Məhkəmə qərarları › İş №1(124)-12/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-12/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-12/2022 25.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər - Təqsirləndirilən şəxs1 müdafiəçisi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində üç azyaşlı uşağı var), orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Yat-2, otaq-18-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi, ev 945də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə, 23 avqust 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi yataqxana 1, ev 24-də qeydiyyatda olan, ünvan 3, mənzil 21-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədilə digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15.01.2021-ci il tarixdə, saat 07 radələrində xalası Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi 929 saylı fərdi evin hasarından aşma yolu ilə qanunsuz olaraq həyətə daxil olub, digər şəxs yerdən götürdüyü dəmir parçası (lomla) ilə evin pəncərəsinin dəmir barmaqlığını aralayıb, vintaçanla pəncərəni sıxıb açaraq həyətdə gözləmiş, özü isə evə qanunsuz daxil olaraq yataq otağındakı yataq dəstlərinin arasında olan 22600 (iyirmi iki min altı yüz) manat nağd pulu gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 22600 (iyirmi iki min altı üz) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 15,448 qram, digər 01 ədəd bükümdə təmiz çəkisi 47,476 qram narkotik vasitə olan heroini və üzərində “Aosai” yazısı olan 01 ədəd “200gx0,01g” markalı elektron tərəzini əldə edib, üzərlərində saxlayaraq daşımışlar, 09.03.2021-ci il tarixdə, saat 20:45də ünvan 1 ünvanının yaxınlığında DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş və orada xidməti otaqların birində üzərlərinə keçirilən şəxsi axtarış zaman onun əynində olan tünd yaşıl rəngli uzunqol qış gödəkçəsinin sol yan cibindən 01 bükümdə təmiz çəkisi 15,448 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 47,476 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, eləcə də üzərində narkotik vasitə heroinin izləri olan “Aosai” yazılı “200gx0,01g2 markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 15,448 qram, digər 01 ədəd bükümdə təmiz çəkisi 47,476 qram narkotik vasitə olan heroini və üzərində “Aosai” yazısı olan 01 ədəd “200gx0,01g” markalı elektron tərəzini əldə edib, üzərlərində saxlayaraq daşımışlar, 09.03.2021-ci il tarixdə, saat 20:45-də ünvan 1 ünvanının yaxınlığında DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Sumqayıt ŞPİnin 4-cü PB-nə gətirilmiş və orada xidməti otaqların birində üzərlərinə keçirilən şəxsi axtarış zaman Təqsirləndirilən şəxs1 əynində olan tünd yaşıl rəngli uzunqol qış gödəkçəsinin sol yan cibindən 01 bükümdə təmiz çəkisi 15,448 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan onun əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 47,476 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, eləcə də üzərində narkotik vasitə heroinin izləri olan “Aosai” yazılı “200gx0,01g2 markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, özünü narkotik vasitə əldə etmə və oğurluq cinayətində təqsirli bilmir, ona polis əməkdaşları tərəfindən təzyiq edilərək ifadələri qol çəkdirilmişdir. Xalasının evinə 3-4 il qabaq getmişdir, oğurluq hadisəsi olan vaxt o, Sumqayıt şəhərində olmuş və şəhərdə olan təhlükəsiz şəhər kameralarına da düşmüşdür. Dostu və hazırda təqsirləndirilən şəxs olan Vüqar ona zəng etmiş və o, da Vüqarın dediyi yerə getmişdir, sonradan bilmişdir ki, polisin təzyiqləri nəticəsində Vüqar ona zəng etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi təsdiq etmir. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs1 ibtidai istinaq zamanı verdiyi və məhkəmədə elan olunmaqla araşdırılmış cinayət işinin 3-cü cildinin 63- 65-ci vərəqlərində olan ifadəsində ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Daşqın Musayevi uşaqlıqdan tanıyır, onlar bir məktəbdə oxumuşlar, onunla 1995-ci ildən münasibəti var. Zərərçəkmiş şəxs onun xalasıdır. 15.01.2021-ci il tarixdə səhər saatlarında o Daşqınla zəngləşib qərara almışlar xalası Ramilənin evinə gedib oğurluq etsinlər. Həmin gün səhər saat 07 radələrində o Daşqınla görüşüb xalası Ramilənin evinə tərəf getmişlər və onun evinin hasarından aşaraq evin yataq otağının pəncərəsinə yaxınlaşmışlar, evin həyətində olan lomu Daşqın yerdən götürüb pəncərənin dəmir barmaqlığını lomla aralamış, o da ona kömək edib bir yerdə aralamışlar. Daşqın dəmir barmaqlığı əli ilə saxlayaraq, üzərindən çıxardığı vintaçanla evin yataq otağının plastik pəncərəsini sıxıb açmış, o da içəriyə keçib otağı axtarmağa başlamışdır. Yataq dəstlərinin arasını axtardıqda orada ağ rəngli dəsmala bükülü vəziyyətdə olan pulu götürmüş, həmin pulun yanında yükün altında 115 manat pul da ayrı qoyulmuşdur. O pulları götürüb çıxmış, çölə çıxanda da çöldə Daşqın pəncərənin dəmir barmaqlığını aralamış və o yenidən evin həyətinə keçmişdir. Oradan da hasardan aşaraq çıxıb getmişlər. Daşqın lomu və vinaçanı yolda harasa tullamışlar. Pul 18-20 bağlamada bükülü vəziyyətdə olmuş, elə bilmişdir ki, hər bağlama 1000, 1000 sayılıb yığılıb, lakin sayanda hər bükümdə əskiklik var idi. Həmin bağlamalardan 8 bağlamanı sayıb Daşqına vermiş, qalanlarını isə özünə götürmüşdür. Lakin Daşqın sonra istifadəsində olan hazırda xatırlamadığı nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib demişdir ki, bağlamada ümumilikdə 8000 manat deyil, 6300 manat pul var. Ona isə 7000 manat pul və ayrıca götürdüyü 115 manat pul qalmışdır. Həmin pula da narkotik vasitə olan heroin istifadə etdiyi üçün əksəriyyətinə heroin almış, yerdə qalan 2000 manat pula da Daşqından 100 qram narkotik almışdır. Onun 40 qramını çəkmiş, qalan 60 qram isə polis əməkdaşları tərəfindən saxlanılarkən onlara təqdim etmişdir. Bundan başqa, "xxxx" ASC-nin Sumqayıt filialından anasının adına özü üçün 3581 manat kreditə pul götürmüş, həmin krediti də oğurluqdan 01 ay sonra tam bağlamışdır. 09 mart 2021-ci il tarixdə, saat təxminən 20:45 radələrində yaşadığı ünvan 2 ünvanının yaxınlığında tanışı Təqsirləndirilən şəxs2la birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı olduqlarını bildirərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu, xidməti vəsiqələrini göstərərək, onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə polis bölməsinə dəvət etmişlər. Orada ona hüquq və vəzifələri elan olunmuq və buna dair bildiriş təqdim edilmiş, bundan sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o əynində olan tünd yaşıl rəngli uzunqol qış gödəkçəsinin sol yan cibindən 1 bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və həmin gödəkçənin sağ yan cibindən 1 ədəd özünə məxsus Samsung markalı mobil telefon və 20 manat pul, əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 80 qəpik pul aşkar edilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Cibindən çıxardaraq təqdim etdiyi 1 büküm narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi 16,12 qram olmuşdur.Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmiş, üzərinə o müqdafiəçi Arzu Cavadov imza etmişlər. 20 manat 80 qəpik pul özünə qaytarılmış, ona məxsus mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Belə ki, 2021-ci ilin mart ayının biri və ya ikisi günorta saatlarında Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi «Esmira» şadlıq evinin yaxınlığında Daşqının idarə etdiyi «Skoda» markalı avtomobildə görüşmüş, həmin vaxt ikisi olmuşlar, əvvəllər bir yerdə narkotik vasitə istifadə etdikləri üçün Daşqına 100 qram çəkidə heroin lazım olduğunu demiş, o da 1 qramının 24 manat təşkil edəcəyini demişdir. O da Daşqına özünə məxsus 2000 manat məblətində pul verib ayrılmışdır. Daşqın ona həmin gün axşama kimi ona heroin verəcəyini demişdir. Həmin gün gecə saat 23 radələrində Daşqınla onun idarə etdiyi maşınla Sumqayıt şəhəri Aliminium zavodunun yaxınlığında görüşmüşlər və Daşqın ona 100 qram narkotik vasitə olan heroin verib, ondan ayrılmışdır. Həmin heroinin 60 qramını Vüqara 24 manatdan satdım, qalan 40 qramı isə özündə saxlamışdır. İlkin ifadələrində o səhvən göstərmişdir ki, guya 60 qramı Vüqara nisyə vermiş, əslində onu Vüqara 24 manatdan satmışdır. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən, eləcə də ilkin ifadələrində 100 qram narkotik vasitəni 08.03.2021-ci il tarixdə yaşadığı binanın yaxınlığında Daşqından satış məqsədi ilə 24 manatdan əlbə-əl götürdüyünü səhvən göstərmiş, əslində 2021-ci ilin mart ayının biri və ya ikisi günorta saatlarında Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi «Esmira» şadlıq evinin yaxınlığında Daşqının idarə etdiyi «Skoda» markalı avtomobildə görüşüb, Daşqına 100 qram çəkidə heroin lazım olduğunu demiş, o da 1 qramını 24 manat təşkil edəcəyini demiş, o Daşqına orada özünə məxsus 2000 manat məblətində pul verib ayrılmışlar, daha sonra həmin gün gecə saat 23 radələrində Daşqınla onun idarə etdiyi maşında Sumqayıt şəhəri Aliminium zavodunun yaxınlığında görüşmüşlər və Daşqın ona 100 qram narkotik vasitə olan heroini vermişdir. O üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitən olan heroini tanışı Daşqından satmaq üçün almış və tanışı Təqsirləndirilən şəxs2 qramını 24 manatdan sataraq onun əldə etdiyi gəliri bərabər şəkildə bölməyə razılaşmışlar. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir təsir, təziq göstərilməmişdir.” Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifadə edir, ailə üzvləri ilə bərabər Sumqayıt şəhəri Kotec qəsəbəsində kirayə qalmışdır. 2020-ci ilin dekabr ayında polis əməkdaşları evində axtarış apararkən narkotik vasitə tapmış və bunun müqabilində 1000 manat pul istəmişlər. O, yaşayış yerini dərhal dəyişmişdir. 09 mart 2021-ci il tarixdə, saat təxminən 20:45 radələrində yaşadığı ünvan 1 ünvanında polislər evdə axtarış apararaq 1 qram narkotik vasitə aşkar etmişlər. Həmin gün o, Təqsirləndirilən şəxs1 mobil telefonla zəng etmişdir. Onun üzərində 15 qram yox 1 qram narkotik vasitə və cibində elektron tərəzi olmuşdur. Təqsirləndirilən şəxs1 onun evinə gəldikdən sonra o, qollarında qandal bir otaqda olmuş, Dadaş digər otaqda olmuş və polis əməkdaşları sonuncunu döymüşlər. O, Təqsirləndirilən şəxs1 narkotik vasitə almamışdır, ibtidai istintaq zamanı ifadələri təzyiq altında vermişdir və buna görə də həmin ifadələri təsdiq etmir. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs2 ibtidai istinaq zamanı verdiyi və məhkəmədə elan olunmaqla araşdırılmış cinayət işinin 3-cü cildinin 88- 90-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, “xeyli müddətdir ki, narkotik tərkibli maddələr qəbul edir, əvvəllər qanunsuz olaraq narkotik vasitə əldə etdiyinə, üzərində saxladığına və istifadə etdiyinə görə, Azərbaycan Respublikası CM-nin digər maddələri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 09 mart 2021-ci il tarixdə, saat təxminən 20:45 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında tanışı Təqsirləndirilən şəxs1la birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı olduqlarını təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, o Sumqayıt ŞPİ-nin 4-cü PB-nə polis bölməsinə dəvət etmişlər. Orada ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra o əynində olan qara rəngli uzunqol qış gödəkçənin sağ yan cibindən 1 ədəd elektron tərəzi və 1 bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və həmin gödəkçəsinin sol yan cibindən 1 ədəd özünə məxsus “Samsung” markalı mobil telefon və 16 manat pul aşkar edilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Cibindən çıxardaraq təqdim etdiyi 1 büküm narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi 48,15 qram olmuşdur.Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmiş, üzərinə o, müdafiəçisi Ramiz Mehdiyev imza etmişlər. 16 manat pul özünə qaytarılmış, ona məxsus mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. O həmin narkotik vasitə olan heroini tanışı Təqsirləndirilən şəxs1 08 mart 2021-ci il tarixdə əlbə-əl satış məqsədi ilə qramını 24 manatdan almış və həmin narkotik vasitənin qramını 30 manatdan satışını həyata keçirmiş, əldə etdiyi qazancı isə tanışı Təqsirləndirilən şəxs1la öz aramızda bərabər şəkildə bölmüşdür. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitən olan heroini tanışı Təqsirləndirilən şəxs1 satmaq üçün almış və əldə etdiyi gəliri öz aralarında bölmək şərti ilə razılaşmışlar. Gündəlik olaraq təxminən bir qram narkotik vasitə qəbul edir. O polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, təzyiq göstərilməmiş və hədə qorxu gəlinməmişdir.” Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 15.01.2021-ci il tarixdə, saat 17:30 radələrində əri Füzuli ilə birlikdə evə qayıdanda evin yataq otağında olan yastıqların dağılmış vəziyyətdə olduğunu, otağın pəncərəsinin dəmir barmaqlığı çöldən qırılaraq pəncərənin də kiminsə sıxıb açdığını görüb evə kimnsə girdiyini başa düşmüşlər. Tez yataq otağında çarpayının üzərindəki yataq dəstlərinin arasına nəzər yetirdikdə orada təxminən 5 gün əvvəl qoyduğu 22600 manat nağd pulun yerində olmadığını aşkar etmişlər. Həmin pul ona məxsus olmuş, onu təxminən 5 il ərzində hər maaş aldıqca qırağa atıb yığmışdır. Daha sonra bu barədə DİNin 102 xidmətinə məlumat verilmişdir. Evdə puldan başqa heç nə oğurlanmamışdır. Hazırda ona vurulmuş ziyan ödənilməsə də, təqsirləndirilən şəxs olan bacısı oğlu Təqsirləndirilən şəxs1 bağışlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 15 yanvar 2021-ci il tarixdə, səhər saatlarında arvadı Zərərçəkmiş şəxs ilə birlikdə işə getmişlər. Axşam isə o, Ramilədən yarım saat tez evə geri dönmüş və içəri girdiyi zaman pəncərənin dəmir barmaqlıqlarının qırıldığını görüb dərhal “102”ə zəng edərək məlumat vermişdir. Oğrular evi dağıtmamış, sadəcə olaraq döşəyi qaldırıb pulu götürmüşlər. Evdən 22.600 manat oğurlanmış, çemodanda olan sırğa, üzük və.s əşyalara isə toxulmamışdır. Sonradan eşitmişdir ki, oğurluq cinayətini Təqsirləndirilən şəxs1 törətmişdir. Oğurlanan puldan 10.000 manat qaytarılmış, qalan pul isə ayda 200 manat verməklə ödənilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Vüqar adlı şəxs barəsində narkotik vasitənin satışı haqqında əməliyyat məlumatının daxil olması nəticəsində rəhbərliyə məruzə edilərək həmin iş üzrə əməliyyat qrupu yaradılmışdır. Sumqayıt şəhəri, 34-cü məhəllədə Vüqar və Dadaş adlı şəxslər onlar tərəfindən saxlanılaraq Sumqayıt şəhər 4-cü polis bölməsinə aparılmış, videoçəkiliş müşayiətində və vəkillərin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 üzərindən bir bükümdə heroinə bənzər maddə, mobil telefon və 20 manat pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərindən isə bir bükümdə heroinə bənzər maddə, “Samsung” markalı telefon, tərəzi və 16 manat aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni 24 manat verməklə Təqsirləndirilən şəxs1 aldığını və 30 manata satdığını söyləmişdir. Təqsirləndirilən şəxs1 da həmin narkotik vasitəni Daşqın adlı şəxsdən götürdüyünü demişdir. Onlar heç vaxt Təqsirləndirilən şəxs2 evində olmamışlar, sonuncuları yolda hərəkətdə olarkən saxlamış və təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Vüqar adlı şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra Sumqayıt şəhərində əməliyyat tədbiri keçirilmiş və 9 mart 2021-ci il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlı şəxsləri Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində saxlayaraq Sumqayıt şəhər 4-cü polis bölməsinə aparmışlar. Polis Bölməsinin inzibati otaqlarının birində videoçəkiliş vasitəsilə onların üzərinə baxış keçirilərkən onların hər ikisinin də üzərindən bir büküm narkotik vasitə aşkar olunmuş, hətta Təqsirləndirilən şəxs2 üzərindən elektron tərəzi də müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində olan narkotik vasitəni Təqsirləndirilən şəxs1, sonuncu isə onları Daşqın adlı şəxsdən götürdüyünü bildirmişdir. Məhkəmədə elan olunaraq araşdırılmış cinayət işinin 2-ci cildinin 232-235-ci vərəqlərində olan Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, “09.03.2021-ci il tarixdə AR DİN-in BNMİ-nə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 20:45də Sumqayıt şəhəri 34-cü məhəllə ev 8 ünvanının yaxınlığında piyada hərəkət edən zaman tərəfimizdən saxlanıldı, onlara özümüzü təqdim etdikdən sonra, onlara da özlərini təqdim etməsini xahiş etmişlər. Onlar da özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu bildirmişlər. Daha sonra onlara külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olunduğu bildirilib, barələrində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onları Sumqayıt ŞPİnin 4-cü PB-yə dəvət etdik, onlar da da etiraz etməyərək onlarla birlikdə həmin Bölməyə gətirilmişlər. Orada xidiməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə əvvəlcə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilərək, vəkil təqdim edilmiş, daha sonra vəkilinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə,buna dair bildiriş təqdim edilmişdir. Dah sonra şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl Dadaşı şəxsi və axtarış aparılması barədə qərarla tanış etmişlər. Dadaşın paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif olunmuş, o da əynində olan tünd yaşıl rəngli uzunqol qış gödəkçəsinin sol yan cibindən 01 bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və həmin gödəçənin sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon və 20 manat pul, əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 80 qəpik pul aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Dadaş Byramovun təqdim etdiyi 01 büküm narkotik vasitə olan heroin tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi 16,12 qram olmuşdur. Sonra həmin bükümdə olan heroin ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd «Samsung» markalı telefon götürülmüş, 20 manat 80 qəpik pul isə Təqsirləndirilən şəxs1 qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilərək, vəkil təqdim edilmiş, daha sonra vəkilinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə,buna dair bildiriş təqdim edilmişdir. Dah sonra şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl Vüqarı şəxsi və axtarış aparılması barədə qərarla tanış etmişlər. Vüqarın paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif olunmuş, o da əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd tərəzi və 01 bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və həmin gödəçənin sol yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon və 16 manat pul aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən başqa qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 büküm narkotik vasitə olan heroin tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi 48,15 qram olmuşdur. Sonra həmin bükümdə olan heroin və tərəzi ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd «Samsung» markalı telefon götürülmüş, 16 manat pul isə Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, onu 08.03.2021-ci il tarixdə yaşadığı binanın yaxınlığında tanışı Daşqın adlı şəxsdən satış məqsədi ilə qramını 24 manatdan əlbə-əl götürdüyünü, götürdükdən sonra bir hissəsini şəxsi istifadəsi üçün istifadə etdiyini, qalan hissəsinin qramını 24 manatdan tanışı Təqsirləndirilən şəxs2 satdığını, əldə etdikləri qazancı isə öz aralarında böldüklərini, özünün əvvəllər məhkum olunmadığını, narkotik vasitə aludəçisi olduğunu və narkotik vasitə olan heroindən istifadə etdiyini, başqa yerlərdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psizi zor tərtbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, onu tanışı Təqsirləndirilən şəxs1 08.03.2021-ci il tarixdə əlbə-əl satış məqsədi ilə qramını 24 manatdan əldə etdiyini və qramını 30 manatdan satışını həyata keçirtdiyini və əldə etdikləri qazancı isə Təqsirləndirilən şəxs1la öz aralarında böldüklərini, özünün əvvəllər məhkum olunduğunu, narkotik vasitə aludəçisi olduğunu və narkotik vasitə olan heroindən istifadə etdiyini, başqa yerlərdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psizi zor tərtbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı təziq göstərilməmiş, onlar könüllü olaraq, törətdikləri cinayət əməlini etiraf etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən onlar heç bir müqavimət göstərməmişlər.” Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10.03.2021-ci il tarixli, 6/972 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində:“şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı təqdim etdiyi 01 büküm narkotik vasitə…» yazısı olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 15,448 qram qəhvəyi tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: şübhəli şəxs Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı təqdim etdiyi 01 ədəd elektron tərəzi və 01 büküm narkotik vasitə…» yazısı olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 47,476 qram qəhvəyi tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd üzərində «Aosai» yazısı olan «200g x 0,01g» markalı elektron tərəzinin üzərində heroin izləri vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş tərəzinin üzərindən heroin iz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. (cild 1, vərəqə 71-77,) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03.06.2021-ci il tarixli, 1725 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vərəqə 284-285) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03.06.2021-ci il tarixli, 1723 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 2, iş vərəqə 285-286) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 09.03.2021-ci il tarixdə AR DİN-in BNMİ-nə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 20:45-də Sumqayıt şəhəri 34-cü məhəllə ev 8 ünvanının yaxınlığında piyada hərəkət edən zaman AR DİN-in BNMİnin əməkdaşları tərəfindən saxlanılır, onlara özünü təqdim etdikdən sonra, həmin şəxslərə də özlərini təqdim edilməsi xahiş edilir. Onlar da özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu bildirirlər. Daha sonra onlara külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olunduğu bildirilib, barələrində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onlar Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət edilir, onlarda da etiraz etməyərək AR DİN-in BNMİnin əməkdaşları ilə birlikdə həmin Bölməyə gətirilir. Orada xidiməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə əvvəlcə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilərək, vəkil təqdim edilir, daha sonra vəkilinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə,buna dair bildiriş təqdim edilir. Daha sonra şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl Dadaş şəxsi və axtarış aparılması barədə qərarla tanış edilir. Dadaşın paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif olunur, o da əynində olan tünd yaşıl rəngli uzunqol qış gödəkçəsinin sol yan cibindən 01 bükümdə narkotik vasitə olan heroini təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilir və həmin gödəçənin sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon və 20 manat pul, əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 80 qəpik pul aşkar edilərək götürülür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra Dadaş Byramovun təqdim etdiyi 01 büküm narkotik vasitə olan heroin tərəzidə çəkilir və həmin kütlənin çəkisi 16,12 qram təşkil edir. Sonra həmin bükümdə olan heroin ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, DİN-in 7 saylı möhürü ilə möhürlənir və imzalarla təsdiq edilir. İş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd «Samsung» markalı telefon götürülür, 20 manat 80 qəpik pul isə Təqsirləndirilən şəxs1 qaytarılır. Bundan sonra Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilərək, vəkil təqdim edilir, daha sonra vəkilinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə,buna dair bildiriş təqdim edilir. Dah sonra şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl Vüqar şəxsi və axtarış aparılması barədə qərarla tanış edilir. Vüqarın paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif olunur, o da əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd tərəzi və 01 bükümdə narkotik vasitə olan heroini təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilir və həmin gödəçənin sol yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon və 16 manat pul aşkar edilərək götürülür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən başqa qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 büküm narkotik vasitə olan heroin tərəzidə çəkilir və həmin kütlənin çəkisi 48,15 qram təşkil edir. Sonra həmin bükümdə olan heroin və tərəzi ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, DİN-in 7 saylı möhürü ilə möhürlənir və imzalarla təsdiq edilir. İş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd «Samsung» markalı telefon götürülür, 16 manat pul isə Təqsirləndirilən şəxs2 qaytarılır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, onu 08.03.2021-ci il tarixdə yaşadığı binanın yaxınlığında tanışı Daşqın adlı şəxsdən satış məqsədi ilə qramını 24 manatdan əlbə-əl götürdüyünü, götürdükdən sonra bir hissəsini şəxsi istifadəsi üçün istifadə etdiyini, qalan hissəsinin qramını 24 manatdan tanışı Təqsirləndirilən şəxs2 satdığını, əldə etdikləri qazancı isə öz aralarında böldüklərini, özünün əvvəllər məhkum olunmadığını, narkotik vasitə aludəçisi olduğunu və narkotik vasitə olan heroindən istifadə etdiyini, başqa yerlərdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tərtbiq edilmədiyini bildirir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, onu tanışı Təqsirləndirilən şəxs1 08.03.2021-ci il tarixdə əlbə-əl satış məqsədi ilə qramını 24 manatdan əldə etdiyini və qramını 30 manatdan satışını həyata keçirtdiyini və əldə etdikləri qazancı isə Təqsirləndirilən şəxs1la öz aralarında böldüklərini, özünün əvvəllər məhkum olunduğunu, narkotik vasitə aludəçisi olduğunu və narkotik vasitə olan heroindən istifadə etdiyini, başqa yerlərdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psizi zor tərtbiq edilmədiyini bildirir. (cild 2, iş vərəqə 191-193) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən 01 bükümdə, Təqsirləndirilən şəxs2 üzərindən 01 büküm narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (cild 1, iş vərəqə 46-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ifadəsi videoçəkilişlə hadisə yerində yoxlanılarkən, sonuncu ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha dəqiqliklə göstərmişdir ( cild 2, iş vərəqə 60-61) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 15,308 qram çəkidə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 47,336 qram çəkidə narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disklər cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (cild 3, iş vərəqə 9-29) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 16.03.2021-ci il tarixli Sumqayıt şəhər məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Azərbaycan Respublikası DİN-in BNMİnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 09.03.2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 2, iş vərəqə 165) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 18.11.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Xaçmaz rayon məhkəməsinin 27.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 15.05.2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilərək, azadlıqdan məhrumetmə cəzası 01 il 5 ay 29 günə endirilmiş və o 05.08.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild 2, iş vərəqə 117-120, 173-174. cild 3, iş vərəqə 37-42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş qərardan görünür ki, 14.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işindən Daşqın Musayevin avtomobilindən aşkar edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin mənbəyinin müəyyən edilməsi faktına görə, eləcə də X1 barəsində 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ********* saylı cinayət işi ayrılmışdır.(cild 2, iş vərəqə 9-34) Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorluğunun 24 avqust 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Pİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı toplanmış material üzrə aparılmış araşdırma zamanı cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və Nəbiyev X3 Dadaş Aydın oğlu ilə barışmışlar, onlara dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 2012-ci il təvəllüdlü Bayramzadə Nuranə, 2015-ci il təvəllüdlü Bayramzadə Leyla, 2016-cı il təvəllüdlü Bayramzadə Səmra adlı üç uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİBnin 1 saylı Mənzil Kommunal sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahidl Şahid2 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 oğlunun üzərində narkotik vasitə olmamasına, oğurluq etməməsinə və Təqsirləndirilən şəxs2 isə üzərində yalnız 1 qram narkotik vasitə olmasına dair məhkəmədə verdiyi ifadələrini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hər iki şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Hər iki təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması, o cümlədən aşkar edilmiş Təqsirləndirilən şəxs2 üzərindən tərəzi aşkar edilməsi və həmin tərəzi üzərində narkotik vasitə olan heroinin izlərinin olması, xüsusilə isə hər iki təqsirləndirilən şəxsdən aşkar edilən narkotik vasitənin tərkibinə görə eyni olması, təqsirləndirilən şəxslərin məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon nömrəsinin "xxxx" MMC-dən götürülmüş məlumatlara əsasən, Təqsirləndirilən şəxs1 09.03.2021-ci il tarixdə saat 20:45 radələrində ünvan 4 ünvanında olmasına dair təqsirləndirilən şəxsin müdafiəçisinin yazılı olaraq təqdim etdiyi məhkəmə çıxışına münasibət bildirərək qeyd etmək istəyir ki, "xxxx" MMC-dən götürülmüş məlumatlarda antenlərin ünvanları qeyd edilmiş, antenlər isə bir neçə kilometr ərazini əhatə edərək müxtəlif ərazilərdə yerləşən mobil telefon nömrələrinə xidmət edə bilər, həmçinin müdafiəçinin çıxışında qeyd etdiyi iki ərazi ünvan 5 ünvanı bir-birilərinə yaxın ərazilərdir, aralarında təxminən 1 kilometrlik məsafə vardır. Təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr işin məhkəmədə müəyyən olunan halları tam üst-üstə düşməsi ilə yanaşı, məhkəmədə tədqiq olunan digər mötəbər sübutlarla təsdiq olunduğuna və törədilmiş cinayətlər haqqında kifayət edən nəticəyə gəlməyə əsas olduğuna görə məhkəmə, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrini də iş üzrə ittihamın həlli üçün kifayət edən sübut növü kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Hər iki təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törətdikləri cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almaqla yanaşı, hər iki təqsirləndirilən şəxsin şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, təqsirləndirildikləri maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın qanunda göstərilən məqsədlərinə nail oluna bilər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 18.11.2017-ci il tarixdə və 05.08.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilsə də, CM-nin 83.3.3 və 83.3.4-cü maddələrinə əsasən onun məhkumluğu ödənilməmiş hesab olunur. CM-nin 18.2.1 və 18.2.2-ci maddələrinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətləri təhlükəli residivi vardır ki, bu hal da cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin tələblərinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) nəzərə alınmasını imperativ edir. Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı övladının olması, cinayət nəticəsində Zərərçəkmiş şəxs vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi CM-in 59.1.4 və 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 09 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 mart 2021-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 20-21, 129-130, 141-143) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Hər iki təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının 03.06.2021-ci il tarixli, 1725 saylı və 03.06.2021-ci il tarixli, 1723 saylı rəylərinə əsasən Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs2 isə narkomaniyadan məcburi müalicə təyin olunmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan- 15,308 qram çəkidə qram çəkidə narkotik vasitə heroin, 47,336 qram çəkidə qram çəkidə narkotik vasitə heroin cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə olunmalı, 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd elektron tərəzi əvəzsiz olaraq müsadirə olunmaqla dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olaraq Təqsirləndirilən şəxs1 57 (əlli yeddi) manat və Təqsirləndirilən şəxs2 57 (əlli yeddi) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 09 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 09 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan- 15,308 qram çəkidə qram çəkidə narkotik vasitə heroin, 47,336 qram çəkidə qram çəkidə narkotik vasitə heroin cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə olunsun, 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd elektron tərəzi əvəzsiz olaraq müsadirə olunmaqla dövlət nəfinə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olaraq Təqsirləndirilən şəxs1 57 (əlli yeddi) manat və Təqsirləndirilən şəxs2 57 (əlli yeddi) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: İmza Rəşad Əliyev Məruzəçi Hakim: İmza Hafiz Əliyev Hakim: İmza Fəhmin Hümbətov Əsli ilə düzdür, Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar