Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-121/2025 07.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X9 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X11, Müdafiəçi – Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi – X5 iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Ankara şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Türkiyə Respublikası, Ankara şəhəri, Sincan qəsəbəsi, Yaşar Kamal məhəlləsi, Orkun küçəsi, ev 32, mənzil 9 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 206.3.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 26 iyun 2024-cü il tarixədək olan müddət ərzində Gürcüstan Respublikasında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, xeyli miqdarda - 12,94 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “MAN” markalı, “06CLJ191/06EDS827” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsinin tavan hissəsindəki örtüyün arasında gizlədərək saxlamaqla daşımış, nəqliyyat vasitəsini idarə edib 26 iyun 2024-cü il tarixdə saat 16:58-də Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bundan sonra, o, 26 iyun 2024-cü il tarixədək olan müddət ərzində Gürcüstan Respublikasında əldə etdiyi həmin 12,94 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi “MAN” markalı, “06CLJ191/06EDS827” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsinin tavan hissəsindəki örtüyün arasında gizlədərək saxlamaqla daşımış, Azərbaycan Respublikası ərazisindən tranzit qaydada keçməklə idarə etdiyi həmin nəqliyyat vasitəsilə Rusiya Federasiyasına gedərkən 27 iyun 2024-cü il tarixdə saat 20:21-də Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə, təkrar qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün “Samur” gömrük postunda keçirilmiş yoxlama zamanı qeyd olunan narkotik vasitə qurudulmuş marixuana saxlandığı yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 206.3.1 və 234.1-ci maddələri ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə “Qırmızı Körpü” gömrük postundan Azərbaycan Respublikasına daxil olduqdan sonra maşın sənədlərini, sığortanı və s. həll etmək üçün gömrük binasına daxil olmuşdur. Bu proses 2-3 saat davam etmişdir. Daha sonra o, saat 14:00 radələrində yenidən maşına qayıtmışdır. Həmin vaxt Gürcüstan qeydiyyat nişanlı 2 ədəd maşın yan-yana dayanmış və iki nəfər şəxs orada yemək hazırlayırmış. O, həmin şəxslərin Türk vətəndaşları olduğunu düşünərək onlara yaxınlaşmış və salam vermişdir. Həmin şəxslər ona cavab vermədiyi üçün o, “Google translate” programı vasitəsi ilə tərcümə edərək narkotik vasitə qoxusunun gəldiyini söyləmiş və manat qarşılığında ona narkotik vasitə vermələrini istəmişdir. Həmin şəxslər iki gün sonra Azərbaycan Respublikasını tərk edəcəklərini və manata ehtiyaclarının olmadığını söyləyərək ondan dollar istəmişlər. O, üzəridə dollar olmadığını, amma maşınında spirtli içki olduğunu söyləmiş və həmin spirtli içkini şəxslərə verdikdən sonra onlardan narkotik vasitə almışdır. Daha sonra saat 15:00 radələrində oradan çıxmış, saat 23:00 radələrində Gəncədə yolun kənarında maşını saxlamışdır. O, bir ədəd siqaret çəkdikdən sonra “Samur” gömrük postuna doğru yola çıxmışdır. Gecə saat 3-4 radələrində “Samur” gömrük postunun əməkdaşı onun maşını yoxlayan zaman maşında narkotik vasitə olduğunu söyləmiş və ondan narkotik vasitəni təqdim etməsini tələb etmişlər. Əməkdaşlar əgər narkotik vasitəni təqdim etməsə onun barəsində narkotik vasitələrin satışı ilə bağlı cinayət işi açacaqlarını söyləmişlər. O, öz ölkələrində olduğu kimi düşünərək narkotik vasitəni satmayacağını, özünün istifadə edəcəyini söyləmiş və narkotik vasitəni əməkdaşlara təqdim etmişdir. Daha sonra əməkdaş ona həmin narkotik vasitəni onun dediyi insandan alması barədə ifadə verməsə onun barəsində narkotik vasitələrin satışı ilə bağlı cinayət işi açacağını söyləmişdir. O, məcbur qalaraq əməkdaşın dediyi məzmunda ifadə vermişdir. Daha sonra onu Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə gətirmişlər. O, dövlət hesabına təyin olunmuş müdafiəçisi ilə tanış olmuşdur. O, müdafiəçisinə baş verənləri danışmış və müdafiəçi müstəntiq nə deyirsə onu etməsini, yoxsa ona kömək edə bilməyəciyini söyləmişdir. Müstəntiqin dediyi şəxs dağıstanlı imiş və əvvəllər də narkotik vasitələrin istifadəsi ilə bağlı məhkum olunmuşdur. Müstəntiq ona bildirmişdir ki, əgər narkotik vasitəni Gürcüstandan aldığını söyləməsə onu 1 il orada saxlayacağını və narkotik vasitələrin satışı ilə bağlı cinayət işi açacağını söyləmişdir. O, məcbur qalaraq müstəntiqin söylədiyi kimi ifadə vermişdir. Onun atası müdafiəçi Elçin Məmmədovdan niyə oğlunu müdafiə etmədiyini soruşduqdan sonra müdafiəçi müstəntiq Rəvan Həsənova onu şikayət etmişdir. Daha sonra Rəvan Həsənov onun cinayət işini daha da ağırlaşdıraraq ona sənədləri imzamasa da rayon məhkəməsinə gedəcəyini söyləmiş və cinayət işini bağlayaraq onu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, narkotik vasitənin qoxusunu Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda hiss etmişdir. Müstəntiq onu narkotik vasitəni dağıstanlı “İslam” adlı şəxsdən aldığını söyləməyə məcbur etmişdir. O, ifadə verməkdən imtina etdikdə onu narkotik vasitələrin satşında təqsirli bilərək cinayət işini bağlamaq istəmişlər. O, daha əvvəl məhkum olunmuş bir şəxsin üzərinə şər atmaq istəmədiyi üçün narkotik vasitəni Gürcüstandan əldə etdiyini söyləmişdir. İttihamda qeyd edilən narkotik vasitə həqiqətən də “Samur” gömrük postunda aşkar olunmuşdur. Bakıda onun üzərinə video çəkilişlə baxış keçirilməsində müstəntiq, müdafiəçi, tərcüməçi və video çəkən əməkdaş iştirak etmişdir. Videoçəkilişdə İslam adlı şəxs iştirak etməmişdir. O, gömrük əməkdaşlarını əvvəldən tanımamışdır. Həmin şəxslərin ona qarşı heç bir düşmənçilik və ədavətləri olmamışdır. Ona polis əməkdaşları tərəfindən təzyiqlər olunması ilə bağlı heç kimə şikayət etməmişdir. O, qorxduğu üçün barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman həqiqəti danışmamışdır. Narkotik vasitəni Azərbaycandan almaq onun xeyrinə imiş. O, sərhəddən narkotik vasitə keçirməyin cinayət məsuliyyətinə səbəb olduğunu bilirmiş. O, yuxu problemindən əziyyət çəkdiyi üçün narkotik vasitə istifadə edirmiş. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şəxs həmin ifadəsində özünü ona elan olunan ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, o Türkiyə Respublikasında anadan olmuşdur və Ankara şəhərində yaşayırmış. Təqribən iki ildir ki, beynəlxalq yük daşıma ilə məşğul olurmuş, həmyerlisi Resul Kaplana məxsus “MAN” markalı, 06CLJ191/06EDS827 nömrə nişanlı nəqliyyat vasitəsini idarə edirmiş, Resul Kaplan ona hər reysə görə pul verir. Təxminən iyun ayının əvvəllərində Resul Kaplan ona zəng vurmuş və İstanbulda yük olduğunu, onları götürüb Qazaxıstana aparmağını bildirmiş, o da Resulun dediyi yerə getmiş, nəqliyyat vasitəsini yükləmişlər, sonra Qazaxıstana getmək üçün yola çıxmış, Türkiyədən Gürcüstana gəlmiş, Gürcüstanda hava şəraiti pis olduğuna görə 5-6 gün orada qalmalı olmuş, Gürcüstanda adətən “Maraşlı Mahmudun TİR parkı” deyilən dayanacaqda gözləyirmiş, lakin orada yer olmadığına görə həmin dayanacaqdan 2 kilometr kənarda digər bir dayanacaqda dayanmış, həmin dayanacaqda qaldığı müddət ərzində dayanacaqda sıra nömrəsi yazan adını xatırlamadığı Gürcüstan vətəndaşı var imiş, onunla tanış olmuş, onun yanında bir neçə nəfər də var imiş, spirtli içki və marixuana narkotik vasitəsi qəbul edirmişlər. Tanış olduğuu şəxs ona da marixuana təklif etmiş, birinci istəməmiş, lakin sabahı gün ondan marixuana istəmiş və bir dəfə çəkmək üçün marixuana götürərərk çəkmişdir. Bundan bir neçə gün sonra gömrükdən keçmək üçün növbəsi çatanda o həmin şəxsdən yolda istifadə etməyi üçün marixuana istəmiş, həmin şəxs ona 1 ədəd qara sellofan kəsiyinə bükülmüş marixuana və büküb istifadə etmək üçün kağızlar vermiş, o həmin marixuanadan az miqdarda götürüb siqaretinin içərisinə qoyub cibinə yerləşdirmiş, marixuananın Azərbaycan Respublikasına gətirməyin qadağan olduğunu bildiyindən qalanını idarə etdiyi nəqliyyat vasitəsinin kabininin tavan hissəsində örtüyün arasında gizlətmişdir. Beləliklə o Qırmızı körpü gömrük postunu keçmiş, postda nəqliyyat vasitəsini yoxlamışlar lakin marixuananı aşkar etməmişlər. Üzərini isə yoxlamamışlar. O gömrüyü keçib, Samur gömrük postuna yola düşmüş, Gəncə şəhərinə çatanda axşam vaxtı imiş nəqliyyat vasitəsini saxlamış, cibindəki marixuananı hazırlayıb yarısını çəkmiş, yarısını isə cibimə qoymuş, Səhəri gün yəni xx-xx.2024-cü il tarixdə yola davam etmiş, Samur gömrük postuna gəlmiş, posta daxil olmamışdan əvvəl cibində qalan yarım marixuananı da çəkib bitirmiş, bundan sonra Samur gömrük postuna daxil olmuş, orda nəqliyyat vasitəsini yoxlamağa başlamışlar, yoxlamazdan əvvəl gömrük əməkdaşları ondan hər hansı qadağan olunmuş predmetin olub-olmadığını soruşmuşlar, o da qadağan olunmuş heç nəyinin olmadığını demiş, gömrük əməkdaşları yoxlama zamanı kəbindən marixuana iyi gəldiyini bildirmişlər, o görmüşdür ki, gizlətməyin mənası yoxdur, çarəsiz qalıb kabinin tavanlının arasında marixuananın olduğunu gömrük əməkdaşlarına demişdir. Həmin marixuana narkotik vasitəsi ona məxsusdur, onu Gürcstandan adını bilmədiyi, təxminən 175 sm boyunda, dolu bədənli, 19- 20 yaşında bir şəxsdən özü üçün almış, gecələr rahat yata bilmir deyə istifadə edib yatırmış (cild 01, iş vər. 120-122). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra təqsirləndirilən şəxsə ünvanlanan suallara cavab olaraq sonuncu göstərmişdir ki, o, elan olunmuş ifadəni təsdiq etmir. Başqa müdafiəçi ilə müqavilə bağladıqdan sonra bilmişdir ki, narkotik vasitəni Azərbaycandan aldığını bildirsə onun cəzasi yüngülləşirmiş. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, onlar “Samur” gömrük postunda xidmətdə olarən vətəndaşın yük maşınına baxış keçirilmiş və içəridə qeyri-adi bir qoxunun olduğunu hhiss etmişlər. Onlar təqsirləndirilən şəxsi sorğu-sual edən zaman şəxs maşında narkotik vasitədən istifadə etdiyini, amma hazırda maşında narkotik vasitə olmadığını bildirmişdir. Onlar axşam saat 6-7 radələrində şəxsi yoxlama aparmış və şəxsdən əgər onda narkotik vasitə varsa könüllü şəkildə təqdim etməsini tələb etmişlər. Təqsirləndirilən şəxs şifahi sorğu-sual zamanı bildirmişdir ki, tır parkında olan zaman Rusiya vətəndaşı “İman” adlı şəxs ona yaxınlaşmış və ondan narkotik vasitəni Rusiyaya keçirməsini istəmişdir. Onlar təqsirləndirilən şəxsə bildirmişlər ki, əgər maşında narkotik vasitə olduğunu bildirməsə maşına xidməti it tətbiq ediləcək. Daha sonra təqsirləndirilən şəxs özü könüllü şəkildə etiraf etmiş və narkotik vasitənin yerini göstərmişdir. Yük maşınına yığılmış dolabla tavan arasındakı yerdən 02 ədəd bükümdə narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxs öz izahatında terminalın yanında bir nəfərin ona yaxınlaşaraq narkotik vasitəni təqdim etdiyini bildirmişdir. Xidməti itin tətbiq edilməsi əlavə xərc tələb etmirmiş. Zərurət yarandıqda onların öz istəyi ilə xidməti it tətbiq edilirmiş. Maşının içinə xidməti iti tətbiq etmək təmizlik baxımından tam düzgün deyil. Rəsmiləşdirmə aparıldıqdan sonra şəxsin yazılı izahatı alınmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsə qarşı onun tərəfindən heç bir təzyiq göstərilməmişdir. O, təqsirləndirilən şəxsə qarşı gömrük əməkdaşları tərəfindən zor tətbiq edilməsinin şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 2016-cı ildən gömrük orqanlarında xidmət edir, hazırda xidmətini DGK Tovuz Gömrük İdarəsinin Sənəd dövriyyəsi bölməsinin kargüzarı vəzifəsində davam etdirir. İdarədaxili iş bölgüsünə əsasən vəzifəsi Qırmızı Körpü gömrük postunda ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrinə fiziki baxış keçirərək yoxlanılmasını həyata keçirməkdən ibarətdir, nəqliyyat vasitələrinə fiziki yoxlama həyata keçirir, iş yükünün çox olduğuna, nəqliyyat vasitələrinin sayının çox olduğuna görə çalışdığı qədər nəqliyyat vasitələrini tez yola salır. Şübhələndiyi nəqliyyat vasitələrinin kabinini və digər yerlərini sökür, ətraflı yoxlayır. Qeyd edilən nəqliyyat vasitəsini və sürücüsünü hazırda xatırlamır, çünki gün ərzində “Qırmızı Körpü” gömrük postundan ölkəyə 200-250 ədəd nəqliyyat vasitəsi daxil olur. Onları da yadda saxlamaq mümkün deyil. Həmin nəqliyyat vasitəsi yəqin ki, şübhəli olmadığından onun kabininin tavan örtüyünü sökməmişdir. Həm də qeyd edilən qaydada gizlədilmiş predmetləri vizual baxışla və ya sökülmədən yoxlamaqla müəyyən etmək mümkün olmur. Bu səbəbdən də Təqsirləndirilən şəxs idarə etdiyi “MAN” markalı, “06CLJ191/06EDS827” dövlət qeydiyyat nişanlı yük avtomobilində gizlədilmiş 12,94 qram narkotik vasitə marixuananı aşkar etmək mümkün olmamışdır (cild 01, iş vər. 219-222). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə, saat 20:30 radələrində "Samur" gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olmuş Türkiyə Respublikası vətəndaşı Arslan X8 idarə etdiyi "Man" markalı, 06CLJ191/06EDS827 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yoxlanılmışdır. Arslan X6 gömrük nəzarətinə bayan olunmalı malların olub-olmadığı soruşulmuş, o da, nəqliyyat vasitəsində bəyan olunmalı malların olmadığını bildirmişdir. Bundan sonra, nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı, nəqliyyat vasitəsinin kabinasında tütün bükmək üçün kağızların olduğu müəyyən olunmuş və Arslan X6 həmin kağızların hansı məqsədlə istifadə etdiyi soruşulmuşdur. O da, həmin kağızlardan narkotik vasitələrin bükülməsində istifadə edildiyini bildirmişdir. Daha sonra, nəqliyyat vasitəsində narkotik vasitə olub-olmadığı soruşulduqda, o, narkotik vasitələr istifadə etmək üçün kağızların aşkar edildiyi üçün ona verilən sual qarşısında çıxılmaz vəziyyətdə qalaraq gizlətdiyi narkotik vasitənin aşkar ediləcəyini bilib idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitə marixuana gizlətdiyini etiraf etmişdir. Bundan sonra o, narkotik vasitəni gizlətdiyi yeri göstərmiş və onu gizlətdiyi yerdən-kabinənin tavan hissəsindəki örtüyün arasından çıxarmışdır. Həmin bağlama açılaraq yoxlanılmış və içərisindən spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər qurudulmuş bitki aşkar olunmuşdur. Həmin bağlama elektron tərəzidə çəkilmiş və qablaşma ilə birlikdə ümumi təqribi çəkisinin 30 qram olduğu məlum olmuş və protokol tərtib olunaraq götürülmüşdür (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan 27 iyun 2024-cü il tarixli “Şəxsi yoxlama haqqında” protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərindən gömrük nəzarətinə bəyan olunmayan, gömrük nəzarətindən gizlədilmiş və qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir (cild 01, iş vər. 13-15). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1068 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Türkiyə Respublikasının vətəndaşı Arslan X13 yazılar və imza olan qəhvəyi rəngli kağız paketdə üzərində qırmızı rəngli güllər olan mavi rəngli polietilen paketdə ağ rəngli sellofan torbadakı 1 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 12,94 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (cild 01, iş vər. 59-63). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd "Redmi" markalı mobil telefon götürülərək qablaşdırılmışdır (cild 01, iş vər. 123). Cinayət işinin materiallarında olan 10 iyul 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin hüquqpozmalar alt bölməsindəki “xidməti məlumatlar” siyahı sorğusu əsasında Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə, saat 16:58də Gürcüstan istiqamətindən “Qırmızı Körpü” X15 Məntəqəsindən ölkə ərazisinə daxil olduğu, xx.xx.2024-cü ildə saat 20:21-də Samur X15 Məntəqəsindən ölkə ərazisini tərk etmək istəyərkən nəqliyyat vasitəsinin kabinasının yxarı hissəsi tərəfdə gizlədilmiş marixuanaya bənzər narkotik vasitə aşkar edilmişdir (cild 01, iş vər. 165-166). Cinayət işinin materiallarında olan 11 iyul 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət zonasında idarə etdiyi “MAN” markalı, “06CLJ191/06EDS827” qeydiyyat nişanlı nəqliyyat vasitəsilə xx.xx.2024-cü il tarixdə gömrük nəzarətini keçən zaman qeydə alınmış görüntülərin əks olunduğu DVD diskə baxış keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs gömrük nəzarətini keçən zaman nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan edilməli olan hər hansı predmet olması barədə məlumat verməmiş, ona yaxınlaşmış gömrük əməkdaşı nəqliyyat vasitəsinə gömrük baxışı keçirdikdən sonra, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edib gömrük nəzarətini tərk etmişdir (cild 01, iş vər. 169). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs isitifadəsində olmuş „Redmi“ markalı mobil telefona baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 01, iş vər. 196). Cinayət işinin materiallarında olan 20 avqust 2024-cü il tarixli “DVD-yə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun ixrac nəzarət zonasına idarə etdiyi “MAN” markalı, “06CLJ191/06EDS827” qeydiyyat nişanlı nəqliyyat vasitəsilə daxil olmuş, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs gömrük nəzarətini keçən zaman idarə etdiyi nəqliyyat vasitəsində aparılmış gömrük yoxlaması zamanı qeydə alınmış görüntülərin əks olunduğu 1 ədəd DVD diskə baxışla müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin kabinəsinin tavan hissəsindəki örtüyün arasında gömrük nəzarətindən gizlədilmiş malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə qablaşdırması ilə birlikdə təqribi çəkisi 30 qram təşkil edən spesifik iyə malik narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki aşkar edilərək götürülmüşdür (cild 01, iş vər. 197). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5672 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 227-229). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxsnun əməlində CMin 206.3.2 və 234.2-ci maddələrinin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, o cümlədən X16 barəsində CM-in 206.3.1, 206.3.2 və 234.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 234-247). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:30 radələrində "Samur" gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olmuş Türkiyə Respublikası vətəndaşı Arslan X8 idarə etdiyi "Man" markalı, 06CLJ191/06EDS827 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yoxlanılmış, nəqliyyat vasitəsinin kabinəsinin tavan hissəsindəki örtüyün arasından narkotik vasitə olan marixuanaya bənzər qurudulmuş bitki aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Götürülmüş maddə ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi "Man" markalı, 06CLJ191/06EDS827 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 206.1-ci maddəsinə əsasən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 206.3.1-ci maddəsinə əsasən bu Məcəllənin 206.1–206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 6-cı bəndində göstərilmişdir ki, Narkotik vasitələrin və ya psixotrop maddələrin (onların prekursorlarının) qaçaqmalçılığı cinayətini törətməkdə CM-in 206.2, 206.3 və 206.4-cü maddələri ilə təqsirləndirilən şəxslər barədə cinayət işlərinə məhkəmədə baxılarkən nəzərə almaq lazımdır ki, istər irəli sürülmüş ittiham, istərsə də şəxsin həmin ittiham üzrə təqsirli bilinməsinə dair məhkəmə hökmü ehtimallara əsaslana bilməz və CPM-in 7.0.20, 223.3 və 353.2.1-ci maddələri tələb etdiyi kimi şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsini, yəni, o cümlədən cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, cinayət iştirakçılıqla törədildikdə iştirakçıların rollarının nədən ibarət olması və s. zəruri məlumatlar göstərilməklə sübuta yetirilmiş hesab edilən ittihamın mahiyyətini əks etdirməlidir. Həmin qərarda göstərilmişdir ki, narkotik vasitələrin (psixotrop maddələrin, onların prekursorlarının) gömrük sərhədindən keçirilməsi ilə əlaqədar olan işlərə baxılan zaman irəli sürülən, bu hərəkətin tibbi məqsədlərlə (narkotik vasitənin aşkarlandığı şəxsin müalicəsində istifadə etməkdən ötrü) törədilməsinə dair dəlillər araşdırılarkən, onu nəzərə almaq lazımdır ki, narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) əldə edilməsi, saxlanması, daşınması və onlarla bağlı digər hərəkətlərin edilməsi müvafiq normativ hüquqi aktlarla xüsusilə tənzimləndiyindən (yəni həyata keçirilən anda hərəkətlərin qanunauyğun olması tələb olunduğundan), CM-in 234-cü maddəsi isə blanket norma olmaqla burada cinayət məsuliyyəti narkotik vasitələrlə (psixotrop maddələrlə, prekursorlarla) bağlı əməllərin məhz qanunsuz olmasına görə müəyyən edildiyindən (əməlin ictimai təhlükəli xarakteri narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların əldə edilməsi, saxlanması, daşınması üzrə və s. hərəkətlər yerinə yetirilərkən bunların müvafiq normativ hüquqi aktın tələblərinə cavab verməməsindən irəli gəldiyindən), şəxsin tibbi göstəricilərə görə bu və ya digər narkotik vasitəyə və ya psixotrop maddəyə ehtiyacının olması, hətta sonradan (məsələn, hərəkətlər edilən anda deyil, cinayət prosesinin ibtidai istintaq və ya məhkəmə icraatı mərhələsində) bunun xarici dövlətdə verilmiş müvafiq tibbi sənədlə, o cümlədən reseptlə təsdiq olunması, əgər yerinə yetirildiyi anda hərəkətlər müvafiq normativ hüquqi aktın tələblərinə uyğun olmamışdırsa, eləcə də şəxsin hərəkətlərində CM-in 206.2-ci maddəsinin dispozisiyasında təsbit edilən əlamətlər olmuşdursa, özü-özlüyündə şəxsin istər CM-in 234-cü, istərsə də 206.2-ci maddəsi ilə cinayət məsuliyyətini istisna edən hal kimi nəzərdən keçirilə bilməz. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 10 nömrəli Qərarın 10-cu bəndində qeyd edilmişdir ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Həmin qərarın 14-cü bəndində göstərilmişdir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir. Həmin qərarın 17-ci bəndində göstərilmişdir ki, malların və ya digər əşyaların ölkədən çıxarılmasına bilavasitə yönəldilmiş hərəkətlərə gömrük bəyannaməsinin verilməsindən başqa, qeyd olunmuş malların və ya digər əşyaların gömrük sərhədini faktiki olaraq keçirilənədək onlarla bağlı edilən, GM-də nəzərdə tutulmuş digər hərəkətlər (Azərbaycan Respublikasından çıxan fiziki şəxsin gömrük nəzarəti zonasına girişi və ya daxil olması, nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxmaq üçün nəzarət-buraxılış məntəqəsinə daxil olması, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara göndərmək üçün nəqliyyat təşkilatlarına malların və ya poçt rabitəsi təşkilatlarına beynəlxalq poçt göndərişlərinin təhvil verilməsi, şəxs tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş yerlərdən kənar mallar və nəqliyyat vasitələrinin gömrük sərhədindən faktiki keçirilməsi) aiddir. Buna görə, qaçaqmalçılıq malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması zamanı gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə törədildikdə gömrük sərhəd buraxılış məntəqəsində gömrük nəzarəti başa çatdığı andan, malların və ya digər əşyaların gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisindən çıxarılması zamanı isə bu cinayətin predmetlərinin gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”na əsasən 5 qramdan 500 qramadək çəkidə olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdikləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı aşkar surətdə deyil də, məhz malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə edərək dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsinin tavan hissəsindəki örtüyün arasında saxlaması (gizlətməsi), 2 dəfə gömrük sərhəddindən keçməsinə baxmayaraq həmin arkotik vasitə olan qurudulmuş marixuananı bəyan etməməsi və digər faktiki hallar sübut edir ki, təqsirləndirilən şəxs yük maşınında daşıdığı narkotik vasitə olan qurudulmuş marixuananın qanunla qadağan olunmuş vasitə olduğunu bilmiş, məhz buna görə həmin narkotik vasitəni gömrük nəzarətindən gizlətmişdir. Bununla belə məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının X4 Müəyyən Edən 4-cü fəslinin 72-ci maddəsininin 3-cü bəndinə əsasən qanunu bilməmək şəxsi məsuliyyətdən azad etmir. Belə ki, Təqsirləndirilən şəxs yük maşınından aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı Azərbaycan Respublikası ərazsində əldə etdiyini, qanunu bilmədiyi üçün xəbərsiz şəkildə ibtidai istintaq zamanı yalan ifadə verdiyini bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, o, şübhəli şəxs qismində saxlanılarkən, şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmişdir. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 206.3.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, o cümlədən ekspertizanın rəyləri və işdə olan digər mötəbər sübut vasitəsi ilə tam təsdiq olunur. Odur ki, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 206.3.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 168). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını, habelə CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla ona qəti müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 52.1-ci və 52.2-ci maddələrində göstərilən şəxslər istisna edilməklə bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə əlavə cəza qismində Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzasının təyin edilməsini nəzərdə tutmaqla, habelə bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə CM-in 58.3-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla həmin əlavə cəzanın təyin edilməsinə yol verməklə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində olan hər bir işdə cəza təyini məsələsi həll edilərkən onlara əlavə cəzanın təyin edilməsinin mümkünlüyü məsələsinin müzakirə olunmasını və hökmün təsviri-əsaslandırıcı hissəsində bu məsələ üzrə məhkəmənin gəldiyi nəticənin əsaslandırılmasını tələb edir. Maddənin sanksiyasında əlavə cəzanın məcburi tətbiq olunması nəzərdə tutulduğu hallarda belə cəzalar yalnız CM-nin 62-ci maddəsinə istinad edilməklə tətbiq olunmaya bilər, bu şərtlə ki, əlavə cəzanın təyin olunmamasının səbəbi hökmdə əsaslandırılsın. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərinən qərarında əks olunanları və Cinayət Məcəlləsinin 52.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra əlavə cəza olaraq Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılmalıdır. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 35). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-610/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 145-152). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılmalı, cəzasının başlanğıcı isə şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 12,92 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə maddi sübut qismində tanınmayan 01 ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə 72 AZN (yetmiş iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 12,92 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və iş üzrə maddi sübut qismində tanınmayan 01 ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə 72 AZN (yetmiş iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-121/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-121/2025
07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver