Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-119/2024 21.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ndə yerləşən nömrəsiz mənzildə qeydiyyatsız yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hal hazırda 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə təmiz çəkisi 51.396 qram olan külli miqdarda heroin və 4.342 qram külli miqdarda metamfetamin əldə edib həmin narkotik vasitə heroindən 1.336 qramını üzərində daşıyaraq saxlamış, 4.342 qram metamfetamin və 50.06 qram heroini isə yaşadığı evə daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 11:35də Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 65 saylı yaşayış binasının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib, xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı ayrılıqda çəkiləri 0,695 qram və 0,641 qram, ümumi təmiz çəkisi 1.336 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 13:13-də Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 65 saylı binanın 1-ci mərtəbəsində yerləşən nömrəsiz mənzilə baxış keçirilən zaman yataq otağında, uşaq dolabının axırıncı mərtəbəsində olan 01 ədəd qara rəngli əl çantasının içərisindəki “Sobranie” markalı siqaret qutusunda 55 ədəd şəffaf rəngli sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkisi 9.716 qram, 0.818 qram, 0.792 qram, 0.826 qram, 0.800 qram, 0.794 qram, 0.819 qram, 0.801 qram, 0.829 qram, 0.641 qram, 0.805 qram, 0.785 qram, 0.839 qram, 0.786 qram, 0.812 qram, 0.775 qram, 0.806 qram, 0.384 qram, 0.403 qram, 0.820 qram, 0.784 qram, 0.401 qram, 0.404 qram, 0.414 qram, 0.394 qram, 0.414 qram, 0.417 qram, 0.403 qram, 0.400 qram, 0.403 qram, 0.409 qram, 0.409 qram, 0.438 qram, 0.369 qram, 0.402 qram, 0.392 qram, 0.392 qram, 0.418 qram, 0.420 qram, 0.415 qram, 0.403 qram, 0.417 qram, 0.351 qram, 0.409 qram, 0.411 qram, 0.406 qram, 0.403 qram, 0.387 qram, 0.397 qram, 0.384 qram, 0.368 qram, 0.391 qram, 0.370 qram, 0.381 qram, 0.398 qram, ümumi təmiz çəkisi 38.425 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bundan başqa həmin qara rəngli əl çantasının içərisindəki “Parlament” markalı siqaret qutusundan 2 ədəd ağ rəngli kağıza, 25 ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0.307 qram, 0.814 qram, 0.829 qram, 0.800 qram, 0.440 qram, 0.402 qram, 0.406 qram, 0.313 qram, 0.340 qram, 0.395 qram, 0.827 qram, 0.392 qram, 0.282 qram, 0.395 qram, 0.395 qram, 0.411 qram, 0.392 qram, 0.398 qram, 0.387 qram, 0.321 qram, 0.410 qram, 0.401 qram, 0.225 qram, 0.399 qram, 0.327 qram, 0.516 qram, 0.111 qram olmaqla, ümumi təmiz çəkisi 11.635 qram külli miqdarda, digər bükümlərdə olan heroinlər ilə xarici görünüş və əlamətlərinə, kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 19 ədəd ağ, 8 ədəd şaffaf rəngli sellofana bükülmüş ümumilikdə 27 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0.035 qram, 0.060 qram, 0.058 qram, 0.070 qram, 0.074 qram, 0.060 qram, 0.062 qram, 0.054 qram, 0.035 qram, 0.051 qram, 0.066 qram, 0.039 qram, 0.056 qram, 0.056 qram, 0.058 qram, 0.050 qram, 0.056 qram, 0.042 qram, 0.049 qram, 0.343 qram, 0.430 qram, 0.428 qram, 0.419 qram, 0.405 qram, 0.443 qram, 0.425 qram, 0.418 qram, ümumi təmiz çəkisi 4.342 qram külli miqdarda olan ağ rəngli kristallik maddə xarici gürünüş və əlamətlərinə, kimyəvi komponent tərkibinə görə eyni, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroindən 2010-cu ildən istifadə edir. Daha sonra Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkumluğu olmuş, 09 il müddətinə heç nə istifadə etməmişdir. O, Corat bağları, 33 nömrəli dayanacaq yaxınlığında 17/99 B ünvanında yaşayır. Avqustun ayının 11-də səhər saat 05:00-06:00 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayona uşağına baş çəkməyə getmişdir. Daha sonra həmin vaxtda küçədə polis əməkdaşları onu saxlamış və demişdirlər ki, “sənin üzərinə baxış keçirməliyik, səni 1 dəqiqə olar?”. O da polis əməkdaşları ilə razılaşmış, onun üzərinə baxış keçirtmişdirlər. Polis əməkdaşları 2 nəfər olmuşdur. Polis əməkdaşlarının adlarını sonradan bilmiş, birinin adı Məhəmməd, digərinin adı isə Rüfət idi. Polis əməkdaşları onu qara rəngli maşına otuzdurub üzərinə baxış keçirmiş, üzərindən bir ədəd telefon və 306 manat pul aşkar olunmuşdur. ünvan 3 ünvansız mənzil var. O, həmin mənzildə qeyri-rəsmi olaraq bir qadınla bərabər yaşayır. Həmin qadının adı Ayşəndir. Daha sonra polis əməkdaşlarından Rüfət maşından düşmüş və 15-20 dəqiqədən sonra gəlmişdir. Rüfətin əlində 2 ədəd sellofan büküm olmuş, ona “Bunlar sənindir?”demişdir. O da bunlardan xəbəri olmadığını demişdir. Polis əməkdaşlarından olan Rüfət ona demişdir ki, “Əgər bu bükümlərin sənin olduğunu boynuna almasan, sənin uşağınla qeyri-rəsmi yaşadığım qadını idarəyə aparacağıq”. O da idarəyə gedib söhbət edəcəyini demişdir”. Saat 08:00 radələrində onu idarəyə aparmış, ikinci mərtəbəyə çıxardıb 4 saata qədər orda saxlamışdırlar. Daha sonra 2 nəfər cinayət axtarış şöbəsinin əməliyyatçıları içəri daxil olmuşdur. Birinin adı Təbriz, digərinin adı isə Kənan olmuşdur. Polis əməkdaşları ona qarşı fiziki güc, işgəncə tətbiq edərək cibinə narkotik bükümlərini qoymuşdurlar. Daha sonra onu üçüncü mərtəbə təhqiqat otağına aparmışdırlar. Daha sonra narkotik bükümlərini də həmin yaşadığı ünvana aparıb qoymuşdurlar. Videoçəkiliş zamanı vəkil də orada olmuşdur. Həmin narkotik vasitəni dolaba qoyub ona gedib oradan götürməsini demişlər. Daha sonra onu prokorur Müqəddəs Sultanovun qəbuluna aparmış, o da hər şeyi olduğu kimi danışmışdır. Polis əməkdaşlarının ona qarşı işgəncə etdiklərini, zor tətbiq etdikləri barədə ifadə vermişdir. Polis əməkdaşları başına yumruqla vurmuş, qabaq dişləri döyülmə nəticəsində sınmışdır. Döyülmə faktı ilə bağlı prokurorluqdan onun yanına gəlmiş, o da hadisəni olduğu kimi danışmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, narkotik vasitəni 2010-cu ildən istifadə etmişdir. Daha sonra Narkoloji Dispanserdə qeydiyyata düşmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitə onun üzərində və mənzilində olmamışdır. 55 büküm narkotik vasitənin necə aşkar olunduğunu bilmir. Onu o qədər döymüşdülər ki, videoçəkiliş zamanı heç nə deyə bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, aşkar olunan narkotik vasitə ünvan 4 ünvanda yaşayanların birinə məxsus olmuşdur. Qeyri-rəsmi yaşadığı qadın Ayşənin anası narkotik vasitə istifadə etmişdir. O, avqustun 11-i tutulmuş, onu döyən polis əməkdaşları ilə üzləşməsi də olmuşdur. Onu döyənlərin biri də videoda göstərilən şəxsdir, onun adı da Şahmardır. Video görüntüdə görünən narkotik vasitəni onun cibinə koridorda qoymuşdurlar. Polis əməkdaşları üzərindən aşkar olunan narkotik vasitəni guya İran vətəndaşından almasını demişlər. Üzərindən aşkar olunan pul vəsaitləri onun özünə məxsusdur. Həmin pulu anasından maşın almaq üçün almışdır. Daha sonra həmin pulu anasına geri qaytardılar. Ondan qabaq narkotik vasitəni polis əməkdaşları evə qoymuşdular. Video görüntüdə olan uşaqların biri onun oğludur, digəri isə onun qeyri-rəsmi yaşadığı qadının bacısı qızıdır. O, heç polis əməkdaşlarının qoyduqları narkotiki tapa bilməmişdir. Polis əməkdaşları ona narkotiki yerləşdirdikləri dolabı göstərmişdirlər. Onu boynuna almayacağı təqdirdə yaşadığı qadını bölməyə aparacaqları ilə hədələmişlər. O, həmin narkotik vasitələrini polis əməkdaşlarının evə qoymamışdan əvvəl görmüş, 2 sellofan bükümü onun cibinə qoymuşdurlar. Video görüntüdə olan çanta onun çantasıdır. Həmin çanta evin içərisində olmuş, içərisində onun sürücülük vəsiqəsi və özünə məxsus bank kartları olmuşdur. Polis əməkdaşları evin sahibindən icazə alaraq evə daxil olmuş, üzərindən aşkar olunan narkotik vasitə ilə evin içərisindən aşkar olunan narkotik vasitə eyni olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞnin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 göstərmişdir ki, 2022-ci ilin avqust ayının əvvəlləri idi. Onlara Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirib və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs yeri müəyyən olunaraq Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində olduğu öyrənilmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, onu polis bölməsinə gətirmişlər. Polis idarəsində videoçəkiliş zamanı üzərindən heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxsin evinə baxış keçirilməsi zəruri olduğundan Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində olan ünvana baxış keçirmiş, evdəki çantanın içərisində olan siqaret qutularından 55-60 büküm narkotik vasitə aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitələr içərisində metamfetamin də olmuş, amma daha çoxu heroin olmuşdur. Təqsirləndirilən şəxs üzərindən təxminən 2 qram olmaqla 2 büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni sosial şəbəkədə tanış olduğu bir nəfər adamdan aldığını, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmasını və gələcəkdə də satışı ilə məşğul olmasını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq etməmiş, narkotik vasitəni dəhlizdə Təqsirləndirilən şəxs cibinə qoyması ilə bağlı onun göstərdiyi hallar böhtandır, ümumiyyətlə belə bir hal baş verməmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı da hər şeyi etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞın inspektoru Şahid2 göstərmişdir ki, 2022-ci ilin avqust ayının əvvəlləri Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirib və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, o Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində bağçanın yaxınlığında saxlamış və idarəyə aparılmışdır. İdarədə olan zamanı təhqiqatçı və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən heroin aşkar olunmuş, o, evində də narkotik vasitə olduğunu bildirmişdir. Evinə baxış keçirilərən zamanı Təqsirləndirilən şəxs özü çantasını təqdim etmiş, çantanın içərisindən metanfetamin və heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq etməmiş və döyməmişdir. Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır. Təqsirləndirilən şəxs özü onlara “mən narkotiki almışam, amma hələ satmamışam” demişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən 65 saylı binada müvəqqəti yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, külli miqdarda üzərində gəzdirməsi və satması ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 11 avqust 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 11.30 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra yəni saat 11.35-də onu Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində 65 nömrəli binaın qarşısında piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra əməliyyat qrupunun üzvləri birlikdə ona yaxınlaşaraq özlərini ona təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nə aparılacağını ona bildirilmişdir. Bundan sonra o, müqavimət göstərmədən avtomobilə minmiş, Sumqayıt ŞPİ-nə gəlmişlər. Polis İdarəsində xidməti otaqlardan birində X2 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində, saxlanmasında və satışında şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nə gətirildiyini bildirmiş və ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Namiq Ağayevi təqdim etmişdir. X2 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 02 ədəd şəffaf rəngli sellofan bükümü, sol yan cibindən ağ rəngli “Samsung” markalı mobil telefonu, arxa cibindən isə 306 manat pulu təqdim etmişdir. Həmin şəffaf rəngli bükümlər təhqiqatçı tərəfindən açılmış və həmin bükümlərin içərisinə baxarkən bükümdə spesifik iyə malik qəhvəyi rəngli maddə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunan maddələrin narkotik vasitə “heroin” olduğunu, həmin maddəni sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsdən şəxsi istifadəsi üçün bir bükümü 10 manat olmaqla kart hesabına 20 manat atdıqdan sonra Bakı şəhərində atıldığı yerdən götürdüyünü bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş bükümlər tərəziyə qoyulub çəkilən zaman çəkisinin 1.73 qram olduğu müəyyən olunmuşdur. Həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 124 nömrəli möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs baxış zamanı yaşadığı ünvanda da narkotik maddə saxlamasını barədə əməliyyat məlumatı olması barədə bildirilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana da baxış keçirilməsi zərurəti olduğu bildirildikdə o, buna etirazı olmadığını qeyd etmiş və videoçəkiliş dayandırılmışdır. Əməliyyat qrupunun üzvləri, eləcə də Təqsirləndirilən şəxs və vəkil Namiq Ağayev ilə birlikdə Təqsirləndirilən şəxs müvvəqqəti qaldığı Sumqayıt şəhəri 10-cu mikrorayon, 65 nömrəli binaya yollanmışlar. Binanın birinci mərtəbəsində yerləşən evə yaxınlaşmış, qapını döydükdə bir nəfər qadın qapını açmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs evə daxil olmuş daha sonra polis əməkdaşları evin giriş qapısına yaxınlaşaraq, qapını açan şəxsə özlərini təqdim edib, Təqsirləndirilən şəxs həmin ünvanda narkotik maddə saxladığını bildirərək, ondan evə baxış keçirilməsinə etirazı olub-olmaması soruşulduqda, ev sahibəsi olduğunu bildirən, şəxs heç bir etirazı olmadığını demiş və polis əməkdaşları evə daxil olmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs evdə hər hansı qanunla qadağan olunmuş əşya olub-olmaması, əgər vardırsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs evin giriş qapısı ilə üzbəüz otaqdakı çarpayının sağ tərəfində yerləşən uşaq dolabının axırıncı mərtəbəsində olan 1 ədəd qara rəngli əl çantasını təqdim etmişdir. Həmin əl çantası təhqiqatçı tərəfindən açılan zaman içərisində 55 ədəd şəffaf büküm olduğu, həmin bükümlərin hər birinin içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər madənin olduğu müəyyən edilmişdir. Həmin bükümlər tərəziyə qoyularaq çəkildiyi zaman sellofan ilə birlikdə ümumi çəkisinin 41.78 qram olduğu müəyyən edilmişdir. Daha sonra qara rəngli əl çantasının içərisindən aşkar edilmiş 1 ədəd “Parlament” markalı siqaret qutusu açılan zaman həmin siqaret qutusunun içərisindən 2 ədəd ağ rəngli kağıza, 25 ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddələr, 19 ədəd ağ rəngli kağıza, 8 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş həmin 2 ədəd ağ rəngli kağıza və 25 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin şəffaf rəngli sellofan və ağ rəngli kağız ilə birlikdə ümumi çəkisinin 14,01 qram, 19 ədəd ağ rəngli kağıza, 8 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin şəffaf rəngli sellofan və ağ rəngli kağız ilə birlikdə ümumi çəkisinin 6,23 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddələrin narkotik vasitələr olduğunu, həmin maddələri sosial şəbəkə vasitəsilə tanımış olduğu şəxsdən 500 manata nisyə aldığını, Bakı şəhəri ərazisində həmin şəxsin atdığı ərazidən şəxsi istifadəsi üçün götürdüyünü, aşkar edilmiş narkotik vasitələrdən satmadığını, lakin, gələcəkdə satmaq niyyətinin olduğunu, əvvəllər isə narkotik vasitənin satışı ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra çəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs özündən soruşduqda o, həmin maddələri sosial şəbəkə vasitəsilə tanımış olduğu şəxsdən 500 manata nisyə aldığını, Bakı şəhəri ərazisində həmin şəxsin atdığı ərazidən şəxsi istifadəsi üçün götürdüyünü, aşkar edilmiş narkotik vasitələrdən satmadığını, lakin, gələcəkdə satmaq niyyətinin olduğunu, əvvəllər isə narkotik vasitənin satışı ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da hələ ki, ondan narkotik vasitə almış hər hansısa şəxs müəyyən etməmişdir, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra X2 tərəfindən üzərində şəxsi axtarış keçilməzdən əvvəl üzərinə baxış keçirməmişlər. Hər hansı polis əməkdaşı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. Şahid Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, onlar Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdirlər. Şahid5 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X5 təxminən bir ildir ki, Təqsirləndirilən şəxs ilə münasibət qurmuşdur və tez-tez Zaur qızı ilə onun yaşadığı ünvana yəni Sumqayıt şəhəri, 10-cu mikrorayon, 65-ci binada yerləşən poliklinikayada olan məskunlaşdıqları evə gəlib gedir. xx.xx.2022-ci il tarixdə Zaur onların yaşadıqları ünvana gəlmiş və gecəni orada qalmışdır. O, evdə paltarlar olan yerdə nəsə qoymuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 11.30 radələrində Zaur evdən çıxaraq harasa getmiş, bir saatdan çox vaxt keçmiş, qapı döyülmüş, açdığı zaman Zaur və ətrafında polis əməkdaşları ilə birlikdə gəldiklərini görmüşdür. Polis əməkdaşları Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr saxladığına görə saxlanıldığını izah edərək, onların yaşadığı ünvanda da narkotik maddə saxladığından şübhələndiklərini deyərək evə baxış keçirilməsi üçün ondan icazə istədikdə, buna etiraz etməmiş və ərizə vermişdir. Polis əməkdaşları vəkilin iştirakı ilə Təqsirləndirilən şəxslə birlikdə evə daxil olmuşlar. Evə baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs evdə giriş qapısı ilə üzbəüz çarpayının sağ tərəfindən yerləşən uşaq dolabının axırıncı mərtəbəsində olan 1 ədəd qara rəngli əl çantasını təqdim etmişdir. Həmin əl çantası açılmış, siqaret qutuları aşkar edilmişdir. Həmin qutuların içərisində xırda kağız bükümlər görünmüşdür. Hər birinə polis əməkdaşları tərəfindən baxıldıqda içərisində toz kimi maddə var olduğu və heroin olduğunu deyərək tərəzidə çəkmişlər. Həmin bükümləri zərfə qoyub, digər siqaret qutusunun içərisində də bükümlər olduğu görünmüşdür. Eyni qaydada həmin bükümlər də açılıb baxılmış və sayılıb tərəzidə çəkilərək, zərfə qoyulmuşdur. Daha sonra çantanın içərisindən də bükümlər tapılmış və içərisinə baxılaraq sayılmış və zərfə qoyulub qablaşdırılmışdır. Həmin bükümlərin dəqiq sayını xatırlamır, ümumilikdə 100 ədəddən çox olmuşdur. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrin nə olduğu haradan əldə etdiyi soruşulduqda o, narkotik vasitələr olduğunu, həmin maddələri sosial şəbəkə vasitəsilə tanımış olduğu şəxsdən 500 manata nisyə aldığını, Bakı şəhəri ərazisində həmin şəxsin atdığı ərazidən şəxsi istifadəsi üçün götürdüyünü, aşkar edilmiş narkotik vasitələrdən satmadığını, lakin gələcəkdə satmaq niyyəti olduğunu, əvvəllər isə narkotik vasitənin satışı ilə məşğul olduğunu bildirmişdir. Onun əl çantasından 1 ədəd qara rəngli əl çantası, həmin çantanın içərisində olan 3 ədəd Simkartlar, 2 ədəd siqaret siqaret qutuları qablaşdırılaraq götürülmüşdür. Nə özü nə də qızı Ayşən Təqsirləndirilən şəxs yaşadıqları evdə külli miqdarda narkotik maddələr saxlamasını bilməmişlər, lakin, onun narkotik maddələr istifadə etdiyini bilmişlər. xx.xx.2022-ci il tarixdə Zaur evdən getmiş və bir saatdan çox müddət keçdikdən sonra polis əməkdaşları ilə birlikdə evə geri qayıtmışdır, evə ondan əvvəl heç kim gəlməmişdir. X5 keçmiş həyat yoldaş ilə birlikdə BƏƏ-dədir, orada yaşayır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat tədbirinin keçirilməsi barədə” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlaması, üzərində gəzdirməsi və satması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-cü il tarixli «şəxsi axtarışın keçirilməsi barədə» protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 02 ədəd şəffaf rəngli sellofan bükümü, sol yan cibindən ağ rəngli “Samsung” markalı mobil telefonu, arxa cibindən isə 306 manat pulu təqdim edir. Həmin şəffaf rəngli bükümlər təhqiqatçı tərəfindən açılır və həmin bükümlərin içərisinə qəhvəyi rəngli maddə heroin olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunan maddələrin narkotik vasitə “heroin” olduğunu, həmin maddəni sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş bükümlər zərfə qoyularaq qablaşdırlır, möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid5 tərəfindən yazılmış ərizədən görünür ki, Sumqayıt şəhəri 10-cu mikrorayon bina 65, 1-ci mərtəbədə yerləşən nömrəsiz mənzilinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-cü il tarixli «baxış keçirilməsi və götürmə barədə» protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Sumqayıt ŞPİ-nin əməkdaşları və müdafiəçi Namiq Ağayev eləcə də Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 65 saylı binanın birinci mərtəbəsində yerləşən evə yaxınlaşmış, qapını döymüş və bir nəfər qadın qapını açmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs evə daxil olmuş, daha sonra isə polis əməkdaşları Təqsirləndirilən şəxs həmin ünvanda narkotik maddə saxladığını bildirərək evə baxış keçirilməsinə etirazı olub olmamasını soruşmuş, evin sahibi olduğunu bildirən Şahid5 heç bir etirazı olmadığını deyir və polis əməkdaşları evə daxil olur. Bundan sonra Təqsirləndirilən şəxs evdə hər hansı qanunla qadağan olunmuş əşya olub-olmaması, əgər vardırsa təqdim etməsi bildirilir. Təqsirləndirilən şəxs evin giriş qapısı ilə üzbəüz otaqdakı çarpayının sağ tərəfində yerləşən uşaq dolabının axırıncı mərtəbəsində olan 1 ədəd qara rəngli əl çantasını təqdim edir. Həmin əl çantası təhqiqatçı tərəfindən açılan zaman içərisində 55 ədəd şəffaf büküm olduğu, həmin bükümlərin hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinin olduğu müəyyən edilir, bükümlər tərəziyə qoyularaq çəkilir. Daha sonra qara rəngli əl çantasının içərisindən aşkar edilmiş 1 ədəd “Parlament” markalı siqaret qutusu açılan zaman həmin siqaret qutusunun içərisindən 2 ədəd ağ rəngli kağıza, 25 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli narkotik vasitə heroin, 19 ədəd ağ rəngli kağıza, 8 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə “metamfetamin” olduğu müəyyən olunur. Aşkar edilmiş həmin 2 ədəd ağ rəngli kağıza və 25 ədəd şəffaf rəngli sellofanda narkotik vasitə olan heroin və 19 ədəd ağ rəngli kağıza, 8 ədəd şəffaf rəngli sellofan bükümdə olan metamfetamin tərəzidə çəkilir, zərfin içərisinə qoyularaq qablaşdırılır, möhürlənir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddələrin narkotik vasitələr olduğunu, həmin maddələri sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsdən 500 manata nisyə aldığını, Bakı şəhəri ərazisində həmin şəxsin atdığı ərazidən şəxsi istifadəsi üçün götürdüyünü, aşkar edilmiş narkotik vasitələrdən satmadığını, lakin gələcəkdə satmaq niyyətinin olduğunu, əvvəllər isə narkotik vasitənin satışı ilə məşğul olduğunu bildirir. Cinayət işinin materiallarında olan 10 fevral 2023-cü il tarixli protokol və Bakcell MMC-dən daxil olmuş DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən Təqsirləndirilən şəxs istifadəsində olan +**********39 mobil nömrəsinə “Qaqa men catiramda”, “Bidene 5diy patida qoy yanina, 1 litr yarimda kola”, “Zaur mene deqiq bir soz di qalmiwam bele men hara gelim?tural”, “130m var yaxin adamdi”, “QAQA MENDE 37 M VAR MEKTEVİN YANİNDAYAM MENE VİR XEVER DENENDE”, “Sèn aĝrıda qalmıyasan deyènè mèn gèlèsi oldum,sèndè mèn sèn inciyir”, “QAQA MENDE 37 M” kimi narkotik vasitələrin satışını ehtiva edən sms mətnlərinin olduğu müəyyən edilmişdir. Həmçinin zənglərin detallaşması hissəsində isə xx.xx.2022 04:38:27-dən xx.xx.2022 11:32:02-dək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********39 mobil nömrənin “Mebel/"Sumqayıt şəhəri, Koroğlu prospekti,10 mikrorayon, Turay mebel salonu"/Sumgayit” yaxınlığında olması qeyd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 avqust 2022-ci il tarixli, 6/4289 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” sözləri, soyad, imzalar olan zərf açıldıqda içərisində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.695 qram, 0.641 qram ümumi təmiz çəkisi 1.336 qram olan qəhvəyi rəngli maddə aşkar edildi. Üzərində: “Təqsirləndirilən şəxs aşkar edilmiş..” sözləri, soyad, imzalar olan zərf açıldıqda içərisində 27 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.035 qram, 0.060 qram, 0.058 qram, 0.070 qram, 0.074 qram, 0.060 qram, 0.062 qram, 0.054 qram, 0.035 qram, 0.051 qram, 0.066 qram, 0.039 qram, 0.056 qram, 0.056 qram, 0.058 qram, 0.050 qram, 0.056 qram, 0.042 qram, 0.049 qram, 0.343 qram, 0.430 qram, 0.428 qram, 0.419 qram, 0.405 qram, 0.443 qram, 0.425 qram, 0.418 qram ümumi təmiz çəkisi 4.342 qram külli miqdarda olan ağ rəngli kristallik maddə xarici gürünüş və əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər 27 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.307 qram, 0.814 qram, 0.829 qram, 0.800 qram, 0.440 qram, 0.402 qram, 0.406 qram, 0.313 qram, 0.340 qram, 0.395 qram, 0.827 qram, 0.392 qram, 0.282 qram, 0.395 qram, 0.395 qram, 0.411 qram, 0.392 qram, 0.398 qram, 0.387 qram, 0.321 qram, 0.410 qram, 0.401 qram, 0.225 qram, 0.399 qram, 0.327 qram, 0.516 qram, 0.111 qram ümumi təmiz çəkisi 11.635 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində: “Təqsirləndirilən şəxs aşkar edilmiş..” sözləri, soyad, imzalar olan zərf açıldıqda içərisində 55 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 9.716 qram, 0.818 qram, 0.792 qram, 0.826 qram, 0.800 qram, 0.794 qram, 0.819 qram, 0.801 qram, 0.829 qram, 0.641 qram, 0.805 qram, 0.785 qram, 0.839 qram, 0.786 qram, 0.812 qram, 0.775 qram, 0.806 qram, 0.384 qram, 0.403 qram, 0.820 qram, 0.784 qram, 0.401 qram, 0.404 qram, 0.414 qram, 0.394 qram, 0.414 qram, 0.417 qram, 0.403 qram, 0.400 qram, 0.403 qram, 0.409 qram, 0.409 qram, 0.438 qram, 0.369 qram, 0.402 qram, 0.392 qram, 0.392 qram, 0.418 qram, 0.420 qram, 0.415 qram, 0.403 qram, 0.417 qram, 0.351 qram, 0.409 qram, 0.411 qram, 0.406 qram, 0.403 qram, 0.387 qram, 0.397 qram, 0.384 qram, 0.368 qram, 0.391 qram, 0.370 qram, 0.381 qram, 0.398 qram ümumi təmiz çəkisi 38.425 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş ümumilikdə 84 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6346 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 13 fevral 2023-cü il tarxili qərarla ekspertiza tədqiqatından sonra 49.716 qram qalıq heroin və 3.802 qram qalıq metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına verilmiş, 2 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat İstismarı Təmiri Birliyinin 1 Saylı Mənzil- Kommunal Sahəsindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, lakin yaşamır və qeydiyyatda olduğu müddət ərzində barəsində 1 Saylı Mənzil-Kommunal Sahəsinə şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində göstərilən hal kimi cinayətlərin təhlükəli residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Təqsirləndirilən şəxs adına tərtib olunmuş tələbnamədən görünür ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə təqsirli bilinərək 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. Sonuncu dəfə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilmədən onun tərəfindən yenidən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin qəsdən törədilməsi Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivini yaratmışdır. Məhkəmə qeyd edir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi vardır və bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsiə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə cinayətin xarakter, ağırlığı və nəticələri nəzərə alınır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs hansı növ cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzasınıi ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Lakin İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş 49.716 qram qalıq heroin və 3.802 qram qalıq metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə "xxxx"ın həyata keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk və Bakcell MMC-dən daxil olmuş DVD-R formatlı diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 11 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş 49.716 qram qalıq heroin və 3.802 qram qalıq metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə "xxxx" keçirilməsini əks etdirən 01 ədəd və Bakcell MMC-dən daxil olmuş bir ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-119/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-119/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver