Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-124/2024 10.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxslərin (mülki iddiaçıların) nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə və təqsirləndirilən şəxsin (mülki cavabdehin) iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan MR, Şərur rayonu, Axura kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR, Şərur rayonu, Axura kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təkrarən xeyli və külli miqdarda dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, sonuncuya ucuz qiymətə təmirsiz ev alıb təmir etdikdən sonra baha qiymətə sataraq qazanc əldə edəcəyi, həmçinin ABŞ dollarının Rusiya Federasiyasında Rus rubluna qarşı məzənnədə hər gün bahalaşmasından istifadə edib Rusiya Federasiyasına ABŞ dolları göndərib həmin pulu baha qiymətə Rus rubluna konvertasiya edərək qazanc əldə edəcəyini yalandan vədlər verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs3 15 aprel 2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008” çay evində 15000 manat, 23 aprel 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008” çay evində 25500 manat məbləğində nağd pulu, 02 iyun 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008” çay evində 17000 manat, 04 iyun 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008” çay evində 17000 manat, 08 iyun 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008” çay evində 12000 manat və 11 iyun 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008” çay evində 7500 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 94000 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs3 94000 manat məbləğdə, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, sonuncuya ucuz qiymətə təmirsiz ev alıb təmir etdikdən sonra baha qiymətə sataraq qazanc əldə edəcəyi, həmçinin ABŞ dollarının Rusiya Federasiyasında Rus rubluna qarşı məzənnədə hər gün bahalaşmasından istifadə edib Rusiya Federasiyasına ABŞ dolları göndərib həmin pulu baha qiymətə Rus rubluna konvertasiya edərək qazanc əldə edəcəyini yalandan vədlər verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs2 16 may 2022-ci İl tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008” çay evində 16000 manat, 23 may 2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008” çay evində 19000 manat, 28 may 2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008” çay evində 8000 manat və 11 iyun 2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008” çay evində 62000 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 105000 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs2 105000 manat məbləğdə, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, sonuncuya ucuz qiymətə təmirsiz ev alıb təmir etdikdən sonra baha qiymətə sataraq qazanc əldə edəcəyi, həmçinin ABŞ dollarının Rusiya Federasiyasında Rus rubluna qarşı məzənnədə hər gün bahalaşmasından istifadə edib Rusiya Federasiyasına ABŞ dolları göndərib həmin pulu baha qiymətə Rus rubluna konvertasiya edərək qazanc əldə edəcəyini yalandan vədlər verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs1 18 may 2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən "008” çay evində 25000 manat və 21 may 2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008’' çay evində 28000 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 53000 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs1 53000 manat məbləğdə, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, sonuncuya Rövşən Cabbarova məxsus karqoda gömrük qeydiyyatından keçməyən bijuteriya mallarını qeydiyyatdan keçirdikdən sonra baha qiymətə sataraq qazanc əldə edəcəyi, həmçinin ABŞ dollarının Rusiya Federasiyasında Rus rubluna qarşı məzənnədə hər gün bahalaşmasından istifadə edib Rusiya Federasiyasına ABŞ dolları göndərib həmin pulu baha qiymətə Rus rubluna konvertasiya edərək qazanc əldə edəcəyini yalandan vədlər verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs4 18 may 2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008” çay evində 5000 manat, 27 may 2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008” çay evində 5000 manat və 11 iyun 2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən "008” çay evində 6000 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 16000 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs4 16000 manat məbləğdə, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özüne elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəllər “Sədərək” ticarət mərkəzində işləyirdi. Sonra Zərərçəkmiş şəxs1 məxsus kafedə işləməyə başlamışdır. Daha sonra Zərərçəkmiş şəxs1 məxsus həmin kafeni o işlətməyə başlamışdır.Bundan əlavə Zərərçəkmiş şəxs1 ilə birlikdə evlərin alqı-satqısı ilə məşğul olurdular. İlk dəfə Zərərçəkmiş şəxs1 pul götürmüşdür. Zərərçəkmiş şəxslərdən 3 gün müddətinə faiz müqabilində pul götürmüşdür. Zərərçəkmiş şəxslərdən götürdüyü pulları faizi ilə birlikdə qaytarırdı. Onun Rusiya Federasiyasında rublun ABŞ dolları qarşısında ucuzlaşması səbəbindən orada valyuta dəyişdirməyinin zərərçəkmiş şəxslərlə heç bir əlaqəsi yoxdur. Onlar sadəcə, verdikləri pulların faizi ilə birlikdə qaytarılmasında maraqlı olmuşlar. Zərərçəkmiş şəxslərdən pul götürməyini digərləri bilməmişdir. O, Zərərçəkmiş şəxs1 sonra Şahid6 almışdır. Şahid6 Zərərçəkmiş şəxs2 da pul olduğunu bildirdikdən sonra o, Zərərçəkmiş şəxs2 pul almışdır. Daha sonra Zərərçəkmiş şəxs4 özü ona təklif edib və ondan da pul almışdır. Zərərçəkmiş şəxs3 ilə əvvəldən tanışlıqları vardır. Zərərçəkmiş şəxs3 də pul almışdır. Aldığı pulları Rusiya Federasiyasına göndərir, daha sonra faizi ilə birlikdə aldığı şəxslərə geri qaytarırdı. Onun sadəcə Zərərçəkmiş şəxs2 borcu qalmışdır. Digər zərərçəkmiş şəxslərə aldığı pulları faizləri ilə birlikdə geri qaytarmışdır. Rusiya Federasiyasında ABŞ dollarının ucuzlaşmasından sonra o, aldığı pulları geri qaytara bilməmiş və bir zərərçəkmiş şəxsdən faiz müqabilində pul alıb digər zərərçəkmiş şəxsə borcunu verməyə başlamışdır. Onun zərərçəkmiş şəxslərə ümumilikdə 145000 manat məbləğində borcu olmuşdur. Həmin məbləğdən 15000 manat Şərur rayonunda müstəntiqin vasitəsilə, 12000 manat avtomobilimin qiymətinin hesablanması ilə geri qaytarılmışdır. Daha sonra borclarının əvəzi olaraq, ona məxsus evi vermişdir. Yekun olaraq, onun sadəcə Zərərçəkmiş şəxs2 borcu qalmışdır. Zərərçəkmiş şəxs3 ilə 2018-ci il tarixdən “Sədərək” ticarət mərkəzində işləmişlər. Zərərçəkmiş şəxs3 faiz müqabilində pul verirdi. Zərərçəkmiş şəxs3 hissə-hissə olmaqla, pul almışdır. Ondan 20000 ABŞ dolları, 15000 manat və s. məbləğlərdə olmaqla pul almışdır. Ümumilikdə, Zərərçəkmiş şəxs3 26000-27000 manat məbləğində borcu olmuşdur. Onun qohumlarına məxsus bank kartlarına köçürdüyü məbləğləri müstəntiq nəzərə almamışdır. Zərərçəkmiş şəxs3 ticarət mərkəzində işləyən şəxslərdən kimə pul olacağı təqdirdə, onun onlara pul təklif etməyini və Zərərçəkmiş şəxs3 pul verməyini bildirmişdi. Zərərçəkmiş şəxs3 ilə dediyi qaydada işləmişlər. O, Zərərçəkmiş şəxs3 Rusiya Federasiyasında rublun ABŞ dolları qarşısında ucuzlaşması səbəbindən orada valyuta dəyişdirməklə qazanc əldə etməyi təklif etsə də, Zərərçəkmiş şəxs3 onunla razılaşmamış, o, sadəcə faiz müqabilində pulunu verə biləcəyini demişdir. Faizlər gündəlik olaraq hesablanırdı. Bir gün üçün təxminən 50 manat məbləğində faiz borcu yaranırdı. Rusiya Federasiyasında ABŞ dollarının ucuzlaşmasından sonra o aldığı pulları geri qaytara bilməmiş və bir zərərçəkmiş şəxsdən faiz müqabilində pul alıb digər zərərçəkmiş şəxsə borcunu verməyə başlamışdır. Hazırda 1000 rublun qiyməti təxminən 27 manatdır. Rusiya Federasiyası ilə Ukrayna arasındakı müharibə zamanı 1000 rublun qiyməti 10 manat idi. O, pulu Rusiya Federasiyasına göndərir, orada rublu ABŞ dollarına çevirib geri qaytarırdılar. O, pulu Rusiya Federasiyasına ötən məhkəmə iclasında da ifadə vermiş Şahid1 vasitəsilə göndərirdi. Zərərçəkmiş şəxlərdən pul almağına dair onlar biri-birilərindən xəbərsiz olmuşlar. Zərərçəkmiş şəxslərdən ən az məbləğdə pulu Zərərçəkmiş şəxs2 geri qaytarmışdır. Ona görə də, ona hazırda da borcu qalmışdır. Onun Zərərçəkmiş şəxs2 65000 manat məbləğində borcu vardır. Zərərçəkmiş şəxs3 74000 manat məbləğində pul almış və həmin pulları da ona geri qaytarmışdır. Zərərçəkmiş şəxs2 15 mart 2022-ci il tarixdən sonra təxminən 8-9 iyun 2022-ci il tarixdək müddətdə pul almışdır. Zərərçəkmiş şəxs2 hazırda 65000 manat məbləğində borcu vardır. Zərərçəkmiş şəxs1 2022-ci ilin yanvar ayından həmin ilin may ayının sonlarınadək müddətdə pul almış, ondan aldığı pulları geri qaytarmışdır. Zərərçəkmiş şəxs4 2022-ci ilin mart ayının sonlarından 2022-ci ilin 3-4 iyun tarixinədək müddətdə 8000 manat və 3000 manat məbləğində pul almış, həmin pulları da geri qaytarmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəməd elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən iki ildir ki tanıyır. Belə ki, hər ikisi Qurtuluş 93 yaşayış kompleksində yaşadığından bir-birilərini tanımışlar. Həmçinin birlikdə həm makler olaraq işləmişlər. Bundan başqa o, Sahilin kafesini işlətmişdir. O, 2022-ci il fevral-mart aylarında Ukrayna- Rusiya müharibəsinin olmasından və Rus rublunun ABŞ dollarına nisbətən məzənnəsinin tez-tez dəyişməsindən istifadə edərək bu işdən qazanc əldə etmək istəmişdir. Belə ki, o, Rus Rublunun dəyərinin aşağı olan vaxtı manatı rubla çevirərək daha sonra rublun dəyərinin yüksəlməsindən istifadə edib pul qazanmaq məqsədində olmuşdur. Elə bu fikirlə o, Zərərçəkmiş şəxs1 18 may 2022-ci il tarixdə Qurtuluş 93 yaşayış kompleksində yerləşən Sahilə məxsus işlətdiyi “008” çay evində olan zaman Sahilə 25000 manat pul lazım olduğunu bildirmişdir. Belə ki, o, Sahilə həmin pulu Rusiya Federasiyasına göndərəcəyini, Rusiyada rublun qiyməti ABŞ dollarına nisbətən endiyinə görə 25000 manat pulu Rusiyada ABŞ dollarına çevirəcəyini və hər üç gündən bir min manata 150 manat pul verəcəyini bildirmişdir. Sahil də onun sözünə inanıb elə həmin günü, yəni ki, 18 may 2022-ci il tarixdə saat 18 radələrində ona 25000 manat pul vermiş və o da həmin gün pulu Rusiyaya göndərmişdir. Beləcə o, əsas pulla birlikdə qazancı da daxil Sahilə 35.000 manat pul verməli imiş. Həmin gündən bir neçə gün sonra 21 may 2022-ci il tarixdə Sahillə kafedə olan zaman Sahildən yenə də 28000 manat pul istəmişdir ki, həmin pulu da Rusiya Federasiyasına göndərib 15000 manat qazanc əldə etsin. Sahildə ona inanıb elə həmin gün yəni, 18 iyun 2022-ci il tarixdə kafedə ona 28000 manat pul vermişdir. Beləcə o, Sahildən 53.000 manat pul almışdır. Həmin ərəfələrdə onun külli miqdarda borcları olduğu üçün o, Sahildən aldığı pulları digər borclarına xərcləmişdir. Sahilə isə yalandan demişdir ki, pulu Rusiyadadır hər şey qaydasındadır. Lakin bu günə kimi Sahilə pulunu qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 isə təxminən 4 ilə yaxındır ki, tanıyır. O, Sədərək bazarında parfumeriya mağazası işlədən zaman Ümidi tanımış və onların münasibəti bir yerli kimi yaxşı olmuşdur. 15 aprel 2022-ci il tarixdə o, Ümidlə Qurtuluş 93 yaşayış kompleksində yerləşən Sahilə məxsus işlətdiyi “008” çay evində söhbət edən zaman Ümiddə yenidə Rus rublunun söhbətini izah etmiş və 15000 manat pul lazım olduğunu demişdir. Ümiddə onunla razılaşaraq elə həmin günü 15 aprel 2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008" çay evində 15000 manat pulu ona vermişdir. Lakin o, verdiyi vədə əməl etməyərək Ümiddən aldığı həmin pulla digər borclarını baölamışdır. Həmin ərəfələrdə onun külli miqdarda borcları olduğu üçün o, Ümüddən aldığı pulları digər borclarına xərcləmişdir. Həmin gündən 1 həftə sonra o, Ümidə 15000 manat pulu geri almamasını, həmin 15000 manat pulun üstünü düzəldib rubla çevirərək ABŞ dollarına nisbətən qiymətin düşməsindən istifadə edib yaxşı qazanc əldə edə biləcəyini bildirmişdir. Ümid də ona inanıb razılaşaraq pul tapıb xəbər edəcəyini demişdir. Həmin gündən bir neçə gün sonra 23 aprel 2022-ci il tarixdə Ümid "008” çay evində 25500 manat pulu ona vermiş və danışığa əsasən o, ümumilikdə 40500 manat pulu orada dövriyyəyə buraxıb qazanc əldə edəcəkmiş. Lakin o, Ümiddən aldığı həmin pulu da borclarına vermişdir. Həmin gündən bir neçə gün sonra 02 iyun 2022-ci il tarixdə Ümid Sahilin kafesində 17000 manat pulu da ona vermişdir. Bununla da Ümid ona 57500 manat pul vermiş olmuşdur. O, Ümidə həmin pulla yaxşı qazanc əldə edəcəyini desə də, yenə də həmin pulu borclarına ödəmişdir. Həmçinin Ümidi də daha çox pul tapmasına şirikləndirmişdir. Həmin gündən bir neçə gün sonra 04 iyun 2022-ci il tarixdə Ümid Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008" çay evində ona 17000 manat da pulu vermişdir. Bununla da o, Ümiddən 74500 manat pul almış olmuşdur. Həmin gündən 1 gün sonra yəni ki, 05 iyun 2022-ci il tarixdə o, Ümidə 3200 manat pul verib qazanc olduğunu demişdir. Həmin gündən bir neçə gün sonra 08 iyun 2022-ci il tarixdə Ümid “008” çay evində yenidən ona 12000 manat pulu vermişdir. Bununla da Ümid ona 86500 manat pul vermiş olmuşdur. Həmin gündən 2 gün sonra 08 iyun 2022-ci il tarixdə Ümid 7500 manat pulu Sahilin kafesində ona vermişdir. Bununla da Ümid ona 94000 manat pul vermiş olmuşdur. O, 94000 manat pulu Ümiddən rubla çevirib qazanc əldə etmək adı ilə alsa da, həmin pulları borclarına xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 təxminən 2-3 aydır ki, tanıyır. Zərərçəkmiş şəxs2 Qurtuluş 93 yaşayış kompleksində yaşadığından və həmyerli olduğundan Hüseynlə də tanışlığı olmuşdur. 16 may 2022-ci il tarixdə saat axşam saat 19 radələrində o, Sahilin kafesində olan zaman Hüseynə ev alıb təmir edib sataraq qazanc əldə edəcəyini demişdir. Belə ki, o, Hüseynə təmirsiz ev alıb 16000 manata həmin evi təmir edib satacağını və evi təmir edib satandan sonra da qazancdan təxminən 6000 manat əlavə pul verəcəyini demişdir. Elə həmin günü yəni ki, 16 may 2022-ci il tarixdə saat 19 radələrində Hüseyn ona "008” adlı Sahilin kafesində 16000 manat pul vermişdir. Lakin o, Hüseyndən aldığı pulları borclarına xərcləmişdir. 23 may 2022-ci il tarixdə saat 19 radələrində o, Hüseynlə Sahilin kafesində görüşmüşdür. Həmin vaxt o, rubl məsələsini Hüseynə də izah etmiş və 19000 manat verəcəyi təqdirdə 1 aya 19000 manat pulun üstündə 1950 manat qazanc əldə edəcəyini demişdir. Hüseyn də onun sözünə inanıb elə həmin günü, yəni ki, 23 may 2022-ci il tarixdə saat 19 radələrində 19000 manat pulu həmin kafedə ona vermişdir. Lakin o, həmin pulları da borclarına xərcləmişdir. Həmin gündən bir neçə gün sonra yəni ki, 28 may 2022-ci il tarixdə saat 19 radələrində o, yenə də Hüseynlə Sahilin kafesində görüşmüşdür. Həmin vaxt o, Hüseynə rubl məsələsi üçün 8000 manat pul lazım olduğunu demişdir. Hüseyndə onun sözünə inanıb elə həmin günü, yəni ki, 28 may 2022-ci il tarixdə saat 19 radələrində ona 8000 manat pulu vermişdir. O, həmin pulu da borclarına xərcləmişdir. Həmin gündən bir neçə gün sonra yəni ki, 11 iyun 2022-ci il tarixdə saat 17 radələrində o, yenə də Hüseynlə Sahilin kafesində görüşmüşdür. Həmin vaxt o, Hüseynə 62000 manatda pul lazım olduğunu demişdir. Belə ki, Hüseynə rublun kursunun bu gün yaman aşağı düşdüyünü. 62000 manat pulu 1 günlük Rusiya Federasiyasına göndərəcəyini. 1 günə həmin 62000 manat pulu Rusiyada dollardan rubla çevirib 6800 manat qazanc əldə ediləcəyini demişdir. Hüseyn də həmin pulu elə həmin günü yəni ki, 09 iyun 2022-ci il tarixdə saat 17 radələrində kafedə ona vermişdir. Bununla da o, Hüseyndən ümumilikdə 105000 manat pul almış olmuşdur. Lakin o, həmin pulu da borclarına xərcləmişdir. Bunda başqa Zərərçəkmiş şəxs4 isə təxminən eyni qaydada 1 ildən çoxdur ki, tanımışdır. 18 may 2022ci il tarixdə saat axşam saat 19 radələrində o, Sahilin kafesində olmuşdur. Həmin vaxt Rza da orda olmuşdur. O, Rza ilə söhbət edən zaman Rzaya yenidən rubl məsələsini izah etmiş və bu işə 5000 manat qoyaraq qazanc əldə edəcəyini bildirmişdir. Rza da onunla razılaşaraq 18 may 2022-ci il tarixdə saat 19 radələrində Sahilə məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008” çay evində ona 5000 manat pulu vermişdir. O da həmin pulu borclarına və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin gündən bir neçə gün sonra dəqiq tarix xatırlamasa da, 27 may 2022ci il tarixdə o, yenə də Rza ilə Sahilin kafesində görüşmüşdür. O, Rzaya yenə də rubl məsələsi ilə bağlı 3000 manat pul lazım olduğunu demiş, elə həmin günü, yəni ki, 27 may 2022-ci il tarixdə saat 20 radələrində Sahilə məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008” çay evində Rza ona 3000 manat pul vermişdir. Lakin o, həmin pulu da öz ehtiyaclarına və borclarına xərcləmişdir. O, Rzadan 16000 manat pul almamışdır. O, Rzadan yalnız 8000 manat pul almışdır. Ümumilikdə o, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 aldığı pulları borclarına, “Tik-tok” və s kimi əyləncələrimə və şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin ara-sıra o, həmin şəxslərdən aldığı pullardan bir qismini bəzən inam qazanmaq üçün həmin şəxslərə qazanc əldə etdiyini deyərək də vermişdir. O həmin şəxslərdən pulları alan zaman yanlarında hər hansı şəxs olmamışdır. (Cild 1, iş vərəqləri 116-119) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanışı Mübariz vasitəsilə tanımışdır. Həmin vaxt Təqsirləndirilən şəxs işləmirdi. Tanışı Mübariz ondan Təqsirləndirilən şəxs iş barəsində köməklik etməyini xahiş etmişdir. O da həmin ərəfələr Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008” kafesini işlədirdim. Təqsirləndirilən şəxs həmin kafedə işə düzəltmişdir. Təqsirləndirilən şəxs “008” kafesində mühasib kimi fəaliyyət göstərirdi. Bir gün Təqsirləndirilən şəxsla kafedə söhbət edən zaman külli miqdarda pul verib üstündə yaxşı qazanc əldə edə biləcəkləri bir iş olduğunu bildirmişdir. Ondan bu iş barədə soruşduqda ortaq tanışı olan Zərərçəkmiş şəxs3 pul verəcəyini və Zərərçəkmiş şəxs3 də həmin pulu karqoda olan malları götürmək üçün xərcləyəcəyini, Zərərçəkmiş şəxs3 götürdüyü malları bir neçə gün ərzində topdan satıb bizim qazancımızı verəcəyini bildirmişdir. O da bu təklif ilə razılaşmışdır. Bir neçə gün sonra Təqsirləndirilən şəxs 11000 ABŞ dolları yəni ki, 18700 manat məbləğində pul lazım olduğunu və həmin pulu 1 ay müddətinə Zərərçəkmiş şəxs3 verəcəyini bildirmişdir. Dediyinə görə, Zərərçəkmiş şəxs3 1 aydan sonra həmin 11000 ABŞ dolları, yəni ki, 18700 manat məbləğində pulu 2000 ABŞ dolları, yəni ki, 3400 manat məbləğində mənfəət ilə qaytaracaqdı. Həmin 3400 manat məbləğində pulu isə yarı böləcəkdilər. Təqsirləndirilən şəxs əvvəlcə 11000 ABŞ dolları, yəni ki, 18700 manat pul verdim. Təqsirləndirilən şəxs bu barədə nə Ümüdlə, nə də ki, başqa biri ilə danışmamağını xahiş etmişdir. Daha sonra Təqsirləndirilən şəxs vəd verdiyi kimi ondan aldığı 18700 manat məbləğində pulu, 3400 manat məbləğində mənfəəti ilə birlikdə geri qaytarmışdır. Daha sonra Təqsirləndirilən şəxs 25000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Bu dəfə pulu Rusiya Federasiyasına göndərəcəyini demişdi. Belə ki, həmin ərəfələrdə Rusiya Federasiyasında rubl ABŞ dolları qarşısında ucuzlaşdığından 25000 manat məbləğində pulu Rusiya Federasiyasında ABŞ dollarına çevirəcəklərini və 1 aya 25000 manat məbləğində puldan 10000 manat məbləğində gəlir əldə edəcəyini demişdir. O, Təqsirləndirilən şəxs 25000 manat məbləğində pul vermişdir. Bir neçə gün sonra həmin pulu qaytarmamış, Təqsirləndirilən şəxs bu dəfə də 28000 manat məblğində pul istəmişdir. Bu pulu da Rusiya Federasiyasına göndərib 15000 manat məbləğində mənfəət əldə etməli idilər. Yenə Təqsirləndirilən şəxs dediyi məbləğdə pulu ona vermişdir. Ümumilikdə, Təqsirləndirilən şəxs 53000 manat məbləğində pul vermişdir. Daha sonra digər zərərçəkmiş şəxslərlə birlikdə oturan zaman Təqsirləndirilən şəxs söhbət açılmışdır. O, Təqsirləndirilən şəxs bu əməlləri barədə danışmışdır. Digər zərərçəkmiş şəxslərdən də onun kimi aldadaraq pul aldığı və geri qaytarmadığı məlum olmuşdur. Təqsirləndirilən şəxs ilkin olaraq verdiyi 11000 ABŞ dolları məbləğində pul qeyd etdiyi 53000 manat məbləğində pula daxil deyildir. Təqsirləndirilən şəxs “Zolotaya Korona” sistemi vasitəsilə Rusiya Federasiyasına pul köçürmələri edirdi. "Zolotaya Korona" vəsaiti lazımi ünvana çatdırmaq üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaradılan təcili pul köçürmələri sistemidir. Pulu Rusiya Federasiyasına göndərəcəyini qeyd edərək, ondan pul aldıqdan təxminən 10-15 gün sonra onun dələduzluq etdiyi ona aşkar olmuşdur. Məhkəməyədək icraat zamanı ona 3000 manat məbləğində pul qaytarılmışdır. Təqsirləndirilən şəxslə aralarında barışıq yoxdur, ondan şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 5000 manat, 5000 manat və 6000 manat olmaqla, 3 dəfəyə ümumilikdə, 16000 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs bu məbləğdən ona təxminən 6000 manat pul geri qaytarmışdır. Təqsirləndirilən şəxs pulları müxtəlif bəhanələrlə ondan istəmişdir. Gah pulu “Sədərək” ticarət mərkəzindən mal gətirmək üçün xərcləyəcəyini, gah gömrükdən mal keçirdəcəyini və s. bildirmişdir. Təqsirləndirilən şəxs ona verdiyi 16000 manat məbləğində pulu ona 2000-5000 aralığında mənfəət ilə geri qaytarmalı idi. Təqsirləndirilən şəxs tərəfindən onun həyat yoldaşına və qardaşının həyat yoldaşına məxsus bank kartlarına pul köçürmələri həyata keçirilmişdir. Həmin pullar hazırki borc məsələlərindən əvvəl köçürülmüşdür. Bu pulları o, Təqsirləndirilən şəxsla birlikdə nağdlaşdıraraq ona vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Şahid6 vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008” kafesini işlədirdi. Təqsirləndirilən şəxs əvvəlcə ondan ev təmiri adı ilə 16000 manat məbləğində pul almışdır. Daha sonra Rusiya Federasiyasından məhsul gətirilməsini bildirərək, bir neçə dəfə pul almışdır. Sonuncu dəfə 33000 ABŞ dolları məbləğində pul istəmiş, o da həmin məbləği Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt o, Naxçıvan şəhərində idi. Ümumilikdə, Təqsirləndirilən şəxs 105000 manat məbləğində pul vermişdir. O, əvvəlcə pulların Ümid Mustafayev tərəfindən idarə olunduğunu bilirdi. Sonradan belə olmadığını anlamışdır. Təqsirləndirilən şəxs ona verdiyi əsas məbləği qaytarmasa da, ona ümumilikdə, 12000 manat məbləğində pul qaytarmışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin aprel və may aylarında 16000 manat, 26000 manat, 33000 ABŞ dolları və 7000 manat olmaqla, ümumilikdə 105000 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs ondan pulları Rusiya Federasiyasından mal sifariş vermək, orada valyuta dəyişdirmək, ev təmir etmək və s adı ilə istəmişdir. Bu bəhanələri bildirdikdə, görəcəyi hər işdən mənfəət əldə edəcəklərini bildirmişdi. Təqsirləndirilən şəxs verdiyi pulların əksəriyyətini Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində vermişdir. Pul sadəcə 1 dəfə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən kənarda verilmişdir. Təqsirləndirilən şəxs ona qaytardığı pulları nağd qaydada hissə-hissə olmaqla vermişdir. Təqsirləndirilən şəxs pulları çox vaxt ikisi tək olduqda vermiş, yanlarında heç kim olmamışdır. Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008” kafesində pul verdikdə, həmin kafenin işçiləri görmüş ola bilər. Təqsirləndirilən şəxs ona faiz borcu qaytarmamışdır, onunla bu barədə razılaşmaları olmamışdır. Təqsirləndirilən şəxs əvvəl verdiyi pulları qaytarmadan yenidən pul verməyinin səbəbi onun onda inam yaratmağı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs bəzən avtomobilin yük hissəsini açırdı, həmin yer pul ilə dolu olurdu. O da elə bilirdi ki, Təqsirləndirilən şəxs kifayət qədər maddi imkanı var idi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs “Sədərək” Ticarət Mərkəzindən tanımışdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs kömək etmiş, onu işə düzəltmişdir. Təqsirləndirilən şəxs əvvəlcə Zərərçəkmiş şəxs1 yanında işləmişdir. Təqsirləndirilən şəxs ona və digər zərərçəkmiş şəxslərə qarşı dələduzluq etmiş və bu əməllərini həyata keçirərkən hər birinə bu barədə heç kimə deməməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs ondan pulu əvvəlcə ev alqısatqısı ilə bağlı, daha sonra Rusiya Federasiyasında rublun ABŞ dolları qarşısında ucuzlaşdığını bildirərək, orada valyuta dəyişdirmək adı ilə almışdır. O, Təqsirləndirilən şəxs verdiyi pulları borc kimi əldə edib vermişdir. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etdikdən sonra və həmin pulu geri qaytarmadığı üçün yaşadığı evi sataraq, borcunu geri qaytarmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə, 94000 manat məbləğində ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs 15000 manat, 25500 manat, 17000 manat, 17000 manat, 12000 manat və 7500 manat olmaqla, ümumilikdə 94000 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs verdiyi pullardan sadəcə 15000 manatını ev alqı-satqısı üçün vermişdir. Bu puldan ona qazanc vermişdi. Qalan məbləğləri ondan Rusiya Federasiyasında valyuta dəyişdirmək bəhanəsi ilə almışdır. Təqsirləndirilən şəxs verdiyi 15000 manat məbləğində puldan ona 1500 manat qazanc vermişdir. Həmin qazancı verdikdən sonra ona verdiyi pulun qalmasını, başqa şəxslərlə Rusiya Federasiyasında valyuta dəyişdirmək işinə başladıqlarını, həmin işdə yaxşı qazanc olduğunu, onun da qoşulmağı üçün 15000 manatdan əlavə də pul verməyini bildirmişdir. Zərərçəkmiş şəxs1 isə evlərin kirayə verilməsi ilə məşğul idi. Arabir də evlərin alqısatqısına vasitəçilik edirdi. Təqsirləndirilən şəxs isə kafedə işləyirdi. Təqsirləndirilən şəxs evlərin alqı-satqısı ilə bağlı ondan pul istəməsi barədə Zərərçəkmiş şəxs1 bildirməmişdir. Təqsirləndirilən şəxs kafedə işlədiyi halda ev alqı-satqısından necə qazanc gətirəcəyi ilə bağlı Zərərçəkmiş şəxs1 onu da bu işə qoşduğu barədə izah vermişdi, o da inanmışdır. “Zolotaya Korona” sistemi vasitəsilə həyat yoldaşının bank kartına köçürülən 2 dəfə 7500 manat məbləğində pulları nağdlaşdıraraq Təqsirləndirilən şəxs vermişdir. Bank kartları vasitəsilə nağdlaşdıraraq Təqsirləndirilən şəxs pul verən zaman onun tərəfindən hələ hazırki 94000 manat məbləğində ziyan vurulmamışdı. Onun nağdlaşdıraraq verdiyi həmin pullar əmanət sayılırdı. Bu səbəbdən o pulları özünə götürə bilməzdi. Həm də inanmışdır ki, Təqsirləndirilən şəxs verdiyi pullardan ona qazanc gətirməsi davam edəcəkdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 02 iyun 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “008” kafesində Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 17000 manat məbləğində pul verdiyini görmüşdür. Daha sonra Zərərçəkmiş şəxs3 ona telefon vasitəsilə, Təqsirləndirilən şəxs ona 94000 manat məbləğində pul verməli olduğu halda bu pulu verməmişdir. 17000 manat məbləğində pulu Zərərçəkmiş şəxs3 stolun altında sayaraq, Təqsirləndirilən şəxs vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul verdiyini görməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə hər hansı məbləğdə pul qarşılığnda qazanc əldə etmək təklifi barədə eşitməmişdir. Ümumiyyətlə, onun yanında belə söhbətlər olmamışdır. Sadəcə Təqsirləndirilən şəxs son vaxtlar zərərçəkmiş şəxslərlə birlikdə görmürdü. Bu barədə Zərərçəkmiş şəxs1 soruşmuşdur. Zərərçəkmiş şəxs1 də Təqsirləndirilən şəxs Rusiya Federasiyasına pul göndərərək orada dövriyyəyə buraxaacağı vədi ilə onlardan pul alıb, lakin qaytarmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun dostudur. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pul vermişdir. Sonuncu dəfə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən “OBA” Marketin qarşısında Təqsirləndirilən şəxs pul götürməli idi. Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs aralarında bu barədə danışdıqlarından, o, Təqsirləndirilən şəxs 6000 manat məbləğində pul götürmüşdür. Həmin pul Zərərçəkmiş şəxs2 məxsus pul idi. Təqsirləndirilən şəxs iş görmək adı ilə Zərərçəkmiş şəxs2 105000 manat, Zərərçəkmiş şəxs1 təxminən 55000 manat, Zərərçəkmiş şəxs4 16000 manat məbləğində pul aldığını eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, bərbər kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. Ona məxsus bank kartına Təqsirləndirilən şəxs verilməli olan təxminən 5000 manat məbləğində pul köçürülmüşdür. Həmin pulun ona məxus bank kartına pul köçürülməsinin səbəbi ona məxsus bank kartına sadəcə 1 dəfə köçürmə həyata keçirilə bilməsi və özünün limitinin dolması olmuşdur. Qeyd etdiyi pulu nağdlaşdıraraq Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs verilməli olan təxminən 5000 manat məbləğində pul ona məxsus "xxxx" bank kartına köçürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 Sədəfqulu qızı ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs, eyni zamanda onun həyat yoldaşı Zərərçəkmiş şəxs4 ona məxsus bank kartını götürmüşdür. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs məxsus bank kartına pul köçürülməsi limiti dolduğu üçün onun bank kartından istifadə etdiyini bildirmişdir. Bank kartını aparmış və bir az sonra geri qaytarmışdır. Şahid9 Sədəfqulu qızının məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o bildirmişdir ki, Zərərçəkmiş şəxs4 onun əridir. O, Aliyə ilə 2012-ci ildə ailə həyatı qurmuş və o vaxtdan birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs şəxsən tanımamış. İlyas barəsində bildiyi odur ki, İlyas onun əri Rzanı aldadaraq Rzaya məxsus 16000 manat pulu ələ keçirmişdir. 2022-ci il əvvəllərində bir dəfə əri ondan ona məxsus Rabitəbank bank kartını istəmişdir. O, Rzadan nəyə görə bank kartını istədiyini soruşduqda, Rza ona bildirmişdir ki, tanışı ilyasa Rusiyadan pul göndərirlər. İlyasın adına olan pul köçürmələri limiti dolduğu üçün ayrı-ayrı adamların adına pul göndərtdirirmiş. Rza onun kartını götürmüş, bir neçə saat sonra da kartı gətirib evə qoymuşdur. Həmin karta neçə manat pul gəldiyini kim tərəfindən göndərildiyini bilməmiş və bu barədə məlumatı olmamışdır. (Cild 2, iş vərəqləri 95-97) Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs, eyni zamanda onun qaynı Zərərçəkmiş şəxs4 ona məxsus bank kartını götürmüşdür. Zərərçəkmiş şəxs4 dostuna məxsus bank kartına pul köçürülməsi limiti dolduğu üçün onun bank kartından istifadə etdiyini bildirmişdir. Bank kartını aparmış və bir az sonra geri qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs, eyni zamanda onun həyat yoldaşı Zərərçəkmiş şəxs3 ona məxsus bank kartını götürmüşdür. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs məxsus bank kartına pul köçürülməsi limiti dolduğu üçün onun bank kartından istifadə etdiyini bildirmişdir. Bank kartını aparmış və bir az sonra geri qaytarmıdır. Bu hal 1 yaxud 2 dəfə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən pul aldığını həmin ərəfələrdə bilməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən konkret olaraq hansı məbləğdə pul aldığını dəqiqliklə bilmir. Təqsirləndirilən şəxs ona da 44000 manat məbləğində borcu olmuşdur. Sonradan öyrəndiyinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 təxminən 105000 manat, Zərərçəkmiş şəxs1 təxminən 53000 manat, Zərərçəkmiş şəxs3 təxminən 80000 manatdan çox məbləğdə borcu qalmışdır. Təqsirləndirilən şəxs qeyd olunan məbləğlərdə pulları zərərçəkmiş şəxslərdən karqoda olan malları götürmək üçün xərcləyəcəyini və s. bildirirək aldığını eşitmişdir. Zərərçəkmiş şəxslər arasında Təqsirləndirilən şəxs ayrı-ayrılıqda pul vermələri barədə olan danışıqlarda iştirak etmişdir. Sonradan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən ayrı-ayrılıqda bir-birilərindən xəbərsiz şəkildə pullar almışdır. Həmin vaxt bu barədə söhbət olmuş, lakin Təqsirləndirilən şəxs nəsə deyilməmişdir. Həmin gün axşam saatlarında zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs qaçma ehtimalını düşünürdülər. Bu səbəbdən gecə saat 03:00-04:00 radələrində onlarla birlikdə o da məhəlləyə düşmüşdür. Bu zaman Təqsirləndirilən şəxs avtomobilinə minərək hərəkət etdiyini görmüşlər. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə zəng edərək, pulları barədə narahatlığını bildirmişdir. Təqsirləndirilən şəxs da sabahadək pulları geri qaytaracağını demişdir. Təqsirləndirilən şəxs onları gördükdən sonra yenidən məhəlləyə qayıtmışdı. Daha sonra Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, o və Təqsirləndirilən şəxs görüşərək söhbət etmişlər. Təqsirləndirilən şəxs qısa müddət ərzində 90000-91000 manat məbləğində pul verəcəyini bildirmişdir. Daha sonra onlar başqa restorana getmiş və orada söhbət etməyə davam etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs tez-tez telefonla danışmağa çıxıb geri qayıdır və pul gələcəyini bildirirdi. Təqsirləndirilən şəxs karqoda olan malları götürməsi barədə Zərərçəkmiş şəxs1 eşitmişdir. Eşitdiyinə görə, Təqsirləndirilən şəxs karqoda olan malları əvvəlcədən pul verərək götürür, daha sonra həmin malları onların sahiblərinə verərək, pul götürürdü. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 faiz müqabilində pul verməmişlər. Təqsirləndirilən şəxs “girov” saxlanılması və s. olmamışdır. Onun Təqsirləndirilən şəxs verdiyi məbləğin 10000 manatı dayısı oğlu Aqilə məxsus idi. Dayısı oğlu Aqil də oraya gəlmişdi. Təqsirləndirilən şəxsla söhbət etmişlər, mehriban şəkildə də əyləşdikləri masaya geri qayıtmışlar. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 vermiş olduğu ifadəsində bildirmişdir ki, o, DİO-da 2020-ci ildən, tutduğu vəzifədə isə 2021-ci ildən xidmət göstərir. Şahid8 xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nin Saray PB-nə müraciət edərək Təqsirləndirilən şəxsa 15.000 manat pul borcununun olmasını bildirmişdir. Bununla əlaqədar Şahid8, X2, X3 və Təqsirləndirilən şəxs izahatları alınmışdır. Şahid8, X5 və X7 vermiş olduqları izahatlarında Təqsirləndirilən şəxs pullarını tələb etmiş, Təqsirləndirilən şəxs isə pul aldıqlarını etiraf etmişdir. Təqsirləndirilən şəxs tərəfindən təzyiqə məruz qalması, azadlığının məhdudlaşdırılması və ya döyülməsi barədə hər hansı müraciət daxil olmamış, nə də İlyasın bədəni üzərində hər hansı xəsarət izinə rast gəlinməmişdir.(Cild 2, iş vərəqləri 39-48) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “üzləşdirmə aparmaq haqqında” protokollardan görünür ki, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxslər istintaqa verdiyi ifadələrini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 72-75, 76-79, 80-83, 84-86) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs dələduzluq etmədiyi, onun biznes fəaliyyəti ilə məşğul olduğu, zərərçəkmiş şəxslərin ona pulu müəyyən faizlə gəlir əldə etmək üçün verdiklərini və pulun əsas məbləğinin qaytarılması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə ilk öncə qeyd edir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs həqiqətən özündə valyuta mübadiləsi və bank əməliyyatlarını ehtiva edən biznes fəaliyyəti ilə məşğul olması, buna onun lisenziyasının olması, zərərçəkmiş şəxslərdən götürdüyü həcmdə pul məbləğlərinin xarici ölkəyə köçürməsi və geri alması, gəlir əldə etmək üçün valyuta satışını həyata keçirdiyi şəxslərin və təşkilatların dəqiq rekvizitləri barədə məhkəməyə nəinki hər hansı bir sübut və ya dəlil təqdim edə bilməmiş, bununla bağlı təqsirləndirilən şəxs ağlabatan izah belə verə bilməmişdir. Əksinə Təqsirləndirilən şəxs bütün fəaliyyəti dələduzluq cinayətinin obyektiv tərəfinin, yəni aldatma və ehtibardan sui istifadə etmənin üsulu kimi maliyyə piramidası qurması təəsuratını məhkəmədə yaradır. Təqsirləndirilən şəxs iddia etdiyi kimi özgənin külli miqdarda puldan ibarət əmlakını həqiqətən gəlir əldə etmək üçün götürdüyü halda, bu pulun aqibəti barədə o, əvvəlcədən düşünməli idi, əsassız risklərin qarşısını almalı və pulun qaytarılması ilə bağlı ağlabatan qarantiyalar verməli idi. Təqsirləndirilən şəxs bütün fəaliyyəti isə yalnız pulun zərərçəkmiş şəxslərdən götürülməsinə yönəlmişdir ki, bu da dələduzluq cinayətinin törədilməsindən dəlalət edir. Məhkəmə bu nəticəyə gələrkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Bundan başqa, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən götürülmüş "xxxx" ASC-dən, "xxxx" ASC-dən və "xxxx" ASC-dən daxil olmuş bank məlumatları ilə müəyyən edilmişdir ki, 01 yanvar 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək olan müddət ərzində Şahid6, Şahid7 Əkbər oğlunun, Şahid10, Şahid3, Şahid9 Sədəfqulu qızının, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, X6 və Şahid8 bank hesablarına müxtəlif mənbələrdən, o cümlədən pul köçürmə sistemləri vasitəsi ilə ayrı-ayrı tarixlərdə və məbləğlərdə pullar köçürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin bank məlumatlarını müdafiə tərəfi məhkəmədə zərərçəkmiş şəxslərə pul qaytarması kimi qələmə verməyə çalışsada, bu məlumatların hələ götürülməsi və tədqiq edilməsindən əvvəl zərərçəkmiş şəxslər və şahidlər məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs pul köçürülmələri ilə bağlı onun bank hesabında olan limitinin dolmasını əsas gətirərək onlardan xahiş etmişdir ki, həm onların özlərinin, həm də qohumları və tanışlarının bank hesablarına göndərilən pulları nəğdləşdirərək ona versinlər. Məhkəmə həmçinin qeyd edri ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən daxil olan məhkumluğun yoxlanılmasına dair tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (Cild 1, iş vərəqləri 158-160) Cinayət işinin materiallarından olan sənədlərdən və elektron məhkəməinformasiya sistemində olan məlumatlardan görünür ki, təqsirləndirilən şəxs evlidir, himayəsində azyaşlı uşaqları vardır. Bundan başqa, ifadələrdən və iş materiallarından görünür ki, vurulmuş ziyanın bur qismi ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını və vurulmuş ziyanın qismən ödənilməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu vaxtdan hesablanmışdır. Daha sonra həmin məhkəmənin 22 noyabr 2022-ci il və 27 fevral 2023-cü il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti fasiləsiz olaraq uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanmalı qəti cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri yoxdur . Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, 179.2-ci maddəyə əsasən isə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. 187-ci maddəyə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Qanunuvericiliyin həmin normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) tərəfindən verilmiş mülki iddia ərizələri təmin edilməli, mülki iddia ərizəsinə görə ödənilmiş dövlər rüsumları da daxil olmaqla təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs vurulmuş maddi zərərlə bağlı 90.370 (doxsan min üç yüz yetmiş) manat məbləğində pul tutulmaqla zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3, 50.242 (əlli min iki yüz qırx iki) manat məbləğində pul tutulmaqla zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, 100.390 (yüz min üç yüz doxsan) manat məbləğində pul tutulmaqla zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında » xx.xx.2015-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli tutulduğu 27 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) tərəfindən verilmiş mülki iddia ərizələri təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs vurulmuş maddi zərərlə bağlı 90.370 (doxsan min üç yüz yetmiş) manat məbləğində pul tutulmaqla zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3, 50.242 (əlli min iki yüz qırx iki) manat məbləğində pul tutulmaqla zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, 100.390 (yüz min üç yüz doxsan) manat məbləğində pul tutulmaqla zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-124/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-124/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver