Məhkəmə qərarları › İş №1(124)-123/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-123/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-123/2025 16.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X10, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Qubadlı rayonu, Padar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Balasoltanlı ərazi dairəsi, Padar kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən “Test 1” zavodunun inzibati binasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girib, sosial şəbəkədə aralarındakı danışıqdan sonra yaranmış cinayətkar razılaşmaya uyğun olaraq alacağı külli miqdarda psixotrop maddə metamfetaminin dəyəri olan 190 (bir yüz doxsan) manat pulu elektron ödəniş terminalı vasitəsilə ona veriləcək bank kartının hesabına ödəməsini öhdəsinə götürmüş, sonradan isə həmin pulun 100 (bir yüz) manatını verilmiş bank kartının hesabına ödəmiş, bundan sonra aralarındakı razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı ümumilikdə 4,746 qram çəkidə külli miqdarda kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamini Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Psixatrik X6 şəxsin inzibati binasının yaxınlığında yol kənarına istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyriləri vasitəsi ilə gizlədib yerləşdirərək, daha sonra psixotrop maddənin yerləşdirildiyi yerin geolokasiya və fotoşəkillərini Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonuna göndərmiş, Təqsirləndirilən şəxs isə sonuncunun təlimatı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisinə gedərək satışının həyata keçirilməsi üçün aldığı külli miqdarda psixotrop maddə metamfetamini qoyulduğu yerdən götürüb, satış məqsədi ilə daşıyaraq Sumqayıt şəhərinə gətirməklə bir qismini üzərində, qalan hissəsini yaşadığı mənzildə saxlamış, bundan sonra 16 may 2024-cü il tarixdə saat 19:50- də yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən “Test-1” zavodunun inzibati binasının arxasında Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis bölməsinə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynindəki yaşıl rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,408 qram xeyli miqdarda ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 22:55-də Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində “Test-1” zavodunun inzibati binasında yerləşən mənzilə baxış keçirilərkən, mənzilin yataq otağındakı divanın üzərində yastığın arxa hissəsində 01 (bir) ədəd plastik qutunun içərisində 03 (üç) ədəd, həmin yastığın üzlüyünün içərisindən 03 (üç) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,211 qram, 1,028 qram, 0,872 qram, 0,436 qram, 0,371 qram, 0,420 qram, ümumi təmiz çəkiləri 4,338 qram külli miqdarda ağ rəngli, kristalşəkilli kütlələr, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 may 2024-cü il tarixdə yaşadığı evin arxasındakı ərazidə olan zaman polis əməkdaşları ona yaxınlaşmış və onu polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsindən ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, o isə üzərində narkotik vasitə olmadığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman üzərindən telefon və “patı” aşkar olunmuşdur. Daha sonra polis əməkadşları ondan yaşadığı evdə narkotik vasitə olub-olmadığını soruşmuş, o isə yaşadığı evdə 1 qram psixotrop maddə metamfetamin və 01 ədəd tərəzi olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları axtarış keçirmək məqsədi ilə onun yaşadığı evə getmişlər. Onun yaşadığı evdən 1 qramdan əlavə 3 qram da psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Həmin 3 qram metamfetamin ona məxsus olmamış, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, bir ildir ki, psixotrop maddə olan metamfetamin istifadə edir. Üzərində olan 1,5 qram psixotrop maddə metamfetamini tutulmamışdan 5-6 ay əvvəldən tanıdığı iranlı şəxsdən almışdır. Sözügedən iranlı şəxsin adını bilmir və telefonunda onun adını qeyd etməmişdir. İranlı şəxslə onun yazışmaları var. O, iranlı şəxsə iki dəfə narkotik vasitə atmasını söyləmiş, amma iranlı şəxs ondan xeyir götürmədiyini bildirib narkotik vasitə atmamışdır. Daha sonra o, iranlı şəxsdən 5 qram narkotik vasitə istəmiş, iranlı şəxs ona iki dəfə 5 qram narkotik vasitə atmışdır. Bundan sonra iranlı şəxs 10 qramdan aşağı mal atmayacağını bildirmişdir. Polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən yarı qramdan az psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Onun yaşadığı evə çəkilişlə baxış keçirilmişdir. Evdə yastıq üzünün içərisində olan dərman qutusunda metamfetamin olmuşdur. Daha sonra polis əməkdaşları hamını çölə çıxarmış və içəridə bir nəfər polis əməkdaşı qalmışdır. Çəkilişlə evə baxış keçirilən zaman əlavə olaraq 3 qram psixotrop maddəni onun boynuna qoymuşlar. Özü ona məxsus psixotrop maddənin yastıq üzünün içərisində olduğunu polis əməkdaşlarına bildirmişdir. Dərman qutusunun içərisindən çıxan psixotrop maddə ona məxsus olmuş, əlavə 3 qram psixotrop maddə isə polis əməkdaşları tərəfindən onun boynuna qoyulmuşdur. O, heç vaxt psixotrop maddə satmamış, bir qıza pay vermiş və həmin qız tutulmuşdur. O, polis əməkdaşları tərəfindən heç bir təzyiq və təsirə məruz qalmamışdır. O, istintaq zamanı müdafiəçisinə əlavə 3 qram psixotrop maddənin ona məxsus olmadığını bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman da 3 qram psixotrop maddənin ona məxsus olmadığını bildirmişdir. İbtidai istintaqda ifadə verən zaman da psixotrop maddənin ona məxsus olmadığını bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 19:50-də Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən yaşadığı evin arxasında olan zaman ona polis əməkdaşları yaxınlaşıb narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, qəbulunda və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlanıldığını bildirib, onu Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə dəvət etmişlər. Bundan sonra etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmiş, polis bölməsində olan zaman ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş və təqdim edilmiş siyahıdan seçdiyi hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8 təqdim olunmuşdur. Bundan sonra üzərində araşdırma üzrə əhəmiyyət kəsb edən hər hansı bir qanunla saxlanılması və ya daşınması qadağan olunmuş əşyanın olub-olmaması soruşularaq, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmiş, bundan sonra əynindəki yaşıl rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş bükümü, sol yan cibində saxlamış olduğu 01 ədəd özünə məxsus “Redmi 9” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Daha sonra təqdim etdiyi büküm açılan zaman həmin bükümün içərisindən ağ rəngli kristal şəklində olan maddə aşkar edilmişdir. Verilmiş sualları cavablandıraraq həmin maddənin psixotrop maddə olan və “patı” adlandırılan metamfetamin olduğunu, həmin maddəni təxminən 6-7 gün əvvəl Bakı şəhəri ərazisində yerləşən Psixatriya dispanserinin yaxınlığında yol kənarından sosial şəbəkədə tanış olduğu, tanımadığı İran vətəndaşının ona göndərdiyi təyinat nöqtəsi (konum) vasitəsi ilə ümumilikdə 5 qram çəkidə qoyulduğu yerdən götürdüyünü, həmin psixotrop maddənin əvəzində 190 manat pulu ona verilmiş kart hesabına ödəməli olduğunu, həmin puldan cəmi 100 manatını ödədiyini, 90 manat borclu qaldığını, həmin maddəni şəxsi istifadəsi üçün əldə etdiyini, təqdim etdiyi bükümdəki psixotrop maddədən əlavə, əldə etdiyi psixotrop maddənin bir hissəsini istifadə etdiyini, bir hissəsini Sevinc adlı xəstə rəfiqəsinə ağrıları olduğundan istifadə etməsi üçün pulsuz verdiyini, bir hissəsinin isə yaşadığı mənzildə saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilən zaman həmin bükümün çəkisinin 0.46 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin büküm içərisindəki maddə ilə birlikdə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş 01 ədəd “Redmi 9” markalı mobil telefonda eyni qaydada zərfə qaşldırılıb, üzəri möhürlənməklə götürülmüşdür. Bundan sonra video çəkliş dayandırılmış və polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilə yollanmışdır. Yaşadığı mənzilə çatdıqdan sonra ona bir daha yaşadığı mənzilə baxış keçiriləcəyi izah edilərək, bununla bağlı hər hansı bir etirazının olub- ohnadığı soruşulmuş, etirazının olmadığını bildirdikdən sonra yaşadığı mənzildə anası X4 olduğunu bildirmiş və mənzilin qapısını döymüş, mənzilin qapısını anası açmışdır. Bundan sonra içəri daxil olmuşlar, ondan yaşadığı mənzildə araşdırma üzrə əhəmiyyət kəsb edən hər hansı bir qanunla saxlanılması qadağan olunmuş əşyanın olub- olmaması soruşulmuş, həmçinin əgər belə bir əşya vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Bundan sonra yaşadığı mənzilin yataq otağında sağ hissədə olan divanın baş hissəsindəki boz rəngli yastığın arxa hissəsində saxlamış olduğu 01 ədəd plastik dərman qabını, həmçinin yastığın iç hissəsində saxlamış olduğu 01 ədəd işlək vəziyyətdə olan elektron tərəzini təqdim etmişdir. Daha sonra yastığın iç hissəsi tam çıxarıldığı zaman ordan əlavə olaraq 03 ədəd şəffaf sellofana bükülmüş bükümlərdə aşkar edilmiş, təqdim etdiyi 01 ədəd plastik dərman qabıda açıldıqda onun içərisindən 01 ədəd şəffaf sellofana bükülmüş, 01 ədəd isə üzəri ağ rəngli kağıza bükülmüş və onunda içərisində 02 ədəd şəffaf sellofana bükülmüş bükümlər aşkar edilmişdir. Bundan sonra həmin bükümlər açılan zaman hamısının içərisindən ağ rəngli kristal şəklində olan maddə aşkar edilmişdir. Verilmiş suallara cavab olaraq yaşadığı mənzildən aşkar olunan ağ rəngli kristal şəkilli maddələrdən 01 ədəd plastik dərman qabının içərisindən aşkar edilmiş ümumilikdə 03 ədəd bükümün içərisində olan maddələrin “patı” olduğunu və tanımadığı İran vətəndaşından aldığını, yastığın iç hissəsindən aşkar olunmuş 03 ədəd bükümün içərisində olan maddələrdən isə xəbərsiz olduğunu, onların yastıq üçün dərman olduğunu güman etdiyini bildirmişdir. Bundan başqa aşkar edilmiş elektron tərəzini isə narkotik vasitə istifadə edən zaman miqdarını müəyyən etmək üçün istifadə etdiyinidə bildirmişdir. Daha sonra yaşadığı mənzildən aşkar edilmiş şəffaf rəngli sellofana bükülmüş bükümlər tərəziyə qoyulub çəkilən zaman 01 ədəd plastik dərman qabının içərisindən aşkar edilmiş ümumilikdə 03 ədəd bükümdən birinci bükümün çəkisinin 0,43 qram, ikinci bükümün çəkisinin 0,51 qram, üçüncü bükümün çəkisinin 0,53 qram, yastığın iç hissəsindən aşkar olunmuş 03 ədəd bükümdən isə birinci bükümün çəkisinin 1,21 qram, ikinci bükümün çəkisinin 1,24 qram, üçüncü bükümün çəkisinin 1,42 qram, ümumilikdə aşkar edilmiş 06 ədəd bükümlərin çəkisinin isə 5,22 qram olduğu müəyyən edilmiş, aşkar olunmuş həmin bükümlər və 01 ədəd elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Yaşadığı ünvana baxış keçirilərkən yaşadığı mənzildən saxlanılması qadağan edilmiş digər əşya və ya pridmet aşkar edilməmişdir. Bundan sonra polis bölməsinə geri qayıtmışlar, üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı protokollar tərtib edilmiş, daha sonra digər iştirakçılar kimi tərtib edilmiş protokollarla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Xeyli müddətdir narkotik vasitə və psixotrop maddə qəbul etsədə, narkotik vasitə və psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılarkən, polis idarəsinə gətirilərkən, habelə polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməmiş, digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir (cild 01, iş vər. 183- 186). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, ********** mobil nömrəsi ona məxsusdur. Müstəntiqin onun telefonuna baxış keçirməsindən məlumatı olmuşdur. Telefonundan iranlı şəxslə yazışmaları, konumlar və fotoşəkillər aşkar olunmuşdur. Evindən aşkar olunan 1 ədəd tərəzi ona məxsusdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2024-cü ilin yaz aylarında daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşıb narkotik vasitələrin istifadəsi, satışı və daşınmasında şübhəli olduğunu bildirib polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs müqavimət göstərmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində təhqiqatçı və müdafiəçinin iştirakı ilə şəxsin üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Çəkiliş zamanı şəxs özü könüllü şəkildə üzərindəki narkotik vasitəni təqdim etmiş və evində də az miqdarda narkotik vasitə olduğunu bildirmişdir. Şəxsin yaşadığı evə videoçəkilişlə baxış keçirilən zaman şəxs könüllü şəkildə narkotik vasitəni təqdim etmişdir. Səhv etmirsə şəxsin üzərindən və yaşadığı evdən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, əməliyyat qrupuna o, qrupa rəhbərlik edən Şahid1 və Şahid2 daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitənin istifadəsi, satışı və daşınması ilə bağlı olmuşdur. Səhv etmirsə, çəkiliş zamanı Təqsirləndirilən şəxs qohumuna və ya rəfiqəsinə narkotik vasitə verdiyini bildirmişdir. Şəxsi Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində saxlamışlar. Təqsirləndirilən şəxs evində saxladığı narkotik vasitələrin yerini şəxsən özü göstərmişdir. Səhv etmirsə, şəxsin evindən tərəzi də aşkar olunmuşdur. Saxlanılan zaman təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmişdir. Onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Səhv etmirsə, çəkiliş zamanı şəxsin üzərindən mobil telefon da aşkar olunmuş və götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid3 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir (cild 01, iş vər. 126-129). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə xx.xx.1986-cı ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, Qubadlı rayonu Balasoltanlı ə/d, Padar kəndində qeydiyyatda olan və Sumqayıt şəhər Kimyaçılar qəsəbəsi Test-1 zavodunun inzibati binasında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı, saxlanması, gəzdirilməsi, istifadəsi və evində narkotik maddələrin saxlanmasında şübhəli olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1986-cı ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, Qubadlı rayonu Padar kəndində qeydiyyatda olan, Sumqayıt şəhər Kimyaçılar qəsəbəsi “Test-1” zavodunun inzibati binasında yaşayan Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi məqsədi ilə vətəndaşların sorğusu əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməliyyat aparatına qanunsuz olaraq narkotik vasitələrin alqı-satqısı, saxlanması, gəzdirilməsi, istifadəsində şübhəli olması barədə məlumat daxil olan xx.xx.1986-cı ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, Qubadlı rayonu Balasoltanlı əld, Padar kəndində qeydiyyatda olan, Sumqayıt şəhər Kimyaçılar qəsəbəsi ərazisində yaşayan "Test-1" zavodunun inzibati binasında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı, saxlanması, gəzdirilməsi, istifadəsində xx.xx.2024-cü il saat 19:50-də Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində yaşadığı evin arxasında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş büküm, sol yan cibində saxlamış olduğu 01 ədəd özünə məxsus “Redmi 9” markalı mobil telefon aşkar olunmuş, həmin bükümə baxış zamanı ağ rəngli kristal şəklində olan maddə olması müəyyən edilmiş çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 28-29). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinə icazə vermiş, bununla bağlı olaraq heç bir şikayət və tələbi yoxdur (cild 01, iş vər. 30). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən ünvanına baxış keçirilmiş, baxış zamanı mənzilin yataq otağında sağ hissədə olan divanın baş hissəsində olan 01 ədəd boz rəngli yastığın arxa hissəsindən 01 ədəd plastik dərman qabı, yastığın iç hissəsi tam çıxarıldığı zaman əlavə olaraq 03 ədəd şəffaf sellofana bükülmüş büküm, həmçinin yastığın iç hissəsindən 01 ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilmişdir. Daha sonra 01 ədəd plastik dərman qabı da açıldıqda içərisində 01 ədəd şəffaf sellofana bükülmüş, 01 ədəd isə üzəri ağ rəngli kağıza bükülmüş və onun da içərisində 02 ədəd şəffaf sellofana bükülmüş bükümlərin olduğu müəyyən edilmişdir. Çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 33-35). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi eskpertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/2799 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərlərində AR DİN “Zərflər üçün № 126” möhür əksi, “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs /imza/; Müdafiəçi: Hüseynova Nigar /imza/; Baş təhqiqatçı: Elnur Feyzullayev /imza/” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: - 0,408 qram olan ağ rəngli, kiristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş: üzərlərində AR DİN “Zərflər üçün № 126” möhür əksi, “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs /imza/; Müdafiəçi: Hüseynova Nigar /imza/; Baş təhqiqatçı: Elnur Feyzullayev /imza/” yazılar olan zərfdəki 06 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri - 1,211 qr, - 1,028 qr, - 0,872 qr, - 0,436 qr, - 0,371 qr, - 0,420 qram, ümumi təmiz çəkisi: - 4338 qram olan ağ rəngli, kiristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd elektron tərəzinin səthində psixotrop maddə - metamfetamin izləri müəyyən edildi. Elektron tərəzinin səthində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş 02 ədəd zərfdəki: ümumi sayı 07 ədəd bükümdə ümumi təmiz çəkisi: - 4,746 qram olan metamfetamin kütlələri kimyavi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (cild 01, iş vər. 44- 49). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserin xx.xx.2024-cüe il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur (cild 01, iş vər. 108). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefona baxış keçirilərkən, mobil telefonun sağ yan hissəsində yerləşən düyməsinə toxunduqda ekranda gəlin və bəyin foto şəklinin göründüyü, daha sonra ekrana toxunmaqla ekranı yuxarı, sağa və sola doğru hərəkət etdirdikdə mobil telefonun işlək vəziyyətə gəldiyi, ekranda kodlaşma işarəsinin göründüyü, “8686” rəqəmlərini həmin kodlaşmaya daxil etdikdə, ekranda müxtəlif düymələrin göründüyü, ekranda görünən “WhatsApp” adh düyməyə toxunduqda proqramın işlək vəziyyətə gəldiyi, “WhatsApp” proqramının söhbətlər bölməsinə daxil olduqda orda adları müxtəlif cür qeyd edilmiş şəxslərlə telefondan istifadə edən şəxsin apardığı danışıqlar barədə məlumatların göründüyü, həmin bölmədə adı fars və ya ərəb əlifbası ilə qeyd edilmiş İran İslam Respublikasında istifadə edilən +98 901 *** **** saylı mobil nömrədən istifadə edən şəxslə mobil telefondan istifadə edən şəxs arasında danışıqların həyata keçirildiyi, həmin danışıqlara baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən aşağıdakı məzmunda səs yazılarının olduğu müəyyən edilmişdir.

1. Salam, nə xəbər, nağayra bildin, çata bildin evə

2. Axşamin xeyir hə qardaş şükür çatdım, salamtçılıqdı, indi çatdım

3. Hə inşAllah çatdın, hə mala zada baxa bilirsən, baxda bax gör nə cürdü

4. Hə baxdım əladı, Allah köməyin olsunAllah balanı saxlasın, çox sağ olİnşAllah sabas zəng edəcəm danışarıq

5. Neylək, neylək gecən xeyrə

6. Salam məleykim bacim necəsən, nə xəbər, nə iş görə bilirsən, nə qayrırsan

7. Salam qardaş, necəsən, sabahın xeyir olsun, üzürlü say bıy sabahın xeyr nəyidi a, mən indi durmuşam, elə bilirəm sabahdı, günortan xeyir necəsən nə var nə yox, salamtçılıqdı, uşaqlar nətərdi, yaxşı olasız inşAllah, heç nə yavaş yavaş şükür, inşAllah yaxşı olar, indi uşaqlar zəng edir, məndə yatmışdım, səhərə yaxın yatmışam, yata bilmirdim, bir az patıdan çəkdim yata bilmədim, inşallah yaxşı olar, indi baxıram uşaqlar zəng edib, baxıram nə qədər zəng gəlib, görüm uşaqlar nə istiyir, onları paylaşdırım, indi pul ataram axşama, inşAllah deyim görüm nə qədərf pul olsa deyəcəm, topluyum görüm nə qədər pulum var ataram yaxşı

8. Neylək bacım Allah köməyin olsun, bir zəng etdim dedim görüm nə qayrırsan, nə iş görürsən, nə cürdü tema yaxşıdı, yaxşı olsa denən ondan bir azda götürək, sonra qalmır, qurtarır

9. Sağ ol qardaş Allah sənində köməyin olsun, Allah canını sağ eləsin şükür yaxşıdı, pis deyil nə bilim hələ yarı, bir istiyənlər zəng eləmiyibdi, eliyib e, nə bilim hardadılarsa, yatıblar, indi axşama kimi pul yığılacaq, mən özüm istifadə eləmişəm yaxşıdı, beş manatlıq birinə vermişəm, on beş manatlıq birinə vermişəm, deyiblər əladı, bax bu yaxşıdı, buna heç kim heç nə deyə bilməz, birdə ki qardaş o nə ünvan idi başına dönüm, qurana and olsun, elə bil spisalni, bir dənə təsəvvür elədim fsyo mən gedəcəmdə burdan bir dənədə yıxıldım orda tapa bilmirdim ünvanı şəkildə başqa cürdü küçələrdə qaranlıqdı, and olsun Allaha demə yalan deyirsən otuzdan çox it var, paqon, otuzdan çox, dedim Allahhaqqı bunlar məni aparmağa gəlib hamsı, birdə iyirimi dənə maşın, hərəsinin içində iki iki polis maşınları, nə bilim ondan sonra bantitizmin maşınları, ayrıca 011, 015 maışları, hamısının işi doludu paqonnan, dedim ə Allahhaqqı bunlar məni aparacaq, Şükür Allaha sağ salamat çıxdım ordan, ta onu nətəri götürdüm tapa bilmirdim, təsəvvür elə gör allah mənə nə təri şey yaratdıki tapa bilmirdim istədim çıxam gələm orda telefon zad çıxara bilmirəm ki, qıraxdan polislər zad baxır, dedim yüz faiz bunlar aparmaq istiyirdə məni inan Aııaha istədim çıxam gələm üzü quylu dəydim yerə içalatım dağıldı, ayağa duranda bir dənə telefona baxdım, tapa bilmirəmdə şəkildə qəşəng işıqlı düşüb, qaranlıqdı, polis zad çox, amma həmin ünvanı görə bilmirəm, yıxıldım ayağa durdum şəkilə baxanda baxıram düz yıxıldığım yerdə başımın üstündədi, şey vəsait, qismətə bax gör Allah harda yıxdı məni, yıxıldığım yerdəndə əlimi atıb götürdüm onu, gördüm ayağım ilişib yıxılmışam, qalxdım gördüm başımın üstündədi götürdüm çıxdım aradan

10. Allah orda sa zad eliyib, köməklik eliyib, deyib səni yıxacam, sən vəsaiti götür çıx ordan, mənim mallarım müşgül olmaz, mən səni heç vaxt o cür yerə yollamaram heç vaxt, o cür şeydən arxayın ol

11. Hə qardaş Allah həmişə mənə kömək olub, allah məni dardan qurtarıb, nə bilim çünki pis insan olmamışam, allah haqqı həqiqətən pis insan olmamışam, əlimdən gələni məsələn öz ağzımın loxmasım yeməyini, tikəsini özüm yeməmişəm hansısa aça vermişəm, nə bilim özümü kimdənsə üstün bilməmişəm, yəni belə bir şey, yəni Allah məni həmişə dardan qutarıb, şükür Allaha yox əstəfurullah, mən demirəm ki siz eliyərsiz və yaxudda kuryerlərin eliyə, yəni mənim öz beynimdə elə gəlir, başa düşdün yəni patı çəkənlərin beyninə şey gəlir axı, şübhələnir, nə isə ağlına hər şey gəlir, adamın özündən aslı deyil o, belə bir şey fikirləşdim, patı adamın başını aparır, özüm belə fikirləşirəm ki ahan məni aparmağa gəliblər, halbu ki sən məni ələ vermirsən, kuryerin vermir, başa düşdün, nə polisdər idi, nə idi, şükür Allaha sağ salamat getdim, gəldim, onuda Allah məni yıxdı ki ayılda, o malın üstündən beş dəfə belə gedirəm, beş dəfə belə gəlirəm, tapa bilmirəm, şəkildə görsənən yerə baxıram, tapa bilmirəm, sən demə işıqlar sönüb, gül şəkilləri var, güldə gül deyil, şəkildə göstərilən gül deyil, o çiçəkdi, meyvə çiçəkləri imiş, məndə elə bilirəm güldü, şəkildə gülə oxşayır, sən demə meyvə çiçəyi imiş, düz konumun üstündə mən üzü qoylu yıxıldım yerə üstümü zadımı təmizlədim ki, fsyo tapa bilmirəm çıxıb gedirəm, şəkilə bir dənədə baxdım elə üstümü təmizliyə təmizliyə baxdım gördüm a düz konumun üstündəyəm, elə üstümü təmizliyə təmizliyə elə əlimi atdım qoydum cibimə durdum ya Allah tərpəndim Allah köməyin olsun, allah canını sağ eləsin qardaş

12. Allah ondan sənə doyunca xeyir versin, Allah balalarını saxlasın, inşəAllah yaxşı olar hər şey, pis günün ömrü az olar deyiblər

13. Çox sağ ol, çox sağ ol qardaş, Allah sənində balalarını saxlasın, Allah sənə can sağlığı versin, Allah səni balalarının üstündən əskik eləməsin inşAllah, Allah sizi bizə çox görməsin

14. Salam əleykim, nə xəbər axşamın xeyir, nə yaman bu qəmgin əhaginələrdən qoymusan ora

15. Axşamın xeyir, salam əleuykim qardaş nə var nə yox qardaş, canın başın necədi, nə bilim mən yazıx elə həmişə qəmginəmdə mən hacan gülərüz olmuşam ki, belə gülürəm yox daxildən, belə xaricdə həmişə güləyənəm, daxildə yox üzüm gülmür, şeydi qardaş uşaqlar istiyənlər var işdədilər, o deyir müəyyən şey saxla, filan şey saxla, axşam gəlsinlər, görüm kim nə qədər alsa, deyərəm Sizə kartı atarsız, hər nə olsa atacam kartına yaxşı qadan alım

16. Hə elə hamının içərisi qəmgindi mənimki səninkindəndə pisdi

17. Sağ ol qadan alaram inşAllah yaxşı olar, həmişə saf adamların, qəlbi təmiz adamların həyatı çətin olur, Allahhaqqı, Allah şahiddiki, ürəyi təmiz adamların, saf adamların həyatı çətin olur

18. Hə e vallah düzdü, elə səndə mənim günümdəsən, göydəki bizə sarı baxmır

19. Salam əleykim nə xəbər yaxşısan, nə qayra bildin

20. Salam məleykim nə xəbər nə qayra bilirsən, səsə baxıbsan ya hələ yox

21. Salam qardaş, sağ ol sən necəsən, hələ indi indi gəlirlər Allah haqqı, indi düzəlir yavaş yavaş

22. Hə bir şey satısan ya yox hələ, dedim tez yerbəyer eliyərdin, bir azda götürərdik, eləncinə mal əmələ gəlmir, indi bir az çətindi

23. İndi dediyim kimi elə, çoxda nisyə vermə, elə eləki özünədə bir şey olsun, yoxsa yalandan verərsən olnlara özündə qalasan, lap ondan olmasın

24. Gör nə deyirəm qardaş belə uşaq gəlir yarı götürə, 50 manat düzəlir, 50 manat atmağın yeri yoxdu, belə istiyirsiz atım fərqi yoxdu, amma 50 manat atsam sizə sərf eləməyəcək, gecə görüm neyliyə bilirəm, yüz düzəldim, sabah yüz atımda, ya çox olar elə yüz doxsan bütöv ataram

25. Hə düzəltginən, məndə o qardaşa deyim, sabaha kimi yerbə yer olar onlar, saba elə bir yerdə at, tikə tikə atanda fayda vermir, aşağı götürürlər, ondada ona gərək cibimizdən verək

26. Hə yaxşı qardaş başa düşdüm, hə elə onu deyirəm sabah hamsını elə bir atım ki, az az atanda yəni Sizə sərf eləmirhamsını bir ataram inşallah

27. Hə neylək, nə deyirəm, birdə bir şey sata bilibsən, yoxsa qalır hələ

28. Əlli manat hələki eləmişəm, əlli manat var hələ, yox qalır çoxdu, inşAllah Sizin pulu düzəldim, sonra öz pulumu ataram götürərəm, sabah sizin pulu atım borcumu, sonra öz pulumu ataram götürərəm yenə inşAllah

29. Hə neylək, nə deyirəm ki, sən nə deyirsən odu, indi mən burda alıb vermişəm, səndə orda nə iş görürsən gördə

30. Sağ ola Allah köməyin olsun, allah canını sağ eləsin, inşAllah yaxşı olacaq Allahın köməyinnən, Allah canınıza sağlıq versin, uzun ömür inşAllah

31. Hə nə cürdü, özündə çəkə bilibsən, ya yox hələ nə qayrırsan, nə iş görürsən, balaların nə qayrır, nə kefdədilər

32. Hə şükür yaxşıdı, əladı, uşaqlarda yaxşıdı allah köməyin olsun, Allah razı olsun, Siz sağ olun Sizin balalar neyniyir, yaxşısız

33. Hə heçdə

34. Belə deyəkdə qardaş, pisdə deyil, yaxşıda deyil həqiqətəndə sizin deyil ki, deyim inciyəsiz

35. Salam qardaş necəsən, nə var nə yox, canın başın, salamatçılıqdımı, yavaş yavaş hər şey yoluna düşür, söz deyirəm ha 100 manat pul düzəlib, kart atırsız yüz manat atım, indi axşama kimidə nə olsa 190 mantdıda elə bil borcum Sizə axşama kimi 90 manatda çıxara bilsəm 90 manatda axşam ataramsata bilməsəm sabah satıb ataram. Bundan başqa mobil telefona baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən 23 ədəd fotoşəkil müəyyən edildiyindən həmin fotoşəkillər foto cədvəl formasında çıxarılaraq tərtib edilmiş protokola əlavə edilmişdir (cild 01, iş vər. 116-125). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji eskpertizasının xx.xx.2024cü il tarixli 5689 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 145-146). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206.3.2, 234.4.2 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 148-166). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “240730427 nömrəli cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işindən mənbə ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 01, iş vər. 168-169). İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə xx.xx.1986-cı ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, Qubadlı rayonu Balasoltanlı ə/d, Padar kəndində qeydiyyatda olan və Sumqayıt şəhər Kimyaçılar qəsəbəsi Test-1 zavodunun inzibati binasında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı, saxlanması, gəzdirilməsi, istifadəsi və evində narkotik maddələrin saxlanmasında şübhəli olması barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 01 ədəd şəffaf sellofana bükülmüş büküm və 01 ədəd “Redmi 9” markalı mobil telefon aşkar olunaraq götürülmüş, daha sonra şəxsin yaşadığı mənzilə baxış keçirilmiş və mənzilin yataq otağında sağ hissədə olan divanın baş hissəsində olan 01 ədəd boz rəngli yastığın arxa hissəsindən 01 ədəd plastik dərman qabı, yastığın iç hissəsi tam çıxarıldığı zaman əlavə olaraq içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə olan 03 ədəd şəffaf sellofana bükülmüş büküm, həmçinin yastığın iç hissəsindən 01 ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilmişdir. Götürülmüş maddələr məhkəmə-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilərək psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəla həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən – ümumilikdə ibtidai araşdırmanın ilkin mərhələsində onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni evdən aşkar olunan narkotik vasitənin çəkisinin az olması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmiş, məhkəmədə yalnız əməlindən peşman olduğunu bildirmiş və barəsində olan həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimatın təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunan qanunsuz maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında digər şəxslə birlikdə əldə etməsi, rol bölgüsünə əsasən üzərinə düşən funksiyaları həyata keçirməsi və həmin maddələri məhz satış məqsədi ilə əldə edib saxlanılmasına münasibətdə qeyd edir ki, şəxsin üzərindən aşkar olunan mobil telefonda narkotik vasitələrin qabaqcadan əlbir olan şəxslə razılaşmaqla əldə edilməsinə dəlalət edən məlumatların olması (foto şəkillər və s.) və şəxsin evindən psixotrop maddə metamfetamlə yanaşı elektron tərəzinin aşkar olunması, aşkar olunan psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan çox olması, habelə aşkar olunan kütlələrin xırda-xırda bükümlərdə olması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmiş, həmçinin sözügedən psixotrop maddəni məhz satış məqsədi ilə əldə edərək saxlamışdır. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan psixotrop maddənin onun tərəfindən necə və hansı yolla əldə olunması, daha sonra onun üzərindən və yaşadığı evindən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla (iş materiallarında olan SMS, mobil telefonda olan foto şəkillər və s.) üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasında məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəni qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə Gecəqonduda Quliyev küçəsi AR Mənzil Tikinti İdarəsinin yardımçı idarə binasında yaşamış və Qubadlı rayonundan məcburi köçkündür (cild 01, iş vər. 97). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 110). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məcburi köçkün olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, qadın olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, qadın olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, aşkar olunan psixotrop maddənin çəkisini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir və eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2024-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 20, 85-87). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 4,536 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalı, 01 ədəd “Redmi" markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə 60 AZN (altmış manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 4,536 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın, 01 ədəd “Redmi" markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə 60 AZN (altmış manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar