Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-12/2025 03.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X23 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X17, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3, Zərərçəkmiş şəxs- PATHİRANA X19, Tərcüməçi- X15 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Şri-Lanka Demokratik Sosialist Respublikasında doğulmuş, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı, evli, ali təhsilli, tutulanadək ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş X7-ın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.6, 29,120.2.7, 29,120.2.11, 181.2.1, 181.2.4, 181.2.5 və 326.2-ci maddələri ilə, xx.xx.2000-ci il tarixdə Şri-Lanka Demokratik Sosialist Respublikasında doğulmuş, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı, evli, ali təhsilli, tutulanadək ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş X13 SEWMİNİ DEVİNDİ-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.6, 29,120.2.7, 29, 120.2.11, 181.2.1, 181.2.4, 181.2.5 və 326.2-ci maddələri ilə, xx.xx.1980-ci il tarixdə Şri-Lanka Demokratik Sosialist Respublikasında doğulmuş, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı, evli, ali təhsilli, tutulanadək ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş X4 NUWAN RATHNAYAKE-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1; 29, 120.2.4; 29, 120.2.6; 29, 120.2.7; 29, 120.2.11; 181.2.1; 181.2.4; 181.2.5 və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X7, X13 SEWMİNİ DEVİNDİ, X4 NUWAN RATHNAYAKE və hazırda barəsində axtarış elan edilmiş digər şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək əvvəlcədən əldə olunan razılığa əsasən həmin şəxslərdən X7 və X13 SEWMİNİ DEVİNDİ 21 sentyabr 2022-ci il tarixdə saat 21:30 radələrində müvəqqəti yaşadıqları ünvan 2 ünvanında yerləşən mənzilə Azərbaycan Respublikasında yaşamaq, işləmək və təhsil almaq üçün vasitəçilik xidmətləri barədə verdikləri vədlə bağlı aralarında yaranmış narazılığa aydınlıq gətirmək üçün dəvət etdikləri əvvəlcədən tanıdıqları X21 və PATHİRANA X19-a artıq Azərbaycan Respublikasında yaşamaq istəmədiklərini və Şri- Lanka Demokratik Sosialist Respublikasına qayıtmaq istədiklərini bildirib, Azərbaycan Respublikasında yaşamaq, təhsil almaq və işləmək üçün çəkiləcək xərc kimi verdikləri 1500 ABŞ dolları pulu onlardan geri tələb etdikdə, sonuncu şəxslərin həmin pulu onların təhsil almaları üçün X24 Universitetinə verdiklərini bildirdikdən sonra əvvəlcədən müəyyən edilmiş rol bölgüsünə əsasən X7 öz hərəkətlərini arvadı X13 SEWMİNİ DEVİNDİ ilə qarşılıqlı uzlaşdıraraq PATHİRANA X19-ın üzərinə mənzildə olan qırmızı ləyən vasitəsi ilə əvvəlcədən hazırlanmış qaynar su tökmüş, bu zaman X4 NUWAN RATHNAYAKE ilə hazırda barəsində axtarış elan edilmiş digər şəxs də otağa daxil olmuş və bundan sonra həmin şəxslərin dördü də ümumi niyyətdən çıxış edib əvvəlcədən müəyyən edilmiş plan əsasında hərəkət etməklə X7 mənzildən götürdüyü dəstəyinin uzunluğu 120 mm, tiyəsinin uzunluğu 170 mm olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını silah qismində istifadə edib X21-nın və PATHİRANA X19-ın həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib, hər ikisini yerə yıxaraq əl və ayaq zərbələri ilə, həmçinin X7 bıçaq, X13 SEWMİNİ DEVİNDİ isə butulka ilə bədənlərinin müxtəlif nahiyələrinə vurmaqla DİNUKA-ya başın ensə nahiyəsinin qançır, şişkinlik fonunda əzilmiş cırılmış yarası, alın boyun və sol baldır nahiyələrinin sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər, DAMMİKA-ya isə sol incik sümüyünün bayır topuğunun qapalı yerdəyişən sınığı, alt dodağın əzilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirdikdən sonra qrupun digər üzvləri ilə birlikdə hər ikisinin əl və ayaqlarını mələfədən kəsilərək hazırlanmış parça ilə bağlayıb müqavimət göstərmə imkanlarını tam olaraq aradan qaldırdıqdan sonra cinayətkar qrupun ümumi niyyəti ilə əhatə olunan hərəkətlərini davam etdirərək X7 hadisə zamanı silah qismində istifadə etdiyi bıçağı DİNUKA-nın boğaz nahiyəsinə dirəyib öldürəcəyi ilə bağlı hədə qorxu gələrək, tamah niyyəti ilə sonuncunun bank hesabından mobil telefon vasitəsi ilə öz bank hesabınlarına 400 ABŞ dolları pulu köçürdükdən sonra DAMMİKA-nın pul kisəsindən 3300 ABŞ dolları nağd pulu, içərilərində 800 ABŞ dolları və ******* Şri-Lanka rupisi (3000 ABŞ dolları) olan iki ədəd kredit kartını, həmçinin DİNUKA-ya məxsus 600 manat dəyərində “İPHONE XR” markalı və DAMMİKAya məxsus 530 manat dəyərində “İPHONE X” markalı mobil telefonları, ümumilikdə məzənnəyə uyğun olaraq 10.730 (on min yeddi yüz otuz) manat dəyərində, yəni xeyli miqdarda əmlaklarını qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən bıçaq tətbiq etməklə quldurluq yolu ilə ələ keçirib, eyni zamanda sonuncuya məxsus mühüm şəxsi sənədlərini, yəni Azərbaycan Respublikasında yaşamaq üçün icazə sənədini, Şri-Lanka Demokratik Sosialist Respublikası sürücülük vəsiqəsini talamış, daha sonra qrupun digər üzvləri ilə cinayətkar əməllərinə davam edib bir qrup şəxs halında törətdikləri quldurluq və vətəndaşın mühüm sənədlərini talama cinayətlərini gizlətmə məqsədi ilə hər iki zərərçəkmiş şəxsə xüsusi əzab və iztirab verdiklərini əvvəlcədən dərk edərək, yaxın qohum olan ata və oğulu bir-birinin yanında öldürmək məqsədi ilə səs çıxarmamaları üçün ağızlarını mələfə ilə bağlayıb, başlarına qara rəngli sellofan torba keçirdikdən sonra mənzildə olan içinə maye qaz doldurulmuş qaz balonunun klapanını tam açıb evə qaz buraxaraq bunun nəticəsində baş verəcək güclü partlayışla və ya qazın evə dolması nəticəsində zəhərlənmələri səbəbindən həm zərərçəkmiş şəxslərin, həm də həmin binada olan digər mənzillərdə yaşayan çoxsaylı insanların da xəsarət almasına və ya ölməsinə səbəb olacağını əvvəlcədən dərk edərək ümumi təhlükəli üsulla öldürmək niyyəti ilə mənzilin qapısını açarla bağlayaraq qrupun digər üzvləri ilə hadisə yerini tərk etmiş, lakin onlar getdikdən sonra DlNUKA-nın özünün və atasının həyatını xilas etmək üçün güc tətbiq edərək əl və ayaqlarını açmasına nail olması, daha sonra qaz balonunun klapanını bağlaması və binanın birinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən həyətə düşərək orada olan polis əməkdaşlarının köməyi ilə aldığı xəsarətlər səbəbindən hərəkət edə bilməyən atasını da həmin mənzildən çıxarması ilə öz həyatlarını xilas etdiklərindən, bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməllərini iradələrindən asılı olmayan səbəblərə görə başa çatdırmamaqla iki şəxsi bir qrup şəxs halında xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla, törətdikləri quldurluq və vətəndaşın mühüm sənədlərini talama cinayətlərini gizlətmək üçün qəsdən öldürüb həyatdan məhrum etməyə cəhd etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X13 Sewmini Devindi özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şri-Lankada olarkən “Facebook” sosial şəbəkəsində Azərbaycanda tələbə qəbulu ilə bağlı reklam görmüş, reklamı yayımlayan adamla danışmışdır. Həmin şəxs ona Azərbaycanda həm işləyib, həm də oxuya biləcəyini demişdir. Həmçinin, ilk növbədə viza xərclərini və təhsil üçün 4800 dollar ödəməli olduğunu söyləmişdir. O, özü və yoldaşının viza xərcləri üçün Dammikanın bank hesabına 65 dollar ödəmişdir. 4 gün sonra Dammika onların vizasını vermiş və yoldaşının Qərbi Kaspi Universitetində oxumalı olduğunu demişdir. Yoldaşı üçün Qərbi Kaspi Universitetinin sənədlərini göndərmişdir. 2022-ci ilin avqust ayının 22-də onlar Şri-lankadan Azərbaycana gəlmişdir. Pakistanlı şəxs də orda olmuşdur. Onları havalimanından götürməyə gəlmişlər və onları “Eleon” adlı otelə aparmışlar. Bir gün sonra Dammika və oğlu Dinuka otelə gəlmiş və onlardan 1500 dollar pul almışlar. Onlara iki telefon və simkart vermişlər. İki gün sonra, oteldə qalmaq üçün xərclərin çox olduğunu demiş və onları Masazırda evə aparmışlar. Evdə qalmaq üçün kirayə haqqı 350 manat olmuşdur. Həmin şəxslər onun və yoldaşının pasportlarını götürmüşlər. Evi açmaq üçün iki açar var olmuşdur. Açarlardan biri onlarda qalmış, digərini götürmüşlər. 5-6 gün sonra, onlar Azərbaycanda qalmaq üçün yaşayış icazəsi almalı və buna görə 2200 dollar ödəməli olduqlarını demişlər. Pulu Şri-lankadakı agentliyə göndərmələrini istəmiş və onların pulu Dammikaya transfer edəcəyini söyləmişlər. Onlar pulu göndərmişlər. Daha sonra, Dammika onların evinə taksi göndərmiş və müxtəlif analizlərdən keçməli olduqlarını demişdir. Onlar heç yerə getməmişlər. O, onların elektrik və telefonlarını kəsmiş və bunları bərpa etmək üçün 100 manat ödəməli olduqlarını bildirmişdir. Bundan sonra, o, xəstələnmiş və həmin vaxt 2 həftəlik hamilə olmuşdur. Onlar Azərbaycanda nə işləyə, nə də oxuya bilmişlər. Artıq Şri-lankaya qayıtmaq istəyirmişlər, çünki vizalarının da vaxtı bitmişdir. O, Dammikadan pasportlarını istəmiş, Dammika universitetə məktub yazmalı və nə üçün getdiklərini izah etməli olduqlarını demişdir. Yoldaşı məktubu yazmış və hamilə olduğu üçün getmək istədiklərini bildirmişdir. Dammika isə, səbəb kimi bunu deyil, qohumlarının öldüyünü yazmalarını istəmişdir. Məktubu yazdıqdan sonra Dammikaya göndərmişdir. 1-2 gün sonra Dammika onlara pasportların qaydasında olduğunu və gətirəcəyini demişdir. Bundan sonra onlar Şri-lankada olan agentlikdən Wasanta və Kumarı tapmışlar. Wasanta və Kumara pulları olmadığını demiş və gəlib onları havalimanına aparmalarını istəmişlər. Saat 9-dan sonra Dammika və oğlu onlara gəlmiş və növbəti ayın kirayəsi üçün 350 manat istəmişlər. Onlar növbəti ay həmin evdə qalmayacaqlarmış, amma Dammika və oğlu pulu onlara verməsələr pasportlarını verməyəcəklərini demişlər. Yoldaşı onlara işləri və universitetləri üçün heç nə etmədiklərini, ona görə də, Şri-lankaya qayıtmaq istədiklərini demişdir. Onlar Dammika və oğlundan verdikləri pul barədə soruşanda, Dammika iki həftə də Azərbaycanda qalmalarını istəmiş və pullarını qaytaracağını demişdir. Onlar artıq buna inanmadıqlarını söyləmişlər. Dammikanın əlində çanta və çantanın içində çoxlu pasportlar var imiş. Yoldaşı Dammikanın əlindən çantanı almağa cəhd etmişdir ki, öz pasportlarını götürsün. Dammika yoldaşını itələmiş, onun isə saçından tutub arxaya çəkmiş, o da stolun üstündəki butulka ilə ona vurmuşdur. Yoldaşı Dammikanı itələmiş, Dammika da stolun üstündəki daş kimi bir şeyi götürüb yoldaşının başına vurmuşdur. 15-20 dəqiqə sonra Wasanta və Kumar gəlmişlər. Wasanta burada niyə mübahisə etdiklərini soruşmuş, yoldaşı da Dammikadan pasportlarını almağa çalışdıqlarını izah etmişdir. Wasanta mübahisə etməmələrini və Dammikadan pasportları qaytarmasını istəmişdir. Dammika isə, pasportları versə və onlar Şri-lankaya qayıtsa, onun biznesini itirəcəyini və heç kimin biznesinə gəlməyəcəyini demişdir. Bundan sonra, Dinuka ona vurmaq istəmiş, yoldaşı Dinukaya onu vurmamasını və hamilə olduğunu demişdir. Kumar gəlib Dinukanın əlini arxadan bağlamışdır. Dammika iki telefonu götürməsini və oradan ödəniş etmələrini istəmişdir. O, Dammikanın telefonundan 500 manat köçürmüş, Dammika o telefondan köçürə biləcəklərini və telefonun şifrəsini demişdir. Bundan sonra, Dammika “ağrıyır” deyə, qışqırmış, Wasanta onun ağrısını kəsmələri üçün nəsə vermələrini istəmiş, onlar ağrıkəsicilər vermişlər. Bundan sonra, yoldaşı pasportları götürmüş və taksiylə evi tərk etmişlər. Havalimanında tutulmuş və polislər onları Masazıra aparmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, hadisə günü o, Dammikaya pasportları götürmək üçün onların Nizamidəki ofisinə gələcəklərini demiş, Dammika isə getmələrinə icazə verməmiş və özlərinin onların evinə gələcəklərini demişdir. Onlar saat 09:30-da gəlmişlər. Evdə o və yoldaşı olmuşdur. Həmin vaxt Wasanta evdə olmuşdur. Onlar pasportlarını götürmək istədikləri üçün mübahisə başlamışdır. Pasportlar Dammika və Dinukanın çantasında olmuşdur. O, pasportlarını vermək istəmirmiş, onlar zorla almışlar. Yoldaşı Dammikadan çantanı almaq istəyəndə o, yoldaşını itələmişdir. Onun da saçından tutmuş, o da özünü qorumaq üçün butulkanı götürüb ona vurmuşdur. Dammika yerə yıxılmış, Kumar gəlib onun əlini bağlamışdır. Dammika və Dinuka evə gəldikdən sonra, evin hər yerinə baxış keçirmişlər. Onlar məqsədlərinin nə olduğunu bilmirmişlər. Lakmal onun həyat yoldaşıdır. Lakmal Dammikanın üstünə qaynar su tökməmişdir. O, onlara iki fincan çay vermiş, dalaşanda birinin ayağına tökülmüşdür. Lakmalda bıçaq olmamış və onlara bıçaqla hədə-qorxu gəlməmişdir. Kumar Dinukanın əlini bağlamış, Dammikanın əli bağlı deyilmiş, o yerə yıxılmış və “ağrıyır” deyə qışqırırmış. O, özü telefonları pul köçürmələri üçün onlara vermişdir. Onlar evdən çıxanda Dinukanın əli bağlı, Dammikanın əli açıq olmuşdur. Onlar sonradan başa düşmüşlər ki, Dinuka və Dammika kriminal insanlardır və tərcüməçi ilə də əlbir olub öz işlərini gördürürmüşlər. O, onların tərcüməçiyə pul verdiyini gözləri ilə görmüşdür. Polis təhqiqatçısı onları hadisə yerinə aparmamış, ola bilər ki, onlar qaz balonunu ora sonradan qoymuşlar. Onların evində qaz balonu var imiş, lakin onlar onu istifadə etməmişlər, çünki Dammika balonda qaz olmayacağını demiş və pletka ilə yemək bişirmələrini istəmişdir. Onlardan bank kartı və bank hesabından pul götürməmişlər. Əksinə, onların pulunu alıb, əyləncəyə xərcləmişlər. Onlar havalimanına getmiş, amma biletləri olmamışdır. Onlar nə edəcəklərini bilməmiş, çünki Dammika və Dinukanın miqrasiya və polisdə dostları var imiş. O, özünü təqsirli bilmir. O, heç kimi öldürməyə cəhd etməmiş, sadəcə pasportlarını götürməyə çalışmışdır. Onun quldurluq etmək məqsədi olmamışdır. Hadisə nəticəsində müəyyən xəsarətləri olmuş, lakin ciddi bir şey deyil. O, barışmağa cəhd etmiş, lakin Dammika barışmaq üçün 30000 dollar istəmişdir. Onlar o qədər pulu verə bilməyəcəklərini demişlər. Hazırda heç bir barışıq yoxdur. Evdəki butulka plastik olmuşdur. Hadisə günü heç kim spirtli içki içməmişdir. Onların Azərbaycana gəlmək məqsədi çoxlu pul qazanmaq olmuşdur. Onlara Azərbaycanda aylıq 1000-2500 dollar qazana biləcəklərini demişlər. Həmin vaxt o, X7la 5 aylıq evli olmuş, yoldaşını tək buraxmaq istəməmiş və o da gəlmişdir. Dammika əvvəlcə yoldaşının universitetdə oxumalı olduğunu demiş, o, heç nə etməyəcəkmiş. Yoldaşı 1 il oxumalı imiş, həmin müddətdə axşamlar işə də gedə bilərmiş. 15 sentyabrda universitetlərdə dərs başladığını bilirmiş və onların niyə universitetə getmədiklərini soruşmuşdur. Zərərçəkmiş şəxs onlara universitet ödənişi ilə bağlı qəbz də verməmişdir. Onlara viza 1 aylıq verilmiş, vizalarının vaxtı artıq həmin vaxt bitirmiş və o, Dammika və Dinukanın onları aldatdığını anlamışdır. Yoldaşına Şri-lankaya qayıtmalı olduqlarını demişdir. Hamilə olduğunu öyrəndikdən sonra, Dammikaya zəng etmişdir ki, həkimdən bir neçə dərmanlar almalıdır. Lakin, o telefonu açmamışdır. Bundan sonra, Şri-lanka agentliyinə müraciət etmiş, onlar kimi 6 nəfər şəxsin də Azərbaycanda olduğunu demişlər və həmin şəxslərə müraciət etmələrini tövsiyə etmişlər. Wasanta və Kumara pul və ərzaq almaq üçün zəng etmişlər. Çünki, Dammikaya 700 dollar verdikdən sonra sadəcə iki manatları qalmışdı. Onlar hadisə günü ancaq Kumarı çağırmış, Wasantanı da agentlik onlara 6 nəfərin nömrəsini verəndə, həmin nömrələrin arasından tapmışlar. O onlara yemək-içmək gətirmişdir. Wasanta və Kumar Şrilankaya qayıtmaq istəmirmişlər. Onlar evdə mübahisə edəndə Dammikanın ayağının sınıb-sınmadığını bilməmişdir. Sadəcə, Dammika “ağrıyır” deyirmiş. O da ona ağrıkəsici vermişdir. Dammikanın əli və ayağı bağlı deyilmiş, sadəcə yerə yıxılmışdır. Oğlu onunla dalaşırmış, daha sonra stulda oturmuş və Kumar onun əlini bağlamışdır. O, Dammikaya onların Nizamidə olan ofislərinə gələcəklərini demiş, onlar razılaşmamış və evə gələcəklərini demişlər. Onlar evə gəlmiş, hamam otağına və mətbəxə baxmış, sonra oturmuş və o, çay içib-içmədiklərini soruşmuş, onlar da çay istəmişlər. O, Dammikaya işin və dərsin alınmadığını deyib pulların hara getdiyini soruşmuşdur. O pul olmadığını demiş və o, pasportlarını istəyib Şri-lankaya qayıdacaqlarını söyləmişdir. Yoldaşı bilet almaq üçün pul olmadığını deyib Dammikadan əgər varsa, pul verməsini istəmişdir. Dinuka telefonunu vermişdir ki, bank hesabından pul köçürsünlər. O, 500 dollar köçürmüşdür. Həmin kartda 800 dollar olmuşdur. Başqa heç bir pul götürməmişlər. Telefonları onlar özləri vermişdir. O, Dammikaya 3-4 dəfə polisə gedəcəklərini demiş, amma, o, xeyri olmayacağını, onların polisdə, universitetdə və miqrasiyada adamı olduğunu söyləmişdir. Həmçinin, onlar üçün yaxşı olmayacağını demişdir. Onlar mübahisə etmək istəmirmişlər. Onlar zərərçəkmişlərin ağzını bağlamamış, qaz balonunu açıb getməmişlər. İbtidai istintaq zamanı ifadə verəndə ona heç kim təzyiq, təsir etməmişdir. Sadəcə orada olan tərcüməçi Dammika və Dinuka üçün işləyirmiş. Onlar pulu və telefonları götürdükdən sonra Şrilankaya getmək üçün havalimanına getmişlər. Onlar bilet almamışlar. Həmin gün Bakı- Qətər-Şri lanka xətti üzrə bilet var imiş. Onların əvvəl 1000 dollar pulu var imiş, həmin pulun 700 dollarını Dammikaya vermişlər deyə, bilet almağa pulları olmamışdır. Təqsirləndirilən şəxs X13 Sewmini Devindinin ibtidai istintaq zamanın verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və sonuncu həmin ifadəsində göstərmişdir ki, 2022-cİ İlin iyul ayında mən Şir-Lanka Respublikasında olan zaman “Facebook” sosial şəbəkəsində Azərbaycanda iş və təhsillə bağlı elanla rastlaşmışdır. Elanda qeyd edilən şəxslə əlaqə saxlamış, həmin şəxsin adı Jagath olmuşdur. Həmin şəxs ona həyat yoldaşı Lakmalı və onu Azərbaycana gətirəcəyini hər ikisinə birlikdə 1 illik viza verəcəyini və həyat yoldaşı Lakmalı taksi işinə işə düzəldib aylıq 1500 manat maaş alacağını bildirmişdir. Bu iş müqabilində Jagath onlardan 4800 ABŞ dolları pul tələb etmişdir. Həmin tarixdə Jagathın tanışı Dammikanın bank kartına Şri- Lankadan 24 000 RUPİ yəni 64 ABŞ dolları pul göndərmişdir. Həmin pulu elektron visa üçün göndərmişdir. Şri-Lankada 2100 ABŞ dolları pul ödəyərək xx.xx.2022-ci il tarixdə Şri- Lankadan Azərbaycana - Bakıya gəlmişlər. Bakıda onları X1rşılamış və “llion" otelə yerləşdirmişdir. İki gecə həyat yoldaşı Lakmal ilə orada qalmışlar. Həmin otelin pulunu Dammika vermişdir. Bundan sonra Pathirana onlara “otel bahadır gəlin sizin üçün ayrıca ev kirayələyək” demişdir. Aralarındakı razılaşma belə olmuşdur ki, kirayənin 200 manatını onlar, 150 manatını isə Dammika ödəyəcəkmiş. İlk ay ərzində hər şey danışdıqları kimi olmuşdur. Onlara Abşeron rayonu, Masazır kəndi "xxxx"də ev kirayə tutulmuş və onlar ilk ay üçün 200 manat Pathirana isə 150 manat pul ödəmişdir. Evi aylıq 350 manat pul müqabilində kirayələmişlər. xx.xx.2022-ci il tarixdə Jagathın hesabına 1900 ABŞ dolları, xx.xx.2022-ci İl tarixdə isə Dammikanın hesabına 1500 ABŞ dolları pul köçürmüşlər. Aralarındakı razılaşmaya əsasən Jagath onlara oturum icazəsi düzəltməli olmuşdur. Dammika isə eri Lakmalı taksi işinə düzəltməli və sonuncu aylıq 1500 manat pul almalı imiş. Azərbaycana gələndə burada Şrilankalı taksi sürücüsü olmadığını görmüşlər. Amma Dammika isə onlara Azərbaycanda taksi sürcülərinin yetmiş faizinin Şri- Lankalı olduğunu demişdir. Artıq aldadıldıqlarını başa düşmüşlər. Bundan sonra oxumaq üçün Azərbaycanda olduğu zaman Finlandiya universitetlərinə sənəd vermiş və ona pasportu lazım olmuşdur. O və Lakmal da pasportunu Dammikaya vermişlər. Dammika onları İqtisad Universitetinə tələbə kimə qəbul etdirəcekmiş. xx.xx.2022-ci il tarixdə Dammikaya zəng vurub pasportunu istəmişdir. Dammika isə pasportunun universitetdə olduğunu bildirib ona geri qaytarmaqdan imtina etmişdir. Jagath və Dammika onlara söz verdikləri kimi nə daimi oturum almış, nə əri Lakmalı 1500 manat maaşla taksi işinə düzəltmişlər. Pasportlarını Şir-Lankaya geri qayıtmaq üçün geri istəmişlər. Lakin onlardan Dammika 700 ABŞ dolları pul istəmişdir ki, pasportu geri qaytarsın. Jagathın hesabına 700 ABŞ dolları pulu göndərmişlər. Bundan sonra xx.xx.2022-ci il tarixdə Dammikaya zəng vurmuş və demişlər ki, pasportları yaşadıqları Abşeron rayonu, Masazır kəndi ərazisinə gətirsin. Pasportları Dammikada olmuşdur. Zəng etdikdən sonra saat 21:30 radələrində Dammika və oğlu Dunika yaşadıqları mənzilə gəlmişlər. Dammikaya verdiyi 1500 ABŞ dolları pulu ondan geri tələb etməyə başlamışlar. Bu zaman Dammika pulu onlara oturum almaq üçün istifadə etdiyini demişdir. Sonuncudan xərclədiyi pulların çekini tələb etmişlər. Bundan sonra onlar çeki verə bilmədiyi üçün əsəbləşmiş, mənzildə olan qırmızı rəngli ləyənə isti su doldurmuş və otağa gətirmişdir. Lakmal da həmin suyu Dammikanın üzərinə tökmüşdür. Bundan sonra Lakmal Dunikanın əlini tutmuş o da əlində olan butulka ilə onun başının arxa hissəsinə vurmuşdur. Dunikanı vurduqdan sonra Dunika divanın üstünə yıxılmışdır. Bundan sonra Dunikanın atası onlara müdaxilə edən zaman o və Lakmal onu tutmuşlar. Onlarla Dunika arasında dava-dalaş yaranmışdır. Sonuncunu da yerə uzatmış və hər ikisinin əlini arxadan bağlamışlar. Hər İkisinin əlini evdə olan mələfəni kəsərək düzəltikləri iplər vasitəsi ilə bağlamışlar. Bundan sonra Dammikaya verdikləri pulların əvəzi olaraq hər ikisinin cibindən iki ədəd İphone markalı mobil telefon götürmüş və həmin mobil telefonlardan Dunikaya məxsus olanından öz bank hesablarına 500 ABŞ dolları pul köçürmüşlər. Bundan sonra bilet alıb ölkədən çıxmaq üçün onları evdə həmin vəziyyətdə qoyub qapını açarla bağlayıb sərhədi keçib öz ölkələrinə getmək üçün Bakı şəhərinə gəlmişlər. xx.xx.2022-ci il tarixdə Dunikadan götürdükləri 500 ABŞ dolları və tanışları Vasantanın həyat yoldaşının Şri- Lankadan göndərdiyi pullar hesabına hər üçü üçün bilet almışlar. Şri-Lankaya getmək istəyərkən Heydər Əliyev adına aeroportda onları polis əməkdaşları saxlayaraq Abşeron rayon polis idarəsinə gətirmişlər. X13 SEWMİNİ DEVİNDİ ifadəsində Dammikanın ayağının Lakmal və Dammikanın arasında olan dava-dalaş zamanı sındığını bildirmişdir. Dammikanın əlaqələri geniş olduğu üçün düşünmüşlər ki, sonuncu onları Şri- Lankaya getməyə qoymaz ona görə onu evdə qoymuşlar ki, o, əlini açıb oradan çıxana qədər artıq sərhədi keçmiş olsunlar. Dammikaya əri Lakmal, Dunikaya isə o, xəsarət yetirmişdir. Yalnız onların mobil telefonlarını və Dunikanın hesabından 500 ABŞ dolları pulu öz hesablarına köçürmüşlər. Hadisə zamanı o, Lakmal və Kumara aktiv iştirak etmişlər. Vasanta isə hadisə zamanı ciddi iştirak etməmişdir. Aralarında baş vermiş hadisə təminən 2 saat çəkmişdir. Yalnız Dunikanın başına butulka ilə vurmuşdur .Orada əri Lakmal, Lakmalın dostu Kumara ilə birlikdə Dunikanın və atası Dammikanın əllərini və ayaqlarını bağlamışlar. Bıçaqla və qaz balonu ilə bağlı suallara münasibət bildirmək istəməmişdir (cild 02, iş vər. 192-195). İfadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq təqsirləndirilən şəxs göstərmişdir ki, Onlar Dammika və Dinukanın əllərini və ayaqlarını bağlayıb getməmişlər. Müstəntiq ona sual verməyib, o, sadəcə baş verənləri danışmışdır. O, suallara cavab vermək istəmədiyini deməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, məhkəmədə verdiyi ifadəni təsdiq edir. O, müstəntiqə bir neçə dəfə tərcüməçini dəyişmək istədiyini bildirmiş, lakin o razılaşmamışdır. O, Dammikanın tərcüməçi Aida Abbasovaya pul verdiyini də görmüş, tərcüməçi Dammika və Dinuka ilə dost olmuşdur. Onlar zərərçəkmiş şəxslərə ciddi xəsarət yetirməmişlər və evdən çıxıb gedəcəklərini düşünmüşlər. Buna görə qapını da kilidləməmişlər. Onlar ancaq onların telefonlarını və 500 dollar pulunu götürmüşlər. Bilet almaq üçün anasına müraciət etmiş, amma o, pulu olmadığını demişdir. Onlar Wasantaya zəng etmiş və Şri-lankaya bilet almaq üçün pul olmadığını demişlər. Səhər Wasantanın yoldaşı onlar üçün bilet almışdır. Wasanta onların evinə gələndə Şri-lankaya getmək fikri yox imiş. Hadisə baş verdikdən sonra, o cinayət törətdiklərini düşünmüş və onlarla getmək qərarına gəlmişdir. Onlar evdən 4 nəfər maşınla çıxmışlar, lakin yolda Kumar və Wasanta düşmüşlər. Havalimanına yoldaşı ilə ikisi getmişlər. Axşam Wasanta yoldaşı ilə danışmış və yoldaşı ona onların Azərbaycanda törətdikləri əməlin cinayət olduğunu demişdir. Səhəri gün Wasanta da havalimanına gəlmiş və onlarla getməyə qərar vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan əlavə sualları cavablandırarkən göstərmişdir ki, Dammika ilə heç bir kirayə müqaviləsi bağlamamış, sadəcə iki dəfə iki ay üçün 350 manat ödəmişlər. Evdə qaz balonu olmamışdır. Yeməyi elektriklə işləyən pletka ilə bişirirmiş. Onun və yoldaşının mobil telefonları olmuşdur. Saxlanılan zaman üzərlərində olmuşdur. Telefonları “Xiaomi” və “Redmi” markalı olmuşdur. Telefonları müstəntiqə təhvil vermişlər. 2 ədəd “İphone” markalı telefonu müstəntiq götürüb zərərçəkmiş şəxslərə təhvil vermişdir. Müstəntiqin adı Mehralı imiş. Wasantanın da telefonu olmuş, onlar tutulandan iki ay sonra onun arvadı Azərbaycana gəlmiş və müstəntiq telefonu ona təhvil vermişdir. Onlar saxlanılanda üzərlərində çantalar, paltarlar, təhsil və nikah sənədləri və s. olmuşdur. Kürdəxanıda onlara bir kağız göstərmişlər, orada təcridxanaya təhvil verilən əşyaları qeyd olunmuş, amma siyahıda telefonları olmamışdır. Pasportları da müstəntiqdə imiş. Onlar zərərçəkmiş şəxslərdən ancaq iki telefon götürmüş və onların kartından öz kartlarına 500 dollar köçürmüşlər. Polislər havalimanında onları saxladıqdan sonra polis idarəsində üzərlərinə axtarış keçirmiş, onların telefonlarını, zərərçəkmiş şəxlərin telefonlarını, evin açarını və onların pasportlarını götürmüşlər. Onlarda başqa heç nə olmamışdır. Onlar bank kartı və miqrasiya sənədləri götürməmişlər. Polis də çantada heç nə tapmamışdır. Onlar sentyabrın 22-si gecə evi tərk etdikdən sonra, sentyabrın 23-ü günorta saat 2-3 radələrində saxlanmışlar. Onlar Dammika və Dinukadan bank kartı götürməmişlər. Sadəcə telefonları götürmüş və onun Azərbaycan bankına məxsus kartından özlərinin Şri-lankaya məxsus kartlarına 500 dollar köçürmüşlər. Onların digər kartlarının olduğunu bilməmişlər. Onların bilet almağa pulları yox imiş. O, Wasantanın yoldaşından onlara bilet alıb göndərməsini xahiş etmişdir. O da pulu olmadığını, pul tapan kimi bilet alacağını demişdir. Onlarda olan 400 dolları Wasantanın yoldaşına göndərmişdir. Biletin qiyməti 500 dollar imiş. Onlar sentyabr ayının 22-si gecə havalimanına getmiş, 23-ü gecə saat 3-4 radələrində tutulmuşlar. Onlar biletləri almamışlar. Wasantanın yoldaşı biletləri onlayn qaydada alıb telefona göndərmişdir. Polislər onun, yoldaşının, Wasantanın və zərərçəkmiş şəxslərin telefonlarını-ümumilikdə 5 telefonu onlardan götürmüşlər. Telefonda məlumatlar qalır. Onlar Bakıdan Qətərə, oradan Şri-lankaya uçacaqmış. Biletdə elə qeyd olunmuşdur. Onlar tutulduqdan sonra, müstəntiq onları otelə yerləşdirmiş və 28-nə qədər orada qalmışlar. Tutulduqları gün müstəntiq onları hadisə yerinə aparmamışdır. X46 İdarəsinə yaxın imiş. Wasantanın yoldaşı ona biletləri “gmail” vasitəsilə göndərmişdir. “Gmail” kodunu hazırda xatırlamır. Onun telefonu “Redmi Note 8”, yoldaşının isə “Xiaomi” markalı imiş. Onlarda 400 dollardan başqa pul olmamışdır. Onların evində qonaq, yataq otağı və mətbəx var imiş. Wasantanın yoldaşı onlara bileti Bəhreynə məxsus “Gulf Airways” vasitəsilə almışdır. Onlar Bakıdan Qətər- Dohaya, oradan da Şri-lankaya uçacaqlarmış. Biletlərin qiyməti ümumi 502000 Şri-lanka ruppisi olmuşdur. Onları sentyabrın 22-si gecə saat 2-3 radələrində tutmuşlar. O, Dinukanın telefonundan 500 dollar öz bank hesabına köçürmüşdir. 400 dollar köçürməmişlər. Dammika onlardan pulu onun agentinə göndərmələrini istəmiş və onlar onun agentinə 264920 Şri-lanka ruppisi məbləğində pul göndərmişlər. Agent əvvəllər Azərbaycanda yaşayıb, sonra Şri-Lankaya gedib və orada adam yığıb Dammika üçün göndərirmiş. Dammikaya 325000 və 350000 Şri-Lanka ruppisi olmaqla, 3 dəfə ödəniş etmişlər. Sonuncu dəfə onlardan pasportları qaytarmaq üçün 700 dollar istəmiş, onu da vermişlər. Birinci dəfə ona oteldə əlbəəl 1500 dollar pul vermişlər. O, onlardan universitet xərcləri üçün 4000 dollar istəmiş, onlar pulun qalanını da vermişlər. 700 dolları onun agentinə göndərmiş, agent pulların şəklini ona göndərmiş və bundan sonra o, pasportlarını qaytarmağa razı olmuşdur. O, pulları telefonunda olan tətbiq vasitəsilə göndərirmiş. Qalereyada şəkillərin çəkilmə vaxtı da görünürmüş. Evdə yemək bişirmək üçün qaz yox imiş. Uzun bir şkafda həm qaz balonu, həm də elektrikli piltə var imiş. Onlar yeməkləri elektrikli piltə vasitəsilə bişirir, qaz balonunu istifadə etmirmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X7 özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o və yoldaşı “Facebook” sosial şəbəkəsində reklam görmüş və yoldaşı reklamda olan nömrəyə zəng etmişdir. X35-lankadakı agenti Jagath cavab vermişdir. Onlar Dammikanın bank hesabına viza üçün 64 dollar ödəmişlər. Bundan sonra, “Hangon” şirkəti onlara viza və Qərbi Kaspi Universitetinin qəbul məktubunu vermişdir. Onlar 2022-ci ilin avqust ayının 21-də Azərbaycana gəlmişlər. Vizaları 1 aylıq olmuşdur. Dammika pakistanlı oğlu ilə birlikdə havalimanına onları götürməyə gəlmişdir. Onlar “Eleon” otelə getmişlər. Avqust ayının 23ü onlar üçün iki simkart gətirmiş və onlardan 1500 dollar tələb etmişlər. 24 avqustda yenidən gəlmiş, otelin onlar üçün bahalı olduğunu demiş və onları özlərinə məxsus mənzilə aparmağı təklif etmişlər. Onlar mənzilə getmiş, daha sonra o, pul dəyişməli olmuş, çünki ancaq dolları olmuşdur. Dammika banka getməyə ehtiyac olmadığını, onun pulu dəyişə biləcəyini demişdir. O, Dammikaya 500 dollar, Dammika isə ona 600 manat vermişdir. Daha sonra onları supermarketə aparmış, bir neçə ərzaq almış və evə qayıtmışlar. Dammika onlara pasportlarına və kirayə puluna ehtiyac olduğunu bildirmişdir. O, Dammikaya 1 ay üçün 350 manat vermişdir. Onlar ev üçün 200 manat ödəmiş və getmişlər. Onlar ancaq gecə gəlirmişlər. Səhv etmirsə, iki gün sonra gəlib onlardan nikah sənədlərini istəmişlər. Sənədlərə baxmış və sənədlərin ingilis dilində olduğunu, azərbaycan dilinə tərcümə edilməli olduğunu demişlər. Həmin sənədlər Şri-lankada təsdiqlənmişdir. Tərcümə üçün onlardan 100 manat almışlar. Onlar “WiFi” üçün çıxışlarının olmadığını demiş və bunun üçün də 50 manat almışlar. Onlar pulları götürüb getmişlər. Onlara sentyabrın 16-sı universitetdən sənədlərini götürə biləcəklərini demişlər, o da universitetə ödəniş üçün qəbzə ehtiyacı olduğunu demişdir. O, Dammikaya vizaları bitdiyi üçün Şri-lankaya qayıtmalı olduqlarını demiş və pasportlarını istəmişlər. O demişdir ki, universitetə vermək üçün səbəb məktubuna ehtiyacları var. O, da yoldaşının hamilə olduğunu demişdir. Onlar hadisə günü onlara gəlmiş, yoldaşı onlardan çay içibiçmədiklərini soruşmuş və onlar içdiklərini bildirmişər. Çay içdikdən sonra, evin hər yerinə baxmış və heç bir problem olmadığını bildirmişlər. Bundan əvvəl onlar pasportlar üçün zərərçəkmiş şəxsə 700 dollar ödəmişlər. Onlar hər dəfə pulu onun özünün deyil, Şri-lanka agentliyindəki bank hesabına transfer edirmişlər, çünki həmin pul Dammikaya verilirmiş. Onlar hadisə günü ondan pasportlarını istəmiş, o pasportlarının onda olduğunu demiş, lakin növbəti ay üçün də kirayə haqqı ödəmələrini istəmişdir. O, ondan niyə növbəti ay üçün indi ödəniş etməli olduğunu soruşmuş, o da bunun Azərbaycana məxsus prosedur olduğunu demişdir. O, ona pullarının olmadığını bildirmiş, çünki onların 1000 dolları var imiş, onun 700 dollarını Dammikaya vermişlər və cəmi 300 dollar qalmışdır. Onlar dostlara, qohumlara da yığmış, lakin pulları olmamışdır. Ondan pasportlarını verməsini istəmiş və bilet alacaqlarını demişlər. O pulunu versələr, pasportlarını qaytaracağını söyləmiş və əsəbiləşmişdir. Həmin vaxt yoldaşı Dinuka ilə danışırmış. Dammika ona miqrasiyada tanışları olduğunu və vizasız da burada qala biləcəklərini demişdir. O isə razılaşmamış və pasportlarını tələb etmişdir. Dammika çox əsəbiləşmiş və onu itələmişdir. O, da Dammikanı itələmiş və o, stulların arasına yıxılıb orada ilişmişdir. Həmin vaxt Dinuka atası ilə onun mübahisələrini görüb yoldaşını vurmaq istəmiş və saçını dartmışdır. O, Dinukaya belə etməməsini və yoldaşının hamilə olduğunu demişdir. Dinuka isə onu dinləməmişdir. Yoldaşı metal butulka ilə onun başına vurmuş və o divana yıxılmışdır. Həmin vaxt Wasanta onlara gəlmişdir. 1 həftə əvvəl, Wasanta ilə danışmış və yeməklərinin olmadığını demişlər. Wasanta onlara yemək gətirmiş və burada nə baş verdiyini soruşmuşdur. Dammika Wasanta ilə problemi olmadığını və onlarla özəl məsələsi olduğunu söyləmişdir. Wasanta yoldaşından su istəmiş, sonra o, Dammika ilə, onlar da Dinuka ilə danışmışlar. Daha sonra, Kumar gəlmiş, o, onları havalimanına aparacaqmış. Həmin vaxt Wasanta onların Şri-lankaya gedəcəyini bilmirmiş. O da burada nə baş verdiyini soruşmuş, onlar da ona hər şeyi danışmışlar. Həmin vaxt Dinuka yenidən yoldaşını vurmağa cəhd etmişdir. Onlar Dammika ilə danışırmış, çünki pullarını alıb pasportlarını götürmüş və onlar problem yaratmışlar. Kumardan kömək etməsini istəmiş və onun danışmasına baxmayaraq, yoldaşı ilə mübahisə etdiklərini demişdir. Kumar Dinukanın əllərini bağlamış və o, divanda oturmuşdur. Çünki, o yoldaşını vururmuş. Kumar onun əllərini çox da möhkəm bağlamamışdır. Bundan sonra, o, Dammikanın stolun üstündə olan çantasını açmış, orada xeyli pasport var imiş. O, yoldaşının və özünün pasportunu götürmüş və çantanı özünə qaytarmışdır. O, Şri-lankaya qayıtsalar yenidən Azərbaycana gələcəklərini, çünki universitetə pul ödədiklərini və təhsillərini davam etdirmək istədiklərini bildirmişdir. Onlar, pasportlardan başqa heç nə götürməmişlər. Sadəcə, Dammikadan pullarını tələb etmiş, o da bir həftə Azərbaycanda qalmalarını istəmiş, Şri-lankadan iki tələbə gələcəyini və onların məsələlərini həll edəcəyini demişdir. O, vizasız qalmaq istəmədiklərini söyləmişdir. Bütün pullarını qaytarmasını deyil, sadəcə bilet üçün pul verməsini istəmişlər. O, onlara mobil telefonunda olan bank hesabını göstərmiş, ancaq 800 dolları olduğunu və onlara 500 dollar verə biləcəyini bildirmişdir. Telefonu yoldaşına vermiş, Dammikadan şifrəni soruşmuş və o, şifrəni söyləmişdir. Daha sonra, yoldaşı onun kartından səhv etmirsə 500 dollar transfer etmişdir. Dammika onlara burda qalmaq istəmirlərsə, Şri-lankadakı agentliyə yaxınlaşıb pullarını tələb edə biləcəklərini söyləmişdir. O, Dammikaya güvənmədiklərini, iki telefonu götürəcəklərini, Şrilanka agentliyinə verəcəklərini və pulu qaytardıqdan sonra onlara qaytarılacağını demişdir. Onlar telefonları götürüb havalimanına qayıtmış, Wasantaya da gəlmək istəsə, onlarla gələ biləcəyini söyləmişlər. Onlar havalimanına getmək üçün taksiyə minmiş, Wasanta haradasa maşından düşmuş, onlar Kumarla birlikdə davam etmişlər. Takisdən düşən zaman Kumar taksinin pulunu ödəmişdir. O, yoldaşı ilə havalimanının içinə girmiş, Kumarın isə hara getdiyini bilməmişdir. Onların bilet almaq üçün pulları olmamış, qohumlarına müraciət etmişlər. Ona görə də, səhərə qədər havalimanında gözləmişlər. Növbəti gün səhər Wasanta havalimanına gəlmiş, əvvəlcə onun da Şri-lankaya gedəcəyini bilməmişdir. Daha sonra, polislər onları saxlamışlar. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şəxs həmin ifadəsində özünü ona elan olunan ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin iyul ayında mən Şir- Lanka Respublikasında olan zaman “Facebook0 sosial şəbəkəsində Azərbaycan Respublikasında iş və təhsillə bağlı elanla rastlaşmış və həmin şəxslə əlaqə saxlamışlar. Həmin şəxsin adı Jagath olmuşdur. X38 Jagathın elanda yerləşdirdiyi nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs Sevminiyə onu Azərbaycanda taksi işinə düzəldəcəyini və aylıq 1500 manat maaş alacağını, arvadı Sevminini Azərbaycana gətirəcəyini hər ikisinə birlikdə 1 illik viza verəcəyini bildirmişdir. Bu iş müqabilində Jagath onlardan 4800 ABŞ dolları pul tələb etmişdir. Jagath Azərbaycanda Dammika adlı Şri-Lanka Respublikasının vətəndaşı ilə birlikdə işləmişdir. Həmin tarixdə Dammikanın bank kartına Şri-Lankadan 24 000 RUPİ, yəni 64 ABŞ dolları pul göndərmişdir. Həmin pulu elektron visa üçün göndərmişdir. Şri- Lankadan Sevmini və o, 2100 ABŞ dolları pul ödəyərək xx.xx.2022- ci İl tarixdə Şri- Lankadan Azərbaycana-Bakıya gəlmişlər. Bakıda onları X1rşılamış və hər ikisini “llion” otelə yerləşdirmiş, iki gecə Sevmini ilə orada qalmışlar. Həmin otelin pulunu Dammika vermişdir. Bundan sonra Dammika onlara "otel bahadır gəlin sizin üçün ayrıca ev kirayələyək" demişdir. Aralarındakı razılaşma belə olmuşdur ki, onlara Abşeron rayonu, Masazır kəndi Bağçalı evlərdə ev kirayə tutulmuş və onlar ilk ay üçün 200 manat, Dammika isə 150 manat pul ödəmişdir. Evi aylıq 350 manat pul müqabilində kirayələmişlər. xx.xx.2022-ci il tarixdə Jagathın hesabına 1900 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə isə Dammikanın hesabına 1500 ABŞ dolları pul köçürmüşlər. Aralarındakı razılaşmaya əsasən Jagath onlara oturum icazəsi düzəltməli imiş. Dammika isə ərini taksi işinə düzəltməli ve eri aylıq 1500 manat pul almalı imiş. Azərbaycana gələndə burada Şri- Lankalı taksi sürücüsü olmadığını görmüşlər. Amma Dammika isə onlara Azərbaycanda taksi sürcülərinin yetmiş faizinin Şri-Lankalı olduğunu demişdir. Artıq aldadıldıqlarını başa düşmüşlər. Bundan sonra Sevmini oxumaq üçün Azərbaycanda olduğu zaman Finlandiya universitetlərinə sənəd vermiş və ona pasportu lazım olmuşdur. Bundan başqa onlar artıq qərar vermişlər ki, Şri-Lankaya qayıtsınlar. O və həyat yoldaşı da pasportunu Dammikaya vermişlər. Dammika onları İqtisad universitetinə tələbə kimə qəbul etdirəcəkmiş. xx.xx.2022-ci il tarixdə Dammikaya zəng vurub pasportlarını istəmişlər. Dammika isə pasportlarının universitetdə olduğunu bildirib geri qaytarmaqdan imtina etmişdir. Jagath və Dammika söz verdikləri kimi nə onlara daimi oturum almış, nə onu 1500 manat maaş ilə taksi işinə düzəltmişlər. Pasportlarını Şri-Lankaya geri qayıtmaq üçün geri istəmişlər. Lakin Dammika onlardan pasportlarını geri qaytarmaq üçün 700 ABŞ dolları pul istəmişdir. Bundan sonra Jagathın hesabına 700 ABŞ dolları pulu göndərmişlər. xx.xx.2022- ci il tarixdə Dammikaya zəng vurub pasportlarını yaşadıqları Masazır kəndi erazisinə gətirməsini demişlər. Çünki pasportları artıq Dammikada olmuşdur. Zəng etdikdən sonra saat 21:30 radəlerində Dammika və oğlu Dunika yaşadıqları Masazır kəndi erazisində yerləşən evlərinə gəlmişlər. Dammikaya verdikləri 1500 ABŞ dolları pulu ondan geri tələb etməyə başlamışlar. Bu zaman Dammika da həmin pulu onlara oturum almaq üçün xərclədiyini bildirmişdir. Sonuncudan xərclədiyi pulların çekini tələb etmişlər. Lakin Dammika çeki göstərə bilmədiyindən əsebləşdim və Sevminiyə “get hamamdan ləyənə isti su doldur və gətir tökək Dunikanın və atasının üstünə” demişdir. Sevmini hamam otağından ləyənə isti su doldurub gətirmiş, ona vermiş, o da isti suyu Dunikanın atası Dammikanın üstünə tökmüşdür. Bu zaman Dunika oturduğu yerdən durub onun üstünə hücum etmişdir. Həmin vaxt arvadı X25 başına butulka ilə vurmuş və Dunika divanın üstünə yıxılmışdır. Bu zaman Dunikanın atası Dammika üstlərinə hücum etmişdir. Sonuncunu arvadının kömekliyi ilə yerə yıxmışdır. Bundan sonra Dammikadan verdikləri pulları geri qaytarmasını istəmişlər. Dammikaya “bizim evə qayıtmağa pulumuz yoxdur” demişdir. Bundan başqa həyat yoldaşı Sevmini evdə olan mələfələri kəsərək İplər düzəltmişdir. Həmin vaxt evdə olan dostu Kumara, arvadı və o, Dunikanı köməkləşib əllərini arxadan və ayaqlarını bağlamış və yerə uzatmışlar. Həmçinin Dammikanın da əllərini arxadan bağlamış və onu da yerə uzatmışlar. Bundan sonra stolun üzərində selofanın içərisində olan pasportlarını götürmüşlər. Bundan başqa Dammikanın və Dunikanın telefonunda bank hesabında pulunun olub-olmadığma baxmaq üçün onların telefonunu götürmüşdür. Onların bank hesabına baxdıqdan sonra həmin telefonların birində bank hesabında 500 ABŞ dolları pul olduğunu görmüşdür. Həmin pulu bilet almaq üçün öz bank hesabına göndərmiş və telefonları Dunikaya və atası Dammikaya qaytarmamışdır. Bundan sonra onları evdə əlləri və ayaqları bağlı vəziyyətdə qoymuş və mənzilin qapısını arxadan bağlayıb mənzildən çıxmışlar. Dunikanı və atası Dammikanı evdə əlləri və ayaqları bağlı vəziyyətdə mənzildə bağlı qapı arxasında qoyub getməkdə məqsədləri həmin şəxslərin onların Şri-Lankaya getməklərinə mane olmamasından ibarət olmuşdur. Mənzildən çıxdıqdan sonra tanışı və hadisə vaxtı evdə olan Vasantanın həyat yoldaşı pul göndərmiş və onun Dammikanın hesabından öz hesabıma göndərdiyi 500 ABŞ dolları hesabına Şri-Lankaya bilet almışlar. xx.xx.2022-ci il tarixdə aeroportda olan zaman polis əməkdaşları onları saxlayıb Abşeron RPl-nə gətirmişlər. Dammikanın ayağı o və Dammikanın arasında olan dava-dalaş zamanı sınmışdır. Dammikanın əlaqələri geniş olduğu üçün düşünmüşlər ki, sonuncu onları Şri-Lankaya getməyə qoymaz. Ona görə Dammikanı evdə qoymuşlar ki, sonuncu əlini açıb oradan çıxana qədər artıq sərhədi keçmiş olsunlar. Dammikaya o, Dunikaya isə arvadı Sevmini xəsarət yetirmişdir. Yalnız onların mobil telefonlarını və Dunikanın hesabından 500 ABŞ dolları pulu öz hesabımıza köçürmüşlər. Hadisə zamanı o, Sevmini və Kumara aktiv iştirak etmişlər. Vasanta isə hadisədə ciddi iştirak etməmişdir. Kumara onlarla birlikdə tutulmamış və hava limanında onlardan ayrılmışdır. X44 getməyi bacarmışdır. Hadisə təxminən 2 saat ərzində baş vermişdir. Dunikanın başına arvadı Sevmini butulka ilə vurmuşdur. Orada o, arvadı Sevmini və dostu Kumara ilə birlikdə Dunikanın və atası Dammikanın əllərini və ayaqlarını bağlamışlar. Bıçaqla və qaz balonu ilə bağlı suallara münasibət bildirmək istəməmişdir. X7 ifadəsində həmçinin Dammikanın ayağının o və Dammikanın arasında olan dava-dalaş zamanı sındığını bildirmişdir. Dammikanın əlaqələri geniş olduğu üçün düşünmüşlər ki, sonuncu onları Şri-Lankaya getməyə qoymaz. Ona görə Dammikanı evdə qoymuşlar ki, sonuncu əlini açıb oradan çıxana qədər artıq sərhədi keçmiş olsunlar. Dammikaya o, Dunikaya isə arvadı Sevmini xəsarət yetirmişdir. Yalnız onların mobil telefonlarını və Dunikanın hesabından 500 ABŞ dolları pulu öz hesabımıza köçürmüşlər. Hadisə zamanı o, Sevmini və Kumara aktiv iştirak etmişlər. Vasanta isə hadisədə ciddi iştirak etməmişdir. Kumara onlarla birlikdə tutulmamış və hava limanında onlardan ayrılmışdır. X44 getməyi bacarmışdır. Hadisə təxminən 2 saat ərzində baş vermişdir. Dunikanın başına arvadı Sevmini butulka ilə vurmuşdur. Orada o, arvadı Sevmini və dostu Kumara ilə birlikdə Dunikanın və atası Dammikanın əllərini və ayaqlarını bağlamışlar. Bıçaqla və qaz balonu ilə bağlı suallara münasibət bildirmək istəməmişdir (cild 02, iş vər. 239-242). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, ifadədə qeyd olunan hallar-onun Dammikadan ona verdikləri 1500 dolları istəməsi, onun həmin pulu oturum almaq üçün xərclədiyini bildirəndə, ondan çeki tələb etməsi və o, çeki verməyəndə əsəbiləşib yoldaşından ləyəndə qaynar su gətirməsini istəməsi kimi hallar olmamışdır. Tərcüməçi ibtidai istintaqda düzgün tərcümə etmirmiş, zərərçəkmiş şəxslər nə istəyirsə, onu deyirmiş. Onlar ifadəni oxumaq istəmiş, amma müstəntiq problem olmadığını demiş və imzalamalarını istəmişdir. İfadəni başa düşmədən imzalamışlar. Onlar zərərçəkmiş şəxslərdən bank hesabına transfer etməklə 500 dollar və 2 telefon götürmüşlər. Nağd pul götürməmişlər. Zərərçəkmiş şəxslər ümumilikdə 4800 dollar vermişlər. Onların telefonları götürməkdə məqsədləri Dammikanın pullarını qaytarmaması olmuşdur. O, pullarını qaytarsaydı, Şri-lanka agentliyi vasitəsilə telefonlarını geri verəcəklərmiş. Evdən çıxanda qaz balonunu açıb getməmişlər. Orada nə qaz balonu, nə də bıçaq var imiş. Qaz balonunu açıb, otağa qoyub Dammika və Dinukaya “sizin həyatınız burada bitdi” deməmişlər. İbtidai istintaqda ona bu hal ilə bağlı sual verilməmişdir. İbtidai istintaqda tərcüməçi onlara hər şeyi tərcümə etməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X4 Nuwan Rathnayake özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü o evə gələndə Dammikanın yerə yıxıldığını görmüş, Dinuka da divanda oturmuşdur. Sewmini və Dinesh onlarla hansısa problem barədə danışırmış. O, onlardan problemin nə olduğunu soruşmuş, lakin heç kim cavab verməmişdir. O, Dammikadan nə baş verdiyini soruşmuş, o isə şəxsi problemləri olduğunu demişdir. O, bir tərəfdə oturmuşdur. O, sadəcə bütün situasiyanı görmüş, hadisələrə müdaxilə etməmişdir. Dammika ayağının ağrıdığını demiş, o, Dammikaya yardım etmiş, Dammika su istəmiş, amma o, suyun harada olduğunu bilmirmiş. Sewmini ona su vermişdir. O, evə girəndə Dinukanın əli bağlı deyilmiş, o Sewminiyə vurmağa çalışırmış, Dinesh Kumarı yardım etmək üçün çağırmış və Dinukanın əllərini bağlamışlar. Dinesh Dammikadan pasportlarını tələb edir, vizasız Azərbaycanda qalmağın qanunsuz olduğunu və ölkələrinə qayıtmaq istədiklərini bildirirmiş. Dammika heç bir suala cavab vermirmiş. Dineshin bir çanta götürdüyünü, ordan çoxlu pasport çıxartdığını və onların arasından özünə və yoldaşına məxsus pasportları seçdiyini görmüşdür. Telefonları götürmüş, pul da transfer etmiş, lakin nə qədər etdiklərini o, bilməmişdir. Dammika onun nağd pulu olmadığını, yalnız bank hesabında 800 dollar pulu olduğunu demişdir. Onlar evdən çıxmış, Sewmini və Dinesh havalimanına gedəcəklərini demişlər. Lakin, o, onların bilet almağa pulları olmadığını bilirmiş. Onlar vizasız burda qalmağın problem olduğunu və hava limanında gözləyəcəklərini bildirmişlər. Dinesh əgər istəsə, onlarla birlikdə taksi ilə gedə biləcəyini demişdir. Onun simkartı bloklanmış və telefonunda yalnız “WiFi” əlaqəsi var imiş. O, otelə getmiş və Şri-lankadakı agent Jagathı zəng etmişdir. O, ancaq hekayə danışmışdır. O, yoldaşına zəng etmiş, ona 3 aydır ki, işsiz olduğunu və uşaqlarını görmədiyini, Dammikanın onun 2500 dollarını götürdüyünü demişdir. Yoldaşı ona səhər bilet göndərəcəyini demiş və qayıtmasını istəmişdir. Növbəti gün səhər saat 11-də yoldaşı zəng etmiş və biletinin hazır olduğunu bildirmişdir. O, hava limanına getmişdir. Hava limanında telefonunu “WiFi” əlaqəsinə qoşmuş və Dineshdən zəng gəldiyini görmüşdür. Dineshə zəng etmiş və onun hələ də hava limanında olduğunu, Şri-lankaya getmədiyini başa düşmüşdür. O, onlara özü üçün bilet aldığını və gedəcəyini demişdir. Bundan sonra, onlar polislər tərəfindən tutulmuşlar. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şəxs həmin ifadəsində özünü ona elan olunan ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Şri-Lanka Respublikasında olan zaman “Facebook” sosial şəbəkəsində Azərbaycanda işlə və təhsillə bağlı elan yerləşdirildiyini görmüşdür. Həmin elanda yerləşdirilmiş nömrə ilə əlaqə saxlamışdır. Onunla danışan şəxsin adı Jagath olmuşdur. Jagath ilə danışdıqdan sonra Jagath ondan 2500 ABŞ dolları pul istəmişdir. Həmin pul qarşılığında onun göstərəcəyi xidmət ona 1 aylıq Azərbaycanda Bakıda qalmaq xərci, Bakıda avtobus nəqliyyatı xərci, tibbi xərclər daxil olmuşdur. Jagath ona tələbə vizası düzəltmişdir. Eyni zamanda ona söz vermişdir ki, onu Azərbaycanda taksi işinə düzəldəcək. Viza üçün Jagathın tanışı Dammika adlı şəxsə 15 000 Şri-Lanka rupisi, yəni 47 ABŞ dolları pul göndərmişdir. Lakin Jagath ona verdiyi sözü tutmamışdır. Bundan sonra “Facebook” sosial şəbəkəsində o, Lakmal ilə tanış olmuşdur. Hadisədən təxminən 5 gün əvvəl Lakmalla tanış olmuşdur. Lakmal ona maddi vəziyyətlərinin yaxşı olmadığını demişdir. Əvvəl onlara 5 günlük müddət ərzində bir dəfə yemək aparmışdır. xx.xx.2022-ci il tarixdə Lakmal və onun həyat yoldaşı ona yenə evdə yeməyə heç nə olmadığını demiş və onlara yenə yemək aparmışdır. Abşeron rayonu, Masazır kəndində "xxxx" yaşayış massivində Lakmalın yaşadığı evə gələn zaman evə daxil olanda evdə iki nəfərin əli və ayağı bağlı şəkildə yerdə uzandığını görmüşdür. Bu mənzərəni görən kimi çox qorxmuş və əsəbləşmişdir. Onların bu etdiklərinin cinayət olduğunu başa düşmüşdür. Onlara qəti şəkildə mane olmağa çalışmışdır ki, yerdəki İki nəfərin əlini və ayağını açsınlar. Evdə yerə su tökülmüşdür. Nə qədər etsə də Lakmal və onun həyat yoldaşı onun sözünə qulaq asmamışlar. Onlar Dunikanı və atası Dammikanı əli və ayağı bağlı vəziyyətdə evdə qoymuş və mənzilin qapısını bağlayıb evdən çıxmışlar. Pulu olmadığı üçün Şri-Lankaya qayıtmaq istəmişdir. Bunun üçün Şri-Lankada yaşayan həyat yoldaşı ilə əlaqə saxlamışdır ki, ona pul göndərsin və evə qayıtsın. Bundan sonra Lakmal və onun həyat yoldaşı da ondan xahiş etmişlər ki, onların cəmi 500 ABŞ dolları pulu var onlara da bilet almaqda kömək etsin. Bundan sonra həyat yoldaşı pul göndərmiş və onlar üçü də bilet almışlar. Şri-Lankaya qayıtmaq üçün getmək istəyərkən aerportda onları polislər saxlamışlar. Şri-Lankada Asanka adh arvadı və 3 azyaşlı uşağı vardır. O, hadisələrin heç birinə qarışmamışdır. Əksinə onları etdiklərindən geri durmağın lazım olduğunu desə də onlar qulaq asmamışlar. Gələndə artıq Dammika və Dunika bağlı vəziyyətdə olmuşlar. Onlar digər şəxslər ilə aralarında olan dava dalaş zamanı xəsarət almışlar. Onlara xəsarət yetirməmiş və heç bir əmlak əldə etməmişdir.Dunikanın və atası Dammikanın əlini bağlamamış, heç bir hadisəyə qarışmamışdır. Bütün bunları Lakmal, arvadı Sevmini və Kumar etmişlər. Onlara etməmələri olduğunu demiş, lakin ona qulaq asmamışlar. Evdən çıxanda qaz balonu Dammika və Dunika olan otaqda ortada olduğunu və açıq olduğunu görmüşdür. Qazın çıxma səsini də eşitmişdir. Qorxduğu üçün hadisə ilə bağlı kiməsə məlumat verməmişdir (cild 02, iş vər. 216-218). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, evdən çıxanda zərərçəkmiş şəxslərin əllərini, ayaqlarını bağlamamışlar. O, bu hadisədə sadəcə evdə olmuş, başqa heç nə etməmişdir. Evdən çıxanda otağa qaz balonu qoyub çıxmamışlar. O, qaz balonu görməmişdir. İbtidai istintaqda tərcüməçi ondan heç bir sual soruşmamışdır. İfadəni ona oxumamış və tərcümə etməmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Pathirana X19 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabrın 19-u Lakmal ona zəng etmiş, o və yoldaşı Sewminiyə pasport lazım olduğunu və Şri-lankaya getmək istədiklərini demişdir. Onlar Azərbaycana tələbə kimi gəlmiş və müvəqqəti yaşayış icazəsi almaq üçün ona müraciət etmişlər. Dəqiq xatırlamır, amma həmin vaxt avqust ayının 24-ü olmalı imiş. Onlar üçün iki günlük otel ayırmış və otel üçün pul ödəmişdir. Daha sonra, onlar ev tutmaq istədiklərini bildirmiş və onlar üçün Masazırda ev tutmuşdur. Evin kirayəsinin qiyməti səhv etmirsə 250 manat imiş. Onları evə gətirmiş. Bir müddət sonra, onlar Sewmininin qohumunun öldüyünü və Şri-lankaya qayıtmalı olduqlarını bildirmişlər. O da Qərbi Kaspi Universitetinə prosesi dayandırmaq üçün müraciət etmiş və onlardan pasportları geri qaytarmalarını xahiş etmişdir. Onlar sorğu yazmasını istəmiş və o da yazmışdır. O, özü universitetə 700 dollar ödəmişdir. Həmin pulu Sewminiyə deyəndə o, problem olmadığını, Jagathın onun pulunu göndərəcəyini demiş və pasportunu verməsini istəmişdir. Lakin, Jagathın da pulunu göndərməmişdir. O, universitetdən pasportları almış və oğlu ilə birlikdə pasportları vermək üçün Sewmini və Lakmalın evinə getmişlər. Onlar oturmalarını istəmiş və onlar oturmuşlar. Çay içib-içmədiklərini soruşmuş, onlar da içəcəklərini demişlər. Onlar çay içəndə Lakmal onun və oğlunun üzərinə qaynar su tökmüşdür. Həmin vaxt evdə 4 nəfər var imiş. Əli ilə üzünü açıb bağlamış və qarşısında Wasantanı görmüşdür. Lakmal, Wasanta və Sewmini onu və oğlunu döymüş, Sewmini oğlunu butulka ilə vurmuş, Lakmal təpiklə onun ayağını qırmış və o, yıxılmışdır. Daha sonra, uca səslə qışqırmışdır. Lakmal arxadan oğlunun başına bıçaqla vurmuş və o, qan axdığını görmüş, hətta divarlarda da qan var imiş. O, oğlunun başını qanlı vəziyyətdə divara çırpırmış. Wasanta da onu vururmuş. Onların əllərini, ayaqlarını bağlamışlar. Bundan sonra, Wasanta onların pul qablarını və telefonlarını götürmüşdür. O, kömək çağırmaq üçün qışqırırmış. Bu zaman onları öldürəcəkləri ilə hədələyirmişlər. Onlar boğazlarına bıçaq dirəyib telefonunda olan kartının parolunu soruşurmuşlar. Elə həmin vaxt onlar kartından 500 dolları Sewmininin kartına köçürmüşlər. Onun kartında 800 dollar, oğlunun kartında isə 600 dollar olmuşdur. Bundan sonra, o, zəng edib kartını blok etdirmiş, onun kartından köçürmə etmək üçün təsdiqləmə kodu başqa telefona göndərilirmiş. Onlar onun içində 1 milyon Şri-lanka ruppisi olan kartını, pul qabısında olan 3300 dollar nağd pulunu, miqdarını xatırlamadığı Azərbaycan manatını, şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, Azərbaycanda müvəqqəti yaşayış üçün icazə sənədini və s. bütün sənədlərini götürmüşlər. Bundan sonra ağızlarını bağlamış, Lakmal qaz balonu gətirmiş, qaz balonunu açmış, oğlu ilə onun həyatlarının bitdiyini və burada öləcəklərini demişlər. Onlar başlarına qara sellofan torba keçirmiş, 5 dəqiqə səssizlik olmuş və qapının bağlandığını eşitmişlər. Bu zaman otaqdan qaz qoxusu gəlirmiş. 10 dəqiqə sonra oğlunun səsi gəlmiş, o özü əllərini açmış və daha sonra onun da əllərini açmışdır. Bundan sonra oğlu pəncərəni açıb onu çölə çıxarmağa çalışmış, iki nəfər polis gəlmiş və ona çölə çıxmağa kömək etmişlər. Çünki, onun ayağı qırılmışdır. Onların telefonları olmadığı üçün zəng edə bilmirmiş, polislər onlara taksi çağırmış, o, xəstəxanaya getmiş, oğlu isə polislə getmişdir. Oğlu polisdə ərizə yazmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, Azərbaycanda tələbə konsultantı kimi işləyir və xarici vətəndaşların universitetə düzəlməsinə kömək edir. Təqsirləndirilən şəxslərdən əvvəlcə, Wasantanı tanımışdır. Wasantaya Azərbaycanda qalması üçün icazə sənədi almaq və kirayə ev tapmaqda kömək etmişdir. Hadisə günü təqsirləndirilən şəxslərin onu evlərinə çağırmalarının səbəbi pasportlarını istəmələri olmuşdur. Lakmal və Sewmini ona ümumilikdə 1100 dollar vermişlər. Onlara pasportlarını verənə qədər aralarında heç bir mübahisə olmamışdır. Lakmalın üstünə qaynar su tökəcəyini düşünməmişdir. Wasanta onun əllərini bağlamış və onu vurmuşdur. O, səhər saat 09:30-da onların evinə getmiş, polislər isə gecə saat 01:30da gəlmişlər. Sewmini əllərini bağlamağa kömək etmiş, pulunu və telefonunu götürmüşdür. Onun əlində butulka olduğunu görmüş və oğlunun başına vurmuşdur. Həmçinin, onun əlində bıçaq da görmüş, amma bıçaqla nəsə etdiyini görməmişdir. Onun Wasanta ilə heç bir problemi olmamış, onunla işləri bitmişdir. Hətta o, evə gedəndə Wasantanın orada olmasına təəccüblənmişdir. Wasanta ondan pasportunu istəməmişdir. Wasanta Azərbaycana gəlmək, burada yaşamaq və işləmək üçün ona ödəniş etmişdir. O, Wasantanın işini həll etmişdir. Təqsirləndirilən şəxslər onların ələrini bağladıqdan sonra onlardan nağd formada 3300 dollar, 2 ədəd mobil telefon, içində 800 dollar olan 1 ədəd bank kartı və içində 600 dollar olan 1 ədəd bank kartı götürmüşlər. İçində 600 dollar olan kartdan 500 dollar və 100 dollar çəkmişlər. Lakin, içində 800 dollar olan kartdan pul çəkibçəkmədiklərini bilmir. Telefonu götürdüklərinə görə, mobil tətbiqdən də baxa bilməmişdir. Sadəcə, həmin kartı sonradan blok etdirmişdir. Polislər ona telefonu qaytarmış, lakin kartları qaytarmamışlar. Polis demişdir ki, təqsirləndirilən şəxslər kartı götürüb başqa ölkəyə gediblər. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir. Wasanta üçün onun hüquqşünası vasitəsilə biznes quracaqlarmış, onun Azərbaycanda yaşaması üçün icazə sənədi alacaqmış. Wasanta mağaza açmaq istəyirmiş, həmin işdə və Asan Xidmətə gedəndə ona kömək etmişdir. Sewmini və Lakmal Azərbaycana tələbə kimi gəlmişdir. Onlara heç bir iş vəd etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şəxs həmin ifadəsində göstərmişdir ki, 4 ildir ki, Bakı şəhərində iki hosteli vardır və onları işlədərək pul qazanır. Həmin hostelləri Azərbaycan Respublikası Qanunlarına riayət edərək açmış və işlətmişdir. Həmin hostellər "xxxx" şirkətinə məxsusdur. Həmin şirkətin də direktoru özüdür. Həmçinin müxtəlif ölkələrdən gələn insanların Azərbaycanda işlə təmin olunmasında, təhsil almalarında da köməklik edir. "xxxx" MMC-nin əsas fəaliyyət istiqamətlərindən biri də budur. 2022-ci ilin iyul ayında Vasanta adlı Şri-Lanka Respublikasının vətəndaşı Azərbaycana gəlmiş və sonuncuya Azərbaycanda yaşaması üçün icazə sənədini almaq və qalmaq üçün ev tapmaqda kömək etmişdir. Bununla bağlı müqavilə bağlamışlar. Buna görə Vasantadan 800 ABŞ dolları pul almışdır. Bundan sonra Vasantanın qalması üçün ev tapmış və evin pulunu ödəmişdir. Daha sonra isə ona Azərbaycanda yaşamaq üçün icazə sənədi alıb vermişdir. Eş tapması isə Vasantanın öz öhdəsinə düşmüşdür. 2022-ci ilin avqust ayının evvelərində isə Şri-Lanka Respublikasının vətəndaşları Lakmal adlı şəxs öz arvadı Sevmini ilə birlikdə Azərbaycana gəlmişdir. Onlar barədə Jagat adlı dostu məlumat vermişdir. Lakmal təhsil almaq üçün arvadı ilə birlikdə Azərbaycana gəlmişdir. Lakmalın Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alması üçün və həmin universitetə verilməsi üçün Lakmalgilden 1100 dollar pul və hər ikisinin pasportunu almışdır. Onlar əvvəlcə oteldə daha sonra isə ünvan 3 ünvanına köçmüşlər. Onlara həmin oteli və evi o və oğlu Dinuka tapmışlar. Onların kirayə haqqını də onlar ödəmişlər. 19 sentyabr 2022-ci il tarixdə Lakmal və Sevmini ona sonuncunun bacısının öldüyünü və təcili Azərbaycandan Şri Lankaya getmək istədiklərini bildirmişlər. Bundan sonra onlara ərizə yazmaqlarının lazım olduğunu bildirmişdir. Onların hər ikisi ərizə yazmış və o, həmin ərizələri İqtisad Universitetinə vermiş və 21 sentyabrda onların paportlarını geri almışdır. Verilən pul isə müqaviləyə görə Universitetdə qalmalı olmuşdur. 21 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində o və oğlu Dinuka Lakmalın və Sevminin yaşadığı mənzilə getmişlər. Həmin vaxt evdə Lakmal və Sevmini olmuşdur. Birlikdə qonaq otağında divanda oturmuşlar. Bundan sonra onlar pasportlarını istəmiş və bir neçə saat sonra təyyarə biletlərinin olduğunu bildirmişlər. Onlara pasportlarını vermişdir. Daha sonra onlar çay içib içmədiklərini soruşmuşlar. Onların çay təklifini qəbul etmişdir. Dinuka isə çay içməmişdir. Çayı İçməyə başlayan zaman Lakmal mətbəxdən balaca ləyəndə isti su gətirmiş və suyu üzərinə tökmüşdür. Bu zaman əli ilə üzünü qorumuşdur. Elə bu zaman otağa Vasanta və adını bilmədiyi başqa şəxs də daxil olmuşdur. Onlar daxil olandan sonra Vasanta onun qollarını tutmuş və sonuncu ilə Lakmal təpiklə sol ayağına vurmuşlar. Bu zərbənin təsirindən yıxılmış və ayağının sındığını başa düşmüşdür. Dinukanın tanımadığı şəxs tərəfindən tutulduğunu və döyüldüyünü görmüşdür. Üzərinə su töküləndən sonra Lakmalın əlində bıçaq görmüşdür. Bundan sonra tanımadığı şəxs və Lakmal mənzildə olan mələfələri kəsmiş və alınan iplərdən onun əl və ayaqlarını bağlamışlar. Bu zaman Sevmini də onun əl və ayaqlarının bağlanmasında iştirak etmişdir. Bundan sonra Lakmal əlində olan bıçağı onun boğazına dirəmiş və pul kisəsində olan 3300 ABŞ dolları nağd pulu, həmçinin içərilərində 800 ABŞ dolları və ******* Şri-Lanka rupisi (təxminən 3000 ABŞ dolları) pul olan 2 bank kartını, Şri- Lanka Respublikasına məxsus sürücülük vəsiqəsini, Azərbaycan Respublikasında yaşamaq üçün icazə sənədini və təxminən 1000 manat dəyərində İPHONE markalı mobil telefonunu götürmüşdür. Lakmal ondan zorla mobil telefonunun parolunu istəmiş və onlara parolu deməsə onu bıçaqla öldürəcəyini bildirmişdir. Məcbur olub parolu ona demişdir. Mobil telefonu vasitəsi ilə bank kartında olan pulları Sevmini internet vasitəsi ilə öz hesabına köçürmüşdür. Bundan sonra Sevminin şüşə butulka ilə Dinukanın başına zərbə endirdiyini görmüşdür. Həmçinin Lakmal da bıçaqla Dinukanın başına zərbə endirmişdir. Onlar birləşərək Dinukanın da əl və ayaqlarını bağlamış və sonuncunun üzərində olan içərisində 600 ABŞ dolları pul olan bank kartını və təxminən 2000 manat dəyərində olan İPHONE markalı mobil telefonunu götürmüşlər. Lakmal Dinukanı da bıçaqla hədələyərək telefonun parolunu ondan almış və bank kartının içərisində olan pulu Sevmini öz hesablarına köçürmüşdür. Bütün bunlar olarkən Vasanta və adını bilmədiyi digər şəxs də Lakmal və Sevminiyə köməklik etmişlər. Onlar ona və oğluna qarşı quldurluq etdikdən sonra səslərini kəsməs üçün Lakmal Dinukanın, dördüncü şəxs isə onun ağzını bağlamışlar. Onlardan xəsarət yetirməmələri və ya öldürməmələrini xahiş etdiklərindən ağızlarını bağlamışlar. Lakmal digər otaqdan balaca qaz balonunu gətirmiş və onu açaraq “Qazı açırıq ki, partlayış olsun və siz öləcəksiniz, sizin həyatınız burda bitəcək" sözlərini demişdir. Adını bilmədiyi dördüncü şəxs başını mələfə ilə bağlamış və bundan sonra heç bir şey görməmişdir. Bir neçə dəqiqə sonra onların mənzili tərk etdiyini və qapını bağladıqlarını səslərindən başa düşmüşdür. Lakin əmin olmaq üçün 4-5 dəqiqə səs çıxarmamağa çalışmışdır. Onlar getdikdən təxminən 10 dəqiqə sonra oğlunun da onun kimi başının bağlandığını başa düşmüşdür. Çünki Dinuka ağzı bağlı olduğundan çox alçaq səslə özünün de bağlandığını bildirmişdir. Bu müddət ərzində qaz iyini hiss etmişdir. Təxminən 20 dəqiqə sonra Dinuka öz el ve ayaqlarını açmağı bacarmış və onun da əl və ayaqlarını açmışdır. Bundan sonra ise Dinuka tez pəncərəni açaraq çölə çıxmış ve bir neçe dəqiqədən sonra iki nəfər polis əməkdaşı ile birlikdə gəlmiş və onu da pəncərədən çölə çıxarmışlar. Çünki mənzilin qapısı bağlı olmuşdur. Ayağı sındığı üçün hərəkət edə bilməmişdir. Özlərini xilas etmək istədiyiklərindən qaz balonuna fikir verməmiş və onu bağlamamışlar. Pəncərə də açıq olduğundan qaz içəridə qalmamışdır. Bundan sonra evə getmiş və 102 xidmətinə zəng edərək olanları bildirmişlər. Daha sonra polis əməkdaşları yaşadıqları evə gəlmiş və o, bundan sonra xəstəxanaya, oğlu Dinuka isə Abşeron rayon Polis İdarəsinə gedərək ərizə ilə məlumat vermişdir. Araşdırma zamanı hadisədə İştirak etmiş tanımadığı şəxsin 1996-cı il təvəllüdlü, Şri-Lanka Respublikasının vətəndaşı KAVİDU HASUN KUMARATHUNGA ALUTH GEDARA olduğunu öyrənmişdir. Hadisədə iştirak etmiş şəxslərin onlara qarşı törətdikləri quldurluq cinayətinin izini itirmək üçün onu və oğlunu öldürmək istədiklərini bildirmişlər. Əgər partlayış baş versə altı mərtəbəli binanın digər mənzillərində yaşayan şəxslər də xəsarət ala və ya ölə bilərmişlər. Oğlunun da onun kimi bağlandığını bilmiş, bu səbəbdən de oğluna və özünə görə həmin müddət ərzində ciddi iztirab və riarahaçılıq keçirmişdir. Hadisədə iştirak edən şəxslərin onları döyməyi və üzərlərində olan pulları və əşyaları almaları, həmçinin onları bağlamaları, qazı açmaları, onların xilas olmaları təxminən 4 saat ərzində baş vermişdir. Hadisə saat 21:30 radələrində başlamışdır (cild 02, iş vər. 23-28). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, bıçağı boğazına Lakmal dirəmişdir. Təqsirləndirilən şəxslər onların pullarını götürdükdən sonra, yanlarında olan 4-cü şəxs Kumara vermiş ola bilərlər. Ona görə də, götürülən kart onların üzərindən aşkar olunmamış ola bilər. Pulları və bank kartlarını Sewmini götürmüşdür. Hadisə günü evdə Lakmal üstlərinə isti su tökmüş, bu zaman o, çay içirmiş. Ayağını qırmışlar, bundan sonra Lakmal, Kumar və Wasanta əllərini bağlamışlar. Oğlunun başını divara vurmuşlar, ondan qan gəlirmiş. Wasanta maskadan istifadə edirmiş. O, qışqırır, Kumar ağzını və gözlərini paltarla bağlamışdır. Daha sonra qaz balonunu gətirmişlər, işıqları söndürüb, qaz balonunu açıq qoyub, qapını bağlayıb getmişlər. Gözlərini yalnız paltarla bağlamışlar. Gözünü bağlamamışdan əvvəl qaz balonunu gətirmişlər. Lakmal onu öldürəcəyini və hətta silahı olduğunu demişdir. Təqsirləndirilən şəxslər oğlunun da kartını götürmüşlər. O kart da ABB-yə məxsus imiş. Kartları sonradan ona verməmişlər. Məhkəmə istintaqı zamanı həmçinin ona ünvanlanan əlavə sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsləri bağışlamamışdır. Onlarla barışmaq niyyəti yoxdur. Təqsirləndirilən şəxslərdən şikayətçidir və məhkəmənin qəbul edəcəyi qərarla razıdır. Polislər onların telefonlarını qaytarmışlar. Bank kartları və miqrasiya ilə bağlı sənədləri qaytarılmamışdır. Onlara pul da qaytarılmamışdır. Təqsirləndirilən şəxslərin götürdükləri kartlar debet kartları imiş. İçində 800 dollar olan bank kartı “Azərbaycan Beynəlxalq Bankı”na məxsus imiş. İçində 1 milyon Şri-lanka ruppisi olan bank kartı Şri-lanka bankına məxsus imiş. ABB-yə məxsus olan karta köçürmələr olurmuş və istifadə edirmiş. Həmin kartı 2019-cu ildə əldə etmişdir. Onun oğlunun da ABB-yə məxsus bank kartı var imiş. Təqsirləndirilən şəxslər 400 dolları həmin hesabdan köçürmüşlər. Onlar telefonları götürmüşlər deyə, onun bank hesablarını bloklamaq imkanı olmamışdır. Telefonlar 3-4 gün sonra ona qaytarılmışdır. Həmin vaxt ayağında problem var imiş, xəstəxanada imiş və buna görə banka müraciət edə bilməmişdir. Təqsirləndirilən şəxslər bank hesablarının kodunu bilirmişlər. Onlar bıçaq dirəyib ona hədə-qorxu gəlmişlər və o, kodları demişdir. Bu halları müstəntiqə də demişdir. İbtidai istintaqda ifadə verərkən tərcüməçi var imiş. Təqsirləndirilən şəxslər onlardan iki telefon, 3300 dollar nağd pul, oturum kartını, sürücülük vəsiqəsi və 3 bank kartı götürmüşlər. Həmçinin, bıçaqla hədələyib bank hesablarının kodunu öyrənmişlər. 3-4 gün sonra telefonları qaytarılanda bank hesablarında pul olmadığını görmüşlər. Onun bank hesabında 1000 dollar pul olub, onlar 300 və 400 dollar götürmüşlər. 500 dolları təqsirləndirilən şəxslər yoxsa başqa birinin götürdüyünü bilmir. O, xəstəxanada olmuş və 3 gün sonra telefonunu qaytarmışlar. Təqsirləndirilən şəxslərin onlara nə qədər pul verdiyini oğlu qeyd edirmiş. Hazırda həmin məbləği dəqiq xatırlamır. Agent ona pul göndərməmişdir. Onlar ona sadəcə, kirayə haqqını ödəmişlər. Onlar ona oteldə 1100 dollar vermişlər. Təqsirləndirilən şəxslər ona pasportlarını götürməyi üçün 700 dollar verməmiş, həmçinin onlardan bunun üçün pul istəməmişdir. Agent ona heç bir pul göndərməmişdir. İçində 1 milyon Şri-lanka ruppisi olan bank kartı ilə bağlı hazırda heç bir sənəd təqdim edə bilmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən X21 ifadəsində göstərmişdir ki, birinci Wasanta Azərbaycana gəlmişdir. O, biznes qurmaq istəyirmiş və 1 illik yaşam icazəsi almışdır. O, Tarqovuda mağaza açmaq istəyirmiş. Onlar Wasanta ilə heç bir problemləri olmamışdır. Daha sonra, Lakmal və Sewmini Azərbaycana gəlmişlər. Onları hava limanından götürüb, 20 Yanvarda yerləşən “Eleon” otelə aparmışlar. Sentyabrın 19-u Lakmal və Sewmini atasına zəng etmiş, Sewmininin bacısının öldüyünü demiş və pasportlarını istəmişlər. Atası da Natiq bəyə müraciət etmiş və universitetə məktub təqdim edib onların pasportlarını götürmüşdür. Hadisə günü saat 09:30-da onların evinə getmişlər. Onlar əyləşmələrini istəmiş, atası və o, oturmuşlar. Onların pasportlarını və universitet sənədlərini vermişlər. Lakmal və Sewmini çay içib-içmədiklərini soruşmuşlar. Atası çay istədiyini bildirmiş, amma o, istəməmişdir. Sewmini çay hazırlamış, kasa gətirmiş və stolun ortasına isti suyu qoymuşdur. O, isti suyu butulkaya doldurub hava limanına aparmaq istəyirmiş. Sewmini giriş qapısına doğru gedirmiş, həmin vaxt Lakmal isti suyu götürüb üstlərinə tökmüşdür. O, şok vəziyyətində imiş. Lakmal bıçaq çıxarmış və “sizi öldürəcəyik” demişdir. O getmək istəyəndə Kumar və Wasanta gəlmişdir. Kumarı əvvəlcədən görməmişlər. Ən qorxulusu Wasanta imiş və onların üzərinə çox insan gəldiyindən vəziyyət təhlükəli imiş. Wasantanın üzündə maska var imiş. Wasanta atasını döyməyə başlamış, Lakmal və Sewmini onları butulka ilə vurmuşdur. Sewmini butulkaya isti su dolduracaqmış, amma doldurmamış və həmin butulka ilə onları vurmuşlar. Lakmal bıçaqla onun başına vurmuş, onu divara itələmiş və o, divana yıxılmışdır. O, onunla mübahisə edə bilmirmiş. Ayaqlarını bağlamışlar. Orada olan şəxslərin hamısı bu hadisələrdə iştirak edirmiş. O, atasının ayağının qırıldığını görmüş, onlardan niyə belə etdiklərini soruşmuş, Wasanta maskasını çıxarmış və Kumar telefonunu göstərərək Şrilanka polisi olduğunu demişdir. Daha sonra, Wasanta əllərini və ayaqlarını bağlamış, onun pulqabısını, gümüşü rəngli saatını, yaşayış üçün icazə sənədini, içində 600 dollar və 800 dollar olan ABB-yə məxsus bank kartları, atasının 3300 dollar nağd pulunu və içində 1 milyon Şri-lanka ruppisi olan bank kartını götürmüşlər. Onlar atasının ayağını qırdıqdan sonra ona və atasına hədə-qorxu gəlirmişlər. Onlar atasının telefonundan pul köçürmək istəmiş, amma onun OTP, yəni təsdiqləmə kodu başqa telefona yönləndirilmişdir deyə, köçürmə edə bilməmişlər. Onlar onun telefonunun kodunu öyrənmiş və 500 dollar köçürmüşlər. Sewmini atasının o vəziyyətində onun videosunu da çəkirmiş. Onları bıçaqla hədələyib, qışqırmalarını tələb etmişlər. Lakmal qaz balonunu gətirib onları öldürəcəyini demişdir. Qaz balonunu açdığını görməmiş, çünki başına sellofan keçirmişdirlər. Əvvəlcə ağzını bağlayıb, sonra sellofan keçirmişlər. O, divanda, atası isə qarşısında imiş. O, heç nə görə bilmirmiş. Atasının ayaqlarını yüngülcə bağlamışlar. Onların olduqları otağın işığını söndürüb çölə getmişlər. Qapının önündə kiçik hissədə işıq yanırmış. Qapını bağlanma səsini eşitmiş, qapı dəmir qapı olmuşdur. Səssizcə gözləmiş, ilk əvvəl onların gedib-getmədiyini bilməmişlər. O, əvvəlcə öz əllərini, daha sonra atasının əllərini açmışdır. Təqsirləndirilən şəxslər onları çox incitmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, qaz balonunu Lakmal gətirmişdir. Həmin vaxt otaqdan qaz iyi gəlirmiş. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İbtidai istintaq zamanı həqiqəti danışmışdır. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2022-ci ilin sentyabr ayında gecə saat 12-dən sonra ərazidə xidmətdə imişlər. Bir nəfər şəxsin pəncərənin altında olduğunu, bir nəfərin də pəncərədən sallanıb düşmək istədiyini görmüşlər. Onlara yaxınlaşmışlar. Həmin şəxslər ingilis dilində danışırmışlar və onlar nə baş verdiyini soruşmuşlar. Şəxslər ata və oğul imiş. Biz yaxınlaşanda oğlu aşağıda imiş, atasının isə ayağı qırılmış və düşə bilmirmiş. Onlar mələfə bağlamış və pəncərədən sallanıb düşmək istəyirmişlər. Şəxslərdən biri Azərbaycan dilini azca bilirmiş və onlar qonaqları ilə yeyib-içdikdən sonra, qonaqlarının onları döydüyünü bildirmişlər. Onları şikayət ərizəsi yazmaq üçün polis idarəsinə dəvət etmiş, onlar isə qonaqlarının pasportlarını və hər şeylərini götürdüklərini, hava limanına getdiklərini və Azərbaycandan qaçacaqlarını bildirmişlər. Onları İçərişəhərdə yerləşən ofislərinə aparmalarını istəmişlər. Onlar baş verənləri idarəyə məruzə etmiş və şəxsləri buraxmalarına icazə vermişlər. Bundan sonra, taksi sifariş vermiş və şəxslər getmişlər. Ev Masazırda, "xxxx" yaşayış kompleksində 1-ci mərtəbədə yerləşirmiş. Orada 1-ci mərtəbələr aşağı məsafədə yerləşirmiş, ona görə də evin içinə boylanıb baxmışlar. Evin içi bərbad vəziyyətdə olmuşdur. Ata və oğul qonaqların onları döydüklərini və əl-ayaqlarını bağladıqlarını bildirmişlər. Həqiqətən də evdə ip və mələfə parçaları olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərə nəsə etdiyini görməmişdir. Onlar gələn zaman təqsirləndirilən şəxslər artıq getmişlər. O, ingilis dilini bilmir. Zərərçəkmiş şəxslərdən oğul azərbaycan dilini azca bilirmiş. Zərərçəkən şəxslərdən yaşlı olanının ayağı qırılmış vəziyyətdə olmuş və ayağını yerə qoya bilməmişdir. Zərərçəkmiş şəxslər pasportlarının və pullarının oğurlandığını demişlər. Hadisənin necə baş verdiyini onlara zərərçəkmiş şəxslər demişdir. Onlar pəncərədə olan şəxsə kömək etmək üçün evə girməyə çalışmış, lakin qapı bağlı olduğu üçün girə bilməmişlər. Onlar zərərçəkmiş şəxsləri xəstəxanaya və polis idarəsinə aparmağı təklif etmiş, lakin onlar pasportlarının və pullarının oğurlandığını deyib razılaşmamış və ofisə getmək istədiklərini bildirmişlər. Xatırladığı qədəri ilə pəncərədən boylananda evdə qaz balonu görməmiş və evdə qaz iyi hiss etməmişdir. Onlar əraziyə getməmişdən əvvəl bir nəfər gəlib onlara həmin ərazidən səs-küy gəldiyini demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ekspert qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, ekspertiza təyin olunması haqqında qərarda ekspertlər qarşısında qoyulmuş “35 kvadrat metr sahəsi olan iki otaqlı mənzildə qapı və pəncərələr qapalı vəziyyətə gətirildikdən sonra sözügedən maye qaz balonunun (dolu vəziyyətdə və ya yarıdolu vəziyyətdə olarsa) klapanı açıq vəziyyətdə qoyulduğu təqdirdə mənzilə dolan maye qaz iki yetkinlik yaşına çatmış şəxsləri zəhərləmək iqtidarındadırmı?” məzmunlu sual fizikikimyəvi ekspertizanın həll etdiyi məsələlərə aid deyildir. Fiziki-kimyəvi ekspertiza şöbəsində 8 ixtisas üzrə ekspertizalar aparılır. Onlar şöbəsində lak və boya, lifli materialların, spirt tərkibli mayenin, narkotik vasitələr, psixotrop maddələr, neft məhsullarının, qiymətli daşların və digər materialların tərkibinin tədqiqatı həyata keçirilir. Təyin edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə qoyulmuş sual məhkəmə-tibbi ekspertizasının həll etdiyi məsələlərə aid ola bilər. Bu səbəbdən, onun tərəfindən fizikikimyəvi ekspertiza üzrə rəy verilməsindən imtina edilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, onlar qazın tərkibi üzrə rəy vermirlər. Onlarda hazırda qazın tərkibi üzrə ekspertizanın aparılması üçün cihazlar mövcud deyildir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş iş üzrə ilkin istintaq hərəkətlərini aparan və həmimn vaxt Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X10 məhkəmə istintaqı zamanı ifadə verərkən göstərmişdir ki, təqsirləndirilən şəxslər tutulan gün o növbədə olmuş, səhəri gün o, evdə olan zaman onu işə çağırmışlar. Təqsirləndirilən şəxslərin dəqiq saat neçədə saxlandıqlarını xatırlamır. O, təqsirləndirilən şəxslərin ilkin izahatlarını almış, onlar xarici vətəndaşlar olmuşdur. Zərərçəkmiş şəxsin ərizəsindən təqsirləndirilən şəxslərin kifayət qədər ağır cinayət əməli törətdikləri görünürmüş. Lakin, buna dair əllərində real sübut yox imiş. Ona görə də, həmin vaxt cinayət işi başlamamışdır. Təqsirləndirilən şəxsləri sərbəst buraxmış, amma 28 sentyabra kimi olan müddətdə təqsirləndirilən şəxslər idarəyə gəlib-getmişlər, sübutları toplamış və 28 sentyabrda cinayət işi başlayıb şəxsləri şübhəli şəxs qismində tutmuşdur. Təqsirləndirilən şəxsləri idarədən buraxanda heç bir sənədləşdirmə aparmamışlar. Çünki, ümumi olaraq belə hallarda sənədləşdirmə aparmırlar. Sadəcə, təqsirləndirilən şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Şəxslər 22-dən 28-nə qədər olan müddətdə Masazırda oteldə qalmışlar. Otel xərclərini səhv etmirsə onların özləri çəkmişlər. O, otelə heç bir pul ödəməmişdir. Sadəcə, otel rəhbərliyinə şəxslərin xarici vətəndaş olduqlarını bildirib, pul götürməmələrini xahiş etmişdir. Şəxlərin izahatları alındığı ərəfədə onların üzərinə şəxsi axtarış keçirib-keçirmədiklərini xatırlamır. Səhv etmirsə, onların üzərindən zərərçəkmiş şəxslərə məxsus “İphone” markalı mobil telefonlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxslərin üzərində pul olub-olmadığını xatırlamır. O, təqsirləndirilən şəxslərdən onların özünə və zərərçəkmiş şəxslərə məxsus telefonları götürəndə rəsmiləşdirmişdir. Lakin, hazırda iş materiallarında həmin sənədlərin olmamasının səbəbini izah edə bilmir. Telefonlara baxış keçirmişdir. Hadisə vaxtı mənzildə səs-küy yaranmışdır. Təqsirləndirilən şəxslər həmin evdə kirayə yaşayırmışlar. Qonşular evin sahibinə xəbər verərək evinin dağıdıldığını demişlər. Ev sahibi gələnə qədər hadisələr yekunlaşmışdır. Zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslərin onların əllərini bağlamaq üçün mələfədən parçalar kəsdiklərini demişdirlər. Lakin, onlar evdə mələfə parçaları aşkar etməmişlər. Qonşular ev sahibinə xəbər verdikdən sonra o, evə gəlib oranı yığışdırmışdır. Onlar ev sahibini tanımırlar. Zərərçəkmiş şəxslərdən biri hadisənin səhəri günü idarəyə gəlmiş və evin yerini göstərmişdir. Zərərçəkmiş şəxslərdən atanın ayağı sınmış və xəstəxanada olmuşdur. Ev sahibini dindirməmişlər. Daha sonra cinayət işi istintaq aidiyyatı üzrə Abşeron Rayon Prokurorluğuna göndərilmişdir. Onlar evə gedəndə orada sellofanlar olmamışdır. Qaz balonu orada deyilmiş, qaz balonunu qablaşdırıb maşınla onlar aparmışlar ki, zərərçəkmiş şəxs hadisənin necə baş verdiyini göstərsin. Təqsirləndirilən şəxslər izahat verərkən zərərçəkmiş şəxslərin telefonlarını təqdim etmişlər. Şəxslər tutulub izahat alınana qədər telefonlar onların üzərində olmuşdur. Səhv etmirsə, o, telefonların götürülməsini protokollaşdırmışdır. Lakin, iş materiallarında olmamasının səbəbini hazırda izah edə bilmir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, "xxxx" MTK, ev 6b ona məxsus olan mənzildir. 3-4 ildir ki, həmin mənzilin sahibidir. Təqsirləndirilən şəxsləri həmin mənzildə görməmişdir. Mənzili kirayə vermişdir. Mənzilin Şri-lanka vətəndaşlarına kirayə verilməsindən xəbəri olmamışdır. Onun özü Binəqədi rayonu, 7-ci mikrorayonda yaşayır. Sözügedən ev isə Masazır qəsəbəsində yerləşir. Ara məsafəsi çox olduğundan, mənzili makler vasitəsilə kirayə vermişdir. Evdə və ümumiyyətlə binada qaz olmamışdır. Yemək bişirmək və ya su qaynatmaq üçün elektrikdən istifadə olunurmuş. Ona görə də, özü evə elektrikli piltə qoymuşdur. Evdə qaz balonu olmasından xəbəri olmamışdır. Evdə qaz piltəsi də olmuş, lakin onun sadəcə elektrikli olan hissəsi işlək vəziyyətdə olmuş, qalan hissələr qaz olmadığı üçün işləməmişdir. Hadisə baş verdikdən sonra, polis ona zəng etmiş, evində dava olduğunu demişdir. O, evə gəlmək istədiyini deyəndə, polis gəlməsinə ehtiyac olmadığını, əgər ehtiyac olsa, özləri çağıracaqlarını demişlər. O, evə gedib evi təmizləmişdir. Stol dağınıq vəziyyətdə imiş, əyri durmuşdur, stolun üstündə bir araq butulkası var imiş və aşmış vəziyyətdə olmuşdur. Həmçinin, divarda qırmızı bir ləkə var imiş, ola bilsin ki, qan ləkəsi imiş. Yerdə qara sellofan, kəndir, ip və ya mələfə parçası yox imiş. Qaz balonu olub-olmadığını xatırlamır. Təqsirləndirilən şəxslər evi kirayələdiyi müddətdə evə getməmişdir. Evin kirayəsini makler vasitəsilə alırmış. Hadisədən sonra evi o, təmizləmişdir. Hadisədən təxminən 2-3 gün və ya 1 həftə sonra evi təmizləməyə getmişdir. O, bu qaz balonunu evdə görməmişdir. Onlar evə qaz balonu alıb qoymamışlar. Onun mənzili 6 saylı binada, 1-ci mərtəbədə yerləşən 28 saylı mənzil olmuşdur. Evin sahəsi 30-35 kvadratmetrdir. Evin pəncərələri hava buraxmır, plastikdir. Qapı da dəmir qapıdır. Evin giriş hissəsi də yerdən isitmə boruları ilə təchiz olunmuşdur. Məhkəmə istintaqı zamanı ekspert qismində dindirilən X27 ifadəsində göstərmişdir ki, O, mühəndis-texniki ekspertizalar şöbəsinin ekspertidir və 17 illik iş stajı var. Texniki elmlər üzrə fəlsəfə doktorudur. Ekspertiza təyin olunması haqqında qərarda ekspertlər qarşısında qoyulmuş “Ekspert tədqiqatına təqdim olunmuş iş üzrə maddi sübut qismində tanınmış - 5 litrlik içərisinə maye qaz doldurulması və məişətdə istifadəsi üçün nəzərdə tutulmuş qaz balonu texniki cəhətdən saz vəziyyətdədirmi? Əgər saz vəziyyətdədirsə içərisində maye qaz mövcuddurmu?” sualına münasibətdə bildirmək istəyir ki, qaz balonları təzyiq altında işləyən qurğulardır. Həmin qurğuların yoxlanması üçün təzyiq altında sıxılması məqsədilə avadanlıqlar lazımdır. Qurğuya müəyyən temperaturda təzyiq verilir və onun sazlığı mikroskopik detektorlar vasitəsilə yoxlanılır. Həmin avadanlıqlar onların şöbəsində olmadığı üçün iş üzrə qaz balonunun sazlığının yoxlanması mümkün olmamışdır. Bu cür ekspertiza Meteorologiya Komitəsində və ya Ədliyyə Nazirliyinin nəzdində başqa qurumda həyata keçirilə bilər. Məhkəmə Ekspertizası Mərkəzində bu ekspertizanın keçirilməsi üçün şərait mövcud deyil. Qaz balonunun primitiv şəkildə klapanının açılıb-bağlanması ilə onun işləyib-işləmədiyinin yoxlanması ekspertin metodikasına uyğun deyil. Çünki, bu zaman heç bir tədqiqat aparılmır və xüsusi bilik tələb olunmur. Qərarda qeyd olunmuş “35 kvatdar metr sahəsi olan iki otaqlı mənzildə qapı və pəncərələr qapalı vəziyyətə gətirildikdən sonra sözügedən maye qaz balonunun (dolu vəziyyətdə və ya yarıdolu vəziyyətdə olarsa) klapanı açıq vəziyyətdə qoyulduğu təqdirdə maye qazın mənzilə dolması nəticəsində günəş işığı və ya süni işıqlanıdrma şəraitində partlayış baş verə bilərmi?” sualına münasibətdə bu, prinsip etibarilə riyazi hesablama aparılması ilə nəticə əldə olunan məsələdir. Ümumiyyətlə, həm riyazi, həm də elmi məsələlərin həllində ilkin məlumat son məlumatları, nəticəni şərtləndirir. Yəni, ilkin məlumatlar azca qeyri-müəyyən olduqda, nəticələr mütləq qaydada fərqli olur. Qaz balonu tam dolu, az dolu və ya yarı dolu vəziyyətdə olduqda fərqli nəticələr baş verə bilər. Həm propan, həm də metan qazının partlayış təhlükəsi 5-15 faiz hava-qaz qarışığı olduqda baş verir. Yəni, hava-qaz qarışığı 5 faizdən aşağı və ya 15 faizdən yuxarı olduqda partlayış baş vermir. Metan və propan qazları zəhərləyici xassələrə malik deyildir. Zəhərləyici xassəyə malik olan bu qazlara iy üçün əlavə edilən “Odarant-Merkaptan” qazıdır. Bu qaz çox səviyyədə olduqda, zəhərlənmə-boğulmaya səbəb ola bilir, hətta oksigen çatışmazlığı yarananda ölüm halları da baş verir. Metan və propan qazları zəhərləyici qazlar sırasına daxil deyil, sadəcə partlaya və yana bilən qazlardır. Məlumatda qeyd etdiyi mövcud şəraitdən asılı olma dedikdə, qaz balonun içindəki qazın miqdarının dəqiq bilinməsi, otağın dəqiq kipliyi, yəni sızma və otağa əlavə havanın daxil olması mümkün olmayan şərait kimi halları nəzərdə tutmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, yalnız maye qaz balonun saz olub-olmaması, içində nə qədər qaz olduğu və evin şəraiti barədə məlumatlar dəqiq verilsə, o zaman qərarda qeyd olunan 3-cü suala cavab verilə bilər. Məhkəmə istintaqı zamanı mütəxəssis qismində dindirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin kompleks ekspertizalar şöbəsinin rəisi X11 ifadəsində göstərmişdir ki, maye qaz balonunda olan metan qazı 1 molekul karbon və 4 molekul hidrogen olmaqla, havadan yüngül qazdır. Həmin qaz mövcud texniki şəraitlərdə propan qazına qədər sıxıla bilir. Metan qazı iysiz və dadsız qazdır. Ona iy verməsi və hiss edilməsi üçün merkaptan qazı əlavə edilir. Metan qazının təsirindən zəhərlənərək ölmək mümkün deyildir. Hazırki təcrübədə də bu qazdan ölüm və ya hər hansı bədən xəsarəti alma halları müəyyən olunmamışdır. Ancaq bir halda ölüm baş verə bilər ki, otağa metan qazının yığılması nəticəsində oksigen azlığı yaranır və insanın oksigen çatışmazlığından boğulub ölməsi halı baş verir. Havada 25-30 faiz miqdardında qaz olarsa, insanlarda zəhərlənmə baş verir. Havada standart 15-21 faiz miqdarında oksigen olmalıdır ki, insan normal nəfəs alıbverə bilsin. Əgər metan qazının miqdarı 15 faizdən yuxarı olub 21 faiz oksigeni azaldarsa, insan artıq oksigen aclığı hiss edir və boğulmağa başlayır. Boğulma zamanı oksigenin miqdarı 0-2 faizə düşdükdə, insan ölür. Aktiv zəhərlənmədə insan baş ağrısından, baş gicəllənməsindən, qusmadan, ümumi zəiflikdən, özündən getmədən və ürək ətrafında olan ağrılardan şikayətlənməlidir. Zəhərlənmə 80 faizə çatdıqda nevroz, 11 faiz ətrafında olduqda isterik tutmalar, 24 faiz ətrafında olduqda reaktiv psixoz müşahidə olunmalıdır. Oksigen çatışmazlığı nəticəsində ürək fəaliyyətinin ritminin kəskin dəyişməsi, taxikardiya baş verir və bu kardioqramada öz təsdiqini tapmalıdır. İnsanlarda kəllə-beyin travması həm zərbə nəticəsində, həm də kimyəvi maddənin təsirindən alına bilir. Oksigen çatışmazlığı nəticəsində kəllə-beyin refleksləri də zəifləyə, yəni görmə və ya eşitmə pozğunluğu yarana bilər. İnsan aktiv zəhərləndikdə, mütləq qaydada ixtisaslaşmış tibbi müdaxilə olmalıdır. Məsələn, 40 kvadratmetr otaqda hər kvadratmetrdə 28 qram qaz olmalıdır ki, insanda aktiv zəhərlənmə baş versin. Bu iş üzrə qaz balonu 1 saat - 1 saat yarım müddətində açıq qalıb, qaz axmalıdır ki, hər kvadratmetrə 28 qram qaz dolsun. Təcrübə göstərir ki, hava ilə qatılmış qaz 20-40 dəqiqə müddətində qalırsa, bu zaman ölüm halı baş verir. 40 kvadratmetrlik evdə qazın miqdarı təxminən 13 kiloqram olmalıdır ki, insan ölsün. Onun təcrübəsində metan qazından ölmə halı onda olub ki, vətəndaş şlankı ağzına keçirmiş və intihara cəhd etmişdir. Onlar həmin vaxt ekspertizada onun qarnında aktiv metan qazı aşkar etmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, hazırki iş üzrə qaz balonu 20 dəqiqə müddətində açıq qalıb otağa qaz axsaydı, mütləq qaydada zərərçəkmiş şəxslərdə kəllə-beyin travması-qusma, taxikardiya baş verməli idi. Cinayət işinin materiallarında olan 22 sentyabr 2022-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə, saat 03:57-də Səbail rayonunda yaşayan PATHİRANA DİNUKA ***-***- **-** nömrəli mobil telefon ilə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək, 2-3 saat əvvəl Şri-Lanka vətəndaşı olan şəxsin onun və atasının “İphone” markalı mobil telefonunu, 3500 manat pulunu, “Covid” pasportunu, bank kartlarını oğurlamasını bildirmiş, Həmin şəxsin hal-hazırda aeraportda olmasını və uçuşunun olmasını qeyd etmişdir (cild 01, iş vər. 02). Cinayət işinin materiallarında olan 22 sentyabr 2022-ci il tarixli “Raport”dan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə hadisəni törətmiş Sewmini Devindi X13, X7 və X4 Nuwan Rathnayake Azərbaycan Respublikası hüdudlarını tərk etmək istəyərkən Heydər Əliyev adına Bakı Beynəlxaq aeroportunda saxlanılaraq Abşeron RPİ-nin istintaq şöbəsinə təhvil verilmişdir (cild 01, iş vər. 19). Cinayət işinin materiallarında olan 23 sentyabr 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə ünvan 4 ünvanında yerləşən mənzilə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, həmin mənzil 2 otaqdan ibarətdir. 1 qonaq və 1 yataq. Ev səliqəli vəziyyətdədir. Dağınıqlıq aşkar edilməmişdir. Baxışda iştirak edən X21 xx.xx.2022-ci il tarixdə 4 nəfər Şri-Lanka vətəndaşının atasını və özünü həmin mənzildə döyüb əllərini, ağzını və ayaqlarını bağlayaraq üzərlərindən 3000 ABŞ dolları pulunu, içərisində 600 və 800 ABŞ dolları və 1 milyon Şri-Lanka rupisi olan kartlarını və 2000 ABŞ dolları dəyərində İphone markalı mobil telefonlarını götürdüklərini, ağzılarını, əllərini və ayaqlarını bağladıqlarını, başlarına sellofan torba keçirdiklərini, mənzildə olan 2 ədəd qaz balonunu açıq qoyaraq onları həmin vəziyyətdə qoyub qapını arxadan açarla bağlayaraq getdiklərini bildirmişdir. Eyni zamanda həmin şəxslərdən biri üzərinə qaynar su tökmüş və boğazına bıçaq dirəyərək pullarını tələb etmişdir. Baxış zamanı DİNUKA NİSHANTHA əlini həmin şəxslər getdikdən sonra açdığını, qazı bağladığını və iplə pəncərədən düşərək getdiyini bildirmişdir. Hadisə yerinə aid müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 33-37 ). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2221 nömrəli rəyindən görünür ki, X21-nın bədən səthində aşkar edilmiş xəsarətlərbaşın ənsə nahiyəsinin qançırı, şişkinlik fonunda əzilmiş-cırılmış yarası, alın, boyun və sol baldır nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəritdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasında səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir (cild 01, iş vər. 261-262). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2301 nömrəli rəyindən görünür ki, 2000-ci il təvəllüdlü X13 SEWMİNİ DEVİNDİ-nin məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət izi aşkar edilməmişdir (cild 01, iş vər. 263-264). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2303 nömrəli rəyindən görünür ki, 1980-ci il təvəllüdlü X4 NUWAN RATHNAYAKEnin məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət izi aşkar edilməmişdir (cild 01, iş vər. 265-266). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2302 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü X7-ın məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət izi aşkar edilməmişdir (cild 01, iş vər. 267-268). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2234 nömrəli rəyindən görünür ki, PATHİRANA X19-ın almış olduğu xəsarətlər - sol incik sümüyünün bayır toxumunun qapalı yerdəyişən sınığı, alt dodağın əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 1-3 gün əvvələ qədər olmaqla, zərərçəkənin qeyd etdiyi xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs(lər)-in bədən hissəsinin (əl, ayaq və s.) təsirindən yarana bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər (cild 01, iş vər. 269-271). Cinayət işinin materiallarında olan 06 aprel 2023-cü il tarixli “Əşyalara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerindən götürülmüş 01 ədəd bıçaq, 01 ədəd ləyən və 01 ədəd qaz balonuna baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Bıçaq- dəstəyi qara rəngli, tiyəsi isə gümüşü rənglidir. Dəstəyin forması dalğavaridir. Bıçağın dəstəyinin uzunluğu 120 mm, tiyəsinin uzunluğu isə 170 mmdir. Dəstəyinin eni 20 mm, qalınlığı isə 15 mm-dir. Baxışda iştirak edən zərərçəkmiş şəxslər PATHİRANA X19 və X21 qeyd edilən bıçağın hadisə vaxtı GEETHHACHCHARİGE DİNESH LAKMAL-ın əlində olan bıçağa bənzədiyini bildirmişlər. Ləyən-qırmızı rənglidir. Dairəvi formalıdır. Dərinliyi 13 sm, diametri 39 sm-dir. Ləyəni tutmaq üçün qıraq hissələri geriyə qatlanmışdır. Baxışda iştirak edən zərərçəkmiş şəxslər PATHİRANA X19 və X21 hadisə vaxtı X7-ın qeyd edilən ləyən vasitəsi ilə PATHİRANA X19-ın üzərinə qaynar su tökdüyünü bildirdilər. Qaz balonu yaşıl rənglidir. Qazan, çaydan və s. qoymaq üçün üzərinə dəmir materialdan qurğu bağlanmışdır. Həmin qurğunun əllə tutmaq üçün xüsusi dəmir hissəsi vardır. Qaz balonunun ümumi hündürlüyü 27 sm-dir. Baxışda iştirak edən zərərçəkmiş şəxslər PATHİRANA X19 VƏ X21 təqsirləndirilən şəxslər tərəfindən onlara qarşı quldurluq cinayəti törədildiksən sonra hər ikisini öldürmək məqsədi ilə X7-ın qeyd edilən qaz balonunu onların yanına gətirərək klapanını açdığını və "Qazı açırıq ki, partlayış olsun və ya zəhərlənin siz öləcəksiniz, sizin həyatınız burda bitəcək" dediyini bildirmişlər (cild 02, iş vər. 36-40). Cinayət işinin materiallarında olan kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 938 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X13 SEWMİNİ DEVİNDİ şərh olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X13 SEWMİNİ DEVİNDİ ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs X13 SEWMİNİ DEVİNDİ hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dəkr etmək, onları idarə etmək iqtidarındadır. X13 SEWMİNİ DEVİNDİ barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. X13 SEWMİNİ DEVİNDİ ünsiyyətçillik, adaptivlik, özünü psixoloji müdafiə etməyə meyillilik və s. Kimi fərdi- psixi xüsusiyyətlərə malikdir. X13 SEWMİNİ DEVİNDİ- nin əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik müşahidə olunmur. X13 SEWMİNİ DEVİNDİ qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. X13 SEWMİNİ DEVİNDİ cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir (cild 02, iş vər. 90-93). Cinayət işinin materiallarında olan kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 960 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X7 şərh olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X7 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs X7 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. X7 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. X7 adaptivlik, özünəməxsus prinsipə malik olmaq, ünsiyyətçillik və s. Kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. X7-ın əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik müşahidə olunmur. X7 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. X7 cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir (cild 02, iş vər. 94- 97). Cinayət işinin materiallarında olan kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 961 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X4 NUWAN RATHNAYAKE şərh olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X4 NUWAN RATHNAYAKE ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs X4 NUWAN RATHNAYAKE hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. X4 NUWAN RATHNAYAKE barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. X4 NUWAN RATHNAYAKE ünsiyyətçillik, situativlik, adaptivlik, özünü psixoloji müdafiə etməyə meyillilik və s. Kimi fərdi-psixi xüsuiyyətletə malikdir. X4 NUWAN RATHNAYAKE-nin əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik müşahidə olunmur. X4 NUWAN RATHNAYAKE qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. X4 NUWAN RATHNAYAKE cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir (cild 02, iş vər. 98-101). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 215-MTKŞ/2023 saylı rəyindən görünür ki, təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 02, iş vər. 102-105). Cinayət işinin materiallarında olan “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 29, 120.2.1; 29, 120.2.4; 29, 120.2.6; 29, 120.2.7; 29, 120.2.11; 181.2.1; 181.2.4; 181.2.5 və 326.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı KAVİDU HASUN KUMARATHUNGA ALUTH GEDARA barəsində Azərbaycan Respublikası CM-in 29, 120.2.1; 29, 120.2.4; 29, 120.2.6; 29, 120.2.7; 29, 120.2.11; 181.2.1; 181.2.4; 181.2.5 və 326.2-ci madələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 02, iş vər. 136-157). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli və “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxslərin əməllərində CM-in 228, 120.2.2, 120.2.5 və 145-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə Azərbaycan Respublikası CMP-in 39.1.2-ci maddəsinə əsasən barələrində cinayət təqibinin başlanması rədd olunmuş, o cümlədən CM-in 29, 120.2.1; 29, 120.2.4; 29, 120.2.6; 29, 120.2.7; 29, 120.2.11; 181.2.1; 181.2.4; 181.2.5 və 326.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı KAVİDU HASUN KUMARATHUNGA ALUTH GEDARA barəsində CM-in 29, 120.2.1; 29, 120.2.4; 29, 120.2.6; 29, 120.2.7; 29, 120.2.11; 181.2.1; 181.2.4; 181.2.5 və 326.2-ci madələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 02, iş vər. 136-157, 161-163). Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/9533 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların komplekləşməsinə daxil edilən aksesuarlarının olmaması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2022-ci sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1130,00 manat müəyyən edilir. O cümlədən 01 ədəd 64 GB daxili yaddaşa malik "İphone X" markalı mobil telefon 530,00 manat, 01 ədəd 64 GB daxili yaddaşa malik "İphone XR" markalı mobil telefon 600,00 manatdır. Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə edilmiş “Kompleks məhkəmə mühəndis-texniki və fiziki-kimyəvi ekspertizalarının aparılmasından imtina edilməsi barədə” xx.xx.2024 cü il tarixli məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə X7 və digərlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.6, 29,120.2.7, 29,120.2.11, 181.2.1, 181.2.4, 181.2.5 və 236.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(124)-239/2024 nömrəli cinayət işi üzrə məhkəmə mühəndis-texniki və fiziki-kimyəvi ekspertizalarının məhkəmə mühəndis- texniki ekspertizanın təyin edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar daxil olmuşdur. Həll edilməsi üçün ekspertlər qarşısında iddiaçının 5 litr həcmli maye qaz balonunun texniki vəziyyəti, həmin balondan otağa dolan qazın zəhərləmə xüsusiyyətinin olub- olmaması və partiayışa hadisəsinin mümkün olub-olmamasının müəyyən edilməsinə dair suallar qoyulmuşdur. Qərarın "1" bəndindəki sualın həll edilməsi üçün Mərkəzdə müvafiq maddi-texniki baza (müvafiq sınaq stendləri) olmadığına, "2" bəndindəki sual fiziki-kimyəvi ekspertizaların həll etdiyi məsələlərə aid olmadığına, "3" bəndindəki sualın həlli isə konkret mövcud şəraitdən asılı olduğuna görə qərarda qoyulmuş suallar üzrə tədqiqat aparılaraq rəy verilməsi mümkün deyildir. Qeyd edilən səbəbə görə «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2.2 bəndinə müvafiq olaraq, məhkəmə ekspertizasının təyin olunması barədə xx.xx.2024-cü il tarixli qərar icrasız saxlanılmışdır. Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X22 Pathırananın "xxxx" ASC-də AZ23İBAZ******************** (xx.xx.2022-ci il AZ42İBAZ******************** tarixdə bağlanmışdır), (mövcud pul vəsaiti 80,28 manat), AZ82İBAZ******************** (mövcud vəsait 5 manat) və AZ37İBAZ******************** (xarici valyutada açılmış hesab, mövcud pul vəsaiti 1,07 ABŞ dolları) nömrəli hesabları, X8 "xxxx" ASC-də AZ96İBAZ******************** (xx.xx.2022-ci il tarixdə bağlanmışdır), AZ82İBAZ******************** (xx.xx.2023-cü il tarixdə bağlanmışdır), AZ96İBAZ******************** (xx.xx.2023-cü il tarixdə bağlanmışdır), AZ10İBAZ******************** (xx.xx.2023-cü il tarixdə bağlanmışdır) nömrəli hesabları mövcuddur. AZ96İBAZ******************** nömrəli hesaba **********850831 nömrəli kartı, AZ10İBAZ******************** nömrəli hesaba **********662825 nömrəli kartı, AZ96İBAZ******************** nömrəli hesaba **********741092 nömrəli kartı, AZ42İBAZ******************** nömrəli hesaba **********636839 nömrəli kartı və **********202599 nömrəli kartı, AZ37İBAZ******************** nömrəli hesaba **********452747 nömrəli kartı, AZ82İBAZ******************** nömrəli hesaba **********988975 nömrəli plastik kartı bağlıdır. Qeyd olunan plastik kartlardan yalnız **********662825 nömrəli kart, **********202599 nömrəli kart və **********452747 nömrəli kartları üzərində 2022-ci ilin sentyabr ayı ərzində əməliyyatlar aparılmışdır. Həmin məktuba əlavə edilmiş CD diskdəki əməliyyatlara dair çıxarışdan görünür ki, həqiqətən də xx.xx.2022-ci il tarixdə saat 00:00-da zərərçəkmiş şəxslərin istifadəsində olan **********452747 nömrəli kartdan 400 USD məbləğində pula dair köçürmə yolu ilə məxaric əməliyyatları aparılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X13 SEWMİNİ DEVİNDİ-yə məxus “Xiaomi” markalı “Redmi Note 8” modelli mobil telefona baxış keçirilərkən əldə olunaraq cinayət işinin materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, X7, X13 SEWMİNİ DEVİNDİ, X4 NUWAN RATHNAYAKE-nin adına The travel finder (Pvt) Ltd şirkətindən online qaydada 22 sentyabr 2022-ci il tarixinə 3 ədəd avia bilet alınmışdır. Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə edilmiş “X47” Qapalı Səhmdar Cəmiyyətinin Bakı Maye Qaz Doldurma Sahəsinin rəis müavini X33, Bakı MQDS-nin Sınaq sahəsinin rəisi X12 və qaynaqçı-çilingər X18 tərəfindən imzalanmış “Akt”dan (mütəxəssis rəyindən) görünür ki, həqiqətən xx.xx.2025-ci il tarixində Sınaq sahəsinə gətirilmiş 97806 №-li İran İslam Respublikasında istehsal olunmuş 6 litrlik kirəqaz tipli 1 ədəd maye qaz balonu təftiş olunmuşdur. Təftiş zamanı aşkar olundu ki, balon təxminən yarıya qədər maye qaz ilə doludur, balonun vintili açılıb-bağlanan hissəsindən çox miqdarda sızma aşkar olunur (yandırarkən alovlanma), vintili yararsızdır. Bu vəziyyətdə balondan istifadə etmək təhlükəlidir, yanğına və ya partlayışa səbəb ola bilər. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qəsdən adam öldürmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, şəxsin əməli CMin 120.2.1-ci maddəsi, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə CM-in 120.2.4-cü maddəsi, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar törədildikdə CM-in 120.2.6-cı maddəsi, iki və ya daha çox şəxsə qarşı törədildikdə CM-in 120.2.7-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 dekabr 2002-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu qəbildən olan cinayət işləri üzrə məhkəmə istintaqı zamanı işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti CM-in 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-in 34-cü maddəsində şərh edilmişdir. Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Həmçinin, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrumetməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Sözügedən qərarda həmçinin göstərilmişdir ki, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə qəsdən adam öldürmə (CM-in 120.2.6-cı maddəsi) birbaşa qəsdlə həyata keçirilir. Bu zaman təqsirkar artıq törədilmiş, yaxud gələcəkdə törədiləcək (özü, yaxud başqası tərəfindən) cinayəti gizlətmək məqsədilə başqasını həyatdan qəsdən məhrum edir. Belə cinayətlərdə zərərçəkmiş şəxs qismində artıq törədilmiş cinayətin şahidləri, yaxud cinayətin sübutlarını özündə saxlayan və ya belə sübutların olduğu güman edilən şəxslər keçə bilər. Həmin qərarda eyni zamanda göstərilmişdir ki, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-in 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. CM-in 181.1-ci maddəsində göstərilmişdir ki, özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın - quldurluq cinayəti sayılır və həmin əməli törətməkdə təqsirli bilinən şəxs dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə şəxsin əməli CM-in 181.2.1-ci maddəsi, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə şəxsin əməli CM-in 181.2.4-cü maddəsi, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə şəxsin əməli CM-in 181.2.5-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. CM-in 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 181.1-ci maddəsində həyat və sağlamlıq üçün təhlükəli zorakılıq dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-in 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-in 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, CM-in 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl CM-in 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmçinin, sözügedən qərarda göstərilmişdir ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-in 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Təqsirli şəxsin əməli CM-in 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq CM-in 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. CM-in 326.2-ci maddəsində isə göstərilmişdir ki, dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama cinayət sayılır və həmin əməli törətməkdə təqsirli bilinən şəxs min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 27-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. CM-in 29-cu maddəsində isə göstərilmişdir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmçinin “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə təsdiq olunur ki, həqiqətən də təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib silah qismində istifadə edilən əşya tətbiq etməklə zərərçəkmiş şəxslərə qarşı xeyli miqdarda ziyan vurmaqla quldurluq və mühüm şəxsi sənədi talama cinayətlərini törətmiş, daha sonra törətdikləri həmin cinayətləri gözlətmək məqsədi ilə bir qrup şəxs halında birləşib xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla hər iki zərərçəkmiş şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, lakin iradələrindən asılı olmayan səbəblərə görə (X21-nın özünün və atasının həyatını xilas etməsi nəticəsində) bu niyyətlərini başa çatdıra bilməmişlər. Məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanmaqla ibtidai istintaq orqanının X7, X13 SEWMİNİ DEVİNDİ və X4 NUWAN RATHNAYAKE-nin əməllərinin CM-in 29,120.2.1, 29,120.2.4, 29,120.2.6, 29,120.2.7, 181.2.1, 181.2.4, 181.2.5 və 326.2-ci maddələri ilə tövsif olunmasına dair gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslərə qarşı CM-in 29,120.2.1, 29,120.2.4, 29,120.2.6, 29,120.2.7, 181.2.1, 181.2.4, 181.2.5 və 326.2-ci maddələri ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslər X7, X13 SEWMİNİ DEVİNDİ və X4 NUWAN RATHNAYAKE-nin cinayət əməlləri zərərçəkmiş şəxslərin onları ifşa edici ifadələri ilə yanaşı, X4 NUWAN RATHNAYAKE-nin ibtidai istintaq zamanı verdiyi etirafedici (maye qaz balonuna dair hissədə) ifadəsi, iş üzrə dindirilmiş şahidlərin, ekspert və mütəxəssislərin ifadələri, müvafiq ekspertiza və mütəxəssis rəyləri, hadisə yerinə baxış, ifadənin yerində yoxlanması istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onların törətmiş olduğu əməl düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən CM-in 29,120.2.1, 29,120.2.4, 29,120.2.6, 29,120.2.7, 181.2.1, 181.2.4, 181.2.5 və 326.2-ci maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X7, X13 SEWMİNİ DEVİNDİ və X4 NUWAN RATHNAYAKE-nin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası iki məsələyə də qiymət verməyi zəruri hesab edir. Əvvəla hər üç təqsirləndirilən şəxsə CM-in yuxarıda sadalanan maddələri ilə yanaşı CM-in 29,120.2.11-ci maddəsi ilə də ittiham irəli sürülmüşdür ki, məhkəmə kollegiyası bu hissədə ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşmır. Belə ki, şəxs o zaman CM-in 120.2.11-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunur və təqsirli bilinir ki, o, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə cinayətini törətmiş olsun. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında da göstərilmişdir ki, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-in 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də təqsirkarın əməlinin əlavə olaraq CM-nin 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı ilə müəyyən olunan hal ondan ibarətdir ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib silah qismində istifadə edilən əşya tətbiq etməklə zərərçəkmiş şəxslərə qarşı xeyli miqdarda ziyan vurmaqla quldurluq və mühüm şəxsi sənədini talama cinayətlərini törətdikdən sonra törətdikləri həmin cinayətləri gözlətmək məqsədi ilə bir qrup şəxs halında birləşib xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla hər iki zərərçəkmiş şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişlər. Yəni həmin şəxslər quldurluq cinayəti törədərkən zərərçəkiş şəxslərin həyatına qəsd etməmişlər. Belə olan halda, məhkəmə kollegiyası hesb edir ki, təqsirləndirilən şəxslərin əməlinin cinayət qanunvericiliyinin yuxarıda sadalanan maddələri ilə yanaşı həm də CM-in 29,120.2.11-ci maddəsi ilə tövsif olunması düzgün olmazdı. Odur ki, yuxarıda adı çəkilən Plenum qərarında göstərilən hüquqi mövqe əsas götürülməklə təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ümumi ittihamdan CM-in 29,120.2.11-ci maddəsi ilə olan ittiham çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında da eyni mövqedən çıxış edilmiş və məhkəmələrə tövsiyyə olumuşdur ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Münasibət bildirəcək və dəqiqləşdiriləcək digər məsələ isə təqsirləndirilən şəxslər tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib silah qismində istifadə edilən əşya tətbiq etməklə zərərçəkmiş şəxslərə qarşı xeyli miqdarda ziyan vurmaqla quldurluq cinayəti törədilərkən zərərçəkmiş şəxslərə vurulan maddi ziyanın məbləği ilə bağlıdır. Belə ki, ibatidai istintaq orqanı aparılan istintaqın yekununda belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslərə qarşı quldurluq cinayətini törədərkən onların ümumilikdə 12600 manat dəyərində (bura daxildir xarici pul vəsaitlərinin məzənnəyə uyğun dəyəri və iki ədəd mobil telefonun dəyəri) əmlakını talamışlar. Bu zaman ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər tərəfindən talanmış pul vəsaitlərinin və zərərçəkmiş şəxslərə məxsus 2 ədəd mobil telefonun dəyərini ümumilikdə götürməklə belə bir nəticəyə gəlmiş, talanmış xarici pul valyutasının dəyərini hadisə baş verən tarixə ölkədə olan müvafiq məzənnənin kursu ilə müəyyən etsə də, mobil telefonların dəyərini yalnız zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələrinə əsasən müəyyən etmişdir (hər iki telefonun ümumi dəyəri kimi 3000 manat qəbul edilmişdir) Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının 274-ci bəndində göstərilmişdir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. İbtidai istintaq zamanı sözügedən mobil telefonların dəyəri müvafiq ekspertiza keçirilmədən müəyyən edildiyindən, məhkəmə istintaqı zamanı iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunaraq müvafiq rəy əldə edilməklə tədqiq olunmuş və həmin rəyə əsasən müəyyən edilmişdir ki, sözügedən mobil telefonların 2022-ci sentyabr ayına olan orta bazar qiymətinin ümumi dəyəri 1130 manat, o cümlədən 01 ədəd 64 GB daxili yaddaşa malik "İphone X" markalı mobil telefonun dəyəri 530,00 manat, 01 ədəd 64 GB daxili yaddaşa malik "İphone XR" markalı mobil telefonu dəyəri isə 600,00 manat olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən törədilən quldurluq cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ümumi maddi ziyanın məbləği, o cümlədən ittihamın həcmi bu hissədə dəyişdirilməli və zərərçəkmiş şəxslərə vurulmuş ümumi maddi ziyanın həcmi kimi 10.730 (on min yeddi yüz otuz) manat müəyyən edilməlidir. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə, yəni zərərçəkmiş şəxsləri öldürmək niyyətlərinin olmaması, onlara qarşı quldurluq və şəxsi sənədləri talama cinayətləri törətməmələri, yalnız özlərinə məxsus pasportları və özlərinin zərərçəkmiş şəxslərə verdikləri pulu götürmək istədikləri ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası onunla bağlı vurğulayır ki, hadisənin ilk günündən zərərçəkiş şəxslər hadisənin mexanizmi, baş vermə üsulu, şəraiti barədə ətraflı, geniş və səlis ifadə verməklə təqsirləndirilən şəxsləri ifşa etmiş, o cümlədən ifadələri hadisə yerinə yoxlanılarkən cinayətin baş vermə anını heç bir mübaliğəyə, şişirtməyə yol vermədən ətraflı şəkildə qeyd etməklə yanaşı cinayətin alət və vasitələrini dəqiq göstərmişdir. Həmçinin, ibtidai istintaq və məhkəmə istintaqı zamanı əldə olunmaqla iş materiallarına əlavə olunan digər sübutlar (bank məlumatları, ekspertiza və mütəxəssis rəyləri və s.), eyni zamanda təqsirləndirilən şəxslərdən X4 NUWAN RATHNAYAKE-nin ibtidai istintaq zamanı hadisə ilə bağlı (qaz balonu ilə bağlı hissədə) verdiyi etirafedici ifadə təqsirləndirilən şəxslərin həqiqətən də zərərçəkiş şəxslərə qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib silah qismində istifadə edilən əşya tətbiq etməklə xeyli miqdarda ziyan vurmaqla quldurluq və mühüm şəxsi sənədini talama cinayətlərini törətməsini, daha sonra törətdikləri həmin cinayətləri gözlətmək məqsədi ilə bir qrup şəxs halında birləşib xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla hər iki zərərçəkmiş şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsini təsdiq etmişdir. Təqsirləndirilən şəxslər tərəfindən qəsdən adam öldürmə cinayətinə cəhd edilməsi ilə bağlı qısa olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, onsuz da içərisi maye qaz ilə dolu olan məişətdə istifadə olunan qaz balonu özü-özlüyündə, məişətdə istifadə zamanı belə bir təhlükə mənbəyi olduğu halda (ocaqla diqqətsiz davranma nəticəsində hər an patlamaya səbəb olması və ya həmin qaz balonunun klapanının açıq qalması ilə qazın otağa, mənzilə dolması nəticəsində ölümə səbəb olan hadisəni doğura bilməsi səbəbindən), ondan cinayətin bir alət və vasitəsi kimi istifadə edilməklə əl-ayaqları və ağızları bağlı şəkildə, xəsarət almış şəxslərin (biri yüngül dərəcəli, digəri isə az ağır dərəcəli xəsarət almış zərərçəkmiş şəxslər nəzərdə tutulur) mənzildə qoyulmaqla və mənzilin qapı-pəncərələrini bağlayıb həmin dolu şəkildə olan qaz balonunun klapanını açıb sözügedən qazı mənzilə buraxmaqla həmin mənzilin tərk edib gedilməsi özlüyündə həmin şəxsləri bir başa olaraq öldürməyə cəhd etmək kimi, o cümlədən yuxarıda qeyd olunan səbəbdən ümumi təhlükəli üsuldan istifadə etməklə qəsdən edilən adam öldürməyə cəhd hərəkəti kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı söylədiklərinin cinayət işinin materillarında olan sübutlar vasitəsi ilə tam təkzib olunduğunu əsas tutaraq, həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, bu formada ifadə verməklə onlar CM-in daha ağır məsuliyyət nəzərdə tutan maddəsi ilə məhkum olunmaqdan yayınmağa çalışırlar. Təqsirləndirilən şəxslərdən X4 NUWAN RATHNAYAKE-nin ibtidai istintaq zamanı heç bir təsir və təzyiq altında olmadan müdafiəçinin də iştirakı ilə hadisə ilə bağlı (qaz balonu ilə bağlı hissədə) verdiyi ifadəsi iş materialları (zərərçəkmiş şəxslərin ifadələri və s.) ilə üst-üstə düşdüyündən, məhkəmə həmin ifadəni əsaslı sayır və təqsirləndirilən şəxslərə elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Təqsirləndirilən şəxslərin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, X13 SEWMİNİ DEVİNDİ əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 43-44). Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X13 SEWMİNİ DEVİNDİnin qadın olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X13 SEWMİNİ DEVİNDİ-nin əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, X4 NUWAN RATHNAYAKE əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 45-46). Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X4 NUWAN RATHNAYAKE-nin himayəsində 3 azyaşlı uşağın olması CM-in 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs X4 NUWAN RATHNAYAKE-nin CM-in 61-ci maddəsində göstərilən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 47-48). Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X7-ın ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs X7-ın CM-in 61-ci maddəsində göstərilən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxs X13 SEWMİNİ DEVİNDİ, X4 NUWAN RATHNAYAKE və X7-ın əməllərində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hər üç təqsirləndirilən şəxsə CM-in 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindikləri CM-in 29,120.2.1, 29,120.2.4, 29,120.2.6, 29,120.2.7, 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, eyni zamanda CM-in 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla sonunculara qəti azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir və bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, şəxslər yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Belə ki, CM-in 63.3-cü maddəsində göstərilmişdir ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Habelə, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, X7, X13 SEWMİNİ DEVİNDİ və X4 NUWAN RATHNAYAKE-ə CM-in 326.2-ci maddəsi ilə irəli sürülün ittiham üzrə CM-in 75-ci maddəsinə əsasən cəlb etmə müddəti keçdiyindən, həmin maddə ilə onlara cəza təyin edilməməlidir. Belə ki, qeyd edilən cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir və CM-in 75-ci maddəsinə əsasən həmin cinayətlər üzrə onların törədildiyi gündən hökm qəbul edilib qanuni qüvvəsini alandək iki il müddət keçdikdə, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş sayılır və belə olan halda həmin şəxsə qeyd edilən cinayət əməli üzrə cəza təyin edilə bilməz. Hazırkı iş üzrə təqsirləndirilən şəxslər özlərini sözügedən cinayətin törədilməsində təqsirli bilmədiklərindən, onlara qeyd edilən maddənin tələbləri tətbiq edilməli və onlara həmin maddə ilə ittihamedici hökm çıxarılsa da, təqsirli bilindikləri CM-nin 326.2-ci maddəsi ilə onlara cəza təyin edilməməlidir. Həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 52.1-ci və 52.2-ci maddələrində göstərilən şəxslər istisna edilməklə bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə əlavə cəza qismində Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzasının təyin edilməsini nəzərdə tutmaqla, habelə bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə CM-in 58.3-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla həmin əlavə cəzanın təyin edilməsinə yol verməklə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində olan hər bir işdə cəza təyini məsələsi həll edilərkən onlara əlavə cəzanın təyin edilməsinin mümkünlüyü məsələsinin müzakirə olunmasını və hökmün təsviri-əsaslandırıcı hissəsində bu məsələ üzrə məhkəmənin gəldiyi nəticənin əsaslandırılmasını tələb edir. Maddənin sanksiyasında əlavə cəzanın məcburi tətbiq olunması nəzərdə tutulduğu hallarda belə cəzalar yalnız CM-nin 62-ci maddəsinə istinad edilməklə tətbiq olunmaya bilər, bu şərtlə ki, əlavə cəzanın təyin olunmamasının səbəbi hökmdə əsaslandırılsın. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərinən qərarında əks olunan hüquqi mövqeni və Cinayət Məcəlləsinin 52.1-ci maddəsinin tələbini nəzərə alaraq qeyd edir ki, X7, X13 SEWMİNİ DEVİNDİ və X4 NUWAN RATHNAYAKE onlara təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra əlavə cəza olaraq Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və Abşeron Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixi qərarından görünür ki, X13 SEWMİNİ DEVİNDİ xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 61-62, 186-190). İş materiallarına əlavə edilmiş “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və Abşeron Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixi qərarından görünür ki, X7 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 84-85, 195-199). İş materiallarına əlavə edilmiş “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və Abşeron Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixi qərarından görünür ki, X4 NUWAN RATHNAYAKE xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 107-108, 204-208). Məhkəmə kollegiyası qeyd edir ki, X7, X13 SEWMİNİ DEVİNDİ və X4 NUWAN RATHNAYAKE-nin törətdikləri cinayət əməli (CM-in 120-ci maddəsinə münasibətdə) xüsusilə ağır cinayət hesab olunduğundan, onlar CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduqları və həbsdə olduqları müddət cəzalarına hesablanmaqla, cəza çəkmələrinin əvvəli tutulduqları vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər X7, X13 SEWMİNİ DEVİNDİ və X4 NUWAN RATHNAYAKEnin xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Abşeron rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, 01 ədəd ləyən və 01 ədəd qaz balonu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut qismində tanınmayan 01 ədəd “Xiaomi” markalı “Redmi Note 8” modelli mobil telefon sahibi X13 SEWMİNİ DEVİNDİ-ə və “Xiaomi” markalı mobil telefon sahibi X7-a qaytarılmalıdır. İş üzrə 50 AZN (əlli manat) ekspertiza xərci X7, X13 SEWMİNİ DEVİNDİ və X4 NUWAN RATHNAYAKE-dən ayrı-ayrılıqda 16,70 AZN (on altı manat, yetmiş qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.6, 29,120.2.7, 181.2.1, 181.2.4, 181.2.5 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. X7 Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.6 və 29,120.2.7-ci maddələri ilə 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla X7-a qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə X7-a cəza təyin olunmasın. X7 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. X7 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə X7 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. X13 SEWMİNİ DEVİNDİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.6, 29,120.2.7, 181.2.1, 181.2.4, 181.2.5 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. X13 SEWMİNİ DEVİNDİ Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.6 və 29,120.2.7 maddələri ilə 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla X13 SEWMİNİ DEVİNDİ-yə qəti olaraq 14 (on dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə X13 SEWMİNİ DEVİNDİ-yə cəza təyin olunmasın. X13 SEWMİNİ DEVİNDİ təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. X13 SEWMİNİ DEVİNDİ barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə X13 SEWMİNİ DEVİNDİ ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. X4 NUWAN RATHNAYAKE Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.6, 29,120.2.7, 181.2.1, 181.2.4, 181.2.5 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. X4 NUWAN RATHNAYAKE Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.6 və 29,120.2.7-ci maddələri ilə 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla X4 NUWAN RATHNAYAKE-yə qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə X4 NUWAN RATHNAYAKE-yə cəza təyin olunmasın. X4 NUWAN RATHNAYAKE təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. X4 NUWAN RATHNAYAKE barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə X4 NUWAN RATHNAYAKE ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, 01 ədəd ləyən və 01 ədəd qaz balonu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut qismində tanınmayan 01 ədəd “Redmi Note 8” markalı mobil telefon sahibi X13 SEWMİNİ DEVİNDİyə və “Xiaomi” markalı mobil telefon sahibi X7-a qaytarılsın. İş üzrə 50 AZN (əlli manat) ekspertiza xərci X7, X13 SEWMİNİ DEVİNDİ və X4 NUWAN RATHNAYAKE-dən ayrı-ayrılıqda 16,70 AZN (on altı manat, yetmiş qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (X7, X13 SEWMİNİ DEVİNDİ və X4 NUWAN RATHNAYAKE isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-12/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-12/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver