayaqqabı hadisə vaxtı əynində olmuşdur. Lifli materialların məhkəmə ekspertizası tədqiqatının təsviri hissəsindən görünür ki, üzərində “Zərərçəkmiş şəxs məxsus.....” yazısı olan bağlamada bir ədəd qara rəngli şalvar, bir ədəd tünd yaşıl rəngli uzunqol köynək, bir ədəd açıq yaşıl rəngli bustqalter, bir ədəd bej rəngli alt tumanı və bir cüt çəhrayı rəngli yay ayaqqabısı aşkar edilmişdir. Həmin əşyalardan hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmaqla tədqiqatın predmeti olan yaşıl rəngli köynəyin üzərindən hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olan köynəyinin göy rəngli poliamid kimyəvi lifləri aşkar edilmişdir. İstintaq orqanı da qeyd olunan xüsusatları düzgün qiymətləndirərək “sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 24 may 2022-ci il tarixli qərarda yalnızca Zərərçəkmiş şəxs məxsus, hadisə vaxtı əynində olmaqla materialların məhkəmə ekspertizasının predmeti olmuş 1 ədəd köynəyi və Zərərçəkmiş şəxs məxsus ayaqqabının sağ tayını maddi sübut kimi tanımışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin onun tərəfindən törədilməməsi, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri təzyiq altında yazması və oxumadan imzalaması ilə bağlı məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun özünü müdafiə mövqeyi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilmiş narkotik vasitənin video çəkiliş aparılan və aşkar edilən zaman ona məxsus olmadığını bildirsə də ibtidai istintaq zamanı verdiyi sonuncu ifadələrdə nəqliyyat vasitəsindən aşkar edilən narkotik vasitənin və tərəzinin özünə məxsus olduğunu, narkotik vasitələrin satışında ittiham edilməkdən qorxduğu üçün həm axtarış zamanı, həm də ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrdə ona məxsus olmadığını bildirdiyini qeyd etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan (070) *** ** ** nömrəsinə gələn və gedən mesajları əks etdirən CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən hadisə günü, yəni 20 sentyabr 2021-ci il tarixdə (050) *** ** ** nömrəsinə göndərdiyi “1 Bir karobka atom hazirla gerem goturem” mətnli mesaj onun polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə saat əvvəl narkotik vasitə axtarışında olduğuna, digər mesaj mətnləri isə onun narkotik vasitələrin mütəmadi satışı ilə məşğul olduğuna dair mötəbər sübutdur. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır, az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4, 150.1, 228.4 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4, 150.1, 228.4 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs uşaqları X3 xx.xx.2014-cü il və X4 xx.xx.2015-ci il təvəllüdlü olmaqla azyaşlıdırlar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağın olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 21 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,900 qram olan narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi və Abşeron rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan 2 ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus ayaqqabının sağ tayı və 1 ədəd köynək, Təqsirləndirilən şəxs məxsus 1 ədəd köynək sahiblərinə qaytarılmalı, qəbul etmədikdə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 647 manat 90 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 149.2.4, 150.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 149.2.4-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 150.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 21 sentyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-nin saxlancı ambarına təhvil verilmiş, Zərərçəkmiş şəxs məxsus ayaqqabının sağ tayı və 1 ədəd köynək, Təqsirləndirilən şəxs məxsus 1 ədəd köynək sahiblərinə qaytarılsın, qəbul etmədikdə məhv edilsin. Maddi sübut kimi tanınmış Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,900 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs 647 manat 90 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar