Məhkəmə qərarları › İş №1(124)-126/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-126/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-126/2025 07.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, milliyətcə azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, Abşeron rayonu Saray qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 20-də qeydiyyatda olan və həmin ünvanda yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə saat 02:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, İ.Əmiraslanov küçəsi, 8 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs evində usta işləyən Səxi adlı tanışından ona olan pul borcunu almaq üçün həmin ünvana gəlib Zərərçəkmiş şəxs Səxi adlı şəxsi soruşduqda gecə vaxtı evinə gəldiyinə görə aralarında yaranmış mübahisə zamanı, evin həyətində üzərində gəzdirdiyi istintaqa məlum olmayan cib bıçağı ilə sonuncunun qarnının sağ yarısı nahiyəsinə bir dəfə vuraraq qarın nahiyəsinin ön səthinin sağ yarısının qarın boşluğuna nüfuz edən, qaraciyəri yaralayan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, öz yanında işləyən ustanı axtarmış, sonra onun üçün Elşənin evinə getmiş və Elşən onları aralamaq istəyəndə bu hadisə baş vermişdir, Elşəni sağ tərəfindən vurmuş, amma əslində onu vurmaq istəməmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, Elşənin evinə axtardığı usta üçün getmiş, Elşənlə heç bir mübahisəsi düşməmiş, Elşən özü qabağına gəlmişdir ki, “usta bizim həyətdədi, onunla işin olmasın”. Bıçaq həmişə üstündə olmuş, onu atmış, zərərçəkmiş şəxslə barışmışdır, onunla dostdur. Axtardığı adam Səfi olmuş, ona demişlər ki, Səfi Elşəngilin məhləsindədir, gedib çağırmış, Elşən Səfi ilə birlikdə onun qarşısına çıxmışdır. Elşəni çoxdan tanımış, heç bir problemləri olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmiş, o məhkəmə iclasında elan edilən cür ifadə verməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ilkin ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvələrdə törətdiyi cinayət əmələrinə görə məhkumluq həyatı yaşamış, lakin heç kimlə düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs təxminən 15-ildən artıqdır ki, tanıyır, onunla münasibəti yaxşı olubdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində yaşadığım evdə olarkən yemək yeyib təxminən yarım litir spirtli içki qəbul etmiş, həmin gün saat təminən 24 radələrində yaşadığı evdən çıxanda böyük qardaşı Məcnun onu arxadan çağırmış və “ İçkilisən heç yerə getmə” demiş, həmin vaxt həyətdə oturmuş və bir müddətdən sonra qardaşının evə girdiyini görüb, həyətdən çıxmışdır. Evində usta işləmiş Səxi adlı şəxsin ona 120 manat pul borclu olmasını xatırladığından gedib pulumu geri almaq qərarına gəlmişdir. Saxi adlı ustanın Elşən adlı şəxsin yaşadığı ünvanda işlədiyini eşitdiyindən Elşadın yaşadığı evə getmiş və evin həyətindən Elşəni çağırmış və Elşən bayıra çıxmış ondan səxini soruşmuşdur. Elşən əsəbi formada “ burda yoxdu” demişdir. Həmin vaxt Elşən tərəfindən itələnərək həyətdan bayıra çıxardılanda “gecə vaxtı niyə mənim həyətimə gəlmisən” deməklə ünvanına kobud ifadəllər işlətmişdir. Həmin vaxt ünvanıma kobud sözlər deməsindən əsəbləşib özündən ash olmayaraq cibində meyvə soymaq üçün nəzərdə tutulmuş cib bıçağını çıxarıb Elşənin qarın nahiyyəsindən bir dəfə vurmuşdur. Elşən qarın nahiyyəsini əliylə tutmuş və “nə etdin niyə məni vurdun” deyib bir yerdə bayıra çıxmışlar, həmin vaxt Elşənin qarın nahiyyəsindən az miqdarda qan gəldiyini görüb yəqin yarasının yüngül olduğunu düşünmüşdür.Həmin vaxt ayılmış və hətta elşəndən üzr istəmişdir. Elşənin yarasının ciddi olmadığını düşünüb, həmdə onun bacısın ev tərəfdən gəldiyini görüb oradan uzaqlaşıb evə getmişdir. Həmçin həmin vaxt qorxusundan bıçağı hara tulladığını xatırlamır. Hadisə barədə evdə heç kimə heçnə deməmiş və yatmışdır. Həmin gün onu heç kim narahat etməmişdir. Amma axşam vaxtı yaşadığı evdə olarkən Elşənin bacısı Vüsalə gəlmiş qardaşı Elşəni vurduğuna görə iradını bildirmiş və onun vurma səbəbini soruşduqda ona təsadüfdən olduğunu demişdir. Səhərisi gün xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində polis əməkdaşları yaşadığı evə gələrək, sən Elşənlə dava etmisən ona görədə bizimlə birlikdə Saray PB-nə gəlməlisiz dediyindən, etraz etməmiş və polis əməkdaşları ilə birlikdə X4 gəlmişlər. Saray polis bölməsində ondan hadisə ilə əlaqədar şifahi qaydada soruşduqda sərxoş olduğundan hadisəni xatırlamadığını bildirmişdir. Ondan sonra Abşeron RPİ-nin İŞ-nə gətirmişlər. Etdiyim əməldən peşman olmaqla törətdiyi əməli səmimi etraf edir. Mübahisə ani baş verdiyini və ümümumilikdə 1-2 dəqiqə davam etdiyini və mübahisə vaxtı Elşənlə özündən başqa orada heç kimin olmadığını bildirmişdir.( iş vərəqi, səh. 52-53) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə günü anasıgildə olmuş, kimsə Rüfətə yanlış məlumat vermişdir ki, axtardığı adam onların məhləsindədir. Rüfət onların həyətinə gəlmiş, sərxoş olmuş, qapıda biraz mübahisələri düşmüş, o heç onu vurduğunu görməmişdir, sadəcə nəyinsə ona 1 dəfə batdığını hiss eləmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, Rüfətlə barışmışdır. Kimsə Rüfətə səhv demişdir ki, axtardığı adam onlardadır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs doğma qardaşıdır, onunla bir mənzildə yaşayır. xx.xx.2024-cü il tarixdə təxminən saat 02:30 radələrində evdə olarkən həyətdən səs gəlmiş və səsə Elşən bayıra çıxmaqla danışıq səslərinin davam etdiyini eşidib bayıra çıxmışdır. Həmin vaxt Elşənin yanında olan şəxs ondan aralaşıb getmiş, Elşən isə qarın nahiyyəsini əli ilə tutduğundan ondan nə olduğunu soruşmuş, həmin vaxt Elşən bıçaqla vurulduğunu demişdir. Ondan kim tərəfindəm vurulduğunu soruşduqda o bilmədiyini demişdir. Əvəlcə özü Elşənə ilkin yardım göstərmiş, sonra taksi çağıraraq tanımadığı taksi maşını ilə Elşəni Sumqayıt şəhər TTYXna aparmışdır. Xəstaxanada Elşəni əməliyyat etmişlər. Sonradan Elşən onun Rüfət tərəfindən vurulduğunu lakin ondan şikayət və tələbinin olmadığını demişdir. Rüfət Elşəni vurduğu üçün onun yaşadığı ünvana getmiş və ona iradını bildirib qardaşını niyə vurduğunu soruşmuşdur. O, sərxoş olduğunu, Səxi adlı ustanın dalınca gəldiyini həmin vaxt Elşən kobud sözlər deyib itələyib həyətdən bayıra çıxarmaq istədikdə əsəbləşib onu vurduğunu səhv etdiyini və üzr istədiyini bildirmişdir. Məhkəmə, iş üzrə məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 31 may 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ilkin izahat əsasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanının həyətidir. (iş vərəqi, səh. 6-10) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibb ekspertizası təyin olunaraq rəy alınmışdır. Mənkəmə tibb ekspertizasının verdiyi xx.xx.2024-ci il tarixli, 1444 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - qarın nahiyəsinin ön səthinin sağ yarsının qarın boşluğuna nüfuz edən , qaracaiyəri yaralayan 1( bir) ədəd deşilmiş kəsilmiş yarası iti deşici -kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (iş vərəqi, səh. 98-105) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respubilkası Səhiyyə nazirliyinin “Məhkəmə-tibbi ekspertizası və pataloji Anatomoiya Birliyi”nin X5 Məhkəmə-Tibbi-Krimnalisitika şöbəsinin 09 avqust 2024-cü il tarixli 326/2024-MTKŞ saylı rəyində göstərilmişdir ki, Ekspertizaya təqdim eilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yarsının aşağı nahiyyəsi üzərində 01 (bir) ədəd dəlib-keçən zədə müşahidə olundu.Bu zədənin forma , xarakter və metoloji əlamətinə görə demək olar ki, bu deşilmiş kəsilmiş zədə olub, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlməsi istisna olunmur.( iş vərəqi, səh. 111- 113) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Komisyon ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilərək rəy alınmışdır. Komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-ci il tarixli 2276 nömrəli nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyinin əlamətləri aşkar olunmur.Təqsirləndirilən şəxsada xasiyyətin psixopatik cizgiləri müəyyən edilir.Bunu cinayət işimaterialları, anamenstik məlumatlar və hal- hazırki psixatrik müayinənin nəticələri və.s sübut edir.Təqsirləndirilən şəxs əvvəllə psixatrik müəssisələrə müraciət etməmiş, onda hər hansə psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyənb edilməmişdir. Hövsələksizlik , konfiliktə meyillik qıçıga qarşı həssaslıq kobudluq kimi fərdipsixoloji xüsusiyyətlərə malikdir.Psixi xüsusiyyətlərinə görə cinayət hadisəi baş verən zaman və ondan sonra hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Həmçinin o, iş üçün əhmiyyət kəsb edən halları adekvat qavrayaraq bu barədə düzgün ifadə vermək iqtidarındadır.Təqsirləndirilən şəxs cinayət əməlini törədən zamanı şüur və davranışlarına mühüm təsir göstərə bilən emionsional halda , fıziloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs ona ittihan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək, həmçinin istintaqa düzgün ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.( iş vərəqi, səh. 114-117) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş 01 iyun 2024-cü il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. ( iş vərəqi, səh. 14) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Moskva şəhəri, Çeremuşkin rayon məhkəməsinin xx.xx.2006- cı il tarixli hökmü ilə RF-nın CM-nin 161m, İİ hissəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan mərhum etmə cəzası təyin edilmişdir. Bundan başqa Abşeron rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 2000 manat cərimə cəzası təyin edilmişdir.Bundan başqa Abşeron rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 263.1, və 67.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlığın məhdudlaşdırılması və 2000 manat cərimə cəzası təyin edilmişdir. Qaradağ rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 02 il 06 ay 09 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Bakı Ağır cinayətlər məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan respubilkası CM-nin 126.2.2, 67.1,68.2-ci maddələri təqsirli bilinərək 07 il 11 ay 28 gün azadlığdan məhrum etmə cəzasına məhkum edilmiş və 2000 manat cərimə cəzası təyin edilmişdir. Sumqayıt Apelyasiya məhkəməsinin xx.xx.2012-cü il tarixli qərarı ilə xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilib CM-nin 126.2.2-ci maddəsi CM-nin 126.1-ci maddəsinə tövsif edilib CM-nin 126.1-ci və 67.1-ci maddələrinə əsasən 05 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası və 2000 manat cərimə cəzası saxlanılmışdır. Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 7(003)-160/2017-ci il tarixli qərarında Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 14 avqust 2012-ci il tarixli qərarı ilə təyin edilən 5 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan doqquz ay on üç gününü çəkmədən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işi materiallarının məhkəmədə tədqiqi zamanı təqsirləndirilən şəxsə təyin edilmiş cərimə cəzasının icrası barədə iş materiallarında heç bir məlumat olmadığından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsinə sorğu göndərilmiş və Təqsirləndirilən şəxs cəzasının çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxtdan 07 ildən çox müddət keçməyinə baxmayaraq cəzanın icrası ilə bağlı 2 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən heç bir hərəkət edilmədiyi müəyyən edilmiş, təqsirləndirilən şəxsə məxsus şəxsi iş yalnız məhkəmənin 28 dekabr 2024-cü il tarixli sorğusundan sonra icra edilməsi üçün xx.xx.2025-ci il tarixdə Sumqayıt Probasiya şöbəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsindən 14 yanvar 2025-ci il tarixdə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs 2000 manat cərimə cəzasından 250 manat ödəniş etmiş və Sumqayıt şəhər Probasiya İdarəsindən 20 fevral 2025-ci il tarixdə daxil olmuş sorğuya cavab məktubundan isə görünür ki, Təqsirləndirilən şəxs 2000 manat cərimə cəzasından hazırki vaxtadək Probasiya Xidmətinin xüsusi fonduna heç bir ödəniş etməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 2000 manat cərimə cəzasına məhkum olunduğu Abşeron rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü 22 sentyabr 2009-cu il tarixdən etibarən qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası CM-nin 80.1.2-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən yeddi il keçmiş və hökm icra edilməmişdirsə şəxs cəza çəkməkdən azad olunur. Həmçinin Sumqayıt Apelyasiya məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilib Təqsirləndirilən şəxs əməli CM-nin 126.2.2 maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilmiş, CM-nin 126.1-ci və 67.1-ci maddələrinə əsasən 05 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası və 2000 manat cərimə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 80.1.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən on iki il keçmiş və hökm icra edilməmişdirsə şəxs cəza çəkməkdən azad olunur. Odur ki, məhkəmə hesab edir ki, hər bir halda qeyd olunan hökmlərin qanuni qüvvəyə mindiyi tarixdən Məcəllənin tələbi ilə müəyyən edilmiş müddət (az ağır cinayətə görə yeddi il, ağır cinayətə görə on iki il ) keçdiyinə görə ittiham hökmünün icrası müddəti ilə əlaqədar Təqsirləndirilən şəxs 2000 manat cərimə cəzasını çəkməkdən azad olunmalı, dövlət ittihamçısının çıxışında təklif etdiyi hökmlərin məcmusu üzrə residivə görə cəzanın təyin edilməsi üçün əsaslar olmadığına görə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əslində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ağır dərəcəli bədən xəsarəti yetirmək istəməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, oğlu 03 iyun 2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 03 iyun 2024-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə . 26-27, 45-73) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 iyun 2024-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmədiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd olunan iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 05 ( beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 03 iyun 2024-cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar