Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-126/2022 21.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 avqust 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, X7, 21-ci məhəllə, 2543 saylı fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edərək daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İ siyahısı ilə müəyyən edilmiş 4 ədəd şəffaf rəngli polietilen bükümlərdə və 7 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində ümumi təmiz çəkisi 2,745 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroindən yaşadığı Sumqayıt şəhəri X7 21-ci məhəllə 2543 saylı fərdi yaşayış evinin yataq otağındakı dolabın alt siyirməsində 4 ədəd şəffaf rəngli polietilen bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,378 qram, 0,416 qram, 0,475 qram, 0,548 qram və 6 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,163 qram, 0,044 qram, 0,173 qram, 0,169 qram, 0,099 qram, 0,093, qram ümumi təmiz çəkisi 2,558 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və səthində heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd arxasında “500g” yazısı olan gümüşü rəngli elektron tərəzini saxlamış, eyni zamanda 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,187 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini də öz üzərində daşıyaraq saxlamış, 05 avqust 2021-ci il tarixdə saat 01:20-də Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yataq otağına baxış keçirilən zaman orada olan dolabın alt siyirməsindən 4 ədəd şəffaf rəngli polietilen bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,378 qram, 0,416 qram, 0,475 qram, 0,548 qram və 6 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkisi 0,163 qram, 0,044 qram, 0,173 qram, 0,169 qram, 0,099 qram, 0,093 qram, ümumi təmiz çəkisi 2,558 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin, səthində heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd arxasında “500g” yazısı olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüş və həmin tarixdə saat 02:12-də sonuncu Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,187 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, ümumilikdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yataq otağından və üzərindən ümumi təmiz çəkisi 2,745 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o təxminən 3-4 ildir ki, narkotik vasitə istifadəçisidir. Evə baxış keçirilərkən dolabdan aşkar olunan narkotik vasitə və elektron tərəzi ona məxsus olmamış, ümumiyyətlə onun evində narkotik vasitə olmamışdır. Bunu ibtidai istintaq zamanı verdiyi ifadəsində də bildirmişdir. Yalnız üzərində olan şəxsi istifadəsi üçün aldığı narkotik vasitə ona məxsus olmuşdur. O anasının yanında narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Sumqayıt şəhəri 3-cü mikrorayon, ev 19/33, mənzil 14-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri X7, 21-ci məhəllə, 2543 saylı fərdi evdə ailə üzvləri ilə, yəni anası Şahid1 və bacısı Şahid3 ilə birlikdə yaşamışdır. Əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. Uzun müddətdri ki, narkotik vasitə olan heroin qəbul etmişdir. Özü mobil telefon istifadə etmiş, ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. xx.xx.2021-ci il tarixdə təxminən saat 16-17 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində olarkən üzdən tanıdığı, lakin adını və digər məlumatlarını bilmədiyi bir nəfər kişi ilə rastlaşmışdır. Onun narkotik vasitə olan heroin satdığını bilmiş, ondan şəxsi istifadəsi üçün 15 manata bir ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan heroin almışdır. Daha sonra yaşadığı evə getmişdir. Anası Gülarə və bacısı Kifayət də onun narkotik vasitə qəbul etdiyimi bilmişlər. Ağrıları olduğu üçün narkotik vasitə qəbul etmiş və evdə ailə üzvlərinin yanında da qəbul etmişdir. Anasının yanında yenə narkotik vasitədən bir qismini qəbul etmişdir. Anası isə onun bu hərəkətinə əsəbiləşmişdir. Həmin gün təxminən saat 19-20 radələrində evdə darıxdığı üçün evdən bayıra çıxmışdır. Sonra bilmişdir ki, evdən çölə çıxanda anası onda narkotik vasitə olduğunu görüb DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Həmin gün təxminən saat 23 radələrində evə gəlmişdir. Anası yenə onunla narkotik istifadə etməsinə görə mübahisə etməyə başlamışdır. O, anasının polislərə zəng etdiyini bilməmiş, anasının belə hərəkət edəcəyini düşünməmiş, bu səbəbdən günorta aldığı narkotik vasitə olan heroin üzərində olmuşdur. xx.xx.2021-ci il tarixdə təxminən saat 01:20 radələrində yaşadığı ünvanda olan zaman Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin polis əməkdaşları yaşadığı ünvana gələrək özlərini təqdim etmişlər və anası Gülarə Paşayevanın onun narkotik vasitələri qəbul etməsi barədə DİN-nin 102 xidmətinə vermiş olduğu məlumat ilə onu tanış etmişlər və daxil olmuş məlumat əsasında barəsində PB-də təhqiqat araşdırmasının aparıldığı ona elan edilmişdir. Daha sonra yaşadığı ünvana baxış keçiriləcəyi elan edilmişdir. Polis əməkdaşları evin kimə məxsus olduğunu soruşmuşlar, anası da evin özünə və bacısına məxsus olduğunu demiş və evə baxış keçirilməsinə etirazlarının olmadığını bildirmişlər. Baxışa başlamadan öncə ona yaşadığı ünvanda qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut saxlayıbsaxlamadığını, müsbət halda onu təqdim etməsi təklif olunmuşdur. Elə həmin vaxt anası Şahid1 yaşadıqları 1 mərtəbəli, təxminən 2,9 sot ərazidə yerləşmiş, ümumilikdə 3 otaq, 1 mətbəx və 1 vanna otağından ibarət olan fərdi yaşayış evində ona məxsus yataq otağına keçmişdir. Anası ondan bezdiklərini, hər gün narkotik vasitə istifadə etdiyini, onlardan hər gün narkotik almaq üçün pul tələb etməsini və çarpayını göstərərək çarpayının bir tərəfində özünün, bir tərəfində onun yatdığını demişdir. Həmçinin anası demişdir ki, o narkoti vasitə istifadə edəndən çarpayının yanında olan dolabın aşağı siyirməsindən nəsə götürüb istifadə etmişdir. Polis əməkdaşları da anasının göstərdiyi dolaba baxış keçirmişlər və həmin dolabın aşağı siyirməsindən 6 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərini, 4 ədəd şəffaf rəngli sellofan bükümləri, 1ədəd elektron tərəzi aşkar etmişlər. Həmin narkotik vasitələr onun olmamış, həmin narkotik vasitəni oraya ya anası Gülarə, ya da bacısı oğlu Şahid2 qoymuşdur ki, onu tutdursunlar. Baxış zamanı anası həmin bükümlərdəki maddələrin və elektron tərəzinin Faiqə məxsus olduğunu bildirmişdir. Həmçinin bacısı Şahid3 da həmin maddələrin və elektron tərəzinin ona məxsus olduğunu bildirmişdir. Aşkar olunmuş həmin bükümlər polis əməkdaşları tərəfindən açılmış, bükümlərdə spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddəllərin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, aşkar olunmuş maddələrin özünə məxsus olmadığını, öz şəxsi istifadəsi üçün almış olduğu narkotik vasitənin üzərində olduğunu bildirmiş, lakin dolabdan aşkar olunmuş maddələrin ona məxsus olmadığını demişdir. Həmin vaxt yaşadığı ünvandan aşkar olunmuş maddələr tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddələrin çəkisinin 0,51 qram, 1,09 qram, 0,22 qram, 0,60 qram, 0,47qram, 0,24 qram, 0,23 qram, 0,10 qram, 0,15 qram və 0.16 qram, həmin madəllərin ümumi çəkisinin isə 3,78 qram olduğu aşakr olunmuş, aşkar olunmuş həmin maddələr və elektron tərəzi Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Yaşadığı ünvana baxış zamanı şəxsi istifadəsi üçün üzərində narkotik vasitə saxladığını bildirdiyi üçün aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. PB-yə gətirildikdən sonra üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarışa başlamadan öncə ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, daha sonra hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. O, təqdim edilmiş vəkilə heç bir etiraz etməmiş, daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Özü əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etmişdir. Həmin büküm açılmış, həmin bükümün içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı aşkar olunan qəhvəyi rəngli maddənin narkotik vasitə olan “kakos” olduğunu, aşkar olunmuş həmin maddəni Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində tanımadığım bir nəfər şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddə tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin 0,48 qram olduğu aşkar olunmuşdur. Həmin maddə Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra evə baxış keçirilməsi barədə və üzərində şəxsi axtarış keçirilməsi barədə protokollar tərtib olunmuş, o da həmin protokollarla tanış olub digər iştirakçılar kimi həmin protokolları imzalamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin özünündür, lakin evdən, yataq otağında olan dolabın aşağı siyirməsindən aşkar olunmuş narkotik vasitə olan heroin onun deyil, onu oraya ya anası Gülarə, ya da bacısı oğlu Samir onu tutdurmaq üçün qoymuşlar. Təxminən 10 ildir ki, narkotik vasitə olan heroin qəbul etmişdir. Ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. Narkotik vasitə istifadə etdiyi üçün anası ondan bezmiş, bu səbəbdən fikirləşmişdir ki, anası onu tutdurmaq üçün bacısı oğlu Samirə həmin dolaba narkotik qoyub onu tutdurmasını xahiş etmiş, Samir də bunu etmişdir. Bildiyinə görə Samir narkoman deyil, sonuncunun həmin heroinin haradan əldə edə biləcəyini bilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirmədən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi Şahid5 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsin anası Şahid1 DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat verərək oğlu Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini və yaşadıqları evdə narkotik vasitə saxladığını bildirdi. Məlumat əsasında əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə getmişlər. Orada ev sahibi Şahid3 və Şahid1 razılığı ilə evə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 evin girişindən sol tərəfdə yerləşən yataq otağındakı dolabın alt siyirməsini göstərərək oğlu Təqsirləndirilən şəxs həmin siyirmədə narkotik maddələr saxladığını, həmin maddələrdən götürərək onun yanında istifadə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin dolabın siyirməsi açıldıqda içərisində 6 ədəd gümüşü, 4 ədəd sellofan kəsiyi bükümündə bükülülər və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt bildirmişdir ki, oradan aşkar olunmuş bükümlər və tərəzi ona məxsus deyil, öz üzərində bir ədəd bükümdə narkotik maddə vardır. Saxlanılarkən təqsirləndirilən şəxsə heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı dedi ki, narkotik vasitə ona məxsus deyil. İstintaqa verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri X7, 21-ci məhəllə, 2543 saylı fərdi evdə oğlu Təqsirləndirilən şəxs və qızı Şahid3 ilə birlikdə yaşamışdır. Yaşadıqları evdə Faiqlə eyni otaqda yatmışdır. Oğlu Faiq təxminən 10 ildən çoxdur ki, narkotik vasitə qəbul etdiyindən onda asılılıq yaranmışdır. Onlar Faiqi bir neçə dəfə müalicə etdirsələrdə Faiq yenədə haradansa narkotik vasitə tapıb istifadə etmişdir. Lakin Faiqin kimlərdən və hansı şəraitdə narkotik vasitə əldə etdiyini bilməmişdir. Faiq narkoman olduğuna görə yaşadıqları evin yaxınlığına tanımadığı şəxslər gəlmiş və Faiqlə görüşmüşlər, o da buna görə çox narahat olmuşdur. Lakin Faiq oğlu olduğuna görə dözüb səbr etmişdir. xx.xx.2021-ci il tarixdə, təxminən saat 20 radələrində yaşadığı evdə olduğu zaman Faiq evə gəlmişdir. O, həmin vaxt yataq otağında uzanmış, Faiq də yataq otağına keçəndən sonra orada olan dolabın ən altdakı siyirməsini açmış və cibindən bir neçə ədəd bükülü çıxararaq həmin siyirməyə qoymuşdur. Sonra isə Faiq həmin bükümlərdən birini götürüb onun yanında istifadə etməyə başlamışdır. O, başa düşmüşdür ki, həmin bükümlərdə narkotik maddə vardır. Faiq onun yanında narkotik maddə istifadə edəndən sonra sonuncunun bu hərəkətindən o, çox əsəbiləşmiş və Faiqə öz iradını bildirmişdir. Faiq isə ona məhəl qoymayaraq onunla sözlə mübahisə etməyə başlamış və narkotik vasitəni istifadə etmişdir. Faiq narkotik vasitəni istifadə etdikdən bir neçə dəqiqə sonra isə çıxıb harasa getmişdir. Faiq gedəndən sonra o, həmin dolabın siyirməsini açıb ora baxmış və orada təxminən 10 ədəd bükülü və bir ədəd tərəzi olduğunu görmüşdür. Həmin bükümlərin narkotik vasitə olduğunu düşünüb Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə telefonla zəng edərək Faiqin yaşadıqları evdə narkotik vasitə istifadə etməsi barədə məlumat vermişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində yaşadıqları evdə olduqları zaman polis əməkdaşları evlərinə gəlmişlər. Polis əməkdaşları evlərinə gələndən sonra Faiqə onun barəsində polisə şikayət etməsi barədə məlumat verib yaşadıqları evə baxış keçirəcəklərini demişlər. O və qızı Kifayət yaşadıqları evə baxış keçirilməsinə etiraz etməmişlər və bu barədə ərizə vermişlər. Faiqin evlərində narkotik vasitə gizlətdiyini demişdir. Sonra isə Faiqin narkotik vasitələri gizlətdiyi dolabı göstərmişdir. Polis əməkdaşları da həmin dolabı açaraq orada olan oğlu Faiqə məxsus 6 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərini, 4 ədəd şəffaf rəngli sellofan bükümləri, 1 ədəd elektron tərəzini aşkar edib götürmüşlər. Həmin bükümlər açıldıqda içərisində tünd qəhvəyi rəngli maddələr olduğunu görmüşdür. Polis əməkdaşları bildirmişlər ki, həmin maddələr narkotik vasitə olan heroinə bənzər maddələrdir. Oğlunun narkoman olduğunu bilsədə Faiqin narkotik maddəni kimlərdən əldə etdiyini bilməmişdir. Faiq dəfələrlə yaşadıqları evin yaxınlığında tanımadığı şəxslərlə görüşüb bəzən onlara nəsə vermiş, bəzən də nəsə almışdır. Lakin onların yanında olmadığından, kənardan bunların şahidi olduğuna görə Faiqin həmin şəxslərdən nə aldığını bilməmişdir. Amma düşünmüşdür ki, Faiq həmin şəxslərə narkotik maddə vermiş və almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 anası Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs dayısıdır, onunla ədavət və düşmənçiliyi olmamışdır. Dayısı Faiqin narkoman olduğunu anası Kifayət və nənəsi Gülarədən eşitmiş, eləcədə dayısı Faiqin hərəkətlərindən də onun narkoman olduğunu hiss etmişdir. Nənəsigil buna görə Faiqi bir neçə dəfə müalicə etdirmişlər. xx.xx.2021-ci il tarixdə axşamüstü anasıgilin yaşadığı evə gəlmiş və orada bir neçə dəqiqə oturub söhbət etdikdən sonra çıxıb getmişdir. Sonradan anasından eşidib bilmişdir ki, dayısı Faiq evdə nənəsinin yanında narkotik maddə istifadə etdiyinə görə nənəsi Gülarə bu barədə polisə məlumat vermiş və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində anasıgilin yaşadığı evə polis əməkdaşları gələrək evin yataq otağındakı dolabdan dayısı Faiqə məxsus narkotik maddələr və bir ədə tərəzi aşkar edərək götürmüşlər. Həmçinin sonradan 1-ci polis bölməsində Faiqin üzərində şəxsi axtarış aparılmış və onun üzərindən bir ədəd bükümdə narkotik maddə olan heroin aşkar olunaraq götürülmüşdür. Nənəsigilin yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinlər dayısı Faiqin özünə məxsus olmuş, həmin heroinləri ora nə o, nə də nənəsi Gülarə qoymamışlar. Eləcədə nənəsi ona ora narkotik maddə və ya başqa əşya qoymasını deməmişdir. O, narkotik maddə istifadəçisi olmamış, heç vaxt narkotik maddə görməmişdir. Nənəsi Gülarə və xalası Kifayətdən eşitdiyinə görə dayısı Faiq dəfələrlə yaşadıqları evin yaxınlığında hansısa şəxslərlə görüşüb onlara narkotik vasitə vermiş və almışdır. Ona görə də güman etmişdir ki, dayısı Faiqin evdə saxladığı və üzərindən aşkar olunmuş narkotik vasitələri fərqli şəxslərdə əldə etdiyinə görə tərkibləri və xarici görünüşləri fərqli olmuşdur. Dayısının hərəkətlərindən, eləcədə anası və nənəsinin ona deməsinə görə Faiqin narkoman olduğunu bilmişdir. Lakin dayısı Faiq heç vaxt onun yanında narkotik maddə istifadə etməmiş, hansısa şəxsdən almamış və satmamışdır. Fikirləşmişdir ki, dayısı Faiq məsuliyyətdən boyun qaçırtmaq və özünü müdafiə etmək məqsədi ilə evdən aşkar olunmuş narkotik maddələrin onun və ya nənəsi Gülarə tərəfindən həmin yerə qoyulduğunu bildirmişdir.(iş vərəqə 70-73) Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 04 avqust 2021-ci il tarixdə Şahid1 Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat verərək oğlu Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini və yaşadıqları evdə narkotik vasitə saxladığını bildirmişdir. Qeyd olunan məlumat əsasında əməliyyat qrupu yaradılaraq xx.xx.2021-ci il tarixdə saat 01:20 Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Corat bağları yaşayış massivində yerləşən 2543 saylı fərdi yaşayış evinə gedilmişdir. Orada ev sahibi Şahid3 və Şahid1 razılığı ilə evə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 evin girişindən sol tərəfdə yerləşən yataq otağındakı dolabın alt siyirməsini göstərərək oğlu Təqsirləndirilən şəxs həmin siyirmədə narkotik maddələr saxladığını, həmin maddələrdən götürərərk onun yanında istifadə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin dolabın siyirməsi açıldıqda içərisində 6 ədəd gümüşü, 4 ədəd sellofan kəsiyi bükümündə bükülülər və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt bildirmişdir ki, oradan aşkar olunumuş bükümlər və tərəzi ona məxsus deyil, öz üzərində bir ədəd bükümdə narkotik maddə vardır. Həmin bükümlər açıldıqda içərisində tünd qəhvəyi rəngli, xüsusi iyə malik narkotik maddə olan heroinə bənzər maddələr olması müəyyən olunmuşdur. Həmin maddələr tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, baxışda iştirak edən şəxslər də həmin zərfin üzərin imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs 1-ci polis bölməsinə dəvət olunmuş, sonuncu da etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada Təqsirləndirilən şəxs müdafiəçi təqdim olunduqdan sonra üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Sonra isə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülü çıxararaq təqdim etmiş və həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu, heroini Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin bükülü açıldıqda içərisində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra həmin maddə elektron tərəzidə çəkilmişdir. Sonra isə həmin maddə qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, həmin protokola və qablaşdırmanın üzərinə imza etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinləri fərqli şəxslərdən əldə etməsi barədə əməliyyat məlumatları olduğundan düşünmüşdür ki, bu səbəbdən Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələrin xarici görünüşü və kimyəvi tərkibləri fərqli olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməsi barədə əməliyyat məlumatları olsada onun həmin narkotik vasitələri hansı şəxslərdən əldə etməsi barədə məlumat olmamışdır. (iş vərəqə 126-129) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Baxış keçirilməsi”, “Şəxsi axtarış keçirilməsi” barədə xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD-R” diskdən görünür ki, həmin diskə daxil olduqda içərisində 2 ədəd videogörüntü faylı olduğu müəyyən edilir. Həmin fayllardan biri 0055, digəri isə 0057 kimi qeyd olunmuşdur. 0055 nömrə ilə qeyd olunmuş fayla daxil olduqda müəyyən edilir ki, təhqiqatçı X1 özünü təqdim edərək vətəndaşa özünü təqdim etməyini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu həmin evdə yaşadığını bildirir. Təhqiqatçı ev sahibinin kim olduğunu soruşduqda Şahid1 evin Şahid3 məxsus olduğunu deyir və sonuncu da özünü təqdim edir. Sonra isə təhqiqatçı Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzininin məlumatı əsasında həmin evə gəldiklərini deyib Şahid1 həmin müraciəti onun etməsini soruşur. Şahid1 da məlumatı özünün verdiyini deyib özünü təqdim edir. Təhqiqatçı tərəfindən Şahid1 məlumatda nəyi göstərdiyi soruşulduqda sonuncu oğlunun uzun müddətdir, 20 ildən artıqdır ki, narkoman olduğunu, onu və qızını incitdiyini, onlardan gündəlik pul tələb etdiyini, evi talan etdiyini, ona görə də Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat verdiyini, Təqsirləndirilən şəxs gündəlik narkotik vasitə alıb gətirdiyini, ona görə də onun barəsində tədbir görülməsini istədiyini bildirir. Təhqiqatçı tərəfindən Şahid1 vermiş olduğu məlumat barədə soruşulduqda o, oğlunun yaşadıqları evdə narkotik vasitə saxladığını və həmin yeri göstərə biləcəyini bildirir. Bundan sonra təhqiqatçı tərəfindən onlara məlumat verilərək bildirilir ki, yaşadıqları evə baxış keçiriləcəkdir, bununla bağlı etirazlarının olub-olmadığı soruşulur. Şahid1 isə baxış keçirilməsinə etirazının olmadığını bildirir. Bundan sonra Şahid1, Şahid3, Təqsirləndirilən şəxs və polis əməkdaşları evin dəhlizindən sol tərəfdə yerləşən yataq otağına daxil olurlar. Orada Şahid1 çarpayının sol tərəfini göstərərək həmin hissədə oğlu Faiqin, sağ tərəfindən isə özünün yatdığını, Faiqin onun yanında oturaraq narkotik vasitə istifadə etdiyini, buna görə də narahat olub əsəbiləşdiyini, buna görə də polisə məlumat verdiyini bildirir. Təhqiqatçı tərəfindən Şahid1 oğlu Təqsirləndirilən şəxs narkotik vasitələri harada saxladığı və həmin narkotik vasitələri təqdim etməsi bildirildikdə o, sonuncunun yatdığı tərəfdə döşəmədə yerləşən dolabın alt hissəsindəki siyirmədə saxladığını bildirdi. Təhqiqatçı tərəfindən həmin dolabın siyirməsi açıldı və içərisində olan bükülülərlə birlikdə bir ədəd elektron tərəzi götürüldü. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bükümlər və tərəzinin kimə məxsus olduğu soruşulduqda, sonuncu ona məxsus olmadığını, onlardan xəbərinin olmadığını, həmin bükümlərin kiminsə ora qoyduğunu, özünün narkotik maddə istifadəçisi olduğunu, üzərində az miqdarda narkotik maddə olduğunu deyir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükümlər sayılaraq 6 ədəd gümüşü rəngli, 4 ədəd şəffaf sellofan kəsiyi bükümündə, cəmi 10 ədəd bükülü olması müəyyən olunur. Sonra isə həmin bükümlər açılaraq ayrı-ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilir, bükümlərin içərisində tünd qəhvəyi rəngli heroinə bənzər maddə olması görünür, bükümlərin çəkilərinin 0,51 qram, 1,09 qram, 0,22 qram, 0,60 qram, 0,47 qram, 0,24 qram, 0,23 qram, 0,10 qram, 0,15 qram və 0,16 qram, ümumilikdə çəkildikdə isə 3,78 qram olması müəyyən olunduqdan sonra həmin narkotik vasitə olan heroinə bənzər maddələr qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanır. Bundan sonra təhqiqatçı tərəfindən polis əməkdaşlarına özlərini təqdim etmələri bildirildikdə onlar özlərini təqdim edirlər. sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs bildirilir ki, onun üzərində şəxsi axtarış aparılması üçün 1ci polis bölməsinə dəvət olunur. Təqsirləndirilən şəxs isə bir daha bildirir ki, dolabdan aşkar olunmuş maddələr və tərəzi ona məxsus deyil. Bundan sonra çəkiliş dayandırılır. 0057 nömrə ilə qeyd olunmuş fayla daxil olduqda müəyyən edilir ki, təhqiqatçı X1 özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan və təvəllüdü soruşulur. Təqsirləndirilən şəxs də cavabında 21-ci məhəllədə yaşadığını və təvəllüdünün 1982-ci il olduğunu deyir. Təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınması və gəzdirilməsində şübhəli olduğu üçün saxlanıldığını deyib polis əməkdaşlarına özlərini təqdim etməyi bildirir, polis əməkdaşları da özlərini təqdim edirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi təqdim etdikdən sonra ona vəkil Nail Məmmədovu təqdim edərək hüquqlarının həmin vəkil tərəfindən müdafiə olunacağını deyir. Bundan sonra Təqsirləndirilən şəxs anasının Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə etmiş olduğu müraciətlə bağlı yaşadığı evə gəlindiyini, evə baxış keçirildiyini və baxış zamanı onun üzərində özünə məxsus narkotik vasitə olduğunu deməsi bildirildi. Sonra isə Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla qadağan olunmuş maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs isə əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülünü çıxararaq təqdim edir və öz şəxsi istifadəsi üçün Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində tanımadığı şəxsdən 15 manat pul müqabilində aldığını bildirir. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə olması görünür. Həmin maddə tərəzidə çəkildikdə çəkisinin 0,48 qram olması müəyyən edilir. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır və onun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılır və Təqsirləndirilən şəxs tərəfindən üzəri imzalanır. Vəkil tərəfindən Təqsirləndirilən şəxs sual verilir ki, üzərindən çıxan maddə ona məxsusdurmu, sonuncu isə cavabında özünə məxsus olduğunu bildirir. Sonda isə çəkiliş dayandırılır.( iş vərəqə 24-25, 26-27, 122-124) “Baxış keçirilməsi”, “Şəxsi axtarış keçirilməsi” barədə xx.xx.2021-ci il tarixli protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Sumqayıt şəhər məhkəməsinin hakimi Elçin Məmmədov tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli, 5(060)-461/2021 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar və həmin qərarla bağlı aparılan prosessual hərəkətlər insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanunu hesab edilmişdir. (iş vərəqə 112) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3315 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs Yaşadığı ünvandan aşkar olunmuş kütlələr” yazısı olan zərfdəki 4 (dörd) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,378 qram, 0,416 qram, 0,475 qram və 6 (altı) ədəd “gümüşü” rəngli siqaret kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,163 qram, 0,044 qram, 0,173 qram, 0,169 qram, 0,099 qram, 0,093 qram, ümumi təmiz çəkisi 2,558 qram tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs Üzərindən aşkar olunmuş” yazısı olan zərfdəki 1 (bir) ədəd “gümüşü” rəngli siqaret kağız bükümdə təmiz çəkisi 0,187 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 2,745 qram təşkil edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroin onun yaşadığı ünvandan götürülmüş ümumi 10 ədəd bükümlərdəki heroinlərdən xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə fərqlidir. Tədqiata təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd arxasında “500g” yazısı olan “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini müəyyən etmək mümkün olmamışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 35- 40) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3702 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 148-149) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Sumqayıt şəhər narkoloji dispanseri tərəfindən verilmiş 3899 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə 2019-cu ilin dekabr ayından etibarən narkomaniya diaqnozu ilə qeydiyyatdadır. (iş vərəqə 143) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Sumqayıt ŞPİ-nin 1-ci PB-dən daxil olan məktubdan görünür ki, keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinlər onun özünə məxsusdur, sonuncu həmin narkotik vasitələri satış məqsədi ilə əldə etmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələrin xarici görünüşləri və kimyəvi tərkiblərinə görə fərqli olmalarının səbəbləri araşdırılmış və belə nəticəyə gəlinmişdir ki, sonuncu həmin narkotik vasitələri fərqli şəxslərdən əldə etdiyinə görə xarici görünüşləri və kimyəvi tərkibləri fərqlidir. Təqsirləndirilən şəxs yaşadığı evdə ona məxsus dolabdan aşkar olunaraq götürülmüş narkotik vasitələrin oraya Şahid1 və ya Şahid2 tərəfindən qoyulması, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitələrin sonuncunun kimdən əldə etməsi barədə əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Bu istiqamətdə əməliyyataxtarış tədbirləri davam etdirilir, gələcəkdə müsbət nəticə əldə olunarsa istintaqa məlumat veriləcəkdir. (iş vərəqə 125) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə: 130-131) İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 19 saylı MKS-dən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qeydiyyatda olduğu müddət ərzində yazılı və şifahi şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 147) Məhkəmə Təqsirləndirilən şəxs özünə aid otaqdan aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması, həmin narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması, onların miqdarı və növ üzrə qablaşdırılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması, polis əməkdaşları tərəfindən saxlanılma vaxtı barədə gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü qızı X4 olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qimsində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 17, 76-77, 102-103) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsinə yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarında saxlanılan –2,525 qram narkotik vasitə olan heroin məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 06 il (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarında saxlanılan –qalıq çəkisi 2,525 qram narkotik vasitə olan heroin məhv edilsin, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-126/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-126/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver