Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-122/2023 14.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı , müdafiəçilər – Təqsirləndirilən şəxs1 müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1989-cu il 03 yanvar tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-ci maddəsi 1977-ci il 10 aprel tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Şabran şhəri 5 sotlar yaşayış massivində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs2 2022-ci il 19 fevral tarixdə Şabran şəhər sakini, «5 sotlar» yaşayış massivində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs1 pulu sonradan ödəmək şərti ilə 30 manata almaqla qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda - təmiz çəkisi 0,449 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin 1 bükümünü əynindəki boz rəngli cins şalvarın sağ yan cibinə yerləşdirib üstündə gəzdirməklə qanunsuz olaraq saxlamış, 2022-ci il 19 fevral taixdə, saat 01 radələrİndə, Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin və psixotrop maddələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri nəticəsində o, Şabran şəhəri «dəyirman yolu» adlanan ərazidə saxlanılmış, RPŞ-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı sözügedən psixotrop maddə ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs1 istintaqla dəqiq müəyyən edilməmiş vaxtda, mənbədən və miqdarda satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin təmiz çəkisi 5,056 qram olmaqla külli miqdar təşkil edən 1 bükümünü və kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminin ayrı -ayrılıqda çəkiləri 1,852 qram, 0,449 qram, 0,209 qram, ümumi təmiz çəkisi 2,51 qram olmaqla külli miqdar təşkil edən 3 bükümün 2,061 qram təşkil edən 2 bükümünü Şabran şəhəri «5 sotlar» adlanan yaşayış sahəsində yaşadığı evin mətbəxində gizlətməklə qanunsuz olaraq saxlamış, 0,449 qram təşkil edən bir bükümünü isə 2022-ci il 19 fevral tarixdə saat 01 radələrİndə tanışı Təqsirləndirilən şəxs2 pulu sonradan ödəmək şərtilə 30 manata satmış, Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs2 0,449 qram çəkidə 1 büküm metamfetamin, Təqsirləndirilən şəxs1 yaşadığı evin mətbəx otağından isə 1 büküm sözügedən narkotik vasitə - heroin, 2 büküm sözügedən psixotrop maddə metamfetamin, eləcə də 1 ədəd elektron tərəzi aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Siyəzən rayonunda fərdi əməklə məşğuldur. Hadisə günü Seymurdan metamfetamin götürməyə getmiş, üstündə pul olmamışdır. Seymur onu borc pul alması üçün tanışı Ceyhuna yönləndirmiş, gedib götürəndə isə tutulmuşdur. Narkotiki Seymurdan almışdır. 34 yaşı var, 30 yaşında narkotik vasitə istifadə etməyə başlamış, 33 yaşından mülaicə olunmuşdur. Metamfetamin istifadəçisi olmuş, Seymurdan əvvəllər də 30 manata narkotik vasitə almışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şabran şəhəri T.Abbasov küçəsi ev 209-da ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Ailəlidir. Birgə nigahdan 2 övladı vardır. Təxminən 3-4 aydır ki, narkotik vasitə olan patı yəni şüşədən istifadə edir. 19 fevral 2022- ci il tarixdə gecə saat 01 radələrində 5 sotlar yaşayış massivində yaşayan tanışı Seymurun yanına gəlmişdir. Seymurla görüşən zaman ondan şüşə kimi tanınan psixotrop maddənin olub olmadığını soruşmuş, Seymurda ona şüşə kimi tanınan psixotrop maddənin olmasını və 30 manat pul qarşılığında bir bükümünü ona sata biləcəyini bildirmişdir. Həmin vaxt o, Seymura pulunun olmadığını,bu səbəbdən də ona borc pul verəcək bir tanışının tapmasını xahiş etmişdir. Bu zaman təsadüfən Təqsirləndirilən şəxs1 mobil nömrəsinə bir nəfər şəxsdən zəng gəlmişdir. Bir neçə saniyə Seymur həmin şəxslə danışdıqdan sonra ondan tanışı Vasifə bir neçə gün ərzində ödəməsi şərti ilə 30 manat borc pul verməsini xahiş etmiş, həmin şəxsdə təxminən 10 dəqiqə sonra Şabran rayonu dəyirman yolu kimi tanınan ərazidə olacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 telefonla danışdıqdan sonra həmin şəxsin adının Ceyhun olmasını ona bildirərək təxminən 10 dəqiqə sonra Ceyhunun Şabran rayonu dəyirman yolu kimi tanınan razidə olacağını söylmişdir. Bunan sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 1 büküm şüşə kimi tanınan psixotrop maddəni götürərək Ceyhunla görüşmək üçün dəyirman yolu istiqamətində hərəkət etməyə başlamışdır. Sözügedən əraziyə çatan zaman Ceyhunun onu gözlədiyini görmüş və Ceyhuna yaxınlaşıb onunla salamlaşan zaman polis əməkdaşları onlara yaxınlaşaraq hər ikisini RPŞ-nə gətirmişlər. RPŞ-nin növbətçi hissəsində hüquq və vəzifələri ona izah edildikdən sonra vəkilin iştirakı ilə vidoçəklişlə üzərinə keçirilən şəxsi axtarış zamanı o, tanışı Seymurdan aldığı 1 büküm şüşə kimi tanınan psixotrop maddəni əyinindəki boz rəngli cins şalvarın sağ yan cibindən çıxardaraq təqdim etmişdir. O, həmin maddəni Seymurdan aldığını səmimi olaraq etiraf etmiş, daha sonra üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetamin zərfə qoyulmuş, bu barədə müvafiq protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. (Cild 1, iş vərəqləri 225-227) Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü Vasiflə birlikdə olmuş, sonradan polislər gəlmişdir. Narkotik vasitəni Vasifə satmamış, narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün Vasif üçün almış, elə-belə vermişdir. Ümumi 5 qram narkotik vasitə olmuşdur. Hardasa qram yarımın Vasifə vermişdir. Satmaq hissəsində ifadəsini təsdiqləməmiş, digər xüsusatlar ilə razılaşmışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2-da qeydiyyatda olmasına baxmayaraq Şabran şəhəri 5 sotlar yaşayış massivində yerləşən nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır.Evlidir.Rəsmi nigahdan 3 övladı vardır. Təxminən 1 ildir ki, narkotik vasitə olan kakos və patıdan yəni şüşədən istifadə edir. 17 fevral 2022-ci il tarixdə saat təxminən 17 radələrində təsadüfən Bakı şəhərində “Şamaxinka” kimi adlanan ərazidə əvvəllər tanıdığı İran İslam Respublikasının vətəndaşı ilə rastlaşmışdır. Onunla bir neçə dəqiqə söhbət etdikdən sonra o, üzərində narkotik vasitə olmasını və istədiyi təqdirdə ona sata biləcəyini bildirmişdir. O, da həmin şəxslə razılaşmış və həmin vaxt ondan 5 qram kakos və 5 qram isə patı yəni şüşə kimi tanınan narkotik vasitə və psixotrop maddəni 300 manat pul qarşılığında alaraq Şabran şəhərinə yollanmışdır. O, həmin narkotik vasitələri 3 ədəd bükümdə qablaşdıraraq evinin mətbəx hissəsində saxlamış, 19 fevral 2022-ci il tarixdə tanışı Vasif onun yaşadığı evə gələrək onda narkotik vasitə olub-olmadığını soruşmuş, o da qarşılığında özündə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Vasif ondan şəxsi istifadəsi üçün bir çet yəni bir büküm şüşə kimi tanınan psixotrop maddə almaq istədiyini söyləyən zaman o Vasifə 1 büküm şüşə kimi tanınan psixotrop maddəni ona 30 manat pul qarşılığında sata biləcəyini bildirmişdir. Bu zaman Vasif ona pulu olmadığını və bu səbəbdən də tanışlarından ona borc pul verəcək bir nəfər şəxs tapmasını istəmişdir. Həmin vaxt təsadüfən o, tanışı Ceyhunla telefonla danışdığı zaman əvvəlcə ondan hal hazırda harada olmasını soruşmuş, Ceyhun da ona hal hazırda Şabran şəhər ərazisində olduğunu bildirən zaman o, Ceyhuna bir neçə dəqiqə ərzində Şabran rayonunda “dəyirman yolu” kimi tanınan əraziyə gəlməsini, həmin vaxt oraya Vasif adlı tanışının gələcəyini və Vasifə 30 manat borc pul verməsini bildirmişdir. Ceyhunda telefonda təxminən 10 dəqiqə sonra sözügedən əraziyə çatacağını ona söyləmişdir. Ceyhunla danışdıqdan sonra Vasifə Ceyhun adlı tanışının ona 30 manat borc pul verəcəyini, həmin pulu satdığı 1 büküm şüşə kimi tanınan psixotrop maddənin qarşılığında ona verəcəyini lakin Ceyun adlı şəxsə olan 30 manat borcu isə onun özünün qaytaracağını bildirmişdir. Vasifdə onunla razılaşmış və ondan 1 büküm şüşə kimi tanınan psixotrop maddəni götürərək çıxıb getmişdir. Təxminən 1 saat keçdikdən sonra Şabran rayon PŞ-nin əməkdaşları onun yaşadığı evə gələrək baxış keçirmək istədiklərini bildirmişlər. O, da etiraz etmədikdən sonra RPŞ-nin əməkdaşları onun yaşadığı evə baxış keçirməyə başlamışlar. Baxış zamanı evin mətbəxindəki masanın üzərindən 3 büküm narkotik vasitələr və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa mətbəxdəki şkafın yuxarı gözündən 1 ədəd sellofana bükülmüş kütlə aşkar edilsə də, o, həmin kütlədən xəbərsiz olduğunu bildirmişdir. Daha sonra onun evindən aşkar edimiş 3 ədəd bükümlər, 1 ədəd sellofana doldurulmuş kütlə və 1 ədəd elektron tərəzi zərfə qoyularaq götürülmüş və bu barədə protokol tərtib edilmişdir.(Cild 1, iş vərəqləri 154-157) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şabran RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, daxil olan əməliyyat məlumatı əsasında 19 fevral 2022-ci il tarixdə polis əməkdaşı Şahid3 ilə birgə Şabran rayonunda “dəyirman yolu” kimi tanınan ərazidə Şahid7 və Təqsirləndirilən şəxs2 saxlayaraq RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman üzərindən 1 büküm psixotrop maddə hesab edilən metamfetamin aşkar edilmiş, Təqsirləndirilən şəxs2 həmin psixotrop maddənin özünə məxsus olmasını bildirərək onu şəxsi istifadə məqsədilə tanışı Seymur adlı şəxsdən almasını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilmiş, bu zaman evin mətbəx hissəsinə masanın üzərindən 3 ədəd içərisində narkotik maddəyə bənzər kütlə, 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 3 ədəd bükümdəki maddələrin narkotik vasitə, psixotrop maddə olmasını və həmin bükümlərin özünə məxsus olmasını etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şabran RPŞ-nin PPXB-nün polis nəfərləri Şahid5 və Şahid1 digər polis əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, taksi fəaliyyəti göstərir. Seymurun narkotik vasitə istifadəşisi olduğunu bilməmiş, rayon adamı kimi tanımışdır. Ona “haralardasan?” deyə zəng etmiş, Seymur ona bir tanışına 30 manat pul lazım olduğunu və özünün ona cavabdeh olduğunu bildirmişdir. Dəmir yoluna gedərək həmin adama pul vermək istəyəndə polis əməkdaşları yaxınlaşmışdır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şabran RPŞ-nin CAB-nin rəisi, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, o, Şabran RPŞ- nin CAB-nin rəisi vəzifəsində işləyir. Şabran RPŞ-nin əməliyat aparatına etibarlı və qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən 19 fevral 2022- ci il tarixdə saat 01 radələrində NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birgə Şabran rayonu 5 sollar yaşayış massivinin yaxınlığından keçən “dəyirman yolu” kimi tanınan ərazidə Şahid7 və Şabran rayon sakini Təqsirləndirilən şəxs2 saxlayaraq RPŞ-nə dəvət etmişlər. RPŞ-nə gələn zaman həmin şəxslərin xx.xx.1980-cı il təvəllüdlü, ünvan 4 ünvanında yaşayan Şahid7 və xx.xx.1989-cu il təvəllüdlü Şabran şəhəri T.Abbasov küçəsi ev 209 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Daha sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 büküm psixotrop maddə hesab edilən metamfetamin aşkar edilmiş, Təqsirləndirilən şəxs2 həmin psixotrop maddənin özünə məxsus olmasını bildirərək onu şəxsi istifadə məqsədilə tanışı Seymur adlı şəxsdən almasını səmimi olaraq etiraf etmişdir. Lakin Şahid7 üzərinə baxış keçirilən zaman hər hansı bir cinayət xarakterli əşya, predmet və yaxud narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra o, CAB-nin əməliyyat baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid6, CAB-nin əməliyyat müvəkkili polis leytenantı Hafiz Məmiyev, PPXB-nün polis nəfəri Adil Kərimov, NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birgə Şabran şəhəri 5 sotlar yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilən zaman evin mətbəx hissəsinə masanın üzərindən 3 ədəd içərisində narkotik maddəyə bənzər kütlə, 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 3 ədəd bükümlərdəki maddələrin narkotik vasitə, psixotrop maddə olmasını və həmin 3 ədəd bükümün onun özünə məxsus olmasını səmimi olaraq etiraf etmişdir. Bundan sonra həmin kütlələr qablaşdırılaraq onların və müdafiəçinin iştirakı ilə müvafiq qaydada götürülmüşdür. (Cild 1, iş vərəqləri 175-177) İş üzrə şahid qismində dindirilmiş Şabran PŞ-nin CAB-nin baş əməliyyat müvəkkilləri, Şahid4 və Əliyev X3 Alış Adil oğlu ilə eyniməzmunlu ifadə verərək Şahid3 göstərdiyi halları təsdiq etmişlər.( Cild 1, iş vərəqləri 178-180; 184-186) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 18 fevral 2022-ci il tarixli “Əməliyyat məlumatının yoxlanılması barədə” qərardan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz satışı və qəbulu ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, vərəqə 3) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 19 fevral 2022-ci tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əyinindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. ( Cild 1, iş vərəqləri 20-22) Şəxsi axtarış aparılması haqqında protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 19 fevral 2022-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evə keçirilmiş baxış zamanı evin mətbəxindən 04 (dörd) ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər kütlə, 01 (bir) ədəd elektron tərəzi və 03 (üç) ədəd falqa aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 33-36) Baxış keçirilməsi haqqında protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan 19 fevral 2022-ci il tarixli məhkəmə- kimyəvi ekspertizasının 7/1043 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,449 qram ağ rəngli, krsitalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdqi edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. (Cild 1, iş vərəqləri 58-62) Cinayət işinin materiallarında olan 19 fevral 2022-ci il tarixli məhkəmə- kimyəvi ekspertizasının 7/1042 №-li ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar adilmiş sözləri,imzalar olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,852 qram, 0,209 qram, ümumi tımiz çəkiləri 2,061 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir,iki bükümdəki metamfetaminİn kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 1 ədəd bükümdə təmiz çəkisi 5,056 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd p/e torbada çəkisi 52,049 qram sarımtıl - qəhvəyi rəngli maddə kütləsinin tərkibində nəzarətdə olan maddələrə məxsus əlamətlər müəyyən edilmədi. 1 ədəd qara korpuslu elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi.Tərəzinin səthində heroin iz şəkilində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirilməsi üzrə təqdqiqatın aparılması mümkün olmadı. Eyniləşdirmə üzrə tədqiqatın aparılması üçün təqdim edilən Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş metamfetamin kütləsi ilə Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respubliksının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş”Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahsına, Metamfetamin Azərbaycan Respubliksının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş ’’Azərbaycan Respubliksı ərzisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahsına daxildir.(Cild 1, iş vərəqləri 63-67) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 1453 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 “OPİOİDLƏRİN” və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROM (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müəalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 158-159) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022ci il tarixli 1795 nömrəli rəyində göstrəilmişdir ki, Təqsirləndirilən şəxs1 Opiodlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur.Lakin hal hazırda abstinensiy, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınmas məsləhət görülür. (cild 1, iş vərəqə 194-195) Cinayət işinin materiallarında olan “Əşyanın maddi sübut kimi hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, 0,05 qram tədqiqata sərf edilməklə təmiz çəkisi 0,399 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş 0,05 qram tədqiqata sərf edilməklə təmiz çəkisi 5,006 qram olan narkotik vasitə hesab edilən heroin, 0,1 qram tədqiqata sərf edilməklə təmiz çəkisi 1,961 qram olan psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi 21 may 2022-ci il tarixdə maddi sübutlar kimi tanınaraq, Şabran RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir.( cild 1, iş vərəqə 205-206) İş üzrə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 133) İş üzrə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 132) Şabran RİHB-nın Şabran şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayışın və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birgə ünvan 5 ünvanında yaşayır. Yaşadığı müddətdə onun barəsində məhəllə komitəsinə şifh və yazılı formada şikayətlər daxil olmamışdır. (cild 1, iş vərəqə 161-162) Şabran RİHB-nın Şabran şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayışın və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birgə ünvan 6 ünvanında qeydiyyatdadır. Yaşadığı müddətdə onun barəsində məhəllə komitəsinə şifh və yazılı formada şikayətlər daxil olmamışdır. (cild 1, iş vərəqə 166-167) Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı 02 azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün dəlil gətirməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 evində aşkar olunan narkotik vasitəni əldə etməkdə, həmçinin Təqsirləndirilən şəxs2 narkotik vasitə verməkdə satış məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi, külli miqdarda olması, onları müxtəlif bükümlərə ayırması və evindən elektron tərəzinin aşkar edilməsi Təqsirləndirilən şəxs1 məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına, CM-nin 234.1-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 isə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 02 (iki) azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, 20 fevral 2022 - ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə ona polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saxlandığı Şabran PRŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddəti Cinayət Məcəlləsinin 69.3cü maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı, təqsirləndirilən Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və o, həmin cəzanı yaşayış yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şabran və Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, Şabran rayon məhkəməsinin 20 fevral 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 opiodlərin qəbulu nəticəsində yaranan asılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Lakin hal hazırda abstinensiy, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Şabran RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,399 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş qalıq çəkisi 5,006 qram olan narkotik vasitə hesab edilən heroin, qalıq çəkisi 1,961 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 220 ( iki yüz iyirmi) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən ayrı-ayrılıqda 110 (yüz on) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs2 19 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 il 11 ay 26 gün (bir il on bir ay iyirmi altı gün) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şabran və Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 05 ( beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 19 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Şabran RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,399 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş qalıq çəkisi 5,006 qram olan narkotik vasitə hesab edilən heroin, qalıq çəkisi 1,961 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 110 (yüz on) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona verildiyi andan andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-122/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-122/2023
14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver