Məhkəmə qərarları › İş №1(124)-122/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-122/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-122/2022 13.04.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 1998-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, subay, əvvəllər məhkum olunmamış, Yevlax rayonu F.İsayev küçəsi mənzil 18-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Qalubiyyə küçəsində fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 16.09.2021-ci il tarixdə saat 00:30 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Qalubiyyə küçəsində yerləşən fərdi yaşayış evinin həyətində anası Şahid2 qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə sonuncunun sərxoş vəziyyətdə onu, anası Şahid2 və bacısı Şahid1 vurub dərəcələri təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiyinə görə aralarında baş vermiş şəxsi münasibətlər zəminində münaqişə zamanı mətbəxdən götürdüyü tiyəsi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs kürək nahiyəsinə iki dəfə qəsdən zərbə vuraraq, ona döş qəfəsinin arxa səthində sol kürək nahiyəsinin 1 (bir) ədəd və sağ kürəkarası nahiyəsinin 1 (bir) ədəd döş boşluğuna nüfuz edən sağ döş boşluğuna qanın və havanın yığılması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları xəsarətlərini yetirməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərdi ki, 15 sentyabr 2021-ci il tarixində saat 23 radələrində anası Samirə ona zəng edərək işdən gec gəldiyi üçün onu qarşılamağını demişdir. O, evdən çıxaraq anası Samirəni Xırdalan şəhərində yerləşən bir kafenin qarşısında qarşılamışdır. Bundan sonra ikisi birlikdə evə getmişlər. Yolda onları anası ilə münasibəti olan Babək görmüş və ünvanlarına nalayiq söyüşlər istifadə etmişdir. Onlar evə yeni daxil olmuşlar ki, Babək evin həyətində bayır tərəfdən açıq pəncərədən içəri boylanaraq onun və anasının ünvanına yenidən nalayiq söyüşlər söyməyə başlamışdır. O, evin giriş qapısından həyətə çıxıb Babəki sakitləşdirmək istəmişdir. Anası Samirə də onun arxası ilə həyətə çıxmışdır. Bundan sonra bacısı Səma da evdən həyətə çıxıb onlara yaxınlaşmışdır. Həmin vaxt Babək sərxoş olmuşdur. Bir qədər sonra Babək evin həyətində onun boyun nahiyəsindən əli ilə bir dəfə sillə vurmuş, həmin zərbədən o, yerə yıxılmışdır. Bundan sonra Babək anası Samirəni və bacısı Səmanı da əli ilə vurmuşdur. O, yerdən qalxmışdır. Babəkin bacısı Səmanın və anası Samirənin üzərinə vurmaq üçün yenidən getdiyini görüb o, evə daxil olmuşdur. Evin mətbəxindən bir ədəd mətbəx bıçağını götürüb həyətə çıxmışdır. O, əlində bıçaqla Babəkin üzərinə getmişdir ki, Babəki qorxutsun. Həmin vaxt bacısı və anası yerə yıxılmış vəziyyətdə olmuşlar. Anasının qulaq, bacısının isə üzündən qan axdığını görmüşdür. Həmin vaxt anasını və bacısını müdafiə etmək üçün Babəkin kürək nahiyyəsindən iki bıçaq zərbəsi vurmuşdur. Birinci zərbəni o vurmuş, ikinci zərbə isə təsadüfən dəymişdir. Mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Bıçaq zərbələrini vurduqdan sonra Babək oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs bu hadisədə özünün təqsirli bimədiyini, anası və bacısını müdafiə etmək məqsədi ilə zərər çəkmiş şəxsə xəsarət yetirdiyini və zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alınmasını və barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Şahid2 ilə təxminən 3 il müddətdir ki, qeyri-rəsmi ər-arvad münasibətində olmuşlar. 15.09.2021-ci il tarixdə axşam saatlarında Xırdalan şəhərində yerləşən kafedə tanışları ilə yemək yeyib kafedən çıxmışdır. Samirəyə zəng etmiş, lakin ona zəng çatmamışdır. X1 evə getdiyini görmüşdür. O, isə Samirənin gəldiyi taksi maşınına minərək taksi sürücüsündən arvadı Samirəni haradan gətirdiyini soruşmuşdur. Bundan sonra o, 16 sentyabr tarixə keçən gecə saat 00:30 radələrində Samirənin evinin həyətinə daxil olmuşdur. Həmin vaxt Samirə ilə mübahisə etməyə başlamışlar. Samirədən taksidən düşdüyü gün maşında olan digər xanımın kim olduğunu soruşmuşdur. Samirə isə bu məsələnin ona aidiyyatı olmadığını bildirmişdir. Bundan sora evin həyətindən çıxıb bir neçə metr aralaşmışdır. Oradan bir qədər aralaşdıqdan sonra Elvin bıçaqla onu kürək nahiyəsindən vurmuşdur. Daha sonra oradan uzaqlaşaraq 102 xidmətinə zəng vurmuşdur. Bir qədər sonra polis əməkdaşları gələrək onu xəstəxanaya aparmışlar. Samirəni, Səmanı və Elvini vurmamış, onlara xəsarət yetirməmiş, hadisənin ifadəsində qeyd etdiyi kimi baş vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxlə barışdığını, ona vurulmuş maddi və mənəvi ziyanın aradan qaldırıldığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirib, təqsdirləndirilən şəxsə mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 15.09.2021-ci il tarixdə saat təxminən 23:30 radələrində işdən çıxıb evə gələn zaman oğlu Elvinə zəng edərək onu qarşılamağını bildirmişdir. Elvin və qızı Səma da onu qarşılamışlar. Bundan sonra onlar birlikdə yaşadıqları evə getmişlər. Onlar evə yenicə daxil olmuşlar ki, münasibəti olduğu Babək evin həyətində bayır tərəfdən açıq pəncərədən içəri boylanaraq oğlu Elvinə və ona qarşı nalayiq sözlər demişdir. Bundan sonra o, evin giriş qapısını açıb Babəkə çıxıb getməsini xahiş etmişdir. Bu zaman oğlu Elvinlə birlikdə evin giriş qapısından həyətə çıxıb Babəki sakitləşdirmək istəmişlər. Həmin vaxt Babək sərxoş olmuşdur. Evin həyətində o və oğlu Elvin Babəki sakitləşdirməyə çalışsalar da, Babək ona niyə işdən gec gəlməyini irad bildirirək onların ünvanına nalayiq söyüşlər söyməyə davam etmişdir. Qızı Səma da onların arxası ilə həyətə çıxmışdır. Bundan sonra Babək əli ilə oğlu Elvinin boyun nahiyyəsindən sillə ilə zərbə vurmuşdur. Həmin zərbədən oğlu Elvin yerə yıxılmışdır. Babək onu və qızı Səmanı da əli ilə vurmuşdur. O, həmin zərbədən yerə yıxılaraq müvazinətini itirmiş, qulağı cırılmışdır. Həmin vaxt qızı Səma da Babəkin əli ilə vurduğu zərbədən yerə yıxılmışdır və burnu qanamışdır. X4rı döydüyünü görüb mətbəxdən bıçağı götürüb Babəki vurmuşdur. Lakin o, Elvinin Babəki hansı nahiyyəsindən bıçaqladığını görməmişdir. Şahid2 məhkəmədə əlavə olaraq verdiyi ifadəsində göstərmişdir ki, Babək hadisə gününə qədər də onun yaşadığı evə dəfələrlə hücum edərək onu təhqir etmişdir. Hadisənin baş verdiyi gün isə Babək onu, qızını və oğlunu dəfələrlə döymüş, hətta onlar kömək üçün qonşulara müraciət etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, anası onlara zəng edərək onu qarşılamaqlarını bildirmişdir. Onlarda analarını qarşılayıb evə gəlmişlər. Daha sonra Babək evlərinin pəncərəsini döyərək onları təhqir etməyə başlamışdır. Qardaşı Elvin çölə çıxıb Babəki sakitləşdirməyə çalışmıdır. Bundan sonra Babək əli ilə Elvinin boyun nahiyyəsindən sillə ilə zərbə vurmuşdur. Daha sonra ona və anasınada sillə zərbəsi vurmuşdur. Babək onları təhqir etdikdən sonra Elvin ona bıçaq zərbəsi endirmişdir. Şahid1 məhkəmədə əlavə olaraq verdiyi ifadəsində göstərmişdir ki, hadisə günü Zərərçəkmiş şəxs onların yaşadıqları evə gələrək ona, anasına və qardaşına zərər yetirməyə çalışmışdır. Belə ki, qardaşı Elvin anasını qorumaq məqsədi ilə Babəki bıçaqla yaralamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, hadisə yerinə - Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Qalubiyyə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə baxış keçirilməsi haqqında protokolda hadisənin baş verdiyi yer ətraflı təsvir edilmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 8-11). İbtidai istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 31-36). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28.10.2021-ci il tarixli 2284 saylı rəyində göstərilmişdir ki, 1980-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, onun adına olan tibbi sənəddə qeyd olunanlara əsasən, almış olduğu xəsarətlər – döş qəfəsinin arxa səthində sol kürək nahiyəsinin 1 (bir) ədəd və sağ kürəkarası nahiyəsinin 1 (bir) ədəd döş boşluğuna nüfuz edən sağ döş boşluğuna qanın və havanın yığılması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, müddəti qərarda qeyd olunan tarixə, yəni 16.09.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. (iş vərəqə cild İ, səh 183-184) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30.09.2021-ci il tarixli 2267 saylı rəyində göstərilmişdir ki, 1998-ci il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, bədən səthində müəyyən edilmiş xəsarətlər – boyun və sağ körpücük nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 1-2 gün əvvəl əmələ gəlmişlər, qərarda göstərilən 16.09.2021-ci il tarixdə insanın bədən hissələrinin (əl, barmaqlar və s.) təsirindən əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. (cild 1, iş vərəqə 133-134) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30.09.2021-ci il tarixli 2268 saylı rəyində göstərilmişdir ki, 1988-ci il təvəllüdlü vətəndaş Şahid2 məhkəmətibbi ekspertizasına əsasən, bədənində aşkar edilmiş xəsarətlər – hər iki bazunun qançırları küt əşya (əşyalar) təsirindən, müayinədən 1-2 gün əvvəl törənmişdir, qərarda qeyd olunan 16.09.2021-ci il tarixdə insanın bədən hissələrinin (əl, barmaqlar və s.) təsirindən əmələ gəlmişdir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. (cild 1, iş vərəqə 136) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30.09.2021-ci il tarixli 2269 saylı rəyində göstərilmişdir ki, 2002-ci il təvəllüdlü vətəndaş Şahid1 məhkəmətibbi ekspertizasına əsasən, bədənində aşkar edilmiş xəsarətlər – sol yanaq nahiyəsinin sıyrığı küt əşya təsirindən, müayinədən 1-2 gün əvvəl törənmişdir, qərarda qeyd olunan 16.09.2021-ci il tarixdə insanın bədən hissələrinin (əl, barmaqlar və s.) təsirindən əmələ gəlmişdir, sağlamlığa zərər vurmayan xəsarətə aid edildiyindən dərəcəsi təyin edilmir. (cild 1, iş vərəqə 141) Cinayət işinin materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 29.09.2021-ci il tarixli 601-2021/MTKŞ saylı rəyində göstərilmişdir ki, maddi sübutların məhkəmə-tibbikriminalistik və məhkəmə-kriminalistik tədqiqlərinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir: ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın arxa səthinin yuxarı hissəsində iki ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr iti ülgüclü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus maykanın arxa səthinin sol yarısının aşağı hissəsində küt yaranma mexanizminə malik və maykanın hər hansı bir əşyaya ilişib cırılması nəticəsində əmələ gəlməyə xarakterik bir ədəd cırılma zədəsi vardır. Ekspertizaya təqdim olunmuş ıçaq tiyəsi həm dəstəyindən küt sındığı, həm də əyilmiş vəziyyətdə olduğu, yeni kəskin deformasiyaya uğradığı üçün təqdim olunmuş geyim əşyaları üzərindəki deşilmiş-kəsilmiş zədələri tədqiqata təqdim edilən bıçaq tiyəsinin təsirindən əmələ-gəlib gəlməməsi barədə fikir söyləmək mümkün deyildir. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus köynək üzərində heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq tiyəsi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağının tiyəsi olmuşdur, küt mexanizimlə qarşılıqlı təsirdən sınmışdır və soyuq silah hesab olunmur. Bıçaq tiyəsinin üzərində sonradan onun təyinatını dəyişəcək heç bir əlavə və dəyişiklik edilməmişdir. (cild 1, iş vərəqə 143-150) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-bioloji ekspertizasının 15.10.2021ci il tarixli 718/2021-MTBŞ saylı rəyində göstərilmişdir ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir: Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa, beta /İ/. Ekspertizaya təqdim edilən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus köynək, mayka Təqsirləndirilən şəxs məxsus qısaqol mayka üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti təqdim olunduqda H antigeni və həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilən bir ədəd bıçaq tiyəsi üzərində qan aşkar olunmadı. (cild 1, iş vərəqə 152- 156) Cinayət işinin materiallarında olan komisyon-ambulator məhkəmə-psixiatrik ekspertizasının 14.10.2021-ci il tarixli 2370 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, buna görə də, o, törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 162-164) Cinayət işi materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 05 noyabr 2021-ci il və 03 mart 2022-ci il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 24.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. (cild1, iş vərəqə 114) Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs anası və bacısını qorumaq məqsədi ilə bıçaqla vurması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, zərərçəkmiş şəxsin bədəni üzərində olan xəsarətlərin onun kürək nahiyəsində olması, mətbəxə keçərək oradan bıçağı götürüb zərərçəkmiş şəxsə iki bıçaq zərbəsi yetirməsi Təqsirləndirilən şəxs anası və bacısının Zərərçəkmiş şəxs tərəfindən döyülməsindən hiddətlənərək zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmağının bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə sonradan barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən gənc olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 17 sentyabr 2021ci il tarixli protokoldan görünür ki, X3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 19 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 sentyabr 2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdən 19 sentyabr 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Abşeron rayon Pİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, bir ədəd alt geyimi (mayka) zərərçəkmiş şəxsə geri qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək özünə qaytarılmalı qəbul etmədikdə məhv edilməli, bir ədəd bıçaq məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 il 6 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdən 19 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 3 il 5 ay 28 gün (üç il beş ay iyirmi səkkiz gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 13 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Hörm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Abşeron rayon Pİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, bir ədəd alt geyimi (mayka) zərərçəkmiş şəxsə geri qaytarılsın, qəbul etmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək özünə qaytarılsın qəbul etmədikdə məhv edilsin, bir ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar