Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-120/2024 27.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1, eləcə də təqsirləndirilən şəxslərin özlərinin iştirakları ilə, 19 avqust 2004-ci Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Hökməli qəsəbəsi Koroğlu küçəsi ev 3-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə, xx xxxxxx 1981-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Quba rayonu İİ Nügədi kəndindində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “Qurtuluş 93” y\m., ev 98Ş, mənzil 67-də faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə, xx xxxxxx 1986-cı ildə Özbəkistan Respubilkasının, Kaşkayarin Vilayəti, Kaşan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Bədirqala kəndində qeydiyyatda olan, Abşeron rayonu Məhəmmədi kəndi yeni tikilmiş binada faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında narkotik vasitələrin satışını təşkil etmək üçün cinayət əlaqəsinə girmişlər. Bu məqsədlə, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə istifadəsində olan “Samsung Galaxy A40” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onlarla razılaşaraq şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı 25 avqust 2022-ci il tarixdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1 siyahısına daxil olan külli miqdarda - 1016 qram çəkidə narkotik vasitə olan heroini Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Zəngəzur” restoranının yanına gətirib orada olan ağacın altında gizlətməklə yerləşdirərək həmin bükümün və yerin fotoşəkillərini Təqsirləndirilən şəxs1 istifadəsində olan “Samsung Galaxy A40” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının göndərdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmək üçün Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq həmin külli miqdarda, yəni 1016,0 qram narkotik vasitə olan heroini birlikdə əldə etmək barədə razılığa gəldikdən sonra, həmin ünvana getmək üçün Xırdalan dairəsindən onların cinayətkar niyyətindən məlumatsız taksi fəaliyyəti ilə məşğul olan X4 məxsus olan “Hyundai İ30” markalı, **-HB- *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək birlikdə qeyd olunan Sumqayıt şəhəri 17ci mikrorayon “Zəngəzur” restoranın yanına getmiş, yolda olarkən telefonunda nasazlıq olduğundan orda olan narkotik vasitənin şəklini və qoyulduğu yerin kordinatlarını Təqsirləndirilən şəxs3 istifadəsində olan “Samsung Galaxy A40” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, həmin ünvana çatdıqdan sonra aralarında olan qabaqcadan razılaşdırılmış rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs3 və R.Rafikoviç isə avtomobildən düşərək Təqsirləndirilən şəxs3 istifadəsindəki mobil telefondan istifadə etməklə Zəngəzur restoranının ətrafına göz gəzdirmiş, sonra saat 22.00-də Təqsirləndirilən şəxs2 qeyd olunan çəkidə narkotik vasitə olan heroini gizlədilmiş yerdən götürərək əldə edib daşımaqla üzərində saxlamış, həmin tarixdə, saat 22.05-də Sumqayıt ŞPİ-in NMB-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2la birlikdə saxlanılarkən Təqsirləndirilən şəxs1 polis əməkdalarından yayınaraq hadisə yerindən qaçmış, lakin Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2la birlikdə Sumqayıt ŞPİ-nə gətirilmiş və orada birlikdə əldə etmiş olduqları 1 ədəd qarışıq rəngli sellofan torbaya bükülmüş ümumi təmiz çəkisi 1016,0 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 təxminən 6-7 ay idi ki, tanıyırdı. Təqsirləndirilən şəxs2 tanımırdı. Bəzən Təqsirləndirilən şəxs3 ilə birgə narkotik vasitə istifadə edirdilər. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs3 saxladıqları gün onlar 7 qram narkotik vasitə götürmək üçün getmişlər. Onlar 2022-ci ilin oktyabr ayının 25 yaxud 26-da təqribən saat 21:00-22:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində görüşmüşlər və Sumqayıt şəhərinə getmişlər. Həmin gün Təqsirləndirilən şəxs2 da onlarla birlikdə gəlmişdir. Təqsirləndirilən şəxs3 7 qram miqdarında narkotik vasitə olduğunu o demişdir. Lakin, sonradan təxminən 1 kiloqram miqdarında narkotik vasitə qoyulduğunu öyrənmişdir. İran İslam Respublikasının vətəndaşı olan şəxslə o danışmışdır. Onunla təqribən 2-3 ay danışmışdır. Əvvəllər narkotik vasitə satışını həyata keçirmişdir. Hətta Təqsirləndirilən şəxs3la birlikdə əvvəl də başqa şəxslərə narkotik vasitə vermişlər. Lakin, buna görə hər hansı məbləğdə pul almamışlar. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, əsl adı Mehriban olsa da hamı onu “Nara” kimi tanıyır. Narkotik vasitə aludəçisi olmaqla bir müddətdir ki, heroin, metamfetamin və marixuanadan istifadə edir. Xaqani adlı şəxsi təxminən 6-7 ay olar ki tanıyır onun narkotik vasitə qəbul etdiyini bildiyini, eləcədə oda onun narkotik qəbul etdiyini bildiyini göstərmişdir. xx.xx.2022-ci il tarixdə istifadəsində olan mobil telefon vasitəsi ilə sosial şəbəkədə tanış olduğu iran vətəndaşı olan adım Mohsen kimi bildirdiyi şəxs ilə Votcap vasitəsi ilə danışan zaman o, Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən Zəngəzur restoranının yaxınlığında qarışıq rəngli sellofan torbada bir bağlama narkotik vasitə atdığını və narkotik vasitəni atan şəxslə əlaqə saxlaya bilmədiyini deyərək həmin narkotik vasitəni oradan götürə biləcəyini soruşan zaman ondan orada nə qədər narkotik vasitə olduğunu soruşduqda, o, cavab olaraq orada təqribən 700-800 qram narkotik vasitə olan heroin olduğunu, bir azda Metamfetamin olduğunu dediyini, həmin narkotik vasitəyə görə nə qədər pul ödəyəcəyini ondan soruşmaqla pulunun biraz az olduğunu ona dediyini, o, “ilkin olaraq 120 manat verərsən, qalan pulu isə narkotik vasitəni satdıqdan sonra verərsən” dediyindən onunla razılaşdığım göstərmişdir. Bundan sonra istifadəsində olan ***-***-**-** telefon nömrəsiylə tanışı Xaqaninin istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək, Sumqayıt şəhərində tanışı olan İran vətəndaşı satmaq üçün narkotik vasitə atdığını və onu oradan götürmək lazım olduğunu dedikdə, o götürəcəyi narkotik vasitədən ona verib verməyəcəyini soruşduqda ona narkotik vasitə verəcəyini dedikdə razılaşmışdır. xx.xx.2022- ci il tarixdə onunla görüşmək qərarına gəldiklərini və telefonda razılaşdığı kimi saat təqribən 20 radələrində Bakı Sumqayıt yolunun üzərində yerləşən Xırdalan dairəsi adlanan yerdə Xəqani ilə və sonradan adının Raci olduğunu bildiyi şəxslərlə görüşdüklərini və həmin vaxt Xəqani Racini dostu kimi təqdim etdiyini və narahat olmamasını bildirdiyini göstərmişdir. Bu zaman Xəqani ilə dayanacaqın arxasına keçdiklərini və Xaqaniyə olanlar barədə dedikdə və telefonunun zaryatkası bitmək üzrə olduğundan, İranlı tanışım atmış olduğu “konumu” ünvanı və həmin ünvanın şəklini Xaqaninin mobil nömrəsinə votçap vasitəsi ilə atdığını bildirmişdir. Ondan sonra hər üçü orada olan taksi maşınına yaxınlaşıb ona Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində yerləşən “Zəngəzur” restaranına gedib qayıtmaq lazım olduğunu dedikdə o, “problem yoxdu apararam ancaq sizdən 20 manat zəhmət haqqı alacağam” dedikdə onunla razılaşarak avtomobilin arxa oturacağında Xaqani ilə əyləşdiklərini, Raci isə qabaq oturacagda oturmaqla, Xaqani ilə yolda narkotik vasitənin yerləşdiyi üvan barədə sakitcə söhbət edirdiklərini göstərmişdir. Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən “Zəngəzur” restoranının yanına çatan zaman Xaqaniyə ünvanın ora olduğunu deməklə sürücüyə, avtomobili saxlamasını demiş, sürücü avtomobili saxladıqdan sonra Rac ilə Xəqani birlikdə avtomobildən aşağı endiklərini, həmin vaxt saat 22 olduğu və Xəqani ona “ sən maşında otur biz indi gəlirik” dediyindən maşında oturub onları gözləmişdir. Orada təqribən onları orada l saata yaxın taksi sürücüsü ilə gözlədiklərini və onların gəlmədiyini görüb, onlar narkotik vasitəni götürüb oradan qaçıb getdiklərini düşünüb əsəbləşərək oradan gəldiyi taksi maşını ilə çıxıb getmişdir. Həmin vaxt Xaqaninin telefonuna zəng etmiş o, telefona cavab vermədiyini və xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-dən zəng olunarq Sumqayıt şəhər Pİ-nə çağırdıqları üçün, etiraz etməyərək Sumqayıt ŞPİ-nin İŞ-nə gəlmişdir. Polisdə Xəqani ilə Racinin həbs edildiyini bilmişdir. Eyni zamanda 3 nəfər İran İslam respubilkasının vətəndaşı olan İnsta, Babək və Mohsen adlı şəxslərlə sosial şəbəkə və tanışları vasitəsi ilə tanış olduğunu, İnsta və Möhsin adlı şəxslərdən narkotik vasitə sifariş etmişdir. Ən cox Möhsin adlı şəxsdən narkotik vasitə sifariş etmişdir. Həmin narkotik vasitədən özü, Xəqani və Raci istifadə etmək üçün, qalan hissəsini isə satmaq məqsədi ilə sifariş verdiyini bildirmişdir. (Cild 2, iş vərəqləri 158-161) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü elan edilmiş ittiham üzrə təqsirli bilmyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 5 il idi ki, tanıyırdı. Onunla arabir görüşüb marixuana növündə narkotik vasitə istifadə etmişlər. Bir gün Təqsirləndirilən şəxs2la yenidən görüşüb marixuana növündə narkotik vasitə istifadə etmək barədə razılığa gəlmişlər. Onunla Bakı şəhəri, “Neftçilər” metrostansiyası yaxınlığında görüşmüşlər. Təqsirləndirilən şəxs2la birlikdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə gəlmişlər. Təqsirləndirilən şəxs1 ona zəng edərək Sumqayıt şəhərinə getmək üçün yol pulu istəmişdir. O da ona işdə olduğunu, işdən çıxdıqdan sonra onunla əlaqə saxlayacağını demişdir. Təqsirləndirilən şəxs1 ona Abşeron rayonu, Xırdalan şəhərinə gəlməyini bildirmişdir. Orada Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs2 da onunla gəlmiş və Təqsirləndirilən şəxs1 ilə söhbət edərkən, Təqsirləndirilən şəxs2 kənarda dayanmışdı. Təqsirləndirilən şəxs1 telefonunun batereya enerjisinin bitdiyini qeyd edərək, narkotik vasitənin qoyulduğunu ünvanı və onun şəklini ona göndərmişdir. O da həmin ünvanı taksi sürücüsünə göndərmişdir. Onlar Sumqayıt şəhəri, Zəngəzur adlı restoranın yaxınlığına çatdıqda, Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobildən düşmüşlər və ünvanın göstərildiyi yerə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 avtomobildə qalmış və avtomobildən düşməmişdir. Qeyd olunan ünvanda narkotik vasitəni axtararkən o ətrafdakı şəxslərdən şübhələnmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ilə aralarında təxminən 5 metr məsafə olmuşdur. Birdən ətrafdakı şəxslərin Təqsirləndirilən şəxs2 yaxınlaşdıqlarını görmüş və dərhal oradan qaçmağa başlamışdır. Təqribən 40 dəqiqə sonra polis əməkdaşları onu saxlamışlar. Onu Təqsirləndirilən şəxs2 yanına gətirdiklərində Təqsirləndirilən şəxs2 əl qandalı tətbiq etmişlər və təxminən 1 kiloqram narkotik vasitəni onun qarşısına qoyub həmin vasitələrin ona məxsus olduğunu bildirmişlər. Ona Təqsirləndirilən şəxs1 Sumqayıt şəhərinə gedib-qayıtmaq üçün pul istədiyini bildirərək, onunla Abşeron Rayonu, Xırdalan şəhərinə gəlməsini təklif etmiş və gəlmişlər. Təqsirləndirilən şəxs1 ilə birlikdə Sumqayıt şəhərinə getməyinin səbəbi onun mobil telefonunun batereya enerjisinin bitməsi olmuşdur. Ona məxsus bank kartı mövcuddur, lakin o, bank kartı vasitəsilə pul köçürməsini həyata keçirə bilmir. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respubilkası CM-in 234.4.1, 234.4.3 və 234.4.4-cü maddəlləri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Nara” (Mehriban) adlı qadınla bir məclisdə tanış olmuş və onunla arada vhatsapp vasitəsi ilə əlaqə saxlamışdır. “Nara”( Mehriban) kimi tanıdığı tanışı xx.xx.2022-ci il tarixdə zəng edərək Sumqayıt şəhərində əmanəti olduğunu bildirmişdir. Ondan əmanətin nə olduğunu dedikdə o, ehtiyacı olduğu narkotik vasitə olduğu və ona həmin narkotiki Sumqayıt şəhərində verəcəklərini bildirmişdir. Ondan vhatsapp vasitəsi ilə orada “cola” (heroin) olduğunu soruşduqda o, cavab olaraq bəli olacaq dediyini göstərmişdir. Eyni zamanda Raci adlı şəxsi uzun müddətdir ki, tanıdığını, onu Abşeron rayonu ərazisində usta işlədiyi vaxtdan tanımaqla, onunla tez-tez əlaqə saxlayaraq görüşdüklərini bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, Raci mobil telefon vasitəsi ilə zəng edərək görüşmək istədiyini eyni zamanda narkotik vasitə olan marixuana istədiyini bildirdiyini və ona istdədiyinin olacağını bildirmiş və həmin vaxt özü Sabunçu rayonu ərazisində usta işlədiyi yerdə olubdur. Raci ilə əlaqə saxlayaraq Xırdalan dairəsinə gəldiyini və onunla orada təxminən 20 radələrində görüşdüklərini, həmin vaxt tanışı “nara” zəng edərək Sumqayıta əmanətini -yəni narkotik vasitəni götürmək üçün getmək lazım olduğunu bildirdiyi ücün ona Xirdalan dairəsində olduğunu bildirmiş və o, görüşməkdən ötrü Xırdalan dairəsinə gəlmişdir. Naram (Mehribanı) Raci tanımadığını və ilk dəfə orda onu gördüyünü bildirmidir. Dayancaqda olan zaman nara gələrək, taksi sifariş etmiş, taksi gələnədək ondan narkotik vasitə olan marixuananın kimin tərəfindən gətirildiyini soruşanda o, narkotiki iranlı tanışı Sumqayıt şəhərinə atdığım və telefonu sönəcəyi üçün narkotik vasitənin yerləşdiyi yerin “konumu” və yerin şəklini votcap vasitəsi ilə onun mobil telefonuna atdığını, bundan sonra ora gələn taksi avtoınobiliə arxa tərəfdə Narayla birlikdə oturduqlarını, Raci isə qabaq oturacaqda orturmaqla təxminən saat 22:10 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən «Zəngəzur» restoranının yaxınlığına gəldiklərini və Nara taksidə qaldığını və o, Raci ilə avtomobildən düşərək Naramn telefonuna atdığı konumu yəni ünvanı axtarmağa başlamışlar. Şəkil ilə ərazini tapdıqlarını və Raci həmin şəkildəki ünvanda olan sellofanı götürərək, avtomobilə tərəfə gedən zaman polis əməkdaşları onlara yaxınlaşıb Racini saxlamışlar və özü polisləri gördüyündən qorxuya düşərək oradan qaçmış, həmin vaxt polis işcilləri tərəfindən tutuaraq saxlanılmışdır. Polis əməkdaşları narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib Pİ-nə dəvət etdikləri ücün etiraz etməyərək polislər ilə birlikdə, Pİ-nə gəldiklərini və vəkilin iştirakı ilə və videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildiyini və üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübüt saxlamadığını bildirdiyini, bundan sonra üzərinə şəxsi axtarış davam etdirilən zaman üzəridən qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübüt aşkar edilmədiyini göstərmişdir. Sorğu zamanı tanışı “Nara” adlı bir nəfər xanımın xahişi ilə onunla Xırdalan dairəsi ərazisində görüşdüyünü, daha sonra həmin xanımın mobil telefonu sönəcəyi üçün telefonuna ünvan yolladığını, daha sonra həmin ünvana getdiklərini, həmin ünvana tanışı Raci ilə birlikdə getdiyini, ünvana çatdıqda taksidən Raci ilə birlikdə endiyini daha sonra ətrafı gəzərək, orada Raci ilə birlikdə yerdən götürdüklərini, daha sonra oradan uzaqlaşdığları zaman polis əməkdaşları Racini saxladığım və həmin vaxt oradan uzaqlaşmaq istəsədə, polis əməkdaşları tərəfindən saxlandığını bildirmişdr. Üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş ***- ***-**-** nömrə ilə işləyən Samsung A3 mobil telefon Unibanka aid bank kartı əhəmiyyət kəsb etdiyindən xüsusi qaydada qablaşdırılıb götürüldüyünü göstərmişdir. (Cild 2, iş vərəqləri 139-142) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, onlar Təqsirləndirilən şəxs3la arabir görüşüb marixuana növündə narkotik vasitə istifadə edirdilər. 25 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 zəng etmişdir. Həmin gün də onunla bu barədə razılaşmışlar. O, sadəcə marixuana növündə narkotik vasitə istifadə edirdilər. Digər heç bir növdə narkotik vasitə yaxud psixotrop maddə istifadə etmirdilər. Təqsirləndirilən şəxs3la görüşdükdən sonra onunla Abşeron rayonu, Xırdalan şəhəri ərazisində, Xırdalan dairəsi deyilən yerə gəlmişlər. Orada Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 ilə Sumqayıt şəhərinə getmək barədə danışmışlar. O da onlarla gedəsi olmuşdur. O, taksi avtomobilində qabaq oturacaqda əyləşmişdir. Sumqayıt şəhərində Zəngəzur adlı restoranın yaxınlığında narkotik vasitəni axtaran zaman polis əməkdaşları gəlmişlər. O, əslində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Sumqayıt şəhərinə getmək istəmirdi. Onlar taksi sifarişini Sumqayıt şəhərinə getdikdən sonra geri dönüşü ilə birlikdə verdikləri üçün onlarla getmişdir. O, Təqsirləndirilən şəxs1 marixuana növündə narkotik vasitə təşkil edəcəyini bilirdi. Həmin vaxt onun cibində 10 manat məbləğində pul olmuşdur. Narkotik vasitənin pul müqabilində veriləcəyi təqdirdə şəxsi istifadəsi üçün almağı düşünürdü. Onun Təqsirləndirilən şəxs1 ilə ünsiyyəti olmamışdır. O, Sumqayıt şəhərinə şəxsi istifadəsi üçün marixuana növündə narkotik vasitə götürmək üçün getmişdir. Götürüləcək narkotik vasitənin miqdarını bilmirdi. Sumqayıt şəhərindən qayıtdıqdan sonra narkotik vasitənin ona hədiyyə yoxsa pul müqabilində veriləcəyini biləcəkdi. Məhkəməyədək icraat zamanı ifadəni təzyiq altında vermişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, Təqsirləndirilən şəxs3 3-4 ildir ki, tanıyır və onunla Abşeron rayonu ərazisində usta işləyən zaman tanış olmuşdur. Xaqani ilə tez tez görüşüb söhbətləşmişn və hər ikisi narkotik vasitə olan marixuanadan istifadə etdiklərini və narkotik vasitəni Xaqani təşkil etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə işdən çıxıb evə gəldikdən sonra Xəqaniyə zəng edərək görüşmək istədiyini, eyni zamanda narkotik vasitəyə ehtiyacının oduğunu bildirdikdə o, istədiyi narkotik vasitəni verəcəyini, bunun üçün Sumqayıt şəhərinə getmək lazım olduğunu dediyindən saat 20 radələrində Sumqayıt şəhərinə getməkdən ötrü Abşeron rayonu Xırdalan dairəsi deyilən yerdə görüşdüklərini bildirmişdir. Həmin vaxt Xəqani bir nəfərə zəng etdikdən sonra ora “Nara” (Mehriban) kimi məlum olan bir xanım gəldiyini və onlar Sumqayıt şəhərinə birlikdə getmək istədiklərini bildirdiyini və taksi sifariş verdiklərini göstərmişdir. Taksi gələnədək onlar dayanacaqın arxa hissəsində söhbətləşməyə başladıqlarını, bundan sonra ora markasını xatırlamadığı taksi gəldiyini və taksinin ön oturacağında əyləşdiyini, Nara ilə Xaqani isə arxa oturacaqda oturduqlarını bildirmişdir. Onların arxada söhbətləşdiyini və narkotiklə bağlı asta səslə söhbət etdiyini eşitdiyini, ancaq konkret olaraq nə məzmunda danışdıqlarından xəbəri olmadığını, təqribən saat 22 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayon Zəngəzur restoranın yanına çatdıqlarını göstərmişdir. Sonra Xaqani ilə avtomobildən düşdüklərini və Xaqani telefonunda olan “konumu” və narkotik vasitənin atildiği yerin şəklini axtarmağa başladığı) və həmin yerə çatan zaman Xaqaniyə burda böyük bir bağlama var dedikdə, o həmin bağlamanı götürməyi bildirdiyindən həmin bağlamanı götürərək ona avtomobil tərəf gedərkən ona bağlamanın içərisində ağır çəkili narkotik olduğunu dedikdə o, məlumatlı olduğunu deyərək avtomobilə tərəf deyil dairəyə tərəf hərəkət etməyə başladıqlarını və onunla hərəkət edən zaman bir neçə nəfər şəxs yaxınlaşaraq özlərinini polis əməkdaşı kimi təqdim etməklə yaxınlaşarkən narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirən zaman Xaqani qaçsa da onuda saxlanıldığını göstərmişdir. Polislər tərəfindən Pİ-nə dəvət edildikləri üçün etraz elməmişlər və idarədə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyim təklif edilən zaman sağ əlində saxlamış olduğu 1 ədəd qarışıq rəngli sellofan torbanı təqdim etdiyini və həmin sellofan torba tərəfindən açılan zaman içərisində 1 ədəd qara rəngli sellofan bağlamanın olduğu müəyyən edildiyini, həmin bağlama açılan zaman isə bağlamanın içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən olunduğunu göstərmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni dostu Xaqani ilə birlikdə əldə etdiyini, həmin gün onunla Xırdalan şəhəri, Xırdalan dairəsi adlanan ərazidə görüşdüyünü, həmin vaxt Xaqaninin yanında 1 nəfər qadının da olduğunu, daha sonra Xaqaninin təklifi ilə Sumqayıt şəhərinə narkotik vasitə götürümək Uçtin getməyi, qarşılığında istifadə etməyim üçün narkotik vasitə olan “nəşə” verəcəyini dediyi üçün Xaqani və tanışı “Nara” adlı qadın ilə birlikdə Sumqayıt şəhər ərazisinə gəldiyini, Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində taksidən Xaqani ilə birlikdə enərək narkotik vasitə olan “nəşə” olacağını güman etdiyi narkotik vasitəni götürüb oradan uzaqlaşmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını göstərmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş qəhvəyi rəngli toz halında maddə tərəzidə çəkilən zaman həmin maddənin çəkisi 1,120 kiloqram olduğu müəyyən edildiyi və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-ııin 124 saylı möhürü ilə möhürləndiyini bildirmişdir. Saxlanılarkən, ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etmədiyini, heç bir hüququ pozulmadığını bildirmişdir. (Cild 2, iş vərəqləri 120-123) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 25 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən Zəngəzur adlı restoranın yaxınlığında Təqsirləndirilən şəxs2 görmüş, yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 da onun yanında olmuşdur. Onlar Təqsirləndirilən şəxs2 daxil olmuş məlumatı bildirib, onları Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. Sumqayıt Şəhər Polis İdarəsinin xidməti otaqlarının birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, şəxsi axtarışa başlamazdan öncə saxlanılan şəxslərə üzərlərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etmələri təklif edilmişdir. Təqsirləndirilən şəxs2 külli miqdarda heroin növündə narkotik vasitə təqdim etmişdir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 yanında olmuşdur. Onun üzərindən heç bir qanunsuz vasitə aşkar olunmamışdır. X11 saxlanılmışdır. Təqsirləndirilən şəxs3 isə qaçmışdır. Onu sonradan saxlamışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanılmaları zamanı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirərək ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında o, Şahid2, Şahid1 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən Zəngəzur adlı restoranın yaxınlığında Təqsirləndirilən şəxs2 gördük, yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 da onun yanında olmuşdur. Onları Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. Sumqayıt Şəhər Polis İdarəsinin xidməti otaqlarının birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, şəxsi axtarışa başlamazdan öncə saxlanılan şəxslərə üzərlərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etmələri təklif edilmişdir. Təqsirləndirilən şəxs2 külli miqdarda heroin növündə narkotik vasitə təqdim etmişdir. Təqsirləndirilən şəxs1 adlı şəxsin saxlanılmasında o iştirak etməmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə bağlı əməliyyat məlumatını əməliyyat qrupunun rəhbəri əldə etmişdir. Ona görə də, əməliyyat məlumatın kim barəsində daxil olduğunu bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin məsul növbətçisi Şahid4 ifadəsində göstərdi ki, 25 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən Zəngəzur adlı restoranın yaxınlığında Təqsirləndirilən şəxs2 görmüş, yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 da onun yanında olmuşdur. Təqsirləndirilən şəxs3 qaçmağa cəhd etmiş, lakin onu saxlamışlar. Onlar Təqsirləndirilən şəxs2 daxil olmuş məlumatı bildirib, onları Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. Sumqayıt Şəhər Polis İdarəsinin xidməti otaqlarının birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, şəxsi axtarışa başlamazdan öncə saxlanılan şəxslərə üzərlərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etmələri təklif edilmişdir. Təqsirləndirilən şəxs2 təxminən 1 kiloqram miqdarında heroin növündə narkotik vasitə təqdim etmişdir. Təqsirləndirilən şəxs3 üzərindən narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanılması əməliyyatında ondan başqa Şahid2, Şahid1 və Şahid3 da iştirak etmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin Narkotiklərlə MB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində Raci adlı şəxsin qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə məlumat daxil olmuşdur. Rəhbərlik etdiyi bölmə tərəfindən Raci əməliyyat tədqiqinə götürülmüş və müəyyən edilmişdir ki, Raci adlı şəxs xx.xx.1986-cı ildə X1 vilayəti, Kaşan şəhərində anadan olmuş, Quba rayonu, Bala Qusar ərazi dairəsi Bədirqala kəndində qeydiyyatda olan və Abşeron rayonu, Məhəmmədi kəndində müvəqqəti yaşayan Təqsirləndirilən şəxs2dir. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və qrupa rəhbərliyi özü etmişdir. Qrupun üzvləri isə NMB-nin əməliyyat müvəkilli Şərail Quliyev, NMB-nin əməliyyat müvəkilli polis kapitanı Şahid3, NMB-nin əməliyyat müvəkkili Şahid4, ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Elsevər Quliyev, ŞPİ-nin KTB-nin krimnalisti, polis mayoru, Elnur Qocayevi təyin etmişdir. xx.xx.2022-ci il tarixində saat 22:10-da Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində yerləşən Zəngəzur Restoranının yaxınlığında Təqsirləndirilən şəxs2 saxlanılmış həmin vaxt onun yaxınlığında olan sonradan şəxsiyyəti bəlli olan X7 qaçıb oradan uzaqlaşmaq isdədikdə onuda saxlamaqla onlara, özlərini təqdim etməklə onlara, narkotik vasitəllərin qanunsuz olaraq əldə edib, üzərinizdə saxlamaq və satmaqda şübhəli bilinmələri deyilərək, ona görədə birlikdə polis idarəsinə gəlməli olduğu deyilmiş onlar etiraz etmədiyini üçün Sumqayıt ŞPİ-nə gətirilmişlər. Polis idarəsində xidməti otaqların birində, Sumqayıt ŞPİ-nin KTB-nin inspektoru-krimnalist polis mayoru Elnur Qocayev tərəfindən vidio çəkliş aparılmaqla vəkil Müdafiəçi3 iştirakı ilə əvəlcə Təqsirləndirilən şəxs2 üzərmə şəxsi axtarış keçirildiyini, axtarış keçirilməzdən əvvəl Sumqayıt ŞPİ-nin baş təhqiqatçısı polis mayoru Elsevər Quliyev özünü və hüquqları barədə bildirişi təqdim etdiyini, eyni zamanda onun hüquqlarını müdafiyyə edəcək Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 təqdim etmişdir. Polis əməkdaşlarıda özlərini təqdim etməklə, E.Quliyev Təqsirləndirilən şəxs2 ona saxlama səbəbini hüquq və vəzifələri ilə tanış etdyini və vəkilinə etiraz etmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunmuş, oda sag əlində saxladığı qarışıq rəngdə olan sellofan torbanı təqdim etmişdir. Sellofan torba açılan zaman bağlamanın işərisində bir ədəd qara rəngli sellofan bağlamanın olması müəyyən edildiyini və həmin bağlama açılan zaman içərisində qəhfəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan “Heroin”-nə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 torbadan aşkar edilən maddə narkotik vasitə olduğu və dostu Xəqani ilə birgə əldə etdiklərini bildirmişdir. Belə ki, sorğu zamanı Təqsirləndirilən şəxs2 dostu Xəqani və Xəqaninin tanışı “Nara” adlı qızla Xırdalan dairəsində görüşüb, Xəqani ona Sumqayıt şəhərinə narkotik götürmək üçün getməyi təklif edərək ona da qəbul etmək üçün nəşə verəcəyini dedikdə etraz etməmiş və Xəqani və Xaqaninin tanışı Nara ilə taksi maşını ilə Sumqayıt şəhər 17-ci mikrorayon ərazisinə gəlmişlər, orada Nara maşında qalmış o, isə Xəqani ilə avtomobildən enərək ııarkotikin gizlədildiyi yerdən narkotik vasitəni götürüb oradan uzaqlaşmaq isdəyərkən, polis əməkdaşları tərəfindən saxlanılmışlar. Xəqani qaçmağa cəhd etsədə onunda polislər saxladığını, polislər özlərini təqdim edərək saxnanılma səbəbi izah edilməklə polis idarəsinə gətirilmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd “Fiy” markalı və üzərində ***-***-**-** mobil nömrəsi olan telefon aşkarlandığını və iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq təhqiqatçı tərəfindən götürüldüyünü, əlavə olaraq üzərindən 12 manat pul, şəxsiyyət vəsiqəsi, 3 ədəd bank kartı, 1 ədəd qara rəngli dəri pul qabı aşkar edilmiş, qeyd edilənlərdən başqa üzərində axtarış davam etdirilsədə digər hər hansı iş üçün əhmiyyət kəsb edən əşya aşkar edilməmiş, bundan sonra yuxarıda qeyd etdiyi polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs2la birlikdə saxlanılan Təqsirləndirilən şəxs3 üzərinə xidməti otaqların birində Sumqayıt ŞPİ-nin baş təhqiqatçıs Elsever Quliyev tərəfindən şəxsi axtarış keçirildiyini və şəxsi axtarış keçirməzdən əvvəl ona hüquqları barədə bildiriş verməklə hüquqlarının ırıüdafiyəçisi üçün Sumqayıt şəhər 1 saylı vəkillər bürosunun vəkili Mehdi Cəlalzadə təqdim edildiyi və onlarda özlərini təqdim etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs3 baş təhqiqatçı Elsevər Quliyev Sumqayıt ŞPİ-nə gətirilmə səbəbəbini izah etdi və bildirdi ki, üzərinə şəxsi axtarış keçiriləcək və qanunla qadağan edilmiş hər hansı əşya varsa üzərində polisə könüllü təqdim etsin. Təqsirləndirilən şəxs3 üzərində qanunla qadağan edilmiş hər hansı əşya olmadığını, şəxsi axtarış davam etdirildiyini və onun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilmədiyini göstərmişdir. Lakin onun üzərindən 1 ədəd Samsunq A3 markalı və üzərinə ***-***-**-** nömrəsi olan mobil telefon aşkar olunduğu və iş üçün əhmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürüldüyü, eyni zamanda 50 manat pulda aşkarlansa da özünə qaytarıldığını bildirmişdir. (Cild 2, iş vərəqləri 34-38) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan X5 ifadəsində göstərmişdir ki, “Hyundai İ30” markalı **-HB-*** dövlə qeydiyyat nişanlı avtomobil atasına məxsusdur və ona verilən sürmək üçün etibarnamə ilə idarə edir. İdarə etdiyi avtomobillə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Masazır istiqamətinə hərəkətdə olan zaman Xırdalan dairəsində bir nəfər şəxsin işarə verdiyini görüb avtomobilimi saxlamış və üç nəfər iksi kişi biri qadın olmqla avtomobilə əyləşmiş, onladan saqqalı və hündür boylusu Ön oturacaqda əyləşdi, adı mənə sonradan Xaqani kimi məlum olan şəxslə Nara adlı kiçik boylu arıq qız isə arxa oturacaqda əyləşmişdir. Xaqani Sumqayıt şəhərinə getməli olduğunu deyərək gedəcəyi ünvanın dəqiq yerini bildiklərini soruşduqda onlar Sumqayıtda olan ünvanı dəqiq bilmədiklərini lakin gedəcəyləri yerin konumunun olduğunu bildirdilər. Bundan sonra Xaqani özünə məxsus olan ***-***-**-** nömrəsindən istifadəsində olan ***-***-**-** nömrəsinə konumu watcap vasitəsi ilə göndərmiş və həmin istiqamətdə 20 manata gedəcəyini deyərək razılaşaraq yola düşmüşlər. Gedəcəkləri ünvan isə Sumqayıt şəhəri 17-ci mikrorayon Zəngəzur restoranının yanı idi. Nara ilə Xaqani arxa oturacaqda söhbətləşsələrdə Raci ümumiyyətlə danışmırdı. Qeyd edilən ünvana çatanda artıq saat 22 radələri idi. İlki olaraq Xaqani avtomobildən düşmüş Raci isə əyləşmişdi. X13 dedi ki, avtomobildən düşək ki, qız avtomobildə əyləşsin. Onlar avtomobildən düşdükdən 10-15 dəqiqə sonra Nara mobil telefonundan onlara yığmağa başlamış, lakin onlar telefona cavab verməmişdir. Bundan sonra Nara onun mobil nömrəsi vasitəsi ilə 5-10 dəfə Xaqaniyə məxsus olan mobil nömrəyə yığsada telefona cavab vermədiyi üçün Nara ağlamağa başlamış və o, Naram qeyd edilən ünvandan geri qaytarıb yaşadığı Hökməli qəsəbəsinə aparmışdır. Eyni zamanda onların həmin ünvana nə məqsədlə gəldiklərindən xəbərinin olmadığını bildirmişdir. (Cild 1, iş vərəqləri 188-190) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarışın keçirilməsi barədə” 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunmuş, o da sağ əlində saxladığı, içərisində heroinə bənzər maddə olan 01 ədəd selofan torbanı təqdim etmişdir. (Cild 1, iş vərəqləri 29-30) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarışın keçirilməsi barədə” 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilməsi zamanı sonuncunun üzərindən içərisində ***-***-**-** mobil nömrəsi olan Samsung A3 markalı mobil telefon, “Unibank”a aid bank kartı aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 77-78) “Şəxsi axtarışın keçirilməsi barədə” 25 oktyabr 2022-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 02 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 30 oktyabr 2022-ci il tarixli, taksi sürücüsü Müseyib Məmmədovun mobil telefonuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin telefondan taksi sürücüsü Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs3la yazışması üçün istifadə etmişdir. Belə ki, ***-***-**-** nömrəsindən ***-**-** nömrəsində narkotik vasitənin qoyulduğu yerin qeolokasiyası göndərilmiş, həmçinin saat 22-22-dən başlayaraq Təqsirləndirilən şəxs1 Müseyib Məmmədovun telefonundan Təqsirləndirilən şəxs3 telefonuna “taksidə qalmışam, hardasız, taksi çıxıb getməlidi, Xaqani” spzləri yazılmışdır. (Cild 1, iş vərəq 191) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 31 oktyabr 2022-ci il tarixli, Təqsirləndirilən şəxs3 mobil telefonuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin telefondan +**********53 nömrəsi ilə İran İslam Respublikasının vətəndaşı ilə yazışma mövcud olmuş və Təqsirləndirilən şəxs1 25 oktyabr 2022-ci il tarixdə saat 21:38-də həmin nömrəyə “Votsap” tətbiqi vasitəsi ilə “ Qardaşım mənəm Nara zaretkam yoxdu, telefon söndü 10 dəqiqəyə ordayam”, “dəqiq ordadı mal?” kimi sözlər yazılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6201 saylı rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş üzərində Azərbaycan Respubilkası DİN Zərflər üçün №-!i dairəvi möhür əksi, «Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs2 “Yazısı və imzalar olan baglamadakı təmiz çəkisi 1016,0qram (1kq 16qr) qəhfəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və tədqiqatdan sonra 1015,8 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqləri 38-42) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 475 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Rafıqoviçdə kannaboidlərdən istifadəsi haalar olub. Narkomaniya xəstəliyinin əlamətləri akar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 61-62) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 484 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 kannaboidlərdən istifadəsi halları olub. Narkomaniya xəstəliyinin əlamətləri akar olunmur, Narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 63-64) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7689 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorlarm qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 65-66) Cinayət işi materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 1015,8 qram heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi videogörüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 85-104) Məhkəmə, təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olmamaları, qoyulmuş markotik vasitənin növü və çəkisindən məlumatlarının olamaması, Təqsirləndirilən şəxs2 ümumiyyətlə cinayətə aidiyyətinin olmaması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdiyi dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətləri yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduğu cinayət əməlləri törətmələrini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3la narkotik vasitəni götürməyə getməsi, ən azından digər təqsirləndirilən şəxslərlə getdiyi taksidə gedən söhbətlərdən bu haqda məlumatının olması, Təqsirləndirilən şəxs3la maşından düşərək bilavasitə narkotik vasitəni götürməyə getməsi onun cinayətin iştirakçısı olmasından dəlalət edir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadələr daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, onlar, internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir. Dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxslərin barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin barələrində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onların əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlar, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxslərin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X9 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Bundan başqa, tələbnamənin cavabından və müvafiq hökmlərin surətindən görünür ki, X3 rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi iə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən hökm dəyişdirilməklə cəzası 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli şikayətə baxışa dair yekun məhkəmə qərarında anlaşılmazlığın aradan qaldırılması barədə qərara əsasən Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə təyin edilmiş cəza 1 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və xx.xx.2017-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. (Cild 2, iş vərəqləri 23-28) Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə təqsirləndirilən şəxsi məhkumluğu olmayan şəxs kimi tanıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci və 61.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, elektron məhkəmə-informasiya sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2, Təqsirləndirilən şəxs1 isə himayəsində 1 azyaşlı uşaqları vardır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 himayələrində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 25 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 17 fevral 2023-cü il tarixli qərarları ilə barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 19, 67, 117-118, 173-177, 100- 101,171-172) Təqsirləndirilən şəxs1 31 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 17 fevral 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 208, 232-233, 241-248) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Sumqayıt ŞPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 1015,8 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 38 manat məbləğində, Təqsirləndirilən şəxs2 38 manat məbləğində, Təqsirləndirilən şəxs1 38 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 31 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcbur tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 38 manat məbləğində, Təqsirləndirilən şəxs2 38 manat məbləğində, Təqsirləndirilən şəxs1 38 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 1015,8 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-120/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-120/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver