Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-127/2025 12.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olmuş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ev 10, mənzil 36-da qeydiyyatda olmaqla Qusar rayonu Gedəzeyxur kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, xeyli miqdarda heroin və psixotrop maddə olan xeyli miqdarda metamfetamini satıb qazanc əldə etmək məqsədi ilə «Whatsapp» ani mesajlaşma mübadiləsi sistemində tanış olduğu, özünü Rusiya Federasiyasının vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 06 iyun 2024-cü il tarixdə, saat 23:15-də əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncunun ani mesajlama mübadiləsi sistemi vasitəsi ilə şəkillərini çəkib göndərdiyi yerdən, yəni Qusar rayonu Ləcət kəndi ərazisindən keçən Həzrə-Samur yolunun təxminən 8-ci kilometrində yolun sağ tərəfində yüksək gərginlikli elektrik dirəyinin yanında satış məqsədi ilə qanunsuz olaraq içərisində külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, xeyli miqdarda heroin və xeyli miqdarda psixotrop maddə metamfetamin olan qara rəngli polietilen paketi əldə edib üzərində saxlayaraq daşımış və piyada hərəkətdə olan zaman Qusar RPŞ-nin və Həzrə PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılmış, əlində tutaraq gəzdirdiyi qara rəngli polietilen torbada 01 (bir) ədəd qara rəngli polietilen bağlamada satış məqsədi ilə üstündə qanunsuz olaraq gəzdirdiyi külli miqdarda təmiz çəkisi 3.800 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,821 qram; 0,314 qram olmaqla ümumi təmiz çəkisi 1,135 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,323 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir, 0.3 qram metamfetamin və “kakos” götürmək üçün gəlmiş, tutulmuşdur, üzərində də 30 manat pul olmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, marixuanadan istifadə etməmişdir. O, ibtidai istintaq zamanı öz yazışdığı adamın adını demişdir, lakin ifadəyə onu yazmamışlar, lazım olmadığını demişlər. Narkotik vasitəni Romadan almışdır. O, narkotik vasitənin çəkisinin çox olduğunu görəndə əl vurmamışdır. Qardaşı Şahid4 hər şeyi təsdiq edə bilər. Polis əməkdaşları 7-8 nəfər olmuş, bir torba narkotik vasitəni qoluna qoymuşlar ki, onundur. Ona demişlər ki, boynuna almasa, qardaşını da onunla tutacaqlar. 1 dəfə 40 qrama yaxın marixuananı “fırlatmış”, satacağını deyib özü çəkmişdir. İbtidai istintaq zamanı psixi təzyiqlər altında ifadə verdiyindən həmin ifadəni təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, təxminən 2020-ci ildən narkotik istifadəçisinə çevrilmiş, elə buna görə də xx.xx.2021-ci ildə təqsirli bilinərək məhkum olunmuşdur. Belə ki, təxminən 1 həftə bundan əvvəl istifadəsində olan mobil telefonun “Whatsapp” ani mesajlaşma tətbiqinə tanımadığı xarici ölkəyə məxsus mobil nömrə ilə bir nəfər kişi cinsli şəxs ona yazmış, özünü “Vova” kimi təqdim etmiş, həmin şəxslə bir müddət yazışdıqdan sonra “Vova”nın rus vətəndaşı olduğu qənaətinə gəlmiş, çünki onunla rus dilində yazışmışdır. “Vova” ona narkotik maddə satdığını, əgər lazımdırsa ona da sata biləcəyini deyib təklif etmiş, “Vova”nın bu təklifi ilə razılaşmışdır. Bu müddət ərzində “Vova”nın tapşırığı ilə müxtəlif vaxtlarda Qusar rayonu ərazisində gözlə görünməz yerlərə az miqdarda qoydurduğu narkotik maddələri götürüb istifadə etmiş, bunun qarşılığında isə götürdüyü yerə həmin aldığı narkotik vasitənin pulunu qoymuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə yenə həmin şəxslə mesajlaşan zaman ona Qusar rayonu ərazisinə bu dəfə daha böyük torbada narkotik vasitə olan marixuana qoyacağını və həmin torbanı özü ilə götürməsini, zamanı çatanda başqa bir yerə aparıb qoyacağını demiş, o, da razılıq verib torbanı haradan götürəcəyini soruşanda “Vova” özü istiqamət verəcəyini və gedəcəyi saatı deyib Qusar rayonu Ləcət kəndi ərazisində basdırılmış dirəyin altına qoyduracağını bildirmişdir. Həmin gün təxminən saat 23-24 radələrində birgə yaşadığı Qusar rayonu Gədəzeyxur kəndindən qardaşı Şahinə dostu ilə görüşəcəyini deyib onu Qusar rayonu Ləcət kəndinə aparmasını xahiş etmiş, birlikdə Şahinin idarə etdiyi "Daevo Espero” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin rus vətəndaşı kimi tanıdığı, özünü “Vova” kimi təqdim edən şəxsin dediyi yerə gəlib çatmışlar. Həmin rus vətəndaşı “Vova” onu “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə təlimatlandırıb bir neçə şəkillər ataraq həmin torbanı qoyduğu yeri tapa bilməsində köməklik etmiş, qeyd olunan yerə gəlib çatdıqda qardaşı Şahin burada nə işlərinin olduğunu soruşmuş, Şahinə dostu ilə görüşəcəyini, qısa bir işinin olduğunu deyib avtomobildən düşərək həmin ona deyilən dirəyin yanma çatmış, orada dirəyin yanma qoyulmuş qara rəngli torbada olan bağlamanı götürüb avtomobilin yanına yaxınlaşmaq istəmiş, bu zaman polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları ondan əlində saxladığı qara rəngli torbada nə olduğunu soruşduqda onlara içərisində narkotik vasitə olan marixuana olduğunu demiş, bundan sonra həmin yerə digər polis əməkdaşları və vəkil gəlmiş, vəkilin iştirakı ilə əlində saxladığı qara rəngli torbaya baxış keçirilən zaman torbanın içərisindən 03 ədəd ayrı-ayrılıqda “Winston” markalı siqaret qutusunun içərisinə qoyulmuş şəffaf sellofan bükümdə narkotik vasitəyə bənzər maddə və həmin torbanın içərisində yapışqan lentlə bükülmüş yaşıl rəngli, qurudulmuş marixuana aşkar edilmiş, əlində gəzdirdiyi qara rəngli torbanın içərisində olan narkotik maddə və ot kütləsi qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra vəkilin iştirakı ilə videoçəkilişlə qardaşı Şahinin üzərində şəxsi axtarış aparılmış, qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, bundan dərhal sonra sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən ona məxsus “REDMİ” markalı mobil telefon aşkar edilmiş, bundan əlavə avtomobildən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir.(i.v 110- 113) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Belə ki, xx.xx.2024-cü il tarixdə qardaşı Yaşar ilə birgə yaşadığı evdə olan zaman sonuncu ondan atası X3 mülkiyyətində olan, etibarnamə ilə onun istifadəsində olan idarə etdiyi “Daevo Espero” markalı, **-XK-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə Qusar rayonu Ləcət kəndi ərazisində bir nəfər adını bilmədiyi tanışı ilə görüşmək üçün aparmasını xahiş etmiş, təxminən saat 23-24 radələrində birgə yaşadıqları evdən idarə etdiyi avtomobil ilə yola düşmüş, Qusar rayonu Ləcət kəndi ərazsində hərəkətdə olan zaman Yaşar avtomobili saxlamasını bildirmiş, avtomobili saxlayıb nə olduğunu soruşduqda Yaşar ona gözləməsini deyib avtomobildən düşərək bir qədər uzaqlaşmışdır. Təxminən bir neçə dəqiqə sonra qaranlıqda ona tərəf gələn insan kölgələri olduğunu və səs küy gəldiyini eşidib səs gələn istiqamətə baxdıqda qardaşı Yaşarın əlində böyük torba olduğunu, polis əməkdaşları tərəfindən saxlanıldığını görmüşdür. Həmin polis əməkdaşları onu və qardaşı Yaşarı saxlamış, Yaşardan əlində saxladığı qara rəngli torbada nə olduğunu soruşanda Yaşar içərisində narkotik vasitə olan marixuana olduğunu demiş, bundan sonra həmin yerə digər polis əməkdaşları və vəkil gəlmiş, həmin vaxt vəkilin iştirakı ilə Yaşarın üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Yaşarın əlində saxladığı qara rəngli torbanın içərisindən narkotik vasitəyə bənzər maddələr və ot kütləsi aşkar edilmişdir. Yaşarın əlində gəzdirdiyi qara rəngli torbanın içərisində olan narkotik maddə və ot kütləsi qablaşdırılmışdir. Daha sonra etibarnamə ilə idarə etdiyi avtomobilə onun razılığı və vəkilin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı avtomobildən Yaşara məxsus “REDMİ” markalı mobil telefon aşkar edilmiş, bundan əlavə avtomobildən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra hər ikisi Qusar rayon Polis Şöbəsinə aparılmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Qusar RPŞ-nin Həzrə PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, xidmət etdiyi bölməyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib, satması, daşıması və üzərində saxlaması barədə məlumat daxil olmuşdur. 06 iyun 2024- cü il tarixdə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 06 iyun 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 23:15 radələrində Qusar rayonu Ləcət kəndi ərazisindən keçən Həzrə-Samur yolunun təxminən 8-ci kilometrində yolun sağ tərəfində yüksək gərginlikli elektrik dirəyinin yanında olan vaxt bir qədər gizli müşahidə etdikdən sonra əlverişli şərait yarandığından saxlanmış, narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçisinin də iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli torbaya baxış zamanı içərisindən 03 ədəd ayrı-ayrılıqda “Vinston” markalı siqaret qutusunun içərisinə qoyulmuş şəffaf sellofan bükümdə narkotik vasitəyə bənzər maddə və həmin torbanın içərisində yapışqan lentlə bükülmüş yaşıl rəngli qurudulmuş marixuana aşkar edilmiş, əlində gəzdirdiyi qara rəngli torbanın içərisində olan narkotik maddə və ot kütləsi qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Raut Balaşovun qardaşı Şahid4 idarə etdiyi "Daevo Espero” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə sonuncunun razılığı və vəkilin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı avtomobildən Yaşara məxsus “REDMİ” markalı telefon aşkar edilmişdir. Şahid4 müdafiəçisinin də iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış keçirilməmişdən əvvəl Şahid4 üzərində qanunsuz əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Şahid4 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qusar RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir.(i.v 152 – 154) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyun 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ev 10, mənzil 36-da qeydiyyatda olan Təqsirləndirilən şəxs və Şahid4 Qusar rayonu ərazisində narkotik vasitənin qəbulu, üzərində gəzdirmələri və saxlamaları barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, vərəqə 7) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ‘‘şəxsi axtarış və götürmə aparılması haqqında” 07 iyun 2024-cü il tarixli protokoldan görünür ki, 07 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Qusar rayonu Ləcət kəndi ərazisində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli sellofan torbanın içərisində narkotik vasitə olduğunu bildirmiş, keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd CD disk protokola əlavə edilmişdir. ( cild 1, iş vərəqə 208-219) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ‘‘baxış keçirilməsi haqqında” 07 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlindəki qara rəngli, sellofan torbaya videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman sellofan torbanı açdıqda orada böyük qara rəngli selofan bağlamada narkotik vasitəyə bənzər, yaşıl rəngli, spesifik iyə malik, quru ot kütləsi aşkar edilmişdir. Həmin bağlama yapışqan lentlə lentlənərək bükülmüşdür. Həmin bağlamanın üzərinə Vinston” markalı siqaret qutusu lentlə bağlanmışdır. Siqaret qutusuna baxış zamanı qutunun içərisində qəhvəyi rəngli toz halında narkotik vasitəyə bənzər maddə olan 02 ədəd sellfan bükümü və içərisində ağ rəngli, kristal görünüşlü maddə olan 01 ədəd sellofan bükümü aşkar olunmuşdur. Həmin ot kütləsi və maddələr elektron tərəzi ilə ölçülmüşdür. Qara rəngli sellofan bağlamada olan ot kütləsi ölçüldükdə 4.080 kiloqram narkotik vasitəyə bənzər kütlə olduğun məlum olmuş, ağ rəngli, kristal görünüşlü maddə ölçüldükdə 0.55 qram çəkidə olduğu məlum olmuşdur. Digər qəhvəyi rəngli, 02 ədəd kiçik sellofan bükümdəki maddələr ölçüldükdə isə 1.39 qram çəkidə olduğu məlum olmuşdur. ( cild 1, iş vərəqə 53-63) ‘‘Şəxsi axtarış və götürmə aparılması haqqında” və” baxış keçirilməsi haqqında” protokollarda və onlara əlavə edilmiş disklərdə qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ‘‘baxış keçirilməsi haqqında” 07 iyun 2024-cü il tarixli protokoldan görünür ki, 07 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona Qusar RPŞ-nin inzibati binasında fotoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman sonuncunun telefonunda “Whatsapp” ani mesajlaşma mübadilə sistemində +7909-480-10- 26 mobil nömrə ilə 14 ədəd fotoşəkillərə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs özünü Rusiya Federasiyasının vətəndaşı “Vova” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olacaqları öz təsdiqini tapmışdır.(i.v 53-62) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə fızikikimyəvi ekspertizasının 07 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3161 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 106 ... dairəvi möhür əksi və “... şübhəli şəxs Təqsirləndirilən şəxs əlində gəzdirdiyi...” və s. adlar, soyadlar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,821 qram; 0,314 qram; ümumi təmiz çəkisi 1,135 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 02 bükümdəki heroin kütlələri kimyəvi tərkib komponentlərinə görə öz aralarında eynilik təşkil edirlər, 01 ədəd bükümdə təmiz çəkisi 0,323 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı l)daxildir.(i.v 68-72) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq məhkəmə bioloji ekspertizasının 07 iyun 2024-cü il tarixli, 3-16-16-2-7/931 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamada təmiz çəkisi-3800 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.(i.v 73-76) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 28 iyun 2024-cü il tarixli, 4476 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 186-187) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 22 iyun 2024-cü il tarixli, 1796 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlıdır, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v 188-190;) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021ci il tarixdə Quba rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 07 (yeddi) ay 18 (on səkkiz) gün vaxtından əvvəl şərti azad edilmişdir. (cild 1, iş vərəqə 155-156) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış 0,273 qram psixotrop maddə olan metamfetamin, 1,035 qram narkotik vasitə heroin və 3799,8 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Qusar RPŞ-nin Maddi Sübutlar otağına təhvil verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitənin külli miqdarda və müxtəlif növlərdə olması, narkotik vasitənin satışı ilə bağlı yazışmaların mövcudluğu Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, “marixuana” (kannabis) narkotik vasitəsinin qurudulmuş növünün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram, “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesablanmaqla 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 (yeddi) ay 18 (on səkkiz) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir.CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. CM-nin 18-ci maddəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. CM-nin 83.3.3-cü maddəsində qeyd edilir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin tələbinə əsasən əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxtda cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilməsindən 02 (il) müddət keçmədiyindən onun əməlində cinayətlərin residivi vardır. Cinayətlərin residivi cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin tələblərinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) nəzərə alınmasını imperativ edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar rayon Məhkəməsinin 08 iyun 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07 iyun 2024cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,273 qram psixotrop maddə olan metamfetamin, 1,035 qram narkotik vasitə heroin və 3799,8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 188 (yüz səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 07(yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,273 qram psixotrop maddə olan metamfetamin, 1,035 qram narkotik vasitə heroin və 3799,8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 188 (yüz səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-127/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-127/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver