Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-120/2023 16.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəçiş şəxs- Zərərçəkmiş şəxs2, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi- Nümayəndə1, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi- Nümayəndə2, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştrakları ilə, xx xxxxxx 1981-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz şəhəri Xanlar küçəsi ev 21 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2, 181.2.2, 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i : Təqsirləndirilən şəxs 15 sentyabr 2021-ci il tarixdə, gecə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Xaçmaz şəhəri, H.Əliyev prospekti 3 ünvanında yerləşən X1rşısındakı «Şəxsiyyətlər» parkının ərazisindəki fəvvarələrin işıqlandırılması üçün nəzərdə tutulmaqla Xaçmaz rayon İcra Hakimiyyətinin Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin balansında olan hər metrinin qiyməti 10,00 manat olmaqla ümumi dəyəri 1400 manat təşkil edən 140 metr Ölçüdə 15 mm diametrli dörd fazalı mis tərkibli elektrik naqillərini qanunsuz götürüb aparmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətlərinə münasibətdə oğurluq etmiş, yəni dövlət və ictimai əhəmiyyətli elektrik xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 noyabr 2021-ci il tarixdə, gecə saat 01 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospekti 3 ünvanında yerləşən X1rşısındakı «Şəxsiyyətlər» parkının ərazisindəki hovuzun içərisindən fəvvarələrin su ilə təmin olunması üçün nəzərdə tutulmaqla Xaçmaz rayon İcra Hakimiyyətinin Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin balansında olan 1750 manat dəyərində 01 ədəd 7,5 Kvt-hq xüsusi təyinatlı su motorunu çıxarıb aparmaqla dövlət və ictimai əhəmiyyətli su xətlərinə münasibətdə oğurluq etmiş, yəni təkrar, dövlət və ictimai əhəmiyyətli su xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, 04 dekabr 2021-ci il tarixdə, gecə saat 03:30 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə "xxxx" QSC-nin Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndi ərazisində yerləşən saxlanc yeri hesab edilən 21 saylı X8rajına pəncərə şüşəsini çıxarıb qanunsuz daxil olaraq oradan hər kiloqramının qiyməti 13,5 manat olmaqla ümumi dəyəri 40,5 manat təşkil edən 3 kq çəkidə mis əsaslı ərintidən hazırlanmış naqilləri qanunsuz götürüb özündə saxlayarkən şəbəkənin işçiləri Zərərçəkmiş şəxs2, Şahid10 və Şahid11 həmin faktı aşkar edib onun hüquqazidd hərəkətlərini dayandırmasını tələb etdikdə Təqsirləndirilən şəxs oğurlamaq istədiyi əmlakı qanunsuz olaraq özündə saxlamağa davam edərək Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib üstündəki təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını silah qismində tətbiq edib Zərərçəkmiş şəxs2 sağ qol nahiyəsindən bir dəfə vurmaqla və sağ dirsək nahiyəsini dişləyərək sonuncuya sağ biləyin arxa səthində kəsilmiş və sağ dirsəkdə dişlənmiş yaralar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə quldurluq, yəni təkrar, saxlanc yerinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmişdir. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 dekabr 2021-ci il tarixdə, gecə saat 01 radələrində ünvan 4 ünvanında yerləşən Xaçmaz rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı «Fəvvarələr» parkının ərazisindəki fəvvarələrin işıqlandırılması üçün nəzərdə tutulmuş Xaçmaz rayon İcra Hakimiyyətinin Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin balansında olan hər metrinin qiyməti 10,00 manat olmaqla ümumi dəyəri 600 manat təşkil edən 60 metr ölçüdə 15 mm diametrli dörd fazalı mis tərkibli elektrik naqillərini qanunsuz götürüb aparmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətlərinə münasibətdə oğurluq etmiş, yəni təkrar, dövlət və ictimai əhəmiyyətli elektrik xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 450,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, bu fakt 24 yanvar 2022-ci il tarixdə saat 18:30-da o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Vağzal küçəsində saxlanılaraq polis şöbəsinə dəvət edildikdən sonra Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında saat 19:20-19:35 müddətində onun üzərinə şəxsi axtarış aparılarkən əynindəki boz rəngli gödəkçənin altından 01 ədəd polietilen torbanın içərisində təmiz çəkisi 450,0 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, əvvəllər fəhlə işlədiyi yerdəki qarajdan kabelləri oğurlamış, qaraja daxil olmuş, içi mis olan kabelləri axtarmağa başlamışdır. Həmin gün Sədi, Tofiq və Fikrət növbədə olmuş, onu görüb “burda nə işin var?” deyə qışqırmışlar, o isə “məni tanıyırsız buraxın gedim” demişdir. Onlar rəhbərliyə məlumat vermək istəyəndə qaçmağa çalışmış, bu zaman Sədiyə dəmir parçası ilə xəsarət yetirmişdır. Həmçinin, parkda fəvvarənin motorunu və kabellərini də oğurlamışdır. Siqaretin içinə doldurub çəkmək yolu ilə marixuana istifadə etmişdir. Aşkar edilən marixuana ona məxsus olmuşdur. İbtidai istintaqa verdiyi ifadəni təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda atası ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin arada iş düşəndə fəhlə kimi işləyərək özünü dolandırır. 14 sentyabr 2021-ci il tarixdə Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən «Şəxsiyyətlər» parkında gəzişərkən həmin parkın ərazisində quraşdırılmış fəvvarələrin hovuzunda su olmadığını görmüş, hovuzun içərisində su olmadığından fəvvarələrin işıqlandırılması üçün nəzərdə tutulmuş elektrik naqillərinin olduğu diqqətini cəlb etmiş və həmin naqillərin içərisində əlvan metal olan mis olduğunu bilmişdir. Maddi vəziyyəti pis olduğundan pula ehtiyacı olmuş və buna görə də həmin naqilləri kəsib oğurlamaq və içərisindəki misi çıxarıb əlvan metal kimi sataraq pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə 15 sentyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində evdən bir ədəd mətbəx bıçağı və bir ədəd kisə götürüb «Şəxsiyyətlər» parkına gəlmişdir. Həmin vaxt parkın ərazisində heç kim olmamış, ətrafda heç kimin olmadığına əmin olandan sonra fəvvarələrin quraşdırıldığı hovuzun içərisinə düşmüş və özü ilə götürdüyü bıçaqla fəvvarələrdən üç ədədinin elektrik naqillərini kəsərək götürmüşdür. Bundan sonra həmin naqilləri yumurlayıb evdən gətirdiyi kisənin içərisinə yığmış və hovuzdan çıxaraq evlərinə doğru getməyə başlamışdır. İçərisində elektrik naqilləri olan kisəni çiyninə qoyub Xaçmaz şəhəri A.Mustafayev küçəsi ilə evlərinə gedərkən yolda Xaçmaz RPŞ-nin post patrul xidmətinin əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları çiynindəki kisənin içərisində nə olduğunu soruşanda onlara «Şəxsiyyətlər» parkının ərazisindən elektrik naqillərini oğurladığını etiraf etmiş və kisənin içərisində də oğurladığı naqillərin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu oğurladığı elektrik naqilləri ilə birlikdə götürüb Xaçmaz RPŞ-nə gətirmiş, polis şöbəsində təhqiqatçı tərəfindən oğurladığı elektrik naqilləri, həmçinin həmin naqilləri kəsmək üçün evdən özü ilə apardığı mətbəx bıçağı ondan götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Daha sonra bununla bağlı izahatı alınmış və o, izahatında da həmin elektrik naqillərini Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən «Şəxsiyyətlər» parkının ərazisindəki fəvvarələrdən kəsib oğurladığını etiraf etmişdir. Polis şöbəsində olarkən artıq Xaçmaz Kommunal Təsərrüfatı idarəsinin nəzarətçisi tərəfindən «Şəxsiyyətlər» parkının ərazisində yerləşən fəvvarələrin işıqlandırılması üçün nəzərdə tutulmuş elektrik naqillərinin oğurlanması barədə ərizə verildiyi ona məlum olmuş və izahatı almandan sonra sərbəst buraxılmışdır. Bundan başqa 12 noyabr 2021-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən «Şəxsiyyətlər» parkında gəzişərkən parkın ərazisindəki hovuzda su olmadığını görmüş və hovuzun içərisində olan böyük ölçülü su motoru nəzərini cəlb etmişdir. Pula ehtiyacı olduğundan həmin motoru oğurlayıb evə aparmaq və onun içərisindəki mis sarğıları söküb çıxarmaqla satmaq qərarına gəlmişdir. Həmin vaxt parkın ərazisində heç kim olmamış və bu məqsədlə hovuzun içərisinə düşüb üstündə olan mətbəx bıçağı ilə naqilləri kəsib motoru götürmüşdür. Həmin motor bir qədər böyük ölçülü olduğundan ağır olmuş, bundan sonra həmin motoru çiyninə qoyub yaşadığı ünvan 8 ünvanında yerləşən evə aparmış və artıq gec olduğundan motoru həyətdə gizlədib yatmışdır. 12 noyabr 2021-ci il tarixdə saat 11 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları yaşadığı evə gəlmiş, onu gecə «Şəxsiyyətlər» parkının ərazisindəki hovuzdan su motoru oğurlayıb-oğurlamamaqla bağlı sorğu-sual edəndə hər şeyi olduğu kimi etiraf etmiş və həqiqətən gecə saatlarında «Şəxsiyyətlər» parkının ərazisindəki hovuzun içərisindən bir ədəd su motoru oğurladığını bildirmişdir. Daha sonra bununla bağlı izahatı alınmış və o, oğurladığı həmin su motorunu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib edilmiş və bundan sonra o, sərbəst buraxılmışdır. Bundan başqa əvvəllər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz rayonu Köhnə- Xaçmaz kəndi ərazisində yerləşən 21 sayh X15 fəhlə işləmiş, buna görə də həmin şəbəkənin qarajında mis metal və mis tərkibli kabellər olduğunu bilmişdir. Maddi vəziyyəti ilə bağlı pula ehtiyacı olduğundan 04 dekabr 2021-ci il tarixdə həmin qarajdan mis tərkibli kabel oğurlamaqla metal qəbulu məntəqələrinə əlvan metal kimi sataraq pul əldə etmək qərarına gəlmiş və oğurlayacağı kabelləri kəsmək üçün bir ədəd mətbəx bıçağı götürüb gecə təxminən saat 03:30 radələrində evdən çıxaraq qeyd olunan ünvana getmişdir. Çöldə heç kimin olmadığına əmin olandan sonra 21 sayh Təmas Şəbəkəsinin inzibati binasında yerləşən qarajın pəncərə şüşəsini çıxarıb oradan içəri daxil olmuş və o, qaraja daxil olanda orada da heç kim olmamışdır. Qarajın içərisindən bir neçə hissədən ibarət mis kabel tapıb kənara qoyandan sonra yenidən qarajın içərisində mis axtarmağa başlamışdır. Bu zaman şəbəkənin işçiləri Sədi, Tofiq və Fikrətin inzibati binanın otağından çıxıb qaraja gəldiklərini görmüş və onların onu tutub polisə təhvil verəcəklərini hiss etmişdir. Buna görə də qarajdan tapdığı bir neçə hissədən ibarət kabeli yerdən götürmüş və Sədigilə onu tanıdıqlarını deyib çıxıb getməsi üçün buraxmalarını xahiş etmişdir. Lakin onlar ona bu barədə rəhbərliyə məlumat verəcəklərini demiş və tutmaq üçün üstünə gəlmişlər. Onların yaxın gəlməmələri və oradan qaçıb gedə bilməsi üçün kabel kəsmək məqsədilə evdən götürdüyü mətbəx bıçağını çıxarıb onlara yaxın gəlməmələrini, yoxsa onları bıçaqla vuracağını deyib qorxutmaq və əlindəki kabellə birlikdə qaçıb getmək istəmişdir. Buna baxmayaraq Sədi, Tofiq və Fikrət ona yaxınlaşmış, onlar onu tuta bilməsinlər deyə o, əlindəki bıçağı sağa sola hərlətməyə başlamışdır. Həmin vaxt Sədi qabaqda olduğundan bıçaq onun sağ qolundan dəyib biləyini kəsmiş, buna baxmayaraq Sədi onu qucaqlayıb saxlamış və bu dəfə o, Sədinin əlindən çıxmaq üçün onun sağ qolunun dirsək nahiyəsini dişləmişdir. Lakin o, yenə onu buraxmamış, bundan sonra Sədi Tofiq və Fikrətlə köməkləşib bıçağı əlindən almağa çalışmışlar. Bıçağı buraxmaq istəmədiyindən ehtiyatsızlıqdan baçaq özünün sağ əlini kəsmiş, bundan sonra onlar bıçağı əlindən alaraq onu saxlamış və Sədi istifadəsində olan mobil telefon vasitəsi ilə Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sədinin telefon zəngindən bir neçə dəqiqə sonra Xaçmaz st. X22 əməkdaşları hadisə yerinə gələrək onu götürüb polis şöbəsinə gətirmiş, şöbədə hər şeyi olduğu kimi etiraf etmiş və bu barədə izahat vermişdir. Sədinin sağ qoluna bıçaqla, dirsək nahiyəsinə isə dişləməklə xəsarət yetirməkdə məqsədi onları qorxutmaq və əllərindən çıxıb qaçmaq olmuş, buna görə də oğurluğa gedərkən kabel kəsmək məqsədi ilə evdən götürdüyü mətbəx bıçağını çıxarıb onları qorxutmaq istəmişdir. Lakin buna baxmayaraq onlar üstünə gəlmiş, həmin vaxt Sədi qabaqda olduğundan bıçaq onun qoluna dəymiş, o, qucaqlayıb onu tutanda isə əlindən çıxmaq üçün sağ qolunun dirsək nahiyəsini dişləmiş, bütün bunlara baxmayaraq onlar bıçağı əlindən almış və onu tutub saxlamışlar. O, həmçinin şəbəkənin qarajında konkret olaraq nə qədər mis metal və ya hansı ölçüdə və çəkidə mis tərkibli kabel olması barədə əvvəlcədən heç nə bilmədiyini, lakin şəbəkənin işçiləri Zərərçəkmiş şəxs2, Şahid10 və Şahid11 onu oğurluq edərkən aşkar etməsəydilər qarajın içərisindən əlinə keçən və gücü çatan qədər mis metal və ya mis tərkibli kabelləri oğurlayıb aparacağını bildirmişdir. Bundan başqa 12 dekabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsində, Xaçmaz rayon İcra Hakimiyyətinin inzibati binası ilə üzbəüz yerləşən «Fəvvarələr» parkının ərazisindən təxminən 50-60 metr uzunluğunda elektrik naqili kəsib oğurlamış və həmin naqilləri kəsib götürəndən sonra görən olmasın deyə onları daşıyıb həmin küçədə, bir qədər aralıda yerləşən «Classica» geyim mağazasının arxa tərəfinə aparmışdır. Mağazanın arxa tərəfində naqillərin içərisindəki misi çıxarmaq üçün bıçaqla onları doğrayıb üzərlərini təmizləməyə başlamış və bu zaman parkın adını bilmədiyi nəzarətçisi ona yaxınlaşmışdır. O, naqilləri haradan götürdüyünü soruşanda ona guya həmin naqillərin özünə məxsus evə aid olduğunu deyib aldatmaq istəmiş, lakin həmin şəxsin mobil telefonla onu çəkdiyini görəndə üzərlərini təmizlədiyi mis naqillərdən bir hissəsini götürüb qaçaraq həmin yerdən uzaqlaşmışdır. Həmin şəxsin arxasınca gəldiyini görəndə ara küçələrə girib izi itirmiş və həmin şəxs onu tapa bilməmişdir. Sonradan 14 dekabr 2021-ci il tarixdə həmin hadisə ilə bağlı Xaçmaz RPŞ-nə dəvət olunmuş və təhqiqatçı tərəfindən izahatı alınmışdır. İzahatı alınarkən o, 12 dekabr 2021-ci il tarixdə gecə təxminən saat 01 radələrində Xaçmaz şəhər H.Z.Tağıyev küçəsində, Xaçmaz rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerləşən «Fəvvarələr» parkından elektrik naqillərini kəsib oğurladığını etiraf etmişdir. Maddi vəziyyəti pis olduğundan pul əldə etmək məqsədi ilə həmin elektrik naqillərini oğurlamışdır. Bundan başqa arabir düşəndə narkotik vasitə qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. 24 yanvar 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı Xaçmaz şəhəri Xanlar küçəsinin yaxınlığından keçən Qudyalçay çayının kənarında gəzişərkən çayın kənarındakı zibillikdə içərisində bitki kütləsi olan bir ədəd sellofan torba diqqətini cəlb etmişdir. Yaxınlaşıb həmin torbanı götürmüş və açıb baxanda içərisindəki bitki kütləsinin nəşə, yəni qurudulmuş marixuana olduğunu görüb tanımışdır. Qeyd etdiyi kimi narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyinə görə sellofan torbanı götürüb şəxsi istifadəsi üçün yaşadığı evə gətirmiş, evə gətirəndən sonra həmin marixuanadan bir qədər götürüb siqaretə doldurub çəkməklə özü tək bir dəfə istifadə etmişdir. Həmin gün saat 18 radələrində evdə görməsinlər deyə içərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin sellofan torbanı götürüb əynindəki gödəkçənin altında gizlətmiş və evdən çıxıb Xaçmaz şəhəri Vağzal küçəsi ilə piyada şəhərin mərkəzinə doğru gəlməyə başlamışdır. Həmin vaxt mülki geyimli iki şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar ona qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğunu demiş və onlarla birlikdə Xaçmaz RPŞ-nə gəlməsini təklif etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xaçmaz rayon Polis Şöbəsinə gəlmiş, Polis Şöbəsinə gətirildikdən sonra müstəntiq tərəfindən ona qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğu, buna görə də video çəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bununla bağlı ona hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilmiş və hüquqlarının qorunmasından Ötrü müdafiəçi X6 təqdim olunmuşdur. O, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, şəxsi axtarışa başlamamışdan əvvəl ona üstündə narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar olub-olmaması soruşulmuş və üstündə olan əşyaları çıxarıb təqdim etməsi təklif edilmişdir. Həmin gün nahar vaxtı yaşadığı evin yaxınlığından keçən Qudyalçay çayının kənarındakı zibillikdən tapdığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torba üstündə olduğuna görə polis əməkdaşlarına üstündə narkotik vasitə olduğunu etiraf etmiş və əynindəki gödəkçənin altından içərisində qurudulmuş marixuana olan 01 ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən sellofan torba açıldıqda onun içərisində olan narkotik vasitə qurudulmuş marixuana müəyyən edilmişdir. Üzərində olan digər əşyaları təqdim etməsi təklif olunanda əynindəki şalvarın sağ yan cibindən içərisində siqaret dənələri olan 01 ədəd «Argo» markalı siqaret qutusunu, 01 ədəd alışqanı və 01 ədəd düyməni, şalvarın arxa sağ cibindən 01 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq, 08 ədəd 1 manatlıq əskinaslardan və 01 ədəd 10 qəpiklikdən ibarət olmaqla ümumilikdə 28,10 manat məbləğində pulu, arxa sol cibindən isə 01 ədəd qara rəngli tibbi maskanı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən üstü axtarılmış, lakin üstündən başqa heç nə aşkar edilməmişdir. Onun təqdim etdiyi ümumilikdə 28,10 manat məbləğində pul, içərisində siqaret dənələri olan 01 ədəd «Argo» markalı siqaret qutusu, 01 ədəd alışqan, 01 ədəd düymə və 01 ədəd tibbi maska polis əməkdaşları tərəfindən özünə qaytarılmışdır. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd sellofan torba isə yapışqanlı lentlə bağlanıb möhürlənmiş və üzəri iştirakçılar, o cümlədən onun özü tərəfindən imzalanmışdır. Polis əməkdaşları sellofan torbada olan həmin kütləni Bakı şəhərinə ekspertizaya göndərəcəklərini demiş, bundan sonra ondan həmin narkotik vasitəni haradan əldə etdiyi, narkotik vasitələrdən istifadə edib-etmədiyi və onun satışı ilə məşğul olub-olmaması soruşulmuşdur. O, polis əməkdaşlarına həmin narkotik vasitəni çayın kənarındakı zibillikdən tapdığını, narkotik vasitədən istifadə etdiyinə görə onu götürüb istifadə etmək məqsədi ilə saxladığını, lakin heç kimdən narkotik vasitə almadığını və heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və bütün iştirakçılar, o cümlədən onun özü tərəfindən imzalanmışdır. ( cild 1, iş vərəqə 193-200) Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərdi ki, Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin hüquqşünası vəzifəsində işləyir. 15 sentyabr və 12 noyabr 2021-ci il tarixlərdə gecə saatlarında Şahid4 nəzarətçisi olduğu «Şəxsiyyətlər» parkının ərazisindən dörd fazalı mis elektrik naqillərinin və 01 ədəd xüsusi təyinatlı su motorunun, 12 dekabr 2021-ci il tarixdə gecə saatlarında isə Şahid8 nəzarətçisi olduğu «Fəvvarələr» parkının ərazisindən dörd fazalı mis elektrik naqillərinin kəsilib oğurlanması və qeyd olunan fatlarla bağlı Şahid4 və Şahid8 Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmələri barədə məlumatı olmuşdur. Həmin gün Xaçmaz RPŞ-nin əməkdaşları parkın ərazisindən elektrik naqillərinin Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmiş, o, oğurladığı elektrik naqillərini apararkən yolda saxlanılaraq şöbəyə gətirilmiş və oğurladığı naqillər ondan aşkar edilərək götürülmüşdür. Bundan başqa 12 noyabr 2021-ci il tarixdə səhər saatlarında Şahid4 işə gələndə həmin parkın ərazisindəki fəvvarələri su ilə təmin etmək məqsədi ilə hovuzun içərisində qoyulmuş 01 ədəd xüsusit təyinatlı su motorunun oğurlandığını aşkar etmiş və buna görə də o, həmin tarixdə Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişdir. O, həmçinin göstərmişdir ki, 15 sentyabr 2021-ci il tarixdə Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin balansında olmaqla Xaçmaz şəhəri H.Əliyev küçəsində yerləşən «Şəxsiyyətlər» parkının ərazisindən oğurlanmış dörd fazalı mis elektrik naqilinin 01 (bir) metrinin qiyməti 10,00 (on) manat, 12 noyabr 2021-ci il tarixdə həmin parkın ərazisindən oğurlanmış 01 (bir) ədəd 7,5 Kvt-hq xüsusi təyinatlı su motorunun qiyməti 1750 (bir min yeddi yüz əlli) manat, 12 dekabr 2021ci il tarixdə Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsində yerləşən «Fəvvarələr» parkından oğurlanmış dörd fazalı mis elektrik naqilinin 01 (bir) metrinin qiyməti 10 manat olmaqla, 15 sentyabr 2021-ci il tarixdə «Şəxsiyyətlər» parkının ərazisindən 140 (bir yüz qırx) metr ölçüdə dörd fazalı mis elektrik naqilinin oğurlanması nəticəsində Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə ümumilikdə 1400 (bir min dörd yüz) manat məbləğində, 12 noyabr 2021-ci il tarixdə həmin parkın ərazisindən 01 (bir) ədəd xüsusi təyinatlı su motorunun oğurlanması nəticəsində 1750 (bir min yeddi yüz əlli) manat, 12 dekabr 2021-ci il tarixdə Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsində yerləşən «Fəvvarələr» parkının ərazisindən 60 metr (altımış) metr ölçüdə dörd fazalı mis elektrik naqilinin oğurlanması nəticəsində isə Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə ümumilikdə 600 (altı yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Belə ki, kabellər madddi sübut kimi götürülüb, sonradan onlara geri qaytarılmışdır. Təqsirləndirilən şəxslə barışmışlar. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərmişdir ki, 1987-ci ildən hal-hazıra kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 21 saylı X15 müxtəlif işlərdə işləmiş, 2018-ci ildən isə həmin şəbəkənin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanımış, belə ki, həm Mehmanın atası Həzrətqulu, həm də sonradan onun özü bir müddət onlarla birlikdə işləmiş, aralarında qərəzli münasibət və ya ədavət olmamışdır. 04 dekabr 2021-ci il tarixdə gecə saat 03 radələrində 21 saylı Təmas Şəbəkəsində növbədə olan Zərərçəkmiş şəxs2 ona zəng edərək Təqsirləndirilən şəxs şəbəkənin qarajından oğurluq edərkən tərəflərindən tutulduğunu və artıq bununla bağlı polisə məlumat verdiyini bildirmişdir. Məlumatı alan kimi dərhal özünə məxsus avtomobillə şəbəkəyə gəlmiş, o, şəbəkəyə çatanda şəbəkənin növbədə olan işçiləri Zərərçəkmiş şəxs2, Şahid11 və Şahid10 orada olduqlarını, polis əməkdaşlarının hadisə ilə bağlı artıq müvafiq sənədləşmə işlərini görüb qurtardıqlarını və Təqsirləndirilən şəxs polis şöbəsinə apardıqlarını, görmüşdür. Təqsirləndirilən şəxs oğurlamaq istədiyi kabellərə baxanda həmin kabellərin istismar müddəti bitdiyindən dəyişdirilərək xətlərdən çıxarılmış və yararlı hissələrindən müəyyən işlərdə istifadə etmək üçün qarajda saxlanılan təxminən 30 manat dəyərində hissələrə bölünmüş mis tərkibli kabellər olması, həmçinin onun hadisə zamanı Zərərçəkmiş şəxs2 qolundan xəsarət yetirməsi ona məlum olmuşdur. Bundan sonra o, Zərərçəkmiş şəxs2 götürüb Xaçmaz MRX-na aparmış və orada ona tibbi yardım göstəriləndən sonra evə buraxılmışdır.Təqsirləndirilən şəxslə barışmışlar, şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz rayonu Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 21 saylı X15 elektrik mantyoru vəzifəsində işləyir. Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanıyır. Belə ki, əvvəllər həm Mehmanın atası Həzrətqulu Musayev, həm də sonradan o, özü bir müddət onunla birlikdə 21 saylı X15 fəhlə işləmişdir. Əvvəllər Mehmanla münasibəti yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 04 dekabr 2021-ci il tarixdə saat 03 radələrində iş yoldaşları Şahid10 və Şahid11 ilə birlikdə gecə növbəsində işdə olduqları zaman şəbəkənin qarajından səs gəldiyini eşitmiş və nə baş verdiyini öyrənmək məqsədi ilə otaqdan çıxıb qaraja keçmişlər. Qaraja keçəndə pəncərələrdən bir ədədinin şüşəsinin çıxarıldığını və Təqsirləndirilən şəxs qarajın içərisində olduğunu görmüşlər. Həmin vaxt Mehmanın əlində dəmir yolu xətlərinə aid mis tərkibli kabel olmuş və o, qarajın içərisini axtarmışdır. Mehmandan niyə görə gecə vaxtı qaraja girdiyini və qarajda nə axtardığını soruşmuş, cavabında Mehman onlara onu tanıdıqlarını demiş və əlindəki kabellə birlikdə çıxıb getməsinə icazə vermələrini istəmişdir. Ona bu barədə rəhbərliyə məlumat verməli olduqlarını və bundan sonra gedə biləcəyini deyəndə o, cibindən bıçaq çıxarıb onu buraxmalarını tələb etməyə, buraxmayacaqları təqdirdə isə onları bıçaqla vuracağı ilə hədələməyə başlamış və üstlərinə hücum çəkmişdir. Həmin vaxt oğurladığı mis kabel Mehmanın əlində olmuş və o, həmin kabeli aparmağa çalışmışdır. O, qabaqda olduğundan Mehman əlindəki bıçaqla əvvəlcə onun sağ qolundan bir dəfə vurmuş, bıçaq sağ biləyinin arxa səthini kəsmiş və qolundan qan axmağa başlamışdır. Mehman bıçaqla ona xəsarət yetirəndən sonra onun əlindəki mis kabelin yerdə olduğunu görmüş, buna baxmayaraq onu qucaqlayıb bıçağı əlindən almaq istəmiş və Mehman onun əlindən çıxmaq üçün bu dəfə sağ dirsək nahiyəsini dişləməklə ona xəsarət yetirmişdir. Lakin o, Şahid10 və Şahid11lə birlikdə köməkləşib bıçağı Mehmanın əlindən alaraq onu tutub saxlaya bilmiş, hətta onlar bıçağı əlindən almaq istəyəndə bıçağı buraxmaq istəmədiyindən bıçaq onun özünün əlini də kəsmişdir. Bundan sonra o, istifadəsində olan mobil telefonla əvvəlcə Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə, sonra isə 21 saylı Təmas Şəbəkəsinin rəisi Nümayəndə2 zəng edib hadisə barədə məlumat vermişdir. Onun telefon zəngindən bir neçə dəqiqə sonra Xaçmaz st. X22 əməkdaşları hadisə yerinə gəlmiş və onlar polis əməkdaşlarına baş vermiş hadisə barədə məlumat verib Təqsirləndirilən şəxs onlara təqdim etmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən onların iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisə yerindən Təqsirləndirilən şəxs oğurlamaq istədiyi mis tərkibli kabel bükülüsü, həmçinin onun hadisə zamanı istifadə etdiyi bıçaq müəyyən edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Həmin vaxt 21 saylı Təmas Şəbəkəsinin rəisi Nümayəndə2 da gəlib çıxmış, bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs götürüb polis şöbəsinə getmiş, Nümayəndə2 isə onun xəsarət aldığını görüb onu özünə məxsus avtomobillə Xaçmaz MRX-na aparmışdır. Xəstəxanada tibbi yardım göstəriləndən sonra o, Xaçmaz st. X25 gələrək hadisə barədə ərizə və izahat vermişdir. Təqsirləndirilən şəxslə barışmışdır, şikayəti və tələbi yoxdur. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 və Şahid10 məhkəmədə ifadəsi alınmış Zərərçəkmiş şəxs2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz rayonu, Xətt stansiyası, PPX-nın komandiri Şahid13 ifadəsində göstərdi ki, 04 dekabr 2021-ci il tarixdə Xaçmaz st. X23 xidmətdə olduqları zaman gecə saat 04 radələrində Zərərçəkmiş şəxs2 işlədiyi şəbəkənin qarajında Mehman adlı şəxsi oğurluq etmək istəyərkən aşkar etmələri və onu tutub saxlamaq istəyəndə onlarla əlbəyaxa olaraq bıçaqla ona xəsarət yetirməsi barədə məlumat daxil olmuş və digər polis əməkdaşları ilə birgə hadisə yerinə, yəni "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 21 saylı X17 getmişlər. Həmin vaxt şəbəkənin işçiləri Zərərçəkmiş şəxs2, Şahid10 və Şahid11 gecə növbəsində işdə olduqlarını və onların yanında daha bir şəxsin olduğunu görmüşlər. Zərərçəkmiş şəxs2 yanlarında olan şəxsin əvvəllər onlarla birlikdə işləmiş Mehman adlı şəxs olduğunu, onu qarajın içərisindən mis tərkibli kabelləri oğurlamaq istərkən saxladıqlarını və həmin vaxt Mehmanın onlarla əlbəyaxa olaraq bıçaqla onun sağ qolundan vurub dirsək nahiyəsini dişləməklə ona xəsarət yetirdiyini bildirmişdir. Həmin vaxt həqiqətən Zərərçəkmiş şəxs2 sağ biləyinin arxa səthi kəsilmiş və əli qanlı vəziyyətdə olmuşdur. Bundan sonra şəbəkənin adları çəkilən işçiləri və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı qarajın yerində üzərində qan izləri olan 01 ədəd bıçaq və bir neçə hissədən ibarət mis tərkibli kabel bükülüsü aşkar olunmuşdur. Baxışda iştirak edən şəbəkənin işçiləri Zərərçəkmiş şəxs2, Şahid10 və Şahid11 hadisə zamanı Mehmanın qarajın pəncərə şüşəsini çıxarıb içəri daxil olduğunu, yerdə olan bİr neçə hissədən ibarət mis tərkibli kabel bükülüsünü götürüb aparmaq istərkən onu aşkar etdiklərini, tutub saxlamaq istərkən onlarla əlbəyaxa olduğunu və yerdə olan bıçaqla Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyini bildirmişlər. Həmin vaxt qarajın pəncərə şüşələrindən bir ədədi həqiqətən çıxarılmış vəziyyətdə olmuşdur. Hadisə yerində aşkar edilmiş 01 ədəd bıçaq və bir neçə hissədən ibarət mis tərkibli kabel iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və bununla bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Sənədləşmə başa çatandan sonra 21 saylı Təmas Şəbəkəsinin rəisi Nümayəndə2 gəlib çıxmış, bundan sonra o, Zərərçəkmiş şəxs2 tibbi yardım göstərilməsindən ötrü Xaçmaz MRX-na aparmış, onlar isə Mehman adlı şəxsi götürüb şöbəyə gətirmişlər. X19 şəhəri Xanlar küçəsi ev 21 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyənləşdirilmiş və o, bununla bağlı şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Şöbədə aparılmış söhbətlər zamanı Təqsirləndirilən şəxs özü də həqiqətən gecə saatlarında 21 saylı Təmas Şəbəkəsinin qarajına mis tərkibli kabel oğurlamaq məqsədi ilə daxil olduğunu, oradan oğurluq etmək istərkən şəbəkənin işçiləri tərəfindən aşkar edildiyini, şəbəkənin işçiləri onu buraxmaq istəmədiklərindən onları qorxutmaq və qaçıb getmək üçün bıçaqla Zərərçəkmiş şəxs2 qolundan vurduğunu və dirsək nahiyəsini dişləməklə ona xəsarət yetirdiyini etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-da NMQ-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 24 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və daşıması barədə Xaçmaz rayon Polis Şöbəsinə daxil olmuş, məlumatın yoxlanılmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Saat 18 radələrində Təqsirləndirilən şəxs saxlayaraq onu şöbəyə dəvət etmişlər. İdarədə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparımış, bu zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf edərək əynindəki gödəkçənin altından içərisində narkotik vasitə olan qurudulmuş marixuana saxladığı 01 ədəd torbanı çıxararaq təqdim etmişdir. O, həmin narkotik vasitəni çayın kənarındakı zibillikdən tapdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-da NMQ-nın əməliyyat müvəkkili Şahid2 məhkəmədə ifadəsi alınmış Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid polis əməkdaşı Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadələri alınmış polis əməkdaşları Şahid1 və Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild1, iş vərəqə 81-83) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və 2021-ci ilin aprel ayından Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz Mənzil Komunal Təsərrüfatı İdarəsinin Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən «Şəxsiyyətlər» parkında nəzarətçi vəzifəsində işləyir. Hər gün saat 08 radələrindən saat 17 radələrinə kimi olan müddət ərzində parkın ərazisində olur, parkın təmizlənməsinə, ağacların budanmasına, yaşıllıqların biçilməsinə və digər işlərə nəzarət edir. Parkın ərazisində Azərbaycan Respublikası incəsənət xadimlərinin heykəlləri ilə yanaşı üç ədəd fəvvarə quraşdırılmış və hər üç fəvvarə işlək vəziyyətdədir. 10 sentyabr 2021-ci il tarixdə fəvvarələrin hovuzlarını təmizləyib təmir işləri görmək məqsədi ilə onların suyunu boşaltmış və 15 sentyabr 2021ci il tarixdə səhər saatlarında işə gələndə fəvvarələrin işıqlandırılması üçün nəzərdə tutulmuş 140 metr uzunluğunda dörd fazah mis elektrik naqillərin kəsilərək oğurlandığını görmüşdür. Buna görə də əvvəlcə Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və daha sonra Xaçmaz RPŞ-nə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Həmin gün Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində gecə parkın ərazisindən elektrik naqillərinin Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən kəsilərək oğurlanması müəyyən edilərək oğurladığı elektrik naqillərini apararkən yolda saxlanılaraq şöbəyə gətirilməsi və oğurladığı naqillərin ondan aşkar edilərək götürülməsi ona məlum olmuşdur. Bundan sonra faktla bağlı Xaçmaz RPŞ-nin ТВ-də araşdırma başlanılmışdır. Bundan başqa 12 noyabr 2021-ci il tarixdə həmişə olduğu kimi səhər saat 08 radələrində işə gələndə parkın ərazisindəki fəvvarələri su ilə təmin etmək məqsədi ilə hovuzun içərisində qoyulmuş 01 ədəd xüsusi təyinatlı su motorunun naqillərdən kəsilib ayrılaraq oğurlandığını görmüşdür. Buna görə də elə həmin gün Xaçmaz RPŞ-nə gələrək hadisə barədə ərizə ilə müraciət etmiş və həmin faktla bağlı Xaçmaz RPŞ- nin ТВ-də araşdırma başlanmışdır. Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 noyabr 2021ci il tarixə keçən gecə parkın ərazisindən su motorunun bir neçə müddət əvvəl parkın ərazisindən elektrik naqillərini oğurlamış Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmiş və oğurlanmış motor aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 118-120) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Xaçmaz rayon X24 Patrul Xidməti Bölüyünün manqa komandiri, polis baş serjantı Şahid5 ifadəsində göstərmişdir ki, 15 sentyabr 2021-ci il tarixdə gecə saat 02:30 radələrində Xaçmaz rayon Polis Şöbəsində xidmətdə olduğu zaman Xaçmaz şəhəri A.Mustafayev küçəsində 2 saylı piyada postunda xidmət aparan Xaçmaz rayon X24 Patrul Xidməti Bölüyünün polis nəfərləri, polis kiçik serjantları Şahid6 və Şahid7 ona zəng edərək həmin küçədə Mehman adlı bir şəxsi içərisində elektrik kabelləri olan kisə ilə birlikdə saxladıqlarını və həmin şəxsin əlindəki elektrik kabelinin oğurluq olmasından şübhələndikləri barədə məlumat vermişlər. O, dərhal həmin əraziyə getmiş, həmin vaxt Şahid6 və Şahid7 küçədə bir şəxsi saxladıqlarını və onların yanında içərisi dolu halda bir ədəd kisə olduğunu görmüşdür. Yaxınlaşan kimi həmin şəxsin kimliyi ilə maraqlanmış, o, ona da adının Mehman olduğunu demiş və həmin şəxsin yanındakı kisəyə baxanda isə onun içərisində həqiqətən dörd fazalı mis elektrik kabeli olduğunu görmüşdür. Elektrik kabelini haradan götürdüyünü soruşanda o, kabelin guya özünə məxsus olduğunu və onları iş yerindən götürdüyünü bildirmişdir. Həmin şəxsin hərəkətləri şübhə doğurduğundan onu içərisində elektrik kabeli olan kisə ilə birlikdə götürüb Xaçmaz rayon Polis Şöbəsinə gətirmiş, şöbədə onun şəxsiyyəti müəyyənləşdirilmiş və onun ünvan 9 ünvanda yaşayan xx xxxxxx 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Şöbədə həmçinin Təqsirləndirilən şəxs kisənin içərisindəki elektrik kabelini həmin gecə saxlanılmamışdan bir qədər əvvəl Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən «Şəxsiyyətlər» parkının ərazisindən oğurladığı müəyyən edilmiş və Xaçmaz rayon X16 Bölməsinin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən izahatı alınarkən Təqsirləndirilən şəxs həqiqətən həmin elektrik kabellərini bir neçə saat əvvəl «Şəxsiyyətlər» parkının ərazisindən kəsib oğurladığını etiraf etmişdir. Sonra isə o, oğurladığı elektrik kabelini və həmin kabeli kəsmək üçün İstifadə etdiyi 01 ədəd bıçağı təhqiqatçıya təqdim etmişdir. Daha sonra onlar təhqiqatçı ilə birlikdə hadisə yerinə baxışda iştirak etmiş və baxış zamanı Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən «Şəxsiyyətlər» parkının ərazisində quraşdırılmış fəvvarələrin işıqlandırılması üçün nəzərdə tutulmuş elektrik kabellərinin kəsilib götürülməsi müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirilməsi və götürülmə aparılması haqqında ayrı-ayrılıqda protokollar tərtib edilmişdir. Həmin vaxt Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin nəzarətçisi Şahid4 «Şəxsiyyətlər» parkının ərazisindəki fəvvarələrin işıqlandırılması üçün nəzərdə tutulmuş elektrik kabellərinin oğurlanması barədə artıq Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə məlumat vermiş və Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişdir. (Cild 1, iş vərəqləri 127-128) Şahid polis əməkdaşı Şahid6 və Şahid7 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncular məhkəmədə ifadəsi elan edilib araşdırılmış polis əməkdaşı Şahid5 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 129-130; 136-137) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid8 ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və bir neçə ildir Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz Mənzil Komunal Təsərrüfatı İdarəsinin Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsində, Xaçmaz rayon İcra Hakimiyyətinin inzibati binasının qarşı hissəsində yerləşən «Fəvvarələr» parkında baş nəzarətçi vəzifəsində işləyir. Hər gün saat 08 radələrindən saat 17 radələrinə kimi olan müddət ərzində parkın ərazisində olur, parkın təmizlənməsinə, ağacların budanmasına, yaşıllıqların biçilməsinə və digər işlərə nəzarət edir. Parkın ərazisində əhalinin istirahəti üçün oturacaqlar və söhbətgahlar qoyulmuş, müxtəlif heykəllər, habelə 07 ədəd fəvvarə quraşdırılmışdır. 12 dekabr 2021-ci il tarixdə səhər saatlarında işə gələndə parkın gecə nəzarətçisi Şahid9 gecə saat 01 radələrində parkın ərazisində gəzərkən həmin ərazidə yerləşən «Classica» geyim mağazasının arxa tərəfində tanımadığı bir şəxsin əlindəki bıçaqla hissələrə bölünmüş mis elektrik kabellərinin üzərini təmizlədiyini gördüyünü, ona yaxınlaşıb kabelləri haradan götürdüyünü soruşduğunu, həmin şəxsin kabellərin guya öz evinə məxsus olduğunu dediyini, həmin şəxsin hərəkətlərindən şübhələndiyi üçün onu mobil telefon vasitəsi ilə çəkmək istərkən qaçıb getdiyini və özünün də bir qədər arxasınca qaçdığını, lakin ona çata bilmədimyini demişdir. Şahid9 dediyi geyim mağazasının arxa tərəfinə baxanda həqiqətən orada kəsilib soyulmuş halda elektrik kabelinin üst hissələrinin olduğunu görmüşdür. Buna görə də Şahid9la birlikdə parkın ərazisini nəzərdən keçirməyə başladıq və parkın ərazisindəki fəvvarələrin su motorlarını elektrik enerjisi ilə təmin edən 60 metr uzunluğunda dörd fazalı mis elektrik kabellərinin kəsilərək oğurlandığını müəyyən etmişlər. Bundan sonra o, Xaçmaz RPŞ-nə gələrək hadisə barədə ərizə ilə müraciət etmiş və həmin faktla bağlı Təhqiqat Bölməsində araşdırma başlanılmışdır. (Cild 1, iş vərəqləri 155-157) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid9 ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və hazırda Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz Mənzil Komunal Təsərrüfatı İdarəsinin Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsində, Xaçmaz rayon İcra Hakimiyyətinin inzibati binasının qarşı hissəsində yerləşən «Fəvvarələr» parkında nəzarətçi vəzifəsində işləyir. Nəzarət etdiyi parkda əhalinin istirahəti üçün oturacaqlar və söhbətgahlar qoyulmuş, müxtəlif heykəllər, habelə 07 ədəd fəvvarə quraşdırılmışdır. Onun işi parkın ərazisinlə qoyulmuş oturacaqların, söhbətgahlann, heykəllərin, fəvvarələrin və digər əmlakların mühafizə olunması və baş verə biləcək hər hansı bir hadisənin qarşısının alınmasından ötrü müvafiq tədbirlər görməkdən ibarətdir. 12 dekabr 2021-ci il tarixdə gecə saat 01 radələrində parkın ərazisində gecə növbəsində işdə olduğu zaman həmin ərazidə yerləşən «Classica» geyim mağazasının arxa tərəfində tanımadığı bir şəxsin əlindəki bıçaqla hissələrə bölünmüş mis elektrik kabellərinin üzərini təmizlədiyini görmüş və ona yaxınlaşaraq kabelləri haradan götürdüyünü soruşmuşdur. Həmin şəxs ona kabellərin guya öz evinə məxsus olduğunu demişdir. Onun hərəkətlərindən kabelləri haradansa oğurlamasından şübhələnməyə başlamış, kabellərin nəzarət etdiyi parkın ərazisindən oğurlana biləcəyini fikirləşmiş və buna görə də əgər belə bir hadisə baş verə bilərsə həmin şəxsin göbrüntülərini mühafizə orqanlarına təqdim etmək üçün mobil telefonunu çıxarıb video görüntüsünü çəkmək istəmişdir. Həmin şəxs onun mobil telefonu çıxarıb onu çəkmək istədiyini görəndə üzərini təmizlədiyi mis elektrik kabellərinin bir hissəsini ötürüb qaçmağa başlamış və buna görə də imkan tapıb onun görüntülərini çəkə bilməmişdir. Artıq onun həmin kabelləri haradansa oğurladığına əmin olmuş və buna görə də onu tutmaq üçün arxasınca təqib etməyə başlamışdır. O, ara küçələrə girib izi itirdiyindən ona çata bilməyib öz iş yerinə qayıtmış və kabellərin haradan oğurlandığını müəyyən etmək üçün səhərin açılmasını gözləmişdir. Səhər saat 08 radələrində parkın baş nəzarətçisi Şahid8 işə gələndə ona gecə baş verənlər barədə ətraflı məlumat vermiş və hətta «Classica» geyim mağazasının arxa tərəfində qalmış elektrik kabelinin kəsilib soyulmuş üz qabıq hissələrini göstərmişdir. Bundan sonra Şahid8lə birlikdə parkın ərazisini nəzərdən keçirməyə başlamış və parkın ərazisindəki fəvvarələrin su motorlarını elektrik enerjisi ilə təmin edən 60 metr uzunluğunda dörd fazalı mis elektrik kabellərinin kəsilərək oğurlandığını müəyyən etmişlər. Bundan sonra Şahid8 Xaçmaz RPŞ-nə gələrək hadisə barədə ərizə ilə müraciət etmiş və Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 dekabr 2021-ci il tarixə keçən gecə parkın ərazisindən elektrik naqillərinin Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Şəxsən özü parkın ərazisindən oğurluq etmiş Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti, o cümlədən ədavəti və düşmənçiliyi olmamışdır. (Cild 1, iş vərəqləri 177-179) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Xaçmaz st. X22 X5 baş əməliyyat müvəkkili, polis mayoru Şahid12 ifadəsində göstərmişdir ki, 04 dekabr 2021-ci il tarixdə Xaçmaz st. X23 xidmətdə olduğu zaman gecə saat 04:45-də şöbənin məsul növbətçisi, polis kapitanı Orxan Həsənli Azərbaycan Respublikası DİN-nin 102 Xidmətindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 21 saylı X14 işçisi Zərərçəkmiş şəxs2 işlədiyi şəbəkənin qarajında Mehman adlı şəxsi oğurluq etmək istəyərkən aşkar etmələri və onu tutub saxlamaq istəyəndə onlarla əlbəyaxa olaraq bıçaqla ona xəsarət yetirməsi barədə məlumat daxil olduğunu və bununla bağlı hadisə yerinə getmək lazım olduğunu bildirmişdir. Məlumatı alan kimi Xaçmaz st. X22 baş təhqiqatçısı vəzifəsini müvəqqəti icra edən, polis baş leytenantı X18 və Xaçmaz st. X22 Post Patrul Xidməti Manqasının komandiri, polis baş serjantı Şahid13 ilə birlikdə hadisə yerinə, yəni dəmir yolunun 2494cü kilometrliyində, Xaçmaz rayonu Köhnə Xaçmaz kəndi ərazisində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 21 saylı X17 getmişlər. Həmin vaxt şəbəkənin işçiləri Zərərçəkmiş şəxs2, Şahid10 və Şahid11 gecə növbəsində işdə olduqlarını və onların yanında daha bir şəxsin olduğunu görmüşlər. Zərərçəkmiş şəxs2 yanlarında olan şəxsin əvvəllər onlarla birlikdə işləmiş Mehman adlı şəxs olduğunu, onu qarajın içərisindən mis tərkibli kabelləri oğurlamaq istərkən saxladıqlarını və həmin vaxt Mehmanın onlarla əlbəyaxa olaraq bıçaqla onun sağ qolundan vurub dirsək nahiyəsini dişləməklə ona xəsarət yetirdiyini bildirmişdir. Həmin vaxt həqiqətən Zərərçəkmiş şəxs2 sağ biləyinin arxa səthi kəsilmiş və əli qanlı vəziyyətdə olmuşdur. Bundan sonra şəbəkənin adları çəkilən işçiləri və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı qarajın yerində üzərində qan izləri olan 01 ədəd bıçaq və bir neçə hissədən ibarət mis tərkibli kabel bükülüsü aşkar olunmuşdur. Baxışda iştirak edən şəbəkənin işçiləri Zərərçəkmiş şəxs2, Şahid10 və Şahid11 hadisə zamanı Mehmanın qarajın pəncərə şüşəsini çıxarıb içəri daxil olduğunu, yerdə olan bİr neçə hissədən ibarət mis tərkibli kabel bükülüsünü götürüb aparmaq istərkən onu aşkar etdiklərini, tutub saxlamaq istərkən onlarla əlbəyaxa olduğunu və yerdə olan bıçaqla Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyini bildirmişlər. Həmin vaxt qarajın pəncərə şüşələrindən bir ədədi həqiqətən çıxarılmış vəziyyətdə olmuşdur. Hadisə yerində aşkar edilmiş 01 ədəd bıçaq və bir neçə hissədən ibarət mis tərkibli kabel iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və bununla bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Sənədləşmə başa çatandan sonra 21 saylı Təmas Şəbəkəsinin rəisi Nümayəndə2 gəlib çıxmış, bundan sonra o, Zərərçəkmiş şəxs2 tibbi yardım göstərilməsindən ötrü Xaçmaz MRX-na aparmış, onlar isə Mehman adlı şəxsi götürüb şöbəyə gətirmişlər. X19 şəhəri Xanlar küçəsi ev 21 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyənləşdirilmiş və o, bununla bağlı şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Şöbədə aparılmış söhbətlər zamanı Təqsirləndirilən şəxs özü də həqiqətən gecə saatlarında 21 saylı Təmas Şəbəkəsinin qarajına mis tərkibli kabel oğurlamaq məqsədi ilə daxil olduğunu, oradan oğurluq etmək istərkən şəbəkənin işçiləri tərəfindən aşkar edildiyini, şəbəkənin işçiləri onu buraxmaq istəmədiklərindən onları qorxutmaq və qaçıb getmək üçün bıçaqla Zərərçəkmiş şəxs2 qolundan vurduğunu və dirsək nahiyəsini dişləməklə ona xəsarət yetirdiyini etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması şöbənin təhqiqatçısı Əli Hüseynova həvalə olunmuşdur. (Cild 2, iş vərəqləri 45-46) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi üzrə qiymətləndiriləndirməklə onları sübut kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 yanvar 2022-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, ünvan 11 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 4) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 15 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən «Şəxsiyyətlər» parkına baxış keçirilmiş, baxış zamanı parkın ərazisində quraşdırılmış 03 ədəd fəvvarənin işıqlandırılması və su ilə təchiz edilməsi məqsədi ilə çəkilmiş elektrik naqillərinin yerində olmaması, yəni kəsilərək oğurlanması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 97-99) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış və götürmə aparılması haqqında” 15 sentyabr 2021 -ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs 01 ədəd ağ rəngli sintetik kisə təqdim etmiş və həmin kisənin içərisində Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən «Şəxsiyyətlər» parkının ərazisindən oğurladığı mis elektrik naqilləri və elektrik naqillərini kəsmək üçün istifadə etdiyi mətbəx bıçağının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kisə açıldıqda onun içərisində dörd fazadan ibarət 132 metr ölçüdə mis elektrik naqillərinin olması, bıçağın tiyə hissəsinin 13 sm, dəstək hissəsinin isə 10 sm olmaqla ümumilikdə 23 sm ölçüdə olması müəyyən edilmişdir. Təqdim olunmuş dörd fazah mis elektrik naqillərinin Təqsirləndirilən şəxs tərəfindən 15 sentyabr 2021-ci il tarixə keçən gecə Xaçmaz şəhəri H.Əliyev prorspektində yerləşən «Şəxsiyyətlər» parkının ərazisindən oğurlanmış elektrik naqilləri olması, bıçağın isə həmin naqillərin kəsilib oğurlanmasında istifadə olunduğu müəyyən edilmiş və sübut əhəmiyyəti kəsb etdiyindən onlar götürülmüşdür. (cild 1, iş vərəqə 101-102) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 12 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən «Şəxsiyyətlər» parkına baxış keçirilmiş, baxış zamanı parkın ərazisində quraşdırılmış fəvvarənin su ilə təchiz edilməsindən ötrü fəvvarənin hovuzunda quraşdırılmış 01 ədəd su motorunun yerində olmaması, yəni oğurlanması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 112-113) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Əşyaya baxış aparılması haqqında” 12 noyabr 2020-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs qeyd olunan tarixdə üzərində «QSP......... SHANGJİA, ....380V...., A...., m3/h...., m, ,...50Hz...., 3...., KW...., 2860 r/mm, ....JB/T8092-96...., 25 K...., Kg, JB/T51230-96......... mm, ....20............................................ » yazılar qeyd olunmuş {oxunmayan yazılar və Çin hərfləri nöqtələrlə qeyd edilmişdir) alüminium materialından olan əmtəə nişanı olan, kənar hissələri paslanmış və su altında quraşdırılmaq üçün nəzərdə tutulmuş 01 ədəd xüsusi təyinatlı motor təqdim edərək həmin motoru 12 noyabr 2021-ci il tarixdə gecə saatlarında Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən «Şəxsiyyətlər» parkının ərazisindəki fəvvarənin hovuzundan oğurladığını bildirmişdir. Təqdim olunmuş su motorunun Təqsirləndirilən şəxs tərəfindən 12 noyabr 2021-ci il tarixə keçən gecə Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən «Şəxsiyyətlər» parkının ərazisindən oğurlanmış motor olduğu müəyyən edilmiş və sübut əhəmiyyəti kəsb etdiyindən həmin motor götürülmüşdür.( cild 1, iş vərəqə 116) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 12 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsində, Xaçmaz rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerləşən «Fəvvarələr» parkına baxış keçirilmiş, baxış zamanı parkın ərazisindəki fəvvarələrin su motorlarını elektrik enerjisi ilə təmin edən 50 metr uzunluğunda mis elektrik naqillərinin yerində olmaması, yəni kəsilərək oğurlanması, parkın yaxınlığında yerləşən «Classica» geyim mağazasının arxa tərəfində elektrik naqillərinin soyulmuş üz qabıqlarının olduğu müəyyən edilmişdir. ( cild1 , iş vərəqə 148- 153) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 12 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz rayonu Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 21 saylı Təmas Şəbəkəsinin qarajına baxış keçirilmiş, baxış zamanı qarajın pəncərə şüşələrindən 01 ədədinin çıxarılmış vəziyyətdə olması, qarajın içərisində yerdə üzərində qana bənzər izlər olan 01 ədəd bıçaq və bir neçə hissədən ibarət mis tərkibli kabel bükülüsü aşkar edilmiş, baxışda iştirak edən şəbəkənin işçiləri Zərərçəkmiş şəxs2, Şahid10 və Şahid11 gecə saatlarında əvvəllər onlarla birlikdə işləmiş Təqsirləndirilən şəxs qarajın qeyd olunan pəncərə şüşəsini çıxarıb içəri daxil olduğunu, bir neçə hissədən ibarət mis tərkibli kabelləri oğurlamaq istərkən onu aşkar etdiklərini, onu tutub saxlamaq istədikləri zaman onlarla əlbəyaxa olduğunu və aşkar edilmiş həmin bıçaqla Zərərçəkmiş şəxs2 sağ qolundan vurub dirsək nahiyəsini dişləməklə ona xəsarət yetirdiyini bildirmişlər. Baxış zamanı hadisə yerində aşkar edilmiş 01 ədəd bıçaq və bir neçə hissədən ibarət 4 metr ölçüdə, 3 kq çəkidə mis tərkibli kabellər iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. ( cild 1, iş vərəqə 218-223) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "Şəxsi axtarış aparılması haqqında" 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli qış gödəkçəsinin altından 01 ədəd polietilen torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı çayın kənarındakı zibillikdən tapdığını və şəxsi şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. ( cild 1, iş vərəqə: 30-32) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “ Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 25 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə tərəfimdən baxış keçirilmiş, baxış zamanı həmin diskdə Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinin, şəxsi axtarış zamanı onun əynindəki boz rəngli qış gödəkçəsinin altından 01 ədəd polietilen torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olmasının görüntüləri öz əksini tapmışdır. Elektron məlumat daşıyıcısına baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin video görüntüdə qeydə alınmış şəxsin özünün olduğunu, görüntünün qeydə alındığı 24 yanvar 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən üstünə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı 24 yanvar 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı evin yaxınqlığında olan Quüdyalçay çayının kənarındakı zibillikdən polietilen torbanın içərisində yerdən taparaq şəxsi istifadəsi üçün əynindəki gödəkçənin altında saxladığı narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etdiyini etiraf etmişdir.( cild1, iş vərəqə 47-48) "Şəxsi axtarış aparılması haqqında", “ Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş verilmiş məhkəmə- tibbi ekspertizasının 04 dekabr 2021-ci il tarixli, 1162 nömrəli rəyinə əsasən 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ dirsəkdə dişlənmiş yara kimi, küt əşyanın (ola bilsin ki, dişlərin), sağ biləyin arxa səthində kəsilmiş yara kimi, kəsici əşyanın təsirindən törənməklə, yetirilmə müddəti 04 dekabr 2021-ci il tarixə uyğun gələn, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilən və dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər olmuşdur. ( cild 2, iş vərəqə: 4) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə- trasoloji ekspertizasının 15 dekabr 2021-ci il tarixli, 3/2032 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir.( cild 2, iş vərəqə 31-33) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 30 dekabr 2021-ci il tarixli, 9/8962 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında yararsız vəziyyətdə mis əsaslı ərintidən hazırlanmış naqilin metal qırıntı kimi 1 kiloqramının 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 13,50 manat müəyyən edilir. ( cild 2, iş vərəqə 35-37) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 mart 2022-ci il tarixli, 1066 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 2, iş vərəqə 74-75) Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən 15 sentyabr 2021-ci il və 12 noyabr 2021-ci il tarixlərdə Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən «Şəxsiyyətlər» parkının ərazisindən oğurlanmış və sonradan müəyyən edilərək götürülmüş zərər çəkmiş Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə məxsus 132 metr ölçüdə dörd fazalı mis tərkibli elektrik naqili və 01 ədəd 7,5 Kvt-lıq su motorunun, habelə Təqsirləndirilən şəxs elektrik naqillərini kəsmək üçün istifadə etdiyi 01 ədəd mətbəx bıçağı 23 aprel 2022-ci il tarixdə iş üzrə maddi sübut hesab edilmiş, həmin elektrik naqilinin və su motorunun qeyd olunan idarənin nəzarətçisi Şahid4 qaytarılmışası nəzərə alınmış, 01 ədəd mətbəx bıçağı isə müvafiq qaydada qablaşdırılıb möhürlənmiş vəziyyətdə Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. ( cild 2, iş vərəqə 152-178) Cinayət işi üzrə maddi sübut kimi tanınmış 04 dekabr 2021-ci il tarixdə hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs Həzrət qulu oğlunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 21 saylı X8rajından oğurlamaq istədiyi bir neçə hissədən ibarət mis tərkibli kabellər və hadisə zamanı istifadə etdiyi 01 ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı 29 dekabr 2021-ci il tarixdə Xaçmaz st. X22 İstintaq və Təhqiqat Qrupunun baş müstəntiqi, polis kapitanı X11 tərəfindən iş üzrə maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Xaçmaz st. X22 anbarına təhvil verilmişdir. ( cild 2, iş vərəqə 39) Cinayət işi üzrə maddi sübut kimi tanınmış 24 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 450,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, habelə 24 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə dair video görüntülər köçürülmüş 01 ədəd CD disk 26 yanvar 2022-ci il tarixdə iş üzrə maddi sübut hesab edilmiş, narkotik vasitə qurudulmuş marixuananın 0,05 qramının tədqiqata sərf edilməklə istifadə olunması, habelə 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, qalan 449,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana 01 (bir) ədəd kağız paketə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (cild 1, iş vərəqə 67) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən, Xaçmaz rayon Məhkəməsindən alınmış 25 fevral 2011-ci il tarixli, 1(67)-14/2011 nömrəli hökmün və Sumqayıt Apellyasiya Məhkəməsindən alınmış 19 may 2011-ci il tarixli, 1(105)-125/2011 nömrəli qərarın surətlərindən surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 25 fevral 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsimndə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 03 (üç) il azadlıqdan məhrum etmə, 01 (bir) il şərti sınaq müddəti cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 may 2011-ci il tarixli qərarı ilə Xaçmaz rayon Məhkəməsinin 25 fevral 2011-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 70-ci maddəsi hökmdən xaric edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 10 (on) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli, 2626 saylı əfv fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və əməllərində cinayətlərin residivi yoxdur.( cild 1, iş vərəqə 138-139; cild 2, iş vərəqə 99-102; 118-120) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz MKTİ tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 12 ünvanında yaşamışdır. Yaşadığı müddət ərzində onun barəsində Xaçmaz MKTİ-nə heç bir şikayət daxil olmamışdır.( cild 2, iş vərəqə 60-61) İş materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən təqdim edilmiş ərizələrdən görünür ki, onlar təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkçəmiş şəxsə bıçaqla yox, dəmir parçası ilə xəsarət yetirməsi hissəsində məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 181.2.2, 181.2.3, 181.2.5-ci maddələri ağır cinayətlər kateqoriyasına, CM-nin 177.2.2, 177.2.3-2-ci maddələri və 234.1-ci maddəsi ilə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 23-cü bəndinə əsasən özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahısına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2, 181.2.2, 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2, 181.2.2, 181.2.3, 181.2.5 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.14-cü maddələrinə əsasən barışıq əldə olunmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi təsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 dekabr 2021-ci il tarixdə “şəxsin tutulmadan azad olunması haqqında” qərarla tutulmadan azad olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 119-121) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 yanvar 2022-ci il tarixdən hesablanmalı və 04 dekabr 2021-ci il tarixdən 05 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində qismində tutularaq həbsdə saxlandığı 01 (bir) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan –449,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd mətbəx bıçağı və Xaçmaz st.XPŞ- nin anbarında saxlanılan 01 ədəd mətbəx bıçağı məhv edilməli, bir neçə hissədən ibarət mis tərkibli elektrik naqili zərərçəkmiş hüquqi şəxsə geri qaytarılmalı, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan 132 metr ölçüdə mis tərkibli elektrik naqili və 01 ədəd su motorunun Xaçmaz Kommunal Təsərrüfatı İdarəsinin işçisi Şahid4 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 302,7(üç yüz iki manat yetmiş qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2, 181.2.2, 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 177.2.2, 177.2.3-2-ci maddələri ilə 02 il (iki) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 181.2.2, 181.2.3, 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CMnin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 dekabr 2021-ci il tarixdən 05 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində qismində tutularaq həbsdə saxlandığı 01 (bir) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 09 il 11 ay 29 gün (doqquz il on bir ay iyirmi doqquz gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 24 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olaraq Xaçmaz RPŞnin maddi sübutları saxlama otağında saxlanılan –449,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd mətbəx bıçağı və Xaçmaz st.XPŞ- nin anbarında saxlanılan 01 ədəd mətbəx bıçağı məhv edilsin, bir neçə hissədən ibarət mis tərkibli elektrik naqili zərərçəkmiş hüquqi şəxsə geri qaytarılsın, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan 132 metr ölçüdə mis tərkibli elektrik naqili və 01 ədəd su motorunun Xaçmaz Kommunal Təsərrüfatı İdarəsinin işçisi Şahid4 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 302,7(üç yüz iki manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-120/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-120/2023
16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver