Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-124/2023 26.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2 , Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Şimal” vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçi küçəsi, ev 75-də qeydiyyatda olan və yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 5,448 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini, 3,178 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini və 2264,13 qram çəkidə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib daşıyaraq 5,448 qram çəkidə narkotik vasitə olan heroini və 3,178 qram psixotrop maddə olan metamfetamini üzərində, qalan 2264,13 qram narkotik vasitə olan qurudulmuş marixuananı isə yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçi küçəsi, ev 75 ünvanında saxlamış, 11 yanvar 2022-ci il tarixdə saat 20:05 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin və NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçi küçəsi, 75 nömrəli evin yaxınlığında saxlanılaraq 2-ci Polis Bölməsinə aparılıb orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd göy rəngli sellofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 3,178 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 5,448 qram pixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün, saat 21:07-də yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçi küçəsi, ev 75 ünvanına baxış keçirilərkən yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilidə ağ rəngli sintetik kisədə təmiz çəkisi 2100,0 qram və həmin kisədə 3 ədəd (2 ədəd ağ, 1 ədəd göy rəngli) sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 30,0 qram, 30,45 qram, 103,68 qram olmaqla ümumi təmiz çəkisi 2264,13 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü səhər saatlarında evinin qapısının girişində dayanarkən dörd nəfər gəlmiş və onu 2-ci polis bölməsinə aparmışdırlar. Bir müddət onu polis bölməsində saxlamış və özləri isə yaşadığı evə getmişdirlər. Daha sonra polis əməkdaşları 50 qram heroin və metamfetaminlə gəlmiş və hənim maddələri onun qarşısına qoyub “Bunlar sənindir” demişdirlər. Onlara etiraz etmiş və polis əməkdaşları onu döymüşdürlər. Vəkil Müdafiəçi1 da onun vəziyyətini görmüşdür. O, verilən sənədləri imzalamaqdan imtina etmiş, lakin təzyiqə görə həmin sənədləri imzalamışdır. Lakin o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə sənədləri imzalamış, 234.4.3-cü maddəsi üzrə sənədləri imzalamamışdır. Daha sonra onu bir dəfə də tanışının məclisindən qayıdarkən yolda saxlamış və ona yenidən təzyiq göstərmişdirlər. Məcbur qaldığı üçün Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləri imzalamışdır. Lakin daha sonradan 234.4.3-cü maddəsi ilə təqsirləndirildiyini öyrənmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, əvvəllər nəşədən istifadə etmişdir. Onu qapının girişində saxlamışdırlar. Saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Onun evidə narkotik vasitə olmamışdır. Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə məhkum olunmuşdur. O, əvvəllər heroindən istifadə etmiş, metamfetamin qəbul etməmişdir. Ona polis əməkdaşları tərəfindən göstərilən təzyiqlə bağlı rəsmi olaraq heç bir yerə müraciət etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, onu keçən il 11 yanvar tarixində saxlamışdılar. Üzərinə video-çəkilişlə baxış 21 radələrində keçirilmişdir. Evə baxış ailə üzvlərinin iştirakı olmadan keçirilmişdir. Onun aylıq gəliri ***-**** manatdır. Onun polis bölməsində İsmayıl müəllim ilə mübahisəsi olmuş və o, onu hədələmişdir. Hadisədən sonra da ona baş verənlərin özü ilə bağlı olduğunu demişdir. İstintaq zamanı onun vəkili Səadət Vəliyeva olmuşdur. İlk başda ona Müdafiəçi1 vəkil olaraq təyin olunmuş, lakin Könül xanımın baş verənlərə narazalığını görüb onu digər şəxsə vəkil kimi təyin etmişdilər. Onda tərəzi olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən bir il olarki narkotik vasitələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində dəniz qırağında olarkən 01 ədəd bağlamada içərisində narkotik vasitə olan qurudulmuş marixuana, bir bükümdə narkotik vasitə olan heroin və bir bükümdə psixotrop maddə olan metamfetamin tapmışdır. Qurudulmuş marixuananı yaşadığı evin həyətində yerləşən tövlədə saxlamış, heroin və metamfetamin olan bükümləri isə özü istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022ci il tarixdə saat 20:05 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçi küçəsi ilə piyada gəzən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib və polis əməkdaşları olduqlarını bildirmişlər. Polislər onun narkotik vasitələrin qəbulunda, satışında və daşınmasında şübhəli bilindiyinmi bildirmişlər. Buna görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 2-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 2-ci PB-yə getmişdir. Orada xidməti otaqlardan birində ona yenidən nə üçün saxlanıldığı izah olunmuş və hüquq vəzifələri barədə bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün Sumqayıt regional vəkil bürosunun vəkili X3 təqdim olunmuşdur. Bu hərəkətlər hamısı videoçəkilişdən istifadə olunmaqla aparılmışdır. Bundan sonra ona üzərində olan qanunsuz əşya və ya predmetləri təqdim etmək təklif olunmuşdur. O, əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd göy rəngli sellofana bükülmüş narkotik vasitə olan «kakos» heroin və qırmızı rəngli üzərində ağ naxışlar olan konfet kağızına bükülmüş 01 ədəd bükümdə psixotrop maddə «şüşə» metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı bükümlərin içərisində nə olduğunu soruşmuş, o, bükümlərin içərisində olan maddənin narkotik vasitə «kakos» yəni heroin və «şüşə» metamfetamin olduğunu bildirmişdir. Ondan həmin maddələri haradan əldə etdiyini soruşduqda həmin maddələri iki gün əvvəl yəni xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində dəniz kənarında gəzərkən yerdən tapdığını və istifadə etək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilərkən aşkar olunmuş spesifik iyə malik olan maddə yəni narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 3,24 qram və metamfetaminin çəkisi isə 5,54 qram təşkil etmişdir. O, da bu çəkiyə etiraz etməmişdir. Bundan sonra ondan başqa narkotik vasitə olub-olmadığı soruşulmuşdur. O, isə yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə də narkotik vasitə olan qurudulmuş marixuana olduğunu polis əməkdaşlarına bildirmişdir. Üzərindən aşkar olunmuş narkoitk vasitə və psixotrop maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfi imzalamışlar. Sonra onun yaşadığı evə baxış keçiriləcəyi bildirilmiş və video çəkiliş dayandırılmışdır. Bundan sonra o, polis əməkdaşları və müdafiəçi ilə birlikdə yaşadığı ünvana getmişdir. Polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana daxil olmuş, orada ona evdə olan narkotik vasitənin harada olduğunu göstərməsi təklim olunmuşdur. O, həyətyanı sahədə yerləşən tövləyə tərəf getmiş və orada saxladığı torbada olan qurudulmuş marixuananı və 01 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitəni də dəniz kənarından tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Aşkar olunmuş torba təhqiqatçı tərəfindən qablaşdırılmış və evdə şərait olmadığı üçün 2-ci PB-də tərəzidə çəkiləcəyi bildirilmişdir. Buna görə də çəkiliş dayandırılmış və onlar birlikdə 2-ci PB-nə getmişlər. Polis Bölməsində yaşadığı ünvandan aşkar olunmuş qurulmuş marixuana elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 2190 qram olduğu müəyyən olunmuşdur. Sonra isə aşkar olunmuş narkotik vasitə təhqiqatçı tərəfindən qablaşdırılmış və möhürlənmişdir. Onlar da həmin qablaşdırılmış zərfi imzalamışlar. Sonra isə bu bardə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitələrdən istifadə etmiş, lakin heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Həmin elektron tərəzini çoxdan almış və narkotik vasitə alarkən çəkisini dəqiq ölçmək üçün istifadə etmişdir. İstifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır, başqa nömrəsi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, keçən ilin yanvar ayında Təqsirləndirilən şəxs narkotik vasitə gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, portal məlumatlarına əsaslanaraq həmin şəxsə yaxınlaşmış və 2-ci polis bölməsinə dəvət etmişdirlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən o, üzərindəki, birinin içərisində heroin, digərinin içərisində isə metamfetamin olan iki bükümü çıxartmışdır. Təqsirləndirilən şəxs evində də marixuana olduğunu bildirmiş və vəkilin iştirakı ilə, video-çəkiliş müşayiətində şəxsin yaşadığı evə getmişdirlər. Onun yaşayış yerindən ağ sellofan torbada marixuana və tərəzi aşkar edilmiş və Təqsirləndirilən şəxs onların özünə məxsus olduğunu etiraf etmişdir. Evə baxış təqsirləndirilən şəxsin özünün iştirakı ilə keçirilmişdir. Təqsirləndirilən şəxsə fiziki zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxsi axşam saatlarında saxlamışdırlar. Təqsirləndirilən şəxsin saxlanılan zaman üzərində narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxsi axşam saat neçədə saxladıqlarını dəqiq xatırlamır. Mənzilə axtarış keçirilərkən Təqsirləndirilən şəxs da orada idi. Təqsirləndirilən şəxsin üzərindən metamfetamin və heroin aşkar edildi. Onun evindən isə külli miqdarda marixuana müəyyən edildi. Təqsirləndirilən şəxsi axşam saat 20 radələrindən sonra saxlamışdırlar. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılaraq 2-ci polis bölməsinə gətirilmişdir. Orada onun üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar edilərək ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilən narkotik vasitənin növünü xatırlamamışdır. Təqsirləndirilən şəxsin evindən sellofanda marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxsi tanımamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təsir göstərilməmişdir.Təqsirləndirilən şəxsin üzərindən bir büküm heroin və bir büküm metamfetamin aşkar edildi. Evdən aşkar edilən marixuananın miqdarını xatırlamır. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Həmin məlumat əsasında 11 yanvar 2022-ci il tarixdə, saat 20:05 radələrində anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçi küçəsi ərazisində hərəkət edən zaman onu yaşadığı evin yaxınlığında saxlamışlar və özlərini təqdim edərək Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 2-ci PB-na dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə 2-ci PB-ya gəlmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə hüquq müdafiəçisi X1 iştirakı ilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş, buna dair bildiriş təqdim olunmuşdur. Videoçəkiliş KTB-nin inspektor-kriminalisti, polis mayoru Rasim Paşayev tərəfindən aparılmışdır. X6 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan açıq-qəhvəyi rəngli gödəkçənin sağ yan cibində saxladığı 01 ədəd göy rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddəni və 01 ədəd qırmızı rəngli üzərində ağ naxışlar olan konfet kağızına bükülmüş ağ sellofanın içərisində olan ağ rəngli maddəni çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlərin içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda sonuncu üzərindən aşkar olunan 01 ədəd göy rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddənin narkotik vasitə “kakos” olduğunu, 01 ədəd qırmızı rəngli üzərində ağ naxışlar olan konfet kağızına bükülmüş ağ sellofanın içərisində olan ağ rəngli maddənin “şüşə” olduğunu, həmin maddələri tutulduğu gündən iki gün əvvəl dəniz kənarından tapdığını və kəskin ağrıları olduğu üçün üzərində gəzdirərək istifadə etdiyini etiraf etmişdir. Həmin 01 ədəd qəhvəyi rəngli kütlə Fərhad Bayramov tərəfindən açıldıqda sellofanın içərisindən qəhvəyi rəngli, spesifik iyə malik heroin maddə, digər ağ rəngli kütlə açıldıqda isə kristal şəkilli maddə olan metamfetamin aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hər hansı bir qanunsuz vasitə saxladığı soruşularkən sonuncu evində “nəşə” saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd göy rəngli sellofana bükülmüş heroin elektron tərəzidə çəkilmiş, maddənin çəkisinin 3,24 qram olduğu, digər 01 ədəd qırmızı rəngli üzərində ağ naxışlar olan konfet kağızına bükülmüş metamfetamin elektron tərəzidə çəkilmiş, maddənin çəkisinin 5,54 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 126 saylı möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvanda yəni, ünvan 2asitə olan “nəşə” saxladığını bildirdiyindən baxış keçirilməsindən ötrü həmin ünvana getmişlər. Orada X6 baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə olması ehtimal edilən narkotik vasitələri təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həyət evinin tövləsində divarın küncündə gizlətmiş olduğu yaşıl rəngli narkotik vasitə çətənə kisəsini, kisənin içərisində isə 01 ədəd elektron tərəzini təqdim etmişdir. Həmçinin tövlədən yaşıl rəngli ot şəkilli 01 büküm göy rəngli sellofana, 02 ədəd şəffaf sellofana bükülmüş kütlələr də aşkar edilərək götürülmüşdür. Evdə şarait olmadığından kütlələr Sumqayıt ŞPİ-nin 2-ci PB-na gətirilərək orada çəkilmişdir. Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş 03 ədəd büküm yaşıl rəngli ot şəkilli narkotik vasitə ağ rəngli kisədəki narkotik vasitələrlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 2190 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlələri tutulduğu gündən iki gün əvvəl, yəni 09 yanvar 2022-ci il tarixdə dəniz kənarından tapdığını və kəskin ağrıları olduğu üçün üzərində gəzdirərək istifadə etdiyini, özü narkotik vasitə istifadəçisi olduğunu, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış və üzəri şübhəli şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olan əməliyyat məlumatı əsasında onu evinin yaxınlığında saxlamış və polis bölməsinə dəvət etmişdirlər. Polis bölməsində olarkən onun üzərindən iki büküm aşkar edildi, Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində metamfetamin və heroin olduğunu etiraf etdi. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təsir göstərilməmişdir. Təqsirləndirilən şəxsin evindən marixuana aşkar edildi. Təqsirləndirilən şəxsin evinə baxış keçirilərkən sonuncu da orada idi. Aşkar edilən marixuananın miqdarını xatırlamır. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid2 və Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onlar Şahid4 elan edilmiş ifadəsi il oxşar məzmunlu ifadə vermişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Müdafiəçi1 ifadəsində göstərmişdir ki, 11 yanvar tarixində Səadət Vəliyeva ilə birlikdə Sumqayıt Regional Vəkil Bürosunda növbətçi olmuşlar. Həmin gün təxminən saat 16-17 radələrində Təqsirləndirilən şəxs və Şahid5 barəsində müdafiəçi təyin olunması haqqında qərar vəkil bürosuna daxil olmuş, onlar polis bölməsinin avtomobili ilə 2-ci polis bölməsinə getmişlər. O, içəri girən kimi sağ tərəfdə Şahid5 və Təqsirləndirilən şəxs görmüş, daha sonra o, Səadət Vəliyeva təhqiqatçının otağına keçmiş, o, Şahid5, Səadət isə Təqsirləndirilən şəxs vəkili olmuşdur. O, Şahid5la konfidensial görüşdə olarkən o, ona “deyirlər ki, mənə Rafailin adını de, amma mənim Rafail ilə heç bir ünsiyyətim olmayıb, o, mənə narkotik vasitə satmayıb” demişdir. Daha sonra onu bölmə rəisinin otağına dəvət etmiş, orada olarkən “Şübhəli şəxs nə deyirsə mən də onu müdafiə edirəm” demişdir. Təxminən saat 21-22 radələrində video-çəkiliş olduğu zaman Şahid5 narkotik vasitəni Rafaildan almadığını, yerdən tapdığını söyləmişdir. Daha sonra bölmə rəisi onu çağıraraq ondan vəkil bürosunun müdiri Anr Qasımlıya şikayət edəcəyini söyləmiş və ona zəng etmişdir. Anar Qasımlı isə bölmə rəisinə vəkilin fəaliyyəti ilə bağlı heç nə edə bilmədiyini söyləmişdir. Tahir Rafailin adını çəkmədiyi üçün Tahiri döymüşlər, belə ki o, içəri girmək üçün dəfələrlə qapını döysə də açmadıqları üçün o, qapını özü açıb içəri girmiş və polis əməkdaşlarının Tahiri döydüyünü, onun qulağından qan axdığını görmüşdür. O, polis əməkdaşlarına etiraz etmiş və bölmə rəisinə şikayət etmişdir. Bölmə rəisi Anar Qasımlıya zəng etdi, lakin Anar Qasımlı bu söhbətə qarışmadığını söylədi. Daha sonra polis əməkdaşları Rafaila da eyni hərəkətləri etdilər, Rafailin döyülməsini görməsə də dava-dalaş olduğunu eşitmişdir. O, Səadətə nəyisə etməsini söyləmiş, lakin o, heç nə etməmişdir. Bunlardan sonra bölmə rəisi ona “Narahat olmayın, hər şey yaxşı olacaq” demişdir. O, bölmə rəisinin otağında olarkən polis əməkdaşları hər şeyin hazır olduğunu, Rafail üçün çəkiliş edəcəklərini söyləmiş, təxminən 01 radələrində polis bölməsindən çıxıb getmişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq bölmə rəisinin Anar Qasımlı ilə telefonla danışarkən “Biz bu tədbiri uzun müddətdir təşkil edirdik, Könül xanım tədbiri pozdu” dediyini eşitmiş, söyüşlər, dava-dalaş səslərindən Rafaila da təzyiq olunduğunu düşünmüşdür. Həmçinin Rafailin müdafiəçisi olmadığından onun barəsində heç bir orqana şikayət etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X7 ifadəsində göstərmişdir ki, təcrübədə tez-tez rast gəlinir ki, müxtəlif vəkillər bölmə və ya idarələrdə rastlaşdıqları problemlərlə bağlı ona zəng edib məlumat versinlər. Elə bir hal olub ki, vəkili bölmədən kənarlaşdırırlar. Baxmayaraq ki gecə saat 11 olub özü də getmiş, gecə saat 12də şəhər prokuroru şikayətləri əsasında evindən çıxıb işə gəlmiş, polis rəisi gəlmiş, bu səpkidə müəyyən məsələlər olmuşdur. Yəni, vəkillər onlara konfidensial görüş verilməməsi və bu kimi hallarla bağlı ona tez-tez zəng etmiş, o da onlara qanuni tədbirlərini görmələri ilə bağlı məsələt görmüşdür. Məsələn, 102-yə yığsınlar, baş vermiş hal barədə məlumat və ya şikayət versinlər və s. Büro rəhbəri olaraq ora hansısa digər formada müdaxilə etmək səlahiyyəti yoxdur. Amma vəkilə qarşı hansısa təzyiq olanda şəxsən şəxsən özü iştirak etmiş, bu da təcrübədə bir-iki halda olmuş, lakin Könül xanımla bağlı olmamışdır. Təcrübədə belə hallar da olur ki, polis əməkdaşları və ya rəisləri ona zəng edərək vəkillərin gecikməsi və s. haqqında məlumat vermiş, amma hansısa polis rəisinə və ya əməkdaşına ona zəng edib vəkilin harasa imza atmasını ona tapşırması ilə bağlı hal olmamışdır, çünki o, heç kimə belə bir səlahiyyət verməmişdir. Bu, mümkün olan bir şey deyil ki, kimsə ona elə bir göstəriş versin və ya xahiş etsin. Bəhruz Musayev ona zəng vurub məhz belə bir söz deməsi mümkün deyi, çünki heç vaxt buna imkan verməz. Hətta kimsə ona belə bir sözü deməyə cəsarət edərsə də, cavabını alar. Yəni bu, real deyil. O baxımdan Bəhruz Musayevin ona nəsə deməsi, onun da Bəhruz Musayev nəsə deməsi real deyil. Əgər Könül xanımın dediyi kimi bir hal olubsa, vəkil yəqin ki şikayətlər etməli idi. İndi bilmirəm edib ya etməyib, məlumatım yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, onu yanvar ayının 10-da səhər saat 11-12 radələrində Sumqayıt ŞPİ-nin əməkdaşları tutub 2-ci PB-ə aparmışdırlar. PB-də axtarış zamanı onun üzərindən narkotik vasitə aşkar olunmuşdur. O, tutulanda Təqsirləndirilən şəxs onun yanında deyildir.Onu tək tutmuşdurlar. O, Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Nakrotik vasitəni qonşu olan Rafaildən almışdır. Təqsirləndirilən şəxs zahirən tanımış, bir qəsəbədə yaşamışdırlar. Onu Məni tutan zaman Təqsirləndirilən şəxs şəklini göstərmiş, o da tanımadığını demişdir. Dedilər ki Rafaili də tutub gətirəc, sonra sizi üzləşdirəcəkdirlər. Narkotiki kimdən aldığını soruşanda başqa Rafaildən aldığını demişdir. Təqsirləndirilən şəxs narkotik almamışdır. Rafaili PB-də koridorda olanda görmüşdür. Onu tutduqdan bir neçə saat sonra Rafaili tutub gətirmişdilər. Onu tutub PB-ə aparmışdırlar. Bir neçə saat sonra Təqsirləndirilən şəxs tutub gətirmişdirlər. Onun üzərindən heroin aşkar edilmişdir. O, da qonşu Rafaildən aldığını demişdir. Təqsirləndirilən şəxs tutub PB-ə gətirəndə onu koridorda görmüş. Sonradan onu görməmişdir. Təqsirləndirilən şəxs xəsarət aldığını görməmişdir. Onun müdafiəçisi istintaq dövründə Müdafiəçi1 olmuşdur. O, Müdafiəçi1 Təqsirləndirilən şəxs təzyiq göstərildiyini deməmişdir. Ona polislər demişdirlər ki, narkotiki Təqsirləndirilən şəxs aldığını desə onu buraxacaqlar. Rafailə qarşı şahidlik etməyi üçün döyməmişdirlər. O, Rafailin döyüldüyünü görməmişdir. Onu bir dəfə koridorda görmüşdür. Ona təzyiq olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, satışı və mənzildə saxlanması barədə məlumat daxil olmuşdur. Sumqayıt şəhər məhkəməsi tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli, 5 (060)- 47/2022 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar və həmin qərarla bağlı aparılan prosessual hərəkətlər qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 yanvar 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs özü əynində olan gödəkçənin sağ yan cibində saxladığı 01 ədəd göy rəngli sellofan bükülünü və 01 ədəd qırmızı rəngli konfet kağızına bükülmüş ağ sellofanın içərisində olan bükülünü çıxarıb stolun üzərinə qoyaraq təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olduğu soruşulduqda göy rəngli sellofan bükülüdə “kakos” adlandırılan narkotik vasitə heroin, qırmızı rəngli üzərində ağ naxışlar olan konfet kağızı bükülüdə isə “şüşə” adlandırılan metamfetamin olduğunu bildirir. Həmin bükümlər açıldqıda göy rəngli sellofan bükülüdə tozşəkilli, qəhvəyi rəngli narkotik vasitə olan heroin və qırmızı rəngli konfet kağızına bükülmüş ağ sellofanın içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetamin olması müəyyən olunur. Təqsirləndirilən şəxs həmin maddələri haradan əldə etməsini soruşduqda xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində dəniz kənarından tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir yerdə qanunsuz əşya və ya predmet saxlayıbsaxlamaması soruşulduqda sonuncu yaşadığı evdə narkotik vasitə olan “nəşə” saxladığını, həmin maddəni də Sumqayıt şəhəri ərazisində dəniz kənarından tapdığını, şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakin onun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 yanvar 2022-ci il tarixli ərizədən görününr ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etiraz etmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 yanvar 2022-ci il tarixli “baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşur, sonuncu da yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını dedikdən sonra fərdi yaşayış evinin həyət qapısından içəri girirlər. Evin həyətindəki tikiliyə girdikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitəni harada saxlamasını soruşur, sonuncu isə əli ilə narkotik vasitəni gizlətdiyi yeri göstərib tövlədə gizlətdiyini deyir və orada olan divanın arxasındakı ağ rəngli kisəni götürüb təqdim edir. Həmin kisə açıldıqda içərisində bir ədəd göy rəngli, iki ədəd şəffaf torbada yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, bir ədəd elektron tərəzi və kisənin içərisində də marixuanaya bənzər kütlənin olması görünür. Təqsirləndirilən şəxs bildirir ki, həmin narkotik vasitə “nəşə”dir, dəniz kənarından tapmış, özü istifadə etmək üçün saxlamış, tərəzi vasitəsilə də narkotik vasitədən istifadə edən zaman çəkmək üçün istifadə etmişdir. Bundan sonra həmin kisə içərisindəki kütlə ilə birlikdə qablaşdırılır. X6, Təqsirləndirilən şəxs bildirir ki, onun evində şərait olmadığına görə evindən aşkar olunaraq götürülmüş kütlənin çəkisini müəyyən etmək məqsədi ilə 2-ci polis bölməsində həmin kisə açılır və elektron tərəzi vasitəsi ilə çəkilir. Bundan sonra həmin kisə açılır, içərisində olan bir ədəd elektron tərəzi kənara qoyulduqdan sonra kisədəki kütlə, 2 ədəd şəffaf sellofandakı və bir ədəd göy rəngli sellofandakı kütlələrlə kisə ilə birlikdə tərəzidə çəkilir və çəkisinin 2190 qram olması müəyyən olunur. bundan sonra elektron tərəzi və kisədəki kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılır, üzəri möhürlənir, qeydlər aparılır və imzalanır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/193 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi arayışlar üçün 126” dairəvi möhür əksi və “Şübhəli şəxs ...2 büküm kütlə... Təhqiqatçı: imzalar” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,448 qram qağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd bükümdəki təmiz çəkisi 3,178 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metmafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/32 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Şübhəli şəxs .....Təqsirləndirilən şəxs” yazılar və imzalar olan bir ədəd üzəri skoçla bağlanmış ağ rəngli sintetik kisədə təmiz çəkisi 2100,0 qram və həmin kisədə 3 ədəd (2 ədəd ağ, 1 ədəd göy rəngli) sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 30,0 qram, 30,45 qram, 103,68 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 2264,13 qramdır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs .....Təqsirləndirilən şəxs” yazılar və imzalar olan kağız paketdə bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X12 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1586 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 20 may 2022-ci il tarixli qərarlarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 3,178 qram narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 5,448 qram psixotrop maddə metamfetamin və ümumilikdə təmiz çəkisi 2264,13 qram narkotik vasitə olan qurudulumuş marixuana və 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3,078 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 5,348 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 2264,05 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabidin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşadığı müddət ərzində barəsində şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladları X4 xx.xx.2019-cu il, X5 xx.xx.2017-ci il təvəllüdlü olmaqla azyaşlıdırlar. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş və götürülməmiş məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi şəxsi axtarış zamanı üzərindən aşkar edilən narkotik vasitə və psixotrop maddənin, həmçinin evinə baxış zamanı aşkar edilən narkotik vasitənin ona məxsus olmaması, onun üzərindən və evindən aşkar edilməməsi, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə vəkil Müdafiəçi1 məhkəmə istintaqı zamanı verdiyi ifadəyə də qiymət verərək bildirir ki, onun ifadəsinin hüquqi əhəmiyyət kəsb edən hissələri digər iş üzrə təqsirləndirilən şəxs Şahid5la bağlı olmuş, həmin hissədə Şahid5 özü ifadə verərək saxlanıldığı gün polis əməkdaşları tərəfindən döyülmədiyini, Təqsirləndirilən şəxs döyülməsinin və ya hər hansı formada zorakılığa məruz qalmasının şahidi olmadığını göstərmişdir. Hər iki şahidin yəni Müdafiəçi1 və Şahid5 ifadəsində uzlaşan xüsusat Təqsirləndirilən şəxs Şahid5 narkotik vasitə alması ilə bağlı sonuncunun polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalması ilə bağlı olan hissəsidir ki, həmin hissəsyə də məhkəmə qiymət verərək bildirir ki, Təqsirləndirilən şəxs Şahid5 narkotik vasitə satması ilə bağlı ittiham verilməmişdir. Odur ki, qeyd olunan xüsusat ittihamın həlli ilə bağlı məhkəminin qiymətləndirmə predmetinin təsirinə düşmür. Həmçinin şahid dövlət ittihamçısının sualına cavab olaraq Təqsirləndirilən şəxs döyülməsinin birbaşa şahidi olmadığını, gələn səslərdən onun döyüldüyünü düşündüyünü, həmçinin şahidi olduğu qanunsuzluqlarla bağlı Təqsirləndirilən şəxs müdafiəçisi olmadığı üçün heç bir orqana müraciət etmədiyini bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisi Səadət Vəliyeva olmuş, təqsirləndirilən şəxs barəsində aparılan bütün istintaq hərəkətinin protokolları onun tərəfindən imzalanmaqla həmin protokollara təqsirləndirilən şəxsin hüquqlarının pozulması ilə bağlı hər hansı qeyd aparılmamışdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanovun 13 yanvar 2022ci il tarilxi qərarı ilə Təqsirləndirilən şəxs səhhətində ciddi problemlər olması əsas gətirilərək onun barəsində həbs qətimkan tədbirin seçilməsi üçün Sumqayıt şəhər məhkəməsinə təqqdimat verilməsindən imtina edilmiş və həbsdən dərhal azad edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 13 yanvar 2022-ci il tarixli qərarla təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs həbsdə olduğu xx.xx.2022-ci il tarixdən 13 yanvar 2022-ci tarixədək olan müddət ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəməyə qədər icraat dövründə və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və onun hal-hazırda həbsdə olması nəzərə alınmaldır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3,078 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 5,348 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 2264,05 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 180 (bir yüz səksən) manat 46 (qırx altı) qəpik məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 3 (üç) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 6 (altı) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və onun hal-hazırda həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3,078 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 5,348 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 2264,05 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 180 (bir yüz səksən) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-124/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-124/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver