Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-124/2025 02.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində ikisi azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, N.B.Vəzirov küçəsi, ev 5-də qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı kəndi, M. Hüseynzadə küçəsi, ev 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18 iyul 2020-ci il tarixdə saat təxminən 18 radələrində Abşeron rayonu, Novxanı kəndi, Mehdi Hüseynzadə küçəsində həmkəndliləri Şahid1, Zərərçəkmiş şəxs və Şahid2 yaşadıqları ünvana gələrək bir gün əvvəl qardaşı Hafiz Ağamalıyevlə aralarında baş vermiş mübahisə ilə bağlı səs-küy salmaları səbəbindən aralarında yaranmış mübahisə zamanı avtomobilindən bıçağı götürüb həmin vaxt onunla əlbəyəxa olan Zərərçəkmiş şəxs qəsdən əlindəki bıçaqla vuraraq ona döş qəfəsinin sağ yan səthinin döş boşluğuna nüfuz edən sağ tərəfli pnevmohematoraks və posthemorragik anemiya ilə nəticələnən bir ədəd deşilmiş- kəsilmiş yarası, boyun nahiyəsinin sağ yan səthinin iki ədəd kəsilmiş yaraları ilə nəticələnən insan həyatı üçün təhlükəli olan dərəcəsinə görə qəsdən sağlamlığına ağır zərər yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək faktiki olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, hadisədən təxminən üç gün əvvəl onun qardaşı Hafiz Ağamalıyev ilə Zərərçəkmiş şəxs arasında mübahisə baş vermiş və onlar bir-birinin üzərinə avtomobil sürmüşlər. Hadisədən sonra Zərərçəkmiş şəxs da daxil olduğu bir qrup şəxs qardaşını cəzalandırmaq üçün onun yaşadığı evin qarşısına toplaşmışdır. O, dəmirçi peşəsi ilə məşğul olmuş və həmin gün işdən evə qayıdarkən evlərinin qarşısında həmin şəxsləri görüb onlardan orada toplaşmalarının səbəbini soruşmuşdur. Bu zaman ona 3 nəfər tərəfindən “Beysbol” taxtası ilə zərbə endirilmiş, ardınca isə 17 bıçaq zərbəsi vurulmuşdur. O, hadisə nəticəsində bədən xəsarətləri alaraq 4 gün komada qalmışdır. Hadisə zamanı onun atasının da evinə basqın edilmiş, atasının baş nahiyəsinə “Beysbol” taxtası ilə zərbə endirilmiş və ağciyər nahiyəsinə bir bıçaq zərbəsi vurulmuşdur. O, heç kimə bıçaqla xəsarət yetirməmiş, əksinə özü və atası hücuma məruz qalmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, hadisə günü onun yaşadığı ünvana 3 nəfər – Miran, onun qardaşı Nuhbala və onun bibisioğlu Bəhruz gəlmişdir. Həmin şəxslər bir avtomobil ilə gəlmiş, digər avtomobil də məhəllərində dayanmışdır. Həmin şəxslərlə əvvəldən heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. O, dəmirçi işləmişdir. Hadisə zamanı həm özü, həm də atası xəsarət almışdır. Onun əlində heç bir bıçaq olmamış və Nuhbalanın hansı şəraitdə bıçaq xəsarəti aldığını bilməmişdir. İbtidai istintaqda ekspertiza zamanı həmin şəxslərə məxsus olan üç ədəd bıçaq üzərində onun qan izləri aşkar edilmişdir. O, heç kimə bıçaq xəsarəti yetirməmişdir. Mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, bu müddətdə o özündə olmamışdır. Hadisənin baş vermə anı müşahidə kamerası tərəfindən 45 dəqiqəlik videoyazı şəklində qeydə alınmışdır, həmin video görüntülərdə şəxslərin məhəlləyə gəlmələri, onun qardaşını gözləmələri, onun işdən gəlməsi və Vasif adlı şəxslə danışması görünür. O, zərərçəkmiş şəxs kimi tanındığı cinayət işinin sonunda təqsirləndirilən şəxslərlə barışmışdır. Ona qarşı xəsarətləri hər üç şəxs yetirmişdir. Məhkəmə istintaqı zamanı hadisə yerinə dair Təhlükəsiz Şəhər kameralarından götürülmüş video görüntülər tədqiq edilərkən ona ünvanlanan suallara cavab olaraq təqsirləndirilən şəxs göstərmişdir ki, o, hadisədən əvvəl “Playstation” yazılan yerin qabağında dayanan maşının içində olmuşdur. Həmin maşının qabağında dayanıb, onlara tərəf baxan şəxsi görsə də, fikir verməmişdir. Onun kim olduğunu xatırlamır, həmin şəxs yerişindən Şahid2 oxşayır. “Tofaş” markalı maşın ona məxsus olmuş və həmin maşını öz evinin qapısında saxlamışdır. “Çeşka” (Mersedes) markalı maşın Mirangilə məxsus olmuş və onun atasıgilin evinin qapısında dayanmışdır. Onun yanında dayanıb söhbət etdiyi şəxsin adı Vasifdir. Vasif onu işdən götürüb evinə gətirmişdir. Vasiflə sağollaşdıqdan sonra öz maşınına tərəf getmişdir. O, həmin vaxt Mirangilin atasının evinin qapısında gözlədiklərini bilməmişdir. Mirangil onun yanından maşınla keçəndə onları görmüş və onların kənd uşaqları olduqlarını bilmiş, lakin dəqiq kim olduqlarını bilməmişdir. O, evindən çıxmış, maşınından təsbehini götürmüş və evə qayıtmışdır. Daha sonra, yenidən çölə çıxanda Mirangilin atasının evinin qapısına yığıldıqlarını görüb onlara tərəf getmişdir. O qaçmamış, yeriyərək getmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə 2020-ci ildə baş vermişdir. Həmin tarixdə o, qardaşı Şahid1 və Şahid2lə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ərazidən keçirmişlər. Hadisədən iki gün əvvəl məhəllədə avtomobillə hərəkət zamanı Rəcəblə bir-birlərini sıxışdırmışlar. Hadisə günü Rəcəbgilin evinin qapısından keçəndə məsələni aydınlaşdırmaq məqsədilə avtomobili saxlayıb dayanmışlar. Rəcəb evdən çıxaraq onların yanına gəlmiş, onlar söhbət etmiş və bir-birilərini başa düşmüşlər. Onlar həmin ərazidən ayrıldıqdan sonra avtomobillə qəza törətmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı ifadə verərkən heç bir təzyiqə məruz qalmamışdır. İlk dəfə ifadə verərkən onun Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və tələbi olmadığını bildirsə də, sonrakı ifadəsini verərkən əsəbi olmuş, Rəcəbin şikayətini götürməsi məqsədilə ifadədə qeyd olunanları demişdir. O, digər cinayət işi üzrə təqsirləndirilən şəxs olmuş və məhkum olunmuşdur. O, Rəcəbin əlində bıçaq görməmiş və Rəcəb ona bıçaqla xəsarət yetirməmişdir. Onun bədənində yaranan xəsarətlər həmin gün baş verən avtomobil qəzası nəticəsində olmuşdur. Avtomobil “Çeşka” (Mersedes) markalı olmuş, avtomobilin içində dəmir alətlər olmuş və həmin alətlərə görə bədənində xəsarətlər yaranmışdır. Hadisə vaxtı mübahisə baş vermiş, lakin Rəcəb ona xəsarət yetirməmişdir. O, ümumiyyətlə hadisə vaxtı xəsarət almamışdır. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında, o cümlədən təqsirləndirilən şəxslə olan üzləşdirməsi zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, zərərçəkmiş şəxsin məhkəməyədək icraat dövründə verdiyi həmin ifadələri elan olunaraq tədqiq olunmuşdur. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Novxanı kəndi Ş.Qurbanov küçəsində fərdi yaşayış evində yaşamışdır. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı kəndində ara məhlədə hərəkət etmişdir. Həmin vaxtı qardaşı Miran və bibisi oğlu Şahid2 Saxavətdin oğlu da avtomobildə olmuşlar. Miran ön oturacaqda, Bəhruz isə arxa oturacaqda əyləşmişlər. Avtomobillə hərəkətdə olan zaman küçədə həmkəndlisi Hafiz idarə etdiyi Tofaş markalı avtomobillə onun idarə etdiyi avtomobili sıxışdırmış və buna görə avtomobildən Hafizlə aralarında sözlə mübahisə olmuşdur. Mübahisə zamanı Miranla Hafiz bir-birlərinə söyüş söymüşlər. Sonra avtomobili sürüb oradan çıxıb getmişlər. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində qardaşı Miran və bibisi oğlu Bəhruzla Hafizlə söhbət edib, aralarında olan mübahisəni həll etmək üçün idarə etdiyi Mercedes markalı avtomobillə Hafizin Novxanı kəndi M.Hüseynzadə küçəsinə evlərinin qarşısına gəlmişlər. Həmin vaxtı Miran avtomobildən düşüb Hafizi çağırmaq üçün həyətləri istiqamətinə getmişdir. Bu zaman Hafizin qardaşı Rəcəb arxa qapıdan çıxaraq avtomobilindən bıçağı götürərək onlara doğru qaça-qaça gəlmiş və Miranla mübahisə etməyə başlamışları. Rəcəb bir-iki söhbətdən sonra anidən əlinin içində saxladığı bıçaqla Miranın sol qoltuğunun altından 1 dəfə vurmuş, həmin vaxt o, onları ayırmaq istəyəndə Rəcəb bir dəfə döş qəfəsinin sağ tərəfindən bıçaqla zərbə endirmişdir. Bundan sonra isə Rəcəb Miranla əlbəyaxa olub fiziki cəhətdən ondan güclü olduğu üçün Miranı yerə yıxıb qarnının üstündə oturaraq boğmağa başlamışdır. Miran boğulduğu və nəfəsi kəsildiyinə görə Rəcəbi özündən kənarlaşdırmaq üçün məcbur olub cibindəki bıçağı çıxarıb onun qarın nahiyəsinə bir neçə dəfə zərbə endirmişdir. O və X14 üzərindən kənarlaşdıran zaman həmin vaxt Ağamalı Bəhruzu arxadan kürəyindən bıçaqla vurmuş və sonra Miranın boğazından tutub üstünə çıxaraq boğmağa başlamışdır. Miran isə Ağamalını kənarlaşdırmaq üçün əlindəki bıçaqla sonuncunun sinəsindən bir dəfə vurmuşdur. Daha sonra Miranın, onun və Bəhruzun vəziyyətləri ağır olduğundan biz güc bəla ilə avtomobilə əyləşib Sumqayıt şəhər xəstəxanasına tərəf yollanmışlar. Həmin vaxt o, çoxlu qan itirdiyindən özündə olmamışdır. Ona və Mirana bıçaqla xəsarəti Rəcəb yetirmişdir, Bəhruzu isə Ağamalı kürəyindən bıçaqla vuraraq xəsarət yetirmişdir. Belə ki, mübahisə zamanı Rəcəb əlində olan bıçaqla Miranı vurduqda o və Bəhruz araya girib onları aralaşdırdıqda Rəcəb əlində olan bıçaqla ona da xəsarət yetirmişdir.Baş vermiş hadisə təxminən 5-10 dəqiqə davam etmiş və həmin vaxtı ətrafda bir neçə şəxs olmuşdur. Lakin həmin şəxslərin şəxsiyyətlərini bilməmişdir. Həmin hadisə zamanı küçədə olan söz-söhbətə Rəcəbin atası Ağamalı Miranın üzərinə doğru gəlib onun qarnının üstünə çıxıb boğduğuna görə Miran özünü müdafiə etmək üçün təsadüfən Ağamalının sinə nahiyəsinə əlində olan bıçaqla vurmuşdur. Hadisə vaxtı onların heç birində “Beysbol” ağacı olmamış, o, Ağamalını beyzbol ağacı ilə vurmamışdır. Bəhruz isə həmin vaxtı Ağamlıya təpiklə və bıçaqla vurmamışdır. Ağamalı Miranı boğduğuna görə Miran özünü müdafiə etmək üçün bıçaqla Ağamalını bir dəfə vurdu. Ağamalının bununla bağlı göstərdikləri yalandır. O, barəsində olan cinayət işi üzrə istintaqa ifadə verərkən Rəcəbdən və Ağamalıdan şikayətçi olmadığı üçün onların adlarını göstərməmiş, lakin hazırda obyektiv olaraq bildirmişdir ki, hadisə vaxtı ona bıçaqla xəsarəti Rəcəb, Bəhruza isə bıçaqla xəsarəti Ağamalı yetirmişdir (cild 02, iş vər. 199-200, 207-208). İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunub tədqiq edildikdən sonra ona ünvanlanan suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, Rəcəbin evinin qarşısında mübahisə təxminən 6-7 dəqiqə davam etmişdir. Həmin müddətdə hər kəs birbirini tanımışdır. Elan olunan ifadə ona məxsus deyildir. Abşeron Rayon Polis İdarəsinin müstəntiqi Xəyyam Rüstəmovu tanıyır, onunla hər hansı şəxsi ədavəti və ya düşmənçiliyi yoxdur. İfadədə yazılan qeydlər və imzalar ona məxsusdur, lakin o imzalayarkən ifadə bu formada olmamış, ifadəni oxumadan imzalamışdır. O, ifadə verərkən müstəntiqə Rəcəbin yanından ayrıldıqdan sonra qəza törətdiyini demişdir. O, 2024-cü ildən etibarən bu iş üzrə istintaqın yenidən aparılmasından, Təqsirləndirilən şəxs saxlanılmasından və özünün bu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmasından xəbərdar olmuşdur. Qəza baş verdiyi vaxt o xəsarətlər almışdır. Avtomobili özü idarə etmiş və qəza öz təqsiri səbəbindən baş vermişdir. Həmin iş üzrə məhkəmədə araşdırma aparılmamışdır. Qəza Sumqayıtda baş vermişdir. Avtomobilin nömrəsini xatırlamır. O, Təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona heç bir xəsarət yetirməmişdir. Onun hazırda səhhətində problemlər olduğu və nevrozdan əziyyət çəkdiyi üçün bəzi detalları tam xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, hadisə təxminən 5 il əvvəl baş vermişdir. O, hadisənin necə baş verdiyini tam xatırlamır. Təqsirləndirilən şəxslə aralarında heç bir ədavət yoxdur. Hadisə vaxtı Təqsirləndirilən şəxs ona xəsarət yetirməmişdir. O, hadisə yerindən çıxdıqdan sonra avtomobil qəzasına düşmüş və xəsarətləri həmin qəzada almışdır. Aldığı xəsarətlərin Təqsirləndirilən şəxs heç bir aidiyyəti yoxdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, hadisənin hansı ayda baş verdiyini xatırlamır. Bu iş üzrə ona 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxslə aralarında yüngül formada məhəllə davası olmuş, dava onlardan hər hansı birinin hirsli olması səbəbindən baş vermişdir. Hadisə vaxtı kiminlə olduğunu xatırlamır. O, öz işi üzrə ibtidai istintaq zamanı heç bir ifadə verməmişdir, yazılanlar ona məxsus deyildir, müstəntiq tərəfindən yazılmışdır və həmin ifadəni təsdiq etmir. Hadisə vaxtı Təqsirləndirilən şəxs əlində bıçaq olmayıb və onun hər hansı şəxsə xəsarət yetirdiyini görməyib. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Şahid1 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində qardaşı Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı kəndində ara məhlədə gedərkən bibisi oğlu Şahid2 Saxavətdin oğluda avtomobildə olmuşdur. Avtomobili Nuhbala idarə etmiş, o, ön oturacaqda, Bəhruz isə arxa oturacaqda əyləşmişdir. Avtomobillə hərəkətdə olan zaman küçədə həmkəndlisi Hafiz idarə etdiyi Tofaş markalı avtomobillə onların olduğu avtomobili sıxışdırmış, buna görə avtomobildən Hafizlə aralarında sözlə mübahisə olmuşdur. Mübahisə zamanı Hafizlə o, bir- birlərinə söyüş söymüşlər. Sonra oradan çıxıb getmişlər. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində qardaşı Nuhbalanın idarə etdiyi Mercedes markalı avtomobillə Novxanı kəndi ilə gedən zaman Hafizgilin yaşadığı evin qarşısında Nuhbalaya avtomobili saxlamasını bildirmiş və Nuhbala avtomobili saxlamışdır. Həmin vaxt bibisi oğlu Bəhruzda avtomobildə olmuşdur. O, Hafizlə dünənki məsələni aydınlaşdırıb söhbət etmək üçün onların qapılarına gedib onu çağırmışdır. Bu zaman Rəcəb küçəyə açılan digər qapıdan çıxaraq onların orada olduğunu görüb özünə məxsus avtomobildən bıçağı götürərək onlara doğru qaça-qaça gəlib onunla mübahisə etməyə başlamışdır. Rəcəb bir-iki söhbətdən sonra anidən əlinin içində saxladığı bıçaqla onun sol qoltuğunun altından 1 dəfə vurmuş, həmin vaxt Nuhbala onları ayırmaq istəyəndə Rəcəb Nuhbalaya da bıçaqla zərbə endirmişdir. Bundan sonra isə Rəcəb onunla əlbəyaxa olub fiziki cəhətdən ondan güclü olduğu üçün onu yerə yıxıb qarnının üstündə oturaraq boğmağa başlamışdır. O, boğulduğunu və nəfəsimin kəsildiyini görüb Rəcəbi özündən kənarlaşdırmaq üçün məcbur olub cibindəki bıçaqğı çıxarıb onun qarın nahiyəsinə bir neçə dəfə zərbə endirmişdir. Nuhbala və Bəhruz Rəcəbi onun üzərindən kənarlaşdıran zaman həmin vaxt Ağamalı bıçaqla Bəhruzu arxadan kürəyindən bıçaqla vurmuş və sonra onun boğazından tutub üstünə çıxaraq boğmağa başlamışdır. O, isə Ağamalını kənarlaşdırmaq üçün əlindəki bıçaqla sinəsindən bir dəfə vurmuşdur. Daha sonra o, qardaşı Nuhbalanın və Bəhruzun vəziyyətləri ağır olduğundan onlar güc bəla ilə avtomobilə əyləşib Sumqayıt şəhər xəstəxanasına tərəf yollanmışlar. Həmin vaxt qardaşı Nuhbala çoxlu qan itirdiyindən o, qardaşı Nuhbala və bibisi oğlu Bəhruz Sumqayıt şəhərində yerləşən xəstəxanaya getmişlər.Həmin vaxt onların əllərində beyzbol taxtası olmamışdır. Ağamalını bıçaqla o, vurmuş, Bəhruz Ağamalını vurmamışdır. Həmin vaxt Nuhbalnın əlində beyzbol olmamışdır. Ona və Nuhbalaya bıçaqla xəsarəti Rəcəb yetirmişdir, belə ki, həmin mübahisə zamanı Rəcəb əlində olan bıçaqla onu vurduqda Nuhbala və Bəhruz araya girib onları aralaşdırdıqda Rəcəb əlində olan bıçaqla Nuhbalaya xəsarət yetirmişdir. Bəhruzu isə Ağamalı bıçaqla vurmuşdur (cild 02, iş vər. 166-167). İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunub tədqiq edildikdən sonra ona ünvanlanan suallara cavab olaraq şahid bildirmişdir ki, o, bu formada ifadə verməmişdir və həmin ifadəni təsdiq etmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 demək olar ki ifadə verməmiş, sadəcə göstərmişdir ki, hadisə təxminən 5 il əvvəl baş verdiyindən həmin hadisəni dəqiq xatırlamır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, həmin gün Təqsirləndirilən şəxslə aralarında dava baş vermiş, onlar Rəcəbi vuraraq hadisə yerindən uzaqlaşmışlar. Hadisə zamanı Rəcəbin kimisə vurduğunu görməmiş, Rəcəbin əlində bıçaq olmamışdır. Zərərçəkmiş şəxs da həmin vaxt onların yanında olmuş, onun Rəcəblə əlbəyaxa dava etdiyini görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni xatırlamır, bu səbəbdən həmin ifadənin düzgün olub-olmadığını təsdiq edə bilmir. Həmin vaxt özünü müdafiə etmək məqsədilə ifadə vermişdir, ifadənin həqiqətə uyğun olubolmadığını xatırlamır və yalan da olsa nəsə demişdir. Rəcəbin əlində bıçaq olmamışdır, Rəcəb kiməsə bıçaq xəsarəti yetirsəydi, bunu görə bilərdi. Mübahisə zamanı Rəcəblə yanaşı olmuşlar, Rəcəb heç kimə bıçaqla vurmamışdır. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Şahid2 Saxavətdin oğlu həmin ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində dayım oğlanları Şahid1 və Zərərçəkmiş şəxs ilə birlikdə Nuhbalanın idarə etdiyi “Mercedes” markalı 90- VF-295 dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı kəndində ara məhlədə gedərkən o, arxa oturacaqda, Miran isə ön oturacaqda əyləşmişdir. Avtomobillə hərəkətdə olan zaman Nuhbala avtomobili saxlamış və qardaşı Miranla birlikdə avtomobildən həmkəndliləri Hafizə avtomobili kobud sürdüyü üçün irad bildirmişlər. Hafiz avtomobilindən onlarla mübahisə etməyə başlamışdın. Mübahisə zamanı Miranla Hafiz bir-birlərinə söyüş söymüşlər. Sonra onlar oradan çıxıb getmişlər. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Nuhbala və Miranla birlikdə Nuhbalanın idarə etdiyi avtomobillə Hafizgilin yaşadıqları Novxanı kəndi M.Hüseynzadə küçəsindən keçən zaman Miran Nuhbalaya avtomobili saxlamasını və Hafizlə söhbət edib, aralarında olan mübahisəni həll etmək istədiyini bildirmişdir. Həmin vaxtı Miran avtomobildən düşüb Hafizi çağırmaq üçün həyətləri istiqamətinə getmişdir. Bu zaman Hafizin qardaşı Rəcəb küçəyə açılan digər qapıdan onlara doğru qaça-qaça gəlmiş və Miranla mübahisə etməyə başlamışdır. Həmin vaxt Rəcəb bir-iki söhbətdən sonra anidən cibində olan bıçaqla Miranın sol qoltuğunun altından 1 dəfə vurmuş, Nuhbala onu ayırmaq istəyəndə sonuncuya da bıçaqla zərbə endirmişdir. Rəcəb Miranı yerə yıxıb üstünə çıxıb əlbəyəxa olanda Miran özünü müdafiə etmək üçün dəqiq sayını xatırlamadığı bıçaq zərbələri ilə Rəcəbin qarın boşluğuna vurmuşdur. Nuhbala və o, Miranla Rəcəbi aralaşdıran zaman Rəcəbin atası Ağamalı həyətlərindən çıxıb əlində olan bıçaqla sol kürək nahiyəsindən bıçaqla vuraraq ona xəsarət yetirmişdir. O və Nuhbala xəsarət almalarına baxmayaraq Rəcəbi Miranın üzərindən ayırmışlar. Həmin vaxt Ağamalı Miranın üstünə çıxıb boğmağa başlamışdır. Miran özünü qorumaq üçün Ağamalının sağ hissəsinə bıçaqla vurmuşdur. Bundan sonra oraya gələn Hacı Natiq və Rəşad əvvəl onu daha sonra isə Miranla Nuhbalanı maşına əyləşdirmiş və onlar oradan uzaqlaşıb Sumqayıt şəhərinə xəstəxanaya yollanmışlar. Bıçaq onun kürək nahiyəsinin sol hissəsinə dəymişdir. Nuhbalaya və Mirana bıçaqla xəsarəti Rəcəb yetirmişdir. O isə Miranla Rəcəbi ayıranda Rəcəbin atası Ağamalı arxadan sol kürək nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Baş vermiş hadisə təxminən 5-10 dəqiqə davam etdi və həmin vaxtı ətrafda kənar şəxs olmamışdır. Lakin sonradan həmkəndliləri Hacı Natiq və Rəşad oraya gəlib bizi ayırsmışlar. Həmin hadisə zamanı Rəcəbin atası Ağamalı Miranın yerdə uzanmış vəziyyətdə olmasından istifadə edərək sonuncunun üzərinə çıxıb boğmağa başlamış, bu vaxt Miran özünü qorumaq və Ağamalını üzərindən kənarlaşdırmaq üçün əlində olan bıçaqla Ağamalının sağ tərəfinə bıçaqla qorxutmaq üçün vurmuşdur. Həmin hadisə vaxtı Nuhbalanın əlində beyzbol ağacı olmamışdır. Rəcəb Miranı yerə yıxan zaman o, onları aralaşdırmışdır. O, Ağamalını təpiklə və bıçaqla vurmamışdır. Ağamalı onu kürək nahiyəsindən bıçaqla bir dəfə vurmuşdur. O, əvvəlki ifadələrində Ağamalının ona xəsarət yetirməsini göstərməməsininq səbəbi həmkəndli olmaları, həmçinin sonuncunun evində çörək kəsməyi və yaşlı olması olmuşdur. Lakin o, Ağamalıya xəsarət yetirmədiyi halda prokurorluqda və məhkəmədə yalan ifadə verərək onun tərəfindən xəsarət yetirdiyini göstərdiyi üçün o, da həqiqəti demək məcburiyyətində olmuşdur (cild 03, iş vər. 49-50). İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunub tədqiq edildikdən sonra ona ünvanlanan suallara cavab olaraq şahid bildirmişdir ki, ifadədə qeyd olunanlar baş verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni qəbul etmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı həyətində keçi sağarkən qonşunun gəlini onu çağırmış, o, qapını açıb çölə çıxmış və çöldə dava olduğunu görmüşdür. O, söyüş söymüş, bu zaman başına 3 dəfə ağacla zərbə vurulmuşdur. Ağacla onu vuran Nuhbalanı boğazından tutmuş, yerə yıxmış və ağacı əlindən almışdır. Həmin vaxt Nuhbalanın bibisi oğlu Bəhruz onun ciyərinə bıçaqla zərbə vurmuşdur. O, astma xəstəliyindən əziyyət çəkir. Bəhruz ona yenidən bıçaqla vurmaq istədikdə qonşusu molla Natiq Bəhruzu tutmuş və vurmağa imkan verməmişdir. Natiq və oğlu Bəhruzu aparmışlar. Onda qalan 3 ədəd “Beysbol” taxtasını istintaq vaxtı almışlar. Lakin, sonradan həmin taxtalar itirilmiş və yalnız şəkilləri qalmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, hadisə vaxtı davada çox adam iştirak etmişdir, bu səbəbdən dəqiq kimlərin iştirak etdiyini xatırlamır. O, qapıya çıxanda oğlu Rəcəb və Miran əlbəyaxa vəziyyətdə, hər ikisinin üstü qan içində olmuşdur. Rəcəb Miranı boğurmuş. Davada onlar tərəfdən yalnız özü və oğlu Rəcəb iştirak etmişdir. Rəcəbin əlində bıçaq olmamışdır. Miran və Nuhbalanın əlində bıçaq görməmişdir. Rəcəbin kimisə bıçaqla vurduğunu görməmişdir. İbtidai istintaq zamanı düzgün ifadə vermişdir və həmin ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün o, həyat yoldaşı ilə birlikdə Novxanı kəndində yerləşən ət dükanına ət almağa getmişdir. O, dükanda olarkən orada çalışan satıcı qız “dalaşırlar” deyə qışqırmış, o, arxaya çevrilib dava olduğunu görmüş, üzünü çevirmiş və ümumiyyətlə hadisə baş verən istiqamətə baxmamışdır. Satıcı qızın da üzünü tutaraq onun da baxmamağını istəmişdir. Həmin vaxt heç bir şəxsi görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid10 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün o, işdən evə qayıtmış və həyətdə olmuşdur. Atası Şahid9 işdən gec gəldiyinə, nahara gəlmədiyinə görə onun arxasınca getmişdir. Bu zaman məhəllədə səs-küy eşitmiş və səs gələn tərəfə yaxınlaşmışdır. O, həmin yerə çatanda artıq atası geri qayıdırmış. Atasının paltarlarının üstündə qan görmüş və ondan nə baş verdiyini soruşduqda, atası ona aid bir məsələ olmadığını bildirmiş və evə getməsini istəmişdir. Daha sonra atası ilə birlikdə evə qayıtmışlar. O, həmin yerdə başqa heç kimi görməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, atasından paltarının niyə qan olduğunu soruşmuş, atası ona qonşunun dalaşdığını və onları ayırdığını demişdir. Atası davanın Rəcəb, Miran və Bəhruzun arasında baş verdiyini bildirmiş, lakin kimin kimi vurduğu barədə məlumat verməmişdir. Hadisə yerində Ağamalını yerdə uzanmış vəziyyətdə görmüş, onların arasında təxminən 20-30 metr məsafə olmuşdur. Eyni zamanda, Rəcəb də yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Onların yaralı olub-olmadığını məsafə uzaq olduğundan görə bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid9 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün o, işdə olmuşdur. Rəcəbgilin evi onun yaşadığı evin qapısından təxminən 50 metr aralıda yerləşir. Mirangil, Rəcəb və Rəcəbin atası həmin vaxt bir yerdə olmuşlar. O, işdən evə qayıdanda onları qan içində görmüşdür. Hadisənin əvvəlində nələrin baş verdiyini bilməmişdir. Hadisə yerində iki ədəd “Beysbol” taxtasının qan içində olduğunu görmüş, daha sonra həmin taxtaları götürüb kənara atmışdır. O, Bəhruzun hadisə yerində Rəcəbin atasına tərəf getdiyini görüb onu tutmuş, lakin Bəhruz ondan güclü olduğuna görə əlindən çıxmış, daha sonra yenidən Bəhruzu tutub kənara çəkmişdir. Bu zaman “Mercedes” markalı avtomobil hadisə yerinə yaxınlaşmışdır. Rəcəb yerdə olmuş, Rəcəb də, atası da qan içində olmuşdur. Onun əynində ağ köynək olmuş və üzərinə kiminsə qanı bulaşmışdır. Avtomobilin qapısı açıldıqdan sonra Rəcəb və Miran əlbəyaxa dava etmiş, Miran Rəcəbin üzərində olmuşdur. Bu zaman Rəcəbin anası evdən çıxaraq qışqırdıqda onlar ayrılmışdır. Hadisə yerinin yaxınlığında insanlar olsa da, heç kim yaxınlaşmamışdır. O kənd adamı olduğuna görə, kömək etməyə çalışmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Nuhbala və Bəhruzun da paltarları qan içində olmuşdur. Kimin kimi vurduğunu görməmişdir. Hadisə yerində bıçaq görməmiş, yalnız yerdə iki ədəd qanlı “Beysbol” taxtası görmüşdür. Miran və digərlərinin hər hansı xəsarət aldığını görməmiş, Rəcəb və atasının köynəkləri cırılmış vəziyyətdə olmuşdur. Onun geyindiyi ağ köynəyə bulaşan qan izlərinin kimə məxsus olduğunu bilməmişdir. Nə Rəcəbin əlində, nə də ətrafda hər hansı kəsicideşici alət görmüşdür. O, hadisə yerinə çatdıqda mübahisə davam edirmiş, Miranın Rəcəbin üzərində olduğunu, Bəhruzun isə Ağamalının üzərinə getdiyini görmüşdür. O, Miranın əlində də heç bir kəsici-deşici alət görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, Rəcəbin Mirangilə xəsarət yetirdiyini görməmiş, yalnız bu barədə eşitmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə Şahid4 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində qohumu Elxan və dostu Vasiflə Novxanı kəndi, M.Hüseyn küçəsində yerləşən Hafiz gillə qonşuluqda yaşayan ət satışı ilə məşğul olan Asif gilə gəlmişlər. Elxan Asifə heyvan satmış və satdığı heyvanın pulunu istəmək üçün Asif gilə gəlmişlər. Həmin vaxtı o, Vaz 2108 markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Asif olmadığı üçün onlar küçədə dayanıb onu gözləmişlər. Həmin vaxtı həmkəndliləri Miran və qardaşı Nuhbala Mercedes markalı avtomobillə oraya gəlib dayanmışlar. Avtomobili Nuhbala idarə etmişdir. O, həmin vaxı bacısı uşaqları ilə görüşmək üçün Hafiz gilin həyətlərinə keçmişdir. O, həyətə keçdikdən bir dəqiqə sonra küçədə səs-küy eşitmiş və küçəyə doğru getdikdə yeznəsi Hafizin atası Ağamalı və qardaşı Rəcəbin bədənləri qan içində həyətə daxil olduqlarını görmüşdür. Ağamalı və Rəcəb Mirangilin bıçaqla onları vurduqlarını bildirmişdir. Rəcəbin bədəninin yarısını sarıyıb avtomobili ilə Bakı şəhərinə Respublika Klinik xəstəxanasına aparmışlar. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, avtomobildə Nuhbala və Mirandan başqa heç kimi görməmiş, çünki avtomobilin arxa şüşəsi qara plyonkalı olmuşdur. Bildiyinə görə əvvəllər Miranla Rəcəb arasında 1-2 ay hadisədən əvvəl münaqişə olmuş, lakin münaqişənin səbəbini bilməmişdir. Rəcəb həyətə daxil olan zaman əynində köynəyi olmamışdır.O, qeyd etmişdir ki, hadisə vaxtı Hafizgilin həyətində olmuş, lakin səs-küydən sonra çölə çıxmış və Rəcəblə atası Ağamalının qan içində olduğunu gördükdə onlara kimin xəsarət yetirməsinə soruşmuş və Miranla Nuhbalanın bıçaqla onlara xəsarət yetridiyini bildirmişlər (cild 01, iş vər. 37-38). Məhkəmə istintaqı zamanı iş üzrə Şahid5 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 10 ildir ki, Abşeron rayonu, Novxanı kəndi yeni məhəllədə yerləşən fərdi yaşayış evində ailə üzvülərimlə birlikdə yaşayır. “JEEP Grandsroke” markalı 90- SC-449 dövlət qeydiyyat nişanlı 1999-cu il buraxılışlı avtomobili var. Həmin avtomobili Novxanı kəndi ərazisində sürür. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində arvadı X5 ilə birlikdə “JEEP Grandsroke” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə ət almaq üçün Novxanı kəndi, M.Hüseyn küçəsində Asif adlı şəxsin ət mağazasına gəlmişlər. Həmin vaxtı o, avtomobili yolun kənarında ət mağazasının yanında saxlamış və Kəmalə ilə avtomobildən düşüb mağazaya getmişlər. Mağazada olan kiçik qız uşağı anasının indi gəlib əti doğrayacağını bildirmişdir. Kəmalə mağazada qaldı və o, maşına gəlib əyləşib gözləməyə başlamışdır. O, avtomobildə gözləyən zaman ət mağazası ilə üzbə-üz dalanda səs-küy olduğunu və ətrafda olan şəxslərin həmin dalana qaçdıqlarını görmüş, lakin dava- dalaş edən şəxsləri görməmiş və həmin küçədə ət satan Asifdən başqa heç kimi tanımır. Səs- küyə ətrafda yaşayan təxminən 10 nəfər insanlar toplaşmışdır (cild 01, iş vər. 39-40). Məhkəmə istintaqı zamanı iş üzrə Şahid7 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Şahid3, onun oğlu Təqsirləndirilən şəxs, Şahid1, Zərərçəkmiş şəxs və Şahid2 Saxavətdin oğlu onun həmkəndliləridir. Sonradan bildiyinə görə xx.xx.2020-ci il tarixdə yaşadığı Abşeron rayonu, Novxanı kəndində baş vermiş münaqişə ilə bağlı onu deyə bilərəm ki, mən həmin hadisənin şahidi olmamış, lakin sonradan eşitdiyinə görə xx.xx.2020-ci il tarixdə Ağamalı və oğlu Rəcəblə Mirangil arasında mübahisə olmuş, amma mübahisə zamanı kimin kimə xəsarət yetriməsi barədə məlumatı olmamışdır. Ağamalının onun həmin mübahisədə kənarda olmağını və hadisənin şahidi olmağım barədə dedikləri tamamilə yalandır (cild 01, iş vər. 89-90). Məhkəmə istintaqı zamanı iş üzrə Şahid8 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Şahid3 və onun oğlu Təqsirləndirilən şəxs onun həmkəndliləridir, Şahid1, Zərərçəkmiş şəxs və Şahid2 Saxavətdin oğlu isə onun qohumlarıdır. xx.xx.2020-ci il tarixdə yaşadığı Abşeron rayonu, Novxanı kəndində baş vermiş münaqişə ilə bağlı bildirmişdir ki, həmin hadisənin şahidi olmamış, lakin sonradan eşitdiyinə görə xx.xx.2020-ci il tarixdə Ağamalı və oğlu Rəcəblə Mirangil arasında mübahisə olmuş, amma mübahisə zamanı kimin kimə xəsarət yetriməsi barədə məlumatı olmamışdır. Ağamalının onun həmin mübahisədə kənarda olmağını və hadisənin şahidi olmağı barədə dedikləri tamamilə yalandır (cild 01, iş vər. 166-167). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” qərardan görünür ki, Şahid1 barəsində olan ********* saylı cinayət işinin materiallarından baş vermiş münaqişə zamanı Şahid1, Zərərçəkmiş şəxs və Şahid2 yüngül və ağır dərəcəli bədən xəsarətləri almaları ilə bağlı CM-in 128 və 126.1-ci maddələri ilə ayrıca ********* nömrəli cinayət işi ayrılmışdır (cild 01, iş vər. 01-03). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt Travmatologiya Xəstəxanasının tibb bacısı Əliyeva Abşeron Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə zəng edərək Novxanı qəsəbə sakini Zərərçəkmiş şəxs döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya gətirildiyini bildirmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Təqdim edilmiş paltarları götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə hal şahidlərinin iştirakı ilə xx.xx.2020-ci il tarixdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına daxil olan Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara-qırmızı-boz rəngli idman şalvarına və 01 ədəd qara rəngli üzərində “AG” yazısı olan köynəyə baxış keçirilərək götürülmüşdür (cild 01, iş vər. 21-22). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli, “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Abşeron rayonu, Novxanı kəndi, M.Hüseynzadə küçəsi 3-də yerləşən fərdi yaşayış evinin qarşısıdır (cild 01, iş vər. 29-31). Cinayət işinin materiallarında olan kompleks məhkəmə kriminalistik, məhkəməbioloji və məhkəmə trassoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 372/2020 MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa hissəsinin sağ-aşağı nahiyəsində bir ədəd və şalvarın sağ ayağının arxayuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişlər. Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin eyni alətin və ya eyni konstruktiv xüsusiyyətlərə malik alətlərin təsirindən yaranması istisna olunmur. Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş tərəfimizdən 1 №-li və 2 №-li kimi işarələnmiş bıçaqların tiyələri ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvann sağ diz nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, şalvarın müvafiq nahiyəsinin hər hansı bir əşyaya ilişib dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin sağ-yan tikişi və sağ qolunun üzərində bir ədəd məhdud cırılma aşkar olundu. Bu küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim olunmuş 1 №li bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim olunmuş 2 №-li bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Ekspertizaya təqdim olunmuş 3 №-li bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur (cild 01, iş vər. 112-119). Cinayət işinin materiallarında olan məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2020ci il tarixli 575/MTBŞ-2020 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu: B(lll). Ekspertizaya təqdim edilmiş üzərində «1» və «2» rəqəmləri əl yazıları olan bağlamalarda yerləşən qatlanan bıçaqların üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrupu ABO sistemi üzrə təyin olunduqda «A» antigeni alındı, aqqlyutininlər alınmadı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə (All) qruplu şəxsə məxsusdur və ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilməz. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarı və köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə ABO sistemi üzrə qanın qrupu təyin olunduqda onların yerləşdiyi nəzarət-daşıyıcı sahələrin təsirini aradan götürmək mümkün olmadığından, qeyri-spesifik nəticə alındığı üçün qrup antigenləri və qanın qrupu barəsində fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş üzərində «3» rəqəmi əl yazısı olan bağlamada yerləşən qaltanan bıçağın tiyəsi, dəstəyi və tiyəsinin divarlarında qan aşkar olunmadı (cild 01, iş vər. 132-138). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli T11/2022 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yan səthinin döş boşluğuna nüfuz edən sağ tərəfli pnevmohematoraks və posthemorragik anemiya ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarası, boyun nahiyəsinin sağ yan səthinin iki ədəd kəsilmiş yaraları olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin təsirindən törənmiş, xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilən zərbə nəticəsində yarana bilərdi, dərəcəsinə görə döş qəfəsinin sağ yan səthinin döş boşluğuna nüfuz edərək sağ tərəfli pnevmohematoraks və posthemorragik anemiya ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, boyun nahiyəsinin sağ yan səthinin iki ədəd kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin xarakteri onun yumruq zərbəsi nəticəsində yarana bilməsini inkar edir (cild 01, iş vər. 193-197). Cinayət işinin materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)-204/2023 saylı hökmündən görünür ki, həmin hökmə əsasən Şahid1 CM-in 29,120.2.2, 221.3 və 228.4-cü maddəlləri ilə təqsirli bilinərək CM-in 66.3 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 15 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına, Şahid2 CM-in 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına və Zərərçəkmiş şəxs isə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azaadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 02, iş vər. 35-68). Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(105)-177/2024 saylı qərarından görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)-204/2023 saylı hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Şahid1 qəti cəza müddəti 14 il 05 ay 29 günə, Şahid2 qəti cəza müddəti 09 ilə, Zərərçəkmiş şəxs cəzası isə 02 ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət təqibinə xitam verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə icraata xitam verilmiş, həmçinin CM-in 221.3, 228.4, 126.2.4 və 29,120.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 03, iş vər. 119-134). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı üzərində olan və ibtidai istintaqla müəyyən edilməyən bıçaqla qəsdən Zərərçəkmiş şəxs vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid (işdə olan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən) olan bədən xəsarəti yetirmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli iş üzrə dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi, habelə iş üzrə şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri, digər şahid ifadələri ilə, o cümlədən ekspertizanın rəyləri, üzləşdirmə istintaq hərəkətinin protokolları, hadisəyə dair Təhlükəsiz Şəhər kameralarından götürülmüş video görüntülər və işdə olan biri-digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində gəldikdə isə məhkəmə kollegiyası həmin ifadəyə tənqidi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmışdır. Cinayət prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə əldə olunaraq iş materiallarına əlavə edilən mötəbər sübutların məhkəmə istintaqı zamanı tədqiq olunması nəticəsində məhkəmə kollegiyasında qeyd olunan cinayət əməlinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair qənaət formalaşdırmışdır. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı sərbəst ifadələrində, o cümlədən ona ünvanlanan suallara cavab verərkən hadisə baş verən gün öz evindən çıxaraq gəzə-gəzə atası yaşayan evə tərəf getdiyini, həmin əsnada orada zərərçəkmiş şəxs və onunla hadisə yerinə gələn şəxslərin olduğunu və həmin şəxslərin səs-küy saldığını gördüyünü, həmin vaxt mübahisənin məhz zərərçəkmiş şəxs və onunla həmin vaxt hadisə yerində olan şəxslər (Şahid1 və Şahid2) tərəfindən başladıldığını, həmin şəxslərin ona qarşı zor tətbiq etdiyini və ona bıçaqla, habelə beysbol taxtası ilə xəsarət yetirdiyini, onun zərərçəkmiş şəxsə xəsarət yetirmədiyini, ümumiyyəltə onda bıçaq olmadığını və zərərçəkmiş şəxsə kimin xəsarət yetirdiyini görmədiyini bildirsə də, məhkəmə istintaqı zamanı iş materiallarında olan sübutlar tədqiq edildikdən, həmçinin Təhlükəsiz Şəhər kameralarından götürülmüş video görüntülərə baxış keçirildikdən sonra məhkəmə heyətində təqsirləndirilən şəxsin məhkəməyə qarşı səmimi olmadığı və iş üzrə obyektiv ifadə vermədiyi, heç də Təqsirləndirilən şəxs hadisə yerinə təsadüfən gəlib çıxmadığı və ya evdən çıxarkən təsadüfən həmin şəxsləri hadisə yerində görmədiyi, əvvəlcədən artıq həmin şəxslərin hadisə yerində olduğunu bildiyi (məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanan suala cavab verərkən həmin şəxslərin avtomobillə onun yanından keçərkən onları gördüyünü, lakin onların kim olduğunu bilmədiyini qeyd etsə də, vurğulanmalıdır ki, hələ hadisədən üç gün əvvəl onun qardaşı Hafiz Ağamalıyevlə məhz Zərərçəkmiş şəxs arasında Novxanı ərazisində avtomobilə yol verilməməsi üstündə narazılıq yarandığını, qarşılıqlı olaraq həmin şəxslərin söyüşlə atışdıqlarını, bu əsnada Zərərçəkmiş şəxs məhz hansı marka avtomobil idarə etdiyini Təqsirləndirilən şəxs dəqiq olaraq bilmişdir), onlarla mübahisə etməyə hazırlıq görmək üçün sankı alət və ya vasitə əldə etməklə bağlı hərəkətlər etdiyi, bunun üçün ilk əvvəl evə, daha sonra özünə məxsus avtomobilə yaxınlaşdığı və avtomobildən nə isə götürdüyü (həmin vaxtı evə tərəf gedən və sonra avtomobildən nə isə götürən qara paltarlı şəxsin Təqsirləndirilən şəxs olması məhkəmə iclasında sözügedən video görüntülər tədqiq olunarkən məhz özü tərəfindən şəxsən təsdiq edilmişdir), bundan sonra sürətli şəkildə qaçaraq zərərçəkmiş şəxs və digərlərinin dayandığı - hadisə baş verən yerə getdiyi, artıq o hadisə yerinə çatdıqdan dərhal sonra qarşılıqlı mübahisə, dava-dalaşın başladığı müəyyən olunmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs və onun qardaşı Şahid1la (hazırki iş üzrə şahid, habelə bu dava-dalaş hadisəsi ilə bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən baxılan digər cinayət işi üzrə məhkum olan) heç bir ədavəti və düşmənçiliyinin olmadığını bildirsə də, iş materiallarına əlavə olunan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(105)-177/2024 saylı qərarından görünür ki, apellyasiya məhkəməsindən baxılan həmin iş üzrə (Şahid1 və başqaları barəsində olan cinayət işi üzrə) zərərçəkmiş şəxs qismində dindirilərkən Şahid3 (Təqsirləndirilən şəxs atası) oğlu Rəcəbin Şahid1gillə uzun müddətdir ki, ədavətlərinin olduğunu bildirmiş və həmin ədavətin yaranma səbəbi ilə bağlı ətraflı ifadə vermişdir. Bütün bunlar ümumiləşdirildikdə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı səmimi olmadığı müəyyən olunur. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və həmin ifadələri əsaslı sübut növü kimi qəbul etməyərək onunla razılaşmır. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəyə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, şəxs məqsədli şəkildə məhkəmə istintaqında yalan ifadə vermiş və məhkəmə heyətini yanıltmağa, məhkəməni təqsirləndirilən şəxs barəsində onun cinayət məsuliyyətindən azad olunmasına dair qərar qəbul olunmasına istiqamətləndirməyə nail olmağa çalışmışdır. Belə ki, ibtidai istintaq zamanı heç bir təsir altında qalmadan və heç bir tərəddüd göstərmədən təqsirləndirilən şəxsi birbaşa ifşaedici ifadə verən zərərçəkmiş şəxs heç bir tutarlı əsas göstərmədən ibtidai istintaq zamanı verdiyi ifadənin ona aid olmadığını, onun sözügedən xəsarətləri hadisə yerindən ayrıldıqdan sonra yol nəqliyyat hadisəsi zamanı aldığını bildirmişdir. Halbuki, iş materiallarına əlavə olunmaqla məhkəmə istintaqında tədqiq olunan məhkəmə tibbi ekspertizasının rəyində (cild 01, iş vər. 193-197). birbaşa göstərilmişdir ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yan səthinin döş boşluğuna nüfuz edən sağ tərəfli pnevmohematoraks və posthemorragik anemiya ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarası, boyun nahiyəsinin sağ yan səthinin iki ədəd kəsilmiş yaraları olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin təsirindən törənmiş, xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilən zərbə nəticəsində yarana bilərdilər. Bundan əlavə, zərərçəkmiş şəxsin özünün təqsirləndirilən şəxslə barışdığına dair ibtidai istintaq orqanına təqdim etdiyi öz əlyazması ilə yazdığı barışıq ərizəsində (cild 03, iş vər. 115) göstərmişdir ki, həmin sözügedən xəsarətləri məhz Təqsirləndirilən şəxslə arasında baş vermiş mübahisə zamanı almışdır. Belə olan halda, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəni qəbul etmir, həmin ifadənin məhkəməni məqsədli şəkildə yanıltmağa yönəlmiş ifadə kimi – daha dəqiq yalan ifadə kimi qəbul edir, əksinə zərərçəkmiş şəxsin heç bir təsir və təzyiq altında qalmadan ibtidai istinatq zamanı verdiyi ifadəsinin iş materialları ilə üst-üstə düşməsi və obyektiv həqiqəti əks etdirməsi səbəbindən, həmin ifadəni əsaslı sayır və Təqsirləndirilən şəxs elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Eyni zamanda, məhkəmə kollegiyası hazırki iş üzrə şahid qismində dindirilən Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrə də tənqidi yanaşır və qeyd edir ki, onların bu formada ifadə verməsi anlaşılandır. Həmin şəxslər artıq təqsirləndirilən şəxslə barışıq əldə etdiyi üçün məhkəmə istintaqı zamanı onun xeyrinə və onu müdafiə edən ifadə verirlər. Odur ki, məhkəmə kollegiyası sözügedən şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələri də əsaslı sübut kimi qəbul etməyərək onunla razılaşmır və Təqsirləndirilən şəxs elan olunan ittihamın əsasına məhz həmin şəxslərin heç bir təsir və təzyiq altında qalmadan ibtidai istintaq zamanı verdikləri ifadələri qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan ərizədən görünür ki, iş üzrə zərərçəkmiş şəxs təqsirləndirilən şəxs barışmışdır, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur (cild 03, iş vər. 115). Cinayət işinin materiallarına əlavə edilmiş arayışlardan, doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, ailəsi ilə birlikdə Novxanı kəndi, M.Hüseynzadə küçəsindəki fərdi evdə yaşayır, himayəsində ikisi azyaşlı (2012 və 2021-ci il təvəllüdlü) olmaqla üç yetkinlik yaşına çatmayan uşağı var və yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 03, iş vər. 7-14). Cinayət işinin materiallarında olan tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzası 01 ilə endirilmiş, xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 ay 05 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 02, iş vər. 202-203, cild 03, iş vər. 14-18). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum olunduğu cinayət əməlindən daha əvvəl (xx.xx.2020-ci il tarixdə) törətdiyindən, onun əməllərində cəzanı ağırlaşdıran harllardan cinayələrin residivi müəyyən olunmur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmin hadisə zamanı (Şahid1 və Şahid2 barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs olmuşdur) özünün də ağır xəsarət almasını, həmçinin hazırki iş üzrə zərərçəkmiş şəxslə barışığın əldə olunmasını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə yaxın azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, hər nə qədər hazırki hökmlə təqsirli bilindiyi cinayət əməlini törətdikdən dərhal sonra cinayət məsuliyyətinə cəlb olunmasa da, təqsirləndirilən şəxs ondan sonrakı müddətdə sözügedən hadisələrdən nəticə çıxarmamış və yenidən qəsdən az ağır (CM-in 228.1-ci maddəsi) cinayət əməli törətdiyinə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuşdur. Bu hal isə onu göstərir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti kifayət qədər ictimai təhlükəlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna və gələcəkdə islah olunmuş şəkildə cəmiyyətə qayıda bilər. Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-504/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdir (cild 02, iş vər. 249-255). Cinayət işinin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, 4(105)-66/2024 saylı qərarından görünür ki, həmin qərarla Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-504/2024 saylı qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 03, iş vər. 33-39). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin icrası üçün həmin tarixdə könüllü olaraq Abşeron Rayon Polis İdarəsinə gəlmişdir (cild 03, iş vər. 40). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ev dustaqlığında və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli məhz xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, o cümlədən onun ev dustaqlığında saxlandığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut qismində tanınan əşyaların Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)-204/2023 saylı hökmünə əsasən məhv edilməsi, həmçinin məhkəmə istintaqı zamanı əldə edilərək tədqiq olunan hadisə yerinə dair video görüntülərin əks oldunduğu 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınan əşyaların Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)-204/2023 saylı hökmünə əsasən məhv edilməsi, o cümlədən məhkəmə istintaqı zamanı əldə edilərək tədqiq olunan hadisə yerinə dair video görüntülərin əks olunduğu 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-124/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-124/2025
02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver