Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-127/2022 01.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1980-cı ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, Xaçmaz rayonu Mürşüdoba kəndində qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa dəqiq məlum olmayan tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Yaşar» adlı şəxs tərəfindən Azərbaycan Respublikası gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ondan gizli 1 ədəd sellefon bükümdə təmiz çəkisi 510,130 qram külli miqdar təşkil edən narkotik vasitə heroini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və həmin külli miqdarda narkotik vasitə olan heroini Azərbaycan Respublikası ərazisində realizə edilməsi barədə əvvəlcədən razılığa gəlmiş və bu məqsədlə şəxsiyyəti istintaqa məlum olmayan Yaşar adlı şəxs külli miqdarda narkotik vasitə olan heroini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirib Cəlilabad rayonu Alar kəndinə qoyması barədə məlumat verdikdən sonra o, istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 iyul 2020-ci il tarixdə saat 18-20 radələrində taksi fəaliyyəti ilə məşğul olan Şahid3 idarə etdiyi «Mersedes Benz C200 CDİ» markalı, **-GT-*** qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonuna gedərək Cəlilabad rayonu Alar kəndi ərazisindən keçən Ələt-Astara avtomobil yolunun 124-cü kmdə magistral yolun kənarında olan 124 nömrəli yol nişanının altına qoyulmuş bir ədəd sellefon bükümdə qeyd olunan külli miqdar təşkil edən narkotik vasitə heroini götürüb əynində olan paltarının cibinə qoyaraq avtomobilə əyləşib satış məqsədilə qanunsuz olaraq daşıyıb Xaçmaz rayonu Mürşüdoba kəndində yerləşən fərdi yaşayış evinə gətirib saxlamış, sonra 05 sentyabr 2020-ci il tarixdə saat 22 radələrində Xaçmaz rayon Mürşüdoba kəndində yaşadığı evin yaxınlığında əvvəlcədən aralarında olan razılığa əsasən əldə etdiyi narkotik vasitənin 20 qramını 780 manata satmaq üçün sonuncudan həmin məbləğdə pulu aldıqdan sonra ilkin olaraq bir ədəd sellefon bükümdə təmiz çəkisi 0,130 qram narkotik vasitə olan heroini keyfiyyətinin yoxlanılması üçün Şahid1 vermiş, 06 sentyabr 2020-ci il tarixdə saat 03 radələrində Xaçmaz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən yataq otağındakı dolabın içərisində bir ədəd sellefon bükümdə təmiz çəkisi 510 qram külli miqdar təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Xaçmaz rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid2lə 2016-cı ildən onun kəndə gəlib getdiyi vaxtdan tanış olmuşdur. Sonra yaxın münasibətləri olmuş, Rüfət onun gilas bağına gəlib-getmiş, pul istəyəndə ona vermişdir. Həmin gilas bağı ilə o, ailəsini dolandırmışdır. Tanışlıqlarına görə Rüfət ona arada bir istifadə etmək üçün nəşə vermişdir. 2020-ci ilin iyul ayında Rüfət ondan borca 1350 manat pul istəmiş və gilas satdıqdan sonra Rüfətə həmin pulu borca vermişdir. Rüfət ona Cəlilabad rayonunda “əmanətinin” olduğunu və həmin “əmanəti” götürdükdən sonra pulunu qaytaracağını demişdir. Rüfət əvvəllərdə ondan pul istəmiş və sonra qaytarmışdır. 28 iyul 2020-ci il tarixdə Rüfət öz istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon ilə onun 070 *** ** ** mobil telefonuna zəng edərək Cəlilabad rayonuna getməyi təklif etmişdir. Rüfət öz tanışı taksi sürücüsü Veysəlin maşını ilə getməyi təklif etmişdir. Veysəli Rüfət vasitəsilə tanımışdır. 28 iyul 2020-ci il tarixdə Rüfət və Veysəl ilə birlikdə sonuncunun avtomaşını ilə Xaçmaz rayonundan Bakı şəhərinə yola düşmüşlər. Həmin gün saat 11-12 radələrində Bakıya çatmışılar. Orada Veysəl bir nəfər öz tanışına zəng edərək Rüfətə bir günlük maşın kirayə götürmüşdür. Həmin şəxs gümüşü rəngli “Mercedes” markalı maşını gətirib vermiş və Rüfət bu maşını götürməklə Bakıda işlərinin olduğunu və onlardan ayrı gələcəyini deməklə ayrılmış və Biləsuvarda görüşəcəklərini demişdir. Veysəlin yol pulunu Rüfət vermişdir. Onlar Rüfətlə ayrılıb Veysəlin maşını ilə yola çıxmışlar və axşam saatlarında Biləsuvar rayonuna çatmışlar. Orada “Turist” kafesində oturub Rüfəti gözləmişlər, təxminən 30 dəqiqə sonra Rüfət də həmin kafeyə gəlmiş və oturub birlikdə çay içmişlər. Rüfət onu kənara çəkərək Cəlilabad rayonuna getməyi və oradan “əmanət” götürməyi deməklə bu haqda Veysələ deməməyi tapşırmışdır. “Əmanət” dedikdə Rüfətin ona narkotik götürməyi tapşırdığını bilmişdir. Hava qaralanda saat 22-dən sonra Veysəl ilə birlikdə Cəlilabad rayonuna getmişlər. Yolda, Cəlilabada çatmamış Rüfət ona zəng edərək “124” nömrəli işarəsinin altından həmin “əmanətin” götürülməsini demişdir. Telefonla danışmaq adı ilə maşını saxladaraq həmin dirəyə yaxınlaşmış və dirəyin altından paketi götürüb maşına qayıtmışdır. Nə götürməsindən Veysəlin xəbəri olmamışdır. Paketi götürdükdən sonra birbaşa Rüfətin yanına Biləsuvar rayonuna getmişdir. Rüfət onları Biləsuvarın girişində gözləmiş və həmin paketi Rüfətə vermişdir. Rüfət öz maşını ilə, onlar isə öz maşınları ilə dal-qabaq birbaşa Xaçmaz rayonuna getmişlər. Gecə saat 03 radələrində Xaçmaz rayonuna çatmışlar. Rüfət Xaçmazda “Retro” oteldə qalaraq həmin paketdə olan narkotiki ona vermiş, evdə saxlamağı və lazım olanda qaytarmağı tapşırmışdır. Rüfətin ona verdiyi narkotik heroin olmuş və çəkisi 300 qram olmuşdur. Narkotik qara rəngli paketdən ibarət bağlamada olmuşdur. Həmin müddətdə narkotik onun evində qalmışdır. Rüfət isə Bakı şəhərində məzuniyyətdə olmuş və 2020-ci ilin sentyabr ayının 5 və 6-sı tarixlərində gəlib həmin narkotiki götürəcəyini demişdir. Özü narkotik istifadəçisi olduğundan Rüfətin icazəsi ilə narkotikin üstündən xırda-xırda ümumilikdə 8-10 qrama yaxın götürüb istifadə etmişdir. Bundan sonra, 05 sentyabr 2020-ci il tarixdə saat 22 radələrində onun tanışı Mətləb evinə gəlmişdir. Mətləbə 800 manat dəyərində gilas satdığından və Mətləb gilasın 20 manat pulunu ona əvvəlcədən verdiyindən ona 780 manat borcu qalmışdır. Buna görə Mətləb onun pulunu gətirmişdir. Mətləb də narkotik istifadəçisi olmuş və Mətləblə oturub çay içdikdə onun vəziyyətinin pis olduğunu, narkotikə ehtiyacının olduğunu görüb ona bir “çet”, yəni bir dəfə istifadə etmək üçün narkotik vasitə heroin təmənnasız olaraq vermişdir. Daha sonra o, ifadəsində göstərdi ki, Mətləb onun evindən getdikdən sonra 06 sentyabr 2020-ci il tarixdə gecə saat 03 radələrində onun evinə 15-16 nəfər polis əməkdaşı gəlmişdir. Polislər evinə girəndə çəkiliş olmamışdır. Özləri narkotiki qoymuşlar, hazırlamışlar, ona çəkiliş zamanı deyilməli sözləri dedikdən sonra çəkilişə başlamışlar. Özündə olan Rüfətin ona verdiyi narkotiki polislərə vermiş, polislər isə özlərinin gətirdiyi narkotiki evə şifonerin içinə qoymuşlar və oradan çıxarıb təqdim etməyi tapşırmışlar. Belə ki, Rüfətin ona verdiyi narkotik qara paketdə olmuş, yaş halda olmuş, çəkisi isə 300 qram olmuşdur. Polislərin gətirdiyi narkotik isə ağ sellofanda olmaqla daha çox çəkidə olmuşdur. Evdə videoçəkiliş apararkən 8-9 nəfər polis olmuş, qalanı isə çöldə dayanmışdır. Həmin vaxt evində 6-7 min manat pullu olmuş və polislər həmin puldan 780 manat pul götürüb şkafa narkotik pulu kimi qoymuşlar ki, videoçəkiliş zamanı həmin pulu ona deyiləndə götürüb narkotiki satdığı pul kimi təqdim etsin. Mətləbin ona verdiyi pul 5, 10 və 20 manatlıq əskinaslardan ibarət olmuşdur. Onun çəkilişdə təqdim etdiyi öz pulu isə əsasən 100 manatlıq əsginaslardan ibarət olmuşdur. Çəkiliş bir neçə dəfə olmuş və polislər pozduqdan sonra yenidən çəkiliş aparmışlar. Çünki o, çəkilişdə narkotikin tərəzidə çəkilməsini, qonşudan hal şahidi dəvət edilməsini və qardaşının şahid kimi çağırılmasını tələb etmişdir. Polislər evdə narkotiki onun yanında qablaşdırmamışlar, heç polis şöbəsinə apardıqdan sonrada qablaşdırma onun yanında olmamışdır. Polislər onun arvadının da narkotikə görə tutulacağını dedikləri üçün onlarla razılaşmışdır. Polislər narkotiki şfonerin içərisinə qoymuşdular. Bölmə rəisi Vüqar adlı polis əməkdaşı ona “iş mənimdi, əməliyyatı mən aparıram, mən sənə nə deyirəm onunla razılaş, mən də sənə kömək edəcəm. Sənin üçün nə fərqi var 1 kg oldu ya 500 qr. oldu” demişdir. Polislər onun evinə girərkən ona vəkil verməmişlər, hüquqlarını izah etməmişlər, məhkəmə qərarı olmadan və razılığı belə olmadan gecə saat 3-də evinə soxulmuşlar. Yalnız səhər şöbədə olanda bir qoca vəkil gəlmişdir. İlkin olaraq Ramin adlı polis əməkdaşı pəncərədən evə tullanmış, sonra isə qapını açaraq digər polis əməkdaşları da evə girmişlər. Rüfətin ona verdiyi narkotiki o, heç kəsə satmamış, yalnız özünə 10 qram götürüb istifadə etmiş və həmin 10 qramdan 1 “çet” Mətləbə vermişdir. Mətləb polislərin təzyiqinə görə demişdir ki, guya o, narkotiki ona satmışdır. İttihamda göstərilən Yaşar adlı şəxsi isə o, ümumiyyətlə tanımamış və belə bu kimi şəxs mövcud olmamışdır. Həmçinin polislər bölmədə Rüfətin adını çəkilməməsi ilə bağlı ona təzyiq etmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Rüfətin polis əməkdaşı olduğu üçün onun verdiyi narkotiki evində saxlamışdır. Çünki Rüfət ilə dostluq münasibətləri olmuş və ona inanmışdır. Rüfət ona narkotikin əməliyyat tədbirinin keçirilməsi üçün istifadə olunacağını demişdir. Bunun qanuni olduğunu düşünərək həmin narkotiki evində saxlamışdır. Rüfətin götürdüyü narkotikin qanunsuz saxlanıldığını bildiyi halda onu götürməkdən imtina edərdi. Belə ki, 2020-ci ilin sentyabrın ayının 5-də Rüfət məzuniyyətdən gəlib işə çıxmalı olmuş və 6-da narkotiki götürəcəyini demişdir. Hazırda bu əməliyyatın ona qarşı Rüfətin təşkil etdiyini və onu tutdurduğunu düşünür. Belə ki, Rüfətin nöqsanları olduğu üçün o, Xaçmaz RPŞ-dən Xudat polis bölməsinə verilmişdir. Bu əməliyyatı qurmaqla Rüfət Xaçmaz RPŞ-yə əvvəlki işinə qayıtmaq istəmiş, lakin onun tutulduqdan sonra Rüfətə qarşı ifadə verəcəyini Rüfət düşünməmişdir. (Cild 1, iş vərəqləri 150-153) İbtidai istintaq zamanı da təqsirləndiriləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxsla Şahid2 arasında üzləşdirmə keçirilərkən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları onun üzünə qarşı deməklə onları bir daha təsdiq etmişdir. (Cild 2, iş vərəqləri 17-22) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, «Mercedes Benz C-220» markalı, **-GT-*** dövlət nömrə nişanlı avtomobillə Xaçmaz rayonundan Bakı şəhərinə sərnişin daşımaqla məşğul olur. Şahid2 təxminən dörd il əvvəl tanımış, Təqsirləndirilən şəxs isə Rüfət vasitəsi ilə tanımışdır. 2020-ci il iyul ayının 27-də Şahid2 öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək Təqsirləndirilən şəxsla birlikdə onları Biləsuvar rayonuna aparmağı xahiş etmiş, qarşılığında isə 100 manat pul verəcəyini demişdir. Onunla razılaşıb 28 iyul 2020-ci il tarixdə saat 12-13 radələrində Xaçmaz rayonu ərazisində dairə deyilən yerdən Rüfət və Fədai ilə birlikdə Bakı şəhərinə yola düşmüşlər. Rüfət Bakıya çatmağa 20-30 dəqiqə qalmış işləri olduğu üçün avtomobil kirayəsindən maşın götürmək istədiyini demişdir. Dostu Seymurdan “Mercedes” markalı avtomobili öz adına icarəyə götürməklə Şahid2 vermişdir. Rüfət Bakıda işləri olduğunu və sonra Biləsuvar rayonuna özünün ayrıca gələcəyini demişdir. Bundan sonra, Təqsirləndirilən şəxsla birlikdə Biləsuvar rayonuna getmişlər və təxminən saat 18-19 radələrində Biləsuvar rayonuna girişində olan “Turist” yeməkxanasında Rüfəti gözləmişlər. Bir müddət sonra Rüfət də gəlmiş və onlar birlikdə çay içmişlər. X13 kənara çəkilib söhbət etmişlər və Rüfət ona Fədaini Cəlilabad rayonuna aparmağı xahiş etmiş, özü isə Biləsuvarda gözləyəcəyini demişdir. Fədai ilə Cəlilabad rayonunun Alar kəndinə çatdıqda magistral yolun kənarında Fədai ona telefonla danışmaq üçün avtomobili saxlamağı demişdir. Avtomobili saxlamış və Fədai avtomobildən düşərək arxaya tərəf getmiş və 3-4 dəqiqədən sonra qayıdıb sür gedək işimiz alınmadı demişdir. Sonra onlar Biləsuvar dairəsində qayıtmışlar və Fədai maşından düşüb onu gözləyən Rüfət ilə söhbət etmişlər, sonra oturub bir yerdə yenidən çay içmişlər və Fədai ilə birlikdə Xaçmaza qayıtmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, əvvəllər Xaçmaz rayon Polis şöbəsinin Post Patrul Xidməti bölməsinin polis nəfəri vəzifəsində işləmiş, hazırda isə avtomobil kirayəsi ilə məşğul olur. 28 iyul 2020-ci ildə səhər saatlarında Şahid2 ***-***-**-** saylı telefon nömrəsindən ona zəng gəlmiş, danışan taksi sürücüsü Veysəl olmuşdur. Veysəl ona avtomobil lazım olduğunu demişdir. Onda «Mercedes Benz E-240» markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobili verə biləcəyini demişdir. Rüfət ilə Veysəl Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Tri Korona» adlı yerə gəlmələrini demişdir. Onlar gəldikdə Veysəl, Rüfət və bir nəfər də tanımadığı şəxs olmuşdur. Sonradan həmin şəxsin hazırdakı təqsirləndirilən şəxs Fədai olduğunu bilmişdir. Veysəli, eyni zamanda Rüfəti də tanıdığı üçün maşını onlara GPS qoşmadan vermiş və 2 gün sonra qaytarmalarını demişdir. Maşının pulunu isə Veysəldən almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2020-ci ilin sentyabr ayının 6-da saat təxminən 01 radələrində Xaçmaz rayonu Mürşüdoba kəndində olduğu zaman üç nəfər mülki geyimdə olan şəxs onla yaxınlaşıb polis əməkdaşı olduqlarını demişlər və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Xaçmaz rayon polis şöbəsinə aparmışdırlar. Xaçmaz rayon polis şöbəsində onun üzərinə baxış keçirilən zaman üzərində içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan büküm aşkar edilmişdir. Həmin bir ədəd sellefon bükümü şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs ona pulsuz vermişdir. O, həmçinin bildirmişdir ki, narkotik vasitə xoşuna gəldiyi halda Fədaidən yenidən narkotik alacağı barədə onunla Fədai arasında razılaşma olmamış və bunun üçün Fədaiyə 780 manat pul verməmişdir. Bunu ona müstəntiq demişdir ki, Fədaiyə gilas almaq üçün verdiyi 780 manat pulun narkotik üçün verdiyini desin. Əslində isə o, Fədaidən 20 yeşik gilas aldığı üçün həmin pulu ona vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsini tədqiq etdiyini bildirməklə göstərmişdir ki, Təqsirləndirilən şəxs polis orqanlarında çalışarkən tanımışdır. Belə ki, Xaçmaz rayon X3 Mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyən zaman narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Xaçmaz rayon ərazisində xidməti vəzifəsi ilə bağlı daxil olan əməliyyat məlumtları əsasında əməliyyat tədbirləri keçirib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri ifşa etmiş, həmin vaxtlarda da Təqsirləndirilən şəxs ona narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin narkotik vasitələri kimə satması və harada belə işlərlə məşğul olması barədə qeyri-rəsmi olaraq məlumatlar vermiş və onun məlumatları əsasında Xaçmaz rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə keçirdiyi əməliyyat tədbirləri nəticəsində bir neçə nəfər şəxsin qanunsuz əməllərini ifşa etmişdir. 2019-cu ilin iyul ayında öz razılığı olmadan xidməti iş yerini dəyişməyə məcbur olmuş, bundan sonra isə Xaçmaz rayon Polis şöbəsinin Xudat Polis bölməsinin məsul növbətçisi vəzifəsinə təyin edilmiş, həmin vaxtdan sonra da Təqsirləndirilən şəxs özünün istifadəsində olan (070) ***-**-** nömrəli mobil telefon nömrəsindən onun istifadəsində olan (050) ***-**-** saylı mobil telefon nömrəsinə zəng edib hal-əhvalını soruşmuş, Təqsirləndirilən şəxs Xaçmaz rayon ərazisində gilas və şaftalı bağları olduğundan ondan meyvə almaq üçün dəfələrlə onunla əlaqə saxlamışdır. 28 iyul 2020-ci il tarixdə rəsmi raportla müraciət edib rəhbərlikdən icazə alaraq Biləsuvara “Mercedes Vita” markalı maşına baxmağa getmişdir. Xaçmazda Bakıya gəlmək üçün Veysəlin taksi maşınına mindikdə Təqsirləndirilən şəxs da həbsdə olan qardaşı Hacı ilə görüş üçün Bakıya getmişdir. Bakıda “20 Yanvar” dairəsində maşından düşüb Biləsuvara gedən taksilərin birinə minib həmin rayona getmişdir. Veysəl ilə avtomaşın kirayəsindən maşın götürməmişdir. Biləsuvarda maşına baxıb geri qayıtmışdır. Təqsirləndirilən şəxs Biləsuvara oradan isə Cəlilabada getməsindən məlumatı olmamışdır. Fədai və Veysəl ilə Biləsuvarda görüşüb birlikdə yemək yeməmiş, Fədaiyə hər hansı bir tapşırıq verməmişdir. Fədai ona “Whatsapp” proqramı vasitəsilə zəng etmiş və harada olduğunu soruşmuş, ona işi olduğunu və sonra əlaqə saxlayacağını demişdir. O, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə vermədiyini və bu haqda onun xəbərinin olmadığını, məzuniyyətdən qayıdarkən Fədainin tutulduğunu eşitdiyini göstərmişdir. Bundan başqa, Şahid2 göstərmişdir ki, Biləsuvarda onun qardaşı DTX-da işləmiş, Biləsuvardan Bakıya qayıtdıqdan sonra Fədai ilə görüşməmiş, hadisə baş verən dövrdə ***-***-**-** möbil nömrəsini işlətmiş, Fədai ilə onun arasında yaxın münasibətlər olmamış, Fədai ona narkotik dövriyyəsi ilə bağlı əməliyyat məlumatı vermiş, hətta öz yaxın qohumlarının narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını da ona demişdir. Hadisə olan dövrdə pandemiya olması səbəbindən evə gələ bilmədiyim üçün Xaçmaz rayonunda “Retro” oteldə qalmışdır. Lakin həmin oteldə Fədai ilə görüşməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz rayon Polis şöbəsinin Kriminalistik Tədqiqatlar qrupunun baş inspektor kriminalisti Şahid5 ifadəsində göstərdi ki, 06 sentyabr 2020-ci il tarixdə xidmətdə olan zaman növbətçi hissədən Təqsirləndirilən şəxsnin narkotiklərin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında həmin gün gecə saatlarında müstəntiqlə birlikdə Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs qapını açıb onları evə buraxmışdır. Təqsirləndirilən şəxs evində dolabın içərisində narkotik vasitə heroin olan bir ədəd sellefon torba, tərəzi və pul aşkar edilmişdir. Daha sonra o, qeyd etmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs təzyiq olunmamış, videoçəkiliş bir dəfə olmuş və çəkiliş onun tərəfindən aparılmış, əlavə çəkiliş olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz rayon İçtimai Təhlükəsizlik bölməsinin sahə polis nəfəri Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs kənd sakini kimi tanımış, onunla düşmənçiliyi və ədavəti olmamışdır. Fədai bağçılıq ilə məşğul olmuş, onun narkotik vasitələrin satışı ilə məşğul olmasından məlumatı olmamışdır. 2020ci ilin sentyabr ayının 6-da Fədainin evindən narkotik vasitə heroin aşkar edilmişdir. Bu zaman o, evin çölündə mühafizəni həyata keçirmişdir. Evə baxış müdafiəçiin, polis əməkdaşlarının, müstəntiqin iştirakı ilə çəkiliş aparılmaqla həyata keçirilmişdir. Həmin vaxt Fədainin evindən yarım kiloqramdan çox narkotik vasitənin aşkar edilməsini bilmişdir. Budan başqa, o, qeyd etmişdir ki, Fədaini polis əməkdaşı Rüfətin yanına gedib gələndə görmüş, ona köməklik etdiyini bilmişdir. Şahid8 həmçinin bölmədə Təqsirləndirilən şəxs hədə qorxu gələrək ona Rüfətin adını çəkməməyi demədiyini və ona təzyiq etmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz rayon Polis Şöbəsinin polis nəfəri Şahid7 ifadəsində göstərdi ki, 2020-ci il sentyabr ayının 6-da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında kömək məqsədi ilə müstəntiq və əməliyyat müvəkkili ilə birlikdə onun evinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanın qapısını döyərək evə daxil olmuşlar və onun dəvəti ilə evə daxil olaraq baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq dolabdan içərisində 510 qram çəkidə narkotik vasitə heroin olan bir ədəd sellefon torba, elektron tərəzi və 780 manat pul təqdim etmiş və bunlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz rayon Polis Şöbəsinin polis nəfəri Şahid6 da Şahid7 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid9 ifadəsindən görünür ki, o, Xaçmaz rayonu Mürşüdoba kəndində ailəsi ilə birlikdə yaşayır, Xaçmaz şəhəri Qımıl yolunda yerləşən «Bərəkətli» marketdə mühasib işləyir. Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla münasibəti normaldır, düşmənçiliyi və ədavəti yoxdur. Şahid2 onun yaşadığı rayonda polisdə işləmiş, Şahid2 Təqsirləndirilən şəxs görə tanımış, onunla münasibəti normal olmuş, düşmənçiliyi və ədavəti olmamışdır. Rüfətlə Fədai ailəvi dost olmuşlar və Rüfət Fədainin yaşadığı ünvana gələrək onunla münasibət saxlamışdır. Təxminən 2019-cu ilin yay aylarında iyulavqust aylarında yəni gilas yetişərək satılan vaxtlarda Şahid2 Təqsirləndirilən şəxs istifadə etməsi üçün narkotik vasitə olan marixuana vermiş, belə ki, Fədai Rüfətlə iki dəfə görüşəndən sonra onun yanına gələrək Rüfətdən narkotik vasitə aldığını bildirərək həmin narkotik vasitə olan kibrit qutusunun içərisində və qəzetə bükülmüş marixuananı göstərərək həmin narkotik vasitəni Rüfətdən aldığını bildirmiş, heç bir zaman narkotik vasitədən istifadə etməmiş, lakin Fədai kibrit qutusunda və qəzetə bükülmüş vəziyyətdə olan otu göstərərək marixuana olduğunu, həmin narkotik vasitəni isə Rüfətdən aldığını bildirmiş, birinci dəfə təxminən 2019-cu ilin yay aylarında iyul-avqust aylarında yəni gilas yetişərək satılan vaxtlarda Xaçmaz rayonunda yerləşən Nərimanov küçəsi ilə Axundov küçəsinin kəsişməsində olan Mədəniyyət evinin qabağında Rüfət Fədaini düşürdüb özü isə harasa getmiş, oradan qayıdıb gələndən sonra ona kibrit qutusunu göstərərək içərisində olan otu göstərib marixuana olduğunu, həmin marixuananı yəni otu Rüfətdən aldığını demiş və bundan əlavə isə yenə də təxminən 2019-cu ilin yay aylarında iyulavqust aylarında yəni gilas yetişərək satılan vaxtlarda Xaçmaz rayon Polis şöbəsinin qarşısında o, Təqsirləndirilən şəxs idarə etdiyi «Niva» markalı Rüfətə məxsus avtomobildə onu gözləmişdir. Təqsirləndirilən şəxs harasa gedib qayıdandan sonra qəzetə bükülmüş halda olan otu göstərərək marixuana olduğunu, həmin marixuananı yəni otu Rüfətdən aldığını demiş, lakin onun yanında Şahid2 Fədaiyə marixuana verdiyini görməmiş, bundan başqa Təqsirləndirilən şəxs Rüfətə dost kimi yanında borc olaraq təxminən 1700 və ya 2700 manat pul vermiş, onun yanında heç bir zaman Rüfət Fədaiyə narkotik vasitə olan marixuana verməmiş, Təqsirləndirilən şəxs tutulandan sonra qonşu olduğu üçün ayaşadığı ünvandan narkotik vasitə aşkar edildiyini bilmiş, bu barədə Fədai ona heç nə deməmiş, həmin narkotik vasitəni haradan əldə etməsi barədə məlumatı olmamış və həmin vaxtlar istifadəsində (050) ***-**-** mobil nömrə olmuşdur. (Cild 2, iş vərəqləri 224-226) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsindən görünür ki, həbsdə olan qardaşı Təqsirləndirilən şəxs ona telefonla zəng vuraraq polis əməkdaşı Şahid2 məxsus narkotik vasitəni evdə saxladığını bildirmiş, bu məlumatdan sonra hüquqmühafizə orqanlarının rəhbərlərinə şikayət ərizələri göndərmiş və məhz bundan sonra o, prokurorluğa çağırılaraq müvafiq araşdırma aparılmışdır. (Cild 2, iş vərəqləri 1-3) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədiqiq olunan 28 yanvar 2021-ci il tarixli 21 qeydiyyat nömrəli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş (070) ***-**-** nömrəli mobil telefon nömrəsinə Şahid2 xx.xx.2020-ci il tarixdə saat 08:54:40 dəqiqədə istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefon nömrəsindən zəng etmiş 19 saniyə telefon danışığı aparılmışdır. Danışıq aparılan zaman (070) ***-**-** saylı mobil telefon nömrəsi Xaçmaz rayon ərazisində istifadə olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olmuş (070) ***-**-** nömrəli mobil telefon nömrəsinə Şahid2 xx.xx.2020-ci il tarixdə saat 17:51:06 dəqiqədə istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefon nömrəsindən zəng etmiş 18 saniyə telefon danışığı aparılmışdır. Danışıq aparılan zaman (070) ***-**-** saylı mobil telefon nömrəsi Biləsuvar şəhəri ərazisində istifadə olunmuşdur. (Cild 1, iş vərəq 208) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədiqiq olunan 03 mart 2021-ci il tarixli 41 qeydiyyat nömrəli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 xx.xx.2020-ci il tarixdə saat 08:54:40 dəqiqədə istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş (070) ***-**-** nömrəli mobil telefon nömrəsinə zəng etmiş 19 saniyə telefon danışığı aparılmışdır. Danışıq aparılan zaman Şahid2 (050) ***-**-** nömrəli mobil telefon nömrəsini Xaçmaz rayonu ərazisində istifadə etmişdir. Bundan əlavə Şahid2 xx.xx.2020-ci il tarixdə 17:51:06 dəqiqədə istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş (070) ***-**-** nömrəli mobil telefon nömrəsinə zəng etmiş 18 saniyə telefon danışığı aparılmışdır. Danışıq aparılan zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş (070) ***-**-** nömrəli mobil telefon nömrəsi Biləsuvar şəhəri ərazisində istifadə olunmuşdur. «64477_B-S Yer Dəyişdirmə(hamısı)- **********66» adlı fayl açıldıqda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonu, Şabran rayonu, Siyəzən rayonu, Xızı rayonu, Sumqayıt şəhəri, Abşeron rayonu, Bakı şəhəri, Yasamal rayonu, Qaradağ rayonu, Hacıqabul rayonu, Salyan rayonu, Biləsuvar rayonu istiqamətində hərəkət trayektoriyası üzrə hərəkətdə olmuşdur. (Cild 2, iş vərəq 8) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədiqiq olunan 23 sentyabr 2021-ci il 7/712 qeydiyyat nömrəli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Biləsuvar və Cəlilabad rayonlarında olması müəyyən edilmiş, belə ki, xx.xx.2020-ci il tarixdə Şahid3 telefonunda olan (070) ***-**-** mobil nömrə Biləsuvar rayonu və Cəlilabad rayonunun Alar kəndində olmuşdur. Həmin tarixlərdə Şahid3 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Biləsuvar rayonu, Cəlilabad rayonu Alar kəndi və Xaçmaz rayonu ərazisində olmuşdur. Həmçinin xx.xx.2020-ci il tarixdən sonra xx.xx.2020-ci il tarixədək Biləsuvar rayonu və Cəlilabad rayonu ərazisində nömrəsinin anten dairəsi göstərilməmişdir. (Cild 6, iş vərəqləri 89-229) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədiqiq olunan 22 oktyabr 2021-ci il 7/781 qeydiyyat nömrəli baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil rabitə operatorlarından əldə edilmiş ərazi aidiyyəti üzrə anten məlumatlarını və telefon danışıqlarını özündə əks etdirən disklər təhlil edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** nömrə 7 dəfə Biləsuvar rayonunda və iki dəfə Cəlilabad rayonunda olmuş, Biləsuvar rayonunda xx.xx.2020-ci il tarixdə olanda əsasən «Turist» yeməkxanasının yerləşdiyi Biləsuvar rayonu Xırmandalı kəndində olmuş və Cəlilabad rayonunun isə Alar kəndində xx.xx.2020-ci il tarixdə olmuşdur. Həmçinin onun xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonu ərazisində yerləşən dairə adlanan yerdə, Bakı şəhəri Yasamal rayonu ərazisində və yenidən Xaçmaz rayonu ərazisində yerləşən «Retro» otelinin qarşısında olması müəyyən edilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Şahid2 məxsus 050 ***-**-** nömrəsinin olduğu ərazi yəni, Biləsuvar rayonunun «Turist» yeməkxanasının yerləşdiyi ərazi Biləsuvar rayonu Xırmandalı kəndindədir. Həmçinin onun xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonu ərazisində yerləşən dairə adlanan yerdə, Bakı şəhəri Yasamal rayonu ərazisində və yenidən Xaçmaz rayonu ərazisində yerləşən «Retro» otelinin qarşısında olması, Biləsuvar və Cəlilabad rayonlarında xx.xx.2020-ci il tarixində olması müəyyən edilmişdir. Bununla da disklərin müqayisəli tədqiqatı zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs, Şahid3 və Şahid2 28 iyul 2020-ci il tarixdə bir yerdə olmuşlar, belə ki, Xaçmaz rayonu ərazisindən birlikdə Şahid3 məxsus avtomobillə çıxaraq Bakı şəhəri Yasamal rayonu ərazisinə gəlib oradan götürmüş olduqları kirayə avtomobillə Şahid2 Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən «Turist» yemekxanasının qarşısına getmiş, Şahid3 və Təqsirləndirilən şəxs Şahid3 idarə etdiyi avtomobillə Biləsuvar Xırmandalı kəndi ərazisində yerləşən «Turist» yemekxanasının qarşısına gəlib Şahid2lə görüşdükdən sonra Şahid3 idarə etdiyi avtomobillə Cəlilabad rayonu Alar kəndinə gedərək oradan qayıdıb Təqsirləndirilən şəxs Şahid2 idarə etdiyi icarə avtomobillə Xaçmaz rayonuna və orada olan «Retro» otelin qarşısında dayanmışlar. Buradan belə nəticəyə gəlmək olur ki, onlar xx.xx.2020-ci il tarixdə bir yerdə olmuşlar və onların bir yerdə olmaları istifadə etdikləri telefonlarının mobil nömrələrinin anten məlumatları ilə tam müəyyən edilmişdir. (Cild 7, iş vərəqləri 226-253; Cild 8, iş vərəqləri 1-130) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının ekspertizasının 18 sentyabr 2021-ci il tarixli 3022 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik qeyd olunmur. Ona istinad edilən cinayət əməllərini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İttiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. İctimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onları idarə etmək iqtidarındadır. Barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ünsiyyətçilik, emosionallıq, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Əqli-intelektual imkanları normaya uyğundur. Psixi vəziyyəti nəzərə alınmaqla törətdiyi əməl zamanı öz hərəkətlərinin mahiyyətini dərk edə və hərəkətlərini idarə edə bilərdi. Hadisəni törədən vaxt fizioloji affekt halında olmamışdır. (Cild 5, iş vərəqləri 242-245) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 17 dekabr 2020-ci il tarixli 3473 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 204-205) İş materiallarında olan 28 iyul 2020-ci il tarixli 0.28 nömrəli yol vərəqəsindən görünür ki, həmin tarixdə saat 14:40 radələrində «Mercedes Benz E 240» markalı ** CE *** qeydiyyat nişanlı avtomobil Şahid3 adına sürücülük vəsiqəsi AB 690037 28 avqust 2020-ci il tarix saat 18:00 kimi idarə edilməsindən ötrü verilmişdir. (Cild 3, iş vərəqi 209) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin 24 iyun 2021-ci il tarixli “İntizam məsuliyyətinə cəlb edilməsi barədə” əmrinin mətnindən görünür ki, Xaçmaz RPŞ-nin Xudat PB-nin məsul növbətçisi Şahid2 2016-cı ildə həmin X3 mübarizə qrupunun əməliyyat əməliyyat müvəkkili vəzifəsində işləmiş və həmin dövrdən Təqsirləndirilən şəxsla münasibətləri olmuşdur. Şahid2 28 iyul 2020-ci il tarixdə müvafiq qaydada icazə almadan sərtləşdirilmiş karantin rejimi dövründə xidmət etdiyi Xaçmaz rayonunun inzibati ərazisini özbaşına tərk edərək vətəndaş Təqsirləndirilən şəxsla Biləsuvar rayonuna getmişdir. Yol verdiyi intizam nöqsanlarına görə polis baş leytenantı Şahid2 daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. (Cild 2, iş vərəqləri 233-235) Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Belə ki, istintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənəd “Baxış keçirilməsi barədə” 06 sentyabr 2020-ci il tarixli protokol olmuşdur. Protokola əsasən həmin istintaq hərəkətində Xaçmaz RPŞ-nin əməkdaşları: əməliyyat müvəkkili Adəm Bayramov, polis nəfərləri Şahid7, Şahid6, kriminalist Şahid5 və Təqsirləndirilən şəxs iştirak etmişlər. Protokol isə Kürədmir RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Nemət Xasayev tərəfindən tərtib olunmuşdur. Protokolda videoçəkiliş aparılması qeyd olunsa da hansı cihazla videoşəkilişin aparılması qeyd olunmamış və bunun protokolda yeri boş saxlanılmışdır. Bununla belə videogörüntüləri özündə əks etdirən 01 ədəd “CD” formatlı disk protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 33-36) Qeyd olunan protokola əsasən Təqsirləndirilən şəxs evindən heroinə bənzər kütlə, elektron tərəzi və 100, 50, 20 və 10 manatlıq əsginaslar ilə 780 manat məbləğində pul götürülmüşdür. Lakin narkotik vasitənin şəkisi protokolda öz əksini tapmamışdır. “Baxış keçirilməsi barədə” 06 sentyabr 2020-ci il tarixli istintaq hərəkətinin aparılmasına dair videogörüntülərə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılarkən müəyyən edilmişdir ki, protokola əsasən həmin gün saat 02:30-da başlayan və saat 03:09da bitən, yəni ümumilikdə 39 dəqiqə ərzində aparılan istintaq hərəkətinə dair cəmi 02 dəqiqə 02 saniyədən ibarət videogörüntü vardır. Qeyd olunan videoçəkilişin 00:05, 00:30, 00:36, 00:45, 00:58, və 01:05 dəqiqələrində açıq-aşkar kadr dəyişməsi və xüsusi bilik tələb olunmadan montaj aparılması müşahidə edilir. Başqa, sözlə 2 dəqiqə 2 saniyədən ibarət videogörüntülərin 06 hissəsində videomontaj aparılmışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 236.4 və 245.3-cü maddələrinin tələblərinə əsasən hadisə yerinə baxış, eləcə də axtarış və götürmə istintaq hərəkətlərinin aparılması zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Videoçəkiliş dedikdə isə çəkilişin tam, kəsintisiz və müfəssəl aparılması, istintaq hərəkətinin gedişatını və bu prosessual hərəkət zamanı aşkar olunmuş sübutların sonradan sübut kimi istifadə edilməsini şübhə altına qoymayan videoqeydiyyatın aparılması başa düşülür. Videoçəkilişlə bağlı şübhə doğuran digər bir hal isə 06 sentyabr 2020-ci il tarixdə keçirilən istintaq hərəkətinə dair videoçəkilişin qeydə alındığı “CD” formatlı diskin 08 may 2021-ci il tarixdə, “VİD-20210214-W0003” adlı video faylın isə 14 fevral 2021-ci il tarixdə yazılması olmuşdur. Bundan başqa, videogörüntülərdən aşkar şəkildə görünür ki, təqsirləndirilən şəxsin ən azından hüquq və vəzifələri izah edilməmiş, o, müdafiəçi ilə təmin edilməmiş, prosessual hərəkətdə iştirak edən şəxslər ona təqdim edilməmiş və bu istintaq hərəkətinə aid prosessual qanunvericiliklə nəzərdə tutulmuş minimal tələblər yerinə yetirilməmişdir. Videogörüntülərə əsasən elektron tərəzi olduğu halda narkotik vasitənin çəkisi müəyyən edilməmiş, eləcə də narkotik vasitə və aşkar edilmiş digər maddi sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə prosessual qaydada qablaşdırılmamışdır. Bununla da istintaq hərəkətini aparan müstəntiq tərəfindən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 245.8-ci maddəsinin tələbləri kobud şəkildə pozmuşdur. Qeyd olunan maddənin tələblərinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 177.3 və 177.3.1-ci maddələrinə əsasən yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur. Həmin Məcəllənin 177.4.1-ci maddəsinə əsasən müstəntiq müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında həmin Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış, axtarış və ya götürmə aparılması istintaq hərəkətlərini həyata keçirə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 243.4-cü maddəsinə əsasən müstəntiqin qərarında məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir. Həmin Məcəllənin 443.2, 443.2.1 və 443.2.2-ci maddələrinə əsasən istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermək və 48 saat müddətində aparılmış istintaq hərəkətinin qanuniliyinin yoxlanılması üçün həmin istintaq hərəkətinə aid olan materialları məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etmək vəzifələrini yerinə yetirməlidir. Məhkəmə qərarı olmadan yaşayış, xidməti və ya istehsalat yerində baxış, axtarış və götürmə istintaq hərəkətlərinin aparılmasına icazə verən prosessual qanunvericiliyin digər bir müddəası isə CPM-nin 117.6-cı maddəsidir. Həmin maddəyə əsasən qeyd olunan yerlərdə müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən CPM-nin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. Lakin istintaq hərəkətini aparan müstəntiq tərəfindən prosessual qanunvericiliyin bu tələbləri də kobud şəkildə pozulmuşdur. Belə ki, təqsirləndirilən şəxsin evində gecə vaxtı baxış adı ilə faktiki olaraq axtarış və götürmə istintaq hərəkətlərinin aparılması üçün onun yazılı formada ərizəsi və ya videoçəkildə şifahi formada razılığı alınmamışdır. Məhkəmə qeyd edir ki, yaşadığı evdə narkotik vasitə saxlayan şəxsin bu narkotik vasitənin tapılması ehtimalını şüurlu surətdə dərk edərək evində polis əməkdaşları tərəfindən axtarış və ya baxışın aparılmasına icazə verməmək kimi hüququndan istifadə etməsi, polis əməkdaşlarının isə əvvəlcədən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün məhkəmə qərarının əldə etmək kimi vəzifələrinin icra etməsi kimi prezumpsiya mövcuddur. Göründüyü kimi 06 sentyabr 2020-ci il tarixdə gecə saat 02:30 Təqsirləndirilən şəxs evində istintaq hərəkətini aparan müstəntiqin nə özü tərəfindən qərar qəbul olunmuş, nə də ki, əvvəlcədən və ya istintaq hərəkəti aparıldıqdan sonra məhkəmə nəzarəti qaydasında istintaq hərəkətinin məcburi aparılmasına dair məhkəmə qərarının alınması təmin edilməmiş, o cümlədən təqsirləndirilən şəxsin özünün razılığı ilə bu istintaq hərəkəti yerinə yetirilməmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarına əsasən Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Qərarın göstərilən bəndinin mənasına görə məhkəmə nəzarəti qaydasında işə baxan məhkəmə əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materialların, hətta məxfi materialların əldə olunmasının, o cümlədən əməliyyat məlumatının olmasını təsdiq edən əməliyyat-qeydiyyat işinin qanuniliyini ətraflı yoxlamalıdır ki, sonradan həmin materiallar mahiyyəti üzrə işə baxan məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilsin. Əməliyyat-Axtarış Fəaliyyəti haqqında qanunun 15-ci maddəsinin 1-ci bəndinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi lazım olduqda bu Qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır. Həmin qanunun 16-cı maddəsinin 1-ci və 7-ci bənlərində təsbit edilmişdir ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla tanış olmaq hüquqi məlumatların mənbəyini aşkarlanmamaq şərti ilə yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir. Hazırkı iş üzrə isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində ümumiyyətlə nə əməliyyat məlumatı olmuş, nə də ki, onun barəsində əməliyyat tədbiri keçirilməmişdir. Başqa sözlə, müstəntiq tərəfindən qanuni əsas olmadan Təqsirləndirilən şəxs evində baxış istintaq hərəkətinin aparılması əməliyyat tədbiri ilə də bağlı olmamışdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının və Konstitusiya Məhkəməsi Plenumunun şərh olunan qərarının tələblərini rəhbər tutaraq belə qarara gəlir ki, “Baxış keçirilməsi barədə” 06 sentyabr 2020-ci il tarixli 002261 qeydiyyat nömrəsi ilə qeydə alınmış protokol mötəbərliyi şübhə altına alınan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokol ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Avropa məhkəməsinin mövqeyinə əsasən məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Baxış keçirilməsi barədə” 06 sentyabr 2020-ci il tarixli istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilməmiş, o, hüquqları barədə ətraflı məlumatlandırılmamış, o cümlədən evində məhkəmə qərarı olmadan axtarışın aparılmasının onun müdafiə hüququna xələl gətirə biləcəyi ona izah edilməmişdir. Məhz təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması baxımından da bir daha həmin protokol mötəbər sübut kimi qəbul oluna və təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsində istifadə oluna bilməz. İttiham tərəfinin təqsirləndirilən şəxsə qarşı ittihamın irəli sürülməsində və müdafiə edilməsində əsaslandığı digər sübut növü isə məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2020-ci il tarixli 6/1795 nömrəli ekspert rəyi olmuşdur. Həmin rəyə əsasən tədqiqata təqdim edilmiş, üzərində: «Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş.....» yazısı və imzalar olan kağız paketdəki, bir ədəd bağlamada təmiz çəkisi 510qr qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd «500g/0, 1g» markalı elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Tərəzinin üzərindəki heroin iz şəklində olduğu üçün, heroinin çəkisini və Şahid1 və Təqsirləndirilən şəxs götürülmüş heroinlərlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. (Cild 1, iş vərəqləri 64-70) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Məhkəmə prosessual qanunvericiliyin həmin tələbini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsin evindən götürülməsi və ekspertizaya təqdim edilməsi iddia olunan maddi sübutların, narkotik vasitə və elektron tərəzinin prosessual qanunvericiliyin kobud pozuntuları ilə əldə edilməsi, xüsusilə də maddi sübutun videoçəkilişlə prosessual qaydada qablaşdırılma aparılmadan götürülməsi, tərəzi olduğu halda yerində çəkisinin müəyyən edilməməsi həmin maddi sübutun mötəbərliyi ilə bağlı məhkəmədə əsaslı şübhələr yaradır. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Şahid2 tapşırığı ilə Cəlilabad rayonu ərazisindən götürdüyü və ittiham tərəfinin narkotik vasitə heroin olması iddia etdiyi kütlənin çəkisi 300 qram olmuş və həmin kütlə qara rəngli sellofan bağlamada onun evində saxlanılmışdır. Gecə vaxtı onun evinə gələn polis əməkdaşları tərəfindən həmin yaş halda olan kütlə götürülmüş və əvəzində 500 qram çəkidə digər quru halda olan və ağ selofan paketdə olan kütlə verilmişdir. O, baxış zamanı həmin kütlənin tərəziyə qoyulmasını və qonşudan hal şahidi çağırmaqla götürülməsini tələb etsə də, onun tələbi yerinə yetirilməmiş, əksinə polis bölməsində “Sənin üçün nə fərqi var 1 kiloqram oldu, ya 500 qram oldu?” deyilmiş və bölmədə də onun iştirakı ilə qablaşdırılma aparılmamışdır. Qeyd edilənlərə, eləcə də maddi sübut olan tərəzi və narkotik vasitə heroinin götürülməsinə əsas olmuş protokolun mötəbərliyi şübhə altına alınaraq sübut kimi qəbul olunmadığından, həmin maddi sübutlar və 06 sentyabr 2020-ci il tarixli 6/1795 nömrəli ekspert rəyi də ehtibarsız və mötəbərliyi şübhə altına alınan sübut kimi qəbul edilməklə təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 128.3 və 128.3.1-ci maddələrinin tələblərinə əsasən əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki, əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, maddi sübutun istintaq hərəkəti aparılarkən prosessual qaydada qablaşdırılmamaması onun götürülməsindən sonra və ekspertə təqdim edilməsindən əvvəl çəkisinin və tərkibinin dəyişdirilə bilməsinə əsaslı şübhələr yaradır ki, bu şübhələr təqsirsizlik prezumpsiyasına uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhz bu səbəbdən məhkəmə, 06 sentyabr 2020-ci il tarixli 6/1795 nömrəli ekspert rəyinin digər hissəsini də, yəni “Tədqiqata təqdim edilmiş, üzərində: «Şahid1 üzərindən aşkar edilmiş..» yazısı və imzalar olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 0,130 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid1 üzərindən götürülmüş heroin, Təqsirləndirilən şəxs evindən götürülmüş heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər” göstərildiyi hissəsini Təqsirləndirilən şəxs münasibtədə ehtibarsız hesab edir və qeyd edir ki, prosessual qaydada götürülməyən və qablaşdırılmayan narkotik vasitə olması iddia olunan kütlənin sonradan tərkibinin dəyişdirilməsinə və Şahid1 aşkar edilməsi iddia olunan kütlə ilə uyğunlaşdırılmasına əsaslı şübhələr vardır. Bundan başqa, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən onun narkotik vasitənin əməliyyat-axtarış tədbiri keçirilənədək satış məqsədi ilə saxlamasına dair heç bir mötəbər sübuta əsaslanmamış, ümumiyyətlə cinayət işinin materiallarına Təqsirləndirilən şəxsla bağlı hər hansı bir əməliyyat tədbirinin aparılması və ya onun barəsində əməliyyat məlumatlarının olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Cinayət işinin materiallarında görünür ki, əməliyyat tədbiri digər şəxs, yəni Şahid1 barədə başlanılmaqla keçirildiyi halda, cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yalnız Təqsirləndirilən şəxs barəsində başlanılmışdır. Bu isə həm məhkəmə tərkibində, həm də, müdafiə tərəfində məhz polis təhriki nəticəsində Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanıldığına əsaslı şübhələr yaradır. Belə ki, ibtidai istintaq orqanı bir tərəfdən şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitə əldə etdiyinə görə Şahid1 barəsində cinayət təqibinin başlanılmasını rədd etmiş, digər tərəfdən isə Təqsirləndirilən şəxs ittiham vermişdir ki, guya Şahid1 20 qram narkotik vasitə almaqdan ötrü Təqsirləndirilən şəxs 780 manat pul vermiş, lakin polis əməkdaşları onu tutduğuna görə həmin narkotik vasitəni əldə edə bilməmiş, yəni külli miqdarda narkotik vasitəni əldə etməyə cəhd etmiş, lakin öz iradəsindən asıllı olmayan səbəblərə görə həmin cinayət əməlini başa çatdıra bilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işini başlayan müstəntiqin Şahid1 əməlində cinayət etməyə hazırlığa və ya cinayət etməyə cəhdə görə, müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 234.4.3 və ya 29, 234.1, yaxud da 29, 234.4.3-cü maddələrinin tərkibinin olmasına hüquqi qiymət verməməsi, Şahid1 məhz Təqsirləndirilən şəxs qarşı təzyiq vasitəsi kimi istifadə edilməsinə məhkəmədə əsaslı şübhələr yaradır. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs gilas almaq üçün verdiyi 780 manat pulun məhz müstəntiqin təzyiqi nəticəsində 20 qram narkotik vasitə almaq üçün verdiyini demişdir. Əslində isə həmin pul Təqsirləndirilən şəxs aldığı 20 yeşik gilasın pulu olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs verdiyi ifadələrinə nəzər salındıqda, bu izahat və ifadələrin məzmunundan və mətnindən açıq-aşkar şəxsin olmayan hallar barədə özünə qarşı ifadə verməyi müşahidə olunur. Bu isə onun Şahid2 adının çəkilməməsi üçün polislərin təzyiq altında ifadə verməsinə dair məhkəmədə gətirdiyi dəlillərin həqiqət ola bilməsinə işarə edir. (Cild 1, iş vərəqləri 80-82, 102-104) Belə ki, orfoqrafik səhvlər də daxil olmaqla tamilə eyni məzmunlu bu ifadələrin mətnindən görünür ki, guya Təqsirləndirilən şəxs narkotik vasitəni Cəlilabad rayonunda meyvə satarkən bazarda qutuların arasında tapmış, həmin narkotik vasitədən 10 qramını Ruslan vasitəsi ilə tanış olduğu Xəyal kimi tanıdığı Mətləbə vermiş, daha sonra 05 sentyabr 2020-ci il tarixdə Xəyal kimi tanıdığı Mətləblə aralarında olan razılaşmaya əsasən evinin yaxınlığına olan qəbirastanlıqda görüşmüş və 20 qram narkotik vasitə heroin sataraq bunun üçün ondan 780 manat pul almış, evə qayıtdıqda isə polis əməkdaşları tərəfindən tutularaq həmin 780 manat pulu polislərə təqdim etmişdir. Bu azmış kimi, 06 sentyabr 2020-ci il tarixdə Şahid1la aralarında keçirilən videoçəkilişlə üzləşdirmə zamanı da Təqsirləndirilən şəxs sözbə-söz həmin ifadəni Şahid1 üzünə qarşı deməklə təsdiq etmişdir. Bu istintaq hərəkətləri məhkəmədə əsaslı şübhələr yaradır ki, Təqsirləndirilən şəxs bu ifadəsindən də cinayət təqibini həyata keçirən prosessual şəxs üzərində şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitə aşkar edilmiş Şahid1 qarşı istifadə etmişdir ki, sonuncu Fədaiyə qarşı verdiyi ifadəsini istintaqın sonrakı mərhələsində təkzib etməsin. Bununla belə, istintaq materiallarından görünür ki, Zəbi Həsənovun qardaşı Təqsirləndirilən şəxs əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə şikayət etdikdən sonra cinayət işi digər müstəntiqin icraatına verilmiş və bundan sonra yenidən Təqsirləndirilən şəxs ifadəsi alındıqda o, işin halları barədə düzgün ifadə vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və Şahid1 məhkəmə istintaqı zamanı, açıq məhkəmə iclasında verdikləri ifadələr mötəbər sübut kimi qəbul edilməli, Təqsirləndirilən şəxs və Şahid1 məhkəməyədək icraat zamanı verdikləri ifadələr, onların mötəbərliyinə əsaslı şübhələr olduğundan ittihamın əsasını təşkil edən sübut kimi qəbul edilə bilməzlər. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə tərtib olunmuş ittiham aktında Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə gələn və gedən “sms” mətnləri təhlil edilmiş və bu “sms”-lərdə narkotik vasitələrin alış-verişi ilə bağlı ayrı-ayrı şəxslərlə yazışmaların olması iddia edilmişdir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Bundan başqa, məhkəmə iş üzrə şahid qismində dindirilmiş Şahid2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə diqqət yetirməyi zəruri hesab edir. Belə ki, həmin ifadəsində Xaçmaz rayon X3 mübarizə qrupunun sabiq əməliyyat müvəkkili Şahid2 qeyd etmişdir ki, həmin vəzifəsində işləyən zaman narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Xaçmaz rayon ərazisində xidməti vəzifəsi ilə bağlı daxil olan əməliyyat məlumatları əsasında əməliyyat tədbirləri keçirmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri ifşa etmiş, həmin vaxtlarda da Təqsirləndirilən şəxs ona narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin narkotik vasitələri kimə satması və harada belə işlərlə məşğul olması barədə qeyri-rəsmi olaraq məlumatlar vermiş və onun məlumatları əsasında Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə keçirdiyi əməliyyat tədbirləri nəticəsində bir neçə nəfər şəxsin qanunsuz əməllərini ifşa etmişdir. Təqsirləndirilən şəxs da ifadəsində qeyd etmişdir ki, Şahid2 tapşırığı ilə Biləsuvar və Cəlilabad rayonlarına gedərək narkotik vasitəni ona görə götürüb evində saxlamışdır ki, bunu ona polis əməkdaşı olan Şahid2 demiş və bu hərəkətin qanuni olduğuna inanaraq sonuncunun tapşırığını yerinə yetirmişdir. Təqsirləndirilən şəxs həminin ifadəsində qeyd etmişdir ki, tutulduqdan sonra Rüfətin vəzifədə irəli çəkilməsindən ötrü onun tutulması ilə bağlı əməliyyat təşkil etdiyini anlamış və məhz bundan sonra həqiqəti danışaraq Rüfətə qarşı ifadə verməyə başlamışdır. Cinayət işinin məhkəmə istintaqı zamanı əldə edilmiş mötəbər və təkzibolunmaz sübutların məcmusundan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Xaçmaz RPŞ-nin əməkdaşı Şahid2 təhriki ilə Biləsuvar və Cəlilabad rayonlarına gedərək narkotik vasitə olması iddia olunan kütləni götürmüş və evində saxlamışdır. Bu hal iş üzrə digər Şahid3 və Şahid4 ifadələri, eləcə də telefon danışıqları və anten məlumatları ilə də öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs məqsədi narkotik vasitəni satış məqsədi ilə əldə etmək, daşımaq, gəzdirmək və satmaq olmamışdır. Təqsirləndirilən şəxs Şahid2 tərəfindən gizli agent kimi qəbul edilmiş və o, öz hərəkətlərinin qanuni olduğunu düşünmüşdür. Belə olan halda, Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməli polisin təhriki nəticəsində törətməsi xüsusilə vurğulanmalıdır. Qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, Xaçmaz rayon polis şöbəsinin əməkdaşı Şahid2 təhriki ilə narkotik vasitə heroin olması iddia olunan kütlənin Təqsirləndirilən şəxs tərəfindən əldə edilməsi, daşınması və evində saxlanılması, heç bir qanuni əsas olmadan baxış istintaq hərəkəti keçirilməsi adı ilə 06 sentyabr 2020-ci il tarixli polis əməliyyatı zamanı, eləcə də bundan sonra həyata keçirilmiş ibtidai istintaqın gedişində Təqsirləndirilən şəxs həmin təhrikedici hərəkətlər (yəni polisin müdaxiləsi) olmadan törətdiyi və yaxud törətməyə hazırlaşdığı hər hansı bir əməl məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Ümumiyyətlə, ibtidai istintaq orqanının əsaslandığı bütün sübutların məzmunundan görünür ki, həmin sübutların hamısı polisin müdaxiləsindən sonra Təqsirləndirilən şəxs törətdiyi hərəkətlərə aid olmaqla onun polis əməliyyatınadək törətmiş olduğu hər hansı kriminal hərəkəti barədə məlumat yükü daşımırlar, beləliklə də, həmin təhrikin (polis provakasiyasının) nəticəsində əldə olunmuş sübutlar kimi çıxış edirlər. Hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətə görə məhkum olunmuş X5 Rusiya Federasiyasına qarşı verdiyi şikayət üzrə 15 dekabr 2005-ci il tarixli qərarının 40-cı bəndində Avropa Məhkəməsi Vanyanın təqsirli bilinməsi haqqında məhkəmə hökmünün əsasən polisin müdaxiləsi ilə yaradılmış sübutlar vasitəsi ilə əsaslandırılmasını, xüsusilə də, məhkəmələrin, o cümlədən, işə nəzarət qaydasında baxan Moskva Şəhər Məhkəməsinin Rəyasət Heyətinin işdə olan milis provakasiyası kimi məsələyə əhəmiyyət verməmələrini və bu provakasiyanın ədalətli məhkəmə araşdırmasına təsirini, həmin təsirin nə dərəcədə olmasını araşdırmamalarını Rusiya məhkəmələrinin yol verdikləri ciddi nöqsan kimi qeyd etmişdir. “Veselov və digərləri Rusiyaya qarşı” iş üzrə xx.xx.2012-ci il tarixli qərarının 89-cu bəndində Avropa Məhkəməsi qeyd etmişdir ki, ağır cinayətlərlə mübarizədə ictimai maraq, polis təhriki nəticəsində əldə edilmiş sübutlardan istifadəyə haqq qazandıra bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bu mövqeyi yuxarıda qeyd edilən qərardan başqa “Teixeira de Castro Portuqaliyaya qarşı” iş üzrə xx.xx.1998-ci il tarixli qərarının 36-cı bəndində, “Vanyan Rusiyaya qarşı” iş üzrə xx.xx.2005-ci il tarixli qərarının 46-47-ci bəndlərində, “Ramanauskas Litvaya qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarının 54-cü bəndində, “Bannikova Rusiyaya qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli qərarının 34-cü bəndində öz əksini tapmış, həmin qərarlara əsasən qanunsuz narkotik maddə satışına və korrupsiyaya qarşı mübarizədə ictimai marağın olması polisin təhriki nəticəsində əldə edilmiş sübutların istifadəsinə haqq qazandırmır və bu birbaşa olaraq ədalətli məhkəmə araşdırmasını («İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi) sual altında qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə öz həllini tapan “Veselov və digərləri Rusiya Federasiyasına qarşı” işində həmçinin qeyd etmişdir ki, polis orqanlarında ərizəçilərin əvvəllər narkotik maddə satmaları ilə bağlı heç bir məlumat olmadığından polisin təhriki olmazdısa, belə bir cinayət işlənməyə bilərdi. Hətta, Veselov və Drujinin işində polisə məlumat verən şəxslər də onlardan əvvəllər narkotik maddə almadıqlarını, onları narkotik maddə satıcısı kimi tanımadıqlarını göstərmişlər (83-cü bənd). Qərarın 94-cü bəndində Avropa Məhkəməsi qeyd edir ki, yerli məhkəmələr təqsirləndirilən şəxsin iddiası əsasında təhrikin olub-olmamasını yoxlamalıdırlar. Təhriklə bağlı müdafiə tərəfinin arqumentləri məhkəmələrə ədalətli və hüquqa uyğun araşdırılmanın aparılması öhdəliyini yaradır. Bu zaman prosedur çəkişmə əsasında, hərtərəfli və ağlabatan şəkildə aparılmalıdır və cinayət təqibi üzrə təhrikin olmaması ilə bağlı sübutetmə yükü istintaq orqanının üzərinə düşür. Belə halda, məhkəmələr gizli əməliyyatın keçirilmə səbəblərini öyrənməli, cinayətin törədilməsində polisin iştirakının hansı səviyyədə olmasını və ərizəçinin məruz qaldığı hər hansı təhrikin və ya təzyiqin xarakterini araşdırmalıdırlar. Təhrikin olmaması ilə bağlı sübutetmə yükünün istintaq orqanının üzərinə düşməsi məsələsi həmçinin sözügedən qərarın 109-cü maddəsində də göstərilmişdir. Məhkəmə, Avropa Məhkəməsinin təsvir olunan presedentinin sübutetmə və sübutların mümkünlüyü üzrə yuxarıda qeyd edilən, eləcə də, hazırkı işə aidiyyatı olan digər milli hüquq normaları ilə müqayisə edilməsinin zərurətliyini vurğulayır və bu sırada təfsir edilməli olan normalar kimi əvvəl qeyd olunanlarla yanaşı “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu, eləcə də, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsini qeyd edir. Bu kontekstdə qanunun ayrı-ayrı normalarına istinad etməkdən əvvəl, məhkəmə bir daha Xaçmaz RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun sabiq əməliyyat müvəkkili Şahid2 ifadələrində göstərdiyi əsas məqamlardan birinə, yəni Təqsirləndirilən şəxs onun gizli agenti olmasına və sonuncudan ayrı-ayrı şəxslərin cinayət törətmələrinin ifşa olunması üçün keçirilən əməliyyat tədbirlərində istifadə olunması kimi xüsusata diqqət yetirilməsini zəruri hesab edir. Belə ki, “Əməliyyat-axtarış fəaliyyəti” haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli Qanunun 14-cü maddəsinin X bəndinə əsasən əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə məxfi əməkdaşlıq etmiş və edən şəxslər barədə məlumatlar yalnız həmin şəxslərin yazılı razılığı ilə qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda aşkarlana bilərlər. Həmin qanunun 17-ci maddəsinin Vİİİ bəndinə əsasən əməliyyat-axtarış fəaliyyətinin subyekti ilə əməkdaşlığa cəlb olunmuş və cinayətin açılmasında fəal iştirak etmiş cinayətkar qrupun üzvü, tərkibində cinayət əməlləri olan və ağır nəticələrə səbəb olmayan əməllər törədilibsə və vurulmuş zərəri ödəyibsə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq cinayət məsuliyyətindən azad olunur. Məhz qanunun bu norması baxımdan da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham əsassızdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsində isə təsbit olunmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Araşdırılan kontekstdə əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125 və 137-ci maddələrinin tələbləri nöqteyi-nəzərindən qanuniliyi və bu üzdən mümkünlüyü məsələsinə baxıldıqda həmin sübutların polis provakasiyasının nəticəsində əldə edilib-edilmədiyinə də əhəmiyyət verilməlidir, çünki belə yanaşma Avropa Məhkəməsinin “Veselov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə qərarından və onun presedentlərinin nəzərə alınmasını tələb edən Azərbaycan Respublikası Konstitusiyasının və cinayət-prosessual qanunvericiliyin yuxarıda göstərilən normalarından irəli gəlir. Şərh edilən məsələyə Avropa Məhkəməsinin mövqeyindən yanaşdıqda isə etiraf olunmalıdır ki, əgər sübut müstəsna olaraq polis provakasiyasının nəticəsidirsə və şəxsin yalnız polis provakasiyasının nəticəsi kimi meydana gələn hərəkətlərini (cinayət kimi görülən əməlini) ifşa edirsə, belə materiallar şəxsin cinayətdə təqsirli olduğunu göstərən əsaslar kimi qəbul edilə bilməzlər. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri də onlara “Veselov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə qərarın hüquqi çərçivəsində baxdıqda, şəxsi əslində törətmək niyyətində olmadığı cinayətə sövq edən hərəkətlər olaraq çıxış etməməli, yəni şəxsin cinayət kimi qiymətləndirilən əməli müstəsna olaraq polisin təhriki ilə törədilmiş hərəkətlərdən ibarət olmamalıdır. Başqa sözlə, əməliyyat-axtarış tədbiri provakasiya yolu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların “yaradılmasını” deyil, polisin müdaxiləsi olmadan törədilmiş və yaxud hazırlanan cinayətin ifşa edilməsini təmin etməli və məhz belə olduqda həm əməliyyatın özü, həm də onun nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir. Bunun əksinə olaraq, əgər şəxsin polisin müdaxiləsi olmadan da ona istinad edilən cinayəti törədəcəyini (törətməyə hazırlaşdığını) göstərən əsaslar yoxdursa və törədilmiş əməl, eləcə də, şəxsin təqsirliliyi barədə nəticənin əsaslandırılmasında istifadə olunmuş sübutlar polis provakasiyasının nəticəsidirsə, şəxsin məsuliyyətə cəlb edilib cinayətdə təqsirli bilinməsi sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə, ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən araşdırmanın nəticəsi kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin ittiham tərəfinin şahidləri olan polis əməkdaşları Şahid5, Alnur Aslanov və Şahid7 ibtidai istintaq zamanı verdikləri ifadələrində qeyd etdikləri mühüm hala diqqət yetirilməsini zəruri hesab edir. Belə ki, həmin şahidlər ifadələrində qeyd etmişlər ki, “Təqsirləndirilən şəxs evində baxış zamanı təqdim etdiyi narkotik vasitəni Cəlilabad rayonunda bazarda alver edən zaman yeşiklərin altında tapdığını bildirdi. Həmin narkotik vasitə çəkilərək qablaşdırıldı. Bundan əlavə isə tərəzi və 780 manat pul da tərəfimizdən götürülərək qablaşdırılmışdır. Bütün bu hadisələr video müşahidələrlə aparılmışdır.” (Cild 2, iş vərəqləri 153-161) Orfoqrafik və qrammatik səhvlərdə daxil olmaqla 3 müxtəlif polis əməkdaşının tamamilə eyni məzmunlu ifadə verməsi həmin ifadələrin formal olaraq alınması və şablon üsulu ilə yazılmasının aşkar təzahürüdür. Həmçinin 06 sentyabr 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” 39 dəqiqə ərzində aparılması qeyd olunan, lakin 02 dəqiqə 02 saniyədən ibarət videogörüntülər olan diskə baxış keçirilən zamanı müəyyən edilmişdir ki, polis əməkdaşlarının ifadələrində göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitə olması iddia olunan kütləni Cəlilabad rayonunda bazarda tapdığını deməmiş, narkotik vasitə olması iddia olunan kütlə tərəzidə çəkilməmiş və ən əsası narkotik vasitə olması iddia olunan kütlə, eləcə də elektron tərəzi ilə 780 manat pul da videoçəkilişlə müşahidə edilməklə prosessual qaydada qablaşdırılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollеgiyası polis əməkdaşlarının həm istintaqda, həm də məhkəmə baхışlarında vеrdikləri ifadələrinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Yuxarıda qeyd olunan hallara əsasən polis əməkdaşları Şahid5, Alnur Aslanov və Şahid7 ifadələrinin mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Aydın məsələdir ki, baхılan iş üzrə adları çəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs evinə “baхış kеçirilməsi” və digər istintaq hərəkətlərinin aparılmasına dair şahidlər kimi ifadə vеrmişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs vеrilmiş ittihamın əsasını, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə kollegiyası hеsab еdir ki, adları çəkilən polis əməkdaşları Xaçmaz rayon Polis Şöbəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baхımından bir-birindən asılı olduqları üçün, istintaq hərəkətləri barəsində onların vеrdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət еdən mötəbər sübut hеsab еtmək olmaz. Oхşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprеl 2009-cu il tariхli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası Xaçmaz rayon polis şöbəsinin əməkdaşları Şahid5, Alnur Aslanov və Şahid7 ifadələrini mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Bundan əlavə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə də istintaq orqanının gəldiyi nəticə də əsassızdır. Belə ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə heroin olması iddia olunan kütlənin saxlanıldığı yer barədə polis əməkdaşı Şahid2 tərəfindən o, zaman məlumat verilmişdir ki, artıq narkotik vasitə olması iddia olunan kütlə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmiş və ittihama əsasən Cəlilabad rayonuna çatdırılmış və müvafiq yerə qoyulmuşdur. Yəni təqsirləndirilən şəxsin İİR-dan Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitə gətirilməsinə şərait yaratması, onu keçirdiyi yerdə qəbul etməsi və ölkəyə gətirilməsi ilə bağlı kiməsə vədlər verməsi, bu istiqamətdə müəyyən hərəkətlər etməsi, bu məqsədlə kimlərləsə qabaqcadan əlbir olması, o cümlədən ittihamda göstərildiyi kimi guya hansısa “Yaşar” adlı şəxslə əlbir olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin dispozisiyasına uyğun olaraq qaçaqmalçılığın törədilmə üsulu kimi mal və əşyaların gömrük sərhədindən kənar və ya gizli, yaxud da aldatma yolu ilə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 02 iyun 2016-cı il tarixli qərarın 17-ci bəndinə əsasən qaçaqmalçılıq malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması zamanı gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyanın gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Həmin Plenumunun 19-cu bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyəti istisna edilir. Qeyd edilənlərə əsasən nə ibtidai istintaq zamanı toplanılmış sübutlarla, nə də ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroinin gömrük nəzarətindən gizlı İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə keçirilməsində köməklik etməsi halı öz əksini tapmır. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X8rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X12 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 2003-cü ildə məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkumluğunun ödənildiyini əsas götürərək və həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq, hazırkı iş üzrə anket məlumatlarında Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs qismində tanıyır. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra 28 mart 2021-ci il tarixli qərarla ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xaçmaz rayon prokuroru, ibtidai istintaqı aparan müstəntiqin vəsatətinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətini uzatmaqdan imtina etmiş və müstəntiqin 04 aprel 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində yenidən həbs qətimkan tədbiri seçilmiş və həmin müddətdən o, fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (Cild 1, iş vərəqləri 144-145; Cild 2, iş vərəqləri 40-41, 64-65; Cild 8, iş vərəqləri 243-247). Təqsirləndirilən şəxs bəraət verilməsi ilə bağlı onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və o, həmin Məcəllənin 357.0.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Cinayət işinin materillarında olan “Maddi sübut kimi tanınma” və “Sübutların qiymətləndirilməsi haqqında” qərarlardan görünür ki, mobil rabitə məlumatlarını, eləcə də istintaq hərəktlərinin videogörüntülərini daşıyan 19 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 509,8 qram və 0,08 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla saxlanılmasından ötrü Bakı şəhəri Səbail rayon Polis İdarəsinə təhvil verilmişdir. Həmçinin maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs evindən götürülmüş 780 manat məbləğində pul əsginasları saxlanılmasından ötrü DİN-in Maliyyə Plan İdarəsinə təhvil verilmişdir. (Cild 8, iş vərəqləri 138-196). Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan DİN-in Maliyyə Plan İdarəsinə təhvil verilmiş 780 manat məbləğində pul əsginasları onun sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, iş materiallarında olan 19 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olub Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd elektron tərəzi, eləcə də ümumilkdə 509,88 qram çəkidə narkotik vasitə heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, hazırki cinayət işindən 25 oktyabr 2021-ci il tarixli qərarla cinayət törətmiş şəxslərin müəyyən edilməsi məqsədi ilə ayrılmış ********* saylı cinayət işi üzrə maddi sübut kimi saxlanılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən məhkəmə ekspertizasının aparılması ilə xərclər ona aid edilməməli, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. (Cild 1, iş vərəqə 44-48). Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad olunsun. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-in Maliyyə Plan İdarəsinə təhvil verilmiş 780 manat məbləğində pul əsginasları onun sahibi Təqsirləndirilən şəxs qaytarılsın, iş materiallarında olan 19 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Həmçinin iş üzrə maddi sübut olub Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd elektron tərəzi, eləcə də ümumilkdə 509,88 qram çəkidə narkotik vasitə heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, hazırki cinayət işindən cinayət törətmiş şəxslərin müəyyən edilməsi məqsədi ilə ayrılmış ********* saylı cinayət işi üzrə maddi sübut kimi saxlanılsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə olan məhkəmə xərcləri ona aid edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-127/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-127/2022
01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver