Məhkəmə qərarları › İş №1(124)-126/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-126/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-126/2023 06.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və təqsirləndirilən şəxsin iştirakları ilə, 03 avqust 1995-ci il tarixdə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi və xx xxxxxxxx 1995-ci il tarixdə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 8amış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 istintaqla dəqiq müəyyən edilməmiş vaxtda, mənbədən və miqdarda satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroinin ayrı- ayrılıqda çəkiləri 1,449 qram, 0,165 qram, 0,133 qram, 0,258 qram, ümumi təmiz çəkisi 2,005 qram olmaqla külli miqdar təşkil edən 4 bükümün ümumi təmiz çəkisi 0,556 qram təşkil edən 3 bükümünü 2022-ci il 07 fevral tarixdə, saat 16 radələrində, Şabran şəhəri T. Abbasov küçəsində "Azkredit” bank olmayan kredit təşkilatının qarşısında tanışı Təqsirləndirilən şəxs2 100 (yüz) manata satmış, təmiz çəkisi 1,449 qram təşkil edən bir bükümünü isə əynindəki boz rəngli cins şalvarın sağ yan cibinə yerləşdirib üstündə gəzdirməklə satış məqsədi ilə qanunsuz olaraq saxlamış, həmin günü, saat 21 radələrində, Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri nəticəsində o, Şabran şəhəri M,Ə.Rəsulzadə küçəsində yerləşən bazarın yaxınlığında saxlanılmış, üzərinə keçirilmiş şəxsi axtarış zamanı təmiz çəkisi 1,449 qram təşkil edən bir büküm kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs2 2022-ci il 7 fevral tarixdə, saat 16 radələrində, Şabran şəhəri, T.Abbasov küçəsində yerləşən "Az kredit” bank olmayan kredit təşkilatının yaxınlığında tanışı Şabran rayon sakini Təqsirləndirilən şəxs1 100 manata almaqla satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi ayrı-ayrılıqda çəkiləri 0,165 qram, 0,133 qram və 0,258 qram ümumi təmiz çəkisi isə 0,556 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan üç büküm heroini ünvan 2 ünvanında yerləşən, tanışı X6 məxsus evdə ayrı-ayrılıqda çəkiləri müvafiq olaraq 0,165 qram və, 0,133 qram təşkil edən iki bükümü yataq otağındakı dolabda, 0,258 qram təşkil edən bir bükümü isə paltar rəfində gizlətməklə qanunsuz olaraq saxlamış, həmin günü, saat 19 radələrində, Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ümumi təmiz çəkisi 0,556 qram təşkil edən 3 büküm sözügedən narkotik vasitə heroin Zəka Əsgərova məxsus evdə aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü qismən bilərək ifadəsində göstərdi ki, onu Tofiq Abbasov küçəsində saat 9-10 radələrində tək saxlamışlar, bölməyə aparılmış, üzərindən 01 ədəd bükümdə narkotik vasitə aşkar edilmişdir. İttiham aktında 04 büküm olması yazılmış, amma onda 01 büküm narkotik vasitə olmuşdur. 03 büküm narkotik vasitəni 100 manata, 1 qramını isə 30 manata satması ilə bağlı yazılanlar yalandır. O, nəinki Mövluda, ümumiyyətlə heç kəsə narkotik vasitə satmamışdır. Üzərindən aşkar olunan narkotik vasitə 1,5 qram olmuşdur. 2 ay olar ki, narkotik vasitə istifadə etmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayır və təxminən 2 ilə yaxındır ki, "Zeytun” firmasında satış nümayəndəsi işləmişdir. Təxminən 2 aya yaxındır ki, müxtəlif növ narkotik vasitələrdən istifadə edir. Adətən narkotik vasitələrdən kakos kimi tanınan narkotik vasitəni yandırıb, tüstüsünü çəkmək yolu ilə qəbul etmişdir. Əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 2022-ci ilin fevral ayının əvvəllərində axşam saatlarında Bakı şəhərində Şamaxinka adlanan ərazidə olduğu zaman bir ədəd qara rəngli sellofan torba tapmışdır. Torbanı əlinə götürüb, içərisinə baxarkən "Kent" markalı siqaret qutusunun içində ağ sellofan torbaya bükülmüş 4 ədəd bükümdə narkotik vasitə hesab edilən heroin olmasını görmüşdür. Bundan sonra sellofan torbanı və siqaret qutusunu zibil qutusuna ataraq, həmin narkotik vasitəni istifadə etmək məqsədilə tapdığı bükümləri cibinə qoyaraq yaşadığı Şabran şəhərinə getmişdir. Təqsirləndirilən şəxs2 Şabran rayon sakini kimi tanımış və onunla münasibəti həmişə yaxşı olmuşdur. 07 fevral 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə olduğu zaman Mövlud onun mobil telefonuna zəng edərək özünü pis hiss etdiyini və ona narkotik vasitə lazım olduğunu bildirmişdir. Oda öz növbəsində Mövluda Şamaxinka adlanan ərazidən tapdığı narkotik vasitə hesab edilən heroinlərdən 3 bükümünü 100 manat pula sata biləcəyini demişdir. Mövlud onunla razılaşdıqdan sonra onunla Şabran şəhəri T.Abbasov küçəsində görüşərək üzərində olan 3 büküm narkotik vasitə hesab edilən heroni ona 100 manat pula satmış və digər 1 bükümü isə özündə saxlamışdır. Mövlud yenə də ona zəng edərək əlavə narkotik vasitə olub-olmamasını ondan soruşmuş və borcu olduğuna görə üzərindəki axırıncı 1 ədəd bükümdə olan heroini də 30 manat pula ona satmağı düşünmüşdür. Həmin günü saat təxminən 21 radələrində piyada Mövludun olduğu, Zəka Əsgərovun yaşadığı Şabran şəhəri T.Abbasov küçəsindəki evi istaqamətinə piyada hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmış və RPŞ-nə gətirilmişdir. RPŞ-nin növbətçi hissəsində hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə keçirilmiş şəxsi axtarış zamanı 1 ədəd bükümdə narkotik vasitə hesab edilən heroin əyinindəki boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları həmin bükümün içindəki qəhvəyi rəngli kütlənin nə olmasını ondan soruşduqda o, üzərindən aşkar edilmiş bükümdəki kütlənin narkotik vasitə olan heroin olduğunu demişdir. Üzərindən aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə hesab edilən heroin ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə protokol tərtib edildikdən sonra imzalan ilə təsdiq edilmişdir.(cild 1, iş vərəqə 119-121) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, üstündə həqiqətən narkotik vasitə olmuşdur. Özü də, Zəka da narkotik vasitə istifadəçisidir, Zəkagilin evində birlikdə narkotik vasitədən istifadə etmişlər, üstündə narkotik vasitə olmuşdur. Bir az keçdikdən sonra polis əməkdaşları gəlmiş, narkotik vasitəni hardan aldığını soruşmuş, o isə Quba rayonunda yaşayan, narkoloji dispanserdə tanış olduğu Eldənizdən aldığını bildirmişdir. Aminin necə tutulmağından xəbəri yoxdur. Çəkiliş zamanı təzyiq altında ifadə vermişdir. Narkotik vasitəni istifadə etmək üçün əldə etmişdir, başqa məqsədi olmamışdır. Aminlə birlikdə narkotik vasitələrdən istifadə etmişlər, lakin ondan narkotik vasitə almamışdır. O, ifadəsini qismən təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, müxtəlif növ narkotik vasitələrdən istifadə edir. Adətən kakos kimi tanınan narkotik vasitəni qəbul edir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, rayon məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 06 fevral 2022-ci il tarixdə 2 ilə yaxındır ki, tanıdığı Xaçmaz rayon sakini Bibiseydə onunla telefon əlaqəsi saxlayıb və onunla görüşmək istədiyini bildirmişdir. Ertəsi gün yəni, 07 fevralda görüşə biləcəyini ona demişdir. 07 fevral 2022-ci il tarixdə saat təxminən 10 radələrində Bibisəidə ilə Şabran şəhərində yerləşən bazarın yaxınlığında görüşmüşdür. Hava soyuq olduğuna görə tanışı Zəka Ələsgərovun evinə getməyi ona təklif etmişdir. Bibiseydə ilə birlikdə Z.Ələsgərovun yaşadığı evə getməmişdən əvvəl bazarın yaxınlığında yerləşən mağazadan yemək üçün ərzaq məhsulları almış və sonra Zəkanın yaşadığı Şabran şəhəri, T.Abbasov küçəsində yerləşən evinə getmişlər. Zəka Ələsgərovla görüşüb üçü birlikdə yemək yeyərək bir neçə dəqiqə söhbət etmişlər. Zəka Ələsgərovun üzərindəki paltarlar köhnə olduğuna görə onun üçün pal-paltar gətirmək məqsədilə evdən çıxıb və yaşadığı evə getmişdir. Yolda bədəni narkotik vasitə tələb etdiyinə görə Şabran şəhər sakini Amin adlı şəxsə zəng edib və onda satılıq narkotik vasitə olub-olmamasını soruşmuşdur. Amin 3 büküm narkotik vasitə olan heroini 100 manata ona sata biləcəyini bildirmişdir. Həmin günü saat 16 radələrində Şabran şəhəri, T.Abbasov küçəsində "Az kredit” bankın yaxınlığında Aminlə görüşmüş və o, 3 büküm narkotik vasitə hesab edilən heroini 100 manat pula ona satmışdır. Həmin bükümləri Amindən aldıqdan sonra Zəka Ələsgərovun yaşadığı evə çıxıb getmişdir. Evə getdikdən sonra üzərində olan narkotik vasitələri çıxardaraq iki bükümünü yataq otağındakı dolabın üzərinə və digər bir bükümü isə paltar rəfinin üzərinə qoymuşdur. Bibiseydə onda narkotik vasitə hesab edilən heroinin olub-olmamasından heç bir xəbəri olmamışdır. Bu zaman Şabran RPŞ-nin əməkdaşları Z.Ələsgərovun yaşadığı evə gəlib və keçirdikləri baxış zamanı 3 ədəd bükümdə narkotik vasitə hesab edilən heroin aşkar edilərək götrüulmüşdür. Aşkar edilmiş 3 ədəd bükümlərdə narkotik vasitə hesab edilən heroinlər ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə protokol tərtib edildikdən sonra imzaları ilə təsdiq edilmişdir.( cild 1, iş vərəqə 99-101) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şabran RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili X4 ifadəsində göstərdi ki, Şabran şəhər sakini Təqsirləndirilən şəxs2 Şabran şəhəri, T.Abbasov küçəsində yerləşən evdə qanunsuz olaraq nakotik vasitələrin qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 07 fevral 2022-ci il tarixdə axşam saat 18 radələrində digər polis əməkdaşları ilə birlikdə Şabran şəhəri, T.Abbasov küçəsində yerələşən evə getmişlər. Qeyd olunan evə daxil olduqdan sonra orada Şabran şəhər sakinləri Təqsirləndirilən şəxs2, X7 və Xaçmaz rayon sakini Şahid1 olmasını görmüşlər. Videoçəkliş aparmaqla keçirdikləri baxış zamanı evin yataq otağındakı dolabın üzərindən 2 büküm və paltar rəfinin üzərindən isə 1 bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əyinindəki şalvarın cibindən 1 büküm psixotrop maddəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 aşkar edilmiş 3 ədəd bükümdəki kütlələrin narkotik vasitə hesab edilən heroin olduğunu və onların tanışı Şabran şəhər sakini Təqsirləndirilən şəxs1 adlı şəxsdən aldığını bildirmişdir. Şahid1 üzərində aşkar olunan psixotrop maddəyə bənzər kütlənin özünə məxsus olduğunu və onu Şabran şəhərində yerləşən avtovağzaldan tapdığını demişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1la telefon əlaqəsi saxlayaraq ondan əlavə olaraq daha 1 bükümdə narkotik vasitə almaq istədiyini bildirmişdir. Amin yenə də ona narkotik vasitə hesab edilən heroin satmağa razı olduğunu demişdir. Buna görə də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin günü saat 21 radələrində şəhər bazarının yaxınlığında saxlanılmış və RPŞ-nə gətrilərək onun üzərinə videoçəklişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman 1 büküm narkotik vasitə olan heroin Təqsirləndirilən şəxs1 əyinindəki şalvarın cibindən aşkar edilərək götürülmüşdür. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şabran RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid6 məhkəmədə ifadəsi alınmış polis əməkdaşı X4 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid polis əməkdaşları Şahid3, Şahid7 və Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, onlar məhkəmədə ifadələri alınmış polis əməkdaşları X4 və Şahid6 ilə oxşar məzmunlu ifadə verərək onları göstərdiyi xüsusatları təsdiq etmişdir. ( cild 1, iş vərəqə 148-151; cild 2, iş vərəqə 7-10; 83-86) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xudat şəhəri PMK10 ünvanında yerləşən evdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Əsasən narkotik vasitə hesab edilən kakosu yandıraraq tüstüsünü çəkərək qəbul edir. Təxminən 2 ilə yaxındır ki, Şabran şəhər sakini Təqsirləndirilən şəxs2 tanıyır və onunla da münasibətləri həmişə yaxşı olmuşdur. Həftədə bir və ya iki dəfə Şabran şəhərinə gəlib və Mövludla görüşmüşdür. Təxminən 2-3 gün əvvəl axşam saatlarında Xaçmaz şəhərinə qayıtmaq məqsədilə Şabran şəhərində yerləşən avtovağzalda olarkən 1 ədəd kibrit qutusunun içərisində ağ rəngli metamfetaminə bənzə psixotrop maddə taparaq istifadə etmək üçün həmin bükümü cibinə qoymuşdur. 06 fevral 2022-ci il tarixdə gecə saatlarında Mövludla telefon əlaqəsi saxlayıb və onunla görüşməyi təklif etmişdir. Ertəsi günü 07 fevralda səhər saat 10 radələrində Xaçmaz rayonundan Şabran rayonuna gəlib və Şabran şəhərində yerləşən bazarın yaxınlığında Mövludla görüşmüşdür. Mövludla bazarın yaxınlığında yerləşən mağazadan ərzaq malları alaraq onun Zəka adlı tanışının yaşadığı Şabran şəhəri, T.Abbasov küçəsində yerləşən evinə getmişlər. Zəka adlı şəxsin yaşadığı evdə üçü birlikdə yeyib-içdikdən sonra saat 16 radələrində Mövlud Zəkanin yaşadığı evi tərk edərək çıxıb getmiş və təxminən 50 dəqiqə sonra Mövlud geri qayıtmışdır. Həmin günü saat 19 radələrində polis əməkdaşları olduqları evə daxil olub, baxış keçirdikləri zaman Mövluda məxsus iki büküm narkotik vasitə hesab edilən heroin yataq otağındakı dolabın üzərindən və bir büküm heroin isə paltar rəfinin üzərindən aşkar edilərək götürülmüşdür.( cild 1, iş vərəqə 138-141) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid X7 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmasına baxmayaraq ünvan 5r. Təxminən 3 ildir ki, müxtəlif növ narkotik vasitələrdən istifadə edir. Şabran şəhər sakini Təqsirləndirilən şəxs2 və Xudat şəhər sakini Şahid1 ilə dostluq edir və münasibəti onlarla həmişə yaxşı olmuşdur. 07 fevral 2022-ci il tarixdə günorta saatlarında evdə olduğu zaman Mövlud və Bibiseydə onun yaşadığı evə qonaq gəlmişlər. Onların əllərində 2-3 ədəd içərisi ərzaqla dolu sellofan torbalar olmuşdur. Süfrə hazırlayaraq üçü birlikdə yeyibiçmişlər. Mövlud əynindəki paltarlarının köhnə olmasını ona deyərək onun üçün evindən pal-paltar gətirmək məqsədilə onun evindən çıxıb və özünün yaşadığı evə getmişdir. Mövlud getdikdən sonra Bibiseydə ilə birlikdə oturub söhbət etmişlər. Təxminən 1 saat sonra Mövlud əlində 2-3 ədəd sellofan torba ilə yaşadığı evə gəlib və onun üçün gətirdiyi paltarları ona vermişdir. Həmin günü saat 19 radələrində polis əməkdaşları ona məxsus evə daxil olub, evə baxış keçirdikləri zaman Təqsirləndirilən şəxs2 məxsus iki büküm narkotik vasitə hesab edilən heroin yataq otağındakı dolabın üzərindən və bir büküm heroin isə paltar rəfinin üzərindən aşkar edilərək götürülmüşdür. Bundan başqa Bibiseydənin üzərində olan bir ədəd bükümdə psixotrop maddə metamfetamin cibindən aşkar edilərək götürülmüşdür. Həm Mövluda, həmdə ki, Bibiseydəyə məxsus narkotik və psixotrop maddələrdən xəbəri olmadığını bildirmişdir.( cild 1, iş vərəqə 131-134) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid8 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonu, Amsar kəndində qeydiyyatda olmağına baxmayaraq ünvan 6 ünvanında yerləşən evdə yaşayır. Zəka Əsgərov onun doğma oğludur və o,. 2022-ci ilin fevralın 10-da gecə saatlarında evdə tək olduğu zaman ürək çatışmamazlığından vəfat etmişdir. Zəka Əsgərov uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkmiş və təxminən 3 ilə yaxın bir müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir. Şabran rayonu, Sincanboyad kəndində yerləşən "Seyid Əfqan’’ın obyekti kimi tanınan restoranda gecə vaxtlarında mühafizəçi işlədiyinə görə evində nadir hallarda olmuşdur. Zəka Əsgərovun vəfat etdiyi gecə də işdə olmuş.və işdən qayıdaraq evinə gəldikdə Zəkanın ölməsini aşkar etmişdir. Təqsirləndirilən şəxs2 və Şahid1ı bir neçə dəfə oğlu Zəkanın yanında görmüş və onların narkotik vasitə istifadə etmələrindən heç bir məlumatı olmamışdır. 07 fevral 2022-ci il tarixdə işdə olduğuna görə onların yaşadığı Şabran şəhəri, T.Abbasov küçəsində yerləşən evinə gəlib və orada birlikdə narkotik vasitə qəbul etmək istədikləri zaman RPŞ-nin əməkdaşları tərəfindən saxlanmalarından sonradan məlumatı olmuşdur. ( cild 1, iş vərəqə 144-147) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 fevral 2022-ci il tarixli “Əməliyyat məlumatının yoxlanılması barədə” qərardan görünür ki, Şabran şəhəri, T. Abbasov küçəsi, 4 ünvanında yaşayan Şahid8 yaşadığı ünvanda ünvan 8ayan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz satışı və qəbulu ilə məşğul olması barədə Şabran CAB-nə əməliyyat məlumatı daxil olmuşdur.(İ cild, iş vərəqə 03) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid8 yaşadığı evə baxış keçirilən zaman evin yataq otağındakı mebel dəstinin üzərində 02 ədəd, paltar şkafının üzərindən isə 01 ədəd içərisində narkotik tərkibli maddəyə bənzər kütlə olan bükümlər aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs2 həmin 03 ədəd bükümlərin ona məxsus olmasını, şəxsi istifadə məqdəsi ilə onu Amin adlı şəxsdən alaraq qonaq qismində gəldiyi Zəka Əsgərovun yaşadığı evdə saxlamasını etiraf etmişdir. (Cild 1, iş vərəqləri 06- 07) Baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarış aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 əyinindəki cins şalvarın sağ arxa cibindən siqaretin gümüşü kağızına bükülmüş 1 büküm psixotrop maddəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Şahid1 üzərində aşkar olunan psixotrop maddəyə bənzər kütlənin özünə məxsus olduğunu və onu fevral ayının əvvəllərində Şabran şəhərində yerləşən avtovağzaldan tapdığını demişdir. (Cild 1, iş vərəqləri 33-34) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarış aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əyinindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 büküm narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 53-54) Şəxsi axtarış aparılması haqqında xx.xx.2022-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 08 fevral 2022-ci il tarixli 6/773 saylı rəyinə əsasən X2 üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,127 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs2 aşkar edilmiş 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,165 qram, 0,133 qram, 0,258 qram ümumi təmiz çəkisi 0,556 qram olan qəhvəyi rəngli maddələr, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,449 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik maddə heroindir. Heroin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı) İ daxildir. Metamfetamin 2005-ci il 28 İyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı) İ daxildir. Metamfetaminin təmiz çəkisi 0,127 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,077 qram. Heroinin təmiz çəkisi-0,556 qram, tədqiqata sərf edildi-0,150 qram, qalıq-0,406 qram. Heroinin təmiz çəkisi-1,449 qram, tədqiqata sərf edildi- 0,050 qram, qalıq-1,399 qram.( cild 1, iş vərəqə 75-79) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Məhkəmə- Narkoloji Ekspertizasının 31 mart 2022-ci il tarixli 1488 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. ( cild 2, iş vərəqə 50- 53) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji Ekspertizasının 17 mart 2022-ci il tarixli 1349 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 48-50) Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,449 qram heroin, təqsirləndirilən Təqsirləndirilən şəxs2 məxsus 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,165 qram, 0,133 qram, 0,258 qram ümumi təmiz çəkisi 0,556 qram heroin və Bibisəidə Ağacanın üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,127 qram olan psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməklə saxlanılması üçün Şabran RPŞ-nin maddi-sübutlar otağına təhvil verilmişdir və şəxsi axtarış və üzləşdirmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir.( cild 2, iş vərəqə 87-93) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvəllər məhkum olunmamışdır.( cild 2, iş vərəqə 28) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Şabran rayon Məhkəməsindən alınmış hökümün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Şabran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(031)-7/2022-ci il tarixli hökmü ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. (cild 2, iş vərəqə 23-25; 29) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər inzibatı ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.( cild 2, iş vərəqə 80) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər inzibatı ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.( cild 2, iş vərəqə 81) Məhkəmə, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün dəlil gətirməmişdir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına, CM-nin 234.1-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini, təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutataraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs2 Şabran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(031)-7/2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub birləşdirilməklə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətlərin residivi zamanı nəzərə alınmadığından, məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmadığını qeyd edir. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Şabran rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 2, iş vərəqə 67-69) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Şabran rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 2, iş vərəqə 59-61) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Şabran RPŞ-nin maddi-sübütlar otağına təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq qalan təmiz çəkisi 1,399 qram heroin, 0,406 qram heroin və 0,077 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 40,50 ( qırx manat əlli qəpik) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 01(bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Mövlud Məhəmməd oğluna Şabran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(031)-7/2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub hesablanmaqla 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək qismən birləşdirilsin və o, qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Şabran RPŞ-nin maddi-sübütlar otağına təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq qalan təmiz çəkisi 1,399 qram heroin, 0,406 qram heroin və 0,077 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 40,50 (qırx manat əlli qəpik) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar