Məhkəmə qərarları › İş №1(124)-128/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-128/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-128/2022 12.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X5, xx xxxxxx 1997-ci ildə Quba rayonu İsnovqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Quba rayonu, İsnovqışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşaymış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edərək daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 3,998 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metafetamini və təmiz çəkisi 0.151 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyıb, hissələrə bölməklə bir büküm 0.151 qram qurudulmuş marixuananı üzərində, qalan 3.998 qram psixotrop maddə hesab olunan metafetamini Quba şəhəri, M.Şəhriyar küçəsində yolun kənarındakı dəmir lövhənin altında gizlətməklə saxlamış, xx.xx.2021-ci il tarixdə saat 05:50 radələrində Quba şəhəri Əliqulu Nərimanov küçəsində karantin qaydalarını pozması ilə əlaqədar Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən özünü şübhəli apardığına görə həmin yerə çağırılmış əməliyyat-istintaq qrupu tərəfindən şübhəli şəxs qismində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş 0.151 qram çəkidə qurudulmuş həmin marixuana, həmin gün saat 16:50 radələrində isə Quba şəhəri, M.Şəhriyar küçəsində yolun kənarındakı dəmir lövhənin altına baxış keçirilərkən Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə edib saxladığı hər birinin ayrı-ayrılıqda təmiz çəkilkəri 0.689, 0.995, 1.035, 0.805 və 0.474 qram təşkil edən 5 ədəd bükümlərdə ümumi təmiz çəkisi 3.998 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan külli miqdarda metafetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü onu gecə polis əməkdaşları saxlamışlar. Üzərində marixuana aşkar edilmişdir. Polis əməkdaşları onu döymüşlər. Narkotik vasitəni küçədə dəmirin altına qoyaraq həmin yeri göstərməyi ona məcbur etmişlər. Narkotik vasitələrdən istifadə etmişdir, lakin heç kimə narkotik vasitə satmamış, satmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan marixuanadan bir neçə dəfə istifadə etmişdir. 03 may 2021-ci il tarixdə sat təxminən 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, ərazisində 20 yanvar metrosu ətrafında “instagram” vasitəsi ilə bir aydan yuxarı müddətdə tanış olduğu adını bilmədiyi, lakin telefon nömrəsini bildiyi İran vətəndaşı ilə onlayn şəkildə danışmış, 200 manat nisyə razılığa gələrək ondan 1 büküm marixuana, 1 büküm narkotik vasitə olan heroin və 5 büküm isə metamfetamin almışdır. Niyyəti həmin narkoti vasitələri Quba şəhərində Hilal adlı şəxsə satmaq, lakin həmin İran vətəndaşına aldadıb ona pul verməmək olmuşdur. xx.xx.2021-ci il tarixdə o, gecə saatlarında Quba şəhərinə gəlmiş və aldığı biri heroin beşi metamfetamin olan bükümləri Quba şəhəri M.Şəhriyar küçəsi kimi bildiyi küçədə səkinin kənarında dəmirin altında gizlətmişdir ki, Hilal adlı şəxsə zəng edib görüşüb ondan 300 manat alsın və həmin bükümləri ona versin. Bir büküm marixuananı isə öz cibində saxlamışdır ki, imkan tapam kimi istifadə etsin. xx.xx.2021-ci il tarixdə saat təxminən 05:40 radələrində Quba şəhəri, Ə.Nərimanov küçəsində piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ona maskadan istifadə etmədiyinə görə irad bildirmiş və şifahi sorğu sual etməyə başlamışlar. Söhbət zamanı polis əməkdaşlarına üzərində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Sonra başqa polis əməkdaşları və müdafiəçi də gələrək video çəkilişlə ona üzərində olan əşyaları çıxarıb təqdim etməyini bildirmişlər. O da əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı 1 ədəd içərisində marixuana olan bükülmüş vəziyyətdə olan ağ kağızı çıxarıb təqdim etmişdir. Onda həmin kütlələrin nə olduğunu və haradan əldə etməyi soruşulduqda o, yalandan həmin kütləni bir gün əvvəl Bakı şəhəri Yasamal rayonu ərazisində yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını polis əməkdaşlarına bildirmişdir. Həmin kütlə elektron tərəziyə qoyularaq ölçülmüş çəkisi 0.6 qram olmuş və həmin kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Üzərindən aşkar edilmiş marixuananı Bakı şəhərindən tapdığını bildirsə də sonradan həmin marixuananı İran vətəndaşından aldığını etiraf etmişdir. Daha sonra onun və müdafiəçisinin iştirakı ilə narkotik vasitələri gizlətdiyi yerə yəni, Quba şəhəri M.Şəhriyar küçəsində qeyd etdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı narkotik vasitələri yolun kənarında dəmirin altında gizlətdiyi yeri polis əməkdaşlarına göstərmiş və polis əməkdaşları xırda bükümlərdə ayırdığı narkotik vasitələri tərəzidə çəkərək zərfə qablaşdırmaqla götürmüşdür. Həmin yerdən narkotik vasitələrdən başqa bir ədəd elektron tərəzidə aşkar edilərərk götürülmüş, tərəzi də ona məxsus olmuş, niyyəti narkotik vasitələri xırda bükümlərə ayıran zaman çəkilərinin bərabər olması üçün həmin tərəzidən istifadə etmək olmuşdur. İfadəsində qeyd etdiyi Hilal adlı şəxs Şahid1dur. O, tutulmamışdan əvvəl Hilalla əlaqə saxlayıb 300 manat pul lazım olduğunu demiş, bunun da qarşılığında Hilala narkotik vasitə heroin və metamfetamin sata biləcəyini demişdir. Lakin Hilal marixuanadan istifadə etdiyindən heroin və metamfetamin istəmədiyini bildirmişdir. (cild.1.i.v.65-67, cild.2 i.v.48-50) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili X3 ifadəsində göstərdi ki, 04 may 2021-ci il tarixdə Quba RPŞ-nin əməliyyat-istintaq qrupunda xidmətdə olarkən RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 RPŞnin NH-nə zəng edərək Quba rayonu, İsnovqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr saxlaması barədə məlumat vermişdir. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu üzvləri 04 may 2021-ci il tarixdə saat 05:55 radələrində Quba şəhəri, Ə.Nərimanov küçəsində yol kənarında Təqsirləndirilən şəxs yaxınlaşıb üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlamada şübhəli olması bildirmişlər, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd alışqanı və bir ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin bükülünün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs bükülünün içərisində nəşə olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünü Bakı şəhərindən yol kənarında tapdığını bildirmişdir. Həmin bükülünün içərisinə baxdıqda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin bükülü elektron tərəzidə ölçülmüş və 0,6 qram gəldi. Daha sonra həmin şəxsi poli şöbəsinə təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nın PPXB-nın polis nəfərləri Şahid3 və Şahid4 Şahid2lə oxşar məzmunlu ifadə erərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra izahatında Quba şəhəri, M.Şəhriyar küçəsində səkinin kənarında dəmirin altında narkotik vasitələr gizlətdiyini bildirmişdir. Həmin məlumatın yoxlanılması ilə bağlı həmin gün saat 16:50 radələrində o, polis əməkdaları və vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs göstərdiyi yerə baxış keçirilmişdir. Həmin küçədə Təqsirləndirilən şəxs göstərdiyi yerdə səkinin kənarında dəmir parçasının altında “Vest” markalı siqaret qutusu və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Siqaret qutusunun içərisinə baxdıqda ümumilikdə 06 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlərı açdıqda bir bükümdə narkotik vasitə heroinə oxşar kütlə, digər 05 bükümdə isə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələri 200 manata aldığını bildirmişdir. Həmin kütlələrdən heroinə oxşar kütlə elektron tərəzidə ölçülmüş və metamfetaminə oxşar kütlələr aşkar edilmiş, daha sonra isə həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. Şahid Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid5lə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, iş vərəq 28-29) Şahid1 məhkəmdə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhərindən tanıyır. Valehlə münasibətləri normaldır, aralarında ədavət və düşmənçilik yoxdur. Valeh uzun müddət yaşadığı məhləyə tərəvəz gətirərək satışı ilə məşğul olmuşdur. Valehlə də münasibətləri o vaxtdan yaranmışdır. O, əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Hazırda da onun barəsində Quba RPŞnin istintaq bölməsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi istintaq olunur. Sonradan Valehin narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün həbs edildiyini öyrənmişdir. Təqsirləndirilən şəxs tutulduğu günün gecəsi onunla əlaqə saxlayaraq 300 manat pul lazım olduğunu demişdir. Pulun da qarşılığında isə ona heroin və metamfetamin verə biləcəyini demişdir. O da marixuanadan istifadə etdiyini, heroin və metamfetamin istifadə etmədiyini demişdir. Ona görə də Valehlə razılaşmamışdır. Bundan sonra isə səhərisi gün Valehin narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün tutulduğunu öyrənmişdir. (c.2, i.v.37-38) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tibbi maskadan istifadə etmədiyinə görə saxlanılmış, özünü şübhəli apardığına görə əməliyyat qrupu çağrılmış və o, Quba RPŞ-yə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokoldan və Diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci i tarixl protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd alışqanı və bir ədəd kağız bükümü çıxarıb təqtim etmiş, həmin bükülünün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs bükülünün içərisində nəşə olduğunu bildirdi.Sorğu zamanı Təqsirləndirilən şəxs bükülünü Bakı şəhərindən yol kənarında tapdığını bildirdi. Həmin bükülünün içərisinə baxdıqda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edildi. Həmin bükülü elektron tərəzidə ölçüldü və 0.6 qram olduğu müəyyən edildi. Həmin bükülü qablaşdırıldı və möhürlənib imzalandı. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokoldan və Diskə baxış keçirilməsi haqqında xx.xx.2021ci i tarixl protokoldan görünür ki, Təqsirləndirilən şəxs yol kənarına gələrək səkinin yanında dəmir altlığı göstərərək altında narkotik vasitələri saxladığını bildirir. Baxış zamanı dəmir parçasının altında “Vest” markalı siqaret qutusu və bir ədəd elektron tərəzi aşkar edildi.Siqaret qutusunun içərisinə baxdıqda ümumilikdə 06 ədəd büküm aşkar edildi. Həmin bükümləri açdıqda bir bükümdə narkotik vasitə heroinə oxşar kütlə, digər 05 bükümdə isə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edildi. Sorğu zamanı Nemət Valeh həmin kütlələri 200 manata aldığını bildirdi. Həmin kütlələr elektron tərəzidə çəkildi və qablaşdırılaraq götürüldü. Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 04 noyabr 2021-ci ildə "xxxx" MMC-dən daxil olmuş 03 noyabr 2021-ci il tarixli 22845 saylı, məktuba əlavə olunmuş 01 ədəd CD diskə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən danışıq və sms mətnləri aşkar edilmişdir. Aparılan danışıqlara və “sms” yazışmalarına dair "xxxx" MMC mobil rabitə operatorundan götürülən məlumatlardan və həmin məlumatların əks olunduğu “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrə ilə müxtəlif nömrələr ilə narkotik vasitələrin satış məqsədli yazışmaların olması müəyyən edilmişdir. (cild 2, iş vərəqə 44- 46) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 04 may 2021-ci il tarixli 7/422 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01(bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,151 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (cild.1, i.v.35-38) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 may 2021-ci il tarixli 6/1814 saylı rəyindən görünür ki,Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №67” dairəvi möhür əksi olan, “...Təqsirləndirilən şəxs...” sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisindən 5 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,689 qram, 0995 qram, 1,035 qram, 0,805 qram, 0,474 qram ümumi təmiz çəkisi 3,998 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in, siyahısına (siyahı İ) daxildir. Digər bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,987 qram olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrə aid deyildir. (cild.1, i.v.41-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 22 iyul 2021-ci il tarixli 2419 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild.2, i.v.9-10) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild.1, i.v.249) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba RİHB-nın Vəlvələ kənd İƏD üzrə nümayəndəsinin 07 may 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs anası X4, bacısı X1 ibarət ailə tərkibi vardır, Quba RİHB-nın Vəlvələ kənd İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild.1, i.v.93-94) Ekspert rəyindən sonrakı qalığı yəni, 0,131 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 3,798 qram psixotrop maddə metamfetamin, maddi sübut kimi tanınaraq saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, həmçinin 03 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddələrin ona məxsus olmaması, həmin psixotrop vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı psixotrop maddənin külli miqdarda olması, onların miqdarı və növ üzrə qablaşdırılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin müdafiəçisinin məhkəmə çıxışında Təqsirləndirilən şəxs narkotik vasitələri könüllü olaraq təqdim etməsi barədə göstərdiyi xüsusatlarla bağlı qeyd etmək istəyir ki, narkotik vasitələrin könüllü olaraq təqdim edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarına əsasən şərh edilmişdir. Həmin qərara əsasən, Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların könüllü surətdə təhvil verilməsi dedikdə həmin vasitələrlə real surətdə istənilən kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələrin hakimiyyət nümayəndəsinə könüllü təhvil verilməsi başa düşülməlidir. Məhkəmələrə izah olunsun ki, şəxs tutulan zaman, habelə narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədi ilə istintaq hərəkətləri aparılarkan bu hərəkətləri aparan müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar təqsirkarın narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində narkotik vasitələrin təhvil verilməsi təqsirkara CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinə əsas vermir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə və elektron tərəzini könüllü olaraq təqdim etməmiş, hətta 1-ci dəfə üzərində şəxsi axtarış keçirilərkən belə gizlətdiyi psixotrop maddə barədə heç bir məlumat verməmiş, yalnız ilkin izahatında təhqiqatçı Famil Mirzəbəyovun təklifindən sonra üzərindən aşkar olunmuş narkotik vasitənin bir qismini Quba şəhərində Şəhriyar küçəsində gizlətdiyini etiraf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, X6 CM-nin 234-cü maddəsinin qeydi tətbiq edilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş tam etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, psixotrop maddə metamfetmainin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 may 2021-ci il tarixdə barəsində iltizam qətimkan tədbiri seçilmiş, Quba məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 may 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında görünür ki, 04 may 2021-ci il tarixdən 06 may 2021-ci il tarixədək Təqsirləndirilən şəxs günün əksər hissəsində faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. Bu hal Təqsirləndirilən şəxs xeyrinə həll edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan –0,131 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 3,798 qram psixotrop maddə metamfetamin məhv edilməli, 03 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 143,82 manat (yüz qırx üç manat səksən iki qəpik) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 5 il (beş il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 04 may 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Quba RPŞ-də saxlanılan –qalıq çəkisi 0,131 qram narkotik vasitə qurudulmuş marixuana və 3,798 qram psixotrop maddə metamfetamin məhv edilsin, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 143,82 manat (yüz qırx üç manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar