Məhkəmə qərarları › İş №1(124)-121/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-121/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-121/2024 28.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1971-ci ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şabran şəhəri, Q.Qasımov küçəsi, ev 5 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə naməlum şəraitdə və vaxtda, qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda 29,326 qram çəkidə narkotik vasitə heroini və 94,974 qram çəkidə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla bacısı X2 yaşadığı ünvan 3 ünvana daşıyaraq orada gizlədib saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 14 oktyabr 2022-ci il tarixdə, saat 16:00-da keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 4 ünvanının qarşısında saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 18:30-dan etibarən bacısı X2 yaşadığı Şabran şəhəri, Q.Qasımov küçəsi, ev 5 ünvanında yerləşən yaşayış evinə özünün icazəsi və razılığı ilə baxış keçirilən zaman dəhlizdə yerləşən dolabın alt siyirtməsindən bir ədəd narıncı rəngli polietilen torbanın içərisində olan şəffaf rəngli sellofan torbada 90 qram çəkidə və ayrıca 14 ədəd kağız bükümlərdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,359 qr, 0,359 qr, 0,335 qr, 0,387 qr, 0,344 qr, 0,361 qr, 0,361 qr, 0,301 qr, 0,369 qr, 0,337 qr, 0,399 qr, 0,365 qr, 0,362 qr, 0,335 qr, ümumi təmiz çəkisi 94,974 qr eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi 29,326 qr olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd metal qab aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ittihamda göstərilən narkotik vasitələr onda olmuşdur. Bakıya maşının kreditini verməyə gedəndə bir nəfərlə rastlaşmış, onda narkotik vasitə olduğunu demişdir. Özü ona 450 manat pul vermiş, narkotik vasitə almışdır. 500 manat cibində pul olmuş, 50 manat cibində saxlamış, qalanını vermiş, narkotik vasitənin qramının nə qədər olduğunu bilməmişdir. Həmi narkotik vasitəni axşam almış, səhər tutulmuşdur. Öz telefon nömrəsi yadında deyil. Onda balaca telefon olmuş, telefonda ona heç kim sms yazmamışdır. O, pulla narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı bir təzyiq olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, “kakos” kimi tanınan narkotik vasitə heroini damara inyeksiya yolu ilə daxil etmək üsulu ilə qəbul edir, ara-bir isə narkotik vasitə qurudulmuş marixuanadan siqaretə doldurub yandıraraq tüstüsünü nəfəsinə çəkmək üsulu ilə qəbul edir. Tutulduğu gündən iki gün əvvəl isə bir müddətdir ki, tanıdığı “İlqar” adlı şəxslə əlaqə saxlayıb öz istifadəsi üçün bir qədər yuxarıda qeyd etdiyi maddələrdən sifariş vermişdir. Həmin şəxs də ona demişdir ki, həmin maddələrə görə o, 450 manat pul verməlidir. O da “İlqar”-la razılaşdıqdan sonra sonuncu ona demişdir ki, həmin maddələri ona Sumqayıt şəhərində H.Z.Tağıyev qəsəbəsində verə bilər və beləliklə də o, həmin ünvana gedərək İlqarla görüşüb deyilən pulu İlqara verməklə həmin maddələri götürmüşdür. Bundan sonra isə həmin maddələri o, qeyd etdiyi kimi faktiki olarq yaşadığı bacısıgilə məxsus olan ünvan 7 ünvanda yerləşən evə aparıb orada dəhlizdə yerləşən dolabın siyirtməsinə qoymaqla gizlətmiş ki, sonra düşdükcə istifadə edər. Saxlanıldığı gün, yəni 14 oktyabr 2022-ci il tarixdə o, ünvan 4 ünvanın qarşısında qardaşı Fəqan və bacısı oğlu Şahid5la birlikdə olan zaman onlara mülki geyimdə şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını və ona görə də onu və yanında olan bacısı oğlu ilə qardaşını Şabran Rayon Polis Şöbəsinin İnzibati binasına dəvət etmişlər. Onlar etiraz etməmişlər və deyilən şöbəyə çatanda o, dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra üzərinə vİdeoçəkİlİşlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Beləliklə də onu saxlayan polis əməkdaşlarının, saxlanılarkən yanında olan qardaşı ilə bacısı oğlunun və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. O da həmin vaxt üzərində heç bir qanunsuz əşya olmadığını bildirəndən sonra üzərinə şəxsi axtarış keçirilsə də heç bir qanunsuz maddə aşkar olunmamışdır. Bununla belə o, bildirmişdir ki, bacısıgİlə məxsus olan faktiki olaraq özünün yaşadığı evdə həmin narkotik vasitələr saxlayır və həmin maddələri təqdim edə bilər. Bundan sonra polis əməkdaşları bildirmişlər ki, həmin evə baxış keçirilməlidir və o, o cümlədən bacısı oğlu da buna etiraz etmədiklərini bildirmişlər. Daha sonra qardaşı istisna olmaqla yuxarıda sadaladığı tərkibdə onlar qeyd etdiyi ünvan 8 ünvana gedilmişdir. Onlar ora çatanda ona təklif edilmişdir ki, həmin maddələri təqdim etsin və o, həmin vaxt dəhlizdə olan dolabın alt siyirtməsində gizlədib saxladığı bir ədəd narıncı rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Bu vaxt həmin torbaya baxış keçirilmiş və içərisindən bir ədəd şəffaf torba aşkar edilərək götürülmüşdür. Həmin torbanın içərisində bir ədəd sellofan bükümdə narkotik vasitə heroin və açıq şəkildə olan qurudulmuş marixuana kütləsi var imiş. Qeyd etmiş ki, həmin marixuana kütləsindən o, özü üçün istifadəni rahatlaşdırmaq məqsədi ilə ayrıca kağız bükümlər düzəldib hər birinin içərisinə bir qədər marixuana doldurub elə oradaca saxlamışdır. Həmin bükümlərin sayı 14 ədəd imiş. Daha sonra həmin bükümlər ayrıca olaraq açılmış və içərisinə baxış keçirilmişdir. Bundan əlavə torbada bir ədəd metal qab aşkar edilmişdir. Həmin qabın köməkliyi ilə o, bükümlərdə olan marixuanaları ayırıb vahid ölçüdə qablaşdırırmış. Aşkarlanmış maddələr ekspertiza tədqiqatı üçün götürülüb qablaşdırılmış, onlar da həmin zərfi imzalamışlar. Həmin maddələr barədə sorğu edilərkən o, yuxarıda qeyd etdiyi kimi aşkar edilmiş maddələrin “kakos” və “nəşə” olan narkotik maddələr olduğunu və tutulduğu gündən iki gün əvvəl adını “İlqar” kimi tanıdığı şəxsdən pul müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini və evdə saxladığını bildirmişdir. Qeyd etmiş ki, həmin maddələrin evdə saxlanması barədə bacısı oğlunun məlumatı yox imiş. Videoçəkiliş vaxtı Tehran özü də bunu təsdiq edərək həmin maddələrdən məlumatsız olduğunu bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilən zaman, həm 14 oktyabr 2022-ci il tarixdə izahat verərkən, həmçinin də 24 yanvar 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan olunan zaman oxşar məzmunlu ifadə vermişdir.(cild 1, iş vərəqə 48-50, 93-95, 110-112, 227-229) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polokovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 14 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 16 radələrində Təqsirləndirilən şəxs oxşar şəxs həmin vaxt yanında olan əlavə iki nəfər şəxslə birlikdə saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxslərə təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı bildirilmişdir. Həmin vaxt saxlanılmış şəxsin üzərində şəxsi axtarış aparılmasına, yanındaki şəxslərin isə üzərinə baxış keçirilməsinə şərait olmadığına görə onlar Şabran Rayon Polis Şöbəsinə dəvət olunmuşlar. Polis Şöbəsində video çəkilişdən istifadə edilməklə onların üzərinə yaradılmış əməliyyat qrupunun üzvləri və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə müvafiq olaraq şəxsi axtarış, baxış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs və sonuncu ilə birlikdə saxlanılan şəxslər buna etiraz etməmişlər. İlk öncə Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz maddə olmadığını bildirib əynində olan gödəkçənin cibindən ev açarlarını, əynində olan şalvarın ciblərindən isə nağd pulla istifadəsində olan mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilərkən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz maddə olmadığını bildirsə də, onun bacısına məxsus olan və hazırda faktiki olaraq özünün yaşadığı ünvan 9 ünvanda yerləşən evdə “kakos” və “nəşə” adlı maddələr gizlədib saxladığını bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxslə birlikdə saxlanılmış Şahid5 və Şahid6 üzərilərinə ardıcıl olaraq baxış keçirilmişdir. Baxış zamanı hər iki şəxsin üzərindən iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxslə bacısı oğlu Şahid5 etiraz etmədikləri üçün Təqsirləndirilən şəxs faktiki olaraq yaşadığı ünvan 3 ünvana gedilərək evə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin evin dəhliz hissəsində giriş qapısından sol tərəfdə yerləşən çarpayının yanında olan dolabın alt siyirtməsini açaraq oradan narıncı rəngli sellofan torbanı götürüb təqdim etmişdir. Həmin torbada heroin və marixuana olduğunu bildirmişdir. Həmin torba açıldıqda oradan sellofan bağlama aşkar olunmuşdur. Bağlama açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə kütləsinin, əlavə də bir ədəd şəffaf sellofan bükümlə on dörd ədəd kağız bükümlər və bir ədəd metalı qab aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş metal qabın vasitəsilə narkotik vasitə olan qurudulmuş marixuanaları hissələrə bölmək məqsədi ilə istifadə edir. O, aşkar edilmiş maddələri iki gün əvvəl Sumqayıt şəhəri ərazisindən adını İlqar kimi bildiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 450 manat pulun müqabilində əldə edib yaşadığı ünvanda gizlətdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilli Şahid4 məhkəmədə ifadə alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusuatları özünə aid hissədə təsdiq etmişdir. İş üzrə şahidlər- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, onlar məhkəmədə ifadəsi alınmış polis əməkdaşları Şahid1 və Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. ( cild 1, iş vərəqə 175-178, 179-182) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu “Ulduz” metrostansiyası yaxınlığında yerləşən tikilidə faktiki olaraq yaşayır, əslən Şabran rayonundan olmalarına baxmayaraq onun Bakı şəhərində təhsil almağa başladığı vaxtdan etibarən təxminən 3 aya yaxın olar ki, oradan köçüb Bakı şəhərində məskunlaşmışlar. Şabran rayonunda olan evi isə dayısı Vüqara tapşırıb getmişlər. Belə ki, dayısı Vüqar orada yaşmaqla evin səliqə-səhmanda qalmasına nəzarət edirmiş. Beləliklə də, 14 oktyabr 2022-ci il tarixdə səhər saatlarında o, etibarnamə ilə bağlı işləri ilə əlaqədar Bakı şəhərinbdə Şabrana gəlmiş və rəsmi işlərini yekunlaşdırdıqdan sonra orada yaşayan dayıları Vüqar və Fəqanla görüşmüşdür. Saat günorta radələri olarmış ki, onlar bir qədər şəhər tərəfdə gəzİşirmişlər. Elə həmin vaxt saat təxminən 16 radələrində onlara bir neçə mülki geyimdə olan şəxs yaxınlaşaraq Baş Mütəşəkkil Cinbayətkarlıqla Mübarizə İdarəsinin əməkdşaları olduqlarını bildirmişlər və dayısı Vüqarın qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi İlə məşğul olması barədə məlumata malik olduqlarını bildirib onların hamısını, yəni onu və hər iki dayısını Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada onlara bildirlmişdir ki, videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs kimi saxlanılmış dayısı Vüqarın üzərinə şəxsi axtarış, o cümlədən də onların, yəni onunla dayısı Fəqanın üzərinə baxış keçirilməlidir. Onlar da buna etiraz etməmişlər. Qeyd etmiş ki, dayısı Vüqara vəkil təyin edilərək dəvət edilmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə qeyd etdiyi tərkibdə, yəni o, dayıları Vüqar və Fəqan, dayısı Vüqara təyin edilmiş vəkil və onların saxlanmasında saxlanmasında iştirak etmiş polis əməkdaşlarından ibarət baxış keçirilməyə başlanılmışdır. Bu vaxt dayısı Vüqara üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra dayısı Vüqar bildirmişdir ki, üzərində heç bir narkotik maddə yoxdur və üzərində olan bütün əşyaları, yəni telefonunu, nağd pulu və ev açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şifahi sorğu zamanı dayısı Vüqar bildirmişdir ki, yaşadığı onlara məxsus olan ünvan 10 ünvanda yerləşən evdə narkotik vasitələr gizlədib və həmin maddələri təqdim edə bilər. Bu vaxt dayısı Vüqarın üstünə əlavə olaraq polis əməkdaşı axtarış keçirmiş, lakin heçbir əşya aşkar edilməmişdir. Bu vaxt sonuncunun üzərindən aşkar edilmiş nağd pul və ev açarı özünə qaytarılmış, mobil telefonu İsə sübut əhəmiyyəti kəsb edə biləcəyi ehtimalından götürülmüşdür. Daha sonra növbə ilə onunla dayısı Fəqanın üzərinə baxış keçirilmiş. Həmin vaxt ondan üzərində narkotik vasitə və ya digər qanunsuz maddə olduğu təqdirdə təqdim etməsi tələb edilmiş və o, üzərində heç bir maddə olmadığını bildirib üzərində olan nağd pulla siqaret qutusunu təqdim etmişdir. Şifahi sorğu zamanı dindirilərkən Vüqarın onun dayısı olduğunu və onların evlərində qeyd etdiyi kimi narkotik vasitələr saxlamasından xəbərsiz olduğunu bildirmiş və özünün də narkotik vasitələr qəbul etmədiyini və dövriyyəsi ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş pul və siqaret qutusu özünə geri qaytarılmış, daha sonra isə dayısı Fəqana təklif edilmişdir ki, üzərində narkotik vasitələr olduğu təqdirdə təqdim etsin. Bu vaxt həmin şəxs üzərində heç bir qanunsuz maddə olmadığını qeyd edərək üzərində olan mobil telefonla nağd pulu çıxarıb təqdim etmişdir. Daha sonra Fəqanın üzərindən aşkar edilmiş pulla mobil telefonu özünə geri qaytarılmışdır. Dayısı Fəqan da şifahi sorğu zamanı Vüqarın onlara məxsus olan evdə narkotik vasitələr saxlamasından xəbərsiz olduğunu, özünün də narkotik qəbul etmədiyini və dövriyyəsi ilə məşğul olmadığını bildirmişdir. Daha sonra isə polis əməkdaşları videoçəkilişi dayandırmışlar, qeyd olunalarla bağlı polislər protokol tərtib etmişlər, o da iştirakçılar kimi, həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra onlara bildirilmişdir ki, onun ailəsinə məxsus olan Şabran şəhəri, Q.Qasımov küçəsi 5 ünvanında yerləşən evə baxış keçirilməlidir. O özü və dayısı Vüqar buna etiraz etməmişlər və onlar, dayısı Fəqanı çıxmaq şərti ilə eyni tərkibdə olmaqla polis şöbəsindən qeyd edilən ünvanayola düşmüşlər. Həmin ünvana çatanda videoçəkilişlə baxışa başlanılmış və dayısı Vüqar üzərində olan evə aid açarlarla evi açmış və keçirilən baxış vaxtı dayısı Vüqara təklif edilmişdir ki, evdə qeyd etdiyi narkotik vasitələri təqdim etsin və bu vaxt Təqsirləndirilən şəxs dəhlizdə yerləşən dolabın alt siyirtməsini açaraq orada olan narıcı rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin vaxt torba açılaraq içərisində bir ədəd şəffaf sellofan torba aşkar edilərək çıxarılmışdır. Torbanın içərisində qurudulmuş ota bənzər olan iyli maddə kütləsi, bir ədəd sellofan bükümdə tünd qəhvəyi rəngli maddə, bir neçə ədəd xırda kağız bükümlər və bir ədəd yumru dəmirdən olan balaca predmet aşkar edilmişdir. Qeyd etdiyi bükümlər bir-bir olaraq açılmış və içərsində qurudulmuş ota bənzər maddələrin olması məlum olmuşdur. Bükümlərin ümumi sayı 14 ədəd imiş. Baxış davam etdirilərkən əlavə heç bir maddə aşkar edilməmişdir. Aşkarlanmış maddələrin ekspertiza tədqiqatına təqdim edilməsi üçün götürüləcəyi onlara bildirilmiş və həmin maddələr qablaşdırılmışdır. Onlar da həmin zərfi sonr aimzalamışlar. Həmin maddələr barədə sorğu edilərkən dayısı Vüqar bildirmişdir ki, aşkar edilmiş maddəlrə “kokos” və “nəşə”-dir və həmin maddələri iki gün əvvəl adını “İlqar” kimi tanıdığı şəxsdən 450 manat pulun müqabilində şəxsi istifadəsi üçün Sumqayıt şəhərindən əldə etdiyini və evdə gizlədib saxladığını bildirmişdir. Bundan sonra o, şifahi sorğu zamanı dayısı Vüqarın dediklərini təsdiq edərək həmin maddələrin onlara məxsus olan evdə saxlanmasından xəbərinin olmadığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar. ( cild 1, iş vərəqə 134-137) Şahid6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, o məhkəmədə elan edilib araşdırılmış Şahid5 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. ( cild 1, iş vərəqə 130-133) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə DİN BMCMİ-ə əməliyyat məlumat daxil olmuşdur. ( cild 1, iş vərəqə 5-6) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib daşıması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 oktyabr 2022ci il tarixdə ünvan 4 ünvanının qarşısında saxlanılaraq Şabran RPŞ-nin inzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz maddə aşkarlanmayan Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri, Q.Qasımov küçəsi, ev 5 ünvanında “kakos” və “nəşə” adlı narkotik tərkibli maddələr saxladığını bildirmişdir. ( cild 1, iş vərəqə 26-29) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 14 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs külü miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib daşıması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin in əməkdaşları tərəfindən 14 oktyabr 2022-cİ il tarixdə ünvan 4 ünvanının qarşısında saxlanılaraq Şabran RPŞ-nin inzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı yaşadığı Şabran şəhəri, Q.Qasımov küçəsi, ev 5 ünvanında “kakos” və “nəşə” adlı narkotik tərkibli maddələr saxladığını və həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirib ərizə təqdim etdiyi üçün evə keçirilmiş baxış zamanı evin dəhlzi hissəsində giriş qapısından sol tərəfdə çarpayının yanında olan dolabın alt siyirtməsindən çıxarıb təqdim etdiyi bir ədəd narıcı rəngli sellofan torbanın içərisindən bir ədəd şəffaf sellofan bağlamada 90 qram çəkidə və ayrıca 14 ədəd kağız bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,359 qr, 0,359 qr, 0,335 qr, 0,387 qr, 0,344 qr, 0,361 qr, 0,361 qr, 0,301 qr, 0,369 qr, 0,337 qr, 0,399 qr, 0,365 qr, 0,362 qr, 0,335 qr, ümumi təmiz çəkisi 94,974 qr eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bükümdə təmiz çəkisi 29,326 qr olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür.( cild 1, iş vərəqə 34-37) Qeyd olunan protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 15 oktyabr 2022-ci il tarixli 7/1181 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı...ünvandan aşkar edilmiş 01 ədəd sellofan və 14 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə....” yazılar və imzalar olan ağ rəngli kağız paketdə narıncı rəngli polietilen paketdəki 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi-90,0 qram, l(bir) ədəd sellofanda 14 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,359 qram, 0,359 qram, 0,335 qram, 0,387 qram, 0,344 qram, 0,361 qram, 0,361 qram, 0,301 qram, 0,369 qram, 0,337 qram, 0,399 qram, 0,365 qram, 0,362 qram, 0,335 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi-94,974 qramdır. Təqdim olunmuş həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş metal qabın içərisində bitki mənşəli narkotik vasitənin hisscİkləri yoxdur və həmin hissəciklər olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmadı. Qeyd: Marixuanaların ümumi çəkisi-94,974 qram (1-15 №-li ob.); tədqiqata sərf edildi cəmi- 0,3 qram (hər obyektdən 0,02 qram), qalıq-94,674 qram.( cild 1, iş vərəqə 63-67) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 15 oktyabr 2022-cİ il tarixli 6/5965 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6”-li dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ,abran şəhəri, Q.Qasımov küçəsi, ev 5 ünvanında aşkar edilmiş...! ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar...” yazısı və imzalar olan paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 29,326 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin paketdə olan bir ədəd gümüşü rəngli dairəvi formalı metal qabın içərisində narkotik vasitələrin və psixotrop maddələrin izləri yoxdur. Qeyd: heroinin təmiz çəkisi - 29,326 qram, sərf edildi - 0,1 qram, qalıq - 29,226 qram. ( cild 1, iş vərəqə 68-73) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli AZF/LGL- 2065/23 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** GSM mobil telefon nömrələrinə aid 15 oktyabr 2021-ci il tarixdən 15 oktyabr 2022-ci İl tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı göndərilən SMS yazışmalarının içərisində ***-***- **-** saylı GSM nömrənin istifadəçisinin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “Qədeş məhlədə bir yerə qoy pulu da qoyum ora velosipedlə çıxmışam qədeş götürüm vızıv atıram” sözlərini, 077-538¬43-83 saylı GSM nömrənin abunəçisinin isə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs “Gətir...10 hazırdı...” sözlərini SMS şəklində yazması məlum olmuşdur.( cild 1, iş vərəqə 199-201) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Narkoloji Tibbİ Yoxlamanın xx.xx.2022-ci il tarixli 6085 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə 10 ildir ki, narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir. Həmçinin narkotik vasitə olan metadon həblərindən istifadə edir. Müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.(cild 1, iş vərəqə 190-191). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməpsixatrik ekspertizasının nəticəsində əldə edilmiş 14 noyabr 2022-ci il tarixli 4456 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əzab çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-cİ maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır.(cild 1, iş vərəqə 195-198) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 94,674 qramı və narkotik vasitə heroindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 29,226 qramı ilə bir ədəd gümüşü rəngli metal qab öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN¬in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Şəxsi axtarış və götürmə, o cümlədən baxış və əşyaların götürülməsi zamanı videokamera vasitəsinin videoçəkilişlər aparılmış və həmin videoçəkilişlər ayrılıqda olaraq iki ədəd DVD disklərə əlavə olunmuşdur. Odur ki, qeyd edilən hərəkətlər zamanı iş üzrə sübut əhəmiyyətli faktlar müəyyən edildiyindən qeyd olunan disklər maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. "xxxx" MMC-dən daxil olmuş CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. ( cild 1,iş vərəqə 143-144, 154, 202-214) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-nin BƏSİİdən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şabran rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. (cild 1, iş vərəqə 183-185) Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan heroin və qurudulmuş marixuananı əldə etməkdə satış məqsədinin olmaması, ümumiyyətlə narkotik vasitə satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitənin külli miqdarda və müxtəlif növlərdə olması, bükümlərə ayrılması, narkotik vasitə satışını ehtiva edən yazışmaların mövcudluğu Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «qurudulmuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram, «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-in 61-cİ maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 17-18, 124-129) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 oktyabr 2022-ci il il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN¬in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 94,674 qram narkotik vasitə qurudulmuş marixuana və 29,226 qram narkotik vasitə heroin və bir ədəd gümüşü rəngli metal qab məhv edilməli, iş üzrə maddi sübut olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 14 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 94,674 qram narkotik vasitə qurudulmuş marixuana və 29,226 qram narkotik vasitə heroin və bir ədəd gümüşü rəngli metal qab məhv edilsin, iş üzrə maddi sübut olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 186 (yüz səksən altı) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabınına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar