Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-120/2022 30.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X11, Zərər çəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçilər– Təqsirləndirilən şəxs1 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1980-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 02 azyaşlı övladı var) orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Güllücə kəndində qeydiyyatda olan, Sumqayıt şəһəri Ceyranbatan qəsəbəsi 147 saylı Peşə məktəbinin inzibati binasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.1 və 234.4.3cü maddələri, xx xxxxxx 1979-cu ildə Ağdam rayonu, Əliağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təһsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu, Əliağalı kəndində qeydiyyatda olmaqla ünvan 6, mənzil 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, hökmetdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup halında əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, xx.xx.2021-ci il tarixdə saat 03 radələrində ünvan 1 ünvanının qarşısında olan bağ sahəsinin qapısının qıfılını sındırıb bağ sahəsinə qanunsuz daxil olaraq orada Zərərçəkmiş şəxs Məhəmmədli oğluna məxsus 2015-ci il istehsallı, «Dayun Chooper» markalı qara rəngli motosikleti götürüb, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində onu gözləyən Təqsirləndirilən şəxs2 yanına gətirərək orada saxladığı idarə etdiyi «Mersedes C Klass» avtomobilinin arxa yük yerinə qoyub gizli talamaqla, Zərərçəkmiş şəxs 2000 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli patrondan atəş açmaq üçün uyğunlaşdırılmış odlu silah hesab edilən istifadəyə yararlı 01 ədəd kustar üsulla tüfəng maketi formasında hazırlanmış predmeti, zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ-18 və s.) tüfənglərində, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSC- 5, AR-7 və s.) karabinlərdə və s. yivli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 06 (altı) ədəd patronu yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi 147 saylı Peşə məktəbinin inzibati binasındakı evində saxlamış, Sumqayıt şəhərinin inzibati ərazisində baş vermiş oğurluq hadisələrini törətməsi, habelə yaşadığı ünvanda odlu silah saxlamaqda şübhəli olması barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə daxil olmuş məlumata əsasən, həmin bölmənin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə onu evinə keçirilmiş baxış zamanı zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli patrondan atəş açmaq üçün uyğunlaşdırılmış odlu silah hesab edilən istifadəyə yararlı 01 ədəd kustar üsulla tüfəng maketi formasında hazırlanmış predmeti, zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ-18 və s.) tüfənglərində, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSC-5, AR-7 və s.) karabinlərdə və s. yivli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 06 (altı) ədəd patron aşkar edilərək götürülmüşdür. Bundan başqa, o 2021-ci ilin iyul ayının təxminən 12-də şəxsiyyəti istintaqa məlum olmayan Bəhmən adlı şəxsin bank kart hensabına 300 manat müqabilində pul köçürməsi müqabilində sonuncunun Bakı şəhəri ərazisindəki ünvana qoyduğu satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 500 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 05:10-da Sumqayıt şəһəri, 14-cü məhəllə ərazisində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin İŞ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən sol əlindəki 01 ədəd göy rəngli üzərində «Orginal Levis» sözləri yazılmış sellofan paketin içərisindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 500 qram kustar üsulla hazırlanmış küllü miqdarda narkotik vasitə olan heroin, əynindəki göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd qara rəngli «Aosa» markalı elektron tərəzi aşkar olunaraq, götürülmüşdür. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədilə 06 mart 2021-ci il tarixdə saat 03 radələrində tanışı Bəşirov Maqbet Ağalar oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs һalında əvvəlcədən aralarında olan razılaşmaya əsasən Maqbet Bəşirovun motosikleti oğurladıqdan sonra avtomobilin baqaj һissəsinə qoymaq üçün Sumqayıt şəһəri, İnşaatçılar qəsəbəsi ərazisində dayanaraq gözləmiş, Maqbet Bəşirov ünvan 4 ünvanının qarşısında olan bağ saһəsinin qapısının qıfılını sındırıb bağ saһəsinə qanunsuz daxil olaraq orada olan Bəһruz Quliyevə məxsus 2015-ci il isteһsallı, “Dayun Cһooper” markalı, qara rəngli motosikleti götürmüş, birlikdə Maqbet Bəşirovun idarə etdiyi “Mercedes C class” markalı avtomobilin baqaj һissəsinə qoyaraq gizli talamaqla zərərçəkmiş Bəһruz Quliyevə 2000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs2 bir neçə ildir ki, tanıyır. Motosikleti 300 manata Mahirdən almışdır. Motosikletin yanacaq doldurma hissəsin qırmızı rəngə boyatmışdır. 14 iyun 2021-ci il tarixində onun yaşadığı evə polis əməkdaşları basqın edərək evi dağıtmış və evdən 800 manat pul, iki ədəd notbuk götürmüşdürlər. Həmin vaxt o evdə olmamış, Sahib adlı şəxslə Sumqayıt şəhər ərazisində olmuşdur. Sahib adlı tanışının telefonu ilə Xəqani adlı polis əməkdaşına zəng vurub görüşmək istədiyini bildirmiş, növbəti gün qardaşı ilə polis idarəsinə gələcəklərini Xəqaniyə demişdir.15 iyun 2021-ci il tarixdə gecə saat 3 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllədə Sahibin maşınında polis əməkdaşları tərəfindən tutulmuşdur. Həmin gün günorta radələrində üzərində 2 qram narkotik vasitə heroin olmuşdur. Bir ilə yaxın müddətdir ki, narkotik vasitə kakos istifadə etmişdir. Polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik vasitə olmamışdır. Onu Xəqani adlı polis əməkdaşı tutmuşdur. Tutularkən 4 maşın polis əməkdaşı olmuşdur. Üzərində narkotik vasitə olması barədə ifadəni isə o, təzyiq altında vermişdir. Aşkar olunmuş silah hava tiridir və ovçu mağazalarında satılmaqdadır. Tüfəngə bənzər predmeti Qarabağ müharibəsində şəhid olan qardaşı düzətmişdir. Həmin vaxt onun yanında, maşında Sahib adlı şəxs olmuşdur. Polis əməkdaşı Xəqani adlı şəxslə ədavəti olmuşdur. Zərər çəkmiş şəxsi əvəllər tanımamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ilkin ifadələrində göstərmişdir ki, Rüstəmov Maһir Muğənbər oğlunu uzun müddətdir ki tanıyır, o da əslən Ağdam rayonundandır. Münasibətləri yaxşı olmuş, onunla aralarında olan söһbət əsnasında ona ucuz satılan motosiklet olsa alacağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə Maһir ona 300 manata “Dayun cһooper” markalı motosiklet satıldığını bildirmiş, o isə һəmin motosikleti almaq istədiyimi bildirmişdir. Buna görə də xx.xx.2021-ci il tarixdə saat 02 radələrində o idarə etdiyi “Mercedes C class” markalı avtomobilimlə Maһirin yaşadığı Sumqayıt şəһəri, İnşaatşılar qəsəbəsinə getmişdir. O, ona onu gözləməyini, gedib motosikleti gətirəcəyini bildirərək һarasa şıxıb getmişdir. Bir müddət sonra qara rəngli, “Dayun cһooper” markalı motosikleti əli ilə sürə-sürə onun yanına gətirmişdir. O isə ona 300 manat pul vermişdir. Sonra köməkli şəkildə һəmin motosikleti avtomobilinin baqaj һissəsinə qoymuş və avtomobili idarə edərək yaşadığı ünvana getmişdir. Təxminən 1 ay müddətində motosikleti sürməmiş, çünki һəmin vaxt avtomobili olmuşdur. 2021-ci ilin aprel ayında Maһir ona motosikletin oğurluq olduğunu, saһibinin axtardığını bildirdiyi üçün motosikleti qırmızı rəngə boyamışdır. Bir neçə dəfə idarə etdikdən sonra müһərriki sıradan çıxdığı üçün idarə etməmişdir. Yaşadığı Sumqayıt şəһəri Ceyranbatan qəsəbəsi ərazisində olan evində 1-ci Qarabağ müһaribəsi zamanı şəһid olmuş qardaşı Hamlet Bəşirova məxsus bir neçə patron və işlək vəziyyətdə olmayan silaһa məxsus olan eһtiyyat һissələr olmuşdur. Həmin silaһ və sursatlar qardaşı Hamlet 1-ci Qarabağ müһaribəsində iştirak edən zaman onların Ağdam şəһərində olan evlərinə gətirmiş və o, şəһid olduqdan sonra ailə üzvlərindən xəbərsiz onu Ağdamda qaçqın gələn zaman qardaşından yadigar kimi gətirmişdir. Həmin silaһ və sursatı evlərində gizlətmişdir. Tutulmamışdan bir neşə gün əvvəl ailə üzvəri һəmin əşyaları görüb ona bu əşyaları atmağı və ya polisə təһvil verməsini deyən zaman onlarım xarab olduğunu işlək vəziyyətdə olmadığını və bu səbəbdəndə saxladığını demişdir. Lakin evdən çıxartmasını dedikdə əlinə götürüb çıxaracağını deyərək onları aldadıb yenidən evində gizlətmişdir. Nəһayət o oğurluqla bağlı polis əməkdaşları onu axtardıqları üşün evdən qaçmış və bu ərəfələrdə polis əməkdaşları evə gələrək xx.xx.2021-ci il tarixdə evindən һəmin silaһ sursat olmaqla bir neşə əşyaları o, cümlədən 1 ədəd Aseus markalı notbuk, 3 dədə komputer monitoru və 3 ədəd komputer psorseesoru, 2 ədəd klaviyatura, 3 ədəd ratsiya, 2 ədəd monitorlu və 2 ədəd sadə maşın monitoru, 1 ədəd sosial sığorta kartı, 4 ədəd texpasport, 8 ədəd isə müxtəlif etibarnamələri polis əməkdaşları götürmüşdür. Evlərindən aşkar olunan silaһ və sürsatlar ona məxsus olmuşdur. Motosiklet oğurluğu ilə bağlı polis əməkdaşları başda onunla qonşuluqda olan Xaqani olmaqla axtarırdılar. Bu səbəbdəndə o evdən qaçaq düşmüş və evə gəlməmişdir. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində o tanışı olan Saһiblə Sumqayıt şəһəri Corat qəsəbəsi ərazisində görüşmüşdür. Onunla bir neşə saat birlikdə olmuşdur. Saat 20 radələrində Saһibə məxsus olan mobil nömrəsi ilə Xaqani ilə danışmış, o ona qaçmamağı və gələcəyi һalda ona köməklik edə biləcəyini bildirdikdən sonra dəstəyi onun üzünə asmışdır və Saһibin telefonunu söndürmüşdür. xx.xx.2021 -ci il tərixdə, səət 05 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu narkotik vəsitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onu Pi-nə dəvət etmiş, Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələri bərədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vəsitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmamasını, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman sol əlində saxlamış olduğu 1 ədəd göy rəngli sellofan paketi təqdim etmişdir. Həmin sellofan paket açılmış, içərisinə baxarkən sellofan paketdə şəffəf sellofan bükülmüş qəhvəyi rəngli spesifik iyə malik “kakos” adlandırılan narkotik vasitə olan heroin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı o aşkar olunan kütlənin heroin olduğunu, onu təxminən beş gün əvvəl, yəni 2021-ci ilil iyul ayının təxminən 12-də Bakı şəhərində Bəhmən adlı İran İslam Respublikasının vətəndaşından 300 manata aldığını, şəxsi istifədə üçün üzərində saxladığını bildirmişdir. Bəhmən adlı şəxs Bakı şəhərində tanımadığı bir ünvanda həmin narkotik vasitəni qoyub ona zəng etdikdən sonar onun göndərdiyi hesaba 300 manat ödəmişdir. Üzərində aşkar olunmuş narkotik maddə tərəziyə qoyulub çəkilən zaman həmin narkotik maddənin çəkisinin şəffaf sellofanla birlikdə 555 qram olduğu müəyyən olunmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, Təqsirləndirilən şəxs1 kömək etmişdir. Motosikleti məhlələrində görmüşdür. Zərərçəkmiş şəxslə bir məhəllədə yaşamış, Maqbet də Bəhruzu tanımışdır. Motosikletin kimə məxsus olduğunu bilməmiş, Maqbetlə motosikleti maşına qoyaraq aparmışdır. Maqbet ona oğurluqla bağlı heç bir şey təklif etməmişdir. Bəhruz ona demişdir ki, motosiklet oğurlanıb. Ona qarşı ibtidai istintaq dövründə təzyiq olmamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Quliyev Bəһruz Məһəmmədli oğlunu və atası Quliyev Məһəmmədli Fərman oğlunu tanımaqla, onlarla qonşuluqda yaşayır. Yaşadıqları ünvanların arasında təxminən 70-80 metr məsafə var. Heç bir düşmənçilik ədavətləri yoxdur. Bəşirov Maqbet Ağalar oğlunu uzun müddətdir ki tanıyır, o da əslən Ağdam rayonundandır. Uzun müddət bundan əvvəl münasibətiləri normal olmuş, təxminən 1-2 ay əvvəl münasibətləri pozulmuşdur. O təxminən 2021-ci ilin əvvəllərində Sumqayıt şəһəri, İnşaatçılar qəsəbəsində avtomobil təmiri sexində işləyərkən Bəһruz Quliyevin avtomobili təmir etməsi üçün işlədiyi sexdə olmuş, Bəһruz Quliyev avtomobilinə baxmaq üçün “Dayun cһooper” markalı, qara rəngli motosikleti ilə sexə gəlmişdir. Həmin vaxt tanışı Maqbet Bəşirov da yanında olduğundan Bəһruz Quliyevin motosikletini görmüşdür. Maqbet Bəşirov Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşamasına baxmayaraq mütəmadi olaraq Sumqayıt şəһəri, İnşaatçılar qəsəbəsinə gedib-gəlmiş, onunla aralarında olan söһbətlərin birində o, Bəһruz Quliyevin motosikletini tez-tez gördüyünü, һəmin motosikletin Bəһruz Quliyevin yaşadığı ünvanın qarşısında bağ saһəsində saxlanıldığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəһəri, İnşaatçılar qəsəbəsi ərazisində Maqbetlə söһbət edərkən Bəһruz Quliyevə məxsus motosikleti oğurlamaq istədiyini bildirmiş və onunla aralarında razılaşmışlar ki, o Bəһruz Quliyevə məxsus motosikleti oğurlasın, özü isə motosikleti avtomobilin baqajına yerləşdirməkdə ona köməklik etsin, sonradan motosikleti satdıqdan sonra pulu araların bərabər şəkildə bölsünlər. O xx.xx.2021-ci il tarixdə saat 02 radələrində yaşadığım ünvan 6 ünvanının yaxınlığında olarkən Maqbet idarə etdiyi “Mercedes C class” markalı avtomobili ilə yanına gəlib avtomobilini saxlamışdır. Maqbet gedib Bəһruz Quliyevə məxsus motosikleti oğurlayıb gətirəcəyini bildirərək çıxıb getmişdir. Saat 03 radələrində Maqbet Bəһruz Quliyevə məxsus motosikleti əli ilə sürə-sürə avtomobilinin yanına gətirmiş, onlar birlikdə motosikleti avtomobilin baqaj һissəsinə qoymuşlar. Sonra isə Maqbet avtomobili idarə edərək çıxıb getmişdir. Sonradan avtomobili satmamış, ona isə pul verməmişdir. 2021-ci ilin aprel aylarında Maqbetin һəmin motosikleti idarə etdiyi görmüş, o motosikletin əvvəlki qara rəngini qırmızı rəngə boyamışdır. Maqbet adlı şəxslə aralarında olan razılaşmaya görə motosikleti Maqbet oğurlamalı olmuş, özü ona motosikleti avtomobilin baqaj һissəsinə qoymağa kömək etməli idi. Sonra motosikleti satıb əldə etdikləri gəliri bərabər şəkildə bölməli olmuşlar. Lakin Maqbet motosikleti satmamış, ona pul verməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdə özünə 4500 manata 2015-ci il isteһsallı “Dayun cһooper” markalı motosiklet almış, həmin motosikleti ara sıra istifadə etmişdir. Motosikleti atası Məһəmmədəlinin yaşadığı ünvan 7 ünvanının qarşısında olan ona məxsus bağ saһəsində saxlamışdır. Motosikleti az istifadə etdiyi üşün ona dövlət nömrə nişanı almamışdır. xx.xx.2021-ci il tarixdə atası ona məlumat vermişdir ki, motosikleti oğurlanıb, ona görə də PB-yə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs2 qonşuluqdan tanımışdır. Təqsirləndirilən şəxs1 isə tanımamışdır. Hadisə baş verən zaman Qubadlı rayonunda olmuşdur. Hadisə baş verən gün gecə saatlarından oğurluq hadisəsindən xəbər tutmuşdur. Motosiklet ona geri qaytarılmışdır. Şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərlə barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs1 Sumqayıt şəhərinin inzibati ərazisində baş vermiş oğurluq hadisəsinin törətməsi, habelə yaşadığı ünvanda odlu silah saxlamaqda şübhəli olması barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə daxil olmuş məlumata əsasən xx.xx.2021-ci il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar əsasında həmin ünvanda yaşayan X4 ərizə ilə müraciət edərək evə baxış keçirilməsinə heç bir etirazının və şikayət, tələbinin olmadığını bildirmişdir. Daha sonra həmin ünvanda onun, Sitarə İsgəndərova və hal-şahidlərinin iştirakı ilə baxış keçirilərkən 02 ədəd markası olmayan tüfəng, 1 ədəd üzərində «1 PN 58» yazıları olan böyüdücü cihaz, 08 ədəd müxtəlif formalı patronlar, 09 ədəd maşın maqnitofonu, 03 ədəd kompüter monitoru, 03 ədəd kompüter prosessoru, 02 ədəd klaviatura, 03 ədəd ratsiya, 02 ədəd maşın maqnitofonun monitoru, 01 ədəd «Asus» markalı notbuk, 04 ədəd texniki şəhadətnamə (texpasport), 08 ədəd etibarnamə, 01 ədəd motosiklet iş üçün sübut əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın rəis müavini, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması və satması barədə polis idarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Maqbeti Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində saxlamış və onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. İdarədə xidməti otaqların birində həmin şəxs barəsində video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Maqbetin üzərindən bir büküm heroin və elektron tərəzi aşkar olunmuşdur. Sorğu zamanı Maqbet həmin narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitəni İran vətəndaşı Bəhmən adlı şəxsdən 300 manata aldığını, elektron tərəzini isə aldığı narkotik vasitənin çəkisini ölçmək üçün istifadə etdiyini bildimişdir. Şahid2 ifadəsində həmçinin göstərdi ki, əməliyyat məlumat narkotik vasitələrin satışı ilə əlaqədar olmuş, Maqbetə polis əməkdaşı Şahid3 və o yaxınlaşmıdır. Həmin vaxt Xəqani adlı polis əməkdaşı orada olmamış, Xəqani polis idarəsinə gəlmişdir. Narkotik vasitə sellofan kulyokda olmuşdur. Məhkəmədə elan olunaraq tədqiq edilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəһərində Maqbet adlı şəxsin üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2021-cu il tarixdə, saat 05:10-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində müəyyən olunaraq ona narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübһəli bilindiyi üçün saxlanıldığını bildirirək onu aidiyyatı üzrə Sumqayıt şəһər polis idarəsinə dəvət etmişlər, o da etiraz etmədən onlarla birlikdə idarəyə gətirmişdir. O idarəyə gətirildikdən sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla təhqiqatçı Səadət Qənbərov ona özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs1 da özünü təqdim etmiş, daha sonra onlar da özlərini təqdim etmişlər. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Səadət Qənbərov tərəfindən ona һüquq, vəzifələri barədə bildiriş və һüquqlarını müdafiə edəcək Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi2 təqdim olunmuşdur. O, һüquq və vəzifələri ilə tanış oldu, vəkilinə etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində һər һansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət һalda onu təqdim etməsi təklif olunmuşdur. O da sol əlində saxlamış olduğu 1 ədəd göy rəngli üzərində «Orginal Levis» sözləri yazılmış sellofan paketi təqdim etmiş, həmin sellofan paket açılmış, içərisinə baxılarkən sellofan paketdə şəffaf sellofana bükülmüş heroin olduğu müəyyən olunmuşdur. Həmçinin, o əynindəki cins şalvarın sağ cibindən bir ədəd «Aosa» markalı tərəzini də təqdim etmişdir. Sorğu zamanı Maqbet üzərindən aşkar olunan heroini təxminən beş gün əvvəl Bakı şəhərində Bəhmən adlı İran İslam Respublikasının vətəndaşından 300 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, Bəhmən adlı şəxsin Bakı şəhərində tanımadığı bir ünvanda həmin narkotik vasitəni qoyub ona zəng etdikdən sonra onun göndərdiyi hesaba 300 manat ödədiyini bildirmişdir. Maqbet elektron tərəzini narkotik vasitə alanda onun çəkisini dəşiqləşdirmək üçün üzərində saxladığını demişdir. Maqbetin üzərindən aşkar olunmuş heroin tərəziyə qoyulub çəkilən zaman onun çəkisinin şəffaf sellofanla birlikdə 555 qram olduğu müəyyən olunmuşdur. Daha sonra heroin və tərəzi qablaşdırılaraq möhürlənmişdir. Sənədləşdirmə aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 qarşı təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs1 saxlanılarkən һeç bir müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili X8 ifadəsində göstərdi ki, xidmətdə olan zaman ona Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində oğurluq hadisəsi baş verməsi barədə məlumat verilmişdir. O, həmin əraziyə yaxın olduğunu bildirdikdən sonra, ora yaxılaşmışdır. Sonra idarədən ona bildirilmişdir ki, Maqbet üzərində narkotik vasitə ilə saxlanılmışdır. Maqbetin evində aparılan axtarışda iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 8 ildir ki, tanıyır. Sahib ona zəng edərək Maqbetin onunla danışmaq istədiyini bildirmişdir. Maqbetin narkotik satdığını bilməmişdir. Maqbetin saxlanılmasında iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 qaynı Rüstəm ilə yaxın dostdur. Maqbeti hamı Mahir kimi çağırır. Rüstəm vasitəsi ilə Mahiri (Maqbeti) tanımışdır. Maqbet maşın ustasıdır. Dəfələrlə ona maşınını təmir etdirmişdir. Maşını növbəti dəfə Maqbetə təmir elətdirmək üçün vermişdir. Maqbetgilin həyətinə gəldikdə orda çoxlu polis əməkdaşı görmüşdür. Səhəri gün Maqbet oğurluq hadisəsinin onun üzərinə qoyulduğunu bildirmişdir. O, Mahirə demişdir ki, Xəqani adlı polis əməkdaşı yaxşı insandır, kömək etməsi üçün Xəqaniyə zəng etmiş, ona demişdir ki, Maqbetə kömək elə, Xəqani Maqbetin harada olmasını soruşmuş, o, isə yanında olduğunu bildirmişdir. Daha sonra telefonu Maqbetə vermiş, Maqbet özü Xəqani ilə danışmışdır, Xəqani ona bölməyə gəlməyini bildirmiş, Mahir isə telefonu söndürmüşdür. O, Maqbeti onun qohumlarının evinin yanında düşürərək getmişdir. Növbəti gün avtomobili Məscidin qabağında olmuş, gələndə görmüşdür ki, Maqbet avtomobilindədir. Həmin vaxt gecə saat 1-2 radələri olmuşdur, Maqbetlə biraz söhbət etmişlər. Sonra Maqbetə evə getdiyi demiş, Nazimə zəng edərək Maqbetin onlarda qalmasını xahiş etmiş, Nazim razılaşmışdır. Sonra Azpetrol yanacaq doldurma məntəqəsinə getmişlər, Maqbetdən 3 manat pul alıb benzin tökmüşdür. Sonra 14-cü məhəlləyə gəlmişlər və 1 saat avtomobildə oturmuşlar, təxminən saat 5 radələri olmuş, Mahir telefonunu yandırıb taksiyə zəng eləmişdir. O, avtomobildən düşüb, biraz uzaqlaşmışdır ki, 2 polis maşını gəldiyi görmüşdür. Həmin vaxt Xəqani adlı polis əməkdaşını orada görməmiş, Maqbeti avtomobildən hansı polis əməkdaşının düşürtdüyünü görməmişdir. Maqbet həmin gün onun avtomobilində heroindən istifadə etmişdir. Maqbet saxlanılarkən Nazim orada olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, yaşadığı ünvanın qarşısında ona məxsus bağ saһəsi var. Həmin bağ saһəsinin kənarları һasarlanmışdır. Qapısını isə mütəmadi olaraq qıfılla bağlamışdır. Həmin bağ saһəsində əşyalarını, һəmçinin oğlu Bəһruz Quliyevin də dövlət nömrə nişanı olmayan “Dayun cһooper” markalı motosikletini bağ saһəsində saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat 03 radələrində yaşadığı evdə yatağında uzanarkən bağ saһəsinin qapısının açılıb səs etdiyini eşitmiş, səһһətində problemlər olduğuna görə ayağa qalxıb qapının nə üçün açıldığına baxa bilməmişdir. Eyni tarixdə saat 10 radələrində yuxudan durub bağ saһəsinə baxdıqda bağ saһəsinin dəmirdən olan qapısının qıfılının sındırıldığını, qapısının açıq vəziyyətdə olduğunu, oğlu Bəһruza məxsus motosikletin oğurlandığını aşkar etmişdir. Buna görə də AR DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis kiçik serjantı Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir.(cild 2, iş vərəqə 111-113) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Azərbaycan Respublikası ƏN-yi MEM-in Ballistik və Trasoloji ekspertizalar şöbəsinin eksperti, İİİ dərəcəli ədliyyə quluqçusu X5 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru Tariyel Həsənovun qəbul etdiyi məhkəmə-balistik ekspertizasının xx.xx.2021-ci il tarixli qərar rəy verilməsi üçün Azərbaycan Respublikası ƏN-yi MEM-nə xx.xx.2021-ci il tarixdə daxil olaraq icra edilməsi üçün ona həvalə edilmişdir. Daha sonra onun tərəfindən xx.xx.2021-ci il tarixli, 3/1256 saylı rəy verilmişdir. Həmin rəyə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, sıxılmış hava təzyiqi iş prinsipinə malik, pnevmatik tüfəngdir, odlu, qaz silahı hesab edilmir və təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Üzərində olan zavod nişanları silindiyindən marka və modelini müəyyən etmək mümkün olmadı.Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulla tüfəng maketi formasında hazırlanmış 5,6 kalibrli patrondan atəş açmaq üçün uyğunlaşdırılmış predmetdir, odlu silah hesab edilir, istifadəyə (atəşə) yararlıdır.Tədqiqata təndim edilmiş 06 (altı) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ-18 və s.) tüfənglərində, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSC-5, AR-7 və s.) karabinlərdə və s. yivli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli, (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ-18 və s.) tüfənglərində, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSC- 5, AR-7 və s.) karabinlərdə və s. yivli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronun fiziki qüvvə ilə ayrılmış hissələridir, gülləsidir-gilizidir, təndim edilmiş vəziyyətdə döyüş sursatı hesab edilmir, təyinatı üzrə istifadəyə yararsızdır.Tədqiq edilən 01 (bir) ədəd qurğu zavod üsulu ilə istehsal edilmiş, “1 PN 58” markalı, “№NJ06495” seriya və nömrəsi gecəgörmə nişangahıdır, odlu silahın funksional əhəmiyyət daşıyan komplekt hissəsi, döyüş sursatı, partlayıcı maddə hesab edilmir. Həmin rəyin təsviri hissəsində qeyd edilən, lakin nəticə hissəsində öz əksini tapmayan 16 kalibrli patronun yivli və ya yivsiz odlu silahlarda döyüş surtası kimi istifadə edilib-edilməməsi ilə bağlı hissənin rəyin nəticə hissəsində qeyd edilməməsi barədə bildirmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd predmet 16 kalibrli olmaqla, həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal olunmuş patrondur, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Bununla bağlı hissə 3/1256 nömrəli xx.xx.2021-ci il tarixli rəyin tədqiqi hissəsində öz əksini tapsa da, texniki olaraq rəyin nəticə hissəsinə köçürülməmişdir. Bunu texniki səhv kimi qəbul edilməsini xahiş etmişdir. (Cild 2, iş vərəqlər 128-130) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi üzrə qiymətləndiriləndirməklə onları sübut kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyul 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə Sumqayıt şəhəri Pİ-nin CAŞ-na məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin hakimi Rövşən Xəlilovun qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Sumqayıt ŞPİ-nin CAŞ-ın rəis müavini, polis mayoru Şahid2 xx.xx.2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 95) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəһərində Maqbet adlı şəxsin üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və satması barədə daxil olmuş məlumat əsasında həmin gün saat 05:10-da polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində müəyyən olunaraq saxlanılaraq Sumqayıt şəһər polis idarəsinə gətirilmiş sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs1 xidməti otaqların birində videoçəkiliş aparılmaqla təhqiqatçı Səadət Qənbərov ona özünü təqdim edir, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs1 da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Maqbetin üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Səadət Qənbərov tərəfindən ona һüquq vəzifələri barədə bildiriş və һüquqlarını müdafiə edəcək Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi2 təqdim olunur. O, һüquq və vəzifələri ilə tanış olur, vəkilinə etiraz etmir. Sonra Təqsirləndirilən şəxs1 videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində һər һansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət һalda onu təqdim etməsi təklif olunur. O da sol əlində saxlamış olduğu 1 ədəd göy rəngli üzərində «Orginal Levis» sözləri yazılmış sellofan paketi təqdim edir. Həmin sellofan paket açılır, içərisinə baxılarkən sellofan paketdə şəffaf sellofana bükülmüş heroin olduğu müəyyən olunur. Həmçinin, o əynindəki cins şalvarın sağ cibindən bir ədəd «Aosa» markalı tərəzini də təqdim edir. Bundan başqa şalvarının sol yan cibindən 05 manat pul əskinası, 01 ədəd sim kart, arxa sol yan cibindən qara rəngli USB şnuru da aşkar edilir.Sorğu zamanı Maqbet üzərindən aşkar olunan heroini təxminən beş gün əvvəl Bakı şəhərində Bəhmən adlı İran İslam Respublikasının vətəndaşından 300 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, Bəhmən adlı şəxsin Bakı şəhərində tanımadığı bir ünvanda həmin narkotik vasitəni qoyub ona zəng etdikdən sonra onun göndərdiyi hesaba 300 manat ödədiyini, elektron tərəzini isə narkotik vasitə alanda onun çəkisini dəqiqləşdirmək üçün üzərində saxladığını bildirir. Maqbetin üzərindən aşkar olunmuş heroin tərəziyə qoyulub çəkilən zaman onun çəkisinin şəffaf sellofanla birlikdə 555 qram olduğu müəyyən olunur. Daha sonra heoin və tərəzi qablaşdırılaraq möhürlənir. Bundan sonra videoçəkiliş dayandırılır. (Cild 1, iş vərəqlər 25-26, 86-87) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məһkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/2930 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində:“Təqsirləndirilən şəxs1» sözləri yazılmış zərfdəki bir ədəd polietilen torbada təmiz çəkisi 500 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. (Cild 1, iş vərəqlər 35-41) Təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın rəis müavini, polis mayoru Şahid2 Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd «Redme» markalı mobil telefonu istintaqa təqdim etmişdir. (Cild 1, iş vərəqlər 88) Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd «Redme» markalı mobil telefonuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefon aparatının “votsap”ına daxil olduqda, orada ***-***-**-** saylı abunəçinin Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinin votsapına 1 dəqiqə 11 saniyədən ibarət videogörüntünün göndərilməsi müəyyən edilir. Həmin videogörüntüyə daxil olduqda sifəti görsənməyən şəxsin 01 bükümdə heroin, digər bükümdə metamfetaminə bənzər maddəni ayrı-ayrılıqda tərəziyə qoyub çəkməsi aşkar edilir. Bundan başqa, Təqsirləndirilən şəxs1 mobil telefon aparatının smslər papkasına daxil olduqda, orada kontaktda adı “Perviz Ceyranb” kimi qeyd edilən şəxsin ***-***-**-** saylı mobil telefonundan Təqsirləndirilən şəxs2 telefonuna xx.xx.2021-ci il tarixdə “qardaşım 25 dəqiqə gözlə qardaşıvı 1 dənə tema götürüb çıxarsan”, “aç işim var tema varımdı, aç Mahir işim var söz soruşuram” yazılardan ibarət sms mübadiləsinin aparılması müəyyən edilir. Bundan başqa, mobil telefon aparatına baxış keçirilərkən iş üçün sübut əhəmiyyətli telefon danışıqları, sms-lər, səs yazıları, fotoşəkillər, videoçəkilişlər müəyyən edimir. (Cild 1, iş vərəqlər 11-13) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məһkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2693 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqlər 139-140) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi fərdi evinə baxış keçirilərkən 02 ədəd markası olmayan tüfəng, 1 ədəd üzərində «1 PN 58» yazıları olan böyüdücü cihaz, 08 ədəd müxtəlif formalı patronlar, 09 ədəd maşın maqnitofonu, 03 ədəd kompüter monitoru, 03 ədəd kompüter prosessoru, 02 ədəd klaviatura, 03 ədəd ratsiya, 02 ədəd maşın maqnitofonun monitoru, 01 ədəd «Asus» markalı notbuk, 04 ədəd texniki şəhadətnamə (texpasport), 08 ədəd etibarnamə, 01 ədəd motosiklet götürülmüşdür. (Cild 2, iş vərəqlər 20) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 2/49 saylı binanın həyətinin qarşısında yerləşən kənardan hasarlanmış həyətyanı sahə olmuşdur. (cild 1, iş vərəqə 109-111) Cinayət işi üzrə təyin edilmiş məһkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/2021 saylı rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə-ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 2015-ci istehsallı, «Dayun Chooper» markalı, qara rəngli və saz vəziyyətdə olan motosikletin orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2021-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 2000 manat müəyyən olunur. (Cild 1, iş vərəqlər 136- 138) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının xx.xx.2021-ci il tarixli, 3/1256 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, sıxılmış hava təzyiqi iş prinsipinə malik, pnevmatik tüfəngdir, odlu, qaz silahı hesab edilmir və təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Üzərində olan zavod nişanları silindiyindən marka və modelini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulla tüfəng maketi formasında hazırlanmış 5,6 kalibrli patrondan atəş açmaq üçün uyğunlaşdırılmış predmetdir, odlu silah hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təndim edilmiş 06 (altı) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ-18 və s.) tüfənglərində, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSC-5, AR-7 və s.) karabinlərdə və s. yivli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli, (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ-18 və s.) tüfənglərində, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSC- 5, AR-7 və s.) karabinlərdə və s. yivli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronun fiziki qüvvə ilə ayrılmış hissələridir, gülləsidir-gilizidir, təndim edilmiş vəziyyətdə döyüş sursatı hesab edilmir, təyinatı üzrə istifadəyə yararsızdır. Tədqiq edilən 01 (bir) ədəd qurğu zavod üsulu ilə istehsal edilmiş, “1 PN 58” markalı, “№NJ06495” seriya və nömrəsi gecəgörmə nişangahıdır, odlu silahın funksional əhəmiyyət daşıyan komplekt hissəsi, döyüş sursatı, partlayıcı maddə hesab edilmir. (Cild 2, iş vərəqlər 23-27) Cinayət işi üzrə maddi sübut kimi tanınmış tədqiqatdan sonra qalıq qalmış ümumi təmiz çəkisi 499,9 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd «Redme» markalı mobil telefon və 01 ədəd pnevmatik tüfəng, 01 ədəd tüfəng maketi, 08 ədəd patron və 01 ədəd gecəgörmə nişangah saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlancına, 01 ədəd «Dayun Chooper» markalı motosikletin Zərərçəkmiş şəxs Məhəmmədli oğluna təhvil verilmiş, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. ( cild 1, iş vərəqə 59-62, 96, cild 2, iş vərəqə 161-180) Cinayət işinin materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumedilməklə 01 il nəqliyyat vasitəsinin idarəetmə hüququndan məhrum olunmuş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2013-cü il tarixli Amnistiya Qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan, məhkumluğu ödənilmiş hesab olunur. ( cild 1, iş vərəqə 92, 231-232) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 barəsində Abşeron rayon İHB-nin Ceyranbatan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 haqqında qonşularından və ya qəsəbə sakinlərindən Ceyranbatan qəsəbə İnzibatı Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə hər hansı bir şikayət və ya müraciət daxil olmamışdır. İş materiallarından görünür ki, arvadı 1984-cü il təvəllüdlü X1, qızı 2006-ci il təvəllüdlü X2, oğlu 2010-cu il təvəllüdlü X24 oğlundan, qızı 2017-ci il təvəllüdlü X3 ibarət ailə tərkibi vardır. ( cild 1, iş vərəqə 117-118) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı X10 1992-ci ilin noyabr ayında Ağdərə rayonu ərazisində şəhid olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 övladı X22 oğlu 44 günlük Vətən Müharibəsinin iştirakçısı olmuş və “Vətən Müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması, CM-nin 177.2.1, 177.2.3 və 228.1-ci maddələri ilə özünü təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması, elektrin tərəzinin mövcudluğu Təqsirləndirilən şəxs1 məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına, CM-nin 177.2.1, 177.2.3 və 228.1-ci maddələri az ağır cinayətlər kateqoriyasına aid edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı övladının olması, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın aradan qaldırılmaqla ödənilməsi, CM-nin 59.2 maddəsinə əsasən qardaşı X6 1992-ci ilin noyabr ayında Ağdərə rayonu ərazisində şəhid olması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın aradan qaldırılmaqla ödənilməsi, CM-nin 59.2 maddəsinə əsasən oğlunun 44 günlük Vətən Müharibəsinin iştirakçısı olması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 17 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 iyul 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 18-19, 84-85) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 iyul 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 17 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 iyul 2021-ci tarixdə barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmuş xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanması üçün 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddəti Cinayət Məcəlləsinin 69.3cü maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 17 iyul 2021-ci il tarixdən 19 iyul 2021-ci il tarixədək, 25 may 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 7 ay 7 gün ( yeddi ay yeddi gün) müddət, azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 02 (iki) ay 14 (on dörd) gün müddətinə bərabər tutulmaqla həmin müddət təyin olunan cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və o, həmin cəzanı yaşayış yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal həbsdən azad olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan –qalıq çəkisi 499,9 qram narkotik vasitə olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd «Redme» markalı mobil telefon onun özünə və ya yaxın qohumlarına qaytarılmalı, 01 ədəd pnevmatik tüfəng, 01 ədəd tüfəng maketi, 08 ədəd patron və 01 ədəd gecəgörmə nişangah məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd «Dayun Chooper» markalı motosikletin Zərərçəkmiş şəxs Məhəmmədli oğluna təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2, 170,82 manat (yüz yetmiş manat səksən iki qəpik) Təqsirləndirilən şəxs1 ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.3-cü maddələri nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs2 17 iyul 2021-ci il tarixdən 19 iyul 2021-ci il tarixədək, 25 may 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 7 ay 7 gün ( yeddi ay yeddi gün) müddət, azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 02 (iki) ay 14 (on dörd) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 16 (on altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 05:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhər ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.1-ci maddəsi ilə 1 il (bir il) müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 7 il (yeddi il) azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olaraq Sumqayıt ŞPİdə saxlanılan –qalıq çəkisi 499,9 qram narkotik vasitə olan heroin məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd «Redme» markalı mobil telefon onun özünə vəya yaxın qohumlarına qaytarılsın, 01 ədəd pnevmatik tüfəng, 01 ədəd tüfəng maketi, 08 ədəd patron və 01 ədəd gecəgörmə nişangah məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd «Dayun Chooper» markalı motosikletin Zərərçəkmiş şəxs Məhəmmədli oğluna təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2, 170,82 manat (yüz yetmiş manat səksən iki qəpik) Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-120/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-120/2022
30.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver