Məhkəmə qərarları › İş №1(124)-125/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-125/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-125/2023 30.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, eləcə də təqsirləndirilən şəxslərin iştirakları ilə,

1. xx xxxxxx 1977-ci ildə Mingəçevir şəhərində doğulmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə,

2. xx xxxxxxx 1981-ci ildə Ermənistan Respublikasında doğulmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.3 və 238.1ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan şəxsdən 2021-ci ilin sentyabr ayında istintaqla dəqiq müəyyən edilməmiş yerdə satış məqsədilə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 03 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda çəkiləri 0,429 qram, 3,691 qram və 0,442 qram olmaqla, ümumi təmiz çəkisi 4,562 qram olan, külli miqdarda narkotik vasitə heroini və 03 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda çəkiləri 0,146 qram, 3,271 qram və 0,682 qram olmaqla ümumi təmiz çəkisi 4,099 qram olan, külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib ünvan 3 ünvanına daşıyaraq orada kirayə götürdüyü otaqda saxlamış, 22 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 müvəqqəti qaldığı həmin fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq, özünün razılığı və iştirakı ilə kirayə götürdüyü otağa baxış keçirilən zaman, satış məqsədi ilə qanunsuz olaraq əldə edib yalnız özünün istifadəsində olan həmin otaqda göz linzasına aid plastik qabda saxladığı 03 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda çəkiləri 0,429 qram, 3,691 qram və 0,442 qram olmaqla, ümumi təmiz çəkisi 4,562 qram olan, külli miqdarda narkotik vasitə heroin və 03 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda çəkiləri 0,146 qram, 3,271 qram və 0,682 qram olmaqla ümumi təmiz çəkiləri 4,099 qram olan, külli miqdarda psixotrop maddə metamfetamin, eləcə də 02 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək prosessual qaydada qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu və yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq massivi, 4-cü küçə, döngə 2-də yerləşən, 17 nömrəli fərdi yaşayış evində 2021-ci ilin əvvəllərindən başlayaraq narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etməklə, həmin evin bir otağını narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs2 kirayə verərək sonuncuya narkotik vasitə və psixotrop maddələrin istifadə etməsinə şərait yaratmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 11 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonunda “İnşaatçılar” metro stansiyasının yaxınlığında istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağızı bükümündə, 0,922 qram çəkidə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan narkotik vasitə heroini 20 manata qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Xırdalan şəhəri “ Quşçuluq ” yaşayış massivinə daşımış, həmin tarixdə saat 23 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 4-cü küçədə saxlanılaraq polis idarəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli gödəkçəsinin sağ cibində həmin 0,922 qram çəkidı narkotik vasitə heroin aşkar edilərək prosessual qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, təqribən 10 ildən artıq müddətdə narkotik vasitə istifadə edir. 2021ci ilin sentyabr ayında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu səhər saat 07 radələrində saxlanılmışlar. Polis əməkdaşı Şahid1 onun Təqsirləndirilən şəxs1 evində kirayədə yaşadığını bilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 yaşadığı evə sadəcə narkotik vasitə qəbul etmək üçün getmiş, daimi olaraq isə Bakı şəhərində ölən qardaşının evində qalmış, eyni zamanda “BlackBird” gecə klubunda işləmişdir. Həmin gün gecə işləyərək işdən çıxıb səhər saatlarında Təqsirləndirilən şəxs1 evinə narkotik vasitə qəbul etməyə getmiş və bu zaman polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşı Şahid1 onu qızı ilə hədələyərək, ifadə verməyə məcbur etmişdir. Daha sonra, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərdi ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin avqust ayından tanımış, Dilbərlə narkotik almaq üçün tanış olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik olmamış, yalnız Təqsirləndirilən şəxs1 evində göz linzasının qabının içərisində saxladığı, özünə məxsus 1,5 qram çəkidə metamfetamin olmuşdur. Evdən tapılan digər narkotik vasitələr isə ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs1 evində narkotik vasitələrin qəbulu üçün ayrıca otaq olmuş, həmin otaqda ona məxsus əşya olmamışdır. Aşkar edilmiş elektron tərəzilərdə Təqsirləndirilən şəxs1 məxsus olmuşdur. Təqsirləndirilən şəxs1 ilə birgə narkotik istifadə etməmiş, həmin gün Dilbərdən 30 manata metamfetamin almışdır. Həmin psixotrop maddəni rəfiqələri ilə istifadə etmək məqsədi ilə almışdır. Tutulan zaman polis əməkdaşları ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəlb ediləcəyini dedikləri üçün o, ilkin ifadəsini imzalamışdır. Bununla belə Bakı şəhərində daimi yaşadığını bildirən Təqsirləndirilən şəxs2 həmin ünvanı dəqiq deyə bilməmiş və səhər saatlarına Təqsirləndirilən şəxs1 evinə gəlib narkotik vasitə istifadə edib yenidən Bakıya qayltması ilə bağlı məhkəməyə ağlabatan izah verə bilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdikləri yalandır. O, Təqsirləndirilən şəxs2 narkotik vasitə satmamış, əksinə şəxsi istifadəsi üçün heroin növündə narkotik vasitə almışdır. Tutulmamışdan təqribən 4-5 ay əvvəl Təqsirləndirilən şəxs2 onun yaşadığı evə köçmüş və o, aylığı 60 manat olmaqla Gülnarəyə bir otağını kirayə vermişdir. Belə ki, Gülnarə əvvəl başqa yerdə kirayədə qalmış, lakin oradan qovulduğu üçün ona evində qalmağı təklif etmişdir. Təqsirləndirilən şəxs2 kirayə verdiyi otaqdan onun özü istifadə etməmiş, çünki həmin otaq Gülnarənin istifadəsində olmuş, Təqsirləndirilən şəxs2 şəxsi əşyaları, geyim paltarları və s. gündəlik istifadə etdikləri əşyalar da həmin otaqda olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs2 məxsus paltarlar da aşkar edilmişdir. Polis əməkdaşları gələn zaman Təqsirləndirilən şəxs2 kirayə qaldığı otaqda başqa 2 nəfər şəxs də olmuşdur. Təqsirləndirilən şəxs2 aşkar olunan narkotik vasitələrin onun olduğunu etiraf etmişdir. Bununla belə Təqsirləndirilən şəxs1 göstərmişdir ki, CM-nin 234.1-ci maddəsi ilə o, özünü təqsirli bilir. 2022-ci ilin yanvar ayında Bakı şəhərində “İnşaatçılar” metrosunun yanından tanımadığım şəxsdən 20 manat şəxsi istifadəsi üçün 1 qram heroin almış və həmin gün Xırdalana evə qayıtdıqda axşam saatlarında polislər onu tutmuşlar, üzərində şəxsi axtarış aparılanda həmin narkotik tapılmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 tiryəkxana saxlamadığını demiş və otağı Təqsirləndirilən şəxs2 bu məqsədlə vermədiyini demişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri tədqiq edərək mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib mötəbər sübut kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Abşeron RPİ-nin Narkotiklərlə mübarizə qrupunun rəhbəri vəzifəsində xidmət etmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılması əməliyyatlarında iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs2 tərəfindən qısa müddət ərzində külli miqdarda narkotik vasitə və psixotrop maddələrin realizə olunacağı, gizlədəcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun tutulması və zərurət yaranarsa yaşadığı mənzilə baxış keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin qrup üzvləri, təhqiqatçı və dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs2 kirayə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində olan evinin qarşısına getmişlər. Evin qarşısında Təqsirləndirilən şəxs2 görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onun şəxsiyyət məlumatları barədə sorğu edib şəxsiyyətini müəyyən etmişlər. Təqsirləndirilən şəxs2 üzərində kirayə yaşadığı ev sahibinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Daha sonra, ev sahibinin və özünün razılığı ilə Təqsirləndirilən şəxs2 kirayə qaldığı otağa baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 kirayə qaldığı otaqdan elektron tərəzi, heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin vasitələri tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 saxlanılması əməliyyatı ilə bağlı Şahid1 göstərmişdir ki, 11 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4-cü küçədə saxlamışlar. Şəxsiyyətini müəyyən edərək Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmış və onun üzərindən bir ədəd siqaretin gümüşü kağız bükülüsü aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı həmin bükülünün içərisində heroin növündə narkotik vasitə olduğunu və bu narkotik vasitəni 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata əldə etdiyini bildirmişdir. Daha sonra, verilən suallara cavab olaraq Şahid1 göstərmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı Təqsirləndirilən şəxs2 barəsində daxil olmuşdur. Gülnarə Dilbərin evində yaşamış və satdığı narkotiklərdən Təqsirləndirilən şəxs1da verməklə bunun müqabilində sonuncunun evində qalmışdır. Təqsirləndirilən şəxs2 ləqəbi “Selcan” olmuşdur. Onun barəsində narkotik vasitələrin satışı ilə məşğul olması barədə qonşuluqda yaşayan şəxslərdən xeyli şikayətlər daxil olmuşdur. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 evində bir otağı özünə götürmüşdür. Gülnarənin otağında elektron tərəzi, heroin və metamfetamin aşkar edilmişdir. Sonra aşkar olunanlar təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 himayədarlığı yox, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 himayədarlığı müəyyən olunmuşdur. Narkotik vasitələrin satışını Təqsirləndirilən şəxs2 həyata keçirmiş, Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 şəxsi istifadəsi üçün almışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Abşeron RPİ-nin əməkdaşı Şahid2 ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs2 saxlanılması ilə bağlı əməliyyat qrupunun rəhbəri Şahid1la oxşar məzmunlu ifadələr verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin əməkdaşı Şahid3 Hafis oğlu ifadəsində göstərdi ki, 11 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4-cü küçədə saxlamışlar. Şəxsiyyətini müəyyən etdikdən sonra onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 şəxsi axtarış aparılmış və onun üzərindən bir ədəd siqaretin gümüşü kağızı bükülü aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı həmin bükülünün içərisində heroin növündə narkotik vasitə olduğunu və bu narkotik vasitəni 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata əldə etdiyini bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməklə mötəbər sübut kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 22 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 4-cü küçə, döngə 2-də yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılmış və onun, eləcə də ev sahibi Təqsirləndirilən şəxs1 razılığı ilə Təqsirləndirilən şəxs2 kirayə götürdüyü otağa baxış keçirilmişdir. Baxış zamanı göz üçün linza qabında və bağlamalarda olan heroinə və metamfetaminə bənzər kütlələr, həmçinin 2 ədəd elektron tərəzi aşkar edilmişdir. Sorğu-sual edilərkən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin narkotik vasitə və psixotrop maddələri “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanımadığı şəxsdən əldə etməklə saxlamışdır. Elektron tərəzilərdə onun özünə məxsus olmuşdur. Aşkar olunan kütlələr və elektron tərəzilər təhqiqatçı tərəfindən prosessual qaydada qablaşdırılmaqla götürülmüşdür. (Cild 1, iş vərəqləri 26-27) Bundan əlavə, “Şəxsi axtarış və götürmə haqqında” 12 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış zamanı o, əynində olan əynində olan qara rəngli gödəkcənin qabaq sağ cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş və prosessual qaydada qablaşdırılmaqla götürülmüşdür. (Cild 1, iş vərəqləri 162-164) Hər iki istintaq hərəkəti videoçəkilişlə aparılmış və istintaq hərəkətlərinin aparılmasına dair videogörüntüləri özündə əks etdirən disklərə açıq məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilərkən protokolda qeyd edilən halların və aşkar edilmiş dəlillərin videogörüntülərdə əks olunması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 6/4227 saylı rəyindən görünür ki, “Təqsirləndirilən şəxs2 yaşadığı evdən...” və sair yazılar olan kağız paketdəki göz linzasına aid 01 ədəd plastik plastik qabın bir bölməsində aşkar olunan kütlələr təmiz çəkisi 0,429 qram, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,691 qram, 0,442 qram ümumi təmiz çəkiləri 4,562 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, plastik qabdakı heroin kütləsi öz aralarında eynilik təşkil edən 02 bükümdəki heroin kütlələrindən kimyəvi tərkiblərinə görə fərqlidir. Göz linzasına aid plastik qabın digər bölməsində aşkar olunan digər kütlələr təmiz çəkisi 0,146 qram, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,271 qram, 0,682 qram, ümumi təmiz çəkiləri 4,099 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, plastik qabdakı metamfetamin kütləsi və 02 bükümdəki mütamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd qara korpuslu və 01 ədəd gümüşü korpuslu elektron tərəzilərin üzərlərində heroinin izləri müəyyən edildi. Tərəzilərin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən edilməsi mümkün olmadı. (Cild 1, iş vərəqləri 33-38) Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 12 yanvar 2022-ci il tarixli, 6/186 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,922 qram olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 172-176) Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizanın 18 oktyabr 2021-ci il tarixli, 4020 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 116-117) Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizanın 01 aprel 2022-ci il tarixli, 1507 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 242-243) Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilən komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 3091 svaylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 anlaqlıdır, Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür,hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. (Cild 1, iş vərəqləri 118- 120) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Sübutların qiymətləndirilməsi haqqında” 27 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 kirayədə qaldığı evdən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,472 qram olan narkotik vasitə heroin və 4,009 qram olan psixotrop maddə metamfetamin, 02 ədəd elektron tərəzi, eləcə də Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,872 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 02 ədəd “DVD” formatlı disklər də maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi ilə bağlı məsələlərinin təhlilindən öncə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına istinad edərək qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd edilənlərə əsasən məhkəmə xüsusi vurğulayır ki, təqsirləndirilən şəxslərin hərəkətlərinin onların törətdiyi cinayət əməllərinə münasibətdə cinayət qanunun normasına uyğun, düzgün tövsif edilməsi ədalətli məhkəmə qərarlarının qəbul edilməsinə zəmin yaradır ki, bu da öz növbəsində ayrı-ayrı şəxslərin pozulmuş hüquq və azadlıqların bərpası, cinayət qanunvericiliyinin təməlini təşkil edən qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əməl edilməsi ilə nəticələnir. Məhkəmə təsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamları təhlil edərək qeyd edir ki, istintaq orqanın təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticə bu orqanın özünün topladığı sübutlara və adi məntiqə zidd olmaqla yanaşı, mahiyyətcə də qüsurlu olmuş və ittiham tərəfinin təqdim etdiyi bu sübutların məcmusunun tədqiqi və qiymətləndirilməsi verilmiş ittihamın ayrı-ayrı bəndlərinin sübuta yetirilməməsindən dəlalət edir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin birlikdə əldə edib satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, 2021-ci ilin sentyabr ayının 22-də səhər saatlarında istintaqa məlum olmayan mənbədən külli miqdarda 03 ədəd bükümdə hər birinin ayrı ayrılıqda təmiz çəkiləri 0,429 qram,3,691 qram,0,442 qram olmaqla, ümumi çəkisi 4,562 qram narkotik vasitə heroini və 03 ədəd bükümdə hər biri ayrı- ayrılıqda 0,146 qram,3,271 qram və 0,682 qram ümumi təmiz çəkiləri 4,099 qram psixotrop maddə metamfetmamini qanunsuz əldə edib yaşadığı evə daşıyıb saxlamış və həmin gün Təqsirləndirilən şəxs2 30 manat müqabilində satmış, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması barədə əməliyyat məlumatına əsasən Abşeron rayon polis idarəsinin narkomaniyaya qarşı mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 22 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində kirayə yaşadığı Təqsirləndirilən şəxs1 məxsus Xırdalan şəhəri, Quşçuluq massivi 4-cü küçə, döngə 2-də yerləşən, 17 nömrəli fərdi yaşayış evinin otağında baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 külli miqdarda əldə edib otaqda saxladığı göz linzasına məxsus 01 ədəd plastik qabın bir bölməsində təmiz çəkisi 0,429 qram, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,691 qram, 0,442 qram olmaqla ümumi təmiz çəkiləri 4,562 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, plastik qabdakı heroin kütləsi öz aralarında eynilik təşkil edən və göz linzasına məxsus plastik qabın digər bölməsində təmiz çəkisi 0,146 qram 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,271 qram, 0,682 qram, ümumi təmiz çəkiləri 4,099 qram ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, plastik qabdakı metamfetamin kütləsi və 02 bükümdəki kütlələr kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən metamfetamin və 02 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittihamlar, heç bir digər mötəbər sübutlar olmadığı halda, yalnız Təqsirləndirilən şəxs2 istintaqın sonrakı mərhələsində verdiyi ziddiyyətli ifadəsi əsasında verilmişdir. Halbuki, toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs1 ümumiyyətlə ittihamın yuxarıda qeyd edilən epizoduna aidiyyətinin olmadığını təsdiq etmişdir. Belə ki, həm polis əməkdaşlarının ibtidai istintaq zamanı və məhkəmədə verdikləri ifadələri ilə, həm də iş materiallarında olan 22 sentyabr 2022-ci il tarixli raport, əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqıda qərar və digər sənədlərdən görünür ki, yalnız Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı mövcud olmuş və bu məlumat əsasında da əməliyyat qrupu yaradılmaqla onun tutularaq cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilmişdir. Qeyd edilən epizod üzrə Təqsirləndirilən şəxs1 ilə bağlı ümumiyyətlə hər hansı bir əməliyyat məlumatı olmamışdır. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ilkin izahat, eləcə də şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdən görünür ki, o, psixotrop maddə metamfetamindən istifadə etməklə metamfetamin satan şəxslə “İsntagram” sosial şəbəkəsində tanış olmuşdur. Belə ki, ona psixotrop maddə lazım olduqda o, həmin şəxsə internet vasitəsi ilə yazmış, sonuncu isə onun yaşadığı evin yaxınlığanda olan zibilliyin yanındakı daşın altına narkotik qoymuşdur. Sonuncu dəfə həmin şəxsə 09 sentyabr 2021ci il tarixdə saat 15 radələrində yazaraq metamfetamin istəmiş və “milliön” ödəmə terminalı vasitəsi ilə onun hesabına 150 manat pul göndərmişdir. Həmin gün saat 17 radələrində sifariş verdiyi metamfetamin yaşadığı evin yaxınlığında olan zibilliyin yanına atılmış və o, qeyd edilən yerdən bir ədəd qara rəngli sellofana bükülmüş həmin metamfetamini götürmüşdür. Sellofan bükümü açdıqda içərisində metamfetamindən başqa heroin olmasını da görmüşdür. Həmin narkotik vasitə və psixotrop maddəni yaşadığı evdə saxlamaqla özündə olan elektron tərəzi ilə ölçərək istifadə etmişdir. Daha sonra, 22 sentyabr 2021-ci il tarixdə yaşadığı evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq müdafiəçinin iştirakı ilə və videoçəkilişlə yaşadığı evə baxış keçirilmiş, bu zaman evdə saxladığı heroin, metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Evə baxış zamanı videdeoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs2 ona kirayə verilmiş otaqda aşkar olunmuş narkotik vasitə, psixotrop maddə və elektron tərəzilərin özünə məxsus olmasını bildirmişdir. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Lakin 22 sentyabr 2023-cü il tarixdə tutulduqdan, eləcə də ilkin izahat və ifadələr verdikdən 5 ay sonra, yəni 23 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 yeni məzmunlu ifadə verərək narkotik vasitə və psixotrop maddənin Təqsirləndirilən şəxs1 məxsus olması və sonuncu tərəfindən ona 30 manata satılmasını göstərmişdir. (Cild 1, iş vərəqləri 126-128) Eyni tarixdə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş və üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı ona narkotik vasitə satmadığını, ona kirayə verdiyi otaqda aşkar olunmuş narkotik vasitə və psixotrop maddədən məlumatsız olduğunu bildirmişdir. (Cild 1, iş vərəqləri 129- 131) Məhkəmə qeyd edilən üzləşdirmə istintaq hərəkəti ilə bağlı vurğulayır ki, bu istintaq hərəkəti ilə hər hansı bir hal müyyən olunmamaqla yanaşı, istintaq hərəkətinin özü Cinayət-Prosessual Məcəlləsinin tələblərinə zidd şəkildə həyata keçirildiyindən mötəbər sübut kimi qəbul edilməməli və etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 235.1-ci maddəsinin tələblərinə əsasən ifadələrində əhəmiyyətli ziddiyyətlər olduqda, müstəntiq əvvəl dindirilmiş iki şəxs arasında üzləşdirmə aparmaq hüququna malikdir. Halbuki üzləşdirmə keçirildiyi 23 fevral 2023-cü il tarixədək həmin iş üzrə Təqsirləndirilən şəxs1 ümumiyyətlə dindirilməmiş və müstəntiq Təqsirləndirilən şəxs1 dindirmədən birbaşa onunla Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə aparmışdır. Göründüyü kimi istintaq orqanın Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verilməsində istinad etdiyi və sübut kimi təqdim etməyə çalışdığı yeganə dəlil Təqsirləndirilən şəxs2 ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan istintaqın sonrakı mərhələsində verdiyi ifadəsi olmuşdur. Məhkəmə hesab edir ki, digər sübutlar ümumiyyətlə olmadığı halda bir şəxsin (Təqsirləndirilən şəxs2) ifadəsinin digər şəxsin (Təqsirləndirilən şəxs1) ifadəsindən üstün tutulması və mötəbərliyinə əsaslı şübhələr olan yalnız bir ifadə əsasında hər hansı bir şəxsin ağır cinayətin törədilməsində təqsirli bilinməsi və cəzalandırılması yolverilməzdir. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001- Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə əlbir olmasına dair verdiyi ifadə onun özünün vəziyyətini pisləşdirməklə ona əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verilməsinə səbəb olmuşdur. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 23 və 24 sentyabr 2021-ci il tarixli ifadələri işin faktiki hallarına daha uyğun olduğundan mötəbər sübut kimi qəbul edilməli, Təqsirləndirilən şəxs2 istintaqın sonrakı mərhələsində və məhkəmədə verdiyi ifadələrin həqiqət olmasına əsaslı şübhələr olduğundan bu ifadələr mötəbər sübutlar kimi qəbul edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etməməməklə bu məqsəd üçün Təqsirləndirilən şəxs2 kirayə otaq vermədiyini bildirmişdir. Məhkəmə bu ifadəni onun müdafiə mövgeyinə söykənən cinayət məsuliyyətindən yayınmağa yönəlmiş bir cəhd kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı bu haqda ətraflı dindirilən Təqsirləndirilən şəxs1 öz mənafeyinə uyğun olmayan digər halları təkzib etməklə yanaşı etiraf etmişdir ki, Təqsirləndirilən şəxs2 və onun yanınan gələn digər narkotik aludəçilərinin narkotik vasitələrdən istifadə etmələrinə şərait yaratmış, özü də Təqsirləndirilən şəxs2 narkotik vasitələr alaraq istifadə etmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 məhz satış məqsədi ilə narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması digər sübutlarla yanaşı işin faktiki halları ilə də kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, narkotik vasitə və psixotrop maddənin müxtəlifliyi mövcud olmaqla yanaşı, onlar bükümlərə bölünmüş, narkotik vasitələrin satışında istifadə edilən 2 ədəd elektron tərəzi mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində və İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Gülnarı Məmmədovanın qanunsuz olaraq əldə edərək, daşıdığı və saxladığı narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə bu qənaətə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə şərh olunanlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini tədqiq edib, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməli, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə təqsirli bilinərək cinayətlərin məcmusu əsasında cəzalandırılmalıdır. Həmçinin məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham öz təsdiqini tapmadığından xaric edilməli və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs1 törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər və Təqsirləndirilən şəxs2 törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, bitmiş cinayətlər olmaqla təsnifatlarına görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyalarına aid edilirlər. Hər iki təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinin, Təqsirləndirilən şəxs2 verilmiş ümumi ittihamdan isə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittihamın xaric edilməsinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı ibtidai istintaq orqanı tərəfindən verilmiş həcmdə təsirləndirilən şəxslərin əməllərini sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi dəlilləri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Bununla da məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş doğum haqqında tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2011-ci il təvəllüdlü X2 adlı azyaşlı övladı vardır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi qəbul olunmalıdır. Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu normasının tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxslərin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaları, qadın olmaları və himayələrində azyaşlı olmayan uşaqlarının da olmaları onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 22 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 sentyabr 2021-ci il tarixdə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 11 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 yanvar 2022-ci il tarixdə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Daha sonra onun barəsində axtarış elan edilmiş və 11 may 2022-ci il tarixdə o, tutularaq istintaqa təhvil verilmişdir. 13 may 2022-ci il tarixdə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli tutulduğu 11 may 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun tutulduğu 22 sentyabr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs1 tutulduğu 2 gün onun cəza müddətinə hesablanmaqla çıxılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli isə 11 may 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən salxanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur, onların məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər barələrində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanılma yerində saxlanılan 4,472 qram və 0,872 qram çəkidə narkotik vasitə heroin, 4,009 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli. 02 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş materiallarında olan 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında salxanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməllərinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 109 manat 90 qəpik, Təqsirləndirilən şəxs1 isə 65 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə təqsirləndirilən şəxslərə aid olmayan ekspertiza xərcləri isə onlardan tutulmamalıdır. İş üzrə mülki iddia verilməmişdir. Təqsirləndirilən şəxs2 qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham xaric edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 22 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin və o, həmin maddələr ilə təqsirsiz hesab edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə, Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 11 yanvar 2022-ci il tarixdən 13 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəza müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 11 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 109 manat 90 qəpik, Təqsirləndirilən şəxs1 65 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanılma yerində saxlanılan 4,472 qram və 0,872 qram çəkidə narkotik vasitə heroin, 4,009 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 02 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş materiallarında olan 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında salxanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar