Məhkəmə qərarları › İş №1(124)-125/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-125/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-125/2024 21.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Mirzahid qızının, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Xırdalan şəhəri 9 saylı tam orta məktəbdə müəllimə işləyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş İsgəndərova (Canqarazadə) Arzu Eyvaz qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızı tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs sonuncuya məxsus qızıl-zinət əşyalarını baha qiymətə satacağını yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs 2022-ci ilin yanvar ayının əvvəllərində yaşadığı ünvan 3 ünvanda 1860 manat dəyərində 15,45 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl boyunbağı, 1200 manat dəyərində 10 qram çəkidə 585 əyarlı olmaqla 2 ədəd üzük və bir cüt sırğadan ibarət qızıl dəsti, 1470 manat dəyərində ümumi 12,25 qram çəkidə 585 əyarlı olmaqla 1 ədəd qızıl qolbaq və bir cüt qızıl sırğa, 2040 manat dəyərində 17 qram çəkidə 585 əyarlı olmaqla 2 ədəd qızıl boyunbağı və bir cüt qızıl sırğa, 1060 manat dəyərində ümumi çəkisi 8,8 qram 585 əyarlı olmaqla 2 cüt qızıl sırğa, 4500 manat dəyərində ümumi 20 qram çəkidə 750 əyarlı üzərində brilliant qaşları olan bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa, 5400 manat dəyərində ümumi 26,7 qram çəkidə 750 əyarlı üzərində brilliant qaşları olan bir ədəd qızıl üzük və bir cüt qızıl sırğadan ibarət dəst, 1515 manat dəyərində ümumi 12,63 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa və bir ədəd qızıl üzükdən ibarət dəst, 2650 manat dəyərində 22,04 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaqdan ibarət ümumilikdə 21695 (iyirmi bir min altı yüz doxsan beş) manat dəyərində, 2022-ci ilin yanvar ayının ortalarında həmin ünvanda 1630 manat dəyərində 13,55 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq, 870 manat dəyərində 7,19 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağı, 1200 manat dəyərində 9,22 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq, 3600 manat dəyərində ümumi 30,77 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbaq və bir ədəd qızıl üzükdən ibarət dəst, 3500 manat dəyərində ümumi 25 qram çəkidə 750 əyarlı olmaqla bir cüt qızıl sırğa, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl klon və bir ədəd qızıl üzükdən ibarət dəst, 4800 manat dəyərində ümumi 26,4 qram çəkidə 750 əyarlı üzərində brilliant qaşları olan bir ədəd qızıl üzük və bir cüt qızıl sırğadan ibarət dəst, 1600 manat dəyərində 13 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq, 1000 manat dəyərində 8,25 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaqdan ibarət ümumilikdə 18200 (on səkkiz min iki yüz) manat dəyərində, 2022-ci ilin yanvar ayının sonlarında 1310 manat dəyərində 10,88 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağı, 1700 manat dəyərində 13,06 qram çəkidə 750 əyarlı olmaqla bir ədəd qızıl boyunbağı, 1560 manat dəyərində 13 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq, 750 manat dəyərində 6,06 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq, 2200 manat dəyərində ümumi 18,2 qram çəkidə 585 əyarlı üzərində bir ədəd qızıl üzük və bir cüt qızıl sırğadan ibarət dəst, 1500 manat dəyərində 6,47 qram çəkidə 750 əyarlı olmaqla üzərində brilliant qaşları olan bir ədəd qızıl klon, 825 manat dəyərində 6,9 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq, 260 manat dəyərində 2,2 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağından ibarət 10105 (on min bir yüz beş) manat dəyərində, 2022-ci ilin fevral ayının əvvəllərində 530 manat dəyərində 4,45 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa; 1610 manat dəyərində 13,45 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq; 1660 manat dəyərində ümumi çəkisi 13,78 qram 583 əyarlı olmaqla bir ədəd qızıl qolbaq və iki cüt qızıl sırğa; 650 manat dəyərində 5,45 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq; 300 manat dəyərində 2,6 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl üzük; 1800 manat dəyərində 15 qram çəkidə 585 əyarlı olmaqla iki ədəd qızıl qolbaq; 1200 manat dəyərində 10,2 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq; 660 manat dəyərində 5,55 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa; 830 manat dəyərində 6,92 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa; 360 manat dəyərində 3 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl üzük; 930 manat dəyərində 7,75 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq; 830 manat dəyərində 6,98 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağı; 1130 manat dəyərində 9,55 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağı; 1860 manat dəyərində 15,55 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağı; 790 manat dəyərində 6,61 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq; 1030 manat dəyərində 8,6 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağından ibarət 16170 (on altı min bir yüz yetmiş) dəyərində, 2022-ci ilin fevral ayının ortalarında 1680 manat dəyərində ümumi 14,05 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbaq və bir ədəd qızıl üzükdən ibarət dəst, 850 manat dəyərində 6,5 qram çəkidə 750 əyarlı olmaqla bir ədəd qızıl saat, 3700 manat dəyərində ümumi 30,88 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa, bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl üzükdən ibarət dəst, 930 manat dəyərində 7,8 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 960 manat dəyərində 8,03 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 2930 manat dəyərində ümumi 24,46 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbaq və bir ədəd qızıl üzükdən ibarət qızıl dəst, 770 manat dəyərində 6,44 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 580 manat dəyərində 4,9 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 340 manat dəyərində 2,85 qram çəkidə 585 əyarlı bir ədəd qızıl üzük, 1610 manat dəyərində 13,45 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 990 manat dəyərində 8,3 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 840 manat dəyərində 7,05 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağından ibarət 16180 (on altı min bir yüz səksən) manat dəyərində, 2022-ci ilin fevral ayının sonlarında 3200 manat dəyərində ümumi 14,96 qram çəkidə 750 əyarlı olmaqla üzərində brilliant qaşları olan bir cüt qızıl sırğa və bir ədəd qızıl üzükdən ibarət dəst, 3500 manat dəyərində ümumi 15,92 qram çəkidə 750 əyarlı olmaqla üzərində brilliant qaşları olan bir cüt qızıl sırğa, bir ədəd qızıl klon və bir ədəd qızıl üzükdən ibarət dəst, 830 manat dəyərində 6,98 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 770 manat dəyərində 6,49 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 830 manat dəyərində 6,91 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 1850 manat dəyərində 15,44 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 540 manat dəyərində 4,5 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğa, 800 manat dəyərində 6,7 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 660 manat dəyərində 5,5 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 310 manat dəyərində 2,58 qram çəkidə 585 əyarlı bir ədəd qızıl üzük, 700 manat dəyərində 5,85 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 700 manat dəyərində 5,85 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğa, 520 manat dəyərində 4,36 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 420 manat dəyərində 3,5 qram çəkidə 585 əyarlı bir ədəd qızıl üzük, 1640 manat dəyərində 13,7 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 540 manat dəyərində 4,5 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğadan ibarət 17810 (on yeddi min səkkiz yüz on) manat dəyərində, 2022-ci ilin mart ayının əvvəllərində 1850 manat dəyərində 15,47 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl boyunbağı; 2160 manat dəyərində ümumi 18 qram 585 əyarlı 1 cüt qızıl sırğa və 1 ədəd qızıl klondan ibarət dəsti; 1640 manat dəyərində 13,7 qram 585 əyarlı 1 ədəd qızıl boyunbağı; 1720 manat dəyərində ümumi 14,35 qram 585 əyarlı 1 ədəd qızıl klon, bir cüt qızıl sırğa və 1 ədəd qızıl üzükdən ibarət dəsti; 660 manat dəyərində 5,5 qram 585 əyarlı 1 ədəd qızıl qolbaq; 2200 manat dəyərində ümumi çəkisi 18,3 qram 585 əyarlı 3 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl qolbaq; 2330 manat dəyərində ümumi çəkisi 19,45 qram 585 əyarlı 2 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl qolbaq; 2010 manat dəyərində ümumi çəkisi 16,8 qram 585 əyarlı olmaqla 2 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa və 1 ədəd qızıl klon; 1600 manat dəyərində ümumi çəkisi 13,35 qram 585 əyarlı 1 ədəd qızıl qolbaq və 1 ədəd qızıl boyunbağı; 810 manat dəyərində ümumi çəkisi 6,8 qram 585 əyarlı 1 ədəd qızıl üzük və 1 cüt qızıl sırğadan ibarət dəst; 420 manat dəyərində çəkisi 3,5 qram 585 əyarlı 1 ədəd qızıl üzükdən ibarət 17400 (on yeddi min dörd yüz) manat dəyərində və sonuncu dəfə 2022-ci ilin mart ayının ortalarında 2481 manat dəyərində ümumi çəkisi 24,81 qram 750 əyarlı üzərində yarımkürə formalı elementləri olan qızıl sırğa cütü-üzük-klon dəsti; 3249 manat dəyərində ümumi çəkisi 26,39 qram 750 əyarlı üzərində ağ-şəffaf 382 ədədin hər birinin ölçüsü 0,002 karat, 4/3 keyfiyyətli, brilliant qaşları olan qızıl sırğa cütü-üzük dəsti; 787 manat dəyərində çəkisi 9,84 qram 585 əyarlı üzərində qiymətli qaşlara aid olmayan ağ-şəffaf qaşları, içərisində “Cartier” yazısı olan qızıl qolbaq; 264 manat dəyərində çəkisi 3,30 qram 585 əyarlı bir ədəd sırğa cütü; 201 manat dəyərində çəkisi 2,51 qram 585 əyarlı qızıl boyunbağı; 86 manat dəyərində çəkisi 1,8 qram 585 əyarlı üzərində qiymətli qaşlara aid olmayan bir ədəd qırmızı və ağ-şəffaf qaşları olan bir ədəd sırğa cütü (tayı qırıqdır); 223 manat dəyərində çəkisi 2,79 qram 585 əyarlı üzərində qiymətli qaşlara aid olmayan sarı-qırmızımtıl sarıgümüşü rəngli kürələr olan bir ədəd qızıl üzük; 460 manat dəyərində 3,9 qram çəkidə 585 əyarlı bir ədəd qızıl üzük, 550 manat dəyərində 4,6 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 780 manat dəyərində 6,55 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 760 manat dəyərində 6,4 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 440 manat dəyərində 3,7 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 470 manat dəyərində 3,93 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğa, 930 manat dəyərində 8,65 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağından ibarət 11681 (on bir min altı yüz səksən bir) manat dəyərində qızıl-zinət əşyalarını alıb ələ keçirərək, sonradan həmin qızıl-zinət əşyalarının bir hissəsini lombarda girov qoymaqla, bir hissəsini isə dəyərindən ucuz qiymətə satmaqla əldə etdiyi pulları şəxsi ehtiyacına xərcləyib zərərçəkmiş Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 129241 (bir yüz iyirmi doqquz min iki yüz qırx bir) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş İsgəndərova (Canqarazadə) Arzu Eyvaz qızı özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, Sevinci bir il yarım əvvəl tanımış və onun bacısı ilə birgə müəllimə işləmişdir. O, qızıl alqı-satqısı ilə məşğul olduğu üçün Sevincdən satmaq üçün ona qızıl verməsini xahiş etmiş və pulu ona aybaay ödəyəcəyini bildirmişdir. O, Sevincdən bir il ərzində ayrıayrılıqda 130 min manat dəyərində qızılı götürmüş və üstünə pul qoyaraq fərdi şəxslərə satmışdır. Daha sonra qızılı satdığı şəxslər pulu ödəmədiyi üçün o da Sevincə pulu ödəyə bilməmiş və bununla bağlı 1 ədəd 3 otaqlı 69000(altmış doqquz min) manatlıq ev, 30000(otuz) min manat məbləğində pul ödəmişdir. Qızıl zinət əşyalarının bir qismini lombarda qoyub pul götürərək şəxsi ehtiyaclarına xərcləmişdir. Qızılı satdığı şəxslər hələ də ona pulu ödəməmişlər. Məsələn, Ülviyyə adlı xanım ona 5600 (beş min altı yüz) manat ödənilməmiş pulu olmuşdur. O bu barədə Abşeron rayon polis idarəsinə müraciət etsə də bu müraciətə baxılmamışdır. Bundan başqa o, lombarda qızıl qoymuş və 10-15 min manat hissə-hissə pul götürmüşdür. O, ödənilməyən borclar barədə dəfələrlə Abşeron RPİ-yə müraciət etsə də bir nəfər borclu olan şəxsi 48 saat idarədə saxladıqdan sonra buraxmışlar. O, qızılın qramını 110-120 manat aralığında götürmüşdür. Qızılın 585 əyarı 90 manat olmuş, 750 əyarı isə 95-100 manat arası qiymətdə olmuşdur. O, 110 manata aldığı qızılın üzərinə 10 manat da qoyaraq 120 manata satmışdır. O, zərərçəkmiş şəxslə barışmışdır. İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızının ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsindən görünür ki, o, özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, övladları ilə birlikdə yaşayır. Abşeron rayonu, Xırdalan şəhəri 9 saylı tam orta məktəbdə coğrafiya müəlliməsi işləyir. Müəlliməlik fəaliyyətindən başqa təxminən 7 il müddətdir ki, qızıl zinət alqı-satqısı ilə də məşğul olur. Zərərçəkmiş şəxs bacısı Vahidənin vasitəsi ilə tanımışdır. Vahidə onunla eyni məktəbdə Azərbaycan dili müəlliməsi işləyir. Vahidə və bacısı Sevinc ilə münasibətləri həmişə yaxşı olmuşdur. Sevinc ilə tanışlığı 2021-ci ilin noyabr ayından başlamışdır. Məktəbdə olan zaman Vahidə ona bacısı Sevincin qızıl satdığını, əgər istəyən olsa ona deməyi xahiş etmişdir. Bundan sonra Vahidə ona Sevincin nömrəsini də əgər qızıl istəyən olsa məlumat vermək üçün vermişdir. Həmin gün axşam saatlarında o, evdə olan zaman Sevincə zəng edərək qızıllara baxmaq istədiyini demişdir. Sevinc də razılaşaraq bir neçə saatdan sonra onun yaşadığı Xırdalan şəhəri H.Əliyev prospekti ev 1, mənzil 312 ünvanda yerləşən evinə gəlmişdir. Sevinc tək gəlmişdir. Sevinc ona təxminən 5000 manat dəyərində olan qızıl zinət əşyalarını satmaq üçün vermişdir. O, da Sevincə həmin qızılları satıb 3 ay müddətində hissə-hissə ödəyəcəyini demişdir. Sevinc də onunla razılaşmışdır. O, Sevincin verdiyi qızılların pulunu təxminən 3 ay ərzində tam ödəmişdir. Aradan bir müddət keçdikdən sonra o, Sevincə zəng edərək qızıl alan şəxsin olduğunu, əgər qızılları varsa həmin şəxsə sata biləcəyini demişdir. Sevinc də ona qızıllarının olduğunu, həmin qızıllarını satmaq üçün verəcəyini demişdir. O, da Sevincə həmin qızılları satacağı şəxsin qızılların pulunu 2-3 dəfəyə verəcəyini bildirmişdir. Sevinc də onunla razılaşmışdır. Bundan sonra 2022-ci ilin yanvar ayının əvvəllərində xatırlamadığı tarixdə axşam saatlarında Sevinc yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən evinə gəlmişdir. Həmin vaxt evdə tək olmuşdur. Azyaşlı uşaqları isə digər otaqda olmuşlar. Sevinc ona həmin gün 1860 manat dəyərində 15,45 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl boyunbağı, 1200 manat dəyərində 10 qram çəkidə 585 əyarlı olmaqla 2 ədəd üzük və bir cüt sırğadan ibarət qızıl dəsti, 1470 manat dəyərində ümumi 12,25 qram çəkidə 585 əyarlı olmaqla 1 ədəd qızıl qolbaq və bir cüt qızıl sırğa, 2040 manat dəyərində 17 qram çəkidə 585 əyarlı olmaqla 2 ədəd qızıl boyunbağı və bir cüt qızıl sırğa, 1060 manat dəyərində ümumi çəkisi 8,8 qram 585 əyarlı olmaqla 2 cüt qızıl sırğa, 4500 manat dəyərində ümumi 20 qram çəkidə 750 əyarlı üzərində brilliant qaşları olan bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa, 5400 manat dəyərində ümumi 26,7 qram çəkidə 750 əyarlı üzərində brilliant qaşları olan bir ədəd qızıl üzük və bir cüt qızıl sırğadan ibarət dəst, 1515 manat dəyərində ümumi 12,63 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa və bir ədəd qızıl üzükdən ibarət dəst, 2650 manat dəyərində 22,04 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaqdan ibarət ümumilikdə 21695 (iyirmi bir min altı yüz doxsan beş) manat dəyərində qızıllarını satmaq üçün vermişdir. Bundan sonra o, Sevincə həmin qızılları müştərilərə satıb pulunu hər ay hissə-hissə olmaqla 3 ay müddətində ödəyəcəyini demişdir. Sevinc də onunla razılaşıb bir az oturduqdan sonra çıxıb getmişdir. Razılaşmalarına görə Sevinc 585 əyarlı qızılın bir qramını ona 120 manata, 750 əyarlı qızılın bir qramını 130 manatdan satırmış. O, Sevincdən götürdüyü qızılları satmaq üçün müştərilərə göstərirmiş. Sevincdən 21695 manata aldığı qeyd olunan qızılları uşağı xəstə olduğu üçün dəyərindən ucuz, yəni 585 əyarlı qızılın bir qramını 45 manatdan, 750 əyarlı qızılın bir qramını isə 55 manatdan satmışdır. Sevincdən aldığı həmin qızıllardan bir hissəsini təxminən 8000 manata Moskva ticarət univermağında xatırlamadığı dükanlara satmışdır. Qalan qızılları isə özündə saxlamışdır. Əldə etdiyi pulları isə övladının müalicəsinə xərcləmişdir. Aradan bir neçə gün keçdikdən sonra Sevinclə əlaqə saxlayıb qızıllarının olub-olmamasını soruşduqda, Sevinc nə qədər qızıl lazım olsa verə biləcəyini demişdir. Hətta Sevinc ona univermaqda qızıl alqısatqısı ilə məşğul olan tanışlarının da olduğunu deyirmiş. 2022-ci ilin yanvar ayının ortalarında Sevinclə əlaqə saxlayıb qızıllardan gətirməsini deyərək evinə çağırmışdır. Sevinc də evinə gəlmişdir. Sevinc həmin gün ona satmaq üçün 1630 manat dəyərində 13,55 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq, 870 manat dəyərində 7,19 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağı, 1200 manat dəyərində 9,22 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq, 3600 manat dəyərində ümumi 30,77 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbaq və bir ədəd qızıl üzükdən ibarət dəst, 3500 manat dəyərində ümumi 25 qram çəkidə 750 əyarlı olmaqla bir cüt qızıl sırğa, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl klon və bir ədəd qızıl üzükdən ibarət dəst, 4800 manat dəyərində ümumi 26,4 qram çəkidə 750 əyarlı üzərində brilliant qaşları olan bir ədəd qızıl üzük və bir cüt qızıl sırğadan ibarət dəst, 1600 manat dəyərində 13 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq, 1000 manat dəyərində 8,25 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaqdan ibarət ümumilikdə 18200 (on səkkiz min iki yüz) manat dəyərində qızıllarını vermişdir. O, Sevincə verdiyi qızılların aqibəti barədə narahat olmamağını demişdir. Sevinc də ona etibar etdiyini bildirmişdir. Bundan sonra çıxıb getmişdir. Həmin qızıllardan da bir hissəsini dəyərindən ucuz qiymətə Moskva ticarət univermağında tanımadığı şəxslərə satmışdır. Qızılları satarkən müəyyən hissəsini isə tanış müştərilərə bir az baha qiymətə satmaq üçün evdə saxlayırmış. Bu minvalla Sevincdən satmaq adı ilə qızılları alırmış. 2022-ci ilin yanvar ayının sonlarında Sevincdən yaşadığı binanın qarşısında blokda 1310 manat dəyərində 10,88 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağı, 1700 manat dəyərində 13,06 qram çəkidə 750 əyarlı olmaqla bir ədəd qızıl boyunbağı, 1560 manat dəyərində 13 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq, 750 manat dəyərində 6,06 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq, 2200 manat dəyərində ümumi 18,2 qram çəkidə 585 əyarlı üzərində bir ədəd qızıl üzük və bir cüt qızıl sırğadan ibarət dəst, 1500 manat dəyərində 6,47 qram çəkidə 750 əyarlı olmaqla üzərində brilliant qaşları olan bir ədəd qızıl klon, 825 manat dəyərində 6,9 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq, 260 manat dəyərində 2,2 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağından ibarət 10105 (on min bir yüz beş) manat dəyərində qızılları satmaq üçün almışdır. Evdə özündə saxladığı Sevincdən aldığı qızıllardan bir hissəsini Xırdalan şəhərində yerləşən lombarda girov qoymaq qərarına gəlmişdir. Həmin qızılları sonradan pulunu ödəyib girovdan azad edəcəyini düşünmüşdür. Sevincdən aldığı 15,45 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl boyunbağı xx.xx.2022-ci il tarixdə Xırdalan şəhərində “Köhnə Bazar” deyilən ərazidə yerləşən “X11”nun adına olan lombarda girov qoyaraq 850 manat, xx.xx.2022-ci il tarixdə həmin lombarda 10 qram çəkidə 585 əyarlı olmaqla 2 ədəd üzük və bir cüt sırğadan ibarət qızıl dəstini 550 manata, xx.xx.2022-ci il tarixdə ümumi 12,25 qram çəkidə 585 əyarlı olmaqla 1 ədəd qızıl qolbaq və bir cüt qızıl sırğanı 670 manata, xx.xx.2022-ci il tarixdə 17 qram çəkidə 585 əyarlı olmaqla 2 ədəd qızıl boyunbağı və bir cüt qızıl sırğanı 940 manata, xx.xx.2022-ci il tarixdə ümumi çəkisi 8,8 qram 585 əyarlı olmaqla 2 cüt qızıl sırğanı 470 manata girov qoymuşdur. Əldə etdiyi pulları da uşağının müalicəsinə xərcləmişdir. Bundan sonra 2022-ci ilin fevral ayının əvvəllərində Sevincdən yaşadığı evdə 530 manat dəyərində 4,45 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa; 1610 manat dəyərində 13,45 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq; 1660 manat dəyərində ümumi çəkisi 13,78 qram 583 əyarlı olmaqla bir ədəd qızıl qolbaq və iki cüt qızıl sırğa; 650 manat dəyərində 5,45 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq; 300 manat dəyərində 2,6 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl üzük; 1800 manat dəyərində 15 qram çəkidə 585 əyarlı olmaqla iki ədəd qızıl qolbaq; 1200 manat dəyərində 10,2 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq; 660 manat dəyərində 5,55 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa; 830 manat dəyərində 6,92 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa; 360 manat dəyərində 3 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl üzük; 930 manat dəyərində 7,75 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq; 830 manat dəyərində 6,98 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağı; 1130 manat dəyərində 9,55 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağı; 1860 manat dəyərində 15,55 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağı; 790 manat dəyərində 6,61 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq; 1030 manat dəyərində 8,6 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağından ibarət 16170 (on altı min bir yüz yetmiş) dəyərində qızıllarını satmaq adı ilə almışdır. Həmin qızıllardan bir hissəsini, yəni xx.xx.2022-ci il tarixdə 4,45 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğanı həmin qeyd etdiyi lombarda girov qoyaraq 240 manat, xx.xx.2022-ci il tarixdə 13,45 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbağı girov qoyaraq 725 manat, xx.xx.2022-ci il tarixdə ümumi çəkisi 13,78 qram 583 əyarlı olmaqla bir ədəd qızıl qolbaq və iki cüt qızıl sırğanı girov qoyaraq 730 manat pul götürmüşdür. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 2022-ci ilin fevral ayının ortalarında xatırlamadığı tarixdə Sevincdən yaşadığı evdə 1680 manat dəyərində ümumi 14,05 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbaq və bir ədəd qızıl üzükdən ibarət dəst, 850 manat dəyərində 6,5 qram çəkidə 750 əyarlı olmaqla bir ədəd qızıl saat, 3700 manat dəyərində ümumi 30,88 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa, bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl üzükdən ibarət dəst, 930 manat dəyərində 7,8 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 960 manat dəyərində 8,03 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 2930 manat dəyərində ümumi 24,46 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbaq və bir ədəd qızıl üzükdən ibarət qızıl dəst, 770 manat dəyərində 6,44 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 580 manat dəyərində 4,9 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 340 manat dəyərində 2,85 qram çəkidə 585 əyarlı bir ədəd qızıl üzük, 1610 manat dəyərində 13,45 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 990 manat dəyərində 8,3 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 840 manat dəyərində 7,05 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağından ibarət 16180 (on altı min bir yüz səksən) manat dəyərində qızıllarını satmaq üçün almışdır. Sevinc ondan satdığı qızılların pulundan istədikdə Sevincə həmin qızılları nisyə satdığını, pulunu alıb verəcəyini, narahat olmamağını demişdir. Sevinc də heç bir söz deməmişdir. Həmin vaxt Sevincə 700 manat pul ödəmişdir. Sevincdən aldığı qızıllardan xx.xx.2022-ci il tarixdə həmin lombarda 5,45 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbağı girov qoyaraq 300 manat, xx.xx.2022-ci il tarixdə 2,6 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl üzüyü girov qoyaraq 147 manat, xx.xx.2022-ci il tarixdə ümumi çəkisi 15 qram 585 əyarlı olmaqla 2 ədəd qızıl qolbağı girov qoyaraq 800 manat pul götürmüşdür. Pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Aradan bir neçə gün keçdikdən sonra 2022-ci ilin fevral ayının sonlarında evində Sevincdən 3200 manat dəyərində ümumi 14,96 qram çəkidə 750 əyarlı olmaqla üzərində brilliant qaşları olan bir cüt qızıl sırğa və bir ədəd qızıl üzükdən ibarət dəst, 3500 manat dəyərində ümumi 15,92 qram çəkidə 750 əyarlı olmaqla üzərində brilliant qaşları olan bir cüt qızıl sırğa, bir ədəd qızıl klon və bir ədəd qızıl üzükdən ibarət dəst, 830 manat dəyərində 6,98 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 770 manat dəyərində 6,49 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 830 manat dəyərində 6,91 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 1850 manat dəyərində 15,44 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 540 manat dəyərində 4,5 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğa, 800 manat dəyərində 6,7 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 660 manat dəyərində 5,5 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 310 manat dəyərində 2,58 qram çəkidə 585 əyarlı bir ədəd qızıl üzük, 700 manat dəyərində 5,85 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 700 manat dəyərində 5,85 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğa, 520 manat dəyərində 4,36 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 420 manat dəyərində 3,5 qram çəkidə 585 əyarlı bir ədəd qızıl üzük, 1640 manat dəyərində 13,7 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 540 manat dəyərində 4,5 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğadan ibarət 17810 (on yeddi min səkkiz yüz on) manat dəyərində qızılları satmaq üçün almışdır. Aldığı qızılları Bakı şəhərində yerləşən Moskva ticarət univermağında qızıl alqı-satqısı dükanlarına dəyərindən ucuz qiymətə satmışdır. Əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. 2022-ci ilin fevral ayının sonunda Sevinclə görüşüb 500 manat satdığı qızılın pulundan vermişdir. Sevincə narahat olmamağını, qızılları nisyə verdiyi üçün pullarını yığıb verəcəyini demişdir. Bundan sonra Sevincdən yaşadığı evdə 2022-ci ilin mart ayının əvvəllərində 1850 manat dəyərində 15,47 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl boyunbağı; 2160 manat dəyərində ümumi 18 qram 585 əyarlı 1 cüt qızıl sırğa və 1 ədəd qızıl klondan ibarət dəsti; 1640 manat dəyərində 13,7 qram 585 əyarlı 1 ədəd qızıl boyunbağı; 1720 manat dəyərində ümumi 14,35 qram 585 əyarlı 1 ədəd qızıl klon, bir cüt qızıl sırğa və 1 ədəd qızıl üzükdən ibarət dəsti; 660 manat dəyərində 5,5 qram 585 əyarlı 1 ədəd qızıl qolbaq; 2200 manat dəyərində ümumi çəkisi 18,3 qram 585 əyarlı 3 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl qolbaq; 2330 manat dəyərində ümumi çəkisi 19,45 qram 585 əyarlı 2 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl qolbaq; 2010 manat dəyərində ümumi çəkisi 16,8 qram 585 əyarlı olmaqla 2 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa və 1 ədəd qızıl klon; 1600 manat dəyərində ümumi çəkisi 13,35 qram 585 əyarlı 1 ədəd qızıl qolbaq və 1 ədəd qızıl boyunbağı; 810 manat dəyərində ümumi çəkisi 6,8 qram 585 əyarlı 1 ədəd qızıl üzük və 1 cüt qızıl sırğadan ibarət dəst; 420 manat dəyərində çəkisi 3,5 qram 585 əyarlı 1 ədəd qızıl üzükdən ibarət 17400 (on yeddi min dörd yüz) manat dəyərində qızılları satmaq üçün almışdır. Həmin qızıllardan xx.xx.2022-ci il tarixdə Xırdalan şəhərində yerləşən həmin lombarda 15,47 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl boyunbağı girov qoyaraq 850 manat, xx.xx.2022-ci il tarixdə ümumi 18 qram 585 əyarlı 1 cüt qızıl sırğa və 1 ədəd qızıl klondan ibarət dəsti girov qoyaraq 1000 manat, xx.xx.2022-ci il tarixdə 13,7 qram 585 əyarlı 1 ədəd qızıl boyunbağı girov qoyaraq 750 manat, xx.xx.2022-ci il tarixdə ümumi 14,35 qram 585 əyarlı 1 ədəd qızıl klon, bir cüt qızıl sırğa və 1 ədəd qızıl üzükdən ibarət dəsti girov qoyaraq 790 manat, xx.xx.2022-ci il tarixdə 5,5 qram 585 əyarlı 1 ədəd qızıl qolbağı girov qoyaraq 286 manat pul götürmüşdür. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin ərəfədə Sevinclə görüşüb 300 manat pul ödəmişdir. Sonuncu dəfə isə 2022-ci ilin mart ayının ortalarında evində Sevinc ona 2481 manat dəyərində ümumi çəkisi 24,81 qram 750 əyarlı üzərində yarımkürə formalı elementləri olan qızıl sırğa cütü-üzük-klon dəsti; 3249 manat dəyərində ümumi çəkisi 26,39 qram 750 əyarlı üzərində ağ-şəffaf 382 ədədin hər birinin ölçüsü 0,002 karat, 4/3 keyfiyyətli, brilliant qaşları olan qızıl sırğa cütü-üzük dəsti; 787 manat dəyərində çəkisi 9,84 qram 585 əyarlı üzərində qiymətli qaşlara aid olmayan ağ-şəffaf qaşları, içərisində “Cartier” yazısı olan qızıl qolbaq; 264 manat dəyərində çəkisi 3,30 qram 585 əyarlı bir ədəd sırğa cütü; 201 manat dəyərində çəkisi 2,51 qram 585 əyarlı qızıl boyunbağı; 86 manat dəyərində çəkisi 1,8 qram 585 əyarlı üzərində qiymətli qaşlara aid olmayan bir ədəd qırmızı və ağ-şəffaf qaşları olan bir ədəd sırğa cütü (tayı qırıqdır); 223 manat dəyərində çəkisi 2,79 qram 585 əyarlı üzərində qiymətli qaşlara aid olmayan sarı-qırmızımtıl sarıgümüşü rəngli kürələr olan bir ədəd qızıl üzük; 460 manat dəyərində 3,9 qram çəkidə 585 əyarlı bir ədəd qızıl üzük, 550 manat dəyərində 4,6 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 780 manat dəyərində 6,55 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 760 manat dəyərində 6,4 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 440 manat dəyərində 3,7 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 470 manat dəyərində 3,93 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğa, 930 manat dəyərində 8,65 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağından ibarət 11681 (on bir min altı yüz səksən bir) manat dəyərində qızıllarını satmaq üçün vermişdir. Sonradan həmin qızıllardan xx.xx.2022-ci il tarixdə Xırdalan şəhərində yerləşən həmin lombarda ümumi çəkisi 18,3 qram 585 əyarlı 3 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl qolbağı girov qoyaraq 1000 manat, xx.xx.2022-ci il tarixdə ümumi çəkisi 19,45 qram 585 əyarlı 2 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl qolbağı girov qoyaraq 1070 manat, xx.xx.2022-ci il tarixdə ümumi çəkisi 16,8 qram 585 əyarlı olmaqla 2 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa və 1 ədəd qızıl klonu girov qoyaraq 900 manat, xx.xx.2022-ci il tarixdə ümumi çəkisi 6,8 qram 585 əyarlı 1 ədəd qızıl üzük və 1 cüt qızıl sırğadan ibarət dəsti girov qoyaraq 350 manat pul götürmüşdür. Həmin lombarda sonuncu dəfə özündə saxladığı Sevincdən aldığı qızıldan bir ədəd 3,5 qram çəkidə 585 əyarlı bir ədəd qızıl üzüyü xx.xx.2022-ci il tarixdə girov qoyaraq 190 manat pul götürmüşdür. Ümumilikdə Zərərçəkmiş şəxs ona satmaq üçün 129241 (bir yüz iyirmi doqquz min iki yüz qırx bir) manat dəyərində qızıllarını vermişdir. 2022-ci ilin mart ayının sonlarında həmin qızıllardan çox hissəsini Xırdalan şəhərində yerləşən lombarda girov qoyaraq ümumilikdə 18000 manat pul götürmüşdür. Sonradan lombarda aylıq ödənişi gecikdirmişdir. Lombarddan ona ödənişi etməyəcəyi halda qızılları satışa çıxaracaqlarını deyirmişlər. O, da qızıllar batmasın deyə bu barədə lombard işlədən qeyri-rəsmi münasibətdə olduğu Şahmarın tanışı Aqildən Xırdalan şəhərində girov qoyduğu qızılların batmaması üçün kömək etməsini xahiş etmişdir. Aqil də ona köməklik edəcəyini demişdir. Bir neçə gün sonra Aqil ilə görüşüb Xırdalan şəhərində yerləşən lombarda getmişlər. Aqil 18000 manat ödəyərək girov qoyduğu qızılları lombarddan götürmüşdür. Həmin qızıllar Aqildə qalmışdır. Aqil ilə razılaşmalarına görə hər ay o, Aqilə 1000 manat ödəməklə tam ödənişi etdikdən sonra qızılları Aqildən götürəcəkmiş. Pulu ödəyəcəyi təqdirdə Aqil həmin qızılları ona qaytaracaqmış, ödəməyəcəyi halda isə qızıllar Aqilə qalacaqmış. Bir müddət keçdikdən sonra Aqilin pulunu ödəyə bilmədiyi üçün Aqil ona qızılları satacağını demişdir. O, da ödəniş etməyə imkanı olmadığı üçün Aqil ilə razılaşmışdır. Sonradan Sevincin onun barəsində polisə şikayət etdiyi ona məlum olmuşdur. Sevincdən aldığı qızıllardan özündə qalan bir neçəsini istintaqa təqdim etmişdir. Etdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs 2022-ci ilin yanvar ayının əvvəllərində 21695 manat dəyərində yaşadığı Xırdalan şəhərində yerləşən evində, yanvar ayının ortalarında 18200 manat dəyərində, yanvar ayının sonlarında 10105 manat dəyərində yaşadığı binanın blokunda, fevral ayının əvvəllərində 16170 manat dəyərində, fevral ayının ortalarında 16180 manat dəyərində, fevral ayının sonlarında 17810 manat dəyərində, mart ayının əvvəllərində 17400 manat dəyərində, mart ayının ortalarında sonuncu dəfə isə 11681 manat dəyərində, ümumilikdə 129241 manat dəyərində qızıl-zinət əşyalarını satmaq üçün yaşadığı evdə almışdır. Sevinc qızılları ona verən zaman yanında heç kim olmamışdır. O, Sevincin qızıllarını satmaq məqsədi ilə ondan almışdır. Həmin qızılların qiymətlərində əlavə pul qoyub qazanc götürmək istəyirmiş. Sevinci iş yoldaşı Vahidənin vasitəsi ilə tanımış, Vahidə onunla eyni məktəbdə müəllimə işləyir, rəfiqə kimi münasibətləri həmişə yaxşı olmuşdur, aralarında əvvəllər heç bir ədavət, düşmənçilik, qərəzli münasibət olmamışdır. Sevincdən aldığı qızılları lombarda girov qoyaraq müqabilində pul götürməsi barədə Sevincə heç bir məlumat verməmişdir. Sevinclə aralarında olan razılaşmaya görə aldığı qızıl-zinət əşyalarını aldığı qiymətdən baha qiymətə satıb qazanc əldə edəcəyi halda, qızılların bir hissəsini daha ucuz qiymətə satmış, bir hissəsini isə lombarda girov qoyaraq müqabilində müxtəlif məbləğlərdə pul götürmüşdür. Sevincə elə bildirsə də, maddi sıxıntıları və övladı xəstə olduğu üçün Sevincə heç nə bildirmədən ondan aldığı qızılların bir hissəsini daha ucuz qiymətə satmış və bir hissəsini də lombarda girov qoyaraq müqabilində müxtəlif məbləğlərdə pul götürmüşdür. Əldə etdiyi pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. O, Sevincdən aldığı qızıllardan tanışı Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivində yaşayan Ülviyyəyə, Bakı şəhərində Şamaxinka deyilən yerdə yaşayan rəfiqəsi Züleyxaya, Abşeron rayonu, Xırdalan şəhərində Köhnə Bazar deyilən yerin yaxınlığında yaşayan rəfiqəsi Fərqanəyə və başqa şəxslərə satmışdır. (Cild 1, iş vərəqləri 220-226) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, həyat yoldaşı pandemiya dövründə rəhmətə getmişdir. O, qızıllarını satıb puluna ev almaq və oğlunu evləndirmək istəmişdir. Bununla bağlı bacısı ilə Xırdalanda 9 saylı məktəbdə müəllimə işləyən İsgəndərova (Canqarazadə) Arzu Eyvaz qızı ilə razılaşmışdır. O, Arzuya qızılların qramını 100-120 manat aralığında vermişdir. Arzu bir iki dəfə qızılları satdıqdan sonra pulunu ona verərək özünü doğrultmuşdur. Daha sonra Arzu pulu yubatmağa başlamış və səbəb kimi qızılları nisyə verməsini göstərmişdir. Sonra o, pulu gətirmədiyi üçün bacısından maraqlanmış və ondan götürdüyü qızılları lombarda qoyaraq əvəzində pul götürdüyünü öyrənmişdir. O, 10 min manatlıq qızılları 2 min manata lombarda qoymuşdur. Ümumilikdə, 131 min manat dəyərində qızıl zinyət əşyalarını ona vermişdir. Onun iki qızıl komplektinin qiyməti təxminən 10 min manat məbləğində olmuşdur. Arzu ona 2-3 ay ərzində ödəniş edəcəyini söyləmiş və hissə-hissə ödəniş etmişdir. O, hal-hazırda şikayətçi deyildir. O, Arzu ilə barışmış və Arzu ona müqavilə ilə təxminən 64 min manatlıq ev vermişdir. Həmçinin o, məişət əşyalarını Arzunun xahişi ilə tanışı vermiş və Arzu pulunu ödəmişdir. Lombarddan ona 2 ədəd brilliant komplekti qaytarıldığını bildirərək ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə yaşayır. Evlidir, iki oğlan övladı vardır. Oğlunun biri evli, digəri isə subaydır. Azərbaycan Dillər Universitetində mütəxəssis vəzifəsində işləyir. Təxminən 20 ilə yaxın müddətdir ki, hissə-hissə qızıl zinət əşyaları alıb yığmışdır. Həyat yoldaşı vəfat etdikdən sonra evli olan oğlu X2 ev almaq məqsədi ilə qızıllarını satmaq qərarına gəlmişdir. 2021-ci ilin noyabr ayının ortalarında yaşadığı evdə bacısı Vahidə ilə söhbət edərkən ona qızılları olduğunu və satıb oğlu Cavanşirə ev almaq istədiyini bildirmişdir. Vahidə də ona işlədiyi Xırdalan şəhərində yerləşən 9 nömrəli orta məktəbdə müəllimə işləyən İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızının qızıl alqısatqısı ilə məşğul olduğunu demişdir. O, da bacısı Vahidəyə Arzu ilə tanış olmaq istədiyini bildirmişdir. Vahidə də ona Arzunun istifadəsində olan ***-***-**-** mobil nömrəsini zəng etmək üçün vermişdir. O, Arzuya zəng edərək Vahidənin bacısı olduğunu, onun qızıl alqısatqısı ilə məşğul olduğunu eşitdiyini və satmaq üçün qızıllarının olduğunu bildirmişdir. Arzu da ona qızıllarını satmaqda köməklik edə biləcəyini demişdir. Aradan bir iki gün keçdikdən sonra Arzu ilə Xırdalan şəhərində “Köhnə Bazar” deyilən ərazidə görüşmüşlər. Arzu ilə söhbət edərkən ona özünə məxsus xeyli miqdarda qızıllarının olduğunu, ticarət mərkəzlərində olan qızıl alqı-satqı dükanlarında həmin qızıllarını ucuz lom qiymətinə satmaq istəmədiyini demişdir. Arzu da ona narahat olmamağını, qızıllarını baha qiymətə satmaqda ona köməklik edəcəyini demişdir. Bir iki gün keçdikdən sonra o, Arzuya təxminən 5000 manat dəyərində olan qızıl zinət əşyalarını satmaq üçün vermişdir. Arzu da ona həmin qızılları satıb hissə-hissə ödəyəcəyini demişdir. O, da Arzu ilə razılaşmışdır. Arzu qızılların pulunu təxminən 2-3 ay ərzində hissə-hissə olmaqla tam ödəmişdir. Bundan sonra o, Arzuya inanaraq etibar etməyə başlamışdır. Aradan bir müddət keçdikdən sonra Arzu ona zəng edərək külli miqdarda qızıl alan şəxsin olduğunu, əgər qızılları varsa həmin şəxsə sata biləcəyini demişdir. O, da Arzuya özündə 100-150 min manat dəyərində qızıllarının olduğunu, həmin qızıllarını satmaq üçün verəcəyini demişdir. Arzu da ona həmin qızılları satacağı şəxsin pulunu 2-3 dəfəyə verəcəyini bildirmişdir. O, da razılaşmışdır. Lakin o, həmin qızılları bir dəfəyə Arzuya vermək istəməmişdir. Bu səbəbdən hissə-hissə qızıllarından satması üçün Arzuya verməyi qərara almışdır. Bundan sonra 2022-ci ilin yanvar ayının əvvəllərində xatırlamadığı tarixdə axşam saatlarında Arzu ilə onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən evdə görüşmüşdür. Arzu evdə tək olmuşdur. O, özü ilə götürdüyü 1860 manat dəyərində 15,45 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl boyunbağı, 1200 manat dəyərində 10 qram çəkidə 585 əyarlı olmaqla 2 ədəd üzük və bir cüt sırğadan ibarət qızıl dəsti, 1470 manat dəyərində ümumi 12,25 qram çəkidə 585 əyarlı olmaqla 1 ədəd qızıl qolbaq və bir cüt qızıl sırğa, 2040 manat dəyərində 17 qram çəkidə 585 əyarlı olmaqla 2 ədəd qızıl boyunbağı və bir cüt qızıl sırğa, 1060 manat dəyərində ümumi çəkisi 8,8 qram 585 əyarlı olmaqla 2 cüt qızıl sırğa, 4500 manat dəyərində ümumi 20 qram çəkidə 750 əyarlı üzərində brilliant qaşları olan bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa, 5400 manat dəyərində ümumi 26,7 qram çəkidə 750 əyarlı üzərində brilliant qaşları olan bir ədəd qızıl üzük və bir cüt qızıl sırğadan ibarət dəst, 1515 manat dəyərində ümumi 12,63 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa və bir ədəd qızıl üzükdən ibarət dəst, 2650 manat dəyərində 22,04 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaqdan ibarət ümumilikdə 21695 (iyirmi bir min altı yüz doxsan beş) manat dəyərində qızıllarını satması üçün Arzuya vermişdir. O, həmin qızılları Arzuya təqdim edərkən özündə qeydiyyatını aparırmış. Arzu da satmaq üçün verdiyi həmin qızıllarını ona satdığı qiymətdən bir az baha qiymətə sataraq özünə də qazanc götürəcəyini demişdir. O, da razılaşmışdır. Bundan sonra o, çıxıb evə getmişdir. Aradan bir neçə gün keçdikdən sonra 2022-ci ilin yanvar ayının ortalarında Arzu yenə qızıl istəmişdir. O, da Arzunun yaşadığı evdə görüşərək 1630 manat dəyərində 13,55 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq, 870 manat dəyərində 7,19 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağı, 1200 manat dəyərində 9,22 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq, 3600 manat dəyərində ümumi 30,77 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbaq və bir ədəd qızıl üzükdən ibarət dəst, 3500 manat dəyərində ümumi 25 qram çəkidə 750 əyarlı olmaqla bir cüt qızıl sırğa, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl klon və bir ədəd qızıl üzükdən ibarət dəst, 4800 manat dəyərində ümumi 26,4 qram çəkidə 750 əyarlı üzərində brilliant qaşları olan bir ədəd qızıl üzük və bir cüt qızıl sırğadan ibarət dəst, 1600 manat dəyərində 13 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq, 1000 manat dəyərində 8,25 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaqdan ibarət ümumilikdə 18200 (on səkkiz min iki yüz) manat dəyərində qızıllarını satması üçün Arzuya vermişdir. 2022-ci ilin yanvar ayının sonlarında Arzunun yaşadığı binanın qarşısında 1310 manat dəyərində 10,88 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağı, 1700 manat dəyərində 13,06 qram çəkidə 750 əyarlı olmaqla bir ədəd qızıl boyunbağı, 1560 manat dəyərində 13 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq, 750 manat dəyərində 6,06 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq, 2200 manat dəyərində ümumi 18,2 qram çəkidə 585 əyarlı üzərində bir ədəd qızıl üzük və bir cüt qızıl sırğadan ibarət dəst, 1500 manat dəyərində 6,47 qram çəkidə 750 əyarlı olmaqla üzərində brilliant qaşları olan bir ədəd qızıl klon, 825 manat dəyərində 6,9 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq, 260 manat dəyərində 2,2 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağından ibarət 10105 (on min bir yüz beş) manat dəyərində qızıllarını satması üçün Arzuya vermişdir. Arzu ona həmin qızılları satıb hissə-hissə ödəyəcəyini deyirmiş. O, da artıq Arzuya inandığı üçün, həm də bacısı Vahidənin iş yoldaşı olduğunu bildiyi üçün etibar edirmiş. Bundan sonra 2022-ci ilin fevral ayının əvvəllərində Arzu ilə onun yaşadığı evdə görüşüb özünə məxsus 530 manat dəyərində 4,45 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa; 1610 manat dəyərində 13,45 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq; 1660 manat dəyərində ümumi çəkisi 13,78 qram 583 əyarlı olmaqla bir ədəd qızıl qolbaq və iki cüt qızıl sırğa; 650 manat dəyərində 5,45 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq; 300 manat dəyərində 2,6 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl üzük; 1800 manat dəyərində 15 qram çəkidə 585 əyarlı olmaqla iki ədəd qızıl qolbaq; 1200 manat dəyərində 10,2 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq; 660 manat dəyərində 5,55 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa; 830 manat dəyərində 6,92 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa; 360 manat dəyərində 3 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl üzük; 930 manat dəyərində 7,75 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq; 830 manat dəyərində 6,98 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağı; 1130 manat dəyərində 9,55 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağı; 1860 manat dəyərində 15,55 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağı; 790 manat dəyərində 6,61 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl qolbaq; 1030 manat dəyərində 8,6 qram çəkidə 585 əyarlı olmaqla bir ədəd qızıl boyunbağından ibarət 16170 (on altı min bir yüz yetmiş) dəyərində qızıllarını satması üçün vermişdir. Aradan bir neçə gün keçdikdən sonra 2022-ci ilin fevral ayının ortalarında xatırlamadığı tarixdə Arzunun evinə getmişdir. O, həmin vaxt Arzuya 1680 manat dəyərində ümumi 14,05 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbaq və bir ədəd qızıl üzükdən ibarət dəst, 850 manat dəyərində 6,5 qram çəkidə 750 əyarlı olmaqla bir ədəd qızıl saat, 3700 manat dəyərində ümumi 30,88 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa, bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl üzükdən ibarət dəst, 930 manat dəyərində 7,8 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 960 manat dəyərində 8,03 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 2930 manat dəyərində ümumi 24,46 qram çəkidə 585 əyarlı olmaqla bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbaq və bir ədəd qızıl üzükdən ibarət qızıl dəst, 770 manat dəyərində 6,44 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 580 manat dəyərində 4,9 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 340 manat dəyərində 2,85 qram çəkidə 585 əyarlı bir ədəd qızıl üzük, 1610 manat dəyərində 13,45 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 990 manat dəyərində 8,3 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 840 manat dəyərində 7,05 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağından ibarət 16180 (on altı min bir yüz səksən) manat dəyərində qızıllarını satmaq üçün vermişdir. 2022-ci ilin fevral ayının sonlarında Arzunun evində 3200 manat dəyərində ümumi 14,96 qram çəkidə 750 əyarlı olmaqla üzərində brilliant qaşları olan bir cüt qızıl sırğa və bir ədəd qızıl üzükdən ibarət dəst, 3500 manat dəyərində ümumi 15,92 qram çəkidə 750 əyarlı olmaqla üzərində brilliant qaşları olan bir cüt qızıl sırğa, bir ədəd qızıl klon və bir ədəd qızıl üzükdən ibarət dəst, 830 manat dəyərində 6,98 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 770 manat dəyərində 6,49 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 830 manat dəyərində 6,91 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 1850 manat dəyərində 15,44 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 540 manat dəyərində 4,5 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğa, 800 manat dəyərində 6,7 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 660 manat dəyərində 5,5 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 310 manat dəyərində 2,58 qram çəkidə 585 əyarlı bir ədəd qızıl üzük, 700 manat dəyərində 5,85 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 700 manat dəyərində 5,85 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğa, 520 manat dəyərində 4,36 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 420 manat dəyərində 3,5 qram çəkidə 585 əyarlı bir ədəd qızıl üzük, 1640 manat dəyərində 13,7 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 540 manat dəyərində 4,5 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğadan ibarət 17810 (on yeddi min səkkiz yüz on) manat dəyərində qızıllarını vermişdir. 2022-ci ilin mart ayının əvvəllərində Arzunun evində ona 1850 manat dəyərində 15,47 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl boyunbağı; 2160 manat dəyərində ümumi 18 qram 585 əyarlı 1 cüt qızıl sırğa və 1 ədəd qızıl klondan ibarət dəsti; 1640 manat dəyərində 13,7 qram 585 əyarlı 1 ədəd qızıl boyunbağı; 1720 manat dəyərində ümumi 14,35 qram 585 əyarlı 1 ədəd qızıl klon, bir cüt qızıl sırğa və 1 ədəd qızıl üzükdən ibarət dəsti; 660 manat dəyərində 5,5 qram 585 əyarlı 1 ədəd qızıl qolbaq; 2200 manat dəyərində ümumi çəkisi 18,3 qram 585 əyarlı 3 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl qolbaq; 2330 manat dəyərində ümumi çəkisi 19,45 qram 585 əyarlı 2 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl qolbaq; 2010 manat dəyərində ümumi çəkisi 16,8 qram 585 əyarlı olmaqla 2 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa və 1 ədəd qızıl klon; 1600 manat dəyərində ümumi çəkisi 13,35 qram 585 əyarlı 1 ədəd qızıl qolbaq və 1 ədəd qızıl boyunbağı; 810 manat dəyərində ümumi çəkisi 6,8 qram 585 əyarlı 1 ədəd qızıl üzük və 1 cüt qızıl sırğadan ibarət dəst; 420 manat dəyərində çəkisi 3,5 qram 585 əyarlı 1 ədəd qızıl üzükdən ibarət 17400 (on yeddi min dörd yüz) manat dəyərində qızıllarını satması üçün vermişdir. 2022-ci ilin mart ayının ortalarında sonuncu dəfə Arzunun Xırdalan şəhərində yaşadığı evində 3000 manat dəyərində ümumi 24,81 qram çəkidə 750 əyarlı yarımkürə formalı bir cüt qızıl sırğa, bir ədəd qızıl üzük bə bir ədəd qızıl klondan ibarət dəst, 3800 manat dəyərində ümumi 26,39 qram çəkidə 750 əyarlı üzərində brilliant qaşları olan bir cüt qızıl sırğa və bir ədəd qızıl üzükdən ibarət dəst, 1100 manat dəyərində 9,84 qram çəkidə 585 əyarlı “Cartier” markalı üzərində ağ qaşları olan qızıl qolbaq, 390 manat dəyərində 3,30 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğa, 300 manat dəyərində 2,51 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 130 manat dəyərində 1,08 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğa, 330 manat dəyərində 2,79 qram çəkidə üzərində sarı-qırmızımtıl rəngli kürələr olan bir ədəd qızıl üzük, 460 manat dəyərində 3,9 qram çəkidə 585 əyarlı bir ədəd qızıl üzük, 550 manat dəyərində 4,6 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 780 manat dəyərində 6,55 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 760 manat dəyərində 6,4 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 440 manat dəyərində 3,7 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbaq, 470 manat dəyərində 3,93 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğa, 930 manat dəyərində 8,65 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağından ibarət 13440 (on üç min dörd yüz qırx) manat dəyərində qızıllarını satmaq üçün vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs (Canqara-zadəyə) satması üçün özünə məxsus 131000 (bir yüz otuz bir min) manat dəyərində qızıllarını vermişdir. Arada o, Arzu ilə əlaqə saxlayıb ödənişləri tələb etdikdə Arzu ona qızılı satdığı şəxsin lotereya oynayıb pul götürdükdən sonra ödəniş edəcəyini bildirmişdir. O, da Arzuya inanıb heç bir söz deməmişdir. Bu minvalla o, mütəmadi olaraq Arzu ilə əlaqə saxladıqda Arzu hər dəfə ona müxtəlif bəhanələr gətirərək satmaq üçün verdiyi qızıllarının pulunu, yəni 131000 manat pulunu ödəməmişdir. O, artıq Arzunun onu aldadaraq qızıllarını ələ keçirdiyini başa düşüb bu barədə polisə məlumat vermişdir. Sonradan Arzunun ona satmaq üçün verdiyi qızıllarını ona satdığı qiymətdən ucuz qiymətə müxtəlif yerlərlə lombarda girov qoyaraq müqabilində pul götürməsi məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs (Canqara-zadəyə) 2022-ci ilin yanvar ayının əvvəllərində 21695 manat dəyərində Arzunun yaşadığı Xırdalan şəhərində yerləşən evində, yanvar ayının ortalarında 18200 manat dəyərində, yanvar ayının sonlarında 10105 manat dəyərində Arzunun yaşadığı binanın qarşısında, fevral ayının əvvəllərində 16170 manat dəyərində, fevral ayının ortalarında 16180 manat dəyərində, fevral ayının sonlarında 17810 manat dəyərində, mart ayının əvvəllərində 17400 manat dəyərində, mart ayının ortalarında sonuncu dəfə isə 13440 manat dəyərində qızıl-zinət əşyalarını satması üçün Arzuya yaşadığı evdə vermişdir. Qızıllarını verən zaman yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs (Canqara-zadəyə) 131000 manat dəyərində verdiyi qızıl zinət əşyalarının müqabilində ona ümumilikdə 1500 manat məbləğdə pul ödəmişdir. Arzunu bacısı Vahidənin vasitəsi ilə tanımış, Arzu bacısı ilə eyni məktəbdə müəllimə işləyir, rəfiqə kimi münasibətləri həmişə yaxşı olmuşdur, aralarında əvvəllər heç bir ədavət, düşmənçilik, qərəzli münasibət olmamışdır. Qızıl qəbul edən məntəqələr qızılı lom qiymətinə, yəni ucuz aldıqları üçün həmin yerlərə satmırmış, lakin Arzu ona satmaq üçün verdiyi özünə məxsus qızıl zinət əşyalarını baha qiymətə satacağı üçün vermiş, həmin qızılları satacağı təqdirdə Arzu da ona həmin qızılların satışında özü müəyyən qədər qazanc əldə edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs (Canqara-zadə) ona məxsus qızılları lombarda girov qoyan zaman ona bu barədə heç bir məlumat verməmişdir. Bu barədə məlumatı olsaydı Arzuya qızıllarını verməzmiş. Arzuya satmaq üçün verdiyi qızılları onun kimə satması barədə Arzu ona bu barədə heç bir məlumat vermirmiş. Arzu özünün müştəriləri olduğunu, həmin qızılları da öz müştərilərinə satacağını deyirmiş. Arada ona qızılları həkimlərə, müəllimələrə və rayonda tanışlarına satdığını da dediyini bildirmişdir. Əlavə dindirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızına 2022-ci ilin mart ayında satmaq üçün verdiyi 3000 manat dəyərində ümumi 24,81 qram çəkidə 750 əyarlı yarımkürə formalı bir cüt qızıl sırğa, bir ədəd qızıl üzük bə bir ədəd qızıl klondan ibarət dəst, 3800 manat dəyərində ümumi 26,39 qram çəkidə 750 əyarlı üzərində brilliant qaşları olan bir cüt qızıl sırğa və bir ədəd qızıl üzükdən ibarət dəst, 1100 manat dəyərində 9,84 qram çəkidə 585 əyarlı “Cartier” markalı üzərində ağ qaşları olan qızıl qolbaq, 390 manat dəyərində 3,30 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğa, 300 manat dəyərində 2,51 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağı, 130 manat dəyərində 1,08 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğa, 330 manat dəyərində 2,79 qram çəkidə üzərində sarı-qırmızımtıl rəngli kürələr olan bir ədəd qızıl üzüyünün ümumilikdə qiymətini 9050 manat bildirsə də, istintaq zamanı həmin qızılların qiymətləndirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasına təqdim edilərək Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli 6/5707-9/7158 nömrəli rəyi ilə ona məxsus qeyd olunan qızıl-zinət əşyalarının qiymətinin ümumilikdə 7291 manat təşkil etməsinə heç bir etirazının olmadığını, ekspertizanın rəyi ilə razı olduğunu, ona məxsus qeyd etdiyi qızıllarının ümumilikdə 9050 manat olduğunu bildirsə də, ekspertiza tərəfindən verilmiş qiymətə etirazı olmadığını bildirmişdir. Ekspertizanın verdiyi qiymətə əsasən o, Arzuya ümumilikdə 131000 manat dəyərində deyil, 129241 manat dəyərində qızıl-zinət əşyalarını satmaq üçün versə də Arzu onu aldadaraq qızıllarının bir hissəsini dəyərindən ucuz qiymətə satmış və bir hissəsini də lombarda girov qoyaraq pul götürmüşdür. Arzuya univermaqda qızıl alqı-satqısı ilə məşğul olan tanışlarının olduğunu və özünə məxsus qızıllardan bəzilərinin həmin tanışlarının dükanında satmaq üçün qoyduğunu bildirmişdir. Lazım olacağı təqdirdə həmin qızılları da götürüb satması üçün Arzuya verə biləcəyini də demişdir. Səmədova X1 ona məxsus qızıllardan bir neçəsini Arzunun yanında qaytarmışdır, həmin qızılları da Arzu ondan götürərək özü istintaqa təqdim etdiyini bildirmişdir. ( cild 1 iş vərəqəsi 26-32, 126-128) Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, övladları ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. 2018-ci ildən İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızını əvvəllər qonşuluqda yaşadığı üçün qonşu kimi tanımışdır. Münasibətləri elə də sıx olmasa da, həmişə normal olmuşdur. Arada bir-biri ilə əlaqə saxlayıb danışırmışlar. 2022-ci ilin təxminən aprel ayında Arzu onunla telefonda danışan zaman ona əlində satdıq qızıl olduğunu, adını çəkmədiyi xanımdan alıb-satdığını demişdir. Hətta ona qızılı aldığı təqdirdə hissə-hissə 3 ay müddətində ödəməyi təklif etmişdir. O, da razılaşıb qızıllara baxmaq istədiyini bildirmişdir. Həmin ərəfədə Arzu ona vatsap proqramında satdığı qızılların şəkillərini də göndərirmiş. O, da Arzunun göndərdiyi şəkillərin içərisində olan bir ədəd qızıl boyunbağını bəyənib almaq istədiyini demişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Arzu yaşadığı ünvan 4 ünvanda yerləşən evinə gəlmişdir. Arzu bəyəndiyi 1 ədəd 585 əyarlı qızıl boyunbağı ona vermişdir. Razılaşmalarına görə həmin qızılı 650 manata razılaşmışlar. İlkin olaraq o, Arzuya 50 manat pul vermiş, qalan 600 manat məbləği də 3 ay müddətində hər ay 200 manat olmaqla ödəməli olmuşdur. Həmin ərəfədə o, Arzuya öz qızıl qolbağını göstərərək ona uyğun üzük almaq istədiyini demişdir. Arzu da ona həmin qolbağa uyğun üzük tapıb satacağını bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra xx.xx.2022-ci tarixdə saat 19 radələrində Arzu yenə yaşadığı evə gəlmişdir. Arzu ona bir ədəd 585 əyarlı qızıl qadın üzüyü vermişdir. O, həmin üzüyü 410 manata razılaşıb almışdır. İlkin olaraq həmin qızıl üzüyə görə 50 manat ödəniş etmişdir. Qalan 360 manat məbləği isə razılaşmalarına görə hər ay 120 manat olmaqla 3 ay müddətində ödəməli olmuşdur. Həmin qızılları özü istifadə etmək üçün almışdır. Qızılları aldığı vaxtdan Arzuya ödənişlər edirmiş. O, həmin qızıllara görə Arzuya olan borcunu tam ödəyib qurtarmışdır. Sonradan azyaşlı övladı xəstə olduğu üçün Arzudan aldığı bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl üzüyü lombarda girov qoyaraq pul götürmüşdür. X15 adlı xanımın külli miqdarda qızıllarını satmaq adı ilə alıb pullarını qaytarmadığı ona məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızından ümumilikdə 1060 manat dəyərində qızıl zinət əşyaları almış, həmin qızılları özü üçün almış, pula ehtiyacı olduğu üçün sonradan həmin qızılları lombarda girov qoyaraq pul götürmüş, həmin aldığı qızılların pulunu Arzuya tam ödəmiş, Arzu ilə aralarında hər hansı iş mübadiləsi olmamışdır. Arzunun ona satdığı qızılların Zərərçəkmiş şəxs məxsus olması barədə heç bir məlumatı olmamışdır, Zərərçəkmiş şəxs adlı şəxsi qiyabi olaraq tanıyır. Sevinc xanım ona zəng etdikdən sonra Arzunun ona satdığı qızılların Sevincə məxsus olduğunu bilmiş, Arzu ona qızılları satan zaman adını çəkmədiyi qadından həmin qızılları satmaq üçün götürdüyünü, satdıqdan sonra pulunu ona verəcəyini deyirmiş. İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızından ümumilikdə 1060 manat dəyərində bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl üzük almış, ondan başqa heç bir qızıl zinət əşyası almadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, anası ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təxminən 5-6 ay müddətdir ki, dostunun vasitəsi ilə Şahmar adlı şəxslə tanış olmuşdur. 2022-ci ilin iyun ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda Şahmarla görüşmüşdür. Şahmar söhbət əsnasında ona qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Arzu adlı qadının Xırdalan şəhərində orta məktəbdə müəllimə işlədiyini, onun lombardda qızıllarının olduğunu bildirmişdir. Arzunun lombarda girov qoyaraq müqabilində pul götürdüyü qızıllarla bağlı lombarda bir neçə ay ödəniş etmədiyini, qızılların lombard tərəfindən satışa çıxarılacağını deyərək Arzuya köməklik etməyini xahiş etmişdir. O, da Şahmara kömək edəcəyini bildirmişdir. Aradan bir gün keçdikdən sonra Şahmar və Arzu ilə birlikdə Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda görüşmüşlər. Onlar birlikdə Xırdalan şəhərində “köhnə bazar” deyilən ərazidə yerləşən lombarda getmişlər. Lombardda Arzu xanımın xeyli miqdarda qızılı girov qoyaraq pul götürməsi məlum olmuşdur. O, Şahmarın xahişi ilə 11600 manat lombarda pul ödəyərək Arzunun girov qoyduğu gecikmədə olan qızılların bir qismini girovdan çıxarmışdır. Həmin vaxt Arzu ona qızılları özündə saxlamağını deyərək 1-2 ay müddətində pulunu ödədikdən sonra qızılları Arzuya verməyini xahiş etmiş, pulunu ödəmədiyi halda isə həmin qızılları satıb qalan məbləği də, yəni ona dəyən maddi ziyanı verəcəyini demişdir. O, da köməklik etmək məqsədi ilə Arzuya narahat olmamağını, pulunu verəcəyi halda qızıllarını qaytaracağını bildirmişdir. Aradan iki-üç gün keçdikdən sonra Arzu ona zəng edərək Xırdalan şəhərində yerləşən digər lombardda da gecikmədə qızıllarının olduğunu və ona köməklik etməyini xahiş etmişdir. O, Arzu və Şahmarla görüşüb birlikdə Xırdalan şəhərində “köhnə bazar” deyilən ərazidə yerləşən başqa lombarda getmişlər. Lombardda Arzunun qızıl girov qoyaraq pul götürməsi məlum olmuşdur. Arzunun həmin vaxt gecikmədə 6300 manat dəyərində qızıllarının olduğu məlum olmuşdur. O, 6300 manat pulu lombarda ödəyərək həmin qızılları da girovdan çıxarmışdır. Arzu ona qızılları özündə saxlamağını deyərək digər qızıllarla birlikdə 1-2 ay müddətində pulunu ödədikdən sonra qızılları Arzuya verməyini xahiş etmişdir. Lakin pulunu ödəmədiyi təqdirdə həmin qızılları satıb pulunu götürəcəkmiş. Onu da qeyd etmişdir ki, həmin qızıllar onun ödədiyi məbləğ dəyərində olmamışdır. O, Arzunun qızıllarını gecikmələrlə birlikdə ümumilikdə 17900 manat pul ödəməklə lombarddan çıxarmışdır. Aradan bir-iki ay keçdikdən sonra o, Arzu ilə əlaqə saxlayıb pulunu qaytarmasını və qızıllarını götürməsini tələb etmişdir. Arzu da ona narahat olmamağını deyərək qısa zaman ərzində pulunu qaytaracağını demişdir. Bu minvalla o, dörd ay müddətində Arzu ilə mütəmadi olaraq əlaqə saxlayıb pulunu geri tələb etdikdə, Arzu hər dəfə ona müxtəlif bəhanələr gətirərək onu aldadırmış. O, artıq Arzunun onu aldatdığını başa düşüb Arzuya bir neçə dəfə təklif etmiş ki, gəlib qızıllarını götürüb lombarda girov qoyaraq onun pulunu qaytarsın. Lakin hər dəfə Arzu ona müxtəlif bəhanələr gətirərək onunla görüşməkdən imtina edirmiş. Bundan sonra o, maddi sıxıntıları olduğu üçün və lombarda Arzuya köməklik edib qızıllarını girovdan çıxarmaq üçün ödədiyi pulların çox hissəsini borc aldığı üçün həmin borclarını qaytarmaq məcburiyyətində olmuşdur. O, Arzu ilə yenidən əlaqə saxlayıb qızılları satacağını dedikdə, Arzu ona qızılları satmağını və əksik gələn məbləği də qısa zaman ərzində ödəyəcəyini demişdir. O, da Arzunun lombarda girov qoyaraq pul götürdüyü və onun ödəniş edərək girovdan çıxardığı qızılların bir hissəsini Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Moskva Ticarət mərkəzinin qarşısında tanımadığı şəxsə satıb borclarını qaytarmışdır. Hazırda həmin qızıllardan bir hissəsi onda qalmışdır. Həmin qızılları da könüllü olaraq istintaqa təqdim etmişdir. Arzunun girov qoyduğu gecikmədə olan qızıllarını girovdan azad etmək üçün ümumilikdə 17900 manat pul ödəmiş, qızılların bir qismini satmaqla 7900 manat pulunu götürsə də, istintaqa təqdim etdiyi qızıllarla birlikdə Arzu ona 10000 manat maddi ziyan vurmuşdur. Əlavə olaraq bildirmişdir ki, İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızından qızıl almamış, Arzunu tanışı Şahmarın vasitəsi ilə tanımış, Şahmarın xahişi ilə Arzunun lombarda girov qoyduğu gecikmədə olan qızıllarını girovdan azad etmək üçün ümumilikdə 17900 manat pul ödəmiş, həmin qızılların da bir hissəsini Arzu pulunu ödəmədiyi üçün satmış, hazırda ona 10000 manat maddi ziyan dəymişdir. Arzu ilə aralarında hər hansı iş mübadiləsi olmamışdır. Arzunun girov qoyduğu gecikmədə olan girovdan azad etdiyi qızılların Zərərçəkmiş şəxs məxsus olması barədə heç bir məlumatı olmamış, Zərərçəkmiş şəxs adlı şəxsi tanımadığını bildirmişdir. (Cild 1, iş vərəqləri 100-103) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, o, qızı ilə birlikdə yaşayır. 2010cu ildən Müdafiə Nazirliyində mühasib vəzifəsində işləyir. 2021-ci ilin dekabr ayından İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızını qonşuluqda yaşadığı üçün qonşu kimi tanımışdır. Münasibətləri yaxşı olmuşdur. Qonşu kimi arada bir-birinin evinə gedib gəlirmişlər. 2022-ci ilin təxminən fevral ayında Arzu söhbət əsnasında ona qızıl satdığını demişdir. Hətta ona qızılı aldığı təqdirdə hissə-hissə 3 ay müddətində ödəməyi təklif etmişdir. O, da Arzu ilə razılaşıb qızıllara baxmaq istədiyini bildirmişdir. Həmin ərəfədə Arzu ona vatsap proqramında satdığı qızılların şəkillərini də göndərirmiş. İlk dəfə 2022-ci ilin fevral ayının əvvəllərində axşam saatlarında Arzu onu evinə qızıllara baxmaq üçün çağırmışdır. O, da Arzunun evinə getmişdir. O, qızıllara baxdıqdan sonra Arzu ona “Pandora” markalı 585 əyarlı 1 ədəd qızıl boyunbağı və bir cüt sırğadan ibarət komplekt vermişdir. Razılaşmalarına görə həmin qızılları 1500 manata razılaşmışlar. İlkin olaraq o, Arzuya 300 manat pul vermiş, qalan 1200 manat məbləği də 3 ay müddətində hər ay 400 manat olmaqla ödəməli olmuşdur. Aradan bir neçə gün keçdikdən sonra 2022-ci mart ayının əvvəllərində axşam saatlarında Arzu onun evinə gəlmişdir. Arzu özü ilə qızıllar da gətirmişdir. Həmin vaxt Arzu ona 1 ədəd 585 əyarlı qızıl qadın üzüyü, iki cüt 585 əyarlı qızıl sırğa, bir ədəd 585 əyarlı qızıl qolbaq vermişdir. O, həmin qızılları ümumilikdə 3500 manata razılaşıb almışdır. İlkin olaraq həmin qızıllara ümumilikdə 500 manat ödəniş etmişdir. Qalan 3000 manat məbləği isə razılaşmalarına görə hər ay 500 manat olmaqla 6 ay müddətində ödəməli olmuşdur. Həmin qızılları o, özü istifadə etmək üçün almışdır. Qızılları aldığı vaxtdan Arzuya ödənişlər edirmiş. Arzudan aldığı “Pandora” markalı 585 əyarlı 1 ədəd qızıl boyunbağı və bir cüt sırğadan ibarət komplekti ehtiyacı olduğu üçün Bakı şəhəri Moskva univermağında 700 manat müqabilində tanımadığı şəxsə satmış və şəxsi ehtiyaclarına xərcləmişdir. Qalan qızıllar isə özündə qalmışdır. 2022-ci ilin may ayında Arzu ona zəng edərək qızılların sahibinin ona satdığı qızılların pulunu tam istədiyini demişdir. O, da Arzuya qızılların sahibinə ona zəng etməsini deməsini bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra Sevinc adlı xanım ona zəng edərək Arzunun ona satdığı qızılların sahibi olduğunu deyərək qızılların ödənişini tam etməyini xahiş etmişdir. O, da Sevinc xanıma qızılların ödənişini tam ödəyə bilməyəcəyini və qızılları qaytaracağını bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra Arzunun ona satdığı 1 ədəd 585 əyarlı qızıl qadın üzüyü, iki cüt 585 əyarlı qızıl sırğa, bir ədəd 585 əyarlı qızıl qolbağı Arzunun yanında Sevinc xanıma qaytarmışdır. X15 xanımın külli miqdarda qızıllarını satmaq adı ilə alıb pullarını qaytarmadığı ona məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızından ümumilikdə 5000 manat dəyərində qızıl zinət əşyaları almış, həmin qızılları özü üçün almış, pula ehtiyacı olduğu üçün sonradan həmin qızıllardan pulunu Arzuya ödədiyi bir qismini satmış, qalan qızılları isə Arzunun yanında qızılların sahibi Sevinc xanıma qaytarmış, Arzu ilə aralarında hər hansı iş mübadiləsi olmamışdır. Arzunun ona satdığı qızılların Zərərçəkmiş şəxs məxsus olması barədə heç bir məlumatı olmamışdır, Zərərçəkmiş şəxs adlı şəxsi də tanımır. Sevinc xanım ona zəng etdikdən sonra Arzunun ona satdığı qızılların Sevincə məxsus olduğunu bilmiş, Arzu ona qızılları satan zaman adını çəkmədiyi qadından həmin qızılları satmaq üçün götürdüyünü, satdıqdan sonra pulunu ona verəcəyini deyirmiş.(Cild 1, iş vərəqləri 112-115) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 ifadəsində göstərmişdir ki, o, valideynləri ilə birlikdə yaşayır. 2021-ci ilin noyabr ayından yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş 93 yaşayış kompleksində yerləşən “Madam Studio” adlı gözəllik salonunda kosmetoloq işləyir. İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızını işlədiyi salondan tanıyır. Arzu təxminən 2022-ci ilin mart ayının əvvəllərində işlədiyi salona müştəri qismində gəlmişdir. Həmin vaxtdan münasibətləri yaranmışdır. Arzu ilə münasibətləri rəfiqə kimi həmişə yaxşı olmuşdur. Arzu söhbət əsnasında ona qızıl satdığını demişdir. Hətta ona qızılı aldığı təqdirdə hissə-hissə 3 ay müddətində ödəməyi təklif etmişdir. O, da razılaşıb qızıllara baxmaq istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Arzu işlədiyi salona gəlmişdir. Arzu ona baxmaq üçün 1 ədəd “Şopard” markalı 8 qram çəkidə 585 əyarlı qızıl qolbaq gətirmişdir. O, da həmin qızılı bəyənmiş və Arzuya həmin qolbağı neçəyə satacağını soruşmuşdur. Arzu ona həmin qolbağı çəkisinə uyğun olaraq 1 qramını 90 manatdan olmaqla 720 manata satacağını demişdir. O, da ilkin olaraq 300 manat Arzuya vermişdir. Qalan 420 manat pulu isə 3 ay müddətində hər ay 140 manat ödəməli olmuşdur. Aradan iki gün keçdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Arzu iş yerinə onun üçün 1 ədəd “Şopard” markalı 9 qram çəkidə 585 əyarlı qızıl boyunbağı gətirmişdir. O, həmin boyunbağını da bəyənmişdir. Arzu ona həmin boyunbağı çəkisinə uyğun olaraq 1 qramını 140 manatdan olmaqla 1260 manata satacağını demişdir. O, da ilkin olaraq 300 manat Arzuya vermişdir. Qalan 960 manat pulu isə 3 ay müddətində hər ay 320 manat ödəməli olmuşdur. Aradan iki gün keçdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Arzu ona zəng edərək evinə dəvət etmişdir. O, da Arzunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evinə getmişdir. Arzu evində ona 1 ədəd “Tifan” markalı 8 qram çəkidə 585 əyarlı qızıl qolbaq göstərmişdir. O, həmin qolbağı da bəyənmişdir. Arzu ona həmin qolbağı çəkisinə uyğun olaraq 1 qramını 140 manatdan olmaqla 1120 manata satacağını demişdir. O, da ilkin olaraq 300 manat Arzuya vermişdir. Qalan 820 manat pulu isə 3 ay müddətində hər ay 273 manat ödəməli olmuşdur. Aradan bir neçə gün keçdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Arzu iş yerinə onun üçün 1 ədəd 9 qram çəkidə 585 əyarlı qızıl boyunbağı gətirmişdir. O, həmin boyunbağını da bəyənmişdir. Arzu ona həmin boyunbağı çəkisinə uyğun olaraq 1 qramını 140 manatdan olmaqla 1260 manata satacağını demişdir. O, da ilkin olaraq 300 manat Arzuya vermişdir. Qalan 960 manat pulu isə 3 ay müddətində hər ay 320 manat ödəməli olmuşdur. xx.xx.2022-ci il tarixdə günorta saatlarında o, Arzuya zəng edərək əlində qızılının olub-olmadığını soruşmuşdur. Arzu da ona qızılı olduğunu bildirmişdir. Həmin vaxt onun pula ehtiyacı olduğu üçün Arzudan qızıl alıb satmaq istəmişdir. Arzu ona telefonda vatsap proqramı vasitəsi ilə bir ədəd qızıl qolbaq şəkli göndərmişdir. Arzu ona həmin qolbağın 9 qram çəkidə 585 əyarlı olduğunu bildirmişdir. Həmin qızılın da 1 qramını 140 manatdan olmaqla 1260 manata satdığını demişdir. Həmin qızıl üçün o, ilkin olaraq 260 manat, qalan 1000 manat pulu isə hissə-hissə olmaqla 3 ay müddətində ödəməli olmuşdur. Söhbət əsnasında o, Arzuya həmin qızılı götürüb satacağını demişdir. Arzu da ona razılaşacağı təqdirdə həmin qızılı istəsə baha qiymətə özü satacağını və qazancını ona verəcəyini demişdir. O, da həmin vaxt işdən çıxa bilmədiyi üçün razılaşmış ki, həmin qızılı satdıqdan sonra ilkin ödənişi də götürüb qazancı ona versin. Həmin gün axşam saatlarında o, Arzunun evinə getmişdir. Arzu ona həmin qolbağı ikinci əl kimi 560 manata satdığını, ilkin ödəniş kimi 260 manat pulu çıxdıqdan sonra isə qalan 300 manat pulu ona vermişdir. Aradan bir müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, Arzuya zəng edərək əlində qızılının olub-olmadığını soruşmuşdur. Arzu da ona qədimi və bahalı qızılı olduğunu bildirmişdir. Həmin vaxt onun pula ehtiyacı olduğu üçün Arzudan qızılı alıb satmaq istəmişdir. Arzu ona telefonda vatsap proqramı vasitəsi ilə bir ədəd üzərində brilliant qaşları olan qızıl üzük şəkli göndərmişdir. Arzu ona həmin üzüyün 9 qram çəkidə 585 əyarlı olduğunu bildirmişdir. Həmin üzüyün 1 qramını 145 manatdan olmaqla 1305 manata satdığını demişdir. Həmin qızıl üçün o, ilkin olaraq 300 manat, qalan 1005 manat pulu isə hissə-hissə olmaqla 3 ay müddətində ödəməli olmuşdur. Həmin qızılı götürüb satacağını dedikdə, eyni qayda ilə Arzu ona razılaşacağı təqdirdə həmin qızılı istəsə baha qiymətə özü satacağını və qazancını ona verəcəyini demişdir. O, da həmin vaxt işdə olduğu üçün razılaşmış ki, həmin qızılı satdıqdan sonra ilkin ödənişi də götürüb qazancı ona versin. Həmin gün axşam saatlarında Arzu onunla telefonda danışaraq həmin üzüyü ikinci əl kimi 540 manata satdığını deyərək, ilkin ödəniş kimi 300 manat pulu çıxdıqdan sonra isə qalan 240 manat pulu onun kartına göndərmişdir. O, Arzudan ümumilikdə 6925 manat dəyərində qızıl zinət əşyaları almışdır. Həmin məbləği də hissəhissə olmaqla Arzuya ödəmişdir. Onun Arzuya heç bir məbləğdə borcu olmadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızından ümumilikdə 6925 manat dəyərində qızıl zinət əşyaları almış, həmin qızılları özü üçün almış, pula ehtiyacı olduğu üçün sonradan həmin qızılları satmış, Arzu ilə aralarında hər hansı iş mübadiləsi olmamışdır. Arzunun ona satdığı qızılların Zərərçəkmiş şəxs məxsus olması barədə heç bir məlumatı olmamışdır, Zərərçəkmiş şəxs adlı şəxsi də tanımır. Arzu ona qızılları satan zaman adını çəkmədiyi yaşlı qadından həmin qızılları satmaq üçün götürdüyünü, satdıqdan sonra pulunu ona verəcəyini deyirmiş. (cild 1, iş vərəqəsi 134- 138) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadəsində göstərmişdir ki, o, ailəsi və anası ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızını təxminən 2 il müddətdir ki, tanıyır. Onunla qeyri-rəsmi ər-arvad münasibətindədir. Ailə üzvləri Tovuz rayonunda yaşasa da, o, Təqsirləndirilən şəxs (Canqara-zadə) ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. Arzu Xırdalan şəhərində yerləşən orta məktəbdə müəllimə işləyir. O, da Bakı şəhəri və Abşeron rayonu ərazisində qum-şebel alqı-satqısı ilə məşğul olurmuş. Arzunun qızıl alqı-satqısı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Təxminən 2022-ci ilin iyun ayının əvvəllərində evdə olarkən Arzuya lombarddan zəng gəlmişdir. Arzu bir qədər telefonda danışdıqdan sonra ondan nə baş verdiyini soruşduqda, Arzu ona Sevinc adlı xanımdan satmaq üçün qızıllar aldığını və həmin qızılları lombarda girov qoyduğunu, lombarda da ödəniş edə bilmədiyini bildirmişdir. O, da Arzuya kömək etmək məqsədi ilə qızıl alqı-satqısı ilə məşğul olan tanışı Aqil ilə görüşüb Arzunun lombarda girov qoyaraq müqabilində pul götürdüyü qızıllarla bağlı lombarda bir neçə ay ödəniş etmədiyini, qızılların lombard tərəfindən satışa çıxarılacağını deyərək Arzuya köməklik etməyini xahiş etmişdir. Aqil də kömək edəcəyini bildirmişdir. Aradan bir gün keçdikdən sonra o, Arzu ilə birlikdə Aqil ilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda görüşmüşlər. Onlar birlikdə Xırdalan şəhərində “köhnə bazar” deyilən ərazidə yerləşən lombarda getmişlər. Lombardda Arzunun xeyli miqdarda qızılı girov qoyaraq pul götürməsi məlum olmuşdur. Aqil onun xahişi ilə 11600 manat lombarda pul ödəyərək Arzunun girov qoyduğu gecikmədə olan qızılların bir qismini girovdan çıxarmışdır. Həmin vaxt Arzu Aqilə qızılları özündə saxlamağını deyərək 1-2 ay müddətində pulunu ödədikdən sonra qızılları götürəcəyini bildirmişdir. X21 şəhərində yerləşən digər lombardda da gecikmədə qızıllarının olduğunu və ona köməklik etməsini xahiş etmişdir. Aqil də köməklik edəcəyini bildirmişdir. Aradan bir iki gün keçdikdən sonra o, Arzu ilə birlikdə Aqil ilə görüşüb birlikdə Xırdalan şəhərində “köhnə bazar” deyilən ərazidə yerləşən başqa lombarda getmişlər. Lombardda Arzunun qızıl girov qoyaraq pul götürməsi məlum olmuşdur. Arzunun həmin vaxt gecikmədə 6300 manat dəyərində qızıllarının olduğu məlum olmuşdur. Aqil 6300 manat pulu lombarda ödəyərək həmin qızılları da girovdan çıxarmışdır. Həmin qızıllar da Aqildə qalmışdır. O, bildiyinə görə Arzu Aqilə girovdan azad etdiyi qızıllara görə bir ay ödəniş etsə də, sonradan ödəniş edə bilməmişdir. Aradan təxminən bir neçə vaxt keçdikdən sonra Xırdalan şəhərində Arzu ilə evdə olan zaman Sevinc adlı xanım onlara gəlmişdir. Onunla söhbət zamanı məlum olmuş ki, Arzu Sevinc xanımdan satmaq üçün ümumilikdə 131000 (bir yüz otuz bir min) manat dəyərində qızıllar almış, lakin həmin qızılların pulunu Sevincə ödəməmişdir. Bundan sonra o, Sevinc xanıma Arzunu gözləməsini və yavaş-yavaş həmin məbləği ödəyəcəyini xahiş etmişdir. Hətta Sevincə özünə məxsus ev olduğunu, həmin evi verə biləcəyini desə də, Sevinc xanım onunla razılaşmamışdır. X17 barəsində şikayət etməsi ona məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızının Zərərçəkmiş şəxs qızıl zinət əşyaları alarkən bu barədə heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs evə gəldikdən sonra tanımış, həmin vaxtadək onunla heç bir tanışlıq münasibəti, aralarında heç bir iş mübadiləsi olmamışdır, Sevinc onlara gəldikdən sonra onu görmüş və həmin vaxt ona məlum olmuş ki, Arzu Sevincə məxsus 131000 manat dəyərində qızılları satmaq üçün almışdır. İlk dəfə Arzu ona lombarda Sevinc adlı xanımın qızıllarını girov qoyduğunu desə də, həmin vaxt Sevinci tanımamışdır. İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızının əvvəllər qızıl alqı-satqısı ilə məşğul olması barədə heç bir məlumatı olmamış, Arzu ona bu barədə heç nə deməmişdir. Sonradan ona dedikdən sonra Arzunun lombarda qızıl qoyduğunu, Sevincin isə onlara gəldiyi vaxtdan Arzunun Sevincin qızıllarını satmaq üçün aldığını bilmişdir. Arzu ona heç bir məbləğdə pul vermədiyini bildirmişdir. (cild 1, iş vərəqəsi 139-142) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5707-9/7158 saylı rəyindən görünür ki: - 1 ədəd sarı rəngli metaldan, üzərində yarımkürə formalı elementləri olan sırğa cütüüzük-klon dəsti-üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, ümumi çəkisi 24,81 qramdır; - 1 ədəd sarı rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan sırğa cütü-üzük dəstiüzərində “750” əyar damğasıhəkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, ümumi çəkisi 26,39 qramdır, qaşları brilliantdır, 382 ədədinhər birinin ölçüsü 0,002 karat, 4/3 keyfiyyətlidir; - 1 ədəd sarı rəngli metaldan, üzərində ağ-şəffaf qaşları, içərisində “Cartier” yazısı olan qolbaq-üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 9,84 qramdır, qaşları qiymətli qaşlara aid deyil; - 1 ədəd sarı rəngli metaldan sırğa cütü-üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,30 qramdır; - 1 ədəd sarı rəngli metaldan boyunbağı-üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,51 qramdır; - 1 ədəd sarı rəngli metaldan, üzərində bir ədəd qırmızı və ağ-şəffaf qaşları olan sırğa cütü (tayı qırıqdır) - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,8 qramdır, qaşları qiymətli qaşlara aid deyil; - 1 ədəd sarı rəngli metaldan, üzərində sarı-qırmızımtıl sarı-gümüşü rəngli kürələr olan üzük-üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,79 qramdır, qaşları qiymətli qaşlara aid deyil. Aparılmış tədqiqat nəticəsində təqdim edilmiş məmulatların 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7291,0 manat müəyyən edilir. (cild 1. İş vərəqəsi 122-125) Cinayət işinin materiallarından görünür ki, Arzu Eyvaz qızının təqdim etdiyi 22 ədəd girov biletləri, Zərərçəkmiş şəxs satmaq adı ilə aldığı könüllü olaraq istintaqa təqdim etdiyi “Cartier” markalı üzərində ağ qaşları olan qızıl qolbaq, iki cüt qızıl sırğa, bir ədəd qızıl boyunbağı, üzərində sarı-qırmızımtıl rəngli kürələr olan bir ədəd qızıl üzük, Şahid1 könüllü olaraq istintaqa təqdim etdiyi 1 ədəd sırğa cütü, 1 ədəd üzük, 1 ədəd klondan ibarət dəst və 1 ədəd sırğa cütü, 1 ədəd üzükdən ibarət dəsti maddi sübut kimi tanınmış və “Cartier” markalı üzərində ağ qaşları olan qızıl qolbaq, iki cüt qızıl sırğa, bir ədəd qızıl boyunbağı, üzərində sarı-qırmızımtıl rəngli kürələr olan bir ədəd qızıl üzük, 1 ədəd sırğa cütü, 1 ədəd üzük, 1 ədəd klondan ibarət dəst və 1 ədəd sırğa cütü, 1 ədəd üzükdən ibarət dəst saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmış, girov biletləri isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızı ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmiş, ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Cinayət işinin materiallarında olan məlumatlardan görünür ki, İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızının himayəsində xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı 2 azyaşlı uşaqları vardır. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, İsgəndərova (Canqara-zadə) X13 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 1000 manat cərimə cəzasına məhkum edilmişdir. İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızı tərəfindən xx.xx.2019-cu il tarixdə həmin cərimə dövlət nəfinə tam olaraq ödənilmişdir. Hal-hazırda İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızı məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İH MTİİTS-dən verilən xasiyyətnamədən görünür ki, İsgəndərova (Canqara-zadə) X10 şəhəri, 28-ci məhəllə ev 19, mənzil 16 ünvanında yaşadığı müddət ərzində barəsində 1 saylı MTİİTS-ə heç bir şikayət daxil olmamışdır.( cild 1, iş vərəqə 189) Cinayət işinin materiallarına əlavə olunmuş “Elektron məhkəmə sistemi”ndən əldə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən Təqsirləndirilən şəxs soyadı xx.xx.2024-cü il tarixdən Canqara-zadə Arzu Eyvaz qızı olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızı tərəfindən vurulan maddi ziyanın könüllü olaraq tamamilə ödənilməsini öhdəsinə götürməsi və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, eləcə də himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızının cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamədən və xx.xx.2018-ci il tarixli Abşeron rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, iş üzrə təqsirləndirilən şəxs İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızı xx.xx.2018-ci il tarixdə Abşeron rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cərimə məbləği dövlət nəfinə tam olaraq ödənilmişdir.(Cild 1, iş vərəq 41-42, 145-148) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində qeyd edilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Bu səbəbdən təqsirləndirilən şəxs İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızının məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab edilir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də İsgəndərova (Canqara-zadə) Arzu barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X4rşı, § 26). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızının üzərinə sınaq müddəti ərzində öz davranışları ilə islah olunmalarını sübut etmək, davranışları üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerlərini dəyişməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxslər İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızına təyin ediləcək sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam ləğv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Cartier” markalı üzərində ağ qaşları olan qızıl qolbaq, iki cüt qızıl sırğa, bir ədəd qızıl boyunbağı, üzərində sarı-qırmızımtıl rəngli kürələr olan bir ədəd qızıl üzük, 1 ədəd sırğa cütü, 1 ədəd üzük, 1 ədəd klondan ibarət dəst və 1 ədəd sırğa cütü, 1 ədəd üzükdən ibarət dəst saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut olan 22 ədəd girov biletləri isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızından 100 (yüz) manat məbləğində pul vəsaiti ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızının barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Sınaq müddəti ərzində İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızının üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızının davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış “Cartier” markalı üzərində ağ qaşları olan qızıl qolbaq, iki cüt qızıl sırğa, bir ədəd qızıl boyunbağı, üzərində sarı-qırmızımtıl rəngli kürələr olan bir ədəd qızıl üzük, 1 ədəd sırğa cütü, 1 ədəd üzük, 1 ədəd klondan ibarət dəst və 1 ədəd sırğa cütü, 1 ədəd üzükdən ibarət dəst saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması və iş üzrə maddi sübut olan 22 ədəd girov biletinin isə cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs İsgəndərova (Canqara-zadə) Arzu Eyvaz qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasia protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar