Məhkəmə qərarları › İş №1(124)-12/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-12/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-12/2023 04.07.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, eləcə də təqsirləndirilən şəxslərin iştirakları ilə, 1) xx xxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən, ünvan 1 ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə, 1) xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, himayəsində 2 uşağı olan, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən narkotik vasitə olan marixuananın toxumlarını əldə edərək, Quba rayonu İsnovqışlaq kəndində yerləşən, mühafizəsi ona həvalə olunmaqla faktiki istifadəsində olan, ümumi sahəsi 0,08 ha olan torpaq sahədə yaşayış evinin olmamasından və sahənin 4 tərəfinin hündür hasarla əhatə olunmasından, bununla da torpaq mülkiyyətçisi də daxil olmaqla kənar şəxslərin diqqətindən kənarda olmasından istifadə edərək, əldə etdiyi həmin çətənə toxumlarını 2021-ci ilin yaz aylarında qeyd edilən torpaq sahəsində əkməklə, cücərmiş külli miqdarda, yəni ümumilikdə 1.235 (bir min iki yüz otuz beş) ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq edərək yetişdirmiş və bəzi hissələrini toplamaqla qanunsuz olaraq kultivasiya etmiş, həmçinin topladığı çətənə bitkilərindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda yəni, 15.500 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı hazırlamaqla əldə edib həmin həyətdə saxlamış və 01 iyul 2021-ci il tarixdə Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Quba rayonu İsnovqışlaq kəndində yerləşən onun faktiki istifadəsində olan 0,8 ha ölçüdə torpaq sahəsində əkdiyi yaş vəziyyətdə 852 ədəd, ümumi çəkisi 501 kiloqram olan, həmçinin quru vəziyyətdə 383 ədəd, ümumi çəkisi 22,873 qram olan aqrotexniki qaydada qulluq etdiyi narkotik tərkibli çətənə bitkiləri və şitilləri, eləcə də həyətdə yerləşən yarımtikilinin içərisində torpaq örtüyünün üzərindən və yarımtikilinin yanında dəmir lövhələrin üzərindən ümumi çəkisi 15.500 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, əvvəllər marixuana istifadə edən olmuşdur. 2019-cu ilin yanvar ayından etibarən Quba rayonunda Təqsirləndirilən şəxs1 İsnovqışlaq kəndində yerləşən fermasında gözətçi kimi çalışmışdır. Mehmanla Əmircan qəsəbəsində qonşu olmuş və bir yerdə böyümüşlər. Mehman öz bağ sahəsinə gec-gec gəlmiş, yəni iki ayda bir və ayda bir dəfə gəlmişdir. Təqsirləndirilən şəxs1 İsnovqışlaq kəndində 5 hektarlıq bağ sahəsi olmuş, həmin sahədə ferma olmuş və fermada çoxlu sayda ev quşları saxlanılmış, həmçinin buğda əkilmişdir. Orada qalamaq üçün ev də olmuşdur. Bundan başqa, Mehmanın həmin bağ sahəsindən aralıqda yerləşən 0,8 hektar ölçüsündə boş torpaq sahəsi olmuşdur. Həmin sahə daş hasarla hasarlanmış və orada ev və ya yaşayış yeri olmamışdır. Həmin boş sahənin açarları gözətçi kimi onda olduğundan təxminən 2021-ci ilin aprel ayının əvvəllərində orada çətənə toxumlarını əkmişdir. Toxumları əkdikdən sonra inkişaf etməsi üçün həmin toxumlara vaxtlı-vaxtında su və gübrə vermişdir. Həmin boş torpaq sahəsinə Mehman gəlib getməmişdir. Mehman gələndə ferma olan bağ sahəsinə gəlmişdir. 2021-ci il iyulun 1-də günorta saatlarında İsnovqışlaq kəndində olan zaman hasardan aşan polis əməkdaşları gəlib onu tutmuşdurlar. Bu zaman polislər onun əkdiyi çətənə bitkilərini aşkar etmişlər. Lakin xırda dibçəklərdə olan çətənə bitkilərini polislər tərəfindən gətirilmişdir. Daha sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təzyiq altında və döyülmə nəticəsində vermişdir. Polis əməkdaşları ondan tələb etmişlər ki, torpağın sahibi Təqsirləndirilən şəxs1 qarşı ifadə versin, o da, müstəntiq tərəfindən yazılmış ifadəni imzalamışdır. Belə ki, torpaq sahəsinə baxış keçirilən zaman Mehman Bakı şəhərində olmuş və sahə inspektoru ona zəng edib çağırmışdır. Sonra Mehman gəlmiş, lakin o, video çəkilişdə olmamış, kənarda durub gözləmişdir. Ardınca baxış qurtardıqdan sonra polislər onu və Mehmanı birlikdə Quba rayon polis şöbəsinə aparmışlar. Həmçinin verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərdi ki, 0,8 hektarlıq boş torpaq sahəsində narkotik bitkilərin əkməsindən Təqsirləndirilən şəxs1 məlumatı olmamışdır. Çətənə bitkisinin toxumları onların evində atasında qalmış və o, əkməyə qərara almışdır. Boş torpaq sahəsində yarımtikilidə olan bitkilərin qurudulması üçün ipləri özü çəkmişdir. Lakin narkotik bitkiləri qurutmamışdır. Polislər yerdə tapdıqları kol-kosu quru narkotik adı ilə torbalara qoymuşlar. Şahid6 ümumilikdə 1-2 dəfə Mehmanla ferma olan bağ sahəsində görmüş və Zaur narkotik vasitələrin yetişdirilməsi ilə bağlı ona məsləhət verməmişdir. Təqsirləndirilən şəxs1 məxsus ferma olan 5 hektarlıq bağ sahəsi, narkotik əkdiyi 0,8 hektarlıq boş torpaq sahəsindən təxminən 100 metr aralıqda olmuşdur. Polis şöbəsində ona təzyiq edilmişdir ki, Mehman Sənmədovla birlikdə narkotik əkməsini desin, buna görə də o, ifadəni imzalamışdır. Lakin Mehmanın narkotik bitkilərinin əkilməsindən ümumiyyətlə məlumatı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, polis əməkdaşları onu tutduqdan sonra ilkin olaraq torpaq sahibi Təqsirləndirilən şəxs1 barədə soruşmuşlar, lakin o, Mehmanın narkotik bitkilərdən məlumatının olmadığını və onunla birlikdə narkotik əkmədiklərini demişdir. Təqsirləndirilən şəxs2 ifadəsinə əsasən videogörüntünün əvvəlində onun paltarlarının təmiz, sonunda isə paltarları çirkli olmuş, bu isə döyülmə nəticəsində baş vermişdir. O, Mehmanla birlikdə narkotik vasitələri əkdiyini və Mehmanın xəbəri olmasını desəydi, bunu elə videoçəkilişin əvvəlində deyərdi. Lakin, polis əməkdaşları videoçəkilişi dayandırdıqdan sonra onu bərk döymüşlər, hətta armaturla da döymüşlər, onun başını həmin ərazidə yerləşən su hövzəsinin içərisinə salmışlar. Həmçinin Təqsirləndirilən şəxs2 videoçəkilişin həmin hissəsi ilə bağlı qeyd etmişdir ki, videoçəkiliş sadəcə onun üzünün sağ hissəsindən aparılmışdlr. Buna səbəb isə döyüldükdən sonra onun üz nahiyəsində xəsarətlərin olması olmuşdur. Məhz döyülmə və təzyiq nəticəsində videonun sonunda o, Mehmana qarşı ifadə verməklə Mehmanla birlikdə narkotik bitkiləri əkməsini və Mehmanın həmin bitkilərin əkilməsindən xəbərinin olmasını demişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs2 narkotik əkdiyi torpaq sahəsi ona məxsusdur. Ceyhunla Bakıda eyni məhəllədə böyümüşdür. Ceyhun ilk əvvəllər onun yanında fəhlə kimi işləmiş, sonra isə onu fermasına gözətçi kimi götürmüşdür. Belə ki, Quba rayonun İsnovqışlaq kəndində 2015-ci ildən onun 5 hektarlıq bağ sahəsi vardır. Həmin bağ sahəsində ferma olmuşdur. Bundan başqa, bağ sahəsindən aralıda 2018-ci ildən onun 0,8 hektar ərazisi olan daha bir hasarlanmış torpaq sahəsi olmuşdur. Bağ sahəsində o, buğda əkmiş, həmçinin həmin yerdə olan fermada 300-ə yaxın cücə və toyuq olmuş, eləcə də qaz saxlamışdır. Həmçinin qeyd edilən bağ sahəsində ev olmuş, Ceyhun orada qalmış, özü də gələndə həmin evdə qalmışdır. 0,8 hektar ərazisi olan torpaq sahəsi isə gələcəkdə ev tikilməsi üçün nəzərdə tutulmuş, daş hasarla hasarlanmış boş torpaq sahəsi olmuşdur. 2019-cu ildə Ceyhunu bağ sahəsinə baxması üçün gözətçi kimi işə götürmüşdür. Aylıq 500 manatadək maaş vermişdir. 2020-ci ildə pandemiya olduğu üçün bağa və fermaya baxmaq üçün gedib gələ bilmədiyindən əraziyə Ceyhun baxmışdır. Daha sonra, Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayında 1 dəfə Qubaya getmiş, gedəndə 5 hektarlıq bağ sahəsinə baxmaq üçün getmiş, 0,8 hektar torpaq sahəsinə isə baxmamışdır. Belə ki, həmin 8 sotluq torpaq sahəsi boş olduğundan, orada ev və ya digər sahə olmadığından həmin sahəyə nəzarət etməyə zərurət olmamışdır. Torpaq sahəsinin açarları Ceyhunda olmuşdur. 01 iyul 2021-ci il tarixdə günorta saatlarında ona sahə inspektoru zəng edərək Ceyhunun dalaşdığı üçün tutulduğunu və polis rəisinin onu görmək istədiyini deməklə Quba rayonuna gəlməyi tələb etmişdir. O, da dərhal avtomaşınla Quba rayonun İsnovqışlaq kəndinə gəlmişdir. Gəlib çatdıqda 8 sotluq boş torpaq sahəsindən polislərin çətənə kolları yığdığını və çəkilişin aparıldığını görmüşdür. Ceyhundan nə baş verdiyini soruşduqda o, cavab verməmişdir. Lakin polislər onu çəkilişdə iştirak etməyə qoymamışlar və kənarda saxlamışlar. Sonra Ceyhunla onu Quba rayon polis şöbəsinə aparmışlar. Polislər Ceyhunu döyərək narkotik bitkiləri onunla birlikdə əkdiyini deməsini tələb etmişlər, lakin Ceyhun özünün əkdiyini demişdir. Polis şöbəsində onu iyul ayının 3-dək saxlamışlar və yalnız saxlanılmasının 3-cü günündə onunla bağlı sənədləşmə aparılmış və o, məhkəməyə aparılaraq həbs edilmişdir. Polislər onu və Təqsirləndirilən şəxs2 döyüb onlara təzyiq etmişlər. Həmçinin polislər onu ailəsi ilə də hədələmişlər ki, “etiraf etməsən kisədə narkotiki evinə qoyarıq, ailəni də bu işə qatarıq”. Buna görə də, təzyiq və döyülmə altında o, müstəntiq tərəfindən əvvəlcədən yazılmış mətni imzalamışdır. Daha sonra, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 göstərmişdir ki, o, narkotik vasitələrin istifadəçisi olmamış, ekspertiza keçirilən zaman ondan analiz belə götürülməmiş və onun narkotik istifadəçisi olmasını yazmışlar. Təqsirləndirilən şəxs2lə narkotik vasitə əkməmiş və boş olan 0,8 hektarlıq torpaq sahəsində Ceyhunun narkotik tərkibli bitkilər əkməsindən onun məlumatı olmamışdır. Şahid6 çətənə kollarının yetişdirilməsi ilə bağlı o, dəvət etməmiş, bununla bağlı ondan məsləhət almamış, Şahid6lə onun münasibəti olmuş, sonuncu bir dəfə bağ sahəsinə onunla tikintiyə baxmaq üçün, bir dəfə də ailəsi ilə gəlmiş, sonra isə qayıtmışdır. Şahid6 nömrəsini polislər onun telefonunu götürüb orada zəngləşdiyi adamların nömrələrini yığmaqla əldə etmişlər. Sonra da ona zəng etmişlər. Şahid6lə bağlı o, müstəntiqə hər hansı bir məlumat verməmiş və narkotik əkdiyini deməmişdir. Özü iki il günahsız həbsdə olduğu üçün Şahid6 də heç bir səbəb olmadan öz işinə cəlb edilməsindən qorxaraq ilkin olaraq məhkəmədə ifadə verərkən onun adını verməmişdir. Bu günədək də onun Samsung markalı telefonu polislər tərəfindən qaytarılmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Quba rayonuna təxminən 2 ayda 1 dəfə, bəzən ayda 1 dəfə fermaya və bağ sahəsinə baş çəkmək üçün getmişdir. Narkotik vasitələrin aşkar olunduğu torpaq sahəsi boş torpaq olduğu üçün ora ümumiyyətlə girməmişdir. Sadəcə həmin torpaq sahəsinə də nəzarət etməyi Təqsirləndirilən şəxs2 tapşırmışdır. Ferma olan bağ sahəsi narkotik vasitələrin əkilməsi aşkar olunduğu torpaq sahəsindən təxminən 100-150 metr aralıqda olmuşdur. Həmin torpaq sahəsində olan suvarma avadanlığı və istixana dəmirləri isə onun tərəfindən çiyələk əkilməsi məqsədi ilə əvvəl alınmış və istifadə edilmədiyindən boş torpaq sahəsinə yığılmışdır. Ceyhun Xanmirəzyevlə heç vaxt narkotik vasitə birlikdə əkməmiş və Ceyhunun narkotik bitkilər əkməsi barədə onun ümumiyyətlə məlumatı olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 01 iyul 2021-ci il tarixdə Quba rayonunun İsnovqışlaq kəndində yerləşən həyətyanı sahədə bir neçə şəxsin narkotik tərkibli bitkiləri kultivasiya etmələri barədə əməliyyat məlumat daxil olmuşdur. Lakin əməliyyat qeydiyyat işi açılmamışdır. Bununla əlaqədar əməliyyat qrupu yaradılmış və qrupda Sadiq Pənahov, Şahid5, Şahid4, Şahid1 və özü olmuşdur. Əməliyyat qrupu ilə birlikdə həmin gün Quba rayonu İsnovqışlaq kəndində yerləşən torpaq sahəsinə getmişlər və torpağın sahibi Mehmanın iştirakı ilə həmin torpaq sahəsinə baxış keçirmişlər. Həmin şəxslərin torpaq sahəsində istixana düzəltdikləri və narkotik vasitələrin kultivasiyası ilə məşğul olduqları müəyyən edilmişdir. Videoçəkilişlə aparılmaqla torpaq sahəsinə baxış keçirərkən aqrotexniki qaydada qulluq göstərilmiş çətənə bitkiləri, həmin torpaq sahəsində olan yarımtikilidə isə yerdə və dam örtüyünün üzərində çətənə kollarının qurudulmuş hissələri aşkar olunmuşdur. Daha sonra, verilən suallara cavab olaraq Şahid3 göstərdi ki, əməliyyat məlumatından sonra müəyyən edilmişdir ki, torpaq sahəsi Mehmana məxsusdur, Ceyhun da həmin çətənə bitkilərinin əkini ilə məşğul olan şəxsdir. Torpaq sahibi Mehman baxış zamanı ora gəlmiş və onun iştirakı ilə baxış keçirilmişdir. Baxışın keçirilməsinə günorta saatlarında başlanılmışdır. Aşkar edilmiş çətənə bitkiləri çıxarılmış və qablaşdırılmışdır. Bundan başqa, qurudulmuş hissələr də yığılaraq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 01 iyul 2021-ci ildə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə Quba rayonu İsnovqışlaq kəndində yerləşən həyətyanı sahədə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaları barədə əməliyyat məlumat daxil olmuşdur. Sadiq Pənahov, Şahid5, Şahid3, Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun üzvləri ilə birlikdə Quba rayonu İsnovqışlaq kəndində yerləşən torpaq sahəsinə getmişlər. Təqsirləndirilən şəxs2 evin qarşısında saxlamışlar, onun icazəsi və iştirakı ilə həmin torpaq sahəsinə daxil olmuşlar və onunla birlikdə torpaq sahəsinə baxış keçirmişlər. Baxışda aqronom da iştirak etmişdir. Torpaq sahəsi Təqsirləndirilən şəxs1 məxsus olmuş və orada olan istixanada aqrotexniki qaydada qulluq göstərilmiş çətənə bitkiləri və qurudulmuş çətənə kolları aşkar edilmişdir. Baxışda həmçinin təhqiqatçı F.Rəcəbov və kriminalist F.İslamov iştirak etmişdir. Daha sonra, verilən suallara cavab olaraq Şahid4 ifadəsində göstərdi ki, daxil olan əməliyyat məlumatında Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 birgə çətənə bitkilərinin kultivasiyası ilə məşğul olması olduğundan Ceyhun ərazinin Mehmana məxsus olduğunu demişdir. Sonra Mehmanı gözləmişlər və Mehman həmin gün gəlmiş, o, da baxışda iştirak etmişdir. Mehman videoçəkiliş zamanı da orada olmuşdur. Videogörüntülərdə Təqsirləndirilən şəxs1 olmamasını isə Şahid4 texniki səbəblərlə izah etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 01 iyul 2021-ci il tarixdə Quba rayonu, İsnovqışlaq kəndində yerləşən həyətyanı sahədə qanunsuz olaraq narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olunması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında narkotik tərkibli bitkilərin kultivasiya edildiyi yerə əməliyyat qrupu ilə getmişlər. Həmin yerdə narkotik tərkibli bitkiləri aşkar etmişlər və təqsirləndirilən şəxslərin hər ikisini şübhəli şəxs qismində tutmuşlar. Daha sonra verilən suallara cavab olaraq Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 2 gün sonra deyil, əməliyyat keçirilən gün, yəni 01 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2lə birlikdə tutulmuşdur. İlkin olaraq Təqsirləndirilən şəxs2 tutulmuş, sonra isə Təqsirləndirilən şəxs1 gəlmiş və onu da həmin gün tutmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Ceyhunun Mehmanla birlikdə Quba rayonu İsnovqışlaq kəndində yerləşən torpaq sahəsində narkotik tərkibli bitkiləri kultivasiya etmələri barədə əməliyyat məlumat daxil olmuşdur. Bununla bağlı Quba RPŞ-nin əməkdaşları Şahid3, Sadiq Pənahov, Şahid5, Şahid4, Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat qrupu ilə qeyd edilən torpaq sahəsinə getmişlər. 2021-ci ilin iyul ayının 1-də Quba rayonu İsnovqışlaq kəndində Ceyhunu saxlamışlar. Videoçəkilişlə vəkilin və aqronomun iştirakı ilə həmin torpaq sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 məxsus olan 0,08 ha torpaq sahəsindən çətənə bitkiləri aşkar edilmişdir. Sual edildikdə Ceyhun Mehmanla birlikdə həmin çətənə kollarını əkdiklərini bildirmişdir. Aqronom da baxış keçirdikdə çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 torpaq sahəsində yerləşən yarımtikilinin içərisində divarlara bərkidilmiş dəmir məftilləri göstərib çətənə kollarını asaraq qurudulması üçün həmin otaqlarda saxladıqlarını demişdir. Otaqlara baxış keçirilən zamanı yerdən çətənə kollarının qurudulmuş hissələri aşkar olunmuşdur. Daha sonra, həyətyanı sahədə yarımtikilinin içərisinə baxış keçiriləndə orada yerdə sərilmiş vəziyyətdə olan sellofan parçaların və dəmir dam örtüklərinin üzərində çətənə bitkiləri olduğu aşkar edilmişdir. Məhkəmədə ifadəsi elan edilərək edilərək tədqiq edilən Quba rayon Polis Şöbəsinin sabiq əməliyyat müvəkkili Şahid5 ibtidai istintaq zamanı verdiyi digər polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri ifadələri ilə tamamilə eyni məzmunlu ifadəsindən görünür ki, “Ceyhun” adlı şəxsin “Mehman” adlı şəxslə birlikdə qabaqcadan əlbir olaraq Quba rayonu İsnovqışlaq kəndində yerləşən həyətyanı sahədə qanunsuz olaraq narkotik tərkibli bitkiləri kultivasiyası ilə məşğul olmaları barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat müvəkkilləri polis kapitanı Şahid3, polis baş leytenantı Sadiq Pənahov, polis kapitanı Şahid5, polis baş leytenantı Şahid4, polis leytenantları Şahid1 və Şahid2, KTQ-nun baş inspektor-kriminalisti polis mayoru Fuad İslamovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 15:20 radələrində Quba rayonu İsnovqışlaq kəndində yaşadığı evin qarşısında saxlanılaraq özünün icazəsi ilə yaşdığı evdə video çəkilişlə vəkil Rafiq Əskərovun və X12un iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli olması bildirilmiş, hüquq və vəzifələri izah edilməklə Quba rayon Vəkil bürosunun vəkili Rafiq Əskərov ona təqdim edilmişdir. Ceyhun vəkilin iştirakı ilə yaşadığı evin həyətinə daxil olub baxış keçirilməsinə etiraz etməmişdir. Ceyhuna narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsi təklif edildikdə, Ceyhun tanışı Təqsirləndirilən şəxs1 məxsus olan 0,08 ha torpaq sahəsində ilkin olaraq cərgələrlə əkilmiş, həmçinin əkilib-becərilməsi üçün münbit şərait yaradılmış olan və istixananın içərisində yerləşən çətənə bitkilərinin yerini göstərmişdir. Təqsirləndirilən şəxs2 və müdafiəçisi Rafiq Əskərovun iştirakı ilə həmin yerə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 qeyd etdiyi istixana yerləşən və üzəri dəmir konstruksiyalarla örtülmüş olan yerə polis əməkdaşları və aqronomla birlikdə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edərək aşkar olunmuş çətənə kollarını əkdiklərini etiraf etmiş və həmin bitkilərə gübrə və digər təsərrüfat təyinatlı vasitələrlə qulluq etdiklərini, həmin ərazidə aşkar olunmuş narkotik vasitələri torpaq sahəsinin sahibi olan tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə əkib becərərək kultivasiya etdiklərini, həyətyanı sahədə aşkar olunmuş istixanadan, süni yaradılmış su hövzəsindən, suvarma üçün quraşdırılmış damlama üsulundan və həyətyanı sahədə olan yarımtikilidən narkotik vasitələri kultivasiya etmək, qurutmaq və daha sonra da satmaq məqsədilə istifadə etdiklərini bildirmişdir. Aşkar olunmuş istixananın içərisində və su hövzəsinin ətrafındakı dibçəkdə olan çətənə kolları köklərindən çıxarılıb toplanılmışdır. X12 aşkar olunmuş bitkilərə baxaraq, həmin narkotik tərkibli çətənə kollarına aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Köklərindən çıxarılmış çətənə kolları polis əməkdaşlarının iştiakı ilə torbalara yığılaraq qablaşdırılmışdır. Ardınca Təqsirləndirilən şəxs2 həyətyanı sahədə başqa hansı hissədə narkotik vasitə əkilməsi barədə soruşulduqda, Təqsirləndirilən şəxs2 həyətyanı sahənin digər tərəfində olan kolların yerini göstərmişdir. Baxışda iştirak edən şəxslərin iştriakı ilə həmin ərazidə aşkarlanmış çətənə kolları köklərindən çıxarılıb qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2 həyətyanı sahədə yerləşən yarımtikilinin içərisində divarlara bərkidilmiş dəmir məftilləri göstərərək həmin otaqlarda çətənə kollarını asaraq qurudulması məqsədilə istifadə etdiklərini bildirmiş, otaqlara baxış keçirilən zaman yerdən çətənə kollarının qurudulmuş hissələri aşkar olunub toplanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 onlara həyətyanı sahədə yarımtikilinin yaxınlığında yerdə sərilmiş vəziyyətdə olan sellofan parçaların və dəmir dam örtüklərinin üzərində olan kütlələri göstərərk həmin kütlələrin çətənə bitkiləri olduqlarını və dərildikdən sonra qurudulması üçün yerdə sərdiyini bildirmişdir. Aşkar olunmuş kütlələrdə torbalara yığılaraq qablaşdırılmışdır. Həyətyanı sahədə baxış sonlandıqdan sonra ağ rəngli torbalara yığılmış narkotik vasitələr Təqsirləndirilən şəxs2 və vəkili Rafiq Əskərovun iştirakı ilə möhürlənərək yapışqan lentlə bağlanılmış və hər birinin ayrı-ayrılıqda çəkiləri ölçülmüşdür. Baxış sonlandıqdan sonra Təqsirləndirilən şəxs2 prosessual hərəkətlərin davam etdirilməsi üçün Quba RPŞ-nə dəvət edilmişdir. (Cild 1, iş vərəqləri 161-163) Məhkəmədə şahid qismində dindirilmiş Quba rayonun İsnovqışlaq kənd sakini X8 ifadəsində göstərdi ki, təsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Mehmanın həmin kənddə bağ və torpaq sahəsi olmuşdur. Bağ sahəsində toyuq-cücə ferması olmuşdur. Həmin bağ və ferma olan yerdə Mehmanın evi olmuş və orada Ceyhun qalmış, fermaya baxmışdır. Mehman ayda bir dəfə gəlib bağ sahəsinə nəzarət edirdi. Həmçinin Mehmanın digər torpaq sahəsi də olmuşdur. Həmin torpaq sahəsi hündür hasara alınmışdır. Həmin sahəyə gedən yol onun evinin yanından keçmişdir. 01 iyul 2021-ci il tarixdə həmin torpaq sahəsinin yaxınlığına polislərin yığışdığını və Mehmanın da maşının orada olduğunu görmüşdür. Mehmanı polislər tutub saxlamışlar. Nə baş verdiyi ilə maraqlanmaq üçün yaxınlaşdıqda polislər içəri girməyə icazə verməmişlər və onu ərazidən kənarlaşdırmışlar. 01 iyul 2021-ci il tarixdən sonra Mehmanı bir daha kənddə görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayonun İsnovqışlaq kənd sakini X11 ifadəsində göstərdi ki, onun kənddə olan evinin Mehmanın torpaq sahəsi ilə arası təxminən 500 metrdir. 01 iyul 2021-ci il tarixdə təxminən saat 15 radələrində Mehmanın torpaq sahəsinə polislər gəlmişdir. Polislər onları ərazidən uzaqlaşdırmışlar Mehmanı isə polis maşınına mindirib aparmışlar. Daha sonra, İsa Soltanov ifadəsində göstərdi ki, Mehmanın həmin kənddə bağ sahəsi və ferması da olmuşdur. Mehman və Ceyhun orada toyuq-cücə saxlamışlar. Ceyhunun torpaq sahəsində narkotik bitkilər əkməsindən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon X7 kəndi üzrə sahə inspektoru Şahid10 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri tanımışdır. Həmin kənddə Mehmanın torpaq sahəsi olmuş, Ceyhunda həmin sahədə gözətçi olmuşdur. Mehman kəndə hərdən bir gəlmişdir. 01 iyul 2021-ci il tarixdə günorta saatlarında öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Mehmana zəng edib ona Ceyhunun tutulduğunu və Qubaya gəlməli olduğunu demişdir. Lakin Ceyhunun nə ilə bağlı tutulduğunu deməmişdir. Mehman Bakıdan Qubaya gəlmiş, lakin sonra kənddən getdiyindən Mehmanla nə baş verməsindən onun məlumatı olmamışdır. Daha sonra, verilən suallara cavab olaraq Şahid10 göstərdi ki, narkotiklər aşkar edilmiş torpaq sahəsinin təxminən 3 metr hündürlüyündə hasarı olmuş, ora bağlı sahə olmuşdur. Orada əvvəllər Mehmanı görməmişdir. Bundan başqa, Mehman tərəfindən narkotik vasitələrin əkilməsi ilə bağlı əməliyyat məlumatının olmasını da göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1la əvvəldən münasibətləri olmuş, onu qonşu kimi tanımış, birlikdə iş görmüşlər. Təqsirləndirilən şəxs2 isə bir neçə dəfə görmüşdür, onu Mehmanın işçisi kimi tanımışdır. Pandemiya zamanı Təqsirləndirilən şəxs1la bir-iki dəfə Quba rayonuna onun bağ sahəsinə getmişdir. Orada Mehmanın 5 hektarlıq bağ sahəsi və evi olmuşdur. Mehmanla Qubaya getməkdə məqsədi birgə fermaya baxmaq və istirahət etmək olmuşdur. Təqsirləndirilən şəxs1 məxsus torpaq sahəsində narkotik tərkibli birkilərin əkilməsindən onun məlumatı olmamış və bunu görməmişdir. Onun Qubada getdiyi yer Mehmanın ferması olan bağ sahəsi olmuşdur. Özü heç bir vaxt narkotik vasitə qəbul etməmiş və narkotiklə bağlı onun məhkumluğu olmamışdır. Həmçinin o, göstərmişdir ki, Şahid9 adlı müstəntiq tərəfindən Quba rayon polis şöbəsinə dəvət edilərək saxlanılmış, Çingiz adlı vəkil onun müdafiəçisi olmuş, sonra isə o, buraxılmışdır. Həmin vaxt o, hazırki ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon polis şöbəsinin istintaq bölməsinin sabiq müstəntiqi Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işi ilə bağlı tanımışdır. Həmin cinayət işinin ibtidai istintaqı onun tərəfindən aparılmışdır. Həmin iş üzrə tərtib edilmiş ittiham aktı ilkin olaraq prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunmamış, çünki Şahid6lə bağlı araşdırma aparılmamışdır. Sonra Şahid6lə bağlı iş ayrıca icraata ayrılmış, həmin ayrılmış iş üzrə Şahid6 təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin prokuror tərəfindən təqsirləndirilən şəxs Şahid6 təqsirinin sübuta yetirilməməsi əsası ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar ləğv edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Şahid6 narkotik vasitələrin əkilməsinə kömək etməsi ilə bağlı Təqsirləndirilən şəxs1 və Ceyhun Xanmirəzyevdən alınmış ifadələr öz təsdiqini tapmadığından prokuror tərəfindən həbslə bağlı vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs1 tutulması tarixi ilə bağlı müstəntiq Şahid9 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 03 iyul 2021-ci il tarixdə ona polis əməkdaşları tərəfindən təqdim edilmiş və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin müstəntiq Şahid9 ifadəsində göstərmişdir ki, tutularkən Təqsirləndirilən şəxs1 üzərində mobil telefon olmasından onun məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, müstəntiq Şahid9 müdafiəçi dəvət edilməsi haqqında qərarına əsasən 27 fevral 2022-ci il tarixdə Şahid6 müdafiəçisi kimi onun şübhəli şəxs kimi tutulmasında, sonra isə təqsirləndirilən şəxs qismində cəlb edilməsində iştirak etmiş, lakin sonradan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Quba rayon prokuroru tərəfindən müstəntiqin cəlb qərarı onun təqsiri sübuta yetirilmədiyinə görə ləğv edilmiş, təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş iş üzrə məhkəmə-bioloji ekspertiza rəyini tərtib etmiş ekspert Şahid11 ifadəsində göstərdi ki, təyin olunmuş məhkəmə-bioloji ekspertizası üzrə ekspertlər tərəfindən rəy verilərkən Birləşmiş Millətlər Təşkilatının metodikalarından istifadə olunur. Hansı ki, metodikaların istifadə edilmə qaydaları Birləşmiş Millətlər Təşkilatı tərəfindən yazılır və dünyanın bütün ölkələrində eyni qaydada istifadə olunur. Çətənə bitkisi adından da məlum olduğu kimi bitkidir, onun vegetativ orqanları üzərində olur. Marixuana isə dövriyyəsi qadağan olunmuş və çətənə bitkisinin yuxarı hissələrindən hazırlanmış narkotik vasitədir. Marixuana çətənə bitkinin yuxarı yarusudur. Marixuananın narkotik vasitə kimi hazırlanmasının 1-ci mərhələsi qopartma, 2ci mərhələsi doğrama, 3-cü mərhələsi isə qurutmadan ibarətdir. Marixuananın təkcə budağı bitki hissəsi sayılır. Yarpaqla birgə isə marixuana hesab olunur. Başqa sözlə çətənə bitkisi yarpaqları ilə birlikdə marixuana hesab olunur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməklə həmin sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 02 iyul 2021-ci il tarixli 7/625 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs2 kultivasiya edilmiş ...” sözləri yazılmış 04 (dörd) sintetik torbada ümumi çəkisi 15.500 qram (15 kq 500 qram) bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs2 tərəfindən qanunsuz kultivasiya edilmiş ...” sözləri yazılmış 88 (səksən səkkiz) ədəd sintetik torbada ümumi sayı 852 (səkkiz yüz əlli iki) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 501.000 qram (501,0 kq) bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş marixuana və çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş bitki şitilləri inkişafının ilkin fazasında olduğu üçün onlarla müqayisəli tədqiqat aparılmadı. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs2 əkib-becərdiyi...” sözləri yazılmış kağız paketdə 383 (üç yüz səksən üç) ədəd, quru vəziyyətdə, ümumi çəkisi 22,873 qram bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronomun rəyinə əsasən ümumi sayı 1.235 (min iki yüz otuz beş) ədəd olan çətənə (kannabis) bitkilərinə və şitillərə aqrotexniki qaydada qulluq göstərilmişdir. (Cild 1, iş vərəqləri 33-36) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertin 02 sentyabr 2021-ci il tarixli, 3211 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 180- 181) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Məhkəmə X2 xx.xx.2021-ci il tarixli 2880 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır və onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, iş vərəqləri 29-32) Məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs1 təqsirliliyini təsdiq edən yetərli sübut məhkəməyə təqdim edə bilməmiş, onun təqsirli olması iddiası ilə bağlı istintaqın məhkəməyə təqdim etdiyi ayrı-ayrı dəlillərin mötəbərliyinə və mümkünlüyünə bütövlükdə elə bir şübhələr vardır ki, məhkəmə ittiham tərəfinin həmin sübutları əsasında Təqsirləndirilən şəxs1 təqsirli bilinməsi və cəzalandırılmasını mümkünsüz hesab etmiş, eyni zamanda Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan ayrıayrı bəndlərin çıxarılmasının zəruri olması nəticəsinə gəlmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və mənbədən narkotik vasitə olan marixuananın toxumlarını əldə edərək, həmin toxumları 2021-ci ilin yaz aylarında Quba rayonu İsnovqışlaq kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan özünə məxsus həyətyanı sahədə əkərək, cücərmiş külli miqdarda, yəni ümumilikdə 1235 (bir min iki yüz otuz beş) ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq edərək yetişdirməklə və bəzi hissələrini toplamaqla qanunsuz olaraq kultivasiya etmiş, həmçinin topladıqları çətənə bitkilərindən satış məqsədilə külli miqdarda yəni, 15 kq 500 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı hazırlamaqla əldə edib həmin həyətdə saxlamış və 01 iyul 2021-ci il tarixdə Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Quba rayonu İsnovqışlaq kəndində yerləşməklə özünə məxsus olan torpaq sahəsində quraşdırılmış dəmir və taxta konstruksiyalı istixananın yanındakı su hovuzunun ətrafında dibçəklərdə yaş vəziyyətdə 852 ədəd, ümumi çəkisi 501,0 kiloqram, həmçinin quru vəziyyətdə 383 ədəd, ümumi çəkisi 22,873 qram aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə bitkiləri və şitilləri və həyətdə yerləşən yarımtikilinin içərisində torpaq örtüyünün üzərindən və yarımtikilinin yanında dəmir lövhələrin üzərindən ümumi çəkisi 15 kq 500 qram narkotik vasitə olan həmin qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sözbə-söz eyni ittiham Təqsirləndirilən şəxs2 da verilmişdir ki, o, eyni əməlləri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmişdir. İttihamlardan göründüyü kimi, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə, yalnız onların ad və soyadları dəyişdirilməklə, tamamilə eyni ittihamlar verilmişdir. Həmin ittihamlarda eyni əməllərin tam olaraq məhz hər bir təqsirləndirilən şəxs tərəfindən müstəqil törədilməsi göstərilmiş, onların hər birinin iddia edilən cinayətlərdə rol bölgüləri və əməlləri fərdiləşdirilməmiş, Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs1 hansı qaydada Təqsirləndirilən şəxs2lə birgə eyni əməlləri Quba rayonunda törətməsi araşdırılmamışdır. Halbuki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3.2 və 289.3.1-ci maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda və ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına əsasən həmin maddələr üzrə cinayət tərkibinin yaranması üçün təqsirləndirilən şəxs tərəfindən cinayətin obyektiv tərəfinə aid aşağıdakı hərəkətlərin törədilməsi sübut edilməlidir: “Qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” Eyni ilə Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrinin dispozisiyasına əsasən həmin maddələr üzrə cinayət tərkibinin yaranması üçün təqsirləndirilən şəxs tərəfindən cinayətin obyektiv tərəfinə aid aşağıdakı hərəkətlərin törədilməsi sübut edilməlidir: “Qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama”. Göründüyü kimi həmin cinayətlər hərəkətsizliklə və ya ehtiyyatsızlıqdan törədilə bilməz, sözü gedən cinayətlərin törədilməsi üçün həmin maddələrin dispozisiyaları ilə müəyyən edilmiş və cinayətin obyektiv tərəfinə aid təsvir olunan aktiv hərəkətlərdən biri və ya bir neçəsi icra edilməli ittihamda öz əksini tapmalı, həmin hərəkətlərin məhz hər bir təqsirləndirilən şəxs tərəfindən törədilməsi isə ona münasibətdə istintaq sübutları ilə öz təsdiqini tapmalıdır. İstintaq orqanının Təqsirləndirilən şəxs2 verdiyi ittihamı formal olaraq tamamilə eyni məzmunda Təqsirləndirilən şəxs1 verməsi və bu əməllərin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsini təsdiq edən heç bir dəlilin olmaması Təqsirləndirilən şəxs1 təqsirinin sübuta yetirilməməsinin aşkar təzahürüdür. İstintaq orqanı Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs1 nə vaxt Quba rayonun İsnovqışalq kəndinə gəlməsi, narkotik tərkibli çətənə birkilərini hansı qaydada əkməsi, becərməsi, onlara qulluq etməsi və ya toplamasını, satış məqsədi ilə qurudulmuş halda olan narkotik vasitəni necə qurutması və hazırlamasını, eləcə də Təqsirləndirilən şəxs1 nə vaxt, haradan və hansı məbləğdə əkin üçün ləvazimat almasını təsvir etməmiş, bununla bağlı mötəbərliyinə əsaslı şübhələr olan özün və Təqsirləndirilən şəxs2 ifadələrindən başqa heç bir digər sübut toplamamış və məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi istintaq orqanı yalnız ehtimallar əsasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə əsası olmayan ittiham verməklə faktiki olaraq olmayan sübutlara istinad etmişdir. Belə ki, istintaq orqanın Təqsirləndirilən şəxs1 təqsirliliyi ilə bağlı gəldiyi yeganə nəticə ondan ibarət olmuşdur ki, tərkibində narkotik maddələr olan bitkilər Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 mülkiyyətində olan torpaq sahəsində kultivasiya edilmiş və həmin yerdə qurudulmuş marixuana hazırlanmışdır. Yalnız bu hal isə özü-özlüyündə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.4.1 və 237.2.1-ci maddələri ittiham verilməsinə əsas ola bilməz. Məhkəmə qeyd edir ki, şəxsin mülkiyyətində olan torpaq sahəsində digər şəxsin cinayət törətməsi, mülkiyyətçinin birmənalı olaraq həmin şəxslə əlbir olması qənaətinə gəlinməsinə əsas ola bilməz. Bu halın baş verməsi təkzibedilməz və mötəbət istintaq sübutları ilə təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq qeyd edir ki, həmin maddələrin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə prosessual normaların həmin tələblərini rəhbər tutub sübutları qiymətləndirərkən qeyd edir ki, ittiham tərəfinin hər iki təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən əsas sübut növü kimi məhkəməyə təqdim etməyə çalışdığı sənəd 01 iyul 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokol olmuşdur. Protokola əsasən həmin istintaq hərəkəti saat 15:40 dəqiqədə başlanılmaqla saat 19:15 dəqiqədə bitmişdir. Həmin istintaq hərəkəti videoçəkilişlə aparılmış və istintaq hərəkətinə dair videoçəkiliş olan 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin 02 ədəd “DVD” formatlı diskə məhkəmədə tərəflərin iştirakı ilə baxılarkən müəyyən edilmişdir ki, 1-ci diskdə “VTC_01_1”, “VTC_01_2”, “VTC_01_3”, “VTC_01_4” və “VTC_01_5” adlı 05 ədəd, 2-ci diskdə isə “VTC_01_1”, “VTC_01_2” və “VTC_01_3” adlı 03 ədəd fayllar vardır. Videoçəkiliş üzrə maddi sübutlar olan çətənə bitkilərinin əkilməsinin mövcudluğu, qurudulmuş marixuananın olması və maddi sübutların qablaşdırılmaqla götürülməsi məhkəmədə sual doğurmur. Belə ki, videoçəkilişdən görünür ki, hündür mişar daşından olan hasarlanmış boş torpaq sahəsində yaşayış binası olmamaqla yarımtikili vardır. Videoçəkilişdən görünür ki, külli miqdarda yaş və quru vəziyyətdə çətənə bitkiləri götürülmüş, o, cümlədən qurudulmuş marixuana götürülmüşdür. Bununla belə videoçəkilişlə bağlı məhkəmə aşağıdakı xüsusatlara diqqət yetirilməsini vacib bilir. Belə ki, videoçəkiliş hasarlanmış torpaq sahəsinin xaricindən deyil bilvasitə içərisindən başlayır. Baxış keşirilməsi ilə bağlı torpağın faktiki istifadəçisi Təqsirləndirilən şəxs2 razılıq alınmır. 1-ci diskdə olan “VTC_01_1” adlı video faylın 01:50 dəqiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 istintaq hərəkətinin icrası zamanı təhqiqatçının suallarına cavab verməklə göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 fermasında olan evdə qalır, həmin ferma baxış keçirilən torpaq sahəsindən kənarda olan sahədə yerləşir. Baxış keçirilən torpaq sahəsinə gözətçi kimi baxılması isə fermadan əlavə Təqsirləndirilən şəxs1 tərəfindən ona həvalə olunmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs1 əkilmiş narkotik tərkibli bitkilərindən xəbərinin olub-olmaması ilə bağlı verilən suala cavab olaraq Təqsirləndirilən şəxs2 göstərir ki, bu haqda Təqsirləndirilən şəxs1 məlumatı olmamış, onun xəbəri olmadan çətənə bitkilərinin toxumlarını əldə edərək gözətçi kimi ona tapşırılmış torpaq sahəsində 3 ay əvvəl tək əkmiş, sulamaq üçün su hövzəsini özü qurmuş, bitkilərə özü tərəfindən qulluq edilmiş və özündən başqa bitkilərin kultivasiyası ilə başqa şəxs məşğul olmamışdır. Eyni videofaylın 15:44 dəqiqəsində də Təqsirləndirilən şəxs2 göstərir ki, istixananın örtülməsini o, tək həyata keçirmişdir. Daha sonra, 1-ci diskdə olan “VTC_01_3” adlı video faylın 18:05 dəqiqəsində Təqsirləndirilən şəxs2 göstərir ki, istifadə olunan gübrələr özü tərəfindən bazardan alınmış, məhsuldarlığın artırılması üçün çətənə bitkilərinə vurmuş və bu haqda heç kəsin məlumatı olmamışdır. Həmçinin 1-ci diskdə olan “VTC_01_4” adlı video faylın 08:45 dəqiqəsində görünür ki, Təqsirləndirilən şəxs2 qurudulmuş marixuananı 3 gün əvvəl qurutmaq üçün özünün tək sərdiyini göstərmişdir. Göründüyü kimi videoçəkilişdə verilən bütün suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 məxsus ferma və ev videoçəkiliş olan torpaq sahəsindən kənarda olmuş, o, ferma olan torpaq sahəsindəki evdə qalmış, Təqsirləndirilən şəxs1 gözətçi kimi xidmət göstərmiş, Təqsirləndirilən şəxs1 xəbəri olmadan çətənə bitkilərini əkmiş, əkdiyi torpaq sahəsi isə boş torpaq sahəsi olmaqla həmin torpaq sahəsinə gözətçi kimi nəzarət etmək ona həvalə olmuşdur. Bununla belə, 2-ci diskdə olan “VTC_01_3” adlı video faylın 02:05 dəqiqəsində görünür ki, istintaq hərəkəti bitdikdən sonra kadr dəyişməsi baş verir və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 heç bir zərurət olmadan, bir daha, torpaq sahəsinin sahibi Təqsirləndirilən şəxs1 əkilmiş çətənə bitkilərindən məlumatının olub-olmaması soruşulur. Buna cavab olaraq isə Təqsirləndirilən şəxs2 göstərir ki, torpaq sahibi Təqsirləndirilən şəxs1 əkilmiş çətənə bitkilərindən məlumatı olmuşdur. Məhkəmə xüsusi diqqət yetiririk, istintaq hərəkətinin sonunda Təqsirləndirilən şəxs1 əkilmiş çətənə bitkilərindən məlumatı olması ilə bağlı suallara cavab verərkən Təqsirləndirilən şəxs2 qarşısında əməliyyat müvəkkili Sadiq Pənahov durmuş və Təqsirləndirilən şəxs2 təhqiqatçının suallarına cavabı Sadiq Pənahovun başı və gözləri ilə təsdiq edici işarəsindən sonra olmuşdur. Başqa sözlə, polis əməkdaşı Sadiq Pənahov başı və gözləri ilə təsdiq edici işarələr etdikdən sonra Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 çətənə bitkilərinin əkilməsindən məlumatlı olmasını və birlikdə əkdiklərini göstərmişdir. Təqsirləndirilən şəxs2 “Baxış keçirilməsi haqqında” istintaq hərəkəti aparılarkən polis əməkdaşlarının təsiri altında olmasını işarə edən daha bir epizod 1-ci diskdə olan “VTC_01_1” adlı video faylın 01:30 dəqiqəsində mövcuddur. Belə ki, təhqiqatçının sualına cavab olaraq torpaq sahəsinin yalnız sol hissəsində çətənə bitkilərini əkdiyini deyən Təqsirləndirilən şəxs2, polis əməkdaşı Həzrət Şadiyevin sol əli ilə onun sağ ayağından vurması, polis əməkdaşı Sadiq Pənahovun isə başı ilə sağ tərəfə işarə etməsindən sonra Təqsirləndirilən şəxs2 torpaq sahəsinin sağ tərəfində də çətənə bitkilərini əkdiyini göstərir. Bu isə bir daha onu təsdiq edir ki, polis əməkdaşları istintaq hərəkəti başlamazdan əvvəl artıq torpaq sahəsinə baxış keçirmişlər. Məhkəmədə videogörüntülərə baxış keçirilərkən məhz bu epizodla bağlı Təqsirləndirilən şəxs2 göstərmişdir ki, polis əməkdaşları onu tutduqdan sonra ilkin olaraq torpaq sahibi Təqsirləndirilən şəxs1 barədə soruşmuşlar, lakin o, Mehmanın narkotik bitkilərdən məlumatının olmadığını və onunla birlikdə narkotik əkmədiklərini demişdir. Təqsirləndirilən şəxs2 ifadəsinə əsasən videogörüntünün əvvəlində onun paltarlarının təmiz, sonunda isə paltarları çirkli olmuş, bu isə döyülmə nəticəsində baş vermişdir. O, Mehmanla birlikdə narkotik vasitələri əkdiyini və Mehmanın xəbəri olmasını desəydi, bunu elə videoçəkilişin əvvəlində deyərdi. Lakin, polis əməkdaşları videoçəkilişi dayandırdıqdan sonra onu bərk döymüşlər, hətta armaturla da döymüşlər, onun başını həmin ərazidə yerləşən hovuzun içərisinə salmışlar. Həmçinin Təqsirləndirilən şəxs2 videoçəkilişin həmin hissəsi ilə bağlı qeyd etmişdir ki, videoçəkiliş sadəcə onun üzünün sağ hissəsindən aparılmışdlr. Buna səbəb isə döyüldükdən sonra onun üz nahiyəsində xəsarətlərin olması olmuşdur. Məhz döyülmə və təzyiq nəticəsində videonun sonunda o, Mehmana qarşı ifadə verməklə Mehmanla birlikdə narkotik bitkiləri əkməsini və Mehmanın həmin bitkilərin əkilməsindən xəbərinin olmasını demişdir. Həqiqətən də videogörüntülərdən görünür ki, ilkin olaraq Təqsirləndirilən şəxs2 əynində olan açıq yaşıl rəngli qısa qol köynək təmiz olmuş, video kəsildikdən sonra isə Təqsirləndirilən şəxs1 qarşı ifadə verdikdə həmin qısaqol köynək onun əynində səliqəsiz olmaqla çirkli (xüsusilə də qarın nahiyəsində) olmuşdur. Həmçinin məhkəmə istintaqı zamanı da sərbəst şəkildə ifadə verən Təqsirləndirilən şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs1la birgə narkotik tərkibli bitkiləri əkməmiş, nadir hallarda Quba rayonuna gələn Təqsirləndirilən şəxs1 boş torpaq sahəsində çətənə bitkilərinin əkilməsindən xəbəri olmamış, onunla əvvəlcədən narkotiklə bağlı razılaşması olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi onun baxış keçirilən zaman videoçəkilişlə verdiyi ilkin ifadəsinə uyğun olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı alınmış ifadələrin məzmununa diqqət yetirilməsini zəruri hesab edərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 01 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi, 03 iyul 2021-ci və 19 dekabr 2021-ci il tarixlərdə isə təqsirləndirilən şəxs kimi cəmi 3 halda ifadə alınmışdır. İfadələrin məzmununa diqqət yetirdikdə görünür ki, hər 3 ifadənin mətni orfoqrafik və qrammatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşdur. Belə ki, hər 3 ifadədə eyni qrammatik səhvə yol verilərək “ki” bağlayıcısından sonra vergül əvəzinə nöqtə qoyulmuş, orfoqrafik səhvə yol verilərək “razılaşdığımızkimi” sözləri birgə yazılmış, həmçinin “aprel” sözünün əvəzinə “arel” sözü yazılmışdır. Məhkəmə müstəntiqin müxtəlif vaxtlarda eyni şəxsdən aldığı ifadələrdə yol verdiyi eyni orfoqrafik və qrammatik səhvlərə ona görə fikir verir ki, həmin ifadələr tamamilə eyni olmuşdur. Bu isə o deməkdir ki, həmin ifadələr şübhəli və təqsirləndirilən şəxs kimi ifadəsi alınmış Təqsirləndirilən şəxs2 sərbəst verdiyi ifadəsinin göstəricisi deyil, müstəntiq tərəfindən hər üç halda özünün əvvəlcədən yazdığı mətnin kompyuterdə köçürmə üsulu ilə ifadələrə əlavə edilməsinin təzahürüdür. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, § 47 və “Bıkov Rusiyaya qarşı” § 95, ECHR 2009). Məhkəmə həmçinin Avropa Məhkəməsinin mövqeyindən çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs1 qarşı ibtidai istintaq orqanın yeganə sübutu Təqsirləndirilən şəxs2 ifadəsi olduğu halda, bu ifadənin isə hələ ibtidai istintaq mərhələsində mötəbər olmasına əsaslı şübhələr olduğu halda, şübhələrin aradan qaldırılması üçün istintaq orqanı digər sübutlar toplamaq (əlavə şahidlərin dindirilməsi, videoçəkilişlə dindirmə aparmaqla ifadələrin yerində yoxlanılması, üzləşdirmə keçirilməsi, telefon danışıqalrına dair məlumatların götürülməsi və s.) imkanında olduğu halda bunların heç birini etməmişdir. Eyni ilə məhkəmə Təqsirləndirilən şəxs1 da ibtidai istintaq zamanı özünə və Təqsirləndirilən şəxs2 qarşı verdiyi ifadələrinin mötəbərliyinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, həmin ifadələrə əsasən Təqsirləndirilən şəxs1 özünə qarşı ifadə verərək ona məxsus 0,8 hektar ərazisi olan torpaq sahəsində Təqsirləndirilən şəxs2lə çətənə kollarını əkib bəcərməsini, bunun üçün suvarma sistemi qurmasını, gübrə almasını, mütəxəsis kimi Şahid6 dəvət etməsi və birlikdə bitkilərin yetişməsinə nəzarət etdiklərini göstərmişdir. Məhkəmədə verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ondan alınmış ifadənin polis əməkdaşları tərəfindən ona qarşı edilən döyülmə, işgəncə, təsir və təzyiq altında verdiyini qeyd etmişdir. Bu səbəbdən də həmin ifadələri məhkəmədə təsdiq etməmiş və məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı alınmış ifadələrə diqqət yetirməklə qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 03 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi, 05 iyul 2021-ci və 19 dekabr 2021-ci il tarixlərdə isə təqsirləndirilən şəxs kimi cəmi 3 halda ifadə alınmışdır. İfadələrin məzmununa diqqət yetirdikdə görünür ki, hər 3 ifadələrin mətni orfoqrafik və qrammatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşdur. Belə ki, hər 3 ifadədə eyni qrammatik səhvə yol verilərək “ki” bağlayıcısından sonra vergül əvəzinə nöqtə qoyulmuş, orfoqrafik səhvə yol verilərək “istədiyi” sözünün əvəzinə “isədiyi”, həmçinin “etiraz” sözünün əvəzinə “etraz” sözləri yazılmışdır. Məhkəmə bir daha müstəntiqin müxtəlif vaxtlarda eyni şəxsdən aldığı ifadələrdə yol verdiyi eyni orfoqrafik və qrammatik səhvlərə ona görə diqqət yetirir ki, həmin ifadələr tamamilə eyni olmuşdur. Bu isə o deməkdir ki, həmin ifadələr şübhəli və təqsirləndirilən şəxs kimi ifadəsi alınmış Təqsirləndirilən şəxs1 sərbəst verdiyi ifadəsinin göstəricisi deyil, müstəntiq tərəfindən hər üç halda özünün əvvələcədən yazdığı mətnin kompyuterdə köçürmə üsulu ilə ifadələrə əlavə edilməsinin təzahürüdür. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı özünə qarşı alınmış ifadələrin onun iradəsinə zidd olaraq alınmasının daha bir təzahürü cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizanın 11 dekabr 2021-ci il tarixli 2957 saylı rəyi olmuşdur. Qeyd edilən ekspertiza rəyinin anamnez hissəsində göstərilmişdir ki, 11 dekabr 2021-ci il tarixdə ekspertlər tərəfindən müayinə olunan Təqsirləndirilən şəxs1, ittiham olunduğu əməl barədə soruşulduqda göstərmişdir ki, “Onun bağında işləyən və həmin bağda qalan Ceyhun adlı şəxs orada çətənə bitkisi əkib. Həmin bitkilərin əkilməsindən və becərməsindən xəbəri olmayıb.” Göründüyü kimi ekspertlərə cinayətdən xəbəri olmayan və cinayətə aidiyyətinin olmadığını deyən Təqsirləndirilən şəxs1, bundan cəmi 8 gün sonra, yəni 19 dekabr 2021ci il tarixdə müstəntiq tərəfindən dindirilərkən təkrarən özünə qarşı etirafedici ifadə vermişdir. Bu hal bir daha müstəntiqin aldığı ifadənin mötəbər olmadığını təsdiq edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərinə və bir-birinə qarşı alınmış etirafedici ifadələrə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrində qeyd olmuşdur ki, “xx.xx.2021-ci il tarixdə həmin məsələ ilə əlaqədar olaraq məni polis şöbəsinə dəvət etdilər”. Yəni istintaq orqanı göstərməyə çalışmışdır ki, Təqsirləndirilən şəxs1 03 iyul 2021-ci il tarixdə özü polisə gəlib təslim olunmuşdur. Halbuki, məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, o, 01 iyul 2021-ci il tarixdə İsnovqışlaq kəndinin sahə inspektoru tərəfindən Ceyhunun dalaşıb tutulması adı ilə çağırılmış, kəndə çatdıqda ona məxsus torpaq sahəsində videoçəkilişin aparılmasını görmüş, lakin polislər onu içəri buraxmamış, sonra 01 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2lə birgə Quba rayon Polis Şöbəsinə aparılmış, orada 03 iyul 2021-ci il tarixədək polis şöbəsində saxlanılmış, bu müddət ərzində ona təzyiq və işgəncə verilmiş, nəticədə etmədiyi əməli boynuna alaraq özünə qarşı yazılmış ifadələri imzalamışdır. Təqsirləndirilən şəxs1 01 iyul 2021-ci il tarixdə torpaq sahəsinə baxış keçirilərkən həmin yerə gəlməsi və orada tutulması məhkəmə istintaqı zamanı polis əməkdaşları: sahə inspektoru Şahid10, həmçinin əməliyyatda iştirak edən əməliyyat müvəkkilləri Şahid4, Şahid3, Şahid1, eləcə də işə aidiyyəti olmayan kənd sakinləri Afdandil Lətifov və İsa Soltanovun ifadələri ilə də təsdiq olunmuşdur. Bundan başqa, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə dair mobil rabitə operatorundan götürülmüş danışıqlarla bağlı məlumatlardan, eləcə də şahid və təqsirləndirilən şəxslərin ifadələri ilə müəyyən olunur ki, Quba RPŞ-nin sahə inspektoru Şahid10 xx.xx.2021-ci il tarixdə saat 15:29 və 15:31-da öz istifadəsində olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsinə 2 dəfə zəng edərək onunla müvafiq olaraq 54 və 43 saniyə ərzində danışıqlar aparmaqla Təqsirləndirilən şəxs1 Quba rayonun İsnovqışlaq kəndinə çağırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 nömrəsi "Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi" qeydiyyat adı ilə olan antenanın əhatə dairəsində olmuşdur. Daha sonra, eyni tarixdə saat 18:01-də Şahid10 eyni nömrə ilə Təqsirləndirilən şəxs1 yenidən zəng edib 21 saniyə ərzində danışıq aparmış, həmin vaxt Təqsirləndirilən şəxs1 nömrəsi "Şabran rayonu, Sincanboyad kəndi, Şabran şadlıq sarayından 350 metr cənub şərqə" qeydiyyat adı ilə olan antenanın əhatə dairəsində olmuşdur. Bundan 12 dəqiqə sonra, yəni saat 18:03-də Təqsirləndirilən şəxs1 öz istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid10 ***-***-**-** nömrəsinə zəng edərək 21 saniyə ərzində danışıq aparmış, həmin vaxt isə Təqsirləndirilən şəxs1 nömrəsi "Şabran rayonu, Günəşli kəndi" qeydiyyat adı ilə olan antenanın əhatə dairəsində olmuşdur. Həm sahə inspektorunun ifadəsi, həm əvvəlki tarixlərdə olan məlumatlardan, həm də “Google Maps” internet xəritələri ilə müəyyən olunur ki, Şabran rayonu, Günəşli kəndi şimal-qərb istiqamətində Quba rayonun İsnovqışlaq kəndi ilə yaxın istiqamətdə yerləşir və həmin ərazilər eyni antenanın dairəsinə düşür. Bu bir daha təsdiq edir ki, 01 iyul 2021-ci il tarixdə saat 18:13-də Təqsirləndirilən şəxs1 Quba rayonu İsnovqışlaq kəndi ərazisində olmaqla polis əməkdaşı Şahid10 çağırışa əsasən gəldiyini demişdir. Narkotik tərkibli bitkilərin aşkar olunması ilə bağlı “Baxış keçirilməsi haqqında” əməliyyat-istintaq hərəkətinin saat 15:40-da başlanılmasını və saat 19:15-də bitməsini nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin, o cümlədən polis əməkdaşlarının məhkəmədə verdikləri ifadələrində göstərdikləri halların, yəni Təqsirləndirilən şəxs1 baxış keçirilərkən həmin əraziyə gəlməsi və ona baxışda iştirak etməyə icazə verilməməsi, sonra isə Təqsirləndirilən şəxs2 ilə birlikdə polis əməkdaşları tərəfindən tutularaq Quba RPŞ-yə aparılması, orada isə 2 gün ərzində, yəni 03 iyul 2021ci il tarixədək qanunsuz saxlanılması və bu müddət ərzində ona təzyiq göstərilməsi kimi xüsusatların həqiqət ola bilməsi ehtimalları əsaslı dəlillərlə təsdiq olunur. Belə ki, telefon danışıqlarına dair antena məlumatlarının “Google Maps” internet xəritə məlumatları ilə bundan sonrakı təhlili, Təqsirləndirilən şəxs1 hərəkət trayektoriyasını müəyyən etməyə kömək edir. Məlumatlardan göründüyü kimi, xx.xx.2021-ci il tarixdə saat 19:51-dək "Şabran rayonu, Günəşli kəndi" qeydiyyat adı ilə olan antenanın əhatə dairəsində olan Təqsirləndirilən şəxs1, eyni tarixdə saat 20:02-də "Quba şəhəri, Vəlvələ kəndi, İsnovqışlaq yolunda 500 metr", saat 20:12-də "Quba rayonu, Qaraçay kəndi", saat 20:26-də “Quba rayonu, Timiryazev kəndi”, saat 20:32-də "Quba rayonu, Avtovağzalın sahəsi” və saat 21:13-dən etibarən xx.xx.2021-ci il tarix saat 23:00-dək sabit olaraq "ünvan 5 qeydiyyat adı ilə olan antenanın əhatə dairəsində olmuşdur. Bu antenlərin yerləşdiyi ərazilər isə Quba rayonun İsnovqışlaq kəndindən Quba rayon Polis Şöbəsinə gedən avtomobil yolunun trayektoriyası ilə eynilik təşkil edir. Bir daha “Google Maps” internet xəritələrinə müraciət etdikdə müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən Quba rayon Polis Şöbəsi "ünvan 5 ünvanlarının antena dairəsinə düşür və yaxınlıqda yerləşir. Beləliklə həm mobil rabitə operatorlarından götürülmüş texniki məlumatlar, həm hər iki təqsirləndirilən şəxslərin ifadələri, həm də polis əməkdaşları və kənd sakinlərinin ifadələri ilə tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə tutularaq həmin müddətdən xx.xx.2021-ci il tarixədək Quba rayon Polis Şöbəsində qanunsuz saxlanılmışdır. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadələrində 2 gün Quba RPŞ-də qanunsuz saxlanıldığı müddət ərzində ona təzyiq edildiyini, döyüldüyünü və işgəncələr verildiyini göstərməklə, məhz bu qanunsuz hərəkətlər nəticəsində özünə qarşı yazılmış ifadələri imzalamaq məcburiyyətində qaldığını göstərmişdir. Məhkəmə Meman Səmədovun ibtidai istintaq zamanı özünə qarşı alınmış ifadələrlə bağlı inandırıcı və ağlabatan izahlar verdiyini, bunun təkzib edilməsinə dair isə ittiham tərəfininin şahidlərinin ağlabatan izahının olmamasını, eləcə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 dindirilməsini əks etdirən hər 3 protokolun mətninin tamamilə eyni olmasını nəzərə alaraq hesab edir ki, bu ifadələr Təqsirləndirilən şəxs1 özü tərəfindən verilmiş sərbəst ifadələr kimi dəyərləndirilə bilməz. Məhkəmə bu qənaətə gələrkən həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin "Tahirova Azərbaycana qarşı" işi üzrə 03 oktyabr 2013-cü il tarixli Qərarına istinad edir. Belə ki, İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X3 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa Məhkəməsi qeyd edilən Qərarın 37-ci bəndində göstərmişdir ki, pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmazsa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır. Məhkəmə, “inter alia”, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri insani” hesab etmişdir. Həmçinin rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini alçaldırsa, Məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 03 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi, 05 iyul 2021-ci və 19 dekabr 2021-ci il tarixlərdə isə təqsirləndirilən şəxs kimi alınmış ifadələrin, eləcə də Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 01 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi, 03 iyul 2021-ci və 19 dekabr 2021-ci il tarixlərdə isə təqsirləndirilən şəxs kimi alınmış ifadələrin, həmçinin Təqsirləndirilən şəxs2 “Baxış keçirilməsi haqqında” əməliyyat-istintaq hərəkəti zamanı videoçəkilişin sonunda Təqsirləndirilən şəxs1 qarşı alınmış ifadənin, həmin ifadələrin döyülmə, təzyiq, işgəncə, qeyri-insani rəftar və aldatma nəticəsində alına bilməsinə, bununla da onların mümkünlüyünə və mötəbərliyinə əsaslı şübhələr olduğundan, həmin ifadələr və onların əsasında tərtib edilmiş protokollar hüquqi qüvvəsi olmayan sübutlar hesab olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında verdiyi ifadələrini isə mötəbər sübut kimi qəbul edir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən məhkəməyədək icraat zamanı döyülmə, təzyiq, işgəncə və qeyri-insani rəftara məruz qalmaları ilə bağlı məhkəmədə verdikləri cinayət haqqında məlumatın Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.6 və 208.0.5-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini zəruri hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, polis əməkdaşları Şahid3, Şahid4 və Şahid1 məhkəmədə verdikləri ifadələrində təsdiq etmişlər ki, 01 iyul 2022-ci il tarixdə Quba rayonun İsnovqışlaq kəndi ərazisində çətənə bitkilərinin əkildiyi torpaq sahəsinə baxış keçirərkən Təqsirləndirilən şəxs1 Bakı şəhərindən gəlmiş, baxış keçirilən yerdə olmuş, lakin texniki səbəblərdən o, videoçəkilişə düşməmişdir. Məhkməmə videoçəkilişdə ilkin olaraq təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 qarşı ifadə vermədiyini, onun narkotik tərkibli bitkilərin əkilməsindən xəbərinin olmadığını göstərməsini və yalnız istintaq hərəkətinin sonunda videoçəkilişdə kəsinti baş verməsindən sonra polis əməkdaşı Sadiq Pənahovun başı və gözləri ilə etdiyi işarələrə uyğun Təqsirləndirilən şəxs1 qarşı ifadə verməsinə bir daha nəzər salaraq qeyd edir ki, bu baxımdan iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri ifadələrin mötəbərliyinə də hüquqi qiymət verilməlidir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəməyə təqdim olunmuş sübutlar siyahısına salınmış polis əməkdaşları Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5, eləcə də məhkəməyə təqdim olunmuş sübutlar siyahısına salınmamış polis əməkdaşları X9, X6 07, 09, 10 və 11 avqust 2021-ci il tarixli ifadələrindən görünür ki, həmin ifadələr də təqsirləndirilən şəxslərin ifadələri kimi orfoqrafik və qrammatik səhvlər, eləcə də sual və cavablar da daxil olmaqla tamamilə eyni olmuşlar. (Cild 1, iş vərəqləri 143-163) Məhkəmə həmin ifadələrdə yol verilmiş səhvlərə, yəni “aşkar” sözünün “açkar”, “iştirakı” sözünün “iştiakı” yazılmasına və “Mehman” adının kiçik hərflə yazılması kimi səhvlərə diqqət yetirməklə bir daha qeyd edir ki, müxtəlif polis əməkdaşlarının, müxtəlif tarixlərdə verdikləri ifadələrin sözbə-söz tamamilə eyni olması, bu ifadələrin şahidlərin gördükləri və bildikləri hallar barədə sərbəst ifadə verməsinin deyil, müstəntiq tərəfindən təqsirləndirilən şəxslərə qarşı əvvəlcədən hazırlanmış mətnin köçürmə üsulu ilə yazılmasının aşkar təzahürüdür. Həmçinin həmin ifadələrin mətnindən görünür ki, Təqsirləndirilən şəxs2 baxış başlanılarkən çətənə kollarını Təqsirləndirilən şəxs1la birgə əkdiklərini demiş, bundan sonra isə bitkilərin çıxarılması və qablaşdırılması, eyni zamanda quru halda olan marixuananın aşkar olunması və qablaşdırılması baş vermişdir. Halbuki, videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 baxış başlanılarkən əksinə Təqsirləndirilən şəxs1 narkotik tərkibli bitkilərdən məlumatının olmadığını bildirmişdir. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, polis əməkdaşları Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, X9 və X6 ibtidai istintaq zamanı verdikləri ifadələri, həmçinin polis əməkdaşı Şahid2 məhkəmədə verdiyi ifadəsi də mötəbər olmadığından, hüquqi qüvvəsi olmayan sübut kimi qiymətləndirilməli, təqsirləndirilən şəxslərin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul edilməməklə, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Polis əməkdaşlarının məhkəmədə də şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Belə ki, məhkəmədə baхılan iş üzrə adları çəkilən polis əməkdaşları təqsirləndirilən şəxlərin hər ikisinin barəsində əvvəlcədən əməliyyat məlumatının olması, Təqsirləndirilən şəxs2 baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 qarşı ifadə verməsi, təqsirləndirilən şəxslərə qarşı qanunsuz hərəkətlərin edilməməsi ilə bağlı şahid qismində ifadə vеrmişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr təqsirləndirilən şəxslərə vеrilmiş ittihamın sübuta yetirilməsində bir vasitə olmaqla yanaşı, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin də qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Həmçinin məhkəmə kollegiyası hеsab еdir ki, adları çəkilən polis əməkdaşları polis orqanlarında müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baхımından bir-birindən asılı olduqları üçün, təqsirləndirilən şəxslərin təqsirliliyi ilə bağlı onların vеrdikləri ifadələr, ittihamın təsdiqi üçün kifayət еdən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X4rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradova Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmədə ifadə vermiş polis əməkdaşları bir-birinin ifadələrini təsdiq edərək qeyd etmişlər ki, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 əlbir olması, birlikdə narkotik tərkibli bitkilərin kultivasiya edilməsi ilə məşğul olmaları barədə onlara etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmçinin hər iki təqsirləndirilən şəxsə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda qurudulmuş marixuananın hazırlanması ittihamı da verilmişdir. Lakin əməliyyat və istintaq orqanları narkotik tərkibli bitkilər və qurudulmuş marixuana aşkar edilmiş yerdə olmayan və cinayətin başında tutulmayan Təqsirləndirilən şəxs1 tam ifşa edilməsi üçün onun külli miqdarda narkotik vasitəni satmaq üçün Təqsirləndirilən şəxs2lə əlbir olmasını araşdırmaq üçün Təqsirləndirilən şəxs1 Quba rayonunun İsnovqışlaq kəndində və Bakı şəhərində məlum olan yaşayış evlərində daha çox həcmdə narkotik vasitələrin saxlanıla bilməsi ehtimallarının yoxlanılması məqsədi ilə, həmin vaxt və ya bundan sonrakı müddət ərzində qeyd edilən ünvanlarda axtarış aparmamış, əlaqələrini yoxlanılmaqla narkotik vasitələrin alışı və satışında iştirak edən digər şəxslər müəyyən etməmişdir. Bu isə bir daha məhkəmədə olan ehtimalları təsdiq edir ki, aparılan istintaqın məqsədi məhz Təqsirləndirilən şəxs2 vasitəsi ilə torpağın mülkiyyətçisi olan Təqsirləndirilən şəxs1 da tutulmasını təmin etmək olmuşdur. Qeyd edilən məsələ ilə bağlı da Avropa İnsan Hüquqları Məhkəməsi "Savalanlı və digərləri Azərbaycana qarşı" iş üzrə Qərarının 92-ci bəndində qeyd etmişdir ki, məhkəmə ərizəçilərə münasibətdə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (bax, İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, Məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir (müqayisə edin, Rəşad Həsənov və başqaları, § 101). Məhkəmə ibtidai istintaq zamanı toplanılmış sübutların mötəbərliyinə, eləcə də təqsirləndirilən şəxslərə verilmiş ittihamların əsaslı olmasına hüquqi qiymət verərkən, məhkəmədə tədqiq edilmiş, hazırkı cinayət işindən Şahid6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə ayrıca icraata ayrılmış cinayət işinin materiallarına da istinad edilməsini zəruri hesab edir. Belə ki, həmin cinayət işinin materiallarına əsasən Şahid6 27 fevral 2022-ci il tarixdə tutularaq istintaqa təhvil verilmiş və eyni müstəntiq Şahid9 tərəfindən ona Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verilmiş eyni ittiham verilir ondan ötrü ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq eyni tarixdə, eyni yerdə, eyni əməlləri törətmişdir. Göründüyü kimi ibtidai istintaqı aparmış müstəntiq hazırkı iş üzrə müəyyən etdiyi cinayət əməllərinin yalnız Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi qənaətinə gəlib onlara bununla əlaqədar ittiham verməklə yanaşı, digər cinayət işi üzrə belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayəti həmçinin Şahid6lə də birgə törətmişlər. Bu isə ibtidai istintaq orqanının özü tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürdüyü ittihamın şübhə altına alınmasının aşkar təzahürüdür. Həmin iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid6 məhkəmədə verdiyi ifadəsinə uyğun ifadə verməklə göstərmişdir ki, Təqsirləndirilən şəxs1 məxsus 0,8 hektar torpaq sahəsində o, heç bir vaxt olmamış, yalnız onun 5 hektar torpaq sahəsinə gəlib qonaq kimi baxmış, həmin ərazidə Mehmanın çiyələk əkməyi planlaşdırmış, narkotik tərkibli bitkilərin əkilməsindən isə onun ümumiyyətlə məlumatı olmamışdır. Daha sonra, Şahid6 təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ləğv edilmiş və onun həbsi ilə bağlı vəsatət rədd edilmişdir. Bununla belə, müstəntiq Şahid9 06 may 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslərin müəyyən edilməməsi əsası ilə cinayət işi üzrə icraat dayandırılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertin 23 sentyabr 2021-ci il tarixli, 3583 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 kannaboidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. (Cild 1, iş vərəqləri 180-181) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əziyyət çəkməsi ona qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Bununla bağlı “Sakit Zahidov Azərbaycana qarşı” işdə də Avropa Məhkəməsi müəyyən etmişdir ki, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (bax, Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Məhkəmə kollegiyası bir daha “Baxış keçirilməsi haqqında” 01 iyul 2021-ci il tarixli protokola qiymət verilməsini lazımı hesab edərək, həmin protokolun tərtib edilməsinə əsas olmuş əməliyyat-axtarış tədbirinin də qanuni olub-olmamasına qiymət verilməsini zəruri hesab edir. Protokola əsasən bu əməliyyat-istintaq hərəkəti 02 iyul 2021-ci il tarixdə başlanılmış cinayət işindən əvvəl icra olunmuş və “Binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə haqqında” əməliyyat orqanının 01 iyul 2021-ci il tarixli qərarı əsasında Konstitusiya və qanunlarla müdafiə olunan başqasının mülkiyyəti ərazisində həyata keçirilmişdir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin İİİ hissəsinə əsasən həmin maddəsinin İ hissəsinin 8-ci bəndində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbiri eyni maddənin İV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Sözü gedən maddənin İ hissəsinin 8-ci bəndində binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə kimi əməliyyat-axtarış tədbirinin keçirilməsi nəzərdə tutulmuşdur. Qanunun 10-cu maddəsinin İV və V hissələrinə əsasən qanunula müəyyən edilmiş hallarda bu əməliyyat-axtarış tədbirləri məhkəmə qərarı olmadan keçirildiyi halda keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim edilməlidir. İş materiallarına əsasən “Binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə haqqında” əməliyyat orqanının 01 iyul 2021-ci il tarixli qərarı 01 iyul 2021-ci il tarixdə Quba rayon məhkəməsinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. (Cild 1, i. vərəqləri 4-9) Lakin əməliyyat-axtarış tədbirlərinin qanuni hesab edilməsinə dair məhkəmə nəzarəti qaydasında qəbul edilmiş qərar cinayət işinin materiallarına əlavə edilməmiş, hazırki məhkəmənin sorğusu əsasında alınmış Quba rayon məhkəməsinin 03 iyul 2023-cü il tarixli məktubundan isə görünür ki, keçirilmiş həmin əməliyyat-axtarış tədbiri ilə bağlı Quba RPŞ-nin qərarı Quba rayon məhkəməsinə daxil olmamışdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarına əsasən Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Qərarın göstərilən bəndinin mənasına görə məhkəmə nəzarəti qaydasında işə baxan məhkəmə əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materialların, hətta məxfi materialların əldə olunmasının, o cümlədən əməliyyat məlumatının olmasını təsdiq edən əməliyyat-qeydiyyat işinin qanuniliyini ətraflı yoxlamalıdır ki, sonradan həmin materiallar mahiyyəti üzrə işə baxan məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilsin. Göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə bağlı əməliyyat-axtarış tədbirləri qanuni əsas olmadan keçirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 177.3 və 177.3.1-ci maddələrinə əsasən yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur. Həmin Məcəllənin 177.4.1-ci maddəsinə əsasən müstəntiq müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında həmin Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış, axtarış və ya götürmə aparılması istintaq hərəkətlərini həyata keçirə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 243.4-cü maddəsinə əsasən müstəntiqin qərarında məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir. Həmin Məcəllənin 443.2, 443.2.1 və 443.2.2-ci maddələrinə əsasən istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermək və 48 saat müddətində aparılmış istintaq hərəkətinin qanuniliyinin yoxlanılması üçün həmin istintaq hərəkətinə aid olan materialları məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etmək vəzifələrini yerinə yetirməlidir. Məhkəmə qərarı olmadan yaşayış, xidməti və ya istehsalat yerində baxış, axtarış və götürmə istintaq hərəkətlərinin aparılmasına icazə verən prosessual qanunvericiliyin digər bir müddəası isə CPM-nin 117.6-cı maddəsidir. Həmin maddəyə əsasən qeyd olunan yerlərdə müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən CPM-nin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. İlk olaraq məhkəmə qeyd edir ki, qanunvericiliyin bu normaları yalnız müstəntiqə aid edilir. Bununla belə əməliyyat orqanının əməkdaşları və baxışı icra edən təhqiqatçı tərəfindən prosessual qanunvericiliyin bu tələbləri digər halda da kobud şəkildə pozulmuşdur. Belə ki, torpaq sahəsinə baxış keçirilərkən nə mülkiyyətçi Təqsirləndirilən şəxs1 və nə faktiki istifadəçi Təqsirləndirilən şəxs2 yazılı ərizələri alınmış, nədə ki, Təqsirləndirilən şəxs2 videoçəkilişdə şifahi formada razılığı alınmamışdır. Məhkəmə qeyd edir ki, cinayət törətmiş şəxsin polis əməkdaşları tərəfindən toplanılacaq sübutların ona qarşı istifadə ediləcəyini dərk dərk edərək olduğu yerdə polis əməkdaşları tərəfindən axtarış və ya baxışın aparılmasına icazə verməmək kimi hüququndan istifadə etməsi, polis əməkdaşlarının isə əvvəlcədən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün məhkəmə qərarının əldə etmək kimi vəzifələrinin icra etməsi kimi prezumpsiya mövcuddur. Məhkəmə cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının və Konstitusiya Məhkəməsi Plenumunun şərh olunan qərarının tələblərini rəhbər tutaraq belə qarara gəlir ki, “Baxış keçirilməsi haqqında” 01 iyul 2021-ci il tarixli protokol Təqsirləndirilən şəxs1 aid hissədə mümkünlüyü, bununla da mötəbərliyi şübhə altına alınan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokol ilə müəyyən edilmiş hallar Təqsirləndirilən şəxs1 aid hissədə etibarsız hesab olunmalıdır. Bununla belə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.5-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Bu materialların sübut kimi qəbul edilməsi onun düzgünlüyünün mübahisə olunmasına mane olmur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən məhkəmədə verdiyi ifadəsində narkotik tərkibli bitkiləri əkməsini və narkotik vasitəni hazırlanmasını etiraf edərək “Baxış keçirilməsi haqqında” 01 iyul 2021-ci il tarixli protokol ilə götürülmüş maddi sübutları qəbul etməsi, bu protokolun və protokol ilə götürülmüş maddi sübutların ona aid hissədə mümkünlüyünü şübhə altına almır. Ona görə də Təqsirləndirilən şəxs2 aid hissədə bu sübut mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 verilmiş ittiham üzrə təqsirli olması öz təsdiqini tapmamışdır. Ona ittihamın birbaşa sübutu kimi yalnız istintaq zamanı özünün özünə qarşı verdiyi ifadəsi və təqsirləndirilən şəxs Ceyhun Xanmirəzyevin ona qarşı verdiyi ifadəsi olmuşdur ki, bu sübutlar da məhkəmə baxışı nəticəsində etibarsız sübut hesab edilmişdir. Digər bir tərəfdən ittiham tərəfi Təqsirləndirilən şəxs1 təqsirini müəyyən edən dolayı sübut kimi “Baxış keçirilməsi haqqında” 01 iyul 2021-ci il tarixli protokolu məhkəməyə təqdim etməyə çalışsa da, ittiham tərəfinin bu dəlili də məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs1 münasibətdə etibarsız sübut hesab edilmişdir. Bunda başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 237.2.1-ci maddələri ilə müəyyən edilən cinayət əməllərinin törədilməsi də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmasa da, onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi özünün məhkəmədə verdiyi etirafedici ifadəsi, mötəbərliyi şübhə altına alınmayan digər ifadələr, məhkəmə-bioloji ekspertizasının rəyi və sair sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə yekun qərar, Təqsirləndirilən şəxs2 barəsində - ittiham hökmü, Təqsirləndirilən şəxs1 barəsində isə bəraət hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən 15.500 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın hazırlanması, onun həmin narkotik vasitəni şəxsi istifadəsi üçün deyil, satış məqsədi ilə hazırlamasının aşkar göstəricisidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları, yəni narkotik vasitəni şəxsi istifadəsi üçün əkməsi və hazırlanmasının göstərməsini onun özünü müdafiə cəhdi kimi qiymətləndirilməlidir. Məhkəmə bu qənaətə gələrkən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyul 2021-ci il tarixli Qərarına istinad edir. Həmin Qərara əsasən tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi prosesi çərçivəsində onları (onların hissələrini) toplamaqla yanaşı Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasından kənara çıxan cinayət xarakterli hərəkətlərə yol verərsə, yəni həmin Məcəllənin 237-ci maddəsi ilə onun əməllərini tamamilə əhatə etmək mümkün olmadıqda, həmin hərəkətləri cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı, həm də Məcəllənin digər müvafiq maddələri ilə tövsif edilməlidir. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, toplanılan narkotik tərkibli bitkilərdən (onların hissələrindən) satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, satılması üzrə hərəkətlər təqsirkarın əməllərinin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini tədqiq edib, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 237.2.1-ci maddələri ona verilmiş ümumi ittihamdan xaric edilməklə Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu qaydasında təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 01 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 03 iyul 2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 22-23, 66-67) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs1 bəraət verilməsinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi dəlilləri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, ona qarşı elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsini əsaslı və qanuni hesab edir. Bundan başqa, iş materiallarına əsasən, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 03 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 82-83,115-116) Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onunla bağlı cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, tutulduğu müddət, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak ilə bağlı məsələlərin müzakirəsi istisna təşkil edəcəkdir. Təqsirləndirilən şəxsə bəraət verilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və həmin Məcəllənin 357.0.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra o, həbsdən azad edilməlidir. Cinayət işinin materillarında olan “Maddi sübut kimi tanımaq haqqında” 04 iyul 2021-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 18 dekabr 2021-ci il tarixli qərarlardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 15.499,2 qram olan qurudulmuş marixuana, eləcə də ekspertiza tədqiqatından sonra qalıq çəkisi 500.997 qram olan 1235 ədəd çətənə bitkiləri maddi sübut kimi tanınmaqla saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, həmçinin 02 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 93-94; Cild 2, iş vərəqləri 41-50) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 15.499,2 qram çəkidə qurudulmuş marixuana, eləcə də 500.997 qram çəkidə olan 1.235 ədəd çətənə bitkiləri məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 bəraət verildiyindən, iş üzrə mövcud olan məhkəmə xərcləri ona aid edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs1 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 237.2.1-ci maddələri ilə verilmiş ittihamlar xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 01 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin və o, təqsirsiz hesab olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs1 bəraət verildiyindən iş üzrə mövcud olan məhkəmə xərcləri ona aid edilməsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs1 cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun Təqsirləndirilən şəxs2 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Quba RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 15.499,2 qram çəkidə qurudulmuş marixuana, eləcə də 500.997 qram çəkidə olan 1.235 ədəd çətənə bitkiləri məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar